Məhkəmə qərarları › İş №1(101)-174/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-174/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-174/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamış, 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum vaxt və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 397,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda – 123,2 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısınadək daşımış, 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı elə həmin gün, saat 07:10da ünvan 2 ünvanının qarşısında saxlanılaraq 17-ci PŞ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdar təşkil edən 397,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdar təşkil edən 123,2 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, İran vətəndaşından narkotik vasitə götürməsi məqsədilə Bərdə rayonundan Bakı şəhərinə gəlmişdir. O, iranlının özünü şəxsən tanımamış, onunla “Facebook” sosial şəbəkəsində tanış olmuş, sonuncu adını ona “Səccad” olaraq bildirmişdir. Sonrpa o, həmin iranlı ilə instaqramda danışmışdır. İranlının məqsədi sonradan narkotik satdırması üçün onu ələ almaq olmuş, amma o, həmin gün iranlıya bununla bağlı heç nə deməmiş, iranlıdan özünün istifadəsi üçün pulsuz narkotik almaq istəmişdir. Bakıya gələrkən Ramin adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı avtomobildən istifadə etmişdir. Ramin Bakı şəhərinə gələrkən Bakıda Nərimanovda olan bir müştərisinə çatdırması üçün maşının arxa yük yerində ət gətirmişdir. İranlı ilə razılaşmalarına əsasən o, narkotiki Buzovna qəsəbəsi ərazisindən götürəcəkmiş. İranlını şəxsən tanımamış, lakin onunla telefonda danışmışdır. Onlar Bakıya çatdıqdan sonra hələ «Şamaxınka» adlanan yerdən Binəqədi istiqamətində gedərkən markasını və nömrəsini bilmədiyi, içərisində tanımadığı adamlar olan bir maşının onları izlədiyini görmüşdür. Həmin avtomaşın onları düz 3 saat izləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Ramin onu onun xahişi ilə Sabunçu rayonu, Maştağa-Buzovna avtomobil yoluna aparmış, lazım olan yerdə o, avtobili saxlatdırmış, Raminə isə onu gözləməyi xahiş etmişdir. O, hətta yolda olarkən özünün mobil telefon nömrəsi ilə Raminin telefonunda votsapda qeydiyyatdan keçmiş və həmin telefonla votsapla narkotik satanla danışdır. İranlı ona maşından düşdüyü həmin ərazidə konkret ünvan şəkli atmış, həmin ünvanda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, şəkil üzrə həmin yeri tapmış və orada olan 1 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Həmin narkotik vasitəni və psixotrop maddəni o, iranlıdan xahiş edib pulsuz almışdır. Götürdüyü maddələri əynində olan gödəkcənin cibinə qoymuş və gedib Raminin idarə etdiyi avtomobilə əyləşmiş və yollarına davam etmişlər. Bakıya nə üçün gəldiklərini, onun maşından düşüb nə götürdüyünü Ramin bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onlar Bərdədən gələrkən Ramin kiminsə sifarişi ilə idarə etdiyi maşının arxa yük yerində Bakıya ət gətirmiş, həmin əti sahibinə çatdırmaq lazım olmuşdur. Ramin maşını əti verməli olduğu sürmüş, o isə maşında oturmuşdur. Ramin gedəcəkləri ünvana çatmazdan 5 dəqiqə əvvəl ona keçib arxada oturmağı demiş, onu (t/ş Təqsirləndirilən şəxs) kimsənin görməsini istəmədiyini bildirmişdir. Ət sahibi gəlib çıxmış, əti verdikləri yerdə olarkən səhərüzü, saat təqribən 3-4 radələrində sağdan və soldan maşının qapıları açılmış və polislər maşina daxil olub dərhal baxış keçirmişlər. Sürücünün ayaq altlığından narkotik tapmışlar. Sonra onun yanında oturmuş və onu, Ramini və ət sahibini maşınqarışıq polisə aparmışlar. Günorta saat 4-ə qədər o, heç nəyə əhəmiyyət verməmiş, dövlət müəssisəsi olduğunu fikirləşib cibində olan narkotiki özü şəxsən kamera altında çıxarıb növbətçi hissəyə təqdim etmiş, gələcəkdə zərurət olarsa, kamera görüntülərinə baxış keçirilməsinin mümkün olmasını fikirləşmişdir. Lakin həmin vaxt ondan narkotikin nə qədər olmasını, haradan aldığını soruşan olmamışdır. İstintaq çəkilişi başlamazdan əvvəl, yəni üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmazdan əvvəl isə özləri onun təqdim etdiyi həmin narkotiki onun cibinə qoymuşlar. Saat təqribən 4-5 radələrində çəkiliş aparılmışdır. Çəkiliş zamanı isə cibinə qoyduqları narkotiki təhqiqatçının təklifinə əsasən o, şəxsən özü çıxarıb stolun üstünə qoymuşdur. Təqdim olunan narkotiklərə baxış keçirilərkən sellofan bükümlər açıldıqda onlardan biri cırılmış, «şüşə»dən hələ bir az da masanın üzərinə səpələnmişdir. Narkotiklər qablaşdırılarkən hər iki büküm təkrarən bir ədəd iri zərfə qoyulmuş, sonra isə onun cibindən götürdükləri bank kartı ilə səpələnmiş narkotiki stolun üstündən sıyırıb həmin zərfin içinə boşaltmışlar. Videoçəkiliş dayanan kimi, narkotik qablaşdırılmış paket yenidən cırdılıb açılmış, hətta istifadə edə bilməsi üçün az miqdarda «şüşə»dən ona da verilmiş və o, istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun təqdim etdiyi narkotiklər olan zərfin harada imzalandığını o, görməmişdir. Belə ki, həmin zərf videoçəkiliş altında imzalanmamış, yalnız möhürlənmişdir. Şəxsən o, zərfin üzərini imzalamamışdır. Onun iranlının vasitəsi ilə alıb əldə etdiyi və polisə təqdim etdiyi maddələr 10 qram metamfetamin və 3 qram heroin olmuşdur ki, həmin maddələri də o, videoçəkiliş zamanı çıxarıb təqdim etmişdir. Həmin maddələri də 3-4 gün ərzində özünün istifadəsi üçün alıb əldə etmişdir. Lakin ekspertiza aparılarkən metamfetaminin miqdarının 10 qram deyil, 123,2 qram, heroinin isə 3 qram deyil, 397,6 qram olduğu müəyyən edilmişdir və bu da həmin narkotik vasitələrin miqdarının naməlum şəraitdə polis tərəfindən artırıldığına dəlalət edir. Amma o, videoçəkiliş dayandırıldıqdan sonra zərfin təkrar açıldığını görsə də, otaqdan tez aparıldığından konkret olaraq narkotik vasitələrin miqdarının artırıldığını görməmişdir. Saxlanılarkən və ya Polis Bölməsində olarkən polis tərəfindən ona qarşı hər hansı fiziki zor və ya işgəncə tətbiq edilməmiş, ona xəsarət yetirilməmişdir. İstintaq Təcridxanasına yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Faktla bağlı heç bir orqana şikayət etməmiş və araşdırma aparılmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onu Bərdədən Bakıya gətirən sürücü Ramin hələ izləndiklərini başa düşdüyü vaxt maşını bir yanacaq dolburma məntəqəsinə sürmüşdür. Ramin orada maşından düşüb maşının arxasına keçərək kiminləsə telefonla danışmağa başlamışdır. Şəxsən onun düşüncəsinə görə, onları izləyənlər polislər olmuş, həmin vaxt polislər onların izini itirdiyindən onlara yerlərini müəyyən etmək üçün Ramin konum, yəni mobil proqram vasitəsi ilə onlara olduqları yer barədə məlumat atmışdır. Sonrakı proseslərdə isə o, onları saxlayan əməliyyatçı Əlisəmid Xəlilovun sürücü Raminlə qohum olduğunu öyrənmişdir. Bunu ona ibtidai istintaqdakı vəkili bildirmişdir. Məhz bu da onu Raminin tutdurmasına əminlimk yaradır. İbtidai istintaq zamanı verdiyi ifadələri düzgün olmamışdır. Ən nəhayət, yaranmış zərurətlə əlaqədar cinayət işinin materiallarında olan və təqdim olunan istintaq hərəkəti protokolları və s. sənədlərlə tanış olan Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, cinayət işinin ibtidai istintaqı zamanı iş materiallarında olan sənədlərin bir qisminə imza etsə də, şəxsi axtarış və götürmə protokolundan başqa, daha bir bir çox sənədə imza etməmiş, onun imzaları saxtalaşdırılmışdır. Məhkəmə baxışı zamanı ona təqdim olunan cinayət işinin İ cildində, iş vərəqə 19, 20, 24, 26, 27, 28, 33, 34də olan sənədlərdə ad və soyadımın qarşısında edilmiş imzalar ona məxsus olmuş, həmin sənədləri özü imzalamışdır. Lakin, həmin cilddə iş vərəqə 21, 22-də, 29, 31 və 36-da olan sənədlərdə ad və soyadının qarşısındakı imzalar ona məxsus olmamış, həmin sənədlərdə onun imzaları saxtalaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 07 yanvar 2022-ci il və tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, uzun müddət ərzində müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 05 yanvar 2021-ci il tarixdə, gecə saatlarında həmyerlisi, taksiçilik fəaliyyəti ilə məşğul olan Şahid4 onu Bakı şəhərinə aparıb yenidən Bərdə şəhərinə geri aparmağı xahiş etmiş, Ramin ona heç bir etiraz etməmiş və yola düşmüşlər. Bakı şəhərinə çatdıqdan sonra o, Ramindən onu Sabunçu rayonu, Maştağa-Buzovna avtomobil yoluna aparmasını xahiş etmişdir. Ramin onu idarə etdiyi avtomobillə Maştağa-Buzovna avtomobil yoluna aparmış, avtomobil ona lazım olan yerə çatdıqdan sonra o, Ramindən avtobili saxlamağı və onu gözləməyi xahiş etmişdir. O, “Facebook” sosial şəbəkəsində tanış olduğu İran Respublikasının “Səccad” adlı vətəndaşı ona getdiyi həmin ünvanın şəklini atmış, həmin ünvanda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmuşdur. O, şəkil üzrə həmin yeri tapmış və orada olan 1 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuş və Raminin idarə etdiyi avtomobilə yaxınlaşıb əyləşmişdir. Ramin ona idarə etdiyi avtomobildə ət olduğunu və həmin əti aparıb Nərimanov rayonu ərazisində bir nəfər şəxsə verəcəyini demiş, ilk öncə ora getməyi təklif etmişdir. Onlar birlikdə saat təxminən 07:10 radələrində ünvan 4 ünvanına getmişlər. Ramin idarə etdiyi avtomobili orada yerləşən həyət evinin qarşısında saxlamış və həmin evdən bir nəfər şəxs çıxaraq maşından ətləri boşaltmağa başlamışdır. Həmin vaxt o, siqaret çəkmək üçün avtomobildən düşmüşdür. Həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona onun qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumatları olduğunu bildirmiş və həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Nərimanov RPİ-yə getmək təklif olunmuşdur. O, etiraz etməmiş və polis işçiləri onunla birlikdə Ramini və Raminin avtomobilindən əti boşaltmaq istəyən şəxsi də Nərimanov RPİnin 17-ci PŞ-nin inzibati binasına aparmışlar. Polis Şöbəsinin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəçi ona təqdim edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına ona təyin edilmiş vəkil X4 iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olubolmadığını soruşmuş və olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif edilmişdir. O, bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd qara rəngli “KGtel” markalı mobil telefon aparatını, 1 ədəd özünə məxsus “KapitalBank” kartını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü və içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin oldluğunu və həmin metamfetamini və heroini İİR-nın vətəndaşının ona pulsuz olaraq verdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə və psixotrop maddə olan 02 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Lakin onun üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün istifadəsi üçün alıb əldə etmiş, həmin maddələrdən heç kimə satmamış və ya kiməsə satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında, həmçinin göstərdi ki, onun istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri olmuş, «Səccad» adlı şəxsin heç bir anket məlumatını bilməmişdir. O, «Səccad» adlı İran vətəndaşı ilə istifadəsində olan, hazırda yadında qalmayan xarici mobil nömrədən “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Özünə məxsus smartfon mobil telefon aparatı olmadığından o, tanışlarının telefonunda özünə məxsus olan ***-***-**-** mobil nömrə ilə “Whatsapp” proqramında qeydiyyatdan keçib əlaqə yaratmış, sonra isə həmin tanışının mobil telefonunda “Whatsapp” proqramının qeydiyyatını silmişdir. «Səccad» adlı İran vətəndaşı ona üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixtorop maddə olan metamfetamini pulsuz göndərmiş, yəni hədiyyə etmişdir. Belə ki, mütəmadi olaraq ondan nağd şəkildə narkotik vasitə olan heroin və psixtorop maddə olan metamfetamin aldığından bu dəfə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini ona pulsuz göndərmiş, yəni hədiyyə etmişdir. «Səccad» adlı İran vətəndaşının ona göndərdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini onun haradan əldə etməsi, eyni zamanda qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi barədə məlumatı olmamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, o, nə tutularkən və nə də Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından sürücü Şahid4 və sonuncunun tanıdığı Şahid5 məlumatı olmamışdır. O, Şahid4 taksi sürücüsü kimi tanısa da, Şahid5 ümumiyyətlə tanımamışdır (iş vərəqə: cild İ, 109-111, 134-138). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə “Bəxtiyar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin həmin məlumatda “Bəxtiyar” adlı şəxsin «Çermet» körpüsü adlanan körpünün yaxınlığına - Nərimanov rayonu, İ.Abışov küçəsi 16/3 ünvanın qarşısına gələcəyi də qeyd edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə o, şöbə rəhbərliyinə raportla məruzə edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Bundan sonra o, “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə, Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyataxtarış tədbiri keçirilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə, saat 06:50 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 2 ünvanın qarşısına getmiş və qeyd olunan ünvanın qarşısı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 07:10-da ünvan 2 ünvanın qarşısına “Opel Astra” minik markalı, **-OS-*** qeydiyyat nişanlı avtomobil gələrək həmin ünvanın qarşısında saxlamışdır. Avtomobildən 2 nəfər şəxs düşmüş, sonra isə hmin şəxslərə daha bir nəfər şəxs yaxınlaşmış və avtomobilin arxa yük yerini açaraq ora baxmağa başlamışdır. Avtomobildən düşən şəxslərdən biri aldıqları məlumatda göstərilən xarici görünüşə və geyimə görə “Bəxtiyar” adlı şəxsə oxşadığı üçün onlar həmin şəxsə yaxınlaşmış və ona özlərini təqdim edib təsdiq üçün xidməti vəsiqələrini göstərmiş və Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Tələblərinə əsasən həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar əldə etdikləri məlumata uyğun olaraq Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu və bu məlumatın yoxlanılması üçün onlarla birlikdə Nərimanov RPİ-nin 17ci PŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına getməyə razılıq vermişdir. Onlar, həmçinin Təqsirləndirilən şəxs yanında olan digər şəxslərin də şəxsiyyətlərini müəyyənləşdirmiş, birinin sürücü Şahid4, digərinin isə sonuncunun tanışı Şahid5 olmalarını aydınlaşdırmışlar. Həmin şəxslərin də Təqsirləndirilən şəxs ilə əlbir olmaları onlarda şübhə doğurduğundan, həmin şəxsləri də Təqsirləndirilən şəxsla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına aparmışlar. Qeyd olunan şəxslərin istifadəsində olan “Opel Astra” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil də Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi şöbə rəhbərliyinə yazılı məruzə olunmuş, fakt üzrə araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Şahid6 həvalə edilmişdir. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi sonuncuya təqdim edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və daha sonra dövlət hesabına təyin edilmiş vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının könüllü təqdim etmək barədə təklifindən sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli kristal hissəciklər olan bir ədəd şəffaf sellofan bükümü və içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarın sağ yan cibindən isə bir ədəd qara rəngli “KGtel” markalı mobil telefon aparatını və “Kapitalbank”a məxsus plastik bank kartını çıxarıb təqdim etmişdir. Bəxtiyarın narkotik vasitələrin satışı ilə məşğul olması barədə də onlarda məlumat olmuş, lakin həmin məlumat etibarlı mənbədən olmamışdır. Qeyri-dəqiq olan həmin məlumatda Bəxtiyarın Bərdədə narkotik vasitələrin satışı ilə məşğul oldugu bildirilmişdi. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs cibindəki əşyaları təqdim etdikdən sonra təqdim etdiyi bükümlərin içərisindəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, narkoman olduğunu və özünün istifadəsi üçün İran vətəndaşından pulsuz alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan bir ədəd şəffaf sellofan büküm və içərisində ağ rəngli, kristal şəkilli maddələr olan bir ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol da Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Nə zərfin üzəri və nə də tərtib olunan protokol imzalanarkən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz daxil olmamış, o cümlədən aşkar olunan maddələrin miqdarı mübahisələndirilməmişdir. O, sonradan videomaterialla tanış olmadığından videoçəkilişin hansı anda dayandırıldığını yadında saxlaya bilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə çəkilməmiş və miqdarı müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi adi gözlə də görünmüşdür. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddənin çəkisinin polis tərəfindən artırılması mümkünsüz olmuş və ya hər hansı formada həmin maddələrin çəkisinin artırılmasına zərurət olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan, Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparılan və şöbədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan başqa, Şahid1 ifadəsində göstərdi ki, təhqiqatçı onlar tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilən digər şəxslər - Şahid4 və Şahid5 ətrafında da araşdırmalar aparmış, onların hər ikisi şübhəli şəxs qismində tutulmuş, özləri şəxsi axtarışa, istifadələrində olan avtomobil isə baxışa məruz qalmış, izahat və ifadələri alınmış, lakin həmin şəxslərin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlə hər hansı bağlılığının olmadığı, Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi avtomobildən taksi kimi istifadə etdiyi, Şahid4 Bərdədən gələrkən Şahid5 adlı şəxsə sifarişlə ət məhsulu gətirdiyi müəyyənləşdirilmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasının hətəyində “Opel Astra” minik markalı, **-OS-*** qeydiyyat nişanlı avtomobilə axtarış keçirilərkən avtomobilin arxa yük yerindən ət məhsulu aşkar edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən əməliyyat qrupunun digər üzvləri - Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 həmkarları – baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə çəkilməsə də, miqdarının külli miqdar təşkil etməsinin adi gözlə görünməsini, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddənin çəkisinin polis tərəfindən artırılmadığını, buna əsas və maraq olmadığını, sonuncu saxlanılarkən Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparılan və şöbədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, taksiçiliklə məşğul olmuş, əsasən Bərdə-Bakı və əksinə marşrutu üzrə işləmişdir. Təqsirləndirilən şəxs həmyerlisi kimi rayondan tanımış, onunla normal münasibətləri olmuş, heç bir ədavəti olmamışdır. 06 yanvar 2022-ci il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı, **-OS-*** qeydiyyat nişanlı avtomobillə Bəxtiyarı onun sifarişi ilə rayondan Bakıya gətirmiş, gecə saat təqribən 4-5 radələrində onu avtovoğzalda düşürtmək istədikdə sonuncu Buzovnaya gedəcəyini bildirmişdir. Maşında başqa sərnişinlər də olduğundan o, həmin sərnişinləri gətirib “Şamaxınka” adlanan yerdə düşürmüş, oradan Bəxtiyarla Buzovnaya getmişlər. Hələ Bakıda “Şamaxınka” ərazisində olarkən Bəxtiyar onların dalıca naməlum maşın gəldiyini bildirmişdir. Dəqiqləşdirmək üçün o, maşını bir yanacaq doldurma məntəqəsinə sürüb saxlamış, düşüb baxmış, lakin arxalarınca heç bir maşın gəlmədiyini müəyyən etmişdir. Buzovnaya çatanda Bəxtiyarın istəyi ilə tanımadığı küçədə tunelin altından keçib sola Vişnyovka qəsəbəsi istiqamətində svetoforda saxlamışdır. Bəxtiyar orada düşmüş, ona gözləməyi tapşırmış və kimdənsə pul götürüb qayıdacağını bildirmişdir. Az sonra Bəxtiyar qayıdıb gəlmiş və qayıtdıqdan sonra utandığından ondan həmin şəxslə görüşüb-görüşmədiyini, pul alıb-almadığını soruşmamış və yollarına davam etmişlər. O, pulunu Bəxtiyardan Avtovağzala qayıdandan sonra alacağını nəzərdə tutmuşdur. Bəxtiyarın Buzovnaya nəyə getdiyini, orada maşından düşdükdən sonra konkret hara getdiyini, nə alıb-verdiyini o, bilməmiş və ya görməmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, həmin gün Bərdədən Bakıya gələrkən Anar adlı müştəriyə ət gətirmiş, həmin əti Anara çatdırmaq lazım olmuşdur. Bərdədə əti təhvil alarkən səkməmiş və çəkisini bilməmişdir. Buzovnadan Bəxtiyarala qayıdarkən o, Anara zəng etmiş, əti vermək üçün maşını Dərnəgülə “Çermet” körpüsü adlanan yerə Anargilin ünvanına sürmüş, maşını onların qapısının ağzında saxlamışdır. Artıq Anar onları eşikdə gözləmişdir. Bəxtiyar maşında oturmuş, o isə düşüb əti boşaltması üçün baqajı açmışdır. Bir karopka əti Anargilin həyətinə qoyduqdan sonra mülki geyimdə polislər gəlmiş, onu və Bəxtiyarı saxlamışlar. O, nəyə görə saxlapnıldıqlarını bilmədiyindən sürücü olduğunu bildirmiş, lakin onun fikirnlərinə əhəmiyyət verən olmamış və polislər ətləri də maşına qoymuş, Anar da daxil olmaqla onları Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Onunla əlaqədar araşdırmalar aparılmış, üst-başı, maşını axtarılmış, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Araşdırmalardan sonra axşam sərbəst buraxılmışdır. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, onları PB-nə apardıqdan sonra Anarla onu bir otaqda, Bəxtiyarı isə başqa bir otaqda saxlamışlar. Hansı məqsədlə belə edildiyini və həmin vaxt Bəxtiyardan nəsə aşkar edildiyini o, bilməmişdir. Bakıya gələrkən Təqsirləndirilən şəxs üzərində pul olmadığını təqribən bilmişdir. Belə ki, Bakıya gələrkən yolda Bəxtiyar ondan 30 manat borc pul almış, Bakıya çatanda kimdənsə pul götürüb qaytaracağını demiş və həmin pula yolda siqaret və kolbasa-çörək almışdır. Bakı şəhərinədək Bəxtiyar maşında qabaqda oturmuş, “Şamaxinka”da başqa müştəriləri düşürdükdən sonra isə düşüb arxada oturmuş, lakin o, bunun səbəbini bilməmişdir. Anargilin evinə çatan vaxt isə Bəxtiyar maşında qabaqda oturmuşdur. Polis gəldikdən sonra isə onu yerdə polislərin yanında görmüşdür. Şahid4 ifadəsinin yekununda göstərdi ki, onun Şahid1 adlı ümumiyyətlə qohumu olmamış, onunla hər hansı əlaqəsi olmamışdır. Onlar tutulandan sonra o, Əlisəmid Xəlilovu tanımışdır. Onlar tutulanadək onun Əlisəmidlə heç bir münasibəti olmamış, Bəxtiyar barədə polisdən heç kimə, o cümlədən Əlisəməd Xəlilova məlumat verməmişdir. Bəxtiyarın üzərində narkotik vasitələr aşkar olunduğunu saxlanılandan bir neçə saat sonra 17-ci PB-də bilmişdir. Lakin Bəxtiyardan narkotik maddələr aşkar edilib-edilməməsini, onun kimdən və haradan narkotik vasitə almasını bilməmiş, onun Bəxtiyarla heç bir əlaqəsi olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, əvvəllər qəssab işləmiş, lakin Bəxtiyarla bağlı hadisədən sonra taksiçiliklə məşğul olmağa başlamışdır. Hadisə günü sifarişlə ona Bərdədən ət gətirən taksi sürücüsü Ramin gecə ona zəng edib qapıya çıxmağı demiş, çatdığını bildirmişdir. O, qapıya çıxaraq maşının arxa yük yerindən qutuda əti götürərkən bir neçə mülki geyimdə olan polis əməkdaşı onalara yaxınlaşmış və onları 17-ci PB-nə aparmışlar. O, əti maşından götürərkən adının Bəxtiyar olduğunu sonradan öyrənib bildiyi, lakin həmin vaxtadək tanımadığı şəxs maşında oturmuşdur. Həmin vaxt o, maşında qadın olduğunu düşünüb, maşının kabinəsinə yaxınlaşmamışdır. Polisdə onlar ayrı-ayrı otaqlara salınmış, araşdırmalar getmiş, lakin onda qanunsuz heç nə aşkar edilməmişdir. Lakin “Semaşko” adlanan xəstəxanaya analiz verməyə gedərkən Bəxtiyarı görmüş, onun narkotiklə tutulduğunu öyrənmişdir. Lakin Bəxtiyardan əsil həqiqətdə narkotik maddələr aşkar edilibedilməməsini bilməmiş, onun kimdən və haradan narkotik vasitə almasını görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 06 yanvar 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, tədqiq olunan həmin protokol Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid6 tərəfindən həmin şöbənin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Nərimanov RPİ-nin Kriminalistik-Tədqiqatlar Qrupunun inspektor-kriminalisti Emil Yusubovun, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Yusifbəyli və Partnyorları Vəkil Bürosunun” vəkili X4 iştirakları ilə tərtib edilmişdir. Tərtib olunan protokolun məzmunundan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl sonuncu təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli doğranmış halda kristal hissəciklər olan 01 (bir) ədəd şəffaf sellofan bükümü və içərisində qəhvəyi rəngli, bərk halda olan maddə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli “KGtel” markalı mobil telefon aparatını və “Kapitalbank”a məxsus plastik bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi bükümlərdən birinin içərisində heroin narkotik vasitəsi, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və təqdim etdiyi qeyd olunan həmin maddələri özünün şəxsi istifadəsi üçün İran vətəndaşından pulsuz alıb əldə etdiyini göstərmişdir. Tədqiq olunan 06 yanvar 2022-ci il tarixli həmin protokolun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli, kristal şəkilli, spesifik iyli maddə və 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan içərisində qəhvəyi rəngli, spesifik iyi olan maddə Təqsirləndirilən şəxs özünün və digər protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq 219 saylı möhürlə möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında aparılmış, şəxsi axtarış inspektorkriminalist Emil Yusubov tərəfindən “PANASONİC» markalı videokamera vasitəsi ilə lentə alınmış və həmin videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.30-31, 32). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şəxsi axtarış aparılması və götürmə» haqqında 06 yanvar 2022-ci il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 02 iyun 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi DVD-R formatlı həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 06 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir(iş vərəqə: cild İİ, səh.61). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli doğranmış halda kristal hissəciklər olan 01 (bir) ədəd şəffaf sellofan bükümü və içərisində qəhvəyi rəngli, bərk halda olan maddə qablaşdırılmış 01 (bir) ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli “KGtel” markalı mobil telefon aparatını və “Kapitalbank”a məxsus plastik bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisində heroin narkotik vasitəsinin, digər bükümdə isə psixotrop maddə metamfetaminin olduğunu, həmin maddələri özünün şəxsi istifadəsi üçün İran vətəndaşından pulsuz alıb əldə etdiyini bildirməsi təsdiq olunur. Videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümlərdə olan şübhəli maddələr təhqiqatçı tərəfindən açılıb numayiş olunarkən içərisində ağ rəngli doğranmış halda olan maddənin kiçik kristal hissəciklərinin çox az bir hissəsi təhqiqatçının ehtiyyatsız davranışı nəticəsində xidməti otaqda olan masanın üzərinə tökülür. Qeyd olunan iki ədəd bükümdə olan şübhəli maddələr bükülərək qablaşdırılması məqsədilə bir ədəd ağ rəngli zərfə qoyulur və bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapitalbank”a məxsus plastik bank kartı vasitəsi ilə masanın üzərinə tökülmüş ağ rəngli kristallik maddə hissəciklərini siyirmək yolu ilə toplayaraq qablaşdırma nəzərdə tutulan zərfin içərisinə boşaldır və zərfi yapışqanla bağlayaraq 219 saylı möhürlə möhürləyir və videoçəkilişin dayandırılmasına göstəriş verir. Ən nəhayət, videogörüntülərin nümayişi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi iki ədəd bükümlərdəki şübhəli maddələrin qablaşdırıldığı bir ədəd zərfin və «şəxsi axtarış aparılması və götürmə» haqqında 06 yanvar 2022-ci il tarixli protokolun imzalanması proseduru videogörüntülərdə öz əksini tapmamışdır (iş vərəqə: cild İ, səh.32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 6/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdə 2 (iki) ədəd bükümlərdən birində təmiz çəkisi 397,6 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və digər bükümdə təmiz çəkisi 123,2 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi isə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqat obyekti olan heroinin təmiz çəkisi 397,6 qram olmuş, 0,2 qram tədqiqata sərf edilmiş və qalıq kütlə 397,4 qram təşkil etmişdir. Metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 123,2 qram olmuş, 0,2 qram tədqiqata sərf edilmiş, qalıq çəkisi isə 123,0 təşkil etmişdir (iş vərəqə: cild İ, səh.90- 94). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMCdən 06 aprel 2022-ci il tarixli, 5757 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatların yükləndiyi bir ədəd CD diskə baxış keçirilməsi haqqında 17 aprel 2022-ci il tarixli protokoldan görünür ki, sorğu verilmiş 01 sentyabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə çoxsaylı smslər və zənglər daxil olmuş və çıxmışdır ki, qeyd olunan formada çoxsaylı mobil əlaqələrlə müxtəlif nömrəli abonentlərlə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin və psixotrop maddənin istehlakı və satışı ilə bağlı yazışmalar aparıldığı müəyyən edilir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrəli abonentlər arasında narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və satışı ilə bağlı yazışmalar aparıldığı "xxxx" MMC-dən təqdim edilmiş mobil telefon məlumatlarının yükləndiyi bir ədəd CD diskdən 04 vərəqdə A4 formatlı kağızda çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmiş mətnlərlə bir daha təsdiq olunur(iş vərəqə: cild İ, səh.245-251). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixli, AZF/LGL-5437/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatların yükləndiyi bir ədəd CD diskə baxış keçirilməsi haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, sorğu verilmiş 01 sentyabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə çoxsaylı smslər və zənglər daxil olmuş və çıxmışdır ki, qeyd olunan formada çoxsaylı mobil əlaqələrlə müxtəlif nömrəli abonentlərlə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin və psixotrop maddənin istehlakı və satışı ilə bağlı yazışmalar aparıldığı müəyyən edilir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrəli abonentlər arasında narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və satışı ilə bağlı yazışmalar aparıldığı "xxxx" MMC-dən təqdim edilmiş mobil telefon məlumatlarının yükləndiyi bir ədəd CD diskdən 26 vərəqdə A4 formatlı kağızda çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmiş mətnlərlə bir daha təsdiq olunur(iş vərəqə: cild İİ, səh.22-50). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkaloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2121 nömrəli rəyi ilə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydə alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.70-71). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 153 saylı rəyi ilə müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: cild İ, səh.68-69). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 10 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 397,6 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və təmiz çəkisi 123,2 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 397,4 qram heroin narkotik vasitəsi və 123,0 qram metamfetaminin psixotrop maddəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.160-161). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk, "xxxx" MMC-dən 06 aprel 2022-ci il tarixli, 5757 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatların yükləndiyi bir ədəd CD formatlı disk, həmçinin "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixli, AZF/LGL-5437/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatların yükləndiyi bir ədəd CD formatlı disk – cəmi üç ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və həmin disklər saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.94-111). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirinin keçirilməsini əhatə edən müvafiq sənədlərlə - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili X3 tərəfindən 17-ci PŞ-nin rəisinin adına ünvanlanmış 06 yanvar 2022-ci il tarixli raport, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixli qərar, «əməliyyat qrupunun təşkil edilməsi haqqında” eyni tarixli protokol, baş əməliyyat müvəkkili Əlisəmid Xəlilov tərəfindən 17-ci PŞ-nin rəisinin adına ünvanlanmış 06 yanvar 2022-ci il tarixli başqa bir raportla müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi, qəbulu ilə məşğul olması, həmçinin üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Əlisəmid Xəlilov tərəfindən «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 06 yanvar 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar 17-ci PŞ-nin rəisi tərəfindən təsdiq olunmaqla həmin qərarın surəti məlumat üçün aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna və məhkəmə nəzarətini həyata keçirən Nərimanov rayon Məhkəməsinə göndərilmiş, 06 yanvar 2022-ci il tarixli protokola əsasən Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Əlisəmid Xəlilovun rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, ətrafında əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 07:10 radələrində ünvan 2 ünvanının qarşısında işdə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ilə birlikdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına aparılmışdır (iş vərəqə: cild İ, səh.3, 4, 5-6, 7, 8, 9). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şahid4 və Şahid5 əməlində narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə hər hansı formada cinayət əlaqəsi müəyyən edilmədiyindən onların barəsində qeyd olunan xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh.113-114, 117-118). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə heroin narkotik vasitəsinin təmiz çəkisi 397,6 qram, daha bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 123,2 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 397,6 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 123,2 qram olmaqla külli miqdarda olmaları və hətta külli miqdar anlayışının start miqdarından qat-qat artıq miqdar təşkil etmələri, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olmaları, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə baxışı zamanı müəyyən olunan çoxsaylı məlumatlar, əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, saxlanıldıqdan sonra videoçəkiliş altında təqdim etdiyi şəxsi istifadəsi üçün alıb əldə etdiyi, özünə məxsus narkotik vasitənin və psixotrop maddənin qablaşdırılıb möhürlənməsindən sonra videoçəkilişin dayandırılması və bundan sonra narkotik vasitənin və psixotrop maddənin qablaşdırıldığı zərfin cırılıb açılması, naməlum şəraitdə onun təqdim etdiy narkotik vasitənin və psixotrop maddənin miqdarının artırılması, qablaşdırmanın aparıldığı zərfin üzərini imzalamaması, zərfin üzərində adının qarşısında edilmiş imzanın ona məxsus olmaması, cinayət işinin materiallarında olan bəzi imzalarının saxtalaşdırılması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qaldırdığı vəsatətlər və gətirdiyi dəlillər hərtərəfli, tam və obyektiv araşdırılmış və təstiqini tapmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 6/56 nömrəli rəyinin tədqiqi ilə əlaqədar məhkəmənin təşəbbüsü əsasında ekspert qismində dindirilən X2 ifadəsində tədqiq olunan həmin rəyi verdiyini təsdiq edib göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid6 qərarı və həmin qərarla birlikdə üzərində Azərbaycan Respublikası DİN, zərflər üçün 219 saylı dairəvi möhürlə möhürlənib bağlanmış zərfin içərisində maddi sübutlar Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. Möhürlənmiş həmin zərfin üzərində “şübhəli şəxs: Məmmədov” yazısı, ortada onun imzası, iştirakçılar və imzaları mövcud olmuşdur. Həmin möhürlü zərf onun tərəfindən qərarı və maddi sübutu təqdim edən şəxsin iştirakı ilə açılmış və zərf açılan vaxt içərisində iki ədəd şəffaf politilen bükümdə birində qəhvəyi rəngli, digərində isə kristal şəkilli ağ rəngli maddələr olduğu müəyyən edilmişdir. Həmin maddələr təhvil alınması məqsədilə ayrı-ayrılıqda rəydə göstərilən “OHAUS” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş, bir bükümdə olan qəhvəyi rəngli maddənin təmiz çəksinin 397,6 qram, digər bir ədəd bükümdə olan kristal şəkilli, ağ rəngli maddənin isə 123,2 qram olduğu müəyyən edilmiş və nəticədə ayrıca tərtib edilmiş aktda qeydlər aparılaraq iştirak etmiş şəxslər – ekspert kimi onun özü və materialı gətirən əməliyyat müvəkkili R.Əhmədov tərəfindən imzalanmışdır. Bundan sonra o, maddi sübutları labarotoriaya aparmış, üzərində tədqiqatlar aparmışdır. Narkotik vasitələr və psixotrop maddələr üzrə aparılan tədqiqatda BMT-nin standart metodikasına əsasən aparılmışdır. Belə ki, metodikaya əsasən maddi sübutlar açılmış, qəhvəyi rəngli maddə bərk halda təqdim edildiyindən əzilərək homogen vəziyyətə gətirilməklə qarışdırılmış, bir neçə yerdən nümunələr götürülüb tədqiqat aparılmışdır. Onun tərəfindən kompleks tədqiqat yeni metodikaya əsasən aparılmış, kodakt testlərdən, yəni rəng testlərindən istifadə olmuş, ekspertiza təyin edilməsi barədə qərarda göstərilən suallar ətrafında rəy vermişdir. Nəticədə təmiz çəksi 397,6 qram təşkil edən qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış heroinin narkotik vasitəsi, təmiz çəkisi 123,2 qram təşkil edən digər bükümdə olan ağ rəngli kristallardan ibarət maddənin isə kustar üsulla hazırlanmış metamfetaminin psixotrop maddəsi olduğu müəyyən edilmişdir. Tədqiqat zamanı hər bir maddədən cüzi bir miqdar ekspertiza tədqiqatına sərf olunmuşdur ki, bu barədə rəydə xüsusi qeydlər aparılmış və qalıq miqdar göstərilmişdir. İşin halları ilə bağlı suallar ətrafında dindirilən ekspert Zemfira Məmmədova ifadəsinin davamında göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin qablaşdırıldığı zərf ekspertizaya daxil olarkən onun tamlığının pozulmadığı, bütün künclərdən möhürləndiyi və hər bir iştirakçının adının qarşısında imzalar olduğu müəyyən edilmişdir. Əks təqdirdə, pozuntunun nədən ibarət olması və ya imza çatışmamazlığı onlar tərəfindən həmişə rəydə qeyd olunmuşdur. Praktikada maddi sübutların qablaşdırıldığı predmetin tamlığının pozulması, iştirakçıların siyahısında göstərilənlərdən az şəxsin imza etməsi hallarına rast gəlinmişdir ki, ekspertlər bu barədə tərtib olunan rəydə xüsusi qeydlər aparmaqla rəyi imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin 06 yanvar 2022-ci il tarixdə qeydə alınmış videogörüntüləri və məhkəmə baxışı zamanı tədqiq olunmuş maddi sübutlarla tanış olan ekspert Zemfira Məmmədova ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr videodan da göründüyü kimi, iki ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olmuş, onların rəngi hələ bükümlər açılmadan adi gözlə görünmüşdür. Zərf açılarkən hər hansı maddədən zərfin içərisinə tökülmüş hissə olması, onun yadında qalmamış və ya buna əhəmiyyət verməmişdir. Belə halla rastlaşdıqda, tədqiqat zamanı tökülmüş hissə aidiyyatı maddənin üzərinə əlavə olunmaqla tədqiqat aparılmışdır. Bu halda isə, parçalanmış vəziyyətdə olan metamfetamin maddəsinin açılıb tökülmə ehtimalı olsa da, heroin narkotik vasitəsi bərk halda olduğundan onun hissəsinin zərfə tökülməsi mümkünsüz olmuşdur. O, konkret olaraq bu tədqiqat zamanı maddi sübutların tökülüb bir-birinə qarışmamış vəziyyətdə olmasını müşahidə etməmişdir. Videogörüntülərdə təqsirləndirilən şəxs tərəfindən təqdim olunan qəhvəyi rəngli rəngli maddənin, yəni heroin narkotik vasitəsinin məhkəmə baxışı zamanı tədqiq olunan həmin maddi sübutdan həcmcə kiçik olmasına gəldikdə isə, əvvala heroin narkotik vasitəsinin sıxlığı metamfetamin psixotrop maddəsinə nisbətən daha çoxdur, ikincisi isə ekspertizaya təqdim olunan heroin preslənmiş şəkildə təqdim edilmişdir. Tədqiqat zamanı ifadəsinin əvvəlində göstərdiyi kimi, heroin narkotik vasitəsi əzilərək homogen vəziyyətə gətirilməklə tədqiq edilmişdir. Təkrar qablaşdırma zamanı isə onu əvvəlki vəziyyətinə gətirmək mümkün olmamış, qeyd olunan heroin yastılanmış şəkil aldığından tədqiq olunan maddi sübutun həcmi təqsirləndirilən şəxs tərəfindən təqdim olunan, yumru görünən maddi sübutdan böyük görünməkdədir. Ekspertizaya təqdim olunan hər iki maddə ayrıayrılıqda şəffaf politilen bükümdə olmuş, lakin tədqiqat yekunlaşdıqda o, hər iki bükümü dağılmaması, qarışmaması üçün skoçlamışdır. Ekspertlər tərəfindən tədqiqat üçün təqdim olunan maddi sübutların miqdarının artırılması və ya azaldıması absurd və yolverilməz məsələdir. Video görüntüdə gördyü maddələrin hər ikisi hazırda məhkəmədə ona təqdim olunan maddələrin özləridir. Yaranmış zərurətlə əlaqədar məhkəmənin təşəbbüsü ilə dindirilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinə rəhbərlik etmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə onun saxlanılması ilə əlaqədar tanımış, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 17-ci PŞ-nin əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb şöbəyə gətirilmiş, fakt üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, qərarla müdafiəçi təyin edilmiş, müdafiəçinin, əməliyyatçıların iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirimişdir. Onun təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli kristal hissəciklər olan bir ədəd şəffaf sellofan bükümü və içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan bükümü, bir ədəd qara rəngli markasını unutduğu mobil telefon aparatını və hansısa banka məxsus plastik bank kartını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, narkoman olduğunu və özünün istifadəsi üçün İran vətəndaşından pulsuz alıb əldə etdiyini bildirmişdir. Hər iki maddə açılıb baxılmış, lakin çəkilməmiş, miqdarları müəyyənləşdirilməmişdir. Sonra isə həmin maddələr bükülüb ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri zərfin künclərindən möhürlənmiş, həmin zərfin üzəri Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol da Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Nə maddi sübutlar götürülərkən, onlara baxış keçirilərkən, qablaşdırılarkən, nə zərfin üzəri və nə də tərtib olunan protokol imzalanarkən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz daxil olmamış, o cümlədən aşkar olunan maddələrin miqdarı mübahisələndirilməmişdir. O, videoçəkilişin hansı anda dayandırılmasını yadında saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin 06 yanvar 2022-ci il tarixdə qeydə alınmış videogörüntüləri və məhkəmə baxışı zamanı tədqiq olunmuş maddi sübutlarla tanış olan təhqiqatçı Şahid6 ifadəsində daha sonra göstərdi ki, videogörüntülərdən göründüyü kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi maddələrin iri həcmli olmaqla külli miqdar təşkil etmələri adi gözlə də görünməkdədir və həmin narkotik vasitənin və ya psixotrop maddənin çəkisini artırmağa heç bir zərurət yoxdur. Sadəcə narkotik vasitəni və metamfitamini açıb baxış keçirərkən cüzi ehtiyyatsızlıq nəticəsində kiçik kristallar şəklində olan psixotrop maddə azacıq masanın üzərinə dağılmışdır ki, o, plastik kart vasitəsi ilə həmin tökülmüş hissəni yığıb qablaşdırma aparılan zərfin içinə boşaltmışdır. Onun qənaətinə görə qablaşdırma mərhələsində pozuntuya yol verməmişdir. Qablaşdırma apardığı zərfin künclərini möhürlə möhürləmiş, bununla da əsas mərhələni bitmih hesab edib videoçəkilişi dayandırmışdır. Zərfin üzərinin və protkolun imzalanması isə videoçəkilişdən sonra həyata keçirilmişdir. İstər zərfin üzəri və istərsə də protokol videoçəkiliş bitdikdən sonra həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması prosesində Təqsirləndirilən şəxs müdafiəçi də iştirak etmişdir. Zərfin üzərinin Bəxtiyar tərəfindən imzalandığını müdafiəçi özü də təsdiq edə bilər. Lakin Təqsirləndirilən şəxs qablaşdırma aparılan zərfin üzərini başqa rəngli qələmlə imzalanmasına isə, heç bir fikri yoxdur. Belə ki, yadında qnalmamışdır. Təhqiqatçısı Şahid6 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi maddələrlə bağlı məhkəmə-kimyəvi ekspertiza keçirilmiş və ekspertiza tədqiqatı ilə bağlı ekspertlər tərəfindən onlara hər hansı iradlar bildirilməmişdir. Hesab edirəm ki, ekspert rəyi də əsaslı və qanunidir. Təbiidir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ona məxsus bəzi imzaların, o cümlədən ondan götürülən narkotik vasitə və psixotrop maddənin qablaşdırıldığı zərfin üzərində adının qarşısında edilmiş imzanın onun özü tərəfindən edilmədiyini, imzalarının saxtalaşdırıldığını bildirməsi ilə bağlı iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilib keçirilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 4/02-5/24 saylı rəyinin məhkəmə araşdırması ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ona məxsus bəzi imzaların, o cümlədən ondan götürülən narkotik vasitə və psixotrop maddənin qablaşdırıldığı zərfin üzərində adının qarşısında edilmiş imzanın onun özü tərəfindən edilmədiyi və saxtalaşdırıldığı barədə göstərdikləri təkzib olunmuş, sonuncu tərəfindən mübahisələndirilən imzaların qeyrisi tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs özü tərəfindən icra olunduğu təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində polis tərəfindən fiziki və psizi təzyiqlərə, işgəncəyə və ya təhdidlərə məruz qalmamış, sonuncu tərəfindən bu istiqamətdə ərizə və şikayətlər daxil olmamış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ona görə də təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli elə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər ilk dəfə Daşkəsən rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ikinci dəfə Bərdə rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs yenə də Bərdə rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh. 196-198). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkumluğun ödənilməsi ilə bağlı qanunla tələb olunan müddətlər keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və sonuncu məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2121 nömrəli rəyindən irəli gələn tələbləri nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, sonuncu eyni zamanda ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2022-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 397,4 qram narkotik vasitə heroin və 123,0 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı diskin, "xxxx" MMC-dən 06 aprel 2022-ci il tarixli, 5757 nömrəli məktubla daxil olmuş bir ədəd CD formatlı diskin, həmçinin "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixli, AZF/LGL-5437/22 nömrəli məktubla daxil olmuş bir ədəd CD formatlı diskin – cəmi üç ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Qeyd olunanlardan başqa, işdə olan, Təqsirləndirilən şəxs istifadəsində olmuş və Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd “KGtel” markalı mobil telefon aparatı və “Kapitalbank”a məxsus bir ədəd plastik bank kartı Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 397,4 qram narkotik vasitə heroin və 123,0 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı diskin, "xxxx" MMC-dən 06 aprel 2022-ci il tarixli, 5757 nömrəli məktubla daxil olmuş bir ədəd CD formatlı diskin, həmçinin "xxxx" MMC-dən 18 aprel 2022-ci il tarixli, AZF/LGL-5437/22 nömrəli məktubla daxil olmuş bir ədəd CD formatlı diskin – cəmi üç ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs istifadəsində olmuş və Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd “KGtel” markalı mobil telefon aparatı və “Kapitalbank”a məxsus bir ədəd plastik bank kartı Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar