Məhkəmə qərarları › İş №1(101)-1747/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1747/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1747/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib oğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə saat 10 radələrində Suraxanı rayon məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(010)-448/2020 saylı barəsində tutulma barədə qərara əsasən, həmin qərarın icrası ilə əlaqədar olaraq Suraxanı RPİ-nin 31-ci PBnin rəis müavini, əməliyyat qrupunun rəhbəri Zərərçəkmiş şəxs1, qrupun üzvləri, həmin bölmənin əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2, Şahid8, Şahid2 və Şahid1 onun yaşadığı ünvan 1 ünvanına gələrək, həmin evdə yaşayanlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra, saxlanılması əməliyyatını həyata keçirərkən, ilk olaraq mənzilin qonaq otağına daxil olmuş Zərərçəkmiş şəxs1 məişət təyinatlı olan, soyuq silah hesab edilməyən hər əlində bir mətbəx bıçağı olmaqla sonuncunun üzərinə hücum edib, əlində olan bıçaqlarla zərbələr vuraraq döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol budun iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 köməyə gəlmiş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə xəsarət yetirməklə, ona sağ yanağın və burnun ucu nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra 26 mart 2021-ci il tarixdə İbiyev X1 rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 56 ünvanında yerləşən Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd sellofan və kagız bükümlərdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil olan külli miqdarda xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkisi 9,576 qram narkotik vasitə olan heroin, eləcə də əynində olan şalvarının həmin cibindən ümumi miqdarı 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüş, bundan sonra həmin günü əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış keçirilən zaman çardaqda, masanın üzərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib qanunsuz olaraq özündə saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.152 qram heroin, həmin otaqda oturacağın altından isə qara selofan torbada təmiz çəkisi 1100.0 qram külli miqdarda heroin aşkar edilmiş, ümumilikdə Təqsirləndirilən şəxs üzərindən və evindən ümumi təmiz çəkisi 1109,728 qram olan külli miqdarda narkotik vasitə olan heroin və 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 315, 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik maddədən istifadə edir. Əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə Suraxanı rayon məhkəməsi ona narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq etmiş, lakin, həmin qərardan məlumatı olmadığı üçün müalicəyə getməmişdir. 26 mart 2021-ci il tarixdə saat 10 radələrində evində yatdığı zaman anası və arvadının qışqırıq səsinə oyanmışdır. Evinə düşmənləri tərəfindən hücum edildiyini başa düşüb, mətbəxə qaçıb iki ədəd bıçaq götürmüşdür. Mülki geyimdə olduqları üçün gələnlərin polis əməkdaşı olmalarını bilməmişdir. İki ədəd bıçağın hərəsini bir əlində tutaraq evinə girən şəxslərə bıçaqla xəsarətlər yetirmişdir. Onlara hansı nahiyələrdən xəsarətlər yetirdiyini dəqiqliyi ilə bilmir. Bundan sonra o, saxlanılaraq 31-ci polis bölməsinə gətirilmiş və orada adını xatırlamadığı polis əməkdaşları onu beysbol taxtası ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Döyüldükdən sonra o, evinə gətirilmiş və video çəkiliş aparılmışdır. Evdə polis əməkdaşları ona, guya evində narkotik maddə saxladığını deyib, həmin narkotiki təqdim etməsini təklif etmişlər. Sonunculara evində narkotik maddə olmadığını bildirmişdir. Nə üzərində, nə də evində narkotik maddə olmamışdır. Evindən aşkar edilərək götürülmüş narkotik maddə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Anası və həyat yoldaşına problem yaranmasın deyə, polis əməkdaşlarının təqdim etdiyi sənədlərə oxumadan imza etmişdir. Polis bölməsində döyüldüyü üçün ailəsini və özünü qorumaq məqsədi ilə narkotik maddənin guya ona məxsus olduğunu demişdir. Videoçəkiliş zamanı qorxudan guya yıxılaraq xəsarət aldığını bildirmişdir. Həqiqətdə isə həmin xəsarətləri ona polis əməkdaşları yetirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-də rəis müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi və həm də satışı ilə məşğul olan şəxs kimi tanıyır. Sonuncunun əvvəllər dəfələrlə məhkumluq həyatı yaşadığı barədə də məlumatı olmuşdur. Suraxanı rayon məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs haqqında stasoinar qaydada narkoloji dispanserdə məcburi müalicə olunması barədə qərar qəbul edilməsinə baxmayaraq sonuncu, məhkəmə qərarını icra etmədiyinə, yəni müalicəyə getmədiyinə görə məhkəmə, 12 oktyabr 2020-ci il tarixdə barəsində axtarış elan edərək tutulması barədə qərar vermişdir. Qərarın icrası Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı 26 mart 2021-ci il tarixdə əməliyyatçılar Şahid2, Şahid8, Şahid1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. O, mülki geyim formasında, digər əməliyyatçılar isə əyinlərində «Polis» sözü yazılmış «jilet»də olmuşlar. Yaxınlaşıb evin darvazasını döymüş və Yusifin anası darvazaya yaxınlaşmışdır. Sonuncuya özünü təqdim edib, 31-ci PB-nin əməkdaşları olduqlarını deyib, Yusifin evdə olub-olmadığını soruşmuşdur. Anası Yusifin evdə olmadığını demişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 Yusifin pəncərədən baxdığını, onları görüb çəkildiyini bildirmişdir. Bundan sonra Şahid1 hasardan həyətə tullanıb darvazanı içəridən açmışdır. Şahid1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə pilləkənlərlə Təqsirləndirilən şəxs yaşadığı evin içinə qalxmışlar. Yusif evin işıqlarını söndürdüyü üçün ev qaranlıq olmuşdur. Özü qabaqda, Kamran və Elnur isə arxada olmaqla mətbəxə yaxınlaşanda Yusif qəflətən hər iki əlində bıçaqla onların üzərinə cummuşdur. Qabaqda olduğu üçün Yusif ilk olaraq ona hücum edib, bir dəfə qarnının sağ yan hissəsinə və iki dəfə sol bud nahiyəsinə bıçaqla zərbələr endirmişdir. Yusif əlindəki bıçaqla Kamranın üz nahiyəsinə də xəsarət yetirmişdir. Bu zaman Elnur özünü çatdırıb fənd işlədib Yusifi yerə yıxmış və bundan sonra birlikdə köməkləşib sonuncunu tərksilah etmişlər. Bundan sonra Yusifi 31-ci polis bölməsinə aparmışlar. Bölmə rəisi Ülvi Məmmədov onu, Kamranı isə digər polis əməkdaşları DİN-nin hospitalına aparmışlar. Yusifi tərksilah edərkən anası və arvadı da onları vurmuşdur. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi və həm də satışı ilə məşğul olan şəxs kimi tanıyır. Suraxanı rayon məhkəməsinin qərarına əsasən RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 icraatında Təqsirləndirilən şəxs barəsində axtarış işi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs stasoinar qaydada narkoloji dispanserdə məcburi müalicə olunması barədə məhkəmənin qərarı olmuş, lakin, sonuncu məhkəmə qərarını icra etmədiyinə görə məhkəmə 12 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə bağlı 26 mart 2021-ci il tarixdə 31-ci polis bölməsinin rəis müavini Zərərçəkmiş şəxs1, əməliyyatçılar Şahid2, Şahid8 və Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Onlar mülki geyim formasında olsalar da, əyinlərində «polis» sözü yazılmış jiletdə olmuşdur. Darvazanı Zərərçəkmiş şəxs1 döymüş və Yusifin anası darvazaya yaxınlaşmışdır. Zərərçəkmiş şəxs1 Suraxanı RPİ-nin 31-ci polis bölməsindən gəldiklərini, polis əməkdaşı olduqlarını deyib, Yusifin axtarışda olduğunu bildirməklə, anasından Yusifin evdə olub-olmadığını soruşmuşdur. Anası Yusifin evdə olmadığını deyib getmişdir. Həmin vaxtı o, Yusifin pəncərədən baxdığını görüb, bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Bundan sonra Şahid1 hasardan həyətə tullanıb darvazanı içəridən açmışdır. Zərərçəkmiş şəxs1, Şahid1la birlikdə pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxmışlar. Yusif evin işıqlarını söndürdüyü üçün ev qaranlıq olmuşdur. Zərərçəkmiş şəxs1 qabaqda, özü və Elnur isə onun arxasında mətbəxə yaxınlaşanda Yusif qəflətən hər əlində bir bıçaq olmaqla onlara hücum etmişdir. Tural qabaqda olduğu üçün Təqsirləndirilən şəxs əlindəki bıçaqlarla ilk olaraq Turala hücum edib, onun qarın və bud nahiyəsinə bıçaqla zərbələr endirmişdir. Yusif əlindəki bıçaqla onun da sifətinə xəsarət yetirmişdir. Bu zaman Elnur özünü çatdırıb, fənn işlədib Yusifi yerə yıxmış və bundan sonra birlikdə köməkləşib Yusifi tərksilah edib, 31-ci polis bölməsinə gətirmişlər. DİN-nin hospitalında əməliyyat olunmuş və üzünə 10 tikiş qoyulmuşdur. Yusifi tərksilah edərkən anası və arvadı da onları arxadan əlləri və qabqaşıqla vurmuşlar. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi və həm də satışı ilə məşğul olan şəxs kimi tanıyır. Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs barəsində axtarış işi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınması barədə qərar qəbul etmiş, lakin, sonuncu məcburi müalicəyə getmədiyinə görə məhkəmə 12 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs axtarışa vermişdir. Həmin qərarın icrası ilə bağlı 26 mart 2021-ci il tarixdə 31-ci polis bölməsinin rəis müavini Zərərçəkmiş şəxs1, bölmənin əməliyyatçısı Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. İlk olaraq Yusifin anası darvazaya yaxınlaşmışdır. Sonuncuya məhkəmənin qərarı izah etmişlər. Yusifin anası qapını açmamış və Yusifin evdə olmadığını demişdir. Yuxarı baxanda Yusifi pəncərədən onlara baxdığını görmüşlər. Yusif onları görüb pəncərədən geri çəkilib özünü gizlətmişdir. Qapını açmadıqlarını və Yusifin evdə gizləndiyini görüb o, darvazadan həyətə tullanıb darvazanın qapısını açmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə pilləkənlərlə evə qalxmışlar. İzzətlə Emin isə aşağıda, yəni darvazanın yanında dayanmışlar. Yusif evin işıqlarını söndürdüyü üçün ev qaranlıq olmuşdur. Mənzilə daxil olarkən Yusif qəflətən mətbəx tərəfdən hər əlində bir bıçaq olmaqla üzərilərinə hücum etmişdir. Yusif əlində olan bıçaqlardan biri ilə ilk olaraq rəis müavini Zərərçəkmiş şəxs1 zərbələr vurmuşdur. Tural Yusifin əlindən bıçağın birini ala bilmişdir. Yusif digər əlində tutduğu bıçaqla isə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə xəsarət yetirmişdir. Bu zaman xüsusi fənn işlədib Yusifi üzü üstə yerə yıxmışdır. Yusif qaçmaq üçün çabalamış, lakin o, Yusifin qollarına arxadan qandal vurmuşdur. Həmin vaxt Yusifin anası və arvadı onu qab-qaşıqla vurmuşdur. Bundan sonra Yusifi polis bölməsinə gətirmişlər. Turalla Kamranı aldıqları xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilmiş, narkotik maddə heroin və narkotik tərkibli tramadol tabletkalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsi və həm də satışı ilə məşğul olan şəxs kimi tanıyır. Yusif əvvəllər məhkumluq həyatı yaşamış və 31-ci PB-nin əməkdaşları tərəfindən dəfələrlə tutulmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs tanımışdır. 2019-cu ildə məhkəmə Təqsirləndirilən şəxs stasoinar qaydada narkoloji dispanserdə məcburi müalicə olunması barədə qərar qəbul etmiş, lakin, sonuncu məhkəmə qərarını icra etmədiyi, yəni, məcburi müalicəyə getmədiyinə görə məhkəmə 12 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs axtarışa vermişdir. Məhkəmənin həmin qərarının icrası ilə bağlı 26 mart 2021-ci il tarixdə o, 31-ci polis bölməsinin rəis müavini Zərərçəkmiş şəxs1, bölmənin digər əməliyyatçıları Zərərçəkmiş şəxs2, Şahid8 və Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlib evin darvazasını döümüşlər. Yusifin anası darvazaya yaxınlaşmış, ona məhkəmənin qərarını izah etmişlər. Yusifin anası qapını açmayaraq Yusifin evdə olmadığını demişdir. Bu zaman Yusifin evin ikinci mərtəbəsinin pəncərəsindən onlara baxdığını və onları görüb geri çəkilib özünü gizlətdiyini görmüşdür. Qapını açmadıqlarını və Yusifin evdə gizləndiyini görüb, Şahid1 darvazadan həyətə tullanıb qapını içəridən açmışdır. Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 pilləkənlərlə evə qalxmış, o isə Eminlə darvazanın yanında dayanmışlar. Tural, Elnur və Kamran yuxarı qalxandan bir dəqiqə sonra, Eminlə birlikdə evin ikinci mərtəbəsinə qalxmışlar. Yusif evin işıqlarını söndürdüyü üçün ev qaranlıq olmuş və heç nə görünməmişdir. Mənzilə daxil olarkən Yusif mətbəx tərəfdən qəflətən hər əlində bir bıçaq olmaqla Tural və Kamrana hücum edib, onların bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurduğunu görmüşdür. Yusif ilk olaraq rəis müavini Zərərçəkmiş şəxs1 üzərinə cumub, əlində olan bıçaqlardan biri ilə Turalın bədəninə bıçaq zərbələri vurmuşdur. Tural Yusifin əlindən bıçağın birini ala bilmişdir. Yusif digər əlində tutduğu bıçaqla əməliyyat müvəkkili Kamranın sifət nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, Elnur və Emin Yusifi üzü üstə yerə yıxıb qollarına arxadan qandal vurub PB-nə gətirmişlər. Bundan sonra Turalla Kamranı aldıqları xəsarətlərlə əlaqədar Daxili İşlər Nazirliyinin hospitalına aparmışlar. Təqsirləndirilən şəxs evinə və üzərinə baxış zamanı narkotik maddə heroin və narkotik tərkibli tramadol tabletkalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Ev Yusifin adınadır, orada oğlu Yusif, gəlini Samirə və Yusifin üç övladı yaşayırlar. Yusif narkotik maddələrdən istifadəsi ilə əlaqədar bir neçə dəfə müalicədə olmuş, lakin heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. 26 mart 2021-ci il tarixdə saat 9 radələrində qapı döyülmədən, heç bir xəbərdarlıq olunmadan və icazəsiz mülki geyim formasında 10-12 nəfər polis əməkdaşı həyətinə tullanmışdır. Sonunculara: «ay bala kimsiz, nə istəyirsiz?»-deyə müraciət etsə də, onlar özlərini təqdim etmədən birbaşa evin ikinci mərtəbəsinə qalxmışlar. Az sonra evin ikinci mərtəbəsindən oğlu Yusifi döyülməsi səsini eşidib yuxarı qalxmışlar. Bu zaman Yusifin üz-gözünün qan içində olmasını görmüşdür. Yusifi zorla əl-qolunu burub maşına qoyub aparmışlar. Bundan sonra adını bilmədiyi polis əməkdaşları yenidən evə gələrək Yusifin mobil telefonunu istəmişlər. Sonunculara telefonun yerini bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları Yusifi yenidən evə gətirmiş və evin üçüncü mərtəbəsinə qaldırıb, guya bir kilo narkotik maddə tapdığını demişlər. Polis əməkdaşları Yusifi döyüb zorla narkotik maddənin guya ona məxsus olmasını etiraf etdirmişlər. Onların evində heç vaxt narkotik maddə olmamışdır. Əvvəlcədən 31-ci PB-nin rəisi kimi özünü təqdim edən şəxs ona: «bu evə bir kilo narkotik maddə qoymasam, atamın oğlu deyiləm» demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Yusif onun əridir. Yusif heç vaxt narkotik maddələrin satışı işi ilə məşğul olmamışdır. 26 mart 2021-ci il tarixdə saat 9 radələrində evdə yatarkən, qəfil səsə yuxudan oyanmışdır. Yataq otağından zala çıxanda mülki geyimdə 9-10 nəfər cavan oğlanın evin içində olduqlarını görmüşdür. Sonuncular bir-bir otaqları axtarmağa başlamışlar. Qızlarının otağına girmək istəyəndə, onları otağa girməyə qoymamışdır. Həmin vaxtı bir neçə polis əməkdaşının yerdə Yusiflə süpürüşdüklərini görmüşdür. Yusifin polis əməkdaşlarını bıçaqla vurmasını görməmişdir. Polis əməkdaşları Yusifi polis bölməsinə aparmışlar. Həmin günü axşam saatlarında polis əməkdaşları Yusifi yenidən evə gətirib, evin üçüncü mərtəbəyə qaldırmışlar. Nə özü, nə də ki, qayınanası polislərə müqavimət göstərməmiş və onları vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 26 mart 2021-ci il tarixdə saat 9 radələrində bacısı ilə öz otaqlarında yatdığı zaman qəfil səsə yuxudan oyanmışlar. Bu zaman iki nəfər mülki geyimdə cavan oğlan onların otağına daxil olmaq istəmiş, lakin bacısı ilə onu otaqda görüb, içəri girməmişdir. Bacısı ilə öz otaqlarından qonaq otağına çıxanda, bir neçə nəfərin atasını yerə yıxıb əl-qolunu burduqlarını görmüşdür. Bundan sonra polis əməkdaşları atasını maşına mindirib aparmışlar. Atasının polis əməkdaşlarını bıçaqladığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu, eyni zamanda Yusifin anasının qaynı arvadıdır. Yusifin yaşadığı evlə onun yaşadığı evini hasar ayırır. 26 mart 2021-ci il tarixdə saat 9 radələrində evin həyət darvazasının döyülməsi səsinə yuxudan oyanmışdır. Həyətə çıxıb: «kimdir?»deyə soruşduqda ona: «xala qapını aç, görəcəksən» deyə cavab verilmişdir. Qapını açanda 7-8 nəfər cavan oğlan həyətə daxil olmuşlar. Sonuncular ona özlərinin polis əməkdaşları olduğunu demişlər. Həmin vaxtı onların heç biri xidməti polis geyimində olmamışdır. Bundan sonra həmin şəxslər həyətinin hasarından Yusifin yaşadığı həyətə tullanmışlar. Bir neçə dəqiqə sonra Yusifgildən səs-küy eşitmiş, amma, nə baş verdiyini görməmişdir. Bir azdan polis əməkdaşlarının Yusifi qolları bağlı vəziyyətdə maşına qoyub apardıqlarını görmüşdür. Həmin vaxt polis əməkdaşlarından bir nəfərdən qan axdığını görmüşdür. Polis əməkdaşlarından bir başqası həyətinə gəlib üzündən axan qanı yumuşdur. Yusifin polis əməkdaşlarına bıçaqla xəsarət yetirdiyini sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı vəzifəsində işləyir. 26 mart 2021-ci il tarixdə cədvəl üzrə növbədə olarkən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş və işin icraatı ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin və bölmənin əməliyyatçılarının iştirakı ilə şübhəli şəxs qismində tutmuşdur, Üzərinə baxış keçirilən zaman əynindəki şalvarın sol cibindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm, 2 ədəd şəffaf selofana bükülmüş büküm və bir listdə üç ədədi istifadə olunmuş 7 ədəd bağlı vəziyyətdə olan «tramadol» psixotrop maddəsi aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs şalvarının cibindən tapılan maddələrin heroin olduğunu, onları onlayn şəkildə tanımadığı şəxsdən aldığını bildirmişdir. «Tramadol» dərmanını isə şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evində də narkotik maddə heroin saxladığını etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin üçüncü mərtəbəsində yerləşən kreslonun arxasında olan kiçik dolabdan bir ədəd qara selofana bükülmüş büküm, stolun üzərində isə bir ədəd gümüş kağıza bükülmüş narkotik vasitəyə oxşar kütlə aşkar etmişlər. Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmiş və onu heç kimin vurmamışdır. Sonuncunun deməsindən bədənində olan xəsarətləri yıxılaraq aldığı ona məlum olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında təqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır. Sonuncu əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Təqsirləndirilən şəxs tutulmasında dəfələrlə iştirak etmişdir. Bununla belə sonuncu ilə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. Suraxanı rayon məhkəməsinin qərarına əsasən əməliyyat məvəkkili Şahid2 icraatında Təqsirləndirilən şəxs barəsində axtarış işi olmuşdur. Həmin qərarın icrası ilə əlaqədar 26 mart 2021-ci il tarixdə saat 10 radələrində 31-ci PB-nin rəis müavini Zərərçəkmiş şəxs1, bölmənin əməliyyatçıları Zərərçəkmiş şəxs2, Şahid2 və Şahid1la Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Yusifin anası darvazaya yaxınlaşan zaman ona, polis əməkdaşları olduqlarını və məhkəmə qərarı əsasında qapılarına gəldiklərini bildirsələr də, sonuncu onlara qapını açmamışdır. Bu zaman Yusifin evin ikinci mərtəbəsindən pəncərədən onlara baxdığını görmüşdür. Yusifin evdə gizləndiyini başa düşüb, bir neçə nəfər qonşu Şövkət adlı qadının və bir neçə nəfər də Yusifgilin evinin hasarından həyətə tullanıb qapını içəridən açmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs2 pilləkənlə evə qalxmış, o, isə Şahid2la darvazanın yanında dayanmışldır. Turalgil yuxarı qalxandan bir neçə dəqiqə sonra İzzətlə birlikdə evə qalxmışdır. Evin işıqları söndürüldüyüdən ev tam qaranlıq olmuşdur. Evə daxil olarkən Yusifin mətbəx tərəfdən hər iki əlində bıçaqla Tural və Kamrana hücum etdiyini və onların bədən nahiyyələrinə bıçaqla zərbələr endirdiyini görmüşdür. Yusif ilk olaraq Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əlində olan bıçaqlardan biri ilə Turalın bədən səthinə bıçaq zərbələri vurmuşdur. Bu zaman Tural Yusifin əlindən bıçaqların birini almağa müvəffəq olmuşdur. Yusif digər əlində tutduğu bıçaqla Kamranın sifət nahiyyəsinə xəsarət yetirmişdir. Odur ki, dərhal Elnur və İzzətlə birlikdə xüsusi fənd işlədib Yusifi yerə yıxmış və bu zaman Yusif üzü üstə yerə dəymişdir. Yusifin qaçmaq üçün çabaladığını görüb, Elnur onun qollarına arxadan qandal vurmuşdur. Həmin vaxt Yusifin anası və arvadı Yusifi buraxmaları üçün onları mətbəx ləvazimatları ilə vurmuşdur. Bundan sonra Yusifi Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmiş və üzərinə baxış zamanı narkotik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evində də narkotik maddə olduğunu etiraf etmiş və evə baxış keçirilən zaman narkotik maddə aşkar edilmişdir. Xəsarət aldıqları üçün X3 İşlər Nazirliyinin hospitalına çatdırmışlar. Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2021-ci il tarixli, 6/1199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195» dairəvi möhür əksi olan, iki ədəd kağız paketdə olan; -üzərində soyad və imzalar qeyd edilmiş kağız paketda 4 ədəd sellofan və kagız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkisi 9,576 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar usulla hazirlanmış narkotik vasitə heroindir. Üzərində «Tramadol hydrochloride 225mg» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 7 ədəd qırmızı rəngli həblərdə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1,575 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) olduğu muəyyən edildi. Digər üzərində soyad və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bağlamada təmiz çəkisi 1100,0 qram olan açıq qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkisi 9,576 qram olan heroin ilə təmiz çəkisi 0,152 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eynilik təşkil edir. Təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram, 0,152 qram olan heroinlər ilə təmiz çəkisi 1100,0 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1109, 728 qram, cəmi tədqiqata sərf edildi -0,3 qram, qalıq 1109,428 qr. Tramadol həblərinin sayı - 7 ədəd, tədqiqata sərf edildi -1 ədəd, qalıq 6 ədəd. (c.1. i.v.70-73). İşdəki məhkəmə-tibb ekspertizasının 30 mart 2021-ci il tarixli, 264 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alının sıyrığı, sağ gözətrafı yumuşaq toxumaların şişkinli və qançırı, boyunun sıyrığı, sağ əlin şişkinlik və səthi əzilmiş yarası, sağ dirsək oynağının, hər iki bazunun, sağ kürəkaltı nahiyyənin qançırları, sağ kürəkaltı nahiyənin şişkinlik və qançırı (hematoması), qarnın, hər iki diz oynağının, sol budun qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 26 mart 2021-ci il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (c.1. i.v. 171- 172). Məhkəmə-tibb ekspertizasının 3 may 2021-ci il tarixli, 401 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ yanağın və burun ucu nahiyəsinin kəsilmiş yarası. Qeyd edilən xəsarət iti kənara malik əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 26 mart 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (c.2. i. v.19-21). Məhkəmə-tibb ekspertizasının 29 may 2021-ci il tarixli, 400 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol budun iki ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir. 26 mart 2021-ci il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (c.2. i. v.23-25). Təkrar məhkəmə-tibb ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, T 207/2021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ alın nahiyəsinin sıyrığı, sağ gözətrafı yumşaq toxumaların şişkinlik və qançırı, boyunun sıyrığı, sağ əlin səthi əzilmiş yarası, sağ dirsək oynağının, hər iki bazunun, sağ kürəkaltı nahiyənin, sol kürəkaltı nahiyənin şişkinlik və qançırı (hematoması), qarnın, hər iki dizin, sol budun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni 26 mart 2021-ci il tarixdə yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qüsa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 27 mart 2021-ci il tarixli 264 nömrəli rəyin nəticəsi təsviri hissəyə uyğundur (c.2. i. v. 123-125). Məhkəmə tibb-kriminalistik ekspertizasının 7 may 2021-ci il tarixli, 194/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin ön səthində sağda 1 (bir) ədəd, şalvarın ön səthində solda 2 (iki) ədəd və arxa səthində solda 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Sviterin ön səthində sağda və şalvarın ön səthində solda olan zədələrin istiqaməti öndən arxaya doğru, şalvarın arxa səthində solda olan zədənin isiqaməti isə arxadan onə doğru olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus sviter və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin xətti olçülərinə görə güman etmək olar ki, alətin iz törədən hissəsinin maksimal eni (tiyənin daxil olma səviyyədə eni) 1,5-2,5 sm-ə bərabər ola bilərdi. Zərərçəkmiş şəxs1 məxsus sviter və şalvarın üzərində aşkar edilmiş deşilmişkəsilmiş xarakterli zədələr müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus paltarlarda (sviter və şalvar) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni bir alətlə, o cumlədən ekspertizaya təqdim edilmiş və tərəfimizdən «1» kimi işarələnmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus paltarlarda (sviter və şalvar) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin forma, xətti olçüləri, morfoloji əlamətləri və təqdim edilmiş digər bıçağın (şərti olaraq «2» kimi işarələnmiş bıçaq, yəni tiyənin ucu sınmış bıçaq) tiyəsinin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin ekspertizaya təqdim edilmiş bu bıçağın tiyəsi ilə (bıçağın tiyəsinin zədələr yetirən anda ucunun deformasiyaya uğramaması (sınmaması) nəzərə alınmaqla) törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdırlar və soyuq silah hesab edilmirlər (c 2, i.v. 70-74). Məhkəmə-bioloji ekspertizasının 6 may 2021-ci il tarixli, 232/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 oglunun ABO sistemi üzrə qan qrupu: 0(İ). Zərərçəkmiş şəxs2 oglunun ABO sistemi üzrə qan qrupu: A(H)(İİ) (onun qanında müşayiətçi «N» antigeni vardır). Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 ogluna məxsus şalvar, ona keçirilmiş kəmər, sviter, həmçinin iki ədəd mətbəx bıçağı üzərində olan ləkələrdə, hadisə yerindən (evin içindən və qapı kandarından) iki ədəd gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə insan qanı aşkar olundu. Bu ləkə və maddələrdə olan qanın qrupu ABO sistemi üzrə təyin edildikdə Zərərçəkmiş şəxs1 məxsus şalvar, ona keçirilmiş kəmər və sviterdə olan ləkələrdə yalnız «H» antigeni, bəzi ləkələrdə həmçinin «alfa, beta» aqqlyutininləri də alındı. «H» antigeni 0(1) qrupunu xarakterizə edən əsas antigen olduğu üçün onun, həmçinin göstərilən hər iki aqqlyutininin alınması qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləməyə əsas verir. Beləliklə, bu əşyalarda olan qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs1, o cümlədən də eyni qruplu digər şəxsə (şəxslərə) məxsus ola bilər. İki ədəd mətbəx bıçağı və hadisə yerindən (evin içindən, qapı kandarından) iki ədəd gigiyenik çubuğun pambıq ucluqlarına keçirilmiş ləkə və maddələrdə qan qrupunun ABO sistemi üzrə təyini zamanı «A», «H» antigenləri alındı. Qan qrupunu təyin edərkən bir neçə antigen alındıqda ləkələrdə olan qanın qrup mənsubiyyəti haqqında birmənalı fikir söyləmək olmaz. Belə ki, alınmış antigenlərin təbiətini nəzərə alsaq «A» antigeninin istənilən halda qan qrupunu formalaşdırıb xarakterizə edən əsas antigen olmasını söyləmək olar. «H» antigeninə gəldikdə isə ləkələrin A(H)(İİ) qruplu bir şəxsin qanı hesabına yarandığı halında bu antigen yalnız müşayiətçi antigen kimi qanın formalaşmasında iştirak edə bilər. Belə halda göstərilən qan ləkələri ABO sistemi üzrə A(H)(İİ) qruplu Zərərçəkmiş şəxs2 və ya eyni qruplu digər şəxsə məxsus ola bilər. Bununla belə, qan ləkələrinin ölçü, xarakteri, yaranma mexanizmi, çubuqlarda onların ilkin forması, həmçinin hadisənin məzmunu nəzərə alınmaqla ləkələrin bir neçə şəxsin qarışmış qanları hesabına yarana bilməsi də ehtimal olunarsa, ləkələrədə «A» antigeninin formalaşdırıb xarakterizə etdiyi A(ll), K.E. Ramazanlının da məxsus oldugu A(H)( İİ) qruplu şəxslərin qanları ilə birlikdə həmçinin «H» antigeninin ayrıca olaraq əsas antigen kimi formalaşdırıb xarakterizə etdiyi 0(İ) qruplu şəxsin (şəxslərin) qan qarışığının olması mümkündür. Göstərilən bu halda ləkələrdə həmçinin həmin qruplu Zərərçəkmiş şəxs1 qarışmış qanının olması inkar oluna bilməz (c.2. i. v. 59-68). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 4 iyun 2021-ci il tarixli,1189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini olçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs oglu Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu kompensasiya mərhələsində aşkar olunur. Təqsirləndirilən şəxs oglunun hazırki psixi vəziyyətinə görə məcburi mualicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs oglu inadkarlıq, kobudluq, hövsələsizlik, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, hirslilik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman keçirdiyi emosional haldan asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs oglunun emosional sferasında hirslilik, emosional reaksiyalara meyillilik yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (c.2. i.v.14-17). Məhkəmə narkoloji ekspertizasının 8 iyul 2021-ci il tarixli, 2201 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs oglunda alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı X5 oglunda opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (c.2., i. v. 52-53). İşin 1-ci cildinin 34-cü vərəqəsindəki Suraxanı RPİ-nin 31-ci PB-nin rəis müavini Zərərçəkmiş şəxs1 bölmə rəisi Ü.Məmmədova ünvanladığı raportda ünvan 5a olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu, saxladığı və istifadə etdiyi bildirilməklə, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilir. İşin 1-ci cildinin 36-cı vərəqəsindəki 26 mart 2021-ci il tarixli əmrdən görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri rəis müavini polis kapitanıZərərçəkmiş şəxs1 təyin edilmişdir. İşin 1-ci cildinin 56-57-ci vərəqələrindəki protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz olaraq istifadəsi, satışı və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və xidməti otaqda videoçəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən ona paltarında, əşyalarında və ya bədənində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədi varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm, 2 ədəd şəffaf sellofana bükülmüş büküm, 1 listdə 3-ü istifadə olunmuş, 7 ədəd bağlı vəziyyətdə olan tramadol psixitrop maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 ədəd siqaretin gümüşü kağızının içərisində toz halında olan və 2 ədəd şəffaf sellofanda olan narkotik maddə sayılan heroin olduğunu, 2 gün əvvəl tanımadığ İİR-sı vətəndaşı İşiq adlı şəxsdən onlain şəklində 60 manata aldığını, tramadol dərmanını isə 10 manata özünün istifadəsi üçün əldə edib saxlayıb üzərində gəzdirdiyini bildirmiş və əlavə olaraq yaşadığı evində də bir qədər narkotik vasitə olduğunu bildirmişdir. Aşkar edilmiş 1 listdçə 3-ü istifadə olunmuş, 7 ədəd bağlı vəziyyətdə olan tramadol psixotrop maddə, 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm, 2 ədəd şəffaf sellofana bükülmüş büküm narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İşin 1-ci cildinin 59-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda axtarış keçirilmiş və bu zaman evin 3-cü mərtəbəsinin çardağağında kreslonun altından bir ədəd qara sellofan bağlama və stolun üzərindən bükülü halda falqa aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. İşin 1-ci cildinin 112-113-cü vərəqələrindəki 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı rayon prokurorluğunun müstəntiqi Müdafiəçi Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqını apardığı cinayət işi ilə əlaqədar Suraxanı RPİ-nin 31-ci PB-dən daxil olmuş 2 ədəd CD diskə baxış keçirmişdir. CD-1 diskə baxış zamanı müəyyən olunur ki, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid9 tərəfindən xidməti otağında bölmənin əməliyyat məvəkilləri Şahid2, Şahid1, Şahid8 və şübhəli şəxsin müdafiəçisi Azər Bünyatovun iştirakı ilə şəbhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinə əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır. İstintaq hərəkəti aparılmazdan əvvəl Təqsirləndirilən şəxs CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu və istintaq hərəkətinin aparılmasına etiraz etmədiyini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 2 ədəd kağız büküm çıxardaraq masanın üzərinə qoyur və həmin bükümlərini içində narkotik maddə olduğunu və həmin narkotik maddəni tanımadığı şəxsdən əldə etdiyini bildirir. Bundan sonra əməliyyatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirir və bu zaman şalvarının sol cibindən əvvəlki bükümlərlə müqayisədə kiçik ölçülü daha iki kağız bükülü aşkar edilir. Aşkar edilmiş bükümlər müvafiq qaydada qablaşdırılır, zərfə qoyulur və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bədənində olan xəsarətləri hansı şəraitdə aldığını soruşur. Y.Ə. İbiyev həmin xəsarətləri yaşadığı evin pilləkənindən yıxılaraq aldığını bildirir. CD-2 diskə baxış zamanı müəyyən olunur ki, 26 mart 2021-ci il tarixdə Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı Şahid9 Təqsirləndirilən şəxs yaşadığı evin darvazasının qarşısında Təqsirləndirilən şəxs özünün və müdafiəçisi A.Bünyatovun iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinə əsasən axtarış və götürmə istintaq hərəkətini keçirir. İstintaq hərəkəti aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə istintaq hərəkəti aparılmasına etirazının olub-olmadığı soruşulur. Təqsirləndirilən şəxs istintaq hərəkətinin aparılmasına etiraz etmədiyini bildirir. Videogörüntünün 2-ci dəqiqəsində adları yuxarıda qeyd olunan əməliyyatçılar tərəfindən evdə axtarış istintaq hərəkətinə başlanılır. Polis əməkdaşları oturaq otağına və mətbəxə baxış keçirir, lakin, iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya tapılmır. Bundan sonra polis əməkdaşları şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə evin 3-cü mərtəbəsinə çardağa qalxırlar. Çardağa baxış zamanı kreslonun altından bir ədəd qara sellofan bağlama aşkar edilir. Təhqiqatçı Şahid9 Təqsirləndirilən şəxs bunun nə olduğunu soruşduqda sonuncu: «açın baxın» cavabını verir. Bundan başqa, çardaqda stolun üzərindən bükülü halda falqa aşkar olunur. Təhqiqatçı tərəfindən həmin falqa Təqsirləndirilən şəxs təqdim edilir və içində nə olduğu soruşulur. Təqsirləndirilən şəxs falqanın içindəkinin kakos olduğunu, onlayn vasitəsi ilə əldə etdiyini bildirir. Aşkar edilmiş həmin narkotik vasitələr eyni qaydada qablaşdırılaraq götürülür. İşin 1-ci cildinin 132-133-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 1) Suraxanı rayon məhkəməsinin 29 mart 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 132-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.3-cü maddəsinə əsasən 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 5 iyun 2002-ci il tarixli qərarı ilə CM-nin 132 və 66.3-cü maddələri hökmdən xaric edilmiş, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 31 mart 2003-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 3 (üç) ay 22 (iyirmi iki) gün şərti vaxtından əvvəl azad olunmuşdur. 2) Suraxanı rayon məhkəməsinin 1 mart 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 22 sentyabr 2006-cı il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. 3)Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.3.2, 221.2.1, 221.3 və 21.3 maddələri ilə ümumi tipli psixiatriya staionarında məcburi müalicəyə yerləşdirilmiş, Sabunçu rayon məhkəməsinin 2 may 2013cü il tarixli qərarına əsasən barəsində məcburi müalicə ləğv edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.3.2, 221.3 və 66.3 maddələrinə əsasən 3 (üç) il 10 (on) ay 26 (iyirmi altı) gün, CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il şərti olaraq sınaq müddəti təyin edilmişdir. 4) Suraxanı rayon məhkəməsinin 18 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 71.5 və 67.1-ci maddələrinə əsasən 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 9 avqust 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 5) Suraxanı rayon məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 62ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur. İşin 1-ci cildinin 41-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 101-104-cü vərəqələrindəki 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qaldığına dair müraciəti Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırılmışdır. Araşdırma ilə Təqsirləndirilən şəxs müracitəində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək cinayət törətmədiyini göstərdi. Onun ittiham olunduğu cinayətləri törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 315, 234.4.3 və 240.1-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 315, 234.4.3 və 240.1-ci maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 mart 2021ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 üzərində olmuş paltarları (1 ədəd şalvar, bir ədəd sviter) özünə qaytarılmalı, 2 (iki) ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1109,728 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,428 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 6 (altı) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.3cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 üzərində olmuş paltarlar (1 ədəd şalvar, bir ədəd sviter) özünə qaytarılsın, 2 (iki) ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1109,728 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,428 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 6 (altı) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar