Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1743/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi eyni zamanda zərərçəkmiş şəxs Qanuni nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 19 avqust 1970-ci il tarixdə Naxçıvan MR-nın Şahbuz rayonu, Mərəlik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR-nın Şahbuz rayonunun, Mərəlik kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə xx xxxxxx 1985-ci il tarixdə Agcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağcabədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 iyun 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının qarşısına gəlib orada dayanacağın oturacağında oturub aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs2 köynəyinin altında gizlətdiyi və üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş silah qismində istifadə edilən qara rəngli qundağı olan tapançanı yetkinlik yaşına çatmayan 01 iyun 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 göstərib onu vuracağı ilə hədələməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib sonuncudan Qanuni nümayəndə məxsus üzərində 5 manat qiymətində ***-***-**-** “Nar” nömrə olan bir ədəd 180,00 manat qiymətində Vietnamda istehsal edilmiş “Samsung” markalı, “SM-A205F/DS” (Galaxy A20) modelli mobil telefon aparatını ələ keçirməklə zərərçəkmiş şəxs Qanuni nümayəndə 185,00 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 iyun 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının qarşısına gəlib orada dayanacağın oturacağında oturub aralarında olan razılaşmaya görə köynəyinin altında gizlətdiyi və üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş silah qismində istifadə edilən qara rəngli qundağı olan tapançanı yetkinlik yaşına çatmayan 01 iyun 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 göstərib onu vuracağı ilə hədələməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib sonuncudan Qanuni nümayəndə məxsus üzərində 5 manat qiymətində ***- ***-**-** “Nar” nömrə olan bir ədəd 180,00 manat qiymətində Vietnamda istehsal edilmiş “Samsung” markalı, “SM-A205F/DS” (Galaxy A20) modelli mobil telefon aparatını ələ keçirməklə zərərçəkmiş şəxs Qanuni nümayəndə 185,00 manat məbləgində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmuşdur. 2020-ci ilin avqust ayının 13-də azadlığa çıxmış, azadlığa çıxandan sonra taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təxminən 1 ay olardı ki, taksi avtomobilini təhvil vermiş, heç bir işlə məşğul olmamışdır. ƏN-nin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtı onunla birlikdə cəza çəkən əslən Ağcabədi rayonundan olan Təqsirləndirilən şəxs2 tanımışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Xətai rayonu, Əhmədli qəsəbəsi ilə getdiyi zaman təsadüfən Vasifi Əhmədli metrosunun yanında görmüş və görüşüb hal əhval tutmuşlar. Həmin vaxtı Vasifin mobil telefon nömrəsini almışdır. 16 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində Vasiflə Əhmədli metrosunun yanında görüşüb, Orada oturub çay içmişlər. Saat təxminən 14 radələrində Vasifə demişdir ki, Xəzər dairəsində avtomobil var, gedib avtomobilə baxsınlar o, taksi kimi işlətmək istəyir. Oradan taksi maşını ilə Ukrayna dairəsinə, sonra isə orada olan avtobus dayanacağına gəlib orada ikisi də oturmuş, avtobus gözləyib Xəzər dairəsinə getsinlər. Həmin vaxtı bir nəfər cavan uşaq onlara yaxınlaşıb ondan marketi soruşmuş, o da ona binanın qarşısında market olduğunu demişdir. Uşaq marketə getmək istəyən zaman Vasif ona 1 manat pul verib onlara iki ədəd su almasını demişdir. Uşaq Vasifdən 1 manat pulu göturüb onlara su almağa getmiş, uşaq gedən zaman Vasif uşağın cibində mobil telefon görüb, həmin telefonu uşağın əlindən tutub alacağını bildirmişdir. O, Vasifə əgər uşağın telefonunu zorla əlindən alsa bu cinayət əməli olduğunu demiş, Vasif də onun üstünə qışqıraraq onun işinə qarışmamağı demişdir. Bu zaman uşaq əlində iki ədəd su ilə onların yanına avtobus dayanacağına gəlmişdir. Sonra o, avtobus dayanacağından bir qədər kənara çəkilmiş və görmüşdür ki, Vasif əlini uşağın boynuna qoyub birlikdə uşaqla gedirlər. O, bir az kənara çəkiləndən sonra görmüşdür ki, Vasiflə uşaq yoxdur. Daha sonra isə yenidən Dalğa otelinə gəlmiş, otelə gələn vaxtı təxminən saat 10 radələrində Vasifin atası ona zəng etmiş, həmin vaxtı o, telefonda eşitmişdir ki, atası Vasifə demişdir ki, Ağcabədidə polislər onu axtarır ora getməsin. O yalnız o zaman bilmişdir ki, Vasif həmin gün telefonu uşağın əlindən almış və sonra Vasif demişdir ki, gedib telefonu götürsünlər. Daha sonra ikisi də taksiyə minib 20 yanvar metrosunun yanına getmişlər. O, taksidə oturub Vasifi gözləmiş, Vasif gedib telefonu mağazadan götürüb onun yanına gəlmiş, birlikdə taksi maşını ilə Nizami rayonu ərazisində yerləşən Ruslan marketin yanına getmişlər. Vasif demişdir ki, polislər onu gözləyir, gedir telefonu polislərə qaytarıb işi bağlatdırsın. O, orada taksidən düşüb piyada gedən zaman ona polis əməkdaşları yaxınlaşıb Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Vasif isə gəldikləri taksi maşını ilə çıxıb getmiş, o, günahının olmadığını bildiyindən, özü könüllü olaraq polislərlə getmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmuş, 2019-cu il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra Ağcabədi şəhərinə getmiş və orada heç bir işlə məşğul olmamışdır. O, ƏN-nin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtı onunla birlikdə cəza çəkən əslən Naxçıvan MR-dan olan Təqsirləndirilən şəxs1 tanımışdır. Tutulmamışdan təxminən 15 gün qabaq Xətai rayonu, Əhmədli qəsəbəsi ilə getdiyi zaman təsadüfən İlhamı Əhmədli metrosunun yanında görmüş və görüşüb hal əhval tutmuşdur. Həmin vaxtı İlhama mobil telefon nömrəsini vermiş və mütamadi olaraq zəngləşib görüşmüşdür. 16 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində İlhamla Əhmədli metrosunun yanında görüşmüş, orada oturub çay içmişlər. Saat təxminən 14 radələrində İlham demişdir ki, Xəzər dairəsində avtomobil var, gedib avtomobilə baxsınlar ki, o taksi kimi işlətmək istəyirdi. Oradan taksi maşını ilə Ukrayna dairəsinə, oradan da avtobus dayanacağına gedib orada oturmuşlar ki, avtobus gəlsin Xəzər dairəsinə getsinlər. Həmin vaxtı bir nəfər cavan uşaq onlara yaxınlaşıb İlhamdan marketi soruşmuş, İlham uşağa demişdir ki, binanın qarşısında market vardır. Uşaq marketə getmək istəyən zaman o, 2 manat pul verib demişdir ki, onlara iki ədəd su alsın. Uşaq ondan 2 manat pulu götürüb onlara su almağa getdi. Uşaq onların yanına gələn zaman uşağa demişdir ki, telefonu ona versin. Uşaqda əynində olan şalvarının cibindən qara rəngli mobil telefonunu çıxardıb ona vermiş, bu zaman İlham onlardan bir qədər aralıda olmuşdur. Görmüşdür ki, İlham taksi maşınına minib getmək istəyir, o, da İlhamın saxladığı taksi maşınına minib taksiyə demişlər ki, Dalğa otelinə sürsün. Taksi onları həmin otelə aparıb düşürtmüş, ikisi də gecəni oteldə qalmış, səhəri gün o, özü tək gedib telefonu satmış, sonra otelə qayıtmışdır. Otelin pulunu da özü vermiş, həmin gün saat təxminən 10 radələrində oteldə olan zaman atası ona zəng edib demişdir ki, Ağcabədidə onu polislər axtarır. Bu zaman İlham onun telefonu apardığını bilmiş, sonra İlhama demişdir ki, gedib telefonu götürsünlər. Daha sonra ikisi də taksiyə minib 20 yanvar metrosunun yanına getmişlər. İlham taksidə oturub onu gözləmiş, o, gedib telefonu mağazadan götürüb İlhamın yanına gəlmiş, birlikdə taksi maşını ilə Nizami rayonu ərazisində yerləşən Ruslan marketin yanına getmiş, İlhama demişdir ki, polislər onları gözləyir. Sonra o, orada taksidə gözləmiş, İlham maşından düşüb piyada gedən zaman ona polis əməkdaşları yaxınlaşıb onu Xətai RPİ-nin 36-cı PB-nə aparmış, o, isə gəldikləri taksi maşını ilə çıxıb getmişdir. 18 iyun 2021-ci il tarixdə özü könüllü olaraq Xətai RPİ-nin 36-cı PB-nə gəlmiş, daha sonra isə oradan onu Xətai RPİ-nin İŞ-nə gətirmişlər. O, həmin uşaqdan aldığı mobil telefonu istintaqa təqdim etmişdir. Mobil telefonu ələ keçirərəkən hər hansı silahdan istifadə etməmiş, quldurluq deyil, soyğunçuluq cinayətini törətmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğludur. X4 rayonu, Maştağa qəsəbəsində yerləşən orta məktəbin 11-ci sinfində oxuyur. 02 noyabr 2019-cu il tarixdə Maştağa qəsəbəsində yerləşən “Optimal” mağazasından əvvəlcədən 50 manat pul ödəməklə 451 manata bir ədəd “Samsunq A20” markalı mobil telefon alıb oğlu Rəhimə vermişdir. Hər ay telefona 50 manat pul ödəmiş, oğlu Rəhim həmin telefonun üzərində onun adına olan 5 manata aldığı ***-***- **-** nar nömrəni işlətmişdir. 16 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində oğlu Rəhim Xətai rayon ərazisində yaşayan xalasıgilə getmişdir. Həmin günü saat 16:05 radələrində o, şəhərdə olan zaman tanımadığı bir nömrədən oğlu Rəhim zəng edib demişdir ki, ona məxsus mobil telefonu Xətai rayonu, Ukrayna Dairəsinin yanında yerləşən dayanacaqda iki nəfər şəxs silah qismində əşya tətbiq etməklə mobil telefonunu əlindən alıb hadisə yerindən qaçıb getmişlər. O, oğluna demişdir ki, DİN-nin 102 xidmətinə zəng edib məlumat versin. Sonra özü də Xətai RPİ-nin 36-cı PB-nə gəlib hadisə barədə şikayət ərizəsi yazmışdır. Daha sonra oğlu və o, polislərlə birlikdə hadisə yerinə gəlib baxış keçirmişlər. Oğluna qarşı quldurluq etmiş şəxslər iki nəfər olmuş, onlardan biri oğluna silah qismində istifadə etdiyi tapançaya oxşar əşya tətbiq etməklə mobil telefonunu ələ keçirib hadisə yerindən qaçıb getmişlər. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edir. Oğlunun istifadə etdiyi mobil telefonu 451 manata olmuş, oğluna o, alıb vermişdir. Quldurluq yolu ilə talanmış “Samsunq A20” markalı mobil telefonun və üzərində olan ***-***-**-** nar nömrənin ələ keçirilməsi nəticəsində ona ümumilikdə 457 manat maddi ziyan dəymiş, sonradan isə həmin mobil telefon onlara geri qaytarılmışdır. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, valideynləri ilə bir yerdə yaşayır və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 22 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Təxminən 1 il bundan qabaq atası Mehman Maştağa qəsəbəsində yerləşən “Optimal” mağazasından 420 manata qara rəngli “Samsung A20” markalı mobil telefon almış, həmin telefonun pulunu atası vermiş və o, da atasının verdiyi pula özü üçün həmin telefonu almışdır. Telefonun üzərində 5 manata aldığı ***-***-**-** nar nömrəsini işlətmişdir. 16 iyun 2021-ci il tarixdə saat təxminən 09 radələrində Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında yaşayan xalası Ruhəngizgilə getmişdir. Günorta saat təxminən 14 radələrində xalasıgilin evindən çıxıb Gəncə prospektində yerləşən “Elcasio” restoranın yanına getmiş, həmin yerdə təxminən 1 saat gəzişdikdən sonra qərara gəlmişdir ki, xalasıgilin evinə getsin. Piyada yolla gəlib orada olan avtobus dayanacağının yanı ilə keçən zaman görmüşdür ki, avtobus dayanacağının oturacağında iki nəfər orta yaşlı şəxslər oturublar. O, həmin şəxslərin yanından keçən zaman onlardan biri demişdir ki, ona su ala bilərmi, o da ala biləcəyini demişdir. Həmin şəxs ona 20 manat pul vermiş, 20 manat pulu götürüb yaxınlıqda yerləşən mağazaya gedib oradan 80 qəpiyə iki ədəd “Sirab” suyu alıb gətirib həmin şəxsə vermiş, həmin şəxs ona çox sağol demişdir. Çıxıb getmək istəyən zaman onlardan biri demişdir ki, gözləsin, onun atasının dostudurlar. Ondan atasının adını soruşmuş, həmin şəxslərdən biri atasının adını səhv demişdir. Bundan sonra onun adını da desin görsün düzmü deyir onun adını da Amin demiş, ona adının Amin olmadığını demişdir. O, çıxıb getmək istəyən zaman həmin şəxslərdən ortaboylu, qollarında kəsik yerləri olan şəxs əlini onun şalvarının sağ cibinə atıb cibində olan “Samsung A20” markalı mobil telefonunu çıxartmış, o da ona demişdir ki, telefonunu qaytarsın. Lakin həmin şəxs əynində olan köynəyinin altından tapançaya oxşar əşya göstərib demişdir ki, “bunu görürsən səni vuraram” və telefonunu qaytarmamışdır. Həmin şəxs köynəyinin altında olan tapançaya oxşar əşya ilə onu hədələdikdən sonra ona demişdir ki, guya ki, hansısa qızla görüşür, 10 dəqiqəyə telefonu qaytaracaqdır. O, demişdir ki, razı deyil, telefonunu qaytarsın. Lakin həmin şəxs razı olmamış və telefonunu özündə saxlamış, o, hər dəfə ondan mobil telefonunu istəyən zaman həmin şəxs hər dəfə köynəyinin altında gizlətdiyi tapançaya oxşar əşya ilə onu hədələmiş və demişdir ki, onu vurar, ondan telefonu istəməsin. Sonra isə ona demişdir ki, kənara gedib orada danışsınlar.O, onunla həmin avtobus dayanacağından təxminən 100-150 metr aralıda olan avtomaşınların dayanacağının yanına gəlmiş, həmin şəxsin yanında olan ikinci şəxsdə onların arxası ilə gəlmişdir. Sonra avtomobil dayanacağının yanında ondan telefonu alan şəxs ona demişdir ki, oturub söhbət etsinlər. Həmin şəxslə orada söhbət edən zaman ondan tələb etmişdir ki, onun telefonunu qaytarsın. O, isə yenə də əynində olan şalvarının arxa hissəsindən tapançaya oxşar nəyisə çıxardıb ona demişdir ki, telefonu verən deyil və onu silaha oxşar tapança ilə bir daha hədələmişdir. Ondan yenə də telefonunu tələb edən zaman o, ona yenə də hədə qorxu gəlib demişdir ki, birdə telefonu ondan istəsə üstündə silahı var və həmin silahla onu vuracaq. Sonra isə həmin şəxs onu əli ilə itələmişdir. Sonra görmüşdür ki, həmin şəxs onun mobil telefonunu da götürüb qaçaraq taksi maşınına yanında olan dostu ilə minib çıxıb getmişlər. O, görmüşdür ki, orada olan avtomobil dayanacağına baxan bir nəfər şəxs orada dayanıb. Ona yaxınlaşıb onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib onu sorğu-sual etmiş və birlikdə hadisə yerinə gedib baxış keçirmişlər. O, başına gələnləri polis əməkdaşlarına danışmış, daha sonra isə Xətai RPİ-nin 35-ci PB-nə gəlib hadisə barədə şikayət ərizəsi yazmışdır. Həmin telefon onlara geri qaytarılmış, o, hazırda Təqsirləndirilən şəxs1 qarşı şikayəti yoxdur, lakin Təqsirləndirilən şəxs2 isə şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 14 il olar ki, Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsində yerləşən yaşayış binasının həyətində fəhlə işləyir. İşi həmin yaşayış binalarının həyətində təmizlik işləri aparmaqdan ibarətdir. İşə hər gün səhər saat 08 radələrində gəlib, axşam saat 20 radələrində evə gedir. 16 iyun 2021-ci il tarixdə saat 16 radələrində həmin yaşayış binasının həyətində oturan zaman ona əvvəllər tanımadığı bir nəfər cavan uşaq ağlaya-ağlaya yaxınlaşıb demişdir ki, Ukrayna Dairəsi yaxınlığında yerləşən Vunq Tau küçəsi 2 saylı ünvanın yanındakı avtobus dayanacağında ona 2 nəfər şəxs yaxınlaşıb həmin şəxslərdən biri onun üstünə silaha oxşar əşya çıxardıb hədə qorxu gəlməklə mobil telefonunu alıb Məhəmməd Hadi küçəsində taksi avtomobilinə minib hadisə yerindən qaçıb getmişdir. Həmin uşaq ondan xahiş etmişdir ki, o, öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat versin. O, özünə məxsus mobil telefonunu həmin oğlana verib demişdir ki, özü 102 xidmətinə zəng edib məlumat versin.Həmin cavan oğlan ondan mobil telefonunu alıb 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib həmin cavan oğlanı sorğu-sual etmişlər. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda anası ilə yaşayır və 2015-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsində yerləşən “Ekspress Telekom” mağazasında mobil telefon alqı-satqısı ilə məşğul olur. Mağazada mobil telefonların alqı-satqı işini həyata keçirir və vətəndaşlardan sənədləri ilə mobil telefon və aksesuarları alıb satır. Mağazanı səhər saat 09 radələrində açıb, axşam saat 21 radələrində bağlayır. 17 iyun 2021-ci il tarixdə səhər saatlarında mağazada olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya daxil olub özünə məxsus qara rəngli 1 ədəd “Samsung A 20” markalı mobil telefon göstərib satmaq istədiyini demiş, o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs2 olduğunu bilmiş və həmin şəxs demişdir ki, həmin mobil telefon onun özünə məxsusdur, pul lazım olduğu üçün satır. O, da həmin şəxsdən mobil telefonu götürüb baxış keçirmiş və görmüşdür ki, telefon işlək vəziyyətdədir. Telefonu 80 manata qiymətləndirmiş və Təqsirləndirilən şəxs2 bu qiymətə razılaşmışdır. Vasifə 80 manat pul verib telefonu ondan almış və Vasif mağazadan çıxıb getmişdir. O, da həmin mobil telefonu format edib satış üçün vitrinə qoymuş, bir neçə saatdan sonra Təqsirləndirilən şəxs2 işlədiyi mağazaya gəlib demişdir ki, ona satdığı mobil telefonu geri qaytarmaq istəyir. Vasif ona 80 manat pul verib ondan aldığı telefonu Vasifə qaytarmış və Vasif mağazadan çıxıb getmişdir. Sonradan Xətai RPİ-dən ona zəng edib onu polis idarəsinə çağırmışlar.O, polis idarəsində bilmişdir ki, Vasif ona satdığı mobil telefonu cinayət yolu ilə əldə etmişdir. Ancaq Vasifdən mobil telefonu alan zaman bunu bilməmiş, əgər bilsəydi ki, Vasif həmin mobil telefonu cinayət yolu ilə əldə edib heç vaxt ondan telefonu almazdı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli 9/4282 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vietnamda istehsal edilmiş “Samsung” markalı, “SM-A205F/DS” (Galaxy A20) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 180,00 manat müəyyən olunur. (cild 01, i. v. 229-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi Publik Hüquqi şəxsin verdiyi 24 iyun 2021-ci il tarixli 1366 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı X1 aşkar olunmur.Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafının, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Təfəkkürün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənara çıxma hallarına təsadüf olunmur. Nitqi aydın, mühakimələri məntiqlidir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs2 ona qarşı törədilən əməl zamanı xroniki psixi xəstəlik, pçixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intelektual inkişafı normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafına görə hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilmədi. Zərərçəkmiş şəxs2 ünsiyyətçilik. Hər kəslə yaxşı yola getmək, adaptivlik, çətin situasiyalardan baş çıxara bilmək, konfliktə meyilli olmamaq, təmkinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişaf xüsusiyyətlərinin normaya uyğun olmasını nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, o, öz hərəkətlərinin mahiyyətini dərk etmək və bu barədə düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinin onun davranışları üzərində neqativ təsiri müəyyən edilmədi. (cild 01, i. v. 232-236) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi Publik Hüquqi şəxsin verdiyi 24 avqust 2021-ci il tarixli 1908 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı X1 aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair X1 qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, i. v. 237- 239) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi Publik Hüquqi şəxsin verdiyi 01 sentyabr 2021-ci il tarixli 2000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı X1 aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə də, hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı bir X1 aşkarlanmır. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməli törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. (cild 01, i. v. 240-242) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 17 avqust 2021-ci il tarixli 2913 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, i. v. 243-244) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 01 sentyabr 2021-ci il tarixli 3189 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, i. v. 245-246) İş materiallarında olan 16 iyun 2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan və fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 dindirmə zamanı ifadəsində göstərilənləri eynilə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmişdir. (cild 01, i. v. 32-35) İş materiallarında olan 19 iyun 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 dindirmə zamanı ifadəsində göstərilənləri eynilə təqsirləndiridən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirmədə dindirmə zamanı ifadəsini bir daha təsdiq etmişdir. (cild 01, i. v. 108-111) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verən zaman özünü təqsirli bilməyərək, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus telefonu ələ keçirməsindən məlumatının olmaması, həmin vaxt cinayət əməlinin törədilməsində ümumiyyətlə iştirak etməməsi, yalnız sonradan Təqsirləndirilən şəxs2 atası zəng edərək Ağcabədidə polislərin onu axtarması barədə məlumat verməsini eşitdikdən sonra Vasifin telefonu ələ keçirməsini başa düşməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, onun özünün və digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, üzləşdirmə protokolları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolları və ona əlavə edilmiş fotoşəkillər, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, kompleks məhkəmə-psixatrik və psixoloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Həmçinin, Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verən zaman özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxsə məxsus mobil telefonu ələ keçirərəkən üzərində hər hansı silah olmaması, quldurluq deyil, soyğunçuluq cinayətini törətməsi, Təqsirləndirilən şəxs1 onunla birgə cinayətin törədilməsində iştirak etməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, onun özünün və digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, üzləşdirmə protokolları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolları və ona əlavə edilmiş fotoşəkillər, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, kompleks məhkəmə-psixatrik və psixoloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində Vasiflə Əhmədli metrosunun yanında görüşmüşdür. Orada oturub ikisi də çay içmişlər. Saat təxminən 14 radələrində Vasifə demişdir ki, Xəzər dairəsində avtomobil var, gedib avtomobilə baxsınlar, taksi kimi işlətmək istəyir. Oradan taksi maşını ilə Ukrayna dairəsinə, sonra isə orada olan avtobus dayanacağına gəlib orada ikisi də oturmuşlar ki, avtobus gəlsin Xəzər dairəsinə getsinlər. Həmin vaxtı bir nəfər cavan uşaq onlara yaxınlaşıb ondan marketi soruşmuşdur. Ona demişdir ki, binanın qarşısında market var. Uşaq marketə getmək istəyən zaman Vasif ona 1 manat pul verib demişdir ki, onlara iki ədəd su alsın. Uşaq Vasifdən 1 manat pulu götüurüb onlara su almağa getmiş, uşaq gedən zaman Vasif demişdir ki, uşağın cibində mobil telefon görüb, həmin telefonu uşağın əlindən tutub alacaq. O, Vasifə demişdir ki, əgər uşağın telefonunu zorla əlindən alsa ona 8 ildən 12 ilə qədər iş düşür. Vasif üstünə qışqıraraq demişdir ki, onun işinə qarışmasın. Bu zaman uşaq əlində iki ədəd su ilə onların yanına avtobus dayanacağına gəlmişdir. Vasif uşağa demişdir ki, pulun varmı. Uşaq demişdir ki, pulu var. Vasif uşağa demişdir ki, pulu göstərsin. Həmin vaxtı Vasif uşağa 20 manat pul vermiş, uşaq 20 manat pulu Vasifdən götürmüşdür. Vasif uşağa demişdir ki, telefonu versin baxır. Uşaqda telefonu çıxardıb Vasifə vermiş, Vasif uşağa demişdir ki, atasını tanıyır, yaxşı adamdır. Sonra o, avtobus dayanacağından bir qədər kənara çəkilmiş və görmüşdür ki, Vasif əlini uşağın boynuna qoyub birlikdə uşaqla gedirlər. O, bir az kənara çəkiləndən sonra görmüşdür ki, Vasiflə uşaq yoxdur. Sonra onları axtarmış və avtomobil dayanacağında tapmış, baxıb görmüşdür ki, Vasiflə uşaq avtomobil dayanacağının yanında yerdə oturublar, uşaq ağlayaraq Vasifdən telefonunu istəmişdir. Ancaq Vasif onun mobil telefonunu verməmişdir. O, uşağa demişdir ki, telefonu Vasifə versin, ondan əl çəksin. Sonra isə çıxıb oradan uzaqlaşmış və yolla gələrək taksi avtomobili saxlayıb taksiyə minərək getmək istəyən zaman Vasifdə qaçaraq onun oturduğu taksinin yanına gəlmiş və arxa oturacaqda oturmuşdur. Taksiyə demişlər ki, Dalğa otelinə sürsün. Taksi onları həmin otelə aparıb düşürtmüş, ikisi də gecəni oteldə qalmışlar. Otelə Vasif 20 manat pul vermiş, o, Vasifin əlində uşağın telefonunu görmüş və ona demişdir ki, nə üçün uşağın əlindən telefonunu aldı, tutacaqlar. Vasif demişdir ki, Sankt Peterburqa gedir, onu heç kim tapa bilməz. Görmüşüdr ki, Vasifin əlindəki telefon Samsung markalıdır. Səhər açılan kimi yəni 17 iyun 2021-ci il tarixdə səhər saatlarında ikisi də taksi maşınına minib 20 yanvar metrosunun yanına getmişlər. Vasif ona demişdir ki, su mağazasının yanında gözləsin gəlir. Vasifi orada gözləmiş, təxminən 10 dəqiqədən sonra Vasif yanına gələrək demişdir ki, telefonu 80 manata satdı. Vasif telefonun pulundan ona heç nə verməmişdir. Daha sonra isə yenidən Dalğa otelinə gəlmiş, otelə gələn vaxtı saat təxminən 10 radələri olmuşdur. O, görmüşdür ki, Vasifin atası ona zəng edir. Telefonda eşitmişdir ki, atası Vasifə deyir ki, Ağcabədidə onu polislər axtarır bura gəlməsin. Sonra Vasif demişdir ki, gedib telefonu satdıqları yerdən götürsünlər. Daha sonra ikisi də taksiyə minib 20 yanvar metrosunun yanına getmişlər. O, taksidə oturub Vasifi gözləmiş, Vasif gedib telefonu mağazadan götürüb onun yanına gəlmiş, birlikdə taksi maşını ilə Nizami rayonu ərazisində yerləşən Ruslan marketin yanına gəlmişlər. Vasif demişdir ki, polislər onu gözləyir, gedir telefonu polislərə qaytarıb işi bağlatdırsın. O, orada taksidən düşüb piyada gedən zaman ona polis əməkdaşları yaxınlaşıb onu tutub Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Vasif isə gəldikləri taksi maşını ilə çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 dindirmə zamanı ifadəsində göstərilənləri eynilə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmişdir. (cild 01, i. v. 57-66) Eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində İlhamla Əhmədli metrosunun yanında görüşmüş, orada oturub ikisi də çay içmişlər. Saat təxminən 14 radələrində İlham demişdir ki, Xəzər dairəsində avtomobil var, gedib avtomobilə baxsınlar, taksi kimi işlətmək istəyir. Oradan taksi maşını ilə Ukrayna dairəsinə, oradan da avtobus dayanacağına gəlib orada ikisi də oturmuşlar ki, avtobus gəlsin Xəzər dairəsinə getsinlər. Həmin vaxtı bir nəfər cavan uşaq onlara yaxınlaşıb İlhamdan marketi soruşmuş, İlham uşağa demişdir ki, binanın qarşısında market var. Uşaq marketə getmək istəyən zaman o, 2 manat pul verib demişdir ki, onlara iki ədəd su alsın. Uşaq ondan 2 manat pulu götürüb onlara su almağa getmişdir. Uşaq gedən zaman İlham demişdir ki, uşağın cibində mobil telefon görüb, həmin telefonu uşağın əlindən tutub alacaq. Uşaq onların yanına gələn zaman uşağa demişdir ki, telefonu ona versin. Uşaqda əynində olan şalvarının cibindən qara rəngli mobil telefonunu çıxardıb ona vermiş, o, da telefonu İlhama vermişdir. Bunu görən kimi həmin cavan uşaq onlardan mobil telefonunu istəmiş, İlham və o, demişlər ki, telefonu verən deyillər. Sonra o, həmin uşaqla birlikdə yaşayış binasının qabaq hissəsinə gəlmiş və orada olan avtomobil dayanacağında o, uşaqla bir yerdə söhbət etmişlər. Orada uşaq ondan mobil telefonunu istəmiş, o, demişdir ki, telefon onda deyil. Bunun üstündə orada həmin uşaqla onun mübahisəsi olmuş, uşaq ondan telefonunu təkidlə istəmiş, daha sonra görmüşdür ki, İlham taksi maşınına minib getmək istəyir, o, da İlhamın saxladığı taksi maşınına minib taksiyə demişlər ki, Dalğa otelinə sürsün. Taksi onları həmin otelə aparıb düşürtmüş, ikisi də gecəni oteldə qalmışlar. Otelə 20 manat pul vermiş, səhər açılan kimi yəni 17 iyun 2021-ci il tarixdə səhər saatlarında ikisidə taksi maşınına minib 20 yanvar metrosunun yanına getmişlər. İlhama demişdir ki, telefonu ona versin, onu su mağazasının yanında gözləsin gəlir.İlham onu orada gözləmiş o, İlhamdan telefonu götürüb 20 yanvar dairəsində yerləşən mobil telefon mağazasına gedib telefonu 80 manata satmışdır. Təxminən 10 dəqiqədən sonra o, İlhamın yanına gələrək ona demişdir ki, telefonu 80 manata satıb. Telefonun pulunu ikisi də birlikdə xərcləmişlər. Daha sonra isə yenidən Dalğa otelinə gəlmişlər. Otelə gələn vaxtı saat təxminən 10 radələrində oteldə olan zaman atası ona zəng edib demişdir ki, Ağcabədidə onu polislər axtarır. Sonra İlhama demişdir ki, gedib telefonu satdıqları yerdən götürsünlər. Daha sonra ikisi də taksiyə minib 20 yanvar metrosunun yanına getmişlər. İlham taksidə oturub onu gözləmiş, o, gedib telefonu mağazadan götürüb İlhamın yanına gəlmiş, birlikdə taksi maşını ilə Nizami rayonu ərazisində yerləşən Ruslan marketin yanına gəlmişlər. İlhama demişdir ki, polislər onları gözləyir. Sonra o, orada taksidə gözləmiş, İlham maşından düşüb piyada gedən zaman ona polis əməkdaşları yaxınlaşıb onu tutub Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. O, isə gəldikləri taksi maşını ilə çıxıb getmişdir. 18 iyun 2021-ci il tarixdə özü könüllü olaraq Xətai RPİ-nin 36-cı PB-nə gəlmiş, daha sonra isə oradan onu Xətai RPİ-nin İŞ-nə gətirmişlər. O, həmin uşaqdan aldıqları mobil telefonu istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 dindirmə zamanı ifadəsində göstərilənləri eynilə ifadəsinin yerində yoxlanılması zamanı təsdiq etmişdir. (cild 01, i. v. 95-101) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarda göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 28.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.05.2007-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cəlilabad rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli hökmü ilə AR CM-in 132-ci maddəsi ilə AR CM-in 68.2-ci maddəsi tətbiq edilməklə 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin qərarına əsasən 23.02.2009-cu il tarixdə şərti olaraq vaxtından əvvəl həmin cəzadan azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.07.2011-ci il tarixli hökmünə əsasən AR CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,13.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 01, iş vərəqə 186-187) AR CM-in 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və AR CM-in 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi halı vardır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 28.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X2 rayon Məhkəməsinin 05.03.2002-ci il tarixli hökmünə əsasən AR CMin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 160 saat ictimai iş cəzasına məhkum edilmiş, Ağır cinayətlərə dair işlər üzrə AR Məhkəməsinin 05.12.2003-cü il tarixli hökmünə əsasən AR CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.05.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Zərdab rayon Məhkəməsinin 13.06.2013-cü il tarixli hökmü ilə AR CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 26.09.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilməklə AR CM-in 62-ci maddəsi tətbiq edilməklə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03.10.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11.06.2014-cü il tarixli hökmü ilə AR CM-in 178.3.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.02.2018-ci il tarixli qərarı ilə AR 20.10.2017-ci il tarixli Qanununa əsasən əməli (AR CM 178.3.3) cinayət tərkibi yaratmadığından cəzadan azad edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli hökmünə əsasən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 01, iş vərəqə 188-189) AR CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir və AR CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi (sadə) halı vardır. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 “01 ədəd “Samsung” markalı, “SM-A205F/DS” (Galaxsy A20) modelli mobil telefon aparatını istintaqa təqdim etmiş və həmin mobil telefon aparatı protokolla götürülərək zərərçəkmiş şəxs Qanuni nümayəndə qaytarılmışdır. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət tələbinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri AR CM-in 181.2.1 və 181.2.5ci maddələrinin sanksiyalarında ağırlaşdırıcı hallar kimi nəzərdə tutulduğundan, Məhkəmə AR CM-in 61.1.3-cü maddəsində ağırlaşdırıcı hal kimi nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətləri, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmasına və təqsirləndirilən şəxslərin ailələrinin həyat şəraitinə təsirini, həmçinin həyat və tərbiyə şəraitlərini, psixi inkişaf səviyyələrini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi (sadə) olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 17 avqust 2021-ci il tarixli 2913 №-li rəyə əsasən, Təqsirləndirilən şəxs1 barəsində AR CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 01 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində AR CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 75 manat pul Təqsirləndirilən şəxs1 37 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 oğlundan 37 manat 50 qəpik məbləğində tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, 01 ədəd “Samsung” markalı, “SM-A205F/DS” (Galaxsy A20) modelli mobil telefon aparatının zərərçəkmiş şəxs Qanuni nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində həbs etmənin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 50; 148-151) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində həbs etmənin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 87; 152-155) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 75 manat pul Təqsirləndirilən şəxs1 37 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 oğlundan 37 manat 50 qəpik məbləğində tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “Samsung” markalı, “SM-A205F/DS” (Galaxsy A20) modelli mobil telefon aparatının zərərçəkmiş şəxs Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1743/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1743/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver