Məhkəmə qərarları › İş №1(101)-1724/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1724/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1724/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 118-də qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlamış və daşımışdır. Belə ki, o, təxminən 2022-ci ilin may ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Səid” və “Əhməd” adlı İran İslam Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncuların qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin inzibati ərazisindən keçən “Bakı-Salyan” şosesinin kənarında yerləşən “Heydər Əliyev adına Bakı Dərin Özüllər” zavoduna aid reklam löhvəsinin kənarında yerləşdirdiyi 1 ədəd gümüşü rəngli polietilen bağlamada olmaqla 1 ədəd bükümdə təmiz çəkisi 201,111 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 1 ədəd bükmüdə təmiz çəkisi 390,721 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, tərkibləri eyni olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 589,2 qram və 23,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 612,8 qram olan narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı 7 may 2022-ci il tarixdə saat 16 radələrində həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla yaşadığı ünvan 1 ünvanında yerləşən ikiotaqlı evinin sanitar qovşağındakı duş kabinəsinin alt hissəsində gizlətməklə saxlamış, 26 may 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin sanitar qovşağında duş kabinəsinin altında gümüşü rəngli bağlamada saxladığı təmiz çəkisi 201,111 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin bükümünü götürüb istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxıb həmin narkotik vasitəni sağ əlində saxlayaraq ünvan 2 ünvana kimi daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:25-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində olan 1 ədəd bükümdə təmiz çəkisi 201,111 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:25-də yaşadığı ünvan 3 ünvanında baxış və götürmə aparılarkən evin sanitar qovşağında yerləşən duş kabinəsinin altında saxladığı gümüşü rəngli bağlamadan 1 ədəd bükümdə təmiz çəkisi 390,721 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, tərkibləri eyni olan 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 589,2 qram və 23,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 612,8 qram olan narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuana və narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə etdiyi 1 ədəd üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər “Mercedes Viano” markalı avtomobil ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına və İran İslam Respublikasının Astara şəhərinə sərnişin daşınması ilə məşğul olmuşdur. Uzun müddət narkotik vasitə heroin qəbul etdiyi üçün onda asılılıq yaranmışdır. Ağrıları olduqca narkotik vasitə olan heroin qəbul etmişdir. 2018-ci ilin noyabr ayında müalicə almaq üçün İran İslam Respublikasının Astara şəhərinə getmişdir. Orada tanış olduğu İran vətəndaşı Səid adlı şəxs onu taksi kimi Ərdəbil şəhrində yerləşən, hazırda adını xatırlamadığı xəstəxanalardan birinə aparmışdır. Həmin vaxt yol boyu Səid onunla söhbət edərək aralarında səmimi münasibət yaratmışdır. Həmin söhbət əsnasında Səid ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, o, Səidə narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra Səid onu evində qonaq etmiş və o, iki gün Səidin Ərdəbil şəhərində yerləşən evində qalmışdır. Həmin vaxt Səid onu Əhməd adlı başqa İran İslam Respublikası vətəndaşı ilə tanış etmişdir. Həmin şəxslər ona şərik olduqlarını və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını, bu işdə sözügedən şəxslərə kömək edəcəyi təqdirdə ona çoxlu pul qazandıracaqlarını bildirmişlər. O, bu işin necə olacağını soruşduqda Səidlə Əhməd ona Bakı şəhərinə narkotik vasitə çatdıracaqlarını və göstərişləri əsasında onun da həmin narkotik vastələri dedikləri ünvanlara çatdırmalı olduğunu bildirmişlər. Orada Səid öz istifadəsində olan + 98 937 *** **** mobil nömrəsini ona vermişdir. O, Səidin adını telefonunda “İriçkam” deyə qeyd etmişdir. Əhməd isə öz istifadəsində olan +994 55 *** ** ** mobil nömrəsini ona vermişdir. O, Əhmədin nömrəsini də telefonunda “O” hərifi ilə qeyd etmişdir. Bundan sonra o, İran İslam Respublikasında öz işlərini həll edib geri qayıtmışdır. Daha sonra Səid və Əhməd adlı İran İslam Respublikasının vətəndaşları ilə arada bir söhbət etsə də, sıx əlaqəsi olmamışdır. Poli əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 gün qabaq, 7 may 2022-ci il tarixdə Səid adlı İran İslam Respublikasının vətəndaşı «Whatsapp” proqramı vasitəsilə ona zəng edərək Bakı şəhərinə narkotik vasitə göndərdikərini və gedib həmin narkotik vasitələri götürməyini bildirmişdir. O, Səidə həmin narkotik vasitələri haradan götürəcəyini dedikdə, Səid ona gedib Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan dairəsi” kimi bilinən yerdə gözləməyini və ona narotik vasitələri qoyduğu yerin koordinatlarını göndərəcəyini, onun da gedib həmin narkotik vasitələri Səidin yerləşdirdiyi ünvanlardan götürərək tapşırığı əsasında deyəcəyi ünvanlara çatdırmağını, bunun müqabilində ona 1.000 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini bildirmişdir. O da həmin gün saat 16 radələrində icarə əsasında idarə etdiyi “Toyota Avus” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Lökbatan dairəsinə” gedib orada gözləməyə başlamışdır. Təxminən 20 dəqiqə gözlədikdən sonra Səid ona «Whatsapp” vasitəsilə Salyan şosesində yerləşən və Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisinə düşən H.Əliyev adına Bakı Dərin Özüllər zavoduna aid yolun kənarında yerləşən lövhəsinin yerləşdiyi yerin koordinatlarını və 1 ədəd şəklini göndərmişdir, O da “Samsung Galaxy A03s” markalı mobil telefonuna yüklədiyi “Waze” proqramı vasitəsilə həmin koordinatları açıb idarə etdiyi avtomobillə qeyd olunan ünvana getmişdir. Səidin ona «Whatsapp” vasitəsilə göndərdiyi şəkildəki lövhənin dayağının yanındakı kolluğa baxan zaman orada 1 ədəd gümüşü rəngli sellofan torba aşkar edərək həmin torbanı götürmüşdür. Torbanı açıb içərisinə baxan zaman həmin torbanın içərisində narkotik vasitə olan 1 ədəd heroin bükümü, 1 ədəd tiryək bükümü və 2 ədəd narkotik vasitə marixuana bükümlərinin olduğunu görmüşdür. Bundan sonra o həmin içərisində narkotik vasitələr olan gümüşü rəngli sellofan torbanı götürüb ünvan 4 ünvanında yerləşən evinə gələrək həmin sellofan torbanı evində sanitar qovşağın yerləşdiyi otaqda duş kabinəsinin alt hissəsində gizlətmişdir. Bundan təxminən 2-3 gün sonra Səid ona zəng edərək tapşırığı əsasında əldə etdiyi, içərisində narkotik vasitə olan sellofan torbadakı tiryək bükümünü açıb oradan təxminən 120-130 qram çəkərək Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində gedərkən üzərində Qazax-Şuşa-Astara yazılmış istaqəmətləndirici lövhənin sağ dayağının paralelində yerləşən dekorativ kolun içərisində gizlətməyini bildirmişdir. O da əvvəllər Rusiya Federasiyasında sərnşin daşıdığı zaman qızıl alğı-satqısı ilə məşğul olmaq məqsədilə aldığı və saxlanıldığı günə qədər özündə saxladığı elektron tərəzi vasitəsilə həmin narkotik vasitə olan tiryəkdən təxminən 120-130 qram çəkib ayıraraq Səidin dediyi yuxarıda qeyd etdiyi ünvana aparıb gizlədərək həmin yerin koordinatlarını və fotoşəklini çəkib «Whatsapp” proqramı vasitəsilə Səidə göndərmişdir. Bundan bir gün sonra Səid yenə ona zəng edərək onda olan Səidə məxsus narkotik vasitələrdən qurudulmuş marixuana bükümünün birini götürüb 60 qram çəkidə çəkib ayıraraq aparıb yenidən həmin ünvana qoymağını bildirmişdir. O da Səidin göstərişi əsasında 60 qram narkotik vasitə olan marixuananı çəkib ayıraraq eynilə əvvəlki qaydada aparıb həmin ünvana qoyub oranın koordinatlarını və şəklini çəkərək «Whatsapp” vasitəsilə Səidə göndərmişdir. Bunun müqabilində dəqiq tarix xatırlamasa da, həmin ərəfələrdə Səid ona məxsus “Leobank”a aid 4098 5844 6281 1017 kodlu bank hesab kartının balansına 250 manat pul göndərmişdir. Bundan sonra 26 may 2022-ci il tarixdə saat 16 radələrində Səid ona zəng edərək ona göndərdiyi, içərisində narkotik vasitələr olan sellofan torbadan 1 ədəd narkotik vasitə heroin bükümünü götürüb Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında olmağım, Səidin deyəcəyi vaxtda həmin narkotik vasitəni tapşıracağı ünvana aparıb çatdırmasmı bildirmişdir. O da həmin narkotik vasitə heroin bükümünü evinin sanitar qovşağında duş kabinəsinin altında gizlətdiyi sellofan torbadan götürərək evdən əlinə təsadüfən keçən başqa bir sellofan torbaya qoyaraq Yasamal rayonuna getmişdir. Həmin gün saat 17:25 radələrində o, ünvan 5 ünvanının yaxınlığında piyada şəkildə hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, sağ əlində tutduğu içərisində 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olan sellofan torbanı təqdim edərək qarşısındakı masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus içərisində ***-***-**-** və 077-377-92- 42 mobil nömrələri olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə ona məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 ədəd 4098 5844 6281 1017 nömrəli “Leo Banka” aid plastik bank kartı, 1 ədəd açar və 75 manat pul aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd açar və 75 manat pul özünə geri qaytarılmışdır. Bundan əlavə üzərindən aşkar olunmuş şəxsiyyət və sürücülük vəsiqləri, 1 ədəd bank kartı və 1 ədəd “Samung” markalı mobil telefonu üzərində olan nömrələrlə birlikdə iş üzrə sübut əhəmiyyəti kəsb etməsi ona izah olunaraq götürülmüşdür. Sonra təqdim etdiyi sellofan paketdən aşkar olunmuş həmin 1 bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 208,99 qram olmuşdur. Sonra həmin narkotik vasitə heroin bükümü içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. O, sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşları Səid və Əhməd adlı şəxslərin vasitəsi ilə əldə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanında yerləşən evinə getmişdir. Sözügedən şəxslər onun yaşadığı yuxarıda qeyd etdiyi ünvanda yerləşən evinin dəhlizinə daxil olan zaman sol tərəfdə yerləşən sanitar qovşağa daxil olmuşdurlar. O, orada duş kabinəsinin alt hissəsində gizlətdiyi 1 ədəd gümüşü rəngli sellofan torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba onun və digər iştirakçıların gözü qarşısında yaşadığı evin qonaq otağında yerləşən divanın üstündə açılan zaman içərisindən 1 ədəd elektron tərəzi, 2 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Sonra həmin narkotik vasitələrdən qurudulmuş marixuana bükümləri elektron tərəzidə çəkilən zaman onlardan birinin çəkisi qablaşdırma ilə bilrilikdə 595 qram, digərinin çəkisi isə 31,56 əlli altı qram, digər narkotik vasitə olan tiryək bükümü çəkilən zaman çəkisinin də 420 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin sellofanda qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O, üzərindən və yaşadığı ünvan 7 ünvanından aşkar olunmuş narkotik vasitə heroini, tiryəki və marixuananı 7 may 2022-ci il tarixdə saat 16 radələrində İran İslam Respublikasının vətəndaşları olan Səid və Əhməd adlı şəxslərin «Whatsapp” proqramı vasitəsilə etmiş olduğu bələdçiliklə Salyan şosesinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən H.Əliyev adma Bakı Dərin Özüllər zavoduna aid yol kənarında yerləşən lövhənin yanında əldə etmişdir. O, narkotik vasitələrdən tiryək və marixuananın bir hissəsini ayrı-ayrı vaxtlarda Səid adlı şəxsin göstərişi əsasında başqa şəxslərin gəlib götürməsi üçün Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində gedərkən üzərində Qazax-Şuşa-Astara yazılmış istiqamətləndirici lövhənin sağ dayağının paralelində yerləşən dekorativ yaşıllıq kolunun içərisində gizlətmişdir. Bu işlərin müqabilində Səid ilkin olaraq kartına 250 manat məbləğində pul göndərmiş, daha sonra işin sonunda isə 1.000 manat pul ödəyəcəkmiş. O, İran İslam Respublikasının vətəndaşı olan Səid və Əhməd adlı şəxsləri uzun müdətdir tanısa da, birinici dəfə idi ki, sonunculara məxsus narkotik vasitələri əldə edib göstərişləri əsasında dedikləri ünvanlara çatdırmışdır. O, həm Səid, həm də Əhmədin anket məlumatlarım bilməsə də, onlar İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. Səid qaramtıl dərili, 30-35 yaşlarında, 170-175 boylarında, saçı sağa doğru daranan, üzü tüklü və bığlı şəxsdir. Əhməd isə Səiddən bir qədər yaşlı, təxminən 40-45 yaşlarında qaramtıl dərili, saçı düz qabağa daranan, üzü tüksüz və bığlı şəxsdir. Həmin şəxslərin görünüşündə hər hansı bir xüsusi əlamət yoxdur. O, Səid və Əhməd adlı İran İslam Respublikasının vətəndaşları ilə narkotik və psixotrop maddələrin satışı barədə əvvəllər danışsa da, konkret olaraq 2022-ci ilin aprel ayının sonlarından danışmağa başlamışdır. Bu barədə tam konkret söhbətləri isə 7 may 2022-ci tarixdə olmuşdur. Onun “Samsung Galaxy A03s” markalı mobil telefonu var, həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. O, 17 may 2022-ci il tarixdə yazışdığı “***-***-**-**” mobil nömrəsinin istifadəçisini və sonuncuyla mesajlaşmalarda nə mövzuda söhbət etdiyini tam olaraq xatırlamır. O özü də narkotik vasitə istifadəçisi olduğundan ola bilsin ki, həmin şəxslə narkotik vasitələrin istifadəsi ilə bağlı mesajlaşmışdır. O həmin şəxslə narkotik vasitələrin dövriyyəsi ilə bağlı mesajlaşmamışdır. O, narkotik vasitələri Səid və Əhməd adlı İran İslam Respublikasının vətəndaşlarından alıb Azərbaycan Respublikası ərazisində dövriyyəsi ilə məşğul olmuşdur ki, həmin şəxslərin də adını mobil telefonunda bütün proqramlarda “O” hərifi ilə və “İriçkam” deyə qeydiyyatdan keçirmişdir. Bu səbəbdən də həmin şəxslə arasında narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı söhbət olmamışdır. «Whatsapp” tətbiqində “Qocu” adı ilə qeydiyyata aldığı “***-***-**- **” mobil nömrəsinin istifadəçisini və sonuncuyla mesajlaşmalarda nə mövzuda söhbət etdiyini tam olaraq xatırlamır. Həmin mesajlaşmalarda “Tema” dedikdə narkotik vasitə nəzərdə tutulur, amma sözügedən şəxslə də arasında narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində dövriyyəsi və ya satışı ilə bağlı hər hansı söhbət olmamışdır. Yəqin “Qocu” adı ilə qeydiyyata aldığı “***-***-**-**” mobil nömrəsinin istifadəçisi də onun kimi narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxslə şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək barədə yazışmışdır. O, xx.xx.2022-ci il tarixdə yazışdığı “051- 330-26-99” mobil nömrəsinin istifadəçisini və sonuncuyla mesajlaşmalarda nə mövzuda söhbət etdiyini tam olaraq xatırlamır. Aralarındakı mesajlaşmalarda “Tema” dedikdə isə narkotik vasitə nəzərdə tutulmuşdur. Həmin şəxs ola bilsin ki, narkotik vasitə istifadə etmək üçün yazışdığı, lakin tanımadığı şəxslərdən biridir. Onda narkotik vasitələrdən asılılıq yarandığından həmin maddəni qəbul etməyəndə bədənində güclü ağrılar olmuşdur. Bu səbəbdən də “***-***-**-**” mobil nömrəsinin istifadəçisi ilə də ağrılarını azaltmaq və keyitmək üçün narkotik vasitə istifadəsiylə bağlı mesajlaşdığını düşünür. O, İran İslam Respublikasına Astara şəhərinə getdiyi tarixi dəqiq xatırlamır. Lakin o, İran İslam Respublikasına müalicə almaq məqsədi ilə 2018-ci il tarixdə və ya daha əvvəlki illərdə getmişdir. Səidin narkotik vasitələri daşıdığına görə ona məxsus “Leobanlc”a aid 4098 5844 6281 1017 kodlu bank hesab kartının balansına nə qədər pul göndərdiyini dəqiq xatırlamır. Ola bilsin ki, Səid narkotik vasitələri daşıdığına görə “Leobank”a aid 4098 5844 6281 1017 kodlu bank hesab kartının balansına 200 manat məbləğində pul göndərmişdir. O, “Əhməd” və “Səid” adlı İran İslam Respublikası vətəndaşlarını uzun müddətdir tanısa da, 2022-ci ilin aprel ayından yəni saxlanılmamışdan təxminən bir ay əvvəldən həmin şəxslərlə «Whatsapp” tətbiqi vasitəsilə narkotik vasitələrin daşınması ilə bağlı intensiv şəkildə danışmışdır. Bu səbəbdən də yaşadığı mənzilə keçirilmiş baxış zamanı narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşlarını bir ay olar ki, tanıdığını bildirmişdir. O, uzun müddətdir narkotik vasitə heroindən istifadə etsə də, saxlanılarkən üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrdən istifadə etməmişdir. “Əhməd” və “Səid” adlı İran İslam Respublikası vətəndaşlarını uzun müddətdir tanısa da, 2022-ci ilin aprel ayından onlarla intensiv şəkildə danışmışdır. Əhməd və Səidin göstərişi ilə narkotik vasitələri müxtəlif ünvanlara qoymuşdur. Üzərində və yaşadığı evdə olan narkotik vasitələri polis əməkdaşlarına könüllü təqdim etmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını özü etiraf etmişdir. Əməlimdən peşmandır. Narkotik vasitənin satışını tutulmazdan 1 ay əvvəl həyata keçirməyə başlamışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə tərəfindən, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə 26 may 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:25-də o və əməliyyat qrupunun digər iştirakçıları Şahid3 və Şahid2 ünvan 8 ünvanının yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu, içərisində 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olan sellofan torbanı çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 ədəd 4098 5844 6281 1017 nömrəli “Leo Banka” aid plastik bank kartı, 1 ədəd açar və 75 manat pul aşkar edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş 1 ədəd açar və 75 manat pul özünə geri qaytarılmışdır. Bundan əlavə üzərindən aşkar olunmuş şəxsiyyət və sürücülük vəsiqləri, 1 ədəd bank kartı və 1 ədəd “Samunsg” markalı mobil telefonu üzərində olan nömrələrlə birlikdə iş üzrə sübut əhəmiyyəti kəsb etməsi Tamerlana izah olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdən aşkar olunmuş həmin 1 bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 208,99 qram olmuşdur. Sonra həmin narkotik vasitə heroin bükümü içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, imzalamış və götürülmüşdür. Orada Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitə özünə məxsusdur. Həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşları Səid və Əhməd adlı şəxslərin vasitəsi ilə Bakı-Salyan şosesinin Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisinə düşən hissəsində yerləşən məlumat lövhəsinin yanından əldə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı Təqsirləndirilən şəxs ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 6 ünvanında yerləşən evinə getmişlər. Orada Təqsirləndirilən şəxs icazəsi ilə onlar Təqsirləndirilən şəxs yaşadığı yuxarıda qeyd etdiyi ünvanda yerləşən evinin dəhlizinə daxil olduqdan sonra həmin dəhlizin sol tərəfində yerləşən sanitar qovşağa daxil olmuşlar. Tamerlan orada duş kabinəsinin alt hissəsində gizlətdiyi 1 ədəd gümüşü rəngli sellofan torbanı çıxardıb onlara təqdim etmişdir. Həmin sellofan torba Tamerlanın Hüseynzadənin və digər iştirakçıların gözü qarşısında yaşadığı evin qonaq otağında yerləşən divanın üstündə açılan zaman içərisindən 1 ədəd elektron tərəzi, 2 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Sonra həmin narkotik vasitələrdən qurudulmuş marixuana bükümləri elektron tərəzidə çəkilən zaman onlardan birinin çəkisi qablaşdırma ilə birlikdə 595 qram, digərinin çəkisi isə 31,56 qram, digər narkotik vasitə olan tiryək bükümü çəkilən zaman çəkisinin 420 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin sellofanda qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman İran İslam Respublikasının vətənadaşı olan “Səid” və “Əhməd” adlı şəxslərin vasitəsi ilə həmin maddələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Əməliyyat qrupunun tərkibində 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmiş və qaçmağa çalışmamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə olan narkotik vasitələri onlara könüllü təqdim etmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun sağ əlində olan sellofan torbanın içərisindən 1 ədəd bükümdə narkotik vasitə heroin, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd üzərində “***-***-**-**” və “***-***-**-**” mobil nömrələr istifadə olunan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd özünə məxsus sürücülük vəsiqəsi, 1 ədəd 4098 5844 6281 1017 nömrəli “Leo Bank”a aid plastik bank kartı, 1 ədəd açar və 75 manat nağd pul aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Leo Banka” məxsus plastik bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən ikiotaqlı mənzilinə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin evin sanitar qovşağında duş kabinəsinin altından çıxardıb təqdim etdiyi içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə narkotik vasitə tiryək və 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olan gümüşü rəngli sellofan torba iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mobil telefon “Samsung Galaxy A03s” markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranın fonunda isə rəngli dairələrin fotoşəkili yerləşdirilmişdir. Beləliklə, mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Bundan sonra mobil telefonda olan «Whatsapp” tətbiqetməsinə baxış keçirilmişdir. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. 29 yanvar 2022-ci il tarixdə saat 17:54-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “***-***-**-**” adı ilə qeydiyyata salınmış ***-***-**-** mobil nömrəsindən “Yaxşı olasan, mənəmdə yavaş-yavaş. Kurs qoysam ALLAHİN komeyliyi ile gedib bidenə Gələ BiləRix?” məzmunlu yazılı mesaj göndərilmiş, Tamerlanın istifadəsində olan ***-***-**-** mobil nömrəsindən həmin mobil nömrənin istifadəçisinə saat 17:57 və 17:58-də “Axwam, Men 3gun, Etmire, Tergidmiwem, Derman, Almiwam” məzmunlu yazılı mesajlar göndərmişdir. 17 may 2022-ci il tarixdə saat 6:13 və 6:14-də ***-***-**-** mobil nömrəsinin istifadəçisi Tamerlanın istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin «Whatsapp” tətbiqetməsinə “Ate sabahun xeyir, Necesen, Atam hay huy alindirmaq olar puluynan? Ölirem ağridan yatmamiwam indiyecen” məzmunlu yazılı mesajlar göndərmişdir. Tamerlan istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinin abonentinə 17 may 2022-ci il tarixdə saat 6:14 və 6:15-də “Salam men bakida doyulem, Lenkaranda, Qaqa de goture bilirde, Qaqa, Kimdense goturu” məzmunlu yazılı ismarıclar göndərmişdir. 9 mart 2022ci il tarixdə saat 11:05-də Tamerlan istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə «Whatsapp” tədbiq etməsindən “Qocu” adı ilə qeydiyyata aldığı, “***-***-**-**” mobil nömrəsinin istifadəçisinə 9 saniydən ibarət “Nə var nə yox necəsən? Gör nə diyirəm bir uşaq var yaxın mənim o xalam oğlu görmüşdüne sən mənnən bir dəfə onu yəni ki tema var da şey olsa” səsli mesaj, saat 11:06-da 5 saniyədən ibarət “Tema var da yəni istəsön 25 manata əl çatır götürə bilərəm səninçün” səsli mesaj göndərmişdir. Adını “Qocu” adı ilə qeydiyyata aldığı şəxs saat 11:07-də 5 saniyədən ibarət “25-ə nə e başa düşmədim 25-ə nə?” məzmunlu səsli mesaj, saat 11:11 -də “Qaqa rayonda camahat tema deye yalvarir, Göndere bilersenmi” məzmunlu yazılı ismarıclar göndərmişdir. Tamerlan istifadəsində olan ***-***-**-** mobil nömrəsinin «Whatsapp” tətbiqetməsindən “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə «Whatsapp” proqramı vasitəsilə 9 mart 2022-ci il tarixdə saat 11:11 -də “kofe” məzmunlu yazılı mesaj, 12 saniyədən ibarət “Göndərə bilərsən deyəndə məndə deyilee o, uşağdadır. Pulun göndərsön nağd atson karta ya da göndərsön burda kimə diyirsən necə diyirsən göndərə bilərük. Elə olar” məzmunlu səsli mesaj göndərmişdir. “Qocu” adı ilə qeydiyyata aldığı şəxs həmin gün saat 11:14-də Tamerlana “Nəciye deyir qrami” məzmunlu yazılı mesaj göndərmiş, Tamerlan da istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “Qocu” adlı şəxsə saat 11:14-də “25 m” məzmunlu yazılı ismarıc göndərmişdir. “Qocu” adı ilə qeydiyyata alınmış şəxs Tamerlan da istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 9 mart saat 11:16da “Noluf 25, Yox qaqa” məzmunlu yazılı mesajlar göndərmişdir. Tamerlan öz istifadəsində olan ***-***- **-** mobil nömrəsinin «Whatsapp” tətbiqindən həmin proqramda “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə 9 mart saat 11:16-da “Ok” məzmunlu yazılı mesaj, həmin gün saat 11; 17-də 8 saniyədən ibarət “Açığı o qiymətə tapson mənə də xəbər elə vapşeme harda olsa tapson mənə də xəbər elə mən də istiyirəm 25ə olsa istiyicəm özüm də götürəm” məzmunlu və saat 11:07-də 7 saniyədən ibarət “25-dən aşağı olsa da, diyirsən bahadı ona görə 25-dən aşağı yer bilsön mənə də xəbər elə götürəcəm bir on dənə” məzmunlu səsli mesajlar göndərmişdir. “Qocu” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsini istifadəçisi 9 mart 2022-ci il tarixdə saat 11:18-də Tamerlanın ***-***-**-** mobil nömrəsinin «Whatsapp” tətbiqinə “Var, İsdeyirsen həll eleyim” məzmunlu yazılı mesajlar göndərmişdir. Tamerlan ***-***-**-** mobil nömrəsinin «Whatsapp” tətbiqindən həmin proqramda “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə 9 mart 2022-ci il tarixdə saat 11:18-də 4 saniyədən ibarət “Hələlik var da, qoy qurtarsın sənə xəbər eliyərəm diyərsən” məzmunlu səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 9 mart 2022-ci il tarixdə “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə saat 11:19-da 3 saniyədən ibarət “Neçiyə verir qiymətini dinən hələ görüm” məzmunlu səsli mesaj göndərmidir. “Qocu” adlı şəxs Tamerlanın istifadəsində olan ***-***- **-** mobil nömrəsinə «Whatsapp” tətbiqindən 19 mart 2022-ci il tarixdə saat 11:19-da “15, Sen ol” məzmunlu yazılı ismarıclar göndərmişdir. Tamerlan «Whatsapp” tətbiqində “Qocu” adı ilə qeydiyyata aldı şəxsə 9 mart 2022-ci il tarixdə saat 11:19- da 5 saniyədən ibarət “Ala yaxşı verir də get götür sən öl, Allaha and olsun yaxşı verir” məzmunlu və 9 saniyədən ibarət “Diyirsən rayonda mələşirlər, axtarırlar, get götür də ordan, əla qiymətdir. Qoçu canı super qiymətdir get götür ordan əladı, əgər on beşə verirsə” məzmunlu səsli mesaj göndərmişdir. “Qocu” adı ilə qeydiyyata alınmış şəxs 9 mart 2022ci il tarixdə saat 11:20- də Tamerlanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” tətbiqindən “Pulum yoxdu sen ol” məzmunlu yazılı mesaj göndərmişdir. Tamerlan “Whatsapp” tətbiqində “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə 9 mart 2022-ci il tarixdə saat 1 l:20-də 2 saniyədən ibarət “Mən sənin yerüvə olsam borc-xərc eliyib on beşə götürərdim” məzmunlu səsli mesaj göndərmişdir. Qocu adı qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsinin istifadəçisi Tamerlanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” tətbiqindən “Kimnen eliyim qaqa, Verən varsa gəlim goturum” məzmunlu yazılı mesajlar göndərmişdir. Tamerlanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp” tətbiqindən həmin proqramda “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə 9 mart 2022-ci il tarixdə saat 11:32də 9 saniyədən ibarət “qaqa mən didiyim adam iyirmi beş manatdan bir köpük aşağı vermir, özü də nağdaaa, gələ məynən düppədürüzdü özü də bir qram da əssiy, o yan-bu yan ola bilməz” məzmunlu səsli mesaj və həmin tarixdə saat 11:35-də 11 saniyədən ibarət “Sən keçən dəfə məni görəndə didün otuza- otuz beşə cürbəcür qiymətə götürürəm, ona görə sənə didim ki, var yani var, belə problem döyül otuza olsun onu düzəltmək iki vur ikidir əldə” məzmunlu səsli mesajlar göndərmişdir. Tamerlanın “Whatsapp” tətbiqində “Qocu” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsinni istifadəçisi 9 mart 2022-ci il tarixdə saat 11:36-da Tamerlanın istifadəsində olan 099- ***-**-** mobil nömrəsinə “Onda elə gotururdum” məzmunlu yazılı mesaj göndərmişdir. Tamerlan istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp” tətbiqindən həmin proqramda “Qocu” adı ilə qeydiyyata aldığı şəxsə 9 mart 2022-ci il tarixdə saat 11:36-da 4 saniyədən ibarət “bilirsən şəhərdə belədi, otuz manatdan aşağı yoxdu, belə bir dənə-bir dənə alanda” məzmunlu səsli mesaj göndərmişdir. 21 may 2022-ci il tarixdə saat 19:12-də Tamerlanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” tədbiq etməsindən “+994 51 330 26 99” adı ilə qeydiyyata alınan, “***-***-**-**” mobil nömrəsinin istifadəçisi “Tema yoxdu” məzmunlu yazılı ismarıc göndərmişdir. Tamerlan həmin tarixdə saat 19:12-də “***-***-**-**” mobil nömrəsinin istifadəçisinə “Yox” məzmunlu yazılı mesaj, saat 19:18-də “İnwallah axwam yada sabah duzelmelidi”, “90fayiz axwam 2saat duzelmelidi” məzmunlu yazılı mesajlar göndərmişdir. “***-***-**-**” mobil nömrəsinin istifadəçisi “Whatsapp” tətbiqindən Təqsirləndirilən şəxs həmn poqramda qeydiyyatdan keçmiş “***-***-**-**” mobil nömrəsinə 21 may 2022-ci il tarixdə “Ok” məzmunlu yazılı mesaj göndərmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində + 98 937 *** **** mobil nömrəsinin istifadəçisi Səid adlı şəxsin adını telefonunda “İriçkam” kimi, +994 55 *** ** ** mobil nömrəsinin istifadəçisi Əhməd adlı şəxsin adını isə telefonunda “O” hərifi ilə qeyd etdiyini bildirmişdir. “Whatsapp” tədbiq etməsinə keçirilmiş baxış zamanı yuxarıda qeyd olunan nömrələrin həqiqətən də “İriçkam” və “O” hərifi ilə qeydiyyata alındığı görünsə də, Tamerlanla həmin abonentlər arasında hər hansı bir səsli və ya yazılı mesajların olması aşkar olunmamışdır. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Daha sonra mobil telefonun fotoşəkillər olan bölməsinə tərəfimdən baxış keçirilən zaman istintaq üçün əhəmiyyətli İMG-20220518-WA0109.jpeg nömrəli, üzərində “Qazax-Şuşa-Astara” yazılmış istiqamətləndirici lövhənin şəkli, İMG-20220517-WA0032.jpeg nömrəli, üzərində “Qazax-Şuşa-Astara” yazılmış istiqamətləndirici lövhənin fərqli profildən şəkli, İMG-20220517-WA0034.jpeg nömrəli, narkotik vasitələrin arasına qoyulduğu ehtimal edilən həmişə yaşıl ağacların şəkli, 20220504_1********.jpg nömrəli, 4098 5844 6281 1017 kodlu, üzərindən aşkar olunmuş “Leobank”a məxsus bank kartının şəkli müəyyən edilmişdir. Bununla bağlı telefondakı “Leobank” proqramına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A03s” markalı mobil telefonun “Gmail” proqramına baxış keçirilsə də, həmin proqramdakı tamerlanhuseynzadeO@gmail.com hesabında istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A03s” markalı mobil telefonun “Samsung Notes” proqramına baxış keçirilsə də, həmin proqramda istintaq üçün əhəmiyyətli hər hansı qeyd və ya qeydlər müəyyən edilməmişdir (cild 1, iş vərəqə 121-123). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 26 may 2022-ci il tarixdə saat 18:25-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Baş Narkotiklərlə Mübarizə İdarəsində yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nizami Omarovun yanında ondan sola doğru ayaq üstə dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1dur. Şahid1 yanında ondan sola doğru ayaq üstə dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dur. Təhqiqatçının qarşısında dayanmış şəxs “Mərkəz” Vəkil Bürosunun vəkili X2r. Xidməti otaqda Şahid3lə müdafiəçi Saleh Əliyevin arasında dayanmış, əynində ağ rəngli köynək və qara rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Videoçəkilişin davamında təhqiqatçı Nizami Omarov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlində tutduğu 1 ədəd sellofan torbanı qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı N.Omarov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi torba açıldıqda içərisində 1 ədəd sellofan torbada büküm olduğu aşkar edilir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sonuncuya məxsus 1 ədəd üzərində “***-***-**-**” və “077- 377- 92-42” mobil nömrələri olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə Təqsirləndirilən şəxs aid şəxsiyyət və sürücülük vəsiqələri, 1 ədəd 4098 5844 6281 1017 nömrəli “Leo Banka” aid plastik bank kartı, 1 ədəd açar və 2 ədəd iyirmi manatlıq, 1 ədəd on manatlıq, 5 ədəd beş manatlıq olmaqla, ümumilikdə yetmiş beş manat nağd pul aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində tutmuş olduğu narkotik vasitə heroinə bənzər büküm iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs sağ əlində tutmuş olduğu 1 ədəd narkotik vasitə heroin bükümünü iyirmi gün əvvəl İran İslam Respublikasının vətandaşları “Əhməd” və “Səid” adlı şəxslərin vasitəsi ilə “Ələt yolundan” əldə etdiyini və sonuncunun tapşırığı ilə həmin maddələri Səidin dediyi ünvana çatdıracağı təqdirdə sözügedən şəxslərin ona 1.000 manat pul verəcəyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı özünün “kakos” kimi bilinən narkotik vasitə heroindən istifadə etdiyini, qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olnumuş ümumilkdə 75 manat nağd pulun narkotik vasitələrin daşımasından deyil, taksi fəaliyyəti ilə məşğul olaraq qazandığını, narkotik vasitələrin satışını deyil, kuryer kimi çatdırılmasını həyata keçidiyini, qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olnumuş açarın yaşadığı evin açarı olduğunu, habelə üzərindən aşkar olunan narkotik vasitədən əlavə yaşadığı ünvan 9 ünvanında yerləşən evində saxladığı maddələri də təqdim edə biləcəyini bildirir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş sonuncuya aid şəxsiyyət, sürücülük vəsiqələri, 1 ədəd “LeoBanka” məxsus plastik bank kartı və 1 ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada götürülür, 1 ədəd açar və 75 manat nağd pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır (cild 1, iş vərəqə 146-147). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 26 may 2022-ci il tarixdə saat 19:25-də qeydə almır. Süni işıqlandırma ilə işıqlandırılmış ev Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən iki otaqlı evdir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nizami Omarovun qarşısında ayaq üstə dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1dur. Təhqiqatçı qarşısında bir qədər solda dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dur. Şahid3 qarşısında bir qədər solda dayanmış şəxs “Mərkəz” vəkil bürosunun vəkili X2r. Təhqiqatçıdan sola doğru onun yanında dayanmış əynində ağ rəngli köynək və qara rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təhqiqatçı N.Omarov tərəfindən Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yerləşən iki otaqlı bina evində yaşaması müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs bildirilir ki, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman İran İslam Respublikasının vətəndaşları olan “Əhməd” və “Səid” adlı şəxslərin vasitəsilə əldə edib evində saxladığını qeyd etdiyi narkotik vasitəni hazırda baxış keçirilən iki otaqlı evin harasında saxladığını desin və çıxardıb təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən iki otaqlı bina evində girişdən sol tərəfdə yerləşən sanitar qovağa daxil olaraq duş kabinəsinin alt hissəsindən içərisində 1 ədəd elektron tərəzi, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə və 2 ədəd qırmızı və ağ, yəni şəffaf rəngli polietilen bükümdə açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan gümüşü rəngli sellofan torbanı çıxardıb təqdim edir. Həmin gümüşü rəngli sellofan torba iştirakçıların gözü qarşısında açıldıqda içərisində 1 ədəd elektron tərəzi, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə və 2 bükümdə açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin sanitar qovşağında yerləşn duş kabinəsinin altından çıxardıb təqdim etdiyi gümüşü rəngli sellofan torbadan aşkar olunmuş həmin 1 bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 2 bükümdə açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, həmin gümüşü rəngli sellofan torbaya qoyulmaqla müvafiq qaydada qablaşdırılır Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında aşkar edilmiş 1 bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 2 bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri 20 gün əvvəl İran İslam Respublikasının vətəndaşları “Əhməd” və “Səid” adlı şəxslərin vasitəsi ilə əldə etdiyini və sonuncunun tapşırığı ilə həmin maddələri Səidin dediyi ünvana çatdıracağı təqdirdə sonuncunun ona 1.000 manat pul verəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən ikiotaqlı bina evinə keçirilmiş baxış zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır (cild 1, iş vərəqə 149-150). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 27 may 2022-ci il tarixli 6/2989 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 201,111 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” və s. yazılar və imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 390,721 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Elektron tərəzinin üzərində tiryəkin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində tiryək iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Tiryək və Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 201,111 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 201,011 qram, tiryəkin ümümi təmiz çəkisi 390,721 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 390,621 qram cild 1, iş vərəqə 46-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 27 may 2022-ci il tarixli 7/543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi kütlələr” yazılar və imzalar olan 1 ədəd üzəri skoçla bağlanmış gümüşü rəngli polietilen bağlamada 2 ədəd üzəri skoçla bağlanmış (qırmızı və ağ rəngli) polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 589,2 qram və 23,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 612,8 qramdır. Təqdim olunmuş 2 ədəd polietilen bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş gümüşü rəngli polietilen bağlamada olan 1 ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümümi təmiz çəkisi 612,8 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 612,76 qram, cild 1, iş vərəqə 51- 53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 31 may 2022-ci il tarixli 1372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 175-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 31 may 2022-ci il tarixli 2849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 172-173). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 201,011 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən evdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 390,621 qram olan narkotik vasitə tiryək, 612,76 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və “Samsung Galaxy A03s” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 177-195). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 136). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 94-98). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 182 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 201,011 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən evdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 390,621 qram olan narkotik vasitə tiryək, 612,76 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“Samsung Galaxy A03s” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -“şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 182 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 201,011 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən evdən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 390,621 qram olan narkotik vasitə tiryək, 612,76 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“Samsung Galaxy A03s” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -“şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar