Məhkəmə qərarları › İş №1(101)-1738/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1738/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1738/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1010,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla yaşadığı ünvan 2 ünvana daşıyaraq satış məqsədi ilə hissələrə bölüb həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 55,92 qram olan xeyli miqdarda hissəsini 01 ədəd şəffaf sellofana büküb üzərində gəzdirərək əynindəki açıq qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın qalan təmiz çəkisi 955,0 qram olan külli miqdarda hissəsini 01 ədəd sellofana büküb yaşadığı ünvan 2 ünvanda evin həyətyanı sahəsinin giriş hissəsində olan tövlənin giriş qapısının yanında gizlədərək satış məqsədi ilə saxlamış, 31 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq həmin idarənin yerləşdiyi ünvan 3 ünvandakı inzibati binaya gətirilmiş, həmin gün orada saat 20:10 radələrində xidməti otaqda dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə üzərində gizlədib saxladığı həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 55,92 qram olan hissəsi 01 ədəd şəffaf sellofana bükülmüş halda əynindəki açıq qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində xeyli miqdarda aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan sonra, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana onun, müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilərkən Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin giriş hissəsində olan tövlənin giriş qapısının yanında gizlədərək satış məqsədi ilə saxladığı həmin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalan 955,0 qram olan hissəsi 01 ədəd sellofana bükülmüş halda külli miqdarda aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, saxlandığı gün saat 15:00-da xalasıoğlu ilə birlikdə maaşını almaq məqsədilə “Qara Qarayev” metrostansiyasının yaxınlığında avtomobilini saxladıqdan sonra yolu qarşı tərəfə keçmiş, maaşını aldıqdan sonra yenidən avtomobilinə qayıdarkən 5 nəfər şəxs onun üzərinə hücum çəkmiş və əlinə qandal vurmuşlar. İttiham aktında qeyd edilənlər yalandır. Çünki onun üzərində 340 manat deyil, 600 manat pul olmuşdur. Həmçinin hadisə yerində 6 nəfər olmuşlar. Onlardan Anar və Arif adlı şəxslərin adlarını bilmişdir. Onu avtomobilə əyləşdirmişlər və onda narkotik vasitə olduğunu demişlər. O da marixuana olduğunu demişdir. Onlar Buzovna qəsəbəsinə gələrək marixuananı könüllü olaraq özü şəxsən təqdim etmişdir. Daha sonra isə Polis bölməsinə getmişlər. Onlar əvvəlcə razılıq əldə etməyə çalışsalar da alınmamışdır. Bu səbəbdən də yenidən avtomobilə əyləşərək Buzovna qəsəbəsinə evinə getmişlər. Orada polislər özləri narkotik vasitə çıxararaq bir yerə qoymuşlar. Ona çoxsaylı təzyiqlər etdikdən sonra videogörüntüdə öz üzərinə götürməyini tələb etmişlər. Onda olan narkotik vasitənin çəkisini xatırlamır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Manafov X6 polislərin adamı olan Vüsal adlı tanışı olduğunu, onun da həmin şəxsdən narkotik vasitə aldığını, təxminən 3-4 ildir ki, narkotik vasitədən istifadə etdiyini, 2013-cü ildə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunduğunu, Vüsalın da həbs edildiyini, polislərə təqdim etdiyi narkotik vasitəni Bakıxanov qəsəbəsindən tapdığını, narkotik vasitənin çəkisini bilmədiyini, saxlanıldığı an üzərinə baxış keçirildiyini, lakin üzərində qanunsuz əşya olmadığını, yaşadığı mənzildə 55 qram marixuananı özünün könüllü təqdim etdiyini, heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitənin çəkisi çox olsa da, onu satmaq niyyətinin olmadığını, öz istifadəsi üçün saxladığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrə olan ehtiyacını müxtəlif şəxslərdən pul müqabilində əldə edir. Sonuncu dəfə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və heç bir zaman üzünü görmədiyi şəxsdən şəxsi istifadəsi üçün 1 kiloqram narkotik vasitə qurudulmuş marixuana sifariş etmiş, həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə 1000 (min) manat göndərmiş, o, pulu göndərdikdən sonra həmin şəxs ona “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə həmin narkotik vasitə marixuananın olduğu yerin məkanını göndərmişdir. Göndərilən məkana baxan zaman narkotik vasitənin Sabunçu rayonu Bakıxanov qəsəbəsində olduğunu görmüşdür. O, həmin ünvana gedərək narkotik vasitəni götürmüş, narkotik vasitəni götürdükdən sonra yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Sifariş etdiyi narkotik vasitə qurudulmuş marixuananı yaşadığı həyət evinin həyətyanı sahəsində olan tövlədə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə o, narkotik vasitə qurudulmuş marixuanadan şəxsi istifadəsi üçün götürüb şəffaf sellofana qoymuş, həmin narkotik vasitə marixuananı yeni il günü istifadə etmək istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşmış, həmin şəxslər ona özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, həmin idarənin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilmiş, daha sonra ona 22 saylı Vəkil bürosunun siyahısı verilmiş, o, həmin siyahıya baxaraq əvvəllər tanımadığı və heç bir münasibəti olmayan müdafiəçi X3 hüquqlarını müdafiə etməsini istəmiş, seçdiyi vəkil idarəyə dəvət edilmiş, ona təqdim olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxardaraq masanın üzərinə qoysun. O, əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 340 manat pul, içərisində ***-***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefonu, siqaret qutusunu və həmin gödəkçənin sağ yan cibindən şəffaf sellofan paketi çıxardaraq masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi əşyalara baxış keçirilmiş, 340 manat pul, siqaret qutusu əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına şəffaf sellofan paketdə narkotik vasitə marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına yaşadığı evdə də şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra onun təqdim etdiyi şəffaf sellofan paketdə olan narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, o, həmin zərfi imzalamışdır. Polis idarəsində olan zaman ərizə yazaraq yaşadığı evdə baxış və götürmə aparılmasına etiraz etmədiyini bildirmiş, ərizə yazdıqdan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Onun yaşadığı ünvanın həyətində dayanmışlar. Videoçəkilişlə həyətyanı sahəyə baxış keçirilmişdir. O, həyətyanı sahəsində olan tövlənin qapısını açmış, ora qoyduğu sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin marixuananı qablaşdırmışlar. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan və polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman ona qarşı fiziki və ya psixi təsir olmamışdır. O, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsi tanımır. Onun anket məlumatlarını bilmir və heç vaxt onu görməmişdir. O, hər dəfə onunla müxtəlif xarici ölkəyə məxsus mobil nömrələrlə “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlamış, həmin nömrələri də narkotik vasitə aldıqdan sonra silmişdir. Bildirmişdir ki, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən sifariş etdiyi narkotik vasitə qurudulmuş marixuananın pulunu iranlının göndərdiyi hesab nömrəsinə ödəmə məntəqəsindən pul ödəməklə əldə etmişdir və həmin hesab nömrəsini hazırda xatırlamır. Qeyd etmişdir ki, pulu yadında qalmayan ünvandan ödəmişdir. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı heç kimə satmamışdır. O, narkotik vasitə sifariş edən zaman pulu yetərincə olduğu üçün həmin vaxt narkotik vasitəni bir kiloqram sifariş etmişdir. Qeyd etmişdir ki, hər dəfə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlamaq çətin olduğu üçün o, bir kiloqram sifariş etmişdir (cild 1, iş vərəqi 68-73). İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, protokoldakı imzaların və yazıların ona məxsus olduğunu, lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və hadisə yerinə yollanılmışdır. Şəxs Buzovna qəsəbəsində müəyyən edilərək saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Orada Tərxanın üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 büküm qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra məlum olmuşdur ki, onun yaşadığı evdə də narkotik vasitə var. Qrup üzvləri Tərxanın yaşadığı evə yollanmış, evin həyətyanı sahəsindən də 1 büküm qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Tərxan özü həmin narkotik vasitələri tapdığını, şəxsi istifadə və satış üçün saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Tərxana qarşı fiziki və psixi təzyiq göstərilmədiyini, şəxsin narkotiki bir müddət öncə Bakıxanov qəsəbəsindən tapdığını bildirdiyini göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 31 dekabr 2023-cü il tarixdə saat 18:00 dəqiqədə yaşadığı ünvan 1 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 7). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitəni təqdim edərək masanın üzərinə qoymuş, bundan başqa, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 340 (üç yüz qırx) manat pul, üzərində ***-***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər vasitə elektron tərəzidə çəkilmiş və onun çəkisi 64 (altmış dörd) qram olmuşdur. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 340 manat məbləğində pul və siqaret qutusu isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından istifadə etmək məqsədilə aldığını, yaşadığı fərdi evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir (cild 1, iş vərəqi 31-32). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur (cild 1, iş vərəqi 33). - evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin giriş hissəsində olan tövləyə giriş qapısının yanında olan sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 1 (bir) ədəd sellofan bağlamada spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunmuş, aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 1112 (bir min yüz on iki) qram olmuşdur. Daha sonra aşkar olunmuş vasitə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş vasitənin özünə məxsus olduğunu, həmin kütləni Bakıxanov qəsəbəsində yerdən tapdığını, istifadə etmək üçün saxladığını, satmaq məqsədinin olmadığını, onunla birlikdə həmin evdə kimsənin yaşamadığı, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 35-36). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/01 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 55,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən..." yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi 955,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 1010,92 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 42-46). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 58- 59). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdır. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə spesifik iyə malik açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 340 (üç yüz qırx) manat pul, üzərində ***-***-**-** mobil nömrəsi olan "Redmi" markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər vasitə elektron tərəzidə çəkilmiş və onun çəkisi 64 (altmış dörd) qram olmuşdur. Aşkar olunmuş qurudulmuş marixuanaya bənzər vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 340 manat məbləğində pul və siqaret qutusu isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından istifadə etmək məqsədilə aldığını, yaşadığı fərdi evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir (cild 1, iş vərəqi 93). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin giriş hissəsində olan tövləyə giriş qapısının yanında olan sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisində 1(bir) ədəd sellofan bağlamada spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 1112 (bir min yüz on iki) qram olmuşdur. Daha sonra aşkar olunmuş vasitə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş vasitənin özünə məxsus olduğunu, həmin kütləni Bakıxanov qəsəbəsində yerdən tapdığını, istifadə etmək üçün saxladığını, satmaq məqsədinin olmadığını, onunla birlikdə həmin evdə kimsənin yaşamadığı, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 94). - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(003)-1/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 95-97). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmamışdır (cild 1, iş vərəqi 98). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 109). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "Azercell” MMC-nin xx.xx.2024-cü il tarixli, 3220 nömrəli məktubu ilə daxil olmuş CD diskdə olan telefon məlumatlarına baxış keçirilmiş, baxış zamanı əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmamışdır (cild 1, iş vərəqi 111-146). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 175-176). - sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi 1010,92 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərinə şəxsi axtarış və evinə aparılmış baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1010,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına verilmiş, disklər cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 177-185). - cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın mənbəyinə dair ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cınayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi 186-187). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yalnız narkotik istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması, özünün polis əməkdaşları tərəfindən “Qara Qarayev” metrostansiyasının yaxınlığında saxlanılması, oradan birbaşa Buzovna qəsəbəsində yaşadığı evə gətirilməsi, orada saxladığı 55 qram narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etməsi, onda başqa narkotikin olmaması, ittiham aktında yazılan əlavə marixuananın ona məxsus olmaması, polisin təzyiqi nəticəsində həmin narkotiki də boynuna alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, onu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından istifadə etmək məqsədilə aldığını, yaşadığı fərdi evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş vasitənin özünə məxsus olduğunu, həmin kütləni Bakıxanov qəsəbəsində yerdən tapdığını, istifadə etmək üçün saxladığını, satmaq məqsədinin olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların ayrı-ayrı bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitə marixuananı məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona təzyiq göstərmələri barədə iddialarını əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ona göstərilmiş təzyiqlə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. İbtidai istintaq zamanı toplanmış sübutlarda isə ona hər hansı təzyiq göstərilməsi barədə təqsirləndirlən şəxs heç bir iddia irəli sürməmiş, əksinə saxlanılan zaman və sonralar polis əməkdaşlarının ona hər hansı təzyiq göstərmədiyini bildirmişdir. Ona görə də məhkəmə bu hissədə, habelə onun barəsində keçirilmiş istintaq hərəkətlərinin ardıcıllığı hissəsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürərək onları sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,206.3.2, 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə təyin edilmiş qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının 29 dekabr 2015-ci il tarixə çəkilməmiş 4 (dörd) il 5 (beş) ay 12 (on iki) gün hissəsi hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş Təqsirləndirilən şəxs cəza müddəti qurtardığına görə 29 avqust 2020-ci il tarixdə azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 147-160). “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 10-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, nəzərə almaq lazımdır ki, keçmiş cinayət qanunvericiliyindən fərqli olaraq yeni cinayət qanunvericiliyində (CM-nin 83-cü maddəsi) “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu, o deməkdir ki, birinci cinayətə görə məhkum edilən şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə müəyyən edir ki, Manafov X7 Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2014-cü il tarixli hökmü ilə ağır cinayətə görə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs daha əvvəl qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 dekabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 85-90). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1010,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və evinə aparılmış şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1010,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və evinə aparılmış şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar