Məhkəmə qərarları › İş №1(101)-1734/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1734/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1734/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, naməlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yoluna daşımış, 13 may 2022-ci il tarixdə gecə saat 04:30 radələrində Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yolunda saxlanılaraq Xəzər RPİ-nin 2ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 05:40 radələrində Xəzər RPİ-nin 2ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən 4 ildən artıqdır ki, istifadə edir və narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edir. Şahid1 ilə bir məhəllədə yaşamış və 4-5 aydır ki, Şamonu tanımışdır. Hər ikisi narkotik vasitə istifadəçisi olmuşlar. 13 may 2022-ci ildə təxminən gecə saat 01 radələrində Şamo ilə birlikdə Rəsulzadə qəsəbəsində olarkən sosial şəbəkədə təsadüfən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Emin adlı şəxslə «vatsap» vasitəsilə danışıb, Emindən özü üçün narkotik vasitə istəmişdir. Emin deyəcəyi hesab nömrəsinə pul köçürəcəyi təqdirdə ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin Emin adlı şəxslə Şamo da danışmış və Şamo üçün də metamfetamin təşkil etməsini istəmişdir. Emin Şamoya da deyəcəyi hesab nömrəsinə pul köçürsə, onun üçün metamfetamin təşkil edə biləcəyini demişdir. Onun kimi Şamo da Emin adlı şəxslə razılaşmışdır. Bundan bir qədər sonra Rəsulzadə qəsəbəsində marketdə olan «e-manat» ödəniş terminalı vasitəsilə Eminin dediyi hesab nömrəsinə o 200 manat, Şamo isə 150 manat olmaqla ümumilikdə 350 manat pul göndərmişlər. Daha sonra o, Eminlə yenidən əlaqə saxlamış və pulu onun dediyi hesab nömrəsinə keçirdiklərini bildirmişdir. Emin adlı şəxs heroin və metamfetamini Buzovna-Mərdəkan yolunda yerləşən zibil qabının yaxınlığında yerə qoyduğunu demişdir. Təxminən gecə saat 03 radələrində o, öz telefonu ilə «Bolt» taksi sifariş vermiş və taksi gələrək onları həmin ünvana aparmışdır. Orada Eminin dediyi yerdə taksidən maşını saxlamağını xahiş etmişlər və sürücü maşını saxlamışdır. O və Şamo maşından düşüb, həmin yerdə olan zibil qabının yanına tərəf getmişlər. Həmin yerdə o, sellofanın bükümündə olan narkotik vasitə heroini tapıb əynində olan şalvarın sağ cibinə qoymuşdur. Şamo da metamfetamini tapıb götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Həmin vaxt onları polis maşınında olan polis əməkdaşları görmüşlər və onlar qorxduqları üçün tez onları gözləyən taksi maşınına tərəf qaçıb maşına minmişlər, lakin polis əməkdaşları taksini saxlamışlar. Polislər yaxınlaşaraq özlərini təqdim edib, onlardan həmin yerdə nə etdiklərini soruşmuş, onlar isə heç nə etmədiklərini bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onlardan şübhələndiklərinə görə onu, Şamonu və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinə getmişlər. Orada Şamo və o, polis əməkdaşlarına bildirmişlər ki, narkotik vasitələrin aludəçisidirlər, həmin yerdən o, narkotik vasitə, Şamo isə metamfetamin götürmüşlər və həmin narkotik vasitə üzərlərindədir. Onlar həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etdiklərini bildirmişlər. Həmin maddələrin çox olmasının səbəbi satış məqsədi olmamış, sadəcə onlar hər ikisi istifadə üçün mal əldə etməyə çətinlik çəkmiş, ona görə də pulları çatan qədər almışlar ki, özlərində saxlasınlar və hər dəfə ağrıları olanda istifadə edə bilsinlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlidən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəridir. 13 may 2022-ci il tarixdə saat təxminən 04:30 radələrində Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün digər əməkdaşı Şahid4 ilə birlikdə avtopatrulla Buzovna-Mərdəkan şossesində hərəkətdə olduqları zaman 2 nəfər şəxsin xidməti avtopatrulu gördükdə qaçaraq yolun kənarında dayanmış vəziyyətdə olan “Toyota Avensis” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdiklərini görmüşlər. Bundan sonra avtomobil hərəkətə başlamış, onlar həmin şəxslərin üzərində qeyri qanuni əşya və ya narkotik vasitə olmasından şübhələndikləri üçün avtomobili saxlaması üçün sürücüyə işarə etmiş və sürücü dərhal avtomobili saxlamışdır. Onlar avtomobilə yaxınlaşmış, avtomobilin sürücüsünə və avtopatrulu görüb qaçaraq avtomobilə əyləşmiş 2 nəfər şəxsə özlərini təqdim etdikdən sonra onları Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Onlar da heç bir etiraz etməyib 2-ci Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində “Toyota Avensis” markalı avtomobilin sürücüsü Şahid2 taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, həmin avtomobildə sərnişin qismində olan şəxslərin isə Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Şamo X4rkən narkotik vasitə istifadəçiləri olduqlarını, eyni zamanda hər ikisinin üzərində narkotik vasitə olduğunu özləri etiraf etmişlər. Onlar hadisə barədə raport yazıb məruzə etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 müdafiəçi təyin edilmişdir. Bundan sonra polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, sonuncunun üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni, gödəkçəsinin sağ cibindən isə “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək, şəffaf sellofana bükülmüş kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, tanışı Şahid1 ilə birlikdə “Bolt” şirkətindən sifariş verdiyi taksi ilə Buzovna qəsəbəsi, Buzovna-Mərdəkan yolunun kənarına gəlib həmin narkotik vasitələri götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə zərfdə qablaşdırılmış, həmin zərfin üzəri imzalanıb götürülmüşdür. Şahid1 üzərinə keçirilmiş axtarış zamanı da şübhəli şəxs Şahid1 üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş maddə, “şüşə” yəni psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şahid1 tanışı Sabirlə birlikdə Xəzər rayonu, Buzovna- Mərdəkan yolunun kənarına gələrək orada olan zibil yeşiyinin yanından həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə məqsədilə götürdüklərini bildirmişdir. Bundan başqa, polis şöbəsinə dəvət edilmiş digər şəxs Şahid2 idarə etdiyi “Toyota Avensis” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdə, avtomobildə hər hansı narkotik vasitə və ya qeyri-qanuni əşya aşkar edilməmiş, Şahid2 “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşamış və əvvəllər məhkum olmamışdır. Narkotik vasitələrdən 3-4 aydır ki, istifadə etmiş və psixotrop maddə olan şüşə kimi bildiyi metamfetamini inyeksiya yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə bir məhəllədə yaşamış və 4-5 aydır ki, onu tanımışdır. İkisi də narkotik vasitələrin aludəçisi olmuşlar. 13 may 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Sabirlə birlikdə Rəsulzadə qəsəbəsində olarkən Sabir sosial şəbəkədə təsadüfən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Emin adlı şəxslə vatsap vasitəsilə danışmış və ondan özü üçün narkotik vasitə istəmişdir. O da deyəcəyi hesab nömrəsinə pul köçürəcəyi təqdirdə ona narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin Emin adlı şəxslə o da danışmış və özü üçün də metamfetamin təşkil etməsini istəmişdir. Emin adlı şəxs ona bildirmişdir ki, deyəcəyi hesab nömrəsinə pul köçürsə, onun üçün metamfetamin təşkil edə bilər. Sabir kimi o da Emin adlı şəxslə razılaşmışdır. Bundan bir qədər sonra Rəsulzadə qəsəbəsində marketdə olan e-manat ödəniş terminalı vasitəsilə Eminin dediyi hesab nömrəsinə o, 150 manat, Sabir isə 200 manat olmaqla ümumilikdə 350 manat pul göndərmişlər. Daha sonra Sabir Eminlə yenidən əlaqə saxlamış və pulu onun dediyi hesab nömrəsinə keçirdiyini bildirmişdir. O da bildirmişdir ki, heroin və metamfetamini Buzovna- Mərdəkan yolunda yerləşən zibil qabının yaxınlığında yerə qoymuşlar. Təxminən gecə saat 03 radələrində Sabir öz telefonu ilə Bolt taksi sifariş vermiş və taksi gələrək onları həmin ünvana aparmışdır. Orada Eminin dediyi yerdə taksidən xahiş etmişlər ki, maşını saxlasın və o, maşını saxlamışdır. Onlar hər ikisi maşından düşmüş və həmin yerdə olan zibil qabının yanına tərəf getmişlər. Həmin yerdə o, sellofanın şəffaf rəngli bükümündə olan metamfetamini tapıb əynində olan şalvarın sağ cibinə qoymuş, Sabir də heroini tapıb götürərək əynində olan şalvarın cibinə qoymuşdur. Bu an onları polis maşınında olan polis əməkdaşları görmüşlər və onlar qorxduqları üçün tez onları gözləyən taksi maşınına tərəf qaçıb maşına minmiş, lakin polis əməkdaşları taksi maşınını saxlamışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlardan həmin yerdə nə etdiklərini soruşmuşlar. Onlar isə heç nə etmədiklərini bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onlardan şübhələndiklərinə görə onu, Sabiri və taksi sürücüsünü Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda onlar könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Sabir və o, polis əməkdaşlarına bildirmişlər ki, narkotik vasitələrin aludəçisidirlər. O, həmin yerdən psixotrop maddə, Sabir isə narkotik vasitə götürmüşlər və üzərlərindədir. Əlavə olaraq bildirmişdir ki, o, psixotrop maddəni, Sabir isə narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etmişlər. Həmin maddələrin çox olmasının səbəbi satış məqsədi olmamış, sadəcə onlar hər ikisi istifadə üçün mal əldə etməyə çətinlik çəkmiş, ona görə də pulları çatan qədər almışlar ki, özlərində saxlasınlar və hər dəfə ağrıları olanda istifadə edə bilsinlər. Bildirmişdir ki, ona polis şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin bildirmişdir ki, nə onun, nə də Sabirin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq barədə niyyəti və ya bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Taksi sürücüsünün onların həmin yerə hansı məqsədlə getməsi barədə heç bir məlumatı olmamış, Emin adlı şəxslə Sabir təsadüfən internetdə tanış olmuş, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etsə də, əslində iranlı olmamış, ləhcəsindən Bakı kəndlərindən olduğu açıq-aşkar bilinmişdir. Onunla cəmi iki dəfə telefonla danışmış, şəxsiyyəti və yaşadığı ünvan barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 Şamil oğlunun ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Bildirmişdir ki, “X8mayan kredit təşkilatı” MMC-yə məxsus **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili lizinq müqaviləsinə əsasən götürüb etibarnamə əsasında idarə etməklə “Bolt” taksi xidmətində taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. 13 may 2022-ci il tarixdə saat 03:37 radələrində ona şirkətdən sifariş gəlmiş və sifarişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindən iki nəfər sərnişin götürmüşdür. O, sifarişə əsasən saat 04:15 radələrində xəritədə göstərilən ünvana çatmalı imiş. Təxminən elə həmin vaxtda da deyilən ünvana çatmağa 300-400 metr məsafə qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda həmin iki nəfər şəxs ondan avtomobili saxlamağını istəmişlər və 2 dəqiqəyə qayıdacaqlarını demişlər. O da səbəbini soruşmadan və onlara qarşı hər hansı şübhəsi yaranmadan avtomobili həmin yerdə olan zibil qabının yaxınlığında saxlamışdır. Bu zaman həmin iki nəfər müştəri avtomobildən düşmüşlər. O, onların geri qayıtmasını gözləyərkən mobil telefonunda “Bolt” proqramına baxırmış və çox keçməmiş həmin şəxslər gəlib maşına əyləşmişlər. O, avtomobili hərəkətə gətirmiş və bu zaman Post-patrul avtomobili ona işarə etməklə avtomobili saxlamağını tələb etmişdir. O, da avtomobili saxlamışdır. İki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu-sual zamanı avtomobildə olan iki nəfər şəxs özlərini şübhəli apardıqlarına görə onları Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə gəlmişlər. Polis şöbəsində olduqları zaman avtomobilinə sərnişin qismində əyləşmiş həmin iki nəfər şəxs etiraf edib üzərilərində narkotik vasitə olduğunu, onun taksi sürücüsü olmaqla onlarla heç bir əlaqəsinin olmadığını bildirmişlər. Əlavə olaraq qeyd etmişdir ki, həmin şəxslərin üzərlərində narkotik vasitə olması barədə onun heç bir məlumatı olmamışdır, əks halda onların avtomobilinə sərnişin qismində əyləşməsinə icazə verməzmiş, o, sadəcə işi ilə əlaqədar sifarişi yerinə yetirmiş və onlar yol boyu bir dəfə də olsun narkotik vasitələr barədə heç bir söhbət etməmişlər. Onun həmin şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 13 may 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə Buzovna qəsəbəsində xidmətdə olarkən saat 04:30 radələrində 2 nəfər şəxsin avtopatrul maşınını görüb qaçıb, Toyota markalı, **- PK-*** qeydiyyat nömrəli avtomobilin arxa oturacağına əyləşdiklərini görüb onları saxlamışlar. Bundan sonra həmin şəxsləri Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirdikdə, sürücünün Şahid2 Şamil oğlu, digər iki nəfər şəxsin isə Şahid1 və Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduqlarını və üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Cinayət işinin 33-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin bükülünü sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən, adını Emin kimi bildiyi şəxsin ona “whatsapp” vasitəsilə dediyi ünvandan, yəni Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun kənarında yerləşən zibil qabının yanından götürdüyünü bildirmişdir. Həmin narkotik maddəyə görə isə Emin adlı şəxsə “eManat” ödəmə terminalı vasitəsilə tanışı Şamo adlı şəxslə birlikdə Eminin verdiyi hesab nömrəsinə 350 manat pul göndərdiyini qeyd etmişdir. Aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində olan narkotik maddə olan “heroin”ə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi zamanı Təqsirləndirilən şəxs üzərində olan “Samsung Galaxy A 10S” markalı mobil telefonun “whatsapp” proqramında Emin adlı şəxslə olan yazışmalarının yaddaşda qaldığını deyərək həmin yazışmaları təqdim etmiş, həmin yazışmaların fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 48-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə aparılması zamanı, sonuncunun üzərindən, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Şahid1 həmin psixotrop maddəni Sabirin dediyi şəxsdən ikisi birlikdə 350 manat göndərməklə əldə etdiyini bildirmişdir. Cinayət işinin 65-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Toyota Avensis markalı, **-PK-*** nömrəli avtomobilə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 84-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022-ci il tarixli 6/2771 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 193” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən.... ” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,982qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 157-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində axtarış aparılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin bükülünü sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən, adını Emin kimi bildiyi şəxsin ona “whatsapp” vasitəsilə dediyi ünvandan, yəni Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun kənarında yerləşən zibil qabının yanından götürdüyünü bildirmişdir. Həmin narkotik maddəyə görə isə Emin adlı şəxsə “eManat” ödəmə terminalı vasitəsilə tanışı Şamo adlı şəxslə birlikdə Eminin verdiyi hesab nömrəsinə 350 manat pul göndərdiyini qeyd etmişdir. Aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində olan narkotik maddə olan “Heroin”ə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində olan “Samsung Galaxy A 10S” markalı mobil telefonun “whatsapp” proqramında Emin adlı şəxslə olan yazışmalarının yaddaşda qaldığını deyərək həmin yazışmaları təqdim etmiş, həmin yazışmaların fotoşəkilləri çəkilərək materiala əlavə olunmuşdur. Şəxsi axtarış, baxış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 204-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş 01 avqust 2022-ci il tarixli, 057-354-1222 saylı məktubdan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi Emin adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 10 avqust 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 150-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 05 iyul 2022-ci il tarixli, 6037 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 07 iyul 2022-ci il tarixli, 1/1517 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. Cinayət işinin 194-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 08 iyul 2022-ci il tarixli 3729 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 13 may 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-22-ci vərəqələrində olan 13 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 140-144cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2022-ci il tarixli 4(003)-228/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,882 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,882 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar