Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1743/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-cidə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan və özünü iranlı kimi təqdim edən şəxsdən istintaqa məlum olmayan yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 12,2 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 12 may 2023-cü il tarixdə, saat 18:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 2 ünvanında saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu M.Nağıyev 4 A ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək orada həmin tarixdə üzərinə aparılan axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxladığı 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 12,2 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, restoranında kababçı işləyib, saxlanılan gün, işlədiyi restorandan saat 17:40 radələrində müdirindən siqaret almağa getmək üçün icazə alıb iş geyimində restorandan çıxmış və əvvəllər də tanıdığı bir polis əməkdaşının avtomobilinin yanında durduğunu və maşınına baxdığını görmüşdür. Restoranla təxminən 200 metr məsafədə olan mağazaya gedib, siqaret alıb gəlmişdir. Restoranın həyətinə qayıtdıqda görmüşdür ki, polis əməkdaşı Ramin Nəsibov xidməti geyimdə restoranın daxilində, digər əməkdaş Şahid1 isə mülki geyimdə restoranın qapısının ağzında dayanıb. Onlar ona yaxınlaşaraq adının Vidadi olub-olmadığını soruşmuşlar, o, da təsdiqləmişdir. Sonra isə onu bölməyə dəvət etmişlər. Bunun səbəbini soruşduqda isə kabab bişirmək məqsədilə dəvət edildiyini demişlər. O, da təəcüblənərək vaxtının olmadığını bildirmişdir. İkinci dəfə bunun səbəbini soruşduqda isə rəisin onu görmək istədiyini demişlər. Yenidən bunun səbəbini soruşduqda isə 1 saatlıq izahat yazmaq üçün dəvət edildiyini demişlər. Bu zaman da müdiri onlara yaxınlaşmış, vaxtın olmadığını və sifarişləri çatdıra bilmək məqsədilə onun gedə bilməyəcəyini bildirmişdir. Lakin polislər onu təkidlə bölməyə aparmaq fikrində olmuşlar. Öz aralarında danışdıqdan sonra onu iş paltarı ilə aparmağın əlverişli olmadığına qərar verib və ondan paltarlarını dəyişməyi tələb etmişlər. Onlar onunla birgə restorana daxil olmuş, o, paltarını dəyişdikdən sonra restoranın qarşısındakı ağ avtomobillərinə mindirmişlər. Bölməyə çatdıqda əllərini qandallamışlar. Bölməyə daxil olduqda üst başında olan əşyaları çıxarmışlar. Üstündə 15 manat nağd pul, 1 qutu siqaret, 1 ədəd alışqan, ətir və şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi olmuşdur. Sonra onu bölmə rəisinin yanına aparmışlar. İçəri daxil olduqda bölmə rəisi ona qəzəbli şəkildə kimə xidmət etdiyini soruşmuş. O, isə vətəninə, xalqına xidmət edir cavabını verdikdə rəis qəzəblənərək onu içəri aparıb üzərinə 20 qram çəkidə narkotik vasitə qoyulmasını tapşırmişdır. Sonra onu içəri aparmışlar. Müşfiq ona dedimişdir ki, ya sənin cibinə silah qoyacayıq, ya cəsusluqla ittiham olunacaqsan, ya ailənə təzyiq olunacaq, uşağın məktəbdən çıxarılacaq, yoldaşın işdən çıxarılacaq, ya da ki, narkotiklə ittiham olunacaqsan. Bundan sonra gətirib qarşısına narkotik vasitə qoymuşlar və özləri narkotik vasitəni onun ciblərinə yerləşdirdikdən sonra videoçəkilişlə üstünə axtarış keçirərək onu dindirmişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, bölmədə polislər ona əsasən sözlə, yəni psixoloji şəkildə təzyiq ediblər. Videoçəkiliş zamanı dediyi sözlərdən heç biri öz sözü olmayıb. Polislər ona nə deyibsə onu da deyib. Narkotik vasitələrdən istifadə etməyib. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə “instagram” sosial şəbəkəsində narkotik vasitə “kakos” satışı səhifəsi görmüşdür. O, həmin səhifəyə yazaraq “kakos” almaq istədiyini bildirmişdir. Səhifədə olan tanımadığı şəxs ona yazaraq ən az 10 qram satdığını bildirmişdir. O, 10 qram “kakos” sifariş etmiş və sonuncunun ona dediyi hesab nömrəsinə ödəmə terminalı vasitəsilə pul göndərmişdir. Bir neçə saat sonra özünü iranlı kimi təqdim edən həmin tanımadığı şəxs ona yazaraq “kakos”u “Gilavar” restoranının yaxınlığındakı parkda ağacın altına qoyduğunu demiş və ona yerini başa salmışdır. O, həmin yerə gedib sellofan paketdə qoyulmuş “kakos” narkotik maddəsini götürmüşdür. Həmin maddəni üzərində saxlamışdır ki, yavaş-yavaş istifadə etsin. Aldığı vaxtdan istifadə etmək imkanı olmamışdır. xx.xx.2023-cü ildə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 2 ünvanı ilə hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxmlaşmlışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb 18-ci PŞ-nə aparmışlar. Polis şöbəsində o, üzərində narkotik vasitə olan “kakos” adlı maddənin olduğunu bildirmiş və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan paketində maddəni təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə olan “kakos”dur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, qablaşmamn üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. Təxminən 1 həftədir ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni aldığı özünü iranlı kimi təqdim edən şəxslə “instaqram” sosial şəbəkəsi vasitəsilə danışmış, üzdən görməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Etdiyi əmələ görə peşmandır. İbtidai araşdırma dövründə əlavə dindirmə zamanı təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməyərək bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 50, ev 4, 7 saylı mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Dolanışıq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Mingis» adlanan yeməkxanada kababçı işləmiş, hər gün tezdən saat 11 radələrindən axşam saat 24 radələrinədək işdə olmuşdur. 12 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində işdə olarkən istifadə etmək üçün ərzaq məhsulları lazım olduğundan yeməkxanadan çıxıb yaxınlıqdakı mağazaya getmişdir. Bir az keçmiş yeməkxanaya qayıtdıqda görmüşdür ki, yeməkxananın içərisində 1 nəfər polis geyimində və 1 nəfər mülki geyimdə iki nəfər tanımadığı şəxslər onun harada olduğu ilə maraqlanmışlar. O, həmin şəxslərə yaxınlaşıb Vidadi olduğunu bildirmişdir. Həmin şəxslər polis əməkdaşı olduqlarını ona bildirmiş, sonra ona təklif etmişlər ki, rəislərinə kabab bişirmək üçün birlikdə işlədikləri polis şöbəsinə getsin. O, polis əməkdaşlarına bildirmişdir ki, xeyli yemək sifarişi var və buna görə, getmək üçün vaxtı yoxdur. Sonra polislər ona demişlər ki, hansısa işlə bağlı polis şöbəsinə gedib izahat verməlidir. O, polis əməkdaşlarının təklifi ilə razı olmuş və polislərlə işlədikləri Nərimanov rayon 18-ci Polis Şöbəsinə getmişdir. Qeyd olunan şöbəyə gəldikdən sonra onun qoluna qandal vurub, sonra üzərinə baxış keçirib əynində olan paltarlarının cibindəki 15 manat pulu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və idarə etdiyi maşının sənədlərini çıxarıb masanın üzərinə qoymuşlar. Bundan sonra onu xidməti otaqlardan birinə aparmışlar və otaqda özünü rəis kimi təqdim edən adını bilmədiyi şəxs ona demişdir ki, «sən kimə xidmət edirsən». Həmin şəxsin sualına cavab olaraq o, demişdir ki, kiməsə xidmət etmir. Rəis kimi bildiyi şəxs ona demişdir ki, sən cəsusluq edirsən və sonra otaqda olan onu gətirən əməkdaşlara demişdir ki, aparm buna 20 qram narkotik vasitə yükləyin ağlı başına gəlsin. Bundan sonra polislər onu həmin şəxsin otağından çıxarıb müvəqqəti saxlama otağına aparıb təxminən 2 saat müddətində onu orada saxlamışlar. Sonra onu həmin otaqdan çıxarıb şöbənin xidməti otaqdardan birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları onunla söhbət edərək demişlər ki, onların təqdim edəcəcəyi narkotik vasitənin ona məxsus olmasını boynuna almasan onu vətən xaini kimi sənədləşdirəcək, arvadını iş yerindən çıxardacaqlar və oğlunu təhsil aldığı institutdan qovduracaqlar. O, polis əməkdaşlarının sözlərindən qorxub sonucuların təklifi ilə razı olmuş və təqdim edəcəkləri narkotik vasitəni boynuna götürərək ona məxsus olmasını etiraf edəcəyini bildirmişdir. Razılaşdıqdan sonra həmin polis əməkdaşları içərisində narkotik vasitə olan sellofan bükümünü ona verib demişlər ki, həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın cibinə qoysun. O, polis əməkdaşlarının verdikdəri bükümü cibinə qoymuş və sonra ona demişlər ki, “bir azdan vəkil gələcək. Dəvət olunan vəkilin yanında video çəkiliş aparılan zaman həmin narkotik vasitəni çıxarıb təqdim edərək deyərsən ki, bükümün içərisində olan narkotik vasitə «kakos» sənə məxsusdur. Həmin narkotik vasitəni intstaqram səhifəsində özünü iranlı kimi təqdim edən şəxsə sifariş verərək almısan və narkotikin pulunu satan şəxsin dediyi hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə göndərmisən. Bundan sonra narkotik vasitəni satan şəxsin dediyi yerdən yəni «Gilavar» restoranının yaxınlığındakı parkda ağacın altından götürdüyünü və istifadə etmək üçün üstündə saxlayarkən polis əməkdaşlarının onu ünvan 5 ünvanda saxlayaraq həmin şöbəyə gətirdiklərini deməyini bildirmişlər. O, razılıq verib ona dediklərini yadında saxlamışdır ki, çəkiliş aparılan zaman olduğu kimi desin. Bundan sonra polis əməkdaşları olduğu otağa vəkil dəvət edib ona təqdim etmişlər. O, gələn vəkilə demişdir ki, hüqüqlarmın vəkil tərəfindən müdafiə olunmasına heç bir narazılığı yoxdur, lakin təqdim olunan vəkilə polislərin ona etdikləri təhdidlər barədə nəsə deməmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyimi bildirmişlər. Polis əməkdaşlarının əvvəlcədən ona bildirdikləri kimi o, polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları narkotik vasitəni haradan əldə etməyi barədə sual verən zaman o, narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının bildirdiyi hesaba terminal vasitəsi ilə pul göndərdikdən sonra sonuncu tərəfindən qoyulduğu “Gilavar” restoranının yaxınlığındakı parkdan, ağacın altından götürdüyünü və istifadə etmək üçün üstümdə saxlayarkən polis əməkdaşlarının onu ünvan 5 ünvanda saxlayaraq həmin şöbəyə gətirdiklərini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşlarının ona dediklərini istintaq zamanı və məhkəmədə təkrar deyərək narkotik vasitənin ona məxsus olmasını təsdiq etmiş və bununla bağlı tərtib olunmuş bütün sənədlərə imza etmişdir. O, narkotik istifadəçisi deyil, onun adma instaqram sosial şəbəkəsində səhifə yoxdur, narkotik vasitələrin alışı və ya satışı ilə bağlı iranlı və ya başqa kiminləsə əlaqə saxlamamış, narkotikin alışı ilə bağlı kiminsə hesabına terminal vasitəsi ilə pul ödəməmiş və aşkar olunan narkotik vasitə ona məxsus deyildir. Hazırki ifadəmdə qeyd etdiyi kimi polis əməkdaşları verdikləri narkotik vasitənin ona məxsus olmasını boynuna almadığı halda onu vətən xaini kimi sənədləşdirəcəklərini, arvadını iş yerindən çıxardacaqlarım və oğlunu təhsil aldığı institutdan qovduracaqlarmdan qorxduğu üçün o, polislərin ona verdiyi narkotik vasitəni cibinə qoyub sonra vəkilin iştirakı ilə video çəkiliş aparılan zaman çıxarıb təqdim edərək həmin narkotik vasitənin özünə məxsus olmasını, qeyd olunan qaydada əldə etdiyini və polislər tərəfindən tutulmağı barədə yalan danışıb bununla bağlı tərtib olunmuş bütün sənədlərə imza etmişdir. Onu yeməkxanadan şöbəyə apardıqdan sonra, təhdid edərək narkotik vasitəni boynuna qoyan Ramin və Müşviq adlı polis əməkdaşları sonradan üzərinə video çəkilişlə aparılan axtarışda iştirak etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ramin Nəsibovla birlikdə xidmətdə olan zaman Ə.Ağaoğlu küçəsində özünü şübhəli aparan bir şəxs görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman Ramin xidməti formada, özü isə mülki formada olmuşdur. Təqsirləndirilən şəxsi 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbəyə çatdıqda onu Zöhrab Salmanovun otağına aparmışlar, bu zaman vəkili dəvət edərək təhqiqatçı təqsirləndirilən şəxsdən üzərində narkotik vasitə qeyri-qanuni maddə olub-olmadığını soruşmuş, təqsirləndirilən şəxsin üzərində axtarış keçirilərkən narkotik vasitə aşkar edilmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, narkotik vasitə ümumilikdə 1 büküm olub. Təqsirləndirilən şəxsin saxlanılmasında Ramin Nəsibov və ondan başqa heç kim iştirak etməyib. Təqsirləndirilən şəxsin guya polislərin onu casusluqda ittiham etmək, üzərinə silah qoymaqla və ya ailəsinə hər hansı təzyiq göstərməklə hədələməyi ilə bağlı bildirdikləri əsassızdır. Belə ki, onlar təqsirləndirilən şəxsi uzaqdan gördükdə o, polisdən ehtiyyat edirmiş kimi davranaraq olardan yayınmaq istəmişdir. Onlar təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə, o heç bir şey deməyərək tərəddülə düşmüşdür. Həmin an təqsirləndirilən şəxsin başqa ad demə ehtimalına qarşı onu polis şöbəsinə apararaq onun şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində işləyir və polis mayorudur. 12 may 2022-ci il tarixdə polis kapitanı X7 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 18:30 radələrində ünvan 6 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasım və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Zöhrab Salmanova həvalə edilmişdir. Zöhrab Salmanov da Vudadi Mirsalayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Vidadiyə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Vidadi də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin verdiyi hesaba pul göndərdikdən sonra qoyulduğu yerdə şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra Vidadinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Vidadinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Vidadi tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X7 digər şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həmin gün Vidadi siqaret almağa getmişdir. Bir müddət sonra isə Vidadi polis əməkdaşları ilə birgə restorana qayıdaraq restoranda əynini dəyişdikdən sonra polislərlə birgə getmişdir. Həmçinin bildirmişdir ki, istintaq zamanı müstəntiq onu dindirib, ifadəsini yazanda ona hər hansı təzyiq olmayıb. Yekun da isə özü ifadəsini oxuyub və oxuduqdan sonra imza edib. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra isə əlavə olaraq bildirmişdir ki, ona demişdilər ki, ifadəsi Vidadinin xeyrinədir ona görə də həmin ilk ifadəsini imzalayıb. Hesab etmişdir ki, həmin ifadəsi Vidadinin xeyrinədir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra isə əlavə olaraq bildirmişdir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hər hansı bir yalnışlıq yoxdur. Lakin elan olunmuş ifadəsi ilə tam razı deyil. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində fərdi tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev 16 ünvanında yerləşən «Mingis» adlı restoranda kassir kimi işləyir. Təqsirləndirilən şəxs işlədiyi restorandan tanıyır. Vidadi həmin restoranda kababçı işləmişdir. Şahid4 da Vidadinin yanında kababçı köməkçisi işləmişdir. 12 may 2023-cü il tarixdə saat 18 radələrində Vidadi ərzaq məhsulları almaq üçün restorandan çıxıb getsə də, geri qayıtmamışdır. Sonradan Vidadi barədə maraqlanan zaman sonuncunun polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını öyrənmişlər. Təqsirləndirilən şəxs ərzaq məhsulları almaq məqsədi ilə saat 18 radələrində restorandan çıxıb getsə də, geri qayıtmamışdır. O, işdə olan zaman restorana polis əməkdaşlarının gələrək Təqsirləndirilən şəxs soruşmalarının və sonuncunu saxlayaraq polis şöbəsinə aparmasının şahidi olmamışdır. Belə bir hal baş verməmişdir, baş versəydi onun və restoranın işçilərinin məlumatı olardı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, həmin gün Vidadi siqaret almağa getmiş, sonra polis əməkdaşları işlədikləri restorana gələrək Vidadinin harda olmasını soruşmuşdur. O, da demişdir ki, Vidadi siqaret almağa gedib. Sonra polislər çölə çıxıb qapının yanında dayanmışlar. Bir müddət sonra isə Vidadi polislərlə birgə restorana qayıtmış və restoranda əynini dəyişdikdən sonra polislərlə birgə getmişdir. Həmçinin bildirmişdir ki, istintaq zamanı müstəntiq onu dindirib, ifadəsini yazanda ona hər hansı təzyiq olmayıb. Yekun da isə ifadəsini oxuyub və oxuduqdan sonra imza edib, lakin latin əlifbasını yaxşı bilmir. Bundan başqa o, bildirmişdir ki, vatsapdan və digər sosial şəbəkədən istifadə edir, həmin sosial şəbəkələrdə göndərdiyi mesajları latın hərfləri (qrafikası) ilə yazır və ona gələn mesajları da oxuya bilir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra isə əlavə olaraq bildirmişdir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hər hansı bir yalnışlıq yoxdur. Lakin elan olunmuş ifadəsi ilə tam razı deyil. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev 16 ünvanında yerləşən «Mingis» adlanan restoranda kababçı köməkçisi kimi işləyir. Təqsirləndirilən şəxs işlədiyi restorandan tanıyır. Vidadi həmin restoranda kababçı işləmişdir. O Vidadinin yanında kababçı köməkçisi işləmişdir. O, hər gün saat 11 radələrindən axşam saat 24 radələrinədək işdə olmuşlar. 12 may 2023-cü il tarixdə saat 11 radələrində Vidadi ilə birlikdə işə başlamışlar. Həmin gün işdə olan zaman saat təxminən 18 radələrində Vidadi ərzaq məhsulları almaq üçün restorandan çıxıb getsə də, geri qayıtmamışdır. Sonradan Vidadi barədə maraqlanan zaman sonuncunun polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını öyrənmişlər. Təqsirləndirilən şəxs ərzaq məhsulları almaq məqsədi ilə saat 18 radələrində restorandan çıxıb getsə də, geri qayıtmamışdır. O, işdə olan zaman restorana polis əməkdaşlarının gələrək Təqsirləndirilən şəxs soruşmalarını, sonuncunu saxlayaraq polis şöbəsinə aparmasının şahidi olmamışdır. Belə bir hal baş verməmişdir, baş versəydi onun və restoranın işçilərinin məlumatı olardı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq (tutularaq) idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli Şəxsi axtarış aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, həmin tarixdə, saat 18:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 2 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək orada üzərinə aparılan axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd paketdə işərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü oplaraq təqdim etmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən... ”sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 12,2 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 12,2 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 12,0 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi saxlanmasından ötrü Nərimanov RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkarlanmaması olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, heç vaxt narkotik vasitə (psixotrop maddə) istifadə etmədiyini, həmçinin polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bunundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsini və daşımasını (saxlamasını) ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan əlavə, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində həmin gün Vidadinin siqaret almağa getdiyini, bir müddət sonra isə onun polis əməkdaşları ilə birgə restorana qayıdaraq restoranda əynini dəyişdikdən sonra polislərlə birgə getdiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı şahidin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən fərqli ifadə versə də, məhkəmə iclasında verilən suala cavab olaraq bildirmişdir ki, istintaq zamanı müstəntiq onu dindirib, ifadəsini yazanda ona hər hansı təzyiq olunmayıb. Yekun da isə o, özü ifadəsini oxuyub və oxuduqdan sonra ifadəsinə imza edib. Şahidin ibtidai araşdırma və məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında (yuxarıda qeyd olunan hissədə) ziddiyyətlər olduğundan ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid ifadəsinin ziddiyyətlə bağlı hissəsində bir daha bildirmişdir ki, həmin gün Vidadi siqaret almağa getmiş, bir müddət sonra isə polis əməkdaşları ilə birgə restorana qayıdaraq restoranda əynini dəyişdikdən sonra polislərlə birgə getmişdir. Həmçinin istintaq zamanı müstəntiqə verdiyi ifadəsini yazanda ona hər hansı təzyiq olunmadığını, yekun da isə özü ifadəsini oxuyub imza etdiyini bildirsə də həmin ifadəsini imzalamağının səbəbi kimi, ilk ifadəsində qeyd etdiyi halların Vidadinin xeyrinə olacağını düşünməsi ilə əlaqələndirmişdir. Yəni hesab etmişdir ki, istintaqda ifadəsini bu məzmunda verdiyi təqdirdə Vidadinin xeyrinə ifadə vermiş olur. Şahidin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən də göründüyü kimi, o, Vidadinin xeyrinə, yəni onun müdafiəsi üçün öz ifadəsini fərqli məzmunda verə biləcəyinin mümkünlüyünü təsdiq etmişdir. Məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Qeyd olunanlara əsasən də, məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadənin mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Bundan başqa, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində həmin gün Vidadinin siqaret almağa getdiyini, sonra polis əməkdaşlarının işlədikləri restorana gələrək Vidadinin harda olmasını soruşduqlarını, bir müddət sonra isə Vidadinin polislərlə birgə restorana qayıdaraq əynini dəyişdikdən sonra polislərlə birgə getdiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı şahidin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən fərqli ifadə versə də, məhkəmə iclasında verilən suala cavab olaraq isə bildirmişdir ki, istintaq zamanı müstəntiq onu dindirib, ifadəsini yazanda ona hər hansı təzyiq olmayıb. Yekun da isə özü ifadəsini oxuyub və oxuduqdan sonra imza edib. Şahidin ibtidai araşdırma və məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında (yuxarıda qeyd olunan hissədə) ziddiyyətlər olduğundan ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid ifadəsinin ziddiyyətlə bağlı hissəsində bir daha bildirmişdir ki, həmin gün Vidadi siqaret almağa getmiş, sonra polis əməkdaşları işlədikləri restorana gələrək Vidadinin harda olmasını soruşmuşdur. O, da demişdir ki, Vidadi siqaret almağa gedib. Sonra polislər çölə çıxıb qapının yanında dayanmışlar. Bir müddət sonra isə Vidadi polislərlə birgə restorana qayıtmış və restoranda əynini dəyişdikdən sonra polislərlə birgə getmişdir. Həmçinin istintaq zamanı müstəntiqə verdiyi ifadəsini yazanda ona hər hansı təzyiq olunmadığını, yekun da isə özü ifadəsini oxuyub və oxuduqdan sonra imza etdiyini bildirsədə həmin ifadəsini imzalamağının səbəbi kimi, lakin latin əlifbasını yaxşı bilməməsi ilə əsaslandırsa da, məhkəmədə verilən suallara cavab olaraq vatsapdan və digər sosial şəbəkədən istifadə etdiyini və həmin sosial şəbəkələrdə göndərdiyi mesajları latın hərfləri (qrafikası) ilə yazdığını və ona gələn mesajları da oxuya bildiyini qeyd etmişdir. Şahidin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən də göründüyü kimi, o, ilk ifadəsini məzmunundan xəbərsiz olmasını latin əlifbasını yaxşı bilməməsi ilə əsaslandırsa da, məhkəmədə verilən suallara cavab olaraq vatsapdan və digər sosial şəbəkədən istifadə etdiyini və həmin sosial şəbəkələrdə göndərdiyi mesajları latın hərfləri (əlifbası - qrafikası) ilə yazdığını və ona gələn mesajları da oxuya bildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Qeyd olunanlara əsasən, məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadənin mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 12 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 12 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1743/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1743/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver