Məhkəmə qərarları › İş №1(101)-1732/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1732/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1732/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 27 avqust 1995-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsində ünvansız evdə yaşamış, 04 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 mart 2023-cü il tarixdə saat 01 radələrində başqa şəxsin tapşırığı ilə Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsi ərazisində başqa şəxs tərəfindən qoyulmuş külli miqdarda təmiz çəkisi 120.210 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin tarixdə gecə saat 03:30 radələrində Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Baki şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qəhvəyi rəngli, üzərində sarı rəngli zərləri olan əl çantasından 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 120,210 qram, külli miqdarda ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanılmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Nərimanov rayonuna narkotik vasitəni götürmək üçün getmişdi. O yeddi-səkkiz ay bundan əvvəl polislər tərəfindən saxlanılmışdır. Hadisə günü o, polislər tərəfindən saxlanılan zaman gecə idi. Polis bölməsində 10 qram narkotik vasitəni qəbul etmədiyinə görə təzyiq göstərdilər. Narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almışdır. O, narkotik vasitə kimi metamfetamindən istifadə edir. Tərəzi onun çantasında olurdu. Hər dəfə gün ərzində 4-5 qram narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə almaq üçün pulu “Milliön” ödəniş terminalı vasitəsilə vurmuşdur. Narkotik vasitə kondisionerin altında ağ sellofan bükümdə qoyub saxlamışdır. Onun götürdüyü narkotik vasitənin miqdarı təxminən bir ovuc olardı. İttiham aktında deyilən miqdarda narkotik vasitə ona aid olmayıb. İran İslam Respublikasının vətəndaşının kartına nə qədər pul köçürtdüyü yadında deyil. Narkotik vasitəni təxminən 180 manata almışdır. O, 500 manat maaş alır. O 15 gün işlədikdən sonra əmək haqqını almışdır. Həmin pul ilə narkotik vasitəni almışdır. Üzərinə şəxsi axtarış həyata keçirilərkən video çəkiliş zamanı ona polislər tərəfindən əzbərlədilənləri demişdir. İbtidai istintaq zamanı ona təqdim olunan sənədləri imzalamışdır. O polislər tərəfindən döyülməmişdir, sadəcə ona bir dəfə sillə vurulub. O, narkotik vasitənin qoyulduğu yerin koordinatını İran İslam Respublikasının vətəndaşından götürmüşdür. Məhkumluğu yoxdur. Narkotik vasitəni qəlyanın içinə doldurub çəkmişdir. Heç kimə narkotik vasitə verməmişdir. Narkotik vasitəni qazanc məqsədilə istifadə etməmiş, sadəcə narkotik istfadəçisi olan dostu ilə birgə narkotik vasitədən istifadə edirdi. Törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Ağdam rayonunda qeydiyyatda olsa da, anası ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Ara-sıra arıqlamaq üçün “patı” kimi tanıdığı maddədən istifadə edir. Hər dəfə həmin maddəni internet vasitəsi ilə tanış olduğu müxtəlif şəxslərdən bir qramını 20 manata əldə edir. Bu yolla tez-tez həmin maddəni almaq onun üçün həm təhlükəli həm də, baha başa gəlirmiş. Bu məqsədlə təxminən bir ay əvvəl internet vasitəsi ilə tanış olduğu, özünü Mehdi adı ilə təqdim edən üzdən tanımadığı və üzbəüz olaraq heç vaxt görüşmədiyi şəxslə sosial şəbəkələr vasitəsi ilə yazışarkən həmin şəxs ona əgər 100 qramdan çox “patı” alacağı təqdirdə o, həmin maddənin bir qramını 14 manata sata biləcəyini demişdir. O isə, həm tez-tez maddə alıb ələ keçməmək, həm də, həmin maddəni ucuz əldə etmək üçün Mehdinin bu təklifi ilə razılaşmışdır. Aralarında olan razılığa əsasən ona təxminən 130 qram “patı” adlanan maddə göndərəcək, o da, həmin maddənin qarşılığında ona 1820 (min səkkiz yüz iyirmi) manat pul verməli imiş. Lakin, həmin pulu bir dəfəyə tam olaraq ödəməyəcəkmiş. Belə ki, ilkin olaraq xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində, Hökməli- Qobu yolunun üzərində yerləşən marketlərin birindən 320 manat pulu ödəmə terminalı vasitəsi ilə Mehdi adlı şəxsin ona verdiyi “M 10" adlı tətbiqdə olan ********* saylı hesaba göndərmişdir. Yerdə qalan məbləği isə tədricən hissə-hissə gələcək günlərdə ödəməli imiş. Mehdi isə onun sifariş etdiyim "palı" adlı maddəni Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində binalardan birinin yaxınlığında gizlətmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində həmin yerdən Mehdinin onun üçün qoyduğu maddəni götürüb, əl çantasına qoymuşdur. Sonradan öz şəxsi işləri üçün Nizami rayonu 8-ci km bazarının yaxınlığına gəlmişdir. Saat 03:30 radələrində piyada Nizami rayonu C.ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısından keçərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq kim olması və hansı ünvanda yaşaması barədə maraqlanmışlar. O, polis əməkdaşlarını gördükdən sonra özünü itirmiş və onu çox sual-cavab etməsinlər deyə iti addımlarla onların yanından uzaqlaşmağa çalışmışdır. Lakin, buna baxmayaraq polis əməkdaşları oradan uzaqlaşmasına icazə verməmişlər. Bundan sonra artıq geriyə yolu olmadığını anladığı üçün polis əməkdaşlarına etiraf etmişdir ki, əl çantasında narkotik maddə vardır. Bundan sonra həmin polis əməkdaşları onu 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqlardan birində onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı könüllü olaraq əl çantasında saxladığı bir ədəd sellofan bükümdə təxminən 130 qram “palı” kimi tanıdığı maddəni və həmin maddəni ölçmək üçün əl çantasında saxladığı qara rəngli elektron tərəzini polis əməkdaşlarına təhvil vermişdir. Götürülən sellofan bükümdəki maddə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, üzəri mÖhürlənmişdir. Həmin Mehdi adlı şəxslə təxminən bir ay əvvəl internetdə, sosial şəbəkələrdən birində tanış olmuş. Həmin şəxslə sosial şəbəkə vasitəsi ilə yazışmışdır. Onun soyadı, ata adı, yaşadığı ünvan və istifadəsində olan mobil nömrə barədə heç bir məlumatı yoxdur. Özü təqribən 1 ildir ki, psixotrop maddə qəbul edir, həmin maddəni inyeksiya yolu ilə deyil çəkərək istifadə edir. Mütəmadi olaraq ona "Ayka" adlı şəxs psixotrop maddə olan metamfetamini satırmış, sadəcə son zamanlar həmin şəxsi tapa bilmədiyindən və öz təhlükəsizliyi üçün “Mehdi “ adlı şəxsdən psixotrop maddə olan metamfetamini külli miqdarda əldə etmişdir. “Ayka” kimi özünü təqdim edən şəxsin adını bilmir və həmin şəxsi Nizami rayonun 8-ci kilometr bazarı adlanan ərazidən tanıyır mütəmadi olaraq orada onunla görüşürmüş. Həmin şəxsin mobil nömrəsidə onda yoxdur. Mobil telefonunda aşkar olunmuş məlum atlarla əlaqədar qeyd edir ki, İbo və Royal adlı şəxslər narkotik vasitələri istəmiş çox zaman onlara həmin narkotik vasitələri dostluq zəmnində təmənnasız verirmişdir. Çünki həmin narkotik maddələrin təsiri altında olan zaman keçirilən ağrıları bildiyindən onlara yaxşılıq olsun deyə narkotik vasitələri vermişdir. Ona məxsus vatsapp programında iran nömrəsi +**********08 Mahan adlı şəxs və +**********17 nömrəsi ilə Mehdi adlı şəxslə danışıqları barədə qeyd edir ki, əvvələr Mehdi adlı şəxsdən narkotik vasitələri əldə edirmiş, bir müddət sonra Mehdi adlı şəxs onu Mahan adlı şəxslə tanış etmişdir. Hər iki şəxsin anket məlumatlarını bilmir və reallıqda onlarla görüşməmiş, münasibətləri online vasitəsi ilə davam etdirilmişdir. Bir-iki dəfə onların xahişi ilə Qobu qəsəbəsində yəni yaşadığı ərazi üzrə onlar dediyi ünvana narkotik vasitələri zakladka edərək qoymuşdur. Lakin həmin narkotikləri kim götürəcəyindən xəbəri yoxdur. Həmin əməli narkotik vasitə əldə etmək müqabilində etmişdir. Şahid1 ifadələrində göstərdi ki, martın 3-də saat 03:30 radələrində Naxçıvanski küçəsində binanın qarşısından keçərkən təqsirləndirilən şəxs X8 görüb saxlamışlar. Ondan harada yaşadığını soruşarkən o, Sulutəpə qəsəbəsində yaşadığını bildirmişdir. Sənədlərini təqdim etməsini tələb etdikdə həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirdi. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və çantasını gizlətməyə çalışdığından çiynində olan həmin çantada nə olduğunu soruşmuşlar. O da çantada narkotik olduğunu dedi. Bundan sonra onu polis bölməsinə gətirmişlər. Orada da məlum olmuşdur ki, həmin şəxs narkotik istifadəçisidir. Bölmədə onun üzərinə video-çəkiliş vasitəsi ilə axtarış aparıldı. Həmin vaxt onun üzərindən ağ və qara bükümlərdə narkotik maddələr aşkar olundu. Lakin çəksi yadında qalmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, DİN-in ƏÇPA-nm 5-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantıdır. 03 mart 2023-ci il tarixdə Bölüyün polis nəfəri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə xidməti ərazidə xidmətdə olarkən saat 03:30 radələrində Nizami rayonu C.ünvan 5 ünvanın qarşısından keçərkən bir nəfər qadının özünü küçədə şübhəli apardığına görə ona yaxınlaşıb, özlərini təqdim edib, sənədlərini təqdim etməsini bildirdikdə, həmin qadın dərhal çiynindən asdığı əl çantasını gizlətməyə çalışmış və iti addımlarla uzaqlaşmağa cəhd etmişdir. Lakin onu saxlayaraq uzaqlaşmaq istədiyinin səbəbini və çantasında nə olmasını soruşduqda o, çantasında narkotik maddə olduğunu etiraf etmişdir. Bu səbəbdən onu Nizami RPİ-nə 24-cü PB-nə gətirərək raportla Şöbə rəhbərliyinə müraciət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1995-ci Ağdam şəhərində anadan olmuş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan Abşeron rayonu Qobu qəsbəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Prosessual sənədləşmə Şöbənin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizova həvalə olunmuş, daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əlnindəki çantanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristal halında olan maddəni, 01 ədəd qara rəngli üzərində “ADLER” sözü yazılmış elektron tərəzini, 01 ədəd dəsmalı, 01 ədəd plastmas su qabını, 04 ədəd saç tutacağını, 01 ədəd sarı rəngli materialdan olan boyunbağını, və şalvarın sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu təhqiqatçıya təqdim edib bildirmişdir ki, bükümün içərisindəki "palı" kimi tanıdığı narkotik maddədir. Təqsirləndirilən şəxs həmin maddəni internet vasitəsi ilə tanış olduğu "Mehdi" adlı şəxsdən onlayın qaydada sonuncunun kartına pul göndərmək yolu ilə şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi yaşayış binaların birinin yaxınlığından götürdüyünü və üzərində saxladığını bildirmişdir. O, təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında olan maddə və 01 ədəd elektron tərəzi iki ədəd müxtəlif kağız zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüş, 01 ədəd dəsmal, 01 ədəd plastmas su qabı, 04 ədəd saç tutacağı, 01 ədəd boyunbağı və əl çantası Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadələrində göstərdi ki, səhv etmirsə mart ayı idi. Təqsirləndirilən şəxs X8 Nizami rayon Polis İdarəsinə gətirmişlər. Hadisə günü Cəmşid Naxçıvanski küçəsində 2459 saylı avto patrul maşınında gecə növbəsində olarkən təqsirləndirilən şəxsi uzaqdan görmüşlər. Təqsirləndirilən şəxs X8 onları görən kimi özünü şübhəli aparmağa başladı və sürətli addımlarla qaçmağa başladı. Onlar keçərkən təqsirləndirilən şəxs X9 yaxınlaşıb ondan qaçmasının səbəbini soruşmuşlar. Onun anket məlumatlarını müəyyənləşdirərkən növbə yoldaşı Şahid1 Aytəndən əlindəki çantanın içərisində nə olduğu soruşdu. Həmin şəxs sumkanın içərisində nə olduğunu əvvəl bildirmək istəməsə də onların israrlı sorğularından sonra sumkada narkotik vasitə olduğunu bildirdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin üzərinə video çəkilişlə axtarış keçirildi, onun üzərindən bir neçə büküm narkotik vasitə çıxdı, lakin hansı növ narkotik olması və çəkisi yadında qalmayıb. Onlar gün ərzində bir neçə belə hadisələrlə rastlaşırlar, hadisədən də təxminən dörd ay vaxt keçib, ona görə də aşkar olunan narkotik vasitələrin yaxud psixotrop maddələrin neçə büküm olması, hansı növ narkotik olması və çəkisi yadında qalmayıb. Onlar artıq təqsirləndirilən şəxsi saxlayanda o, narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirmiş polis nəfərləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 03 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində "şəxsi axtarış və götürmənin” aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli, üzərində sarı rəngli zərləri olan əl çantasından 01 ədəd şəffaf sellofan bükümdə içərisində ağ rəngli kristal halında olan maddəni, 01 ədəd qara rəngli üzərində “ADLER” sözü yazılmış işlək vəziyyətdə elektron tərəzini, 01 ədəd qara rəngli, üzərində ağ naxışları olan dəsmalı, 01 ədəd plastmas su qabını, 04 ədəd saç tutacağını, 01 ədəd sarı rəngli materialdan olan boyunbağını, əlində saxladığı bir ədəd salfekta parçasını, əynindəki qara rəngli parça materialdan olan şalvarın sol yan cibindən 01 ədəd **********81249 və **********81256 imei kodlu, boz rəngli korpusu olan "Redmi" markalı mobil telefonu təhqiqata təqdim etmişdir. Təqsirləndirilən şəxsnm əl yükündə və üzərində aparılan axtarış zamanı əlavə heç bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin "palı" olaraq tanıdığı maddə olmasını, həmin maddəni internet vasitəsi ilə tanış olduğu "Mehdi" adlı şəxsdən onlayın qaydada sonuncunun kartına pul göndərmək yolu ilə şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Nərimanov rayonunda ünvanını dəqiq bilmədiyi yaşayış binaların birinin yaxınlığından götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş elektron tərəzini, Mehdi adlı şəxsdən götürdüyü narkotik vasitəni ölçmək üçün istifadə etdiyni bildirmiş, əlində saxladığı 01 ədəd ağ rəngli salfetka bükümünə baxış zamanı həmin salfetkanın arasında heç bir əşya olmadığı müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında olan maddə və 01 ədəd elektron tərəzi iki ədəd müxtəlif kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür, təqdim etdiyi 01 ədəd qara rəngli, üzərində ağ naxışları olan dəsmal, 01 ədəd plastmas su qabı, 04 ədəd saç tutacağı, 01 ədəd sarı rəngli materialdan olan boyunbağı və əl çantası iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd **********81249 və **********81256 imei kodlu, boz rəngli korpusu olan "Redmi" markalı mobil telefonu iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən ondan götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonda "xxxx" MMC-yə aid ***-***-**-** saylı nömrə ilə işləyir. Həmin telefonun yaddaşında ola telefona gələn və çıxan «WhatsApp” yazışmalarından görünür ki, Röyal adlı şəxs Təqsirləndirilən şəxs «bişey bişeyin var» yazısı ilə müraciət edir, Aytən isə «indi yox. Ezab çekrem» yazısı ilə cavab verir. Daha sonra İbo adlı şəxs «otun karobkasın neçəyə verirsən» sualına «70» cavabı yazılır, «Uy blaa. Men neçeden satmalıyam ki, xeyrim olsun» yazıları, səsli mesajlar, həmçinin narkotik və psixotrop maddələrə bənzər kütlələrin fotoşəkilləri paylaşılır. Həmçinin «Mahan» adlı şəxsin +98 901 *** **** nömrəli telefonla çoxsaylı səsli mesajlar qeydə alınmış, həmin nömrədən plastik bank kartının şəkli göndərilmişdir. Bundan başqa Mehdi adlı şəxsin +98 *** **** 3917 nömrəli telefondan «WhatsApp” vasitəsi ilə çoxsaylı səsli mesajlar, narkotik vasitələrə bənzər maddələrin qab içərisində və ağ rənjli maddənin əldə tutulmuş şəkli qeydə alınmışdır. Qeyd edilən «WhatsApp” yazışmalarının mətni və fotoşəkillər çap olunaraq protokola əlavə edildi. Telefonun yaddaşında olan zənglər siyahısında olan daxil olan və çıxan zənglər, həmçinin SMS yazıları silindiyindən iş üzrə əhəmiyyət kəsb edən hes bir məlumat əldə edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasınm 03 mart 2023cü il tarixli, 6/1302 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün Nəl64» möhür əksi «şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 120,210 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün N»164» möhür əksi «Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd elektron tərəzi» yazısı və imzalar olan paketdəki 1 ədəd ədəd üzərində «Adler» yazısı olan elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş-təmiz çəkisi 120,210 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd mobil telefon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 120,010 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1 ədəd mobil telefon cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası X12 məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ziddiyətli və polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını göstərdiyi ifadələrinə münasibətdə bildirir ki, o bu ifadələrini sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmiş və onun bu iddiaları məhkəmədə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə onun bu ifadələrini öz müdafiəsinə yönələn və faktiki əsası olmayan ifadələr kimi qiymətləndirib onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmağı əsaslı sayır. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, məhkəməydək araşdırmalar Təqsirləndirilən şəxs ona təziyqlər göstərilməsi barəsindəki iddialarpını özünün müdafiəsinə yönələk faktiki əsəası olmayan, sərbəst ifadə vermək hüququndan yanlış yararlanma cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərinin onun tərəfindən törədilməsinin onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə haqqında protokollar, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, işin faktiki halları ilə sübuta yetirildiyi qənatinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissələrinin əlamətlərinə uyğun hesab edib onun əməllərini həmin maddələrlə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat hüqüqi yardım göstərilməsi və bu səəbədən də ona 300 ( üç yüz ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini, təqsirləndirilən şəxsin müdafiə xərcindən azad olunmasını, ekspertiza xərclərini təşkil edən 114 ( yüz on dörd ) manat vəsaitin isə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİnin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 120,010 qram psixotrop maddə metamfetaminin və 01 ədəd üzərində “ADLER” yazısı yazılmış elektron tərəzinin məhv edilməsini, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını, 01 ədəd mobil telefonun isə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr veməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 06 may 2023-cü il tarixli,2708 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 07 ( yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 114 (yüz on dörd) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 ( üç yüz ) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi ilkin çəkisi 120,210 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 120,010 qram və 01 ədəd elektron tərəzi sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon onun şəxsi əşyası kimi yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar