Məhkəmə qərarları › İş №1(101)-1726/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1726/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1726/2023 19.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçi: Bakı şəhəri “M.B.M” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Alı oğlunun və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 02 mart 1990-cı ildə Ağdaş rayonu Qolqatı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı bağları fərdi evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə riayət etməməklə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X1 məxsus olan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili “X10” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq maksimum icazə verilən 60 km/saat sürətdən artıq 90 km/saat sürətlə Bakı şəhəri Sabunçu rayonu Mehdiabad-Pirşağı şosesi ilə Mehdiabad qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində idarə edərkən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2-ci Sovxozda yerləşən “Nəbi” marketin qarşısında “X10” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin, 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq uçun mümkün olan tadbirləri görməlidir kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkani olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön hissəsini, əks istiqamətli hərəkət hissəsindən onun hərəkət hissəsinə, yəni, sola doğru hərəkətdə olan Şahid2 etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşdurub həmin avtomobildə arxa sağ oturacaqda sərnişin olmuş Zərərçəkmiş şəxs baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişaİarına, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ gicgah-təpə sümüklərinin açıq, İ-İİ boyun fəqərələrinin qapalı qəlpəli sınıqları, sağ bazu sümüyünün qapalı sınığı, ağciyərin kontuziyası, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət edilən, canlı şəxslərdə ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümlə səbəbli əlaqə daşıyan xəsarətlər yetirib ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini qeyd etsə də, ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işdə olan zaman ailə üzvlərindən ona zəng gəlmiş və o, azyaşlı uşağının xəstə olduğunu, uşağın qızdırmasının olduğunu öyrənmişdir. O, uşağına dərman almaq üçün tələsmiş və təmir etdiyi, Əmiraslan Səlimova məxsus “Opel Astra” markalı avtomobillə iş yerindən çıxaraq evinə tərəf getmişdir. Yolda hərəkətdə olan zaman “Kia Rio” markalı maşın qəfil qarşısına çıxmışdır. Belə ki, o, çatana yaxın “Kia Rio” markalı avtomobil onun qarşısından yolun əks hissəsinə dönmüşdür. O, əyləcə bassa da hadisənin qarşısını ala bilməmişdir. O, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə yardım göstərmiş, mərhum zərərçəkmiş şəxsi avtomobilin altından çıxarmışdır. Qəza baş verərkən “Kia Rio” markalı avtomobildə olan şəxslər içkili olmuşlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 25-30 ildir ki, Sabunçu rayonunda yaşayır və maşın ustası - çilingər işləyir. Avtomobillərin markalarını fərqləndirə bilir, lakin onun sürücülük vəsiqəsi yoxdur. Hadisə baş verən zaman onun idarə etdiyi avtomobil müştəriyə məxsus olmuş, lakin o, müştərinin özündən icazə alıb onun avtomobilini götürmüşdür. Həmin avtomobil “Opel Astra” markalı olmuş, lakin o, avtomobilin dövlət nömrə nişanını bilmir. O, “Opel Astra” markalı avtomobillə Mehdiabad qəsəbəsindən çıxmış Pirşağı kəndinə tərəf getmişdir. Onun sürücülük vəsiqəsi olmasa da, o, maşın sürməyi bacarmış, maşın sürməyi uşaq yaşlarından öyrənmişdir. Hadisənin baş verdiyi yol gediş-gəlişli yol olmuş, yolun orta hissəsində qoşa xətt olmuş, lakin maneə olmamış, onun yolu isə birxətli olmuşdur. Yol düz yol olmaqla, sağ və sol tərəflərində evlər olmuşdur. “Kia Rio” markalı avtomobilin yolun qarşı hissəsinə döndüyünü yalnız həmin avtomobilə çatanda görmüşdür. Hadisə zamanı avtomobili 60-70 km/saat sürətlə idarə etmişdir. Oxuyub-yazmağı bilməsə də, rəqəmləri tanıyır. O, “Kia Rio” markalı avtomobili görən kimi əyləcə basmışdır. “Kia Rio” markalı avtomobilin sürücüsü o, çatana qədər 3 avtomobili gözləmiş, lakin o, çatana yaxın dönmə əməliyyatı etmişdir. Onun idarə etdiyi avtomobil “Kia Rio” markalı avtomobilin arxa tərəfinə çırpılmışdır. Hadisədən sonra avtomobil aşmamış, “Kia Rio” markalı avtomobil yolun ortasında dayanmış, yəni onun yolunda olmuşdur. Qəzadan sonra dərhal zərər çəkmişşəxslərə yardım etmiş, mərhum zərərçəkmiş şəxsi avtomobilin altından çıxarmışdır. Qəzadan sonra “Kia Rio” markalı avtomobilin nə qapısı açılmamış, nə də pəncərəsi sınmamışdır. Avtomobilin sağ qapısı əyildiyindən mərhum zərərçəkmiş şəxsin oradan çıxdığını güman edir. “Kia Rio” markalı avtomobilin sürücüsü də, sağda əyləşən sərnişin də sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumamışdır. Zərərçəkmiş şəxsin və digər şəxslərin içkili olduqlarını spirt qoxusundan anlamışdır. Qəza baş verən yerdə dönməyə icazə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qardaşıdır. 17 yanvar 2023-cü il tarixdə işdə olan zaman ailə üzvləri ona zəng edərək qardaşı Mirəlinin kabab bişirdiyini bildirib, onu evə çağırmışlar, o, evə getmiş, lakin qardaşının evdə olmadığını müəyyən etmişdir. Qardaşının harada olduğunu soruşduqda bir qədər əvvəl evdən çıxdığını demişlər. Bir qədər keçdikdən sonra ona zəng edərək baş vermiş qəza barədə məlumat vermişlər. O, hadisə yerinə təxminən 300 metr məsafədə olmuş, xəbəri alan kimi dərhal hadisə yerinə qaçmışdır. O, hadisə yerinə çatanda qardaşı Mirəlinin yerdə olduğunu görmüşdür. Daha sonra təcili tibbi yardım gəlmiş və həkimlər qardaşının artıq dünyasını dəyişdiyini bildirmişlər. “Kia Rio” markalı avtomobili idarə edən şəxs Şahid2 həmin zaman mağazanın önündə dayanmış, onu polis əməkdaşları aparmışlar. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı evli olmuş və onlar bir evdə yaşamışlar. Hadisədən sonra təqsirləndirilən şəxsin ailə üzvləri yas mərasiminə gəlmiş, onlara dəymiş ziyanı qismən ödəmişlər. Qardaşının ailəsi onun ailəsi ilə birlikdə bir otaqlı evdə yaşayır. Qardaşının və digərlərinin spirtli içki içdikləri barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla dostluq münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə o, mərhum Zərərçəkmiş şəxs və digər tanışları ilə birlikdə yaşadıqları ərazidə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Dərəçiçək” kafesində oturmuş, həmin vaxt Firdovsi də kafeyə gəlib onların yaxınlığındakı masada əyləşmişdir. Kafedən çıxan zaman Mirəli ilə o, Firdovsidən onları da maşınla aparmasını xahiş etmişlər. Onlar maşına mindikdən sonra, yolun yarısında ona zəng gəlmiş, onun başı telefona qarışmış, elə həmin anda da qəza baş vermişdir. Buna görə də o, qəzanın baş vermə anını xatırlamır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili Firdovsi idarə etmiş, o, öndə sağ oturacaqda, Mirəli isə arxada sağ oturaqcaqda əyləşmişdir. O, hadisənin necə baş verdiyini xatırlamır. Hadisə zamanı üzü, ayağı və göz qapağından xəsarət almışdır. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasındakı ziddiyyətlə əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, şahid ibtidai istintaq zamanı hadisənin təsiri altında olduğunu, özünün də yaralandığını, bu səbəbdən ibtidai istintaq zamanı hansı məzmunda ifadə verdiyini xatırlamadığını və məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Teymuroviç ifadəsində bildirmişdir ki, o, 17 yanvar 2023-cü il tarixdə kofe içmək üçün “Dərəçiçək” kafesinə getmiş, tanışları Mirəli və Məhəmməd də orada olmuşlar. Məhəmməd və Mirəli ondan maşınla onları yolüstü “Nəbi” marketin qarşısında düşürtməyi xahiş etmiş, o da razılaşmışdır. Onlar maşına minmiş, ön sağ oturacaqda Məhəmməd, arxa sağ oturacaqda isə Mirəli oturmuşdur. “Nəbi” marketin qarşısında maşını sola döndərmək üçün işığı yandırmış, 2 maşını ötürmüş, sonra yola baxaraq başqa maşın olmadığını görüb, sola dönmüşdür. O, sola dönən zaman qəza baş vermişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, yol bir zolaqlı olmuş, o, dönmək istəyərkən yoldan avtobus gəlmiş, lakin avtobus çatmamış qəza baş vermişdir. O, sola dönən kimi qəza olmuşdur. Avtobusla onun idarə etdiyi maşının arasında 150 metr məsafə olmuşdur. Həmin yolda dönmə əməliyyatı etmək üçün qadağa olmamışdır. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, kafeyə tək getmiş, atası onu gözləmiş, oradan çıxıb Buzovnaya getməli olmuşdur. Məhəmməd ondan xahiş etdiyinə görə o, Məhəmmədi və Mirəlini yolüstü düşürməyə razılaşmışdır. Maşında ön sağ oturacaqda Məhəmməd, onun arxasında, sağ tərəfdə isə Mirəli oturmuşdur. O, hər gün həmin yolla uşaqlarını məktəbə aparır və həmin yerdən dönür. Sol tərəfdə küçə olmuş, o, marketin qarşısından dönmüşdür. Dönmə əməliyyatı etməmişdən əvvəl avtomobilin müvafiq dönmə işığını yandırmışdır. Orada hər hansı qadağa işarəsi olmamışdır. O, iki maşını ötürüb sonra dönmüşdür. Hadisə baş verən zaman saat təxminən 20.00 radələri olmuş, hadisə 2023-cü ilin yanvar ayının 17-də baş vermişdir. Maşın vurulandan sonra baş verənləri xatırlamır, sonradan hadisəni görən şəxslərdən maşının 3 dəfə fırlandığını öyrənmişdir. O, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hansı sürətlə hərəkət etdiyini görməmişdir. O, toqquşma anına qədər ümumiyyətlə həmin avtomobili görməmişdir. O, hadisədən bir neçə ay əvvəldən ümumiyyətlə spirtli içki içməmiş, onun avtomobilində olan şəxslərin içkili olub-olmamasını bilmir. Avtomobilində video-registrator quraşdırılsa da, hadisə zamanı işlək vəziyyətdə olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Sabunçu RPİ-nin rəhbərinə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli raportdan görünür ki, 17 yanvar 2023-cü il tarixdə 20.52 radələrində 3 saylı ŞKX-dan tibb bacısı Əfəndiyeva məlumat verərək bildirmişdir ki, Pirşağı qəsəbəsi Savxoz yolunda baş vermiş YNH-i zamanı 1991-ci təvəllüdlü Şahid1 və 1986-cı il təvəllüdlü Şahid2 Teymur oğlu xəsarət almış, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə yerində vəfat etmişdir (i/v: cild İ, səh. 3). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək və sxemi tərtib edilərək qeyd olunan protokola əlavə olunmuşdur (i/v cild İ, səh. 4-13). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1/183 nomrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” zamanı “ayıq” olmuşdur (i/v cild İ, səh.15). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş 18 yanvar 2023-cü il tarixli 249 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində "MOP+” aşkar edilmişdir (i/v cild İ, səh.24). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 18 may 2023-cü il tarixli məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qİİ-nin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (i/v: cild İ, səh.222). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 1326 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid2 xəsarətləri alın nahiyəsinin sıyrığı, baş beyin silkələnməsidir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i/v cild İ, səh. 228-230). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 929 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 xəsarətləri baş beyin silkələnməsi, sağ yanaq burun nahiyəsinin və sağ üst göz qapağının əzilmiş-cırılmış yaraları, sağ göz konyuktivasına qansızma, sol diz oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qararda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i/v cild İ, səh. 88-90). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 11 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs Mirandam oğlunun xəsarətləri baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ gicgah-təpə sümüklərinin açıq, İ-İİ boyun fəqərələrinin qapalı qəlpəli sınıqları, sağ bazu sümüyünün qapalı sınığı, ağciyərin kontuziyası, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs Mirandam oğlunun ölümünə səbəb sağ gicgah-təpə sümüklərinin açıq, İ-İİ boyun fəqərələrinin qapalı qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tadqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (i/v cild İ, səh. 72-75). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 may 2023-cü il tarixli, 8/1338 nömrəli rəyindən görünür ki, “Kia Rio” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq oİmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını aİmağa texniki imkanı oİmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq oİmuşdur (i/v cild İ, səh. 93-95). Cinayət işinin materiallarında olan 16 iyun 2023-cü il tarixli “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan məlum olur ki, hazırki cinayət işindən Şahid2 Teymuroviç barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ayrıca icraatda cinayət işi ayrımışdır (i/v cild İ, səh. 246-247). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında hadisə baş verməzdən əvvəl avtomobili 60-70 km/saat sürətlə idarə etməsi, ibtidai istintaq zamanı verdiyi ifadəsini savadsız olması ilə əlaqədar oxumadan imzalaması barədə verdiyi ifadəsinə qiymət verərək bildirir ki, təqsirləndirilən şəxs hadisə baş verən vaxtdan həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən bütün izahat və ifadələrində avtomobili 90 km/saat sürətlə idarə etdiyini bildirmiş, həmçinin məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini savadsız olması ilə əlaqədar oxumaması ilə bağlı mövqeyi ilə də razışlamayaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilmiş və bütün dindirmə protokolları onların hər ikisi tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş və cinayət işinin materialları ilə uzlaşmayan əsassız ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə 18 yanvar 2023-cü il tarixli 249 nömrəli aktla Təqsirləndirilən şəxs sidiyində “MOP+” aşkar edilməsi ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, məhkəmə hadisə baş verən zaman təqsirləndirilən şəxsin ayıq olması ilə bağlı istintaq orqanının mövqeyi ilə razılaşır. Belə ki, ibtidai istintaq zamanı Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu X3 şahid qismində dindirilmiş və o, öz ifadəsində xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində növbətçi həkim olan zaman, saat 23:35 radələrində Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirdiyini, onun həmin vaxt ayıq olduğunu, buna görə də şəxsin ayıq olması ilə bağlı 1/183 nömrəli, xx.xx.2023-cü il tarixli protokolu tərtib etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi səbəbindən onun sidiyindən “MOP” aşkar olunmasını, lakin xx.xx.2023-cü il tarixdə həmin şəxsin müayindən keçirilərkən narkotik vasitənin təsiri altında olmadığını bildirmişdir (i/v cild İ, səh.77-78). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v cild İ, səh. 214). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (i/v cild İ, səh. 221). Zərərçəkmiş şəxsin hüquqi varisi X2 həmçinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı övladı var (i/v cild İ, səh. 218- 219). Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs hadisə baş verən zaman narkotik vasitələrin təsiri altında olmasa da, hadisədən bir gün sonra keçirilmiş müayinə zamanı onun sidiyində “MOP+” aşkar edilməsini təqsirləndirilən şəxsin qanuna tabe ruhda olmayan bir şəxs kimi şəxsiyyətini xarakterizə hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 17 (on yeddi) gün ona təyin edilmiş cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasına tədqiq olunmuş “şübhəli şəxsin tutulması haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v: cild İ, səh. 106). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş (i/v cild İ, səh. 142-143), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2023-cü il tarixdən hesablanmış (i/v cild İ, səh. 173-178), həmin Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimatın təmin edilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş (i/v cild İİ, səh.3-10), xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v: cild İİ, səh. 11- 12). Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Alı oğluna 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 17 (on yeddi) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfləri – 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Alı oğluna 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar