Məhkəmə qərarları › İş №1(101)-1739/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1739/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1739/2024 29.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X27 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X12 və X19, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Nümayəndə2, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Nümayəndə4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1961-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla həmin cəmiyyətin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 noyabr 2024-cü il tarixdə, saat 15:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi qərb hissəsi C.Cabbarlı küçəsində yerləşən xüsusi mülkiyyət hüququ əsasında X16 məxsus olan 0,07 hektar torpaq sahəsində sonuncunun əri Ramiz Mamedovun qeyri-yaşayış sahəsi tikməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə-MMC) direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək tikinti layihəsi hazırlayacağına və səlahiyyəti olmadığı halda həmin tikintiyə icazə alacağına dair Ramiz Mamedovun qardaşı Zərərçəkmiş şəxs1 yalan vəd verməklə özünə qarşı inam və etibar yaratmaqla inandırıb aldadaraq, 2018-ci ilin sentyabr ayının sonunda Ramiz Mamedovun qaynı Şahid3 ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində 2000 manat, 2018-ci ilin oktyabr ayının əvvəlində həmin şəxsdən həmin ünvanda 500 manat, 2018-ci ilin noyabr ayının əvvəlində həmin şəxsdən həmin ünvanda 10000 manat, 2018-ci ilin noyabr ayının sonunda həmin şəxsdən həmin ünvanda 5000 manat, 2018-ci ilin noyabr ayının sonunda Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yaxınlığında 5000 manat, 2018-ci ilin dekabr ayının əvvəlində Ramiz Mamedovun qaynı Şahid3 ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində 5000 manat, 2018-ci ilin dekabr ayının sonunda həmin şəxsdən həmin ünvanda 5000 manat, 28 dekabr 2018-ci il tarixdə Ramiz Mamedovdan ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində 10000 manat, 2019-cu ilin may ayının əvvəlində Şahid3 ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində 5000 manat, sonuncu dəfə 10 iyul 2019-cu il tarixdə Ramiz Mamedovdan ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində 3000 manat, ümumilikdə 50500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 50500 (əlli min beş yüz) manat məbləğində külli miqdada maddi ziyan vurmaqla dələduzluq etmişdir.

2. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs2 X9 məxsus ünvan 4 ünvanında yerləşən 267.2 kvadrat metr qeyriyaşayış binasının sökülməsi və yerində dörd mərtəbəli qeyri-yaşayış binasının tikintisinin aparılmasına, Zərərçəkmiş şəxs2 oğlu Rafiq Şahverdiyevin adına olan ünvan 5 ünvanında yerləşən 742.9 kvadrat metr qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni tikinti aparılmasına, Zərərçəkmiş şəxs2 dostu X20 adına olan ünvan 6 ünvanında yerləşən 247.6 kvadrat metr qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin tikintisinin aparılmasına görə tikinti layihəsi hazırlayacağına və səlahiyyəti olmadığı halda qeyd olunan ünvanlarda tikintinin aparılması üçün müvafiq icazə alacağına dair Zərərçəkmiş şəxs2 yalan vəd verməklə özünə qarşı inam və etibar yaratmaqla inandırıb aldadaraq, bu məqsədlə 2021ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində ünvan 2 ünvanda yerləşən “Azərdövlət Layihə İnstitunun” binasındakı ofisində Zərərçəkmiş şəxs2 tikintiyə icazə alınması üçün 135000 manat və layihə işləri üçün 15000 manat olmaqla ümumilikdə 150000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 150000 (bir yüz əlli min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 atası Əbdül Salayevin xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda 0,0445 hektar torpaq sahəsində iki mərtəbəli məişət evinin tikintisi üçün tikinti layihəsi hazırlayacağına və səlahiyyəti olmadığı halda tikintiyə icazə alacağına dair Zərərçəkmiş şəxs3 yalan vəd verməklə özünə qarşı inam və etibar yaratmaqla inandırıb aldadaraq, 12 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi 95 ünvanında yerləşən ofisdə sonuncudan 13000 manat pulu, daha sonra dəqiq müəyyən olunmayan tarixlərdə həmin ünvanda hissə-hissə olmaqla 37745 manat pulu nağd formada, sonuncu dəfə isə 6 iyul 2022-ci il tarixdə, saat 10:31-də Zərərçəkmiş şəxs3 qardaşı Şahid1 tərəfindən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 87/89 ünvanında yerləşən “Dərs evi” hazırlıq məkəbinin yaxınlığında arvadı Xədicə Allahverdiyevanın adına olan "xxxx" ASC-yə aid 4169-7414-0598-2958 nömrəli bank kartı hesabına köçürmə yolu ilə 2150 manat pulu, ümumilikdə 52895 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 52895 (əlli iki min səkkiz yüz doxsan beş) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək özünü əmlak komitəsinin əməkdaşı kimi təqdim edərək heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanında 1-ci mərtəbədə yerləşən 81 nömrəli mənzilin zirzəmisini özəlləşdirməkdə köməklik göstərəcəyi adı ilə Zərərçəkmiş şəxs4 yalan vəd verməklə özünə qarşı inam və etibar yaratmaqla inandırıb aldadaraq, 2022-ci ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs4 ünvan 2 ünvanda sonuncunun kürəkəni Şahid4 yanında 27000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 27000 (iyirmi yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri:

5. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs2 ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 142.000 manat pul vermişdir. Təxminən bir il əvvəl, onun işçisi X1 ofisində 30000 manat pul vermiş, bundan başqa təxminən 1-2 ay sonra Rişadın sürücüsü 10000 manat bir, 13000 manat bir, 7.000 manat bir olmaqla cəmi 60.000 manat pulu onun ofisində ondan götürərək aparıb Rişada vermişdir. Beləliklə o, Rişadın ona verdiyi 142000 manat puldan Rişada 60000 manat pul qaytarmış, sonuncuya cəmi 82000 manat borcu qalmışdır. 82000 manat puldan 20000 manatını Rişadın sifarişi əsasında Xətai rayonu ərazisində layihə işləri görmüşdür. Onun tərəfindən görülmüş layihə işləri Rişadın özünə də təqdim olunmuş, eləcə də, Rişadın vəkilində də vardır. Qalan 62000 manat pulu qaytara bilməməsinə səbəb, bacısı X13 Türkiyə Respublikasında əməliyyat etmək məcburiyyətində olması ilə əlaqədar şəxsi ehtiyaclarına sərf olunması olmuşdur. Həbs olunmazdan əvvəl əlində geniş miqyaslı layihə işləri olmuş, Rişada qalan borcunu həbs olunmamışdan əvvəl 1-2 ay ərzində ödəmək niyyətində olmuş, lakin həbs olunması ilə əlaqədar işləri yarımçıq qaldığından ödəyə bilməmişdir.

6. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs3 ilə X37 vasitəsilə tanış olmuşdur. Xanəhməd və qardaşı Araz onun ofisinə gəlib müraciət edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində 0,0445 hektar torpaq sahəsində layihə işlərinin görülməsini xahiş etmişdir. O həmin torpaq sahəsinə baxış keçirmiş, topoqrafiq xəritə çıxarmış və geologiya kəşfiyyat işləri aparılmış, bir neçə variantda eskiz layihələri hazırlamaqla Xanəhməd və Arazla razılaşdırılmışdır. Belə ki, qaydaya əsasən eskiz layihəsi Arxitektura Şəhərsalma Komitəsində Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutuna göndərilir, həmin qurumlar tərəfindən layihə əsasında şəhərin baş planına uyğun olaraq şəhərsalma əsaslandırılması layihəsi hazırlanır. Qeyd edilən layihə üçün tələb olunan sənədləri, yəni layihə, topoqrafik xəritə və yerin çıxarışını elektron qaydada Arxitektura Şəhərsalma Komitəsinə göndərir. Həmin işlərin müqabilində Xanəhməd ona hissə-hissə olmaqla 13000 manat layihə üçün vermiş, o isə 1100 manat geologiya işlərinə və 300 manat topoqrafiq xəritə üçün özü vermiş, 5000 manat pulu layihə üçün Xanəhməd ona vermiş, sonrakı mərhələdə isə Arxitektura Şəhərsalma Komitəsinin düzəlişləri əsasında iki mərtəbəli məişət evinə mansard yox, zirzəmi sahəsi əlavə olunmuşdur. Buna uyğun olaraq onun layihə işlərinin həcmi böyümüş, nəticədə Arxitektura Şəhərsalma Komitəsinə köçürülən rüsumun məbləği artmışdır. Xanəhmədin təkidi ilə onunla Xanəhməd arasında yoldaşlıq müqaviləsi bağlanmışdır. Ümumiyyətlə belə işlərin baxılma müddəti təxminən 6-7 ay müddət çəkir. Müqavilə bağlandıqdan sonra və gedişatda Arxitektura Şəhərsalma Komitəsinin Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutunda şəhərsalma əsaslandırması hazırlanmış və həmin proses hazırda da Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutunda Ramil adlı mütəxəssisin icraatındadır. Xanəhməd dəfələrlə Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutunda olmuş, Xanəhmədə işin hazır olması bildirilərək ona təhvil verilməsi üçün 11800 manat dövlət rüsumu ödəməsi izah edilmişdir. Xanəhmədlə onun arasında olan müqavilə əsasında həmin şəhərsalma əsaslandırılması layihəsi Xanəhməd tərəfindən müvafiq rüsum ödənilərək götürülərək Tikinti Planlaşdırılması İdarəsinə təqdim edilməli və həmin idarə tərəfindən də təsdiqlənməli olmuşdur. Şifahi olaraq həmin İdarədə layihə müzakirə olunmuş, tələb olunan düzəlişlər edilmiş və şəhərsalma əsaslandırılması layihəsinin götürülərək razılaşdırılması üçün Tikinti Planlaşdırılması İdarəsinə təqdim olunmalıdır. Lakin Xanəhməd israrla işlərin yekunlaşdırılması üçün tələb olunan 11800 manat rüsumun onun (Təqsirləndirilən şəxs) tərəfindən ödənilməli olmasını bildirərək sonradan həmin pulu ona qaytaracağına vəd vermişdir. Lakin onun maddi imkanı həmin pulu ödəmək iqtidarında olmadığından o həmin rüsumu ödəyə bilməmiş, ümumiyyətlə Xanəhmədlə razılıqlarına əsasən həmin rüsumu ödəmək biləvasitə onun öhdəliyində olmamışdır. Nəticədə həmin şəhərsalma əsaslandırılması layihəsi Xanəhməd tərəfindən Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutundan götürülüb Tikinti Planlaşdırılması İdarəsinə təqdim olunmadığından, tələb olunan işləri yekunlaşdırmaq mümkün olmamışdur. Xanəhmədlə arasında bağlanılmış yoldaşlıq müqaviləsi əsasında birincinin qeyd etdiyi kimi 52895 manat puldan ona 5000 manat verəcəyi qalmışdır. Belə ki, layihəyə zirzəmi sahəsi əlavə edildiyi üçün Tikinti Planlaşdırılması İdarəsinə ödəniləcək rüsumun həcmi artmış və o, layihə işlərini ikinci dəfə yenidən işləmək məcburiyyətində qalmışdır. Xanəhmədin ona vermiş olduğu 47895 manat pul həcmində o, layihə işləri görmüşdür. Lakin prosedura uyğun olaraq Xanəhmədin əsassız olaraq rəsmi rüsumu ödəmək istəməməsi səbəbindən, layihə elektron qaydada Fövqəladə Hallar Nazirliyinin tikintidə X2 İdarəsinə və digər qurumlara təqdim oluna bilinməmişdir. Belə ki, sənədləşmənin ilkin başlanğıcı Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən hazır olan şəhərsalma əsaslandırılması layihəsi əsasında davam etməlidir. Bu baxımdan iş prosesi yarımçıq qalmışdır. Hazırda da Xanəhməd Şəhərsalma əsaslandırılması layihəsinin ödənişini etdiyi halda digər sənədləşmə işlərinin yekunlaşdırılmasını o özü həll edə biləcəkdir.

7. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, X38 təxminən 3-4 ildir tanıyır. Zərərçəkmiş şəxs1 Ramizin qardaşıdır, Şahid3 isə Ramizin qaynıdır. Belə ki, 2018ci ilin payız aylarında mərhum dostu Baxşəlinin oğlu İlkin ona zəng edərək Bakı şəhəri Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində yerləşən 7 sot torpaq sahəsinə çıxarış aldıqlarını və həmin ərazidə qeyri-yaşayış sahəsi tikmək istədiklərini bildirmişdir. İlkinlə görüşdüyü zaman qeyd edilən ərazidə evin tikintisinə İcra Hakimiyyətinin icazə vermədiyini deyərək, bacısı X14 adına yeni çıxarış aldıqlarını və həmin yerdə mağaza və restoran tikintisi aparmaq istədiklərini deyərək, ondan layihə işlərində, sənədləşmə prosesində kömək etməyini xahiş etmişdir. İlkinin danışığından sonuncunun sənədləşmə prosesindən tamamilə xəbərsiz olduğunu anlamış, bu səbəbdən İlkinə tikintiyə icazənin Rayon İcra Hakimiyyətləri tərəfindən deyil, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verildiyini deyərək, bütün sənədləşmə işlərinin hazırlanmasını özünün təşkil edəcəyini və obyektin ölçülərindən asılı olaraq dövlət rüsumları daxil olmaq şərti ilə ümumi tikintiyə razılıq sənədlərinin 60000 və ya 65000 manat arası məbləğdə hazır olacağını təxmini olaraq öz təcrübəsi əsasında demişdir. Söhbət zamanı İlkinə öncəliklə “Məkan kiçik müəssisəsi” tərəfindən “Topoqrafik Xəritənin" hazırlanacağını, onun əsasında onun rəhbərliyi ilə “ArxDizayn MS" MMC tərəfindən eskiz layihənin hazırlanacağını, ondan sonra eskiz layihəyə uyğun olaraq “Şəhərsalma əsaslandırılması layihəsi", daha sonra “Məkan kiçik müəssisəsi" tərəfindən “Geoloji xidmət” göstəriləcəyi, daha sonra yenidən layihənin baş planı, işçi layihənin memarlıq bölməsi, konstruksiya hesabatı, konstruksiya cizgiləri, mühəndis kommunikasiya layihələrinin hazırlanacağını izah etmişdir. Qeyd edilənlər hazır olduqdan sonra isə Fövqəladə Hallar Nazirliyinin Ekspertiza baş İdarəsinə təqdim olunacağı və ərazidə tikintinin başlanıla biləcəyi bildirilmişdir. İlkin aralarında olan söhbət zamanı bacısı Məmmədova (Qaracayeva) İlahə Baxşəli qızının ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığını deyərək, yeznəsi X28 qardaşı Zərərçəkmiş şəxs1 ilə görüşərək vəziyyət barədə Hafizə də izah etməyini xahiş etmişdir. Belə ki, tələb edilən məbləği İlkinin bacısı İlahənin əri Ramiz Mamedov verməli idi. Bu səbəbdən bir neçə gün sonra o, İlkin və Hafizlə görüşərək işlərin gedişatı və tələb olunan rəsmiləşdirmə prosedurunu onlara yenidən izah etmişdir. Hafiz görüş zamanı Rusiya Federasiyasında yaşayan qardaşına zəng edərək onun barəsində müsbət fikirlər bildirib işlərə başlaya biləcəyini demişdir. Bir neçə gün sonra, yəni 2018-ci ilin noyabr ayında İlkin ona zəng edərək işə başlamaq üçün 10000 manat pul verəcəklərini və bunun üçün görüşməyi təklif etmişdir. İlkinin evinin qarşısında olan kafedə görüşüb 10.000 manat pulu İlkindən almışdır. Həmin puldan 500 manat xərcləməsi üçün İlkinə geri qaytarmışdır. Bu minvalla işlər etapla irəlilədikcə pul lazım olmuş və hissə-hissə İlkin ona pul vermişdir. Hətta İlkin bir dəfə ona 1000 manat pul verəndə yeznəsindən 2000 manat aldığını etiraf etmişdir. O da İlkinə demişdir ki, “işsiz adamsan halal xoşun, yeznə sənin yeznəndir”. Beləliklə, İlkin ona verdiyi pullara imza atmağını xahiş etmişdir. Belə ki, İlkin yeznəsi Ramizin inanması üçün bunun lazım olduğunu bildirmişdir. Onun heç bir məkrli fikri olmadığından hissə-hissə aldığı 30000 manata imza atmışdır. Sonradan Ramiz yeni il bayramı ilə əlaqədar Bakı şəhərinə gəldiyi zaman özü ona 10000 manat vermişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayında Şəhərsalma Əsasnaməsinin yenidən düzəliş edilməsi üçün İlkin ona iş yerində 3000 manat pul vermişdir. Bununla da, qeyd edilən işlərin görülməsi üçün onlar tərəfindən cəmi 42000 manat pul verilmişdir, İlkin isə hər dəfə ona pul verdiyi zaman özündə olan vərəqdə verdiyi məbləğin onun tərəfindən qəbul edilməsinə dair imza etdirmişdir. Arada İlkin ona demişdir ki, vergi ilə problemi var, ora 5000 manat verməlidir. İlkin bildirmişdir ki, “Ramizə deyəcəyəm, texniki şərtə lazımdır, soruşsa təsdiqləyərsən”. O da demişdir ki, “yeznə-qayınsınız, özünüz bilərsiniz” və təbii ki, 5000 manata İlkin ona qol çəkdirməmiş və o, qol çəkməzdi də. 1100 manat İlkin şəxsən özü Geologiya işlərinə verib, sonuncu tərəfindən ona verilmiş 42.000 manat puldan hər dəfəsində 500 manat olmaqla ümumilikdə 2000 manat xərcləməsi üçün İlkinə vermiş, qalan puldan 20000 manat "xxxx" MMC-nin eskiz və tam həcmdə layihə işlərinin qiymətidir. Bu qiymət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənmiş 39-cu topluda öz əksini tapmışdır. Daha sonra 1000 manat şəhərsalma əsaslandırılması layihəsinin hazırlanması üçün “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna verilmişdir. “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılması layihəsi hazır olduqdan sonra bir neçə dəfə Şəhərsalma və Arxitektura Komitəsinin Tikinti Planlaşdırma Mərkəzinə göndərilsə də, layihədə ara məsafəsində uyğunsuzluq olduğundan bir neçə dəfə geri qaytarılmışdır. Lakin sonda düzgün layihə hazırlanaraq yenidən Şəhərsalma və Arxitektura Komitəsinin Tikinti Planlaşdırma Mərkəzinə göndərilmə barədə danışıq zaman Ramiz Mamedov komitə tərəfindən tələb ediləcək rüsumu ödəyə bilməyəcəyini və həmin vaxtadək ona verdiyi bütün pulları geri tələb etmişdir. Belə ki, 2018-ci ilin noyabr ayında aralarında olan razılığa əsasən bütün sənədləşmə işləri təxminən 6 ay müddətində hazır olmalı idi, lakin şəhərsalma əsaslandırılması layihəsi bir neçə dəfə dəyişdirildiyindən, bununla bağlı müddət uzanmış, Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində 2019-cu ildə Tikinti Planlaşdırma Mərkəzi yaradılmış və şəhərsalma əsaslandırılması rəyinin verilməsi haqqında sərəncam və memarlıq işçi layihənin razılaşdırılmasına dair sərəncamın rüsumları Nazirlər Kabinetinin qərarı ilə əvvəlki vaxtlara nisbətən kəskin şəkildə artırıldığından Ramiz Mamedov sonuncu rüsumu ödəyə bilməyəcəyini demişdir. Həmin vaxtadək xərcləri çıxdıqdan sonra onda 19000 manat pul vəsaiti qalmış, həmin puldan 11000 manat tikintidə müəllif nəzarəti üçün nəzərdə tutulmuşdur. Bununla bağlı da, bildirmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 97.1-ci maddəsinə əsasən layihəçi tərəfindən tərtib olunmuş layihəyə tikinti nəzarətinin aparılması nəzərdə tutulur. Həmin nəzarətin həyata keçirilməməsi onun lisenziyasının ləğv edilməsi ilə nəticələnir. Bu səbəbdən layihəçinin tikinti getdiyi müddət ərzində həftədə bir neçə dəfə, tikinti prosesinin xüsusiyyətindən asılı olaraq tikinti ərazisində görülən işlərin layihəyə uyğun olmasına dair müqavilə bağlanır və göstərilən xidmət üçün pul alınır. Həmin 11000 manat da, qeyd edilən nəzarəti həyata keçirmək üçün bağlanacaq müqavilə üçün nəzərdə tutulmuşdu. Yerdə qalan 8000 manat pul vəsaitinin də, üzərinə əlavə pul qoymaqla sonuncu mərhələdə Şəhərsalma və Arxitektura Komitəsinə şəhərsalma əsaslandırılması rəyinin verilməsi haqqında və memarlıq işçi layihənin razılaşdırılmasına dair sərəncamların alınması üçün rüsum qismində ödəmək üçün nəzərdə tutmuşdur. Lakin Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində Tikinti Planlaşdırma Mərkəzinin yaradılması ilə rüsumlar qalxmış və Ramiz Mamedova planlaşdırdıqlarından əlavə pul verəcəyi bildirildikdə sonuncu işləri dayandıraraq pulları geri qaytarmağı tələb etmişdir. Bu ərəfədə avtomobil ilə qəza keçirmiş, ardınca ağır formada “Covid-19” virusuna yoluxmuş, şəkər xəstəsi olduğundan bir aydan çox yataqda olmuş və infarkt keçirmişdir. Bütün bunlara baxmayaraq hesaba ödəmək üçün verilmiş 8000 manatı vəkilinə dostu vasitəsilə çatdırmışdır. İşə çıxan zaman araşdıracağını və layihə işlərinə verilmiş vəsaitdən də qaytaracağını bildirmişdir. Bu ərəfədə İlkinlə mütəmadi əlaqədə olmuşdur. Hətta pulu İlkindən aldığına görə sonuncuya qaytarmaq istədiyini bildirsə də, İlkin demişdir ki, Ramiz vecinə almır, deyir ki, “sən, qarışma”. Daha sonra Ramizin qardaşı onunla şəxsi ədavət apararaq, vəkil tapıb, müqavilə bağlatdırır. Belə ki, mobil telefonunu bilərək və iş yerini tanıyaraq evinə zəng vurub, təhdid etmişdir. O, zəng edib bildirmişdir ki, “bu nə hərəkətdir axı, mən işdəyəm və mənim evimə niyə zəng edirsən?” Cavabında demişdir ki, “lazım olar evinə də gələrəm” və təbii ki, o bu dəfə də İlkinə məlumat vermiş, İlkin də Ramizin qardaşının İlkinlə ədavəti olmasını bildirmiş, bu haqda Ramizə məlumat vermişdir. Ramiz zəng edərək ondan üzr istəmiş və o, qəbul etmişdir. Belə ki, Ramizin işi ilə əlaqədar ona ümumilikdə 42.000 manat pul verilmişdir. Baxmayaraq ki, o, 30000 manat pul almağını imzalamışdır. Əlavə olaraq görülmüş layihə işlərinin müqaviləsi və layihə işlərinin memarlıq və konstruksiya işçi bölmələri prokurorluğa təqdim olunmuşdur. Üzləşmə zamanı əlavə 15000 manat pulun Ramiz Məmmədova ödəməyi öhdəsinə götürmüşdür. Təxminən iki ay sonra, yəni 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Səbuhi Mehbalıyev onu İstintaq şöbəsinə dəvət etmiş və verilmiş vədə uyğun olaraq qalan pulun tərəfindən ödənilməsini bildirmişdir. O da bu səbəbdən sabiq baş müstəntiq Səbuhi Mehbalıyevə 5500 manat bir, 2-3 gündən sonra 5000 manat bir, təxminən 20 gün sonra 1000 manat bir və təxminən 10 gündən sonra 300 manat bir və əlavə də 300 manat ödəməklə Səbuhi Mehbalıyevə ümumilikdə 12100 manat pul vermişdir. Səbuhi Mehbalıyev isə bunun müqabilində cinayət işinin xitam olunduğunu və onun bu işdə sərbəst olduğunu bildirmişdir. Bu müddət ərzində o, Ramiz Mamedov və yaxınları ilə heç bir əlaqə saxlamamışdır. Bir il altı aydan sonra həmin məsələnin yenidən araşdırılması onda təəccüb doğurur. Belə ki, sabiq baş müstəntiq Səbuhi Mehbalıyevin ona deməsinə görə cinayət işinin icraatına xitam verilmiş və sonuncu həmin vaxtdan sonra onu heç vaxt narahat etməmişdir. Bu baxımdan hazırda barəsində aparılan cinayət işinə Ramiz Mamedova aid olan hissənin əlavə edilməsinə qəti etiraz edir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu C.Cabbarlı küçəsində yerləşən 0,07 hektar torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinin layihələndirilməsi üçün ona 50500 manat deyil, cəmi 42000 manat pul verilmiş, həmin pulun 1100 manatını İlkin şəxsən özü geologiya işləri üçün ödəmişdir. 42000 manat puldan 8000 manat pulu Ramizin vəkili Anara verilmiş və sonuncu həmin halı Yasamal rayon prokurorluğunda təsdiq etmişdir. 12100 manat pulu Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi Səbuhi Mehbalıyevə ödəmiş, 42000 manat puldan qalan 15900 manat pul isə onun layihə işlərinə xərclənmişdir və layihə işləri tam həcmdə Yasamal rayon prokurorluğuna təqdim olunaraq qeydiyyata alınmışdır.

8. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs4 təxminən 2022-ci ilin noyabr ayından sonuncunun kürəkəni Şahid4 vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin noyabr ayında Elçin ona zəng edib qayınatası Xeyrullanın yaşadığı Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanının 1-ci mərtəbəsində yerləşən 81 nömrəli mənzilin 60 kvadrat metr sahəsi olan zirzəmisinin ticarət obyekti kimi fəaliyyət göstərməsi üçün küçəyə qapı açılmasına dair layihə hazırlamasını, həmin zirzəminin iç dizayn layihəsinin hazırlamasını və təmir etməsini ondan xahiş etmişdir. O isə hansısa bir zirzəminin istənilən obyekt kimi fəaliyyət göstərməsi üçün mütləq qaydada çıxarışı olmalı olduğunu bildirmişdir. Belə ki, çıxarış olmadıqda zirzəmiyə küçədən əlavə pilləkən sahəsinin tikilməsi və qapı açılmasına dair rəsmi razılıq verilməsinin qeyri-mümkün olduğunu izah etmişdir. Həmin işlərin xərcinin nə qədər olacağını soruşduqda o, təxminən 30000 manat civarında ola biləcəyini bildirmişdir. Lakin Elçin ondan Xeyrulla qayınatası olduğu üçün ona güzəşt etməyi xahiş etmiş, o da 3000 manat güzəşt edəcəyini bildirmiş və qarşılıqlı olaraq 27.000 manata razılaşmışlar. O, Elçinə zirzəminin çıxarışını hansı müddətə əldə edə biləcəklərini soruşduqda rəsmi prosedurun 1 ay yarım müddət çəkəcəyini bildirmiş və Elçin ona 27000 manat pulu vermişdir. O həmin pulun çıxarış alındıqdan sonra verilməsini bildirdikdə Elçin qayınatası Xeyrullanın ürəyinin sakit olması üçün təkidlə pulu götürməyini xahiş etmiş və bir ay yarım ərzində çıxarışı ona təqdim edəcəyinə vəd vermişdir. Lakin zaman keçdikcə çıxarışın nə vaxt ona təqdim edəcəklərini soruşduqda Elçinlə Xeyrulla Əmlak Komitəsindən mühəndislərin gəlib zirzəminin ölçülərini götürdüklərini və əlavə olaraq Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən razılıq məktubu almalarının mütləq olduğunu deyərək özəlləşdirmə prosesinin uzandığını bildirmişlər. Elçin ondan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən məktub alınmasına köməklik göstərməsini xahiş etmiş, bu məqsədlə o, Elçinlə birlikdə Yasamal rayon İcra Hakimiyyətinin 1-ci müavinin qəbulunda olmuş, sonuncu isə həmin birliyin rəisinə zəng edərək köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra Elçinin xahişi ilə birlikdə Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə getmiş, Birliyin rəisi onları dinləyərək müvafiq köməklik göstərəcəyini və Elçinə məlumat verəcəyini bildirmişdir. Sonradan Elçin özü tək həmin birliklə əlaqə saxlayıb işin nəticəsi ilə maraqlanmış və Elçinin deməsinə görə Birliyin rəisi həmin məktubun hazırlanması qiymətinin 12.000 manat olduğu, lakin Yasamal rayon İcra Hakimiyyətinin birinci müavininin xahişini nəzərə alaraq 5.000 manata həmin məktubu verə biləcəyini Elçinə demişdir. Həmin halların şahidi olmamış və Elçinin deməsinə görə qeyd edilənləri bilmişdir. Lakin sonradan Elçin ona qayınatası Xeyrullanın 5000 manat vermək iqtidarında olmadığını bildirdiyini və Xeyrullanın layihə və təmir üçün ona verdiyi 27000 manat puldan 5.000 manat pulun həmin iş üçün ayrılmasını istədiyini demişdir. O isə tələb olunan təmirin qalan 22000 manata başa çatdıra bilməyəcəyini deyərək pulu verə bilməyəcəyini bildirmişdir. Nəticədə Xeyrulla və Elçinin bir neçə ay ərzində icazə məktubunu almaları yubanmış və ona çıxarış təqdim edə bilməmişlər. Bu səbəbdən onun tərəfindən təmir-tikinti işlərinin aparılması qeyri-mümkün olmuşdur. Ona verilmiş 27000 manat pul isə uzun müddət istifadə olunmadığını bilərək özünün başqa inşaat işlərində istifadə etmiş və tikinti işlərindən, gələcək layihəsindən pul qazanacağını bildiyi üçün məktub alaraq çıxarış əldə edib ona təqdim etmələrini gözləmişdir. Hazırda Elçin və Xeyrullanın 27000 manat pulunu tam olaraq qaytarmış və onlarla razılıq əldə etmişdir. Lakin dostluq münasibətində olduğu Elçinin qayınatası Xeyrullanın qarşısında pis formada qaldığını dərk edir və təəssüf hissi keçirir.

9. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Xanəhməd ona ümumilikdə 47895 manat pul vermiş, həmin pulun müqabilində o, layihə işləri görmüşdür. Belə ki, Tikinti Planlaşdırma İdarəsinin dövlət rüsumu olan, yəni təxminən 23600 manat pulu və FHN-nin Ekspertiza Baş İdarəsinə 2400 manat dövlət rüsumunu o, ödəməlidir. Qalan pullar isə onun layihə pullarıdır. Həmin torpaq sahəsi Xanəhmədin atası mərhum Əbdülün adına olduğuna görə və həmin layihə sənədlərinin Tikinti Planlaşdırma İdarəsində, həmçinin FHN-nin Ekspertiza Baş İdarəsində müdafiə etmək layihəçi kimi onun vəzifə borcu olduğuna görə rüsumların onun tərəfindən ödənilməsini Xanəhməd ondan xahiş etmişdir. Lakin razılıqlarına əsasən Arxitektura Şəhərsalma Komitəsinin Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutuna ödəniləcək dövlət rüsumu, yəni 11800 manat pul isə Xanəhməd tərəfindən ödənilməlidir. Xanəhməd həmin rüsumu ödəmədiyi üçün o, növbəti prosesləri apara bilməmişdir. 23600 manat və 2400 manat pulu Xanəhmədə ödəmək onun öhdəliyindədir. Amma Xanəhməd 11800 manat rüsumu ödəyərsə işini tam həcmdə başa çatdırıb təhvil verməyi öhdəsinə götürür. O, qeyd olunan şəxslərdən aldığı pullardan Namiqə hər hansı bir məbləğdə pul verməmişdir. Namiq Rişaddan başqa həmin şəxslərin heç birini tanımır və Namiqin bu işlə heç bir bağlılığı yoxdur.

10. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, o, Əmlak Məsələləri üzrə Dövlət Xidmətində deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətində icarəçi olmuşdur. Arxitektura və Şəhərsalma Komitəsinin bəzi qaydalarına əsasən o, sahəni müayinə etməklə xəritə çıxarıb hazırladığı layihələri komitəyə təhvil verərək sahibkardan icazə verilməsini təşkil etməlidir. Həmin proseslərin sənədləşmə işləri, adətən, təcrübədə 3-4 ay davam edir. Sifarişçi ilə layihə barədə razılaşdıqdan sonra layihələr Komitənin layihə institutuna göndərilir, sonuncular da öz növbəsində göndərilən layihələri Bakı Şəhəri İcra Hakimiyyətinin binasında yerləşən təyinatlaşdırma tikinti idarəsinə göndərirlər. Qeyd edilən səbəblərdən həmin dövrdə iş yükünün çoxluğu ilə əlaqədar bütün işlərində yubanmalar yaranmışdır. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs3 52895 manat deyil, 47895 manat məbləğində pul almış, sonuncu 13000 manatı ona ofisdə deyil, sahənin müayinəsi zamanı vermiş, həmin vaxt köməkçisi Araz onların yanında olmamış, habelə sonuncunun ümumiyyətlə aparılan danışıqlardan xəbəri olmamışdır. O, layihə xərci və dövlət rüsumlarının artması barədə Xanəhmədə məlumat vermiş, sonuncu da dövlət rüsumlarının ödənildiyi Planlaşdırma İdarəsi və FHN-də rüsumların ödənilməsini ona (Şahlara) etibar etmişdir. 11800 manat məbləğində ödənişi nəzərdə tutan müqaviləni özü deyil, Şəhərsalma Komitəsinin İnstitutu tərtib etmiş, o həmin məbləği aşağı salmağa çalışsa da, alındıra bilməmişdir. Sənədləşmə zamanı Xanəhməd onunla müqavilə bağlamasını tələb etməsi ilə aralarında müqavilə bağlanmış, onun sonuncuya qarşı hər hansı məkrli niyyəti olmamış, sonuncunun 11800 manat rüsumu ödəməməsi səbəbindən məsələ həll olunmamış, özü isə həbs edilmişdir. O, üzərinə düşən bütün işləri, yəni Xanəhməd üçün layihə hazırlayıb instituta göndərməklə xeyli iş görmüş, sonuncu rüsumu ödəmədiyindən işi tamamlayıb təhvil verə bilməmişdir. O, memar kimi vətəndaşdan sifariş götürərkən layihənin təsdiqini almadan heç kimlə müqavilə bağlamır. Xanəhmədlə aralarında yaranmış etibar və inamla əlaqədar sonuncu ilə müqavilə bağlamamış, sadəcə şifahi danışıqlar əsasında ondan pulu almışdır. Bundan başqa, adətən, Arxitektura və Şəhərsalma Komitəsində binanın layihəsinin həcmi üzrə xüsusatlar dəqiqləşdirilərək hazırlanmış son layihə öz təsdiqini tapdıqdan sonra müqavilə bağlanılır. Xanəhməd dövlət qurumlarında onu təmsil etməklə yerinə imza çəkməsi üçün etibarnamə vermişdir. O, ibtidai istintaq zamanı müstəntiqin sözünə əsasən zərərçəkmiş şəxslərə təqdim edilməsi üçün müxtəlif məbləğlərdə müstəntiqə pullar ödəmiş, habelə 8000 manatdan əlavə 12100 manat da ödəniş etmiş, ödənişlərin aparılmasına dair iltizam da imzalamış, lakin həmin iltizamlar iş materiallarından çıxarılmışdır. 2019-cu il tarixdə şəhərsalma komitəsində tikinti planlaşdırma idarəsi yaradılmaqla dövlət rüsumunda dəyişikliklər olmuş, Hafizgil də 30000-35000 manat məbləğində dövlət rüsumlarını ödəmək istəmədikləri üçün sənədləşmə işlərinin həyata keçirilməsindən imtina etmişlər. O, Hafizə sonuncunun qəbul etdiyi kimi 13000 manat deyil, daha çox məbləğdə pul ödəmişdir. Onun zərərçəkmiş şəxslərə qarşı dələduzluq niyyəti olmamış, əgər belə niyyəti olsa idi, ümumiyyətlə onlardan heç birinə pul qaytarmaq fikri olmazdı. O, zərərçəkmiş şəxslərə rüsumu ödəməyə maddi imkanları çatmadığı, habelə başqa şəxsin həmin torpağa alıcı çıxacağı təqdirdə onlara köməklik edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 142000 manat pul almış, həmin pulun 30000 manatını qaynı ilə göndərmiş, habelə müxtəlif vaxtlarda Rişadın Elnur və ya Nurlan adlı sürücüsünə şəxsən 10000 manat, 13000 manat və 7000 manat pul vermiş, bununla da Rişadın ümumilikdə 60000 manat pulunu ona geri qaytarmışdır. O, hazırladığı layihə işlərini Rişada təqdim etmiş, sonuncunun xahişi əsasında aralarında müqavilə bağlanmış, habelə dövlət rüsumlarını da ödəməsini tapşırmış, o da 70000 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Rişad və Hafizin mülki iddiaları tam əsassız olduğunda həmin mülki iddialarla razı olmamaqla həmin iddiaları qəbul etmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tam orta məktəbi, o cümlədən universiteti qızıl medalla bitirdiyini, uzun illər memarlıq sahəsində işləməklə Xocalı soyqırımı heykəlinin müəllifi olduğunu, habelə bir çox icra hakimiyyətlərində memar kimi fəaliyyət göstərdiyini, zərərçəkmiş şəxsləri aldatmaq niyyətinin olmadığını, sonunculara layihələr hazırlamaqla müvafiq təsdiqlər aldığını, müstəntiqə zərərçəkmiş şəxslərə ödənilməsi üçün verdiyi pulların zərərçəkmiş şəxslərə çatdırılmadığını, qızının birinci dərəcə əlil olmaqla sağlamlıq imkanlarının məhdud olmaqla daim qulluğa ehtiyacı olduğundan arvadının işləyə bilmədiyini, bu səbəbdən ailədə yeganə qazanc gətirən şəxsin özünün olduğunu və 63 yaşında olmaqla kifayət qədər yaşının olmasını bildirərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını, bəraət verilmədiyi təqdirdə isə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona şərti cəza təyin edilməsini xahiş etdi.

11. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

12. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

13. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. X9 mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 267.2 kvadrat metr qeyri-yaşayış binasının sökülməsi və onun yerində 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisini, övladı Rafiq Şahverdiyevin adına olan ünvan 5 ünvanda 742.9 kvadrat metr qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni tikinti aparılmasını, dostu X20 adına olan ünvan 6 ünvanda olan 247.6 kvadrat metr qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin tikintisini planlaşdırmışdır. Ona Təqsirləndirilən şəxs tikinti işlərinin aparılmasına razılıq alması işləri ilə məşğul olduğunu bildirmişlər. O da Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış, danışdıqdan sonra Şahların dəvəti ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Azərdövlət Layihə İnstitunun binasında olan ofisinə getmişdir. Əvvəllər Şahlarla heç bir münasibəti, o cümlədən ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Şahlarla görüş zamanı qeyd etdiyi daşınmaz əmlakların dövlət reyestrindən çıxarışlarını təqdim edib həmin tikintilərə icazə almaq istədiyini bildirmişdir. Şahlar isə onun təqdim etdiyi sənədlərə baxmadan tikinti işlərinin aparılmasına icazə verilməsinə dair sənədlərin verilməsi işləri ilə məşğul olduğunu, tikinti işlərinin aparılmasına icazə verilməsi məqsədi ilə ondan 3 qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi üçün 135000 manat, şəhərsalma idarəsinə verilməsi üçün və hər tikintinin layihəsi üçün 5000 manat olmaqla, 3 qeyri-yaşayış sahəsi üçün 15000 manat pul özü üçün ödəməyini bildirmişdir. O da Şahların istədiyi 150000 manat pulu hissə-hissə olmaqla 2021-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonunda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində Şahlara vermişdir. Şahlar qısa müddətdə tikinti işlərinin aparılmasına razılıq alıb sənədləri ona təqdim edəcəyinə dair söz vermişdir. Şahlar 150000 manat pulu ondan aldıqdan bir müddət sonra ünvan 9 ünvanda olan 267.2 kvadrat metr qeyri-yaşayış binasının sökülməsi və yerində 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi üçün tikilinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin lazım olduğunu, əgər həmin torpaq sahəsini özəlləşdirilməsə tikintiyə icazə verilməyəcəyini ona bildirmişdir. Həmçinin Şahlar özünün torpaq sahəsinin özəlləşdirilməsi ilə məşğul olan tanışı olduğunu və bu işi tanışının vasitəsi ilə həll edə biləcəyini ona demiş, o da Şahlarla razılaşmışdır. Şahlar telefon vasitəsi ilə zəng edib X29 onların olduğu Bakı şəhəri Yasamal rayonunda yerləşən Azərdövlət Layihə İnstitunun binasına çağırmışdır. X5 tanış edib torpaq sahəsinin özəlləşdirilməsinə köməklik edəcəyini bildirmişdir. X44 onun təqdim etdiyi sənədlə tanış olduqdan sonra bir neçə gündən sonra məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra isə Namiq onun telefonuna zəng edərək torpaq sahəsinin özəlləşdirilməsini danışdığını və bunun üçün 360000 manat pul ödəyəcəyini bildirmişdir. O, 360000 manat pul verə bilməyəcəyini, yaşadığı evini satıb 300000 manat ödəyə biləcəyini Namiqə demişdir. Bir neçə gün keçdikdən sonra Şahlar ona zəng edərək Namiqin 300000 manata torpaq sahəsinin özəlləşdirilməsinə razılıq aldığını bildirib pulu verməyini bildirmişdir. O, Şahların və Namiqin tələb etdikləri 300000 manat pulun 200000 (iki yüz min) manatını 04 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən Azərdövlət Layihə İnstitunun binasında Şahların iş otağında Şahların iştirakı ilə əlbəəl Namiqə vermişdir. 1 iyul 2021-ci il tarixdə ünvan 10 ünvanında yerləşən ofisində Namiqə əlbəəl 100000 (bir yüz min) manat vermişdir. Namiq ondan pulu alarkən ən geci sentyabr ayının 20-si tarixinədək torpaq sahəsini özəlləşdirəcəyini bildirmişdir. Torpaq sahəsinin özəlləşdirilməsindən sonra Namiq sənədləri ona təqdim edib göstərdiyi xidmətə görə özü üçün 20000 manat pul istəmişdir. O da Namiqlə razılaşmışdır. Bundan başqa, Namiq Kərimov onun vasitəsilə dostu X45 məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən torpaq sahəsinin özəlləşdirib çıxarış verilməsi üçün 50000 manat pul almışdır. Onun Təqsirləndirilən şəxs və X30 olan inamından qeyd olunan şəxslər sui-istifadə edərək, onu aldatmaqla qeyd etdiyi qaydada 450000 manat məbləğində pul vəsaitini və dostu Emin Nağıyevə məxus 50000 manat pul vəsaitini ələ keçirmişlər. Tikinti işlərinin aparılmasına icazə sənədi verilmədiyindən, torpaq sahəsi özəlləşdirilmədiyindən o, Təqsirləndirilən şəxs və Namiq Kərimovdan pul vəsaitini qaytarmalarını tələb etmişdir. O, Namiqə pulları verən zaman sonuncu ilə danışığı olmuşdur. O, Faiq adlı şəxsi tanımır, həmin şəxslə heç bir danışığı və ya görüşü olmamışdır. Namiq ondan aldığı pulu hər hansı şəxsə, o cümlədən Faiqə verəcəyini bildirməmişdir. Namiq ona 60000 manat pul ödəmiş, o həmin puldan 20000 manatı bankdan götürdüyü pulu ödəməyə, 20000 manat pulu Namiq onunla icarə müqaviləsi bağladığı Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə görə ona dəymiş 20000 manata və evini dəyərindən ucuz qiymətə, yəni 50000 manat ucuzuna satdığına görə Namiqin ona qaytardığı 60000 manat pulu həmin pullara çıxmış və bu barədə Namiqin özünə demişdir. O, Namiqə Eminin verdiyi 50000 manat pula çıxmağını hesab etməyini bildirməmişdir. Namiq Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinin icarə müqaviləsini ödəmədiyi üçün o, aylıq 1100 manat pulu əmlaka ödəyir. Bu səbəbdən hazırda Namiqin ona 300000 (üç yüz min) manat verəcəyi vardır və o həmin pulu Namiqdən tələb edir. O, Şahların istədiyi 150000 manat pulu hissə-hissə olmaqla 2021-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonunda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində Şahlara vermişdir. Şahlar ona qısa müddətdə tikinti işlərinin aparılmasına razılıq alıb sənədləri ona təqdim edəcəyini söz vermişdir. Onun sürücüsünün adı Bəxtiyar olmuş, sonuncu Şahlara yalnız çatdırılma üçün pul vermiş, lakin ondan hər hansı pul götürməmişdir. Şahlar üç yer üçün ondan 150000 manat pul almış, bunun müqabilində onun üçün heç bir iş görməmiş və aldığı 150000 manat puldan ona cəmi 30000 manat pul qaytarmış, lakin qalan 120000 manat pulu hazırkı vaxta kimi ona qaytarmamışdır. O, Şahlara aralarındakı razılaşmaya əsasən ümumilikdə 220000 manat məbləğində pul ödəməli olmuş, lakin ona ümumilikdə 150000 manat ödəmiş, Şahların hər hansı iş görmədiyini öyrənib onu polisə şikayət edəcəyini bildirdikdən sonra sonuncu 150000 manat puldan cəmi 30000 manat pulu geri qaytarmışdır. Hazırda Şahlar tərəfindən ona 120000 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. Verdiyi mülki iddiasını müdafiə etməklə tam həcmdə təmin edilməsini xahiş edir.

14. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X39 onun atası, Şahid1 qardaşıdır. Bakı şəhəri Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində atası Əbdül Salayevin xüsusi mülkiyyətində olan 0,0445 hektar torpaq sahəsinə 6 mart 2018-ci il tarixdə PX seriyalı, ******* №-li çıxarış verilmişdir. 2022-ci ilin fevral ayında qardaşı Şahid1lə birlikdə atasına məxsus həmin torpaq sahəsində iki mərtəbəli məişət evi tikmək qərarına gəlmişlər. Tikintiyə müvafiq dövlət orqanlarından icazə almaq istədikdə tanışı X37 ona bildirmişdir ki, tanıdığı bir şəxs vardır və həmin şəxs tikinti ilə bağlı müvafiq dövlət orqanlarından rəsmi razılıqları ala biləcəkdir. 2022-ci ilin təxminən mart ayının sonlarında İlkinlə birlikdə sonuncunun tanışı Təqsirləndirilən şəxs ilə sonuncunun işlədiyi Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş inzibati binasının 5-ci mərtəbəsində yerləşən ofisdə görüşmüşlər və orada İlkin onu Şahlar ilə tanış etmişdir. Şahlar "xxxx" MMC-nin direktoru işlədiyini bildirmişdir. Orada məsələni Şahlara izah etdikdə sonuncu tikinti ilə bağlı bütün problemləri həll edəcəyini, hətta tikintinin layihəsini də hazırlayacağına vəd vermişdir. Şahlar üç ay ərzində Ekologiya və Fövqəladə Hallar Nazirliyindən, eləcə də Arxitektura və Şəhərsalma Komitəsindən tikinti ilə bağlı razılıqları alaraq sənədləri ona təhvil verəcəyini vəd vermiş və bunun üçün həmin dövlət orqanlarına ödəniləcək rüsum kimi 45895 (qırx beş min səkkiz yüz doxsan beş) manat pul lazım olduğunu demişdir. Sonrakı günlərdə qardaşı Şahid1lə tikəcəkləri evin layihəsinə zirzəmi də əlavə etdiklərinə görə Şahlar ödəniləcək dövlət rüsumunun qiymətini 7000 manat artıraraq 52895 (əlli iki min səkkiz yüz doxsan beş) manat lazım olduğunu demişdir. Şahlar hətta özünə inam yaratmaq üçün tikəcəkləri evin layihəsini hazırlayaraq təqdim etmişdir. İlk dəfə 12 aprel 2022-ci il tarixdə o, Şahların Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi 95 ünvanında yerləşən ofisində 13000 manat pulu təklikdə əlbəəl Şahlara vermişdir. Bundan sonra o, Şahların həmin ofisində hissə-hissə olmaqla müxtəlif vaxtlarda Şahlara əlbəəl 37745 manat pul vermişdir. Sonuncu dəfə 6 iyul 2022-ci il tarixdə, saat 10:31-də Şahların istəyi ilə qardaşı Araz istifadəsində olan bank kartı vasitəsilə Şahların arvadı Xədicə Allahverdiyevanın adına olan "xxxx" ASC-yə aid 4169- 7414-0598-2958 nömrəli bank kartı hesabına 2150 manat pul göndərmiş, bu zaman qardaşı Araz Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 87/89 ünvanında yerləşən “Dərs evi” hazırlıq məkəbinin yaxınlığında olmuşdur. O və qardaşı Araz Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində tikəcəkləri obyektə dair bütün sənədlərin hazırlamasından ötrü Təqsirləndirilən şəxs istədiyi ümumilikdə 52895 manat pul vəsaitini Şahlara vaxtında ödəsələr də, Şahlar sonrakı aylarda müxtəlif bəhanələr gətirərək vədinə əməl etməyib, tikinti ilə bağlı lazımi sənədləri onlara təqdim etməmişdir. Şahlar dəfələrlə “Whatsapp” vasitəsi ilə ona və qardaşı Araza mətn və səsli mesajlar göndərərək onların hansı məbləğdə pul verdiyini və özünün hansı işləri görməli olduğunu tam təsdiq etmişdir. Sonradan Şahların dostu Şahid2 bu məsələyə qoşularaq onları əmin etmişdir ki, Şahlar tikinti ilə bağlı hər üç dövlət orqanından razılıq sənədlərini bir ay ərzində alaraq onlara verəcəkdir. Bununla da, Şahlar və Həsən onlara verdikləri vədə əməl etmədiklərindən o, Şahlardan pulunu geri tələb etmişdir. Lakin Şahlar bir daha onları əmin etmişdir ki, 2-2,5 ay ərzində icazə sənədlərini alıb verəcəkdir. Hətta Şahlar onları arxayın etmək üçün pulu alması ilə bağlı aralarında razılıq müqaviləsi bağlamağı və həmin müqaviləni özünə məxsus möhürlə təsdiq etməsini təklif etmişdir. Onlar Şahların təklifi ilə razılaşmış və 31 avqust 2023-cü il tarixdə Şahların təklif və tərtib etdiyi müqaviləni imzalamışlar. Şahlar həmin müqaviləni imzalayaraq öz möhürü ilə təsdiq etmişdir. Bütün bunlara baxmayaraq Şahlar bir daha onları aldatmış və ən geci 15 noyabr 2023-cü il tarixədək icazə sənədlərini hər üç dövlət orqanından alıb onlara təqdim etməmişdir. Artıq Şahların onları yenidən aldatması və onlarda inam yaratmaq üçün həmin müqaviləni tərtib etməsi tam aydın olmuşdur. Sonradan maraqlandıqda bilmişlər ki, Şahlar yuxarıda adlarını qeyd etdikləri dövlət orqanlarına hər hansı məbləğdə rüsum ödəməmişdir. Sonradan Şahlar zənglərinə cavab verməmiş və artıq onlara məlum olmuşdur ki, Şahlar onu aldatmış, dələduzluq yolu ilə pulunu ələ keçirməklə ona ümumilikdə 52895 manat məbləğində maddi ziyan vurmuşdur. Şahlara vermiş olduğu 52895 manat pul tam şəkildə özünə məxsus olmuşdur, əvvəlcə danışdıqları kimi Şahlara 45895 manat pul ödəmişdir. Sonradan tikiləcək obyektin zirzəmisinə görə Şahlara əlavə olaraq 7000 manat pul vermişdir. Müqavilədə Şahlar zirzəmiyə görə 11800 manat verməli olduğunu səhvən göstərmişdir. Yəni o, Şahlara tikiləcək obyektin zirzəmisinə görə 11800 manat pul verməmişdir. ***-***-**-** mobil nömrə İlkinin istifadəsində, ***-***-**-** mobil nömrə isə Həsənin istifadəsində olmuşdur. İlkin onu yalnız Şahlarla tanış etmiş, lakin pul verilərkən İlkin yanlarında olmamışdır. Həsən isə qardaşını və onu əmin etmişdir ki, Şahlar tikinti ilə bağlı hər üç dövlət orqanından razılıq sənədlərini bir ay ərzində alaraq onlara verəcəkdir.

15. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə edərək göstərdi ki, atasının adına olan 4 sot torpaqda tikinti üçün qardaşı ilə danışıb razılaşmış, lakin həmin vaxt özləri torpağın sənədləşdirilmə işlərində onlara kömək edə biləcək şəxs tapa bilmədiyindən İlkin adlı şəxs torpaq məsələlərinin həll edilməsində bir nəfər şəxsi tanıdığını bildirib onu Şahlarla tanış etmiş, sonuncu ilə danışdıqdan sonra ona layihə hazırlayıb dörd ay müddətində 45000 manata məsələni həll edəcəyini bildirmişdir. Şahlar əvvəlcə pulu hissə-hissə ödəyə biləcəyini bildirmiş, lakin sonradan pulu bütövlükdə istəyərək 3 ay müddətinə 52800 manat alıb ona cavab verməmişdir. Şahlar ona 2022-ci il tarixdə bir ədəd geologiya xəritəsi çəkmiş, pulu aldıqdan sonra müxtəlif bəhanələr (gah xəstələnməsi, gah Şuşada olması və sair) gətirməklə onunla görüşməkdən boyun qaçırmışdır. Şahlar onu şəhərsalma idarəsində dostunun yanına aparıb guya sonuncunun onun üçün zəruri sənədlər hazırladığını bildirmiş, habelə dostu da (Həsən) ona zəng edib mesaj yazaraq “narahat olma, sənədlər hazırdır” deyib aldatmağa çalışmışdır. O, Şahlara ondan şikayət edəcəyini bildirdikdə Həsənlə birgə yanına gəlib bir ay yarım müddətində sənədləri tam şəkildə ona təhvil verəcəyini bildirmiş, lakin sonradan ona sənəd verərək 18500 manat ödədikdən sonra sənədi ala biləcəyini demiş, o da sənədlərə baxdıqda sənədlərin saxta olduğunu görmüşdür. O, Şahlara ümumilikdə 52895 manat pulu layihə hazırlayaraq şəhərsalma idarəsində təsdiqlənib icazə alınması üçün vermiş, həmin pulun qaytarılması üçün aralarında yoldaşlıq müqaviləsi bağlamışlar. Şahlar özünü memar kimi təqdim edərək həm layihəni çəkəcəyini, həm də digər işləri özü həll edəcəyini bildirmişdir. Şahlar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin binasının 5-ci mərtəbəsində ofisində əyləşməklə işləmişdir. Şahlarla layihə işini əvvəlcə 45000 manata razılaşdırmış, lakin sonradan zirzəmi də düzəldəcəyini bildirib pulunu ona uyğun hazırlamışdır. O, Şahların onun işini nəyə görə həll etmədiyini bilməmişdir. O, Şahların kiminləsə şərik olmasını, şərikinin də Şahları aldatdığını eşitmiş, lakin dəqiq olaraq məsələnin nə yerdə olduğunu bilməmişdir. Şahlar ondan ümumilikdə 52895 manat pul almış, lakin həmin puldan ona heç nə qaytarmamış, sonuncunun onunla sonradan müqavilə bağlamaqda məqsədinin cinayət məsuliyyətindən yayınmaq olduğunu düşünür. O, aprel ayından başlayaraq iyun ayına qədər Şahlara pul vermiş, sonuncu rüsumların artdığını dediyi üçün 52895 manat verdikdən sonra əlavə olaraq 11800 manat da istəmiş, lakin həmin pulu sonuncuya verməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 Şahların ona hər hansı məbləğdə vurulmuş ziyanı ödəməməsinə baxmayaraq, onun ailə vəziyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

16. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X48 onun qardaşıdır. Məmmədova (Qaracayeva) İlahə Baxşəli qızı qardaşı Ramizin həyat yoldaşıdır. Qardaşı Ramiz 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 0,07 hektar torpaq sahəsini alaraq həyat yoldaşı İlahə Məmmədovanın adına rəsmləşdirmişdir. 2018-ci ilin avqust ayında Ramiz həmin yaşayış sahəsində qeyri-yaşayış obyekti tikmək qərarına gəlmiş və torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ramizə qeyri-yaşayış sahəsinin tikintisinə və layihələndirilməsinə zəruri olan bütün icazə sənədlərinin Bakı şəhər İcra Hakimiyyətindən, Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsindən və digər müvafiq dövlət orqanlarından alınmasını təşkil edə biləcəyini bildirərək həmin işi görməyi təklif etmişdir. Şahlar bütün işlərin görülməsi üçün Ramizdən 50500 manat pul tələb edərək söz vermişdir ki, tikintiyə icazə sənədlərinin hamısının alınması bir neçə ay ərzində həyata keçiriləcəkdir və 2018-ci ilin sonuna qədər tikintiyə icazə sənədini hazırlayıb təqdim edəcəkdir. Ramiz də Şahların verdiyi vədinə inanaraq 2018-ci ilin sentyabr ayından başlayaraq 10 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində hissə-hissə olmaqla Şahlara ümumilikdə 50500 manat pul vermişdir. Belə ki, 2018-ci ilin sentyabr ayının sonunda İlkin Şahların işlədiyi ünvan 2 ünvanda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində Şahlara əlbəəl 2000 manat pul vermişdir. 2018-ci ilin oktyabr ayının əvvəlində İlkin Şahların işlədiyi həmin ofisdə Şahlara əlbəəl 500 manat pul vermişdir. Eyni qayda ilə 2018-ci ilin noyabr ayının əvvəlində 10.000 manat, 2018-ci ilin noyabr ayının sonunda isə İlkin Şahlara əlbəəl 5.000 manat pul vermişdir. 2018-ci ilin noyabr ayının sonunda Ramizin xahişi ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Şəki” restoranının yaxınlığında o, Şahlar ilə görüşərək orada təklikdə Şahlara 5000 manat pul vermişdir. 2018-ci ilin dekabr ayının əvvəlində 5.000 manat, 2018ci ilin dekabr ayının sonunda 5000 manat pul vəsaitini İlkin Şahların işlədiyi ofisdə şəxsən əlbəəl sonuncuya vermişdir. 28 dekabr 2018-ci il tarixdə Ramiz İlkinin yanında Şahların işlədiyi ofisində Şahlara əlbəəl 10000 manat pul vermişdir. 2019-cu ilin may ayının əvvəlində İlkin yenidən Şahların ofisində sonuncuya şəxsən əlbəəl 5000 manat pul vermişdir. Sonuncu dəfə isə 10 iyul 2019-cu il tarixdə Ramiz İlkinin yanında Şahların işlədiyi ünvan 2 ünvanda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində Şahlara əlbəəl 3000 manat pul vermiş və bununla da Şahlara ümumilikdə 50500 manat pul verilmişdir. Lakin bundan sonra Şahlar vədinə əməl etməyərək dələduzluq edərək həmin pulları ələ keçirmişdir. Sonradan Şahlar 50500 manat puldan 8000 manat qaytarmış, lakin qalan 42500 manat pulu hazırkı vaxta kimi qaytarmamışdır. Həmin pullar ona məxsus olduğu üçün maddi ziyan tam şəkildə ona dəymişdir. X59 hazırda Rusiya Federasiyasında yaşayır. Şahlar hazırkı vaxta kimi 8000 manat və 5000 manat olmaqla cəmi 13000 manat pul qaytarsa da, qalan 37500 manat pulu isə hazırkı vaxta kimi qaytarmamışdır. O, Şahlarla qardaşı Ramiz Məmmədov vasitəsilə tanış olmuş, sonuncu da öz növbəsində Şahları Ramizin yeznəsi Şahid3 vasitəsilə tanımışdır. Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən torpaq sahəsini yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevirmək məqsədilə həmin torpaqda obyekt tikmək üçün Ramiz və İlkinlə razılığa gəlmişlər. Şahlar sənədləşmə işlərini aparmaq üçün özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim etmiş, sonuncunun Aqrar layihə institutunda ofisi olmuş, torpağın eskiz layihəsini hazırlayıb Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən şəhərsalma və arxitektura komitəsindən lazımi sənədləşmə və icazələrin razılaşdırılmasını, habelə öz üzərinə götürərək 2018-ci ilin sonuna qədər 3-4 ay ərzində sənədləri onlara təhvil verməyi vəd etmişdir. Şahlar fasilələrlə ondan pul istədikdə pulunu göndərmiş, lakin sənədləşmə işləri iki il uzanmış, Şahlara ümumilikdə hissə-hissə olmaqla 50500 manat pul vermiş, həmin puldan ona 8000 və 5000 manat olmaqla, cəmi 13000 manat pul qaytarılmışdır. Şahlar sənədləşmə işlərini vəd etdiyi tarixdə həll etməyərək cavab gözlədiyini bildirib onu yubatmış, habelə 30000 manat da əlavə pul istəmiş, o isə proseslərin uzandığını görüb işlərinin alınmayacığı anlayaraq pulu verməkdən imtina etmişdir. O, Şahlarla müxtəlif vaxtlarda iki dəfə görüşmüş, sonuncu əlavə rüsum ödənilməsini tələb etdikdə etiraz etmişdir. O, Şahlarla dostları İlkinlə Ramizin iştirakı ilə sənədləşmə aparılmasına dair yoldaşlıq müqaviləsi bağlamışdır. Ona ödənilmiş pulları ofisdən götürmüş, müstəntiq tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 mülki iddiasını müdafiə etdiyini bildirərək həmin iddiasının təmin edilməsini xahiş etdi.

17. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Şahid4 onun kürəkənidir. Təqsirləndirilən şəxs kürəkəni Elçinin vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin yay aylarında Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanının 1-ci mərtəbəsində yerləşən 81 nömrəli mənzilinin zirzəmisini həmin ünvanda digər qonşuların əksəriyyətinin zirzəmilərini özəlləşdirdiklərini nəzərə alaraq o da özəlləşdirmək qərarına gəlmişdir. Belə ki, qonşulardan soraqlaşma nəticəsində kürəkəni Elçinin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Şahlar özünü ona Əmlak Komitəsinin əməkdaşı kimi təqdim etmiş və bu işdə ona köməklik edəcəyini bildirmişdir. Şahlar zirzəminin özəlləşdirilməsi üçün ondan 27000 manat pul istəmiş və 45 gün ərzində sənədləri hazır edəcəyini qeyd etmişdir. O da öz növbəsində Şahlar ilə razılaşmışdır. Həmin görüşdən 2-3 gün sonra, yəni 2022-ci ilin iyul ayının əvvəlində kürəkəni Şahid4 ilə birlikdə o, ünvan 2 ünvanda yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 5-ci mərtəbəsində yerləşən 155 nömrəli xidməti otaqda Şahlarla görüşmüşdür. Orada o, kürəkəni Elçinin yanında 27000 manat pul və qeyd etdiyi zirzəminin üst mərtəbəsində olan mənzilinin çıxarış sənədinin surətini əlbəəl Şahlara vermişdir. Lakin bundan sonra Şahlar vədinə əməl etməyərək ondan aldığı 27000 manat pulu hazırkı vaxta kimi ona qaytarmamışdır. Buna görə də o, 2 dekabr 2023-cü il tarixdə ***-***-**-** telefon nömrəsindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin 161 “Qaynar Xətt” əlaqə mərkəzinə zəng edərək Şahların ona qarşı dələduzluq etməsi barədə məlumat vermişdir. Şahların Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanının 1-ci mərtəbəsində yerləşən 81 nömrəli mənzilin zirzəmisinin özəlləşdirilməsi üçün 45 gün müddətinə sənəd verməsi üçün o, kürəkəni Elçinin yanında Şahlara 27000 manat pul vermiş və həmin vaxt orada başqa bir nəfər də olmuşdur. Həmin şəxsi birinci dəfə gördüyündən tanımır, anket məlumatları və əlaqə nömrəsini bilmir. Şahlar özünü ona Əmlak Komitəsinin əməkdaşı kimi təqdim etsə də, X55 və Xəritəçəkmə Komitəsində hansı vəzifədə və ümumiyyətlə işləyib-işləməməsi barədə heç bir məlumatı yoxdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 ona vurulmuş 27000 manat məbləğində ziyanın tam şəkildə ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, sonuncudan hər hans şikayəti və ya tələbi olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs hər hansı cəza təyin edilməyərək sonuncunun azadlığa buraxılmasını xahiş etdi.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə dair hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, sonuncu dəfə 6 iyul 2022-ci il tarixdə, saat 10:31-də Şahların istəyi ilə o, Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospekti 87/89 ünvanında yerləşən “Dərs evi” hazırlıq məkəbinin yaxınlığında olarkən özünə məxsus olan bank kartı vasitəsilə Şahların arvadı Xədicə Allahverdiyevayanın adına olan "xxxx" ASC-yə aid 4169-7414-0598-2958 nömrəli bank kartı hesabına 2150 manat pul göndərmişdir. O və qardaşı Xanəhməd Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində tikəcəkləri obyektə dair bütün sənədlərin hazırlamasından ötrü Təqsirləndirilən şəxs istədiyi ümumilikdə 52895 manat pul vəsaitini Şahlara vaxtında ödəsələr də, Şahlar sonrakı aylarda müxtəlif bəhanələr gətirərək vədinə əməl etməyib tikinti ilə bağlı lazımi sənədləri onlara təqdim etməmişdir. Şahlar dəfələrlə “Whatsapp” tətbiqi vasitəsi ilə ona və qardaşı Xanəhmədə mətn və səsli mesajlar göndərərək hansı məbləğdə pul verdiklərini və özünün hansı işləri görməli olduğunu tam təsdiq etmişdir. Sonradan Şahlar zənglərə cavab vermədikdə sonuncunun onları aldatmasını başa düşmüşlər. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə qardaşı Xanəhmədə ümumilikdə 52895 manat məbləğində ziyan vurmuş və həmin pullar tam şəkildə Xanəhmədə məxsus olmuşdur.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddədir tanıyır. Zərərçəkmiş şəxs3 2023-cü ilin yay aylarından Şahların vasitəsilə tanımışdır. Belə ki, hazırda dəqiq xatırlamadığı tarixdə Şahlar ona Xanəhmədin Şəhərsalma və Arxitektura Komitəsində eskiz layihəsini razılaşdırdığını bildirmişdir. Lakin onların aralarında olan danışıqlardan tam məlumatı olmamışdır. Şahlar Xanəhməd ilə görüşərkən o da orada olmuş, Şahlarda olan siyahıda o, təxminən 52000 manat məbləğin yazılmasını görmüşdür. Həmçinin Şahlar ilə Xanəhməd və sonuncunun qardaşı arasında müqavilə də bağlanmışdır. Şahlar ona hər hansı məbləğdə pul verməmişdir. Şahlar Xanəhmədlə danışıb özünün Türkiyə Respublikasında olmasını sonuncuya deməsini xahiş etmiş, o da bu barədə Xanəhmədə demişdir. 2023-cü ilin avqust-sentyabr aylarında Şahlar ona zəng edərək Xanəhmədin adını çəkib işinin uzandığını, habelə sonuncunun ona inanmadığını bildirərək ağsaqqal kimi gedib onlarla görüşməyini xahiş etmiş, o da Şahların xahişini nəzərə alacağını demişdir. İlk dəfə Xanəhmədi görüşdükləri kafedə görmüş, həmin vaxt işinin iki ildir davam etdiyini öyrənmişdir. Şahlar ona “Baksolda” götürdüyü böyük obyekt sifarişini tamamlayıb ziyanını ödəyəcəyini bildirmişdir. Şahların deməsinə görə sonuncu layihəni işləyib qurtarmış, sadəcə şəhərsalma komitəsi ilə razılaşdırma məsələsi qalmışdır. O, əvvəllər şəhərsalma komitəsində işləmiş, buna görə əsaslanmanın işlənməsinə kömək edəcəyini Şahlara demiş, Şahlar 15 gün vaxt istədikdə müddətin az olduğunu bildirdikdən sonra bir ay ərzində yekunlaşdırmaq barəsində razılığa gəlmişlər. O, tanışlarından “Azərmemarlayihə” institutundan Xanəhmədlə müqavilə bağlayıb işə başlamalarını xahiş etmiş, lakin sonradan on min manatdan artıq pul ödəməli olmasını bildirdikdə Şahlar sifarişindən pul almadığını, bu səbəbdən daha sonra ödəyəcəyini demişdir. Xanəhməd ona zəng edib iki ay müddətində işin təhvil verilməsinə dair müqavilə bağlamalarını bildirdikdə o, Xanəhmədə iş görməli olan şəxsin özü olmadığını demişdir. Xanəhmədin qardaşı Şahlarla danışıb razılığa gəldikdən sonra Şahlar onlarla müqavilə bağlamış, lakin iş uzanmış, Xanəhmədgilin pulu ödənilməmiş qalmışdır. O, sonradan Xanəhmədin Şahlardan şikayət etdiyini öyrənmişdir. O, Xanəhmədlə görüşəndə onun Şahlara 50000 manata yaxın pul verdiyini eşitmiş, onun yanında sonuncularla arasında hər hansı pul alış-verişi olmamış, Şahların aldığı pulu hara xərclədiyindən məlumatı olmamış, Xanəhməd isə verdiyi puldan əlavə 11800 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Onun Şahlarla əlbirliyi olmamışdır. Şahlar şəkər xəstəsi olduğunu, Xanəhmədlə danışdıqda əsəblərinin korlandığını bildirərək ondan Xanəhmədə zəng edib Türkiyədə olduğunu deməsini xahiş etmiş, o da Xanəhmədə elə də demişdir.

20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Zərərçəkmiş şəxs1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində özünə aid xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Məmmədova (Qaracayeva) İlahə Baxşəli qızı onun bacısıdır. X48 isə bacısının həyat yoldaşıdır. Zərərçəkmiş şəxs1 Ramizin qardaşıdır. Ramiz 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 0,07 hektar torpaq sahəsini alaraq bacısı İlahə Məmmədovanın adına rəsmləşdirmişdir. 2018-ci ilin avqust ayında Ramiz həmin yaşayış sahəsində qeyri-yaşayış obyekti tikmək qərarına gəlmiş və torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ramizə təklif etmişdir ki, qeyri-yaşayış sahəsinin tikintisinə və layihələndirilməsinə zəruri olan bütün icazə sənədlərinin Bakı şəhər İcra Hakimiyyətindən, Arxitektura və Şəhərsalma Komitəsindən və digər müvafiq dövlət orqanlarından alınmasını təşkil edə bilər. Şahlar bütün işlərin görülməsi üçün Ramizdən 50500 manat pul tələb edərək söz vermişdir ki, tikintiyə icazə sənədlərinin hamısının alınması bir neçə ay ərzində həyata keçiriləcəkdir və 2018-ci ilin sonuna qədər tikintiyə icazə sənədini hazırlayıb təqdim edəcəkdir. Ramiz də Şahların verdiyi vədinə inanaraq özü, həmçinin onun və Hafizin iştirakı ilə 2018-ci ilin sentyabr ayından başlayaraq 10 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində hissə-hissə olmaqla Şahlara ümumilikdə 50500 manat pul vermişdir. O, Şahlara pulları sonuncunun işlədiyi ünvan 2 ünvanda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində şəxsən əlbəəl vermişdir. Sonuncu dəfə 10 iyul 2019-cu il tarixdə Ramiz onun yanında Şahların işlədiyi ünvan 2 ünvanda yerləşən Azərdövlət Layihə İnstitunun binasındakı ofisində Şahlara əlbəəl 3.000 manat pul vermişdir. Bununla da Şahlara ümumilikdə 50500 manat pul verilmişdir. Lakin bundan sonra Şahlar vədinə əməl etməyərək dələduzluq edərək həmin pulları ələ keçirmişdir. Sonradan Şahlar 50500 manat puldan 8000 manat və 5000 manat olmaqla cəmi 13000 manat pul qaytarsa da, qalan 37500 manat pulu isə hazırkı vaxta kimi qaytarmamışdır. Şahların guya verilmiş pullardan hər dəfə 500 manat olmaqla ona ümumilikdə 2000 manat məbləğində pul verməsini bildirməsi tamamilə yalandır və Şahlar ona hər hansı məbləğdə pul verməmişdir. Həmin pul geologiya işlərinin görülməsi məqsədilə Şahlara verilən pula daxil olmuşdur. O bu məqsədlə geologiya işçilərinə pul verməmişdir. Şahların da həmin pulu geologiya məqsədilə verib vermədiyini bilmir. Lakin geologiya işçiləri qeyd olunan torpaq sahəsində geoloji işlər apararkən o, orada iştirak etmişdir. Lakin həmin şəxsləri tanımır, anket məlumatları və əlaqə nömrələrini bilmir. Zərərçəkmiş şəxs1 Şahların dostu tərəfindən 8000 və 5000 manat olmaqla ümumilikdə 13000 manat pul ödənilmişdir. Müstəntiq tərəfindən onlara hər hansı məbləğdə pul verilməmişdir.

21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək və Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi halları özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs4 onun qayınatasıdır. Təqsirləndirilən şəxs təxminən iki ildir tanıyır. 2022-ci ilin yay aylarında qayınatası Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanının 1-ci mərtəbəsində yerləşən 81 nömrəli mənzilin zirzəmisini özəlləşdirmək qərarına gəlmişlər. Bu barədə işlədiyi “Neftçi” idman klubunda təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs demişdir. Şahlara deməkdə məqsədi, Şahların özünü ona Əmlak Komitəsinin işçisi kimi təqdim etməsi olmuşdur. Şahlar qeyd etdiyi zirzəminin özəlləşdirilməsində ona köməklik edəcəyini bildirmişdir. Məsələ ilə bağlı qayınatası Xeyrullaya məlumat vermişdir. Bir neçə gün sonra Şahlar Bakı şəhəri Yasamal rayonu X72 küçəsi ev 2 ünvanının 1-ci mərtəbəsində yerləşən 81 nömrəli mənzilin zirzəmisinə gələrək oranın şəkillərini çəkmiş və ölçülərini götürmüşdür. Həmin gündən təxminən bir-iki gün sonra Şahlar ***-***-**-** mobil telefon nömrəsindən ona zəng edərək həmin zirzəminin özəlləşməsi üçün 27000 manat pul istəmişdir. O da bu barədə qayınatası Xeyrullaya məlumat vermiş, sonuncu isə onunla razılaşmışdır. Beləliklə 2022-ci ilin iyul ayının əvvəlində qayınatası Xeyrulla ilə birlikdə Şahlar ilə ünvan 2 ünvanda yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 5-ci mərtəbəsində yerləşən 155 nömrəli xidməti otaqda Şahlarla görüşmüşlər. Qayınatası Xeyrulla 27000 manat pulu və zirzəminin üst mərtəbəsində olan evinin çıxarış sənədinin surətini əlbəəl Şahlara onun yanında vermişdir. Ondan başqa həmin otaqda başqa bir şəxs də olmuşdur. Həmin şəxsi birinci dəfə gördüyündən tanımır, anket məlumatları və əlaqə nömrəsini bilmir. Şahlar da öz növbəsində zirzəminin özəlləşdirilməsi ilə bağlı olan sənədi 45 gün müddətinə verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsində hansı vəzifədə və ümumiyyətlə işləyib işləməməsi barədə heç bir məlumatı yoxdur.

22. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. "xxxx" ASC-yə aid 4169-7414-0598-2958 nömrəli bank kartı ona məxsusdur. Həyat yoldaşı Şahlar onun kartına pul gələcəyini demiş və həmin kartdan pulu özü götürmüşdür. Təqsirləndirilən şəxs həmin puldan ona hər hansı məbləğdə pul verməmişdir (Cild 3, iş vərəqi (bundan sonra mətndə-i.v.) 247-249;).

23. Məhkəməyədək icraat zaman şahid qismində dindirilmiş X31 ifadəsi elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Təxminən bir il əvvəl dəqiq xatırlamadığı tarixdə yeznəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verməyi üçün ona zərfin içərisində 30000 manat pul vermiş və o həmin pulu Şahların xahişi ilə aparıb Rişadın Bakı şəhəri Xətai rayonu Ağ şəhər deyilən ərazidə yerləşən ofisində əlbəəl Rişada vermişdir. Rişad zərfi ondan götürüb pulu saydıqda həqiqətən də 30000 manat pul olmuşdur. O orada Şahlara zəng edib Rişada 30000 manat pul çatdırdığını bildirmişdir (Cild 4, i.v.2-4;).

24. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X32 ifadəsi elan edilərək tədqiq edilmiş və onun övladı olan Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi və sonuncunun ifadəsində göstərdiyi özünə aid hissələri təsdiq etməsi müəyyən edilmişdir (Cild 4, i.v.7-9;).

25. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X15 ifadəsi elan edilərək tədqiq edilmiş və onun qardaşı Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi və sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissələri təsdiq etməsi müəyyən edilmişdir (Cild 4, i.v.11-13;).

26. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X20 ifadəsi elan edilərək tədqiq edilmiş və onun Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi və sonuncunun ifadəsində göstərdiyi özünə aid hissələri təsdiq etməsi müəyyən edilmişdir (Cild 4, i.v.16-18;).

27. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələrini, eləcə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıda qeyd edilən istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

28. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan və bu barədə toplanmış materialdan görünür ki, X28 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 müraciəti əsasında Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin (bundan sonra mətndə-Yasamal RPİ-nin İŞ) baş müstəntiqi polis mayoru Pünhan Əbilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 avqust 2023-cü il tarixli qərarı ləğv edilməklə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 1-24;).

29. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, həmin cəmiyyət yeganə təsisçi Təqsirləndirilən şəxs tərəfindən 27 yanvar 2005-ci il tarixdə təsis edilməklə 28 yanvar 2005-ci il tarixdə müvafiq dövlət qeydiyyatına alınmış və cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir (Cild 1, i.v. 33-39;).

30. 9 oktyabr 2020-ci il tarixli lisenziyadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi icazəsi verilmişdir (Cild 1,i.v.40;)

31. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (icarəyə verən) ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında 1 mart 2022-ci il tarixdə bağlanmış 41 nömrəli “İcarə müqaviləsindən” görünür ki, icarəyə verən ünvan 12 ünvanındakı inzibati binasının 5-ci mərtəbəsində 54 kvadrat metrlik sahəni 1 mart 2022-ci il tarixdən 1 mart 2023-cü il tarixədək icarəçiyə icarə vermişdir (Cild 1, i.v. 45-46;).

32. Nümayəndə2 tərəfindən imzalanmış 28 yanvar 2022-ci il tarixli sənəddən görünür ki, Nümayəndə2 X28 nümayəndəsi qismində X21 Təqsirləndirilən şəxs adından verdiyi 8000 (səkkiz min) manat pulu qəbul etmişdir (Cild 1, i.v.50;).

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi qərb hissəsi C.Cabbarlı küçəsində yerləşən X14 xüsusi mülkiyyətində olan **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0,07 hektar yaşayış məntəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində 565 nömrəli reyestr kitabının 52480 nömrəli vərəqində 13 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır (Cild 1, i.v. 17;52).

34. Əlyazma ilə tərtib edilmiş qeydlərdən görünür ki, Şahid3, Ramiz Mamedov, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq imzalar çəkilməklə “Mən Şahid3 noyabr ayında Ramiz Məmmədovdan on min (10.000) manat aldım. Həmin ayın noyabrında Təqsirləndirilən şəxs 10.000 manat verdim. Mən İlkin 5 (min) verdim, Hafiz 5 (min) verdi, Mən İlkin 5 min verdim Təqsirləndirilən şəxs, Aldım Ramizdən 5.000, verdim 5.000, Ramiz 10.000 manat gətirdi, təklif verdi Şahlar müəllim (xx.xx.2018) 2019-

05. 5000, iyul 10.2019. Ramiz verdi 3000 m.” məzmunlu müvafiq qeydlərin aparılması müəyyən olunmuşdur (Cild 1, i.v.88-89;).

35. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, Yasamal rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X40 tərəfindən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308, 313 və digər maddələrinin, o cümlədən korrupsiya və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin tərkib əlamətləri olmadığından həmin hissədə Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının hissəvi rədd edilmiş, habelə Təqsirləndirilən şəxs əməllərində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmadığının müəyyən edilməsi üçün toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1 i.v. 92-98;).

36. 28 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Ramiz Məmmədovun nümayəndəsi, Nümayəndə2, Təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilməsi məqsədilə istintaq orqanına təqdim edilmiş 5.000 (beş min manat) məbləğində pulu qəbul etmişdir (Cild 1, i.v. 99;).

37. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X22 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 168;).

38. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X22 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatında olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə birləşdirilmiş cinayət işi ********* nömrəsi altında icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 170-172;).

39. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan və bu barədə toplanmış materialdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı X41 tərəfindən Zərərçəkmiş şəxs2 və X23 müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v. 175;).

40. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 236;).

41. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərar və müvafiq məktubdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Yasamal RPİ-yə göndərilmişdir (Cild 1, i.v. 249- 252;).

42. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən verilmiş 9 avqust 2023-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir (Cild 2,i.v 16-17; 210-211;).

43. “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 1 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan olunmasına dair qərar qəbul edilmişdir (Cild 2, i.v. 54-55;).

44. “İfadələrin yerində yoxlanması haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində 22 noyabr 2023-cü il tarixdə verdiyi ifadəsi (Cild 2, i.v.69-72;) yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə ətraflı təsvir edərək təsdiq etmişdir (Cild 2, i.v. 73-76;).

45. “Axtarışda olan şəxsin tutulması barədə” 4 dekabr 2023-cü il tarixli protokoldan və həmin tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 4 dekabr 2023-cü il tarixdə, saat 20:00-da saxlanılaraq Yasamal RPİ-nin X46 gətirilmiş və ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq Ceyhun Mircavadlı tərəfindən təzələnməklə sonuncu tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 132-134;).

46. “Şübhəli şəxs qismində tutma haqqında” 4 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq C.R.Mircavadlı tərəfindən müdafiəçisinin iştirakı ilə həmin tarixdə, saat 21:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 4 dekabr 2023-cü il tarixdə, saat 20:00-dan tutulmuş hesab edilmişdir (Cild 2, i.v. 144; 146-147;).

47. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli, 4(004)- 947/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay 8 (səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla (Zərərçəkmiş şəxs2lə bağlı epizod üzrə) özünü qismən təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsi, vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir (Cild 2, i.v. 178-182;).

48. “Materialın cinayət işinə əlavə edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq X22 tərəfindən Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış HK-1,1507 saylı material Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə əlavə edilərək bir icraatda istintaqının aparılması qərara alınmışdır (Cild 2, i.v. 215-216;).

49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* seriya nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən X24 xüsusi mülkiyyətində olan **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0,0445 hektar yaşayış məntəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində 743 nömrəli reyestr kitabının 70400 nömrəli vərəqində 6 mart 2018-ci il tarixdə qeydiyyata alınmışdır (Cild 2, i.v. 228; Cİld 3, i.v. 1;).

50. 31 avqust 2023-cü il tarixli “Yoldaşlıq” müqaviləsindən görünür ki, "xxxx" MMC ilə sifarişçi X24 təmsilçiləri Şahid1 və Zərərçəkmiş şəxs3 tərəfindən aralarında bağlanılmş müqavilə əsasında Şahid1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 52895 manat pul ödəyir, 2-2,5 ay ərzində Təqsirləndirilən şəxs Xəzər rayonu Binə Donuzkökəltmə sovxozunda inşası nəzərdə tutulan ikimərtəbəli Məişət Xidməti binasının Layihə Smeta işlərinin hazırlanmasını, Azərmemarlayihə DBLİ tərəfindən hazırlanacaq Şəhərsalma Əsaslandırılması layihəsinin hazırlanması üçün müvafiq materiallarının təqdim olunmasını və Dövlət rüsumunun ödənilməsini, Dövlət Şəhərsalma və Arxitektura Tikinti-Planlaşdırma İdarəsinə hazır olmuş müvafiq sənədlərin təqdim olunmasını və dövlət rüsumun ödənilməsini, FH Ekspertiza Baş İdarəsinə işçi layihənin təqdim olunmasını, layihənin müdafiəsini və müvafiq Dövlət rüsumunun ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa, ilkin danışıq ərəfəsində tikintinin 670 kv.m nəzərdə tutulması, sonradan zirzəminin əlavə olunaraq sahənin 886 kv.m olması, buna görə də əlavə olaraq 11800 manat əlavə Dövlət rüsumunun ödənilməsini qarşılıqlı razılaşma əsasında Zərərçəkmiş şəxs3 öz üzərinə götürməsi qeyd olunmuşdur (Cild 2, i.v. 238; Cild 3, i.v. 8;).

51. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 3, i.v. 31;).

52. “Əşyanın götürülməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi içərisində səs yazısı olan 1 (bir) ədəd yaddaş qurğusu Zərərçəkmiş şəxs3 götürülməklə iş materiallarına əlavə edilmişdir (Cild 3, i.v. 40-43;).

53. “Yaddaş kartına baxış keçirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 (bir) ədəd yaddaş kartına Zərərçəkmiş şəxs3 və sonuncunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaddaş kartının 8 Gb həcmli olması, içərisində “WhatsApp Unknown 2023-12-10 at 2.40.12 PM” adlı, “Novaya papka” adlı və “Hesen” adlı 3 (üç) ədəd qovluğun olması müəyyən edilmişdir. “WhatsApp Unknown 2023-12-10 at 2.40.12 PM” adlı qovluğun içərisində “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (1)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (2)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (3)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (4)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (5)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (6)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (7)”, “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (1)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (2)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (3)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (4)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (5)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (6)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM (7)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.00 PM”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (1)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (2)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (3)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (4)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (5)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (1)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (2)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (3)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (4)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (5)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (6)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (7)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (8)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM (9)”, “WhatsApp Audio 2023-12-10 at 2.38.02 PM”, “WhatsApp Audio 2023-12-10 at 2.38.03 PM” adlı, “OGG Video File (VLC) (.ogg)” formatlı və “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM (1)”, “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM” adlı, “JPEG (.jpeg)” formatlı, ümumilikdə 35 ədəd faylın olması aşkar edildi. “Novaya papka” adlı qovluğun içərisində “WhatsApp Audio 2023-12-09 at 06.56.40”, “WhatsApp Audio 2023-12-09 at 07.04.06”, “WhatsApp Audio 2023-12-09 at 07.06.26”, “WhatsApp Audio 2023-12-09 at 07.08.10”, “WhatsApp Audio 2023-12-09 at 07.09.18”, “WhatsApp Audio 2023-12-09 at 07.11.16”, “WhatsApp Audio 2023-12-09 at 07.11.51”, “WhatsApp Audio 2023-12-09 at 07.13.18”, “WhatsApp Audio 2023-12-09 at 07.14.07”, “WhatsApp Audio 2023-12-09 at 07.18.58”, “WhatsApp Audio 2023-12-09 at 07.20.15”, “WhatsApp Audio 2023-12-09 at 07.21.36”, “WhatsApp Audio 2023-12-09 at 07.24.12”, “WhatsApp Audio 2023-12-10 at 17.50.59”, “WhatsApp Audio 2023-12-10 at 17.52.18”, “WhatsApp Audio 2023-12-10 at 17.53.13”, “WhatsApp Audio 2023-12-10 at 17.53.58”, “WhatsApp Audio 2023-12-10 at 17.55.44”, “WhatsApp Audio 2023-12-10 at 17.56.38”, “WhatsApp Audio 2023-12-10 at 17.57.16”, “WhatsApp Audio 2023-12-10 at 18.03.57 (1)”, “WhatsApp Audio 2023-12-10 at 18.03.57”, “WhatsApp Audio 2023-12-10 at 18.03.58 (1)”, “WhatsApp Audio 2023-12-10 at 18.03.58”, “WhatsApp Audio 2023-12-10 at 18.03.59 (1)”, “WhatsApp Audio 2023-12-10 at 18.03.59”, “WhatsApp Audio 2023-12-10 at 18.04.00”, “WhatsApp Audio 2023-12-10 at 18.07.16”, “WhatsApp Audio 2023-12-10 at 18.07.17”, “WhatsApp Audio 2023-12-10 at 18.09.29”, “WhatsApp Audio 2023-12-10 at 18.10.30”, “WhatsApp Audio 2023-12-10 at 18.11.23”, “WhatsApp Audio 2023-12-10 at 18.12.25”, “WhatsApp Audio 2023-12-10 at 18.13.25”, “WhatsApp Audio 2023-12-10 at 18.13.58”, “WhatsApp Audio 2023-12-10 at 18.16.28”, “WhatsApp Audio 2023-12-10 at 18.16.29 (1), “WhatsApp Audio 2023-12-10 at 18.16.29 (2), “WhatsApp Audio 2023-12-10 at 18.16.29” və “WhatsApp Audio 2023-12-10 at 18.16.30” adlı “OGG Video File (VLC) (.ogg)” formatlı 41 ədəd faylın olması aşkar edilmişdir. İ – “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (1)” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir: - Həci işlər başlayan zaman bizə 13.700 manatı, mütləq ödənilməlidir, paylaya bilməyimiz üçün. Bu minimalni formada. 15.000 olsa lap yaxşı olar. Ama minimalni 13.700 manat paralel işlər görülməsi üçün. Bilirsin bu işlər başlayan kimi şəhərsalma, eskiz layihə oluna-oluna uje konstruktora verməliyəm, konstruktor hesabatı çıxarmalıdı. Ki, bizim layihə ilə eskiz layihə üst-üstə düşsün. Sabah problem yaranmasın, çox dəyişikliklər olmasın. Onunçün geologiya olunmalı, fundamentin, torpağın tərkibi bilinməlidi və müəyyən, misalçün ekspertiza Memarlıq İdararəsində onu yoxlayan kəsdi, manapoliyadı, deyirlər get ol eləsin. Bu eliyir 150 manat, o deyir 220 manat verməlisən. Məsəlçün deyirəm. Bax belə müəyyən nüanslar var ki, yəni siz belə götürək, Sovet Hökuməti qanun qayda ilə bütün sənədləri əlinizə almaq üçün bax bu vaxt vəsait sizə mütləqdi, olmalıdı. Yəni seçimi özünüz edirsiz. Belə götürək də, mömin adamsız, hacısız, baxdım simanızdan nur yağır. Bir başqası olsa ona bunun üstünə 5-6 min qoyub deyəsi idim. Yəni ortada olan səmimi münasibətə o sizi ki deməyi ki, gedək bir iftar açaq, qardaşımla tanış olaq. Hər kəs hər kəsə demir, mən bunu həqiqətən də qiymətləndirdim və həqiqətən sevindim. Əgər qərara gələn zaman, Allah xeyir versin, əgər biznən eliyən zaman Allah xeyir versin, yəni hər halda əlinizə almısınızsa da, Allah qəni qəni xeyir versin. Axıra çatdırasız. Bərəkətini görəsiziniz. Nəticəsini görəsiniz. İV – “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (4)” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir: - Hacı hər vaxtın xeyir olsun, Narahat eləmirəm, Bir də bayramınız mübarək. Hacı deməli biz Allahın köməkliyi ilə birisi gün nahara kimi sizə uje material göstərmək imkanımız olacaqdır. Yəni ki, binanın görünüşünü də görəssiz, planlarını da, razdelini də, Bi dənə əlaqə saxlayıb sabah axşam zəngləşərik, birisi gün saat neçədə görüşək, nətər eliyək. Vİ – “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (6)” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir: - Ay həci axşamınız xeyir, bu binanın xarici görüntüləridir, 2-ci mərtəbənin planı da, Allah qoysa sabah sizə göndərərərəm, siz bir baxasınız. Öz aranızda qardaşınızla analiz eliyəsiz, uje biz görüşənə müzakirə eliyəndə son nöqtəsini qoya bilək. Xeyirli olsun! Vİİİ – “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir: - Hər vaxtınız xeyir olsun birdə. Həci mən ümumi çəkilən xərcləri sizə göndərirəm, izahatınnan da. Yəni başlayaraq proyekt kimi sıfırdan sizi və bizi hansı xərclər gözlüyür. Yəni siz, biz sabah görüşənə kimi əyani surətdə müzakirə edə bilərsiniz və hazır surətdə suallarınızı da verə bilərsiniz. Yəni kim, onun, bu məbləğin, 45.895 manat məbləğin 23.450 manatı şəhərsahlma komitəsinin dövlət rüsumudur, kassaya keçəcəkdir. Birdə 6-cı punktda geologiyanın rəyi Fövqəlardə halların, Azər Dövlət Baş Layihə İnstitutun, azdosproyekt deyirik də biz el dilində, onun şöbəsində geologiyanın rəyini verən də var, 1050 manat, şot yazırlar onu köçürməliyik ki, rəsmi olaraq müqavləynən, bir də ekspertiza rüsumunu da, o kvadratda neçə kvadratdı, 2 manatdan və plyus NDS (ƏDV) 36 da vurulur 1582 manat, dövlətə keçən rüsumlardı və biznən sizin aranızda müəyyən müqavilə bağlanılacaqdı və müqavilədə gördüyünüz kimi görüləcək işlərdən vergiyə biz vergi keçirməliyik. 18 faiz vergini keçirməliyik. Yəni bu minimalni formada, ən minimalni formada, yəni dosta qardaşa belə bir formada əmələ gəlir. Layihəsini, şəhərsalması, geologiyanın qurulması, Şəhər Salma Komitəsindən rəyə getməsi ordan çıxması, rahat bir - iki ay yarım çəkəcək. O tərzdə ki, biz işləri paralel aparaq. Ay bunu eliyib o birisini gözləmiyək. 4 ay da çəkə bilər, paraleli surətinə, təbii ki, razılaşmış formada müəyyən məbləğ ödənilməlidir ki, biz onu paralel paylıyaraq paraleli olaraq işləri apara bilək. Yəni bunu sizə göndərməkdə məqsədim odur ki, odur ki,siz sabah gələnə kimi baxa biləsiniz. XVİİ – “WhatsApp Audio 2023-12-10 at 2.38.01 PM (1)” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir:- Hacı sabahınız xeyir olsun, narahat eləyirəm, necəsiz? Hacı mən tikintiyə gedəsiyəm. Əgər vəsait düzəlsəydi gedəndəmi, gələndəmi, desəydiz dəyim gedib, yox düzəlməsə də heç. “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM (1)” adlı fayl açıldıqda siyahıda ekologiya hesabatı 335 manat, tikinti təşkili layihəsi 220 manat, konsturksiya hesabatı 300 manat, konsturksiya layihəsi 2.010 manat mühəndis kommunikasiya 1.340 manat, memarlıq işçi layihəsi 3.350 manat, vergi 1.458 manat, cəmi 12.745 manat, yekun cəmi: 33.150m + 12.745 m = 45.895 manat qeydlərinin, “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM” adlı fayl açıldıqda siyahıda toposyomka 150 m, memarlıq planlaşdırma həlli 1.200 m, şəhərsalma 3350 m, şəhərsalma komitəsi (dölət rüsumu) 23.450 m, şəhərsalma komitəsi 5.000 m, Fövqəladə hallar ekspertiza rüsum 1.582 m, geologiya 1.100 m, geologiya rəyi (rüsum) 1.050 m, ekologiya hesabatı 335 m yazılarının olması müəyyən olunmuşdur. “Hesen” adlı qovluğun içərisində “AUD- 20240110-WA0013” və “AUD-20240110-WA0014” adlı faylların olması müəyyən edilmişdir. “AUD-20240110-WA0013” adlı fayl açıldıqda həmin səsin Şahid2 aid səs yazısı olması müəyyən edilmişdir. Həmin səs yazısı aşağıdakı kimidir. - Haqqın vare deməyə, ama bu barədə biraz, mən səni düz saymıram. “AUD-20240110-WA0014” adlı fayl açıldıqda həmin səsin Şahid2 aid səs yazısı olması müəyyən edilir. Həmin səs yazısı aşağıdakı kimidir: - O, heç yerdə gizlənməyib, bacısına görə Türkiyədədi, bu həftə gedib gələcək, uzağı bazar günü burdadır, yəni sən ondan narahat olma. Diskdə olan digər fayllar ayrıayrılıqda açılıb dinlənilərkən eyni məzmunlu danışıqların olması müəyyən edilmişdir. “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM (1)” və “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM” adlı fayllar protokola əlavə edilməsi üçün çap edilmişdir. “WhatsApp Audio 2023-12-10 at 2.37.59 PM (1)” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Bu barədə tərtib edilmiş protokolda “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM (1)” və “WhatsApp İmage 2023-12-10 at 2.38.02 PM” adlı faylların protokola əlavə edilməsi üçün çap edilməsi qeyd edilmişdir (Cild 3, i.v. 44- 48;). Qeyd edilən yaddaş qurğusundakı audio və digər fayllar məhkəmə baxışı üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər proses iştirakçılarının iştirakı ilə tədqiq edildikdə Təqsirləndirilən şəxs həqiqətən də həmin fayllardakı danışıqların onun tərəfindən aparıldığını təsdiq etdi.

54. “İfadələrin yerində yoxlanması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə ətraflı təsvir edərək təsdiq etmişdir (Cild 3, i.v. 60-63;).

55. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən daxil olmuş 15 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmir (Cild 3, i.v. 93;).

56. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 3, i.v. 103;).

57. “Materialın cinayət işinə əlavə edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ərizəsi əsasında toplanmış HK-1, 228 saylı material Təqsirləndirilən şəxs 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə əlavə edilərək bir icraatda istintaqının aparılması qərara alınmışdır (Cild 3, i.v. 122-124;).

58. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 3, i.v. 141;).

59. “İfadənin yerində yoxlanması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə ətraflı təsvir etməklə təsdiq etmişdir (Cild 3, i.v. 152-154;).

60. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 18 dekabr 2023-cü il tarixli 3508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (Cild 3, i.v. 167-170;).

61. “Üzləşdirmədə dindirmə” 2 mart 2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 188-193;).

62. “Üzləşdirmədə dindirmə” 2 mart 2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə Şahid4 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 194-199;).

63. “Diskə baxış keçirilməsi haqqında” 4 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 1 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində “Track01”, “Track02”, “Tqask0Z”, “Track04”, “Track05” və “Tqask06” adlı, “CDA Audio File (VLC) (.cda)” formatlı 6 ədəd səs yazısının olması aşkar edilmişdir. “Track01” adlı fayl dinlənildikdə içərisində Təqsirləndirilən şəxs aid səs yazısının olması müəyyən olunmuşdur. Həmin danışıq aşağıdakı kimidir: - Elçin salam, sistem qoyulmuşdur, nətər məni yuxu aparıbsada. Ay Elçin qurban olum sənə. Bir balaca səbrli olda. Mən sənə dedim axı kəsir həll etmək istəmirəm. Özümə də pul oturasıdı, oturmadı, yəqin bu gün oturar, bəlkə sabah oturar. Mən ona 25.500 pul, 26.000 vermişdimdə, 500 manatı da dedilər götür götürdüm, 1.000 manatı da gekə vermişik, 27.000 manat bizim ağsaqqala borcumuz var. Mən də fikrim odu ki, bunlar da şeyləsinlər, özüm də pulum gəlsin. Sonra mən sizə 30.000 verim, nə bilim 4.000 də mən sənə kömək eliyim, bu faizdə maizdə. Onsuzda faizdən 2-3 gün qabaq dayının vaxtı gedibdi. Bir günlə, iki günlə heçnə olası deyil. Səbrli ol formalaşdıraq, istəyirsən 27.000 də ver, nə bilim 30.000, 3.000 də artıq verəcəm də. Nə bilim kişiyə ver, faizə nə bilim onu özünü həll eliyərsiz də bilmirəm. Tələsməyin bir mənası yoxdu da. Faiz gedibdi, üç gün dörd gün qabaq vermisən, bir də olacaq 25 gün qabaq. Bir iki günlə heçnə olası deyil. Onu da mən sənə kömək eliyəcəm. Yəni situasiyasını düzgün qəbul elə. Yox o tələsirsədəki, başqa tərəfdən bunu elətdirək, o mümkün olan şey deyil. Ən azından yaxın 2-3 ayda qeyri-mümkündü. Yatmalıdı, eləmə idi, işi həll eliyib sonra o pulu geri alanda həmin işi başqa adama deyəndə eləmirlər ki. Bu mümkün deyil. Özü də o qiymətə mümkün deyil. Bunnan ölüsü 35-40 min pul alarlar, bəlkə də 2-3 aydan sonra eliyərlər. Düzgün mənim fikrimi qəbul elə. Başa düşdüme, indi. Zəng vur denə ağsaqqal faizinə də kömək edirsin, Bir gün yarım səbr elə də, dünya dağılmır ki. Həqiqi kömək eliyəcəm, narahat olma. Özümün də pul gələn tərəfim var da, özüm mən qoyacam kömək eliyəcəm. İndi belə götürək, ona 25.500 verəcək də, 4.500 özümnən qoymalıyam. Qoy görək ay Elçin narahat olma, yoluna qoyacağıq. Yenə də deyirəm 18.000 verirlər, istəyirsən deyim get götür. Düzdü bilmirəm indi, sən nə adnan deyəssən. Deyərəm qardaşımdı, xalam oğlu, dayım oğludu nədi. İntasi verəcəklər, bu dələduz alacaxdı. Yəni üç yerə, üç yerdən başqaye, düz məni başa düş, 100 manat gəlib ölçənə verilib, 200 manat ora verilib, nə bilim 100 manat ora verilib. Öz aralarında xırda pay-puş olub. Bu yuxarının tapşırığı ilə həll olunmaqla deyilki. Yuxarı demirki elə robot kimi hamı hamballıq edə. Yəni düzgün fikrimi başa düş. Hələ bu da mənim günahımın ucbatından belə olub. Yəni ki, mən bu məktubu ala bilməmişəm, bunlara verə bilməmişəm, bunların günahı da yoxduye yazıxların. Xahiş minnət eliyib geri alıram böyük şeydi. Səbrli ol, yarım günnən, bir günnən, lap iki günnən heçnə olası deyildə. Qoy formalaşdıraq hamısını topalıyaq. Verək kişinin pulunu. Sən də faiz vermisən. Sən hardan alasan ki, sən rüşvət almırsan, səbrli ol, qoy formalaşsın. Ağrımağıma baxma əlaqə saxlayıram. Düzdü evdəyəm, heç yerə çıxa bilmirəm, poçti 70 faiz yataqda oluram, ama narahat olma. Yaxşı? Bundan başqa qeyd olunan diskin içərisində olan digər səs yazıları dinlənildikdə həmin səs yazılarının da Təqsirləndirilən şəxs aid olması, həmin səs yazılarının 1-ci faylda olan səs yazısı ilə eyni məzmunlu səs yazıları olması, X18 Kərimovun pulunu qaytaracağına dair vədlər verməsi müəyyən edilmişdir. Diskdə olan digər fayllar ayrı-ayrılıqda açılıb dinlənilərkən eyni məzmunlu danışıqların olması müəyyən edilmişdir (Cild 3, i.v. 200-201;). Qeyd edilən səs yazıları məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə tədqiq edildikdə Təqsirləndirilən şəxs həmin səs yazılarının özünə məxsus olduğunu bir daha təsdiqləmişdir.

64. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 4(004)-201/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2(iki) ay 13 (on üç) gün, yəni 25 may 2024-cü il tarixədək uzadılmışdır (Cild 3, i.v.209-213;).

65. “Üzləşdirmədə dindirmə” 14 mart 2024-cü il tarixli protokollarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (Cild 3, i.v. 223-236;).

66. “Üzləşdirmədə dindirmə” 14 mart 2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə Şahid3 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 237- 245;).

67. “Sübutların qiymətləndirilməsi haqqında” 5 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyandan 12100 manat pulu sabiq müstəntiq Səbuhi Mehbalıyevə təqdim etməsi xüsusatına qiymət verilməsi üçün materialın ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilməsi və hazırkı cinayət işindən Zərərçəkmiş şəxs2 300000 manat, Emin Nağıyevin 50000 manat pulunun ələ keçirilməsi faktları üzrə ayrıca cinayət işi ayrılması və X21 əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır (Cild 4, i.v. 19-58;).

68. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 5 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Zərərçəkmiş şəxs2 300.000 manat, Emin Nağıyevin 50.000 manat pulunun ələ keçirilməsi faktları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı ayrıca cinayət işi ayrılaraq istintaqı aparılır (Cild 4, i.v. 60-64;).

69. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməkə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (Cild 4, i.v. 69-71;).

70. Zərərçəkmiş şəxs4 tərəfindən verilməklə 1 aprel 2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilməklə heç bir şikayəti və tələbi yoxdur (Cild 4, i.v. 98;).

71. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.R.Mircavadlı tərəfindən 26 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 30 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 4, i.v.112-137;).

72. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 5;).

73. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 12 avqust 1980-ci il təvəllüdlü arvadı X8, 31 dekabr 2005-ci il təvəllüdlü qızı Banu Allahverdiyeva və 12 aprel 2004-cü il təvəllüdlü oğlu Odər Allahverdiyevdən ibarətdir (Cild 5;).

74. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X7 Həkim-Psixiatr Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 48 nömrəli rəyindən görünür ki, 31 dekabr 2005-ci il təvəllüdlü X6 dərin kəmağıllılıq, kobud nitq davranışı pozuntuları ilə müşayiət olunan İQ-15, Fy3 diaqnozu qoyulmaqla onun daim kənar şəxsin qulluq və himayəsinə ehtiyacı olması müəyyən olunmuşdur (Cild 5;).

75. Azərbaycan Memarlıq və İnşaat Universitetində ödənişli əsaslarla təhsil alan mütəxəssislərin hazırlanması haqqında 9 sentyabr 2022-ci il tarixli müqavilədən görünür ki, X17 hazırda həmin təhsil müəssisəsinin bakalavr pilləsində “Həyat fəaliyyəti təhlükəsizliyi” ixtisası üzrə ödənişli əsaslarla ali təhsil alır. Eyni zamanda ixtisas üzrə tədris ilinin illik təhsil haqqının 2.000 (iki min) manat təşkil etməsi müəyyən edilmişdir (Cild 5;).

76. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs adına tərtib edilmiş 11180/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçanın 18-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs arterial hipertoniya, şəkərli diabet (anamnez) və astiqmatizm (anamnez) diaqnozları qoyulmuşdur (Cild 5;).

77. Zərərçəkmiş şəxs4 məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi 26 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi üzrə onun heç bir şilkayəti və tələbi yoxdur, bununla əlaqədar olaraq sonuncunun azadlığa buraxılmasını xahiş edir (Cild 5;).

78. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 “Pul məbləğinin geri qaytarılması tələbi barədə” mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın, yəni 120.000 (bir yüz iyirmi min) manat pulun və 410 (dörd yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 500 (beş yüz) manat məbləğində hüquqi yardıma ödənilmiş xərclərin, ümumilikdə 120.910 (bir yüz iyirmi min doqquz yüz on) manatın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir (Cild 5;).

79. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 “Zərərin ödənilməsi barədə” mülki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, mülki iddiaçı və Zərərçəkmiş şəxs1 məxsus cəmi 50.500 (əlli min beş yüz) manat pul vəsaiti 2018-2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ofisində şəxsən özünə verilmişdir. Lakin 5 ildən çox müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək tikintiyə icazə sənədini təqdim etməmiş, aldığı puldan yalnız 2022-ci ilin yanvar ayında 8000 (səkkiz min) manat, barəsində hüquqmühafizə orqanlarına şikayət edildikdən sonra 5000 (beş min) manat qaytarmış, qalıq 37.500 (otuz yeddi min beş yüz) manat pul vəsaiti isə hazırkı dövrədək qaytarılmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 445.7-ci maddəsinə əsasən ödənilməmiş 37500 manat pul məbləğinə 2019-2024-cü illər üçün illik 5% hesablanmış məbləğin 9375 (doqquz min üç yüz yetmiş beş) manat təşkil etməsi, həmçinin 5 il ərzində Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş mənəvi ziyanın 5000 manat məbləğində müəyyən edilməsinin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 37500 (otuz yeddi min beş yüz) manat qanunsuz aldığı pul, Mülki Məcəlləinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9375 (doqquz min üç yüz yetmiş beş) manat, cəmi 46875 (qırx altı min səkkiz yüz yetmiş beş) manat dəymiş maddi ziyan, 5.000 (beş min) manat mənəvi ziyan, mülki iddia üçün ödənilmiş 246 (iki yüz qırx altı) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini xahiş etdi (Cİld 5;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

80. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

82. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

83. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

84. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

85. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

86. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

87. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır (Zərərçəkmiş şəxs4 münasibətdə) və ağır (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə) cinayətlər kateqoriyasına aid edilir.

88. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

89. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

90. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (qərarın 23-cü bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi).

91. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müxtəlif pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsi epizodlarına münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş və həmin hallar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam şəkildə öz təsdiqini tapmışdır.

92. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, R.T.Məmmədov və Zərərçəkmiş şəxs3 ittihamda göstərilən məbləğlərdə deyil, sonunculardan müvafiq olaraq 120000, 42000 və 47895 manat məbləğində pulları alması, eləcə də Zərərçəkmiş şəxs2 yalnız bir ünvanda-ünvan 13 binasına layihə işləri görməsi üçün 142000 manat alması və sonuncunun sürücüsü vasitəsilə ümumilikdə 60000 manat, yəni Zərərçəkmiş şəxs2 özünün də qəbul etməsinin əksinə olaraq 30000 manatdan əlavə 30000 manat pul vəsaitini də ödəməsi, habelə Zərərçəkmiş şəxs1 isə müstəntiq vasitəsilə müvafiq iltizamlara imza etməklə müxtəlif vaxtlarda ümumilikdə 33000 manat, yəni Zərərçəkmiş şəxs1 özünün də qəbul etməsinin əksinə olaraq 13000 manatdan əlavə 20000 manat pul vəsaitini də ödəməsi, lakin müstəntiq tərəfindən həmin iltizamların iş materiallarına əlavə edilməməsi, onun törətdiyi əməllərin dələduzluq deyil, sonuncularla arasında olan işgüzar münasibətlərdən yaranması, Zərərçəkmiş şəxs3 layihə işinin sonuncunun dövlət rüsumunu ödəməməsi səbəbindən baş tutmaması, Zərərçəkmiş şəxs1 aldığı 42000 manat puldan 2000 manatı Şahid3 xərcləmək üçün verməsi, İlkinin özünün 1100 manat geologiya işlərinə verməsini, 20000 manat pulun layihə işlərinin qiyməti olaraq özünə götürməsini bildirməsi, Zərərçəkmiş şəxs4 pulunun ələ keçirilməsi epizodu üzrə 27000 manat pulu layihə hazırlamaq üçün aldığını, zirzəmini özəlləşdirməyi isə Zərərçəkmiş şəxs4 kürəkəni Şahid4 öhdəsinə götürdüyünü, Yasamal rayon MKTB-dən məktub alınması üçün 5000 manat pul lazım olduğunu, bu səbəbdən işlərin yarımçıq qalması ilə bağlı və sair ifadələrində göstərdiyi xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs az ağır (Zərərçəkmiş şəxs4la bağlı epizod üzrə) və ağır (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3lə bağlı epizodlar üzrə) cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

93. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Ş.A.Allahverdiyev zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda pullarını ələ keçirməkdən ötrü tikinti layihəsi hazırlayaraq tikintiyə icazə sənədi alacağına, habelə mənzilin zirzəmisinin özəlləşdirilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib zərərçəkmiş şəxsləri aldatmış və ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ş.A.Allahverdiyev zərərçəkmiş şəxslərə tikintinin layihəsini hazırlayıb təqdim etməklə, o cümlədən aralarında yoldaşlıq müqaviləsi bağlayıb özünə qarşı inam formalaşdırmaqla qısa müddət ərzində ona verilən pulların əvəzində vəd etdiyi işi görəcəyi görüntüsü yaratmaqdan ötrü istifadə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs sonradan işin tamamlanmasını təşkil etmək üçün tələb olunan rüsumların məbləğlərinin artırılması bəhanəsi ilə zərərçəkmiş şəxslərin pullarını qaytarmaqdan imtina etmiş və yerinə yetirməli olduğu işin alınmamasının səbəbini onların üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışmışdır. Müdafiə tərəfinin təkidlə zərərçəkmiş şəxslərdən (Zərərçəkmiş şəxs4 başqa) ittihamda göstərilən məbləğlərdə deyil, daha aşağı məbləğlərdə pullar alması, o cümlədən zərərçəkmiş şəxslərə vurulmuş ziyandan sonuncuların bildirdikləri məbləğlərdə deyil, daha artıq məbləğlərdə pulların ödənilməsinə dair mövqeyi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs2 hətta adını belə səhv bildiyi sürücüsünə 30000 manatdan əlavə olaraq da sonuncuya çatdırması üçün 30000 manat veməsini, habelə Zərərçəkmiş şəxs1 təqdim edilməsi üçün əlavə olaraq 20000 manat verməsini qeyd etsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlarla həmin xüsusatlar bütövlükdə inkar edilir. Qeyd edilənlərə əsasən məhkəmə müdafiə tərəfinin həmin iddialarının da işin faktiki halları ilə tam inkar edildiyini vurğulamaqla Təqsirləndirilən şəxs həmin mövqeyini ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

94. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi qismən (Zərərçəkmiş şəxs2 120.000, Zərərçəkmiş şəxs1 42.000 və Zərərçəkmiş şəxs3 47.895 manat məbləğində əmlakının dələduzluqla ələ keçirilməsinə münasibətdə) etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşmədə dindirmə protokolları, eləcə də digər sübutlarla kifayət qədər sübuta yetirilir.

95. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

96. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək külli və xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir.

97. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli və xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməlləri yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

98. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

99. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

100. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

101. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

102. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ittiham olunduğu cinayət əməlləri üzrə Zərərçəkmiş şəxs4 münasibətdə vurulmuş ziyanın tam olaraq ödənilməklə onunla barışıq əldə edilməsini, sonuncunun ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə vurulmuş ziyanın müəyyən hissəsinin ödənilməsi, habelə onlarla razılıq əldə etməyə cəhd etməsi, 63 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, himayəsində sağlamlıq imkanları məhdud uşağının (övladının), habelə ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil alan övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-in 59.1.12 (Zərərçəkmiş şəxs4 münasibətdə), 59.1.13 (Zərərçəkmiş şəxs4 münasibətdə), 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

103. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

104. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsiinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

105. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

106. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

107. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

108. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 6 dekabr 2023-cü il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə əvvəli 4 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay 8 (səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 6 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

109. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında olduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 dekabr 2023-cü il tarixdən hesablanmalıdır.

110. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

111. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən özünün qulluq mövqeyindən istifadə etməsini nəzərə alaraq onun müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini qanuna uyğun hesab edir.

112. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

113. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.

114. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddialara da münasibət bildirməyi zəruri hesab edir.

115. Belə ki, CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

116. CPM-in 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

117. CPM-in 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.

118. CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.

119. Məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia tələbində göstərdiyi məbləğ cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş və məhkəmədə öz təsdiqini tapmış ittihama uyğun olduğundan onun mülki iddiası təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 120.000 (bir yüz iyirmi min) manat məbləğində maddi ziyan, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 410 (dörd yüz on) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 120910 (bir yüz iyirmi min doqquz yüz on) manat pul vəsaiti tutularaq mülki iddiaçıya ödənilməlidir.

120. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Zərərçəkmiş şəxs1 mülki iddiasını əsaslandıraraq (bax hökmün 79-cu bəndinə) Təqsirləndirilən şəxs qanunsuz olaraq ələ keçirilən 37500 manat, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5 il müddətinə ödənilməmiş 37500 manat məbləğinə 2018-2024-cü illər üçün illik 5% faiz hesablanmış 9375 manat, dövlət rüsumu üçün ödənilmiş 246 manat və dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə vurulmuş 52121 manat maddi və mənəvi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir.

121. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edərkən, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pelunumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarını rəhbər tutur. Həmin qərarın 1-ci bəndində göstərilir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmçinin həmin qərarın 2, 3, 6-8-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X26 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda CPM-in 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

122. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

123. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

124. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 və mülki cavabdeh Təqsirləndirilən şəxs arasında yaranmış münasibətlər kreditborc münasibətləri olmadığından, bununla yanaşı iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi qismən təmin olunmalıdır.

125. Beləliklə, məhkəmə cinayət işi materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın real olaraq ödənilməmiş hissəsi olan 37500 (otuz yeddi min beş yüz) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan və ödənilmiş dövlət rüsumuna görə 246 (iki yüz qırx altı) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 38246 manat (otuz səkkiz min iki yüz qırx altı) manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hissədə təmin edilməli, qalan hissələrdə isə mülki iddia rədd edilməlidir.

126. Mülki iddia verməmiş Zərərçəkmiş şəxs3 cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir.

127. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfləri yoxdur.

128. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

129. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

130. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 4 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 120000 (bir yüz iyirmi min) manat məbləğində maddi ziyan, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 410 (dörd yüz on) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 120910 (bir yüz iyirmi min doqquz yüz on) manat pul vəsaiti tutularaq ona ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 37500 (otuz yeddi min beş yüz) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan və 246 (iki yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 38246 (otuz səkkiz min iki yüz qırx altı) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilsin, qalan hissələrdə isə mülki iddia rədd edilsin. Zərərçəkmiş şəxs3 cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar