Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1743/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X17 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1, müdafiəçi - Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, 22 avqust 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməyən, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 26, mənzil 23-də qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, 23 avqust 2023-cü il tarixdə, saat 13:00 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən 09 nömrəli tam orta məktəbin qarşısında sinif yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən aralarında olan mübahisə zamanı sonuncunun onu döyməsini cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik, məişət təyinatlı, “kəpənək” formalı cib bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncunun bədən nahiyəsindən qəsdən zərbələr vurmaqla, Zərərçəkmiş şəxs sağ dirsək oynağı nahiyəsinin 02 ədəd, döş qəfəsinin sağyan səthinin qarın boşluğuna nüfuz etməyən 01 ədəd, bel nahiyəsinin 01 ədəd, sol budun 01 ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində anadan olmuş, Nəsimi rayonu ərazisində böyümüş və hazırda da Nəsimi rayonu ərazisində yaşayır. O, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 09 nömrəli tam orta məktəbi bu il bitirmişdir. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Əvvəllər onların arasında yaxın dostluq münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və nəticədə cinayət hadisəsi baş vermişdir. Belə ki, cinayət hadisəsi 23 avqust 2023-cü il tarixdə onlar məktəbdən çıxan zaman baş vermişdir. Hadisəyə səbəb isə Zərərçəkmiş şəxs onun və sinif yoldaşlarının üzərində hegemonluq etmək istəməsi olmuşdur. Onlar 10-cu sinfə keçdikdə o, Həsən ilə gec-gec qarşılaşmışdır. 10-cu sinifdən sonra Həsən məktəbə gəldikdə, artıq əvvəlki vəziyyət olmamışdır. Həsən onlarla problemli kimi davranmışdır. O, Həsəni bıçaqlamamışdan əvvəl onunla Həsənin arasında mübahisə olmuşdur. Belə ki, onların arasında bir qədər əvvəl, yəni 2023-cü ilin iyun ayının sonlarında mübahisə baş vermişdir. Bu hadisədən sonra o, fikirləşmişdir ki, Həsən onu gördüyü zaman biraz mehriban davranar. Lakin Həsən bunun əksini etmişdir. Ona görə də o, Həsəni gördüyü gün həmin hadisə baş vermişdir. Hadisə məktəbin çıxışında baş vermişdir. Həmin vaxt ətrafda heç kəs olmamışdır. O, Həsəni bıçaqladıqdan sonra bir nəfər oğlan gəlmiş, həmçinin həmin vaxt Şahid1 də orada olmuşdur. Həsən Elvinə demişdir ki, “atamı yığ”. Elvin telefonu götürdükdə o, artıq oradan çıxıb getmişdir. O, Həsəni bıçaqla vurmuşdur. Hadisə vaxtı onun üzərində bənövşəyi rəngli, açılıb-qatlanan bıçaq olmuşdur. O, Həsənin üzərində bıçaq olduğunu bildiyi üçün üzərində həmin bıçağı daşımışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında artıq onunla Həsənin arasındakı dostluq münasibətləri pozulmuş, bıçaqlanma hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin vaxt Həsən birinci olaraq ona 1 (bir) dəfə əli ilə xəsarət yetirmiş, bundan sonra Həsən onun üzərinə bıçaq çıxarmış, onların ümumi dostu Şahid1 də buna şahid olmuş, xx.xx.2023-cü il tarixdə məktəb bağlı olsa da, onlar sinif rəhbəri tərəfindən məktəbə çağırılmışlar, Həsənin məktəbə gələcəyini bilmiş, həmçinin onun məktəbə gələcəyini də Həsən bilmiş, Həsənin ona əli ilə xəsarət yetirməsi, sonra Həsənin onun üzərinə bıçaq çıxarması məktəbin həyətində baş vermiş, Həsənlə sözlü mübahisə edən zaman Elvin adlı tanışları onlardan bir qədər irəlidə olmuş, Elvin onların arasında baş vermiş səs-küyə dönərək onların yanına gəlmiş, Həsən 2021-ci ildə də onun üzərinə bıçaq çıxarmış, lakin valideynlərindən çəkindiyi üçün bu barədə heç kəsə deməmiş, Həsənin qarın boşluğuna bıçaqla xəsarət yetirmək istəməmiş, əksinə Həsənin ayaq hissəsinə xəsarət yetirmək istəmiş, Həsəni bıçaqladıqdan sonra Elvin Həsənin yanına gələrək sonuncuya kömək etmiş, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs və qardaşı Hüseyn Quliyev onu birlikdə döyərək xəsarət yetirmişlər, bu barədə də heç kəsə məlumat verməmiş, bu hadisədən sonra onun başında xəsarət yaranmış, eləcə də bıçaqlanma hadisəsindən 1(bir) ay əvvəl Həsən və qardaşı Hüseyn tərəfindən döyüldüyü günün səhərisi, “Zoom” proqramı vasitəsi ilə müəllim ilə dərsə qoşulmuş, həmin vaxt Həsən ona dəfələrlə “kameranı aç, üzünü görək” deyə müraciət etmiş, onun üzündə Həsən və Hüseyn tərəfindən yetirilmiş zərbələr nəticəsində xəsarətlər olduğundan kameranı açmaq istəməmiş, bu səbəbdən də Həsənin təzyiqinə dözə bilməyərək dərsi tərk etmiş, xx.xx.2023-cü il tarixdə (hadisədən bir qədər əvvəl) onlar məktəbdə olduqları zaman Həsən onun haqqında Elvinə “bundan kişi olar?”, “dur pəncərəni bağla” kimi atmacalı sözlər demiş, hətta müəllim baxışlarıyla ona “fikir vermə” demişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 09 saylı orta məktəbdə təhsil almış və cinayət hadisəsi həmin məktəbdən çıxdıqda baş vermişdir. Belə ki, o, anası ilə mobil telefonla danışmışdır. Həmin ərəfədə onun dayısı yenicə rəhmətə getmiş və ona görə də yas mərasimi ilə bağlı anası ilə danışmışdır. O, anası ilə telefonla danışdığı zaman Təqsirləndirilən şəxs onu arxadan vurmuşdur. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla eyni sinifdə oxumuş, hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, bu hadisədən əvvəl də onunla Sadıxın arasında başqa mübahisə baş vermiş, həmin mübahisəni xatırlamasa da, deyə bilər ki, həmin mübahisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında baş vermiş, həmin hadisədə təxminən 11-12 nəfər şəxs iştirak etmiş, Sadıx həmin vaxt səs tonunu qaldırdığından Sadıxa iradını bildirərək səsinin tonunu aşağı salmasını tələb etmiş, Sadıx həmin vaxt onun qardaşını vurmuş, nəticədə qardaşının əynində olmuş köynək cırılmış, bundan sonra orada olan şəxslər Sadıxı təkləyərək vurmuşlar, Sadıxı həmin şəxslərdən ayırmaq istəmiş, bu məqsədlə orada olan şəxsləri itələmiş, həmin vaxt Sadıxa demişdir ki, “niyə söyürsən, nə səbəbə?”, Sadıx isə ona cavab olaraq demişdir ki, “layiq olduğun budur”, bundan sonra Sadıxa 1 (bir) yumruq zərbəsi vurmuş, onun zərbəsinin təsirindən Sadıx yerə oturmuş, sonra Sadıx çıxıb getmiş, bundan sonra onunla Sadıxın arasında əvvəllər mövcud olmuş dostluq münasibətləri pozulmuş, xx.xx.2023-cü il tarixdə Sadıx onu bıçaqla arxadan bel nahiyəsindən vurmuş, zərbədən sonra Sadıxa təpik atmış, Sadıx onun ayağından da vurmuş, buna baxmayaraq 1 (bir) dəfə yumruqla Sadıxa zərbə vura bilmiş, Sadıx onu bıçaqla vurduqda, ətrafda Elvin adlı sinif yoldaşı, həmçinin orada fəaliyyət göstərən kafedəki insanlar olmuş, kafedə oturan şəxslər və Elvin Sadıxın ona bıçaqla xəsarət yetirdiyini görmüşlər, Sadıx onu bıçaqladıqdan sonra birinci sinif yoldaşı, sonra isə 1 (bir) nəfər kişi ona yaxınlaşaraq kömək etmişlər, xəstəxanada olan zaman müstəntiq ona demişdir ki, “sən Sadıxın ləyaqətini alçatmısan”, xatırladığı qədəri ilə onlar dərs hazırlığında olan zaman dostu Elvin ilə danışaraq sonuncuya “babat küləkləyirsən e....” demiş, müstəntiq də bu məsələ ilə bağlı ona demişdir ki, “Sadıx elə zənn edib ki, sən həmin sözü ona işlətmisən və bu ona pis təsir edib. Sadıx fikirləşib ki, sən hələ də ona qarşı kinlisən”, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan ödənilmiş və ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai isitntaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2012-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 09 nömrəli tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 11A sinfində oxuyur. O, Təqsirləndirilən şəxs təxminən 11 ildir ki, tanıyır, onlar sinif yoldaşıdırlar. 2023-cü ilin yay aylarında, yəni təxminən 2-3 ay bundan əvvəl o, “Memar Əcəmi” ərazisində yerləşən “Mc Donald’s"ın yaxınlığında təsadüfən Təqsirləndirilən şəxs digər şəxslərlə mübahisə edərkən görmüş və Sadıxgilə yaxınlaşmışdır. Orada Sadıx səs tonunu yüksəltməsi səbəbindən o, Sadıxa irad bildirərək səsinin tonunu aşağı salmasını, əks təqdirdə polisin hamını aparacağını və problem yaşayacaqlarını bildirmişdir. Həmin vaxt Sadıx ona qarşı şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətmiş və bu səbəbdən də onların arasında münaqişə yaranmışdır. Həmçinin Sadıx ona nə vaxtsa xəsarət yetirəcəyini bildirərək ilk dəfə orada ona qarşı düşmənçilik etdiyini etiraf etmişdir. xx.xx.2023-cü il tarixədək o, Sadıxı görməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 09 nömrəli tam orta məktəbin inzibati binasında hazırlıq məşğələsinə getmişdir. Orada ondan başqa Təqsirləndirilən şəxs, Şahid1 və digər bir nəfər tanımadığı qız olmuşdur. Həmin tarixdə təxminən saat 13:00 radələrində onlar məşğələdən çıxmışlar. Məktəbin çıxışı istiqamətində irəlidə Şahid1, Elvindən 13-14 metr arxada o, ondan arxada isə Təqsirləndirilən şəxs gəlmişdir. O, məktəbin dəmir darvazasından çıxdıqda, mobil telefon vasitəsilə anası X4 zəng etmiş və telefonla danışdığı anda, yəni ünvan 1 ünvanında, asfalt yolun üzərində arxa-sağ tərəfdən bədən nahiyəsində ağrı hiss etmişdir. Bir neçə zərbə dəydikdən sonra o, arxaya çevrildikdə onu vuran şəxsin Sadıx olduğunu görmüşdür. Dərhal o, Sadıxa yumruq zərbəsi, daha sonra isə təpik zərbəsi endirməklə özünü müdafiə etməyə cəhd etmişdir. O, Sadıxın yenidən əlindəki bıçaq ilə onun üzərinə gəldiyini gördükdə, belində olan bıçağı çıxarmışdır. Bundan sonra Sadıx qorxub geri çəkilmişdir. O isə, arxa tərəfə çəkilib əlində olan bıçağı ataraq yerə oturmuşdur. Bu zaman o, Sadıxın oradan qaçaraq getdiyini görmüşdür. Daha sonra onun atası Qanuni nümayəndə2 və təcili tibbi yardım briqadası ora gəlmişdir. Sonra onlar xəstəxanaya getmişlər. Onun heç kiminlə, hətta Sadıxla belə ədavəti və ya düşmənliçiyi olmamışdır. Sadıx ona düşmənçilik etdiyini bildirdiyi gündən o, özünü müdafiə etmək məqsədilə üzərində kiçik ölçülü bıçaq daşımışdır. Lakin onun Sadıxı vurmaq kimi niyyəti olmamışdır. O, hadisə nəticəsində xəsarət almışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə məktəbdən çıxıb evə yollanmışdır. O, məktəbin darvazasından çölə çıxdıqda, qabağa keçmiş, Zərərçəkmiş şəxs onun arxasınca, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs arxasınca gəlmişdir. Bu vaxt o, cibində olan mobil telefonu çıxarıb diqqətini həmin telefona cəmlədikdə arxadan “hara gedirsən?” deyə Zərərçəkmiş şəxs səsi gəlmişdir. O, arxasına dönüb baxmış, lakin nəzərə çarpacaq heç nə görmədiyindən yenidən diqqətini telefonuna cəmləmişdir. Bundan sonra o, arxadan səs-küy eşitmiş və arxaya döndükdə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təpik zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs da başını aşağı saldığını görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dava etdiyini anlamış və dərhal davaya müdaxilə etmək məqsədilə Sadıxla Həsənin arasına girmişdir. O, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasına girən zaman əli bıçaqlı olan Təqsirləndirilən şəxs hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs əynində olan ağ rəngli köynək isə al qana boyanmışdır. Bu vaxt məktəbə yaxın yerləşən çayxanadan çıxmış 1 (bir) nəfər şəxs Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs yaxın gəlmək istəmiş, lakin Təqsirləndirilən şəxs əlində bıçaq gördükdən sonra tərəddüd edib yaxınlaşmamışdır. Sonra bıçaq zərbəsi almış Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxılmaq üzrə olmuşdur. Lakin o, Zərərçəkmiş şəxs qucaqlayaraq sonuncunun yerə yıxılmasının qarşısını almışdır. Bundan sonra Zərərçəkmiş şəxs ondan özünün mobil telefonunu verməyini istəmişdir. O da, özündən bir qədər aralıda, asfaltın üzərinə düşmüş Zərərçəkmiş şəxs mobil telefonunu asfaltın üzərindən götürüb Zərərçəkmiş şəxs vermişdir. Bu vaxt həmin mobil telefona Həsənin atası Qanuni nümayəndə2 tərəfindən zəng gəlmişdir. Həmin zəngə Zərərçəkmiş şəxs cavab verməyə halı olmadığından, Zərərçəkmiş şəxs ondan atasının zənginə cavab verməyini və Qanuni nümayəndə2 hadisə yerinə çağırmağını istəmişdir. Bundan sonra o, zəngi açaraq Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs bıçaq zərbəsi aldığını bildirib Qanuni nümayəndə2 hadisə yerinə gəlməsini istəmişdir. Sonra məktəbin yanında yerləşən çayxanadan bir nəfər gənc oğlan hadisə yerinə qaçaraq Zərərçəkmiş şəxs əynində olan ağ rəngli köynəyi cırıb əlindəki çantadan köynək çıxarmış və həmin köynəklə Zərərçəkmiş şəxs qanaxmasını dayandırmağa çalışmışdır. Sonra hadisə yerinə Qanuni nümayəndə2, onun atası Mayis İsayev, Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs qardaşı Hüseyn Quliyev və yol-patrul xidmətinin əməkdaşları gəlmişlər. Bir müddət sonra isə hadisə yerinə təcili tibbi yardım briqadası gələrək Zərərçəkmiş şəxs 01 saylı X10 aparmışlar. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs üzərində heç vaxt bıçaq görməsə də, Zərərçəkmiş şəxs üzərində bir neçə dəfə bıçaq olduğunu görmüş, lakin heç vaxt Həsəndən bunun səbəbini soruşmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirən zaman hadisə yerində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, çayxanadan çıxmış şəxs, ətrafda olan daha 2 (iki) nəfər şəxs və o, olmuş, düşünür ki, “103” çağrı mərkəzinə də elə həmin şəxslər zəng etmişlər, Sadıxın Həsənə bıçaq zərbəsi endirdiyini görməmiş, Sadıxla Həsənin arasında baş vermiş dava cəmi 5-10 dəqiqə çəkmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla birlikdə 9-cu sinifin fevral ayınadək təhsil almış, 9-cu sinifin əvvəlində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çox yaxın olmaqla, demək olar ki, çox vaxt günlərini birlikdə keçirmişlər, lakin sonradan Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında müntəzəm şəkildə dava baş vermiş, ona görə də tanışları ilə birlikdə bir neçə dəfə Həsən və Sadıxı bir-birindən ayırmış, Zərərçəkmiş şəxs məktəbdə təhsil alan əksər şagirdləri əzmiş, faktiki olaraq şagirdlərə qarşı zorakılıq (bullinq) etmiş, həmçinin şagirdlərə müxtəlif cür işlər tapşırmış, düşünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu cür təzyiqinə tab gətirə bilmədiyindən Sadıxla Həsənin arasındakı münasibətlər soyumuş, Sadıx Həsəni bıçaqladıqdan sonra həmin əraziyə çoxlu sayda şəxs gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 18 ildir ki, müəllim olaraq pedaqoji fəaliyyətlə məşğul olur. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sinif rəhbəri olmuşdur. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dərsə davamiyyətləri çox yüksək səviyyədə olmuş, həmçinin Həsən və Sadıx əlaçı olmuşlar. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 10 il dərs demişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs məktəbin təşkilati işlərində daim ən fəal şagirdlər olaraq dostluq münasibətlərində olmuşlar. Nəyinki məktəbdə, uşaq bağçasında belə uşaqlar arasında münaqişə yaşanır, lakin məsələnin cinayətlə yekunlaşmasını heç bir müəllim istəməz. Onun işlədiyi məktəbdə heç vaxt cinayət hadisəsi baş verməmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs təhsil aldıqları sinif 20 şagirddən ibarət olmuşdur. Nə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında, nə dəki, sinifin digər şagirdləri arasında düşmənçilik və münaqişə olmamışdır. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında baş vermiş cinayət hadisəsinin hansı səbəbdən baş verməsi ona və məktəbin kollektivinə bugünədək sirr olaraq qalır. Çox təəssüf ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs münaqişə edən zaman o, həmin yerdə olmamış və buna görə də baş vermiş cinayət hadisəsinin qarşısını ala bilməmişdir. O, cinayət hadisəsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 75-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 93-94) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət müdafiə edilməmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 95-96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 101-103) görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi ərazidə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri və hadisədən sonra cinayətin aləti qismində istifadə etdiyi bıçağı atdığı yeri göstərərək törətmiş olduğu cinayət əməlinin üsulu və mexanizmi barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 1270 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 131-134) görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; sağ dirsək oynağı nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsinin sağ-yan səthinin qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsininl (bir) ədəd, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X10 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; digər xəsarətlər isə dərəcəsinə görəümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisssində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdilər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 127) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 149) görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı məktəb tərəfindən müsbət şagird kimi xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 3060 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 223- 225) görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: X8 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ititham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini idarə etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosionallıq, həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 179-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 741/2023-MTBŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 205- 208) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta/ll/dur. Ekspertizaya təqdim edilən X6 məxsus köynək, mayka və bıçaq üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin bəzi ləkələrdə alfa aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 558-MTKŞ/2023 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 202- 203) görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 209) görünür ki, diskdə olan videogörüntü xx.xx.2023-cü il tarixdə, saat 13:07:55 ilə saat saat 13:37:54 dəqiqə aralığında qeydiyyata alınmışıdır. Görüntüdən məlum olur ki, hadisə saat 13:10:00 ilə saat 13:11:13 aralığında baş vermiş, 15-20 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, uzun qara saçları, əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, ağ rəngli ayaqqabı olan şəxs ünvan 2 ünvanında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arxa tərəfindən yaxınlaşaraq sonuncuya qarşı bir neçə dəfə biçaqla xəsarət yetirmiş, həmin vaxt ətrafda olan Şahid1 və istintaqa məlum olmayan 1 (bir) nəfər şəxs Sadıxla Həsəni bir-birindən ayırmaq istəmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşması müşahidə olunur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 277-296) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməlində Cinayət Məcəlləsinin 29,120, 228.4 və 128-ci maddələrinin tərkib əlaməti olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs və qardaşı X1 Təqsirləndirilən şəxs 30-31 iyul 2023-cü il tarixdə döymələri ilə əlaqədar hazırkı cinayət işindən materialın ayrılaraq aidiyyəti prokurorluq orqanına göndərilməsi, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 (bir) ədəd bıçağın Nəsimi RPİ-in saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 254-256) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1306/2024 saylı qərarından (cild 2, iş vərəqə 37-44) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna qaytarılmışdır (qərarın qəbul edilməsinə əsas – müdafiə hüququnun pozulması və əməlin tövsifi ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmaması olmuşdur). xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin pozulması ilə əlaqədar şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 64-65) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin könüllü olaraq istintaq orqanına gəlməsi haqqında protokoldan (cild 2, iş vərəqə 75) görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü olaraq ibtidai istintaq orqanına gəlmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 84-99) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməlində Cinayət Məcəlləsinin 29,120 və 228.4-ci maddələrinin tərkib əlaməti olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd qolsuz köynək, 1 (bir) ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 194) görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və buna görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də müdafiə tərəfi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə qeyd edilməlidir ki, cinayət hadisəsi baş verən vaxt həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamışlar. Bundan başqa, qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən ibtidai araşdırma zamanı kifayət qədər ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, göstərilənlər isə Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məsələ ondadır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarında ibtidai istintaq orqanı tərəfindən yol verilmiş ciddi qanun pozuntuları və həmin pozuntuların aradan qaldırılması yolları (yeni prosessual hərəkətlərin keçirilməsi, araşdırılmamış halların araşdırılması və bu qəbildən sair hallar) göstərilsə də, ibtidai istintaq orqanı məhkəmə qərarında göstərilmiş qanun pozuntularını aradan qaldırmaq əvəzinə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi yenidən dindirməklə cinayət işi üzrə araşdırmanı tamamlayaraq işi məhkəməyə göndərmişdir. Təəssüf ki, ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli məhkəmə qərarı ilə təsdiq edilmiş qanun pozuntularını aradan qaldırmağa cəhd belə etməmiş və bununla da araşdırılması mütləq tələb olunan hallar yenidən araşdırılmamışdır. Nəticədə isə cinayət işi birinci dəfə olduğu kimi yenidən məhkəməyə göndərilmişdir. Belə ki, cinayət işinin materiallarından və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs və onun qardaşı X7 tərəfindən döyüldüyünə görə bu faktla bağlı hazırkı cinayət işindən material ayrılmışdır. Təsadüfi deyildir ki, xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında bu hal vurğulanaraq qeyd edilmişdir ki, sübutların qiymətləndiirlməsi barədə qərar ilə Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Hüseyn Quliyevin barəsində ayrıca icraatın ayrılması özü-özlüyündə qanunsuz olmaqla yanaşı, hazırkı cinayət işinin obyektiv araşdırılmasına mane olan ən vacib səbəbdir. Belə ki, göstərilən faktın təsdiqi bilavasitə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama düzgün hüquqi qiymət verilməsində mühüm rol oynayır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qarşı qərəzli mövqedə olaraq iş üzrə ən əhəmiyyət kəsb edən halı araşdırmağa belə lüzum görməmiş, əksinə həmin xüsusat üzrə hazırkı işdən materialın ayrılması barədə qərar qəbul etməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın qanuni olması görünüşü yaratmaq istəmişdir. Göstərilən hal ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı qərəzli olmasının göstəricisidir. Bundan başqa, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla eyni məktəbdə eyni sinifdə oxumuş, əvvəllər onların arasında dostluq münasibətləri olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən əvvəl onunla Sadıxın arasında başqa mübahisə olmuş, bu hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında baş vermiş, həmin hadisədə təxminən 11-12 nəfər şəxs iştirak etmiş, Sadıx həmin vaxt səs tonunu qaldırdığına görə Sadıxa öz iradını bildirərək səsinin tonunu aşağı salmasını tələb etmiş, Sadıx həmin vaxt onun qardaşını vurmuş, sonra orada olan şəxslər Sadıxı təkləyərək vurmuşlar, Sadıxı həmin şəxslərdən ayırmaq istəmiş, bu məqsədlə orada olan şəxsləri itələmiş, həmin vaxt Sadıxa demişdir ki, “niyə söyürsən, nə səbəbə?”, Sadıx isə ona cavab olaraq demişdir ki, “layiq olduğun budur”, bundan sonra Sadıxa 1 (bir) yumruq zərbəsi vurmuş, onun zərbəsinin təsirindən Sadıx əvvəlcə yerə oturmuş, sonra isə çıxıb getmiş, bununla da onunla Sadıxın arasında əvvəllər mövcud olmuş dostluq münasibətləri pozulmuşdur. Başqa sözlə, əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dost olmaqla eyni məktəbdə eyni sinifdə oxumuşlar, sonradan onların arasında dostluq münasibətləri pozulmuş, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən bir neçə ay əvvəl “Memar Əcəmi” metrostansiyası yaxınlığında onların arasında başqa bir mübahisə baş vermir, həmin mübahisə zamanı əvvəlcə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs qardaşı Hüseyn Quliyevin arasında mübahisə sözlü mübahisə baş vermiş, bununla bağlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz iradını bildirmiş, bunun qarşılığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz etirazını bildirmiş, nəticədə isə X16 Sadıqova 1 (bir) dəfə yumruq zərbəsi endirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “Memar Əcəmi” metrostansiyasının yaxınlığına baş vermiş mübahisədən sonra o, Sadıxın onunla düşmənçilik etdiyini bildirmiş və buna görə də özünü müdafiə etmək məqsədi ilə üzərində kiçik ölçülü bıçaq daşımışdır. Göstərilənlər açıq-aşkar ona dəlalət edir ki, xx.xx.2023-cü il tarixədək Sadıxla Həsənin arasında olan münasibətlər pozulmuş, bu isə onların bir-biri ilə sözlü mübahisə etməsində və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq etməsində ifadə olunmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixədək tərəflər arasında sözlü mübahisənin baş verməsi və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq etməsi, göstərilənlərə görə onların bir-birinə qarşı qərəzli olması cinayət işinin mübahisəsiz hallarıdır. Tərəflər arasında münasibətlərin pozulmasının səbəbinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, buna səbəb - Zərərçəkmiş şəxs cinayət hadisəsinədək Təqsirləndirilən şəxs və digər sinif yoldaşlaırna qarşı sərgiləmiş olduğu qanunsuz hərəkətləri olmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər dost olmuşlar, lakin sonradan Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında müntəzəm şəkildə dava-dalaş baş vermiş, Həsən və Sadıx bir-biri ilə dalaşdıqda bir neçə dəfə sonuncuları bir-birindən ayırmış, Zərərçəkmiş şəxs məktəbdə təhsil alan əksər şagirdləri əzmiş, faktiki olaraq şagirdlərə qarşı zorakılıq (bullinq) etmiş, şagirdlərə müxtəlif işlər tapşırmış, bu səbəbdən də düşünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu cür təzyiqinə tab gətirə bilmədiyindən Sadıxla Həsənin arasındakı münasibətlər soyumuşdur. Şahid1 göstərdiyi bu hallar ona dəlalət edir ki, Zərərçəkmiş şəxs həqiqətən də təhsil aldığı məktəbdə digər şagirdlərlə yanaşı, həmçinin Təqsirləndirilən şəxs qarşı qanunsuz və xoşagəlməz davranış sərgiləmiş, nəticədə Sadıx bu hərəkətlərə görə öz narazılığını bildirmiş və buna görə də onların arasında olan münasibətlər pozulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixədək dəfələrlə ona qarşı aşağılayıcı hərəkətlər etmiş və bu səbəbdən də cinayət hadisəsi baş verən zaman onların arasında korlanmış münasibətlər olmuşdur. Cinayət hadisəsinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmədə araşdırılmış obyektiv sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən 09 nömrəli tam orta məktəbin qarşısında yetkinlik yaşına çatamayn Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması nəticəsində sinif yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşıb bir müddət əvvəl Zərərçəkmiş şəxs onu təkləyərək döyməsi səbəbindən üzərindəki cib bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən zərbələr vurmaqla sonuncuya sağ dirsək oynağı nahiyəsinin 02 ədəd, döş qəfəsinin sağ-yan səthinin qarın boşluğuna nüfuz etməyən 01 ədəd, bel nahiyəsinin 01 ədəd, sol budun 01 ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 09 nömrəli məktəbin qarşısında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi həm Təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs, həm Şahid1 ifadələri, həm də cinayət işinə əlavə edilmiş çoxsaylı mötəbər sübutlar ilə məhkəmə öz təstiqini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini aydınlaşdırmaqdan ibarətdir. Məhkəmə yuxarıda göstərilən halları təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxslə dostluq münasibətlərində olsa da, sonradan onların münasibətləri pozulmuş, buna səbəb isə Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər etməsi (“Memar Əcəmi” metrostansiyasının yaxınlığında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zorakılıq etməsi, sinif yoldaşlarının yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına “bu kişidir?” və bu qəbildən sair neqativ fikirlər səsləndirməsi) olmuşdur. Tərəflər arasında münasibətlər pozulduqdan sonra isə onlar ədavətli olmuşlar və haqq-hesab etmək məqsədi ilə üzərlərində bıçaq gəzdirmişlər. Məhz bu səbəbdən onlar xx.xx.2023-cü il tarixdə məktəbdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya üzərində olan bıçaqla bir neçə xəsarət yetirmiş, həmin xəsarətlərdən biri dərəcəsinə görə ağır bədən xəsarəti olmuşdur. Beləliklə, yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sərgiləmiş olduğu qanunsuz davranışı nəticəsində onların arasında əsaslı ədavət yaranmış və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə onlar məktəbdən çıxdıqdan sonra həmin məktəbin qarşısında Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış ədavət üzündən sinif yoldaşı Zərərçəkmiş şəxs üzərində olan bıçaqla zərbə endirərək sonuncuya ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə belə nəticəyə gələrkən "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 03 nömrəli qərarında sərgilənmiş hüquqi mövqeyə istinad etmişdir. Belə ki, sözügedən qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış ədavət üzündən sinif yoldaşı Zərərçəkmiş şəxs bıçaqla zərbə endirərək sonuncuya ağır bədən xəsarəti yetirməsi ilə bağlı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti ilə bağlı əməlinə gəldikdə isə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə onun ictimai yerdə, yəni 09 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi, həmin vaxt orada ümumi tanışları Şahid1 olması, həmçinin yaxınlıqda yerləşən kafedə olan şəxslərin hadisə yerinə gəlmələri, hətta bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlində bıçaq görməsi səbəbindən qorxaraq oradan uzaqlaşması ona dəlalət edir ki, həqidətən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirməklə yanaşı, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hissədə qeyd edilməlidir ki, məhkəmənin gəldiyi nəticə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 03 nömrəli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 6ıc- bəndində göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, həqidətən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirməklə yanaşı, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmiş, eləcə də o, bu cinayətlərin törədilməsində təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətmiş, onun hər bir əməli başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə əsasən, məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ibtidai istintaq zamanı və məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var. Ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətlərin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən peşman olmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də onun ali və digər formada təhsil almasına, eləcə də onun Azərbaycan Respublikasının qarşısında olan vəzifələrinin icra edilməsində (həqiqi hərbi xidmət və sair) mane ola bilər və bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Abşeron Rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də qeyd edilən hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd mayka, 1 (bir) ədəd qolsuz köynək və 1 (bir) ədəd bıçaq məhv edilməli, 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd mayka, 1 (bir) ədəd qolsuz köynək və 1 (bir) ədəd bıçaq məhv edilsin, 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1743/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1743/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver