Məhkəmə qərarları › İş №1(101)-1742/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1742/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1742/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X22 (sədrlik edən), X21 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Kazım» adlı şəxslə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs yaratmaqla aralarında əldə olunmuş razılaşmaya görə «Kazım» adlı şəxsin tapşırığına əsasən digər şəxslərə çatdırmaq məqsədilə 07 yanvar 2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq göndərdiyi Qaradağ rayonu ərazisində yerləşən məkandan ümumi çəkisi 3020 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 1,6 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 04 ədəd konvalyutda 40 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbləri, külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edən üzərində «Alyse 150 preqabalin» markalanma göstəricisi olan 04 ədəd konvalyutda 56 ədəd ağ rəngli kapsulları satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 65,0 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,4 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 01 ədəd konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbləri əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibində saxlayıb daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə saat 03:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsi ev 4 ünvanının yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılaraq xidməti otaqların birində üzərində aparılmış şəxsi axtarış zamanı əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 65,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,4 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 01 ədəd konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbləri aşkar edilərək götürülmüş, yaşadığı evdə narkotik vasitə saxlaması barədə verdiyi izahatı əsasında əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı qonaq otağından üzərində «Baku Elektronics» yazısı olan 01 (bir) ədəd ağ rəngli sellofan paketin içərisindən 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 960 qram, 975 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə ümumi təmiz çəkisi 2955 qram külli miqdarda qurudulmuş marixuana, narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 1,2 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 03 ədəd konvalyutda 30 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş və üzərindən aşkar edilmiş metadon tərkibli həblərlə əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən qəhvəyi rəngli dairəvi formalı dərman həbləri, külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edən üzərində «Alyse 150 preqabalin» markalanma göstəricisi olan 04 ədəd konvalyutda 56 ədəd ağ rəngli kapsullar, 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 10 il olar ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün təxminən 3 il əvvəl adını və anket məlumatlarını xatırlamadığı tanışının vasitəsi ilə tanıdığı mobil telefonunda adını “Ami” kimi qeyd etdiyi, bildiyinə görə Rusiya Federasiyasında yaşayan, əvvəllər isə İran İslam Respublikasında yaşamış anket məlumatlarını bilmədiyi “Kazım” adlı şəxsdən alaraq ödəmişdir. 07 yanvar 2024-cü il tarixdə, saat 2:00 radələrində Kazım ona zəng edib narkotik vasitənin qoyulduğu məkanın ünvanını göndərəcəyini və gedib oradan götürməyini bildirmişdir. Sonuncu ilə razılaşmış və yaşadığı evdən çıxıb idarə etdiyi “Peugeot” markalı, **-KX-*** dövlət nömrə nişanlı avtomobil ilə Kazımın bildirdiyi, yəni Qaradağ rayonu ərazisində yerləşən məkana getmişdir. Oradan bir bağlamada olan içərisində 3 ədəd böyük bağlama və içərisində Kazımın onun üçün qoyduğu kiçik ölçüdə büküm olan narkotik vasitə qurudulmuş marixuana olmuşdur. O, özünə aid narkotik vasitəni götürmüşdür, qalan bağlamaları isə hər hansı bir yerə atıb gedəcəkmiş. Özünə lazım olan narkotik vasitəni götürüb geri qayıdanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki güc tətbiq edilməmiş olsa da, psixi təzyiq altında olmuş, bunun nəticəsində ona qarşı irəli sürülmüş ittihamı qəbul etmək məcburiyyətində qalmışdır. Halbuki o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, 50 qram narkotik vasitə qurudulmuş marixuananın müqabilində 500 manat ödəyəcəkdi. “Kazım” adlı şəxs daha əvvəl də ona təklif etmişdir ki, müəyyən məbləğ müqabilində narkotik vasitələri müxtəlif ünvanlara çatdırsın, lakin o, sonuncunun bu təklifini qəbul etməmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, tərəflərindən əməliyyat yolu ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə müraciət edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupun yaradılmasına dair əmr imzalanmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, bu barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X17 məlumatlandırılmış, o da öz növbəsində vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binsına gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il saat 03:40-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Abdullayev küçəsi ev 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və o, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib təhvil verilməsi ilə bağlı tərəflərindən raportla rəhbərliyə məruzə edilmişdir. İdarədə xidməti otaqların birində təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb idarəyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 ona təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmuş narkotik vasitə qurudulmuş marixuananı və 10 (on) ədəd metadon həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd açar, 01 (bir) ədəd “İphone 11 Pro” markalı mobil telefon və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank”-a aid 4098 5844 6247 3321 nömrəli plastik bank kartı, 01 (bir) ədəd “İphone X” markalı mobil telefon və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank”-a aid 4098 5844 6524 1790 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, marixuana və metadon həbləri zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, üzəri imzalarla təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 (bir) ədəd “İphone” markalı mobil telefon və 02 (iki) ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 01 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təhqiqatçının narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini haradan əldə etməsi ilə bağlı verdiyi suala Təqsirləndirilən şəxs bildirdirmişdir ki, narkotikə olan tələbatını ödəmək üçün təxminən 3 il əvvəl adını və anket məlumatlarını xatırlamadığı tanışının vasitəsi ilə tanıdığı mobil telefonunda adını “Ami” kimi qeyd etdiyi, bildiyinə görə Rusiya Federasiyasında yaşayan, əvvəllər isə İran İslam Respublikasında yaşamış anket məlumatlarını bilmədiyi “Kazım” adlı şəxs təxminən 02 ay bundan əvvəl ona təklif etmişdir ki, onun dediyi ünvanlardan narkotik vasitələri götürüb sonra digər ünvanlara qoysun, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitəni əvəzsiz verməklə, həmçinin bunun müqabilində hər dəfə 1.000 manat pul verəcəkdir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün onun təklifi ilə razılaşmışdır. Təxminən 2-3 dəfə onun dediyi kimi edib, öz tələbatı üçün lazım olan qurudulmuş marixuananı götürmüşdür. Sonuncu dəfə 07 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Kazım ona “WhatsApp” ani mesajlaşma vasitəsi ilə zəng edib, ona narkotik vasitənin qoyulduğu məkanı göndərəcəyini və gedib oradan götürməyi demiş və narkotik vasitəni qoyduğu məkanı göndərmişdir. Onunla razılaşmış və yaşadığı evdən çıxıb Kazımın ona göndərdiyi, yəni Qaradağ rayonu ərazisində yerləşən məkana getmişdir. Oradan bir bağlamada olan içərisində 03 ədəd böyük bağlama və onun özü üçün qoyduğu kiçik ölçüdə büküm olan narkotik vasitə qurudulmuş marixuananı götürüb, telefonunda Kazımın göndərdiyi məkanı pozmuşdur. Bundan sonra yaşadığı ünvan 3 ünvanına gəlmiş və böyük bükümlərdə olan narkotik vasitələri evdə qoymuşdur. 08 yanvar 2024-cü il tarixdə saat 03:30-da özünə aid olan bükümü götürüb əynində olmuş gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin gödəkcənin sağ yan cibində həmçinin öz istifadəsi üçün bir müddət əvvəl əldə etdiyi 10 ədəd metadon həbləri də saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı metadon həblərini gödəkcənin səhvən sol yan cibindən çıxarıb təqdim etdiyini bildirmiş, təhqiqatçı da eyni ilə səhv salıb Kamranın metadon həblərini əynində olmuş gödəkcənin sol yan cibindən çıxarıb təqdim etdiyini təsdiq etmişdir. Videoçəkiliş aparıldığı üçün heç kim müdaxilə etməmişdir. Həqiqətən isə metadon həbləri də Təqsirləndirilən şəxs əynində olmuş gödəkcənin sağ yan cibindən çıxmışdır. Daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsinə etirazı olub-olmaması ilə bağlı verdiyi suala Təqsirləndirilən şəxs evində axtarış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün şəxsi axtarışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına yollanmışdırlar. Evdən axtarış keçirilməzdən öncə müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra mənzildə axtarış keçirilmişdir. ünvan 4 ünvanında yerləşən mənzildə aparılmış axtarış zamanı evin qonaq otağından 01 (bir) ədəd kisə aşkar edilmişdir. Həmin kisənin içərisinə baxış keçirildikdə 03 (üç) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 30 (otuz) ədəd metadon həbləri, 56 (əlli altı) ədəd preqabalin kapsullarını və 01 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu ərazisindən «Kazım» adlı şəxsin ona dediyi məkandan götürdüyü və evdə saxladığı marixuanadır. Metadon həblərini və preqabalin kapsullarını ona təxminən 01 ay əvvəl “Elnur” adlı tanışı xatırlamadığı pul müqabilində satmışdır. Bildiyinə görə Elnur həmin həbləri Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin “Nizami” stansiyası yaxınlığında yerləşən ünvanını və adını dəqiq bilmədiyi aptekdən almışdır. Metadon və preqabalinin güclü təsiredici maddə olduğunu bilirdi. «Elnur» adlı şəxsin hansı qaydada metadon həblərini və preqebalin kapsullarını aldığını bilmir. Marixuana, metadon və preqabalin kapsulları, 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb möhürlənmiş və üzəri axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Bununla da mənzildə axtarış başa çatmış və onlar DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına qayıtmışdırlar. Təqsirləndirilən şəxs saxlanılarkən və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Sonuncu səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid1 ifadəsi ilə anoloji məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 08 yanvar 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və müdafiəçisi X2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub- olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmuş narkotik vasitə qurudulmuş marixuananı və 10 (on) ədəd metadon həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd açar, 01 (bir) ədəd “İphone 11 Pro” markalı mobil telefon və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank”-a aid 4098 5844 6247 3321 nömrəli plastik bank kartı, 01 (bir) ədəd “İphone X” markalı mobil telefon və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank”-a aid 4098 5844 6524 1790 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, marixuana və metadon həbləri zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, üzəri imzalarla təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 (bir) ədəd “İphone” markalı mobil telefon və 02 (iki) ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 01 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təhqiqatçının narkotik vasitə qurudulmuş marixuananı və metadon həblərini haradan əldə etməsi ilə bağlı verdiyi suala Təqsirləndirilən şəxs bildirdirmişdir ki, narkotikə olan tələbatını ödəmək üçün təxminən 3 il əvvəl adını və anket məlumatlarını xatırlamadığı tanışının vasitəsi ilə tanıdığı mobil telefonunda adını “Ami" kimi qeyd etdiyi, bildiyinə görə Rusiya Federasiyasında yaşayan, əvvəllər isə İran İslam Respublikasında yaşamış anket məlumatlarını bilmədiyi “Kazım” adlı şəxs təxminən 02 ay bundan əvvəl ona təklif etmişdir ki, onun dediyi ünvanlardan narkotik vasitələri götürüb sonra digər ünvanlara qoysun, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitəni əvəzsiz verməklə, həmçinin bunun müqabilində hər dəfə 1.000 manat pul verəcəkdir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün onun təklifi ilə razılaşmışdır. Təxminən 2-3 dəfə onun dediyi kimi edib, öz tələbatı üçün lazım olan qurudulmuş marixuananı götürmüşdür. Sonuncu dəfə 07 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Kazım ona “WhatsApp” ani mesajlaşma vasitəsi ilə zəng edib, ona narkotik vasitənin qoyulduğu məkanı göndərəcəyini və gedib oradan götürməyi demiş və narkotik vasitəni qoyduğu məkanı göndərmişdir. Onunla razılaşmış və yaşadığı evdən çıxıb Kazımın ona göndərdiyi, yəni Qaradağ rayonu ərazisində yerləşən məkana getmişdir. Oradan bir bağlamada olan içərisində 03 ədəd böyük bağlama və onun özü üçün qoyduğu kiçik ölçüdə büküm olan narkotik vasitə qurudulmuş marixuananı götürüb, telefonunda Kazımın göndərdiyi məkanı pozmuşdur. Bundan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına gəlmiş və böyük bükümlərdə olan narkotik vasitələri evdə qoymuşdur. 08 yanvar 2024-cü il tarixdə saat 03:30-da özünə aid olan bükümü götürüb əynində olmuş gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin gödəkcənin sağ yan cibində həmçinin öz istifadəsi üçün bir müddət əvvəl əldə etdiyi 10 ədəd metadon həbləri də saxlamışdır. Təhqiqatçının Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış keçirilməsinə etirazı olub-olmaması ilə bağlı verilmiş suala Təqsirləndirilən şəxs evində axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 08 yanvar 2024-cü il tarixli «Mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və müdafiəçisi X2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, yaşadığı mənzildə axtarış keçiriləcəyi bildirilmiş, mənzildə qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında 07 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu ərazisindən «Kazım» adlı şəxsin ona dediyi məkandan götürdüyü və evdə saxladığı 01 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, içərisindən 03 (üç) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 30 (otuz) ədəd metadon həbləri, 56 (əlli altı) ədəd preqabalin kapsullarını və 01 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənmiş və üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evdə axtarış keçirilmiş, lakin qeyd olunan maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş, digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş metadon həblərini və güclü təsiredici maddə olan preqabalin kapsullarını ona təxminən 01 ay əvvəl “Elnur” adlı tanışı xatırlamadığı pul müqabilində satmışdır. Bildiyinə görə Elnur həmin həbləri Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin “Nizami” stansiyası yaxınlığında yerləşən ünvanını və adını dəqiq bilmədiyi aptekdən almışdır. Preqabalinin güclü təsiredici maddə olduğunu bilirdi. «Elnur» adlı şəxsin hansı qaydada metadon həblərini və preqebalin kapsullarını aldığını bilmir. Saxlanılan zaman həyəcanlı olduğu üçün narkotik vasitə qurudulmuş marixuananı, metadon həblərini və güclü təsiredici maddə preqabalin kapsullarını «Kazım» adlı şəxsdən aldığını səhvən göstərmişdir. Eşitdiyinə görə «Elnur» adlı şəxs həbs olunub. Lakin onun hansı maddə ilə, kim tərəfindən həbs olunması, hazırda harada saxlanılması barədə məlumatı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/28 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən ...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi -65,0 qram və ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən...» yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1020 qram, 960 qram, 975 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi -3020 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin ağ rəngli polietilen bağlamadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 08 yanvar 2024cü il tarixli 3-16-16/2-6/43 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №7-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan paketdəki, üzərində «Methadone 40» markalanma göstəricisi olan 1 (bir) ədəd konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddələrin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №7»-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...» yazısı və imzalar olan bağlamadakı üzərində «Methadone 40» markalanma göstəricisi olan 03(üç) ədəd konvalyutda ümumilikdə 30 ədəd üzərinlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 30 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir. Həmin bağlamada olan üzərində «Alyse 150 preqabalin» markalanma göstəricisi olan 4(dörd)ədəd konvalyutda, ümumilikdə 56 ədəd ağ rəngli kapsul preqabalin tərkibli kapsullardı və 56 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metadonun ümumi miqdarı 1,6 qramdır və metadon tərkibli həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2024-cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, o hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətləri aparılmasında iştirak etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 30 yanvar 2024-cü il tarixli 569 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş - ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə 08 yanvar 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD disk yaddaş daşıyıcısına tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr Bakı şəhəri Xətai rayonu Şahid1 küçəsi 4 ünvanında qeydiyyatda olan 12 aprel 1981- ci il təvəllüdlü X7, ***-***-**-** saylı mobil nömrə ünvan 7 ünvanında qeydiyyatda olan 14 aprel 2001 -ci il təvəllüdlü X6, ***-***-**-** saylı mobil nömrə ünvan 8 ünvanında qeydiyyatda olan 19 iyun 2000-ci il təvəllüdlü X8 adına qeydə alınmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrədən aşağıdakı qeyd olunan mobil nömrələrə iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1. 08 oktyabr 2023cü il saat 12:20:32-də ***-***-**-** saylı mobil nömrəyə «Adam bu geder Gotun ici olmaz Welpesende sen ala 15 manatda Ata bilerem kartuva»; 2. 23 oktyabr 2023-cü il saat 14:02:12-də ***-***-**-** saylı mobil nömrəyə «********** yig buna di faiq verdi nomravu masdagadan Zohrab»; 3. 23 oktyabr 2023-cü il saat 19:42:50-də ***-***-**-** saylı mobil nömrəyə «X24 Cixib yigicam»; 4. 05 noyabr 2023-cü il saat 15:21:03-də ***-***-**-** saylı mobil nömrəyə «**********773729»; 5. 19 noyabr 2023-cü il saat 17:05:52-də ***-***-**-** saylı mobil nömrəyə «Pox poxa deyib qedess bu sef salib das getirib ot yerne Kart at atim pulvu Ya gozdye bilsen gozde yada ged getrerem sencn». Baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı qeyd olunan mobil nömrələrdən iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1. 30 oktyabr 2023-cü il saat 10:49:43-də 051 -958-08-89 saylı mobil nömrədən «Faig obiri seni gozdiyir.dediyin yerde» 2. 19 noyabr 2023-cü il saat 17:04:39-da ***-***-**-** saylı mobil nömrədən «Menim telfonum sonuceyeee mene biryer de gozduyuçde ordaa»; 3. 19 noyabr 2023-cü il saat 17:14:56-da ***-***-**-** saylı mobil nömrədən «Verde eybiyoxduu». Baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı qeyd olunan mobil nömrələrdən iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1. 02 dekabr 2023-cü il saat 08:31:11-də ***- ***-**-** saylı mobil nömrədən «Qaqas. Qapini. Gudurler. Eve gire bilmirem. İsdeyirsen. Karti at. Pulu burum. Sene. Veziyet. Pisf»; 2. 02 dekabr 2023-cü il saat 08:31:11-də ***-***- **-** saylı mobil nömrədən «İki. Masindilar. Qosunun danimna. Cixmisam». Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə ünvan 9 ünvanında qeydiyyatda olan X5; ***-***-**-** saylı mobil nömrə ünvan 8 ünvanında qeydiyyatda olan X9 adına qeydə alınmışdır. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, özündə 01 iyul 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək olan müddət ərzində "xxxx" ASC-nin «4098 5844 6247 3321» və «4098 5844 6524 1790» nömrəli kart sahibləri (ad, soyad, ünvanı), kart hesablarına mədaxil və məxaric olunan vəsaitlər barədə məlumatları əks etdirən 01 ədəd CD disk yaddaş daşıyıcısına tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «4098 5844 6247 3321» nömrəli bank kartı xx xxxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, «4098 5844 6524 1790» nömrəli bank kartı isə 24 aprel 1983-cü il təvəllüdlü X10 adma qeydə alınmış, hər iki bank kartları vasitəsi ilə 01 iyul 2023-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə və saatlarda, kart mobil tətbiqi, terminallar, kartdan karta köçürmələr vasitəsi ilə əməliyyatlar aparılmış və hər iki kartdan xeyli məbləğlərdə vəsait məxaric edilməklə, kartlara mədaxil olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin 17 yanvar 2024-cü il tarixli 3-13-16/2-7682/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Eyni zamanda **-KX-*** dövlət qeydiyyat nişanlı «PEUGEOT» markalı nəqliyyat vasitəsinə təhkim edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 fevral 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, 27 iyun 2018-ci ildə məhkəmədən azad olunmuş, 22 iyul 2020-ci ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, narkotik vasitələrdən öz şəxsi təlabatı üçün istifadə etməsi, narkotik vasitələrin satışını həyata keçirməməsi, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması, bu səbəbdən etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, təxminən 10 il olar ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün təxminən 3 il əvvəl adını və anket məlumatlarını xatırlamadığı tanışının vasitəsi ilə tanıdığı mobil telefonunda adını “Ami” kimi qeyd etdiyi, bildiyinə görə Rusiya Federasiyasında yaşayan, əvvəllər isə İran İslam Respublikasında yaşamış anket məlumatlarını bilmədiyi “Kazım” adlı şəxs təxminən 2 ay bundan əvvəl ona təklif etmişdir ki, onun dediyi ünvanlardan narkotik vasitələri götürüb sonra digər ünvanlara qoysun, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitəni əvəzsiz verməklə, həmçinin bunun müqabilində hər dəfə 1.000 manat pul verəcəkdir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün onun təklifi ilə razılaşmışdır. Təxminən 2-3 dəfə onun dediyi kimi edib, öz tələbatı üçün lazım olan qurudulmuş marixuananı götürmüşdür. Sonuncu dəfə 07 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Kazım ona +7-***-***-**-** nömrəsi altında istifadə etdiyi “WhatsApp” ani mesajlaşma vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “İphone 11 pro” markalı mobil telefonunda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramında istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edib, ona narkotik vasitənin qoyulduğu məkanı göndərəcəyini, gedib oradan götürməyi demiş, narkotik vasitəni qoyduğu məkanı göndərmişdir. Onunla razılaşmış və yaşadığı evdən çıxıb idarə etdiyi “Peugeot” markalı, **-KX-*** dövlət nömrə nişanlı avtomobil ilə Kazımın ona göndərdiyi, yəni Qaradağ rayonu ərazisində yerləşən məkana getmişdir. Oradan bir bağlamada olan içərisində 3 ədəd böyük bağlama və onun özü üçün qoyduğu kiçik ölçüdə büküm olan narkotik vasitə qurudulmuş marixuananı götürüb, telefonunda Kazımın göndərdiyi məkanı pozmuşdur. Bundan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına qayıtmış, böyük bükümlərdə olan narkotik vasitələri evdə qoymuşdur. 08 yanvar 2024-cü il tarixdə saat 03:30-da özünə aid olan bükümü götürüb əynində olmuş gödəkcənin sağ yan cibinə qoyub, üzərində saxlayıb daşımışdır. Həmin gödəkcənin sağ yan cibində həmçinin öz istifadəsi üçün bir müddət əvvəl anket məlumatlarını bilmədiyi «Elnur» adlı şəxsdən aldığı 10 ədəd metadon həbləri də olmuşdur. Evdən həyətə düşdükdən təxminən 10 dəqiqə sonra, saat 03:40-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Abdullayev küçəsi ev 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı əməliyyat yolu ilə məlumat əldə etdiklərini deyib, xidməti vəsiqələrini göstərib, əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişdirlər. Etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə getmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində olan qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, müsbət təqdirdə onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olmuş qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olmuş narkotik vasitə qurudulmuş marixuananı və 10 (on) ədəd metadon həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd açar, 01 (bir) ədəd içərisində ***- ***-**-** saylı mobil nömrə olan “İphone 11 Pro” markalı mobil telefonu və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank"-a aid 4098 5844 6247 3321 nömrəli plastik bank kartını, 01 (bir) ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone X” markalı mobil telefonu və həmin telefonun arxasında olan 01 (bir) ədəd “Leobank”-a aid 4098 5844 6524 1790 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, marixuana və metadon həbləri zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 02 (bir) ədəd “İphone” markalı mobil telefon və 02 (iki) ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüş, 01 (bir) ədəd açar isə ona geri qaytarılmışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, yaşadığı evdə də narkotik vasitə və metadon olduğunu etiraf etmişdir. Təhqiqatçı yaşadığı evdə axtarış keçirilməsi zərurəti olduğunu deyib, ondan buna etirazı olub-olmadığını soruşmuşdur. Etiraz etməmiş və axtarışda iştirak etmiş şəxslərlə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə getmişdirlər. Mənzilə baxış zamanı yaşadığı evin qonaq otağında 07 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu ərazisindən «Kazım» adlı şəxsin ona dediyi məkandan götürdüyü və evdə saxladığı 01 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, içərisindən 03 (üç) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 30 (otuz) ədəd metadon həbləri, 56 (əlli altı) ədəd preqabalin kapsullarını və 01 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evdə axtarış keçirilmiş, lakin qeyd olunan maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilmiş, digər əşya və predmet aşkar edilməmişdir. Evindən və üzərindən aşkar olunmuş kütlələr özünə məxsus olmuşdur. Şəxsən heç kimə narkotik vasitə satmamış, bağışlamamışdır. Başqa heç bir yerdə narkotik maddə saxlamır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş metadon həblərini və güclü təsiredici maddə olan preqabalin kapsullarını ona təxminən 01 ay əvvəl “Elnur” adlı tanışı xatırlamadığı pul müqabilində satmışdır. Bildiyinə görə Elnur həmin həbləri Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin “Nizami” stansiyası yaxınlığında yerləşən ünvanı və adını dəqiq bilmədiyi aptekdən almışdır. Metadon və preqabalinin güclü təsiredici maddə olduğunu bilirdi. «Elnur» adlı şəxsin hansı qaydada metadon həblərini və preqebalin kapsullarını aldığını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsində olarkən hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Üzərindən aşkar edilib götürülmüş bank kartları vasitəsi ilə narkotik vasitələrin alqı-satqısını həyata keçirməmişdir. Saxlanılan zaman həyəcanlı olduğu üçün narkotik vasitə qurudulmuş marixuananı, metadon həblərini və güclü təsiredici maddə preqabalin kapsullarını «Kazım» adlı şəxsdən aldığını səhvən göstərmişdir. Eşitdiyinə görə «Elnur» adlı şəxs həbs olunub. Lakin onun hansı maddə ilə, kim tərəfindən həbs olunması, hazırda harada saxlanılması barədə məlumatı yoxdur. Üzərinə şəxsi axtarış aparılan zaman marixuana və metadon həbləri əynində olmuş gödəkcənin sağ yan cibində olmuş, onları gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həyəcanlı olduğu üçün izahatında və üzərinə keçirilmiş şəxsi axtarış zamanı metadon həblərini gödəkçənin sol yan cibindən çıxarıb təqdim etdiyini bildirmişdir. Həmçinin videogörüntüdə təhqiqatçı səhv salıb metadon həblərinin tərəfindən gödəkcənin sol yan cibindən çıxarılıb təqdim edildiyini demişdir. Həmçinin ifadəsində X18, X16, X19 onun tanışları olduğunu, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr Elman Abbasovun, ***-***-**-** saylı mobil nömrə Əfsanə Qasımovanın, ***-***-**-** saylı mobil nömrə Faiq Rzayevin adına qeydiyyata alınsa da, onun tərəfindən istifadə edildiyini, uzun müddət keçdiyi üçün istifadə etdiyi mobil nömrələrlə aparılmış danışıqların, SMS mesajların məzmununu xatırlamadığını, X20 onun tanışı olduğunu adına olan bank kartını ona 100 manat müqabilində satdığını, Əbdül Əjdərovun və öz adına olan bank kartlarından gündəlik olaraq məişətdə istifadə etdiyini, uzun müddət keçdiyi üçün karta mədaxil olmuş və məxaric edilmiş məbləğlərlə bağlı dəqiq məlumatları xatırlamadığını, **-KX-*** dövlət qeydiyyat nişanlı «Peugeot» markalı nəqliyyat vasitəsini lizinq olaraq alıb idarə etdiyini, kreditini ödəsə də adına rəsmiləşdirilmədiyini də əlavə olaraq göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1,6 qram psixotrop maddə metadon külli miqdar təşkil edir. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X11 birgə nikahlarından 25 iyun 2017-ci il təvəllüdlü X12, 15 may 2018-ci il təvəllüdlü X13 və 21 dekabr 2019-cu il təvəllüdlü X14 anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 3019,6 qram bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuana, 36 ədəd metadon həbi və üzərlərində «ALYSE 150 Pregabaline» göstəricisi qeyd olunmuş blisterlərdə olan 52 ədəd kapsul və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaq yolu qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3019,6 qram bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuana, 36 ədəd metadon həbi, üzərilərində «ALYSE 150 Pregabaline» göstəricisi qeyd olunmuş blisterlərdə olan 52 ədəd kapsul və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, ümumilikdə, 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar