Məhkəmə qərarları › İş №1(101)-1727/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1727/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1727/2021 09.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, 9 iyun 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, Liteyni döngəsi, ev 3-də qeydiyyatda olub, ünvan 1, mənzil 30-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, 9 fevral 2021-ci il tarixdə Nəsimi rayonunun «Papanin» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Hüseyn» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 10,773 qram və ikinci bükümdə təmiz çəkisi 0,089 qram olmaqla cəmi təmiz çəkisi 10,862 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşıyaraq saxlamış, 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmin gün saat 14:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanda yerləşən həmin Baş idarənin inzibati binasına gətirilmiş və orada üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli paltonun sol yan cibindən iki büküm, bir bükümdə təmiz çəkisi 10,773 qram və ikinci bükümdə isə təmiz çəkisi 0,089 qram olmaqla, ümumi təmiz çəkisi 10,862 qram xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 5-6 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni hər dəfə bir tanımadığı şəxsdən almışdır. Sonuncu dəfə də üzərindən aşkar edilmiş iki ədəd bükümdə narkotik vasitə heroini 9 fevral 2021-ci il tarixdə saat 18 radələrində Papanin adlanan ərazidə «Hüseyn» adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. Sonuncunu əvvəllər tanımamışdır. Papanində olarkən bir nəfər şəxsə yaxınlaşıb ondan siqaret istəmiş və sonuncu ona siqaret vermişdir. Siqaret çəkə-çəkə onunla söhbət etməyə başlamış və söhbətləri alınmışdır. Bundan ürəklənib ondan narkotik vasitəni haradan əldə edə biləcəyini soruşmuş, Hüseyn ona özünün narkotik vasitə satdığını demişdir. Hüseynə üzərində 300 manat pulu olduğunu deyib, ondan həmin pulun müqabilində narkotik vasitə heroin istəmişdir. Hüseyn ona bir qədər gözləməyini deyib harasa getmiş və təxminən 10 dəqiqən sonra qayıdıb cibindən iki bükümdə narkotik vasitə heroini çıxarıb verib, bir bükümdə 10 qram, digərində isə şəxsi istifadəsi üçün 1 çet olduğunu bildirmişdir. 300 manat pulu çıxarıb Hüseynə vermişdir. Həmin iki ədəd bükümdə narkotik vasitə heroini gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. 11 fevral 2021-ci il tarixdə evdən çıxarkən, həmin iki bükümdə olan heroindən birini istifadə etmək məqsədilə götürmüş, digərini isə idarə etdiyi avtomobildə saxlamışdır. Həmin gün saat 14:30 radələrində yaşadığı ünvan 3 ünvanda olan binanın qarşısında tək dayandığı zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişdir. Sonunculara özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, qərarla tanış etdikdən sonra, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Orada ona müdafiəçi təyin edilmiş və müdafiəçi gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona üzərində video çəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılacağı deyilmişdir. Qərarla tanış olandan sonra, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlayanda ona üzərindəki əşyaları təqdim etmək təklif edilmişdir. Üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli paltonun sol yan cibindən içərisində narkotik vasitə heroin olan 2 ədəd sellofan bükümü, paltonun sağ yan cibindən bir ədəd «Xiomi» markalı və bir ədəd «Nokia» markalı mobil telefonu, şalvarının sol yan cibindən 181 manat pulu çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra həmin iki ədəd büküm açılmış və içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Təhqiqatçıya həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, iki gün əvvəl Nəsimi rayonunda Papanin adlanan ərazidə tanımadığı «Hüseyn» adlı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən, həmin narkotik vasitəni satmaq niyyəti ilə üzərində saxladığını həyəcanlı olduğundan demişdir. Həmin vaxt polis əməkdaşları ona həmin narkotik vasitəni satman niyyəti ilə əldə edib, üzərində saxladığını etiraf etməyəcəyi təqdirdə, arvadını da gətirib ona qoşacaqlarının dediyindən, polis əməkdaşlarının hədəsindən və həm də döyüləcəyindən qorxub, üstündən çıxan narkotik vasitəni satmaq niyyəti ilə üzərində daşıdığını bildirmişdir. Həqiqətdə isə onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Belə bir niyyəti olsaydı, iki gün ərzində heroini bir neçə yerə bölüb hissələrə ayırıb üzərində saxlayardı. Heç kimə narkotik satmamış və kiməsə də hədiyyə verməmişdir. Bundan sonra həmin iki ədəd büküm zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzərinə imza etmişdir. İki ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüş və 181 manat pul ona qaytarılmışdır. Videoçəkiliş qurtarandan sonra protokol tərtib edilmiş, onlara oxunduqdan sonra müdafiəçisi və o, protokola imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Şahid3 onun tanışıdır. Rəhimlə hərdən şərikli pul qoyub heroin alıb, birlikdə istifadə etmişdir. Heroinin şəxsi istehlak miqdarının 0.15-dən aşağı olduğu barədə məlumatlıdır. Bunu tanışları hüquq təhsili olan şəxslərdən və qanunları internetdən oxuyub bilmişdir. Namaz qılıb, ibadətlə məşğul olur. Heroinin zərərli maddə olduğunu da bilir. Narkotikdən uzaq olmağa çalışır və mübarizə aparır. Heç vaxt Rəhimə narkotik vasitə verməmiş və ondan da narkotik almamışdır. Rəhimə də narkotikdən uzaq durmasını tövsiyyə etmişdir. Dində də kiməsə narkotik vermək və ya zərərli bir işi məsləhət görmək, spirtli içki içmək haram və günah sayılır. Rəhimlə bir yerdə Zirə kəndindən pomidor-xiyar alıb, şəhərdə restoran və marketlərə verməklə yanaşı, avtomobil ehtiyyat hissələrinin satışı ilə də məşğul olmuşdur. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Xəstəliyini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş İdarənin rəisinə məruzə etdikdən sonra, həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün o və baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olduğunu öyrənib, həmin ünvana gəlmişlər. 11 fevral 2021-ci il tarixdə saat 14:30-da bir nəfər şəxsin qeyd edilən ünvanının qarşısında olduğunu görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra, sonuncudan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə onlara məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkilişlə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli paltonun sol yan cibindən 2 ədəd sellofan bükümü, paltonun sağ yan cibindən bir ədəd «Xiomi» və bir ədəd «Nokia» markalı mobil telefon, şalvarın sol yan cibindən 181 manat pulu çıxarıb stolun üzərinə qoymuş və həmin iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Odur ki, həmin iki ədəd büküm açılaraq baxış keçirilmiş və bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinləri iki gün öncə Papanin adlanan ərazidə «Hüseyn» adlı şəxsdən 300 manata şəxsi istifadəsi və satmaq niyyəti ilə alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. «Nokia 1280» və «Xiaomi Redmi» markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 181 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədbir nəticələrinə dair protokol tərtib edilmiş, oxunduqdan sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 5-6 ildir ki, narkotik vasitə heroini ineksiya yolu ilə qəbul edir. Narkotik vasitələri bir qayda olaraq Nəsimi rayonunun «Papanin» və «Kubinka» kimi tanınan ərazilərindən tanımadığı şəxslərdən 10-15 manat ödəməklə əldə edir. Təqsirləndirilən şəxslə Zığ qəsəbəsində yerləşən narkoloji dispanserdə müalicə alan zaman tanış olmuş və aralarında yaxın dostluq münasibətləri yaranmışdır. Onda narkotik vasitə olanda Namiqlə, Namiqdə olanda da onunla birlikdə heroini ineksiya yolu istifadə etmişlər. Namiqin istifadəsində olan +**********07 və +**********00 saylı telefon nömrələri ilə onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs: «Mən dedim deyir 50», «Namık yarı ton laz.», «Namık bu nədi qara, m özünə bu qırd.», «Brat 25 lik edə bil.», «Egar orda 048-dan azdisa oglanin har seyini yas olduğuna goradı», «Namık 1 yeşik düz.». «Sabah günorta 1 ye.», «Gatiraram.». «Yalan diyanin har seyina nahlet olsun egar orda 90 deyildisa san 2 dana cetin gadarini de mana.», «Mən dedim daha gecd.», «Yaxsi olanda hec demirsan ki sag o] tez 01 az olanda. deyirsan yarsi yox idi.», «1 də də 2 i dənə.», «1 də də 2 i dənə çet yarı da da 2 dənə nə fərp oldu.», «Brat 25 ]ik edə bilərsən birdə saat 4. Ya da 5 danışa bilmirəm evd.». «Salam brat axşam üstü yarı yeşik gətirə bilərsən hə yox de.», «Namık heç nə demirəm denən qurana and olsun bu düz idi çəki i.» kimi mesajlari özü yazmışdır. Maddi vəziyyəti ilə əlaqədar narkotik vasitəni tək ala bilməyəndə, pulunun yarısını özü, yarısını da Namiq qoymuş və əldə etdikləri narkotik vasitəni birlikdə istifadə etmişlər. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonuncu hər zaman danışanda ona: «biz xəstə adamlarıq, kimisə zəhərləmək günahdır» demişdir. Namiqin narkotik vasitə heroinlə saxlanıldığını onun yaşlı anasından eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin baş eksperti vəzifəsində işləyir. 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCCMİ-nin İTİ-nin Təhqiqat bölməsindən Məhkəmə Ekspertiza Mərkəzinə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümdə maddə və müvafiq ekspertiza keçirilməsi ilə bağlı qərar daxil olmuşdur. Ekspertizanın keçirilməsi ona həvalə olunduğu üçün kimyəvi ekspertizanın keçirilməsinə başlanılmazdan əvvəl həmin bükümlər açılaraq onların çəkiləri, birinci bükümdəki maddənin çəkisinin 10,773 qram, digərində isə 0,089 qram olduğu müəyyən edildikdən sonra DİN-nin BMCCMİ-nin baş əməliyyat müvəkkili T.Teymurovun iştirakı ilə müvafiq akt tərtib edilmiş və 12 fevral 2021-ci il tarixdə ekspertiza tədqiqatına başlamışdır. Ekspertiza təqdiqatından sonra tərəfindən 12 fevral 2021-ci il tarixli 6/631 saylı rəy tərtib edilmiş və həmin rəydə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,733 qram, digərində isə 0,089 qram olmaqla, ümumi təmiz çəkisi 10,862 qram, həmin narkotik vasitənin ekspertizaya tədqiqinə sərf edildikdən sonra qalmış 10,712 qram çəkisi müəyyən edilmiş və tərəfindən texniki səhv olaraq, rəyin nəticə hissəsində, yəni 1 ədəd bükümdə təmiz çəkisi 10.773 qram əvəzinə 10.733 qram göstərilmişdir. Digər bükümdə olan narkotik vasitə heroinin çəkisi düzgün qeyd olunmuşdur. Beləliklə ümumi təmiz çəkisi 10.862 qram qəhvəyi rəngli lozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu, heroinin ümumi təmiz çəkisi 10.862 qram, tədqiqata sərf edilmiş, ümumi 0.15 qram, qalıq 10.712 qram olması göstərilmişdir. Odur ki, 12 fevral 2021-ci il tarixli 6/631 saylı ekspertiza rəyində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin bir bükümündə təmiz çəkisi 10,733 qram göstərilməsi texniki səhv kimi başa düşülməli, həmin narkotik vasitənin təmiz çəkisi 10,773 qram kimi qəbul edilərək oxunulmalıdır. İşin 1-ci cildinin 30-31-ci vərəqələrindəki 11 fevral 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin müdafiəçisinin iştirakı ilə video çəkilişlə aparılacağı barədə məlumat verilmiş və sonuncu buna etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu deyərək əynindəki qara rəngli paltonun sol yan cibindən iki ədəd sellofan bükümü, sağ yan cibindən isə 1 ədəd «Xiaomi Redmi» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonu, şalvarının sol yan cibindən 181 manat pulu çixardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin 2 ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümlərdəki heroini iki gün öncə Nəsimi rayonunda yerləşən Papanin adlanan ərazidə anket məlumatlarını bilmədiyi «Hüseyn» adlı şəxsdən 300 manata şəxsi istifadəsi və başqa şəxslərə satmaq məqsədi ilə alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İşin 2-ci cildinin 115-116-cı vərəqələrindəki 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürməyə dair bir ədəd video diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 iştirakı ilə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs buna etiraz olmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli paltonun sol yan cibindən 2 ədəd sellofan bükümü, sağ yan cibindən 1 ədəd «Xiaomi Redmi» markalı və 1 ədəd «Nokia» markalı mobil telefonu, şalvarının sol yan cibindən 181 manat pulu çixardıb təqdim etmiş, təqdim etdiyi 2 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 2 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini iki gün öncə Bakı şəhəri Nəsimi rayonunda yerləşən Papanin adlanan ərazidə anket məlumatlarını bilmədiyi «Hüseyn» adlı şəxsdən 300 manata şəxsi istifadəsi və başqa şəxslərə satmaq məqsədi ilə alıb, üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 39-44-cü vərəqələrindəki məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2021-ci il tarixli 6/631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə.» yazısı olan pakeldəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10.773 qram və 0.089 qram, ümumi təmiz çəkisi 10.862 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin ümumi təmiz çəkisi 10.862 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 10.712 qram). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. İşin 1-ci cildinin 190-191-ci vərəqələrindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 7 may 2021-ci il tarixli 1013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İşin 1-ci cildinin 193-194-cü vərəqələrindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 may 2021-ci il tarixli 1571 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs toksikomaniya və alkoqolizm xəstəliyninin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs toksikomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Göstərilən müddətdə Təqsirləndirilən şəxs narkomaniyanın abstinensiya və intoksikasiya vəziyyətində olmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülmüşdür. İşin 2-ci cilinin 117-129-cu vərəqələrindəki «sübutların qiymətləndirilməsi barədə» 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş 1 ədəd CD formatlı videogörüntü olan disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 10.862 qram olmaqla, məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış 10.712 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, 10.712 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 1 ədəd CD formatlı videogörüntü olan disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 8-ci vərəqəsindəki DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş raportdan görünür ki, 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satmaqda şübhəli bilinən Mirzəyev X1 Baş idarəyə gətirilmişdir. Şübhəli şəxs N.A.M.Mirzəyevin paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilir. İşin 2-ci cildinin 84-85-ci vərəqələrindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİnin Banditizim və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş əməiyyat-axtanş tədbirlərinin aparılması barədə 11 fevral 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İşin 1-ci cildinin 20-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə Azərbaycan Resbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 56-cı vərəqəsindəki 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İşin 1-ci cildinin 78-82-ci vərəqələrindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin 1-ci cildinin 89-90-cı vərəqələrindəki 3 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Gülməmmədli tərəfindən ərazi adiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. İşin 1-ci cildinin 93-94-cü vərəqələrindəki 20 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi C.Əhmədov tərəfindən icraatına qəbul edilməklə istintaqı aparılmışdır. İşin 1-ci cildinin 209-221-ci vərəqələrindəki 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, müstəntiq C.Əhmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə əməlini, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. İşin 1-ci cildinin 224-225-ci vərəqələrindəki 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən «Hüseyn» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. İşin 1-ci cildinin 228-229-cu vərəqələrindəki 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və cinayət işi 2 iyul 2021-ci il tarixdə ittiham aktı tərtib edilərək Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilmişdir. 7 iyul 2021-ci il tarixdə Yasamal rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Rəşadət Orucov tərəfindən ittiham aktı təsdiq edilərək cinayət işi Yasamal rayon məhkəməsinə göndərilmişdir (c.1. i.v.250-262). İşin 2-ci cildinin 34-37-ci vərəqələrindəki Bakı şəhəri Yasamal rayon məhkəməsinin 6 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. İşin 2-ci cildinin 58-63 və 68-73-cü vərəqələrindəki Nərimanov rayon məhkəməsinin 1 sentyabr 2021-ci İl tarixli qərarlarından görünür ki, cinayət işi üzrə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Cavid Əhmədov tərəfindən ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmaqla, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi C.Ə.Əhmədov barəsində xüsusi qərar çıxarılmışdır. İşin 2-ci cildinin 77-78-ci vərəqələrindəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işi Yasamal rayon prokurorluğuna daxil olmuş və cinayət işi üzrə istintaq davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir İşin 79-82 və 86-89-cu vərəqələrindəki 13 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Cavid Əhmədov tərəfindən icraatına qəbul edilmiş və həmin gün onun tərəfindən cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. İşin 2-ci cildinin 91-94-cü vərəqələrindəki 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi M.Ələsgərov tərəfindən icraata götürülmüşdür. İşin 2-ci cildinin 117-129, 144-145-ci vərəqələrindəki 24 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İşin 1-ci cildinin 139-140-cı vərəqələrindəki Azərbaycan Respublikasi DİN-in BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Baki şəhəri Nəsimi rayon xalq məhkəməsinin 25 oktyabr 1996-ci il tarixli hökmü ilə CM-nin 143 mad 2 his. (CM-nin 2000ci ilədək olan redaksiyada) ilə təqsirli bilinib, həmin Məcəllənin 23-1-ci (CM-nin 2000-ci ilədək olan redaksiyada) maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan şərti məhrum edilmişdir. Bundan başqa o, Baki şəhəri Nəsimi rayon xalq məhkəməsinin 19 avqust 1997-ci il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci his.. və 39-cu maddələri ilə (CM-nin 2000-ci ilədək olan redaksiyada) 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 21 may 1999-cu il tarixdə CM-nin 50-ci madəsinə əsasən 1 (bir) il 1 (bir) ay 10 (on) gün vaxlindan əvvəl şərti azad olunmuşdur. Daha sonra o, Yasamal rayon məhkəməsinin 26 noyabr 2002-ci il tarixli hökmü İlə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin 6 may 2003-cü il tarixli Amnistiya qərarinin 2.3 bəndinə əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 3 oktyabr 2005-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 sentyabr 2005-ci il tarixli qərarı ilə vaxtindan əvvəl şərti azad olunmuş, Azərbaycan Respublikası Milli Məclisin 6 may 2003-cü il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23 iyun 2004-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 avqust 2012-ci il tarixli hökmü ilə CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin 7 may 2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 6 (altı) ay azaldılmış və 4 dekabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumlıığu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən o, məhkumlıığu olmayan şəxs hesab edilməlidir. İşin 1-ci cildinin 161-164-cü vərəqələrindəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 mart 2019-cu ildə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək, polis əməkdaşlarının təzyiqi altında narkotik vasitələrin həm də satışı ilə məşğul olduğu barədə etirafedici ifadə verdiyini göstərdi. Onun bu ifadəsi məhkəmədə dindirilməklə tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X2 əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 5.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 10.862 qram olan, məhkəmə kimyəvi ekspertizası zamanı tədqiqata sərf edilmiş 0,15 qram çıxıldıqdan sonra qalıq qalmış 10,712 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən onra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin köçürüldüyü bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 10.862 qram olan, məhkəmə kimyəvi ekspertizası zamanı tədqiqata sərf edilmiş 0,15 qram çıxıldıqdan sonra qalıq qalmış 10,712 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən onra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin köçürüldüyü bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 manat (yüz on dörd) manat təqsirləndirilən şəxs X5 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar