Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1731/2022 14.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1992-ci il yanvarın 14-də Cəlilabad rayonunun Badamağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fəhlə işləmiş, Cəlilabad rayonunun Güneyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4.-cü və 228.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib gəzdirdiyi, soyuq silah hesab edilən bıçaqdan istifadə etməklə xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs fəhlə çalışdığı, Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında olarkən birlikdə işlədiyi, əmisi oğlu Şahid4 istifadəsində olan ***-***-**-**, eləcə də öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə 2016-cı il iyunun 23-dən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng edərək sonuncu ilə telefon söhbəti zamanı qısqanclıq zəminində mübahisə etmiş, 2022-ci il 14 aprel tarixli telefon danışığında Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən bezib iki azyaşlı uşağı ilə bərabər Cəlilabad rayonunda yaşadıqları evdən çıxmaqla Bakı şəhərinə gedərək ondan ayrı yaşaması və boşanmaq istəməsini dedikdə Zərərçəkmiş şəxs öldürəcəyini bildirmiş, bundan qorxan sonuncu qohumu Şahid10 ilə birgə Bakı şəhərinə gəlib anası X5 ilə müxtəlif ünvanlarda kirayələdiyi mənzillərdə qalmış, 2022-ci il iyunun 02-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə qeydiyyatdan keçdiyi «WhatsApp» mobil tətbiqetməsindən istifadə etməklə Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq Bakı şəhərində yerləşən otellərin birində görüşmək istədiyini və bundan sonra onunla boşanacağı barədə yalan vəd verib sonuncunu 2022-ci il iyunun 03də saat 15:00-da Bakı şəhəri, Neftçilər prospekti, 42 ünvanında yerləşən «Park Bulvar» ticarət mərkəzinin qarşısında görüşməyə razı salmaqla göstərilən yerə getmiş, saat 15:50 radələrində həmin ünvana çatan Zərərçəkmiş şəxs ilə orada dayanan taksi sürücülərinin biri Şahid1 idarə etdiyi «Nissan Sentra» markalı nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Citadel» otelinə yollanaraq 5 saylı otağı icarələyib razılaşma əsasında Zərərçəkmiş şəxs ilə iki dəfə cinsi əlaqədə olmuş, saat 18:20 radələrində otağı səliqəyə salmaqla sonuncudan hansı səbəbdən görüşə gec gəldiyini soruşmuş, ona xəyanət etdiyini dediyi zaman aralarında yenidən mübahisə yarandıqda Zərərçəkmiş şəxs öldürməyi qərarlaşdırmış, sonuncu ona şillə vuraraq əşyalarını götürüb otaqdan çıxmaq istəyərkən əzab və xüsusi ağrılar verməklə qəsdən xüsusi amansızlıqla öldürmək məqsədi ilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək Zərərçəkmiş şəxs kömək çağırmasının qarşısını almaq üçün sol əli ilə ağzını tutub geriyə çəkməklə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanan və ümumi təyinatlı soyuq silah hesab edilən, şalvarının arxa cibində gəzdirdiyi qatlanan ov bıçağını cibindən çıxarmış, düyməsini basmaqla açandan sonra sonuncunun kürək və döş qəfəsinin digər nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs bir ədəd döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edən, bir ədəd döş qəfəsinin sağ-yan səthinin plevra boşluğuna nüfuz edib sağ ağciyərin yuxarı payının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan və bir ədəd döş qəfəsinin sol-yan səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, habelə özünü müdafiə etməyə cəhd edən Zərərçəkmiş şəxs sağ əlin İ, İİİ, İV, V barmaqlarının, sağ əlin, sağ bazunun, sağ mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə çoxlu qan itirən sonuncuya kömək göstərilməsinin qarşısını alaraq Zərərçəkmiş şəxs əzablarını artırmış, sağ qalmasından ötrü dönə-dönə aman diləyən yalvarışlarına baxmayıb sonuncunu qəsdən xüsusi amansızlıqla öldürməyə yönələn cinayətkar niyyətini başa çatdırmağa görə başını kəsmək üçün boyun nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərkən Zərərçəkmiş şəxs qışqırmaqla kömək istəməsinə, aktiv müqavimət göstərməsinə və oteldə olan şəxslərin sonuncunun səsini eşitməsinə görə əlindəki soyuq silah hesab edilən ov bıçağını otağın döşəməsinə ataraq qisas almaq niyyəti ilə qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd edib hadisə yerindən qaçmış, lakin Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməklə göstərilən şəxsi vaxtında X18 çatdırılaraq ixtisaslı tibbi yardım alması səbəbindən həyatı xilas edildiyindən sonuncunu qəsdən xüsusi amansızlıqla öldürməyə yönələn əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da sonuncunu qəsdən xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü və 228.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə 2014-cü il sentyabrın 30-da bağladığı nikahdan 2015-ci il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X8 adlı iki azyaşlı övladı vardır. 2022-ci ilin aprel ayından Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləməklə bir həftə orada gecələmiş, bir həftə isə kənddə qalaraq günəmuzd işləyib ailəsini dolandırmışdır. 2022-ci il aprelin 14-də o, Rüqayyəyə zəng etdikdə sonuncu ilə mübahisə etmiş, həmin zaman saat 10 radələrində kənddə yaşayan əmisi oğlu Şahid13 ona zəng edərək Rüqayyənin uşaqlarını götürməklə evi tərk etdiyini demiş, o da işdən icazə alaraq Cəlilabad rayonuna getmiş və Rüqayyənin yaşadıqları evdən uşaqlarla özbaşına çıxması barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Göstərilən müddətdən Rüqayyədən və uşaqlarından heç bir xəbəri olmamış, 2022-ci il may ayının ortalarında Rüqayyənin əmisi Şahid7 ona zəng edib Rüqayyə ilə barışmaq arzulayıb-arzulamadığını soruşanda o, sonuncuya müsbət cavab verərək arvadının onu telefondakı blokdan çıxarmasını xahiş etmişdir. Danışdıqlarından bir neçə dəqiqə ötmüş Rüqayyə ona «WhatsApp» sosial şəbəkəsində mesaj yazmışdır və onlar övladlarını vaxtaşırı görməsi barədə razılaşmışlar. 2022-ci il iyunun 02-də işdə olduğu zaman qayınatası X9 «WhatsApp» proqramı vasitəsi ilə zəng vuraraq onunla Rüqayyənin boşanmalarını istəmədiyini deməsindən sonra arvadı ona «WhatsApp»da mesaj yazıb növbəti gün saat 15:00-da Bakı bulvarında görüşməyi təklif etdikdə o, etiraz etməmiş, 2022-ci il iyunun 03-də səhər saatlarından bulvarda gəzərək vaxt keçirmiş, saat 15:00-da Rüqayyəyə «WhatsApp»la mesaj göndərməklə sonuncunun harada qalması, gecikməsinin səbəbini ilə maraqlananda arvadı Dərnəgüldə olması barədə məlumat vermiş, Rüqayyəyə zəng etdikdə isə sonuncu azıb gəldiyini söyləyəndə kişi səsi eşitdiyindən qısqanmışdır. Saat 15:50 radələrində Rüqayyə telefon bağlantısı yaradaraq ona artıq «Park Bulvar» ticarət mərkəzinin yanında olduğunu demişdir, təxminən 10 dəqiqə keçmiş onlar görüşüb taksiyə minərək «Citadel» adlı otelə getmiş, oraya çatdıqdan sonra qeydiyyatdan keçməklə 5 saylı otaqda əvvəlcədən razılaşdıqları kimi iki dəfə cinsi əlaqədə olmuşlar. Daha sonra söhbət əsnasında o, ailələrini bərpa etmək üçün cəhd göstərsə də Rüqayyə münasibətlərinin davam etməsini istəmədiyini bildirmiş, o, Dərnəgüldə kiminlə birlikdə olduğunu soruşduqda arvadı onun yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədərək ona şillə vurmuş, «nə sözün var, tez de, vaxtım yoxdur, gözləyənim var» deyib üzünü çevirərək gedərkən o, güclü həyəcan hissi keçirmiş, arxadan Rüqayyənin ağzından tutub hamama salaraq sonuncuya üzərindəki bıçaqla qısqanclıq zəminində xəsarət yetirmək üçün özünə tərəf çəksə də arvadı əlləri ilə ona müqavimət göstərdiyindən o, istədiyinə nail ola bilməmiş, bu zaman o, şalvarının arxa sağ cibində olan ov bıçağını çıxarıb ilk öncə Rüqayyənin kürək nahiyəsindən zərbə endirmişdir, sonuncunun başqa hansı nahiyələrinə bıçaq xəsarətləri yetirdiyini xatırlamır. Rüqayyəni buraxdığı vaxt sonuncu «kömək edin» deyə qışqırmış və həmin zaman o, Rüqayyənin səsini kənar şəxslərin eşitdiyini ehtimal etdiyindən bıçağı yerə ataraq oteldən çıxıb qaçmışdır. Birazdan özünə gələndə hadisə barədə qardaşı Şahid11 xəbər vermiş, yolüstü taksilərdən birinə əyləşərək Cəlilabad rayonuna yollanmış və dərhal polis şöbəsinə gedib təslim olduqda polis əməkdaşları tərəfindən Bakı şəhərinə gətirilmişdir. O, Rüqayyəni çox sevir, sonuncu da onu istəyir, o, arvadı ilə ayrılmaq istəməmiş, sonuncunu qorxudaraq öldürmək niyyəti olmamışdır. Əməlindən həddindən çox peşmandır. Zərər çəkmiş şəxs olan arvadı ilə barışıq əldə etmişdir. Bir daha belə hərəkətlərə yol verməməyə and içir. Cinayət törətdiyi bıçağın soyuq silah olduğunu bilməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə oxşar ifadə verməklə yanaşı ifadəsində göstərdi ki, Tərlan onun əridir, çox qısqanc olduğu üçün dəfələrlə onu danlayıb hətta döydüyü vaxt da olmuşdur. 2022-ci il aprelin 04də telefon danışığı zamanı o, sonuncunun bu davranışlarından bezdiyindən ayrılmaq istədiyini deyəndə Tərlan onu və uşaqları öldürməklə hədələmiş, sonradan əmisi Şahid7 və sonuncunun arvadı Şahid10 köməkliyi ilə Bakı şəhərinə gələrək kirayədə qalmaqla Elnurun evində övladlarını Tərlanla görüşdürmüşdür. 2022-ci il may ayının ortalarında əminin xahişi ilə Tərlanı telefonda blokdan çıxartmış və sonuncu hər gün uşaqlarla danışmış, bəzən onunla barışmaq istədiyini bildirsə də o razılaşmamışdır. 2022-ci il iyunun 02-də Tərlan ona zəng edib görüşmək, həmçinin oteldə olduqları vaxt cinsi əlaqədə olmaq istədiyini söylədikdə o, əvvəlcə etiraz etmiş, növbəti gün sonuncu görüşdən sonra boşanacağını vəd etdiyindən onu razı salmışdır. Otelə gəldikləri zaman o, könüllü olaraq Tərlanla cinsi əlaqədə olmuşdur. Sonradan onunla söhbət edərkən sonuncu onu xəyanət etməkdə ittiham edəndə o, Tərlana şillə vurmuş, sonuncu onun pul qabına baxdığı vaxt işə qəbulla bağlı göndəriş vərəqəsini görməməsi üçün göstərilən əşyanı Tərlandan götürməklə stulun üzərinə qoyduqda sonuncu arxadan ona yaxınlaşıb əli ilə ağzından və burnundan tutaraq onu hamam otağının qarşısına çəkmiş, daha sonra Tərlanın öz cibindən nə isə çıxarmaqla kürəyinə vurduğunu hiss etmişdir. O, müqavimət göstərib yalvarsa da sonuncu məhəl qoymayaraq bir neçə bıçaq zərbəsi endirdikdən sonra bıçağı onun boynuna söykəyib kəsmək istəyərkən ağzını tutduğu əli boşa çıxdığından onun qışqırıq səsini oteldə olan digər şəxslər eşitmişlər, Tərlan qorxaraq əlindəki bıçağı yerə atmaqla otaqdan qaçıb çıxmışdır. Birazdan qeydiyyatçı qız içəri daxil olaraq təcili tibbi yardım çağırdığını demiş, başqa otaqdan dəsmal gətirib onun kürəyini bağlamışdır. O, X18 aparılmaqla orada əməliyyat olunmuşdur. Tərlanın onu öldürmək niyyəti olmamış, sonuncu xəsarətlər yetirib onu qorxutmaq, ailəni bərpa etmək istəmişdir. Hazırda əri olan təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, hadisə zamanı o, «Citadel» otelində qeydiyyat köməkçisi kimi fəaliyyət göstəmişdir. 2022-ci il iyunun 03-də saat 16:30 radələrində iki nəfər şəxs yaxınlaşanda hicablı qadın, adını sonradan bildiyi Zərərçəkmiş şəxs dəhlizdəki divanda əyləşmiş, Təqsirləndirilən şəxs adlı kişi isə ondan otaq istəməklə iki saatlıq 25 manat pul ödəmişdir. O, müştərilərə 5 nömrəli otağı təhvil vermiş və həmin müddət ərzində oradan heç bir səs eşidilməmişdir. Saat 18:30 radələrində göstərilən nömrədən gələn qadının qışqırıq səsinə otelin müdiri Şahid2 otağa tərəf qaçmışdır. Bu vaxt otağı tutan şəxs qaçaraq oteli tərk etmiş, o, müdirin istəyi ilə otağı açanda orada qan içində dizüstə dayanan Zərərçəkmiş şəxs kömək istədiyini görmüşdür. Biraz keçmiş təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Qadına ilkin tibbi yardım göstərildikdən sonra sonuncu xəstəxanaya aparılmışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 2021-ci ilin yay aylarından «Citadel» otelini icarə əsasında idarə etdiyini bildirməklə Şahid5 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, övladı Zərərçəkmiş şəxs 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. 2022-ci il aprel ayının əvvəllərində Rüqayyə ona zəng vurub ərindən boşanmaq istədiyini bildirdikdə o, ailəsindən ayrılmamağı məsləhət görsə də bir müddət sonra baldızının əri Şahid13 ona zəng edərək sonuncunun bacısı Şahid10 və Rüqayyənin uşaqları ilə birgə Bakıya getdikləri barədə məlumat vermişdir. 2022-ci il aprelin 15-də o, Rüqayyə və uşaqlar Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində kirayələdiyi fərdi yaşayış evinə köçmüşlər. 2022-ci il iyunun 03də Rüqayyə ona klinikada verdiyi analizlərin cavabını götürəcəyini, işə qəbulu ilə əlaqədar «Oba» marketinin baş ofisinə getməli olacağını deyib saat 12 radələrində evdən çıxmış saat 19 radələrində isə Tərlanın arvadını bıçaqla yaralaması barədə Cəlilabad rayonunun Badamağac kəndindən zənglərdən öyrənsə də inanmamış, saat 23 radələrində onun yaşadığı ünvana baş çəkən Rüqayyənin əmisi Şahid7 sonuncunun xəstəxanada əməliyyatda olduğunu söyləmişdir. İş üzrə şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində münaqişələr baş verdiyindən sonuncu uşaqları ilə bərabər kənddən Bakı şəhərinə köçmüşdür. 2022-ci il iyunun 03-də saat 18 radələrində Tərlan ona zəng etməklə Rüqayyəyə bıçaqla xəsarət yetirdiyini, üstündə pulu olmadığını, rayona gəlmək üçün taksi çağırmağını, onlarla görüşdükdən sonra polisə təslim olacağını bildirmişdir. Həmin tarixdə saat 22 radələrində o, Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında Tərlanı qarşılamış, sonuncu ailə üzvləri ilə vidalaşıb törətdiyi cinayət əməli barədə könüllü məlumat vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 şahid olan övladı Şahid11 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid10 iş üzrə şahid olan əri Şahid7 ilə yola getmədiyindən ayrı yaşamasını göstərməklə sonuncunun qardaşı qızı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə bənzər ifadə verib hadisənin bilavasitə şahidi olmadığını bildirdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən taksi fəaliyyəti məşğul olmuşdur. 2022-ci il may ayının əvvəllərində tanış olduğu Şahid2 ona «Citadel» adlı oteli işlətdiyini demiş, müştəri gətirə biləcəyi təqdirdə ona müəyyən miqdarda pul məbləği verəcəyini bildirdiyindən 2022-ci il iyunun 03-də saat 16:10 radələrində sərnişin qismində avtomobilinə əyləşən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs bir-iki saat istirahət etmək üçün ucuz qiymətə otel tanıyıb-tanımadığı barədə sual verəndə sonuncunu və bir qadını göstərilən otelə apararaq İlkinə zəng etməklə məlumat vermiş, saat 22:50 radələrində isə sonuncunun ona etdiyi zəngdən Tərlanın otelin otağında həmin qadını bıçaqladığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən 2022-ci il iyunun 03-də saat 18:30 radələrində qayını Təqsirləndirilən şəxs ona zəng edərək törətdiyi hadisə barədə tez atasına xəbər verməyi xahiş etməklə rayona çatıb polisə təslim olacağını birdirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 245-248). Məhkəmə iclasında elan ifadəsi olunub tədqiq edilən Şahid4 ibtidai istintaqda şahid qismində dindirilərkən 2022-ci ilin iyun ayından o, övladı X10, habelə qardaşı oğlu X15, əmisi oğlu Təqsirləndirilən şəxs və qonşusu Orxan Əmədullayev ilə Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında işlədiklərini, Tərlanın onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə dəfələrlə arvadı Zərərçəkmiş şəxs ilə danışdığını, 2022-ci il iyunun 03-də axşam saatlarında Rəfailin Tərlana zəng edərək harada olduğu ilə maraqlandıqda sonuncunun «rayona gedirəm, gələ bilmirəm» deyə cavab verdiyini və tefonunu söndürdüyünü, sonradan Tərlanın Rüqayyəni bıçaqladığını öyrəndiyini, səbəbini bilməsə də Tərlanın çox qısqanc olduğunun hiss edildiyini göstərmişdir (2-ci cild, iş vərəqi 139-142). Məhkəmə iclasında elan ifadəsi olunub tədqiq edilən Şahid7 ibtidai istintaqda şahid qismində dindirilərkən qardaşı qızı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə vermişdir (2-ci cild, iş vərəqi 60-63). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs əmisi oğlu Şahid8 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid4 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 241-244). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid12 ibtidai istintaqda şahid qismində dindirilərkən 2022-ci il iyunun 03-də saat 18:35 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs zəng edərək «Rüqayyəni bıçaqlamışam, get atamgilə məlumat ver» deyib telefonunu söndürdüyünü göstərmişdir (1-ci cild, iş vərəqi 249-251). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid13 ibtidai istintaqda şahid qismində dindirilərkən şahid X5 ilə analoji ifadə verərək hadisənin birbaşa şahidi olmadığını göstərmişdir (2-ci cild, iş vərəqi 121-123). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 03 iyun tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 4 ünvanında yerləşən «Citadel» hotelinin 5 saylı otağına baxış zamanı güzgünün sol tərəfindəki divarda qanabənzər ləkələr, döşəmə üzərində tibbi əlcək, bint sellofanı, qana bənzər ləkəli hicab baş geyimi, sarı və qara rəngli bir ədəd açılmış vəziyyətdə olan qatlanan ov bıçağı və qanabənzər ləkə hövzəsi, yataq otağında olan güzgünün sol tərəfindən irəlidəki şkafın və sanitar qovşağının qapısının qarşısında qanabənzər ləkə hövzəsi aşkarlanmış, bir ədəd ov bıçağı, iki ədəd qanabənzər ləkə nümunəsi, qanabənzər ləkəyə bulaşmış sarı rəngli hicab baş geyimi, ağ rəngli dəsmal və zərər çəkmiş şəxsə məxsus olan əşyalar qablaşdırılaraq götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 4-14). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:10-da Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun yaxın qohumuna məlumat vermək hüququ təmin edilmişdir (1-ci cild, iş vərəqi 35-36). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü şəkildə hadisə zamanı əynində olan bir ədəd köynəyi və bir ədəd şalvarı təhvil vermiş, şalvarın və köynəyin üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar edilməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 51-55). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülən qatlanan tipli, dalğavari formalı, qara rəngli metal lövhədən ibarət, uzunluğu 11,5 sm əsasında eni 1 sm dəstəyi və iti uclu, orta hissəsi və kənarları istisna olmaqla üzərinə qara boya çəkilmiş tiyədən ibarət, ümumi uzunluğu 20,5 sm olmaqla tiyəsinin uzunluğu 9 sm, əsasında eni 2,3 sm, qalınlığı 0,2 sm olan, sol səthinə «Chang Jiang» sözləri yazılmış bıçağın tiyəsi üzərində qana bənzər ləkələr aşkarlanmış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan köynəyə və şalvara baxış keçirilərkən köynəyin arxadan tam kəsilməsi, köynək üzərində qana bənzər ləkələr, müxtəlif ölçülü dörd ədəd zədə aşkar edilmiş, şalvarın üzərində qana bənzər ləkələr müəyyən olunmuş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 61-63). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, hadisə yeri olan otel otağından götürülmüş bir ədəd dəsmala, bir ədəd hicab baş geyiminə, bir ədəd qadın çantasına, bir ədəd qadın pul qabına, bir ədəd kişi pul qabına, bir ədəd saçaqlı saç bantına və içərisində kağızlar olan A4 faylına baxış zamanı dəsmalın, hicab baş geyiminin üzərində qana bənzər ləkələr, kişi pul qabının içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti, «Covid- 19» pasportu, 29 manat pul və mobil nömrə yazılmış vizit kartlar, A4 faylının içərisində Zərərçəkmiş şəxs adına doldurulmuş «Oba market» məhdud məsuliyyətli cəmiyyətinə işə qəbul ilə bağlı göndəriş vərəqəsi, «Covid-19» pandemiyası ilə bağlı vaksinasiya üzrə məlumat vərəqinin surəti, AZ-İİ seriyalı 127219 №-li nikah haqqında şəhadətnamənin surəti və sonuncunun tibbi müayinədən keçməsinə dair analiz cavabları aşkarlanmış, qeyd olunan sənədlər və fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 64-73). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, 2022-ci il iyunun 03-də saat 16-18 radələrini əhatə edən «Citadel» otelinin müşahidə kameralarının görüntülərini əks etdirən bir ədəd DVD-R diskinə baxış zamanı birinci videoda «Citadel» otelinin girişində qeydiyyat masasının, bir ədəd kreslonun, bir ədəd stulun və üzərində dibçəklər olan şkafın olması, saat 16:34:04də Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs otelə daxil olmaları, Zərərçəkmiş şəxs başında yaşıl rəngli hicab, xaki rəngli köynək, mavi rəngli cins şalvar və qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs əynində qara rəngli köynək, tünd boz rəngli köynək və qara rəngli ayaqqabı olması, Zərərçəkmiş şəxs kresloda əyləşdiyi zaman qeydiyyat aparan şəxsin Təqsirləndirilən şəxs əlindəki sənədləri götürüb ödənişi qəbul etdikdən sonra otağın yerini göstərməsi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs həmin otağa daxil olmaları, ikinci videoda saat 18:39:49-da otelin qeydiyyat masasının arxasında olan otelin icarədarı Şahid2 və qeydiyyat aparan qadının Təqsirləndirilən şəxs icarəyə götürdüyü otağa tərəf qaçmaları, üçüncü videoda saat 18:39:52-də Təqsirləndirilən şəxs oteldən qaçaraq çıxması müşahidə edilmiş, qeyd olunan DVD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 74-75). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 04 iyun tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən «Citadel» otelini göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 82-92). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2022-ci il 05 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 99-100). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 05 iyun tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 04-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 122-123). İş materiallarındakı Cəlilabad Rayon Polis X7 tərtib etdiyi 2022-ci il 03 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il iyunun 03-də könüllü olaraq gəlib ünvan 3 ünvanında yerləşən «Citadel» otelində arvadı Zərərçəkmiş şəxs bıçaqla bir neçə dəfə zərbə yetirdiyini bildirmişdir (1-ci cild, iş vərəqi 175). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 08 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Xiaomi Redmi 9A» markalı mobil telefona baxış zamanı sonuncunun törətdiyi cinayət hadisəsindən sonra kontakta «cəlil y» və «Nurlan qaqa» olaraq qeyd etdiyi müvafiq olaraq ***-***-**-** və ***-***-**-** saylı, həmçinin adları qeyd olunmayan ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrlə danışıq aparması, 2022-ci il mayın 21-də hazırlanmış, üzərində «ümidmlə tək allaha bağlyam», «2021 holiday», «ağlama ana talehim belədir inşallah qaydacam» və «canm atam yusifi xədicəni allaha birdə sizə əmanət edrəm» yazıları qeyd olunan fotoşəkili bir neçə şəxsə göndərməsi, mailto:abdullayevtrlan50@qmail.comElektron ünvan email ünvanı vasitəsi ilə Təqsirləndirilən şəxs adına açılmış «youtube» tətbiqindəki hesabın axtarış tarixçəsində «ər arvadın başın kəsib, həyat yoldaşının başını kəsib» məzmunlu axtarışlar edilməsi müəyyən olunmuş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 203-206). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2021-ci il 15 iyul tarixli 16296 №-li və 2021-ci il 10 noyabr tarixli 22733 №-li xəstəlik haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X11 2020-ci il noyabrın 02-dən 2020-ci il noyabrın 11-dək SQ BKH-da «Partlayış travması (xx.xx.2020). Kəllənin sol təpə nahiyəsindən beyinə nüfuz edən kor qəlpə yaralanması, baş beyin sol alın-təpə-gicgah payının əzilməsi, yad cisimlərə görə aparılmış sol alın-təpə-gicgah-ənsə nahiyəsinin geniş dekompression kraniektomiya, yaraların birincili-cərrahi işlənməsi əməliyyatından sonrakı vəziyyət» diaqnozu ilə, 2020-ci il noyabrın 22-dən 2021-ci il yanvarın 07-dək SQ BKH-da «Partlayış travması (xx.xx.2020), açıq kəllə-beyin travması, baş beynin sol alın, təpə, gicgah paylarının ağır dərəcəli əzilməsi. Partlayış travması (xx.xx.2020), kəllənin sol təpə nahiyəsindən beyinə nüfuz edən kor qəlpə yaralanması, baş beyin sol alın-təpə-gicgah payının əzilməsi, yad cisimlərə görə aparılmış sol alın-təpə-gicgah-ənsə nahiyəsinin geniş dekompression kraniektomiya, yaraların birincili-cərrahi işlənməsi əməliyyatından sonrakı vəziyyət. Keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin əzilməsindən sonrakı vəziyyət. Hər iki gözün miopoyası, refraksiya hər iki gözdə M 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla» diaqnozu ilə stasionar müalicədə olmuş, 2021-ci il fevralın 18-dən 2021-ci il fevralın 23-dək Türkiyə Respublikasının Medicine Hospital Klinikasında stasionar müalicədə olmaqla «Alın təpə-gicgah nahiyələrinin kranioplastikası» əməliyyatı icra edilmiş, sonuncuya 2021-ci il noyabrın 02-də «Posttravmatik stress pozuntusu F43.1; Postkommosion sindrom F07.2» diaqnozu təyin olunmuşdur (1-ci cild, iş vərəqi 212-217). İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli İ-4517 №-li, 2020-ci il 29 dekabr tarixli İ-2278 №-li, 2021-ci il 24 iyun tarixli İ-6438 №-li, eyni tarixli İ-6178 №-li Azərbaycan Respublikası medalının vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X11 «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Cəsur döyüşçü» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif olunmuşdur (1-ci cild, iş vərəqi 218-221). İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2020-ci il 03 noyabr tarixli 0183t №-li, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli İ-1214 №-li, 2021-ci il 24 iyun tarixli İ-10337 №-li Azərbaycan Respublikası medalının vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid11 «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal, «Kəlbəcərin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmuşdur (1-ci cild, iş vərəqi 222-224). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 15 iyul tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 13 iyul tarixli 12192 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı «13253-xx.xx.2022.zip» adlı fayldakı «**********05.txt» faylında Təqsirləndirilən şəxs adına ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və smslərin olması, sonuncunun Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə 2022-ci il martın 11-də zəngləşməsi, «**********05_SMS.txt» faylında ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan smslərin mətnlərinin olması, «**********54.txt» faylında Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və smslərin olması, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi, «**********54_SMS.txt» faylında Zərərçəkmiş şəxs istifadəsindəki ***-***- **-** saylı mobil nömrəyə daxil olan və çıxan smslərin mətnlərinin olması, «abunechiler.xls» faylında ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər və smslərin aid olduğu nömrələrin sahibliyinə dair məlumatların, «antena.xlsx» faylında ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin, həmçinin həmin nömrələrə daxil olmuş və çıxan zəng və ya smslərin aid olduğu nömrələrin istidəçilərinin olduqları yer üzrə anten dairəsinin əks olunması müəyyənləşdirilmiş, çıxarışlar və həmin CD diski cinayət işinə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 2-6). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 25 iyun tarixli 3489 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməklə məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 13-14). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini ekspertizasına dair 2022-ci il 14 iyul tarixli 752 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ-yan səthinin plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin sol-yan səthinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin); boyun nahiyəsinin, sağ əlin İ, İİİ, İV, V barmaqlarının, sağ əlin, sağ bazunun, sağ mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları iti kənarlı alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müddəti 2022-ci il iyunun 03-nə uyğundur, deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, kəsilmiş yaralar dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, həmin xəsarətlərin ekspertizaya təqdim edilən bıçağın və ona oxşar xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilməsi mümkündür, bu xəsarətlər bıçaqla yetirilmiş ən azı beş ədəd zərbədən əmələ gələ bilərdi (2-ci cild, iş vərəqi 17-19). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Ərazi X12 «X19» publik hüquqi şəxsinin 2022-ci il 03 iyun tarixli 13450 №-li xəstəlik tarixindən çıxarışın kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs «boynun, döş qəfəsinin hər iki yarısının deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthinin İİİ-İV barmaqlarının kəsilmiş yaraları, hər iki yuxarı ətrafın sıyrılmış-cırılmış yaraları» diaqnozu qoyulmuşdur (2-ci cild, iş vərəqi 20). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini ekspertizasına dair 2022-ci il 22 iyun tarixli 691 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin üçüncü barmağının kəsilmiş yarası iti kənara malik olan alətin (əşyanın) təsirindən əmələ gəlməklə müddəti 2022-ci il iyunun 03-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin olunmur (2-ci cild, iş vərəqi 37-38). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2022-ci il 24 iyun tarixli 1670 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyənləşdirilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs inadkarlıq, kinlilik, özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malik olmaqla əməli törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmış, sonuncu fizioloji affekt vəziyyətində olmamışdır (2-ci cild, iş vərəqi 41-44). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 05 iyul tarixli 6/3435 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində olan kənar lif mikrohissəciklərinin arasında Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlir, sonuncunun şalvarının üzərindən aşkar edilmiş qara-boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (2-ci cild, iş vərəqi 55-59). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Ərazi X12 publik hüquqi şəxsinin «Cəlilabad Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 12 iyul tarixli 939 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında yoxdurlar (2-ci cild, iş vərəqi 86). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 2022-ci il 14 iyul tarixli **********8 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (2-ci cild, iş vərəqi 88-89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyulun 01-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (2-ci cild, iş vərəqi 91-92). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 08 iyul tarixli xx/xx-9343 №-li və 2022ci il 29 iyul tarixli xx/xx-10316 №-li, habelə «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 07 iyul tarixli 6142 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan müəssisələrdə müalicədə olmamaqla qeydiyyatda yoxdurlar (2-ci cild, iş vərəqi 102, 104 və 113). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 09 avqust tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 08 avqust tarixli 14225 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı «15514-xx.xx.2022.zip» adlı fayldakı «**********66.txt» faylda Şahid6 adına rəşmiləşdirilən ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və smslərin olması, həmin nömrə vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 2022-ci il aprelin 14-dək fasilələrlə qısamüddətli, 2022-ci il iyunun 03də isə çoxsaylı zənglərin olması, «**********66_SMS.txt» faylında ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan smslərin mətnlərinin, «antena.xlsx» faylında ***-***-**-** saylı mobil nömrənin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zəng və ya smslərin aid olduğu nömrələrin istidəçilərinin olduqları yer üzrə anten dairəsinin əks olunması müəyyənləşdirilmiş, çıxarış və həmin CD diski cinayət işinə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 106-109). İş materiallarındakı Cəlilabad Rayonu İcra Hakimyyəti başçısının Ağdaş Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2022-ci il 21 iyul tarixli 362/2 №-li və eyni tarixli 362/4 №-li arayışlardan, habelə 2022-ci il 21 iyul tarixli 362/2 №-li və tarixsiz xasiyyətnamələrdən görünür ki, Cəlilabad rayonunun Güneyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1996-cı il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs, 2015-ci il 20 noyabr təvəllüdlü övladı X2 və 2016-cı il 28 iyul təvəllüdlü övladı X4 ibarətdir, kənddə yaşadığı müddətdə özünə yaşıdları və ağsaqqallar arasında böyük hörmət qazanmış, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində yaxından iştirak etmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 119-120 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X14» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2022-ci il 22 iyul tarixli 363/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qan qrupları müvafiq qaydada A (ll) və 0 (l) olub tədqiqata təqdim edilən bir ədəd bıçaq, iki ədəd çubuqlu pambıq tampon, bir ədəd hamam dəsmalı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs məxsus tunik, cins şalvar və şərf üzərindəki ləkələrdə aşkarlanan insan qanının qrup mənsubiyyəti AB0 sistemi üzrə tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alınmış, həmin ləkələr Oalfabeta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər, Təqsirləndirilən şəxs məxsus kofta üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (2-ci cild, iş vərəqi 126-130). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 22 avqust tarixli protokoldan görünür ki, bir ədəd qadın çantası, bir ədəd qadın pul qabı, bir ədəd saç bantı, Zərərçəkmiş şəxs adına doldurulmuş «Oba market» məhdud məsuliyyətli cəmiyyətinə işə qəbul ilə bağlı göndəriş vərəqəsi, «Covid-19» pandemiyası ilə bağlı vaksinasiya üzrə məlumat vərəqinin surəti, AZ-İİ seriyalı 127219 №-li nikah haqqında şəhadətnamənin surəti və sonuncunun tibbi müayinədən keçməsinə dair analiz cavabları Zərərçəkmiş şəxs təqdim olunmuşdur (2-ci cild, iş vərəqi 131). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X14» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2022-ci il 03 avqust tarixli 303/2022-MTKŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynəyin (tunikin) ön hissəsinin sol-yan nahiyəsində bir ədəd, sağ-yan nahiyəsində bir ədəd və arxa hissəsinin sol-yan nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkarlanmaqla bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələrək tədqiqata təqdim edilən bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur, qeyd edilən köynəyin (tunikin) ön hissəsinin sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol-yan səthində olan, sağ-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ-yan səthində olan, arxa hissəsinin sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edən bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşür, köynəyin (tunikin) arxa hissəsinin sol-yan nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə sonuncunun bədənində öz əksini tapmamaqla yalnız paltarın zədələnməsi ilə izah oluna bilər, Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər boyun nahiyəsinin, sağ əlin İ, İİİ, İV, V barmaqlarının, sağ əlin, sağ bazunun, sağ mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları sonuncuya məxsus olan paltarlarda öz əksini tapmamaqla bunu xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi və paltarın müvafiq nahiyələrinin yerdəyişməsi ilə izah etmək olar, Zərərçəkmiş şəxs məxsus şalvarın, Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin, hadisə yerindən götürülmüş dəsmalın və şərfin üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır, bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah olan ov bıçağının üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir (2-ci cild, iş vərəqi 133-138). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2022-ci il 02 sentyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2022-ci il 03 sentyabr tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü və 228.4.-cü maddələri ilə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 29, 120.2.2.-ci, 134-cü və 149-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar, sonuncunun istifadəsində olan «Xiaomi Redmi 9A» markalı mobil telefon, hadisə yerindən götürülən bir ədəd bıçaq, bir ədəd dəsmal, iki ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd şərf, bir ədəd köynək və bir ədəd şalvar saxlanılması üçün prokurorluğun maddi sübutlar otağına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 162-193 və 198-200). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli İ-2754 №-li və 2022-ci il 21 aprel tarixli İ-2346 №-li Azərbaycan Respublikası medalının vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşları X11 və Şahid11 «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşlar. Məhkəməyə təqdim olunan 2022-ci il 10 oktyabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs soyuq silah sayılan ov bıçağı ilə qəsdən adam öldürməyə cəhd etməsi, yəni Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci və 228.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddələri ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddələrində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etmişdir, Təqsirləndirilən şəxs əməlini xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmə kimi qiymətləndirərək bunu ümumi fikirlə əsaslandırmış, sonuncunun cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və iş üzrə şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qısqanclıq səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə nəticəsində törətmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 №-li qərarının 8ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddələrinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci və 228.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, sonuncunun qismən etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutların mövcudluğu, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin, himayəsində iki azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, qeydiyyatda olduğu yaşayış yeri üzrə müsbət xarakterizə olmaqla barəsində şikayət daxil olmamasını, iki qardaşının «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60.1.-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 60.2.-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduqda bu Məcəllənin 60.1.-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhərinin Nəsimi Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar, hadisə yerindən götürülən bir ədəd bıçaq, bir ədəd dəsmal, iki ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd şərf, bir ədəd köynək və bir ədəd şalvar məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi Redmi 9A» markalı mobil telefon sonunucunun yaxın qohumlarına qaytarılmalı, bir ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 04-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə, Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il iyunun 04-dən hesablansın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhərinin Nəsimi Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd cins şalvar, hadisə yerindən götürülən bir ədəd bıçaq, bir ədəd dəsmal, iki ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd şərf, bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi Redmi 9A» markalı mobil telefon sonunucunun yaxın qohumlarına qaytarılsın, bir ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1731/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1731/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver