Məhkəmə qərarları › İş №1(101)-1746/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1746/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1746/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun, Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, “Nizami” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqlarının birində əvvəllər tanımadığı yüngül həyat tərzi keçirən Zərərçəkmiş şəxs yaxınlaşıb cinsi ehtirasını təmin etmək məqsədi ilə zorlamaq qərarına gəlib sonuncuya 30 manat müqabilində cinsi əlaqədə olmaqla bağlı yalan vəd verib öz yaşadığı evə aparmağına dair aldadıb razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi özünə məxsus **-FD-*** dövlət qeydiyyat nömrəli “Opel Astra” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük yaşayış massivi, nömrəsiz dalanların birindəki kimsəsiz sahəyə gəlib həmin cinayətkar niyyətini həyata keçirməkdən ötrü birlikdə bir qədər irəlilədikdən sonra ətrafda kənar şəxslərin olmadığına əmin olub, əlverişli şərait yarandığından Zərərçəkmiş şəxs üzərinə hücum edib sifət nahiyəsinə yumruq və təpik zərbələri endirmiş sonuncu yıxılaraq ayağa qalxmağa cəhd etdikdə isə öz çirkin əməllərindən əl çəkməyərək cinayətkar hərəkətlərini davam etdirib sağ ayağı ilə sonuncunun sinə nahiyəsinə zərbələr endirərək təhqirənamiz ifadələr işlədib Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına baxmayaraq niyyətini başa çatdırmaq məqsədi ilə sonuncunun üzərinə gələrək sağ əli ilə saçlarından tutub müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və iztirablar verdiyini arzu və dərk etməklə xüsusi amansızlıqla sol əli ilə baş nahiyəsinə zərbələr endirərək şalvarını çıxartmasını əmr edib qarnı üstə yerə uzadıb başından yenidən vuraraq Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi, çənə sümüyünün sol bucaq və sağ mental hissəsinin, burun sümüyünün yerini dəyişən, sol əng sümüyünün yerini dəyişməyən qapalı sınıqları, çənənin sol yarısının hematoması, sol gözyuvası ətrafın qançırı kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirib öz cinsiyyət orqanını təbii yolla sonuncunun cinsiyyət orqanına salıb-çıxararaq xüsusi amansızlıqla zor tətbiq etməklə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X9 ilə evlidir, üç övladı vardır. Əvvəllər müxtəlif restoranlarda günəmuzd kimi “fırınçı” (aşpaz) kimi fəaliyyət göstərmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “1 Dönər” kafesində əvvəllər tanıdığı Roman adlı şəxsi əvəz etmək üçün işləmişdir. Həmin gün təxminən saat 21 radələrində işdən çıxmış, əvvəllər kirayədə qaldığı “Sovetski” adlanan əraziyə getmiş, ora getməkdə məqsədi kirayədə qaldığı ev sahibi İlham adlı şəxsi ziyarət etmək olmuşdur. Orada bir müddət oturub söhbət etdikdən sonra, təxminən 23 radələrində həmin yerdən çıxıb özünə məxsus “Opel Astra” markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə öz yaşadığı ev istiqamətində hərəkətə başlamışdır. Nizami metrosundan 20 yanvar metrosuna gedən istiqamətdə dayanacaqların birində avtomobili saxlamış, yaxınlıqda olan dükanların birindən 01 ədəd dəmir butulkada olan “Bizon” enerji içkisindən alıb içməyə başlamışdır. Həmin vaxtı saat təxminən gecə 02 radələri olmuş, həmin yerdə olan dayanacaqların birində əvvəllər tanımadığı xanımın əyləşdiyini görmüşdür. Bundan sonra o, avtomobildən enib həmin dayanacağa yaxınlaşmış, dayanacaqda dayanan qadınla söhbət etməyə başlamışdır. Bir qədər danışdıqdan sonra pul qarşılığında ondan görüşüb-görüşmədiyini soruşmuş, qadın da ona pul qarşılığında görüşə biləcəyini demişdir. Bundan sonra o, xanımdan cinsi əlaqədə olmağı üçün hansı məbləğdə pul verməli olduğunu soruşmuş, qadın ona 40 manat qarşılığında cinsi əlaqədə ola biləcəyini demişdir. O, isə xanıma 30 manat pul verə biləcəyini dedikdən sonra onunla razılaşmış, ilkin razılaşmaya əsasən qadın onunla Ramana qəsəbəsi, Gülçülük massivində əvvəllər tikdirdiyi, lakin ünvanı və yaşayışı olmayan 10x5 m2 ölçüsündə olan fərdi yaşayış evinə gedəcəyini bildirib, cinsi əlaqədə olduqdan sonra gecə orada qalacağını, növbəti gün isə aparıb onu götürdüyü dayanacağa yola salacağını demişdir. Bundan sonra o, özünə məxsus olan avtomobildə sürücü oturacağının sağında olan oturacaqda əyləşmiş, onlar Ramana qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Zabrat qəsəbəsində “Rahat” marketin qarşısına çatanda adının sonradan Heyran olduğunu bildiyi qadın ondan 5 manat pul istəyib dükandan bir iki şey alacağını, həmin 5 manat pulu ona verəcəyi 30 manatdan çıxa biləcəyini demişdir. O da Heyrana istədiyi 5 manat pulu vermiş, bundan sonra həmin qadın avtomobildən düşüb marketə daxil olmuş, bir müddət sonra isə əlində çipsi, çörək və digər qida məhsulu olduğunu görmüşdür. Bundan sonra onlar yenidən Ramana qəsəbəsi istiqamətində hərəkətə davam etmiş, yolda olan zaman Heyran gecəni qala bilməyəcəyini, 1 dəfə cinsi əlaqədə olduqdan sonra evə getməli olduğunu bildirmiş, o da onunla razılaşmışdır. Ramana qəsəbəsi, Gülçülük massivindəki evlərinə bir neçə məhəllə qalmış avtomobil saxlayıb yolların pis olduğu üçün piyada getməli olacağını təklif etmiş, evlə avtomobil arasındakı məsafə təxmini 500-550 metr olmuşdur. Onlar düşüb piyada hərəkətə başlamış və piyada gedərkən Heyran ondan verəcəyi pulu istəmiş, o da üzərində 50 manat olduğunu, xırda olmadığını bildirmiş, Heyran isə 50 manatı ona verməyini və özü xırdalayıb qalığını qaytaracağını söyləmişdir. Bundan sonra o, 50 manat pulu Heyrana vermiş, bir müddət piyada hərəkət etdikdən sonra, o, Heyrana pulu xırdalayıb yerdə qalan 25 manatı geri qaytarmasını istəmişdir. Heyranda pulu cinsi əlaqədə olduqdan sonra verəcəyini söyləmiş, bir neçə metr piyada getdikdən sonra Heyran evə çatmadıqlarını, çox uzun məsafə getdiyini şikayətlənmiş və Heyran onu söyməyə, ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Elə bu zaman Heyran qayıtmaq istəmiş, onunla getmək istəmədiyini əlavə etmiş, o da ona pulu geri qaytarmasını, sonra hara istəyirsə gedə biləcəyini demişdir. Heyran ona avtomobilə əyləşdiyi dayanacağa aparmağını, pulu orada qaytaracağını demiş, bundan sonra o əsəbləşib “qamışlıq” olan ərazidə onun üz və baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Heyran zərbənin təsirindən yerə yıxılmış, bundan sonra o Heyranın yerə yıxılmasından istifadə edib üstünə uzanmışdır. Əynində olan idman şalvarını və tumanını yarıya kimi aşağı salıb belini öz tərəfinə çevirib arxa tərəfdən təbii yolla öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmış, onunla təxminən 10-15 dəqiqə cinsi əlaqədə olmuşlar. Sonra isə cinsi əlaqə aktının bitəcəyini hiss edib, öz cinsiyyət orqanını Heyranın cinsiyyət orqanından çıxardıb sperma ifrazatını yerə axıtmışdır. Bundan sonra onlar yerdən qalxmış, Heyranın həmin ərazidən aparıb orada olan məhəllələrin birinə ötürmüş, Heyranını onunla getməyini istəməmişdir. O, Heyranı vurduqdan sonra əli-ayağı əsmiş və özünü itirmiş, sonra avtomobilini saxladığı yerə gəlib avtomobilə əyləşmiş və evinə getmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük massivi, nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır. Müxtəlif vaxtlarda və yerlərdə ofisiant kimi, marketlərdə satıcı kimi işləmiş, lakin hal-hazırda işsizdir. 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, istintaq zamanı bəraət alaraq cinayət məsuliyyətindən azad olmuşdur. Onda narkoloji asılılıq olmuş, əvvəllər narkotik qəbul etsə də, hal-hazırda qəbul etmir, kimdən və haradan əldə etməsini isə xatırlamır. Vərəm və psixoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün 2021-ci ilin oktyabr-noyabr aylarında, 2022-ci ilin mart-aprel aylarında Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır. O, xx.xx.2022-ci il tarixdə evə buraxıldıqdan təxminən bir həftə sonra öz istəyi ilə evdə söz-söhbətlər olduğu üçün evdə yaşamaq istəməyərək evdən qaçmışdır. Evdən qaçdıqdan sonra Bakı şəhəri, Nəsimi rayon ərazisində Kubinka adlanan yerdə gündəlik kirayə otaq tutaraq yaşamağa başlamış, maddi çətinlikləri olduğu üçün öz istəyi ilə pul müqabilində digər şəxslərlə cinsi əlaqəyə girmişdir. Bundan ötrü xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Nizami metrostansiyasının yaxınlığında Qubanov küçəsində avtobus dayanacaqların birində əyləşmiş, təxminən saat 01 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs adında şəxs ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Söhbət əsnasında ondan pul müqabilində görüşüb-görüşmədiyini soruşmuş, o da Yasinə görüşdüyünü bildirmiş, həmin zaman ətrafda kənar şəxslər olmamışdır. Yasinlə həmin gecəni 40 manat müqabilində keçirəcəyinə razılıq vermiş, lakin Yasin üzərində 30 manat pul olduğunu bildirmiş və onu 30 manata razı salmışdır. Yasindən harada birlikdə qalacaqlarını soruşduqda Yasin ona Sabunçu rayonu, Ramana qəsəbəsində evi olduğunu bildirərək oraya gedəcəklərini söyləmiş, razılıqlarına əsasən Yasin səhər saat 07 radələrində onu kirayə yaşadığı ünvana geri gaytaracağına vəd vermişdir. Bundan sonra Yasindən nə ilə gedəcəklərini soruşduqda Yasin ona dayanacağın yaxınlığında saxladığı və idarə etdiyi avtomobili göstərərək həmin avtomobillə gedəcəklərini söyləmişdir. Yasinin idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin ön sərnişin oturacağına əyləşmiş və yola düşmüşlər. Yasin yolda gedəndə heç nə danışmamış, o da həmin zamandan ondan şübhələnməyə başlamışdır. Sabunçu-Zabrat yolunda olarkən Yasindən “Bolmart” adlanan marketdə saxlamağını və ac olduğundan marketdən atışdırmağa bir şeylər almaq istəyini bildirmişdir. Üzərində pul olmadığı üçün Yasindən ona çatası 30 manatdan 5 manatını verməsini istəmiş, Yasin 5 manat ona verdikdən sonra marketə daxil olub şirniyyat alaraq avtomobilə geri dönmüşdür. Yolda olan zaman hər hansı bir mübahisələri olmamış, Ramana qəsəbəsində 166 saylı avtobus marşrut xəttinin sonuncu dayanacağını keçdikdən sonra həmin ərazini tanımadığı üçün dəqiq istiqaməti itirmişdir. Yasin ara məhəllələrin birində saxlayaraq avtomobildən enərək bir az piyada irəliləmələrini söyləmiş, Yasindən səbəbini soruşduqda demişdir ki, həmin yollar avtomobil üçün əlverişli deyil, həmdə ki qonşular görməsin. Təxminən 10-15 dəqiqə piyada getdikdən sonra artıq yorulduğunu, təngənəfəs olduğunu Yasinə bildirmişdir ki, uşaqlıq illərindən asma xəstəliyindən əziyyət çəkir. Yasin isə məsafənin az qaldığını və qısa müddətə çatacaqlarını ona demiş, təxminən 600-700 metrə piyada getdikdən sonra Yasin yarım tikili evlərinin birinin yanında dayanaraq həmin evə baxmağa başlamışdır. Ondan niyə baxdığını soruşduqda, Yasin həmin evin adını bildirmədiyi əmisi oğluna məxsus olduğunu, həmin evdə həmin zaman yaşayış olmasaydı, onunla birlikdə qalacağını, lakin qohumlarının evdə olduğunu söyləyərək yola davam etmişdir. Yasin getdikləri yerləri tanımış, ona demişdir ki, burda əvvəl onun evi olmuş, sonra bələdiyyə əlindən aldığını bildirmişdir. Bundan sonra artıq Yasinin hərəkətlərindən şübhələnməyə başlamış, təxminən 20 dəqiqə piyada gedilmiş, lakin yaşadığı evə çatmamışlar. Yasin uzaqlıqda ona bir ev göstərək 200-300 metr məsafə qaldığını söyləmiş, bu zaman o əsəbləşərək siqaret yandırmış, Yasindən həmin yerdən onun kirayə yaşadığı evə taksinin neçəyə aparacağını soruşmuşdur. Yasin isə təxminən 15 manat pul tutacağını söyləmiş, artıq yorulduğunu görüb Yasinə gecəni onunla qala bilməyəcəyini söyləmiş və Yasinin ona verəcəyi pula geri qayıdacağını bildirmişdir. Həmin zaman Yasin onu qabağa ötürərək arxasınca gəlmək istəmiş, lakin artıq Yasinin hərəkətlərindən şübhələnməyə başladığından arxasınca getməyə davam etmişdir. Bu zaman Yasin ətrafa boylanaraq kənar şəxslərin olubolmadığına nəzər salmış, Yasinin hərəkətlərindən şübhələnməyə başlamış və hətta bildirmişdir ki, burada adam öldürsən heç kəs xəbər tutmaz. Bu sözündən sonra təxminən bir neçə metr addımlamış, Yasin qəflətən arxaya ona tərəf dönərək sağ əli ilə sifətinin sol nahiyəsinə birinci və ardınca sol ayağı ilə onun sifətinin sağ nahiyəsinə ikinci zərbəni endirmişdir. Bundan sonra o, mühafizətini itirərək yerə yıxılmışdır. Yenidən ayağa qalxmağa cəhd etsə də, Yasin sağ ayağı ilə onun sinə nahiyəsinə zərbə endirmiş və qalxmağına icazə verməyərək onu söyməyə başlamışdır. Yasinə niyə vurduğunu, pula görə belə bir hərəkət etməməsini, ciyərlərini zədələdiyini söyləmiş, həmin zaman Yasinə yalvararaq ondan hərəkətlərinin dayandırmasını istəmişdir. Lakin Yasin onun sözlərinə əhəmiyyət verməmiş, o, arxa-arxaya sürünərək uzaqlaşmaq istəmiş, lakin qabırğalarında ağrılar olduğu üçün gedə bilməmişdir. Bu zaman Yasinə yenidən yalvarmağa başlamışdır ki, onu vurmasın və hərəkətlərini dayandırsın. Lakin Yasin onun sözlərinə bir daha əhəmiyyət verməyərək, yerdə olan zaman onu döndərmiş və əynindəki şalvarı dartaraq çıxartmağa cəhd etmiş, lakin əynindəki şalvarın ipi bağlı olduğu üçün çıxarda bilməmiş, onu yenidən öz tərəfinə fırlatmışdır ki, şalvarını aça bilsin. Bu zaman o, Yasinin boynundan yapışaraq sarılmış və yalvarmağa başlamışdır ki, onu vurmasın. Lakin Yasin onu özündən itələyərək yerə uzatmış və sol əli ilə sağ ayağından, sağ əli ilə isə şalvarının ipini açmağa çalışmış, lakin cəhdləri uğursuz alındığı üçün Yasin hirslənməyə başlamış və onun üzərinə bir daha gələrək sağ əli ilə onun saçlarından tutaraq sol əli ilə isə baş nahiyəsinə zərbələr endirməyə başlamış və şalvarı çıxartmağını əmr etmişdir. Yasinin şalvarını çıxartmayınca əl çəkməyəcəyini görüb məcbur olub şalvarının ipini açaraq şalvarını çıxarmışdır. Bu zaman Yasin öz şalvarının kəmərini və düyməsini açaraq şalvarını bir balaca aşağıya endirmiş, bu zaman o yenidən qalxmağa cəhd etsə də, Yasin yenidən onu itələmiş və qalxmayacağını bildirərək öz cinsiyyət orqanını ağız boşluğuna salmaq üçün yaxınlaşmış və minet etməyini söyləmişdir. Lakin o bunu görüb etiraz edərək Yasinə öldürsə də, cinsiyyət orqanını ağız boşluğuna almayacağını söyləmiş, Yasin onun sözlərindən sonra sakitləşərək arxa tərəfini özünə döndərmişdir. Yasin ona qeyri-təbii yolla cinsi əlaqəyə girmək istədiyini bildirsə də o, etiraz etmiş və bu zaman Yasin təbii yolla cinsi əlaqədə olmaq istəmişdir. Öz cinsiyyət orqanını çıxardaraq onun cinsiyyət orqanına salmağa cəhd etmiş, bu zaman o, Yasinə “Hepatit” və digər xəstəliklərdən əziyyət çəkdiyini bildirib qoruyucu ilə olmasını demişdir. Lakin Yasin onun sözlərinə heç bir əhəmiyyət verməyib hərəkətlərinə davam etmişdir. Ağrılardan ötrü həmin vəziyyətdə dayana bilməyəcəyini görüb Yasin onun ayağından dartaraq qarnı üstə yerə uzatmış, o, ağrıların olduğunu bildirib diz üstə qalxmağını istəmiş, Yasin isə onun başından yenidən vuraraq qalxmayacağını bildirmişdir. Qabırğalarındakı ağrıların imkan verməcəyini söyləmiş və Yasin məcbur olub onun diz üstə dayanmağına razılıq vermişdir. Bundan sonra arxasında dayanaraq təbii yolla öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salaraq intensiv hərəkətlərə başlamış, təxminən 4-5 dəqiqə sonra Yasin artıq boşalacağını hiss edib cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxararaq sperma ifrazatını qırağa yerə axıtmışdır. Cinsi akt bitdikdən sonra qalxaraq şalvarını geyinmiş, Yasinə həmin yerdən onu aparmağını xahiş etdikdə isə, Yasin yenidən onun üzərinə gələrək itələyib şillə ilə üz nahiyəsinə vurmuşdur. Cinsi əlaqə baş verdikdən sonra Yasin yenidən onu vurmuş, bundan sonra onun taqəti qalmamış və özünü itirmişdir. Bu zaman o yenidən yıxılmış, Yasin ona onu görmədiyini, tanımadığını söyləyərək hadisə yerindən qaçmışdır. O, bir təhər özündə güc toplayıb ayağa qalxaraq əsas yola çıxmaq üçün yol axtarmağa başlamış, təxminən 200-300 metr məsafə getdikdən sonra tanımadığı evlərin birinin qarşısında dayanaraq köməyə qışqırmağa başlamışdır. Bu zaman həmin evlərdən birindən adını bilmədiyi və hal-hazırda xatırlamadığı 30-35 yaşlarında özünü Aysel kimi təqdim edən qadın çıxaraq onu səsləmiş, onun halını görüb evə dəvət etmiş və ona ilkin tibbi yardım göstərmişdir. O həmin qadına hadisəni qısaca danışdıqdan sonra həmin xanım onun üçün taksi çağırmış, taksi həmin ünvana gəldikdə Aysel adlı qadın onun vəziyyətinin ağır olduğunu görüb onunla birlikdə gəlmişdir. Həmin taksi onu kirayə qaldığı ünvana gətirərək çıxıb getmiş, bundan sonra hadisə barədə anasına bildirmiş, Aysel adlı qadının yaşadığı ünvanı xatırlaya bilmir. Hadisədən sonra onu yaşadığı ünvana gətirən taksinin dövlət qeydiyyat nişanını xatırlamamış, əlaqə vasitələri onda olmamış, sürücü təxminən 25-30 yaşlarında cavan oğlan olmuşdur. Hadisədən öncə o, Yasinə hepatit C, insan immunçatışmazlığı virusu (QİÇS), qonoreya, trixomonoz kimi zöhrəvi xəstəliklərdən əziyyət çəkdiyini bilmişdir. Hətta bununla bağlı o, Respublika Psixiatriya Xəstəxanasında stasionar və digər xəstəxalanarda ambulator müalicələr almış, o, yazılmış müalicə üsullarına uyğun olaraq dərman qəbul edir, həmin dərmanlardan biri “Acriptega” adlı dərmandır. Həmin dərmanı istintaqa təqdim etmiş, o, zöhrəvi xəstəliklərə yoluxubyoluxmamağını müəyyən etmək üçün dəri-zöhrəvi dispanserə göndərilmiş, lakin artıq o bu xəstəliklərə yoluxduğunu bildiyi üçün öz istəyi ilə dəri-zöhrəvi dispanserdə müayinədən keçməkdən imtina edərək getməmişdir. O, cinsi əlaqədə olduğu şəxslərə yuxarıda sadalanan xəstəliklərdən əziyyət çəkdiyini həmişə bildirmiş, həmçinin qoruyucu olmadan digər şəxslərlə cinsi əlaqədə olmamışdır. O, zöhrəvi və insan immunçatışmazlığı virusu (QİÇS) yoluxmağı ilə bağlı Təqsirləndirilən şəxs məlumat vermişdir. O, Təqsirləndirilən şəxs ilə qoruyucu vasitəsi ilə cinsi əlaqədə olmağına dair əvvəlcədən razılıq əldə etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs ona təcavüz edərkən bu barədə o bir daha Yasinə xatırladıb zöhrəvi və insan immuçatışmazlığı viruslardan əziyyət çəkdiyini bildirmişdir. Lakin Yasin onun sözlərinə heç bir əhəmiyyət verməyərək öz hərəkətlərinə davam etmiş, hazırda onun Yasin barəsində şikayəti, tələbi vardır, onu bağışlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, o, X2 ilə 1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 2 övladları dünyaya gəlmiş, 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs olmuş, Mehman Nəbiyev 2021-ci il tarixdə rəhmətə getmişdir. O, hal-hazırda Türkiyə Respublikasının vətəndaşı İbrahim Kaya ilə qeyri-rəsmi nikaha daxil olaraq onunla yaşayır. Heyran 208 saylı tam orta məktəbin 9cu sinfini bitirərək orta təhsilini almış, müxtəlif vaxtlarda və yerlərdə ofisiant kimi, marketlərdə satıcı kimi işləmiş, lakin hal hazırda işsizdir. Heyran 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də istintaq zamanı bəraət alaraq cinayət məsuliyyətindən azad olunmuş, o, artıq neçə vaxtdır ki, narkoloji asılılıqdan əziyyət çəkir. Hətta 2022-ci ilin mart-aprel aylarında onu Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə yerləşdirmiş, müalicə almağına baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Heyran yenə də öz əməllərinə davam etmiş, lakin həmin narkotik vasitələrin haradan və kimdən əldə olunması barədə heç bir məlumatı yoxdur. Belə ki, artıq neçə vaxtdır ki, Heyranın narkotik vasitə və tüfeyli həyat tərzi sürməsindən ötrü onların aralarında mübahisələr baş vermiş, xx.xx.2022-ci il tarixdə Heyran stasionar müalicədən evə buraxıldıqdan təxminən 1 həftə sonra öz istəyi ilə evdən çıxıb getmişdir. Sonrada o, öyrənişdir ki, Heyran Bakı şəhəri, Nəsimi rayon ərazisində Kubinka adlanan yerdə gündəlik kirayə tutaraq yaşamağa başlamışdır. Heyranın yanına gedərək evə qayıtmağını, profilaktik söhbətlər aparsa da, Heyran onun sözlərinə əhəmiyyət verməyərək tək yaşamaq istəmişdir. Hadisə baş verən günədək, yəni xx.xx.2022-ci il tarixədək bir neçə dəfə yanına gedib paltarlarını aparmış, evə qayıtmağını xahiş etmiş, lakin Heyran onun sözlərinə əhəmiyyət verməyərək ona qulaq asmamışdır. Hadisə barədə xx.xx.2022-ci il tarixdə adını hal hazırda xatırlamadığı və nömrəsini qeydə almadığı Heyranın gündəlik kirayə yaşadığı ünvanda qalan rəfiqəsi ona mobil telefonla ismarıc ataraq Heyranın ağır döyüldüyünü bildirmişdir. O, təcili olaraq Heyranın yaşadığı yerə gedərək Heyranın ağır vəziyyətdə olduğunu görüb təcili tibbi yardıma zəng vuraraq 1 saylı ŞKX-na aparmışdır. Heyranın danışdığına görə, həmin gecə kirayə yaşadığı ünvanın yaxınlığında avtobus dayanacaqlarının birində oturaraq pul müqabilində kənar şəxslərlə intim əlaqəyə girmək istəmişdir. Həmin zaman tanımadığı adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 30 manat pul müqabilində görüşməklərinə razı salmışdır. Təqsirləndirilən şəxs qızı Heyranı Sabunçu rayonu, Ramana qəsəbəsində guya ona məxsus olan evə aparacağını bildirmişdir. Ramana qəsəbəsinə çatdıqda isə idarə etdiyi avtomobili saxlayaraq evlərinə piyada gedəcəklərini söyləmişdir. Yolda gedən zaman Heyranın üzərinə hücum edib hədə-qorxu gələrək bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirib zorla təbii-yolla cinsi əlaqədə olmuş və onu orada ataraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs əvvəllərdə evdən qaçması halları olmuş, o, narkotik vasitələrdən əziyyət çəkdiyi üçün pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olması hallarını güman etmiş, lakin Təqsirləndirilən şəxs isə tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Samirə Əbdülrəhmanova ilə rəsmi evlidir, onların birgə nikahından 2 övladlar dünyaya gəlmişdir. Əvvəllər DİN-nin Daxili Qoşunların Baş İdarəsində işləsə də, hal hazırda "xxxx" MMC-də texniki şöbənin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki tanımış, Yasin əvvəllər onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi dalan 15 ev 2 ünvanında kirayə otaq tutaraq ailəsi ilə birlikdə yaşamışdır. Lakin artıq neçə ildir ki, evlə təmin olunduğundan Masazır qəsəbəsinə köçmüş və ailəsi ilə birlikdə orada yaşayır. Buna baxmayaraq onların dostluq və ailə münasibətləri pozulmamış, get-gəlişləri olmuş, Yasin X9 adlı xanımla evlidir, birgə nikahlarından 3 övladları dünyaya gəlmiş, Yasin xasiyyətcə mehriban və sadə insandır. Onun kiminləsə ədavəti və düşmənçiliyi olması barədə heç bir məlumatı olmamış, Yasin peşəcən fırınçı (aşpaz) işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam təxminən saat 20-21 radələrində o, işdən çıxaraq yaşadığı evə gəlmiş, yaşadığı həyətə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra evin pəncərəsindən Yasinin onların məhəlləsinə daxil olduğunu görmüşdür. Onların dostluq və ailə münasibətləri olduğu üçün Yasin ara bir ona və ailə üzvlərinə baş çəkmək üçün qonaq gəlmişdir. O, Yasini qarşılayaraq evə dəvət etmiş və onlar həyətlərində əyləşərək çay içərək söhbət etmişlər. Yasin həmin gün adını hal-hazırda xatırlamadığı kafedə fırınçı işləyən tanışını əvəz etdiyini bildirmiş və işdən tez çıxdığını demiş, təxminən saat 23 radələrində onların həyətdən məhəlləyə çıxmış və söhbətlərini orada davam etmişlər. Həmin zaman yaz ayı olduğu üçün havalar isti keçmiş və çöldə dayanaraq söhbət etmək üçün əlverişli olmuş, çöldə bir qədər söhbət etdikdən sonra onlar sağollaşıb ayrılmış, həmin zaman Yasindən haraya gedəcəyini soruşduqda, o dəqiq olaraq həmin an haraya getməsini söyləmədiyi üçün, onu artıq sorğu-suala tutmamışdır. Səhəri gün axşam radələrində həyat yoldaşından Yasinin tutulduğunu öyrənmış, lakin nə məsələ ilə bağlı dəqiq olaraq öyrənə bilməmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onunla söhbət edən zaman kiminləsə görüşəcəyi barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs pul müqabilində əxlaqsız həyat tərzi sürən qadınlarla görüşməyi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X7 ilə evlidir. Onların birgə nikahından 1 övladları dünyaya gəlmiş, Təqsirləndirilən şəxs onun dayısı qızı Rimanın həyat yoldaşıdır. Onun özü Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən “Bir Dönər” kafesində fırınçı (aşpaz) işləyir. Kafedə pizza, lahmacun və digər yeməklərin bişirməsi ilə məşğul olur. O, xx.xx.2022-ci il tarixdə Qusar rayonuna ailə üzvlərinə baş çəkmək üçün getmiş, həmin gün işə çıxa bilmədiyi üçün Yasinə zəng vuraraq kafedə onu bir neçə gün əvəz etməsini xahiş etmişdir. Onu əvəz etdiyi müddət ərzində isə ona günəmuzd maaş veriləcəyini demiş, Yasin onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə onun yerinə işə çıxmışdır. Baş vermiş hadisə barədə isə o, sonradan qohumlardan öyrənmiş, bu səbəbdən hadisə barədə ətraflı məlumata malik deyil. Həmin gün o, Qusar rayonunda olmuş, onun heç nədən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özü hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu 137 ünvanında yerləşən “Bir Dönər” iaşə obyektini icarə əsasında işlədir, həmdə həmin kafenin administratoru sayılır. Şahid4 həmin kafedə fırınçı kimi artıq 2 aya yaxın olardı ki fasilələrlə işləmiş, Təqsirləndirilən şəxs ilə şəxsən tanışlığı olmasa da Romanın tanışı olduğunu bilmişdir. Bir neçə dəfə Yasini Romaya baş çəkməyə gəldiyi zaman kafedə görmüş, Yasini sadə və mehriban bir insan kimi tanımış, bildiyinə görə Yasin özü də peşəcən fırınçı işləyir. xx.xx.2022-ci il tarixdə Roman işə çıxa bilməyəcəyini, Qusar rayonuna ailə vəziyyəti ilə bağlı getməli olduğunu bildirərək tanışı Təqsirləndirilən şəxs onu kafedə əvəz edəcəyini bildirmişdir. O, Romana etiraz etməyərək razılaşmış, həmin gün, Yasin işə gələrək Romanı əvəz etmiş və axşam saat 19 radələrində işdən çıxmışdır. Həmin gün Yasinin kiminləsə mübahisə etməsinin, problem yaşamasının şahidi olmamışdır. Hadisə barədə sonradan Romanın özündən öyrənmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə işdə olan zaman kiminləsə görüşəcəyi barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs pul müqabilində əxlaqsız həyat tərzi sürən qadınlarla görüşməyi barədə heç bir məlumatı olmamış, onunla xx.xx.2022-ci il tarixdə əmək və ya podrat müqaviləsi bağlamamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda nəvəsi Şahid2 ilə birgə yaşayır. Belə ki iki övladı vardır- X5 və X1. Hal-hazırda Sədaqət əri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yaşayır. Bəxtiyar isə ailəsi ilə digər ünvanda yaşayır. Özü təqaüddədir, hal-hazırda işləmir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03:30 radələrində o, namaza qalxmışdır. Namaza oyanaraq azanın səslənməsini gözləmişdir. Elə bu zamanda yaşadıqları həyət evin çölə darvazası bərk səslə döyüldü. O, evə keçib nəvəsi Şahid2 oyadıb qapıya baxmasını xahiş etdi. Nəvəsi Xuraman oyanaraq çölə çıxmış və çöl darvazasını açmışdır. Elə bu zaman adını sonradan öyrəndikləri Zərərçəkmiş şəxs adında bir cavan qız nəvəsi Xuramanın üstünə yıxılmışdır. Həmin Zərərçəkmiş şəxs adında qız çox saylı bədən xəsarətləri ilə huşsuz vəziyyətdə idi, Heyranın ağzından və bədənin müxtəlif yerlərdən qan axırdı. Xuraman həmin qızı evə içəriyə salaraq ilkin tibbi yardım göstərmişdir. Heyranın paltarları çirk və qanlı vəziyyətdə olduğu üçün Xuraman onu soyunduraraq öz təmiz paltarları ilə geyindirmiş, hamama salaraq çimizdirmiş və şirin çay vermişdir. Heyrandan nə baş verdiyini soruşsalarda Heyran ya danışmaq iqtidarında olmadığından, ya da ki utandığından heç bir suallarına cavab vermədi. Nəvəsi Xuraman ona ilkin yardım göstərdikdən sonra taksi çağırmış və Heyranı yaşadığı evə aparıb düşürərək evə geri qayıtmışdır. Zərərçəkmiş şəxs döyülməsi barədə bildirsə də baş vermiş hadisə barədə ona heç nə bildirməmişdir. Zərərçəkmiş şəxs vəziyyəti ağır və o halsız olduğu üçün çoxlu sorğu-suala tutmamışlar. Lakin anlamışlar Heyranı kimsə döyübdür. Bu səbəbdən Heyrana DİN-nin 102 qaynar xidmətinə zəng vurmasını məsləhət görsələr də, Heyran özü zəng vurmaqdan imtina etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda nənəsi Şahid3 ilə birlikdə yaşayır. X15 atası Ellaz Mansurovla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayır. Ailədə 4 bacı və 1 qardaşdırlar. Özü hal-hazırda işləmir. Əsl adı Xuraman olsa da, qohumları onu Samirə çağırır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03:30 radələrində nənəsi Şahid3 onu oyadaraq çöl darvazanın döyüldüyünü söyləmişdir. Belə ki, nənəsi Gülşən gecə 03-04 radələrində namaza oyanır və həmin saatlarda oyaq olur. O, əynini geyinərək çölə qapıya çıxdıqda bir nəfər qadının qapını döydüyünü görmüşdür. O, darvazanı açdıqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə üzərimə aşmışdır. Onun çox saylı bədən xəsarətləri ilə ağır vəziyyətdə qan içində olduğunu görmüşdür. Belə ki, Heyranın ağzı və bədəni qan içində idi. Heyranı içəriyə evə dəvət edərək əynində ki paltarlarını çirkli və qanlı olduğu üçün çıxartmışdır, ilkin tibbi yardım göstərmış və hamama salıb çimizdirmişdir. Bundan sonra özünə aid təmiz şalvar köynəyi Heyrana verərək əyninə geyindirməyə köməklik etmişdir. Sonra isə Heyrana şirin çay vermişdir ki, içib özünə gəlsin. Bundan sonra o, Heyrandan harada qaldığını və taksi ilə evə aparıb düşürtməyini soruşmuşdur. Heyran Bakı şəhəri, Sovetski adlanan ərazidə qaldığını bildirmişdir. Ondan yolu göstərə biləcəyini soruşduqda Heyran razılaşmışdır. Heyrana DİN-nin 102 qaynar xidmətinə zəng vurmasını təklif etdikdə Heyran imtina etdiyi üçün, o, bu barədə səsini çıxartmamışdır. Hal-hazırda nömrəsini xatırlamadığım taksi şirkətlərin birinə zəng vuraraq taksi sifarış etmişlər. Dövlət qeydiyyat nişan nömrəsini, mobil nömrəsini və adını xatırlamadığı taksi gələrək onları Heyranın yaşadığı ünvana aparmışdır. Heyranı “Sovetski” adlanan ərazidə həyətlərin birində düşürərək evə geri qayıtmışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisə ona məlumat bildirməmişdir. Zərərçəkmiş şəxs vəziyyəti ağır və o halsız olduğu üçün onu çoxlu sorğusuala tutmamışlar. Lakin anlamışlar ki Heyranı kimsə döyübdür. Bu səbəbdən Heyrana DİN-nin 102 qaynar xidmətinə zəng vurmasını məsləhət görsələr də Heyran özü zəng vurmaqdan imtina etmişdir. Heyranın əynində ki şalvar və köynəyi çıxardaraq evə qoymuşdur. Heyranın polis orqanlarına müraciət edəcəyini ehtimal etdiyi üçün həmin paltarları yumamışlar və evdə saxlamışlar. Həmin paltarları istintaqa təqdim edə bilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X18 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 491 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, çənə sümüyünün sol bucaq və sağ mental hissəsinin, burun sümüyünün yerini dəyişən, sol əng sümüyünün yerini dəyişməyən qapalı sınıqları, çənənin sol yarısının hematoması, sol gözyuvasıətrafın qançırı müəyyən edildi. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və tarixdə yetirilə bilərlər, dərəcələrinə görə ümumilikdə sağlamlığa uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxsnm qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxsnm uşaqlıq yolundan götürülmüş nümunədən məhkəmə-tibbi bioloji tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi. Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2022-ci il tarixli müayinəyə əsasən onda Hepatit C və insan immunçatışmazlığı (QİÇS) aşkar edildi. (cild 02, iş vərəqə 54-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X18 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 492 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir patologiya aşkar edilmədi. Bakı şəhər 1 saylı X16 tərəfindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli 161 saylı arayışa əsasən, onda zöhrəvi xəstəliklərdən qonoreya və trixomonoz aşkarlandı. Respublika QİÇS-lə Mübaizə Mərkəzində aparılmış müayinələrə əsasən Təqsirləndirilən şəxs insan immunçatışmazlığı virusu (QİÇS) aşkar edilmədi. (cild 02, iş vərəqə 60-63) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin lifli materialların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3000 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin və büstqalterin (qadın alt geyimi) üzərindən aşkar edilmiş boz rəngli poliester liflər və büstqalterinin (qadın alt geyimi) üzərindən aşkar edilmiş qara rəngli poliamid liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvar və qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (cild 01, iş vərəqə 193-198) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X18 məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 350/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd və gödəkçənin arxa hissəsinn orta nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin arxa hissəsinin sol kürək nahiyəsində sürtülmə sahəsi aşkar olundu. Bu sahə gödəkçənin həmin nahiyəsinin hər-hansı bir bərk səthə sürtülməsi nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və mayka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, uzunqol köynək, qısaqol köynək, büstqalter, tuman və bir cüt corab üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. (cild 02, iş vərəqə 64-67) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X18 məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 439/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən- A (11) Təqsirləndirilən şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən- 0 (1). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs maykası, Zərərçəkmiş şəxs büstqalteri, trusiyi, qısaqol və uzunqol koftaları üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A (11) qrupunu əsas xarakterizə edən yalnız A antigeni alındı. Beləliklə, bu qan A (11) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsində, cins şalvarda və qısaqol köynəkdə, həmçinin Zərərçəkmiş şəxs şalvarı və bir cüt qısa corabında vizual müayinə zamanı qana şübhəli hər-hansı bir ləkə aşkar olunmadı. (cild 02, iş vərəqə 68-73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X18 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1703 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu onun yeniyetməlik dövründə çoxsaylı mənfi sosial faktorların təsirindən yaranmışdır. Qeyd olunan şəxsiyyət pozuntusu təqsirləndirilənin ona qarşı etdiyi hərəkətlər nəticəsində yaranmamışdır. Zərərçəkmiş şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu baş vermiş hadisə dövründə ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək, onları xatırlayıb təsvir etmək iqtidarından məhrum etməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu məhkəmə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək qabiliyyətindən məhrum etmir. Zərərçəkmiş şəxs məhkəmə istintaq hərəkətlərinin aparılmasında iştirak etməklə öz prosesual hüquq və vəzifələrini yerinə yetirə bilər. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, ımpulsivlik, emosional dayanıqsızlıq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı, həmçinin hadisə şəraiti nəzərə alınmaqla, iş üçün əhəmiyyətli halları düzgün qavraya və onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk edə bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən zaman psixi-emosional vəziyyətində qorxu, həyəcan, gərginlik yarana bilərdi. Hazırkı psixi-emosional durumunda hər hansı dəyişiklik müşahidə olunmur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına görə yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. (cild 02, iş vərəqə 80-84) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2022-ci il tarixli 4829 saylı məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs arxiv məlumatına görə xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicə olub. (cild 01, iş vərəqə 125-126) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X18 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1943 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır, yəni o, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Kinlilik, inadkarlıq, qıcığa qarşı həssaslıq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vərəqə 87-90) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2022-ci il tarixli 4829 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (cild 01, iş vərəqə 125-126) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-tibbi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3522 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 199-200) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-tibbi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4034 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə 76-77) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 xx.xx.2022-ci il tarixli xx/xx-8808 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1998-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Socxoz yeni tikililər, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıblar və qeydiyyatda yoxdurlar. (cild 02, iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ramana-Maştağa magistral yoldan təxminən 1.8-2 km aralıqda yerləşir. Sahə təxminən 10 hektar ərazini əhatə edir. Həmin boş sahə torpaqla örtülmüşdür. Sahə nəqliyyat vasitələrin keçməsi üçün nəzərdə tutulan torpaq örtüklü yolla iki yerə bölünmüşdür. Torpaq yolun sol hissəsi 2 metr hündürlükdə məftil hasarla ayrılmışdır. Sahədə bir-birindən təxminən 0.3-0.5 metr aralıqda kiçik ölçülü yerdən bitən otlar vardır. Sahə ətrafda olan sonuncu yaşayış evindən təxminən 250 metr aralıqdadır. Sahədən təxminən 2 km aralıqda şimal tərəfdə Heydər Əliyev adına Hava Liman yerləşir. Sahə selofan paketlər və zibil tullantılarla doludur. Zərərçəkmiş şəxs boş sahədəki ətrafı məişət tullantıları ilə dolu olan 3 ədəd kiçik ölçülü ağacların ətrafını göstərərək xx.xx.2022ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs onu zorladığını söylədi. Həmin ağaclardan şərq istiqamətində təxminən 100 metr aralıqda bir neçə orta ölçülü kollar vardır. Hadisə yerində olan ağacların arasında bir neçə karton parçası, kubik, tullantılarla dolu selofan paketlər, boş butulkalar və bir ədəd ağac kökü vardır. Həmin ağaclardan solda ki, qərb istiqamətində budaqları əyilmiş formadadır. Ağacların arasında bir neçə orta ölçülü kollar vardır. Kolların arasında boş selofan paketlər vardır. Hadisə yerində işi üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya dava-dalaş izləri müşahidə olunmadı. (cild 01, iş vərəqə 134-141) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, şalvar, köynək, mayka, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, tuman, büstqalter, qısaqol köynək, uzunqol köynək, idman şalvarı maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama otağına təhvil verilmişdir. (cild 02, iş vərəqə 101- 118) İş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 8980 manat məbləğində maddi ziyanın, 12.000 manat mənəvi ziyanın və 150 manat dövlət rüsumunun, cəmi 21130 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, Zərərçəkmiş şəxs zor tətbiq edərək onun sağlamlığa az ağır zərər vurmaması ilə bağlı ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X18 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 491 nömrəli rəyi və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətli aparılmış, üzləşdirilən şəxslər üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə verərək əvvəlki dindirmələrdə verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı demişlər, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinsi əlaqədə olması üçün pul verməsi xüsusatını inkar etmişdir. (cild 01, iş vərəqə 184-190) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş zorlama cinayəti zərərçəkmiş şəxsə və ya başqa şəxsə zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Zorlama cinayətinin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olması faktını nəzərdə tutmasıdır. Zorlama cinayətində zərərçəkmiş həmişə qadın olur. Zərərçəkmişin yaşı və digər xüsusiyyətləri əməlin tövsifinə heç bir təsir etmir. Fiziki zor tətbiq etməklə dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Fiziki zor tətbiq etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül və ya az ağır zərər vurularsa, əməl yalnız CM-nin 149.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu halda əməlin CM-nin 127-ci və ya 128-ci maddələri ilə əlavə tövsifinə ehtiyac yoxdur. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir. Tətbiq edilən hədə real və bilavasitə həyata keçirilə bilən olmalıdır. Zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə törədilən zorlama hədənin real olaraq və dərhal həyata keçiriləcəyinin əsasları olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi zorlama cinayətinin ağırlaşdırıcı tərkibi kimi nəzərdə tutulmuşdur. Yəni zərərçəkmiş şəxsi və ya başqa şəxsi öldürmə və ya sağlamlığına ağır zərər vurmaq hədəsi ilə, habelə xüsusi amansızlıqla cinsi əlaqədə olma başa düşülür. Hər bir halda təqsirkar zərərçəkmiş şəxslərə xüsusi amansızlıqla iztirablar verdiyini və onların iztirab çəkdiyini dərk etməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 119) İş materiallarında olan Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 157 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayır və ailə tərkibi X12, X21, X10 və X4 ibarətdir və Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 13- 14) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X21 və xx.xx.2018-ci il təvəllüdlü X13 vardır. (cild 02, iş vərəqə 95-97) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-406/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 43; 79-82) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, şalvar, köynək, mayka hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, tuman, büstqalter, qısaqol köynək, uzunqol köynək, idman şalvarı isə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, mülki iddia mənəvi ziyana dair hissədə qismən təmin edilməli, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ilə bağlı məhkəməyə müvafiq sənədlər təqdim edilmədiyindən 8.980 manat məbləğində maddi ziyanla əlaqədar mülki iddia baxılmamış saxlanılmalı, 12.000 manat mənəvi ziyanın ödənilməsinə dair hissədə mülki iddia qismən, yəni 2.500 manat məbləğində təmin edilərək, 2.500 manat və 150 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.650 (iki min altı yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməli, qalan hissədə mülki iddia baxılmamış saxlanılmalı, mülki iddianın baxılmamış saxlanılmış hissələri ilə əlaqədar Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, şalvar, köynək, mayka hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, tuman, büstqalter, qısaqol köynək, uzunqol köynək, idman şalvarı isə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia mənəvi ziyana dair hissədə qismən təmin edilsin, ümumilikdə 2.650 (iki min altı yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilsin, mülki iddianın baxılmamış saxlanılmış hissələri ilə əlaqədar Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən; Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar