Məhkəmə qərarları › İş №1(101)-1737/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1737/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1737/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X9 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsində fərdi qaydada ayrı-ayrı şəxslərə etibarnamə əsasmda ölkəyə idxal olunan malların rəsmiləşdirilməsində köməklik göstərilməsi ilə məşğul olan şəxs kimi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 25 sentyabr 2021-ci il tarixdə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən **********3647 və **********2289 nömrəli gömrük bəyannamələri əsasında idxal olunan xırdavat malların Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Yergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsi tərəfindən malların riskli vergi ödəyicisi qismində saxlanıldığını görüb həmin Cəmiyyətlərin direktoru tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli etibarnamə üzrə çıxış edən nümayəndə İsİamov Ceyhun İslam oğluna yaxınlaşaraq özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək guya özünün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxalixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətlərinin olmasma onu inandırıb, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs nümayəndəsi olduğu Cəmiyyətlərin idxal etdiyi malların etibar edilmiş Bakı Baş Gömrük İdarəsindən buraxılmasını qısa müddətə icra olunacağını vəd etməklə tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni İqtisadiyyat Nazirliyi yanmda Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsi tərəfmdən saxlanılmış həmin malların gömrük nəzarətindən keçməklə buraxılmasının qısa müddətdə icra olunmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasmı Zərərçəkmiş şəxs Bakı Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 14 ünvanında yerləşən Bakı Baş Gömrük İdarəsinin inzibati binasının yaxınlığında 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.000 (iki ıtıin) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsində fərdi qaydada ayrı-ayrı şəxslərə etibarnamə əsasında ölkəyə idxal olunan mallarm rəsmiləşdirilməsində köməklik göstərilməsi ilə məşğul olan şəxs kimi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfındən **********7010 və **********2653 nömrəli gömrük bəyannamələri əsasında 25 sentyabr 2021-ci il tarixdə idxal olunan xırdavat malların Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsi tərəfindən riskli vergi ödəyicisi qismində saxlanıldığı üçün həmin malların buraxılmasının qısa müddətdə icra olunmasında köməklik göstərilməsi üçün 28 sentyabr 2021-ci il tarixdə özünə müraciət etmiş həmin Cəmiyyətlərin direktoru tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli etibarnamə üzrə çıxış edən nümayəndə Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək guya özünün İqtisadiyyat Nazirliyi yanmda Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməlıyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasına onu inandırıb, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs nümayəndəsi olduğu Cəmiyyətlərin idxal etdiyi mallarm Bakı Baş Gömrük İdarəsindən buraxılmasmm qısa müddətdə icra olunacağını vəd etməklə, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarma nəzarət idarəsi tərəfındən saxlanılmış malların gömrük nəzarətindən keçməklə buraxılmasının qısa müddətdə icra olunmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs Bakı Baş Gömrük İdarəsinin inzibati binasınm qarşısmda aldatmaqla bildirərək, sonuncu ılə razılaşmaqla sövdələşib, həmin niyyətlə 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 14 ünvanmda yerləşən Bakı Baş Gömrük İdarəsinin inzibati binasının yaxınlığına 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2017-ci ildən broker fəaliyyəti göstərdiyinə görə daima Bakı şəhər Baş Gömrük idarəsinə gedib gəlmişdir. Hal-hazırda şüşə qablarının ölkəyə gətirilməsi ilə məşğul olan “Leyer” şirkətində işləyir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Gömrük postunda Vergi əməkdaşları oturan inzibati binanın qarşısında əsəbi şəkildə adını sonradan Ceyhun bildiyi şəxsi görüb ona yaxınlaşaraq nə problemi olduğunu soruşmuşdur. Həmin şəxs ona idxal olunmuş mallarmm vergi xidməti tərəfmdən saxlanıldığım bildirdiyi üçün ona tanışları vasitəsi ilə köməklik etməyə çalışacağını bildirib onunla birlikdə Cavid adlı vergi əməkdaşına yaxmlaşaraq Ceyhun adlı şəxsin tanışı olduğunu, sonuncunun səhətində problemi olduğu üçün malların tez bir zamanda buraxılmasmı xahiş etmişdir. Cavid ona həmin MMC-də operativ nəzarət yoxlaması təyin edildiyini, mallarm yalnız müşayiətlə buraxdacağını bildirdiyi üçün Ceyhun və Məhədlə söhbət etdiyi zaman onlarm idxal etdiyi mallarm buraxılması müqabilində özü üçün 2000 manat məbləğində pul alacağmı onlara bildirərək Ceyhun onunla razılaşıb nahardan sonra qeyd edilən məbləği verəcəyini bildirmişdir. Nahardan sonra İqtisadiyyat Nazirliyi yamnda Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarma nəzarət ıdarəsinin rəis müavini Cavidin yanma gedərək mallarm buraxılması ilə bağlı ondan maraqlandıqda sonuncu, ona karqo malı olduğu üçün tırm saxlanıldığını, rəhbərliyə məlumat verdiklərini və cavab gözlədikləri bildirilmişdir. Bundan sonra o, İdarə rəisi Səbuhi ilə də mobil telefon vasitəsilə əlaqə saxlayıb maraqlandıqda sonuncu mallarm rəhbərliyin göstərişi ilə saxlanıldığını deyib bir daha onu bu cür məsələlərə görə narahat etməməyini bildirmişdir. Bundan sonra o, Ceyhunla söhbət zamanı sonuncu ona karqo işi ilə məşğul olmadığmı bildirdiyi üçün təkrar Cavidin yanma gedərək şirkətlərin karqo işi ilə məşğul olmadığı barədə məlumat vermiş, sonuncu həmin malın müşayiətlə obyektə aparılaraq boşaldılması şərti ilə buraxılacağmı bildirdiyi üçün bir qədər sonra idxal olunmuş mallar buraxılmışdır. Artıq maşm gömrükdən çıxdıqdan sonra Məhəd onun əvvəllər tanıdığı Vüsal adlı şəxslə ona yaxmlaşmış və Ceyhunla əvvəlcədən razılaşdığı kimi 2000 manat puiu Məhəd Vüsala vermiş, sonuncu da həmin məbləği ona vermişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə yenidən Ceyhuna məxsus tırın postda saxlanıldığı üçün ona müraciət edərək idxal etdiyi növbəti maşının təkrar saxlamldığım və həmin mallarm postdan buraxılmasma köməklik etməyini ondan xahiş etmişdir. O da eyni qaydada malların postdan buraxılmasma köməklik edərək vergi xidmətinin əməkdaşı Cavid adlı şəxsdən xahiş edərək malları müşayiətlə buraxdırmış və malları buraxdırması müqabilində Məhəd Vüsalm yanmda ona əziyyət haqqı olaraq əvvəlcə Ceyhunla razılaşdıqları məbləği yəni, 2000 manat pulu ona vermişlir. 2021-ci ilin oktyabr ayınm əvvəlində yenidən Ceyhun ona müraciət edərək növbəti dəfə idxal etdiyi mallarm vergi xidməti tərəfindən saxlanıldığmı deyərək ona koməklik etməsini xahiş etmiş, lakin, o, bu işdə sonuncuya kömək edə bilməyəcəyini bildirdiyi üçün sonuncu əvvəl iki maşm keçirdiyi üçün ona ümumilikdə 4.000 manat pul verdiyini dedikdə o, sonuncuya pulu Vüsal verdiyini bildirmişdir. Bundan sonra Ceyhun ona Cavidin yanma gedərək onun və digər vergi əməkdaşlarmın admdan pul aldığmı deyəcəyini ona bildirərək Cavidə yaxmlaşmışdır. Həmin gün Cavid onu yanma çağıraraq Məhəd və Ceyhunun iştirakları ilə ona hansı səbəbdən vergi əməkdaşlarınm adınnan pul aldığmı soruşmuş, o, Ceyhundan və Məhəddən pul almadığmı desə də, bayıra çıxdıqdan sonra Ceyhundan aldığı 4.000 manat pulu qaytaracağını razılaşdırmış və bir neçə gün ərzində 3.650 manatı Ceyhunun bank kartma «Milliön» vasitəsi ilə, 150 manatı isə nağd şəkildə Özünə qaytarmışdır. Ceyhun həmin məbləğin 200 manatmı isə karqo rəsmiləşdirilməsində ona köməklik etdiyi üçün könüllü olaraq həmin məbləği ondan almamışdır. O, Şahid2 və Zərərçəkmiş şəxs sonuncuların idxal etdikləri malları gətirən və saxlanılmış maşınların vergi xidməti tərəfindən buraxılması müqabilində 2.000 manat pulu əvvəlcədən razılaşdırıb aldığını, lakin, aldığı məbləğlərdən vergi əməkdaşlarına hər hansı bir məbləğdə pul vermədiyini və Vüsalın bu işlərdən xəbəri olmadığını, sadəcə pulun verilməsində iştirak etdiyini və hansı məqsədlə də ona pul verilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar, sonuncuya dəymiş ziyan tam olaraq onun tərəfindən ödənilmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti məşğul olmaqla "xxxx" MMC-nin təsisçisi və direktoru işləməklə özünə məxsus sexdə polietilen məhsullarıınn istehsalı ilə məşğul olur. X12 Xidmətinin Operativ nəzarət İdarəsində işləmişdir. X13 da əvvəllər həmin qurumda işləyib, lakin işdən çıxdıqdan sonra "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisi olmuşdur. Hər iki MMC-nin direktoru qardaşının qaynı Şahid2 olmuşdur. Qeyd olunan cəmiyyətlərdən "xxxx" MMC uşaq oyuncaqlarının idxalı və topdan satışı, uElis Group” MMC isə yarım fabrikat xırdavat məhsullarının idxalı və satışı ilə məşğuldur. Təxminən 2021-ci ilin avqust aymda hər iki müəssisə tərəfindən ölkəyə mallar idxal olunmuş və gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Lakin, həmin idxal olunmuş mallar Vergi Xidmətinin əməkdaşları tərəfindən yoxlanılmış, lakin malların çıxarılmasına icazə verilməmişdir. Qardaşının yollarda qaldığını və malları çıxara bilmədiyindən keçmiş vergi əməkdaşı olduğu üçün həmin sahədə təcrübəsi olduğu üçün onun xahişi ilə etibarnamə əsasında idxal etdiyi məhsullarının buraxılmasında köməklik göstərmişdir. Belə ki, o, etibarnamə aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsinin rəis müavini Şahid1 adlı əməkdaşına yaxınlaşıb etibarnaməni təqdim edərək nümayəndəsi olduğu cəmiyyətlərin adma gəlmiş mallar olan uTİR”-ların gömrük buraxılış məntəqəsindən hansı səbəbə buraxılmadığını soruşduğu zaman, Şahid1 ona mallar qanunsuz gətirildiyindən buraxılmadığı bildirilmişdir. O, sonuncuya qanunsuzluğun nədən ibarət olduğunu soruşduqda, Cavid ona cəmiyyətlərin karqo fəaliyyəti ilə məşğul olduğu bildirilmişdir. O, Cavidə kargo işi ilə məşğul olmadığını, malları satış üçün gətirildiyini bildirsə də, Cavid ona inanmadığı üçün həqiqəti söyləməyi bildirib otaqdan çıxarmışdır. Cavidin sözü ona pis təsir etdiyi üçün sonuncuya cavab qaytarmış və bu zaman aralarında sözlü mübahisə yaranmışdır. Lakin, o, səhhətində narahatlıq olduğundan özünü pis hiss etdiyi üçün Şahid2 qolundan tutaraq çölə çıxarıb sakitləşdirməyə çalışdığı zaman dəfələrlə Cavidin xidməti otağına girib-çıxan, hamının “Hacı” deyə çağırdığı, adının sonradan Hüseynağa olduğunu bildiyi şəxs pilləkəndə ona yaxınlaşaraq nə problemi olduğunu soruşmuşdur. O, həmin şəxsdən kim olduğunu soruşduqda Hüseynağa ona özünü broker kimi təqdim edərək daima Cavidlə iş gördüyünü bildirmişdir. O, Hüseynağaya idxal olunmuş mallann gəldiyini, lakin hər şeyin qaydasında olmasına baxmayaraq, vergi əməkdaşları tərəfındən malların buraxılmasma icazə verilmədiyini bildirmişdir. Hüseynağa ona vergi əməkdaşlarının pul almasalar malları buraxmayacaqlarını bildirərək ona bu məsələni həll edə biləcəyini demişdir, O, Hüseynağadan necə həll edəcəyini soruşduqda sonuncu ona 2.000 manat müqabilində içərisində mallar olan “TİR” maşınının buraxdıra biləcəyini bildirmişdir. O, həmin məbləğin kimlərə çatacağını soruşduqda Hüseynağa həmin məbləğdən 1.000 manatının İdarənin rəisi Səbuhi müəllimə, 500 manatınm rəis müavini Cavid müəllimə, 300 manatının Hüseynqulu adlı vergi əməkdaşına, qalan 200 manatının isə özünə çatacağını bildirmişdir. O, Hüseynağanın təklifı ilə razılaşmış və idxal etdiyi malları gömrük postundan çıxdıqdan sonra və malı təhvil aldıqdan sonra 2.000 manat pulu verəcəyini bildirmişdir. Hüseynağa onunla razılaşaraq sənədləri ondan götürərək Cavidin oturduğu otağa getmişdir. Bir neçə dəqiqədən sonra geri qayıdaraq narahat olmamağını, işin həll olunacağını və nahardan sonra xəbər edəcəyini bildirmişdir. O, sonuncuya da nahar etməyi təklif etmiş və onunla birlikdə nahar etməyə getmişlər. Nahardan sonra isə Hüseynağa yenidən Cavİdin otağına getmiş və bir neçə dəqiqə sonra idxal etdiyi mallara məxsus sənədləri götürüb otaqdan çıxaraq ona yaxınlaşaraq həll etdiyini bildirmişdir. Artıq saat 17:00 radələrində “TİR” avtomobili gömrük buraxılış məntəqəsindən buraxılmışdır, o da əvvəlcədən razılaşdığı kimi 2.000 manatı Məhədin vasitəsilə Hüseynağaya çatdırıb getmişdir. Yolda olan zaman Gömrükdən Məhədə zəng edilərək növbəti idxal olunmuş mallar olan “TİR” maşmı da İdarəyə daxil olduğu barədə məlumat verilmişdir. Bu səbəbdən də, Məhəd səhəri gün gedərək malları gömrük rəsmiləşdirməsindən keçirmiş, lakin yenidən X8 İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsinin əməkdaşları tərəfindən mallar saxlanılmışdır. O, təkrar xx.xx.2021-ci il tarixdə yenidən İdarəyə gedərək Cavidin yanma yaxınlaşmış, bir qədər gözləməyi tələb olunduğunu və rəhbərliyə məlumat verəcəyini, onlar icazə verdikdən sonra malları buraxa biləcəyini dediyi üçün onların təkrar olaraq eyni bəhanələr gətirdiklərini görüb İdarədən çölə çıxaraq yaxınlıqdakı çayxanaya gedib Hüseynağanı tapmış və ondan növbəti idxal edilərək saxlanılmış maşınını 2.000 manat müqabilində buraxdırmasını xahiş etmişdir. O da etiraz etməyərək Cavidin yanma gedib tez bir zamanda “TİR” avtomobilini gömrük postundan buraxdırmış, o da əvvəlcədən razılaşdığı kimi 2.000 manat pulu Məhədin vasitəsilə ona çatdırmışdır. 2021-ci ilin oktyabr ayında yenidən şirkətin malları gəldiyindən xx.xx.2021-ci il tarixdə idxal olunmuş malları rəsmləşdirmək üçün Bakı Baş Gömrük İdarəsinə gedərək orada əyləşən Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixral əməliyyatlarına nəzarət idarəsinin rəis müavini Cavidə yaxınlaşmış, sonuncu isə sənədlərə baxıb yükdə problem olduğunu və malların buraxılmayacağını demişdir. Ondan problemin necə həll olunacağını soruşduqda sonuncu İdarənin rəisi Səbuhinin yanına yaxınlaşmağını bildirmışdir. Səbuhinin telefon nömrəsini öyrənib onunla əlaqə saxlasa da, sonuncu onu qəbul etməkdən imtina etdiyi üçün yenidən İdarədən çıxıb və çayçıya gedib Hüseynağanı taparaq onunla görüşüb təkrar saxlanılmış malların 2.000 manat müqabilində buraxdırmasını xahiş etmiş, Hüseynağa etiraz etməyib ondan sənədləri götürüb idarəyə gedərək bir neçə dəqiqə sonra geri qayıdaraq ona həmin məbləğə işi həll edə bilməyəcəyini bildirmişdir. Daha sonra o, çayxanada əvvəllər tanımadığı və özlərini Rəşad və Rauf kimi təqdim edən iki nəfər şəxs ona yaxınlaşaraq, saxlanılmış malların 3.000 manat müqabilində həll edə biləcəklərini təklif etdikləri üçün o, sonuncularla razılaşsa da həmin şəxslər bir neçə dəqiqədən sonra ona yaxınlaşaraq həmin məbləğə işin alınmayacağını, 5.000 manat istədiklərini bildirmişlər. O, həmin məbləği kimin istəməsini soruşduqda, onlar pulun Baş İdarənin rəisinə çatacağını demişlər. O, həmin şəxslərin təklifı ilə razılaşmadığı üçün Cavidin yanma yaxınlaşaraq hansı səbəbdən idxal etdiyi malların buraxılmadığını soruşmuş, sonuncu ona bu məsələnin ona aid olmadığını dedikdə, o, sonuncuya onun adından əvvəl pul alınaraq maşınların buraxıldığını bildırdiyi zaman, Cavid belə bir halın mümkün olmadığını bildirdiyi üçün o, əvvəlki maşınlara görə Hüseynağa vasitəsi ilə hər maşına görə 2.000 manat pul verdiyini, daha sonra malların buraxıldığını, hazırda isə belə bir halm olmadığını dediyi üçün ona Hüseynağanı çağırıb soruşmasıın tələb etmişdir. Daha sonra Cavid Hüseynağanı otağa çağıraraq ondan sonuncunun adından pul alıb-almadığını soruşduqda Hüseynağa ondan pul almadığını dediyi üçün o, hamının yanında ona nalayiq ifadələr işlətdiyi üçün araralında yaranmış sözlə mübahisəni sakitləşdirmək üçün onları bayıra çıxarmışlar və bayırda olan zaman Hüseynağa ona yaxınlaşaraq pulu ondan yox, yanında olan Şahid2 götürdüyü üçün otaqda özü elə dediyini və ondan aldığı pulu qaytaracağını bildirmişdir. Həmçinin, o, pulu köçürmə yolu ilə qaytarmaq üçün bank kartının şəklini istəmiş, o isə istifadəsində olan ***-***-**-** mobil nömrəsində olan “WhatsApp” tədbiqi vasitəsi ilə istifadəsində olan "xxxx"a məxsus 416974******9367 nömrəli bank kartmın foto şəklini Hüseynağanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Daha sonra, o, təkrar Cavidin yanına gedərək mallarının buraxmasını tələb etmiş, sonuncu isə onu rəhbərlikdən göstəriş verilməyəcəyi təqdırdə malları buraxa bilməyəcəyi bildirilmişdir. O, bir qədər uca səslə danışıb əsəbiləşdiyi üçün Cavid bir qədər gözləməyini bildirib telefonla kimlərəsə zəng etdikdən sonra onu Baş İdarənin rəis müavini Rəşid adlı şəxslə danışdırmış və sonuncu ona Hüseynağaya verdiyi pulları geri tələb etməyini bildirərək onu qəbul etmiş və pulunu geri aldığı təqdirdə mallarının buraxılacağını bildirmiş, daha sonra baş vermiş hallarla bağlı şikayət ərizəsi yazıb vermişdir. Bundan sonra, Hüseynağa ondan aldığı pulları bank kartına iki və ya üç dəfəyə 3650 manat köçürmüş, 150 manatı isə idarənin yaxınlığında kafenin qarşısında vermişdir. 200 manatı isə ona özü könüllü olaraq verdiyi üçün onda saxlamışdır. Elə həmin vaxt o, Rəşid müəllimin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Hüseynağa tərəfindən pulun qaytarılması barədə məlumat verdikdən sonra vergi əməkdaşının müşayiəti ilə idxal etdiyi mallar buraxılmışdır. Eyni zamanda idxal etdiyi mallarla bağlı riskli vergi ödəyicisi kimi Cəmiyyətlərdə operativ nəzarət yoxlaması keçirilmiş və hər hansı bir nöqsan aşkar edilməmişdir. O, Hüseynağa tərəflndən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir (cild 01, iş vər. 273-278). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən hazırkı vaxtadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsinin rəis müavini vəzifəsində, vergi xidməti müşaviri rütbəsində işləyir. İşlədiyi idarənin əsas fəaliyyət istiqaməti üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin və riskli vergi ödəyicilərinin müəyyən edilməsindən ibarətdir. Dövlət Gömrük Komitəsi ilə keçmiş Vergilər Nazirliyi arasında birgə əməkdaşlıq barədə memorandum imzalandığı üçün işlədiyi idarənin əməkdaşları gömrük əməkdaşları ilə əlaqəli şəkildə xidmət aparırlar. O, 2021-ci il ərzində "xxxx" və "xxxx" MMC-lər tərəfindən ölkəyə idxal olunan malları daşıyan iki yük maşınının ayrı-ayrı vaxtlarda Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda saxlanıldığını və şirkətlərin üçüncü şəxslər üçün mal idxal etməsi ilə bağlı şübhələr yarandığı üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC və xx.xx.2021-ci il tarixdə isə "xxxx" MMC-də qərarlar əsasında barələrində operativ vergi nəzarət tədbirləri həyata keçirilmişdir. Həmin MMC-lərin növbəti yəni, xx.xx.2021-ci ıl tarixdə Yük avtomobili müşayiətlə postdan buraxılmalı olduğundan, bundan başqa gömrük prosedurları başa çatmadığından həmin avtomobillərin buraxılmasında gecikmələr baş vermişdir. Ona bununla bağlı şirkətlərin etibarnamə əsasında nümayəndəsi Zərərçəkmiş şəxs müraciət etdikdə sonuncuya mallar barədə yoxlama aparıldığını və cavab gəldikdən sonra malların buraxılacağını bildirmişdir. Daha sonra Hacı kimi tanıdığı, əsl adı Təqsirləndirilən şəxs olan orada bir neçə ilə əvvəldən MMC-in nümayəndəsi kimi broker xidməti göstərən şəxs ona müraciət edərək həmin malların ona məxsus olduğunu dedikdə sonuncuya malların kimə məxsus olması barədə məlumatlı olduğunu və ona aid hər hansı mal olmadığını və bu işə qarışmamağını demişdır. Daha sonra Zərərçəkmiş şəxs ona müraciət etdikdə sonuncuya müşayiətlə malların buraxılacağı barədə məlumat vermişdir. Daha sonra həmin MMC-yə məxsus yük avtomobili vergi xidmətinin müşayiəti ilə postdan buraxılmış və həmin şirkətlərin faktiki fəaliyyət göstərdiyi ünvanlarda operativ vergi nəzarəti tədbirləri həyata keçirilmışdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə "xxxx" və "xxxx" MMC-in yoxlanış aparılması məqsədi ilə saxlanılmış malların buraxılması ilə bağlı Hüseynağa ona müraciət etsə də, ona bu işə qarışmamasını, həmin MMC-ə vergi yoxlaması təyin olunduğunu və vergi müşayiəti ilə buraxılacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs adlı şəxs yenidən ona müraciət edərək növbəti gələn yük maşınının postda saxlanıldığını və nə vaxt buraxılacağını soruşduğu üçün o, sonuncuya dəqiqləşdirmə aparıldığını, daha sonra vergi əməkdaşlarının müşayiəti ilə malların buraxılacağını bildirdiyi üçün həmin MMC-lərin malları buraxılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona müraciət edərək hansı səbəbdən növbəti idxal olunan malların saxlanılmasını soruşduğunu, o, sonuncuya bir qədər gözləməyini, yoxlama aparıldığını və nahardan sonra vergi əməkdaşlarnın müşayiəti ilə buraxılacağını bildirilmişdir. O, həmin vaxt Hüseynağa tərəfindən də həmin malların buraxılması barədə xahiş etsə də ona eyni məzmunlu məlumat vermişdir. Artıq həmin tarixdə nahara çıxdığı zaman, Zərərçəkmiş şəxs nədənsə narazı olduğunu görüb yanına çağırıb nəyə görə narazılıq etdiyini soruşduqda Ceyhun əvvəlki yük avtomobillərinin buraxılması üçün Hüseynağanın vergi orqanı əməkdaşlarına pul vermək adı ilə ondan hər avtomobil üçün 2.000 manat pul aldığını, indi isə 3.000 manat pul istənildiyini bildirdiyi üçün o, dərhal Hüseynağanı yanına çağıraraq hansı səbəbdən Ceyhun adlı şəxsdən onun və digər vergi əməkdaşlarının adından pul aldığını soruşmuş, lakin, Hüseynağa heç kimdən pul almadığını bildirərək nalayiq ifadələr işlətməyə başladığı üçün ondan otağı tərk etməsini tələb edərək baş verən hallarla bağlı rəhbərliyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" MMC və "xxxx" MMC-lərin direktoru vəzifəsində çalışmışdır. Qeyd olunan cəmiyyətlərdən "xxxx" MMC uşaq oyuncaqlarının idxalı və topdan satışı, "xxxx" MMC isə yarımfabrikat xammal məhsullarının idxalı və satışı ilə məşğuldur. Həmin cəmiyyətlərin təsisçisi onun yeznəsi Elman İslamov olmaqla, sonuncunun qardaşı Zərərçəkmiş şəxs etibarnamə əsasında cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi malların idxalında iştirak etmişdir. 25 sentyabr 2021-ci il tarixdə o, cəmiyyətlər tərəfindən idxal olunan malların rəsmiləşdirilməsi üçün Ceyhunla birlikdə Bakı şəhəri Gömrük İdaresinə getmişdir. Malları getirən «Tır» avtomobili Baş idarənin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerleşen gömrük postunda saxlanılmışdır. Avtomobilin saxlanılmasının səbəbini öyrənmək üçün onlara Emin və Cavid adlı vergi eməkdaşlarına yaxınlaşmaları bildirilmişdir. Bundan sonra onlar Ceyhunla birlikdə İqtisadiyyat Nazirliyi yanında Dövlet Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzaret İdarəsinin rəis müavini Cavid adlı şəxsə yaxınlaşdıqda sonuncu cəmiyyətlər karqo şirkəti olduğuna görə «Tır» avtomobillərin buraxılmadığını dedi. Bundan sonra Ceyhun Cavidə karqo işi ilə məşğul olmadığımızı bildirdi və aralarında mübahisə yarandıcı üçün o, Ceyhunu çölə çıxarmışdır. Təxminən 3 saat orada gözlədikdən sonra özünü Hacı kimi təqdim edən sonradan adının Hüseynağa olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Ceyhun da ona «Tır» avtomobilin gömrük postundan buraxılmadığını dedikdə Hacı onlara 2000 manat müqabilində həmin «Tır» avtomobilini buraxdıra biləceyini bildirmişdir. Bundan başqa Hacı pulun 200 manatının ona, qalan hissəsinin isə Sebuhi adlı rəis və Cavid adlı rəis müavininə çatacağını demişdir. O, Ceyhun və Hacı ilə birlikdə nahar etdikdən sonra Ceyhun ona 2000 manat pul verib Hacıya çatdırmağını istəmişdir. Nahardan sonra içərisində onlara aid malların olduğu «Tır» avtomobili çıxışa gətirilərək gömrük postundan buraxılmış, o da Ceyhunun verdiyi 2000 manat pulu çıxışda Hacıya çatdırməşdır. Bundan başqa, 28 sentyabr 2021-ci il tarixdə onlara aid malları gətirən «Tır» avtomobili yenidən gömrük postunda saxlanılmışdır. Onlar Ceyhunla birlikdə yenidən Bakı şəhər Baş Gömrük idarəsinə getdikdə Ceyhun yenidən Cavidin yanına gedərək, malların buraxılması ilə bağlı danışsa da, sonuncu rəhbərliyə məlumat verməli olduğunu və malları buraxdıra bilməyəcəyini demişdir. Bundan sonra Ceyhun yenidən Hacı ilə əlaqə saxlayıb görüşmüş, Hacı təkrar olaraq 2000 manat müqabilində avtomobilini buraxdırmağa vəd vermiş, daha sonra isə həmin «Tır» avtomobili Gömrük postundan buraxımış, o da Hacıya 2000 manat pulu Vüsal adlı tanışının yanında vermişdir. Vüsal həmin vaxt hər hansı bir danışıqlarda iştirak etməmişdir. Bundan sonra, 2021-ci ilin oktyabr ayında yenidən omlara aid malları gətirən X14 markalı yük maşını gömrük postunda saxlanılmış, onlar təkrar olaraq baş idarəyə getmişlər və Hacı ilə danışdıqda sonuncu malları buraxdıra biləcəyini demişdir. Bundan sonra Ceyhun Cavidin yanına gedərək malları buraxmağını istədikdə sonuncu malları buraxdıra bilməyəcəyini bildirmişdir. Ceyhun isə onunla mübahisə edərək 2 «Tır» avtomobilini pul alıb buraxdırdığını dedikdə Cavid onun dediklərini inkar etmiş və aralarında mübahisə yaranmışdır. Ceyhun pulları Hacı vasitəsilə çatdırdığını dediyi üçün Cavid Hacını otağa çağırdıqda sonuncu Ceyhundan pul almadığını demiş və bu zaman Ceyhun əsəbiləşərək Hacı ilə kobud formada danışmışıdı. Daha sonra Hacı otaqdan çıxmışdır. 04 oktyabr 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəis müavini Rəşid adlı şəxs Ceyhunu qəbul etmiş, o da əvvəl aşağıda gözləsə də, daha sonra Ceyhun ona dərmanlarını gətirməyini istədiyi üçün, o da Rəşidin otağına getmişdir. X10 bütün danışığı kamera ilə qeydə almağı ve o dqa Ceyhunun dediklərini təsdiqləmişdir. Daha sonra Rəşid Rəşid onlara verdiyirniz pulu geri aldıqdan sonra sonuncu ilə əlaqə saxlayaraq məlumat verməyimizi istədi. Onlar Rəşidin yanından çıxdıqdan sonra 1-2 gün ərzində Hacı götürdüyü 4000 manat pulun 3650 manatını Ceyhuna məxsus “Kapital” Bank” kartına göndərmiş, 150 manatı nağd şəkildə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2008-ci ildən Vergilər Nazirliyinin müxtəlif qurumlarında işləməklə, 2019-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin operativ vergi nəzarəti odarəsinin Operativ nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir. Rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqaməti riskli vergi ödəyiciləri ilə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsindən ibarətdir. Bura əsasən kassanın və malların alış sənədinin olub-olmamasının yoxlanılması, gündəlik satış dövriyyəsinin müəyyən edilməsindən ibarətdir. Zərərçəkmiş şəxs tanımır, lakin, onun X13u keçmiş vergı orqənı əməkdaşı kimi tanıyır. Elman İslamov 2021-ci ilin sentyabr ayının ortalarında "xxxx" MMC və "xxxx" MMC-lər barəsində operativ vergi nəzarəti tədbiri həyata keçirildiyi zaman yanına gəlib yük maşınlarının nə vaxt buraxılacağı ilə maraqlandıqda o, sonuncuya yoxlama nəticəsi müəyyən edilmədiyindən məlumat vere bilməyəcəyini və həmin məsələ ilə bağlı məsul şəxs olmadığını demişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən broker fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. Hüseynağa vergi orqanı tərəfindən operativ nəzarət tədbirləri həyata keçirilən zaman çox vaxt müxtəlif şirkətlər tərəfindən verilən etibarnamələr əsasında malların rəsmiləşdirilməsi ilə bağlı onlara müraciət etmişdir. Sonuncu dəfə 2021-ci ilin sentyabr aylayında Hüseynağa "xxxx" və "xxxx" MMC-lər məxsus malların rəsmiləşdirilərək buraxılması ilə bağlı onunla telefon vasitəsilə əlaqə saxlamış, o isə Hüseynağaya onu narahat etməməsini deyərək danışığı sonlandırmışdım. Hüseynağanın onun və digər vergi xidməti əməkdaşının adından vətəndaşlardan pul alması barədə onun heç bir məlumatı olmamışdır. Müxtəlif şirkətlər tərəfindən ölkəyə idxal olunan malların şirkətlərin fektiki fəaliyyət göstərdiyi ünvanlara çatdırılmasına Operativ nəzarətin müşayiəti və təşkili şöbəsi tərəfindən nəzarət olunur. Əgər malların faktiki fəaliyyət göstərilən yerə deyil, digər ünvanlara çatdırılması müəyyen edildikdə, həmin şirkətlərin karqo fəaliyyəti ilə məşğul olması şübhəsi yaranır ve barəsinde riski vergi ödəyicisi kimi operativ vergi nəzarət tədbirləri həyata keçirilir. Qeyd edilən cəmiyyətlərin üçüncü şəxsiər üçün mal idxal etməsi ilə bağlı şübhələr yarandığı üçün "xxxx" və "xxxx" MMC-də yoxlama tədbiriəri həyata keçirilmiş, lakin, hər hansı bir nöqsan aşkar olunmamışdır. Qeyd olunan MMC-lər gətirdikləri malların içərisində üçüncü şəxsə gətiriıən malların olması şübhəsi olduğu üçün saxlanılaraq yoxlanılmış və həmin mallar vergi əməkdaşının müşayiəti ilə anbara boşalmışdır. Yoxlamanın aparılması bir qədər vaxt aparır. Şirkətlər tərəfindən idxal olunan mallar hər bir halda postdan buraxılmalıdır. Sadəcə həmin şirkətlərin üçüncü şəxslər üçün mal idxal etməsi şübhəsi yarandıqda mallar postdan buraxılır və onlar barəsində operativ vergi nəzarət tədbiri həyata keçirilir. Yoxlama zamanı nöqsan aşkar edildikdə həmin şirkətlər cərimələnir. Qeyd olunan şirkətlərin malları vergi orqanı əməkdaşlarının müşayiəti ilə postdan buraxılmış və qərar əsasında həmin şirkətlərdə yoxlamalar aparılmışdır. Onun Təqsirləndirilən şəxs vətəndaşlarla arasında hər hansı danışıq olmasından, onlardan pul almasından məlumatı olmamışdır. "xxxx" və "xxxx" MMC-lər barəsində operativ vergi nəzarət tədbiri həyata keçirilmiş və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Həmçinin maşınların saxlanılaraq buraxılması məsələsi onun vəzifə səlahiyyətlərinə aid olmadığı üçün o, bu məsələdən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sarabsi-Əzizbəyov Hüseyn-Qulu Azər oğlu digər Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2004-2009-cu illərdə Sumqayıt kommunikasiya qovşağında şöbə rəisi, 2009-2013-cü illərdə Saatlı rayonu kommunikasiya qovşağının rəisi, 2013-2021-ci illərdə fərdi sahibkarlıqla məşğul olmaqla "xxxx" MMC-nin direktoru olmuşdur. Kafel ve şüşə məhsullannın idxalı ve satışı ilə məşğul olmuşdur. "xxxx" MMC ve “İSEL A" MMC-lərin direktoru olmuş Məhəd adlı şəxsi Sumqayıt şəhərində işlədiyi müddətdən tanıyır. Qeyd olunan cəmiyyətlərin də İdxal və satışla məşğul olduqlarını bilirdim. Təxminen 2021-ci ilin sentyabr ayının axırlarında, Bakı Baş Gömrük İdarəsində olduğu zaman Məhədlə rastlaşmışdır. Məhəd ona idxal etdikləri məhsulları gətirən avtomobilin vergi əməkdaşları tərəfindən saxlanıldığını bildirərək xidməti otağına daxil olmuşdur. Bir qədər sonra Məhəd tanışı ilə İdarəyə yaxınlaşıb çıxdıqdan sonra ona işlərinin Hüseynağa adlı şəxsin köməkliyi ilə həll olunduğunu bildirmişdir. O da Hüseynağanı broker-makler kimi tanıdığını ona xəbər vermişdir. Elə həmin gün o, Gömrük idarəsinin bayırında olduğum zaman Məhəd artıq maşının buraxıldığını bildirərək ona 2000 manat pulu verərək Hüseynağaya çatdırmağını xahiş etmiş o da ondan həmin məbləğin hansı məqsədlə verdiyini soruşmamışdır çünki, ona maraqlı deyildi. Bundan bir neçə gün sonra Məhəd ona zəng etmişdir ki, Hüseynağa ilə aralarında narazılıq yarandığını bildirərək, nömrəsi onlarda olmadığı üçün ondan xahiş etmişdirlər ki, ona verilən məbləği geri qaytarmağını tələb etdikləri barədə Hüseynağaya məlumat versin. Sonradan ona məlum olmuşdur ki, Hüseynağa onların 25 və 28 sentyabr 2021-ci il tarixlərdə saxlanılmış maşınların buraxdırılması müqabilində hər birinə görə 2000 manat pul almış, o da Hüseynağaya zəng edib Məhədgilin pulunu geri qaytarılması barədə xəbərdarlıq etmişdir (cild 01, iş vər. 197-199). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktorları tərəfındən verilmiş 20 sentyabr və 04 oktyabr 2021-ci il tarixli etibarnamələrdən görünür ki, Zərərçəkmiş şəxs həmin MMC-in nümayəndəsi qismində dövlət və qeyri-dövlət orqan, müəssisə və təşkilatlarda, məhkəmə orqanlarmda, notariat kontorlarda, vergi, maliyyə, banklarda, Gömrük komitəsində, Dəmir yolu QSC-də müəssisəni təmsil etməklə müqavilələrin bağlanmasma, ərizələr yazmağa, imza etməyi, sərəncam verməyi, ümumiyyətlə müəssisələrə aid bütün səlahiyyətlərdən istifadə etmək hüququ verilmişdir (cild 01, iş vər. 24-25). İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqmda qərarlardan görünür ki, qeyd olunan müddətlərdə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdə riskli vergi ödəyicisi qismində vergi yoxlamaları aparılmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli “Xronometraj metodu ilə müşahidə aparılması” haqqında qərardan da görünür ki, "xxxx" MMC-də yoxlamalar aparılmış, yoxlamalarm əhatə etdiyi dövr ərzində nöqsanlarm aşkar edilməməsi barədə müvafıq aktlar tərtib edilmişdir (cild 01, iş vər. 93-130). İşdə olan Zərərçəkmiş şəxs araşdırma zamanı təqdim etdiyi Kapital Bank” ASC-yə məxsus istifadəsində olan 416974******3957 nömrəli plastik kart hesabmdan 02 vərəqdən ibarət çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin kart hesabma xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, 1.000 manat və 500 manat, ümumilikdə 3.650 manat ‘‘Million” terminalı vasitəsi ilə mədaxil edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi hesabdan çıxarışdan müəyyən olunmuşdur ki, vergi xidməti tərəfmdən "xxxx" MMC və "xxxx" MMC- lərə məxsus saxlanılmış mallarm 25 və 28 sentyabr 2021-ci il tarixlərdə buraxılması müqabilində Təqsirləndirilən şəxs hər maşma görə verdiyi 2.000 manat, ümumilikdə 4.000 manat məbləğdən sonuncu tərəfındən C.lslamovun istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik bank kartı hesabma 3.650 manat qaytarılmışdır (cild 01, iş vər. 131-132, 171). İşdə olan Zərərçəkmiş şəxs 25,05.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfmdən ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı şikayət və tələbi yoxdur (cild 01, iş vər. 140). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 173). İşdə olan Yasamal rayonu İcra Hakimiyyətinin 43 saylı MKİS-nin arayışlarıdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu L.Tolstoy küçəsi dalan 5 ev 3-də qeydiyyatda olmaqla yaşayır, onunla bərabər həmin ünvanda həyat yoldaşı 1984-cü il təvəllüdlü X4, 2002-ci il təvəllüdlü oğlu X2 və 2004-cü il təvəllüdlü qızı X1 yaşayırlar (cild

01. İş vər. 168-169). İşdə olan Yasamal rayonu İcra Hakimiyyətinin 43 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Yasamal rayonu, L.Tolstoy küçəsi dalan 5, ev 3-də qeydiyyatda olan və yaşayan, xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş, ali təhsilli, evli, azərbaycanlı Təqsirləndirilən şəxs haqqmda Yasamal rayonu 43 saylı MKİSnə heç bir şikayət daxil olmamışdır(cild 01. İş vər. 170). İşə əlavə olunmuş "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarma dair 1 ədəd CD diskə baxış keçirilməsi haqqmda 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 8 ədəd “SMS Tarixçəsi”, 4 ədəd “Zənglərin_Detallaşması” və 4 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri” faylları mövcuddur.Həmin fayllara baxış “SMS_Tarixçəsi___ **********0519______552219160” adlı faylda ********** nömrəli abunəçi ilə ********** nömrəli abunəçi arasmda xx.xx.2021-ci il tarixdə 16:14:41 1.**********83 1.**********60 “Elisi imçanin varsa burax şofer artiq davaya çaqirir xahiş ediräm” xx-xx-2021 16:14:43 xx-xx-2021 16:14:43 1.**********83 1.**********60 “bunu bir yerä boşaldim räd edim xahiş ediräm cavid” xx-xx-2021 16:18:27 xx-xx-2021 16:18:27 1.1.**********83 1.1.**********60 “Bir kälmä danişim onda adboy ver qardaş” xx-xx-2021 16:54:22 xx-xx-2021 16:54:23 1.1.**********83 1.1.**********60 “Qardaş bu turk şoferi mali tötur yerä xahiş ediräm çömäklik et alla” xx-xx-2021 16:54:23 xx-xx-2021 16:54:23 1.1.**********83 1.1.**********60 “ha xatir qurana xatir bu adamda xästädi”. Baxış zamanı eyni məzmunlu sms yazışmalar Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəli mobil nömrənin sms məlumatlarmda da öz əksini tapmışdır. Qeyd olunan yazışmalarm mətnindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Şahid1 "xxxx" MMC-nin idxal edilmiş və saxlanılmış mallarmı gətirən avtomobilin buraxdırılmasmı xahiş edir. Baxış zamanı, “SMS_Tarixçəsi_**********0610 553631683” adlı faylda ********** nömrəli abunəçi ilə ********** nömrəli abunəçi arasmda xx-xx-2021 22:46:01 1.1.**********83 1.1.**********58 “Qardaş bir bax pul cäldi ya yox” yazışmalar aşkar olunmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ********** nömrəli mobil nömrəyə pulun çatıbçıtmamasmı soruşur, yəni, Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarmaq istədiyi üçün Cİslamov ona "xxxx" ASC-yə məxsus bank kartmm foto şəklini göndərdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu sonuncunun bank kartına “Million” terminalı vasitəsi ilə qaytarmışdır (cild 01, iş vər. 177-185). İstintaq materiallarma əlavə edilmiş, **********3647, **********2289, **********7010 və **********2653 nömrəli gömrük bəyannamələrindən görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsı olduğu "xxxx" və aİsel A” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfmdən idxal olunan xırdavat malları Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçmişdir (cild 01, iş vər. 250-253). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 01, iş vər. 291-293). İşdə olan “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Kamil Əkbərovun 13 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 305-307). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd sənəd və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etməklə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4,312.2-ci maddələri tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli təqsirli bilinərək Qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona müvafiq qaydada cəza təyin edilməlidir. CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməl Təqsirləndirilən şəxs münasibətdə vəzifə səlahiyyətlərindən istifadə ilə əlaqədar olduğundan Təqsirləndirilən şəxs barəsində CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 291-293-ci və 305-307-ci vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Kamil Əkbərovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, məhkumluğunun olmaması, müsbət xarakterizə olunması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.13 və 59.2-ci madələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, iş üzrə vurulmuş maddi ziyanın tam olaraq təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi və yuxarıda sadalanan cəzanı yüngəlləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə Təqsirləndirilən şəxs tərəfindən çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut: "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarma dair 1 ədəd CD disk və "xxxx" ASC-yə məxsus bank kartınm çıxarışı cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, və 32.4,312.2-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş əsas, azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübutlar: "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarma dair 1 ədəd CD disk və "xxxx" ASC-yə məxsus bank kartınm çıxarışı hazırki cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar