Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1740/2025 03.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 15 avqust 1999-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 1(005)-229/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 yanvar 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 dekabr 2025-ci il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən xeyli miqdarda 0,547 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla Abşeron rayonu Saray qəsəbəsinə daşımış, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin (bundan sonra mətndə-Abşeron RPİ-nin Saray PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə adlanan ərazidə saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən xeyli miqdarda, təmiz çəkisi 0,547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
2. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, saxlanılması və daşınması barədə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 14 mart 2025-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan +**********13 nömrəli mobil telefonundan qeyrisinin istifadəsində olan +**********20 nömrəli mobil telefonu ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışıb, narkotik vasitə satıldıqdan sonra pulunun ödənilməsi barədə razılaşaraq, həmin şəxsin qeyd olunan xarici mobil telefon operatoruna məxsus nömrəsindən onun mobil telefon nömrəsinə eyni tətbiq vasitəsilə göndərdiyi mesajda göstərilən məkana - Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Zabrat-1” stansiyasına həmin gün saat 21 radələrində gəlib orada yerüstü piyada keçidinin pilləkənlərinin altından içərisində külli miqdarda ümumi təmiz çəkisi 1720,0 qram narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan torbanı götürərək satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin (bundan sonra mətndə - NBPİ-nin DYNPİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində göstərilən tarixdə saat 21:05-də Bakı şəhəri Sabunçu rayonu “Zabrat-1” dəmiryol stansiyasının qarşısında saxlanılmış, onun saxlanılarkən əlində tutduğu qara rəngli sellofan torbaya həmin yerdə baxış keçirilərkən qara rəngli sellofan torbanın içində olan qara rəngli sellofan bağlamanın içərisindən külli miqdarda ümumi təmiz çəkisi 1720,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, fərdi qaydada qəlyançı kimi işləmişdir. O, İran İslam Respublikası vətəndaşı ilə danışıb həmişə sonuncudan şəxsi istifadəsi üçün bir və ya iki qram narkotik vasitə götürmüşdür. Belə ki, o, 2017-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 14 mart 2025-ci il tarixdə həmin İran İslam Respublikası vətəndaşı ilə danışdıqda sonuncu ona 200 qram narkotik vasitə olan marixuananın olduğunu bildirərək gedib götürməli olduğunu demişdir. O, həqiqətən də həmin İran İslam Respublikası vətəndaşı ilə danışmış və narkotik vasitəni götürmək üçün ona göndərilmiş ittihamda qeyd edilmiş yerə getmişdir. O, İran İslam Respublikası vətəndaşı tərəfindən ona göndərilmiş ittihamda göstərilmiş yerə çatdıqdan sonra orada olan pilləkənin altındakı bağlamanı götürmüş, lakin həmin bağlamanın böyük olduğu görüb onu tullayıb qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları onu tutub saxlayaraq təkrarən həmin yerə gətirərək videoçəkiliş etmişlər. Onun götürməyə getdiyi həmin narkotik vasitəni satmaq niyyəti olmamış, satmaqla bağlı hər hansı yazışması da olmamışdır. Ona verilmiş ittihamlar üzrə birinci epizod üzrə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamla bağlı həqiqətən də üzərində ittihamda göstərilən miqdarda psixotrop maddə olmuş və ittihamda göstərilən tarixdə, vaxtda, yerdə və şəraitdə qeyd edilən polis əməkdaşları tərəfindən saxlanılmışdır.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, ona verilmiş ittihamlardan birinci epizod üzrə qeyd olunan psixotrop maddəni ikinci epizod üzrə danışdığı İran İslam Respublikası vətəndaşından yox, başqa şəxsdən almışdır. Onun ikinci epizod üzrə narkotik vasitə almaq istədiyi İran İslam Respublikası vətəndaşı ilə aralarında borc pul məsələsi olmuş, sonuncudan əvvəllər də 2 qram narkotik vasitə alsa da pulunu verməmişdir. O, iranlıdan 200 qram narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əldə etmək istəmişdir. İranlı özü ona zəng edərək 200 qram narkotik vasitəni götürüb deyəcəyi yerə qoymağı təklif etmiş, o da razılaşmışdır. Onun həmin iranlıya əvvəllər aldığı narkotik vasitə ilə bağlı borcu olduğu üçün sonuncuya zəng etməmiş və mesaj yazmamışdır. İran İslam Respublikası vətəndaşının onu tutdurmaq üçün ona göndərilmiş yerə getməyini planlaşdırdığını düşünür. İranlı ilə razılığına görə 200 qram narkotik vasitə olan marixuananı götürdükdən sonra qramı 1,50 manatdan olmaqla 300 manat pul ödəməli olmuşdur. Belə ki, o həmin narkotik vasitəni yenə nisyə alıb sonra pulunu verəcəkdi. İranlıdan əvvəl 70 manatlıq narkotik vasitə almışdır. Lakin ona göndərilmiş məkana gedərək Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 dəmiryolu stansiyasında liftin yanındakı pilləkənlərin altından narkotik vasitə olan marixuananı götürdükdən sonra həmin marixuananın 200 qramdan çox olduğunu görərək götürdüyü bağlamanı yerə tullayıb qaçmışdır. O, narkotik vasitəni daha çox almaq istəmişdir. Belə ki, narkotik vasitəni az-az almaq tez-tez almaq demək olduğundan həmin hal da onun tutulma ehtimalını artırmışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrini əsasən təsdiq edir. Lakin həmin ifadələrdə qeyd edilənlərin əksinə olaraq həqiqətdə o, ikinci epizod üzrə videoçəkiliş aparıldığı yerdə saxlanılmamış, yuxarıda qeyd etdiyi kimi götürdüyü bağlamanın böyük olduğunu görüb tullayaraq qaçmağa başlamış, polis əməkdaşları isə onu tutub saxlayaraq yenidən həmin yerə gətirərək tulladığı bağlamanı ona verərək videoçəkilişlə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq və təsirlər olmamış, hər hansı zorakılıq hərəkətləri edilməmiş, hər hansı polis əməkdaşı tərəfindən hər hansı halla bağlı hədələnməmişdir. Lakin o orada polis əməkdaşları ilə razılaşmadığı təqdirdə onunla birlikdə gəlmiş taksi sürücüsünün də tutulacağını düşündüyündən polis əməkdaşlarına etiraz etməmişdir. İkinci epizod üzrə onu saxlayan polis əməkdaşları həqiqətən də iş materiallarında qeyd edilmiş və məhkəmədə dindirilmiş şahidlər olmuşlar. İkinci epizod üzrə polis əməkdaşlarının ifadələri onun saxlanılma yeri ilə bağlı bildirdiklərindən başqa digər hissələrdə doğrudur.
5. Davam edən məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, onun danışdığı İran İslam Respublikası vətəndaşı Sadiq adlı kişi cinsli şəxs olmaqla Cənubi Azərbaycan ləhcəsi ilə danışmışdır. Sadiqin dəqiq İran İslam Respublikasında yaşayıb-yaşamadığı və şəxsiyyətinə dair digər hallar barədə məlumatı yoxdur. Mobil telefonun “kontakt”ında “Sadiq bro” kimi qeyd olunan şəxs narkotik vasitə almaqla bağlı danışıq apardığı və ona məkan göndərmiş İran İslam Respublikası vətəndaşıdır. “Sadiq bro” adlı iranlının vatsap profilindəki şəklinin birinciyə məxsus olub-olmaması barədə məlumatı yoxdur. Sadiq adlı iranlının ona narkotik vasitəni müəyyən yerlərə qoymaq barədə hər hansı istəyi, xahişi və tələbi olmamış, o da belə hərəkətləri etməmişdir. İranlının ona etibar etməsi üçün birinciyə şəxsiyyət vəsiqəsini göndərmişdir. O, iranlıdan alacağı narkotik vasitənin ödənişini etmək istəməmişdir. O, Sadiqdən 200 qram narkotik vasitə marixuananı 300 manata almağı razılaşmış, lakin iranlını aldadıb narkotik vasitəni götürdükdən sonra ödənişi etmək fikri olmamışdır. Vatsap mobil tətbiqində onunla iranlı arasında olan yazışmalardakı bəzi mesajları iranlının özü silmişdir. O həmin iranlı Sadiqi əvvəllər 1-2 qram narkotik vasitə alaraq pulunu ödəməyərək aldatmış və bu dəfə də aldadacağını düşünmüş, lakin bu dəfə iranlı onu aldatmış və o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəməyədək icraat zamanı onun hüquqlarını müdafiə edən müdafiəçiyə narazı olduğu halları bildirməmişdir. Birinci epizod üzrə Abşeron RPİ tərəfindən saxlanıldıqdan sonra psixotrop maddə metamfetamini tərgitmiş, lakin narkotik vasitə marixuana çəkməyə başlamışdır. O, narkotik vasitə heroindən istifadə etməmişdir. İkinci epizod üzrə yerində baxış keçirilərkən çəkilmiş videogörüntüdə olanlar polis əməkdaşları tərəfindən ssenariləşdirilmişdir. O, narkotik vasitəni götürdükdən sonra çox olduğunu görüb bağlamanı tullayıb təxminən 1 km qaçmışdır. Polis əməkdaşları isə onun arxasınca qaçıb tutaraq onu narkotik vasitəni ilkin olaraq götürdüyü pilləkənin yanına gətirib yenidən içərisində narkotik vasitə olan bağlamanı götürüb qaçmağını bildirmiş və o da deyilənləri etmiş, nəticədə iş materiallarında olan videoçəkiliş çəkilmişdir. İkinci epizod üzrə saxlanılma tarixi, vaxtı və yeri düzgün olsa da, saxlanılma şəraiti ifadəsində göstərdiyi kimi olmuşdur. Hesab edir ki, onunla birlikdə olan taksi sürücüsü Şahid9 ifadəsi əsasən doğru olsa da, sonuncu tutulmaqdan qorxduğuna görə saxlanılma şəraiti ilə bağlı düzgün ifadə verməmişdir. Sonda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan birinci epizod üzrə ittihamı tam qəbul etdiyini bildirərək məhkəmədən ikinci epizod üzrə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsi zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə məhkum olunmuş və 11 yanvar 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bir neçə ildir narkotik vasitə və psixotrop maddələr qəbul edir. 20 fevral 2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat məbləğə şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Daha sonra işləmək barədə söhbət etmək üçün Abşeron rayonu Saray qəsəbəsində yerləşən iş yerinə gəlmişdir. Orada işi danışıb fəhlə kimi işləməyə başlamaq barədə razılaşdıqdan sonra yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Bu zaman, yəni 20 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu və videoçəkilişlə üstünün yoxlanılacağını bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmişdir. Üstünün yoxlanılmasından əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmamasını sorğu etmişlər, varsa təqdim etməyini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibliyində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolu və zərfi imzalamışlar. Bundan sonra isə üstünün yoxlanılması zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Abşeron RPİ-nin Saray PB-yə aparılmışdır. Orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Üzərində saxladığı psixotrop maddə metamfetamini 20 fevral 2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Aldığı metamfetamini də istifadə etmək üçün üzərində saxlamışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilmir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, bölməyə gətirilərkən və bölməyə gətirildikdən sonra ona qarşı hər hansı fiziki və psixi, həmçinin hər hansı digər formada təsir olunmamışdır. Bundan başqa, 14 mart 2025-ci il tarixdə, saat 19 radələrində anket məlumatlarını bilmədiyi və üzdən görmədiyi “Sadiq” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” monil tətbiqi vasitəsi ilə xatırlamadığı nömrədən əlaqə saxlayıb narkotik vasitə marixuana lazım olduğunu demişdir. Sonuncu isə ona “Zabrat-1” stansiyasının yanındakı piyada keçidində pilləkənlərin altında yerləşdirdiyini demişdir. O, “Sadiq” adlı şəxslə qiymət danışmaq istəsə də, sonuncu onu tərsləyərək malı götürdükdən sonra bu barədə danışacağını demişdir. Bundan sonra o da əvvəldən tanıdığı tanışı Şahid6 ilə əlaqə saxlamış və sonuncudan taksi kimi fəaliyyət göstərdiyi avtomobillə onu Zabrat qəsəbəsinə aparmağı xahiş etmişdir. Şahid6 da onunla razılaşdığından birlikdə birincinin taksi kimi işlədiyi markası və dövlət nömrə nişanı yadında qalmayan avtomobili ilə saat 21 radələrində Zabrat qəsəbəsində yerləşən “Zabrat-1” dəmir yolu stansiyasının yanına gəlmişlər. O, avtomobildən düşüb stansiyanın giriş hissəsində yerləşən yerüstü piyada keçidinin pilləkənlərinin altında əvvəlcədən yerləşdirilmiş narkotik vasitə olan qurudulmuş marixuananı qara torbanın içində götürmüş, bu an mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirərək, öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona üstündə hər hansı qeyri-qanuni əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən o, əlində olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edib, içərisində 1 kiloqramdan çox narkotik vasitə olan marixuana olmasını demişdir. Bundan sonra ondan götürülmüş narkotik vasitə olan marixuana qablaşdırılmış və onu DYNPİ-yə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə və müdafiəçi ilə təmin olunduqdan sonra video çəkiliş vasitəsi ilə ona üstündə hər hansı qeyri qanuni əşya varsa, onları təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən o, əlində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi torbanın içərisində olan kütlənin marixuana olduğunu, onu Zabrat-1 stansiyasının yaxınlığından üzdən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən özü üçün istifadə etməkdən ötrü alığını bildirmişdir. Bundan sonra ondan götürülmüş qurudulmuş marixuana qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı aldığı şəxsin anket məlumatlarını bilmir və həmin şəxsi görməmiş, yalnız “Whatsapp” tətbiqi vasitəsi ilə onunla əlaqə saxlamışlar. Ruhi cəhətdən sağlamdır. DYNPİ-də olarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Şahid6 ilə eyni məhəllədə yaşamaqla onu qiyabi olaraq tanımaqla taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Narkotik vasitəni götürmək üçün getməyə məhz avtomobil lazım olduğundan Şahid6 avtomobilindən taksi kimi istifadə etmişdir. Şahid6 onun narkotik vasitə gətirməyə getdiyini bilməmiş və bundan xəbəri olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 33-35; 74-76; 85-87; 238; 252-254; Cild 2, 10-12; 69- 70;). Lakin məhkəməyədək icraatın sonrakı dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduqdan sonra özünü təqsirli bilməməyək, özünü həmin məcəllənin 234.1 və 234.1-1-ci maddələri təqsirli bildiyini bildirərək ifadə verməkdən imtina etmişdir olmamışdır (Cild 2, 124-125;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş DYNPİ-nin cinayət axtarışı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, DYNPİ-nin cinayət axtarışı şöbəsinə Sabunçu rayonu Zabrat qəsəbəsi “Zabrat 1” dəmir yolu stansiyasının yaxınlığında “Kamran” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və qanunsuz daşınmasında şübhəli olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğu üçün həmin şəxsin ifşa edilməsi məqsədi ilə “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair” 14 mart 2025-ci il tarixli qərara əsasən ondan, şöbənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantları Şahid2 və Şahid5, şöbənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və X3 ibarət əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri, digər polis əməkdaşları isə qrup üzvləri kimi müəyyən edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Belə ki, 14 mart 2025-ci il tarixdə, saat 21:05 radələrində müşahidələri davam edərkən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ’’Zabrat-1’ ’dəmir yolu stansiyasının ərazisində yerüstü piyada keçidinin pilləkənlərinin yanından bir nəfər şəxsin əlində qara sellofan torba ilə şübhəli halda ətrafa baxaraq uzaqlaşmaq istədiyini görüb həmin şəxsin “Kamran” adlı şəxs olmasını müəyyən edib, dərhal əməkdaşlarla xüsusi parollarla əlaqə yaradaraq müşahidə etdikləri yerdən çıxıb həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxt qeyd edilən şəxs oradan yayınmaq istəsə də, onu və taksi kimi fəaliyyət göstərən “Chevrolet Cobalt” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən “Natiq” adlı şəxsi dərhal saxlamışlar. Orada həmin şəxslərin 15 avqust 1999-cu il təvəllüdlü Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs və 10 avqust 2002-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şahid6 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Şahid6 üzərilərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onlara üzərlərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa könüllü surətdə təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara sellofan büküm, ciblərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd qulaqcıq və bir ədəd elektron siqaret aşkar edilmişdir. Şahid6 üzərinə baxış keçirilən zaman 23 manat pul və bir ədəd kassa çeki aşkar edilmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin sellofan torbanın içərisində bir ədəd qara rəngli böyük ölçülü sellofan büküm vardır. Bununla bağlı Təqsirləndirilən şəxs soruşanda sonuncu həmin böyük ölçülü bir ədəd bükümdəki maddənin ’’nəşə” adı ilə tanıdığı narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş qeyd edilən maddəni üzdən tanımadığı və anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş Sadiq adlı şəxslə “Whatsapp” tətbiqi vasitəsi ilə danışıb razılaşaraq “Zabrat- 1” dəmiryolu stansiyasının ərazisində yerüstü piyada keçidinin altından götürərək əldə etdiyini və şəxsi istifadə etmək üçün əlində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən həmin maddə baxışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, daha sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilmə prosesi mobil telefonla fasiləsiz video görüntüyə alınmış və video görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsylə birlikdə onun əlindəki sellofan torbanı götürüb DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə gəlmişlər və o, toplanmış materiallarla bağlı rəhbərliyə məruzə etmiş, İdarədə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə təkrarən baxış keçirilmiş və onun üzərindən aşkar edilmiş həmin maddə təkrar baxış keçirilməklə qablaşdırılmış və möhürlənmiş, eləcə də Təqsirləndirilən şəxs yenə də həmin maddəni necə əldə etməsi və nə səbəbə üzərində gəzdirməsi barədə onlara qeyd etdiyi kimi bildirmiş, İdarədə Təqsirləndirilən şəxs üzərində təkrarən baxış keçirilərkən və əlindəki torbadan aşkar edilən maddəyə baxış keçirilərkən video çəkilmişdir. Bundan sonra protokol tərtib edilmiş və imzalarla təsdiq etmişlər.
10. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı əsasında tədbir keçirilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu Zabrat-1 adlanan ərazidə olan dəmiryolu stansiyasında saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin istiqamətdə gələcəyi barədə ona dəqiq, qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Onlar hadisə yerinə gələndə Təqsirləndirilən şəxs hələ oraya gəlməmişdi. Onlar videoçəkilişlə Təqsirləndirilən şəxs gəldiyini, taksidən düşdüyünü, sonra narkotik vasitə olan paketi götürdüyünü görmüş və onu saxlamışlar. Təqsirləndirilən şəxs saxlayanda yerində fasiləsiz videoçəkiliş həyaat keçirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan paketi götürmüş, lakin onun həmin narkotik vasitənin hansı məqsədlə əldə edərək saxlayıb daşıması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaq və ya şəxsi istifadə üçün götürüb aparacağı ilə bağlı ondan başqa məlumat olmamışdır. Əməliyyat məlumatı əvvəllər məhkum olunmuş cavan şəxsin gələcəyi və narkotik vasitəni götürəcəyi barədə olmuşdur. Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitə qara rəngli sellofan bükümdə olmuşdur. Təqsirləndirilən şəxs onları görəndə qaçmamışdır. Əməliyyat məlumatı qərəzsiz və etibarlı məxfi əməkdaşdan daxil olmuşdur. Əməliyyat məlumatının məzmunu Kamran adlı şəxsin İran İslam Respublikası vətəndaşı ilə danışması, ona məkan göndərməsi və həmin məkandan narkotik vasitəni götürməsi ilə bağlı olmuşdur. Şəxsin üzərinə əməliyyat-axtarış tədbiri kimi fasiləsiz videoçəkilişlə yerində baxış keçirilməsi onların təcrübəsində birinci dəfə olmuş, onların idarəsi tərəfindən əvvəllər yerində baxış həyata keçirməmişlər. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs gələcəyi yeri konkret olaraq bilməmiş və məlumat ümumi məzmunda əraziyə dair olmuşdur. Videoçəkiliş “İphone” markalı mobil telefonla qrup üzvü Şahid5 tərəfindən icra edilmişdir. olmuşdur. Narkotik vasitənin olduğu torba dəmiryolu stansiyasında yolüstü keçid üçün nəzərdə tutulmuş pilləkənlərin altına qoyulmuş və həmin ərazidə müşahidə kamerası olmamışdır. Onlar narkotik vasitə olan sellofan torbanı həmin yerə yerləşdirən şəxsi görməmişlər.
11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs həmin predmeti götürüb uzaqlaşarkən onlar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs həmin predmeti götürüb gəldiyi avtomobilə yaxınlaşmazdan əvvəl saxlamışlar. Təqsirləndirilən şəxs gəldiyi taksi avtomobilin sürücüsünü də polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxs həmin əraziyə taksi avtomobili ilə gələrək avtomobildən düşmüş, lakin taksi avtomobilinin sürücüsü avtomobildən yerə enməmişdir. Taksi avtomobilinin sürücüsünün üzərindən hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq saxlanılarkən o, “İphone” markalı mobil telefonla videoçəkilişə başlamışdır. Təqsirləndirilən şəxs saxlanılma yerinin başqa yer olması ilə bağlı bildirdikləri həqiqəti əks etdirmir.
12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nın əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1 və Şahid5lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir.
13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1, Şahid5 və Şahid3lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu sellofan torbanı götürüb gəldiyi taksi avtomobilinə doğru gedərkən onu saxlamışlar. Saxladıqları yerdə hər hansı müşahidə kamerası olmamış, kamera dəmiryolu stansiyasının giriş hissəsində olmuş və həmin yerdən də Təqsirləndirilən şəxs saxladıqları yer kamera müşahidəsi altında olmamışdır. Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitəni həmin yerə yerləşdirən şəxsi müəyyən edə bilməmişlər. Belə ki, həmin vaxtlarda təxminən hər yarım saat intervalla stansiyaya qatar gəlib-gəldiyindən və çoxsaylı sərnişinlərin hərəkəti intensiv olduğundan narkotik vasitəni həmin yerə yerləşdirmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən "xxxx" QSC-yə dəmir yolu stansiyalarına əlavə müşahidə kameralarının quraşdırılması barədə təklif göndərilmiş və onlara verilmiş şifahi məlumata görə növbəti ildə maliyyələşdirilmə olarsa həmin əraziyə də əlavə müşahidə kameraları quraşdırılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması videoçəkilişdə və ifadəsində qeyd etdiyi kimi baş vermiş, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin halla bağlı həqiqəti bildirməmişdir.
14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş hazırda DYNPİ-nin Kadrlar şöbəsində inspektor vəzifəsində polkovnik-leytenant rütbəsində işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1, Şahid5, Şahid3 və Şahid4la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə baş verdiyi dövrdə DYNPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs tək olmamış və həmin əraziyə “Chevrolet Cobalt” markalı avtomobilin taksi sürücüsü ilə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşanda, sonuncu qaçmamış və dayanmışdır. Təqsirləndirilən şəxs saat 21:00-22:00 radələrində saxlamış, onlar həmin yerə əvvəlcədən gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılmasını videoçəkilişlə həyata keçirmişlər. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə müşahidə kamerasının olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Onlar dəfələrlə "xxxx" QSC-yə həmin yerə müşahidə kameraları qoyulması barədə müraciət etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan sellofan torbanı pilləkənin altından götürmüşdür.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 14 mart 2025-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edib Zabrat qəsəbəsində yerləşən “Zabrat-1” dəmir yolu stansiyasına getmək lazım olduğunu demişdir. O, Kamranla razılaşmış və 10 manat müqabilində onu deyilən yerə apara biləcəyini bildirmişdir. Bundan sonra Kamranla görüşüb Zabrat qəsəbəsinə gəlmişlər. Həmin vaxt “Chevrolet Kobalt” markalı ** YT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. Birlikdə Kamranın dediyi yerə çatdıqda o, avtomobildə gözləməyə başlamışdır. Bir qədər sonra isə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis idarəsinə dəvət etmişlər. Ona sonradan Təqsirləndirilən şəxs “Zabrat-1” dəmir yolu stansiyasının giriş hissəsində yerləşən yerüstü piyada keçidinin pilləkənlərinin altında əvvəlcədən yerləşdirilmiş narkotik vasitə olan qurudulmuş marixuananı qara rəngli sellofan torbanı götürdüyü vaxt saxlanılması məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, daşıması və saxlaması barədə məlumatı olmamışdır.
16. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs həmin ünvana hansı məqsədlə getdiyini bilməmişdir. Kamranın avtomobildən düşdükdən sonra hara getdiyini və nə etdiyini görməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçdığını görməmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb onun olduğu yerə gətirəndə Kamranın əlində nə olmasına fikir verməmişdir. O, gün ərzində bir çox müştərini sifariş əsasında daşıdığından Təqsirləndirilən şəxs də əvvəllər müştəri kimi müxtəlif ünvanlara aparıb-gətirmiş, lakin həmin ünvanları xatırlamır. O, Təqsirləndirilən şəxs getdikləri ünvana düşürdükdən sonra təxminən 2-3 dəqiqə sonra polis əməkdaşlarının Kamranı saxlayaraq ona doğru gəldiklərini görmüş və polis əməkdaşları onu da saxlayaraq üzərinə baxış keçirilmiş, daha sonra onları birlikdə polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Polis idarəsində ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığı və hadisənin necə baş verdiyi soruşulmuş, o da sualları cavablandırmışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs arxasınca qaçmağını görməmişdir. O həm taksi şirkəti ilə, həm də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. İbtidai istintaq dövründə verdiyi ifadə doğru olmaqla təsdiq edir. Təqsirləndirilən şəxs həmin günü 10 manat məbləğinə sifariş verdiyi ünvana aparmağı doğrudur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayandan sonra onun yanına gətirmişlər. Lakin Təqsirləndirilən şəxs polis əməkdaşlarının saxlaması anını görməmişdir. Təqsirləndirilən şəxs onun yanında və ya polis idarəsində polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir və ya təzyiqə məruz qalmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və ya hər hansı şəxsə satmasının şahidi olmamışdır.
17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PBnin baş əməliyyat müvəkkili polis mayoru Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Saray PB-nin əməliyyat müvəkkilləri Şahid9 və Şahid8 iştirakı ilə tərəfindən 20 fevral 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 20 fevral 2025-ci il tarixdə, saat 18:12 radələrində əməliyyat qrupunun digər iştirakçıları Şahid9 və Şahid8lə Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllə adlanan yerdə olan zaman piyada hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah etməklə videoçəkiliş vasitəsilə üstünün yoxlanılacağını izah etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etmək təklif edilmiş, təklifdən sonra sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni haradan əldə etməsi soruşulduqda sonuncu üzərindən aşkar olunmuş maddəni Sumqayıt çəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara yalnız Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı psixoloji təsir və ya fiziki zor tətbiq edilməmişdir.
18. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində, hadisə vaxtı isə Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid7lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
19. Tərəflərin vəsatəti əsasında məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş hadisə vaxtı Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda xidmət yeri dəyişdirilməklə Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında xidmət edən polis kapitanı Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun şahidlər Şahid7 və Şahid9la əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 2, i.v. 38-41;).
20. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsi, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
21. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 14 mart 2025-ci il tarixdə, saat 21:05-də Bakı şəhəri Sabunçu rayonu "Zabrat-1” dəmiryol stansiyasının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofan torbada külli miqdarda təmiz çəkisi 1720 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına görə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi polis baş leytenantı Elçin Paşayev tərəfindən 15 mart 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
22. “Təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair” 14 mart 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, DYNPİ-nin cinayət axtarış şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən DYNPİ-nin cinayət axtarışı şöbəsinə məlum və qərəzsiz mənbədən daxil olmuş Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi “Zabrat 1” dəmir yolu stansiyasının yaxınlığında “Kamran” adlı 20-25 yaşlarında olan bir nəfər şəxsin, qeyd olunan ünvanda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və üzərində gəzdirməsi barədə məlumat əsasında “Kamran” adlı şəxsin cinayət əməlini ifşa edib onun cinayət başında yaxalanması üçün “Zabrat 1” stansiyasının qarşısında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DYNPİ-nin rəisi polis polkovniki Sultan Zeynalov tərəfindən təsdiq edilməklə Şahid1 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, əməliyyat müvəkkili polis baş leytenantı X14, baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 və baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs və onunla birlikdə olan “Chevrolet Cobalt” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən “Natiq” adlı bir kişi cinsli şəxs saat 21:05-də radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat-1 dəmir yolu stansiyasının qarşısında saxlanılmış, həmin şəxslərin 15 avqust 1999-cu il təvəllüdlü Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs və 10 avqust 2002-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şahid6 olması müəyyən edilərək hər ikisinin üstü yoxlanılaraq baxış keçirildikdən sonra Şahid6 idarə etdiyi avtomobillə birlikdə 21:40 radələrində DYNPİ-yə gətirilmişlər (Cild 1, i.v. 4-6;).
23. “Şəxsi axtarış və götürmə haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, DYNPİ-nin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə etmə və saxlanılmasında şübhəli bilindiyinə görə saxlanılmış 15 avqust 1999-cu il təvəllüdlü Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs və 10 avqust 2002-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şahid6 üzərinə 14 mart 2025-ci il tarixdə, saat 21:05-də Bakı şəhəri Sabunçu rayonu "Zabrat-1” dəmiryol stansiyasının yaxınlığında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli sellofan büküm, ciblərindən bir ədəd alışqan, bir ədəd qulaqcıq və bir ədəd elektron siqaret aşkar edilmişdir. Sellofan torbada olan büküm açılan zaman içindən spesifik qoxuya malik qurudulmuş ot aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid6 üzərinə baxış keçirilən zaman 23 manat pul və bir ədəd kassa çeki aşkar edilmişdir. Aşkar edilmiş 1(bir) ədəd bağlama iştirakçıların və şübhəli şəxslərin müşayiəti altında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir ərizə, təklif və şikayət daxil olmamışdır (Cild 1, i.v.7;).
24. DYNPİ-nin cinayət-axtarış şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən tərtib edilərək həmin idarənin rəisinə ünvanlanmış 14 mart 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasına görə Bakı şəhəri Sabunçu rayonu "Zabrat-1” dəmiryol stansiyasının yaxınlığında saat 21:05-də saxlanılmış və üzərinə şəxsi axtarış keçirildikdən sonra sonuncuya məxsus “Samsung A51” markalı mobil telefon ətraf ərazidə aşkar edilərək götürülmüşdür (Cild 1, i.v.8;).
25. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 14 mart 2025-ci il tarixdə, saat 21:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı X30 tərəfindən tutulmaqla ona ətraflı şəkildə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.22; 26-29;).
26. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, müdafiəçi X16 iştirakı ilə həmin gün saat 22:10-dan 22:21-dək DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı X30 tərəfindən həmin idarənin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantları Şahid2 və Şahid5, polis baş leytenantı Şahid4, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və videoçəkiliş aparan əməkdaş – kriminalistik təqiqatlar bölməsinin inspektor kriminalisti polis polkovnik-leytenantı X9 iştirakı ilə DYNPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 21:40-da DYNPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu “Zabrat-1” dəmir yolu stansiyasında saxlanılaraq şübhəli şəxs qismində DYNPİ-nin inzibati binasına gətirilmiş, orada sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının cibindən bir ədəd alışqan, bir ədəd qulaqcıq və bir ədəd elektron siqaret aşkar edilmişdir. Bundan sonra onun üzərinə fiziki yoxlanış keçirilmiş və başqa hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən Bakı şəhəri Sabunçu rayon, “Zabrat-1” dəmiryol stansiyasında DYNPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən əməliyyat tədbiri gedişində götürülmüş bağlamaya baxış keçirilmiş və baxış zamanı bağlamanın polis əməkdaşları tərəfindən zərfə qoyularaq möhürlənməklə imzalanması müəyyən edilmişdir. Həmin bağlama açıldıqda içərisində qara rəngli sellofan torba aşkar olunmuş, həmin torba açıldıqda isə içərisində yaşımtıl rəngli, ota bənzər maddənin olması müəyyən edilmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ondan aşkar edilmiş torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı üzdən tanımadığı və anket məlumatlarını bilmədiyi X13 vətəndaşından “Whatsapp” tətbiqi vasitəsilə danışaraq qoyulduğu yeri öyrənib və “Zabrat- 1” dəmir yolu stansiyasının yanında olan yerüstü piyada keçidinin pilləkənlərinin altından götürüb üzərində saxlayarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti DYNPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Xiaomi 12” markalı mobil telefondan istifadə etməklə DYNPİ-nin KTB-nin inspektor kriminalisti polis polkovnik leytenantı X21 tərəfindən videoyazının aparılması, həmin videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.30-32;). Qeyd edilən istintaq hərəkəti yekunlaşdıqdan sonra tərtib edilmiş protokol fasiləsiz videoçəkilişlə bütün iştirakçıların iştirakı ilə təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra imzalanmış və bu barədə videogörüntü də iş materiallarına əlavə edilmişdir.
27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat tədbiri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı ümumilikdə iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 6 dəqiqə 57 saniyə, 10 dəqiqə 51 saniyə və 12 dəqiqə 36 saniyə ola həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq E.M.Paşayev tərəfindən baxış keçirilməsinə dair 19 mart 2025-ci il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, keçirilmiş əməliyyat tədbiri gedişində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı və təhqiqatçı tərəfindən həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs və müdafiəçisi X16 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v.106-108; 110-112;).
28. Şahid6 tərəfindən verilmiş qəbzdən görünür ki, “Chevrolet Cobalt” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almışdır (Cild 1, i.v.41;).
29. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefon aparatına təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zaman qeyd edilən mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Həmin telefonun içərisinə baxış zamanı Təqsirləndirilən şəxs bir neçə sosial şəbəkələrdən, eyni zamanda “Whatsapp” şəbəkəsindən istifadə etməsi müəyyən olunmuşdur. “Whatsapp” şəbəkəsinə daxil olan zaman orada +**********20 saylı nömrə ilə aktiv səs göndərişlərinin aparılması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin nömrəyə zəng etmiş, həmin nömrə isə Təqsirləndirilən şəxs səsli mesaj göndərmişdir. Göndərilmiş mətn mesajlarının məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs - Zabrata çıxım mən. Yoolar pis gündədi səbrli ol, çatram çatan kimi yazıram. 10 dq orda olaram at sen 10 dəqiqəyə əsas ünvanı. At qaqa, Abi ünvanı ver. Çatdım gözlə sağa sola baxım. Götürüm çıxım yazım sənə. Bundan başqa, Təqsirləndirilən şəxs həmin nömrəyə zəng etməsi və başqa yazıları müəyyən olunmuşdur. Həmçinin, “Sadiq Bro” adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitəni yerləşdirdiyi ərazinin “konumunu” və fotoşəklinin işarələnərək xətlər qoyub dəqiq ünvanını göstərərək yönləndirməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işi üzrə sübut kəsb edən məlumat əldə olunmamışdır. Qeyd edilən protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini “Sadiq bro” adlı şəxsə göndərmişdir (Cild 1, i.v.45-55;).
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizası”nın 15 mart 2025-ci il tarixli, 7/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “9.Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan bir ədəd kağız paketdəki qara rəngli sellofan torbada 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1720,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Marixuananın təmiz çəkisi - 1720,0 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 1719,8 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v.56-60;).
31. “Materialın istintaq aidiyyatı üzrə verilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olması ehtimalı olduğundan, həmçinin toplanmış material üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından toplanmış material istintaq aidiyyati üzrə DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə təqdim edilmişdir (Cild 1, i.v.62-63;).
32. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.77-78;).
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(006)-179/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ittihamda özünü təqsirli bilmişdir. Həmin məhkəmənin 11 iyul 2025-ci il tarixli, 4(006)-440/2025 və 11 sentyabr 2025-ci il tarixli, 4(006)-566/2025 nömrəli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 4 oktyabr 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v.99-101; 185-188; Cild 3;).
34. “Maddi sübut kimi tanımaq haqqında” 19 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 14 mart 2025-ci il tarixdə şəxsi axtarış keçirilməsinin və əməliyyat-axtarış fəaliyyəti hərəkətinin videoçəkilişinin əks olunduğu 2 (iki ) ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v.109; 113;).
35. “Maddi sübut kimi tanımaq haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 14 mart 2025-ci il tarixdə 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v.113;).
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 25 mart 2025-ci il tarixli cavabından, müvafiq hökmün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 1(101)-215/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 1(005)-229/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 yanvar 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Cild 1, i.v.114-115; 139-143; 163-168;).
37. DYNPİ-nin rəisinə ünvanlanmış 29 mart 2025-ci il tarixli məktubdan görünür ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı əməliyyat məlumatları ilə təsdiq olunsa da, onun konkret narkotik vasitələri kimə satmasının müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v.134;).
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X26 25 aprel 2025-ci il tarixli, 3-28-29/2-4079/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Adil oğlu arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.136;).
39. “Maddi sübut kimi tanımaq və saxlanması üçün verilməsi haqqında” 29 may 2025ci il tarixli qərardan görünür ki, 14 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1720,0 qram olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmaqla tədqiqatdan sonra qalıq qalmış 1719,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün DYNPİ-nin maddi sübutları saxlanılması anbarına təhvil verilmişdir (Cild 1, i.v.153;).
40. “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 22 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********13 saylı mobil nömrənin zəng, sms, və anten məlumatlarına dair CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hərəkət trayektoriyasının 14 mart 2025-ci il tarixdə, saat 18:32-də Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, saat 19:48-də Nərimanov rayonu Gənclik metrostansiyası, saat 20:10 Nərimanov rayonu Ziya Bünyadov küçəsi, saat 20:20-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvan 3 ünvanlarında olması müəyyən edilmişdir. Baxış zamanı həmin fayllardakı telefon danışıqları siyahısı, SMS mətnləri siyahısında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir (Cild 1, i.v.189-190;).
41. “Cinayət işini icraata qəbul etmə və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-dən DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə daxil olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi DYNPİ-nin İstintaq və Təhqiqat bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaqın bir icraatda aparılması, birləşdirilmiş cinayət işinin ********* nömrə altında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1 maddələri ilə davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v.198-200;).
42. “Cinayət işi başlama və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri istifadə məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək 20 fevral 2025-ci il tarixdə saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə piyada hərəkət edən zaman saxlanılmış, həmin ərazidə üstü yoxlanıldıqda onun üzərindən 1 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilib götürülərək ağ rəngli kağız zərfdə qablaşdırılmış və Abşeron RPİ-nin Saray PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq Abşeron RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v.203;).
43. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan və bu barədə toplanmış müvafiq materiallardan görünür ki, Abşeron RPİnin Saray PB-nin əməkdaşları tərəfindən Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində üzərində psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Abşeron RPİ-nin Saray PB-nin rəisi polis kapitanı Asim Qocayev tərəfindən təsdiq edilərək həmin bölmənin baş əməliyyat müvəkkili polis mayoru Şahid7 rəhbərliyi ilə əməliyyat müvəkkilləri polis baş leytenantı X23 və polis kapitanı Şahid8 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə piyada hərəkət edərkən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Abşeron RPİ-nin Saray PB-yə gətirilmişdir (Cild 1,i.v.204-208;).
44. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində istifadəsində şübhəli bilindiyinə görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi ünvanında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş psixotrop maddəni bugün Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Protokolda “Redmi” markalı mobil telefondan istifadə edilməklə Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid8 tərəfindən videoçəkiliş aparılması, həmin videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.211-213;).
45. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 1 (bir) ədəd kağız zərfə və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 18:50-dən saat 19:01-dək baxış keçirilmişdir. Baxış zamanı üzərində Təqsirləndirilən şəxs, Şahid7, Şahid9 və Şahid8 yazılmış zərfdən 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan videogörüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə etirafı əksini tapmışdır (Cild 1, i.v.216-217;).
46. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 fevral 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat tədbiri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı ümumilikdə iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 4 dəqiqə 26 saniyə və 10 dəqiqə 4 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru N.T.Məmmədov tərəfindən baxış keçirilməsinə dair 18 mart 2025ci il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış və üstünün yoxlanılması əməliyyat tədbiri, habelə baxış və götürmə istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış və üstünün yoxlanılması əməliyyat tədbiri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 2, i.v.32-33;).
47. “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X4 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 iştirakı ilə həmin tarixdə, saat 21:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 fevral 2025-ci il tarixdə, saat 18:12-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 232;).
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 6/832 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksləri olan soyad və imzalar qeyd edilmiş, bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,547 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,497 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v.242-246;).
49. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X10 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.249;).
50. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 2, i.v.1-2;).
51. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsinə dair” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur (Cild 2, i.v.20-21;).
52. “Maddi sübut kimi tanıma haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi – 0,497 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (Cild 2, i.v.28;).
53. Abşeron RPİ-nin ********* nömrəli 12 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən götürülmüş psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyini müəyyən etmək, psixotrop maddəni ona satmış şəxsi müəyyən etmək, eləcə də onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumatların yoxlanılması məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir (Cild 2, i.v.46;).
54. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 aprel 2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır (Cild 2, i.v.52 -53, 55-56;).
55. Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin rəisi polis polkovnik leytenantı Namiq Acalovun ********* nömrəli 07 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarın icrası ilə bağlı aparılmış əməliyyataxtarış tərbirlərinin nəticəsində onun 15 mart 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması müəyyən edilmişdir (Cild 2, i.v.59;).
56. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (Cild 2, i.v.60;).
57. “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilib ibtidai istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə istintaq aidiyyati üzrə NBPİ-nin DYNPİ-nin İstintaq və Təhqiqat bölməsinə göndərilmişdir (Cild 2, i.v.66-68;).
58. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsi tərəfindən verilmiş 24 iyun 2025-cü il tarixli, 3778 nömrəli “Ambulator Məcburi-Narkoloji Tibbi ekspertizası” rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdən Gəncə şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (Cild 2, i.v.71-72;).
59. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X36 tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 1518 nömrəli “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisəni törədərkən və hal-hazırda hərəkətlərini qavramaq və anlamaq qabiliyyətli hesab edilir. Rəyin məhkəməpsixiatrik ekspertizası üzrə psixi statusu adlanan hissəsində göstərilmişdir ki,...Ona ittiham olunan əməl barədə soruşduqda qərarın təsviri hissəsində göstərilən əməlini (ittiham üzrə 2-ci epizodla bağlı olan əməli) etiraf edərək hal-hazırda törətdiyi əməl ilə əlaqədar peşman olduğunu söyləyir. Eyni zamanda, rəyin məhkəməpsixoloji ekspertizası üzrə psixoloji müayinə adlanan hissəsində göstərilmişdir ki,...hadisə barəsində soruşduqda ittihamla (ittiham üzrə 2-ci epizodla bağlı olan əməli) razılaşaraq əməlini etiraf edir (Cild 2, i.v.74-77;).
60. “Maddi sübutun saxlanması üçün verilməsi haqqında” 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, 14 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd “Samsung A51” markalı mobil telefon saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir (Cild 2, i.v.87;).
61. Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti başçısının Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 149 nömrəli arayışında və həmin tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tərtər rayonunun Umudlu tam orta məktəbində təhsil almışdır. O, həqiqətən Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkündür və hal-hazırda Tərtər rayonu Umudlu kəndi İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır, müvəqqəti olaraq Xırdalan şəhərində atası – X11, anası X5 və qardaşı X17 ilə yaşayır. Orta məktəbdə oxuduğu illərdə hörmət və rəğbət qazanmışdır. Mirzəzadə vətəninə, xalqına və torpağına bağlı vətənpərvər bir insan olmuşdur (Cild 2, i.v.88-89;).
62. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, hazırkı cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi, istintaqla müəyyən edilməyən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli başqa cinayət işinin ayrılaraq ayrıca icraata qəbul edilməsi, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərinə 20 fevral 2025-ci il tarixdə əməliyyat-axtarış fəaliyyəti hərəkətinin və şəxsi axtarış keçirilməsinin video görüntüləri olan 2(iki) ədəd “DVD” formatlı diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, 28 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,497 qram olan psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınmasının nəzərə alınması, 19 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə 14 mart 2025-ci il tarixdə şəxsi axtarış keçirilməsinin və Təqsirləndirilən şəxs barəsində 14 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin videogörüntüləri olan 2 (iki) ədəd “DVD” formatlı diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Baş İnformasiya Kommunikasiya İdarəsindən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş 1(bir) ədəd “DVD” formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınaraq işi materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 29 may 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1720,0 qram olan qurudulmuş marixuananın iş üzrə maddi sübut kimi tanınaraq tədqiqatdan sonra qalıq qalmış 1719,8 qram qurudulmuş marixuananın saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla saxlanması üçün DYNPİnin maddi sübutların saxlanılması anbarına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (Cild 2, i.v.90-108;).
63. “Cinayət işini materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əlbir olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşının əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilmişdir (Cild 2, i.v.110-111;).
64. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Həmin qərarda əlyazma ilə aparılmış qeyddən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini və özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bildiyini qeyd edərək tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir (Cild 2, i.v.114-115;).
65. “Maddi sübutların saxlanması üçün verilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan müəyyən olunur ki, 20 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,547 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,497 qram metamfetamin saxlanması üçün DYNPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir (Cild 2, i.v.133;).
66. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.M.Paşayev tərəfindən 9 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 sentyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.151-170;).
67. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2025-cü il tarixli, 1(101)-1740/2025 nömrəli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).
68. Daxili İşlər Nazirliyinin X6 Xidməti tərəfindən verilmiş 6 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Zabrat- 1 stansiyasının yerləşdiyi ərazi üzrə ünvanda quraşdırılmış kameraların görüntülərinin təqdim edilməsi arxivlərin saxlanılma müddətinin bitməsi ilə əlaqədar mümkün deyildir (Cild 3).
69. DYNPİ-nin İstintaq və Təhqiqat bölməsi tərəfindən verilmiş 7 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Zabrat- 1 stansiyasının yerləşdiyi ərazi üzrə ünvanda “Təhlükəsiz şəhər” və digər hər hansı müşahidə kameraları aşkar olunmadığından ibtidai istintaq zamanı videogörüntü əldə edilməmişdir (Cild 3).
70. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, K.A.X12 ilə ailəlidir (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
71. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrın 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
73. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
74. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
75. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
76. Belə ki, CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
77. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
78. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
79. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 2-ci epizod üzrə əldə edərək saxladığı və daşıdığı təmiz çəkisi 1720,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından 344 dəfədən, külli miqdarından isə təxminən 3,44 dəfədən artıq olması, mobil telefonundan İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” mobil tətbiqi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair səsli və mətn mesajlarının olması, sonuncu tərəfindən ittihamda göstərilmiş narkotik vasitə qurudulmuş marixuananın yerləşdirildiyi məkanın işarələnmiş fotoşəkillərlə Təqsirləndirilən şəxs yönəldilməsi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən təhqiqat qurumunun sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair sonradan alınmış əməliyyat məlumatları Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı qeyriləri ilə qabaqcadan əlbir olaraq satış məqsədilə əldə etdiyinin bilavasitə təzahürüdür. Eyni zamanda məhkəmə hesab edir ki, 1ci epizod üzrə ibtidai istintaq orqanı haqlı olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun şəxsi istehlak məqsədi ilə əldə edərək üzərində saxlaması qənaətinə gəlmişdir.
80. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
81. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
83. Hökmün 82-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CMin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
84. Məhkəmə, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 21:05-də Bakı şəhəri Sabunçu rayonu "Zabrat-1” dəmiryol stansiyasının qarşısında saxlanılan zaman üzərindən aşkar edilmiş külli miqdarda təmiz çəkisi 1720 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsinə və marixuananın miqdarının külli miqdarda olmasının səbəbini az miqdarda tez-tez almağın təhlükəli olması ilə, İran İslam Respublikasının vətəndaşını aldadaraq daha çox ölçüdə narkotik vasitə əldə etməsi ilə əsaslandırmasına dair ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun ağır cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirməyə və cəzalanmaqdan yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
85. Təqsirləndirilən şəxs üzərindən 14 mart 2025-ci il tarixdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 1720 olmaqla həmin növ narkotik vasitənin xeyli miqdarının yuxarı həddindən dəfələrlə çox olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, 14 mart 2025-ci il tarixdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə əldə etdiyini qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs qurudulmuş marixuananı külli miqdarda əldə etməsi və daha sonra qeyrisinin ona deyəcəyi ünvanlara həmin narkotik vasitədən qoyacağı bağlı sonuncu ilə əvvəlcədən danışaraq razılaşması və qeyrisinin “Whatsapp”la göndərdiyi məkana gedərək oradan narkotik vasitəni əldə edərək üzərində saxlayaraq daşıması məhkəmə istintaqı ilə tam sübüta yetirilmiş və göstərilən hallar Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməklə saxlayaraq daşıdığına dəlalət edir.
86. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə quruldumuş marixuananı şəxsi istifadə etmək məqsədilə əldə edib saxlaması barədə bildirdikləri məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutlarla tam təkzib olunduğundan onun ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə tərəfindən ağır cinayət məsuliyyətindən yaxa qurtarmaqla müdafiə xarakteri daşıması kimi qiymətləndirilməklə ifadələrini həmin hissədə sübut kimi rədd edir.
87. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
88. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
89. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
90. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
91. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır (CM-in 234.1-ci maddəsi ilə olan ittiham üzrə) və ağır (CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittiham üzrə) cinayətlər kateqoriyasına aid edilir.
92. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
93. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
94. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
95. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
96. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
97. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
98. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 26 yaşında olmaqla evli olmasını, narkomaniya xəstəliyindən müalicə almaq istəməsini bildirməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, valideynlərinin məcburi köçkün olmaqla məcbur köçkün həyatı yaşamasını və məhkəmə icraatı zamanı davranışını, habelə ona elan edilmiş CM-in 234.1-ci maddəsi ilə olan epizod üzrə ittihamda özünü tam təqsirli bilərək səmimi ifadələr verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
99. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 36-cı bəndinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
100. Belə ki, CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılmaqla əməlində CM-in 18.1-ci maddəsinə əsasən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
101. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
102. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
103. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
104. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
105. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
106. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.
107. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
108. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 14 mart 2025-cü il tarixdən hesablanmış, həmçinin hazırkı iş üzrə 1-ci epizod üzrə 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
109. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablanmalı və 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs cəza təyin edilməlidir.
110. Məhkəmə hökmün 58-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
111. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
112. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla DYNPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,497 qram olan psixotrop maddə metamfetamin və tədqiqatlardan sonra qalıq çəkisi 1719,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung A51” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı və 5 (beş) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
113. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
114. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
115. İş üzrə mülki iddia verilməmişdir.
116. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
117. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
118. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqiliyyatda Baş Polis İdarəsinin X15 Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,497 qram olan psixotrop maddə metamfetamin və tədqiqatlardan sonra qalıq çəkisi 1719,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd “Samsung A51” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 5 (beş) ədəd diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.