Məhkəmə qərarları › İş №1(101)-1745/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1745/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1745/2024 17.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Vəkillər Kollegiyasının “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 5060 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 4900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 4 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2024-cü il tarixdə saat 20:40-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı 1 ədəd qara rəngli sellefon torbanın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2545 qram və 2515 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 5060 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd bağlamada külli miqdarda 4900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə “Səccad” adı ilə tanıdığı İran vətəndaşına yazaraq ondan öz istifadəsi üçün 10 qram narkotik vasitə olan heroin istəmiş. Həmin şəxs ona yazaraq heroinin Nəsimi rayonunda yerləşən Nəsimi Bazarı adlı yerə qoyulduğunu və oradan götürə biləcəyini bildirmişdir. O, həmin narkotik vasitəni məhbusluqda bir yerdə olduğu dostu Təqsirləndirilən şəxs2 taksisi ilə götürməyə getmişdir. Yolda “Səccad” ona yazmışdır ki, həmin ərazidə, ona məxsus olan 10 kiloqram narkotik vasitə var və həmin narkotik vasitəni onun dediyi yerlərə qoymaq lazımdır, bunun qarşılığında 600 manat pul verəcəkdir. Maddi cəhətdən sıxıntıları olduğu üçün, onunla razılaşmışdır. Həmin əraziyə gəlib həmin bağlamada olan narkotik vasitəni götürən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb polis olduqlarını bildirib onu və Zauru polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə və əlində olan bağlamaya baxış keçirilmişdir. O, “İphone” markalı mobil telefon istifadə edirdi. ***-***-**-** saylı mobil nömrəni istifadə edirdi. ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitənin alışı ilə bağlı mesajlar yazmışdır. Əvvəllər narkotik vasitəni tanımadığı şəxslərdən alırdı. Zaur ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Zaur onun həmkəndlisi idi. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, yalnız götürəcəyi malın 10 kiloqram olduğunu bilmişdir. Həmin narkotik vasitənin hansı növə aid olduğunu bilməmişdir. Zaurun baş verənlər ilə bağlı məlumatı olmamışdır. Zaur yalnız ona taksi kimi xidmət göstərmişdir. Zaur onu geri qaytarmaq üçün orada gözləmişdir. İbtidai istintaq zamanı göstərilən ifadəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir. Polislərdən biri ona şillə vurmuşdur. İstintaq Təcridxanasına daxil olan zaman bədəninə baxış keçirilmiş, ancaq hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, ünvan 6nında yaşayır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını Ədliyyə Nazirliyinin PX-in 17 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. Həmin cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs2 ilə münasibəti yaranmış və azadlığa çıxdıqdan sonra da bir-birləri ilə əlaqə saxlayıb görüşmüşlər. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələri Bakı şəhərində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən əldə etmişdir. Sonuncu dəfə təxminən bir neçə ay öncə “instagram” sosial şəbəkəsində olan zaman fars əlifbasına məxsus hərflərlə adı olan profilə yazıb onunla ünsiyyət qurmağa başlamışdır. Həmin şəxs ilə dostluq münasibəti qurmaq istəmişdir. O, özünü “Səccad” adı ilə təqdim etmişdir. Təxminən 10-15 gün öncə pula ehtiyacı olduğu üçün Səccada yazıb ona 200-300 manat köməklik edə biləcəyini soruşmuşdur. Səccad ona köməklik edə biləcəyini deyib Sabunçu rayonu ərazisində içərisində narkotik vasitələr olan bağlamanı götürüb başqa yerə qoyacağı halda pul verə biləcəyini demişdir. Ehtiyat etdiyi üçün onun dedikləri ilə razı olmamışdır. Sonuncu dəfə 19 yanvar 2024-cü il tarixdə Səccad ilə danışan zaman ondan borca pul istəmişdir. Səccad pulu yalnız özünün bildirdiyi yerdən içərisində narkotik vasitələr olan bağlamanı götürüb başqa yerə qoyacağı halda verəcəyini demişdir. Həmin vaxtlar imkanı olmadığı üçün onun təklifi ilə razılaşmışdır. Bu barədə məhbusluq həyatı keçirmiş tanışı Təqsirləndirilən şəxs2 bildirmişdir. Zaurun avtomobili olduğu üçün ona bu barədə söyləmişdir. “Səccad” ilə danışan zaman o, 10 kiloqrama yaxın narkotik vasitə göndərəcəyini, həmin torbanı götürüb başqa bildirdiyi yerə qoyacağı halda 600 manat verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 birlikdə onunla gedib qeyd olunan bağlamanı götürüb digər ünvana qoyacaqları halda Səccadın verdiyi puldan 200 manat və istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini demişdir. Zaur da təklifi ilə razılaşmışdır. Belə ki, Səccadın mobil telefon vasitəsi ilə göndərdiyi yerə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bazarının yaxınlığına getmişlər. Orada hər ikisi avtomobildən düşmüşlər. Göndərilən şəkilə əsasən bağlama olan yerə getmişlər. Bağlamanı götürüb avtomobilə tərəf gələn zaman saat 20:40 radələrində bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı sellofan torbada narkotik vasitə heroin və marixuana vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 idarə etdiyi **-LC-*** qeydiyyat nişanlı, “Vaz 2109” markalı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs2 və özü müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Paltarında, əşyalarında və ya bədənində, eləcə də əlində saxladığı qara rəngli sellofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra iki əli ilə saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirib əlində saxladığı qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu və 1 ədəd plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. 2 ədəd qara rəngli sellofan bağlama açılarkən sellofan bağlamalardan birinin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Digər 1 ədəd sellofan bağlamanın içərisindən üzəri sarı yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama aşkar edilmişdir. Üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama açılarkən bağlamaların içərisində narkotik vasitə heroin müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra əlində saxladığı qara rəngli sellofan torbadan aşkar edilmiş 1 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana və üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 1 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə prosesinə başlanılmışdır. Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd avtomobil açarını və 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Səccad” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə onun idarə etdiyi avtomobil ilə həmin ünvana getdiyini, narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu, “Nəsimi” bazarına yaxın ərazidən götürürək digər yerə qoymaları əvəzində 600 manat alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçün ona narkotik vasitə, eləcə də 200 manat pul verəcəyini bildirmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdiklərini təsdiq edərək narkotik vasitələrin Fərid tərəfindən sifariş edildiyini, təklif etdiyi kimi narkotik vasitələrin götürülməsinə kömək edəcəyi halda tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, eləcə də 200 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 116-119). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində o, həmin vaxt “20 Yanvar” metrostansiyası ərazisində “Gənclik və Əhmədli” metrostansiyalarına 1 manata aparmaq üçün adam yığırdı. Həmin vaxt Fərid ona zəng edib onu Nəsimi bazarına aparmağını bildirmiş, o da 20 manata apara biləcəyini bildirmişdir. Fərid onunla razılaşmış və onu “Memar Əcəmi” metrostansiyası ərazisindən götürməyini bildirmişdir. O, Fəridi “Memar Əcəmi” metrostansiyasının yaxınlığından götürmüşdür. Fərid ona Nəsimi bazarında əl yükünün olduğunu və ora ona görə getdiyini bildirmişdir. Onlar Nəsimi bazarına gəlmişlər, Fərid həmin əl yükünü götürməyə getmiş, o isə dönər almaq üçün maşından düşmüşdür. Bu vaxt maşından təxminən 15-20 metr uzaqlıqda olan dönərçidən dönər almaq üçün gedən zaman artıq Fəridin geri qayıtdığını görmüşdür. Fəridi görən zaman ona kömək etmək üçün ona tərəf hərəkət edən zaman sonradan polis olduqlarını bildiyi mülki geyimli şəxslər ona yaxınlaşaraq qollarını bağlamışlar, Fəridi də saxlayıb onları BMCMİ-nə gətirmişlər. Burada aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış və maşınına baxış keçirilmiş, hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Fərid ilə əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. O, əvvəllər narkotik vasitə olan marixunadan istifadə etmişdir. Fəridin Nəsimi bazarından nə götürəcəyini bilməmişdir. Polis əməkdaşları təxminən 4-5 nəfər olmuşlar. Öz ehtiyacı üçün marixuana alan zaman, narkotik satan şəxslərlə telefonla əlaqə saxlamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı yazılan ifadəni təzyiq altında vermişdir. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Əvvəl törətdiyi cinayət işi üzrə 33 ədəd kol rəsmləşdirilmişdir. Fəridin nə işlə məşğul olmasından xəbərim olmamışdır. Polislər onu hədələmişlər. Fəridi əvvəllər heç bir yerə aparmamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Polislər tərəfindən ona qarşı fiziki və psixoloji təzyiq göstərilmişdir. Bakı İstintaq təcridxanasına daxil olan zaman bədəninə baxış keçirilmiş, ancaq heç bir xəsarət aşkar olunmamışdır. İbtidai istintaq zamanı göstərilən ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır. Narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrum edilmişdir. Cəzasını Ədliyyə Nazirliyinin PX-in 17 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Orada onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmış, azadlığa çıxdıqdan sonra da bir-birləri ilə əlaqə saxlayıb görüşmüşlər. 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 onunla görüşüb danışıq zamanı İran İslam Respublikasının vətəndaşı Səccad adlı tanışının Bakı şəhərinə narkotik vasitələr olan torba göndərəcəyini, həmin torbanı gedib götürüb başqa ünvana qoyacaqları halda ona 200 manat və özü istifadə etmək üçün qurudulmuş marixuana verəcəyini demişdir. O da Fəridin təklifi ilə razılaşmışdır. 19 yanvar 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobillə İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxs tərəfindən narkotik vasitə dolu bağlamanı götürmək üçün göndərilən konum vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi Bazarının yaxınlığına getmişlər. Hər ikisi avtomobildən düşüb bağlama olan tərəfə getmişlər. Təqsirləndirilən şəxs1 bağlamanı götürdükdən sonra birlikdə avtomobilə tərəf gələndə saat 20:40 radələrində bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan torbada narkotik vasitə heroin və marixuana vardır. Bundan sonra polis əməkdaşları onları idarə etdiyi **-LC-*** qeydiyyat nişanlı, “Vaz 2109” markalı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs1 və özü müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində, eləcə də əlində saxladığı qara rəngli sellofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 iki əli ilə saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirib əlindəki qara rəngli sellofan torbanı və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu və 1 ədəd plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. 2 ədəd qara rəngli sellofan bağlama açılarkən sellofan bağlamalardan birinin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Digər 1 ədəd sellofan bağlamanın içərisindən üzəri sarı yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama aşkar edilmişdir. Üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama açılarkən bağlamaların içərisində narkotik vasitə heroin müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra iki əli ilə saxladığı qara rəngli sellofan torbadan aşkar edilmiş 1 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana və üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 1 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd plastik bank kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra öz üzərində şəxsi axtarış və götürmə prosesinə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd avtomobil açarını və 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Səcdad” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə onunla birlikdə idarə etdiyi avtomobil ilə həmin ünvana getdiklərini, narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu “Nəsimi” bazarına yaxın ərazidən götürürək digər yerə qoyması əvəzində 600 manat alacağım, kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçün ona narkotik vasitə qurudulmuş marixuana, eləcə də 200 manat pul verəcəyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq edərək narkotik vasitələrin Təqsirləndirilən şəxs1 tərəfindən sifariş edildiyini təklif etdiyi kimi narkotik vasitələrin götürülməsinə kömək edəcəyi halda Təqsirləndirilən şəxs1 tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, eləcə də 200 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra öz iştirakı və icazəsi ilə idarə etdiyi **-LC-*** qeydiyyat nişanlı, “Lada Vaz 2109” markalı avtomobilə baxış keçirilmişdir. İdarə etdiyi avtomobildən hər hansı qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 129-132). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 19 yanvar 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olacağı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 20 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bənzər şəxslərin ünvan 11 ünvanın qarşısında “Vaz 2109” markalı, **-LC-*** qeydiyyat nişanlı avtomobilin yanında hərəkət etmələrini görmüşlər. Onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 əlində sellefon torbanın olmasını görmüşlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 2109” markalı, **-LC-*** markalı avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onlar təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilərinin iştirakı ilə videoçəkiliş altında üzərlərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində, eləcə də iki əli ilə saxladığı qara rəngli sellofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 iki əli ilə saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirib, iki əli ilə saxladığı qara rəngli sellofan torbanı və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu və 1 ədəd plastik bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. 2 ədəd qara rəngli sellofan bağlama açılarkən sellofan bağlamalardan birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Digər 1 ədəd sellofan bağlamanın içərisindən üzəri sarı yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama aşkar edilmişdir. Üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellofan bağlama açılarkən bağlamaların içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə prosesinə başlanılmışdır. Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd avtomobil açarını və 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Səccad” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə onun idarə etdiyi avtomobil ilə həmin ünvana getdiyini, narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu “Nəsimi” bazarına yaxın ərazidən götürərək digər yerə qoyması əvəzində 600 manat alacağını, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçün ona narkotik vasitə, eləcə də 200 manat pul verəcəyini bildirmişdir. Əməliyyat zamanı 5 nəfər olmuşlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxsi axtarışda o da iştirak etmişdir. Narkotik vasitənin miqdarı təxminən 10 kiloqram idi. Əməliyyat məlumatında şübhəli şəxslərin adı qeyd olunmuşdur. Fərid və Zauru təxminən axşam 8 radələrində saxlamışlar. Zaurun üzərindən və maşınından qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Əldə olunmuş torbadan 2 büküm narkotik vasitə olan heroin və 1 büküm narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında“ 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2024-cü il tarixdə saat 20:40-da ünvan 4 ünvanın qarşısında “Vaz 2109” markalı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 iki əli ilə saxladığı qara rəngli sellefon torbanın içərisindən 2 ədəd qara rəngli sellefon bağlama aşkar edilmişdir. 1 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuana oxşar kütlə, digər 1 ədəd sellefon bağlamanın içərisindən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 2 ədəd sellefon bağlamada narkotik vasitə heroinə oxşar maddə qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqə 50-53). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında“ 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 təklif edildi ki, idarə etdiyi **-LC-*** qeydiyyat nişanlı, “Lada Vaz 2109” markalı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmədi (cild 1, iş vərəqə 58-60). Cinayət işinin materiallarında olan 20 yanvar 2024-cü il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərkəti zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişlər (cild 1, iş vərəqə 157-159). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş «İphone» markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefon aparatı sensor dizaynlı, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatı daxili antenalı və daxili yaddaşlıdır. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirildi və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi (cild 1, iş vərəqə 209). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş «Redmi» markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefon aparatı sensor dizaynlı, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatı daxili antenalı və daxili yaddaşlıdır. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirildi və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi (cild 1, iş vərəqə 210). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında“ 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif mobil operatorlarına məxsus nömrələrə “Birazdan gelem suraxaniya kiwisen ee elediyve bax seni bele tanimazdim mala gore her wey edersen”, “Zaur gelir gelsin gelem qapiva narahat olma seni evden girib caqirmaqa adam var ruslana dimiwem girib evden cixardacaq seni bicbala” məzmunda mesajlar göndərilir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif mobil operatorlara məxsus nömrələr “evdeyem hardasan ot varindi öllem cekmey isteyirem mende başqaları var”, “Zehirmara galsin bu narktk”, “ Dunen oturdug axwam sizde kafede men oturduğum yerde kola galib orda, yarrim olar yeke daw galib orda”, “Alver edirsen cix Cole iwim var sennen.anon menim üstüme gelib.gelib sene baxsinda”, “Anavi bize gonderirsene gelsin senin satdigin mala baxsin” məzmununda mesajlar göndərilir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrəyə “Zaur aşaqda adam var yuxarda evde gorsey ne vaxta çatarsan adam var gozleyir deqiq denen bilim”, “Daw torpaq vapwey yoxdu mene vermeye”, “Poxvu cixart koddan abi ag dag lazimdir eeee”, “Ay gagaw torpaq verde mene”, 1 dene LaZımdı”, “Yarıda patı”, “Sen öl pul var bir dene 05 ver mene aqrdayam”, “Gagaş gec gelersen buyana bir iki nefer var pul alardim olardanda 1 ap men özum gelerdim oyana”, “Belede özümde 10-15 manatım var imkan olsa biraz deyersen de mene canımla əleşirem aqrıdayam yaxşı qaqaşım”, “Emi mən catiram ee turkana acda teli taxsiynen gelem”, “Ay qaqaşım canım aqrayır”, Yarım maşın daş Lazımdı”, “Disem gel gelicey 4q daw varidu amma k yoxydu diyir gelim deyiwey”, “Baxsan yıq mene emanet lazımdı qaqaş .05.ko.05.pı.yıq de qaqaşım”, “Salamat çlıqdı qaqaş o otdan lazımdı”, “Allaha and ola ki lazımdı pulunan” məzmununda mesajlar göndərilir (cild 2, iş vərəqə 2). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №6-li dairəvi əksi, “Təqsirləndirilən şəxs1 aşkar edilmiş 02 ədəd sellefon bağlamada narkotik vasitə heroinə oxşar maddələr... şübhəli şəxs Təqsirləndirilən şəxs1 “yazısı və imzalar olan qara rəngli polietilen torbadakı 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2545 və 2515 qram, ümumi təmiz çəkisi 5060 (5 kq 60 qram) tünd qəhvəyi rəngli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5060 qram, tədqiqata sərf edildi 0,4 qram (hər maddədən 0,2 qram), qalıq 5059,6 qram, cild 1, iş vərəqə 75-79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2024-cü il tarixli 3-16-16-2- 7/107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 4900 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 4900 qram, tədqiqata istifadə olundu 0,2 qram, qalıq 4899,8 qram, cild 1, iş vərəqə 81-83). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X9 31 yanvar 2024-cü il tarixli 31/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqə 22-24). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X9 31 yanvar 2024-cü il tarixli 30/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqə 26-28). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 19 fevral 2024-cü il tarixli 1105 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 29-30). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 19 fevral 2024-cü il tarixli 1106 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 31-32). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin 1 aprel 2024-cü il tarixli 843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi mənşəli emosional labil pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs1 müəyyən edilən üzvi mənşəli emosional labil pozuntuda psixotik əlamətlər müəyyən edilmədiyindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 34-36). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqə 190-191). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2024cü il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 2, iş vərəqə 14). Cinayət işinin materiallarında olan BMCMİ-nin əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi mənbənin, həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 211). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 5059,6 qram olan narkotik vasitə heroin, 4899,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 37-50). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və 19 yanvar 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 215-216 və cild 2, iş vərəqə 4-11). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli ağır cinayət hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi hazırkı cinayət əməli xüsusilə ağır cinayət hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayət törədilməsi cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən 6 il keçmədən yenidən xüsusilə ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü və 83.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 9 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 217-218 və 249-256). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əvvəlki cinayət əməli ağır cinayət hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi hazırkı cinayət əməli xüsusilə ağır cinayət hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən 6 il keçmədən yenidən xüsusilə ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü və 83.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən onlara təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusi təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 226). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin xüsusi təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 173-175). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 40). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 170-172). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 19 yanvar 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 192 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 96 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 5059,6 qram olan narkotik vasitə heroin və 4899,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 192 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 96 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 5059,6 qram olan narkotik vasitə heroin və 4899,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar