Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1742/2022 11.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 06 ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,602 qram, 0,657 qram, 0,723 qram 0,747 qram 0,535 qram, 0,102 qram ümumi təmiz çəkisi 3,366 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 17:00 dəqiqədə ünvan 2 ünvanında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb Yasamal rayon Polis İdarəsinə gətirilərək İdarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli plastmas qutuda 06 ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,602 qram, 0,657 qram, 0,723 qram 0,747 qram 0,535 qram, 0,102 qram ümumi təmiz çəkisi 3,366 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə bibisi nəvəsi ilə poliklinikadan gələrkən məhəllədə polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Belə ki, təxminən yarım saat onları maşında saxlayaraq, rəisi gözlədiklərini bildirmişlər. Daha sonra yaşadığı evə gəlmişlər. Onu avtomobildə saxlamışlar. Bu zaman mənzilində yaşlı anası olmuş, polislər axtarış etdikdən sonra heç nə tapmamışlar. Lakin pulqabında 4200 manat pulu, boyunbağısını, üzüyünü, ətirini, uşağının daxılını götürmüşlər. Həmçinin, onun üzərinə də şəxsi axtarış keçirilən zaman narkotik maddə aşkar edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı kişi cinsli şəxsdən 20 manat pul verməklə 06 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin maddəni şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirmişdir. Həmin gün saat 17:00-da ünvan 2 ünvanının yaxınlığında olarkən Yasamal RPİ-nin NMB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib saxlayaraq Yasamal RPİ-yə gətirmişdirlər. RPİ-yə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişdirlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması İlə bağlı sual vermişdirlər. O əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli plastmas qutuda 06 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, psixotrop vasitə aldığı şəxsi sadəcə üzdən görmüş, onunla heç bir münasibəti yoxdur və onun anket məlumatlarım bilmir. Üzərindən aşkar olunan külli miqdarda psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O psixotrop vasitəni şəxsi istifadəsi üçün almış və istifadə etmək üçün üzərində saxlamışdır. X2 tanıyır, onunla qohumdur, ataları dayıoğlu bibioğludurlar. Buna görə də yaxın münasibətdədirlər. Üzərindən aşkar olunan psixotrop maddəni Yusif ilə birlikdə 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdıqları şəxsdən almışdırlar. O həmin şəxsdən 20 manat pul verməklə 06 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır.Emin isə 10 manat pul verməklə bir bükümdə psixotrop maddə metamfetamin almışdır.Saxlanıldığı zaman Yusif ilə birlikdə yaşadığı evin yanma gəldikləri zaman hər ikisi Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunuz dövriyyəsində şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat müvəkkili Şahid1 və ondan ibarət qrup təşkil edilmişdir. Bundan sonra 17 may 2022-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs və onun yanında olan X4 ünvan 5 ünvanında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman o, şalvarının cibindən şəffaf rəngli plasmas qutuda 06 ədəd şəffaf bükümdə ağ rəngli kristal maddəni təqdim etmiş və içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin maddəni həmin gün səhər saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 6/2845 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN arayışlar üçün №42 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs » sözləri yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd şəffaf plastik qabda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,602 qram,0,657 qram, 0,723 qram, 0,747 qram, 0,535 qram, 0,102 qram ümumi təmiz çəkisi 3,366 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış pisxotrop maddə- metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi- 3,366, tədqiqata sərf edildi 0,18 qram, qalıq: 3,186 qram. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2022-ci il tarixli, 6/2977 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi № 65» dairəvi möhür əksi olan 6/2844 18 may 2022-ci il ...» sözləri soyad və imza qeyd edilmiş və «6/2845.. 18 may 2022-ci il sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan;-bir ədəd bükümdə təmiz çəkisi 1,166 qram olan metamfetamin ilə altı ədəd bükümdə ümumi təmiz çəkisi 3,186 qram olan metamfetamin xarici görünüş əlaəmətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. metamfetaminin ümumi təmiz çəkisi-1,166 qr, tədqiqata sərf edildi-0,02 qram, qalıq -1,146 qram, metamfetaminin ümumi təmiz çəkisi-3,186 qr, tədqiqata sərf edildi-0,12 qram, qalıq -3,066 qram. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə ambulator-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmin cinayəti törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 3878 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarının birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. İş üzrə keçirilmiş 17 may 2022-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 18:30-da Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli plastmas qutuda 06 ədəd şəffaf bükümdə ağ rəngli kristal maddəni təqdim etmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni həmin gün səhər saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin müxətif istintaqa məlum olmayan şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə istəməsi, Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən ona verməli olduqları pulu istəməsi barədə sms yazışmalarının olması müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş təmiz çəkisi 3,366 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq- 3,066 qram metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 1 ədəd «DVD» markalı disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş CD və DVD disklər və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək evindən, üzərindən narkotik vasitə aşkar olunmadığını və narkotik vasitələrin satışı ilə məşqul olmadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikas CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. İstintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən yenidən cinayət əməlini törətdiyi günə kimi 02 il keçməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,066 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə barədə protokoluna əlavə edilmiş bir ədəd DVD disk, telefon məlumatlarının əks edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,066 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə barədə protokoluna əlavə edilmiş bir ədəd DVD disk, telefon məlumatlarının əks edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1742/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1742/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver