Məhkəmə qərarları › İş №1(101)-1742/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1742/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1742/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 10,035 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metemafetamin əldə edərək üzərində saxlamaqla daşımış, 12 may 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra: RPİ, NMB ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 44 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2əşən Nərimanov RPİ-yə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,035 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 10,035 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini alaraq əldə edib daşımaqla üzərində saxlamış, 12 may 2023-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 44 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2əşən Nərimanov RPİ-yə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,035 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, səhər evdən çıxıb məşqə gederkən saat təxminən 11-də 2 nəfər polis əməkdaşı tərəfindən öz ünvanında, həyətində saxlanılmış, vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Onun mobil telefonu əlindən alınaraq aviarejimə qoyulmuşdur. Həmin vaxt əlində çanta, maşının və evin açarları, ziyarətdən gətirdiyi üzüklər, 800-900 manat nağd pul və idman vitaminləri olmuşdur. Həmin şəxslər, yəni polis ondan nə qədər vaxt ərzində namaz qıldığını soruşmuş və onu polis idarəsinə dəvət etmişdir. O, polis əməkdaşından idarəyə aparılmasının səbəbini soruşduqda o, ona «orada araşdırarıq» cavabını vermişdir. İdarəyə çatdıqda ona üzərindəki əşyaları çıxarmaq tapşırılmış və özü həmin əşyaları yoxlayaraq götürmüşdür. Həmin vaxt onun üzərində evinin və maşınının açarları, məşqdə içəcəyi vitamin və ziyarətdən gətirdiyi üzüklər olmuşdur. İdarədə polis işçiləri onu həbsə göndərəcəkləri barədə xəbərdar etmiş, ona “sənə vətən xaini adını qoymamış, verəcəkləri narkotik vasitənin onun özünə məxsus olduğunu etiraf etməlisən” kimi bir tapşırıq vermişlər. O, onlara heç bir qanunsuzluq etmədiyini, əməli sübuta yetiriləcəyi təqdirdə etiraf edəcəyini demişdir. Onlar ona qarşı təzyiq etməyə başlamış, evinin və maşınının açarlarının onlarda olduğunu bildirmiş, boynuna almayacağı təqdirdə, narkotiki aparıb evinə və ya maşınına qoyacaqları ilə onu hədələmişlər. Ona qarşı uzun müddət təzyiqlər olsa da, polis əməkdaşları tərəfindən döyülməmişdir. O, polislərin onun şəxsiyyətini alçaldacaq hərəkətlər edəcəklərindən ehtiyyat etmişdir. Onlar onun atasını bölməyə gətirəcəklərini dediklərindən, törətmədiyi əmələ görə yaşlı atasının səhhəti üçün narahat olmuşdur. Polislərin deməsinə görə o, sifarişlə tutulmuş, lakin sifarişin səbəbini ona bildirməmişlər. Tutulduğu gün onu narkotik barədə yox, ancaq namaz qılmağı ilə bağlı sorğu-sual etmişlər. Ona fiziki formada heç bir təzyiq olmamış, 5 saat ərzində boynuna götürməyəcəyi təqdirdə fiziki zor tətbiq edəcəkləri ilə bağlı hədələnmiş, ancaq mənəvi təzyiq olmuşdur. Videoçəkilişdən əvvəl ona psixotrop maddə verilmiş, «bunu boynuna götürməlisən», “etiraf et ki, narkotik vasitəni həmin günü binanın qabağından tapmısan” kimi ona bir tapşırıq verilmişdir. Axırda təzyiqlərə dözə bilməmiş, abrı getməsin deyə razılaşmış və ona verilən narkotik vasitəni cibinə qoymuşdur. Narkotiki ona Fariz adlı təhqiqatçı vermişdir. 5 saat sonra videoçəkiliş aparılmış, narkotik vasitə ona əvvəlcədən verildiyi üçün, həmin narkotik vasitə onun üzərində aşkar olunmuşdur. Video çəkiliş zamanı o, polisin dediyi kimi də demiş, narkotik vasitəni binanın qarşısından tapdığını bildirmişdir. Bildiyi qədər pulları qardaşına qaytarılmış, 20 manatı da çəkiliş üçün ona verilmişdir. Ancaq mobil telefon və 2 ədəd 10 manatlıq sənədləşdirilmişdir. O, üzərində olan 800-900 mnat pulu çəkilişə başlamazdan əvvəl Fariz adlı polis əməkdaşına vermişdir. Narkotik vasitə qablaşdırılan zaman ona boş zərf göstərilmiş, lakin zərfin içərisinə nə qoyulduğunu o, görməmişdir. Sonra da qablaşdırlmış, möhürlənmiş və hamı zərfin üzərini imzalamışdır. Qablaşdıramanı və protokolu o özü də imzalamışdır. Lakin imzalayarkən qablaşdırma olan zərfin içərisində nəsə olmasını hiss etməmişdir. Saxlanılması və üzərindən narkotik vasitə aşkar olunması barədə izahat vermiş, izahatını videoçəkiliş zamanı öyrətdikləri kimi vermişdir. Onu tutan şəxslər videoçəkilişdə olan şəxslər olmamış, görüntüdə tamam başqa adamlar gəlib onu tutduqlarını demişlər. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, heç bir cinayət əməli törətməmiş, narkotik vasitəni tanımamışdır. Saxlanılarkən onun qoluna qandal vurulmamış, üzərində narkotik vasitə olacağı təqdirdə, onu tullamaq imkanına malik olmuşdur. O, saxlanılandan 4 saat sonra vəkil gəlmiş, onun vəkilə konfidensial münasibət yaradılmasına şərait yaradılmamışdır. Vəkil videoçəkiliş zamanı iştirak etmişdir. Müdafiəçinin onunla danışmasına imkan verilməmiş, hətta vəkilin üstünə açıqlanmışlar. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dini ekstremizmlə bağlı olduğu, dini araşdırma aparıldığı bildirildiyindən o, təqdim olunan sənədlərin hamısını imzalamışdır. Onun üzərindən çıxan 800-900 manat protokollaşdırılmamış, lakin polislərin ona demələrinə görə üzərində olan pul və dəgər əşyalar onun qardaşına verilmişdir. O, polislərə onun qanında narkotik olmadığını, narkotik istifadə etmədiyini demişdir. Barəsində həbs seçilərkən ona olan haqsızlıqlarla bağlı məhkəmədə hakimə bildirmiş, narkotik vasitəni ona polislərin özlərinin verdiyini demişdir. Haqqında olan ittiham aktında guya narkotik vasitəni üzərində saxlamış və daşımış kimi göstərilmişdir. Dustaq yoldaşlarının barəsində olan ittiham aktında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş, həmin ittiham aktında sms-lərə kimi, haradan əldə etməsi və çetini neçəyə aldıqları göstərilmişdir. Ona aid ittiham aktında isə heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində 14 may 2023-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 may 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yaşadığı binanın qarşısında tanımadığı, sonradan polis əməkdaşları olduqlarını bildiyi iki nəfər şəxs ona yaxınlaşıb onu Nərimanov RPİ-nə aparmışlar. Həmin tarixdə, saat 11:20 radələrində Nərimanov RPİ-də onu polis idarəsinə gətirən polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmişdir. Bundan sonra o, üzərində olan şəxsi əşyalarını, yəni pulunu, mobil telefonunu və açarları çıxarıb masanın üzərinə qoymuşdur. Həmin zaman onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra polis əməkdaşları ona psixotrop maddə verib, “bunu götürməlisən” demiş, onlara həmin maddənin ona aid olmamasını dedikdə isə polis əməkdaşları “bizdən asılı deyil, bunu boynuna götürməlisən” demişlər. Polis əməkdaşları ona telefonunu, 20 manat pul və bir ədəd bükümdə psixotrop maddə verib onu cibinə qoymağı və guya yaşadığı binanın qarşısından tapdığını deməsini tapşırmışlar. Daha sonra həmin gün, saat 15:30 radələrində onu vəkil olan bir otağa aparmış, polislərin dediyi kimi üzərində olan əşyaları və psixotrop maddəni təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə ona aid olmamışdır (iş vərəqə: 82-83). Tədqiq olunan ifadəsinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, ilk dəfə o, müstəntiqə şübhəli şəxs kimi ifadə verərkən ifadəsini qələmlə yazmış, həmin vaxt çox narahatçılıq keçirdiyindən ona qarşı olan psixoloji təzyiqlərlə bağlı yazmaq onun yadından çıxmışdır. O, Müdafiəçi iştirakı ilə verdiyi fadələrini təstiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil olmuşdur. Onlara daxil olan əməliyyat məlumatının məzmununda şəxsin narkotik vasitələrdən istifadə etməsi qeyd olunmuşdur. Elə həmin gün onun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar Qasım Hüseynov tərəfindən qəbul edilmiş, lakin əməliyyat tədbirinin gedişatında şəxsin özü iştirak etməmişdir. Şahid2 əməliyyat tədbirinə getməzdən əvvəl həmin şəxsin fiziki görünürşü və anket məlumatları barədə onlara məlumat vermiş, adını, soyadını, ata adını göstərmişdir. Əməliyyat qrupunun üzü kimi o, və Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, səhər saat 11:00 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİnə gətirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı binanın arxasında, piyada hərəkətdlə olarkən saxlanılmış, saxlanılarkən onun əlində zibil kulyoku olmuşdur. Yaxınlaşıb özlərini təqdim etmiş, şəxsiyyəti və zahiri görkəmi əvvəlcədən məlum olduğundan adı soruşulmuş, idarəyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs əlindəki kulyoku «zibildir» deyib tullantıya atdığından onlar onun əlindəki zibil kulyokunu bölməyə aparmamışlar. Təqsirləndirilən şəxs saxlanılıb idarəyə gətirilməsi barədə Şahid2 tərəfindən raport yazılmış və bundan sonra Elbazi təhqiqatçının otağına qaldırılmışdır. Nərimanov RPİ-də təhqiqatçı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, sonuncu şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində ağ rəngli, kristal halında maddə olan bir ədəd sellofan bükümü və şalvarının sol yan cibindən bir ədəd “İphone 11 Pro max” markalı mobil telefonu və iki ədəd 10 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs özünün bildirdiyinə görə o, təqdim etdiyi narkotik vasitəyə şübhəli maddə kristaldır və bir gün əvvəl tapmış, lakin istifadə etməmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə olaraq aparılmış axtarış nəticəsində başqa qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Polis tərəfindən şəxsə qarşı heç bir zor, hədə tətbiq olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilç bağlı daxil olmuş məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirildiyini, 12 may 2023-cü il tarixdə keçirilən əməliyyat tədbirləri zamanı şübhəli bilinən Təqsirləndirilən şəxs səhər saat 11:00 radələrində Nərimanov rayonunda, Sabit Rəhman küçəsində saxlanılaraq Nərimanov RPİnə aparıldığını, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, Elbazi ilə vəkilin söhbət etmələri üçün konfidensial şərait yaradıldığını, Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirildiyini, sonuncunun üstündən içərisində ağ rəngli, kristal halında maddə olan bir ədəd sellofan paketi, bir ədəd “İphone 11 Pro max” markalı mobil telefonu və iki ədəd 10 manatlıq əskinası çıxarıb təqdim etdiyini, bir ədəd sellofan paketdə təqdim edilmiş narkotik vasitəyə bənzər kütlənin bir ədəd boş zərfə qablaşdırıldığını, bütün proses iştirakçılarının, o cümlədən Təqsirləndirilən şəxs özünün zərfin üzərini imzalamalarını və şəxsi axtarış və götürmə proseinin protokollaşdırıldığını göstərmişdir. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı idarə rəisinə daxil olmuş, əməliyyat məlumatının ilkin sənədləşdirilməsi ona həvalə olunmuşdur. Əməliyyat məlumatının məzmununda şəxsin narkotik vasitələrdən istifadə etdiyi qeyd edilmişdir. Əməliyyat məlumatının məzmununda şəxsin anket məlumatlarının olub-olmamasını xatırlamasa da, onlara təqsirləndirilən şəxsin zahiri əlamətləri, əynində qara şalvar, idmançı bədən quruluşlu olması, olduğu yer, adının Elbazi olması barədə məlumatlar verilmişdir. Əməliyyat məlumatının daxil olması barədə raport onun tərəfindən yazılmış, tədbirin keçirilməsində onunla yanaşı əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun özünün üzərində mobil telefon olmamış, o, telefonunu maşında qoyub əməliyyat tədbiri keçirməyə başqa maşınla getmişdir. Şahid1 üzərində telefon olubolmamasını o, bilməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilənə qədər özünə xəsarət yetirməməsi və s. otaq şəraitində onların yanında olmuşdur. İstər saxlanılarkən və istərsə də polis idarəsində Təqsirləndirilən şəxs qarşı hər hansı formada zor və ya başqa təsir tətbiq olunmamışdır. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu həmin ifadələri elan edilməklə tədqiq olundu və Şahid2 cinayət işinin həm ibtidai istintaqında və həm də məhkəmədə verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin digər əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilən əməliyyat tədbirində iştirak etməmiş, 12 may 2023-cü il tarixdə Nərimanov RPİ-də şəxsin üzərində şəxsi axtarış keçirilməsi tədbirində iştirak etmiş, ora prosesin video çəkilişini aparmaq üçün təhqiqatçı Toğrul Məmmədov tərəfindən dəvət olunmuşdur. Çəkiliş nahara yaxın aparılmış, bir dəfəyə 10-15 dəqiqə çəkiliş aparılmışdır. O, tədbiri telefon vasitəsi ilə çəkmiş və videogörüntünü təhqiqatçıya ötürmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm metamfetamin, iki nüsxə 10 azn və xatırladığı qədər İphone 11 markalı mobil aşkar olunmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, o, təqsirləndirilən şəxsin üzərindən və ya onun pulunun üzərindən pul götürməmiş və nə də təqsirləndirilən şəxsin qardaşına heç nə, cümlədən pul verməmişdir. Təqsirləndirilən şəxs qardaşı onun yanına gəlmiş, o, ona qardaşı ilə bağlı, yəni saxlanılması ilə bağlı məlumat vermişdir. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilən Təqsirləndirilən şəxs qardaşı X3 ifadəsində göstərdi ki, o, qardaşı Elbazi ilə bir yerdə telefon dükanında işləmiş, Elbazinin başqa işi olmamışdır. Qardaşı tutulan gün o, işdə olmuş, qardaşı Elbazi də işə gəlməli olmuş, lakin gəlməmişdir. Elbazinin tutulmasından saat 3-də xəbər tutmuşdur. Belə ki, qardaşını, məşq zalında, evdə axtarmış, lakin tapa bilməmişdir. Xeyli vaxt keçəndən sonra vəkil zəng vurub Elbazinin saxlanıldığını onlara demişdir. Qardaşının tutulub saxlanıldığı Nərimanov RPİ-yə ilk olaraq böyük qardaşı getmişdir. Sonra o, Nərimanov RPİ-nə getmiş, yaşadıqları evin, maşınlarının açarlarının Fariz adlı şəxsdə olduğunu öyrənmişdir. Polis İdarəsində əvvəlcə ona qardaşının narkotiklə məşğul olduğu deyilmiş, lakin o, deyilənləri qəbul etməyib onlara “biz narkotik vasitələr tanımırıq” cavabını vermişdir. Bundan sonra “siz yaxşı uşaqlarsız, amma neyləyək onun tanıdıqları var” kimi bir cavab vermiş, həmçinin “bizlik bir şey deyil, belə deyiblər, belə də etmişik” demiş, lakin ad çəkməmişlər. O, idarədə Fariz adlı şəxslə görüşmüş, sonuncu ona 2 açar, 900 manat pul, protein dərmanı və maşın açarı vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər - Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdikləri və məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişlər (iş vərəqə: 156-161). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 may 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 12 may 2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİnin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifi qarşılığında Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində ağ rəngli, kristal şəkilli maddə olan bir ədəd sellofan paketi, şalvarının sol yan cibindən bir ədəd “İphone 11 Pro Max” markalı mobil telefonu və iki ədəd 10 manatlıq əskinasları çıxarıb masanın üzərinə qoyur. Tədqiq olunan həmin protokollardan görünür ki, təhqiqatçnın suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketdə olan maddəni bir gün əvvəl yaşadığı binanın yanından keçərkən yerdən tapıb götürdüyünü, əvvəlcədən internetdə fotoşəklini görüb tanıdığı üçün həmin maddəni narkotik kimi bildiyini, özünün istifadəsi üçün üzərində saxladığını, lakin istifadə etmədiyini bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin başqa əşya və ya predmet aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan protokollardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketdə olan psixotrop maddəyə şübhəli maddə bir ədəd boş zərfə qablaşdırılmaqla Azərbaycan Respublikası DİN «Zərflər üçün №44” dairəvi möhürü ilə möhürlənmiş, möhürlənmiş bağlamanın üzəri bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (iş vərəqə: 22-23, 155). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, nümayiş olunan videogörüntülər «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 may 2023-cü il tarixli protokolun və həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD diskə baxış keçirilməsi haqqında protokolun məzmunu ilə uyğunluq təşkil edir və ziddiyyətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 6/2764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi, “şübhəli Təqsirləndirilən şəxs (imza)” sözlər, imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 10,035 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 10,035 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəki 9,935 qram təşkil etmişdir. Rəydən, həmçinin görünür ki, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) siyahısına daxildir (iş vərəqə: 35-39). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli, 3906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 145-146). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2023-cü il tarixli, 1538 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır (iş vərəqə: 147-148). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin və onun psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə istintaq orqanı tərəfindən Nərimanov RPİ-nin NMB-nə əməliyyat tapşırığı verilmiş və əməliyyat tapşırığına verilən cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə edilsə də, psixotrop maddəni satmış olduğu şəxslərin, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddənin əldə edildiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqə: 113). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin NMB-nin polis polkovnik-leytenantı Qasım Hüseynov tərəfindən qəbul edilmiş və Nərimanov RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında»12 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: 32-34). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 10,035 qram olan psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınmış, həmin psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,935 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 162-170). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: 172-173). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin pesixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş olan əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunan 12 may 2023-cü il tarixli raportla, Nərimanov RPİ-nin NMBnin rəisi Qasım Hüseynov tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 12 may 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs saxlanılıb Nərimanov RPİ-nə gətirilməsi barədə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən birgə tərtib olunan eyni tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs konkret olaraq satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması və daşımasında deyil, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə olmuşdur (iş vərəqə: 2, 3, 4, 5). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən bütün ifadələrində ondan psixotrop maddə aşkar edilib götürülməsini ümumiyyətlə inkar etmiş, yalnız təhqiqat araşdırması zamanı verdiyi izahatında ondan aşkar edilib bir bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, təqdim etdiyi bir ədəd sellofan paketdə olan maddəni bir gün əvvəl yaşadığı binanın yanından keçərkən yerdən tapıb götürdüyünü, özünün istifadəsi üçün üzərində saxladığını, lakin istifadə etmədiyini bildirmiş, lakin təqdim etdiyi psixotrop maddənin adını belə, izahatında göstərməmişdir. Məhkəmə baxışı zamanı msüəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddənin əldə olunma mənbəyinin və sonuncunun psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə istintaq orqanı tərəfindən Nərimanov RPİ-nin NMB-nə əməliyyat tapşırığı verilmiş və əməliyyat tapşırığına verilən cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə edilsə də, psixotrop maddəni satmış olduğu şəxslərin, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddənin əldə edildiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqə: 113). Qeyd olunan əməliyyat tapşırığına verilən cavabda yer almış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə edilməsi özü belə, heç bir fakta və ya konkret sübuta söykənmədiyindən təqsirnləndirilən şəxsə qarşı ittihamın təsdiqi üçün sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokollar, həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin nümayişi ilə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılıb Nərimanov RPİ-yə gətirilən gün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqda və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və hətta toplanmış materiallar üzrə eyni maddə ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd paketdə aşkar edilib götürülmüş metafetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və ya eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, məhkəmə dinləmələri zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və barəsində həbs qətimkan tədbiri seçilməsinə etiraz etmişdir (iş vərəqə: 98-102). Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən 01 ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 10,035 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 12 may 2023-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən psixotrop maddənin 10,035 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin onunla heç bir əlaqəsinin olmaması, həmin narkotik vasitənin şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən ona verilməsi, ona qarşı fiziki təsir və ya təzyiqlər olmasa da, mənəvi təzyiqlər göstəriləcəyi ilə hədələnməsi, narkotik vasitəni boynuna götürməyə məcbur edilməsi, işdə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 onun saxlanılması və Nərimanov RPİ-yə gətirilməsi prosesində iştirak etməmələri, şəxsi axtarış zamanı təqdim olunan bükümün bir ədəd boş zərfə qablaşdırılması prosesində təqdim olunan şübhəli bükümün zərfə qoyulmasını görməməsi, zərfi imzalayarkən zərfin içərisində nə isə olmasını hiss etmədiyini göstərməsi, həmin onun dini əqidəsi, daha doğrusu namaz qılması ilə əlaqədar tutulması ilə bağlı göstərdiklərini cinayət məsuliyyətindən və təyin olunmalı olan daha sərt cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Belə ki, məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən videogörüntülərlə müəyyən olundu ki, Nərimanov RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlayıb Nərimanov RPİ-yə gətirmiş şəxslər kimi təqsirləndirilən şəxsin müdafiəçisinin də iştirak etdiyi sonuncunun üzərində şəxsi axtarış aparılması prosesində əvvəldən axıradək iştirak etmiş və şəxsi axtarış prosesində bu xüsusat mübahisələndirilməmişdir. Bundan başqa, Nərimanov RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhəlsində Təqsirləndirilən şəxs saxlanıldığı tarix, yer, vaxt və şərait barədə ifadələr vermiş, qeyd olunan şəxslərin ifadələri ilə eyni xüsusatlar ətrafında dindirilən Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər müəyyən edilməmişdir. Bundan başqa, aşkar edilmiş psixotrop maddənin qablaşdırılması prosesində maddi sübutun zərfə qablaşdırılmaması ilə əlaqədar təqsirləndirilən şəxs və onun məhkəmədəki müdafiəçisi tərəfindən qaldırılan məsələ də həqiqətə uyğun olmamışdır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən videogörüntülərin nümayişi zamanı təqdim olunan psixotrop maddənin məhz boş zərfə qablaşdırılması zamanı natamam və qeyri-peşəkar çəkilmiş videogörüntülərin olduğu müəyyən edilmişdir ki, psixotrop maddənin qablaşdırılması ilə əlaqədar prosesdə iştirak etmiş müdafiəçi və təqsirləndirilən şəxsin özü qeyd olunan xüsusatı mübahisələndirməmişlər. Bundan başqa, qeyd olunan xüsusatla bağlı məhkəmə qeyd edir ki, elə şəxsi axtarış və götürmə aparılan gün Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddənin qablaşdırıldığı və imzalarla təsdiq edilməklə “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhürü ilə möhürlənmiş bir ədəd zərf məhkəmə-kimyəvi ekspertizaya təqdim edilmiş və təqdim olunan həmin zərf, onu ekspertizaya təqdim etmiş polis əməkdaşının və işi icraata qəbul etmiş ekspertin iştirakı ilə açılmış, zərfin içərisində bir ədəd sellofan bükümdə psixotrop maddəyə şübhəli maddə olduğu müəyyən edilmiş, həmin maddənin faktiki miqdarı çəkilməklə dəqiqləşdirilmiş və bu barədə 12 may 2023-cü il tarixli müvafiq akt tərtib edilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 126). İşdə olan Bakı şəhəri Nərimanov rayon 53 saylı Mənzil-Kommunal İstehsalat Sahəsindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun məhkəmədəki müsbət davaranışını onun barəsində Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli qərarına əsasən onun barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,935 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,935 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar