Məhkəmə qərarları › İş №1(101)-1735/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1735/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1735/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,731 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 1D ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23 yanvar 2024-cü il tarixdə saat 16:30-da qeyd edilən ünvanın yaxınlığında idarə etdiyi “Lada” markalı, **-HY- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün saat 18:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 3,731 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, saxlanılan zaman üzərində heç nə olmayıb. Üçüncü mikrorayon dairəsində polis əməkdaşları onun olduğu maşını saxladıb, onu bölməyə aparıb, qarşısına narkotik vasitə qoymuşlar ki, bunu götürməlidir, əgər götürməsə bundan da çoxunu qoyacalar. O, da psixoloji təzyiqlərərə məruz qalıb, hər şeyi boynuna götürmüşdür. Lakin ona qarşı fiziki təzyiq edilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Saxlanılan zaman yanında dostu olmuşdur. Saxlanılarkən ona psixoliji təzyiq olunması barədə nə vəkilə, nə də ki, məhkəmədə heç nə bildirməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub qazanc əldə edir, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində gəzərkən yerdə 01 ədəd sellofan büküm görmüşdü. Bu büküm onun marağını cəlb etdiyindən onu götürmüş və içərisində heroin olduğunu görmüşdür. O bu bükümü lazım olsa istifadə etmək məqsədilə götürmüşdür. Lakin sonra istifadə etmək fikrindən də daşınmış və atmaq qərarına gəlmişdir. Narkotik vasitəni götürməkdə niyyəti istifadə etmək olmuşdur, lakin sonra, atmaq qərarına gəlmişdir. Satış və ya başqa niyyəti olmamışdır. 23 yanvar 2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 1D ünvanının yaxınlığında tanışı Şahid2 ilə birlikdə, idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman dörd nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində heroin vardır. Bundan sonra polis əməkdaşları onu və yanında olan tanışı Şahid2 polis idarəsinə dəvət etdilər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra onun idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən 01 ədəd “iphone” markalı mobil telefonu, sağ yan cibindən 01 qutu “Winston” markalı siqaret qutusunu, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyətini təsdiq edən sənədi, 01 ədəd idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid qeydiyyat şəhadətnaməsini, 02 ədəd "xxxx" ASC-yə və "xxxx" ASC-yə məxsus plastik bank kartlarımı, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq pul əskinazlarını masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş narkotik vasitə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefon, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsi, həmçinin 01 ədəd “Kapital Bank ASC”-yə məxsus plastik bank kartı, 01 ədəd “Leobank ASC”-yə məxsus plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üstündən aşkar edilmiş idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşına aid 01 ədəd açar, içərisində 15 ədəd siqaret olan 01 ədəd siqaret qutusu, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq pul əskinazları ona geri qaytarılmışdır. Şahid2 uzun müddət ki tanıdığını, əvvəllər eyni məhəllədə yaşadıqlarını, lakin üstündə olan maddədən Şahid2 məlumatının olmadığını bildirmişdir. Baş idarənin duracağında videoçəkilişdən istifadə etməklə avtomobilinə baxış keçirilmişdir. Lakin avtomobilindən iş üzrə əhəmiyyətli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o həmin protokolu imzalamışdır. BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlandıqdan sonra ona heç bir formada təzyiq olunmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və qeydiyyatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, həmin günü Cahidlə maşın satmağa gedirmişlər. Üçüncü mikrorayon kruqunda polis əməkdaşları maşınını saxladıb, onları ayrı-ayrı avtomobillərdə bölməyə aparıb, orada avtomobilə baxış keçirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Kunfu Fedarasiyasının baş məşqçisidir, bir neçə dəfə dünya cempionu və avropa çempionu olmuşdur. Həmin gün saxlamalarının səbəbini bilməmişdir. Videoçəkiliş zamanı Cahidə demişlər ki, cibində nə var çıxartsın. Cahid isə öz cibindən pul, telefon və bir ədəd selofan torba çıxartmışdır. Onun yanında Cahidə qarşı təzyiq olmamışdır. Cahidlə demək olar ki, iki gündən bir danışır görüşür. Əlavə olaraq bildirmişdir ki, ifadə verərəkən ona qarşı heç bir zor tətbiq olunmamışdır. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 23 yanvar 2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 1D ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman dörd nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs özünü təqdim etməyini xahiş etmiş və Cahid özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt etiraf edib bildirmişdir ki, hazırda üzərində heroin var. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişdir. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş idarədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Polis idarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sağ yan cibindən 01 qutu “Winston” markalı siqaret qutusunu, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsini, 02 ədəd plastik bank kartlarını, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq pul əskinazlarını masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisindən heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində Təqsirləndirilən şəxs özünə məxsus mobil nömrə olan “İphone" markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsi, həmçinin 01 ədəd “Kapital Bank ASC”-yə məxsus plastik bank kartı, 01 ədəd “Leobank ASC”-yə məxsus plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açar, içərisində 15 ədəd siqaret olan 01 ədəd siqaret qutusu, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq pul əskinazları olmaqla ümumilikdə 06 manat məbləğində pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən tapdığını, şəxsi istifadəsi üçün götürdüyünü, lakin sonra atmaq istədiyini, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, onu uzun müddətdir ki, əvvəllər yaşadıqları məhəllədən tanıdığını, lakin üstündə olan maddədən Şahid2 məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman idarə etdiyi “Lada" markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirməklə avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin, eyni zamanda narkotik vasitənin və ya psixotrop maddənin olmadığını qeyd etmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol arxa cibindən 01 ədəd “20” manatlıq əskinazı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefonu və 01 ədəd “20" manatlıq əskinaz ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o Təqsirləndirilən şəxs ilə əvvəllər eyni məhəllədə yaşadığı dövrdən tanış olduğunu, onun üzərindən aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin şəxs saxlanılmışdır. Bundan sonra isə şəxs idarəyə dəvət olunaraq üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Bununla yanaşı şəxsin avtomobilinə də baxış keçirilmiş, lakin həmin avtomobildən heç nə aşkar olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, müdafiəçinin iştirakı ilə və videoçəkilişə axtarış aparılmış və şəxs aşkar olunan narkotik vasitəni tapdığını bildirmişdir. Baxışı yerində keçirməmə səbəbləri, həmin ərazinin baxış keçirilməsi üçün əlverişli olmaması olmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. Onun vəzifəsi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən ünvan 3 ünvana gəldik. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanında 1 nəfər tanışı ilə birlikdə “Lada” markalı, **-HY-*** qeydiyyat nişanlı avtomobilinin yaxınlığında olduğunu görüb 23 yanvar 2024-cü il tarixdə saat 11:00-da həmin şəxslərə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlardan anket məlumatlarını bildirmələrini xahiş etmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, digəri isə Şahid2 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və tanışı isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Təqsirləndirilən şəxs avtomobili isə Baş İdarənin duracağına gətirilmişdir. Baş idarədə Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkiiişlə şəxsi axtarış, Şahid2 üzərinə isə baxış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sağ yan cibindən 01 qutu “Winstone” markalı siqaret qutusunu, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 02 ədəd plastik pul kartlarını, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq əskinazları masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, həmçinin 02 ədəd plastik bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açar, içərisində 15 ədəd tütün məmulatı siqaret dənəsi olan 01 ədəd siqaret qutusu, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq əskinazlar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən tapdığını, hər hansı bir məqsəd olmadan üzərində gəzdirdiyini, bir dəfə həmin narkotik vasitədən istifadə etmək niyyətinin olduğunu, daha sonra atmaq qərarına gəldiyini, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, eləcə də həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, Nəriman Cavadzani uzun müddətdir ki, tanıdığını, əvvəllər eyni məhəllədə yaşadıqlarını, lakin üstündə olan maddədən Şahid2 məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirməklə avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin, eyni zamanda narkotik vasitənin və ya psixotrop maddənin olmadığını qeyd etmişdir. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol arxa cibindən 01 ədəd “20” manatlıq əskinazı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi “Samsung” markalı mobil telefon və 01 ədəd “20” manatlıq əskinaz Şahid2 geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs ilə əvvəllər eyni məhəllədə yaşadığını, onun üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmək üçün Baş İdarənin dayanacağına yollanmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Daha sonra baxış keçirilmiş, avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuşdur. Düzgün olduğu üçün imza etmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman və saxladıqdan sonra heç bir formada fiziki və ya psixi təsir etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sağ yan cibindən 01 qutu “Winstone” markalı siqaret qutusunu, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd idarə etdiyi “Lada” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 02 ədəd plastik pul kartlarını, 01 ədəd “5” manatlıq və 01 ədəd “1” manatlıq əskinazları masanın üstünə qoymaqla təqdim edir. Daha sonra əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 01 ədəd açarı masanın üstünə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, idarə etdiyi “Lada” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, həmçinin 02 ədəd plastik bank (pul) kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/487 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 büküm içərisində narkotik vasitə heroinə bənzər maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,731 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,631 qram narkotik vasitə heroin saxlanmasından ötrü Daxili İşlər Nazirliyini BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 446 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yarannan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 389/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 43/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki təzyiqlər edilmədiyini bildirmişdir. Bununla yanaşı, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 43/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 446 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yarannan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 389/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı və üzərinə qoyulduğu, həmçinin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), narkotik vasitənin şəxsi istehlak miqdarından 20 dəfədən atrıq mirdarda olmasını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,631 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,631 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar