Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-173/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ictimai yer hesab olunan ünvan 3 ünvanının qarşısında piyada hərəkətdə olarkən, həmin yolla qarşı istiqamətdə ona doğru piyada hərəkətdə olan tanımadığı Zərərçəkmiş şəxs ilə çiyinlərinin toqquşması nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ətrafda olan kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozub etinasızlıq göstərərək digər şəxslərə qarşı laqeydlik nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutub, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi tiyəsi gümüşü rəngli metal materialdan hazırlanmış, üzəri bəzi sahələrdə qara rəngli boya ilə boyanmış, orta xətti üzrə uzunluğu 90 mm, eni əsasında 15 mm, ortada 18 mm, ucunda isə 1 mm olan, dəstəyi gümüşü rəngli metal materialdan hazırlanmış 2 ədəd lövhədən ibarət, orta xətti üzrə uzunluğu 140 mm, eni əsasında 30 mm, ortada 27 mm, sərbəst kəndarında 25 mm, qalınlığı 12 mm olan zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, qatlanan tipli, bir ədəd deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə Səfər Həsənovun qarın nahiyəsinə xuliqanlıq niyyəti ilə bir dəfə zərbə endirməklə, ona qarının sağ yarısının boşluğuna nüfuz edərək peritonun zədələnməsi və böyük piyliyin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xarakterizə edilən, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən əvvəlki günlər əvvəllər tutulduğu zaman ona işgəncə vermiş Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları yaşadığı binanın ətrafında gəzişirmişlər. Əməliyyatçılardan biri «Lukoil” yanacaq doldurma məntəqəsi istiqamətində daimi olaraq duraraq onun hərəkət teraktoriyası ilə bağlı tabe olduğu şəxslərə xəbər vermişdir. 20 sentyabr 2023-cü il tarixdə dostunun toyu ilə əlaqədar evdən çıxan zaman sonradan adının Səfər olduğunu bildiyi şəxs yanında bir qadınla ona doğru gəlmişdir. Bu zaman həmin şəxs sağ cibindən bıçağı çıxararaq ona doğru istiqamətləndirmişdir. Həmin şəxsin onu vurmaq istədiyini güman edib əlindəki bıçağı tutmaq istəmiş, bu zaman əlindən yaralanmışdır. Bu vaxt həmin şəxs burnuna yumruq vurmuş, burnundan qan açılmış, yerə yıxılmışdır. Yerə yıxılan zaman həmin şəxs onun üzərinə yıxılmışdır. Şəxsin əlində olan bıçaq ilə özünə xəsarət yetirmək istədiyini görən zaman onun altından çıxmağa çalışmışdır. Bu tipli hadisələr digər siyasi fəaliyyətlə məşğul olan şəxslərində başına gətirilmişdir. Siyası məhbus Samir Aşurovun məhkəmədə verdiyi ifadəsi yadına gələn zaman eyni hadisələri onun da başıma gətirmək istədiklərini başa düşmüşdür. Tez bir zamanda həmin şəxsin altından çıxıb qışqıraraq “məni şərləmək istəyirlər” demişdir. Bu zaman uzaqdan mülki geyimdə olan iki şəxs qaça-qaça yaxınlaşıb qoluna qandal vurmuşlar. Bu zaman onların polis əməkdaşları olduğunu anlamışdır. Polis əməkdaşları onu heç kəsin olmadığı binanın blokuna salmış və ondan həmin şəxsi nəyə görə bıçaqladığını soruşmuşlar. O isə cavabında heç kəsi bıçaqlamadığını bildirmişdir. Ətrafa toplaşan adamlara da həmin şəxsi bıçaqlamadığını və siyasi fəaliyyətinə görə şərləmək istədiklərini bildirmişdir. Ora toplaşan şəxslərin əksəriyyəti yaşadığı binanın və yaxın ərazidə yaşayan adamlar olduğundan onun fəaliyyətinin nədən ibarət olduğunu və nəyə görə tutulduğunu bilmişlər. Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları gəlmiş, bu zaman X12 çağrılmış və burnundan qan dayanmadan getdiyi halda ona təcili yardım göstərilməmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları ilə 34-cü polis bölməsinin əməkdaşları arasında onun birinci hara aparılmağı ilə bağlı mübahisə düşmüşdür. Axırda onu 34-cü polis bölməsinə gətirmişlər. Orada onu birinci rəisin otağına aparmaq istəmiş, sonra alınmadığından başqa bir otağa gətirmişlər. Həmin otağa aparılan zaman 34-cü polis bölməsinin əməkdaşları getmiş, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları gəlmişdir. Qabağına qara mətbəx bıçağı qoyaraq həmin bıçağın ona aid olub-olmadığını soruşmuşlar. Həmin bıçağın ona aid olmadığını bildirmişdir. Onlar video ilə üzərinə şəxsi axtarış keçirmək istəmiş və həmin şəxsi axtarışda bıçağın ona aid olduğunu və hadisənin onun tərəfindən törədildiyini bildirməyini istəmişlər. O isə qəti şəkildə etiraz edib qəbul etməmişdir. Bundan sonra onu başqa bir otağa gətirib yerə yıxmış, əvvəlcə əlinə şəffaf istəkan qoymuşlar, bundan sonra açılıb-qatlanan cib bıçağını əlinə qoyub əl izinin bıçağa çıxmasını həyata keçirmişlər. Axşama kimi həmin otaqda qalmış, orada X8, vəkilin gəlməyini və ailəsinə xəbər verilməsini tələb etsə də polis əməkdaşları heç birini yerinə yetirməmişlər. Sonra onu Xətai rayon Polis idarəsinə müstəntiqin yanına gətirmişlər. Orada X8 və vəkilinin gəlməyini tələb etmişdir. Müstəntiq vəkilə xəbər etdiklərini və gələcəyini bildirmişdir. Bundan sonra vəkili gəlmiş və o vəkilə olanların hamısını danışmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, hadisə Məhəmməd Hadi 23 ünvanında saat 16:30 radələrində baş vermişdir. İttihamda göstərilən hadisənin yeri və vaxtı düz göstərilmişdir. Səfər adlı həmin şəxsin özünə xəsarət yetirmək istədiyi bıçaq qara açılıb qatlanan bıçaq olmuşdur. Hadisə zamanı üzərində göy cins, ağ köynək, qara gödəkçə və idman ayaqqabısı olmuşdur. Həmin geyim əşyalarını ifadə verdikdən sonra müstəntiqə təhvil vermişdir. İbtidai istintaq zamanı ifadəsini və üzərində olan əşyaları vəkilinin iştirakı ilə vermişdir. İfadə verən zaman ona qarşı hər hansı bir təzyiq göstərilməmişdir. Əl barmaq izlərini baş idarədə heç bir təzyiq göstərilmədən almışlar. Həmkarlar ittifaqı təşkilatı yaratmış, lakin həmin təşkilat qeydiyyatdan keçməmişdir. Həmkərlar ittifaqı təşkilatı olaraq bir neçə dəfə etiraz aksiyaları olmuşdur. Həmin etiraz aksiyalarına görə təqib olunmuş, inzibati qaydada həbs olunmuş və işgəncələrə məruz qalmışdır. Baş verənlər ilə bağlı dəfələrə şikayət etmişdir. Tutulmamışdan qabaq onu izləyən əməliyyatçılar, Bakı Şəhər Baş Polis İdarəsində ona işgəncə verən şəxslər olduğundan onları tanımış, lakin adlarını bilməmişdir. Həmin əməliyyatçılar mülki geyimdə olmuşlar. İttiham aktında adları sadalanan şəxsləri tanımır. Hadisə baş verən zaman hadisə yerinə təxminən 20-30 nəfər şəxs toplaşmışdır. Hadisə baş verdikdən sonra təxminən saat 16:31 radələrində polislər, 16:35 radələrində isə X12 gəlmişdir. Onun qoluna qandal saat 16:31 radələrində vurulmuşdur. Həmin vaxt tutulan zaman polis idarəsində onun videogörüntüsünü çəkmiş, videoizahatını tələb etmişlər. Baş verənləri Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçıları həyata keçirmişlər. Onu polis bölməsinə aparan şəxslər polis formasında olmuşlar. Hadisə zamanı aldığı həmin xəsarətlər polislər tərəfindən yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olsa da, Bakı şəhərində tikinti işləri ilə məşğul olduğu üçün Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində nömrəsiz fərdi yaşayış evində kirayəşin yaşayır. 20 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində təmir işləri ilə məşğul olmaq üçün markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Əhmədli qəsəbəsinə gəlmişdir. Bir qədər həmin ətrafda gəzişdikdən sonra Əhmədli metrostansiyasının yaxınlığında yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yəni «Coffemania» restoranının arxasında yerləşən doqquzmərtəbəli binanın həyətinə dönmək istəyən zaman bir nəfər tanımadığı şəxslə çiyinçiyinə dəyərək toqquşmuşdur. Belə ki, həmin vaxt telefonla elanlara baxdığı üçün başı telefona qarşıdığından qarşısında kimin hərəkət etməsini görməmiş, həmin şəxslə toqquşmuşdur. Onlar toqquşduqdan sonra həmin şəxs ona «korsan? yoluva bax da» deyərək, kobud danışmağa başlamışdır. Həmin şəxsə başının telefona qarşıdığını və onu görmədiyini söyləyib üzrxahlıq etsə də, sonuncu sözlərinə məhəl qoymayıb onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O isə yenə də həmin şəxsdən üzr istəyərək bu halın qəsdlə olmadığını bildirmiş, lakin həmin şəxs üzr istəməyinə baxmayaraq, yenə də uca səslə onu təhqir etməkdə, şəxsinə və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin vaxt ətrafda olan şəxslər yaxınlaşaraq həmin şəxsə iradını bildirib söyüş söyməməsini bildirsə də, sonunucu heç kimə qulaq asmayaraq, nalayiq ifadələrinə davam etmişdir. Bu zaman asta səs tonu ilə və təmkinlə nalayiq ifadələrinə görə iradını bildirmiş və həmin şəxsin sakitləşmədiyini görüb oradan uzaqlaşmaq qərarına gəlmişdir. Bir qədər kənarlaşıb getmək istədikdə, sonuncu onu aralaşdırmağa çalışan tanımadığı şəxslərin əllərindən çıxaraq ona tərəf qaçıb təpiklə sol ayaq nahiyəsindən vurmuşdur. Həmin şəxsin daha da aqressivləşdiyini görüb iti addımlarla yaxınlıqdakı binaya tərəf getmək istədikdə yenə də, arxasınca gəlib «indi səni başa salaram» deyərək, yaxasından tutub silkələməyə başlamışdır. Onlar bir neçə saniyə dartışdıqdan sonra həmin şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd cib bıçağı çıxarmışdır. Həmin şəxsin bıçaq vasitəsi ilə ona xəsarət yetirmək istədiyini düşünüb özünü qorumaq üçün kənarlaşmaq istədikdə, sonuncu əlindəki bıçağın düyməyiciyini sıxaraq tiyəsini açmışdır. Həmin şəxsin fikrinin xəsarət yetirmək olduğundan əmin olub müqavimət göstərdikdə sonunucu sağ əli ilə saxladığı həmin bıçaqla onun qarın nahiyəsinin sağ hissəsindən bir dəfə vurmuşdur. Həmin şəxsin onu bıçaqladığını görüb, əlavə zərbələrdən, habelə özünü müdafiə etmək məqsədi ilə bir dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vurmuş, özü isə müvazinətini itirib yerə yıxılaraq «öldürdü məni, qoymayın!» deyə qışqırıb ətrafdakı şəxslərdən imdat diləmişdir. Bu zaman ətrafda olan şəxslər baş vermiş hadisəni və xəsarət almağını görüb hadisə yerinə yığışmışlar. Bundan sonra istifadəsində olan +99***-***- **-** GSM nömrəsi ilə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə, daha sonra isə 103 xidmətinə zəng edərək xəsarət almağı barədə məlumat vermişdir. Həmin vaxt onu bıçaqla vuran şəxs əlindəki bıçağı oradakı zibil qutularının olduğu sahəyə tərəf atmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gələrək həmin şəxsi saxlamışlar, daha sonra isə X12 maşını hadisə yerinə gələrək onu «X5»na aparmışdır. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla çiyin-çiyinə dəydikdən sonra mübahisə baş vermişdir. Mübahisə zamanı ətrafda adamlar var idi. Adamlar bıçaqlanma olduqdan sonra həmin yerə yığılışmışdılar. Təqsirləndirilən şəxs ona düyməli olan bıçaqla xəsarət yetirmişdir. O özü 102 xidmətinə zəng vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur, şikayəti var. Hadisə baş verdiyi tarixdən 3 ay əvvələ kimi işləmişdir. Qobudan Xətaiyə sərfəli işlər olduğu üçün gəlmişdir. O, Xətaiyə tək gəlmişdir. Təqsirləndirilən şəxs sağ çiyni dəymişdir. Təqsirləndirilən şəxs nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmin nalayiq ifadələr ətrafdan eşidilmişdir. Mübahisə zamanı oradan keçən 3-4 nəfər ora toplaşmışdır. Təqsirləndirilən şəxs bıçağı sağ tərəfindən çıxarmış və onun sağ nahiyyəsinə 1 dəfə xəsarət yetirmişdir. Həmin bıçaq düyməli bıçaq olmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirdikdən sonra o cavab olaraq Təqsirləndirilən şəxs yumruqla zərbə vurmuşdur. Hadisə barədə birinci olaraq 102 sonra isə 103 qaynar xəttinə zəng etmişdir. Hadisə yerinə birinci olaraq polislər gəlmişdir. Polislərin hadisə yerinə neçə dəqiqəyə gəlməsini xatırlamır. Ona 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Polislər ondan ad və soyadını soruşmuşlar. X8 əməkdaşları 2 nəfər olmuşdur. X12 əməkdaşları qanaxmamın durması üçün dərman vurmuşlar. Xəstəxanada 16-17 gün qalmışdır. Müstəntiq xəstəxanaya gəlmişdir. Sağaldıqdan sonra ifadə vermək üçün polisə getmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman Samsung A3 markalı telefon işlətmişdir. Hadisə baş verdikdən sonra binanın qarşısında oturmuşdur. Neftçilər xəstəxanasında onu hansı həkimin əməliyyat etdiyini xatırlamır. Əvvəllər əməliyyat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X9 xidmət edir. Hadisə baş verən gün iş yoldaşı Sadiq Həsənli ilə 39 saylı patrul maşınında xidmət edən zaman Xətai RPİ-nin 34-cü polis şöbəsindən «Lukoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında bıçaqlanma hadisəsi baş verdiyi ilə bağlı məlumat daxil olmuşdur. Hadisə yerinə yaxın olduqları üçün həmin əraziyə getmişlər. Hadisə yerinə yaxınlaşan zaman vədəndaşların ora toplaşdığını görmüşlər. Bu zaman hadisə yerində şəxslərdən birinin bıçaqlanaraq yerdə yatdığını, digərinin isə vətəndaşlar tərəfindən saxlanıldığını görmüşlər. Həmin zaman vətəndaşlar tərəfindən saxlanılan şübhəli şəxsin yanına, iş yoldaşı Sadiq Həsənli isə bıçaqlanan şəxsin yanına getmişlər. Onlar gəlməmişdən əvvəl X10 zəng vurulmuş, X12 gəlmişdir. Bıçaqlanan şəxs onların köməyi ilə X12 avtomobilinə yerləşdirilərək xəstəxanaya aparılmışdır. Şübhəli şəxsi isə 34-cü Polis Şöbəsinə gətirib təhvil vermiş, ondan sonra xidmətlərinə davam etmişlər. Şahid3 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə ilə bağlı 34-cü Polis Şöbəsindən təxminən 16:30 radələrində onlara məlumat daxil olmuşdur. Onlar hadisə yerinə təxminən 5-6 dəqəyə çatmışlar. Hadisə yerində təxminə 10 nəfər toplaşmışdır. Həmin adamların bir qismi zərərçəkmiş şəxsin yanında olmuş, bir qismi isə şübhəli şəxsi saxlamışlar. Baş verən hadisəni görməmişlər. Hadisə zamanı istifadə olunmuş bıçaq orada yerləşən zibil qutularının yanında olmuşdur. Zərərçəkmiş şəxs isə blokun girişində uzanmış, qarnının sol tərəfindən qan axdığın görmüşlər. Zərərçəkmiş şəxsin huşu yerində olmuşdur. Şərait olmadığı üçün hadisəni orada sənədləşdirə bilməmişlər. Hadisə yerində Təqsirləndirilən şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt gərgin olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları ora gəlməmişdən əvvəl bıçağı zibil qutularının yanına atmışdır. Təqsirləndirilən şəxs 3-4 nəfər şəxs tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qan ləkələri olmuşdur. Təqsirləndirilən şəxs üzündən və burun nahiyyəsindən qan axmışdır. X12 maşını hadisə yerinə gəldikdən 5-6 dəqiqə sonra gəlmişdir. X10 və polisə kim tərəfindən məlumat verildiyini bilməmişdir. X12 gəldikdən sonra bıçaqlanan vətəndaşa ilkin tibbi yardım göstərmişlər. Kömək göstərilərək o, X12 maşınına mindirilmişdir. X12 ilə neçə həkimin gəldiyini bilməmişdir. Gələn həkimlərin qadın və yaxud kişi olduqlarını xatırlamır. X12 Afiəddinə də ilkin tibbi yardım göstərmişdir. Hadisə yerinə əməliyyat qrupu da gəlmişdir. Əməliyyat qrupu X12 gəldiyi vaxt gəlmişdir. Həmin əməliyyatçılar 2 nəfər olmuşdur. Onlar 34-cü polis şöbəsinin əməliyyatçıları olmuşdur. Həmin əməliyyatçıların kim olduqlarını xatırlamır. Onlar mülki formada olmuşlar. Əməliyyatçılar hadisə yerini tədqiq edib, bıçağı götürmüşlər. Təqsirləndirilən şəxsy onlar 34-cü polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs onlara müqavimət göstərmişdir. Onlar Afiəddinin qoluna qandal vurmamışlar. 34-cü polis şöbəsinə gələn zaman maşını Sadiq sürmüşdür. Afiəddini Növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsinə gələn zaman Afiəddinin Növbətçi hissəyə təhvil verilməsi ilə bağlı raport yazmış və onu təhvil verib xidmətilərinə davam etmişlər. Onların vəzifə borcları Təqsirləndirilən şəxs polis şöbəsinə təhvil verməkdən ibarət olduğu üçün ondan sonra bölmədə nə baş verdiyini bilmir. Həkimin Təqsirləndirilən şəxs bədəninin hansı hissəsinə baxdığını xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işdən gəlirmiş. O özü də Əhmədli qəsəbəsində yaşayır. “Lukoil” yanacaq doldurma məntəqəsinin yanından keçən zaman orada insanların toplaşdığını görmüşdür. Orada dava baş vermiş, səs küy yaranmışdır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs də orada olmuşlar. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Neapol dairəsinin yaxınlığında yaşayır. Əhmədlidə Kinotetarın qarşısında elektronika mağazası işlədir. Davanın şahidi olmuşdur, ondan başqa insanlarda ora toplaşmışdır. Həmin yerdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs var idi, digər dava edən şəxsi uzaqda olduğundan tam olaraq görə bilməmişdir. Sonradan polisə zəng vurulmuş və polis hadisə yerinə gəlmişdir. Hadisə “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş vermişdir. Hadisəni “Lukoil” yanacaq doldurma məntəqəsinə çatmamış yolun kənarından müşahidə etmişdir. Hadisə yerində səs-küy olmuş, orada olanlar bir-birilərini təhqir etmişlər. O davaya müdaxilə etməmiş, sadəcə seyr edib evə getmişdir. Bıçaqlanma hadisəsini görməmişdir. Bıçaqlanma olduğunu orada toplaşan şəxslərdən öyrənmişdir. O hadisə yerinə yaxınlaşana kimi hadisədə iştirak edən şəxsləri yaxınlıqda yerləşən 9 mərtəbəli binanın içinə aparmışlar. Hadisə barəsində orada olan şəxslərdən soruşduqdan sonra çıxıb getmişdir. Orada toplaşan şəxslər Əhmədlidə yaşayan sakinlər olmuşdur. Polisi orada olan şəxslər çağırmışlar. Polisin həmin işdə onu şahid kimi necə müəyyən etdiyini bilmir. O bıçaqlanma hadisəsini görməmişdir. Zərərçəkmiş şəxs olan digər şəxsin haraya getdiyini və yaxud haraya aparıldığını görməmişdir. Təqsirləndirilən şəxs üzərində qan olub-olmadığını xatırlamır. Hadisə yerinə X8 gəlib-gəlməməsini xatırlamır. Ora toplaşan insanları keçib birbaşa hadisənin olduğu yerə gəlməmişdir. Hadisə zamanı istifadə edilmiş bıçağın haraya atıldığını bilmir. “Lukoil” yanacaq doldurma məntəqəsi olan həmin yoldan daima istifədə edir. İbtidai istintaq zamanı yazılan ifadə ona məxsusdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, uzun zaman keçdiyindən baş verənlər ilə bağlı verdiyi ifadəni xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə saat 16:20 radələrində özünə məxsus ünvan 4 ünvanında yerləşən «BR Production» elektronika əşyalarının satıldığı mağazadan çıxıb kofe almaq üçün «Coffemaniaa» kafesinə tərəf piyada yeriməyə başlamışdır. Piyada bir qədər yol qət etdikdən sonra saat təxminən 16:30 radələrində «Coffemaniaa» kafesinin arxasındakı məhəllədən SƏS küy gəldiyini eşitmişdir. Səs gələn tərəfə getdikdə iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini və təxminən 10-15 nəfər insanın onların ətrafına yığışdığını görmüşdür. Mübahisə edən şəxslərdən biri hündür, digəri isə alçaq boylu olmuşdur. Alçaq boylu şəxs digər şəxsin üzərinə qışqıraraq onu və ailə üzvlərini çox ağır nalayiq ifadələrlə söymüşdür. Həmin şəxsin qarşısmdakım söyməyinə baxmayaraq, digər şəxs onunla mülayim danışaraq sonuncunu sakitləşdirməyə çalışmışdır. Alçaq boylu şəxs uca səslə danışıb qışqırdığı üçün dediklərini rahatlıqla eşitsə də, digər şəxs asta tonla danışdığı üçün onun nə dediyini tam eşitməmiş, lakin əl-qol hərəkətlərindən başa düşmüşdür ki, həmin şəxs mübahisə etmək istəmir. Onun asta tonla danışmasına baxmayaraq, alçaq boylu şəxs elə uca səslə söymüşdür ki, yoldan keçən bütün insanlar ayaq saxlayıb onlara tamaşa etmişlər. Ətrafda olan şəxslər alçaq boylu şəxsə təmkinli olmasını söyləyib onu sakitləşdirməyə çalışsalar da, sonuncu heç kimə qulaq asmayaraq mübahisə etdiyi şəxsin başına oyun açacağını deyir, sakitləşdirməyə çalışan şəxsləri isə itələyərək onları da təhqir etmişdir. Həmin şəxs ətrafdakı şəxslərdən sivrilib qaçaraq hündür boylu şəxsin ayaq nahiyəsinə təpik vurmuş, digər şəxs də bunu görüb qaçaraq səkinin üzərinə çıxıb iti addımlarla binaya tərəf getmişdir ki, bəlkə qarşısındakı sakitləşər, lakin alçaq boylu şəxs sakitləşmək əvəzinə daha da coşaraq həmin şəxsin arxasınca gedib yaxasından tutaraq ona qarşı nalayiq ifadələr işlətdikdən sonra anidən üzərindən bıçaq çıxarıb digər şəxsə tərəf uzatmış və qışqıraraq «indi sənə başa salaram» deyib əlindəki bıçaqla hündür boylu şəxsin qarm nahiyəsindən vurmuşdur. Bundan sonra digər şəxs uca səslə «öldürdü məni, qoymayın» deyə qışqıraraq ətrafdakılardan imdat diləmiş və alçaq boylu şəxsi özündən uzaqlaşdırmaq üçün onun sifət nahiyəsinə yumruq vurmuşdur. Hündür boylu şəxs yumruğu vurduqdan sonra əli ilə qarm nahiyəsini tutub yerə yıxılmış, digəri isə əlindəki bıçağı məhəllədəki zibil qutuları olan tərəfə atıb qaçmağa cəhd göstərmiş, lakin bu zaman ora yığışan insanlar onu tutub saxlamışlar. Həmin şəxs onu saxlayan şəxslərə uca səslə «buraxın məni deyərək» onları təhqir etmişdir. Həmin şəxs camaatın əlindən yaxasını qurtarıb qaçmaq istəyən zaman yerdə olan şəxs mobil telefonu ilə polisə zəng etmişdir. Təxminən 5 dəqiqə sonra əraziyə polis əməkdaşları gəlib həmin şəxsi saxlamışlar. Bu zaman orada olan polis əməkdaşlarından biri ona yaxmlşaraq hadisəni görüb görmədiyini soruşmuş, o da hadisənin şahidi olduğunu demişdir. Həmin polis əməkdaşı onun anket məlumatlarını götürmüş və çağırılacağını bildirmişdir. Hadisə baş verdikdə orada təxminən 10-15 nəfər adam olmuş, bundan əlavə yoldan keçən digər şəxslər dayanıb hadisəni izləmişlər. O, həmin şəxsləri əvvəllər heç yerdə görməmiş və onların heç birini tanımır. Hər iki şəxsi üzdən görsə, tanıyar. Hadisə təxminən 5- 6 dəqiqə davam etmişdir (cild 1, iş vərəqi 54-57). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə Əhmədli metrostansiyasmm yanından üzü yaşadığı ev istiqamətində piyada getmişdir. Saat təxminən 16:30 radələrində «Coffemaniaa» kafesinin arxa tərəfindəki məhəllə ilə yeriyərkən anidən arxa tərəfdə səs küy düşməyə başlamışdır. Geriyə çevrildikdə iki nəfər şəxsin üzbəüz dayanıb mübahisə etdiyini və insanların onlara tamaşa etdiklərini görmüşdür. Həmin şəxslərdən biri hündür digəri isə nisbətən alçaq boylu olmuşdur. Alçaq boylu şəxs digər şəxsə qışqıraraq nə isə demişdir. Biraz yaxma getdikdə görmüşdür ki, həmin alçaq boylu şəxs digər şəxsin üzərinə bərkdən qışqıraraq onu və ailə üzvlərini təhqir edir, digər şəxs isə ona söyüş söyməməsini bildirmişdir. Ətrafda xeyli sayda insan və səs küy olmasına baxmayaraq alçaq boylu şəxs necə qışqırıb söyürdüsə, yoldan keçən bütün insanlar ayaq saxlayıb bəziləri onlara tamaşa etmiş, bəziləri isə mübahisəyə müdaxilə edib onları ayırmaq istəmişlər. Ətrafda olan şəxslər alçaq boylu şəxsi sakitləşdirməyə çalışsalar da, sonuncu heç kimə məhəl qoymayaraq qışqırmağa davam edir, onu sakitləşdirməyə çalışan şəxsləri isə əli ilə itələyərək onlara qarşı da nalayiq söyüşlər söyüb əcəb etdiyini demişdir. Həmin şəxs anidən hündür boylu şəxsin ayaq nahiyəsinə təpik vurmuş, digər şəxs də ondan uzaqlaşaraq səkinin üzərinə çıxıb iti addımlarla binaya tərəf getmişdir. O, həmin şəxsin arxasınca gedib mübahisəni davam etdirmişdir. O, hündür boylu şəxsin yaxasından tutub ona qarşı nalayiq ifadələr işlətdikdən sonra anidən üzərindən nəsə çıxarıb digər şəxsə tərəf yönəldərək qışqırıb «indi sənə başa salaram» deyib əlindəki əşya ilə hündür boylu şəxsin qarm nahiyəsindən vurmuşdur. Bundan sonra digər şəxs uca səslə ətrafdakı şəxslərə «öldürdü məni, qoymayın» deyə müraciət edib alçaq boylu şəxsin sifət nahiyəsinə yumruq vurmuşdur. O, alçaq boylu şəxsin əlində olan əşyanın parıltısından bıçaq olduğunu bilmişdir. Həmin şəxs əlində olan bıçağı məhəllədəki zibil qutuları olan tərəfə atıb qaçmaq istədikdə ora yığışan camaat onu tutub saxlamışdır. Həmin vaxt ətrafdakı şəxslərdən biri bıçaqla «vurdu-vurdu» qışqdıqda o biraz da yaxma gedib yerdə bıçağın olduğunu görmüşdür. Bu zaman ətrafda toplaşan insanlar alçaq boylu şəxsi tutub saxlamışdılar. Həmin şəxs onu saxlayan şəxslərə uca səslə «buraxın məni» deyərək onları söymüşdür. Daha sonra yerdə olan şəxs mobil telefonu ilə polisə zəng etmişdir. Təxminən 5 dəqiqə sonra əraziyə polis əməkdaşları gəlib həmin şəxsi saxlamışlar. Bu zaman orada olan polis əməkdaşlarından biri ona yaxınlaşaraq hadisəni görüb görmədiyini soruşmuşdur, o da hadisənin şahidi olduğunu demişdir. Həmin polis əməkdaşı onun anket məlumatlarım götürmüş və çağırılacağını bildirmişdir. Hadisə baş verdikdə orada təxminən 10- 15 nəfər adam olmuş, bundan əlavə yoldan keçən digər şəxslər dayanıb hadisəni izləmişlər. O, həmin şəxsləri əvvəllər heç yerdə görməmiş və onların heç birini tanımır. Hər iki şəxsi üzdən görsə, tanıyar. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir (cild 1, iş vərəqi 59-62). Cinayət işinin materiallarında olan 1 dekabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqi 233-239) Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqi 113-116). Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqi 117-120). Cinayət işinin materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının yan tərəfində baş vermişdir (cild 1, iş vərəqi 6-14). Cinayət işinin materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınması üçün təqdim olunmuş bıçaqları nəzərdən keçirib ona xəsarət yetirilmiş bıçağı fərdi xüsusiyyətlərinə görə tanıyaraq, Təqsirləndirilən şəxs məhz həmin bıçaqla onu vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 147-148). Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 tanınması üçün düzülmüş şəxsləri nəzərdən keçirərək Təqsirləndirilən şəxs göstərib onu üz cizgilərinə, boyuna və xarici əlamətlərinə görə tanıdığını, məhz həmin şəxsin bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild1, iş vərəqi 95-96). Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid2 tanınması üçün düzülmüş şəxsləri nəzərdən keçirərək, iş üzrə Təqsirləndirilən şəxs göstərib onu üz cizgilərinə, boyuna və xarici əlamətlərinə görə tanıdığını, məhz həmin şəxsin bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 97-98). Cinayət işinin materiallarında olan 4 noyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs onun bıçaqla vuraraq xəsarət yetirdiyi ünvanı əyani formada göstərmişdir (cild 1, iş vərəqi 182-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" ETT Birliyinin Xətai rayon şöbəsinin 10 oktyabr 2023-cü il tarixli, 1107 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının sağ yarısının boşluğa nüfuz edərək peritonun zədələnməsi və böyük piyliyin hematoması ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətin onun özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqi 203-205). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış lifli materialların tədqiqi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5149 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X3 və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə X3 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 1, iş vərəqi 206-211). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 2694 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs X4 qeyd olunan cinayəti törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 212-214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" ETT Birliyinin 12 dekabr 2023-cü il tarixli, 793/2023-MTBŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Abeta (İİ). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta (İİ). (təqdim edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Tədqiqata təqdim olunan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus alt mayka və köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya X3 məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa (cild 1, iş vərəqi 254-258). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" ETT Birliyinin 20 dekabr 2023-cü il tarixli, 591/2023-MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın Ön hissəsində bir qədər sağda 2(iki) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, hər iki kənarı iti olan alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində bir qədər sağda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrdən biri onun qarnının sağ yarısında aşkar edilmiş deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, ümumi təyinatlı, qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqi 259-265). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/1190 №-li rəyindən görünür ki, 20,09.2023-cü il tarixdə, ünvan 5 ünvanının qarşısında vətəndaş Zərərçəkmiş şəxs bıçaqlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 3 ədəd kağız parçasının üzərinə yapışdırılmış 3 ədəd daktoplyonka kəsikləri üzərlərində olan əl izlərindən 3 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş X2 daktiloskopik xəritəsi müqaisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 3 ədədi xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş X1 əlinin böyük, orta və adsız barmaqlarının əksləri ilə eyni olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 266-275). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 163). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən”, “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 109-112). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 126.2.4, 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan zərərçəkmiş şəxsə məxsus 1 ədəd köynək, 1 ədəd mayka və cinayətin aləti olmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -3 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, 1 ədəd mayka və cinayətin aləti olmuş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-173/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-173/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver