Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1724/2021 03.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları, X4, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Abşeron rayonu, Məhəmmədi kəndində müvəqqəti qeydiyyatda olub, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi ev 25, mənzil 16-da yaşamış, hazırda Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İT-də saxlanılan. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə ətdə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq narkotik vasitələrin və psixotrop maddələrin 1 kiloqram satışından əldə ediləcək gəlirdən 1000 manat qazanc kimi götürməsi müqabilində başqa şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, satış məqsədi ilə sonuncunun tapşırığı ilə 17 iyun 2021-ci tarixdə saat 18:00 radələrində, başqa şəxs tərəfindən Nizami rayonu “Xalqlar Metrosu” stansiyasının yaxınlığındakı parkda ağacın dibinə qoyulmuş içərisində külli miqdarda, yəni 410 qram narkotik vasitə heroin və xalis çəkisi 52,506 qram,yəni külli miqdarda psixotrop maddə metamfetamin olan polietilen torbanı qanunsuz oiaraq əidə edib, daşıyaraq saxlamış, 17 iyun 2021-ci ii tarixdə saat 18:20 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 1 ünvanda yerləşən «Grand Market»in qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlindəki polietilen torbadan bir bükümdə küllü miqdarda, yəni təmiz çəkisi 410 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə külli miqdarda, yənitəmiz çəkisi 52,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü narkotik maddələrdən istifadə etdiynə görə qismən təqsirli bilib ifadələrində göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Onu ittihamda göstərilən vaxtda Əhmədlidə «Bolmart» marketin yanında tutublar. Onun üzərindən axtarış zamanı bir qram heroin, bir qram da metamfetamin aşkar edilib. Onda küllü miqdarda narkotik maddə və vasitə olmayıb. İstintaq zamanı da o, belə ifadə verib, lakin ona polis əməkdaşı psixi təzyiqlər edib ondan istədədikləri ifadələri alıblar. O, həmin ifadələri təsdiq etmir. Ona psixi təsir göstərən polis əməkdaşını tanımır. Onun polis əməkdaşları ilə ədavətləri olmayıb. İstintaq zamanı onun telefonunda narkotiklə əlaqədar çəkilmiş fotoların mənşəyi barəsində heç nə blmir. Həmin şəkillərin onun tərəfindən çəkilib-çkilməməsin xatırlamır. İfadələrinə başqa əlavələr yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir: «Təxminən 3-4 ay əvvəl “İnstaqram” sosial şəbəkəsindən İran vətəndaşı “Maqa” adlı şəxslə tanış olubmuş. Onunla əvvəllər ümumi mövzularda söhbət edirmişlər. Tutulmağından 1-2 ay əvvəl “Maqa” ilə narkotik vasitələr haqqında danışmağa başlamış və “Maqa” ona narkotik vasitələri olmasını və onları satıb-sata bilməyəcəyini deyərkən o sata biləcəyini demişdir. Daha sonra “Maqa” ona “vatsapp” nömrəsini (İran İslam Respublikası nömrəsini) vermiş və onlar “vatsapp” vasitəsilə danışmağa başlamışlar. Onların razılaşmasına əsasən “Maqa” ona göndərdiyi narkotik vasitənin yerini izah edib, şəklini göndərir, o da həmin narkotik vasitəni gedib götürürmüş. Bundan sonra “Maqa” ona sifarişi deyir və o sifarişi hazırlayır və tanımadığı adamlar, (hansı ki narkotik vasitəni sifariş etmişlər) onun plastik kartına pul göndərəndən sonra o deyilmiş sifarişi özü Bakı şəhərində hər hansı bir yerə qoyur və həmin yeri də “Maqa” ya izah edib şəklini ona göndərirmiş. “Maqa” isə öz növbəsində sifariş vermiş adama narkotik vasitənin yerini izah edir və həmin adam da gedib verdiyi sifarişi həmin yerdən götürürmüş. Onlar bu cür razılaşmış və “Maqa’ təxminən may ayında ona 500 qram heroin və 300 qram da metamfetamin göndərmiş və o həmin narkotik vasitələri götürmüşdür. Daha sonra da yuxarıda bildirdiyi şəkildə verilən sifarişləri hazırlayıb 500 qram heroin və 300 qram da metamfetaminın hamısını satmış və yığılmış pulu isə “Maqa” nın hesab kartına az-az göndəribmiş. “Maqa” isə ona ümumilikdə 800 qram narkotikə görə 800 manat pul veribmiş, Onların razılaşmasına əsasən “Maqa” əgər 1 kq nakotik vasitə göndərsə imiş və o da onu satarsa, o zaman “Maqa” ona 1000 manat pulu hesab kartına göndərəcəkmiş. Bundan sonra "Maqa” ona yenidən narkotik vasitə göndərmək istədiyini lakin pulu olmadığını bildirdiyi üçün o, onun kart hesabına 16 iyun 2021-ci il tarixdə əvvəlcə 2465 manat, sonra isə 1376 manat pulu E-Manat aparatı vasitəsi ilə ödəmişdir ki “Maqa” İran İR-da narkotik alsın və ona göndərsin. “Maqa” da sabahı gün, yəni 17 iyun 2021-ci tarixdə günorta saatlarında heroin və patı. yəni metamftaminin harada olmasını izah edib, şəkillərini ona göndərmişdir. “Maqa” onun üçün göndərdiyi narkotik vasitələrin yerini şəkil kimi mobil telefonuna göndərirmiş. Həmin gün, 17 iyun 2021-ci tarixdə saat 18:00 radələrində Nizami rayonu “Xalqlar Metrosu" stansiyasının yaxınlığındakı parkda “Maqa”nın işarələdiyi yerdən ağacın dibindən qara rəngli üzərində qırmızı hərflərlə ADRES sözləri yazılmış sellofan torbanı götürmüşdür. O götürəcəyi narkotik vasitələrin çəkisini dəqiq bilmədiyi üçün əvvəlcədən özü ilə götürdüyü elektron tərəzini də sellofan torbanın içərisinə atıb yaşadığı evə tərəf gedib. ünvan 4 ünvanda “Grand” marketin yanında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon polis idarəsinə gətirilib. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O da qara rəngli üzərində qırmızı hərflərlə ADRES sözləri yazılmış sellofan torbanı polis əməkdaşlarına təqdim edərək bildirmişdir kı, həmin torbanın içərisində elektron tərəzi, narkotik vasitə olan metamftamin və heroin vardır. Həmçinin o üzərində 070 *** ** ** və 070 *** ** ** mobil nömrələr olan mobil telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra isə yaşadığı ünvana baxış keçirilmiş və evindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O, qeyd olunan narkotik vasitələri satmaq məqsədi ilə alıbmış. “Maqa”dan aldığı narkotik vasitənin onunla razılaşmasına əsasən çəkisinin dəqiqliyini müəyyən etmək üçün həmin elektron tərəzini əldə edib üzərində götürübmüş. Lakin həmin narkotik vasitələri satmağa vaxtı olmamış və polis əməkaşları onu saxlamışlar. O, əldə etdiyi narkotik vasitələri satmaq məqsədini ilkin ifadəsində ona görə bildirməmişdir ki, işinin yüngül olmasını düşünürmüş. Həmçinin mobil telefonunda “Maqa” ya göndərdiyi şəkillərin qalmasını da bilmirmiş. O “Maqa”ya göndərdiyi sonuncu pulları ona görə göndərmişdir ki, “Maqa”nın narkotik vasitəni alıb ona göndərməyinə köməklik etmiş olsun. Yəni o öz pulu ilə “Maqa”ya kömək etmişdir. O, sonuncu göndərilmiş həmin narkotik vasitəni sata bilsə imiş, “Maqa” ya göndərdiyi puldan əlavə 500 manat qazancı olacaqmış.» Şahid2 ifadələrində göstərdi ki, 17 iyun 2021-ci il tarixdə Nizami RPİ-nin NMB-nə Roman adlı şəxsin narkotik maddələri əldə etməsi, saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Romanın ünvan 6 ünvanında “Grand” marketin yaxınlığında olduğu müəyyən edildi. Bundan sonra əməliyyat qrupu həmin ünvanda Romanı müəyyən edib ona özlərini Nizami RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü, Gürcüstan Respublikası vətəndaşı Abşeron rayonu, Məhəmmədi kəndində müvəqqəti qeydiyyatda olub, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi ev 25, mənzil 16-da yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdi. Onlar da Təqsirləndirilən şəxs onun barəsində narkotik vasitələri əldə etməsi, daşıması, satması haqqında məlumat daxil olmasını bildirərək ona onlarla birlikdə Nizami RPİ-nə getməsini təklif etmişlər. Roman da etiraz etməyərək əlindəki sellofan torba ilə onlarla birlikdə Nizami RPİ-nin inzibati binasına gəlmişdir. Orada ona hüquq və vəzifələri elan edilmiş və videoçəkılişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı elan edilərək, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əlindəki sellofan torbanı təqdim edib torbanın içərisində heroin və metamfetamin olduğunu, istifadə etmək üçün 16 iyun 2021-ci il tarixdə Maqa adlı İran vətəndaşının hesabına pul köçürüb, 17 iyun 2021-ci il tarixdə onun bildirdiyi yerdən götürdüyünü demişdir. Bundan sonra onlar Romanın iştirakı ilə bükülünü açmışlar. Bükülüdə heroin, metamfetamin müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş, heroin və metamfetamin zərfə qoyularaq qablaşdırılıb zərfin ağzı möhürlənmişdir. O, hazrda narkotikin miqdarını dəqiq xatırlamır. Səhv etmirsə heroinin miqdarı 410 (dörd yüz on) qram, metamfetaminin miqdarı isə 50 (əlli) qramdan artıq idi. Roman saxlanılanda və ya sonra ona heç kim psixi və ya başqa təsir etməyib. O, «Qrand» marketin yanında saxlanılıb. Yəqin marketin adını səhv salır. Bütün narkotiklər maddə və vasitə də Romana məxsus olub. Roman məsuliyyətdən yayınmaq üçün belə ifadər verir. Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərilən halları təsdiq etdi. Şahid3 ifadəlrində göstərdi ki, Mahmudov Roman Qurban oğlu onun əridir. Onların Damla adlı azyaşlı uşaqları vardır. Roman normal həyat tərzi keçirirdi və ailəsinə də bacardığı qədər baxmağa çalışırdı. O, 17 iyun 2021-ci il tarixdə tutulub. Roman tutulduqdan sonra o, müstəntiqdən Romanın narkotik vasitələrdən istifadə etməsini və satmasını eşitmişdir. Özü isə müstəntiqin ona deməsindən qabaq Romanın narkotik maddə və vasitələrdən istifadə etməsini, satmasını görməyib, nə də eşitməyib. O, bunu birinci dəfə müstəntiqdən eşidib. Roman heç vaxt evə narkotik vasitə və maddə gətirməyib. Onunla da bu barədə danışmayıb. Məhkəmədə elan olunub araşdırılmış, «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki üzərində qırmızı rəngli hərflərlə «ADRES» sözü yazılmış sellofan torbadan 01 ədəd eletron tərəzi, bir ədəd sellofan bükümdə qəhvəyi rəngli heroinə bənzər maddə və 01 ədəd bükümdə ağ rəngli kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edib həmin bükümlərdə narkotik maddələr olmasını, həmin bükümləri “Maqa” adlı İran vətəndaşından almasını, aşkar olunan elektron tərəzinin isə özünə məxsus olmasını, narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/2471 saylı 18 iyun 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs ...» sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 52,506 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığımdan bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X12»in 17 sentyabr 2021-ci il tarixli 2912 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış, «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 20 avqust 2021-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Xiaomi» markalı mobil telefon aparatına baxış keçirilərkən mobil telefon aparatının "vatsap” mobil tətbiqində +**********99 mobil nömrənin "Maqa” adı yazılmış konktaki ilə şəkil göndərilməsi barədə yazışma müəyyən edilir. "Maqa” adı yazılmış kontakta Təqsirləndirilən şəxs "vatsappı” ilə dörd şəkil göndərilmişdir. Həmin şəkillərdə narkotik vasitə heroinə bənzər kütlənin və narkotik maddə metamfetamınə bənzər kütlənin elektron tərəzidə çəkilmiş vəziyyətdə olan şəkillər olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin şəkilləri “Maqa”ya özünün göndərməsini və "Maqa”nın əvvəldən ona narkotik vasitənin hara olmasını bildirən şəkil göndərdikdən sonra onun həmin yerdən göndərilən narkotik vasitəni götürməsini və çəkisini çəkib “Maqa”ya atmasını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış, «Videogorüntüyə baxış keçirilməsi haqqında» 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngli üzərində qırmızı rəngli hərflərlə «ADRES» sözü yazılmış sellofan torbadan 01 ədəd eletron tərəzi, bir ədəd sellofan bükümdə qəhvəyi rəngli heroinə bənzər maddə və 01 ədəd bükümdə ağ rəngli kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək həmin bükümlərdə narkotik maddələr olmasını bildirir. Təqsirləndirilən şəxs həmin bükümləri Maqa adlı İran vətəndaşından almasını, aşkar olunan elektron tərəzinin isə özünə məxsus olmasını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə bənzər kütlələr ekspertizaya göndərilməsi qablaşdırılaraq üzərləri imzalanır. Məhkəmədə elan olunub araşdırılmış cinayt işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi xalis çəkisi 410 qram narkotik vasitə heroinin ekspertiza tədiqiqatından sonra qalığı 409,9 (dörd yüz doqquz tam onda doqquz) qram hissəsi və 52,506 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalığı 52,456( əlli iki tam dörd yüz əlli altı) qram hissəsi, bir ədəd elektron tərəzi, 1 ədəd “Xiaomi” markalı mobil telefon Nizami rayon Pİ-nin sübutların saxlanc kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış görüntünü özündə əks etdirən iki ədəd kompakt disk (CD) disk 09 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib onun üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarının bir qram, narkotiv maddə metamfetaminin miqdarının bir qram olması, özünün isə «Qrand» marketin yanında deyil, «Bolmart» marketin yanında tutulması barəsindəki ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsası olmayan ifadələr kimi qiymətələndirir. Çünkü məhkəmədə həmin halları təsdiq edən və ya ittiham tərəfindən təqdim edilən sübutları şübhələndirən hall müəyyən olunmadı. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat səksən iki qəpik) manat xərclənmişdir. Həmin məbləq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyrmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami rayon Pİ-nin sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi xalis çəkisi 410 qram narkotik vasitə heroinin ekspertiza tədiqiqatından sonra qalığı 409,9 (dörd yüz doqquz tam onda doqquz) qram hissəsi və 52,506 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalığı 52,456 ( əlli iki tam dörd yüz əlli altı) qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzini istehlak dəyəyrini itirmiş əşya kimi məhv edilməsini, bir ədəd “Xiaomi” markalı mobil telefonu mobil telefon onun həyat yoldaşı Şahid3 qaytarılmasını, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış görüntünü özündə əks etdirən iki kompakt disk (CD) cinayət işinin materiallarında saxlanılmasını əsəaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı olduğnu və onun barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 17 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli 2912 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını, və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olduğu müəyyən olundu. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsi ilə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məkum olunan əcnəbilərin cəza çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması müəyyən etmişdir. Həmin maddədə qanunun bu tələbinin ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə şamil edilməməsi nəzərdə tutulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Mahmudov X3 Respublikası vətəndaşı olsa da onun uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşaması, AZ-İ№ 980953 saylı Nigah haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının vətəndaşı 06 noyabr 1988-ci il təvəllüdlü Şahid3 (X5 AA 0270098) ilə nigahda olması və birgə nikahdan bir az yaşlı övladlarının (X6 AA 0210850) olması müəyyən olundu. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində, ona təyin edicək cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası CM-nin 52.2.2, və 52.2.6-ci maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilməməlidir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ittiam olunduğu cinayət əməlinin törətməsini etiraf edib əmlindən peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını, ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində məcburi qaydada narkomaniyadan müalicə təyin olunsun, o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82(səksən bir manat səksən iki qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinə hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami rayon Pİ-nin sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi xalis çəkisi 410 qram narkotik vasitə heroinin ekspertiza tədiqiqatından sonra qalığı 409,9 (dörd yüz doqquz tam onda doqquz) qram hissəsi və 52,506 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalığı 52,456 ( əlli iki tam dörd yüz əlli altı) qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzini istehlak dəyəyrini itirmiş əşya kimi məhv edilsin, bir ədəd “Xiaomi” markalı mobil telefonu mobil telefon onun həyat yoldaşı Şahid3 qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış görüntünü özündə əks etdirən iki kompakt disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1724/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1724/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver