Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1739/2022 14.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Əsgərova Aynur Namiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, İmişli rayonu Xoşçobanlı kəndində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, R.Behbudov küçəsi, «Kristal ünvan 3-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa «Seyid» və «Şəhriyar» adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşlarından sonuncuların mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 33,051 qram olan narkotik vasitə heroini qanunsuz olaraq «Seyid» və «Şəhriyar» adlı şəxslər tərəfindən qabaqcadan qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan bazarının yaxınlığında boş sahədən götürüb əldə edərək əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibində olan qara rəngli çantaya qoyub saxlamaqla daşımış və bu barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, R.Behbudov küçəsi, "xxxx" yaşayış kompleksi, bina 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və həmin gün saat 15:00-da Bölmədə onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli qısaqol gödəkcənin sağ yan cibində olan qara rəngli çantada olan 01 ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 29,012 qram olan və həmin çantanın içərisində olan sarı rəngli plastik qablarda 03 ədəd şəffaf sellofana bükülmüş halda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,339 qram, 0,350 qram və 0,350 qram, ümumi təmiz çəkisi 33,051 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, İmişli rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Kristal ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. 28 aprel 2022-ci il tarixdə öz istifadəsi üçün bir qram narkotik vasitə almışdır. 29 aprel 2022-ci il tarixdə saat 14:30-15.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı binanın həyətində 3 yaşlı qız övladı ilə gəzən zaman yolun kənarında dayanan ağ rəngli «Hyundai» markalı avtomobildən 1 nəfər qadın, 2 nəfər kişi olmaqla 3 nəfər mülki geyimli şəxs düşmüş, o, həmin zaman qızı ilə qeyd olunan avtomobilin yaxınlığından keçmiş, bu zaman avtomobildən enən kişilərdən biri qadına keçib arxadakı maşında əyləşməsini tapşırmış, daha sonra həmin mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmışdır. Bundan sonra daha 3 nəfər şəxs də həmin şəxslərin arxasınca ona yaxınlaşmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər onun 3 yaşlı övladının gözü önündə onun qollarını burub öz avtomobillərinə əyləşdirməyə çalışmışlar. O, qızının tək qalıb qorxmasını görmüş, həmin şəxslərdən xahiş etmişdir ki, uşağı aparıb anasına təhvil verməyə şərait yaratsınlar. Lakin həmin şəxslər onu dinləməmiş və qızını tək başına orada qoyub onu məcbur avtomobilə əyləşdirmiş və maşını sürüb oradan uzaqlaşmışlar. Onu maşına otuzdurub maşınla ətraf əraziləri gəzdirmiş, həmin zaman kəsiyində adını bilmədiyi, nisbətən yaşlı olan polis əməkdaşı ondan 30000 manat pul tələb etmiş, əgər həmin məbləğdə pulu onlara versə, onu buraxacaqlarını demişlər. O, qeyd olunan məbləğdə pulunun olmadığını bildirmişdir. Bundan sonra onu həbs edəcəklərini deyib, yenidən onu yaşadığı binanın həyətinə qaytarmışlar. Bu zaman evə baxış keçirmək istəmişlər. Təxminən 30-40 dəqiqə sonra binanın həyətinə qayıdanda uşağın anasının yanında olduğunu görmüşdür. Həmin müddət ərzində uşaq həyətdə tək başına qalmış, sonradan qonşular anasını çağırıb uşağı anasına təhvil vermişlər. Polis əməkdaşları evə girmək istəsələr də, həyat yoldaşı buna icazə verməmişdir. Polis əməkdaşları onu Binəqədi RPİ 6-cı Polis bölməsinə aparmış, orada xidməti otaqların birində üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, əynində olan həmin şalvarın sağ arxa cibindəki pul qabının içərisindən 64 (altmış dörd) manat pul, «Kapital Bank»a məxsus və «Leobank»a məxsus bank kartları, «E-manat» çekləri, ona məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Axtarış zamanı həmçinin ona məxsus olan bir qramdan az narkotik vasitə olan heroin də aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan tərəzi və 33 qram narkotik vasitə ona məxsus olmamış, qeyd olunan predmetləri onun çantasına polis əməkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, 2 il olar ki, iki gündən bir narkotik vasitələrdən istifadə edir. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımayıb. Üzərinə baxış keçirilən zaman videoçəkiliş olmuş, bir büküm narkotik vasitə onun çantasından çıxmışdır. «Kinder» qabları onun çantasında olmuş, lakin həmin qabların içərisində narkotik vasitə deyil, uşağın oyuncaqları olmuşdur. Çantasında üç ədəd «kinder» qabı olmuşdur. Həqiqətdə onun çantasında bir büküm, çəkisi təxminən 1 qram olan narkotik vasitə heroin olmuş, «Kinder» qutularının içinə narkotik vasitələri polis əməkdaşları özləri yerləşdirmişdir. Narkotik vasitədən başqa üzərindən 64 (altmış dörd) manat pul, bank kartları, mobil telefon aşkar edilmişdir. Çəkiliş zamanı verdiyi ifadəni təzyiq altında vermişdir. O, sürücü işləyir, İrana, Məşədə müştəri aparıb-gətirir. Seyid və Şəhriyar adlı İran İslam Respublikasının vətəndaşlarını tanıyır, İrana gedəndə orada tanış olmuşdur. Birini Astara, digərini isə Biləsuvar gömrüyündən tanıyır. İrana gedəndə həmin şəxslər ona maşının sənədləşməsinə köməklik edirlər. O, polis əməkdaşlarına narkotik vasitəni «Seyid» və «Şəhriyar» adlı İran İslam Respublikasının vətəndaşlarından almağı barədə məlumat verməmişdir, polis əməkdaşları onun mobil telefonuna baxış keçirib həmin adları görüb, ittihamı da bunun əsasında tərtib etmişlər. Narkotik vasitəni onun çantasında olan «Kinder» qablarına baxış zamanı iştirak edən yaşlı polis əməkdaşı qoymuşdur. O, aldığı narkotik vasitənin pulun nağd ödəmiş, həmin narkotik vasitəni satan şəxslə bilavasitə görüşüb, pulunu nağd ödəyib, şəxsən özündən almışdır. Çantasından çıxan qəbzlər bir müddət əvvəl aldığıı torpaq sahəsinin ödənişləri olmuşdur. O, torpaq sahəsinin pulunu hissə-hissə ödəmişdir. Ona polis əməkdaşları tərəfindən təzyiqlər olunmuş, polis əməkdaşları onu vurmuşlar, lakin üzərində xəsarət izi qalmamışdır. Polis əməkdaşları ondan 30000 manat pul istəmiş, pulu istəyən də, narkotik vasitəni onun çantasına qoyan da yaşlı olan polis işçisi olmuşdur. O, həmin polisin adını bilmir, lakin üzünü görsə tanıyar. Seyid və Şəhriyar adlı şəxslərin adları onun mobil telefonunda olduğuna görə polis əməkdaşları ondan həmin şəxslər barədə soruşmuşdur. O, həmin şəxslərdən heç bir narkotik vasitə almamış, qeyd olunan İran vətəndaşlarını işi ilə əlaqədar tanımışdır. O, narkotik vasitəni Azər adlı şəxsdən almış və pulunu da nağd ödəmişdir. Həqiqətdə onun üzərində bir qramdan az narkotik vasitə olmuş, onu da çantasında saxlamışdır. Polis əməkdaşı öz çantasından bükümü çıxarıb tərəziyə qoyub çəkmiş, sonra da onun çantasına qoymuş, guya onun çantasından aşkar olunmuş tərəzi də ona məxsus olmamışdır. Onun üzərində bir qramdan az narkotik vasitə olmuş, həmin 33 qram narkotik vasitə ona məxsus olmamış, onları onun çantasına polis əməkdaşları qoymuşlar. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində o, özünü təqsirli bilərək göstərmişdir ki, o, İmişli rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Kristal ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, etdiyi əməldən peşmandır və özünü təqsirli bilir. Rəsmi olaraq iş yeri olmasa da, fərdi olaraq sürücü işləyir. O, xx.xx.2022-ci ildə axşam saatlarında Xırdalan şəhəri, Xırdalan bazarının yaxınlığında İran İslam Respublikasının vətəndaşları Seyid və Şəhriyar adlı şəxslərin ona göndərdiyi kart hesabına pul göndərmiş və həmin pul müqabilində qeyd etdiyi şəxslərin ona «whatsapp» sosial şəbəkəsi vasitəsilə göndərdiyi ünvandan 04 ədəd bükümdə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamışdır. O, həmin narkotik vasitəni həm satmaq, həm də istifadə etmək məqsədilə əldə etmişdir. 29 aprel 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı binanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Binəqədi RPİ 6cı Polis bölməsində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə müdafiəçisinin iştirakı ilə polis bölməsində olan xidməti otaqların birində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış prosesində ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kiçik ölçüdə olan qara rəngli çantanı könüllü təqdim etmişdir. Həmin çantadan və çantadakı «Kinder» qutularının içərisindən ümumilikdə 4 (dörd) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin, 01 (bir) ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi və 11 (on bir) ədəd narkotik vasitələrin satışı ilə bağlı pul ödənişlərinin edildiyi «E-manat» çekləri aşkar edilmişdir. Daha sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, əynində olan həmin şalvarın sağ arxa cibindəki pul qabının içərisindən 64 (altmış dörd) AZN pul, «Kapital Bank»a məxsus **********467649 və «Leobank»a məxsus **********899503 nömrəli bank kartları, ona məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan sonra heroin elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 34 (otuz dörd) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartları, «E-manat» çekləri, şəxsiyyət vəsiqəsi, 64 (altmış dörd) AZN pul götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Mahiyyəti üzrə ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri Abşeron rayonu ərazisində gizlədilən yerdən sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşları «Seyid» və «Şəhriyar» adlı şəxslərdən satmaq və istifadə etmək məqsədilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, 64 (altmış dörd) manat pulu narkotik vasitələrin satışından əldə etdiyini, «E-manat» çeklərinin narkotik vasitələrin pul dövriyyəsi ilə bağlı olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. O, Seyid və Şəhriyar adlı şəxslə sosial şəbəkədə tanış olmuş, özlərini ona İran vətəndaşı kimi təqdim edərək adlarının Seyid və Şəhriyar olduğunu bildirmişlər, barələrində başqa heç bir məlumatı yoxdur. Həmin şəxsləri heç bir zaman görməmiş, yalnız «whatsapp» vasitəsilə əlaqə yaratmışdır. Şəhriyar və Seyid adlı şəxslə «Whatsapp» sosial şəbəkəsində 1 qram heroin müqabilində 15 manat pulu ödəmək şərti ilə danışıb razılaşdıqdan sonra həmin şəxs ona narkotik vasitə olan bükümün qoyulduğu yerin şəklini göndərmiş, o, Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan bazarının yaxınlığında həmin yerə gedərək orada küçədə piyada səkisinin kənarında yerə qoyulmuş bükümdə götürmüşdür. Həmin bükümün həmin yerə kim tərəfindən yerləşdirildiyi ona məlum olmamışdır. O, həmin şəxslə pulu əvvəlcədən ödəmək şərtilə razılaşmışdır. Belə ki, həmin şəxslər ona bank kartının şəklini göndərdikdən sonra pulu həmin karta göndərmişdir. O, əvvəl 2-3 dəfə ondan narkotik vasitə əldə etmiş, ona kart şəkli göndərmiş, lakin pul ödəndikdən sonra şəkili pozmuşdur. Buna görə də onun kart nömrəsini bilmir. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün, həm də satmaq üçün əldə etmişdir. Belə ki, onun istifadə etdiyi miqdar çox olduğundan bir müddət kifayət etməsi üçün 33 qram almışdır. Onun istifadəsində 070 ***-**-** saylı mobil nömrə olmuşdur. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni tanımadığı Seyid və Şəhriyar adlı şəxslərdən almışdır. Onların barəsində başqa anket məlumatların malik deyil. Seyid və Şəhriyar adlı şəxsləri görmədiyi üçün onların xarici görünüşü barədə heç bir məlumata malik deyildir. Onun üzərindən aşkar edilmiş, Seyid və Şəhriyar adlı şəxslərdən aldığı narkotik vasitəyə görə həmin şəxslərin ona atdığı kart hesabına pul göndərmişdir və həmin narkotik vasitəni sata bilsəydi əldə etdiyi gəlirdən həmin şəxslərə heç nə verməyəcəkdi. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 öz ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Kristal ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 1 azyaşlı övladları var. 29 aprel 2022-ci il tarixdə Həsən uşağı gəzdirmək üçün uşaqla birlikdə həyətə düşmüş, o, bir qədər sonra pəncərədən baxanda 3 yaşında qızının həyətdə tək oturacaqda oturduğunu, Həsənin isə uşağın yanında olmadığını görmüşdür. Uşaq həyətdə tək qaldığına görə qonşu onun yanında oturmuş, o, tez həyətə düşmüş, bir qədər sonra Həsənin qarşı tərəfdən bir neçə nəfərlə birlikdə gəldiyini görmüşdür. Həmin şəxslər ona yaxınlaşmış, Həsən də onların yanında olmuşdur. Həmin şəxslərdən biri ona «çıxaq evinizdə söhbət edək» demişdir. O isə buna etiraz etmiş, nə söhbət etmək istəyirlərsə orada etmələrini xahiş etmişdir. Ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. O, polis əməkdaşlarının evə qalxmalarına razılıq verməmişdir. Sonra polis əməkdaşları ona demişdir ki, «gedək, maşında oturaq söhbət edək». O, maşında oturmağa da razı olmamış, bundan sonra polis əməkdaşları Həsəni maşına otuzdurub aparmış, lakin hara apardıqlarını bildirməmişlər. Sonradan öyrənmişdir ki, Həsən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə aparılmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, həyat yoldaşının narkotik vasitələrindən istifadə etməyindən şübhələnmiş, lakin özündən bu barədə soruşanda boynuna almamışdır. Heç vaxt onun üzərində və ya çantasında narkotik vasitə daşıdığını, ya da narkotik vasitələrdən istifadə etməsini görməmişdir. Onun Həsənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovniki rütbəsi daşıyır. Baş İdarəyə məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx.xx.1986-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, R.Behbudov küçəsi, «Kristal ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olur. Əməliyyat yolu ilə daxil olan məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məlumat verilmiş, daha sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü ilə birlikdə 29 aprel 2022-ci il tarixdə, 13:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, R.Behbudov küçəsi, "xxxx" yaşayış kompleksi, bina 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirib, onu Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün «Mərkəz» vəkil bürosundan vəkil dəvət edilmiş, polis bölməsinin xidməti otaqlarının birində baş təhqiqatçı, polis baş leytenantı X9, əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmasından əvvəl həmin şəxsə qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 (bir) ədəd qara rəngli çantanı təqdim etmiş, həmin çantandan və içindəki «Kinder» qutularından ümumilikdə 4 (dörd) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr, qara rəngli "Aosai" markalı elektron tərəzi və 11 (on bir) ədəd narkotik vasitələrin satışı ilə bağlı pul ödənişlərinin edildiyi "Emanat" çekləri aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, əynində olan həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən 64 (altmış dörd) manat pul, bank kartları, şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Daha sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və yanlış xatırlamırsa qablaşdırma ilə birlikdə çəkisi 34 qram (otuz dörd) təşkil etmişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartları, "E-manat" çekləri, şəxsiyyət vəsiqəsi, 64 (altmış dörd) manat pul götürülmüş, digər əşyalar isə sahibinə geri qaytarılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsində, "xxxx" yaşayış kompleksinin həyətində saxlayıb, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına aparmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, saxlanılan zaman yanında uşaq görməmişlər. Təqsirləndirilən şəxsin mənzilində axtarış aparılmamışdır. O, təqsirləndirilən şəxsdən pul tələb etməmişdir. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri Abşeron rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşları "Seyid" və "Şəhriyar" adlı şəxslərin vasitəsi ilə satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara «Azər» adlı şəxs barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1986-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, R.Behbudov küçəsi, «Kristal ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmiş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyindən xahiş edilmişdir (iş vərəqə: səh. 3). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kiçik ölçülü, qara rəngli çantanı təqdim etmişdir. Həmin çantandan və içindəki «Kinder» qutularından ümumilikdə 4 (dörd) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr, qara rəngli "Aosai" markalı elektron tərəzi və 11 (on bir) ədəd narkotik vasitələrin satışı ilə bağlı pul ödənişlərinin edildiyi "E-manat" çekləri aşkar olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, əynində olan həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən 64 (altmış dörd) AZN pul, **********467649, **********899503 nömrəli bank kartları, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Tədqiq olunan protokolla həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 qram (otuz dörd qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartları, "E-manat" çekləri, şəxsiyyət vəsiqəsi, 64 (altmış dörd) AZN pul götürülmüş, digər əşyalar sonuncuya geri qaytarılmışdır. Tədqiq olunan protokola əsasən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri Abşeron rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşları "Seyid" və "Şəhriyar" adlı şəxslərin vasitəsi ilə satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 64 (altmış dörd) AZN pulu narkotik maddələrin satışından əldə etdiyini, "E-manat" çeklərinin narkotik maddələrin pul dövriyyəsi ilə bağlı olduğunu, 070 *** ** ** nömrəsini işlətdiyini, başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir (iş vərəqə: səh. 28- 30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, həmin CD diskdə 555 MB həcmində nömrəli bir ədəd video fayl mövcuddur. Həmin faylda 14 dəqiqə 14 saniyəlik video kadrlar öz əksini tapmışdır. Videogörüntüdən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mərkəz Vəkil Bürosunun vəkili X2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edimiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kiçik ölçülü, qara rəngli çantanı təqdim etmişdir. Həmin çantandan və içindəki «Kinder» qutularından ümumilikdə 4 (dörd) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr, qara rəngli "Aosai" markalı elektron tərəzi və 11 (on bir) ədəd narkotik vasitələrin satışı ilə bağlı pul ödənişlərinin edildiyi "E-manat" çekləri aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən, 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, əynində olan həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən 64 (altmış dörd) AZN pul, **********467649, **********899503 nömrəli bank kartları, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Daha sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 qram (otuz dörd qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartları, "E-manat" çekləri, şəxsiyyət vəsiqəsi, 64 (altmış dörd) AZN pul götürülmüş, digər əşyalar sonuncuya geri qaytarılmışdır. Həmçinin tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri Abşeron rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşları "Seyid" və "Şəhriyar" adlı şəxslərin vasitəsi ilə satmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 64 (altmış dörd) AZN pulu narkotik maddələrin satışından əldə etdiyini, "E-manat" çeklərinin narkotik maddələrin pul dövriyyəsi ilə bağlı olduğunu, 070 *** ** ** nömrəsini işlətdiyini, başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir (iş vərəqə: səh. 60-61). Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «Mobil telefona baxış keçirilməsi haqqında» 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun daxilində ***-***-**-** saylı GSM nömrəsinin olması müəyyən edilmişdir. Baxış zamanı «Samsung» markalı mobil telefonun yaddaşında olan giriş-çıxış zəng və sms yazışma bölmələri, habelə telefonun digər məlumat bölmələrinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir (iş vərəqə: səh. 123) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: səh.54). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə 30 aprel 2022-ci il tarixli, 6/2492 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə» yazısı və imzalar olan paketdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,012 qr, 3,339 qr, 0,350 qr və 0,350 qr, ümumi təmiz çəkisi 33,051 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin paketdə olan bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzidə heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (iş vərəqə: səh. 46-50). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 22 avqust 2022-ci il tarixli, 2256 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmin rəyə əsasən, Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (iş vərəqə: səh. 130-132) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 25 iyul 2022-ci il tarixli 4049 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 128-129). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş, ona məxsus olan «Samsung» markalı mobil telefon arvadı Şahid3 təhvil verilmişdir (iş vərəqə: səh. 127). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanıma və pulun depozit hesabına keçirilməsi haqqında» 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 64 manat pul maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılmasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Maliyyə Plan İdarəsinin depozit hesabına keçirilmişdir (iş vərəqə: səh. 133). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Bundan başqa, həmin qərara əsasən, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd CD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı göndərdiyi pulların qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 133-151). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan «Seyid» və «Şəhriyar» adlı İran İslam Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs telefon danışıqları olan şəxslərin, habelə Təqsirləndirilən şəxs pul köçürmələri etdiyi X4 əməlinə ayrılmış icraatda qiymət verilməsi qərara alınmışdır (iş vərəqə: səh. 133-151). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi 33,051 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə edərək 04 ədəd bükümdə daşıyıb saxlaması, onun ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinə dair etirafı, üzərindən narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar olunması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı pul köçürmələri həyata keçirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü qismən təqsirli bildiyini qeyd edib, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində aşkar olunan narkotik vasitənin çəkisinin 1 qram təşkil etməsi, həmin narkotik vasitədən heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona məxsus çantadan və çantadakı «Kinder» qutularından ümumilikdə 04 ədəd bükümdə aşkar olunmuş maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən həmin maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 33,051 qram təşkil etdiyi qeyd olunmuşdur. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 1 qram olması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin saxlanılan zaman üzərindən aşkar edilmiş heroini özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, bir neçə ədəd xırda bükümlərə bölünməsi, eləcə də üzərindən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində narkotik vasitə heroinə bənzər izlərin olduğu 01 ədəd elektron tərəzinin aşkar olunması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması onun qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşlarının ondan rüşvət tələb etməsi, ona qarşı zor tətbiq etməsi, üzərindən aşkar olunmuş narkotik vasitələrin onun çantasına polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadəsinə münasibətdə bildirir ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 05 noyabr 2022-ci il tarixli, 472-C-22 saylı qərarına əsasən təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlarla əlaqədar şikayət ərizəsi araşdırılmış və müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə əlavə olaraq təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə təqsirləndirilən şəxsin saxlanıldığı istintaq təcridxanasına sorğu ilə müraciət etmiş, sorğu əsasında təqsirləndirilən şəxsin adına açılmış şəxsi iş və tibbi kitabça əldə edilərək bilavasitə məhkəmə iclasında tədqiq olunmuş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-nə daxil olan zaman xx.xx.2022ci il tarixdə akt tərtib edilmiş və həmin aktda Təqsirləndirilən şəxs sol qolunda köhnə kəsik izlərinin aşkar olunduğu, sübhəli şəxsin isə həmin xəsarətlərin tutulmazdan əvvəl yarandığını bildirdiyi qeyd edilmişdir. Həmçinin həmin materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə istintaqın düzgün aparılmadığını bildirərək müstəntiqə etiraz əlaməti olaraq siqaretin kötüyü ilə düzəltdiyi kəsici ilə sağ qoluna xəsarət yetirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə zor tətbiq edilməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmır və məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri də özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə dair təqsirləndirilən şəxsin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olmadığını, Aqşin Mehdiyev adlı şəxsdən torpaq sahəsi aldığını, torpaq sahəsinin ödənişini hissə-hissə həyata keçirdiyini bildirmiş, həmin halı təsdiq etmək üçün müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində onun xalası oğlu X12 dindirilmişdir. İş üzrə əlavə şahid X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs onun yaşayış yerinin yaxınlığında bir torpaq sahəsi almaq qərarına gəlmiş, onlar birlikdə gedib torpaq sahəsinə baxmış, Həsən oranı bəyəndiyi üçün almaq istəmişdir. Həsənin əlində nağd pulu olmadığı üçün, mütəmadi olaraq 100-150 manat pulu torpaq sahəsinin sahibinin, daha sonra isə onun istifadə etdiyi karta göndərmişdir. Həsənin özü həmin məbləği yığa bilməyəcəyi üçün o yığmışdır. 1000-1500 manat pul yığıldıqdan sonra həmin pulu kartdan çıxarıb Həsənə vermişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin sahibi Aqşin Mehdiyev olmuş, o, satışa çıxarılmış torpaq sahəsini internet saytlarının birində olan elanda görmüşdür. Həsənin alacağı torpaq sahəsi üç sot yarım olmuş, o, Həsənin alacağı torpağın yarım sotunu öz torpaq sahəsinə qatmaq istəmişdir. Şahidin ifadəsi ilə əlaqədar təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qəbzlərdəki pullar torpaq sahəsi ilə əlaqədar ödənilmişdir. Torpağı Rövşənin vasitəsilə Aqşin Mehdiyevdən almaq niyyətində olmuşdur. Torpaq sahəsi Masazırda yerləşməklə 3 sotdan ibarət olmuş, sotunu 3500 manata almışdır. Aqşini Rövşənin vasitəsilə tanımış, Aqşinin Rövşənlə heç bir qohumluq və dostluq münasibəti olmamışdır. O, həmin torpağa ümumilikdə 1600 manat pul ödəmiş, həmin pulun 500 manatını Aqşinə əldən beh kimi vermiş, geri qalan məbləği isə onun hesabına hissə-hissə köçürmək barədə razılaşmışlar. Daha sonra fikrini dəyişərək pulu Rövşənin hesabına köçürməyə başlamışdır. Ödənişləri əvvəl bilavasitə Aqşinin özünün kartına köçürmüş, sonradan hesab qarışmasın deyə Rövşənin kartına köçürməyə başlamışdır. Onlar razılaşmışlar ki, o, pulu Rövşənə göndərsin, Rövşən də pulları yığıb, hamısını bütöv şəkildə aparıb Aqşinə versin. Rövşənin hesabına ödənilən pulları yaşadığı yerə yaxın ərazi olduğu üçün Biləcəri dairəsində yerləşən ödəmə aparat vasitəsilə ödəmişdir. Torpaqla əlaqədar ödənişləri yalnız Rövşənin adına olan karta köçürmüş, cinayət işinin materiallında olan qəbzlər yalnız torpaq üçün ödənilən ödənişlərin qəbzləri olmuşdur. Torpaq sahəsinin ödənişlərini tam ödəyə bilməmiş, çünki həbs olunmuşdur. 14 aprel 2022-ci ildə Rövşənə 80 manat ödəmə etdikdən sonra, 21 aprel 2022-ci il tarixdə Aqşinə ödəmə etməyinin səbəbi həmin vaxt Aqşinə pul lazım olması olmuşdur. Qəbzlərdə olan «Q....Y... M...», «B...G...E...» adlı şəxslərin kim olduğunu xatırlamır. Məhkəmə əlavə şahid qismində dindirilmiş X5 və təqsirləndirilən şəxsin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə bağlı ifadələrinə münasibət bildirərək qeyd edir ki, şahid R.V.Cəfərov təqsirləndirilən şəxsin xalası oğlu olmaqla onun qohumudur, yəni təqsirləndirilən şəxsin mövqeyinə uyğun ifadə verməsi istisna olunmur. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən aydın olur ki, təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə X7 150 manat, 10 aprel 2022-ci il tarixdə X7 100 manat, 11 aprel 2022-ci il tarixdə 4.....3584 saylı kart hesabına 120 manat, 12 aprel 2022-ci il tarixdə B... N.... C.... adlı şəxsə 100 manat, 14 aprel 2022-ci il tarixdə B.... G..... E.... adlı şəxsə 100 manat, 14 aprel 2022-ci il tarixdə C....R....V.... adlı şəxsə 80 manat, 15 aprel 2022-ci il tarixdə Q... Y.... M.... adlı şəxsə 100 manat, 16 aprel 2022-ci il tarixdə X7 100 manat, 17 aprel 2022-ci il tarixdə X7 150 manat, 20 aprel 2022-ci il tarixdə X7 100 manat, 21 aprel 2022-ci il tarixdə X7 100 manat məbləğində pul köçürmüşdür. Başqa sözlə təqsirləndirilən şəxsin 9 aprel 2022-ci il tarixindən etibarən demək olar ki hər gün müxtəlif şəxslərin (əsasən X4) hesabına bir-birinə çox yaxın məbləğlərdə (100- 150 manat arası) ödəniş etməsini, təqsirləndirilən şəxsin X13 və X3 başqa digər pul köçürdüyü şəxslərin kim olduğunu xatırlamadığını bildirməsini, o, torpaq sahəsi aldığını bildirsə də, məhkəmə tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq müdafiə tərəfinin həmin torpaq sahəsinə dair məhkəməyə heç bir sübut təqdim etməməsini, təqsirləndirilən şəxs aldığı torpaq sahəsinin pulunu əvvəlcə torpaq sahəsinin sahibi Aqşin Mehdiyevə, daha sonra isə xalası oğlu Rövşən Cəfərova ödədiyini bildirsə də, Rövşən Cəfərovun adına cəmi 1 dəfə 80 manat ödəniş edildiyini, Rövşən Cəfərova edilmiş ödənişdən sonra təkrarən dəfələrlə X7 ödənişlər etməsini, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin qəbzlərin narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olduğunu bildirməsini nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsin torpaq sahəsi alması, həmin torpaq sahəsinin ödənişini hissə-hissə həyata keçirməsi, ödənişi əvvəlcə torpaq sahəsinin sahibi olan Aqşin Mehdiyevin, daha sonra isə xalası oğlu Rövşən Cəfərovun hesabına göndərməsi ilə bağlı ifadəsini kifayət qədər ziddiyyətli hesab edir və onun bu ifadəsini səmimi qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.155-156). Belə ki, qeyd olunan tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş «cinayət işi üzrə icraata xitam verilməsi haqqında» Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərovun 04 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, lakin onun zərərçəkmiş şəxs X8 ilə barışması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 40.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir (iş vərəqə: səh.110-112). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ailəli olub, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş "xxxx" MTK tərəfindən təqdim olunmuş 01 saylı 26 may 2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 və qızı X1 ibarət ailə tərkibində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında tikilmiş olan yaşayış binalarının 3-cü bina, 12-ci mərtəbə, 109-cu mənzildə qeydiyyatsız yaşayır, o, orada yaşadığı dövrdə özünü yaxşı aparmış, qonşular tərəfindən ondan heç bir şikayət olmamış, kommunal borclarını vaxtı-vaxtında ödəmişdir (iş vərəqə: səh. 107-108). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş AZ-İİ № 273218 saylı nikah haqqında şəhadətnamənin və 06 fevral 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X10 ilə ailəlidir və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladı var (iş vərəqə: səh. 109). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 4049 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 may 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 32,701 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan «Samsung» markalı mobil telefonun onun yaxın qohumlarına təhvil verildiyi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı göndərdiyi pulların qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut qismində tanınmasa da, təqsirləndirilən şəxsin üzərində keçirilmiş «şəxsi axtarış və götürmə» aparılması zamanı onun üzərindən aşkar edilərək götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş və təqsirləndirilən şəxs həmin pulu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əldə etdiyini bildirdiyi üçün 24 avqust 2022-ci il tarixdə maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılmasının təmin edilməsi məqsədi ilə Bakı şəhər BPİ-nin Maliyyə Plan İdarəsinin depozit hesabına keçirilmiş 64 manat məbləğində pul Azərbaycan Respublikasının CM-nin 99-1.1 və Azərbaycan Respublikasının CPM-nin 132.1.2-ci maddəsinin tələblərinə əsasən xüsusi müsadirə olunaraq dövlət nəfinə tutulmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 200 (iki yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 32,701 qram narkotik vasitə heroin və 01 ədəd üzərində «Aosai» yazısı olan elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan «Samsung» markalı mobil telefonun onun yaxın qohumlarına təhvil verildiyi nəzərə alınsın, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı göndərdiyi pulların qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınaraq Bakı şəhər BPİ-nin Maliyyə Plan İdarəsinin depozit hesabına keçirilmiş 64 manat məbləğində pul xüsusi müsadirə edilərək dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmasa da, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd bank kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 200 (iki yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1739/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1739/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver