Məhkəmə qərarları › İş №1(101)-1744/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1744/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1744/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X10 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs– (xx xxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü və qeyriləri vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, 1993-cü ildən etibarən Azərbaycan Respublikası Milli Məclisində müxtəlif vəzifələrdə işləməklə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2009-cu il tarixli 297-İİİ saylı sərəncamına əsasən Milli Məclisin Daimi komissiyalarının işinin təşkili şöbəsinin adının dəyişdirilib Komitə və komissiyalar ilə iş şöbəsi adlandırılması ilə əlaqədar xx.xx.2011-ci il tarixli 46-İV saylı sərəncamla həmin şöbənin baş məsləhətçisi vəzifəsinə keçirilməklə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamına əsasən Aparatın Komitə və komissiyalar ilə iş şöbəsi ləğv edilərək Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 36-Vİ saylı sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamının qüvvədən düşmüş hesab edilərək yeni struktur quruluşuna əsasən Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib oğlu Şahid1 Azərbaycan Respublikasının Milli Məclisinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin aprel ayının ortalarında cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsilə Cavanşir Kazımova müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə görüşləri zamanı sonuncuda guya özlərinin Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikasının Milli Məclisinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü və Cavanşir Kazımov vasitəsilə birbaşa yolla maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2019-cu ilin aprel ayının ortalarında Azərbaycan Respublikası Milli Məclisinin Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanında yerləşən inzibati binasının qəbul otağında bildirərək, Zərərçəkmiş şəxs1 maddi imkanı ilə əlaqədar 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkının yaxınlığında 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Cavanşir Kazımov vasitəsilə, 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən “Space” telekanalının yaxınlığında qabaqcadan əlbir olduğu Cavanşir Kazımovla birlikdə həmin dövrün rəsmi məzənnəsi ilə 14.450 (on dörd min dörd yüz əlli) manat təşkil edən 8.500 (səkkiz min beş yüz) ABŞ dolları və 550 (beş yüz əlli) manat məbləğində pul vəsaitini şəxsən aldıqdan sonra həmin pul vəsaitlərini Cavanşir Kazımovla aralarında bölməklə öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavanşir Kazımovla qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Cavanşir Kazımov vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 11 iyul 2021-ci il tarixdə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Cavanşir Kazımova müraciət etmiş Zərərçəkmiş şəxs2 özlərinin guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü, Cavanşir Kazımov və qeyrisi vasitəsilə birbaşa yolla maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanında yerləşən inzibati binasının yaxınlığında bildirərək, Zərərçəkmiş şəxs2 maddi imkanı ilə əlaqədar 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair cinayətdən xəbərsiz Şahid2 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 12 iyul 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Cavanşir Kazımov Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid2 aldıqdan sonra həmin pul vəsaitini Cavanşir Kazımov və qeyrisi ilə aralarında bölməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Cavanşir Kazımov və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Cavanşir Kazımov və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Cavanşir Kazımov və qeyrisi vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 1993-cü ildən etibarən Azərbaycan Respublikası Milli Məclisində müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.2011-ci il tarixli 46-İV saylı sərəncamla Milli Məclisin Komitə və komissiyalar ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçirilməklə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamına əsasən Aparatın Komitə və komissiyalar ilə iş şöbəsi ləğv edilərək Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 36-Vİ saylı sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamının qüvvədən düşmüş hesab edilərək yeni struktur quruluşuna əsasən Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləmiş, 22 iyun 2022-ci il tarixdə isə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuşdur. Mahiyyəti üzrə qeyd etmişdir ki, mərhum X6 onun tələbə yoldaşı olmuşdur. Bir neçə il bundan öncə tanışının toy məclisində uzun illərdən bəri görmədiyi Cavanşir Kazımovla təsadüfən rastlaşmış, söhbət zamanı Cavanşir onun Milli Məclis Aparatında işlədiyini öyrənmişdir. Təxminən, 2019-cu ilin aprel ayında Cavanşir onunla əlaqə saxlayaraq qohumu Zərərçəkmiş şəxs1 oğlunu Milli Məclisdə hər hansı bir işə qəbul etdirmək istədiyini, bununla bağlı köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O da bu barədə görüşüb söhbət edə biləcəklərini bildirdiyindən Cavanşir Zərərçəkmiş şəxs1la birlikdə Milli Məclisin inzibati binasına gəlmişdir. O, qəbul otağında onları qəbul etmiş, orada Zərərçəkmiş şəxs1 oğlunun hazırda xatırlamadığı anket məlumatları və təhsili barədə ona məlumat vermiş, o da həmin vaxt Zərərçəkmiş şəxs1 oğlunu Milli Məclisə işə qəbul etdirə biləcəyini düşündüyündən bu məsələdə köməklik edə biləcəyini söyləmişdir. Sonradan Cavanşir ona Zərərçəkmiş şəxs1 oğlunun işə düzəlməsinə köməklik etmək müqabilində Zərərçəkmiş şəxs1 25.000 manat məbləğində pul tələb etdiyini, lakin hələki dəqiq hansısa məbləğdə pula razılaşmadıqlarını bildirmişdir. Bundan bir müddət sonra Cavanşir Kazımov ona Zərərçəkmiş şəxs1la oğlunun işə qəbul olunması müqabilində ümumilikdə 23.000 manat məbləğində pula razılaşdıqlarını və 15.000 manatı birlikdə götürmələrini xahiş etmişdir. O isə işin alınmayacağı təqdirdə həmin pulun Cavanşir Kazımov tərəfindən qaytarılmalı olacağını sonuncuya dedikdə, C.Kazımov heç bir problem olmadığını və ümumi məbləği özünün Zərərçəkmiş şəxs1 geri qaytaracağını bildirmişdir. Bundan sonra hazırda xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Space” telekanalının yaxınlığında o, Cavanşir Kazımov və Zərərçəkmiş şəxs1la görüşmüşdür. Orada Zərərçəkmiş şəxs1 ümumilikdə 15.000 manat məbləğində pul ekvivalentində 8.500 ABŞ dolları məbləğində pulu ona vermək istəmiş, lakin o, ABŞ dolları ilə deyil, yalnız 15.000 manat pul götürə biləcəyini söylədiyindən Cavanşir Kazımov həmin pulu Azərbaycan manatına dəyişib gətirəcəyini söyləyib 8.500 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs1 onun yanında almışdır. O yenə də Cavanşir Kazımovu pis vəziyyətdə qoymamaq üçün Zərərçəkmiş şəxs1 oğlunun Milli Məclisdə işə qəbul ediləcəyinə əmin etmişdir. Təxminən 2-3 gün sonra Cavanşir Kazımov yaşadığı ünvan 4 ünvanın qarşısında 15.000 manat məbləğində pulu ona vermiş, qeyd olunan 15.000 manat məbləğində pulu o, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan bir müddət sonra hazırda xatırlamadığı tarixdə Cavanşir Zərərçəkmiş şəxs1 qalan 8.000 manat məbləğində pulu da aldığını ona bildirmişdir. O, Zərərçəkmiş şəxs1 oğlunun işə düzəlmək məsələsinin həll olunmadığı təqdirdə həmin pulu qaytarmalı olacağını Cavanşirə söylədikdə, Cavanşir arvadının cərrahi əməliyyat olunduğunu, bu səbəbdən təcili pul lazım olduğundan Zərərçəkmiş şəxs1 8.000 manat məbləğində pulu aldığını, lazım olduqda sonradan həmin pulu özünün Zərərçəkmiş şəxs1 geri qaytaracağını ona bildirmişdir. Hətta ondan da Zərərçəkmiş şəxs1la danışaraq 8.000 manat pulun ona çatdığını söyləməyini xahiş etmiş, o da Cavanşiri pis vəziyyətdə qoymamaq üçün Zərərçəkmiş şəxs1la telefon vasitəsilə danışan zaman Cavanşir Kazımova verdiyi 8.000 manat pulun ona çatdığını söyləmişdir. Lakin əslində həmin 8.000 manat məbləğində puldan ona hər hansı məbləğdə pul çatmamışdır. Bu məsələdən bir müddət keçdikdən sonra o, Zərərçəkmiş şəxs1 oğlunun Milli Məclisə işə qəbul olunmasına köməklik edə bilməyəcəyini başa düşdüyündən X13 Səfərovdan aldığı ümumilikdə 23.000 manat məbləğində pulu geri qaytarmalı olduqlarını bildirmişdir. Cavanşir Kazımov narahat olmamağını və həmin 23.000 manat məbləğində pulu özünün geri qaytaracağını ona söyləmiş, lakin buna baxmayaraq, Cavanşir Zərərçəkmiş şəxs1 pulunu geri qaytarmadığından sonuncu həmin pulları ondan tələb etməyə başlamışdır. O da Cavanşirə bu barədə bildirdikdə sonuncu yenə də pulları Zərərçəkmiş şəxs1 geri qaytaracağına onu inandırmağa çalışmışdır. Hətta 2020-ci ilin təxminən payız aylarında ona 1.000 ABŞ dolları və 1.300 manat olmaqla ümumilikdə 3.000 manat pul verərək həmin pulu ilkin olaraq Zərərçəkmiş şəxs1 verməyini, qalan pulları da tez bir zamanda Zərərçəkmiş şəxs1 verəcəyini bildirmişdir. O da 1.000 ABŞ dolları və 1.300 manat olmaqla ümumilikdə 3.000 manat pulu 2006-cı il təvəllüdlü qızı Aidə Bəşirova vasitəsilə Zərərçəkmiş şəxs1 vermişdir. Cavanşir Kazımov ona qalan pulları da Zərərçəkmiş şəxs1 geri ödədiyini bildirsə də, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 aldıqları pulları geri qaytarmadığından sonuncu onlar barəsində şikayət etmişdir. Bundan başqa, təxminən 5-6 il bundan əvvəl Cavanşir Kazımov hazırda xatırlamadığı tanışının Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işə qəbul olunmasında köməklik etməyini xahiş etmişdir. Həmin ərəfədə o, Milli Məclisin Sosial siyasət daimi komitəsi ilə işlədiyindən işə qəbulla bağlı onlara çoxsaylı ərizələr daxil olmuşdur. Bu səbəbdən o, prosedur qaydalarını bildiyindən Cavanşirə həmin tanışına hansı sənədləri hazırlamasını və hansı qaydada müraciət etməli olduğunu başa salmışdır. Bundan sonra Cavanşirin həmin tanışı onun dediyi qaydada müraciət etmiş və FHN-də yanğınsöndürən kimi işə qəbul olunmuşdur. Təxminən 2021-ci ilin yay aylarında Cavanşir yenidən ona müraciət edərək Şahid2 adlı tanışının qohumunu FHN-də yanğınsöndürən kimi işə düzəltmək istədiyini bildirmiş və Şahid2la birlikdə Milli Məclisin inzibati binasının qarşısına gəlmişdir. O da Milli Məclisin inzibati binasının qarşısında Cavanşir Kazımov və Şahid2la görüşmüşdür. Orada Şahid2la tanış olduqdan sonra Şahid2 Şirvan şəhərində yaşayan qohumunun FHN-də işə qəbul olunmaq arzusunda olduğunu bildirmiş, o da Şahid2 qəbul qaydalarını izah etmiş və hansı sənədləri təqdim etməli olduqlarını demişdir. X16 sənədləri topladıqdan sonra yenidən onunla əlaqə saxlayacağını bildirmiş, lakin sonradan Cavanşir Kazımov onunla əlaqə saxlamamışdır. O, bir müddət sonra Cavanşir Kazımovdan bu barədə maraqlandıqda, sonuncu Şahid2 qohumunun işə qəbul məsələsini Asəf adlı tanışı vasitəsilə daha az bir zamanda həll edəcəyini bildirmişdir. Bundan uzun müddət sonra Şahid2 onun mobil telefon nömrəsini əldə edərək əlaqə saxlayıb onunla görüşmüşdür. Şahid2 ona qohumunu və əlavə 3 adamı FHN-də işə qəbul etdirmək müqabilində Cavanşir Kazımova hər birinə görə 8.000 manat məbləğində pul verdiyini, Cavanşir Kazımovun da həmin məsələləri Asəf adlı şəxs vasitəsilə həll etdiyini bildirmişdir. O, isə Cavanşirə pul verdiyi üçün Şahid2 öz iradını bildirmişdir. O, həmçinin bildirmişdir ki, Şahid3 adlı şəxsi tanımır, onunla hər hansı münasibəti olmamışdır. Milli Məclisin inzibatı binasının qəbul otağında şəxsən oğlunu işə düzəltmək müqabilində Zərərçəkmiş şəxs1 25.000 manat pul tələb etməmiş və 23.000 manat pula razılaşmamışdır. X14 Səfərovdan 25.000 manat pul tələb etmiş və 23.000 manat pula razılaşmışdır. O, Zərərçəkmiş şəxs1 Cavanşir Kazımov vasitəsilə 15.000 manat pul almış, Cavanşir Kazımov isə ona vermək adı ilə Zərərçəkmiş şəxs1 8.000 manat pul alaraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid2 da qohumunun Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işə qəbul olunmasına köməklik etmək müqabilində Şahid2 hər hansı məbləğdə pul tələb etməmişdir. Şahid2 Asəf adlı şəxslə Cavanşir Kazımovu işə qəbul məsələlərini həll etmələri üçün tanış etdiyini deməmiş, sadəcə Cavanşir Kazımova pul verdiyi üçün Şahid2 öz iradını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1991-ci ildən 2020-ci ilin may ayınadək Şamaxı rayonunda yaşamış və orada müxtəlif vəzifələrdə işləmişdir. 2019-cu ilin əvvəllərində oğlu Şahid1 işsiz olduğundan onu dövlət qulluğunda işə qəbul etdirmək istəmişdir. Bu barədə Şamaxı rayonunda yaxın ətrafında olan şəxslərlə söhbət edərkən Şamaxı rayonunda ortaq tanışları vasitəsilə tanıdığı Qafarov X7 Kazımov adlı tanışının olduğunu və həmin şəxsin geniş əlaqələrinin olduğundan oğlunu işə qəbul etdirməyə köməklik edə biləcəyini düşündüyünü bildirmişdir. O da Şahid3 Cavanşir adlı tanışından oğlu Qeysəri işə qəbul etdirməyə köməklik edə bilib-bilməyəcəyini maraqlanmasını xahiş etmişdir. Təxminən 2019-cu ilin aprel ayının ortalarında Şahid3 tanışı Cavanşir Kazımovla danışdığını və Bakı şəhərinə gedib görüşməli olduqlarını bildirmişdir. O, Şahid3la birlikdə Şamaxı rayonundan Bakı şəhərinə gələrək Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” adına parkda Cavanşir Kazımovla görüşmüşlər. Cavanşir Kazımov Milli Məclisdə işləyən Təqsirləndirilən şəxs adlı tanışı vasitəsilə oğlunu Milli Məclisə və ya digər dövlət orqanına işə qəbul etdirə biləcəyini bildirdikdə, o, oğlunun Milli Məclisə işə qəbul olunmasının daha münasib olduğunu demişdir. Bundan sonra X17 Mehdiyevanın şəxsən özü ilə söhbət etməli olduqlarını bildirdiyindən birlikdə Milli Məclisin inzibati binasına gedib, orada birinci mərtəbədə yerləşən vətəndaşların qəbulu otağında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Cavanşir Kazımov onları tanış etdikdən sonra o, Təqsirləndirilən şəxs oğlu Şahid1 ali təhsilli olduğunu, hazırda işsiz olduğunu və Milli Məclisə işə qəbul olunmaq arzusunda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da Cavanşir Kazımovun yanında oğlu Şahid1 Milli Məclisin Sosial siyasət komitəsində mütəxəssis kimi işə qəbul olunmasına köməklik göstərə biləcəyini, lakin bunun müqabilində 25.000 manat məbləğində pul verməli olacağını bildirmişdir. O, isə 25.000 manata maddi imkanının olmadığını, lakin 23.000 manat pul verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Şahid1 CV-sini və ali təhsil haqqında diplomlarının surətlərini ona çatdırmağını tapşırmışdır. Təxminən 1-2 gün sonra o, yenidən Şahid3la birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” adına parkın yaxınlığında Cavanşir Kazımovla görüşmüş və onlar Cavanşir Kazımovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin içərisində əyləşmişlər. Həmin vaxt o, ön sərnişin, Şahid3 arxa sərnişin, Cavanşir Kazımov isə sürücü oturacağında əyləşmişdir. Orada o, ilkin olaraq 8.000 manat məbləğində pulu Cavanşir Kazımova vermiş və qalan pulu da bir neçə gün ərzində verəcəyini bildirmiş, Cavanşir Kazımov da onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə də danışdıqda sonuncu 8.000 manat pulun çatdığını bildirmişdir. Təxminən 3 gün sonra o, özü Cavanşir Kazımovla telefon əlaqəsi saxlamış və qalan pulun hazır olduğunu bildirmişdir. Cavanşir Kazımovun dəvəti ilə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Space” telekanalının yaxınlığına gedib X16la görüşmüşdür. Biraz sonra Təqsirləndirilən şəxs da oraya gəlmiş, o, Cavanşir Kazımovun yanında ümumilikdə 15.000 manat təşkil edən 8.500 ABŞ dolları və 550 manat məbləğində pulu Təqsirləndirilən şəxs əl çantasına qoymuşdur. Təqsirləndirilən şəxs oğlu Şahid1 15 iyun 2019-cu il tarixədək işə qəbul olunub öz vəzifələrinin icrasına başlayacağını bildirmişdir. Bundan sonra o, sağollaşaraq oradan uzaqlaşmış, Təqsirləndirilən şəxs və Cavanşir Kazımov isə orada qalmışlar. Həmin gündən bir neçə gün sonra Təqsirləndirilən şəxs tapşırığı ilə oğlu Şahid1 CV-sini və ali təhsil haqqında diplomlarının surətlərini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs dediyi 15 iyun 2019-cu il tarixi gəlib çatsa da, Cavanşir Kazımov və Təqsirləndirilən şəxs vədlərinə əməl etməmişlər. O, bununla bağlı Cavanşir Kazımov və Təqsirləndirilən şəxs ilə mütəmadi telefon əlaqəsi saxlayıb oğlunun işə qəbul məsələsinin həll olunmama səbəblərini maraqlanmış, hətta bir neçə dəfə Cavanşir Kazımovla və Təqsirləndirilən şəxs ilə şəxsən görüşmüş, hər dəfəsində müxtəlif bəhanələr gətirib yaxın zamanlarda həll olunacağını bildirmişlər. Bir müddət keçdikdən sonra artıq aldadıldığını başa düşdüyündən Cavanşir Kazımov və Təqsirləndirilən şəxs aldıqları pulları geri tələb etməyə başlamışdır. Yenə də hər ikisi müxtəlif bəhanələr ilə vaxt qazanmağa çalışmışlar. Cavanşir Kazımov sonradan mobil telefon nömrəsini dəyişərək telefon zənglərinə cavab verməməyə başlamış, Təqsirləndirilən şəxs da bəzən qızı telefon zənglərinə cavab verərək anasının xəstə olduğunu bildirmişdir. Çoxsaylı zənglərindən sonra 2020-ci ilin payız aylarında Təqsirləndirilən şəxs aldıqları pulun bir hissəsini ona geri verəcəyini, qalan hissəsini isə yaxın zamanlarda tam olaraq ödəyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dəvəti ilə yaşadıqları ünvanın qarşısına getmiş, Təqsirləndirilən şəxs təxminən 13-14 yaşlarında qızı aşağı düşərək ona ABŞ dollarları və manatlardan ibarət olan əskinazlarla ümumilikdə 3.000 manat məbləğində pul verib həmin pulu anası Təqsirləndirilən şəxs göndərdiyini bildirmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs şəxsən onunla görüşməyərək telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs yaxın zamanlarda qalan pulu da geri qaytaracağını bildirsə də, yenə də vədinə əməl etməmişdir. O, Cavanşir Kazımov və Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlayıb pulunu geri tələb etsə də, ondan aldıqları ümumilikdə 23.000 manat məbləğində pulu geri qaytarmamışlar. Bu səbəbdən 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs və Cavanşir Kazımovun ona qarşı törətdikləri əməl barədə məlumat vermişdir. Bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs onunla görüşərək qalan 20.000 manat pulu da tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəyən zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X4 iştirak edib yaşadığı Şirvan şəhərinə qayıtdıqdan sonra, təxminən 2021-ci ilin əvvəllərində Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətində işə qəbulla bağlı elektron qaydada Nazirliyə müraciət etmiş, lakin həmin müraciətinə cavab olaraq hazırda vakant yer olmaması barədə yaşadığı ünvana məktub göndərilmişdir. Buna baxmayaraq, X11 Xidmətində işə düzəlmək arzusunda olmuşdur. Həmin ərəfələrdə uzaq qohumu, Bakı şəhərində yaşayan Şahid2 Şirvan şəhərinə qonaq gəldiyi zaman onunla söhbət edərkən Şahid2 işsiz olduğunu və FHN-də işə qəbul olunmaq istədiyini bildirmişdir. Həmin vaxt Rövşən geniş əlaqələri olan tanışının onun FHN-də işə düzəlməyinə köməklik edə biləcəyini, bu barədə həmin tanışı ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra atası Akif Həsənov bir neçə dəfə qohumları Şahid2la onun işə qəbul məsələsi barədə maraqlandıqda, Rövşən həmin tanışı ilə danışdığını, anket məlumatlarını verdiyini və yaxın zamanlarda məlumat veriləcəyini bildirmişdir. Şahid2 həmçinin elektron poçt ünvanı açmağının da tələb olunduğunu bildirdiyindən, o da özünə “Elektron ünvan 1” elektron poçt ünvanını açaraq Rövşənə göndərmişdir. Rövşən də onun həmin elektron poçt ünvanını, şəxsiyyət vəsiqəsinin surətini tanışına göndərəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə onun “Elektron ünvan 1” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə, daha sonra xx.xx.2021-ci il tarixdə isə yanğından mühafizə orqanlarına xidmətə qəbul olunmağının məqsədəmüvafiq hesab edilməməsi barədə elektron məktub göndərilmişdir. O, bundan sonra qohumu Rövşənlə əlaqə saxlayaraq ona gələn elektron məktub barədə məlumat vermişdir. Rövşən də işə düzəlməyinə köməklik göstərəcək həmin tanışları ilə danışdıqdan sonra narahat olmamağını, məsələnin müsbət həll olunacağını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Rövşən ona tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə getməli olduğunu və onu Cavanşir adlı bir nəfərin qarşılayacağını bildirmişdir. O da səhəri gün Bakı şəhərinə yola düşmüş, yolda olarkən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng olunmuşdur. Zəng edən şəxs özünü ona “Cavanşir” kimi təqdim edərək onu Biləcəri qəsəbəsində, “Biləcəri dairəsi” adlanan ərazidə gözlədiyini bildirmişdir. O da həmin yerə gəlmiş və Cavanşir adlı şəxslə görüşmüşdür. Cavanşir ona bir nəfər şəxsin gələcəyini və həmin şəxsin onu getməli olduğu yerə aparacağını bildirmişdir. Biraz sonra oraya bir nəfər şəxs gəlmiş və söhbət zamanı adının Asəf olduğunu öyrənmişdir. Cavanşir onları tanış etdikdən sağollaşaraq getmişdir. Asəf işə qəbulla bağlı FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalında tibbi komissiyadan keçməli olduğunu bildirdiyindən birlikdə FHN-in Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalının qarşısına getmişlər. Həmin vaxt Asəf tək olmuşdur. Asəf ona hospitala daxil olmağını və taksi şirkətindən müayinə üçün göndərildiyini deməyini tapşırmışdır. O da içəri daxil olmuş və qəbula yaxınlaşmışdır. Asəfin tapşırdığı kimi taksi şirkətindən sürücü kimi müayinədən keçmək üçün göndərildiyini bildirdikdə, qəbulda olan qadın işçi qeydiyyat apardıqdan sonra ona blanka oxşar sənəd təqdim etmiş və əli ilə digər bir otağı göstərərək oraya yaxınlaşmalı olduğunu bildirmişdir. O da həmin otağa yaxınlaşıb əlindəki sənədi təqdim etmişdir. Həmin otaqda əyləşən digər qadın işçi ona hansı otaqlarda müayinədən keçməli olduğunu göstərmişdir. Bundan sonra o, əvvəlcə rentgen otağına daxil olub rentgen müayinəsindən keçmiş, daha sonra isə qan analizi verdikdən sonra hospitalı tərk etmişdir. Həmin vaxt Asəf onu hospitalın qarşısında gözləmişdir. Asəf ona gedə biləcəyini, məlumat verildikdə fiziki hazırlıq imtahanından keçmək üçün gəlməli olduğunu bildirmişdir. O, oradan Şirvan şəhərinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə “Elektron ünvan 1” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Təxminən 10-15 gün sonra Asəf istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək fiziki hazırlıq imtahanından keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Səhəri gün o, Bakı şəhərinə, Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlmiş, oradan Asəflə telefon əlaqəsi saxladıqda, Asəf getməli olduğu yeri izah etmişdir. O, piyada Asəfin izah etdiyi yerə, 20 nömrəli tam orta məktəbin yaxınlığına gəlmişdir. Orada Asəf onu tək gözləmişdir. Asəfin əlindəki sənədin fiziki hazırlıq imtahanından keçmək üçün lazım olan sənəd olduğunu söyləyərək imzalamağını bildirmişdir. O da həmin sənədi imzalamış, bundan sonra Asəf əlaqə saxlayacağını demiş və sağollaşıb getmişdir. O, Şirvan şəhərinə qayıtdıqdan bir müddət sonra, 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında qohumu Şahid2 əlaqə saxlayaraq işə qəbul olunmağı üçün 8.000 manat məbləğində pul verilməli olduğunu bildirmiş, onlar da Rövşənlə razılaşmışlar. Həmin pulu düzəltdikdən sonra, o, elə həmin ərəfələrdə hazırda xatırlamadığı tarixdə Bakı şəhərinə gələrək Bakı Metropoliteninin “20 yanvar” stansiyasının "xxxx" ASC-nin qarşısında olan çıxışının yaxınlığında Rövşənlə görüşmüş, orada 8.000 manat pulu işə qəbul məsələsini həll edən şəxsə verməsi üçün Rövşənə vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Lakin Rövşən həmin pulu kimə verəcəyi barədə ona heç nə deməmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə onun “Elektron ünvan 1” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından keçdiyi idman və fiziki hazırlığın yoxlanılması imtahanının nəticələrinin qənaətbəxş qiymətləndirilməsi, qısa zaman ərzində ərazi üzrə vakant yerin təyinatı zamanı aidiyyəti üzrə dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. xx.xx.2021-ci il tarixdə isə yenə də onun “Elektron ünvan 1” elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından elektron məktub göndərilmişdir. Həmin elektron məktubda 24 yanvar 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Mikayıl Müşviq 501 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin qəbul şöbəsinə dəvət olunduğu, qəbula gələrkən şəxsiyyət vəsiqəsi, hərbi bilet, COVİD-19 pasportu, 3x4 ölçüdə 2 ədəd foto şəkil, tərcümeyi-hal, attestat və yaxud təhsil haqqında şəhadətnamə gətirməli olduğu qeyd olunmuşdur. Ona gələn elektron məktublar barədə o, Asəfə də məlumat vermişdir. 24 yanvar 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə getmək üçün o, yolda olarkən Asəf zəng edərək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonu ərazisində olan idarəsinə getməli olduğunu, işə qəbulun orada aparıldığını bildirmişdir. O da Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonu ərazisində olan idarəsinə getmiş, orada ondan başqa işə qəbulla bağlı müraciət etmək üçün xeyli adam gəlmişdir. Qəbula yaxınlaşdıqda onun anket məlumatları qeyd olunmuş və Vətən Müharibəsində iştirak etməyi ilə bağlı suallar verilmişdir. Elektron məktubda göstərilən sənədlər demək olar ki, tələb olunmamışdır. Həmin vaxtdan Asəf işə qəbul əmrini gözləməyi tapşırsa da, bu günə qədər işlə təmin olunmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs tanımadığını, ilk dəfə məhkəmədə gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 11 iyul 2021-ci il tarixdə Qazax rayonundan Bakı şəhərinə gedirmiş. Tovuz rayonu ərazisindən keçən zaman yolun qırağında dayanan 60 yaşlarında bir nəfər kişi şəxsin avtomobillərə saxlaması üçün əl işarəsi etdiyini görmüşdür. O, avtomobildə tək hərəkət etdiyindən avtomobili həmin kişinin yanında saxlamış və həmin kişi Bakı şəhərinə getdiyini, onu da apara bilib-bilməyəcəyini soruşmuşdur. O da apara biləcəyini bildirmiş və birlikdə Bakı şəhərinə doğru hərəkət etməyə başlamışlar. Yol boyu onlar söhbətləşmiş və aralarında səmimi söhbət yaranmışdır. Söhbət zamanı həmin şəxsin X6 olduğunu öyrənmişdir. Cavanşir Kazımov özünü ziyalı bir şəxs kimi tanıtmışdır. Şirvan şəhəri ərazisində dincəlmək üçün kafedə oturub çay içərkən Cavanşir özünün çox geniş əlaqələrinin olduğunu, tanışlarını Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətində işə düzəltdiyini bildirmişdir. Həmin zaman onun ağlına qohumu Zərərçəkmiş şəxs2 gəldiyindən X8 Müharibəsi iştirakçısı olan qohumu Əlini də işə düzəldə bilib-bilməyəcəyini soruşmuş və o da işi həll edə biləcəyini və sənədlərini ona göndərməsini demişdir. Yolda “whatsapp” proqramı ilə qohumu Əli sənədləri ona göndərmiş, o da həmin sənədləri “whatsapp” proqramı vasitəsi ilə Cavanşirə göndərmişdir. Cavanşir də sənədləri Təqsirləndirilən şəxs göstərib işə yararlı olub-olmamasını soruşacağını demişdir. Daha sonra isə Cavanşir ona işə razılıq verildiyini bildirmişdir. İyul ayının 12-si Cavanşir ilə Milli Məclisin önünə getmişlər və orada Cavanşir Təqsirləndirilən şəxs zəng etmiş və o da aşağı düşmüşdür. Cavanşir onu Aytac xanım ilə tanış edərək qohumunu işə düzətmək istəyənin həmin şəxs olduğunu demişdir. Cavanşir iş üçün nə qədər məbləğ lazım olduğunu soruşanda Aytac xanım bunun müqabilində 8-9 min manat pul verməli olduğunu bildirmişdir. O isə qohumunun kasıb ailə olduğunu, uzağı 8.000 manat pul düzəldə biləcəklərini söylədikdə Aytac xanım onunla razılaşmış və işin düzəlməsi üçün həmin gün saat 15:00-dək pulun çatmalı olduğunu bildirmişdir. O da razılaşaraq Aytac xanımla sağollaşdıqdan sonra Zərərçəkmiş şəxs2la əlaqə saxlayıb saat 15:00-dək 8.000 manat pulun verilməli olduğunu bildirmişdir. Elə həmin gün, yəni 12 iyul 2021-ci il tarixdə, təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gələrək Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının "xxxx" ASC tərəfdə olan çıxışının yaxınlığında 8.000 manat məbləğində pulu ona vermişdir. Həmin pulu aldıqdan sonra Cavanşirə zəng edərək pulun onda olduğunu bildirmiş və daha sonra Cavanşirlə görüşüb 8.000 manat məbləğində pulu Cavanşir Kazımova vermişdir. Puldan əlavə Cavanşirin tələbi ilə Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətini də vermişdir. Cavanşir Zərərçəkmiş şəxs2 adına elektron poçt ünvanı açdıraraq ona bildirməyini, 3 aya qədər Zərərçəkmiş şəxs2 iş məsələsinin həll olunacağını, işə qəbulla bağlı müraciətinin qəbul olunması barədə, tibbi komissiyadan, idman və fiziki hazırlıq imtahanından keçməsi, eləcə də yekun sənədlərin təqdim olunması barədə elektron poçt ünvanına elektron məktublar gələcəyini bildirmişdir. X18 mobil telefonunda ona həmin elektron məktubların nümunəsini göstərərək FHN-ə işə düzəltdiyi digər bir şəxsin elektron poçt ünvanına FHN-dən göndərilmiş elektron məktublar olduğunu söyləmişdir. Bütün bunlar onda tam inam yaratmış və Zərərçəkmiş şəxs2 elektron poçt ünvanı açıb ona məlumat verməsini demişdir. Əli də özünə elektron poçt ünvanı açdıqdan sonra ona bildirmiş və o da həmin elektron ünvanın məlumatlarını Cavanşirə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 elektron poçt ünvanına “mailto:fhn.gov.az@list.ruElektron ünvan 2” elektron poçt ünvanından Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına ünvanladığı müraciətinin qəbul olunduğu, müraciətə baxılaraq məlumat veriləcəyi barədə, daha sonra xx.xx.2021-ci il tarixdə isə yanğından mühafizə orqanlarına xidmətə qəbul olunmağının məqsədə müvafiq hesab edilməməsi barədə elektron məktub göndərilmişdir. Əli bu barədə ona dedikdə o, Cavanşirlə əlaqə saxlamış, Cavanşir ona həmin elektron məktubları göndərən Nazirlik əməkdaşının cavan qız olduğunu, yeni əməkdaş olduğundan təcrübəsizlik edərək məktubu səhv göndərdiyini və düzəliş olunacağını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Cavanşir Əlinin tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə gəlməli olduğunu bildirdiyindən o bu barədə Əliyə demiş və Əlinin mobil nömrəsini Cavanşirə vermişdir. Səhəri gün Əli Bakı şəhərinə gələrək Cavanşirlə görüşmüş, Cavanşirin tanış etdiyi Asəf adlı şəxs Əlini Biləcəri qəsəbəsində yerləşən Tibbi Hospitalda tibbi müayinədən keçirmişdir. Bir müddət sonra Əlinin elektron poçt ünvanına keçdiyi tibbi komissiyanın tibbi yoxlanışın qənaətbəxş qiymətləndirilməsi, idman və fiziki hazırlığın yoxlanılması məqsədilə keçiriləcək növbəti imtahana dəvət olunacağı barədə elektron məktub göndərilmişdir. Sonradan Asəf adlı şəxs özü Əli ilə əlaqə saxlayaraq idman və fiziki hazırlıq imtahanından keçmək üçün onu Bakı şəhərinə dəvət etmişdir. Orada Əli hansısa sənədə imza etmişdir. Bu hadisələrdən sonra təxminən 1 il keçmiş və o Bakı şəhər Baş Polis idarəsinə müraciət edərək baş verən hadisə ilə əlaqədar məlumat vermişdir. Daha sonra Korrupsiya idarəsindən onu çağırmışlar və o da orada hadisə ilə bağlı ifadə vermişdir. Bundan başqa o, 8000 azn geri qaytarılması ilə bağlı Aytac xanım və Cavnşirlə 1 il içində dəfələrlə danışdığını, FHN-yə gedəndə gələn mailin saxta olduğunu ona dediklərini, bu barədə Aytac xanıma bir şey demədiyini, Aytac xanımla 2 dəfə görüşdüyünü və 2-ci dəfə görüşdüyü zaman Aytac xanımdan işin düzəlməsini tələb etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində atası Zərərçəkmiş şəxs1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, həmin şəxslə heç bir tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs1 Şamaxı şəhər sakini, əvvəl qaz idarəsində işləmiş Rauf adlı şəxs vasitəsilə tanımışdır. X2 isə uzun müddətdən bəri tanımışdır. Belə ki, Cavanşir Kazımovla Bakı şəhərində tanış olmuş, lakin kimin vasitəsilə tanış olmağını xatırlamır. Cavanşir Kazımovla Bakı şəhərində görüşü zamanı Cavanşir ona əlaqələrinin geniş olduğunu, bir nəfər tanıdığı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə tanışının olduğunu demişdir. Daha sonra öyrəndiyi qədərilə həmin şəxs Asəf Ağazadə adlı şəxs olmuşdur. O da bundan sonra 2 nəfər şəxsin Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətində işə qəbul olunması üçün 5.800 (beş min səkkiz yüz) manat və 7.200 (yeddi min iki yüz) manat olmaqla ümumilikdə 13.000 manat pul vəsaitini Cavanşir Kazımova təqdim etmişdir. Daha sonra həmin iş alınmadığından almış olduqları pul vəsaitini vətəndaşlara geri qaytarılmış və həmin işlə bağlı Şamaxı RPŞ-də cinayət işi istintaq edilmiş, barəsində Şamaxı Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Cavanşir Kazımov və Asəf Ağazadə isə həmin şəxslərə pulu geri qaytardıqlarından və dövlətə də cərimə ödədiklərindən barələrində olan cinayət işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs1la Cavanşir Kazımov da onun vasitəsilə tanış olmuşlar. Həmin şəxsləri təxminən 3-4 il bundan əvvəl Bakı şəhərində tanış etmişdir. Belə ki, Bakı şəhərində Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına parkda xatırladığı qədərilə Cavanşir Kazımovun avtomobilində görüşmüşlər. Həmin vaxt avtomobildə Zərərçəkmiş şəxs1, Cavanşir Kazımov və o, olmuşdur. Belə ki, görüşləri zamanı Zərərçəkmiş şəxs1 oğlunun işə düzəldilməsi ilə bağlı Cavanşir Kazımova 8.000 (səkkiz min) manat pulu (yüz manatlıq və iki yüz manatlıq əskinaslarla) əlbəəl vermiş, həmin məbləğdən ona heç nə verilməmişdir. O, Cavanşir Kazımovun ilkin araşdırma zamanı verdiyi izahatında göstərdiyi kimi Zərərçəkmiş şəxs1 2.000 (iki min) manat pul almamış və Cavanşirə də 700 (yeddi yüz) manat pul verməmişdir. Zərərçəkmiş şəxs1 və Cavanşir Kazımovla görüşləri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına parkda təxminən 3-4 il bundan əvvəl olmuş, Zərərçəkmiş şəxs1 Cavanşir Kazımova 8.000 (səkkiz min) manat pulu oğlunun işə düzəldilməsi üçün vermiş, lakin konkret olaraq hara işə düzəldilməsi barədə məlumatı olmamışdır. Həmin hadisənin üzərindən uzun müddət keçdiyindən söhbətləri tam təfərrüatı ilə xatırlamır. Zərərçəkmiş şəxs1 tərəfindən X3 8000 (səkkiz min) manat pul verilsə də, Təqsirləndirilən şəxs pul verilib-verilməməsi barədə məlumatı olmamış, eləcə də Cavanşir Kazımova verilən puldan ona heç bir məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 25 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Turxan Seyidin 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD-ə 28 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-də 5 ədəd fayl vardır. 1-ci fayl “AUD-20220408-WA0000” adlanır. Həmin faylda biri kişi digəri qadın cinsli olmaqla iki nəfər arasında aparılan söhbətin 3 dəqiqə 10 saniyəlik səs yazısı vardır. Səs yazısından görünür ki, qadın cinsli şəxs onlarda 2 şöbədə, eləcə də Komitədə 3 vakant yerin olduğunu, Qeysərin sənədlərinin stolunun üzərində olduğunu, Qeysərin onun dayısı olduğunu dediyini, lakin pandemiya və müharibə şəraiti ilə əlaqədar heç kimin işə götürülmədiyini, kişi cinsli şəxs artıq bu məsələnin bitməsini istədiklərini, qadın cinsli şəxs isə nayabr ayının 1-nə kimi gözləməsini, işin alınmayacağı təqdirdə əmanəti geri verəcəyini bildirdikdə, kişi cinsli şəxs onunla razılaşaraq sağollaşıb uzaqlaşır. 2-ci fayl “AUD-20220408-WA0001” adlanır. Həmin faylda iki nəfər şəxsin arasında aparılan söhbətin 5 dəqiqə 50 saniyəlik səs yazısı vardır. Səs yazısından görünür ki, bir nəfər salam verdikdən sonra kişi cinsli şəxs “salam qızım” deyə müraciət edir. “Salam qızım” deyə müraciət edən şəxsin pulun anası tərəfindən göndərildiyini, anasının 1 həftə içində üstünü düzəldib qalanını da verəcəyini bildirir. Kişi cinsli şəxs özünün və həyat yoldaşının xəstə insanlar olduğunu, pulu bankdan kreditə götürdüyünü və faiz borcu ödədiklərini bildirərək hazırda burada nə qədər olduğunu soruşur. Digər şəxs isə 1.700 və 200 olduğunu dedikdən sonra onlar sağollaşıb ayrılırlar. 3-cü fayl “AUD-20220408-WA0002” adlanır. Həmin faylda bir nəfər qadın cinsli şəxsin səs yazısı vardır. Səs yazısında qadın cinsli şəxs adına 35.000 dəyərində qaraj olduğunu, istədiyi təqdirdə həmin qarajı verə biləcəklərini, əks təqdirdə satdıqdan sonra pulu verə biləcəklərini, başqa variantlarının olmadığını bildirir. 4-cü fayl “İMG-20220408-WA0005” adlanır. Həmin faylda iki ədəd sms mətninin şəkili vardır. Həmin sms mətnlərinin şəkilindən görünür ki, sms mətnini yazan şəxs “Rövşən müəllim” deyə müraciət etdiyi şəxsə narahat olmamasını, az müddət qaldığını, əmanəti qaytarmaq üçün çox çalışdığını, utandığından onunla danışa bilmədiyini, tezliklə onunla görüşəcəyini, sərəncamın 23-24-nə veriləcəyinə söz verildiyini, bütün günü bu məsələ ilə məşğul olduğunu, alan adamın sərəncam olmadan alqı-satqıya getmədiyini, ona 25-nə kimi vaxt verməyini xahiş etdiyini, onunla danışmağa utandığını bildirir. 5-ci fayl “İMG-20220408-WA0006” adlanır. Həmin faylda bir ədəd sms mətninin şəkili vardır. Həmin sms mətninin şəkilindən görünür ki, sms mətnini yazan şəxs “Rövşən müəllim” deyə müraciət etdiyi şəxslə salamlaşdıqdan sonra həmin şəxsə kritik dönəmi atlatmasına az qaldığını, onun yaxşılığını heç zaman unutmayacağını, böyüklüyü qarşısında baş əydiyini, alicənab olduğuna görə xəcalət çəkib hər gün ölüb dirildiyini, onunla danışmağa belə utandığını, əmanəti alan kimi əlaqə saxlayacağını bildirir. Qeyd edilənlərdən başqa CD-ə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan 15 avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd qovluq var. Həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, sonuncunun qızı X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 8 ədəd fayl vardır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair sms mətnlərinin olduğu fayla baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Rövşən müəllim salam, mən danışa bilmirem, biz ailelikcə karantidəyik, Sizə çatası əmanət olan adam da xəstəxanadadı. 10 güne karantin bitən kimi çatdıracam, üzürlü bilin xahiş edirem” məzmunlu, xx.xx.2021-ci il tarixdə “Rövşən m, xahiş edirəm narahat olmayın az müddət qalıb sizin əmanəti qaytarmaq üçün çox çalışıram. Utandığımdan sizinlə danişa bilmirəm. Tezliklə sizinlə görüşəcəm” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Rövşən müəllim üzürlü sayın çox xahiş edirım hətta yalvarıram. Söz veriblər sərəncamı 23-24 verəcəklər. İnanın bütün günü bu məsələ ilə məşğulam. Alan adam sərəncamı almadan alqı-satqıya getmir. Mənə 25-nə kimi möhlət verin çox xahiş edirəm. Vallah utanıram sizinlə danışmağa” məzmunlu smslər göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, 25.01.202, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərində müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. Qeyd edilənlərdən başqa qovluqda olan fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan 17 avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, diskdə X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 3 ədəd fayl vardır. X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair sms mətnlərinin olduğu fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müxtəlif vaxtlarda müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. Qeyd edilənlərdən başqa qovluqda olan fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan 17 avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, diskdə X1 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 6 ədəd fayl vardır. X1 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnlərinin olduğu fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müxtəlif vaxtlarda müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Qeyd edilənlərdən başqa qovluqda olan fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs əmək kitabçasından çıxarışdan görünür ki, o, 1993-cü ildən etibarən Azərbaycan Respublikası Milli Məclisində müxtəlif vəzifələrdə işləməklə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2009cu il tarixli 297-İİİ saylı sərəncamına əsasən Milli Məclisin Daimi komissiyalarının işinin təşkili şöbəsinin adının dəyişdirilib Komitə və komissiyalar ilə iş şöbəsi adlandırılması ilə əlaqədar xx.xx.2011-ci il tarixli 46-İV saylı sərəncamla həmin şöbənin baş məsləhətçisi vəzifəsinə keçirilməklə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamına əsasən Aparatın Komitə və komissiyalar ilə iş şöbəsi ləğv edilərək Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin vəzifədə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 36-Vİ saylı sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 24-Vİ saylı sərəncamının qüvvədən düşmüş hesab edilərək yeni struktur quruluşuna əsasən Aparatın Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisi sədrinin xx.xx.2020-ci il tarixli 235-Vİ saylı sərəncamına əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizə və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 23.000 (iyirmi üç min) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrindən məlum olur ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda övladları X9 və X12 ilə birlikdə yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Şahid1 işə qəbul olunmasına köməklik etmək müqabilində 25.000 (iyirmi beş min) manat məbləğində pul tələb etməməsi və 23.000 (iyirmi üç min) manat məbləğində pula razılaşmaması, sonuncudan şəxsən hər hansı məbləğdə pul almaması, eləcə də Şahid2 sonuncunun qohumu Zərərçəkmiş şəxs2 işə qəbul olunmasına köməklik etmək müqabilində 9.000 (doqquz min) manat məbləğində pul tələb etməməsi və 8.000 (səkkiz min) manat məbləğində pula razılaşmaması, Zərərçəkmiş şəxs2 Şahid2 vasitəsilə alınmış 8.000 (səkkiz min) manat məbləğində puldan ona hər hansı məbləğdə pul verilməməsi barədə ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, onlara dəymiş zərəri tam aradan qaldırmasıdır. Təqsirləndirilən şəxs CM-in 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazıları və sms mətnlərinin olduğu 01 ədəd disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd telefon danışıqlarına dair izahlı disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşələrinə, aşkar edildikləri yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 25 avqust 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinin tələblərinə uyğun olaraq 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyalarında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alıb, onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazıları və sms mətnlərinin olduğu 01 ədəd disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd telefon danışıqlarına dair izahlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazıları və sms mətnlərinin olduğu 01 ədəd disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd telefon danışıqlarına dair izahlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar