Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1733/2022 14.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəli qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, , işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, 5 büküm, hər bükümdə təmiz çəkiləri 0,540, 0,416, 0,368, 0,995 və 0,148 qram olan kustar üsulla hazırlanmış cəmi 2,467 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsində yerləşən “Bolmart Markefin qarşısına qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ PPXB-nin polis nəfərləri tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 4nin 12-ci Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qeyd edilən, ümumi təmiz çəkisi 2,467 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir o, gecələr zibil yeşiklərindən metal əşyalar toplamaqla metal qəbulu yerinə təhvil verib gündəlik 20-30 manat çörək pulu qazanmışdır. Lakin narkotik istifadəçisi olduğundan pulunu narkotikə xərcləmişdir. Qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən evə anası və atası onu narkoman olduğundan buraxmamışlar. Belə ki, 2022-ci ilin yanvar ayından “patı” kimi tanıdığı narkotik vasitə metamfetamindən istifadə etmiş, son günlər istifadəsini artıraraq gün ərzində 2-3 büküm istifadə etmiş, narkotiki Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Metamfetaminin onda asılılıq yaratmasını və hər gün bədəninin tələbatının artmasını hiss etdiyindən, bundan başqa narkotikdən istifadə etməsi səbəbindən atası onu evə buraxmadığından tutulandan əvvəlki aylaradək səfil həyatı sürmüş, küçələrdə yatmışdır. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində metamfetamin almaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsinə getmiş, orada tanımadığı kişi cinsindən olan və narkotik alüdəçisinə oxşayan şəxsə metamfetamin alüdəçisi olduğunu danışmış, həmin şəxsdən xahiş etmişdir ki, ona 100 manatlıq, yəni 2-3 günlük istifadəsi üçün 5-6 büküm metamfetamin tapsın. Həmin şəxs ondan 100 manat alaraq ondan uzaqlaşmış, təxminən 20 dəqiqə sonra ona şəffaf selofanda olan 5 büküm vermişdir. O, 5 büküm metamfetamini götürərək daimə olduğu yerə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gəlmişdir. Küçələrdə səfil həyatı sürdüyündən xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesində zibillikdən metal yığmaq üçün gəzişərkən həmin Şossedə yerləşən Bolmart Marketin qarşısında ona polis geyimində olan Sabunçu RPİ PPXB-nin sonradan adlarını bildiyi polis nəfərləri Şahid1 və Şahid2 yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində metamfetamin olduğundan həyəcanlanmış, onu sorğu-sual edərkən saxlanılacağından ehtiyatlanaraq qaçmaqla polis nəfərlərindən uzaqlaşmaq istəmiş, lakin həmin vaxt polis nəfərləri onu əhatəyə aldıqlarından qaça bilməyəcəyini başa düşmüşdür. Polis əməkdaşları onu 12-cü Polis şöbəsinə dəvət etmiş, razılaşaraq polis nəfərləri ilə birgə PŞ-yə getmişdir. 12-ci Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra ona vəkillərin siyahısı təqdim edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş, o, etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilmiş, bundan sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl o, bildirmişdir ki, şəxsi axtarışı vəkilsiz keçirilsin və bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual vermiş, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf selofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, üzərinə baxış keçirilərkən digər əşya aşkar edilməmişdir. Həmin büküm açıldıqda bildirmişdir ki, narkotik vasitə olan patıdır, bir neçə gün əvvəl Sabunçu rayonu, Kürdaxanı qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 1 bükümünü 20 manata almışdır. Təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O və polis əməkdaşları tərtib edilmiş protokolu və zərfi imzalamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 14 iyun 2022ci il tarixdə şübhəli şəxs və 15 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-də polis nəfəri işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-dan xx.xx.2022-ci il saat 08:00-dək Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 ilə birgə təhkim olunduqları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində xidmətdə olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində inzibati ərazidə, yəni Şəhər Şossesində xidmətdə olarkən Bolmart Markefin qarşısında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin davranışı diqqətlərini cəlb etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyətini təsdiq edəcək sənədini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs sənədinin üzərində olmadığını bildirərək ona əhəmiyyət verməyib təlaş içərisində yoluna davam etmək istəmişdir. Özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumat verməsini, nə vaxt və harada doğulmasını, kiminlə yaşamasını soruşmuş, lakin Təqsirləndirilən şəxs üzünü çevirərək yayınmaq istədikdə Sərvətin qarşısında dayanaraq Sərvəti ərazi aidiyyəti üzrə Sabunçu RPİ 12-ci Polis şöbəsinə dəvət etmişlər. Sərvət etiraz etmədən onlarla birgə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 3 ünvanda yerləşən Sabunçu RPl-nin 12-ci Polis şöbəsinə gəlmişdir. Saxlanılan Təqsirləndirilən şəxs 12-ci PŞ-yə gətirildikdən sonra PŞ-nin inzibati binasında təhqiqatçı Fərid Sofuyevin xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl onlar və Təqsirləndirilən şəxs videoçəkilişin aparılması barədə xəbərdar edilmişlər, videoçəkilişin həyata keçirilməsinə şikayət və ya etirazları olmamışdır. Sabunçu RPİ 12-ci Polis şöbəsinin təhqiqatçısı X3 Cəbiyevə qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən Polis şöbəsinə gətirildiyini deyərək, ona hüquqlarını izah etmişdir. Daha sonra təhqiqatçı X3 Cəbiyevi barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış etmiş, üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. X2 sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisindən aşkar olunmuş maddə narkotik vasitə “patı”dır, özünün istifadəsi üçün Kürdaxanı qəsəbəsindən tanımadığı şəxsdən bir bükümünü 20 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd büküm təhqiqatçi Fərid Sofuyev tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. O, Şahid2 və Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Daha sonra şəxsi axtarış barəsində protokol tərtib olunmuş, protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-də polis nəfəri Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,540 qr., 0,416 qr., 0,368 qr., 0,995 qr., 0,148 qr., ümumi təmiz çəkisi 2,467 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 15 iyun 2022-ci il tarixli “ CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis nəfərləri, sonra isə Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ 12-ci Polis şöbəsinin təhqiqatçısı Fərid Sofuyev, Təqsirləndirilən şəxs qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən Polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir, bundan sonra təhqiqatçi Fərid Sofuyev, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini təklif edir, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçi Fərid Sofuyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindən aşkar olunmuş maddənin “patı” olduğunu deyərək, Kürdaxanı qəsəbəsindən tanımadığı şəxsdən 1 bükümünü 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan bükümlər təhqiqatçi Fərid Sofuyev tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Aministiya qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,367 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2,367 qram psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1733/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1733/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver