Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1734/2021 23.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X14 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı1, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X5 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx xxxxxx 1989-cu il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, xx xxxxxx 1988-ci il tarixdə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Düyərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.3-cü və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki o, 05 may 2021-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 3 ünvanında yerləşən «Movida Plaza» şadlıq sarayının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 40 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan təmiz çəkisi 2,543 qram olan bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20:30-da həmin «Movida Plaza» şadlıq sarayının yaxınlığında olan zaman Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bölmənin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 2,543 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki o, 05 may 2021-ci il tarixdə, təxminən günorta saatlarında ünvan 4 ünvanında tanışı Təqsirləndirilən şəxs3 200 manat müqabilində qanunsuz olaraq satış məqsədi ilə iki bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 35,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə külli miqdarda - təmiz çəkisi 22,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs3 əldə etdiyi iki bükümdə ümumi təmiz çəkisi 35,400 qram olan heroindən xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan bir bükümdə külli miqdarda - təmiz çəkisi 2,543 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini ünvan 5 ünvanında yerləşən «Movida Plaza» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 40 manat müqabilində satmış, daha sonra həmin gün saat 20:30-da həmin «Movida Plaza» şadlıq sarayının yaxınlığında olan zaman Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bölmənin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə külli miqdarda - təmiz çəkisi 32,857 qram olan narkotik vasitə olan heroin və bir bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 22,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə narkotik vasitənin və psixotrop maddənin yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki o, 23 aprel 2021-ci il tarixdə yaşadığı ünvanın məhəlləsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 qram və 0,455 qram olmaqla ümumi təmiz çəkisi 0,554 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, habelə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,298 qram və 0,247 qram olmaqla ümumi təmiz çəkisi 0,885 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamış, daha sonra 24 aprel 2014-cü il tarixdə saat 13:15-də Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə saxlanılan qohumu Şahid9 ilə qısamüddətli görüşə gəldiyi zaman, qadağan olunmuş əşyaları, yəni həmin narkotik vasitə və psixotrop maddələri özü ilə gətirdiyi sovqatın içəsindəki vaflilərin daxilində gizlədərək, yoxlamadan gizlətməklə Şahid9 pay qismində ötürülməsinə cəhd etmiş, lakin Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 gətirdiyi sovqata keçirilmiş baxış zamanı həmin sovqatın içərisindəki vaflilərin daxilində gizlədilmiş halda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 qram və 0,455 qram olmaqla ümumi təmiz çəkisi 0,554 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, habelə üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,298 qram və 0,247 qram olmaqla ümumi təmiz çəkisi 0,885 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bu səbəbdən Təqsirləndirilən şəxs3 bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 05 may 2021-ci il tarixdə təxminən günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən onlayn satış vasitəsi ilə 200 manat müqabilində qanunsuz olaraq satış məqsədi ilə üç bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 89,825 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iki bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 79,690 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən onlayn satış vasitəsi ilə əldə etdiyi üç bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 89,825 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iki bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 79,690 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan iki bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 35,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir bükümdə külli miqdarda - təmiz çəkisi 22,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 200 manat müqabilində satmış, daha sonra həmin gün saat 23:13-də ünvan 6 ünvanının yaxınlığında olan zaman Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bölmənin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm külli miqdarda - təmiz çəkisi 57,060 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkçənin sol yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə külli miqdarda - təmiz çəkisi 54,425 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır, aralarında yoldaşlıq münasibətləri vardır. Narkotik vasitələrin aludəçisidir. Ağrılarına görə müntəzəm narkotik qəbul edir. 05 may 2021-ci il tarixdə günorta saatlarında Səmədə 40 manat pul verib heroin təşkil etməsini xahiş etmişdir. Həmin gün təxminən saat 20 radələrində o, Səmədlə «Movida Plaza» şadlıq sarayının yaxınlığında görüşmüş və Səməd bir büküm heroini ona vermişdir. Onlar bir qədər birlikdə olduqdan sonra təxminən saat 20:30 radələrində «Movida Plaza» şadlıq sarayının yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə onlardan da özlərini təqdim etmələrini tələb etmişlər. Onlar özlərini təqdim etdikdən sonra, polis əməkdaşları onu və Səmədi 35-ci Polis Bölməsinə aparmışlar. Bölmədə onun üçün vəkil çağırılmış, şübhəli şəxs qismində tutulmuş və hüquqları izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməsi soruşulduqda, o, səmimi olaraq narkotik istifadəçisi olduğunu bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bir büküm heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroin zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. O, həmin heroini ancaq şəxsi istifadəsi üçün almış və heç kimə narkotik vasitə satmamışdır. Əməlindən səmimi peşmandır, narkomandır. Gənc olmasının, müalicə olunmağa çalışacağının nəzərə alınıb ona mümkün olan ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə deyil, yalnız narkotik vasitələrin istehlakında təqsirli bilərək göstərdi ki, tutulmazdan 3-4 ay əvvələ kimi heroin qəbul etmiş və hər dəfə də istifadəsi üçün narkotik vasitələri müxtəlif şəxslərdən, o cümlədən tanışı Təqsirləndirilən şəxs3 qramını 35 manata almışdır. 05 may 2021-ci il tarixdə adi günlərdə olduğu kimi səhər saat 10 radələrində yaşadığı evdən çıxararaq özünə narkotik vasitə almaq üçün Eminin yanına getmək istəyərkən, onunla eyni binanın 3-cü mərtəbəsində yaşayan, çox vaxt birlikdə narkotik istifadə etdiyi Faiqlə blokda görüşmüş və sonuncu ondan hara getdiyini soruşduqda özü üçün narkotik almaq məqsədi ilə Eminin yanına getdiyini demişdir. Bunu eşidən kimi Faiq cibindən 80 manat çıxarıb verərək onun üçün də 02 qram heroin almasını xahiş etmişdir. Razılaşaraq Faiqdən pulu götürmüş və Eminin yaşadığı ünvan 8 ünvanın həyətinə gedərək sonuncu ilə görüşmüşdür. Daha sonra o, Faiqdən aldığı 80 manat pulun üstünə 40 manat də qoymaqla ümumilikdə 120 manat pulu Eminə vermiş, sonuncudan qramı 35 manat olmaqla 03 qram heroin almış, 15 manatı isə taksiyə vermişdir. Emin pulu aldıqdan sonra ondan ayrılaraq taksiyə əyləşib naməlum istiqamətə getmişdir. O, Emini sonuncunun yaşadığı ünvanın həyətində gözləmişdir. Təxminən bir saat keçdikdən sonra Emin onun yanına gələrək bir bükümdə olmaqla 03 qram heroini ona vermişdir. O, heroini Emindən alaraq «Movida Plaza» şadlıq evinin yanında onu gözləyən Faiqin yanına getmişdir. O, Faiqlə görüşəndən sonra tanımadıqları binanın blokuna daxil olaraq, heroini təxmini bölməklə 2 qramını Faiqə vermiş, 1 qramını isə özünə götürüb cins şalvarın sağ yan cibinin üstündə olan balaca cibinə qoyaraq blokdan çıxmışdır. Elə o anda təxminən beş nəfər mülki geyimli şəxslər yaxınlaşıb onları tutmuş və maşına mindirib 35-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsinə daxil olduqdan sonra onu tək xidməti otaqlardan birinə salaraq üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. O da şalvarının sağ yan cibinin üstündə olan balaca cibin içərisinə sellofana bükərək qoyduğu təxminən 1 qram heroini çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları onun təqdim etdiyi narkotiki ondan götürərək onu Bölmənin rəis müavininin yanına aparmışlar. Rəis müavini onu sorğu-sual etdikdən sonra polis işçilərinə göstəriş vermişdir ki, onu birinci mərtəbədəki otaqların birinə aparsınlar. Onu birinci mərtəbədəki xidməti otaqların birinə aparmışlar. Orada üzdən tanıdığı, lakin adını bilmədiyi 3-4 nəfər polis əməkdaşı onu əyləşdirərək masanın üzərinə iki büküm içərisində «patı» və «kakos» olan bükümləri qoyub «burda ümumilikdə 55 qram narkotikdi və bunlar sənindir» demişlər. O, həmin təkliflə razılaşmadıqda onu otaqdan çıxararaq müvəqqəti saxlama yerində saxlamışlar. Təxminən bir saat onu saxladıqdan sonra yenidən saxlandığı yerdən çıxararaq otağa salmış və o da məcburiyyət qarşısında qalaraq polis əməkdaşları ilə razılaşaraq həmin narkotiklərin onun olmasını boynuna almışdır. Sonra İlhamə adlı qadın vəkili ona təqdim etmişlər. Günorta saatlarında qardaşı Emin Səmədov və bibisi oğlu Şahid11 onun üçün siqaret gətirən zaman o, özü üçün geyinməyə gödəkçə gətirmələrini xahiş etmişdir. Daha sonra həmin gödəkçəni ona geyindirərək qeyd olunan iki büküm içərisində «kakos» və «patı» olan bükümləri əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq demişlər ki, videoçəkiliş zamanı həmin narkotikləri çıxararaq təqdim edər. O da polis əməkdaşlarının dedikləri kimi etmişdir. O, Bölmədə saxlanılan zaman izahatını alan təhqiqatçının dediyi kimi danışmışdır. O, Emindən 3 qram heroin almaq üçün hər bir qramı 35 manatdan olmaqla 105 manat narkotikin pulunu və 15 manat isə Eminin taksi ilə gedib-gəlməsi üçün vermişdir. Hadisə məhz bundan ibarət olmuşdur. Ona görə də əməlinin düzgün qiymətləndirməsini istəyir. Törətdiyi əməldən səmimi peşmandır. Etdiyi hərəkətlə valideynlərini, cavan ailəsini ağır vəziyyətə saldığına görə vicdan əzabı çəkir. Ona qarşı qanunsuz və haqsız davranılmasının, himayəsində körpə uşağının olmasının, əvvəllər heç vaxt cinayət törətməməsinin, faktiki törətdiyi əməlini isə etiraf edib səmimi peşman olmasının, narkomaniyadan əziyyət çəkməsinin nəzərə alınmasını və onun barəsində mümkün olan ən humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, təxminən 20 il əvvəldən başlayaraq qurudulmuş marixuanadan istifadə edir. Narkomandır. İstifadə üçün narkotik vasitələri tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif ərazilərində pul verərək alır. X2 onun bacısı Nurtacın qeyri-rəsmi həyat yoldaşıdır. Canbulad 2016-cı ildə Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə Şəki Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Canbulad Puta qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, arabir Canbuladın yanına gedir və sovqat aparır. 23 aprel 2021-ci il tarixdə çoxdan getmədiyi Canbuladın yanına sovqat aparmaq istəmiş və bacısı Nurtaca bu barədə bildirmişdir. Nurtac evdə olan kampotlardan, başqa ərzaqlardan yığıb hazırlamışdır. Özü də 84 manat verərək Əhmədli qəsəbəsində yerləşən «Səbət market»dən başqa ərzaqlarla bərabər 5 qutu vafli almışdır. O, evə qayıdarkən Canbuladın xeyli vaxtdır narkotik istifadə etmədiyini düşünmüş və aldığı ərzaqları evə qoyub yaşadığı məhəllədə qalan, adını Rizvan kimi bildiyi şəxsdən 50 manat verərək 2 büküm metamfetamin və 3 büküm qurudulmuş marixuana almışdır. O, həmin maddələri evə aparıb aldığı 5 qutu vaflini açaraq həmin vaflilərin 3 ədədinin hər birinə bir büküm marixuana, 2 ədədinə isə metamfetamini vaflini iki hissəyə ayıraraq orta hissəsini bıçaqla oyaraq sellofanda yerləşdirmiş və yerləşdirdikdən sonra həmin vaflilərin üst hissəsini yapışqanlı digər hissəsi ilə bərkitmişdir. Bundan sonra vafliləri qarışdırmış və sellofan torbada sovqatların arasına qoymuşdur. Səhərisi gün, yəni 24 aprel 2021-ci il tarixdə təxminən saat 12 radələrində Canbuladın cəza çəkdiyi Puta qəsəbəsindəki müəssisəyə getmişdir. Orada həmişə olduğu kimi sənədlərini verərək qeydiyyata aldırmış və bundan sonra gətirdiyi sovqatları müəssisəsinin X1 2 nəfər tanımadığı şəxsin iştirakı ilə yoxlamağa başlamışlar. Onun gətirdiyi sovqatlar yoxlanarkən vaflilərin içində gizlətdiyi marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür. Cəzaçəkmə müəssisəsinin əməkdaşları bu barədə protokol tərtib etmiş, götürülmüş maddələr isə zərfə qoyularaq möhürlənmişdir. Protokol və zərf onun özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa bildirmək istəyir ki, o özü heroin və metamfetamini İran İslam Respublikası vətəndaşı kimi bildiyi Yusif adlı şəxsdən onlayn satış yolu ilə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, münasibətləri normaldır. 05 may 2021-ci il tarixdə günorta saatlarında Səməd ona müraciət edib hərəsinə bir büküm olmaqla özünə metamfetamin, Faiqə isə heroin istəmişdir. Səməd bunun müqabilində ona 200 manat pul vermişdir. O da həmin pulu internet vasitəsi ilə Yusif adlı iranlıya göndərmiş və bunun müqabilində sonuncudan üç büküm heroin və iki büküm metamfetamin almışdır. Belə ki, Yusif pulu əldə etdikdən sonra təyin olunmuş yerə gedib orada gizlədilmiş sifariş verdiyi bükümlərdə heroin və metamfetamini götürməsini bildirmişdir. O da həmin yerə getməklə sifariş verdiyi bükümlərdə heroin və metamfetamini götürmüşdür. Həmin gün təxminən saat 20 radələrində Səməd onun yaşadığı ünvan 6 ünvanın qarşısına gəlmiş və sonuncuya iki büküm heroin və bir büküm metamfetamin vermişdir. Belə ki, Səməd həmin iki büküm heroindən bir bükümünü 40 manat müqabilində Faiqə verməli olmuşdur. Bundan sonra həmin gün təxminən saat 23 radələrində yaşadığı binanın yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim etdikdən sonra, polis əməkdaşları onu 35-ci Polis Bölməsinə aparmış, orada dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş, hüquqları izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməsi soruşulduqda, o, səmimi olaraq narkotik istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş bir büküm metamfetamini və sol yan cibindən şəffaf sellofana bükülmüş bir büküm heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə keçirilmiş baxış zamanı əynindəki cins şalvarın ön sağ cibindən iki ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq pul əskinasları aşkar olunmuş, lakin həmin pullar özünə məxsus olduğundan ona qaytarılmışdır. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroin və bir büküm metamfetamin zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. O, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi, həmçinin satmaq məqsədi ilə əldə etmişdir. Yusif adlı iranlıdan aldığı üç büküm heroin və iki büküm metafetamindən iki büküm heroini və bir büküm metamfetamini 200 manat müqabilində Səmədə satmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona mümkün qədər az cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı tam və qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bu məlumatla bağlı 05 may 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 20:30-da Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən «Movida Plaza» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə müəyyən olunmuş və onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncuları 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bükümü həmin tarixdə Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü və içərsində kristal şəkilli psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bükümləri həmin tarixdə Emin adlı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Bundan sonra Emin adlı şəxs həmin gün saat 23:13-də yaşadığı ünvan 6 ünvanının yaxınlığında müəyyən edilib saxlanılaraq Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Polis Bölməsində müəyyən edilmişdir ki, bu şəxs Təqsirləndirilən şəxs3dur. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərsində kristal şəkilli psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə olan bükümü və həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərsində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, təqdim etdiyi bükümləri Yusif adlı İran İslam Respublikasının vətəndaşından almışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 24 aprel 2021-ci il tarixdə saat 13:15 radələrində Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinin 1-ci rejim korpusunun 14 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, 1975-ci il təvəllüdlü, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum qohumu Şahid9 sovqat gətirmiş və X1 Təqsirləndirilən şəxs3 gətirdiyi sovqata hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman sonuncunun gətirdiyi sovqatdakı vaflinin hər bir dənəsinin içərisindən beş ədəd ağ sellofana bükülmüş vəziyyətdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin bükümlərdən üç bükümü narkotik vasitə olan qurudulmuş marixuana, digər iki bükümü isə psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə və psixotrop maddəni 23 aprel 2021-ci il tarixdə yaşadığı Xətai rayon ərazisində ümumilikdə 50 manat ödəməklə Rizvan adlı şəxsdən almışdır ki, aldığı sovqatın daxilində qohumu Şahid9 üçün keçirsin. Bundan sonra götürülmüş bükümlər hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4, Şahid7, məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid8 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır və ailəsi ilə birlikdə onlarla birgə yaşayır. 05 may 2021-ci il tarixdə axşamtərəfi işdən çıxıb təxminən saat 19 radələrində yaşadığı mənzilə çatmışdır. Həmin vaxt Səmədin arvadı Aynurənin mobil telefonla danışa-danışa ağladığını görüb ondan nə baş verdiyini soruşmuş, Aynurə də Səmədin polis tərəfindən tutulduğunu və hazırda 35-ci Polis Bölməsində olduğunu demişdir. Bunu eşidən kimi bibisi oğlu Şahid11 zəng edib Səmədin tutulduğunu demiş və görüşmək üçün onunla birlikdə 35-ci Polis Bölməsinə getməsini xahiş etmişdir. Pərviz razılaşmış və birlikdə Bölməyə getmişlər. Bölmədə onlara məlum olmuşdur ki, polis əməkdaşları Səmədi narkotik vasitələrin alqı-satqısında şübhəli bilərək tutmuşlar. Həmin vaxt polis əməkdaşları bildirmişlər ki, bölmədə soyuq ola bilər və Səməd üçün gödəkçə gətirsələr yaxşı olar. Ona görə də Pərvizlə Bölmədən çıxıb evə getmiş, evdən Səmədin gödəkçəsini və bir qədər də yemək götürüb Bölməyə qayıtmışlar. Orada gödəkçəni və yeməyi Səmədə çatdırmaları üçün polis əməkdaşına təhvil verib evə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 2014-cü il tarixdən etibarən tanıyır. Sonuncunu tanımasına səbəb isə odur ki, Eminin bacısı Nurtac Süleymanova onun qeyri-rəsmi həyat yoldaşıdır. 2016-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət hadisəsini törətdiyi üçün 24 aprel 2017-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən barəsində 13 il müddətdə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir, cəzasını 8 saylı cəzaçəkmə müəssəsində çəkir. 24 aprel 2021-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs3 onun cəza çəkdiyi müəssisəyə gələrək onun üçün sovqat gətirməsi barədə ona məlumat verilmiş və sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 onun üçün gətirdiyi sovqatdakı vaflinin içərisindən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. Onun bu barədə heç bir məlumatı olmamışdır, əgər məlumatı olsaydı Təqsirləndirilən şəxs3 belə bir addım atması üçün icazə verməzdi. Ümumiyyətlə, Eminin onun yanına gəlməsindən heç bir məlumatı olmamış və Emindən onun üçün nə isə gətirməsini xahiş etməmişdir. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir. O, Təqsirləndirilən şəxs3 onun yanına gəlməsini və eyni zamanda onun üçün narkotik vasitə gətirməsi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs3 onun xəbəri olmadan onun üçün sovqat gətirmişdir. Onun Təqsirləndirilən şəxs3la o qədər də yaxın münasibəti olmamış və sonuncunun nə işlə məşğul olması barədə heç bir məlumatı yoxdur (cild 3, iş vərəqə 16-17). Şəxsi axtarış və götürmə aparılması barədə 05 may 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu, 01 ədəd alışqanı, sol yan cibindən isə cəmi 01 ədəd olmaqla şəffaf sellofanda narkotik vasitə olan heroinə oxşar olan bükümü çıxarıb təqdim etmiş, həmin bükümü Səməd adlı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 32-33, 201). Şəxsi axtarış və götürmə aparılması barədə 05 may 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki gödəkçəsinin sağ yan cibindən ümumilikdə 02 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü və narkotik vasitə olan heroinə oxşar 01 ədəd şəffaf rəngli bükümləri çıxarıb təqdim etmiş, həmin bükümləri Emin adlı şəxsdən ümumilikdə 40 manat pul müqabilində həm şəxsi istifadəsi, həm də satış üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 60-61, 202). Şəxsi axtarış və götürmə aparılması barədə 05 may 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyli psixotrop maddə metamfetaminə və gödəkçənin sol yan cibindən 01 ədəd içərisində mum şəkilli, qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə oxşar maddə olan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümləri satış məqsədilə sosial şəbəkədən onlayn ödəmə yolu ilə anket məlumatlarını bilmədiyi Yusif adlı İran vətəndaşından aldığını bildirmişdir (cild 1, iş vərəqə 91-92, 203). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2021-ci il tarixli, 6/1837 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 32,857 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 22,630 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 32,807 qram, metamfetaminin qalıq çəkisi 22,580 qram təşkil etmişdir (cild 1, iş vərəqə 107-114). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2021-ci il tarixli, 6/1838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,543 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,493 qram təşkil etmişdir (cild 1, iş vərəqə 101-106). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2021-ci il tarixli, 6/1839 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 54,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 57,060 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 54,425 qram olan narkotik vasitə heroin, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 32,857 qram olan narkotik vasitə heroin və üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan 3 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,543 qram olan narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 57,060 qram olan psixotrop maddə metafetamin, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 22,630 qram olan psixotrop maddə metafetaminlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 54,375 qram, metamfetaminin qalıq çəkisi 57,010 qram təşkil etmişdir (cild 1, iş vərəqə 115- 122). Məhkəmə-kimyəvi ekspertizasının 05 may 2021-ci il tarixli, 7/402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,32 qram, 0,278 qram, 0,227 qram, ümumi çəkisi 0,825 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. İlkin tədqiqat zamanı maddələrin təmiz çəkiləri 0,34 qram, 0,298 qram, 0,247 qram, ümumi çəkisi 0,885 qram təşkil edirdi. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 0,765 qram təşkil etmişdir (cild 2, iş vərəqə 133-135). Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2021-ci il tarixli, 6/1697 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı X6 üçün” dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,415 qram, ümumi təmiz çəkisi 0,474 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,394 qram təşkil etmişdir (cild 2, iş vərəqə 136-141). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2021-ci il tarixli 1605 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 229-230). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2021-ci il tarixli 1606 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 231-232). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2021-ci il tarixli 1607 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 233-234). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 21-23). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03 iyul 2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər başa çatmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə başa çatmamış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 aşkar olunmuş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.3-cü və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.3-cü və 29,317-1.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasın yüngülləşdirən hal qismində nəzərə alır. Eyni zamanda, Məmmədov Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərini tam, Təqsirləndirilən şəxs2 qismən təqsirli bilərək səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 05 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin 05 may 2021-ci il tarixdən hesablanması müəyyənləşdrilmişdir (cild 1, iş vərəqə 28, 56, 87, 239-250). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların çəkilməsi müddətlərinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ayrı-ayrılıqda 2,493 qram heroin, 32,807 qram heroin, 22,580 qram metamfetamin, 54,375 qram heroin, 57,010 qram metamfetamin, 0,765 qram qurudulmuş marixuana və 0,394 qram metamfetamin (ekspert tədqiqatından sonrakı qalıq çəkilər) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd CD disk, «Azerfon» və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş əldə edilmiş 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə müvafiq olaraq şəxslərin hər birinin təqsirlilik dərəcəsini, ayrı-ayrılıqda onlara təyin olunacaq cəzaların ciddiliyini də nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 81 (səksən bir) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs2 81 (səksən bir) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs3 412 (dörd yüz on iki) manat olmaqla cəmi 575 (beş yüz yetmiş beş) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 259). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12, məhkəmə mərhələsində isə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8, məhkəmə mərhələsində isə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, 50 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1, X5 və Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.3-cü və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ayrı-ayrılıqda 2,493 qram heroin, 32,807 qram heroin, 22,580 qram metamfetamin, 54,375 qram heroin, 57,010 qram metamfetamin, 0,765 qram qurudulmuş marixuana və 0,394 qram metamfetamin (ekspert tədqiqatından sonrakı qalıq çəkilər) məhv edilsin; - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd CD disk, «Azerfon» və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 81 (səksən bir) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs2 81 (səksən bir) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs3 412 (dörd yüz on iki) manat olmaqla cəmi 575 (beş yüz yetmiş beş) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına vəkil X12 üçün 180 (bir yüz səksən) manat məbləğində, X8 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1, X5 və Müdafiəçi3 hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1734/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1734/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver