Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1745/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təxridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı Ağır Cinyətlər Məhkəməsinin 01.12.2014-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 29,120.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Prezidentinin 16.03.2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, tanışı Zərərçəkmiş şəxs arvadı Şahid5 onunla intim münasibətdə olmaqları barədə arvadı X3 bildirməsini rəsmi nikahının pozulmasına səbəb olması hesab edərək, qisas almaq məqsədi ilə 24.05.2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanına gəlib qəsdən öldürmək məqsədi ilə bel çantasında gəzdirdiyi, tiyəsinin uzunluğu 150 mm, orta hissədə eni 33,8 mm, maksimal qalınlığı 2,1 mm, dəstəyinin uzunluğu 80 mm, orta hissədə eni 27,3 mm olan, soyuq silah hesab edilməyən xüsusi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs dörd dəfə vuraraq insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan baş beyininin silkələnməsi ilə müşayiət olunan və təpə sümüyündə orta xətt üzrə sınıq xətti ilə nəticələnən başın yuxarı ənsə-təpə nahiyəsinin bir ədəd, başın təpə nahiyəsində sağda bir ədəd, başın alın nahiyəsinin sağ yan səthində bir ədəd (baş nahiyəsində cəmi üç ədəd) və sol saidin arxa-iç səthinin bir ədəd (ümumilikdə cəmi dörd ədəd) kəsilmiş-çapılmış yaraları; başın alın-təpə nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ saidin çoxsaylı səthi kəsilmiş yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs özünü müdafiə xarakterli hərəkətləri və mənzildən qaçıb getməsi səbəbindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək sonuncunu qəsdən öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı ifadə verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda keçmiş arvadı Munasinqxe Şəbinə və azyaşlı övladı ilə birlikdə yaşamışdır. Bir neçə il olardı ki, Zərərçəkmiş şəxs və onun arvadı Şahid5 ilə ailəvi olaraq münasibətləri olmuş, ailəvi gedişgəlişləri olmuş - arvadı Şəbinə ilə Samara əvvəllər iş yoldaşı olmuş, həmin vaxtdan etibarən tanışlıqları yaranmış, münasibətləri yaxşı olmuşdur. Son zamanlarda arvadı Şəbinə ilə münasibətləri pozulmuş, yola getməmiş, hətta boşanmaq qərarına da gəlmişlər. Həmin ərəfələrdə onun Samara ilə gizli münasibəti yaranmışdır. Samara ilə görüşmüş və İntim əlaqələri də olmuşdur. Son dövrlərdə arvadı Səbinənin onunla münasibətlərinin pozulması və boşanmaq istəməsi əvvəl onda təəccüb doğurmuş, lakin sonradan şübhələnməyə başlamışdır ki, bəlkə də, Samara onun arvadına eşitdirib ki, onların münasibəti var. Zamanla əmin olmuşdur ki, səbəb budur. Nəhayət sonda ailəsi demək olar ki, dağılmış, artıq Şəbinə də evdən getmiş və onlar ayrı yaşamağa başlamışlar. Bütün bu baş verənlərdə özündə də günah görsə də, Samaranm Səbinəyə münasibətərini bildirməsi onu əsəbiləşdirmişdir. 24.05.2021-ci il tarixdə tanışları Zaur və Əli ilə birlikdə şəhərdə gəzərkən o, ürəyində baş verənləri fikirləşib əsəbiləşmiş, qəfil ürəyində qərara gəlmişdir ki, gedib Samaragilin evində onlarla bu barədə söhbət etsin, həmin vaxt çiynində bel çantası olmuş, həmin çanta çox vaxt onun belində olmuş, çantada işi ilə əlaqədar lazım olan əşyalar və s. gəzdirirmiş, çantasında həmçinin taxta kəsmək üçün bıçaq da olmuşdur. O, Zaurla Əliyə bildirmişdir ki, yolüstü dönüb dostugilə dəyməlidir, onunla birlikdə gəlib həyətdə onu gözləsinlər. Zaurgil də razılaşaraq onunla birlikdə gəlmiş, lakin Zaurgilə hara və nə üçün getiyini izah etməmişdir. Axşam saat təxminən 19 radələrində onlar Samaragilin yaşadığı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 3 nömrəli evin qarşısına çatmışdır. O, Zaurgilə onu binanın qarşısında gözləməyi tapşırmış və Samaragilin evlərinə qalxmışdır. Qapını döymüş, qapını Zərərçəkmiş şəxs açmış, onu görüb evə dəvət etmiş və o, evə, qonaq otağına, daxil olmuşdur. Həmin vaxt evdə Hüseyndən başqa heç kim olmamışdır. Bir qədər ümumi söhbətlər etdikdən sonra o, Hüseynə bildirmişdir ki, Samara onun ailəsinin dağılmasına səbəbkardır. Hüseyn isə laqeydcəsinə yerdə uzanaraq, arxasını ona çevirərək bildirmişdir ki, onun ailəsinin dağılmasına onların, (Hüseynin və Samaranın) heç bir əlaqəsi yoxdur. Lakin o, Hüseynə bildirmişdir ki, sonuncunun arvadı Samara aranı qatıb, bundan sonra əlavə etmişdir ki, Samara ilə aralarında intim əlaqə var. Bunu eşitdikdə Hüseyn əsəbiləşmiş və onu təhqir edərək ailəsinin barəsində nalayiq ifadələr işlətmiş, aralarında mübahisə başlamış və o, Hüseynlə əlbəyaxa olacağı təqdirdə fiziki cəhətdən gücünün çatmayacağını görüb çantasından bıçağı çıxarıb Hüseynin baş nahiyəsinə xatırlamadığı sayda zərbə vurmuş, bundan sonra onlar bir qədər əlbəyaxa vəziyyətdə dalaşdıqdan sonra Hüseyn qəfil onun əlindən çıxaraq evdən qaçmışdır. O, yerdən qalxıb «özünü toparladıqda», artıq Hüseynin qaçıb evdən çıxdığını gördüyü üçün onun arxasınca qaçmamış, çünki ona çata bilməyəcəyini bilmişdir. O da, evdən çıxaraq pilləkənlə həyətə düşmüş və binanın qarşısında onu gözləyən Zaurla Əliyə yuxarıda mənzildə tanışı Hüseynlə mübahisə etməsini və sonuncunu bıçaqla vurmasını bildirmişdir, Zaurgil nə üçün bunu etdiyini, hansı səbəbdən bıçaqla vurduğunu və Hüseynin kim olduğunu ondan soruşduqda o, əsəbi olduğunu bildirmiş və cavab verməmişdir. Bundan sonra Zaurgilə demişdir ki, telefonu üstündə yoxdur, tez öz telefonları ilə dediyi nömrəyə yığsınlar və telefona Samara adlı qız cavab verdikdə ona bildirsinlər ki, Samit Hüseyni bıçaqla vurub, onların hadisəni Samaraya bildirmələrini arzulamış, ya Zaur, ya da Əli zəng edib Samaraya hadisəni danışmış, bundan sonra onlar taksi çağıraraq evə tərəf yollanmışlar, o, yarı yolda düşmüş, Zaurgil isə evə getmişlər, hadisə törətdiyi bıçağı həm rəssam, həm də mebel dizayneri işlədiyi üçün mütəmadi istifadə etmiş, hadisə zamanı həmin bıçaqla Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə vurmuş, Hüseyni bıçaqla vuran zaman Hüseynin qaçaraq əlindən çıxaraq qaçdığı üçün zərbələri dayandırmışdır, hadisə zamanı mənzildə ondan və Hüseyndən başqa heç kim olmamış, o, Hüseyni öldürmək istəməmiş, hadisə zamanı onu heç kim vurmamış - heç br xəsarət almamış, hadisədən sonra evə gedərək əynini dəyişmiş, dəyişdiyi paltarlar sonradan yuyulmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, arvadı Şahid5 və azyaşlı övladı ilə birlikdə yaşayırlar. Munasinqxe Samiti onun arvadı Səbinənin sayəsində tanımışdır. Belə ki, arvadı Samara ilə Şəbinə əvvəllər iş yoldaşı olmuş, sonradan Şəbinə Samit ilə ailə qurmuş və bundan sonra onların ailəvi dostluğu yaranmış, Samitgil ilə ailəvi gediş-gəlişləri olmuş, 24.05.2021-ci il tarixdə evdə olarkən arvadı Samara dişlərinin müalicəsi üçün həkimə getmişdir. Uşağı isə anası Tamaranın yanında olmuşdur. Həmin gün saat təxminən axşam 19-20 radələrində o, evdə olmuş - yerdə saldığı döşəkdə uzanmışdır. Bu zaman qapı döyülmüş və o, qapını açdıqda görmüşdür ki, gələn Samitdir. Samiti evə dəvət etmiş və onlar qonaq otağına keçmiş, o isə yenidən yerdən saldığı döşəkdə uzanmış və onlar Samitlə ümumi söhbətlər etməyə başlamışdır. Bundan sonra Samit öz ailəsində ciddi problemlərin olduğunu və boşanmaq üzrə olduğunu bildirmiş və boşanmağında onun arvadı Samaranı günahlandırmış, o, Samitə iradını bildirmiş və nə onun, nə də Samaranm Samitin boşanmasına heç bir aidiyyəti olmadığını bildirmişdir. Lakin Samit heç bir əsas olmadan yenidən onunla mübahisə edərək bildirmişdir ki, guya Samara onun ailəsini dağıdıb. O, Samiti dəfələrlə başa salmağa çalışmışdır ki, Samaranın söhbətə heç bir aidiyyəti yoxdur. Lakin Samit heç bir əsas və sübutu olmadığı halda onun arvadı Samara haqqında nalayiq söhbətlər etməyə başlamış, onu təhqir etmiş və hətta bildirmişdir ki, guya Samara ilə onun gizlin münasibəti var. Bunu eşitdikdə o, qulaqlarına inanmamış və Samitə demişdir ki, ağzına gələni heç bir əsas olmadan danışmasın. Lakin Samit yenə bu tip danışıqlara davam edərək onu sanki əsəbiləşdirməyə çalışmışdır. O artıq Samitə səsini qaldırıb sakit durmağı əmr etmiş və bu zaman Samit də əsəbiləşərək əlində bıçaq qəfil üstünə cummuş və əlindəki bıçaqla onun baş nahiyəsinə 3 zərbə vurmuşdur. O, bu zaman Samitlə əlbəyaxa olaraq özünü müdafiə etməyə çalışmış, Samitin qollarını güclə tutaraq növbəti bıçaq zərbələrini vurmağının qarşısını almış, Samit də var gücü ilə onun əlindən çıxıb yenidən onu bıçaqla vurub öldürməyə çalışmış, təsadüf nəticəsində Samitin əlindən çıxaraq mənzilin qapısına tərəf qaçmış və qapını açıb pilləkənlərlə aşağı qaçmağa başlamış, arxaya baxmadığı üçün Samitin onun arxasınca gəlib-gəlmədiyini görməmişdir. Binadan çıxıb qaçaraq məhlələri tərəfdə anasının işlətdiyi dükana girmişdir. Bundan sonra anasına hadisəni danışmış, anası 103-ə zəng edərək təcili tibbi yardım çağırmışdır. Daha sonra onu 3 saylı X13 aparıb tibbi yardım göstərmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs az bir müddət ərzində tanıyır, boş vaxtlarında mütəmadi olaraq Samit ilə görüşərək şəhərdə gəzmişlər, 24 may 2021-ci il tartixdə günorta saatlarında o, tanışı Əli ilə söhbət edən zaman, Samit onları görüb yanlarına gəlmiş, Samitin çiyində qara rəngli idman çantası olmuş, üçü də söhbət edərək şəhərdə gəzmiş, onlar piyada “Qaqarin” körpüsü deyilən yerə çatdıqda, Samit onlardan gözləmələrini xahiş edərək orada olan bir mənzilə daxil olmuş, Samitin xahişi əsasında Əli ilə bir kənarda dayanıb söhbət etmişlər, bir müddətdən sonra Samitin daxil olduğu evdən tanımadığı bir nəfər şəxsin həyəcanlı halda qaçaraq küçəyə çıxdığını və uzaqlaşdığını görmüş, Samit də evdən çıxmış və əsəbi şəkildə onun telefonunu istəmiş, lakin onun telefonunda kontur olmadığı üçün Əlinin telefonunu götürmüşdür. Samit ona nömrə verib xahiş etmişdir ki, həmin nömrəyə zəng edib Samitin Hüseyn adlı şəxslə mübahisə etdiyini bildirsin, zəng edib telefona cavab verən qıza Samitin Hüseynlə mübahisə etdiyini demişdir. Onlar taksi avtomaşını çağırmış, taksi gəldikdən sonra üçü də avtomobilə əyləşmiş, yolda Samit avtomobili saxlatmış və düşüb getmişdir. O da, yaşadığı evə gələrək bir daha Samiti görməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Cavadova X1 bildirmişdir ki, qeyd olunan ünvanda əri Zərərçəkmiş şəxs və azyaşlı övladı Leyla ilə birlikdə yaşayır, Hüseyn ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş, uzun illər əvvəl iş yerində Şəbinə ilə tanış olmuş, sonradan X8 ailə qurmuş, bundan sonra Samitgil ilə onların ailəvi dostluğu yaranmış və ailəvi olaraq gediş-gəlişləri olmuş, Samit bir müddət sonra onunla maraqlanmağa başlamış, məhz ona görə onların evlərinə tez-tez gəlməyə başlamış, bir müddət sonra Samitlə gizlin danışmağa və görüşməyə başlamışlar, bir dəfə cinsi əlaqədə olmuşlar, rəfiqəsi Səbinənin əri Samitlə gizlin görüşdüyünə və onunla intim əlaqədə olduğundan peşimançılıq hissi keçirmiş, bu barədə rəifqəsi Səbinəyə danışmış, Səbinə Samitlə onun arasında olanları bildikdən sonra Samitdən boşanmış, bu səbəbdən Samit ondan və əri Hüseyndən qisas alaraq onları öldürmək istəmişdir; 24 may 2021-ci il tarixdə o, övladı Leylanı qaynanası Tamara xanımın yanına qoyub, dişlərini müalicə etdirmək üçün stomatoloqa getmiş, həmin gün təxminən saat 19 radələrində (050) ***-**-** mobil nömrəsindən ona zəng gəlmiş, özünü Samitin dostu kimi təqdim etmiş şəxs ona demişdir: “Samit sizin evə mübahisə etməyə gəlib və ərin Hüseyni bıçaqla vurub”. O isə ona zəng edən adamın zarafat etdiyini zənn etmiş və telefonu bağlamışdır, qısa müddət sonra (050) ***-**-** mobil nömrəsindən ona ikinci dəfə zəng gəlmiş və tanımadığı şəxs bir daha ona Samitin onların evinə gəlib dava salaraq əri Hüseyni vurduğunu demişdir. Bundan bir müddət sonra əri Hüseyn də ona zəng edərək Samitin onların evinə gələrək dava salmasını və onu bıçaqla vurmasını bildirmişdir. Hüseynin deməsinə görə Samit onların evinə gələrək Hüseynə onun (Samaranın) Samitin ailəsini dağıtmış, Hüseyn isə Samitə onun (Samaranın) onların ailəsinin dağılmasında heç bir əlaqəsi ola bilməyəcəyini demiş, Samit Hüseynə onunla (Samara ilə) intim münasibəti olduğunu demiş, Hüseyn inanmadığını bildirəndə, Samit əsəbiləşərək Hüseyni bıçaqlayaraq öldürmək istəmiş, Hüseyn təsadüfən qaçaraq canını qurtarmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır, oğlunun yaşadığı evin yaxınlığında onun işlətdiyi mağaza yerləşir, 24 may 2021-ci il tarixdə saat 19-20 radələrində oğlu Hüseyn həyəcanlı halda onun işlədiyi mağazaya daxil olmuş, oğlunun paltarları qan içində olmuş, başından və qolundan xəsarətlər almış və səhhəti çox pis olmuşdur. Oğlundan nə olduğunu soruşmuş, Hüseyn ona yaşadığı evdə yatdığı yerdə tanışı Samitin onu bıçaqla vurmasını bildirmişdir. O, mobil telefonu ilə təcili tibbi yardım stansiyasına və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra işlədiyi mağazanın qarşısına təcili tibbi yardım və polis əməkdaşları gəlmiş, oğlu təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılmış və ilkin tibbi yardım göstərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş X5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları olmuş, İlkin olaraq Samitlə münasibətlari normal olmuş, sonradan aralarında problemlər yaranmış, onlar məhkəməyə müraciət edərək boşanmışlar, Samitlə yaşamayaraq anasının evinə köçmüş, 24 may 2021-ci il tarixdə gecə saatlarında Samitin anası ona zəng edərək bildirmişdir ki, Hüseynin anası ona zəng edərək Samitin Zərərçəkmiş şəxsi bıçaqla vurması barədə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan 24 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanının qonaq otağıdır (1ci cild iş vərəqi 6-8). İşdə olan məhkəmə-tibb eskpertizası üzrə 4 iyun 2021-ci il tarixli 437 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Emin oğlunda baş beyin silkələnməsi ilə müşayiət olunan və təpə sümüyündə orta xətt üzrə sınıq xətti ilə nəticələnən başın yuxarı ənsə-təpə nahiyəsinin bir ədəd, başın təpə nahiyəsində sağda bir ədəd, başın alın nahiyəsinin sağ yan səthində bir ədəd (baş nahiyəsində cəmi üç ədəd) və sol saidin arxaiç səthinin bir ədəd (ümumilikdə cəmi dörd ədəd) kəsilmiş-çapılmış yaraları, başın alıntəpə nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ saidin çoxsaylı səthi kəsilmiş yaraları müəyyən edildi; xəsarətlər kəsici və çapıcı xüsusiyyətə malik iti alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilmiş 24 may 2021-ci il tarixdə və şəraitdə baltanın iti kənarının təsirindən yetirilə bilər; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir; xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (1-ci cild iş vərəqi 36-39). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 31 avqust 2021-ci il tarixli 1989 nömrəli ekspert rəyindən görünür: - Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb; - Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik əlamətləri aşkarlanmır; Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onlara rəhbərlik etmək iqtidarındadır; - Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur; - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqlı hesab olunmalıdır; - Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, nümayişkaranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; onda özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı, lakin situasiyanı öz xeyrinə yönəldib danışa bilər; - Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur; - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional durumunda hirslilİk yaranmışdır; həmin halın yaranması xarakterik xüsusiyyətləri ilə əlaqədar olmuşdur; hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur; - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (1-ci cild iş vərəqi 221-224). İşdə olan məhkəmə-kriminalistik ekspertiza üzrə 17 iyun 2021-ci il tarixli 3/938 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulan xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir (1-ci cild iş vərəqi 111-113). İşdə olan məhkəmə-kriminalistik ekspertiza üzrə 24 avqust 2021-ci il tarixli 389/2021- MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi və təpə sümüyünün xətti sınığı ilə müşayiət olunan qapalı kəllə-beyin travması, təpə-ənsə, təpə nahiyəsində sağda, alın nahiyəsində sağda və sol saiddə kəsilmiş-çapılmış yara, hər iki göz ətrafında hematoma, alın-təpə, sağ almacıq, sağ saiddə səthi kəsilmiş yaralar olmuşdur; qeyd edilən xəsarətlər iti uclu və kənarlı çapıcı alət, o cümlədən maddi sübut kimi təqdim edilmiş bıçağın təsirindən törənə bilərdi, yetirilmə müddəti qərarda göstərilmiş tarixə, yəni 24 may 2021-ci il tarixə, uyğun gəlir, dərəcəsinə görə təpə-ənsə nahiyəsinin kəsilmiş-çapılmış yarası, təpə sümüyünün xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, təpə və alın nahiyəsinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir; yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Emin oğlunda baş beyin silkələnməsi ilə müşayiət olunan və təpə sümüyündə orta xətt üzrə sınıq xətti ilə nəticələnən başın yuxarı ənsə-təpə nahiyəsinin bir ədəd, başın təpə nahiyəsində sağda bir ədəd, başın alm nahiyəsinin sağ yan səthində bir ədəd (baş nahiyəsində cəmi üç ədəd) və sol saidin arxa-iç səthinin bir ədəd (ümumilikdə cəmi dörd ədəd) kəsilmiş-çapılmış yaraları, başın alın- təpə nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ saidin çoxsaylı səthi kəsilmiş yaraları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn hərəkətləri nəticəsində sonuncunu bıçaqla vurması zamanı əmələ gəlmişlər (1-ci cild iş vərəqi 230-233) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi səbəbi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (1-ci cild iş vərəqi 105-106 123-129). Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Samit Munasinqxenin məhkumluğu 16 mart 2023-cü il tarixdə ödənilməli olduğu halda, Samit Munasinqxe hazırki iş üzrə cinayət əməlini 24 may 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Samit Munasinqxe Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən xüsusilə ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə şəxsin əməli cinayətin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İdə olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(008)-3662/2021 saylı 8 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 12 aprel 2018-ci il tarixdə 787 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və birgə nikahdan anadan olmuş 29 noyabr 2019-cu il təvəllüdlü X2 anası Şahid3 Vaqif qızının himayəsinə verilmişdir (1-ci cild iş vərəqi 264-268). İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 45-63). İşdə olan Xətai Rayon Məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 iyun 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 64-75). Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq və təhlil edilmiş sübutları, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıdakı qənaətə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmçinin, qərarda göstərilmişdir ki, qəsdən adam öldürməni qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini olmasını cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutlan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cazasının yuxarı həddinin, yəni 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasındanq dan artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə (Azərbaycan Respublikası CM-in 63.3 və 65.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla) 10 il 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasın ağırlaşdıran halın olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə (Azərbaycan Respublikası CM-in 63.3 və 65.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla) 10 il 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 8 iyun 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan, tiyəsi gümüşü rəngli metal materialdan olan bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - iş üzrə məhkəmə-ballistik ekspertizasının xərci 64,00 (altmş dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 8 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan, tiyəsi gümüşü rəngli metal materialdan olan bir ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-ballistik ekspertizasının 64,00 (altmış dörd) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1745/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1745/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver