Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1736/2024 06.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər, “Ruslan Vəliyev və partnyorları” Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Rauf Əliyev küçəsi, ev 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2, ev 139a, 2 nömrəli Zeytun sovxozunda qeydiyyatda olub Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Rauf Əliyev küçəsi, ev 12-də müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 X16 istintaqla müəyyən olunmamış “Cavid baba” adlı vətəndaşı, eləcə də tanışı Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin, odlu silahın, komplekt hissəsinin və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəlcədən razılaşdıqları kimi 500 manat müqabilində 15 yanvar 2024-cü ildə saat 15:45 dəqiqədə İran İslam Respublikasının “Cavid baba” adlı istintaqla müəyyən olunmamış vətəndaşının tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanında sonuncunun gizlətdiyi yerdən içərisində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxil edilmiş külli miqdarda olmaqla təmiz çəkisi 1475 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş 12671 nömrəli, 9 mm kalibrli, CZ 999 ZASTAVA (SCARPİON) modelli texniki cəhətdən saz, atəş üçün yararlı olan yivli odlu silah hesab edilən 01 ədəd tapança, atəş üçün yararlı olan xarici dövlətdə istehsal edilmiş, 9x19mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 6 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli CZ 999 ZASTAVA (SCARPİON) modelli tapançaların komplekt hissəsi olan 01 ədəd daraq olan bağlamanı götürməklə, qanunsuz olaraq satış məqsədilə birgə əldə edib Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla birgə daşıdıqları vaxtda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq ünvan 1manov rayon Polis İdarəsinə gətirilmiş, orada üzərlərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əlində saxladığı çantanın içərisində olan 01 ədəd bağlamadan külli miqdarda olmaqla təmiz çəkisi 1475 qram, tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazarlanmış narkotik vasitə qurudulmuş marixuana, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş 12671 nömrəli, 9 mm kalibrli, CZ 999 ZASTAVA (SCARPİON) modelli texniki cəhətdən saz, atəş üçün yararlı olan yivli odlu silah hesab edilən 01 ədəd tapança, atəş üçün yararlı olan xarici dövlətdə istehsal edilmiş 9x19mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 6 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patron yerləşdirmək üçün CZ 999 ZASTAVA (SCARPİON) modelli tapançaların komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 X16 istintaqla müəyyən olunmamış “Cavid baba” adlı vətəndaşı, eləcə də tanışı Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələrin, eləcə də, odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək əvvəlcədən razılaşdıqları kimi 500 manat müqabilində 15 yanvar 2024-cü ildə saat 15:45 dəqiqədə İran İslam Respublikasının “Cavid baba” adlı istintaqla müəyyən olunmamış vətəndaşının tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanında sonuncunun gizlətdiyi yerdən içərisində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısı”na daxil edilmiş külli miqdarda olmaqla təmiz çəkisi 1475 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş 12671 nömrəli, 9 mm kalibrli, CZ 999 ZASTAVA (SCARPİON) modelli texniki cəhətdən saz, atəş üçün yararlı olan yivli odlu silah hesab edilən 01 ədəd tapança, atəş üçün yararlı olan xarici dövlətdə istehsal edilmiş, 9x19mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 6 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli CZ 999 ZASTAVA (SCARPİON) modelli tapançaların komplekt hissəsi olan 01 ədəd daraq olan bağlamanı götürməklə, qanunsuz olaraq satış məqsədilə birgə əldə edib üzərində saxlamaqla birgə daşıdıqları vaxtda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq ünvan 1manov rayon Polis İdarəsinə gətirilmiş, orada üzərlərinə şəxsi axtarış aparılarkən əlində saxladığı çantanın içərisində olan 01 ədəd bağlamadan külli miqdarda olmaqla təmiz çəkisi 1475 qram, tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hızarlanmış narkotik vasitə qurudulmuş marixuana, zavod üsulu ilə ABŞ dövlətində istehsal edilmiş 12671 nömrəli, 9 mm kalibrli, CZ 999 ZASTAVA (SCARPİON) modelli texniki cəhətdən saz, atəş üçün yararlı olan yivli odlu silah hesab edilən 01 ədəd tapança, atəş üçün yararlı olan, xarici dövlətdə istehsal edilmiş 9x19mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 6 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patron yerlşədirmək üçün CZ 999 ZASTAVA (SCARPİON) modelli tapançaların komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə ilə bağlı bildirir ki, tanımadığı bir İran vətəndaşı “whatsapp” tətbiqi vasitəsilə onunla əlaqə quraraq “gül və dəmir” kimi adlandırdığı bağlamanı 500 manat pul müqabilində təyin etdiyi məkandan götürüb digər ünvana aparmağını demişdir. O, bu barədə Asifə söyləmiş, Asif təyin olunmuş yerə getmiş, amma bağlamanı tapa bilməmişdir. Sonradan o, özü bağlamanı tapıb Asifi geri çağırmış və kənara çəkilmişdir. Polis əməkdaşları onları ayrı-ayrı saxlamışlar. Bağlamanın içindəkilərindən məlumatı olmamışdır. Bölmədə ona məlum olmuşdur ki, bağlamanın içində çəkisi təxminən 1 və ya 1,5 kq olan marixuana və tapança olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Asiflə birlikdə təyin olunan yerə gəldiklərini, torbanı axtardıqlarını, lakin tapa bilmədiklərini, Asif kənarlaşandan sonra torbanı ağacın dibində gördüyünü, zəng edib Asifə geri qayıtmasını dediyini, “gül”, “dəmir” deyilən narkotik vasitələrdən anlayışı olmadığına görə torbaya əlini vurmadığını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Yadigar ona zəng edib demişdir ki, bir İran vətəndaşı var, iranlının “gül və dəmir” adlandırdığı narkotik maddəni təyin etdiyi yerdən götürmək lazımdır. Bunun müqabilində həm narkotikdən istifadə etmək, həm də qazanc əldə edəcəklərini demişdir. İranlı məkanın yeri haqqında təyini Yadigarın telefonuna göndərmişdir. Onlar da təyin olunmuş Nərimanov rayonu ərazisinə getmiş və deyilən narkotik maddəni tapa bilməmişlər. O, geriyə qayıdarkən Yadigar ona zəng edərək bağlamanı tapdığını demiş, məkana çatanda bağlamanı götürən zaman polis əməkdaşları onları əhatəyə almış və bölməyə aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Qənbərov X18 birgə taksi ilə deyilən yerə getdiklərini, torbanı bir yerdə axtardıqlarını, lakin tapa bilmədiklərini, 10-15 dəqiqə sonra Yadigarın ona zəng edərək torbanı tapdığını dediyini, onun da geri qayıtdığını, Yadigardan torbanı niyə götürmədiyini soruşduğunu, Yadigarın da qorxduğunu dediyini, torbanı götürəndə polis əməkdaşlarının yaxınlaşdıqlarını, Yadigarı da polislərin saxladıqlarını, saxlanılarkən Yadigar ilə onun arasında 10-15 metr məsafə olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin günü polis əməkdaşları Nərimanov rayonu, X28 küçəsində deyilən ünvana getmişlər. Yadigarla Asif ünvana taksi ilə gəlmişlər. Onların əlində bir çanta olmuşdur. Polislər həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və birgə polis idarəsinə getməli olduqlarını bildirmişlər. Polis idarəsində saxlanılanların əlində olan çantaya baxış keçirərkən çantanın içində bir bağlama və bir ədəd tapança aşkar edilmişdir. Aşkar edilmiş əşyalar qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, “Kəpənəklər” parkı deyilən yerdə ərazidə müşahidə apardıqlarını, təqsirləndirilən şəxslərə qarşı hər hansı təzyiq göstərilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində digər polis əməkdaşı Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 2, iş vərəqi 11-15). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Rauf Əliyev küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, döngə 2, ev 139a-da qeydiyyatda olub Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Rauf Əliyev küçəsi, ev 12-də müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 Nərimanov rayonu ərazisində qanunsuz olaraq odlu silahın daşınması, satışı, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunmaları və yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Rauf Əliyev küçəsi ev 12-də yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, döngə 2 ev 139a-da qeydiyyatda olub Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Rauf Əliyev küçəsi, ev 12-də müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 Nərimanov rayonu ərazisində qanunsuz olaraq odlu silahın daşınması, satışı, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair kifayət qədər əsaslar və şübhələr olduğundan həmin tarixdə saat 15:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 7). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən istintaq hərəkəti başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcə əynində olan qəhvəyi rəngli zəncirbəndi nasaz olan çantanı masanın üzərinə qoymuş, daha sonra o əynindəki şalvarın sağ yan cibindən 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş üzərində 5411-2498-0187-6074 bank kartını, 01 ədəd "Bakı Kart" kartını və şəxsiyyət vərəqəsini, sol yan cibindən isə qara rəngli "Nokia X2" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra isə o, əynində olan köynəyin cibinə qoyduğu "Prima" markalı siqaret qutusunu və 01 ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və baxış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın kəmərinə bərkidilmiş bir ədəd elektron qolbağın cihazı aşkar edilmişdir. Bundan başqa onun sağ ayağında elektron qolbaq aşkar edilmişdir. Bundan başqa hər hansısa bir əşya müəyyən edilməmişdir. Daha sonra onun təqdim etdiyi "Prima" markalı siqaret qutusunun içərisinə baxış keçirildi və orada 01 ədəd siqaret aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu qəhvəyi rəngli çantanın içərisinə baxış keçirilmiş və oradan 01 ədəd sarı rəngli şellofan aşkar edilib çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Daha sonra həmin qəhvəyi rəngli çantanın içərisinə baxış keçirilmiş və başqa əşya aşkar edilməmişdir. Daha sonra sarı rəngli sellofan paketin içərisində olan qara rəngli büküm aşkar edilmişdir. Həmin bükümün üzərində tapancaya bənzər əşyanın yapışqanlı lent vasitəsi ilə bərkidilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bağlamanın nə olduğu soruşulduqda o bildirmişdir ki, qəhvəyi rəngli bağlamanı yerdən tapmış və həmin bağlamanı çantanın içərisinə qoymuşdur. O, həmin bağlamanın Nərimanov rayonu ərazisində tanımadığı ünvanda bu gün ağacın dibindən götürərək çantanın içərisinə qoyduğunu bildirmişdir. Ondan həmin bağlamanın yerini haradan bilməsi soruşulduqda o bildirmişdir ki, həmin bağlamanın yerini Təqsirləndirilən şəxs1 zəng edən tanımadığı şəxs bildirmişdir. Ona həmin bağlamanı nə edəcəyi barədə soruşulduqda bildirmişdir ki, həmin bağlamanı 3-4 gün özlərində saxladıqdan sonra digər tanımadıqları şəxsə ötürməli imişlər. Ona təkrarən həmin bağlamanın içərisində nə olması sualı verildikdə, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, tanımadığı İran İslam Respublikası vətəndaşı həmin bağlamada "gül" və "dəmir" olacağını bildirmişdir. Onlara həmin bağlamanı götürərək özlərində saxlamaq və digər şəxsə vermələri üçün İran vətəndaşı 500 manat pul təklif etmiş və onlar da bu məqsədlə həmin bağlamanı götürmüşlər. Daha sonra bağlamanın üst hissəsi açıldı və oradan ayrıca qara rəngli sellofan bükümə bükülmüş 01 ədəd qara rəngli tapança və həmin tapancanın çərçivəsinə bərkidilmiş 01 ədəd şəffaf rəngli sellofan paketin içərisindən isə "06" ədəd patron və 01 ədəd sandıqça aşkar edildi. Daha sonra bağlamanın qalan hissəsinə baxış keçirildikdə oradan spesifik qoxuya malik yaşıl rəngli bitki mənşəli kütləsi aşkar edilmişdir. Daha sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün möhürlənərək qablaşdırıldı və həmin qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd qara rəngli tapança, "06" ədəd patron və 01 ədəd sandıqça əvvəlcə zərfə qoyuldu daha sonra isə sarı rəngli sellofan paketin içərisinə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Bundan sonra qablaşdırma iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli "Nokia X2" markalı mobil telefon, şəxsiyyət vərəqəsi və 01 ədəd üzərində "Leobank" yazısı olan "xxxx" ASC-yə məxsus bank kartı iş üçün sübut əhəmiyyəti daşıdığı üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin qablaşdırmanın da üzəri iştirakçılar tərəfindən imzalandı. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş 01 qutu "Prima" markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd "Bakıkart" kartı iş üçün əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ yan cibindən 01 ədəd qızılı rəngli "Mİ" markalı mobil telefonu, sol yan cibindən isə "xxxx" ASC tərəfindən verilmiş üzərində "LeoBank" yazılmış bank kartını çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə baxış keçirilmiş və onun əynindəki şalvarın sağ köməkçi yan cibindən qəpikliklərlə 40 qəpik dəmir pul aşkar edilmişdir. Bundan başqa onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin mobil telefonun ona məxsus olması soruşulduqda o, həmin telefonun ona məxsus olmasını bildirmişdir. O bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmışdır və İran İslam Respublikası vətəndaşı ilə o, əlaqə saxlamışdır. İran vətəndaşı ona bağlamanın atıldığı yerin ünvanını göndərmiş və oradan götürdükdən sonra ona atacağı yeri bildirəcəkmiş. Həmin bağlamanı digər deyilən ünvana atacağı təqdirdə ona məxsus bank kartına pul göndəriləcəkdi. O bildirdi ki, bundan əvvəl belə əməllə məğul olmamışdır. O, nə götürəcəyi barədə əvvəlcədən məlumatının olub-olmaması soruşulduqda bildirmişdir ki, İran vətəndaşı ona oradan "Dəmir” götürəcəyini bildirmişdir. Daha sonra ona Asif ilə aralarında bağlamanı götürmək barədə razılığın olub-olmaması barədə soruşulduqda o bildirmişdir ki, aralarında əvvəlcədən razılıq olmuş və 500 manat pulun İran vətəndaşı tərəfindən göndəriləcəyi təqdirdə aralarında böləcəklərmiş. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd "Mİ" markalı mobil telefon və həmçinin bir ədəd "xxxx" ASC tərəfindən verilmiş bank kartı qablaşdırılaraq götürüldü və iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Daha sonra müdafiəçi Eldar Tağıyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 ayağında olan xəsarətlə bağlı soruşulduqda o bildirmişdir ki, ayağında olan xəsarəti qabaqcadan yol nəqliyyat hadisəsi zamanı almışdır. Bundan başqa hər iki şübhəli şəxsə saxlanılan zaman fiziki və yaxud psixi zora məruz qalıb-qalmamaları soruşulduqda onların hər ikisi psixi və yaxud fiziki zora məruz qalmadıqlarını, saxlanılan zaman heç bir xəsarət almadıqlarını və bədənlərində heç xəsarət olmadığını bildirmişlər (cild 1, iş vərəqi 62-65). - məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/120 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 12671 nömrəli silah zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş 9 mm kalibrli CZ 999 ZASTAVA (SCARPİON) modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə, dəyişiklik edilməmişdir. Təqdim edilmiş 6 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş CZ 999 Zastava (SCARPİON) modelli tapançaların komplekt hissəsidir, təyinatı üzrə istifadə üçün yararsızdır. Eksperimental atəşlər zamanı güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmiş eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqi 80-85, cild 2 iş vərəqi 43). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/76 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2” yazıları və imzalar olan 1 ədəd qara rəngli qara rəngli polietilen bağlamadakı çəkisi 1475 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 86-89). - şəxsi axtarış prosesinin videogörüntülərinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış prosesinin videogörüntüsü istintaq orqanına 1 ədəd CD-də daxil olmuşdur. Baxış keçirmək üçün disk kompüterin disk yuvasına daxil edildi və açıldı. Disk açılanda TVVOT9399 adlı, Fayl MP-4 tipli və 893390 KB ölçülü faylın olması müəyyən edildi. Fayl açlarkən kompüterin monitorunda xidməti otaqda olan masa arxasında polis baş leytenantı rütbəli şəxsin, masanın köməkçi hissəsinin arxasında iki şəxsin oturması, sağ tərəfdə birinin əlində sarı rəngli polietilen torba və qara rəngli çanta olmaqla iki şəxsin ayaq üstə durmaları, sol tərəfdən mülki geyimlə 1 ayaq üstə olmaqla 2-si divanda oturmuş şəxslər görüntüyə gəldi. Polis baş leytenantı rütbəsində olan şəxs özünü Nərimanov RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı Mirsənan Ağalarov kimi, masanın köməkçi hissəsinin arxasında oturmuş şəxsləri 25 nömrəli Vəkil bürosunun vəkilləri Eldar Tağıyev və İqbal Həsənov, sol tərəfdə divanda oturmuş şəxsləri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları Şahid1, Şahid3, Şahid2 kimi, sağ tərəfdə ayaq üstə olan iki şübhəli şəxslərdən birini əlində çanta və sarı rəngli sellofan torba tutanı Təqsirləndirilən şəxs2, ikinci şəxsi isə Təqsirləndirilən şəxs1 kimi təqdim edərək, şübhəli şəxslərin üstündə şəxsi axtarış aparılacağını elan edir. Eyni zamanda şəxsi axtarış prosesinin Nərimanov rayon Polis İdarəsinin KTQ-nun ekspert-kriminalisti X8 tərəfindən kamera ilə çəkilməsi barədə məlumat verdi. X12 şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunmasını bildirir, onlardan bununla bağlı hər hansı şikayətləri olub-olmamasını soruşur. Şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının aydın olmasını bildirirlər. Bundan sonra təhqiqatçı M.Ağalarov şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündə olan əşyaları təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs2 əlindəki tünd rəngli çantanı və sarı rəngli polietilen torbanı masanın üzərinə qoyduqdan sonra şalvarının sağ yan cibindən 1 ədəd bank kartı, 1 ədəd “Bakıkart”, şəxsiyyət vəsiqəsi, sol yan cibindən “Nokia” markalı mobil telefon və köynəyinin cibindən isə “Prima” siqaret qutusunu masanın üzərinə qoyur. Təhqiqatçı M.Ağalarov bundan sonra əlavə axtarış apararkən Təqsirləndirilən şəxs2 ayağında və kəmərindən asılmış elektron qolbaqları aşkar edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirir ki, törətdiyi cinayətə görə hazırda cəza çəkir. Əlavə axtarış zamanı üstündə iş üçün əhəmiyyət kəsb edən başqa predmet aşkar olunmur. Bundan sonra təhqiqatçı M.Ağalarov tünd rəngli çantaya baxış keçirir və çantada hər hansı predmet aşkar olunmur. Sarı rəngli polietilen torbaya baxış keçirərkən torbada yumru formalı ağ rəngli yapışqan lentlə bağlanmış bağlamanı aşkar edir. Həmin bağlamanın üst tərəfində tapançaya oxşar predmet görünür. Təhqiqatçı M.Ağalarov qayçı ilə bağlamanın üstünü kəsərək həmin predmeti çıxarıb göstərəndə tapança olması, tapançanın gövdəsinə yapışqan lentlə bir ədəd şəffaf bağlama yapışdırılması, həmin bağlamanın içərsində isə 6 ədəd patron və 1 ədəd patron yerləşdirmək üçün daraq aşkar olunur. Bağlamanın özünün üst hissəsini kəsəndə bağlamada bitki mənşəli yaşıl rəngli narkotikə oxşar kütlənin olması məlum olur. Təhqiqatçı M.Ağalarov həmin predmetlər barədə maraqlananda şübhəli şəxs bildirir ki, Təqsirləndirilən şəxs1 telefonuna İİR-dan zəng edən şəxs həmin bağlamanın yeri barədə məlumat verib, götürüb saxlamağı və 3-4 gündən sonra hara aparılması barədə tapşırıq verəcəyini, tapşırığı yerinə yetirikdikləri halda Təqsirləndirilən şəxs1 kart hesabına 500 manat köçürəcəyini vəd etmişdir. Torbada dəmir və gül olacağını demişdir. Bununla əlaqədar torbanın olduğu yerə gəlmiş, sarı rəngli politetilen torbanı ağacın altından tapmış və götürüb uzaqlaşmaq istəyəndə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təhqiqatçı M.Ağalarov şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündə olan əşyaları təqdim etməyi təklif edəndə o, sağ yan cibindən bir ədəd qızılı rəngli mobil telefon, sol yan cibindən "xxxx" tərəfinən verilmiş üzərində “Leobank” yazılmış bank kartını masanın üzərinə qoyur. Təhqiqatçı M.Ağalarov onun üstündə axtarış aparır və şalvarının sağ köməkçi cibində 40 qəpik aşkar edir. Təhqiqatçı M.Ağalarov şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş tapança və bitki mənşəli kütlə barədə soruşanda o, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edir (cild 1, iş vərəqi 108-110). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 111-113). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 122-123). - predmetə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı mobil telefonun korpusu qara rənglidir, üst hissəsinədə ekrandan yuxarıda “Nokia” markirovkası var. Telefonun arxa qapağı telefona yapışqan lentlə (skoç) bərkidilmışdir. Telefon işlək vəziyyətdədir. Telefonun menyusuna və sonra iş üçun sübut əhəmiyyətli məlumatlar saxlanılan “kontaktlar”, “SMS”-lər, “mənim fotolarım” fayllarına daxil olundu və baxış keçirildi. Kontaktlarda İİR-nın və başqa xarici ölkənin mobil operatoruna məxsus nömrə aşkar edilmədi. SMS-lər faylında xx.xx.2024-cü ildə +**********35 Farid, adlı abonentdən boş SMS daxıl olması müəyyən edildi. Qəbul edilən zəngər faylında tutulmamışdan qabaq xx.xx.2024-cü ildə +**********98 nömrəli “Xanım” adlı, “Namiq” adlı, +**********888 nömrəli, “Faiq” adlı, +**********47, nomrəli, +**********21 nömrəli, “Azer” adlı, ********** nömrəlı, “Elvin” adlı, **********, **********3 nömrəli, “Arzu” adlı, +**********40 nömrəli abonentlərlə əlaqə saxlaması müəyyən edildi. Telefonun fotolar faylında da iş üçün subut əhəmiyyətlı olan fotoşəkillər aşkar olunmadı (cild 1, iş vərəqi 133-134). - predmetə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, telefonun menyusuna daxil olundu və iş üzrə əlavə sübutlar toplamaq üçün daxil olan və çıxan zənglərin siyahısına, SMS-lərə, “WhatsApp” zəngələrinə, kontakt fayllarına baxış keçirildi. Məlum oldu ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə **********, **********, ********** və Əkrəm Buli adlı abonentlə əlaqəsı olmuşdur. SMS məlumatlarında iş üçün əhəmiyyətli olan yazışmalar aşkar olunmadı. “WhatsApp” danışıqlarında xx.xx.2024-cü ildə saat 15:30-da və 15:40-da telefona İİR-nın mobil operatorundan “Javid baba” adı ilə qeyd olunmuş +**********31 nömrəli abonetdən zəng daxil olması məlum oldu. Təqsirləndirilən şəxs1 bildirdi ki, məhz həmin nömrədən zəng edən “Javid baba” adlı şəxs ona silahın və narkotik vasitənin yeri barədə məlumat vermiş və bildirmişdir ki, həmin əşyaları götürub, 3-4 gün saxladıqları və onun tapşırığı ilə lazım olan yerə çatdırdığı halda kart hesabına 500 manat göndərəcəkdir. Bundan başqa telefonda iş üçün əhəmiyyətli olan məlumatlar aşkar olunmadı (cild 1, iş vərəqi 135). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin rəisi Sərxan Süleymanlı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 244-245). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatrların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 21-22). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 23-24). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanasında müalicə olunmamışlar (cild 2, iş vərəqi 45). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 47- 48). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 49- 50). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş odlu silahın və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 58-60). - telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirmək üçün "xxxx" MMC-dən daxil olmuş disk kompüterin diskovoduna daxıl edilərək açıldı. Diskdə “Anten 2352-202” adlı iki, “**********23” və “515154423 SMS”, “Abunəçilər” faylları aşkar edildi. İlk növbədə subut əhəmiyyətli məlumatları ola biləcək “515154423 SİM” faylı açıldı. Həmin faylda olan məlumatlar xx.xx.2023-cu ildən xx.xx.2024cu il tarixləri əhatə edir. SMS-lər arasında aşağıdakı SMS-lərin narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli olması ehtimal olunur. xx.xx.2024-cü ildə saat 18:27:07-də ********** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** nomrəsinə “gəl hazırdı”. Saat 19:23:39-da “Asif, Leo**********43424” (hesab nömrəsidır. Ehtimal olunur ki, satılan narkotik vasitəyə görə “Asifdən həmin hesaba pul köçürülməsini istəyir). xx.xx.2024-cü ildə saat 06:52:14-də həmin nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrəyə: “Asif nə oldu”, həmin gün saat 11:07:13-də həmin nömrədən Asifin istifadəsində olan nömrəyə “Axşam deyirdin bağ belə bostan belə, Arif mazqimi xarab eləyib. Həmin gun saat 11:07.52də imkan varsa 5 at”. Qeyd edilən SMS mətnləri narkotiklərin dövriyyəsı ilə bağlı olmasını, Təqsirləndirilən şəxs2 ********** nömrəli abonentdən narkotik vasitə almasını və pulunu ödəyəcəyini vəd etməsini, həmin abonentin pulu ödəmək üçün Təqsirləndirilən şəxs2 bank hesabının nömrəsini göndərməsini, Təqsirləndirilən şəxs2 pulu ödəməməsını, abonentin heç olmasa 5 manat köçürməsini tələb etməsini ehtimal etməyə əsas verir. ********** nömrəsi "xxxx" operatorunun abonentinə məxsus odlduğundan mülkiyyətçisi abunəçilər faylında aşkar olunmadı. Təqsirləndirilən şəxs2 telefonunun anten dairəsinə baxış keçirərkən onun ********** nömrəli telefonunun əsasən Badamdar qəsəbəsi və Yasamal, Səbail rayonu ərazisində quraşdırılmış anten dairəsində aktiv olması görünür. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 saxlanılan gun, yəni xx.xx.2024-cü ildə telefonu saat 00:44:51-dən 12:31:49-ə qədər Badamdar qəsəbəsində, saat 12:31:51-də Bibi Heybət qəsəbəsində, saat 12:33:41-dən saat 13:17:28-dək Badamdar qəsəbəsində, saat 12:17:28də 20-ci sahədə, saat 13:41:56-dan saat 14:46:25 qədər Badamdar qəsəbəsində, saat 14:58:26-da Mətbuat prospekti, Şərifzadə kuçəsi, saat 15:37:51-də Nərimanov rayonu Təbriz küçəsı, saat 15:42:05-də Nərimanov rayonu, Nazim Hacıyev, Orucəliyev küçələrində, saat 16:01-də Ağa Nemətulla küçəsində aktiv olmuşdur. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılan gün, yəni xx.xx.2024-cü ildə telefonuna daxil olan və çıxan zənglərə baxış keçirilərkən onun **********, **********, ********** nömrələri ilə SMS-lə əlaqə yaratması, **********, **********956 (sahibi X5) **********7400, **********,**********, **********, ********** nömrəli abonentlərlə və saat 15:37:51-də və saat 15:55:45-də cinayətın digər iştirakçısı Təqsirləndirilən şəxs1 məxsus ********** nömrəsi ilə 9 və 42 kontur işlətməklə əlaqə yaratmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 xarici, o cumlədən İİRna aid operatorların abonenti ilə əlaqə saxlaması muəyyən olmadı. Diskdə olan fayllardakı digər məlumatlar iş üçün sübut əhəmiyyətli deyildir (cild 2, iş vərəqi 70-71). - sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx"dan məhkəmə qərarı əsasında məlumatlar 1 ədəd diskdə daxil olmuşdur. Məlumatlar hesabından xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixlərdə digər banklarla əməliyyatlara görə məxaric olunan məbləğlər, internet əməliyyatlarına, Unibank tətbiqi ilə aparılan və kartdan karta əməliyyatlarına dair məlumatlardan ibarətdir. Baxış zamanı onun bank hesabından X6, X14, X4, X7, X9, X10, X2 hesablarına pul köçürməsi məlum olmuşdur. Eləcə də "xxxx" tətbiqi, “internet”, digər bankların Post terminalları və kartdankarta dair pul köçürmələrinə daır əməliyyatlar aşkar edildi. Köçürülən məbləğ arasında ən böyük məbləğ xx.xx.2023-cu ildə 150 manat, internet vsitəsi ilə xx.xx.2024-cu ildə 150 manat mədaxil etməsi məlum olmuşdur. Digər məbləğlər 5-20 manat arasında olmuşlar. Təqsirləndirilən şəxs1 ifadəsini yoxlamaq məqsədi ilə onun polis əməkdaşları tərəfindən saxlanılan gün, yəni xx.xx.2024-cü ildə və ondan əvvəl xaricdən və başqa hesablardan hesabına 500 manat köçürülməsi müəyyən olunmadı (cild 2, iş vərəqi 77-78). - telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş məlumatlarla olan disk kompüterin diskovoduna daxıl edildi və açılmış diskdə “SMS tarixçəsı”, “Zənglərın detallaşması”, “Zənglərin məxsusluq tarixçəsi” adlı faylların olması aşkar edildi. İlk növbədə “SMS tarixçəsi” fayldakı məlumatlara baxış keçirildı. Müəyyən oldu ki, həmin faylda xx.xx.2023-cü ildə saat 17:05-də ********** nömrəsi olan abonentdən Yavər Bayramovun istifadəsində olan ********** nömrəsinə 2 dəfə eyni məzmunlu **********3665 Kapıtal bank SMS göndərilmişdir. Zənglərin detallaşması faylı açılanda və baxış keçiriləndə müəyyən edildi ki, daxil olan və çıxan zənglər 01.12 2023-cü ildən-16 01.2024-cü il tarixləri əhatə edır. Təqsirləndirilən şəxs1 saxlanılan gün, yəni xx.xx.2024-cu ildə saat 15:37:51-də Nərimanov rayonu A.M.Cümə küçəsində olarkən cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** nömrəsinə zəng etmiş və 9 kontur danışmışdır. Həmin zənglə hər iki təqsirləndirilən şəxs həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 15:37-də saxlanıldıqdan yerdə Nəriman rayonu, A M.Cümə küçəsində olmaları, həmin yerə ayrı-ayrı gəlmələri və orda görüşmələri təsdiq olunur. Götürülmüş məlumatlarda iş üçün əhəmiyyətli başqa sübutlar aşkar olunmadı (cild 2, iş vərəqi 115-116). - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1475 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 12671 nömrəli zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş 9 mm kalibrli CZ 999 Zastava (SCARPİON) modelli tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli 6 ədəd patron və bir ədəd tapança darağı, Təqsirləndirilən şəxs1 məxsus “Mİ8” markalı 1 ədəd mobil telefon, şəxsi axtarışa dair 1 ədəd disk, telefon məlumatları olan 3 ədəd disk iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitənin tədqiqata sərf edilmiş hissəsi nəzərə alınmaqla qalığı 1474,8 qram qurudulmuş marixuana və 1 ədəd tapança, 1 ədəd tapança darağı və tədqiqat üçün istifadə olunduqdan sonra qalmış 3 ədəd patron, “Mİ8” markalı 1 ədəd mobil telefon Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin salanc yerinə təhvil verilmiş, şəxsi axtarışa dair 1 ədəd disk, telefon məlumatları olan 3 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 120-121). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 bağlamada olan əşyaların nədən ibarət olmasını əvvəlcədən bilməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, digər Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxs1 ona bağlamanın içində narkotik vasitə olduğunu bildirdiyini, onu bir yerdən başqa yerə aparmaq lazım olduğunu və bunun müqabilində həm narkotikdən istifadə etmək, həm də qazanc əldə edəcəklərini dediyini bildirərək sonuncunu ifşa etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 özünün məhkəmədə verdiyi ifadələrindən aydın görünür ki, bağlamanın içindəkilərin azad dövriyyəsi qadağan olan əşyalar olduğunu o bilmiş, buna görə də həmin bağlamanı özü şəxsən deyil, qoyulduğu yerdən götürüb başqa yerə qoymağı Təqsirləndirilən şəxs2 həvalə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda cinayət işinin digər materiallarını əsas götürmüşdür. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamaqla daşımaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 16-17). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən, Bakı şəhər Probasiya idarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 26 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsinin qeydiyyatına alınmış, xx.xx.2024-cü il tarixə cəzanın 3 (üç) ay 12 (on iki) gününü çəkmiş, 1 (bir) il 2 (iki) ay 14 (on dörd) gün çəkilməmiş cəzası vardır (cild 2, iş vərəqi 18-20, 26-32, 123). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 daha əvvəl törətdiyi cinayətə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddələrinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təqsirləndrilən şəxslərin törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15 yanvar 2024-cü ildə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə barələrində 17 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışlar (cild 1, iş vərəqi 22-23, 45-46, 146-149, 157-162). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onların tutulduğu 15 yanvar 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin salanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1474,8 qram qurudulmuş marixuana məhv edilməli, 12671 nömrəli zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş 9 mm kalibrli CZ 999 Zastava (SCARPİON) modelli tapança, tədqiqat üçün istifadə olunduqdan sonra qalmış 3 ədəd patron və bir ədəd tapança darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə verilməli, digər maddi sübutlar - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin salanc yerində saxlanılan “Mİ8” markalı 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə qaytarılmalı, şəxsi axtarışa dair 1 ədəd disk və telefon məlumatları olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 39 (otuz doqquz) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin salanc yerində saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 1474,8 qram qurudulmuş marixuana məhv edilsin; - 12671 nömrəli zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş 9 mm kalibrli CZ 999 Zastava (SCARPİON) modelli tapança, tədqiqat üçün istifadə olunduqdan sonra qalmış 3 ədəd patron və bir ədəd tapança darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə verilsin; - “Mİ8” markalı 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - şəxsi axtarışa dair 1 ədəd disk və telefon məlumatları olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 39 (otuz doqquz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1736/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1736/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver