Məhkəmə qərarları › İş №1(101)-1740/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1740/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1740/2021 15.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi3 Əbdürəhim oğlu, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" supermarketlər şəbəkəsinin Bakı şəhəri, 2001 nömrəli mağazasında kassa şöbəsinin şöbə başçısı vəzifəsində işləmiş, hazırda işləməyən, R kəndində qeydiyyatda olan, Adə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Təqsirləndirilən şəxs2 (28 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 79 mənzil 108-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) və Təqsirləndirilən şəxs3 oğlunun (xx xxxxxx 1992-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda əmlakı talamaqla mənimsəmişdir. Belə ki, o, 30 dekabr 2019-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə şöbə başçısı vəzifəsinə qəbul olunduqdan sonra cəmiyyətə məxsus "xxxx" supermarketlər şəbəkəsinin ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan 2001 nömrəli mağazasında kassa şöbəsinin şöbə başçısı vəzifəsində işləyən zaman hüquqlarını və qanuni mənafelərini müvafiq orqanlarda müdafiə etmək, bu və ya digər məsələlərlə əlaqədar rəhbərliyə təkliflər təqdim etmək, qanun pozuntuları aşkar olunduqda rəhbərliyi məlumatlandırmaq və müvafiq tədbirlər görmək, pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək, mədaxilməxaric sənədləri əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək, həmçinin digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə həmin cinayətin törədilməsinə rəhbərlik etməklə əldə olunan pul vəsaitini öz aralarında bölmək barədə razılığa gələrək, işlədiyi mağazanın kassa otağından pul vəsaiti çıxarılması üçün qeyd olunan mağazaya qəfil hücum həyata keçirmələri görüntüsü yaratmaq barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vəzifə bölgüsünə uyğun olan tapşırıq verdikdən sonra, sonuncularla 2020-ci ilin dekabr ayının sonları 2021-ci ilin yanvar ayının əvvəlində işlədiyi mağazanın kassasında toplanan və nəzarəti altında saxlanılan ona etibar edilmiş pulu talamağa dair razılıq əldə edərək 11 yanvar 2021-ci il tarixdə işlədiyi mağazada iş gününün sonuna külli miqdarda pulun toplandığını və əməkdaşların az olduğunu görüb, saat 20:30 radələrində Təqsirləndirilən şəxs2la telefonla əlaqə saxlayaraq mağazaya dəvət edərək, qısa müddət sonra sonuncu ilə mağazada görüşüb razılaşdıqları cinayəti törətməyə dair fəal hərəkətlərə keçmələri ilə əlaqədar Təqsirləndirilən şəxs2 saat 21:30 radələrində Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlayaraq sonuncunu mağazaya dəvət etdikdən sonra saat 22:30 radələrində Təqsirləndirilən şəxs3 əlində tutduğu və içərisində naşatır spirti və tənzif parçasını gizlətdiyi qara çanta ilə mağazaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 mağazanın daxilində onları müşahidə etməsini və təhlükəsizlikdə olduqlarına arxayın olaraq Təqsirləndirilən şəxs3 arxasınca kassa otağına hərəkət etməsi barədə işarə verib kassa otağının qapısını əlinin barmaqları ilə (fingerlə) açaraq və qapını açıq qoyduğu kassa otağına daxil olaraq qabaqcadan səhnələşdirilmiş cinayət görüntüsü yaratmaqla Təqsirləndirilən şəxs3 naşatır spirti tökdüyü cuna parçasını onun ağzına tutub guya ona hücum çəkdiyini numayiş etdirib yalandan yerə yıxılaraq və Təqsirləndirilən şəxs3 bundan istifadə edərək dərhal sonra kassa otağında olan pullardan 167,408(bir yüz altmış yeddi min dörd yüz səkkiz) manat pulu çantaya yığıb kassa otağından çıxdıqdan bir müddət sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mağazanı tərk etmələrinə əmin olub ona hucum çəkilməsi barədə mağazada olanlara yalan məlumat verməklə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda əmlakı talamaqla mənimsəmişdir. Təqsirləndirilən şəxs2 külli miqdarda əmlakı talamaqla mənimsənilməsində iştirak etmişdir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" supermarketlər şəbəkəsinin ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan 2001 nömrəli mağazasında mühafizə xidmətində növbə rəisi vəzifəsində işləyən qohumu Şahid2 vasitəsi ilə həmin mağazada 30 dekabr 2019-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə şöbə başçısı vəzifəsinə qəbul olunduqdan sonra kassa şöbəsinin şöbə başçısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə bir müddət öncə tanış olduqdan sonra 2020-ci ilin sonunda Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş külli miqdarda özgə əmlakını ələ keçirmək barədə təklifini qəbul edib tanışı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə tanış etdikdən sonra Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 rəhbərliyi altında həmin cinayətin törədilməsinə və əldə olunan pul vəsaitini öz aralarında bölmək barədə razılığa gələrək, mağazanın kassa otağından pul vəsaiti çıxarılması üçün qeyd olunan mağazaya qəfil hücum həyata keçirmələri görüntüsü yaratmaq barədə Təqsirləndirilən şəxs1 vəzifə bölgüsünə uyğun olan tapşırıq aldıqdan sonra 2020-ci ilin dekabr ayının sonları 2021-ci ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs1 işlədiyi mağazanın kassasında toplanan və nəzarəti altında saxlanılan və sonuncuya etibar edilmiş pulu talamağa dair razılıq əldə edərək 11 yanvar 2021-ci il tarixdə işlədiyi mağazada iş gününün sonuna külli miqdarda pulun toplandığını və əməkdaşların az olması ilə əlaqədar saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 onunla telefonla əlaqəsı saxlayaraq mağazaya dəvət etmiş, qısa müddət sonra o, mağazadə Təqsirləndirilən şəxs1 ilə görüşüb razılaşdıqları cinayəti törətməyə dair fəal hərəkətlərə keçmələri ilə əlaqədar saat 21:30 radələrində Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlayaraq sonuncunu mağazaya dəvət etdikdən sonra saat 22:30 radələrində Təqsirləndirilən şəxs3 əlində tutduğu və içərisində naşatır spirti və tənzif parçasını gizlətdiyi qara çanta ilə mağazaya daxil olmuş, bundan sonra o, mağazanın daxilində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 müşahidə edərək və təhlükəsizlikdə olduqlarına müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 arxasınca kassa otağına hərəkət etməsi barədə işarə verib kassa otağının qapısını əlinin barmaqları ilə (fingerlə) açaraq və qapını açıq qoyduğu kassa otağına daxil olaraq qabaqcadan səhnələşdirilmiş cinayət görüntüsü yaratmaqla Təqsirləndirilən şəxs3 naşatır spirti tökdüyü tənzif parçasını Təqsirləndirilən şəxs1 ağzına tutub guya sonuncuya hücum çəkdiyini numayiş etdirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 yalandan yerə yıxılaraq və Təqsirləndirilən şəxs3 bundan istifadə edərək dərhal sonra kassa otağında olan pullardan 167,408(bir yüz altmış yeddi min dörd yüz səkkiz) manat pulu çantaya yığıb kassa otağından çıxdıqdan dərhal sonra mağazadan maneəsiz çıxmasına müşahidə edib, daha sonra Təqsirləndirilən şəxs1 hadisə barədə mağazada olanlara məlumat verməsini şahidi olaraq mağazanı tərk edərək külli miqdarda əmlakı talamaqla mənimsəmsənilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 külli miqdarda əmlakı talamaqla mənimsənilməsində iştirak etmişdir. Belə ki, o, 2020-ci ilin sonunda tanışı Təqsirləndirilən şəxs2 Məhhədin oğlu vasitəsi ilə 30 dekabr 2019-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə şöbə başçısı vəzifəsinə qəbul olunduqdan sonra cəmiyyətə məxsus "xxxx" supermarketlər şəbəkəsinin ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan 2001 nömrəli mağazasında kassa şöbəsinin şöbə başçısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə sonuncuya etibar olunmuş külli miqdarda özgə əmlakını ələ keçirmək barədə təklifini qəbul edib Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 rəhbərliyi altında həmin cinayətin törədilməsinə və əldə olunan pul vəsaitini öz aralarında bölmək barədə razılığa gələrək, mağazanın kassa otağından pul vəsaiti çıxarılması üçün qeyd olunan mağazaya qəfil hücum həyata keçirmələri görüntüsü yaratmaq barədə Təqsirləndirilən şəxs1 vəzifə bölgüsünə uyğun olan tapşırıq aldıqdan sonra 2020-ci ilin dekabr ayının sonları 2021-ci ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs1 işlədiyi mağazanın kassasında toplanaraq nəzarəti altında saxlanılan və sonuncuya etibar edilmiş pulu talamağa dair razılıq əldə edərək 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 işlədiyi mağazada iş gününün sonuna külli miqdarda pulun toplandığını və əməkdaşların az olması ilə əlaqədar saat 20:30 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq görüşüb razılaşdıqları cinayəti törətməyə dair fəal hərəkətlərə keçmələri ilə əlaqədar saat 21:30 radələrində Təqsirləndirilən şəxs2 onunla telefonla əlaqə saxlayaraq mağazaya dəvət etdikdən sonra cinayəti törətmək üçün qabaqcadan aldığı və yaşadığı evdə gizlətdiyi içərisində naşatır spirti və tənzif parçası olan qara rəngli çantanı götürərək saat 22:30 radələrində əlində tutduğu çanta ilə Təqsirləndirilən şəxs1 işlədiyi mağazaya daxil olmuş, bundan sonra mağazanın daxilində Təqsirləndirilən şəxs2 onları müşahidə etməsini və təhlükəsizlikdə olduqlarına arxayın olaraq Təqsirləndirilən şəxs1 arxasınca kassa otağına hərəkət etməsi barədə sonuncudan işarə aldıqdan sonra həmin istiqamətdə hərəkət edib Təqsirləndirilən şəxs1 kassa otağının qapısını əlinin barmaqları ilə (fingerlə) açaraq və qapını açıq qoyduğu kassa otağına daxil olaraq qabaqcadan səhnələşdirilmiş cinayət görüntüsü yaratmaq üçün özü ilə gətirdiyi naşatır spirti tökdüyü tənzif parçasını Təqsirləndirilən şəxs1 ağzına tutub guya soununcuya hücum çəkdiyini numayiş etdirib yalandan yerə yıxdıqdan sonra kassa otağında olan pullardan 167,408(bir yüz altmış yeddi min dörd yüz səkkiz) manat pulu çantaya yığıb kassa otağından çıxıb dərhal sonra mağazanı maneəsiz tərk edərək mağazadan taladığı pulları gizlətmək məqsədi ilə yaşadığı evə apararaq külli miqdarda əmlakı talamaqla mənimsənilməsində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonundan Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən «Gənclik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketə aid mağazasında kassa şöbəsinin rəisi vəzifəsində işləmişdir. Mağaza cəmiyyətdə 2001 nömrəli mağaza kimi qeydiyyata alınmışdır. Şöbə rəisi kimi mağazada alış-veriş nəticəsində kassalarda yığılan pulunun mağazanın kassa otağında olan seyfə yığılıb həmin yerdə saxlanılmasına nəzarət etmişdir. Pulların kassalardan yığılıb kassa otağına gətirilib seyfə yığma işini görmək üçün mağazada Türanə Müftəliyeva və Elxan İbrahimov adlı işçilər olmuş və o, şöbə müdiri kimi işçilərin işlərinə və kassaya yığılan pullara nəzarət etmişdir. Kassa otağına daxil olmaq üçün giriş qapısı «finqer» vasitəsi ilə yəni baş barmağın toxunuşu ilə açılır. Kassa otağının qapısı onun tərəfindən, Türanə Müftəliyevanin, Elxan İbrahimovun, mağazanın baş xəzinadarı Şahid1 və mağazanın müdirinin müavini Nümayəndə baş barmağının toxunuşu nəticəsində açılmışdır. Mağazanın digər işçilərinin həmin otağa daxil olması üçün icazə yoxdur. Mağazanın gündəlik təqribən 40000 manatlıq alver pulu seyfdə saxlanıldıqdan sonra həftənin beş günü hər gün tezdən mağazaya gələn inkassator maşınına yüklənib banka göndərilirmiş, həftənin şənbə və bazar günləri mağazanın alver pulu yığılıb kassa otağında seyfdə saxlanılmışdır. Mağazada işləyən zaman orada olan işçilər, o cümlədən mühafizənin növbə rəisi işləyən Şahid2 ilə dostluq münasibətləri olmuşdur. Hüseynlə dostluq münasibəti yaranan zaman sonucnun bacısının əri Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onunla aralarında yaxşı münasibət yaranmışdır. Anar daima mağazaya gələn zaman birlikdə oturub söhbət etmişlər, müxtəlif kafelərdə oturmuşlar. Görüşləri həm Hüseynin, həm də Hüseynsiz olmuş, bir neçə dəfə Anarla şəhərdə görüşdükdə aralarında işlədiyi mağazanın gündəlik alver pulu və həmin pulların harada saxlaması barədə söhbətlər olmuşdur. 2020-ci ilin sonundan başlayaraq Anarla söhbət edən zaman mağazanın bir neçə günlük alverinin pulunu oğurlamaq qərarına gəlmişlər. Belə ki, əvvəl söhbətləri zarafat formasında olsa da, sonradan bu ciddi forma almışdır. Söhbətlər zaman Anar tanışı Samir adlı şəxslə onu tanış etmiş və sonuncunun da mağazadan törədəcəkləri oğurluqda iştirak edəcəyini demişdir. Təqribən 2020-ci ilin sonunda, 2021-ci ilin ilk ongünlüyündə dəqiq xatırlamadığı tarixdə Anar və Samirlə “N.Nərimanov” metrostansiyasının yaxınlığında görüşüb birlikdə oturub mağazadan oğurluq hadisəsini necə törədəcəkləri ilə bağlı söhbət etmişlər. Söhbət zamanı o, mağazada kassa otağının qapısını açıb içəri daxil olub seyfin qapısını açan zaman Samir onun arxasınca gəlib həmin otağa daxil olaraq əlindəki yuxu verən mayeyə bulaşmış tənzif parçası ilə onun ağzını tutub hərəkətsiz vəziyyətə gətirib yatızdırdıqdan sonra seyfdəki yığılmış pulları özü ilə gətirdiyi çantaya yığması, həmin vaxt Anar mağazanın içərisində olaraq vəziyyət barədə telefon vasitəsi ilə zəng vurub Samirə oğurladıqları pullarla birlikdə nə vaxt və necə çıxıb gedəcəyini bildirməsi, sonuncu mağazadan pullarla birlikdə çıxıb aralaşıb həmin yerdə yaxınlıqda yerləşən «Bazarstore» mağazasının qarşı tərəfində yerləşən binaların arasına getdikdən sonra Anar mağazadan çıxıb idarə etdiyi «Opel Astra» markalı **-OL-*** nömrəli avtomobillə Samirin olduğu yerə gedib həmin yerdən onu götürdükdən sonra həmin yerdən getmələri, sonra sakitçilik yarandıqdan sonra görüşüb oğurladıqları pulları öz aralarında bölmələri barədə razılıq əldə etmişlər və hadisə ilə əlaqədar sorğu-sual ediləcəyi halda onun məlumatının olmadığını və naməlum kiminsə ona basqın edərək pulları ələ keçirdiyini bildirməli olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəli dəqiq xatırlamadığı tarixdə adlarını qeyd etdiyi şəxslərlə aralarında qeyd olunan hadisəni birlikdə törətməklə bağlı razılıq olduqdan sonra oğurluq edəcəkləri günü düşünmüşlər və bununla əlaqədar müvafiq gün seçməyi qərarlaşdırmışlar. 2021-ci ilin əvvəlindən işçisi Elxan xəstə olduğuna görə işə çıxmamışdır. Buna görə kassa otağında işə nəzarəti o və Türanə etmişdir. 08.01.2021-ci il tarixdə kassalarda olan pulların hesablanmasında əskiklik olduğuna görə həmin günə yığılmış alverin pulu banka göndərilməmişdir. Növbəti günlər, yəni 09 yanvar və 10 yanvar tarixlərində alver pulu banka göndərilmədiyinə görə seyfdə xeyli miqdarda pul yığılmışdır. Həmin ərəfədə o, Anarla növbəti gün imkan yaranan kimi sonuncuya bildirəcəyi barədə razılaşmışlar. 11.01.2021-ci il tarixdə saat 19:30 radələrində Anar gəlib qaynı Hüseyni evə aparmışdır. Saat 21:00 radələrində Anar onunla zəngləşərəq mağazaya gəlmiş, onunla görüşüb su içib oğurluğu həmin gün, yəni 11.01.2021-ci il tarixdə saat 23 radələrində etmək qərarına gəlmişlər. Bundan sonra Anar Samirə zəng edib onu dükana çağırmış, bir müddət sonra Samir gəlmiş, Anar ondan ayrılıb Samirin yanına getmişdir. O, aralıdan Samirin əlində əlcək, üzündə maska və çanta əlində mağazada olduğunu görüb kassa otağına doğru getmiş, Samir onun arxasınca gəlməyə başlamış, Anar isə vəziyyət barədə xəbərdarlıq etmək üçün mağazanın içərisində hərlənmişdir. O, mağazanın içərisindəki iki ədəd kassaları götürüb kassa otağına tərəf gəlib barmaq işarəsi ilə qapını açmış və sonra açıq vəziyyətdə qoyub seyfə tərəf yaxınlaşıb seyfin qapısının kodunu yığıb açarkən arxasınca gələn Samir otağa girib əlindəki tənzif parçası ilə onun ağzını tutmuşdur. Razılaşdıqları kimi həmin vaxt yerə yıxılmış amma huşunu itirməmiş və Samirin pulları seyfdən oğurlayaraq çantaya yığıb kassa otağından çıxmasını gözləmişdir. Samir pulları seyfdən çıxarıb sumkaya yığdıqdan sonra otaqdan çıxıb getmişdir. Bundan bir neçə dəqiqə yerdə uzanıb sonra ayağa qalxıb sonra qapını açıb mağazanın içərisinə çıxıb mühafizənin işçilərini çağırıb onlara naməlum kimsə arxasınca kassa otağına girib ona basqın edərək pulları seyfdən oğurladığını demişdir. Həmin vaxt Samir artıq mağazadan çıxıb getmişdir. Hadisə barədə səs-küy düşdükdən sonra polisə məlumat verilmiş və bir az keçmiş polis əməkdaşları mağazaya gəlib, hadisəyə aydınlıq gətirmək məqsədilə polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra sorğu zamanı polis əməkdaşlarına etiraf edib hadisəni olduğu kimi danışıb Anar və Samirlə birlikdə qeyd olunan oğurluq hadisəsini danışmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 fadəsində göstərmişdir ki, Anar Məməmdovla daima müxtəlif vaxtlarda çoxsaylı kafelərdə və parklarda, Təqsirləndirilən şəxs3la isə cəmi bir dəfə görüşmüş, pula ehtiyacı olduğundan mağazadan oğurluq etməyi ilk dəfə Anara o təklif etmiş və həmin söhbətlər zamanı Hüseyn onların yanında olmamış, polis idarəsində olan zaman kassadan 167.408 manat pul götürüldüyü ona məlum olmuş və etdiyi əməldən peşimandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən «Gənclik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketini tanıyır. Təqsirləndirilən şəxs2 təqribən 3 (üç) ildir ki, tanıyır və sonuncu ilə dostluq münasibəti vardır. 2020-ci ilin dekabr ayında görüşlərin birində Anar «Gənclik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketindən oğurluq etməyi təklif etmiş, həmin vaxt maddi çətinliyi olduğundan Anarın təklifini qəbul etmişdir. Söhbət zamanı Anar ona oğurluq hadisəsini törətməkdə köməkliyi həmin mağazada kassa şöbə müdiri işləyən Təqsirləndirilən şəxs1 köməklik edəcəyini demişdir. Razılıq verdikdən sonra növbəti günlərin birində Anar Cahadla birlikdə onunla görüşmək istədiyini demiş və onlar “N.Nərimanov” metrostansiyasının yaxınlığında görüşüb, Anarın maşınında əyləşib cinayəti necə törədəcəkləri barədə danışmaşlar. Aralarında böldükləri plana görə, Cahad mağazanın kassasında pulun çox yığıldığını gördükdən sonra bu barədə deyəcəkdir, sonra o və Anar dükana girəcəklər, sonra Cahad kassa otağının qapısını açıb içəri daxil olub seyfin qapısını açan zaman o, sonuncunun arxası ilə gedib həmin otağa daxil olaraq əlindəki yuxu verən mayeyə bulaşmış tənzif parçası ilə Cahadın ağzını tutub hərəkətsiz vəziyyətə gətirib yatızdırdıqdan sonra seyfdəki yığılmış pulları özü ilə gətirəcəyi çantaya yığıb dükandan çıxacaq, həmin vaxt Anar mağazanın içərisində olaraq vəziyyət barədə telefon vasitəsi ilə zəng vurub ona oğurladığı pullarla birlikdə nə vaxt və necə çıxıb gedəcəyini bildirəcəkdi. O, mağazadan pullarla birlikdə çıxdıqdan sonra aralaşıb həmin yerdə yaxınlıqda yerləşən «Bazarstore» mağazasının qarşı tərəfində yerləşən binaların arasına getdikdən sonra Anar mağazadan çıxıb idarə etdiyi «Opel Astra» markalı **-OL-*** nömrəli avtomobillə onun olduğu yerə gəlib həmin yerdən onu götürdükdən sonra həmin yerdən aralaşıb gedəcəkləri və sonra sakitçilik yarandıqdan sonra görüşüb oğurladıqları pulları öz aralarında böləcəkləri barədə razılaşmışlar. Cahadı hadisə ilə bağlı sorğu etdikdə isə məlumatının olmadığını və naməlum kiminsə ona basqın edərək pulları ələ keçirdiyini bildirəcəkdir. 2021-ci ilin yanvar ayının əvvəli dəqiq xatırlamadığı tarixdə adlarını qeyd etdiyi şəxslərlə aralarında qeyd olunan hadisəni birlikdə törətməklə bağlı razılıq olduqdan sonra oğurluq edəcəkləri günü gözləmiş və tez-tez zəngləşib, lakin dəqiq vaxt təyin edə bilməmişlər. Bununla əlaqədar yuxu verən dərmanı və mayeni alaraq yaşadığı evdə özünə məxsus çantanın içinə qoyub gizlətmişdir. 11.01.2021-ci il tarixdə gün ərzində bir-neçə dəfə danışmış, saat 18-19 radələrində evdə olan zaman Anarla danışarkən saat 22 radələrində hazır olmağını və axşam pulları oğurlayacağını demişdir. Bundan sonra o, paltarlarını dəyişib qabaqcadan hazırladığı qara rəngli üzərində «Adidas» sözü yazılmış çantanı özü ilə götürüb oğurluq edəcəyi mağazaya gəlmişdir. Təqribən saat 22:00 radələrində mağazaya çatdıqdan sonra Anarla zəngləşərək mağazada olduğunu demiş, mağazanın içində gəzişib bir-birlərini görmüş, lakin yaxınlaşıb görüşməmişlər. Bundan sonra kassa tərəfə getmiş və orada Cahadı görmüşdür. Təqribən 1-2 dəqiqə gözlədikdən sonra Cahad kənardan onu görüb kassa otağı tərəfə, o da razılaşdıqları kimi onun arxası ilə getmişdir. Cahad kassa otağının qapısını açıb içəri girdikdən sonra qapını açıq qoyduğundan o, sonuncunun arxası ilə həmin otağa girmişdir. Həmin vaxt Anar mağazanın içərisində hərlənib baxmış və həyacan olduğu halda bu barədə telefonla zəng vurub içəridə olan vəziyyət barədə ona xəbər verməli olmuşdur. O, kassa otağına girib üzərinə “naşatır” spirti tökdüyü tənzif parçasını Cahadın ağzına tutub onu yerə yıxmış, sonra Cahad tərəfindən qapısı açılmış seyfə yaxınlaşıb içərisində olan pulları özü ilə gətirdiyi sumkanın içərisinə yığmışdır.Sumkanı pullarla doldurduqdan sonra mağazanın içərisində olan Anar ona zəng vurub mağazanın içərisində sakitçilik olduğunu və çıxıb getməyin mümkün olduğunu demişdir. O, dərhal kassa otağından çıxdıqdan sonra sakitçə mağazadan çıxıb həmin yerdən aralaşmışdır. Anarı görmədiyindən mağazadan çıxdıqdan sonra yolla keçən markasına və nömrəsinə diqqət yetirmədiyi taksiyə əyləşib yaşadığı evə gəlmişdir. Əvvəl ailə üzvləri yatmadığı üçün içərisində pullar olan çantanı yaşıdığı evin həyətində gizlətmiş və yaşadığı evə gəlmişdir. Valideynləri yatdıqdan sonra isə evin həyətinə düşüb içərisində pullar olan çantanı yaşadağı mənzilə gətirib yataq otağında gizlətmiş və Anardan xəbər gözləməyə başlamışdır. Bir az keçmiş yaşadığı evə polis əməkdaşları gəlib onu Nərimanov rayonu polis idarəsinə dəvət etmiş və polis idarəsinə gəldikdən sonra sorğu zamanı polis əməkdaşlarına etiraf edib hadisəni olduğu kimi danışmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs3 göstərmişdir ki, Anarla daima müxtəlif vaxtlarda çoxsaylı kafelərdə və parklarda, Cahadla is cəmi 1(bir) dəfə görüşmüş, Anarla "xxxx" supermarketindən kassadan pulu talamaq barədə razılıq eldə edən zaman Şahid2 onların yanında olmamış, 11.01.2021-ci il tarixdə "xxxx" marketinə tək getmiş və həmin vaxt Anar artıq orada olmuş, oğurladığı pulun üstündən 5 (beş) manat götürərək taksiyə vermiş qalan pul isə tam olaraq qalmışdır. O, etdiyi əməldən peşiman olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən «Gənclik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketinə mütəmadi gedib gəlmişdir. Həmin supermarketdə qaynı Şahid2 mühafizə şöbəsində növbə rəisi vəzifəsində işləyir. Marketə gedib-gələn zaman orada işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Cahadla təqribən iki il əvvəl tanış olmuş, sonuncu həmin supermarketdə kassanın şöbə müdiri vəzifəsində işləmişdir. Cahadla tanış olduqdan sonra qaynı Hüseyn, Cahadın dostları və ya onun dostları ilə birlikdə müxtəlif kafe və restoranlarda oturub çörək yeyib çay içmişlər. Onlarla oturanlar arasında dostu Samirdə olmuşdur. 2020-ci ilin dekabr ayının sonlarına yaxın kafelərin birində Samir və Cahad birlikdə oturub söhbət edən zaman Cahad mağazada gündəlik alverin dövriyyəsi, əldə olunmuş pulun məbləği və pulun saxlandığı yerdən söhbət salmış, söhbət zaman o və Samir maliyyə sıxıntısı çəkdiklərini demişlər. Həmin vaxt Cahad əldə olunmuş pulu götürmək istədiyini dedikdə, o, əvəllər Cahadın zarafat etdiyini fikirləşmiş, lakin sonradan onun ciddi olduğunu görmüşdür. Bundan sonra o, və Samir Cahadın ciddi danışdığı görüb ondan nə təklif etdiyini soruşmuş, həmin vaxt Cahad pulları kassadan götürüb marketdə kassa otağına apadığını və kassa otağına məhdud sayda şəxslər girə bildiyini demişdir. Ona görə də, onlar birlikdə marketdə olan zaman Cahad mağazada kassa otağının qapısını açıb içəri daxil olub seyfin qapısını açan zaman Samir onun arxası ilə gedib həmin otağa daxil olaraq əlindəki yuxu verən mayeyə bulaşmış tənzif parçası ilə Cahadın ağzını tutub hərəkətsiz vəziyyətə gətirib yatızdırdıqdan sonra seyfdəki yığılmış pulları özü ilə gətirdiyi çantaya yığıb aparacağını, o, isə marketin içində dayanıb onları pusquda saxlayacağını, sonra isə mağazanın içərisində olaraq vəziyyət barədə telefon vasitəsi ilə zəng vurub Samirə oğurladıqları pullarla birlikdə nə vaxt və necə çıxıb gedəcəyini bildirəcəyini, sonra Samir mağazadan pullarla birlikdə çıxdıqdan sonra aralaşıb həmin yerdə yaxınlıqda yerləşən «Bazarstore» mağazasının qarşı tərəfində yerləşən binaların arasına getdikdən sonra o, da mağazadan çıxıb idarə etdiyi «Opel Astra» markalı **-OL-*** nömrəli avtomobillə Samirin olduğu yerə gedib həmin yerdən onu götürdükdən sonra həmin yerdən aralaşıb gedəcəkləri və bir müddət sonra sakitçilik yarandıqdan sonra görüşüb oğurladıqları pulları öz aralarına böləcəkləri barədə razılıq gəlmişlər. Bundan sonra təqribən 2-3 dəfə görüşüb cinayəti törədəcəkləri üsulu, vaxtı və şəraiti dəqiqləşdirmişlər. 2021-ci ilin yanvar ayının əvvəli dəqiq xatırlamadığı tarixdə adlarını qeyd etdiyi şəxslərlə aralarında qeyd olunan hadisəni birlikdə törətməklə bağlı razılıq olduqdan sonra oğurluq edəcəkləri günü düşünürmüşlər. Təqribən 08-09 yanvar tarixində Cahad ona və Samirə işlədiyi mağazada neçə günün alver pulunun yığıldığını, kassa otağındakı seyfdə xeyli pul olduğunu, həmin pulu oğurlamağın mümkün olduğunu və şifahi olaraq oğurluğun 11 yanvar 2021-ci il tarixdə etmək olduğunu bildirmişdir. Buna görə qeyd olunan tarixdə saat 21-22 radələrində mağazaya gəlmiş, həmin vaxt Cahad kassada xeyli məbləğdə pul yığıldığını və oğurluq etmək mümkün olduğunu demişdir. Bundan sonra Samirlə əlaqə saxlamış, sonuncu qısa müddət ərzində gələcəyini demiş, həmin vaxtda o, vəziyyəti xəbər etmək üçün mağazanın içərisində hərlənərək vəziyyəti öyrənmişdir. Təqribən 20-30 dəqiqə sonra Samir üzündə maska, əlində əlcək mağazaya girdikdən sonra Cahad kənardan onu görüb kassa otağı tərəfə, Samir isə onun arxası ilə getmişdir. Həmin vaxt o, Samir və Cahadı müşahidə etməyə başlamış, sonuncu kassa otağının qapısını açıb içəri girdikdən sonra Samir onun arxası ilə həmin otağa girmişdir. Bir az keçmiş ətrafda sakitçlik olduğunu və mühafizə olmadığını görüb Samirə zəng vurub çıxmağını bildirmişdir. Zəngdən sonra Samir əlində çanta mağazadan çıxıb getmiş, bir qədər sonra Cahad otaqda çıxıb səs-küy salıb naməlum şəxsin onun arxası ilə kassa otağına girib basqın edərək əlindəki mayeyə bulaşmış tənzif parçası ilə ağzına tutub yatızdırdıqdan sonra otaqdakı seyfdən pulları götürüb ələ keçirdiyini demişdir. Bundan sonra yaranmış vəziyyətə görə polis əməkdaşları çağırılmış, hadisə yerinə polis əməkdaşları gəlmişlər və Cahad polis əməkdaşları ilə birilkdə çıxıb getmişdir. O, bundan ehtiyat etdiyi üçün Samirlə vədələşdiyi yerə getməmiş və yaşadığı evə getmişdir. Evdə olarkən polis əməkdaşları gəlib onu Nərimanov rayon polis idarəsinə dəvət etmiş və polis idarəsinə gəldikdən sonra sorğu zamanı polis əməkdaşlarına etiraf edib hadisəni olduğu kimi danışıb Cahad və Samirlə birlikdə qeyd olunan oğurluq hadisəsini necə törədəcəklərini düşündüklərini və birlikdə necə törətməkləri barədə danışmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, supermarketdən oğurluq etməyi ilk dəfə Cahad təklif etmiş, onun və Təqsirləndirilən şəxs3 maddi çətinlikləri olduğundan bununla razılaşmışlar, həmin söhbətlər zamanı qaynı Hüseyn onların yanında olmamış, Hüseynin onların oğurluqlarına heç bir aidiyyəti olmamışdır. O, etdiyi əməldən peşiman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə izahatında göstərmişdir ki, «Gənclik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketlərinə aid mağazanın müdir müavini vəzifəsində işləyir. Mağaza cəmiyyətdə 2001 nömrəli mağaza kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayından tanıyır və sonuncu mağazanın kassa şöbə müdiri vəzifəsində işləmişdir. Cahad mağazada alış-veriş nəticəsində kassalarda yığılan satış pulunu mağazanın kassa otağında olan seyfə yığıb həmin yerdə saxlanılmasına nəzarət etmişdir. Pulların kassalardan yığılıb kassa otağına gətirilib seyfə yığma işini görmək üçün mağazada Türanə Müftəliyeva və Elxan İbrahimov adlı baş kassir vəzifəsində işləyən işçilər vardır. Cahad şöbə müdiri kimi onların işlərinə nəzarət etmişdir. Qəbul olunan pullar kassa otağında saxlanılmış, həmin kassa otağına daxil olmaq üçün giriş qapısı «finqer» vasitəsi ilə yəni baş barmağın toxunuşu ilə açılır. Kassa otağının qapısı Cahad, Türanənin, Elxanın, baş xəzinadar Şahid1 və onun baş barmağının toxunuşu nəticəsində açılır. Mağazanın digər işçilərinin həmin otağa daxil olması üçün icazə yoxdur. Kassa otağında pullar müvafiq ayrılmış seyfdə saxlanılmış, həmin seyfin açarları və kodu yalnız 3 nəfərdə Cahad, Elxan və Türanədə olmuşdur. Gündəlik olaraq təqribən 40000-50000 manatlıq ticarət olmuş və pullar seyfdə saxlanıldıqdan sonra həftənin beş günü hər gün tezdən mağazaya gələn inkassator maşınına yüklənib banka göndərilmişdir. Həftənin şənbə və bazar günləri mağazanın alver pulu yığılıb kassa otağında seyfdə saxlanılır. 08.01.2021-ci il tarixdən 11.01.2021-ci il tarixədək mağazada yığılmış dövriyyə pulu banka göndərilməmiş, mağazanın kassa otağında seyfdə yığılmış və bir neçə günün alver pulu olduğuna görə seyfdə xeyli pul olmuşdur. 11.01.2021-ci il tarixdə səhər 08:00 radələrində işə gəlmiş və 09:00-da mağazanın açılmasına nəzarət etmişdir. Saat 20:00-dək işdə olmuş, axşam işləri Cahada təhvil verib cıxıb getmişdir. Mövcud qaydalara uyğun olaraq direktor saat 18:00 radələrində, direktor müavini və şöbə müdirləri saat 20:00 radələrində cıxıb gedir və hər gün növbə ilə şöbə müdirlərinin biri məsul şəxs kimi qalmışlar. Belə ki, mağaza saat 23 radələrində bağlanılır. Həmin gün saat 23 radələrində yaşadığı evdə olan zaman bölgə müdiri Cihat Koç onunla telefon əlaqəsi saxlayaraq naməlum şəxslərin mağazanın kassa otağına qanunsuz daxil olub seyfdən külli miqdarda pulu oğurlayıb ələ keçirdklərini bildirmişdir. O, bu barədə bildikdən sonra dərhal evdən çıxıb mağazaya gəlmiş, mağazaya gəldikdə ona 11.01.2021-ci il tarixdə saat 23 radələrində kassa şöbə müdiri Cahadın mağazanın kassalarındakı yığılmış pulları kassa otağındakı seyfə yığmaq üçün qeyd olunan otağa daxil olarkən naməlum kimsə onun arxası ilə otağa daxil olub əvvəl əlindəki cuna parçasını Cahadın ağız hissəsinə tutub onu yatızdırıb halsız vəziyyətə gətirdikdən sonra seyfin içərisində olan pulları özü ilə gətirdiyi çantaya yığıb əvvəl kassa otağından sonra isə mağazadan çıxararaq naməlum istiqamətə getməklə pulları ələ keçirdiyi məlum olmuşdur. Baş verənləri Cahad özüdə təsdiq edərək özünü pis hiss etdiyini bildirmişdir. Bundan sonra seyfdə olan pullar hesablanmış və seyfdən 167.408 manat pul oğurlanması müəyyən edilmişdir. Bundan sonra baş vermiş hadisə barədə polisə məlumat verilmiş və bir az keçmiş mağazaya polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib, sonra isə Cahadı hadisə ilə bağlı polis idarəsinə dəvət etmişlər. Həmin vaxt o, da hadisə ilə əlaqədar polis orqanlarına şikayət etmişdir. Bir neçə saat sonra mağazada baş vermiş talama hadisəsini kassa şöbə müdiri Cahad tanışları Anar və Samir adlı şəxslərlə əvvəlcədən razılaşaraq törətdiləri məlum olmuşdur. Səhəri gün polis əməkdaşları seyfdən oğurlanan 167.408 manat məbləğində pulu qaytarmışlar. Hazırda dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən ünvan 2clik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" süpermarketə aid 2001 nömrəli mağazada işləyir. İlk vaxtlar mühafizəçi vəzifəsində, 2019-cu ildən isə mühafizə xidmətində növbə rəisi vəzifəsində işləmişdir. Növbə rəisi kimi hər gün səhər saat 09:00-da işə başlamış və iki gün saat 23:00-dək, iki gün isə səhər 20:00-dək işdə olumuş, sonra isə iki gün dincəlmişdir. Növbə rəisi kimi işdə olan mühafizələrin işinə rəhbərlik etmişdir. Mağazada iki növbə rəisi var və cədvəldən asılı olaraq növbə rəisləri birlikdə və ya tək olurlar. Bilavasitə rəhbəri mühafizə rəisi Məsi Kərimov olmuşdur. Təqsirləndirilən şəxs2 bacısı Fatimə Məmmədovanın əridir, sonuncu ilə üç ilə yaxındır ki, qohumdur. Təqsirləndirilən şəxs1 2018-ci ildən tanıyır. Cahad onunla bir mağazada kassa şöbə müdiri vəzifəsində işləmişdir. Anarla Cahadın tanışlığı onun vasitəsi ilə baş vermişdir. Belə ki, işi ilə əlaqədar Cahadla daima bir yerdə olan zaman, nahar və ya asudə vaxtı kafelərdə oturan zaman Anar onların yanına gəlmiş və onlar tanış olmuşlar. Bundan sonra Anar və Cahad mütəmadi olaraq görüşmüşlər. 11.01.2021-ci il tarixdə səhər 09:00 radələrində işə gəlib öz vəzifəsini icra etməyə başlamışdır. İşdə olan zaman Cahadı görsə də, qeyri-adı heç nə hiss etməmişdir. Saat 19:30 radələrində rəhbəri və bilavasitə tabeliyində olduğu mühafizə rəisi Məsi Kərimov onu yanına dəvət edərək evə getməyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs2la zəngləşərək ondan harada olduğunu soruşmuş, sonuncu yaxınlıqda olduğunu demişdir. Bundan sonra Anara onu yaşadığı evə aparmasını xahiş etmiş, bir-neçə dəqiqə sonra Anar gəlib onu yaşadığı evə aparmış və evə qalxıb 5-10 dəqiqə oturduqdan sonra çıxıb getmişdir. 12.01.2021-ci il tarixdə saat 02 radələrində Nərimanov rayon polis idarəsinin əməkdaşları gələrək onu polis idarəsinə dəvət etmiş, həmin vaxt yuxulu olmuşdur. Polis idarəsində olan zaman Təqsirləndirilən şəxs2 onun iş yoldaşı Cahad Təhmazzadə və Anarın dostu Samir adlı şəxsinonun işlədiyi mağazadan oğurluq etdiklərindən xəbəri olmuşdur. Bundan sonra müvafiq araşdırmalar aparılmağa başlamış və onların ifadələri alınmışdır. Bundan əlavə N.Vəlizadə ifadəsində göstərmişdir ki, qohumu Təqsirləndirilən şəxs2 iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmələri barədə məlumatı olmamış və sonuncular heç vaxt onun yanında bu barədə söhbət etməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 2018ci ildən ünvan 2clik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketlərinə aid 2001 nömrəli mağazasında mühafizəçi işləyir. Onun vəzifəsinə bilavasitə marketdə növbədə olduğu müddətdə mağazanın içərisində təhlükəsizliyin qorunması daxildir. 11 yanvar 2021-ci il tarixdə o, saat 13.00-dan həmin gün saat 23.00 kimi xidmətdə olmuş, həmin gün saat 09.00-dan xidmətdə olmuş bir neçə mühafizəçi xidməti saat 19.00-da təhvil verib yaşadıqları evlərinə getmişlər, saat 19.00-dan saat 23.00 kimi mağazada işçilərlə yanaşı cəmi 3 nəfər mühafizəçi xidmət aparmış, qeyd olunan saatda mühafizə xidməti üzrə o, Şahid5 və Elton Xəlilov olmuşdur. Qeyd olunan saatda o və digər adlarını qeyd etdiyi mühafizəçilər mağazanın içərisində gəzərək təhlükəsiz qaydalarının pozulmasına diqqət yetirmiş, həmin gün saat 23 radələrində o və Şahid5 xidməti təyinat üzrə mağazanın içərisində işçilərin giriş və çıxış postunda yoxlanışda olaraq xidmət aparmışlar. Belə ki, xidməti təyinat üzrə həmin vaxt o və Şahid5 qeyd olunan postda xidmət apararaq işdən çıxan mağazanın işçilərinin üzərini və əlində olan çantalarının içərisini yoxlamış, həmin vaxt digər mühafizəçi Elton Xəlilov xidmət təyinatı üzrə mağazanın içərisində yerləşən kassalara nəzarət postunda xidmət aparmışlar. Həmin gün saat təxminən 23.46-da mağazanın içərisində işçilər arasında səs-küy yaranmış ki, kassa şöbəsinin müdiri Cahadın kassa otağında olarkən halı pisləşmişdir və işçilərə zəng vurub ona su gətirilməsini demişdir. Onlar nə baş verdiyini bilmək üçün Cahadın olduğu kassa otağına gəlmiş, qeyd olunan otağa daxil olduqda görmüşlər ki, Cahad stulda əyləşib, gərgin vəziyyətdədir və əli-ayağı əsir. Nə baş verdiyini soruşduqda Cahad bildirmişdir ki, o, bir az əvvəl mağazanın kassalarındakı yığılmış pulları kassa otağındakı seyfə yığmaq üçün qeyd olunan otağa daxil olarkən naməlum kimsə onun arxası ilə otağa daxil olub əvvəl əlindəki cuna parçasını Cahadın ağız hissəsinə tutub onu yatızdırıb halsız vəziyyətə gətirdikdən sonra seyfin içərisində olan pulları özü ilə gətirdiyi çantaya yığıb kassa otağından çıxaraq naməlum istiqamətə getməklə pulları ələ keçirmişdir. Bundan sonra dəqiqləşdirildikdə məlum olmuşdur ki, kassa otağına daxil olmuş naməlum şəxs seyfdən 167.408 manat pul oğurlamış, oğurluq hadisəsinin baş verməsi barədə polisə məlumat verilmiş və bir az keçmiş mağazaya polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş, polis əməkdaşları Cahadı hadisə ilə bağlı polisə dəvət etmişlər. Həmin vaxt mağaza müdirinin müavini Ofeliya Cəfərova polis əməkdaşlarına hadisə ilə bağlı rəsmi ərizə vermiş, bir neçə saat keçmiş polis əməkdaşlarından məlum olmuşdur ki, işlədiyi mağazada baş vermiş qeyd olunan oğurluq hadisəsini kassa şöbə müdiri Cahad tanışları Anar və Samir adlı şəxslərlə əvvəlcədən oğurluq hadisəsini törətməklə bağlı razılaşıb birlikdə törətmişlər və Cahad özü tanışlarına şərait yaratmışdır ki, kassa otağına daxil olub seyfdən pulları oğurlasınlar. Polis əməkdaşları Cahadın baş vermiş oğurluq hadisəsində iştirak etməsini dəqiq etdikdən sonra sonuncunu tutmuşlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2clik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketlərinə aid 2001 nömrəli mağazasında kassa şöbəsində baş xəzinadar işləmiş, onun işi mağazaya gələn müştərilər tərəfindən aldıqları məhsulların qaytarılması, kassirlərin iş rejiminə riayət etmələrinə nəzarət etməkdən ibarət olmuşdur. Lakin o, qeyd olunan işə ancaq mağazanın içərisində nəzarət etmiş, kassa şöbəsinə aid olan otağa nəzarət etmək onun işinə daxil olmamışdır. Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, Cahad təxminən 5 il müddətində "xxxx" Supermarket MMC-də müxtəlif işlərdə işləmişdir, son bir il müddətində mağazanın kassa şöbə müdiri vəzifəsində işləmiş və onun şöbə müdiri olmuşdur. Cahad mağazada alış-veriş nəticəsində kassalarda yığılan alverin pulunun mağazanın kassa otağında olan seyfə yığılıb həmin yerdə saxlanılmasına nəzarət edir. Pulların kassalardan yığılıb kassa otağına gətirilib seyfə yığma işini görmək üçün mağazada iki işçi, yəni Türanə Niftəliyeva və Elxan İbrahimov adlı işçilər olmuş, Cahad şöbə müdiri kimi onların işlərinə nəzarət etmişdir. Kassa otağına daxil olmaq üçün giriş qapısı «finqer» vasitəsi ilə yəni baş barmağın toxunuşu ilə açılır. Kassa otağının qapısı Cahad, Türanənin, Elxanın, müdir müavini Ofeliya Cəfərova və özünün baş barmağının toxunuşu nəticəsində açılır. Mağazanın digər işçilərinin həmin otağa daxil olması üçün icazə yoxdur. Adəti olaraq mağazanın gündəlik alver pulu seyfdə saxlanıldıqdan sonra həftənin beş günü hər gün tezdən mağazaya gələn inkassator maşınına yüklənib banka göndərilir. Həftənin şənbə və bazar günləri mağazanın alver pulu yığılıb kassa otağında seyfdə saxlanılır. 11 yanvar 2021-ci il tarixdə saat 14.00-dan 23.00-dək olan müddətdə işdə olmuş, həmin gün saat təxminən 22.36-da mağazada işdə olarkən müştəri xidmətlərində əyləşib həmin yerdə işləyən işçilərin işinə nəzarət etmiş, həmin vaxt mağazanın içərisində işçilər arasında səs-küy yaranmışdır. Belə ki, kassa şöbəsinin müdiri Cahadın kassa otağında olarkən halı pisləşmiş və işçilərə zəng vurub ona su gətirilməsini demişdir. O və digər işçilər nə baş verdiyini bilmək üçün Cahadın olduğu kassa otağına gəlmiş, qeyd olunan otağa daxil olduqda Cahadın stulda əyləşdiyini və gərgin vəziyyətdə əli-ayağı əsdiyini görmüşlər və nə baş verdiyini soruşduqda Cahad bildirmişdir ki, bir az əvəl mağazanın kassalarındakı yığılmış pulları kassa otağındakı seyfə yığmaq üçün qeyd olunan otağa daxil olarkən naməlum kimsə onun arxası ilə otağa daxil olub əvvəl əlindəki cuna parçasını Cahadın ağız hissəsinə tutub onu yatızdırıb halsız vəziyyətə gətirdikdən sonra seyfin içərisində olan pulları özü ilə gətirdiyi çantaya yığıb əvvəl kassa otağından sonra isə mağazadan çıxararaq naməlum istiqamətə getməklə pulları ələ keçirmişdir. Bundan sonra dəqiqləşdirildikdə məlum olmuşdur ki, kassa otağına daxil olmuş naməlum şəxs seyfdən 167.408 manat pul oğurlamışdır. Oğurluq hadisəsinin baş verməsi barədə polisə məlumat verilmiş və bir az keçmiş mağazaya polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Polis əməkdaşları Cahadı hadisə ilə bağlı polisə dəvət etmiş, həmin vaxt mağaza müdirinin müavini Ofeliya Cəfərova polis əməkdaşlarına hadisə ilə bağlı rəsmi ərizə vermiş, bir neçə saat keçmiş polis əməkdaşlarından məlum olmuşdur ki, işlədiyi mağazada baş vermiş qeyd olunan oğurluq hadisəsini kassa şöbə müdiri Cahad tanışları Anar və Samir adlı şəxslərlə əvvəlcədən oğurluq hadisəsini törətməklə bağlı razılaşıb birlikdə törətmişlər, Cahad özü tanışlarına şərait yaratmışdır ki, kassa otağına daxil olub seyfdən pulları oğurlasınlar. Məhkəmədə şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid1 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində şahid X4 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 12 yanvar 2012-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri dəyişdirilərək «ev düstaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 da barəsində «həbs» qətimkan tədbiri dəyişdirilərək «ev düstaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarında olan 08 may 2021-ci il tarixli qərarların surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barələrində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ünvan 2clik Mall» ticarət mərkəzinin içərisində yerləşən "xxxx" supermarketlərinə aid 2001 nömrəli mağazasında quraşdırılmış kameralar vasitəsi qeydə alınmış görüntülərdan məlum olur ki, saat 23 radələrində Anar və Samir Cahadın işlədiyi mağazaya gəlmiş, o aralıdan Samirin əlində əlcək, üzündə maska və çanta əlində mağazada olduğunu görüb kassa otağına doğru getmiş, həmin vaxt Samir Cahadın arxasınca gəlmiş, Anar isə vəziyyət barədə xəbərdarlıq etmək üçün mağazanın içərisində hərlənmişdir. Cahad mağazanın içərisindəki 2 ədəd kassaları götürüb kassa otağına tərəf gəlib barmaq işarəsi ilə qapını açmış və sonra açıq vəziyyətdə qoyub seyfə tərəf yaxınlaşıb seyfin qapısının kodunu yığıb açarkən arxasınca gələn Samir otağa girib əlindəki cuna parçası ilə onun ağzına tutmuş, razılaşdıqları kimi o həmin vaxt yerə yıxılmış, amma huşunu itirməmiş və Samirin pulları seyfdən oğurlayaraq çantaya yığıb kassa otağından çıxmasını gözləmiş, Samir pulları seyfdən çıxarıb sumkaya yığdıqdan sonra otaqdan çıxmış, Cahad bir neçə dəqiqə yerdə uzanıb sonra ayağa qalxmış, sonra qapını açıb mağazanın içərisinə çıxıb mühafizənin işçilərini çağırıb onlara demişdir ki, naməlum kimsə arxasınca kassa otağına girib ona basqın edərək pulları seyfdən oğurlamışdır. Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" supermarketlər şəbəkəsinin 2001 nömrəli mağazasından verilmiş 07.07.2021-ci il tarixli arayışa görə, həmin mağazadan 11.01.2021-ci il tarixdə 167408(bir yüz altmış yeddi min dörd yüz səkkiz) manat pul oğurlanmışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən AZF/LGL-21120/21 nömrəli, 19.08.2021-ci il tarixli məktubla daxil olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılmış danışıqlara dair məlumatlar görə, ***-***-**-** mobil nömrəsinin Şahid2 məxsus olduğu müəyyən edilmişdir. Həmin telefon nömrəsinin sahibi Şahid2 mühafizəçi işlədiyi ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi əraziyə 11.01.2021-ci il tarixdə saat 08:40 radələrində gəlmiş, gün ərzində işlədiyi ərazini tərk etməmiş, saat 18:30 radələrindən başlayaraq Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə qarşılıqlı zənglər olunduqdan sonra saat 19:40 radələrində hadisə baş verən ərazini tərk etmişdir. Diskdə olan ***-***- **-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğu müəyyən edildi. Həmin telefon nömrəsinin 11.01.2021-ci il tarixdə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsi ilə və X2 məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlandığı, saat 18:30 radələrində hadisə baş verən ünvanda, yəni ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi ərazidə olması, saat 19:40 radələrində Hüseyn Vəlizədə ilə həmin ərazini tərk etməsi, saat 20:52:44-də Təqsirləndirilən şəxs1 ilə əlaqə saxladıqdan sonra yenidən hadisə baş verən ünvana, yəni ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi əraziyə gəlməsi, sonra Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlaması və hadisə vaxtı hadisə baş verən ərazidə olması təsdiq edilmşidir Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən BKC/LGL-13533/21 nömrəli, 16.08.2021-ci il tarixli məktubla daxil olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılmış danışıqlara dair məlumatlar görə, ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs3 məxsus olduğu müəyyən edilmişdir. Həmin telefon nömrəsindən 11.01.2021-ci il tarixdə saat 18:55:45 radələrindən başlayaraq mütəmadi olaraq Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə qarşılıqlı zənglər olunaraq əlaqə saxlandığı, saat 21:59:29 radələrində növbəti dəfə əlaqə saxlandıqdan sonra Təqsirləndirilən şəxs3 yaşadığı ev istiqamətindən hadisə baş verən ünvana, yəni ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi ərazi istiqamətinə hərəkət etməsi və saat 22:30:00-dan saat 23:00:00-dək həmin ərazidə olması təsdiq edilmişdir. Diskdə olan ***-***-**-** mobil nömrəsinin X2 məxsus olduğu müəyyən edildi. Həmin telefon nömrəsinin 11.01.2021-ci il tarixdə saat 14:00:00-dan başlayaraq hadisə baş verən ünvanda, yəni ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi ərazidə olması, saat 16:18:32-dan başlayaraq mütəmadi olaraq Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə qarşılıqlı zənglər olunaraq əlaqə saxlandığı təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan Azercell” MMC-dən 15729 nömrəli, 03.08.2021ci il tarixli məktubla daxil olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılmış danışıqlara dair məlumatlar görə, ***-***-**-** mobil telefon nömrəsi "xxxx" operatoruna keçdiyindən telefon nömrələrinə dair məlumatları vermək mümkün deyil. Diskdə olan ***- ***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs1 məxsus olduğu, 11.01.2021-ci il tarixdə işlək olduğu və hadisə baş verən zaman ünvan 2clik Mall» ticarət mərkəzinin içində olan Zərərçəkmiş şəxs 2001 nömrəli mağazasının yerləşdiyi ərazidə olduğu təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 21.04.2021-ci il tarixli 855 nömrəli rəyinə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun həriəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərpk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 21.04.2021-ci il tarixli 856 nömrəli rəyinə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun həriəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 21.04.2021-ci il tarixli, 858 nömrəli rəyinə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun həriəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərpk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizəsindər görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhərində yerləşən Kəlam TMK-nın verdiyi xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamənin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş xasiyyətnamədən də məlum olur ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilsə də digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Belə ki, CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayət bilavasitə xüsusi subyekt tərəfindən törədilməlidir. İş materiallarından da göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 xüsusi subyekt qismində çıxış etmiş, digər iki şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə ona bilavasitə mənimsəmə cinayətinin törədilməsi ilə bağlı CM-in 32.5-ci maddəsində göstərilən hallar ilə bağlı yardım etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsində göstərilmişdir ki, «cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayətin törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Odur ki, belə halda əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı müddəalar ittihamdan xaric edilməli və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 32.5, 179.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakteriəzə olunması, himayəsində bir azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs3 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakteriəzə olunması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, hər üç təqsirləndirilən şəxsin islah olunması cəza çəkmədən mümkündür və barələrində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 3 (üç) il, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət, onların daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində onların davranışı ilə islah olunduğunu sübut etmək, davranışları üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1nnun barlərində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alaraq belə qərara gəlir ki, ona əlavə cəza olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki altı) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlnun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinialanıdək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinialanıdək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinialanıdək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar