Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1726/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə naməlum İran İslam Respublikası vətəndaşı “Səccad” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən öz aralarında rolları bölüşdürdükdən sonra 16 yanvar 2024-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran vətəndaşının tapşırığı əsasında qrupun digər üzvü tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilmiş ümumi təmiz çəkisi 1031,197 qram xüsusilə külli miqdarda narkotik vasitə olan “heroin”, ümumi təmiz çəkisi 30,801 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 62 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə ümumi sayı 620 ədəd əsas təsiredici maddəsi narkotik vasitə metadon olan və təsir maddəsinin ümumi miqdarı 24,8 qram külli miqdar təşkil edən açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini əldə edib saxlayaraq üzərində daşımış, həmin tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin idarənin inzibati binasına gətirilmiş və həmin gün orada saat 22:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 21,197 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə ümumi sayı 10 ədəd əsas təsiredici maddəsi narkotik vasitə metadon olan və təsir maddəsinin ümumi miqdarı xeyli miqdar 0.40 qram təşkil edən açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2024-cü il tarixdə saat 00:10-da yaşadığı mənzilə baxış keçirilən zaman evin girişindən sol tərəfdə yerləşən mətbəxdəki boz rəngli soyuducuda sonuncu tərəfindən gizlədilmiş 01 ədəd sarı rəngli sellofan torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 30,801 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 280 qram və 730 qram olmaqla ümumi təmiz çəkisi 1010 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda eyni tərkibli narkotik vasitə heroin, 61 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə ümumi sayı 610 ədəd əsas təsiredici maddəsi narkotik vasitə metadon olan və təsir maddəsinin ümumi miqdarı 24,4 qram külli miqdar təşkil edən açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri, 2 ədəd səthlərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1-2 dəfə narkotik vasitə istifadə etmiş, lakin narkotik vasitələrin daimi istifadəçisi deyil. O, “İnstagram” sosial şəbəkəsində “Səccad” adlı İran vətəndaşı ilə 4 gün imiş ki, tanış olmuş və o onun dediyi yerlərə narkotik vasitələri yerləşdirəcəkmiş. Yəni, o, narkokuriyerlik edəcəkmiş. 16 yanvar 2024-cü il tarixdə o Masazır qəsəbəsində “Səccad” adlı İran vətəndaşının qeyd etdiyi yerdən narkotik vasitəni götürmüş və həmin narkotik vasitəni “Səccad” adlı İran vətəndaşının deyəcəyi ünvana qoyacaqmış. “Səccad” adlı İran vətəndaşı narkotik vasitəni qoyacağı ünvanı hələ deməmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları ona yaxınlaşaraq onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, saxlanılarkən üzərində narkotik vasitə yox imiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun mənzilinə baxış keçirilmiş və o mənzildə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. O, narkotik vasitəni istifadəsi üçün götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. Daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və sonuncunun cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat qrupu yaradılmış və həmin qrupa Şahid2 da daxil imiş. 16 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 5 ünvanın yaxınlığında olarkən “Elmin” adlı şəxsin zahiri əlamətinə oxşar şəxsi görüb yaxınlaşıb, özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onu BNMİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdaifəçi ilə təmin olundu. Şəxsi axtarılş zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 büküm, 01 ədəd list aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin və metadon olduğunu, bundan başqa yaşadığı mənzildə də narkotik maddələrin olduğunu bildirmişdir. Belə ki, 17 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları ilə birlikdə videoçəkilişlə ünvan 5 ünvanda yerləşən mənzilə baxış və axtarış keçirilmişdir. Mənzilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Nəticədə isə yaşadığı mənzilə baxış və axtarış keçirilən zaman evin girişindən sol tərəfdə yerləşən mətbəxdəki soyuducuda gizlətdiyi 1 ədəd sarı rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 03 ədəd büküm, ümumilikdə 61 ədəd list və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərdən 02 ədəd bükümün içərisində olan heroin, 01 ədəd bükümün içərisində metamfetamin, ümumilikdə 1 ədəd listin içərisində olan həblərin isə metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu maddələri İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, şahid X2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 16 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 16 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 16 yanvar 2024-cü il tarixli, 3137/Ə27/2024 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün, əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) büküm və içərisində 10 (on) ədəd metadon həbinə bənzər olan 01 ədəd listi, həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd açar və “İphone 11 Promax” və “KGTEL” markalı mobil telefonlar, əynində olan həmin şalvarın sağ arxa cibindən içərisində 21 (iyirmi bir) AZN pul, **********829110, **********536913 nömrəli bank kartları və 1 (bir) ədəd “Araz market” kartı olan pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddənin və 01 listin içərisində olan maddənin nə olduğu soruşulduqda o, həmin maddələrin narkotik vasitə olan heroin və güclü təsiredici təsirə malik olan narkotik vasitə metadon olduğunu, qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsin tapşırığı ilə 02 dəfə olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən əldə etdiyini, həmçinin, yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddələr, mobil telefonlar və bank kartları qablaşdırılaraq, götürülmüş, digər əşyalar sonuncuya qaytarılmışdır. Şəxsi axtarış və göürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 yanvar 2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs evin girişindən sol tərəfdə yerləşən mətbəxdəki boz rəngli soyuducuda gizlətdiyi 1 (bir) ədəd sarı rəngli, sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 03 ədəd bükümdə narkotik vasitəyə bənzər maddələr, ümumilikdə 61 ədəd list və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 02 ədəd bükümün içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan heroin, 01 ədəd bükümün içərisində olan ağ rəngli maddənin psixotrop maddə metamfetamin, ümumilikdə 1 ədəd listin içərisində olan həblərin isə güclü təsiredici təsirə malik olan narkotik vasitə metadon olduğunu, qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsin tapşırığı ilə 02 dəfə olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər, dərman həbləri və elektron tərəzilər bağlanılaraq qablaşdırılıb götürülmüşdür. Baxış və göürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 48-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/1-6/284 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan kağız paketi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 21,197 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 10 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,40 qram təşkil edir; -üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız yapışdırılmış bağlamanı açdıqda içərisində bir ədəd bükümdə bükümdə təmiz çəkisi 30,801 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; -02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 280 qr, 730 qr., olmaqla ümumi təmiz çəkisi 1010 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, -61 ədəd üzərində “Methadone 40” göstəriciləri olan blisterdə 610 ədəd açıqqəhvəyi rəngli “FM 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 24,4 qram təşkil edir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Kağız paketdəki və bağlamadakı narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 1301,197 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin 80-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yamvar 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, o, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) büküm və içərisində 10 (on) ədəd metadon həbi olan 01 ədəd listi, həmin şalvarın sol yan cibindən 2(iki) ədəd açar və “İphone 11 Promax” və “KGTEL” markalı mobil telefonlar, əynində olan həmin şalvarın sağ arxa cibindən içərisində 21 (iyirmi bir) AZN pul, **********829110, **********536913 nömrəli bank kartları və 1 (bir) ədəd “Araz market” kartı olan pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddənin və 01 listin içərisində olan maddənin nə olduğu polis əməkdaşları tərəfindən soruşulduqda o, həmin maddələrin narkotik vasitə olan heroin və güclü təsiredici təsirə malik olan narkotik vasitə metadon olduğunu, qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsin tapşırığı ilə 02 dəfə olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik maddələr olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə evə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs evin girişindən sol tərəfdə yerləşən mətbəxdəki boz rəngli soyuducuda gizlətdiyi 1 (bir) ədəd sarı rəngli, sellofan torbanı polis əməkdaşlarına təqdim edir. Həmin sellofan torbanın içərisindən 03 ədəd büküm, ümumilikdə 61 ədəd list və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlərdən 02 ədəd bükümün içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan heroin, 01 ədəd bükümün içərisində olan ağ rəngli maddənin psixotrop maddə metamfetamin, ümumilikdə 1 ədəd listin içərisində olan həblərin isə güclü təsiredici təsirə malik olan narkotik vasitə metadon olduğunu bildirmişdir. Belə ki, o, qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsin tapşırığı ilə 02 dəfə olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər, dərman həbləri və elektron tərəzilər olduğu kimi bağlanılaraq boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, götürülür. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat: 03:09:39-da “Efqan senin emantlerivi qoyuram bir vere 45 manat karta atarsan 1 qram yarim mal olacaq yari senin payin di” tipli mesaj qeyd olunmuşdur. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 mart 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat: 03:27:50-də “en seher seni gozdirem deyi bala bele baxiram mala gore ne hoqa olsa verersiz” tipli mesaj qeyd olunmuşdur. Cinayət işinin 179-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd telefon “İphone 11 ProMax” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Whatsapp” proqramına daxil olduqda orada “Ev” adı ilə qeyd edilmiş “+**********27” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “5k, 15p, 15k, 2k, 2p, 10p, 7k, 7p, 10p, 5k, 1 p, 5k, 15k, 2p, 5k” məzmunlu mesajın göndərilməsi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, “Ev” adı olaraq kontaktda qeyd edilmiş şəxs İran İR-nın vətəndaşı “Səccad” dır, qeyd olunan mobil nömrə ona məxsusdur, “k”-“kakos” yəni “heroin”, “p”-“patı” yəni “metamfetamin”dir, qeyd olunan rəqəmlər isə sonuncunun dediyi çəkidə tərəzidə bölüşdürülməklə müxtəlif ünvanlara yerləşdirməklə müştərilərə çatdırılacaqmış. Həmçinin də “İphone 11 ProMax” markalı mobil telefonda olan “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Ev” adı ilə qeyd edilmiş kontaktdan narkotik maddələrin elektron tərəzilərdə çəkiləri və narkotik maddələrin müxtəlif vaxtlarda müxtəlif ünvanlarda yerləşdirilməsini əks etdirən fotoşəklin və səs yazılarının göndərilməsi aşkar edilmişdir ki, sonuncu bildirmişdir ki, “Ev” adı olaraq kontaktda qeyd edilmiş şəxs İran İRnin vətəndaşı “Səccad” tərəfindən göndərilən narkotik maddələrin dediyi ünvanlara çatdırılması və həmin narkotik maddələrin çəkilərinin ölçülməsi ilə bağlı fotoşəkillərdir, səs yazıları isə “Səccad’la aralarında olan danışıqlardan ibarətdir. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş sonuncuya məxsus 01 ədəd “KGTEL” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X1 oğlu Təqsirləndirilən şəxs məxsus 01 ədəd “KGTEL” markalı mobil telefonu və 02 ədəd banka kartını təhvil almışdır. Cinayət işinin 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş 03 aprel 2024-cü il tarixli, 060-1245- 1224 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 204-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 16 aprel 2024-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, İİR-nın vətəndaşı olan şəxslə danışaraq onun göndərdiyi narkotik vasitələri deyəcəyi yerə qoymaq üçün razılaşdıqlarını etiraf etmiş, lakin bildirmişdir ki, üzərində narkotik vasitə olmamış,o, narkokuriyerlik edəcəkmiş. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olmadığı barədə ifadəsini müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək bu ifadələrə tənqidi yanaşır və həmin ifadələri ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün qismən etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq külli miqdar, 160 qramdan artıq xüsusilə külli miqdar psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli qanununun 1.3.4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 234.4-1ci maddə əlavə edilmiş, “234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 167-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 526 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 169-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X7 şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2024-cü il tarixli, 944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 16 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 98-103-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(001)-56/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polsi İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1031,097 qram narkotik vasitə heroin, 30,701 qram psixotrop maddə metamfetamin, 614 ədəd narkotik vasitə metadon həbi, 02 ədəd elektron tərəzi məhv edilməli, 04 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polsi İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1031,097 qram narkotik vasitə heroin, 30,701 qram psixotrop maddə metamfetamin, 614 ədəd narkotik vasitə metadon həbi, 02 ədəd elektron tərəzi məhv edilsin. 04 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1726/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1726/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver