Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-173/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4 və X6, müdafiəçilər, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 203 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 5,984 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5,984 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Memar Əcəmi” metrosunun yaxınlığında dostu Elmirlə qarşılaşmış, bir az şəhəri gəzməyi qərara almışlar. Elmirin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində problemi olmuş, amma ona problemi yoluna qoyduğunu, daha axtarılmadığını demişdir. Elmir öz maşınını saxlayıb, gəlib onun maşınına oturmuş və onlar “Ağ Şəhər” adlanan əraziyə getmişlər. Orada kəmər taxmadığı üçün yol polisi onu saxlamış, o, yerə düşüb polislə söhbət edərkən görmüşdür ki, bir neçə şəxs Elmiri maşından çıxarmış, daha sonra gəlib onu saxlamışlar. Həmin şəxslər Daxili İşlər Nazirliyinin işçiləri olduqlarını bildirmişlər. Polislər Elmiri öz maşınlarına, onu isə öz maşınına oturtmuşlar. Polislər yolda ona “Banditizm”in işçiləri olduqlarını, üzərində qeyri-qanuni bir şey varsa, təqdim etməsini demişlər. Maşında onun üzəri yoxlanılmış, üzərindən heç nə aşkar olunmamışdır. Onları idarəyə əməliyyatçının otağına gətirmişlər, Elmirə şəkillər göstərib, şəkildəki adamların kim olduğunu soruşmuşlar. Polislər Elmirə, onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini, onunla isə işlərinin olmadığını, Elmirlə tutulduğu üçün onu ora apardıqlarını söyləmişlər. Polis əməkdaşları Elmiri Əcəmidən bəri izləyirmişlər. Daha sonra Elmirin həmin idarədə dostu çıxmış, dostuna qardaşına zəng vurmasını, onun tutulduğunu bildirməsini demişdir. Elmirin qardaşı gecə gəlmiş, X17 Yerinə aparmışlar. X23 Yerinə göndərməmişdən əvvəl yüngülvari döymüşlər ki, narkotik vasitələrdən istifadə edir. Səhəri gün onları X12 çıxarmışlar və ona həbsə getməli olduğunu bildirmişlər. Onu neçə vaxtı silaha görə axtardıqlarını demişlər. O vaxt o, kimləsə telefonda danışanda ona söyüş söydüyü üçün kiməsə demişdir ki, səni vuraram. Ona görə də onda silah olduğu bildirilmiş və silahın harada olduğunu soruşmuşlar. O da silahın olmadığını söyləmişdir. Polislər onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşdiriləcəyini, ikisindən birini seçməsini söyləmişlər. Onu silahı verməsi üçün günortaya kimi döymüşlər, daha sonra cibinə 2 büküm heroin qoymuşlar, o da üzərinə götürməyəcəyini demişdir. Döyülməyə dözə bilməyib yalandan evdə silah olduğunu demiş və evə gedilməsini təklif etmişdir. Onlar evə getmişlər, o, silahın çarpayının altında olduğunu bildirmiş, silah olmadığı üçün aldatdığına görə onu hədələmişlər və İdarəyə qaytarıb onu bərk döymüşlər. Onu əməliyyatçının otağına qaldırıb onun kişiliyini əlindən alacaqlarını demişlər. Onu videoçəkiliş zamanı öyrətmişlər, necə demişlərsə, elə də etmişdir. Daha sonra onu məhkəməyə sanksiyaya aparmışlar, polislər burada olanları danışsa, onu təzədən geri qaytaracaqlarını demişlər. Məhkəmədə hakimə hər şeyi danışmış, hakim də prokurora işi nəzarətə götürməsini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəlcə onun üzərinə çox narkotik qoyulmuş, o, razılaşmamış, sonra guya ona hörmət edib bir büküm qoymuşlar. Narkomaniyadan əziyyət çəkmir, narkotik vasitələrdən istifadə etməmişdir. Polislər döyərkən onun 3 dişini qırmışlar. Onun dişi taxma diş olmuş, vuran kimi qırılmışdır. Xəsarətləri olmuşdur. Təcridxanada bədənini yoxlamışlar, xəsarətlər qeyd olunmuşdur. İstintaq zamanı döyüldüyünə görə məcburiyyət qarşısında etirafedici ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı oktyabr ayında daxil olmuşdur. Elvin Xətai rayonu ərazisində saxlanılaraq Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə və avtomobilinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı metamfetamin aşkar olunmuşdur. Metamfetamin qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Elvin barədə məlumat narkotik maddənin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, istifadə etməsi sonradan təsdiq olunmuşdur. Elvin saxlanılarkən 2 nəfər olmuşlar. Digər şəxsdə hər hansı qanunsuz vasitə aşkar olunmamışdır. Elvin saxlanılarkən axşam olduğu üçün üzündə hər hansı xəsarətin olub-olmadığına fikir verməmişdir. Polislər Elvini döyməmişlər. Narkotik vasitəni Elvinin üzərinə polis əməkdaşları qoymamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Elvinlə onu polislər tutub aparmış, araşdırma aparılmış, o, buraxılmış, Elvin isə saxlanılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, Elvinlə bu hadisə baş verməzdən 5-6 ay əvvəl tanış olmuş və yaxın dost olmuşlar. Onlar Elvinlə birlikdə Elvinin “Mercedes” markalı avtomobili ilə “Ağ şəhər”ə gəzməyə getmişlər. 3-4 nəfər polis əməkdaşları onları yolda saxlayıb idarəyə aparmışlar. İdarədə onların üzərinə baxış keçirmişlər. İdarədə baxış keçiriləndən sonra Elvini idarədə saxlamışlar, onu isə sərbəst buraxmışlar. O, Elvinin kiminləsə mübahisəsi olduğunu görməmişdir. Elvinin narkotik vasitələrdən istifadə etməsinin, satmasının şahidi olmamışdır. Polis əməkdaşları onun yanında Elvindən silah tələb etmişlər. Daha sonra Elvini döymüşlər, onu isə başqa otağa aparmışlar. Elvinin üzərindən silah aşkar olunmamışdır. İdarədə baxış keçirilən zaman Elvinin üzərindən heç nə aşkar olunmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid5 göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qısa müddətdir tanıyır, onunla şəxsi ədavəti və düşmənçiliyi yoxdur. 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında təsadüfən Təqsirləndirilən şəxsla qarşılaşmış və bir qədər söhbət etmişlər. Bundan sonra onun idarə etdiyi avtomobildə bir qədər gəzdikdən sonra Bakı şəhəri, Xətai rayonuna getmişlər. Həmin gün axşam saat 23:40-da ünvan 2 ünvanının yaxınlığında Elvinin İdarə etdiyi “Mercedes S350” markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman bir neçə mülki geyimli şəxslər Elvinə yaxınlaşaraq kim olduğunu soruşmuş, sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək Elvinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək Elvini Baş İdarəyə dəvət etmişlər, bu zaman onun da anket məlumatları soruşulmuş və özünü təqdim etdikdən sonra onu da Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gedən zaman polis əməkdaşlarından biri maşını idarə etmiş, Elvin, o və iki nəfər polis əməkdaşı avtomobilin arxa sərnişin oturacağında əyləşib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin gəldikdən sonra onları təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən Elvinin hüquqlarının müdafiə olunması məqsədi ilə vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra təhqiqatçı Elvindən vəkilə etirazının olub-olmadığını soruşmuş, sonuncu etirazının olmadığını bildirmişdir. Daha sonra Elvinə hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah olunmuş, sonuncu etiraz etmədən razılaşmışdır. Həmçinin onun üzərinə baxış keçiriləcəyi izah olunmuş, etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ilkin olaraq Elvinin üzərində şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı ilkin olaraq Elvindən üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Elvin üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib mobil telefonunu, avtomobilinin açarını, pulunu və əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümü təqdim etmiş və bükümün içərisində psixotrop maddə metamfetamin olan “şüşə” kimi tanıdığı maddənin olduğunu, onu iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin büküm açılanda orada psixotrop maddə metamfetamin aşkar olunmuş, pul və açar Elvinə qaytarılsa da, büküm qablaşdırılaraq götürülmüş, həmçinin mobil telefonu da götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmiş və üzərində qanunsuz əşya olmadığını deyərək mobil telefonlarını və pulunu masaya qoymaqla təqdim etmiş, üzərinə baxış keçirilən zaman qanunsuz əşya aşkar olunmamışdır (cild 1 iş vərəqi 112-114). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşı X14 ifadəsində göstərdi ki, 13 oktyabr tarixində evdə olarkən 10 nəfərə yaxın adam həyətlərinə doluşmuş, qardaşını qandallı gətirmişlər. Onlar evə girmiş və ondan dəmirin yerini soruşmuşlar. O da başa düşmədiyindən dəmirin nə olduğunu soruşmüşdur. Həmin şəxslər ondan tapança silah tələb etmişlər. O da evdə silah olmadığını bildirmişdir. Bundan sonra əgər silahın yerini deməsə, qardaşını döyüb, narkotiklə yükləyib həbsə göndərəcəklərini demişlər. Həmin şəxslər evi ələk-vələk edib, dağıtmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X14 bildirdi ki, qardaşının gödəkçəsi sökülmüş vəziyyətdə olmuş, üzündən qardaşının döyüldüyü hiss olunmuşdur. Qardaşının narkotik vasitə istifadə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Elvin" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib idarə etdiyi avtomobildə və yaşadığı ünvanda saxlaması, üzərində daşıyaraq gəzdirməsi bildirilir. Müəyyən edilmişdir ki, "Elvin" adlı şəxs xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə faktiki olaraq yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib idarə etdiyi avtomobildə və yaşadığı ünvanda saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməkdə şübhəli bilinən xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 23:40-da ünvan 2 ünvanının yaxınlığında tanışı Şahid5 ilə birlikdə özünün idarə etdiyi "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına, Şahid5 üzərinə və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar müşayiət altında saxlanıldıqları yerdən "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər (cild 1, iş vərəqi 8). - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü və əynində olan şalvarının sağ arxa cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 2 gün əvvəl saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evin yaxınlığından təsadüfən tapdığını və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 aya yaxın müddətdir ki, psixotrop maddə metamfetamin qəbul etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid5 baxışın videoçəkiliş vasitəsi ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir, Şahid5 buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatları olmadığını bildirib, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd "Samsung" markalı mobil telefonu və əynində olan şalvarının sağ yan cibində olan 50 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid5 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs onun tanışı olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Şahid5 dediklərini təsdiq edib, sonuncu ilə aralarında tanışlıq münasibətləri olduğunu, onun üzərində psixotrop maddə olmasından Şahid5 əvvəlcədən məlumatının olmadığını qeyd etmişdir. Baxış zamanı aşkar edilmiş 50 manat pul və 02 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid5 özünə qaytarılmışdır (cild 1, iş vərəqi 26-30). - baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat veilmişdir, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, həmin avtomobilə məxsus olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs "Mercedes S350" markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 33-36). - baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evə onun özünün razılığı və icazəsi ilə 13 oktyabr 2022-ci il tarixdə saat 12:35-də baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı əvvəlcədən ərizə yazaraq təqdim etmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evin giriş qapısı qara rəngli dəmirdən hazırlanmışdır, ev həyətyanı sahədən və bir mərtəbəli yaşayış sahəsindən ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, odlu silah və döyüş sursatları qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya maddələr varsa, həmin maddələri və əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evə və evin həyətyanı sahəsinə onün özünün iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək maddələr, əşyalar və predmetlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 46- 48). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5931 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,984 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 58-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 83). - cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 108). - tarixsiz qəbzdən görünür ki, X15 qohumu Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz” markalı **-PV-*** nömrəli avtomobilisaz və işlək vəziyyətdə təhvil almışdır (cild 1, iş vərəqi 120). - tarixsiz qəbzdən görünür ki, X5 oğlu Təqsirləndirilən şəxs məxsus mobil telefonu, sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini müstəntiq Ayaz Bayramovdan təhvil almışdır (cild 1, iş vərəqi 121). - cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi, 01 yanvar 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək həmin mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrəsinin sahibinə dair məlumatların olması müəyyən edilmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar, narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar və mesaj mətnləri müəyyən edilməmişdir (cild 1, iş vərəqi 152). - cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 161-163). - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkar Mübarizə İdarəsinin rəis müavini polis polkovniki Fariz Vəliyev tərəfindən təsdiq edilmiş 12 oktyabr 20 tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 165). - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası-X9 (1970) və qardaşı-X7(1994) ibarətdir (cild 1, iş vərəqi 177). - xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən hal-hazıra kimi Bakı şəhəri, ünvan 5 ünvanda yaşayır. Göstərilən ünvanda qeydiyyatda olduğu və yaşadığı müddət ərzində onun barəsində hec vaxt Nəsimi rayon 33 saylı MKİS-ə hər hansı bir yerdən heç bir şikayət və müraciət daxil olmamışdır (cild 1, iş vərəqi 178). - Təqsirləndirilən şəxs əlyazması olan xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ibtidai istintaqın obyektivliyinə inanmadığı üçün üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina edir və ifadəsini məhkəmə baxışı zamanı vərəcəkdir (cild 1, iş vərəqi 190). - xx.xx.2022-ci il tarixli Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin rəisi tərəfindən vəkil Kəmilə Quliyevaya göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Bədəninin vizual müayinəsi zamanı sağ bud nahiyəsində yaşılımtıl qançır, sağ baldır nahiyəsində üzəri qərtməkli yara, sol qaş nahiyəsində qançır, sol köpək dişinin sınığı xəsarətləri müşahidə olunmuşdur (cild 1, iş vərəqi 192). - xx.xx.2022-ci il tarixli, BMCMİ-nin rəis müavini tərəfindən BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin fakt öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün əldə etməsi və əvvəllər də qeyd olunan maddələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs cinayətkar əlaqələrinin müəyyən olunması, üzərindən aşkar olunmuş maddələri nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədilə yerli polis orqanları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirilmiş, müvafiq tapşırıqlar verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 199). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 3834/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. Alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin, metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Qeyd: Barbitur turşusu törəmələsi olan fenobarbital ağrıkəsici və sakitləşdirici dərman preparatlarının (korvalol, valokordin, pentalgin, piralgin və s.) tərkibinə daxildir (cild 1, iş vərəqi 200-203). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 467/MEŞ nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi mqayinəsi keçirilmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol çiyin və sol bazu oynağı nahiyələrinin qançırları, döş qəfəsinin arxa səthinin və hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 1, iş vərəqi 205-206). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı deməsinə görə arabir düşəndə psixotrop maddə olan metamfetamindən istifadə edib. Onda psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksakasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 207-208). - sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif olunması haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuş, onun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 5,884 qram qalmış psixotrop maddə metamfetamin sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİnin maddi sübutlaın saxlanma kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman çəkilmiş videoçəkiliş diskləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 209- 218, 259). - cinayət işindən ayrıca icraata material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda - 5,984 qram psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması, və satılması faktlarına görə icraata material ayrılmış və material araşdırmanın davam etdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə DİN-in Bakı şəhəri Xətai RPİ-nə göndərilmişdir (cild 1, iş vərəqi 220). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X21 yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 225). - təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edərək, "təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında" qərara, "təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair" bildirişə, "təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, ittiham elan edilməsi haqqında qərarın surətinin verilməsi barədə" protokola, "müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokola və "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokollara imza etməkdən imtina etmiş və barəsində olan cinayət işinin xitam olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 239). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X16 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs X16 polislər tərəfindən saxlanılarkən üzərində heç bir psixotrop maddənin olmaması, polislərin fiziki təzyiq göstərməklə, ona müxtəlif bədən xəsarətləri yetirmələri, həmin xəsarətlərin istintaq təcridxanasında qeydə alınması, ondan aşkar edilmiş psixotrop maddənin polislər tərəfindən verilməsi və cibinə qoymağa məcbur edilməsi, nəticədə verilmiş psixotrop maddəni boynuna götürməsi və çəkiliş zamanı ona verilmiş bükümü cibindən çıxarıb təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən X16 müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, üzərində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarın cibində 01 ədəd şəffaf sellofan bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, təqdim etdiyi psixotrop maddə metamfetamini 2 gün əvvəl saat 17:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evin yaxınlığından təsadüfən tapdığını və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 aya yaxın müddətdir ki, psixotrop maddə metamfetamin qəbul etdiyini qeyd etmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, X21 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin özünə aid olduğunu etiraf etmişdir. Lakin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünə və öyrədildiyinə uyğun etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən iddialarını yoxlamaq məqsədilə müdafiə tərəfininin vəsatətinə əsasən məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə sorğu vermiş və xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş həmin məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, X21 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən o, tutulan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmənin sorğusuna əsasən X21 həbsdə olarkən saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsindən daxil olmuş şəxsi işi və tibbi kitabçasına məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində İstintaq təcridxanasının tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun sol baldırının ön tərəfində yaşılımtıl rəngli, sol qaş nahiyəsində isə bənövşəyi rəngli qançır izləri, üst çənəsinin sol köpək dişlərinin sınığı, sol alt dodaq nahiyəsində və sağ baldır nahiyəsində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş materiallardan görünür ki, X16 polislər tərəfindən təzyiq, təhqir, işgəncə və qeri-insani rəftara məruz qalması barədə şikayətləri ilə bağlı Nərimanov Rayon Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar həmin prokurorluqda araşdırma aparılmış, onun özünün, saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Materiallara əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 467/MEŞ nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol çiyin və sol bazu oynağı nahiyələrinin qançırları, döş qəfəsinin arxa səthinin və hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2022-ci il axşam saat 23:40 radələrində saxlandığını, onun tibbi müayinəsinin 14 oktyabr 2022-ci ildə, yəni bir gün yarım sonra keçirildiyini, ekspertiza rəyində həmin xəsarətlərin müayinədən 3-4 gün əvvəl yarandığı barədə gəlinmiş nəticələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun bədən səthində aşkar xəsarətlər onun saxlanmasından daha əvvələ təsadüf edir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən döyülməsi və bunun nəticəsində cinayəti etiraf etməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin dostu Şahid5 birlikdə saxlanılandan sonra Elvinin polis əməkdaşları tərəfindən döyülməsi, təqsirləndirilən şəxsin qardaşı X10 isə evlərində axtarış keçirən polis əməkdaşlarının ondan tapança silah tələb etmələri, silahın yerini deməyəcəyi təqdirdə, qardaşı Elvini döyüb, narkotiklə yükləyib həbsə göndərəcəklərini demələri barədə məhkəmədə verdikləri ifadələrə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq və dostluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini isə həmin ifadə işin digər dəlilləri ilə tam uzlaşdığından sübut kimi qəbul edir və qiymətləndirir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 132 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəza müddəti başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan iki ay yeddi gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. xx.xx.2018-ci ildə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2021-ci ildə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (cild 1, iş vərəqi 142-143, 167, 169-174). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Müdafiə tərəfininin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, X21 ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır, həmin ünvanda yaşadığı müddət ərzində ünvan 8axil olmamışdır. Təqsirləndirilən şəxs 5 saylı şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Təqsirləndirilən şəxs təkrarən 1 saylı şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmuşdur. Ona “Baş beyinin üzvi xəstəliyi (doğuş travması) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, anamnezdə qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. X2 xəstəliyi ilə bağlı 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdə “Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları ilə, anamnezdə qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. 3cü qrup əlildir. Atası Şükürov baba Ağazada oğlu xx.xx.2016-cı ildə vəfat etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünün və qardaşının xəstəliklərdən əziyyət çəkdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 oktyabr 2022-ci 01 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 09 iyun 2023-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 18, 103-106, 154-159). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,884 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın və avtomobilinə aparılmış baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,884 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın və avtomobilinə aparılmış baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-173/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-173/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver