Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1732/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə Türkiyə Respublikasının naməlum vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən istintaqla müəyyən edilməmiş şəxslə və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Xətai rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 47,425 qram çəkidə narkotik vasitə kokaini və ümumi sayı 632 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 96,08 qram olan metilendioksimetamfetamin – MDMA tərkibli “ekstazi” həblərini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanında yerləşən mənzilə qanunsuz daşımış, yuxarıda qeyd edilən çəkidə psixotrop maddələrdən ümumi sayı 91 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 19,11 qram olan metilendioksimetamfetamin – MDMA tərkibli “ekstazi” həblərini ayırıb satış məqsədi ilə üzərində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 23 iyun 2021-ci il tarixdə saat 18:50-də Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 37 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 20:30-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bağlamada ümumi sayı 91 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 19,11 qram olan metilendioksimetamfetamin – MDMA tərkibli “ekstazi” həbləri daha sonra ünvan 1 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 21:50-dən etibarən keçirilmiş baxış zamanı mənzilin girişdən sol tərəfdə yerləşən yataq otağındakı kağız qutuda gizlətməklə saxladığı 01 ədəd qara rəngli sellofan torbadan 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,825 qram və 28,6 qram, ümumi təmiz çəkisi külli miqdarda- 47,425 qram narkotik vasitə kokain, 2 ədəd bükümdə ayrı-ayrılıqda 83 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 17,43 qram və 458 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 59,54 qram, ümumi sayı 541 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 76,97 qram olan metilendioksimetamfetamin – MDMA tərkibli “ekstazi” həbləri, eləcə də üzərində narkotik vasitə kokain izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, 2017-ci ildə hərbi xidmətdən qayıtmış və 2020-ci ildə müharibə iştirakçısı olmuşdur. 5 dekabr 2020-ci ildə müharibədən qayıtmışdır. Qayıdandan sonra gecələr yata bilmirmiş, onda prsixi problemlər yaranmışdır. Fevral 2021-ci il tarixdə isə yenidən Şuşa şəhərinə getmiş, orada tikintidə işləmişdir. Müharibədə stres keçirmiş, ona görə sakitləşmək üçün narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Özü “Whatsapp” sistemi vasitəsilə özünü Xəyal kimi təqdim edən şəxslə tanış olmuşdur. Stres keçirdiyinə görə Xəyal ona narkotiki təklif edəndə, o, razılaşıb almışdır. Xəyalı görməmiş, onun anket məlumatlarını və telefon nömrəsini xatırlamır. “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış, istifadə etdiyi nömrə xarici nömrə, Amerika nömrəsi imiş. O, Xəyal adlı şəxslə xarici nömrə ilə danışmışdır, hazırda həmin nömrəni xatırlamır. Xəyal ona Türkiyə Respublikasından narkotik vasitə olan kokain və ekstazi həbləri göndərəcəyini bildirmişdir. Xəyal ona yalnız kokain və ekstazi göndərmişdir. O, “Whatsapp” vasitəsi ilə Xəyalın dediyi maddələri götürüb evə aparıb evdə saxlamışdır. İttiham aktında göstərildiyi kimi 47,365 qram kokain onda olmamış, cəmi 17 qram olmuş, həblərin sayını xatırlamır. Həmin kokain və həblərə görə “Whatsapp” vasitəsi ilə Xəyalın dediyi yerə 1000 manat pul qoymuşdur. Alandan sonra bir az istifadə də etmişdir.O, həmin narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Satmaq məqsədi olmamışdır. 23 iyun 2021-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 37 ünvanının yaxınlığında piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və o da özünü təqdim edəndən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra ona müdafiəçi təqdim olunmuşdur. Orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. O, şalvarının sağ yan cibindən 1 ədəd bağlamada 91 ədəd ekstazi həbini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 10 manat pul, 1 ədəd «Samsung» markalı mobil telefon, özünə məxsus 3 ədəd plastik kart və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş 91 ədəd ekstazi həb zərfə qoyularaq qablaşdırılmışdır. Mobil telefon, şəxsiyyət vəsiqəsi və 03 ədəd plastik kart götürülmüş, 10 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra ünvan 1 ünvanına getmişlər. Həmin mənzildə yataq otağında saxladığı kağız qutunu təqdim etmişdir. Həmin qutudakı qara rəngli sellofan torbadan iki ədəd bükümdə Xəyaldan aldığı ekstazi həbləri, iki ədəd bükümdə kokain və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilən zaman evdə heç kəs olmamışdır. Aşkar edilmiş maddələr tərəzidə çəkilərək qablaşdırılmış, qablaşmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2017-ci ildən narkotik vasitə istifadə etməyə başlamışdır. Onun telefonunda Azərbaycan nömrəsi də olmuş, lakin, o, Xəyal adlı şəxslə xarici nömrə ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Kokaini tutulmamışdan 5-10 gün əvvəl almışdır. O, saxlanılarkən kokain üzərində olmamışdır. Evə baxış zamanı evdən aşkar edilmişdir. O, Samir adlı şəxsi tanımamış və elə şəxslə telefonda danışmamışdır. Samir adını o, polis idarəsində uydurmuşdur. O, Xəyal adlı şəxsdən birinci dəfə imiş narkotik vasitə alırmış. O, şəxsi istifadəsi üçün almışdır. O, «Paşa» holdinqdə işləmişdir. Müharibədə olduğu üçün onun kartına 2000 manat pul ödənilmişdir. Narkotiki həmin pulla almışdır. Sonra da Şuşa şəhərində tikintidə işlədiyi üçün də onun kartına pul vurulmuşdur. Onun telefonu “Samsung-601” olmuş, nömrəsi ***-***-**-** olmuşdur. İstintaq qurtarandan sonra ona məxsus telefon aparatını polis əməkdaşları atasına qaytarmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 76-79-cu və 208-210-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Təqribən 4 il olar ki, yəni 2017-ci ildən etibarən mən Türkiyə Respublikasında yaşayan və adını Samir kimi bildiyim şəxsi tanıyıram. Həmin dövrdən etibarən də Samiri tanıyıram, ondan dəfələrlə şəxsi istifadəm üçün narkotik vasitə marixuana və metamfetamin almışam. Anca son dövrlər, xüsusilə də 2021-ci ildə mən uzun müddətdir işləmədiyim üçün maddi baxımdan sıxıntı yaşayırdım. Buna görə də mən Samirdən bir neçə dəfə narkotik vasitə alarkən Samirə maddi sıxıntılarım barədə danışmışdım. Nəhayət 2021-ci ilin mart ayında Samir Azərbaycan Respublikası ərazisində işləmək üçün ona etibarlı bir nəfərin lazım olduğunu dedi. ...Samir də mənə Türkiyə Respublikasından narkotik vasitə olan kokain və psixotrop maddə olan ekstazi həbləri göndərəcəyini, həmin maddələri mənim Samirin dediyi yerdən götürəcəyini, daha sonra gətirib həmin maddələri evdə saxlayacağımı və Samirin dediyi yerlərə qoyacağımı dedi. Mənə də bu işin müqabilində gündəlik 20 manat pul verəcəyini bildirdi. Mən dərhal Samirlə razılaşdım. Samir bundan sonra tarixini dəqiq xatırlamadığım vaxtda mənə paylamağım üçün narkotik vasitə göndərdi. Samir mənə onunla işlədiyim dövrdə yalnız kokain və ekstazi göndərmişdir. Mən Samirin dediyi maddələri götürüb evə aparıb evdə saxladım. Daha sonra yaşadığım Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi yaxınlığında olan yerlərə həmin narkotik vasitələri qoymaqla şəklini çəkib həmin yerləri Samirə bildirirdim. Mən həmin yerlərə narkotik vasitə qoyduqdan sonra Samir həmin yerləri müştərilərə bildirirdi, müştərilər də həmin maddələri mənim qoyduğum yerdən götürürdülər. ...Bu minvalla 3-4 dəfə Samir mənə narkotik vasitə göndərmiş, mən də həmin maddələri paylamışdım. Təqribən 3-4 gün öncə Samir mənə müştərilərə paylamağım üçün kokain və ekstazi göndərmişdi. Mən də həmin narkotik vasitələri aparıb evdə saxlamışdım. 23 iyun 2021-ci il tarixdə mən həmin ekstazi həblərindən 91 ədədini Samirin göstərişi ilə müştərilərə çatdırmaq üçün üzərimdə götürməklə evdən çıxdım. ...Həmçinin yaşadığım mənzildən qutudakı qara rəngli sellofan torbadan iki ədəd bükümdə ekstazi həbləri, iki ədəd bükümdə kokain və bir ədəd elektron tərəzi aşkar edilərək götürüldü. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. İmzalar onun imzasıdır, lakin o, ifadədə Samir adını istintaq zamanı ağlına gələn bir ad kimi demişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ifadəsində düzgün yazılmamışdır. İndi məhkəmədə düz ifadə verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 23 iyun 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 23 iyun 2021-ci il tarixli qərar qəbul edilmiş və BNMİ-nin əməkdaşları baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 37 ünvanına yollanmışlar. Həmin gün saat 18:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 37 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Samirə onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsi təklif olunmuşdur. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxsə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bağlamada 91 ədəd ekstazi həbinə bənzər maddələri təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 10 manat pul, 1 ədəd «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus 3 ədəd plastik kart və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. 91 ədəd ekstazi həbi zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon, şəxsiyyət vəsiqəsi və 03 ədəd plastik kart əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, 10 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş ekstazi həblərinin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyədə yaşayan Samir adlı şəxsin göstərişi ilə 3 gün qabaq Bakı şəhəri, Xətai rayonu ərazisindən əldə etdiyini, Samirin göstərişi ilə həmin malları Bakı şəhərində müxtəlif ünvanlara paylayacağını, həmin işin müqabilində Təqsirləndirilən şəxs 400 manat pul göndərdiyini, bundan başqa yaşadığı ünvan 1 ünvanında narkotik vasitələr olduğunu, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvan 1 ünvanında baxış aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı ünvan 1 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı mənzildə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra videoçəkilişdən istifadə edilməklə qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağında saxladığı kağız qutunu təqdim etmişdir. Həmin qutudakı qara rəngli sellofan torbadan iki ədəd bükümdə ekstazi həblərinə bənzər, iki ədəd bükümdə kokainə bənzər maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddələr tərəzidə çəkilərək qablaşdırılmış, qablaşmanın üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ekstazi həblərinin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyədə yaşayan Samir adlı şəxsin göstərişi ilə 3 gün qabaq Bakı şəhəri, Xətai rayonu ərazisindən əldə etdiyini, Samirin göstərişi ilə həmin malları Bakı şəhərində müxtəlif ünvanlara paylayacağını, Samir adlı şəxsin bu işin müqabilində ona 400 manat pul göndərdiyini bildirmişdir. Mənzildə əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzilə baxış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Kokain təxminən 50 qrama yaxın imiş. Narkotik vasitənin Türkiyədən sifariş olunması oradan gəlməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid1 23 iyun 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid1 23 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun 23 iyun 2021-ci il tarixli, Ə160-008-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bağlamada ümumi sayı 91 ədəd olan “ekstazi” həbinə bənzər həbləri təqdim edib masanın üzərinəq oymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə əynində olan şalvarın sol yan cibindən 10 manat pul, “Samsung” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 4169 7385 5767 9911, 4182 4957 0137 8964 və 5243 7544 1283 0224 nömrəli plastik bank kartları aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə, “Samsung” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 4169 7385 5767 9911, 4182 4957 0137 8964 və 5243 7544 1283 0224 nömrəli plastik bank kartları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 10 manat pul şübhəli şəxsə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həblərin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Xətai rayonu ərazisindən sonuncunun göstərişi ilə Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin ona 400 manat məbləğində pul göndərdiyini, həmçinin, yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyun 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin girişdən sol tərəfdə yerləşən yataq otağının girişindən sol tərəfdə olan kağız qutunun içərisindən 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən birinci və ikinci bağlamada “ekstazi” həbinə bənzər həblər, üçüncü və dördüncü bağlamada narkotik vasitə olan kokainə bənzər kütlələr olan 4 (dörd) ədəd bağlamanı və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həblərin və kokain kütlələrinin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Xətai rayonu ərazisindən sonuncunun göstərişi ilə Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin ona 400 manat məbləğində pul göndərdiyini bildirmişdir. Baxış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2021-ci il tarixli, 6/2562 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li” dairəvi möhür əksi olan üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 91 ədəd ekstazi həbinə bənzər dərman həbləri...” yazılan zərfdə 1 ədəd şəffaf polietilen torbacıqda ümumi sayı 91 ədəd olan çəhrayı rəngli, üçbucaq formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 91 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 19,11 qram təşkil edir (bir ədəd həbdə 0,21 qr MDMA olmaqla). Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi 1 ədəd elektron tərəzi, 2 bağlama narkotik vasitə olan kokainə bənzər kütlə və 2 bağlamada ümumilikdə 541 ədəd həbə bənzər maddə...” yazı və imzalar olan zərfdə 2 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 18,825 qr və 28,600 qr olmaqla, ümumi çəkisi 47,425 qram olan ağ rəngli, spesifik iyli, tozşəkilli maddələr xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə- kokaindir, həmin zərfdə olan 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə kokainin izləri vardır. Kokain iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Zərfdə olan ümumi sayı 83 ədəd olan çəhrayı rəngli, üçbucaq formalı həblər kustar üsulla hazırlanmış metilindioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 83 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 17,43 qram təşkil edir (bir ədəd həbdə 0,21 qr MDMA olmaqla). Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Zərfdə olan ümumi sayı 458 ədəd olan bənövşəyi rəngli, üçbucaq formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 458 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 59,54 qram təşkil edir (bir ədəd həbdə 0,13 qr MDMA olmaqla). Kokain 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, MDMA - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahisına daxildirlər. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyun 2021-ci il tarixli mobil telefon aparatlarının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 05 avqust 2021-ci il tarixli, 008-5463-1221 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri kimdən və haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2021-ci il tarixli baxış və götürmə barədə protokoldan və protokola əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş əməliyyatlarla bağlı çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş "xxxx" ASC-yə məxsus plastik bank kartı ilə aparılmış əməliyyatlardan çıxarışa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 avqust 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 sentyabr 2021-ci il tarixli baxış və götürmə barədə protokoldan və protokola əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş əməliyyatlarla bağlı çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş "xxxx" ASC-yə məxsus plastik bank kartı ilə aparılmış əməliyyatlardan çıxarışa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 181-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X1 21 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon və 03 ədəd plastik bank kartının Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 212-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Toğrul Arazlının 23 sentyabr 2021-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarından görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədilə mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyun 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bağlamada ümumi sayı 91 ədəd olan “ekstazi” həbinə bənzər həbləri təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə əynində olan şalvarın sol yan cibindən 10 manat pul, “Samsung” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 3 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə, “Samsung” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 4169 7385 5767 9911, 4182 4957 0137 8964 və 5243 7544 1283 0224 nömrəli plastik bank kartları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 10 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həblərin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Xətai rayonu ərazisindən sonuncunun göstərişi ilə Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin ona 400 manat məbləğində pul göndərdiyini, həmçinin, yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində də narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyun 2021-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin giriş tərəfindən sol tərəfdə yerləşən yataq otağının girişindən sol tərəfdə yerləşən kağız qutunun içərisindən 1 ədəd qara rəngli sellofan torbanın içərisindən iki bağlamada “ekstazi” həbinə bənzər həblər, iki bağlamada isə narkotik vasitə olan kokainə bənzər kütlələr olan 4 bağlamanı və 1 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həblərin və kokain kütlələrinin özünə məxsus olduğunu, həmin kütlələri Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Xətai rayonu ərazisindən sonuncunun göstərişi ilə Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında Türkiyə Respublikasında yaşayan “Samir” adlı şəxsin ona 400 manat məbləğində pul göndərdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1732/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonu onun ailə üzvlərindən götürülərək, telefon tədqiq olunması üçün məhkəmə kompüter-texniki ekspertizası təyin edilməsi haqqında qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Həmin qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 5/1194 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli “**********413658”, “**********13656” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. -Təqdim edilmiş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli smartfon vasitsəilə hər hansı bir “SMS” mesaj və zəng xidmətləri mövcuddur. - Təqdim olunan “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, video, audio və sairə fayllar) məlumatlar müəyyən olunmuşdur. - Rəyin Tədqiqi hissəsi nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontaktlar, zənglər, “SMS” mesajlar, “Whatsapp” proqram təminatı, “Facebook”, “İnstagram” və digər sosial şəbəkələr vasitəsilə aparılmış çat seansı, foto, video, audio və sairə fayllar) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. - Təqdim edilmiş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli smartfonun yaddaşına quraşdırılmış ‘Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı) mübadiləsi, “Teleqram” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı) mübadiləsi və “İnstagram” sosial şəbəkəsinə aid “ghetto_74_” adlı istifadəçi profilində məlumat (çat seansı) mübadilələri müəyyən olunmuş, lakin rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək məhkəməyə təqdim etmək mümkün olmamışdır. - Təqdim edilmiş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli smartfonun yaddaşına quraşdırılmış “Facebook” sosial şəbəkəsinə aid “Sirac Agayev” adlı istifadəçi profili müəyyən olunmuş və həmin istifadəçi profilə daxil olmaq üçün aktiv (online) internet şəbəkəsinə qoşulma tələb olunduğundan qeyd edilən sosial şəbəkə vasitəsilə hər hansı bir məlumat (çat seansı və sairə) mübadiləsinin olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə prosesində ekspert rəyinə əlavə edilmiş iki ədəd DVD-R diskə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “kokain”in 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «MDMA» nın isə 0,03 qramı şəxsi istehlak miqdarından artıq, 1 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 19 iyul 2021-ci il tarixli, 6143 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 122-ci vərəqəsində olan Bakı şəhəri Nizami Rayon 50 saylı Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 29 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda adı göstərilən MKİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 3532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 iyun 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 23 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 86-91-ci vərəqələrində olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 4(005)-632/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 47,365 qram qalmış narkotik vasitə kokain, 168 ədəd qalmış çəhrayı rəngli MDMA həbləri, 455 ədəd qalmış bənövşəyi rəngli MDMA həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A31” markalı “SM- A315F/DS” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 47,365 qram qalmış narkotik vasitə kokain, 168 ədəd qalmış çəhrayı rəngli MDMA həbləri, 455 ədəd qalmış bənövşəyi rəngli MDMA həbləri və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A31” markalı “SM- A315F/DS” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1732/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1732/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver