Məhkəmə qərarları › İş №1(101)-1744/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1744/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1744/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Universal” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində, talama məqsədi olmadan usta kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində “Lyukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən avtomobil təmiri emalatxanasında təmir etməsi üçün Zərərçəkmiş şəxs1 saxladığı “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 xəbəri və razılığı olmadan, qanunsuz olaraq ələ keçirərək (qaçıraraq) idarə etmiş, xx.xx.2023-cü İl tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Ceyhun Şərifov küçəsi istiqamətində Nizami İsmayılov küçəsi ilə hərəkətdə olarkən, həmin küçənin Novruz küçəsi ilə kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərə riayət etməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyada Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızıma, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, sağ tərəfli lll-İV-V qabırğaların yerini dəyişməyən qapalı sınıqları, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ alın-təpə nahiyəsinin əzilmiş yarası, baş, sifət və sol baldır nahiyələrinin çoxsaylı qançırları kimi, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs2 sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq-qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi onun ölümünə səbəb olmuş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarım yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da o, Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, Yevlax şəhərində qeydiyyatda olmaqla yaşayır. Hadisədən 4 ay əvvəl 2022-ci ilin oktyabr ayında Yevlaxdan Bakıya işləmək məqsədilə gəlmişdir. Qaraçuxurda boks kirayə götürmüş, orada avtomobil təmiri ilə məşğul olmuşdur. 4 ay həmin boksda işləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 onunla müştəri kimi tanıdığı Cəlil tanış etmişdir. Alının maşınının peredoku dəyişilməli olduğu üçün maşınını onun işlədiyi yerə aparmışdır. “Peredokun” düzəldilməsini 60 manat qarşılığında razılaşmışlar. Alının avtomobili 3 gün onun iş yerində qalmışdır. Hadisə baş verən gün gecə saatlarında Cəlil ilə birlikdə Alının maşınındakı işləri bitirmişlər. İşi bitirdikdən sonra Cəlil Alının avtomobili ilə onu evlərinə aparmağını xahiş etmişdir. Həmin gün hava yağışlı olduğu üçün asfalt yaş imiş. Cəlili evinə apardıqda Bakıxanov qəsəbəsi tərəfdə avtoqəza hadisəsi baş vermişdir. Həmin yerdə maşından düşmüş və gördüyü mənzərədən qorxmuşdur. Bundan sonra o, hadisə yerindən uzaqlaşmış, həmin günün səhəri isə Sabunçu Rayon Polis İdarəsinə təslim olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi törətdiyi avtomobil Alının avtomobili olmuşdur. Həmin gün maşını sürmək üçün Alıdan icazə almamışdır. Sürücülük hüququnu təsdiq edən sənədi, sürücülük vəsiqəsi və həmin avtomobilə etibarnaməsi yoxdur. Qəza zamanı avtomobili özü idarə etmişdir. Havanın yağışlı olması səbəbindən yol sürüşkən idi. Şəxsin anidən önünə çıxması səbəbindən də qəza baş verib. Hadisə baş verən küçədə avtomobili 40-50 km/saat sürətlə idarə edirdi. Lakin avtomobili idarə edərkən qarşısına çıxan şəxsi görməyib. Hadisədən sonra avtomobili saxlamış, düşüb baxmış, lakin sonra hadisə yerindən uzaqlaşmışdır, lakin məqsədi hadisə yerindən qaçmaq olmamışdır. Zərərçəkmiş tərəflə barışıq olmayıb. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla razıdır, ittiham üzrə özünü təqsirli bilir. xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, evlidir, fərdi qaydada avtomobil təmiri ilə məşğul olur, məhkum olunmamışdır, 2020-ci ildə ailə həyatı qurmuş, xx.xx.2022-ci ildə qızı X5 doğulmuşdur. ünvan 2 ünvanda yaşayırmış, rayonda olarkən avtomobil təmir edirmiş. Lakin rayonda dolanışacaq zəif olduğuna görə 2022-ci ilin noyabr ayında Bakı şəhərinə gəlmiş, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində “Lyukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı avtomobil təmiri sexini 350 manata kirayə götürərək avtomobil ustası kimi işləməyə başlamışdır. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz ünvanda kirayə ev tutaraq 1 günü 5 manat olmaqla ayı 150 manata kirayə yaşayırmış. xx.xx.2023-cü il tarixdə müştəri kimi tanıdığı Şahid “Mercedes” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirməsi üçün işlədiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində “Lyukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən sexə gətirmişdir. Avtomobilin mühərrikində problem olduğundan Cəlillə razılaşmışlar ki, avtomobili sexdə qoyub getsin, hazır olduqda məlumat verəcək. Lakin işləri çox olduğundan Cəlilin avtomobilini təmir edib çatdıra bilməmişdir. Həmin ərəfədə sonradan adını bilib tanıdığı Zərərçəkmiş şəxs1 ona Şahid adından zəng vuraraq idarə etdiyi “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək istəməsini bildirmiş, o, demişdir ki, gətirib sexə qoysun, 2 günə təmir edər, hazır olduqdan sonra gəlib götürər. xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs1 “Renault Megane” markaiı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir üçün sexə gətirmişdir. Həmin vaxt o, ilk dəfə Alını görərək tanımış, müəyyən etmişdir ki, Alının avtomobilinin “peredoku”, yəni qabaq hərəkət hissələri yığılmalıdır. O, Alıya söz vermişdir ki,xx.xx.2023-cü il tarixdə avtomobilini təmir edib bitirəcək, gəlib götürər. xx.xx.2023-cü il tarixdə Alı onu yığarkən işi çox olduğundan avtomobilinin hazır olmamasını deyərək 2 gün möhlət istəmişdir. xx.xx.2023-cü il tarixdə Alı avtomobilini götürməyə gelərkən Alının avtomobili tam saz vəziyyətdə olmuş, lakin görmüşdür ki, sexin qarşısında naməlum şəxs Alının avtomobilinin sol yan güzgüsünü avtomobillə vuraraq sındırıb. Alı güzgünü təcili təmir etdirməsini tələb etmiş, o, Alıdan 1 gün möhlət istəmiş, bildirmişdir ki, sexdə düzəltdirəcək, narahat olmasın. xx.xx.2023-cü il tarixdə Cəlil ona zəng vuraraq avtomobilini tələb etmiş, o, Cəlilə demişdir ki, növbəti gün, yəni xx.xx.2023cü il tarixdə işlədiyi sexə gəlsin, ikisi birgə köməkləşib avtomobilini təmir edib bitirərlər. Cəlil onunla razılaşmışdır. Cəlil avtomobilini birgə təmir etmələrinə ona görə razılaşmışdır ki, Cəlillə zəhmət haqqını danışmamışlar, Cəlil ona cüzi məbləğdə pul verməli idi. xx.xx.2023-cü ii tarixdə saat 10 radələrində Cəlil işlədiyi sexə gəlmiş, saat 21 radələrinədək yanında dayanmış, həmin müddətdə 2 avtomobil təmir etsə də, Cəlilin avtomobilini təmir etməyə vaxt çatdıra bilməmişdir. Odur ki, qərara gəlmişdir ki, təmiri növbəti günə saxlasın. Həmin tarixdə, yəni xx.xx.2023-cü i! tarixdə saat 16 radələrində Alı ona zəng vuraraq avtomobilinin sol güzgüsünü düzəlmiş vəziyyətdə geri tələb etmişdir. O, Alıya söz vermişdir ki, həmin tarixdə avtomobilinin sol yan güzgüsünü hazır edərək Alıya zəng vuracaq. Saat 22 radələrində yorulduğundan və Alının işini çatdıra bilməyəcəyindən Cəlillə qərara gəlmişlər ki, haradasa şam etsinlər. O, Alının təmirə qoyduğu “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Cəlillə birgə kafeyə getmişlər. Avtomobili o, sürmüş, Cəlil isə qarşıda oturmuşdur. O, Cəlillə birgə kafeyə gedərək şam etmiş, saat 22:30 radələrində kafedən durmuşlar ki, evlərinə getsinlər. Kafedən çıxarkən yağış yağdığından Alının avtomobilində Cəlili kirayə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə aparacağını bildirmiş, Cəlil demişdir ki, özü gedəcək, lakin o, razılaşmamışdır. O, Alının təmirə qoyduğu “Renault Megane’’ markalı, 10- RY-998 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Cəlili müvəqqəti yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə aparmış, avtomobili özü sürmüş, Cəlil isə qarşıda oturmuşdur. Yolda olarkən, yəni saat 23 radələrində Alı onu yığaraq avtomobilini tələb etmiş, o, bildirmişdir ki, yoldadır, evinə gedir. Alı ondan avtomobilinin harada olmasını soruşmuş, o, bildirmişdir ki, avtomobilin sol yan güzgüsü hazırdır, avtomobili işlədiyi sexin qarşısındadır, açar isə özündədir. Ona görə belə demişdir ki, Alı ondan əl çəksin, düşünmüşdür ki, səhər tezdən sexə gedərək Alının avtomobilinin sol yan güzgüsünü düzəldərək avtomobili Alıya qaytarar. Lakin Alı demişdir ki, kirayə yaşadığı evə gəlir, açarı ondan alıb özü sexin qarşısından avtomobilini götürəcək. O, etiraz etməmiş, düşünmüşdür ki, yəqin gecə saatlarında yağışlı havada Alı gəlməz. Lakin Alı əl çəkməmiş, təxminən 10 dəqiyqə sonra Alı onu yığdıqda Alının zənginə cavab verməmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi texniki cəhətdən saz olan Alıya məxsus, “Renault Megane” markalı. **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Yusif Eyvazov küçəsi X9 küçəsi istiqamətində Nizami İsmayılov küçəsi ilə saatda 20 kilometr surətlə hərəkətdə olarkən, həmin küçənin Novruz küçəsi ilə kəsişməsində hərəkəti istiqamətində sağ səkidən sol səkiyə doğru piyada keçidində asta yerişlə düzünə yolu keçən sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs2 görmüşdür. Həmin andan onun üçün təhlükə yaranmışdır. Düşünmüşdür ki, Zərərçəkmiş şəxs2 onu görüb dayanacaq. Lakin Zərərçəkmiş şəxs2 dayanmamış, piyada yoluna daxil olduqdan sonra asta yerişlə düzünə 4 metr məsafə qətt etdikdən sonra idarə etdiyi avtomobilin qabaq sağ qanadına dəyərək yerə yıxılmışdır. O, həyəcanlı olduğundan hadisə yerində dayanmadan avtomobilin hərəkətini davam etdirmişdir. O, hadisə yerindən 20 metr qarşıda avtomobillə sağa dönərək avtomobili saxlamışdır. O, Cəlillə birgə avtomobildən düşərək kənardan müşahidə aparmış, görmüşdür ki, piyada Zərərçəkmiş şəxs2 yolun ortasında qalıb. Cəlil piyada hadisə yerinə yaxınlaşmış, o, iso Almın avtomobilinə minərək hadisə yerindən uzaqlaşmışdır, İdarə etdiyi Alının “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini bir tin qarşıda, yəni Bakıxanov qəsəbəsi, C.Şərifov küçəsində saxlayıb piyada hadisə yerinə yaxınlaşmış, lakin həyəcanlı olduğundan bir başa avtovağzala, oradan isə yaşadığı Yevlax rayonuna getmişdir. Alı avtomobilini ona sürməsi üçün deyil, təmir etməsi üçün vermiş, ümumiyyətlə Alı heç vaxt ona avtomobilini sürməsinə icazə verməmiş və o, Alının avtomobilini sürməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Sabunçu RPİ-yə gələrək törətdiyi hadisə barəsində məlumat verərək könüllü təslim olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs həm avtomobili qaçırdıb, həm zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoyub qaçıb, həmdə ki, yağışlı havada surət həddi saatda 30 km olan yerdə saatda 80-90 km surətlə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3-cü Arabinka küçəsi 213 saylı məktəbin qarşısında gecə saat 11 radələrində içkili halda oradan keçərək zərərçəkmiş şəxsi vurub sonrada maşını aparıb qonşu küçədə atıb, oradanda qaçıb Yevlax şəhərinə gedib və orada polisə təslim olaraq bildirmişdir ki, Bakı şəhərində avtomobillə adam vurubdur. Ədaləti qərara çıxarılmasını xahiş edir, şikayətçidir, dəymiş ziyan ödənilməyibdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum anası ilə birlikdə yaşayıb və hadisə barədə ona qonşu məlumat verib. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai araşdırma zamanı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş digər Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, fərdi qaydada sürücü işləyir, Sabunçu rayonu, ünvan 4 ünvanda yaşayır. “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, 2022-ci ilin dekabr ayından Rövşən adlı şəxsdən almışdır. Həmin avtomobillə sərnişin daşımaqla çörək pulu qazanır, avtomobilin qabaq hissəsində nasazlıq yarandığından təmir etdirmək qərarına gəlmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə avtomobili Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində, “Lyukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən təmir sexinə aparmışdır. Həmin sexdə işləyən usta Təqsirləndirilən şəxs tanışı Şahid ona məsləhət bilmiş, ilk dəfə İsməti xx.xx.2023-cü il tarixdə avtomobili sexə apararkən görüb tanımışdır. İsmət ona söz vermişdir ki, xx.xx.2023-cü il tarixdə avtomobili təmir edib ona qaytaracaq. xx.xx.2023-cü il tarixdən başlayaraq hər gün İsməti yığsa da, İsmət avtomobilin hazır olmamasını bildirərək vaxtı uzatmışdır. xx.xx.2023-cü il tarixdə avtomobilini götürməyə gedərkən, görmüşdür ki, avtomobilinin sol yan güzgüsü sınıb. O, bu barədə usta İsmətdən soruşarkən ona bildirmişdir ki, avtomobili sexin qarşısında saxlayarkən güzgüsünü naməlum şəraitdə avtomobillə vurublar. İsmət bildirmişdir ki, 1 gün möhlət versin, səhər avtomobilin güzgüsünü düzəldəcək. xx.xx.2023-cü il tarixdə saat 16:10- da İsmətin ***-***-**-** nömrəsinə yığaraq avtomobilini tələb etmiş, İsmət bildirmişdir ki, bu gün avtomobilini götürəcək. Həmin tarixdə saat 22:54-də o, İsməti təkrarən yığarkən İsmət bildirmişdir ki, yoldadır, evinə gedir. O, avtomobilinin harada olmasını soruşmuş, İsmət bildirmişdir ki, avtomobili sexin qarşısındadır, açar isə İsmətin özündədir. O, bildirmişdir ki, evlərinə gəlib avtomobilinin açarını götürəcək. İsmət etiraz etməmiş, saat 22:59-da İsmətin kirayə yaşadığı evinin qarşısına çataraq İsməti yenidən yığmış, lakin zənginə cavab verməmişdir. O, İsmətin cavab vermədiyini və sonradan telefonunu söndürdüyünü görüb təmir sexinin yanına getmişdir ki, avtomobilinin salamat olub-olmamasının şahidi olsun. Lakin sexin yaxınlığını gəzsə də, avtomobilini tapa bilməmiş, İsməti onunla tanış edən Şahid yığıb İsmətlə bağlı iradını bildirmiş, Cəlilə demişdir ki, küçəyə çıxsın, Cəlillə birgə İsməti və avtomobilini axtarsınlar. O, Bakıxanov ticarət mərkəzinin yaxınlığına Cəlilin evinin ətrafına getmiş lakin Cəlil də telefonu söndürmüşdür. Odur ki, xx.xx.2023-cü il tarixdə saat 23:47-də DİN-in “102“ Xidməti zəng mərkəzinə zəng vuraraq təmirdə saxladığı “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmirdə saxladığı usta tərəfindən qaçırıldığını bildirmişdir. Sonradan eşitmişdir ki, İsmət onun avtomobili ilə Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yol nəqliyyat hadisəsi törətmiş, yəni piyadanı vurub öldürmüş, avtomobilinin alın şüşəsini, yəni "ön padpresi”ni və sağ faranın şüşəsini sındırmışdır. Usta avtomobilinə baxaraq təmirini 460 manata qiymətləndirmiş, İsmətin avtomobilini qaçırması, yəni yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona 460 manat ziyan dəymişdir. O, İsmətə avtomobilini sürməsi üçün deyil, təmiri üçün vermiş, ümumiyyətlə heç vaxt İsmətə avtomobilini sürməyə icazə verməmiş və ya İsmət avtomobilini sürməmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində bildirmişdir ki, 6-7 ay əvvəl İsmətin yanına maşın düzəltdirməyə getmişdir. Normal iş gördüyünə görə İsmətlə münasibətləri yaranmış, onun yanına gedib-gəlməyə başlamışdır. Bir gün maşınının motorunda problem yaranmış, maşınıı onun yanına aparmışdır. Maşın 10-15 gün orda qalmışdır. Axırıncı gün İsmət ona demişdir ki, “gəl maşını çıxart.” O, maşını çıxartmağa gedəndə maşın xoda düşməmişdir. İsmət orda başqasının maşınını göstərərək ona demişdir ki, “gəl səni bu maşınla aparım, sabah başqa usta var gəlsin maşını xoda salar apararsan.” Onu aparanda oturb birlikdə yemək də yemişlər. Ordan da çıxıb gedəndə isə yol hadisə baş vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, maşın hadisə olan vaxt 50-60 km sürətlə gedirdi. Hadisədən sonra İsmət maşını qıraq məhlədə saxlamış və özü də hadisə yerinə getmişdir. Hadisə yerinə polislər də gəlmişdirlər, lakin İsmət polislərə yaxınlaşıb hadisə barədə heç nə deməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023cü ilin fevral ayında etibarnamə əsasında “Mercedes” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin ərəfədə avtomobilini təmir etdirməsi üçün təsadüfən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Ucar” servis" adlanan avtomobil təmiri sexinə girmiş, orada usta Təqsirləndirilən şəxsla tanış olmuşdur. İsmət onun avtomobilini təmir etdikdən sonra münasibətləri yaranmış, İsmətin telefon nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə avtomobilinin mühərrikində problem olduğundan İsmətə zəng vurmuş, İsmət işlədiyi yeri dəyişdiyini demişdir. O, avtomobili İsmətin işlədiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Lyukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən avtomobil təmiri sexinə aparmışdır. Həmin vaxtdan avtomobili İsmətin işlədiyi sexdə qalmış, avtomobilini təmir etməmişdir. Həmin ərəfədə tanışı Alı avtomobilini kimə təmir etdirməsi ilə maraqlanmış, o, İsmətin nömrəsini Alıya vermişdir. Alı idarə etdiyi “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməsi üçün İsmətin sexinə qoymuşdur. 2023-cü il tarixdə avtomobili ilə bağlı İsmətlə telefonda danışarkən İsmət bildirmişdir ki, 2023-cü il tarixdə İsmətin işlədiyi sexə gedərək İsmətə köməklik etsin ki, avtomobilini təmir edib bitirsin. O, razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində İsmətin iş yerinə getmiş, saat 21 radələrinədək İsmətin yanında olmuş, İsmət 2 avtomobil təmir etsə də, onun avtomobilinə növbə çatmamışdır. Qərara gəlmişdir ki, təmiri növbəti günə saxlasın. O, İsmətlə birgə Alının təmirə qoyduğu “Renault Megane" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilində kafeyə gedərək orada şam etmiş, saat 22:30 radələrində kafedən durmuşlar ki, hər biri öz evlərinə getsinlər. Onlar kafedən çıxarkən İsmət bildirmişdir ki, yağış yağdığından onu Alının avtomobilində kirayə yaşadığı Bakıxanov qəsəbəsindəki evinə özü aparacaq. O, İsmətə demişdir ki, Alının avtomobilini sürməsin. İsmət təkid etmişdir ki, heçnə olmaz, özü onu evinə aparacaq. İsmət Alının “Renault Megane’’ markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürmüş, o, isə qarşı oturacaqda oturmuşdur. xx.xx.2023-cü ii tarixdə saat 23 radələrində İsmətin idarə etdiyi Alıya məxsus, texniki cəhətdən saz olan “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Yusif Eyvazov küçəsi tərəfdən Ceyhun Şərifov küçəsi istiqamətində Nizami İsmayılov küçəsi ilə saatda 20 kilometr surətlə hərəkətdə olarkən, həmin küçənin Novruz küçəsi ilə kəsişməsində, piyada yolunda bir nəfər qadının asta yerişlə sağ səkidən sol səkiyə doğru düzünə yolu keçdiyini görmüşdür. Həmin qadın piyada yoluna daxil olduqdan sonra asta yerişlə 4 metr məsafə qətt etdikdən sonra İsmət qadını avtomobilin qabaq sağ qanadı ilə vuraraq hadisə yerində dayanmadan sürüb getmişdir. İsmət hadisə yerindən 20 metr qarşıda avtomobillə sağa dönərək avtomobili saxlamışdır. O, avtomobildən düşərək piyada hadisə yerinə qayıtmış, İsmət isə tində gözləmişdir. Sonra İsmət idarə etdiyi avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdır. O, piyada evinə gələrək əynini dəyişmiş, sonra küçəyə çıxaraq hadisə yerinin ətrafında xidmət aparan polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Baxış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Renault” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış aparılmsı haqqında” protokoldan görünür ki, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək qəzadan sonrakı vəziyyət təsvir edilmişdir. 03 aprel 2023-cü il tarixli “Şəxsin könüllü gəlməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına gələrək cinayət hadisəsi törətdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “Renault” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 (təhvil verilmiş) qəbz əsasında qaytarılmışdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 98 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə, mədəciklərinə və yumşaq qişalarına qansızma. Sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları. Sağ tərəfli lll-İV-V qabırğaların yerini dəyişməyən qapalı sınıqları. Sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Sağ alın-təpə nahiyəsinin əzilmiş yarası. Baş, sifət və sol baldır nahiyələrinin çoxsaylı qançırları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 01,04.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmamn əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən açıq-qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3497 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə-Kəpəz Avtoserviz müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 460 manat müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1282 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Renault Megane” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.X10 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-16/2-45581/2023 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Qeydiyyat-İmtahan. İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, müdafiə tərəfi təqsirləndirilən şəxsi irəli sürülən ittiham üzrə tam təqsirli hesab etməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasları zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 185.1 və 263-1.3-cü maddələri ilə təqsirini qəbul etsə də, onun hadisə baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmadığını, könüllü olaraq istintaq orqanına təqdim olduğunu və buna əsasən də onu Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilmədiklərini qeyd etsələr də, həmin dəlillərin yoxlanılması zamanı müdafiə tərəfinin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə törətdiyi cinayət əməllərini səmimi etiraf etmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin baş vermiş cinayət hadisəsindən bir müddət sonra ibtidai araşdırma orqanına könüllü olaraq gəlməsi və yaxud da, cinayət hadisəsi baş verdikdən sonra bir müddət hadisə yerində dayanıb sadəcə (yalnız) müşahidə aparması həmin şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi kimi şərh (qəbul) oluna bilməz. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsi tam təqsirli bilməməsinə dair dəlillərinə tənqidi yanaşaraq hesab edir ki, sadalanan xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə həmin xüsusatları təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə bildirilmiş həqiqəti əks etdirməyən dəlillər kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, zərərçəkmiş tərəfin ifadələrini, şahidin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün (məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri) ifadəsi ilə yanaşı, zərərçəkmiş tərəfin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, təqsirləndirilən şəxs məhkum edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin bir uşağı var. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs istintaq orqanına könüllü (təqdim olmuşdur) gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş tərəflə barışıq əldə olunmamış və ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini-təqsirini (qismən) etiraf etməsini, bir uşağının olmasını, istintaq orqanına könüllü gəlməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, zərərçəkmiş tərəflə barışıq əldə olunmamasını, ziyanın ödənilməməsini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, həmçinin Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulan əlavə cəza da təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa iş üzrə maddi sübut olan “Renault” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qəbz əsasına təhvil verilməsi (qaytarılması) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Renault” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qəbz əsasına təhvil verilməsi (qaytarılması) nəzərə alınsın. İş üzrə ekspertiza xərci 135 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 60 saat hüquqi yardıma görə “Universal” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar