Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1737/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X9 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 512,993 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,209 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 11,784 qram, ümumi təmiz çəkiləri 12,993 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki “Royal Market”in arxasınadək daşımaqla tanışı Şahid1 60 manata satmış, həmin tarixdə saat 19:30 radələrində özünü şübhəli aparan Şahid1 Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirildikdə əynindəki gödəkçəsınin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 1,209 qram, idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sandıqçasındakı kibrit qutusundan isə təmiz çəkisi 11,784 qram, ümumi təmiz çəkiləri 12,993 qram olan həmin narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 23:00-da Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ 14-cü PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının arxa cibindən Şahid1 satdığı 12,993 qram narkotik vasitə qurudulmuş marixuanaya görə əldə etdiyi 60 manat aşkar edilərək götürülmüş, əməliyyat-istintaq tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 11 radələrində, yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 93 ünvanında keçirilən axtarış zaman qarajının sol tərəfindəki taxta konstruksiyanın altından 1 ədəd sellofan torbada olan külli miqdarda təmiz çəkisi 500,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun illərdir ki, narkotik vasitələrin istifadəçisi olmuşdur. O, marixuananı evdə 3 ədəd dibçəkdə əkib-becərmiş, həmin narkotik vasitəni özünün istifadə etməsi məqsədi ilə əkmişdir. Belə ki, o, 27 ildir narkotik vasitələrin istifadəçisidir. İlkin onun iş yoldaşı olmuş, onun narkotik vasitə əkməsindən heç kimin məlumatı olmamış, söhbət zamanı İlkin ona narkotik istifadəçisi olduğunu bildirmişdir. O da bir qutu qurudulmuş marixuananı İlkinə 60 manata satmışdır. Evindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşlarının onun hədələməsi ilə əlaqədar həmin bükümü üzərinə götürmək məcburiyyətdə qalmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlkinlə Maştağada parnikdə işləyən zaman tanış olmuşdur. O, çətənə bitkisini dibçəkdə yetişdirmiş, çətənə kolu dibçəkdə olanda il boyu qurumur və iki aya məhsul verir. Onun özündə 5-6 qutu qurudulmuş marixuana olmuş, həmin qutunun birini İlkinə 60 manata satmışdır. İlkin ondan əvvəl tutulmuş, tutulduqdan sonra narkotik vasitəni ondan aldığını bildirmişdir. Polis əməkdaşları evinə baxış keçirəndə evdə bir qutu da narkotik vasitə olmuşdur. O, başqa heç kimə narkotik vasitə satmamışdır. Birinci dəfə İlkinə narkotik vasitə satmışdır. O, evli deyil, uşağı yoxdur. Tək yaşadığı üçün çətənə bitkisi əkməsindən heç kimin xəbəri olmamışdır. Evdən aşkar olunmuş qutuda 11 qram narkotik vasitə olduğu yazılsa da, əslində cəmi 5 qram narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, həmçinin satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi ərazidə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, həmin şəxs onlardan uzaqlaşmağa çalışmış, bu hal onlarda daha da şübhə oyatdığı üçün həmin şəxsi şöbəyə dəvət etmişlər. Həmin İlkin adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilmiş və o, aşkar edilmiş narkotik vasitəni Zaur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra daha bir əməliyyat tədbiri keçirilmiş və Zaur adlı şəxs də onların tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin satışından əldə edilmiş pul vəsaiti, yaşadığı mənzildən isə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanmasında, şəxsi axtarış və mənzilinə baxış keçirilməsində iştirak etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 digər Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, saxlananadək Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin əməkdaşları olan Şahid2 və ya Şahid3 tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsilli və subaydır, işləmir, Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 5 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Narkotik aludəçisidir, 2023-cü ilin payızından narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, marixuananı Bakı şəhərinin müxtəlif ərazilərindən alır. Təqsirləndirilən şəxs 2022-ci ildən tanıyır, eyni şirkətdə o, avtokar sürmüş, Təqsirləndirilən şəxs isə qablaşdırma işi görmüş, mehriban münasibətləri yaranmış, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2023-cü ilin əvvəllərindən hər ikisi həmin şirkətdən işdən çıxmışlar. Hərdən Zaurla telefonda əlaqə saxlamışlar, Zaur da onun kimi marixuana istifadə etmişdir. Bir neçə dəfə Zaurla birgə marixuana çəkmiş, lakin Zaurdan cəmi 1 dəfə, yəni xx.xx.2024-cü il tarixdə marixuana almışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə marixuana çəkmək istəsə də, tapa bilmədiyini görüb saat 15 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindən Zaurun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, marixuana çəkmək istəyir, lakin tapa bilmir. Zaur da təşkil edə biləcəyini, lakin 15-20 dəqiqəyə dəqiq cavab deyəcəyini bildirmişdir. O, Zaurdan cavab çıxmadığını görüb saat 15:30 radələrində Zauru təkrarən yığmış, Zaur bildirmişdir ki, özü onu yığacaq. Zaur onu yığmadığından 10 dəqiqə sonra Zauru təkrar yığmış, Zaur marixuana təşkil edə biləcəyini demişdir. Son dövrlər marixuananı tapmaq çətin olduğundan Zaurdan 2 büküm təşkil etməsini xahiş etmiş, Zaur 2 bükümü 60 manata təklif etmiş, o, razılaşdıqdan sonra Zaur hazır olanda xəbər verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zaur ona zəng vuraraq 2 büküm marixuananın hazır olduğunu, saat 19:00-da onu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki “Royal” marketin arxasında gözləyəcəyini demişdir. Onun üçün Mərdəkan qəsəbəsindən avtomobilsiz getmək uzaq və marixuana aldıqdan sonra avtomobilsiz qayıtmaq təhlükəli olduğundan dostu Şirxan Təmirovdan “Hyundai” markalı, “Accent" modelli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürərək saat 19 radələrində Maştağa qəsəbəsi, Məmmədyarov dairəsindəki “Royal” marketin arxasında olmuşdur. Zaur da görüşə tək gəlmiş, Zaurla salamlaşıb hal-əhval tutduqdan sonra Zaur avtomobilə oturmuş, avtomobildə ona 1 ədəd şəffaf sellofana bükülmüş və 1 ədəd kibrit qutusunda olan marixuanaları vermiş, sellofandakı marixuananın köhnə partiyadan olduğunu, ondan daha qalmadığını, kibrit qutusunda olan marixuanadan istəsə ondan olduğunu demişdir. Şəffaf sellofanda olan marixuana kibrit qutusunda olan marixuanadan az olduğundan qərara gəlmişdir ki, ilk öncə sellofanda olanı çəksin. Odur ki, sellofanda olan marixuananı əynindəki gödəkçəsinin sağ yan cibinə, kibrit qutusunda olan marixuananı isə idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sandıqçasına qoymuşdur. O, Zaura 2 ədəd 10 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinazları, cəmi 60 manat nağd pul vermiş, bir qədər söhbət etdikdən sonra Zaur onunla sağollaşaraq piyada getmişdir. O, düşünmüşdür ki, cibindəki marixuananı sakit yerdə çəksin. Odur ki, avtomobillə Maştağa qəsəbəsində fırlanaraq sakit yer axtarmağa başlamış, saat 19:30 radələrində Maştağa qəsəbəsi Xanlar yeni yaşayış massivində, heç kimin olmadığı yerdə avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. O, cibindəki sellofanda olan marixuananı çıxararkən sonradan adlarını bildiyi Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin əməkdaşları olan Şahid2 və Şahid3 görmüş və dərhal sellofanı cibinə qoymuşdur. Səhv etmirsə Şahid2 və Şahid3 onun sellofanı çıxarmasını görmüş və dərhal ona yaxınlaşaraq Sabunçu RPİ CAŞ-ın əməkdaşları olmalarını bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Cibində marixuana olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polislərə əhəmiyyət verməyərək avtomobilə minmək istəyərkən Şahid2 və Şahid3 qarşısına keçərək ondan kimliyi barədə soruşmuşlar. O, əhəmiyyət verməyib yenidən polis əməkdaşlarından uzaqlaşmaq istəyərkən Şahid2 və Şahid3 onu Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda marixuanaları tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar. O, avtomobili özü idarə etmiş, Şahid2 avtomobildə arxada, Şahid3 isə qarşıda oturmuşlar. 14cü PŞ-nın inzibati binasına gəlmişlər, Kərim Avdullayevin göstərişi ilə avtomobilini binanın həyətində saxlamış, qapılarını bağlayaraq açarını növbətçi hissəyə vermişdir. 14-cü PŞ-də X3 tərəfindən ona özünün siyahıdan seçdiyi vəkil Fikrət Məmmədov təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş, bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, videoçəkilişlə axtarış aparılmasına etiraz etməmiş, lakin vəkilin iştirakından imtina etmiş və bu barədə ərizə yazmışdır. X1 xidməti otağında videogörüntü ilə üzərinə keçirilən baxış zamanı X3 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, o, etirazının olmadığını demişdir. X3 üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini istəmişdir. O, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü və gödəkcəsinin sol yan cibindən “Samsung A11” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilməmişdir. X3 tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş ot kütləsi “nəşə”dir, Maştağa qəsəbəsində yaşayan, evini tanıdığı Zaur adlı tanışından almış, Zaurla telefon əlaqəsi yaratmaqla əlaqə saxlamış, “nəşə”ni Zaurdan Zaurun təyin etdiyi məkanda görüşərək şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildədir, həmin bükümü də təqdim edə bilər. Onun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi marixuana və bir ədəd “Samsung A11” markalı mobil telefon X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o və şəxsi axtarışında iştirak edən şəxslər zərfi imzalamışlar. Bundan sonra üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmiş, o və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolu imzalamışlar. Bundan sonra, 14-cü PŞ-nin həyətində saxladığı “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə X3 tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. X3 avtomobildə olan narkotik vasitəni təqdim etməsini bildirmiş, o, avtomobilə qabaq sağ qapıdan yaxınlaşaraq qapını açmış, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirmişdir. X3 sandıqçanı açmış, içərisindən onun qoyduğu kibrit qutusunu götürərək açarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, kibrit qutusundakı ot kütləsi “nəşə”dir, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobildən götürülmüş “nəşə”ləri tanışı Zaurdan almış, avtomobildə gəzdirməsinin səbəbi isə daha sonra istifadə etməsi ilə bağlı olmuşdur. Daha sonra idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heç nə aşkar edilməmişdir. Avtomobildən aşkar olunmuş ot kütləsi X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o və axtarışda iştirak edən şəxslər zərfi imzalamışlar. Bundan sonra avtomobildə aparılan axtarış barədə protokol tərtib edilmiş, o və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. (cild İ, i/v: 107-110) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şahid1 və ya Təqsirləndirilən şəxs tanımamış, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2lə birgə Sabunçu RPİ 14-cü PŞ-nin inzibati ərazisində, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsində xidmət aparmışlar. Həmin tarixdə saat 19:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində heç kimin olmadığı qaranlıq yerdə, yolun kənarında “Hyundai” markalı, “Accent” modelli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobilin sükan arxasında oturan, sonradan adını bildikləri sürücü Şahid1 avtomobildən düşərək ətrafa boylandığını görmüşlər. Şahid1 hərəkətləri diqqətlərini cəlb etdiyindən Şahid2lə birgə Şahid1 yaxınlaşmışlar, Şahid1 avtomobildə tək olmuşdur, Şahid1 onları görən kimi avtomobilinə tərəf getmiş, Şahid1 onlardan yayınması şübhə oyatdığından ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, Şahid2lə birgə Şahid1 anket məlumatlarını soruşmuş, İlkin onlara əhəmiyyət verməyərək yolun kənarında saxladığı “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmək istəmişdir. O, Şahid2lə birgə Şahid1 qarşısına keçərək ilkindən kimliyi barədə soruşmuşlar. Onlara əhəmiyyət verməyib yenidən sükan arxasına oturmaq istəyərkən Şahid1 və ya sonuncunun avtomobilində qanunsuz əşya ola biləcəyindən şübhələnərək Şahid1 Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. Şahid1 etiraz etmədən onlarla birgə 14-cü Polis şöbəsinə getmişdir. Avtomobili Şahid1 idarə etmiş, o, avtomobildə qarşıda oturmuş, Şahid2 isə arxa oturacağa minmişdir. 14-cü PŞ-nin inzibati binasına gəlmişlər, həmkarı Şahid2 göstərişi ilə Şahid1 avtomobili inzibati binanın həyətində saxlamış, qapılarını bağlayaraq açarını növbətçi hissəyə təhvil vermişdir. O, həmçinin əməliyyat müvəkkili Şahid2, saxlanılan Şahid1 PŞ-yə gətirilməsi barədə 14-cü PŞ rəhbərliyinə raportla məruzə etmiş, bu barədə araşdırmanın aparılması X3ə həvalə edilmişdir, Şahid1 PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şahid1 tutulan andan X3 tərəfindən hüquqları izah olunmuş, müdafiəçi Fikrət Məmmədovla təmin edilmişdir. PŞ-də olarkən artıq Şahid1 üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Şahid1 öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan 14-cü PŞ-nin inzibati binasında X1 xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Şahid1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən X3 saxlanılan Şahid1 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Şahid1 etirazının olmadığını demişdir. X3 saxlanılan Şahid1 üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Şahid1 əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü və gödəkcəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Şahid1 üzərində şəxsi axtarışı aparılsa da, üzərindən başqa heç nə aşkar edilməmişdir. X3 tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, üzərindən aşkar edilmiş ot kütləsi “nəşə”dir, Maştağa qəsəbəsində yaşayan, evini tanıdığı Zaur adlı tanışı ilə telefon əlaqəsi yaradıb sonuncunun təyin etdiyi məkanda görüşərək “nəşə”ni şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi avtomobildədir, həmin bükümü də təqdim edə bilər. Şahid1 masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm və “Samsung” markalı mobil telefonu X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. O, Şahid2 və Şahid1 zərfi imzalamışlar. Bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Daha sonra 14-cü PŞ-nin inzibati binasının həyətində onun, əməliyyat müvəkkili Şahid2 və saxlanılan Şahid1 iştirakı ilə X3 tərəfindən videoçəkilişdən istifadə edilməklə Şahid1 idarə etdiyi “Hyundai” markalı, “Accent” modelli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılmışdır, ilk öncə X3 Şahid1 saxlanılması və şəxsi axtarışı barədə məlumat vermiş, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsinin avtomobilində saxlanılması barədə dediklərini Şahid1 xatırlatmış, sonuncu bu kimi məlumat verməsini təsdiqləmişdir. X3 avtomobildə videoçəkilişlə vəkilin iştirakı olmadan axtarış aparılacağını demiş, Şahid1 heç bir etirazının olmadığını bildirmişdir. X3 saxlanılan Şahid1 idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan narkotik vasitəni təqdim etməsini istəmişdir, Şahid1 “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq sağ qapıdan yaxınlaşaraq qapını açmış, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirmişdir. X3 tərəfindən sandıqca açılan zaman içərisində kibrit qutusunun olması müəyyən edilmiş, X3 kibrit qutusunu açarkən içərisindən ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, kibrit qutusundakı ot kütləsi “nəşə”dir, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobilindən götürülmüş “nəşə”ləri Zaur adlı tanışından almış, avtomobilində gəzdirməsinə səbəb istifadə edəcəyi olmuşdur. Daha sonra Şahid1 özünün iştirakı ilə idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heç nə aşkar edilməmişdir. Şahid1 idarə etdiyi avtomobildən aşkar olunmuş ot kütləsi X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, Şahid2 və saxlanılan Şahid1 zərfi imzalamışlar. Bunlar barəsində protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-ın əməliyyat müvəkkili Şahid4 icraatına daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması, daşınması və satışı ilə məşğul olur. Bununla əlaqədar Sabunçu RPİ-də əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid4la birgə o da daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid4la birgə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 23 radələrində onun və CAŞ-ın əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 14-cü PŞ-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 14-cü PŞ-nin təhqiqatçısı Samir Allahverdiyevə tapşırılmışdır. 14-cü PŞ-də olarkən ona məlum olmuşdur ki, həmin tarixdə saat 19:30 radələrində CAŞ-ın əməliyyat müvəkkili Şahid2lə birgə şübhəli şəxs qismində PŞ-yə gətirdikləri Şahid1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş marixuana olması etimal edilən ot kütləsini Şahid1 Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs tutulan andan ona X3 tərəfindən hüquqları izah olunmuş, özünün siyahıdan seçdiyi müdafiəçi İntiqam Həsənovla təmin edilmişdir. Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan 14-cü PŞ-nin inzibati binasında X1 xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı X3 PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verərək Təqsirləndirilən şəxs bildirmişdir ki, Sabunçu RPİ CAŞ-ın əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərindən və avtomobilindən narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərkən Şahid1 bildirmişdir ki, narkotik vasitəni Zaur adlı tanışından almışdır. Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmasını təsdiqləmişdir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibindən kağız pul, gödəkçəsinin sağ yan cibindən isə mobil telefon çıxardaraq masanın üzərinə qoymuşdur. X3 həmin pulları sayarkən 60 manat, yəni 2 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazlarının olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 narkotik vasitəni 60 manata satmış, həmin narkotik vasitəni yay fəslində, dipçək qablarda həyətində əkərək yetişdirmiş, üzərindən aşkar edilən 60 manat Şahid1 satdığı narkotikin puludur, Şahid1la telefon vasitəsi ilə əlaqə saxlamış, narkotik satarkən Maştağa qəsəbəsində üz-üzə görüşmüşlər. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 60 manat və mobil telefonu X3 tərəfindən ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərflər möhürlənmişdir. O, Şahid4 və Təqsirləndirilən şəxs zərfləri imzalamışlar. Təqsirləndirilən şəxs şəxsi axtarışı barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, X7, əməliyyat müvəkkili Şahid4 və saxlanılan şəxs Təqsirləndirilən şəxs sonuncunun təqdim etdiyi evə, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 93 ünvana getmişlər. X7 saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən evində narkotik vasitə olması barədə göstərdiyi məlumatla əlaqədar qəbul edilmiş qərar əsasında evində videoçəkilişlə axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan evində axtarış aparılmasına dair ərizə verdiyini təsdiqləmiş, axtarışa etiraz etmədiyini demişdir. X7 saxlanılan Təqsirləndirilən şəxs təklif etmişdir ki, narkotik vasitə marixuananı saxladığı yeri göstərsin. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 93 ünvanın giriş qapısını, qapının üst tərəfində quraşdırılmış işıq sayğacı qutusunun üstündən götürdüyü açarla açaraq evinin həyətinə daxil olmuşdur. Həmin ev iki mərtəbəli olmaqla ev küçə hasarının üzərində tikildiyindən evə giriş bir başa evin 1-ci mərtəbəsindən başlanmışdır. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sol tərəfdəki qarajda, qarajın sol küncündəki taxta konstruksiyanın altında saxladığı, üzərində “Azza” yazısı olan 1 ədəd ağ sellofandakı bükümü təqdim etmişdir. Həmin büküm qarajda olan masanın üzərinə qoyulmuş, büküm açılarkən içərisindən qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi ot kütləsi “nəşə”dir, yəni marixuanadır, özünün istifadəsi üçün həyətində becərmişdir, özü istifadə edir, cəmi bir dəfə satmışdır. Həmin ot kütləsi yığılan 1 ədəd sellofan zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Bundan sonra evdə axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Daha sonra evin həyətində aparılan axtarış zamanı həyətdəki torpaq sahəsində hər hansı bir bitkinin əkilib becərilməsi əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs evində axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, o, Şahid4 və Təqsirləndirilən şəxs tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. (cild İ, i/v: 196-200) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahid ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsini təqdim etmişdir. (cild İ, i/v: 23-24) - “Avtomobildə axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 avtomobilinin salonunda saxlanc yerində 01 ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər ot kütləsini təqdim etmişdir. (cild İ, i/v: 27-28) - “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 şəxsi axtarış və götürməsinin videogörüntülərinin qeydə alındığı “DVD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Şahid1 polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Şahid1 özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ 14-cü PŞ-nin təhqiqatçısı Samir Allahverdiyev PŞ-yə gətirilmiş Şahid1 saxlanılması ilə bağlı məlumat verir. X3 saxlanılan Şahid1 üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir, Şahid1 əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ şəffaf sellofana bükülmüş bükümü və gödəkcəsinin sol yan cibindən bir ədəd qara rəngli “Samsung A11” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Şahid1 üzərinə şəxsi axtarışı aparılsa da, üzərindən başqa heçnə aşkar edilmir. X3 tərəfindən büküm açılarkən içərisindən ot kütləsi aşkar olunur. Sorğu zamanı Şahid1 bildirir ki, üzərindən aşkar edilmiş ot kütləsi “nəşə”dir, Maştağa qəsəbəsində yaşayan, evini belə tanıdığı Zaur adlı tanışı ilə telefon əlaqəsi yaradıb sonuncunun təyin etdiyi məkanda görüşərək “nəşə”ni şəxsi istifadəsi üçün 60 manata almış, Zaurdan aldığı digər büküm isə idarə etdiyi avtomobildədir, həmin bükümü də təqdim edə bilər, Şahid1 masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm və bir ədəd qara rəngli “Samsung A11” markalı mobil telefon X3 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Şahid1 və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. (cild İ, i/v: 187-188) - “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 idarə etdiyi “Hyundai” markalı avtomobilə axtarış və götürmənin videogörüntülərinin qeydə alındığı “DVD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkiliş zamanı əvvəlcə polis əməkdaşları, daha sonra Şahid1 özlərini təqdim edirlər. Bundan sonra 14-cü PŞ-nin təhqiqatçısı Samir Allahverdiyev PŞ-yə gətirilmiş Şahid1 saxlanılması və şəxsi axtarışı barədə məlumat verir, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsinin avtomobilində saxlanılması barədə dediklərini Şahid1 xatırladır, sonuncu bu kimi məlumat verməsini təsdiqləyir. X2 avtomobilində videoçəkilişlə vəkilin iştirakı olmadan axtarış aparılacağını deyir, Şahid1 heç bir etirazının olmadığını bildirir. X3 saxlanılan Şahid1 idarə etdiyi “Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan narkotik vasitəni təqdim etməsini bildirir. Saxlanılan Şahid1 "Hyundai” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq sağ qapıdan yaxınlaşaraq qapını açır, qabaq sağ tərəfdəki sandıqçanı göstərərək narkotik vasitəni orada saxladığını bildirir. X3 tərəfindən sandıqca açılan zaman içərisində kibrit qutusu aşkar olunur. X3 kibrit qutusunu götürərək qutunu açarkən içərisindən ot kütləsi aşkar olunur. Sorğu zamanı Şahid1 bildirir ki, kibrit qutusundakı ot kütləsi “nəşə”dir, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş və hazırda avtomobilindən götürülmüş “nəşə”dən Zaur adlı tanışından almışdır, avtomobilində gəzdirməsinə səbəb istifadə edəcəyi olmuşdur. Daha sonra Şahid1 özünün iştirakı ilə idarə etdiyi avtomobildə axtarış keçirilsə də, başqa heç nə aşkar edilmir, Şahid1 idarə etdiyi avtomobildən aşkar olunmuş ot kütləsi X3 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Şahid1 və axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. (cild İ, i/v: 190-191). - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli şalvarın arxa cibindən 02 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq əskinası təqdim edərək Şahid1 satdığı narkotik vasitənin pulu olduğunu bildirmişdir. (cild İ, i/v: 69-70) - “Axtarış və götürmə aparılması haqqında” 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, B.Bağırov küçəsi, ev 93 ünvanında axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarajın sol küncündəki taxta konstruksiyanın altında saxladığı 1 ədəd üzərində “Azza” yazısı olan ağ sellofan bükümü təqdim etmişdir. (cild İ, i/v: 90-91) - “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntülərinin qeydə alındığı “DVD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 14-cü PŞ-nin təhqiqatçısı Samir Allahverdiyev PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verərək Təqsirləndirilən şəxs bildirir ki, Sabunçu RPİ CAŞ-ın əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərindən və avtomobilindən narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilərkən Şahid1 bildirmişdir ki, narkotik vasitəni Zaur adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmasını təsdiqləyir. X3 Təqsirləndirilən şəxs videoçəkilişlə, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını deyir, sonuncu etiraz etmədiyini bildirir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibindən kağız pul və gödəkçəsinin sağ yan cibindən mobil telefon çıxararaq masanın üzərinə qoyur. X3 həmin pulları sayarkən 60 manat, yəni 2 ədəd 20 manatlıq 2 ədəd isə 10 manatlıq pul əskinazlarının olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, Şahid1 narkotik vasitəni 60 manata satmış, həmin narkotik vasitəni yay fəslində, dipçək qablarda həyətində əkərək yetişdirmişdir. Üzərindən aşkar edilən 60 manat Şahid1 satdığı narkotikin puludur. Şahid1la telefon vasitəsi ilə əlaqə saxlamış, narkotik satarkən Maştağa qəsəbəsində üz-üzə görüşmüşlər. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi 60 manat və mobil telefonu X3 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. (cild İ, i/v: 158-159). - “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində axtarış və götürməsinin qeydə alındığı “DVD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, ev 93 ünvanda yerləşən evin qarşısında dayanan Təqsirləndirilən şəxs, Sabunçu RPİ CAŞ-ın əməliyyat müvəkkili Şahid4 və CAŞ-ın kiçik əməliyyat müvəkkilli X4 özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs bildirilir ki, şübhəli şəxs qismində ifadə verərkən evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə verdiyi məlumatla əlaqədar qəbul edilmiş qərar əsasında videoçəkilişlə evində axtarış aparılacaq, təklif olunur ki, narkotik vasitə marixuananı saxladığı yeri göstərsin. Təqsirləndirilən şəxs videoçəkilişlə, vəkilin iştirakı olmadan evində axtarış aparılmasına etirazının olmadığını deyir, Bakı şəhəri, Sabunçu rayonu, B.Bağırov küçəsi, ev 93 ünvanın giriş qapısını, qapının üst tərəfində quraşdırılmış işıq sayğacının qutusunun üstündən götürdüyü açarla açaraq evinin həyətinə daxil olur. Həmin ev iki mərtəbəli olmaqla ev küçə hasarının üzərində tikildiyindən evə giriş bir başa evin 1-ci mərtəbəsindən başlanır. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sol tərəfdəki qarajda, qarajın sol küncündəki taxta konstruksiyanın altında saxladığı 1 ədəd üzərində “Azza” yazısı olan ağ sellofandakı bükümü təqdim edir. Həmin büküm qarajda olan masanın üzərinə qoyularaq açılarkən içərisindən qurudulmuş ot kütləsi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi ot kütləsi “nəşə”dir, yəni marixuanadır, özünün istifadəsi üçün həyətində becərmişdir, özü istifadə edir, cəmi bir dəfə satmışdır. Həmin ot kütləsi yığılan sellofan 1 ədəd zərfdə qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən zərf imzalanır. Daha sonra evdə axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilmir. Bundan sonra evin həyətində aparılan axtarış zamanı evin həyətindəki torpaq sahəsində hər hansı bir bitkinin əkib-becərilməsi əlamətləri aşkar edilmir və bununla da çəkiliş sona çatır. (cild İ, i/v:161- 162) - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/171 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən aşkar edilmiş ot kütləsi...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,209 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 idarə etdiyi avtomobildən” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 11,784 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar öz aralarında fərqlənirlər. (i/v: 34-37) - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs .. yaşadığı ünvandan aşkar olunmuş...” yazı və imzalar olan zərfdə bir ədəd polietilen bağlamada təmiz çəkisi 500,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş marixuana ilə Şahid1 idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı marixuana öz aralarında eyni olub, Şahid1 üzərindən götürülmüş marixuanadan fərqlənirlər. (cild İ, i/v: 151-154). - Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-2489/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskdə, xx.xx.2024-cü il tarixdə saat 14:50:37-də, 15:16:36-da və 15:28:40-da Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəsinə zəng vuraraq müvafiq olaraq 65, 48 və 18 saniyə danışıq aparması, xx.xx.2024-cü il tarixdə saat 16:49:16-da isə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq 23 saniyə danışıq aparması əksini tapmışdır. (cild İ, i/v: 204-207). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 771 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild İ, i/v: 211-212). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs satdığı və Şahid1, həmçinin Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 512,993 qram təşkil etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı əldə edib özündə saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, Şahid1 həmin maddədən satması, bunun qarşılığında 60 manat məbləğində pul alması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin Şahid1 narkotik vasitəni satmasını etiraf etsə də, mənzilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuana ilə Şahid1 idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı marixuana öz aralarında eynidir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi həmin hissədə öz təsdiqini tapmamış və təqsirləndirilən şəxsin həmin ifadəsi satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı cinayət məsuliyyətindən yaxa qurtarmaq və daha yüngül maddə ilə məsuliyyətə cəlb olunmasına nail olmağa yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla və daşımaqla, həmçinin narkotik vasitəni satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 83-cü maddəsinin 4-cü hissəsi və 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 05 il 06 ay azadlıqdan məhrum edilmiş, Nərimanov rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 50-2 maddəsinə əsasən cəzasının çəkilməmiş 03 il 04 ay 19 gün müddətindən vaxtından əvvəl azad edilmişdir. (cild İ, i/v: 253-254). Bununla da Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi ifadələr verməsini və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 771 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 4 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı məsələnin Şahid1 təqsirləndirilməsinə dair cinayət işi üzrə həll ediləcəyi nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək cinayət işinin materiallarına əlavə edilmiş ümumilikdə 60 manat məbləğində pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 70 (yetmiş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 499,9 qram təşkil edən narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 4 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək cinayət işinin materiallarına əlavə edilmiş ümumilikdə 60 manat məbləğində pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülsün. İş üzrə məhkəmə məsrəfləri – 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1737/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1737/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver