Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1736/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi: Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi, ev 37Q-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində nömrəsiz fərdi yaşayş evində faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirmədən və idarə etmə hüququ olmadan idarə etdiyi Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200cc” modelli, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağlar Massivində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvansız fərdi yaşayış evinin həyətinə gəlib məişət tullantılarını yığarkən həyətdə sonuncunun qardaşı arvadı Şahid1 gördükdə onun ailəli olduğunu bildiyi halda ailə üzvlərinin ətrafda olmamasından istifadə edib Şahid1 ondan xoşunun gəldiyini bildirib mobil telefon nömrəsini istəyərək yaxından tanış olmağı və görüşməyi təklif etmiş, həmin vaxt küçədən həyətə gələrək baş verənlərin şahidi olan Zərərçəkmiş şəxs qardaşı arvadına etdiyi əxlaqsız təklifə görə Təqsirləndirilən şəxs haqlı iradını bildirdikdə sonuncu ailə dəyərlərinə toxunan səhv hərəkətinə görə üzr istəmək əvəzinə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına açıq etinasızlıq göstərib öz hərəkətlərinə haqq qazandıraraq və ünvanına qeyri-etik ifadələr səsləndirib təhqir edərək qarşı tərəfi münaqişəyə sövq edib heç bir səbəb olmadan onunla mübahisə yaratmış və münaqişə zamanı üstündə gəzdirdiyi məişət təyinatlı qatlanan tipli cib bıçağını cibindən çıxarıb bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə endirərək qəsdən ona qarının ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə onun siyasi baxışlarına görə ona qarşı hazırlanmış bir oyundur. O Zirə qəsəbəsi ərazisində zibilləri daşıyıb atmaqla məşğul olurdu. 2021-ci il 1 və yaxud 2 avqust tarixində Yamən adlı şəxs ona zəng edərək, evinə yenicə köçdüyünü, evin həyətində zibillərin olduğunu bildirərək, ondan həmin zibilləri gəlib daşımağını istədi. O da Yamənin yaşadığı evə gedib iki dəfə zibilləri yığıb aparıb atdı və ona 10 manat pul verdi. Həmin gün Yamən ona həmin qəsəbəyə işiylə əlaqədar köçdüyünü, nömrəni qəsəbə sakinlərindən aldığını və həmin evdə anası və arvadı ilə birgə yaşadığını bildirdi. Bundan sonra o getdi və 3-4 gün sonra, təxminən 4-5 avqust tarixində Yamən yenə dəfələrlə ona zəng edərək, gəlib zibilləri daşımağını istəyirdi. Ondan şübhələnməyə başlamışdı. O da ona vaxtı olmadığını və gələ bilməyəcəyini bildirdi. 2021-ci il 11 avqust tarixində ona yenə zəng edərək, qəsəbədə ondan başqa heç kəsi tanımadığını bildirib onu yenə zibilləri daşımaq üçün evinə çağırdı. O da bu dəfə getdi və Yamən evin həyətində idi. O zibilləri yığdı, lakin yerdə yenə müəyyən qədər zibil qalmışdı. Yamən ona gedib yığdığı zibilləri atdıqdan sonra gəlib qalan hissəni də daşımağını xahiş etdi. O da yığdığı zibilləri aparıb atdıqdan sonra yenidən zibillərin digər hissəsini də yığmaq üçün Yamənin evinə qayıtdı və motosikletini Yamənin evinin qapısının ağzında saxladı. Adət-ənənələrə uyğun olaraq, Yaməni gözlədi ki, onu içəri dəvət etsin, çünki o heç vaxt icazəsiz heç kəsin evinə daxil olmaz. Bu vaxt Yamənin arvadı və anası ona içəri daxil olub zibilləri yığmağını xahiş etdilər. O isə Yamən olmadan evə daxil olmaq istəmədi və onlara içəri girə bilməyəcəyini bildirdi. Onlar isə Yamənin gec gələcəyini bildirib içəri keçməyində ona israr etdilər, lakin o yenə içəri daxil olmadı. Sonra onlar evin içərisinə girdilər. Bundan sonra o qapının ağzında gözləyərkən, Xəzər rayon Polis İdarəsinin polis əməkdaşı olan və tanıdığı Elxan yanından keçdi. O artıq başa düşdü ki, burada polis əməkdaşları tərəfindən oyun qurulub və onlar nə isə bəhanə edərək onu tutacaqlar. O şübhələrində yanılmamışdı. Bundan sonra Yamən gəldi və onunla birgə evin həyətinə daxil oldular. Yamən ona zibili yığmasını və özü evin içərisinə girib gələcəyini bildirdi. Yamən evə daxil oldu və o da bu vaxt zibilləri yığırdı. Bu vaxt arxadan qadın səsi gəldi və ona 2 torba uzadaraq bunları da atmağını xahiş etdi. O da həmin qadına hal-hazırda zibil yığmaqla məşğul olduğunu işini qurtarandan sonra o torbaları da götürəcəyini bildirdi. Bundan sonra qadın torbaları yerə qoyub getdi və bu vaxt Yamən gəldi və “Sən mənim arvadıma sataşırsan?” dedi. O birinci elə bildi ki, Yamən bu cümləni başqasına deyir, lakin sonra arxaya dönəndə gördü ki, Yamən ona deyir. O Yamənə “Sən mənimləsən?” dedi. Yamənə ona guya onun arvadına sataşdığını dedi. Bu vaxt ona aydın oldu ki, Yamən polislərlə əməkdaşlıq edir və o da bu oyunun parçasıdır. O da bunu başa düşdükdən sonra motosikletini götürüb çıxıb getmək istədi. Lakin Yamən ona əl-qol atmağa başladı və ondan əl çəkmirdi. Bu vaxt Yamənin anası da orada idi və gülürdü. Bundan sonra polis əməkdaşları evin hasarından və qapıdan evin həyətinə daxil oldular. Yamən polisləri görən kimi onu buraxdı, yerə uzandı, cibindən bıçaq çıxartdı və onun guya onu bıçaqladığını deyərək qışqırdı. Bundan sonra polis əməkdaşları onu tutdular və onu döyə-döyə avtomobilə otuzdurub polis idarəsinə apardılar. Onu polislər avtomobilə otuzduranda o gördü ki, orada təcili yardım da var. Bunlar hamısı əvvəlcədən hazırlanmış bir oyun idi. Polis idarəsinə onu apardıqdan sonra saat 18:00-dan 21:00-dək orada onu saxladılar. Bundan sonra ona polis əməkdaşları guya Yaməni bıçaqladığını bildirib onu döydülər. Onlar ona 12 avqust səhər saatlarına qədər işgəncə etdilər. Onu müstəntiqin yanına apardılar və ona yenə dedilər ki, o Yaməni bıçaqlayıb. Lakin o onu bıçaqlamadığını və bunun yalan olmasını bildirdi. Bu sözlərinə görə onu yenə döydülər. O vəkil tələb etdi, lakin onlar vəkil təyin etmədilər. Ailəsinə xəbər vermək istədi, lakin buna da imkan vermədilər, onların dediyi məzmunda ifadə vermədiyi üçün onu rəis müavinin otağına salıb onu soyundurdular və paltarına şiprislə qan tökdülər. Bundan sonra onu yenə döydülər. Lakin yenə o onların dediyi məzmunda ifadə verməkdən imtina etdi. Orada 5 nəfər polis əməkdaşı var idi və ona dedilər ki, əgər onların dediklərini etməsə, onu zorlayacaqlar. Ona edilən zorakılıqlara görə, onların dediyi məzmunda ifadə verdi və ona təqdim etdikləri sənədləri imzaladı. Onlar onu Yamənin evinə apardılar və orada videoçəkiliş etdilər. O orada da məcbur olduğu üçün onların dediklərini söylədi, lakin bu həqiqəti əks etdirmir. Bundan sonra onu ekspertizaya apardıqda, orada işgəncəyə məruz qaldığını dedi. Bunu eşitdikdən sonra polis əməkdaşları yenə onu işgəncə ilə hədələyərək, guya işgəncəyə məruz qalmadığını deməyini istədilər. Buna görə də o nə Baş Prokurorluğa, nə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə zorakılığa məruz qaldığını deyə bilmədi. Saxlanıldıqdan sonra ilk vaxtlar ona təzyiq olunduğu üçün guya təqsirli olduğu məzmunda ifadə verdi, lakin sonralar artıq qoxmadığı üçün həqiqəti danışdım. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs öz motosikleti ilə zibilləri toplamaqla məşğul olurdu. O ailə üzvləri ilə birgə bağ evinə köçmüşdü və oranın təmiri ilə əlaqədar çoxlu tulantılar və taxta parçaları olurdu. O da ətrafdakı şəxslərdən həmin tullantıları daşıması üçün hər hansı bir şəxsin olub-olmadığını soruşanda, onlar ona həmin ərazidə Aqilin bu işlərlə məşğul olduğunu bildirdilər. Bundan sonra o Aqilə zəng etdi və həmin vaxtdan etibarən hadisənin baş verdiyi günə qədər Aqil yaşadığı evə gəlib tullantıları daşıyıb atırdı. 2021-ci il 11 avqust tarixində Aqilə zəng edib həyətdə qalan tullantıları da gəlib aparmasını xahiş etdi. Aqil də gəlib tullantıların bir hissəsini motosikletin yük hissəsinə yığıb apardı amma hələ də müəyyən qədər tullantı qalmışdı. Aqil gələnə qədər o da getdi ki, dükandan su alısın. Su alıb gələndə gördü ki, Aqil artıq qayıdıb. Bu vaxt eşitdi ki, Aqil zibil atmağa gedən gəlinləri ilə xoşagəlməz sözlər deyir. O də əsəbiləşib Aqilə “Bu sözlər nədir sən deyirsən” deyərək onunla mübahisə etdi və ona əl-qol atdı. Bundan sonra onlar dalaşmağa başladı. Dava zamanı Aqil bıçağını çıxarıb onu qarnından bıçaqladı və o yerə yıxıldı. Bu vaxt Aqil qaçmaq istəyəndə anası onun qarşısına keçib “Oğlumu öldürüb hara qaçırsan, kömək elə” dedi. Bundan sonra Aqil motosikletini qoyub oradan qaçıb getdi. Anası da 102 xidmətinə zəng etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Xəzər Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsində xidmət edir, vəzifələrinin icrası ilə əlaqədar digər əməkdaş Şahid3la birlikdə başqa axtarışda olan bir şəxsin yerini müəyyən etmək üçün Zirə qəsəbəsinə getmişdilər. Onlar bağlararası küçədə mülki geyimdə gəzdikləri zaman qarşıdan bir nəfər şəxsin təlaşlı olaraq yolda hərəkət etdiyini gördülər. Həmin şəxsin üzərində qana bənzər ləkələr var idi. Hər hansı hadisənin olub-olmamasını aydınlaşdırmaq məqsədilə onu küçədə saxladılar. O heç nə danışmırdı və özünü aqressiv apararaq ancaq söyüş söyürdü. Həmin vaxt radiostansiya vasitəsilə polis idarəsindən onlarla əlaqə saxlayaraq bıçaqlanma hadisəsi ilə bağlı vətəndaşın 102 xidmətinə zəng etməsi barədə məlumat verdilər. Qarşılaşdığı şəxsin həmin hadisəyə aidiyyətinin olmasından şübhə edib onu özləri ilə Xəzər rayon Polis İdarəsinə gətirdilər. Orada məlum oldu ki, o, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs orada da söyüşlər söyürdü. Sorğu zamanı Aqil Yamən adlı şəxsi bıçaqla vurmasını etiraf etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin olduğu vaxtı 11 avqust 2021-ci il tarixdə o, oğlu və gəlini ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində bir bağ evinə yenicə köçmüşdülər və orada tullantılar çox idi. Aqil də motosikleti vasitəsilə həmin tullantıları daşıyıb atmaqla məşğul idi və bir neçə dəfə həyətə gəlib zibil aparmışdı. Hadisə günü Aqili yenə zibil daşıması üçün çağırdılar və o gəlib zibili apardı, lakin zibil çox olduğundan onları daşımaq üçün saat 17 radələrində o yenidən evə gəldi. Aqil çöldə zibilləri yığmaqla məşğul idi və bu vaxt o evin içərisində idi. Oğlu Yamən isə mağazaya su almağa getmişdi.O evin içərisində olarkən, pəncərədən oğlu ilə Aqilin dalaşdığını gördü. O nə baş verdiyini bilmək üçün tez çölə çıxdı, çölə çıxanda gördü ki, Aqil oğlunu bıçaqlayıb və oğlu yerə yıxılıb. Bıçaq da yerdə idi. Bundan sonra o təcili yardıma və 102 xidmətinə zəng etdi. Oğlunu xəstəxanaya apardılar. Aqilin isə nə etdiyini bilmir, o da harasa qaçıb getdi. Bildiyi qədərilə oğluyla Aqil arasında mübahisəyə səbəb Aqilin gəlinə xoşagəlməz sözlər deməsi olub.Hadisədən sonra istifadəsində olan ********** saylı nömrədən 102 xidmətinə və t\cili yardıma zəng etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə olduğu vaxtı 11 avqust 2021-ci il tarixdə o qaynanası ilə birgə Zirə qəsəbəsində bir evdə kirayə yaşayırdılar. Həmin evin həyətində çoxlu taxta parçaları və tullantılar var idi. Aqil də bir neçə dəfə evə gəlib həmin tullantıları daşıyıb aparıb. Bir dəfə qaynı Yamən Aqili yenə tullantıları daşıması üçün çağırmışdı. Aqil də gəlmişdi və bu vaxt qaynı evdə yox idi. O da evdəki zibilləri atmaq üçün həyətə çıxmışdı və sellofanda olan zibili Aqilə verərək, ondan onu da atmasını xahiş etdi. Bu vaxt Aqil ondan Yamənin onun qaynı yoxsa əri olmasını soruşdu o da Yamənin qaynı olmasını bildirdi. Bundan sonra Aqil ona tanış olmaq üçün öz nömrəsini verməyini təklif etdi. Bunu həmin vaxt qaynı da eşitdi. Buna görə də qaynı ilə Aqil mübahisə etməyə başladı. Bundan sonra Aqil bıçaq çıxardıb qaynını qarın nahiyyəsindən bıçaqladı. Bundan sonra Aqil üzr istəmək, əvəzinə daha da əsəbi idi, buna görə də qaynı yarasını əliylə tutub saxlamışdı ki, Aqil onu yenidən vurmasın. Qaynanası hadisə olduğu yerə gəlib qışqıraraq nə baş verdiyini soruşdu. Aqil qaçmaq istəyirdi. Qaynanası da Aqildən niyə belə etdiyini soruşduqda, Aqil qaçıb getdi. Aqillə qaynım arasında mübahisə təqribən 10 dəqiqə davam etdi. Qaynanası istifadəsində olan ********** saylı nömrədən təcili yardıma və 102 xidmətinə zəng etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs vurmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. İbtidai istintaqda cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində dindirmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə saat 17 radələrində zibilləri atmaq üçün yenidən mopedlə Yaməngilin həyətinə qayıtdıqda Yamən həyətdə olmamış, həyətdə bir nəfər cavan gəlin olmuş, qadının kim olduğunu bilməmiş, Yamənin həyat yoldaşı olmasını düşünmüşdür. Qadından Yamənin harada olmasını soruşduqda o, Yamənin su alıb gələcəyini demişdir. Elə bu zaman Yamən həyətə daxil olmuş və elə başa düşmüşdür ki, o, qadına tanış olmağı təklif edir. Lakin, o, həmin qadına “anam və bacım” deyə müraciət etmişdir. Yamən ona “Ay oğraş, sən mənim qardaşım arvadına göz dikirsən?” deyə soruşduqda ona belə bir şey etmədiyini, onun yanlış başa düşdüyünü bildirmişdir. Bu zaman Yamən gəlib onun yaxasından tutmuş, üz nahiyəsindən yumruqla vurmağa başlamış, yerə yıxıb boynunun dalına vurmuşdur. Sonra o qalxmış və tutaşdıqları zaman Yamən fiziki cəhətdən canlı və qüssəli olduğu üçün ona gücü çatmamış, ona görə də, tez cibində olan bıçağı sol əli ilə çıxarıb Yamənin sağ böyür nahiyəsinə vurmuşdur. Yaməni vurduqda o, uca səslə qışqıraraq “Ay mama, öldüm” demiş, həmin vaxt həyətdə olan Yamənin anası davadalaşı görüb qışqırmağa başlamış, o, bıçağı tullayaraq tez mopedə əyləşib oradan uzaqlaşmaq istədikdə küçədə polis əməkdaşları onu yaxalamışlar. Mübahisə zamanı Yamən onu vurmamış, vurmuş olsa belə ondan şikayət və tələbi yoxdur. Hadisə vaxtı orada Yamənin anası və Yamənin arvadı kimi bildiyi cavan qadın olmuşdur. O, bıçağı gündəlik işlərdə lazım olduğu üçün üzərində gəzdirmiş, bıçağı hansı mağazadan aldığını xatırlamır. Təqsirləndirilən şəxs istintaqın sonrakı gedişində əlavə dindirilərkən öz müdafiəsi üçün müəyyən dəlillər gətirərək, ona ittiham elan olunmuş cinayət əməlini törətməsini Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirərək, təsir altında etirafedici ifadə verdiyini bildirsə də, cinayət işinin materiallarından müəyyən olunur ki, həmin xüsusatla bağlı Xəzər rayon prokurorluğunun müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Vüqar İslamzadə tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və ona qarşı digər qanunazidd hərəkətlərə yol verilməsi öz təsdiqini tapmadığından 16 sentyabr 2021-ci il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Xəzər RPİ-nin müstəntiqi tərəfindən təqsirləndirilən şəxsin dirdirilməsi haqqında 13 avqust 2021-ci il tarixli dindirilməsi haqqında protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs “Sony” markalı video kamera vasitəsi ilə videoçəkiliş aparılaq dindirilmişdir və dindirilmə 1 ədəd CD diskinə köçürülmüşdür, CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törətməsini etiraf etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 sentyabr 2021-ci il tarixli, 1105 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət, ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 11 avqust 2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Xəzər rayon şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 17 avqust 2021-ci il tarixli, 517 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Məhkəmə-tibbi kriminalistika şöbəsinin maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 527/2021 MTKŞ nömrəli rəyindən görsənir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ aşağı nahiyəsində iki ədəd və köynəyin ön səthinin sağ aşağı nahiyəsində iki ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələrdən yalnız biri onun bədəninin qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Köynək və mayka üzərində aşkar edilmiş digər kiçik ölçülü deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır, bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində aşkar edilmiş cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində bir ədəd və köynəyin boyun nahiyəsinin sağ hissəsində aşkar edilmiş bir ədəd cırılma zədələri köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Məhkəmə tibbi biologiya şöbəsinin maddi sübutların məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 660/2021-MTBŞ nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və H antigenləri alındı. Aqllyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 sentyabr 2021-ci il tarixli, 2112 nömrəli rəyindən görsənir ki, “Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda Şəxiyyətin paranoyal pozuntusu, kompensasiya vəziyyəti müəyyən edilir. Bunu yoxlanılan şəxsə dair anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs psixiatrik qeydiyyatda olduğu Şəxsiyyətin paranoyal pozuntusu qərarda göstərilən əməli törətdiyi zaman kompensasiya (psixi sabitlik) vəziyyətində olduğu üçün həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 21/570R nömrəli rəyindən görsənir ki, 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində Təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs sağlamlığına cib bıçağı ilə xəsarət yetirməsi faktı ilə əlaqədar iki ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izlərindən bir ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan əl əksləri (daktiloskopik xəritələri) təqdim edilmişdir. Həmin əl əksləri “Papilon” canlı skaneri vasitəsi ilə götürülərək printer vasitəsi ilə çap edilmişdir. Təqdim edilmiş əl-barmaq və ovuc əksləri tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan bir ədəd ovuc izi (bıçağın üzərindən götürülmüş) tədqiqata təqdim edilmiş xx xxx 1983cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir”. Cinayət işinin materiallarında olan “Baxış və götürülmə aparılması haqqında” 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən bir ədəd 14 sm uzunluğunda, ortadan qatlanan bıçaq və həmin bıçağın dəstəyi üzərindən iki nüsxədə əl izi nümunələri aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs məxsus Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200cc” modelli, dövlət qeydiyyat nişanı olmayan, üzərində “zibillərin atılması” yazısı olan üç təkərli yük motosikleti hadisə yerindən götürülərək müvəqqəti duracağa yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli, 016-111603-1221 nömrəli məktubundan görünür ki, mühərriki üzərində “QR” kod vasitəsilə 77425D6AAB563D nömrələri yazılmış motosikl qanuna müvafiq qaydada qeydiyyatdan keçirilmədiyi üçün dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilməmişdir. Həmin motosiklin maksimal sürəti 120 km/saat olduğu üçün o, qeydiyyatdan keçirilərək dövlət qeydiyyat nişanı alınmalı idi. X8 Respublikasının istehsalı olan “Zongshen” markalı, “200CC” modelli üç təkərli yük motosiklidir. Sözü gedən motosikl Azərbaycan Respublikasının ərazisində qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin siyahısına daxil deyildir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs bu maddə ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla doqquz ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökm 21 fevral 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və 13 oktyabr 2020-ci il tarixdə o, cəzasını tam çəkib qurtarmışdır. Cinayət işi materiallarında olan Azəbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli, 21-1/3-7972 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 1(003)-417/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzası icra olunduğuna görə 13 oktyabr 2020-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllki cinayəti böyük ictimai təhlükə törətməyən hesab edildiyindən, onu residiv kimi qəbul etməsə də, onun əvvəlki cinayətinə görə cəzanı çəkib qurtardığı gündən bir il keçmədiyinə görə məhkəmə onun məhkumluğunun ödənilməməsi kimi qəbul edir. Cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirmədən və idarə etmə hüququ olmadan Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200cc” modelli, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti idarə etdiyi üçün, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2 və 339.1-cı maddələri ilə inzibati tədbir görülməsi məqsədi ilə qərar Xəzər rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2021-ci il tarixli, 150 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3 az yaşlı uşağı vardır, eyni zamanda həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 11 avqust 2021-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Cinayət işində olan 11 avqust 2021-ci il tarixli tutma haqqında protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Xəzər RPİ-də saxlanılan bir ədəd məişət təyinatlı qatlanan tipli cib bıçağı, bir ədəd qısaqol köynək, bir ədəd alt paltarı olan mayka müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, kağız zərfdə qablaşdırılmış halda iki ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izləri və Təqsirləndirilən şəxs oğlunun dindirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır, cərimə meydançasında saxlanılan Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200CC” modelli üç təkərli yük motosikli onun yaxın qohumuna qaytarılmalıdır İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Xəzər RPİ-də saxlanılan bir ədəd məişət təyinatlı qatlanan tipli cib bıçağı, bir ədəd qısaqol köynək, bir ədəd alt paltarı olan mayka müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, kağız zərfdə qablaşdırılmış halda iki ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izləri və Təqsirləndirilən şəxs oğlunun dindirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Xəzər RPİ-nin inzibati binasının həyətində mühafizə olunan duracaqda saxlanılan Çin Xalq Respublikasının istehsalı olan “Zongshen” markalı, “200CC” modelli üç təkərli yük motosikli Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1736/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1736/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver