Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1729/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 9 iyul 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə icxlasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2020-ci tarixli qərarı ilə 1 ay 6 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,936 qram psixotrop maddə metamfetami və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,871 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, DİN-nin ƏÇPA-nin 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün 9 may 2022-ci il tarixdə saat 07:50 dəqiqədə ünvan 1 ünvanda yerləşən «Bəyoğlu» məktəb ləvazimatları mağazasının qarşısında saxlanılaraq Suraxanı PRİ-nin 32-ci polis bölməsinə aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,871 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 7,936 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində beş yaşında bir azyaşlı uşağı var. Xəzər rayon məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək ona 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 2020-ci ilin may ayında Suraxanı rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. 3-4 ildir ki, narkotik vasitələrin aludəçisidir. Gündə heroin, bəzən də metamfetamindən istifadə edir. 9 may 2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində yaşadığı evə gedərkən ünvan 2 ünvanında yerləşən «Bəyoğlu» məktəb ləvazimatları mağazasının qarşısında saxlanılmışdır. Belə ki, bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfərləri kimi təqdim etmişlər. O, həmin vaxt həyəcanlanıb üzərində narkotik vasitə olmasını demişdir. Bundan sonra polis əməkdaşları onu şəxsi axtarış aparılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmiş və o, etiraz etməmişdir. Polis bölməsində dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra onu PB-nə gətirən polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişdir. Odur ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olan iki ədəd şəffaf sellofan bükümləri çıxararaq stolun üstünə qoymuşdur. Ondan həmin bükümlərdə nə olması, nə vaxt, harda, kimdən, nə məqsədlə əldə edildiyi soruşulduqda o, təqdim etdiyi bükümlərin birində «kokos» kimi tanınan narkotik vasitə heroin, digərində isə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 08 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Üzərindən cəmi 1 qram heroin və 0,5 qram metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in ƏÇPA-nin 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. 09 may 2022-ci il tarixdə, saat 07:50 radələrində iş yoldaşları Şahid2 və X2 ilə birlikdə «9760» çağırışlı avtopatrulda ünvan 3 ünvanda fəaliyyət göstərən «Bəyoğlu» məktəb ləvazimatları mağazasının qarşısında xidmətdə olmuşlar. Həmin vaxt bir nəfər kişinin polis avtomobilini görüb həyəcanlandığını və uzaqlaşmağa çalışdığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onları görüb həyəcanlanmasının səbəbi soruşduqda, sonuncu narkotik vasitələrin istifadəçisi olduğunu, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİnin 32-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı Eldar Rəhimov tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun, polis serjantları Şahid2 və X1 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin birinin içərisində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, digərinin içərisində isə «kokos» kimi tanınan narkotik vasitə heroin olduğunu, 8 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, ancaq başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd sellofan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Sonda tədbirin nəticəs barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona qarşı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşdəki məhkəmə-kimyəvi ekspertizasının 9 may 2022-ci il tarixli 6/2673 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,871 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 7,936 qram olan ağ rəngli, kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3990 saylı 21 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdəki məhkəmə psixiatrik ekspertizasının 1425 saylı 4 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcbui müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşin 20-25-ci vərəqlərindəki 9 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərin birində heroin, digərində metamfetamin olduğunu, həmin heroin və metamfetamini 8 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 40 manata şəxs istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümlər götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. İşin 94-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 may 2022-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb, masanın üstünə qoyaraq, təqdim etdiyi bükümün birinin içərisində «kokos» adı ilə tanınan heroin, digərinin içərisində «şüşə» kimi tanınan metamfetamin olduğunu, həmin bükümləri 8 may 2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını, ünvanını bilmədiyi şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümlər götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. İşin 134-142-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 9 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-də şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 7,936 qram psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,871 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından qalan 7,886 qram psixotrop maddə metamfetamin, 0,821 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-yə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşin 119-120-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 23 may 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı rayon məhkəməsinin 15 aprel 2020-ci il tarixli qərarı ilə 1 ay 6 gün vaxtından əvvəl şərti azad edilmiş, 21 may 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 avqust 2017-ci il təvəllüdlü Tağızadə Nuray adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasının yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-in 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənilmədiyindən, bu hal CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərı alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 9 may 2022-ci il tarixdən tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar: Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində, 9 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-də şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 7,936 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,871 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,886 qram psixotrop maddə metamfetamin, 0,821 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 9 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində, 9 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-də şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 7,936 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,871 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,886 qram psixotrop maddə metamfetamin, 0,821 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1729/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1729/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver