Məhkəmə qərarları › İş №1(101)-1731/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1731/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1731/2024 12.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:40 radələrində "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS-090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində üzü Bakıxanov qəsəbəsi istiqamətində «X20» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə hərəkətdə olarkən, «X20» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib, həmin qaydaları pozub Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” şadlıq sarayının yaxınlığında əks hərəkət zolağına çıxaraq, avtobusun qabaq sol hissəsi ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurması nəticəsində sürücü Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları, İ-İİ boyun fəqərələrinin və soltərəfli İ-İİ-İİİ-İV qabırğaların, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, ağciyərlərin hematoması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmişcırılmış yaraları və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər və sonuncunun avtomobilində arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 baş beyinin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sümük defekti ilə müşayiət olunan çoxqəlpəli açıq sınıqları, üz skeleti sümüklərinin və İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sağ körpücük və döş sümüyünün ikitərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ bazu, sol mil-bilək və sağ diz oynağı sümüklərinin qapalı qəlpəli sınıqları, başın, sifətin gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən Bakı şəhər ərazisində şəhərdaxili marşrut avtobus sürücüsü işləyir. 2023-cü ilin avqust ayından isə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, 8-ci kilometr bazarı marşrutu üzrə avtobus sürücüsü işləyir, ona idarə etmək üçün "xxxx" MMC tərəfindən “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı avtobus təhkim edilmiş və avtobusu idarə etmək üçün yol vərəqəsi verilmişdir. Eyni zamanda avtobus idarə etmək üçün qüvvədə olan “BCD” kateqoriyalı, AD 146001 nömrəli sürücülük vəsiqəsi vardır. Marşrut xəttinə dispeçerin tərtib etdiyi qrafik üzrə çıxır. 25 sentyabr 2023-cü il tarixdə saat 06:30 radələrində digər iş yoldaşının əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən avtobusla marşrut xəttinə çıxmalıymış. Həmin tarixdə saat 05:20 radələrində idarə etdiyi “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı avtobusla Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmiş, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində polis əməkdaşlarının dediyinə görə təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman hava qaranlıq olduğundan avtobusun yaxın vuran işıqlarından istifadə etmiş, hərəkətdə olduğu yol biri gediş, biri gəliş olmaqla, iki zolaqdan ibarət olmuşdur. Həmin zaman o, avtobusda tək olmuş, hər hansı bir sərnişin və ya yük olmamışdır. Saat təxminən 05:40 radələrində idarə etdiyi “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı avtobusla Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Sünbül” şadlıq sarayının yaxınlığında üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşı əks hərəkət zolağında onunla əks istiqamətdə hərəkətdə olan “Opel Astra” markalı avtomobilin təxminən 25-30 metr məsafə qalmış onun hərəkət zolağına çıxdığını görüb onunla toqquşmamaq üçün idarə etdiyi avtobusun sükanını sola çəkmiş və qarşı əks hərəkət zolağına çıxmışdır. “Opel Astra” markalı avtomobil də öz hərəkət yoluna qayıtmış, lakin həmin zaman surətli və ara məsafəsi az olduğu üçün avtobusu dayandıra bilməmiş və avtobusun qabaq sol hissəsi ilə “Opel Astra” markalı avtomobilin qabaq sol hissəsi əks hərəkət yolunda toqquşmuş, toqquşma zamanı idarə etdiyi avtobus “Opel Astra” markalı avtomobili sürükləyib yolun kənarına çıxarmışdır. Avtobus qarşı hərəkət yolunda dayandıqdan sonra avtobusdan düşmüş və görmüşdür ki, “Opel Astra” markalı avtomobilin sürücüsü əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 və həmin avtomobildə sərnişin qismində olan əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 hadisə nəticəsində almış olduqları xəsarətlərdən ölmüşlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmiş, özü də hadisə yerinə baxış keçirilməsi haqqında protokola və sxemə imza etmişdir. Həmçinin sərxoşluq müayinəsindən keçirilmiş və hadisə zamanı sərxoş olmamağı müəyyən olunmuşdur. Hadisədən əvvəl idarə etdiyi avtobusun surət göstərən cihazın texniki cəhətdən nasaz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirilmişdir ki, hadisədən əvvəl idarə etdiyi avtobusun surət göstərən cihazı (spidometr), texniki cəhətdən nasaz vəziyyətdə olmuş, buna baxmayaraq bu şəkildə də o, avtobusu idarə etmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, hadisənin baş verməsini özündə əks etdirən CD diskə olan videogörüntülərlə, məhkəmətibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş S.A.Novruzov ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Sonuncu idarə etdiyi “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Sünbül” şadlıq sarayının qarşısında üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi “Daewoo” markalı, **-TG-*** qeydiyyat nişanlı 185 nömrəli xətt avtobusunun sürücüsü yolun əks istiqamətinə çıxaraq, qardaşı Zərərçəkmiş şəxs1 idarə etmiş olduğu “Opel Astra” markalı, **-LE-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı Elnurun avtomobilində sonradan adını bildiyi 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adlı sərnişin olmuşdur. Hadisədən sonra qardaşı Elnur və sərnişini olan Zərərçəkmiş şəxs2 almış olduqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Məhkəmə tibbi ekspertlərin iştirakı ilə qardaşı Zərərçəkmiş şəxs1 meyiti müayinə edildikdən sonra sonununcunun meyiti ona təhvil verilmiş və o, meyiti anadan olduğu Bərdə rayonunda yerləşən qəbiristanlıqda dəfn etmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi S.A.Novruzov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və ya onun ailə üzvləri tərəfindən onlara hər hansı maddi yardım və ya üzrxahlıq edilməmiş, bundan sonrada edilməsinə də ehtiyac yoxdur və cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş N.A.İsmayılova ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma anasıdır, sonuncu 1961-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Anası hər gün səhər saatlarında işə getməsi üçün yaşadığı ünvanda “Bolt” taksi şirkətinin tətbiqi ilə taksi sifarişi vermiş, hadisə baş verən günü də eyni ilə anasına taksi sifarişi vermişlər ki, işlədiyi təndirxanaya getsin. xx.xx.2023-cü il tarixdə, saat təxminən 06 radələrində anası Gülü istifadəsində olan mobil telefonla bildirmişdir ki, “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib gedir. Təxminən 5-6 dəqiqədən sonra mobil telefonunda tətbiqə baxan zaman görmüşdür ki, taksi hərəkətdə deyil, həmin zaman narahat olub anasına zəng vurmuş, lakin anası zənglərə cavab verməmişdir. Bundan sonra həyat yoldaşı ilə birgə narahat olub xəritə üzrə taksinin dayanmış olduğu yerə getmiş, həmin ərazi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Sünbül” şadlıq sarayının qarşısı idi. Orada olan zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi “Daewoo” markalı, **-TG-*** qeydiyyat nişanlı 185 nömrəli xətt avtobusunun sürücüsünün yolun əks istiqamətinə çıxaraq, adının Zərərçəkmiş şəxs1 olduğunun bildiyi taksi sürücüsünün idarə etdiyi “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu görmüş, hadisədən sonra sürücü Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 hadisə nəticəsində almış olduqları xəsarətlərdən ölmüşdür. Məhkəmə tibbi ekspertlərin iştirakı ilə anası Zərərçəkmiş şəxs2 meyiti müayinə edildikdən sonra onlara təhvil verilmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi N.A.İsmayılova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və ya onun ailə üzvləri tərəfindən onlara hər hansı maddi yardım və ya üzrxahlıq edilməmiş, bundan sonrada edilməsinə də ehtiyac yoxdur və cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Növbətçi Hissəsinin sürücüsü işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 05:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Sünbül” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi və hadisə nəticəsində ölən şəxslərin olması barədə məlumat daxil olmuşdur. Bundan sonra həmin gün növbədə olan əməliyyat qrupunun üzvləri, həmçinin X13 və NH-nin sürücüsü kimi özü hadisə yerinə getmişlər. Hadisə yerində, yəni Sakit Qocayev küçəsində “Sünbül” şadlıq sarayının yaxınlığında “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı marşrut avtobusu ilə “Opel Astra” markalı, **-LE-*** qeydiyyat nişanlı avtomobilin toqquşmuş vəziyyətdə olduğunu, sonradan şəxsiyyətləri məlum olan “Opel Astra” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə arxa oturacaqda sərnişin qismində olan Zərərçəkmiş şəxs2 almış olduqları xəsarətlərdən öldüklərini, “Daewoo BS-090” markalı avtobusun əsasən qabaq hissəsi, “Opel Astra” markalı avtomobilin isə əsasən qabaq və sol yan hissəsi əzilmiş vəziyyətdə olduğunu görmüşlər. Hadisə yeri müayinə edilərkən məlum olmuşdur ki, “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Sünbül” şadlıq sarayının yaxınlığında əks hərəkət zolağına çıxaraq, “Opel Astra” markalı, **-LE-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurmuşdur. X13 tərəfindən “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə, protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi N.A.İsmayılovanın etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş vəsatət əsasında əlavə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, hadisə baş verən vaxtı və hazırda da "xxxx" MMC şirkətində marşrut xəttinin dəstə rəhbəri işləyir, vəzifəsi sürücülərin sənədlərini, sərxoşluq vəziyyətini yoxlamaq, maşının texniki vəziyyətinin yoxlanmasına nəzarət etməkdir. Təqsirləndirilən şəxs 185 saylı marşrut xəttində sürücü işləyib. Özünün xahiş ilə 185 saylı marşrutda **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla sürücü kimi işə buraxılmışdır. Hadisə təqsirləndirilən şəxsin avtobusu evdən xəttə gətirərkən baş vermişdir. **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa qarajda texniki baxış olub və heç bir nasazlıq olmadığına görə sürücüyə təhvil verilib, təqsirləndirilən şəxs də avtobusu öz evinə aparıb, səhəri gün xəttə gələrkən isə yolda hadisə baş verib. Avtobus sürücüyə təhvil verildikdən sonra sürücü tərəfindən onda hər hansı bir nasazlıq aşkar edilərsə, o, dərhal bu barədə məlumat verməli və geri qayıtmalıdır. Avtobusun texniki nasazlığı barədə məlumat verməyən sürücü özü ona görə məsuliyyət daşıyır. Təqsirləndirilən şəxsin idarə etdiyi **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus da texniki cəhətdən saz vəziyyətdə olub. Əgər avtobusda hər hansı bir nasazlıq vardısa, sürücü, yəni təqsirləndirilən şəxs onu qəbul etməməli və xəttə çıxamamalı idi. Təqsirləndirilən şəxsdən avtobusun texniki vəziyyəti barədə soruşduqda o da avtobusun texniki cəhətdən saz vəziyyətdə olduğunu demiş, spidometrin işləməməsi barədə isə ona heç bir məlumat verməmişdir. Həmçinin avtobusun texniki baxışını mexaniklər həyata keçirir və ona məlumat verirlər ki, avtobus saz vəziyyətdədir. Qeyd olunan avtobusda da hər hansı bir problemin olması barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi N.A.İsmayılovanın etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş vəsatət əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə baş verən vaxtı və hazırda da "xxxx" MMC şirkətində dispetçer vəzifəsində işləyir, onun vəzifəsi sürücünün yol vərəqəsini yoxlamaq və vaxtı tənzimləməkdir. Avtobusların texniki baxışını həyata keçirmək isə şirkətin mexaniklərin vəzifəsidir. Onun avtobusların texniki cəhətdən saz və ya nasaz olmasını yoxlamaq vəzifəsi yoxdur. Cinayət işinin 115-118-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı, 146001 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2029-cu il tarixədək qüvvədə olan “BCD” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 28-ci vərəqəsində olan "xxxx" MMC tərəfindən verilmiş 81 saylı yol vərəqəsinin surətindən görünür ki, “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı avtobusun idarə edilməsi 01-30 sentyabr 2023-cü il tarixədək Bakı və Abşeron ərazisi üzrə sürücü Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli, 1/4646 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 122-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına AD146001 saylı sürücülük vəsiqəsi aktivdir və sürücülük hüququndan məhrum olunması barədə heç bir məlumat mövcud deyildir. Cinayət işinin 2-15-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində asfalt yolda “Sünbül” restoranın yaxınlığında qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün yolun ortasına ağ rəngli qırıq-qırıq xətt, yolun kənarına sarı rəngli düz nişanlanma xətti çəkilmişdir. Bakıxanov istiqamətində sağ hərəkət zolağının eni 4,70 metr, əks istiqamətli zolağın eni 4,90 metrdir. Sağ səkinin eni 3,60 metr, sol səkinin eni 2,70 metrdir. Hərəkət nizamlanmayan üsuldadır, 3.24 hərəkət sürətin maksimum məhdudlaşdırılması – 50 km/saat sürət müəyyən edilib. Protokola əsasən avtobus əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolağın ortasında minik avtomobili ilə toqquşmuşdur. Həmin nöqtədən yolun sağına qədər məsafə 3,80 metrdir. “Daewoo BS-090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı marşrut avtobus Bakıxanov qəsəbəsi istiqamətində “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətində hərəkət etmişdir. “Daewoo BS-090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı marşrut avtobus Bakıxanov qəsəbəsi istiqamətində əks istiqamətli hərəkət zolağında üzü Bakıxanov qəsəbəsi istiqamətində yarımsağa formada “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin zolağa bitişik səkidə Qaraçuxur qəsəbəsi istiqamətində dayanmışdır. Toqquşma nöqtəsindən sonra Bakıxanov qəsəbəsi istiqamətdə əks hərəkət zolağında avtobusa məxsus şin izləri vardır, uzunluğu 7 metr tormozlama izləri yoxdur. Hadisə yerinin sol tərəfində yerləşən “Khatiras Couture” adlı obyektin müşahidə kamerasına baxış keçirilmiş, baxış zamanı sutkanın qaranlıq vaxtı olduğu, avtomobillərin işıqları yandırıb hərəkət etdiyi, xx.xx.2023cü il tarixdə, saat 05:40:49-da avtobusun Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib əks istiqamətli hərəkət zolağına çıxdığı, həmin zolaqda qarşı-qarşıya toqquşmanın baş verdiyi, minik avtomobilinin səkinin üzərinə düşdüyü, avtobusun həmin zolaqda dayandığı müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə öldüyündən onun qardaşı S.A.Novruzov zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə öldüyündən onun qızı N.A.İsmayılova zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023cü il tarixli, 266 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol alıngicgah sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınıqları, İ-İİ boyun fəqərələrinin və soltərəfli İ-İİ-İİİ-İV qabırğaların, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, ağciyərlərin hematoması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları və sıyrıqları. - Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə sümüklərinin açıq qəlpəli və İ-İİ boyun fəqərələrinin qapalı sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-7 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə məhkəməkimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilməmiş, sidikdə 0,8 faiz qatılığında etil spirti aşkar edilmişdir. Mərhumun qanında etil spirti aşkar edilməməsi onun ölümündən az əvvəl sərxoş deyil, yəni ayıq vəziyyətdə olduğunu göstərir. Qanda və sidikdə metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benziodiapezin törəmələri, fenilalkilamin qrupu törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 61-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023cü il tarixli, 265 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sümük defekti ilə müşayiət olunan çoxqəlpəli açıq sınıqları, üz skeleti sümüklərinin və İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sağ körpücük və döş sümüyünün ikitərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ bazu, sol mil-bilək və sağ diz oynağı sümüklərinin qapalı qəlpəli sınıqları, başın, sifətin gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. -Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlərlə əlaqədar baş beyinin əzilib dağılması olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benziodiapezin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 77-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/382 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo BS-090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X20” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X20” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə "Opel Astra" markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 78-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 123-131-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisənin görüntülərini əks etdirən 01 ədəd CD disk sübut növü kimi tanınmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilərək azad edilmişdir. Cinayət işinə əlavə edilmiş baş vermiş hadisənin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 05:40 radələrində “Daewoo” markalı, **-TG-*** qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində qaranlıq hava şəraitində süni işıqlarından istifadə etməklə üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan zaman əks hərəkət zolağına çıxaraq, qabaq sol hissəsilə “Opel Astra” markalı, **-LE-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsilə toqquşur. Cinayət işinin 29-cu vərəqəsində olan AZ-İİ seriyalı, 417610 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, O.A.X1 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanılmış, ərə Səfərov, arvada isə Səfərova soyadı verilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan AZ-İV seriyalı, 764332 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə L.F.Səfərovadır. Cinayət işinə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X15 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə L.F.Səfərovadır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, yol nəqliyat hadisəni özündə əks etdirən CD diskdə olan videogörüntülərlə, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər ilə onun idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq 50km/saata qədər məhdudlaşdırılmış yolda 70km/saat sürətlə idarə edərək ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X20” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «X20» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “X20 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəmnində baş verməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən, saat 09:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin hüquqi varislərinə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, barəsində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisləri X11 və X7 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar