Məhkəmə qərarları › İş №1(101)-1747/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1747/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1747/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqdəsi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 11,718 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi və Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında olan zaman saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 11,718 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, ailəsi ilə birlikdə Qaraçuxur qəsəbəsində 146 nömrəli məktəblə üzbəüz binada yaşayır. 11 mart 2023-cü il tarixdə yaşadığı binanın həyətindən onu polis əməkdaşı olan Bəxtiyar Abbasov saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışdır. Onu dindarlığı ilə bağlı tutublar, o, namaz qılır, bununla bağlı məscidləri ziyarət edir və sonuncu dəfə bir Hacının hüzründə iştirak etdiyi üçün tutulmuşdur. X4 psixoloji təsir edərək qarşısına bir sellofan bükümdə narkotik vasitə heroin qoyaraq bunu üzərinə baxış zamanı özünə məxsus maddə kimi təqdim etməsini bildirmişdir. O da qorxaraq razılaşmışdır. Həqiqətdə isə o, dindar olduğu üçün heç vaxt narkotik vasitə qəbul etməmiş, tutulduğu zaman üzərində heç bir qanunsuz əşya olmamışdır. Əlavə olaraq qeyd edir ki, o, ali təhsillidir, Texniki Universiteti bitirmiş, ikinci ali təhsil kimi Azərbaycan Dövlət Neft Akademiyasının 4cü kursunda ödənişli təhsil alırdı. Tutulması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. Həmçinin o və həyat yoldaşı Yeni Azərbaycan Partiyasının üzvüləridir. Bəxtiyar Abbasovu qeydiyyatda olduğu və əvvəllər yaşadığı Bakıxanov qəsəbəsindən tanıyır, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilımiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuş, məlumatda göstərilmişdir ki, Tural adlı şəxs narkotik vasitələri əldə edərək üzərində saxlayır və daşıyır. Tədbirlə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa ondan başqa Sabunçu RPİ-nin NMB-nin əməliyyatçısı Şahid2 da daxil olmuşdur. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında saxlayaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Orada onu bölmənin təhqiqatçısına təhvil vermişlər. Təhqiqatçı videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışda Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi iştirak etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan həmin boz rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik maddəni, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Ketel” markalı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin üst tərəfindən asılmış avtomobil açarı ilə birlikdə qapı açarlarını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofanda olan bükümü taparaq üzərində saxladığını, həmin maddənin narkotik vasitə olub-olmadığını bilmədiyini bildirmişdir. Sellofan büküm və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİnin 13-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor və psixoloji təzyiq tətbiq edilməmiş, Sabunçu RPİ-nin NMB-nin rəisi olan X10 Həsənovun tutulmasında və bölməyə gətirilməsində, həmçinin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilımiş Bakı şəhəri Sabunçu RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Tural adlı şəxs narkotik vasitələri əldə edərək üzərində saxlayır və daşıyır. Tədbirlə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa o və Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini Şahid1 daxil olmuşdur. Onlar tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 2 ünvanın qarşısında saxlayaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Orada onu bölmənin təhqiqatçısına təhvil vermişlər. Təhqiqatçı videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışda Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi iştirak etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan həmin boz rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik maddəni, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Ketel” markalı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin üst tərəfindən asılmış avtomobil açarı ilə birlikdə qapı açarlarını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofanda olan bükümü taparaq üzərində saxladığını, həmin maddənin narkotik vasitə olub-olmadığını bilmədiyini bildirmişdir. Sellofan büküm və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Baxışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor və psixoloji təzyiq tətbiq edilməmiş, Sabunçu RPİnin NMB-nin rəisi olan X10 Həsənovun tutulmasında və bölməyə gətirilməsində, həmçinin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanan 11 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Tural” adlı şəxsin Bakıxanov qəsəbəsinə tez-tez gələrək qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərardan və “əməliyyat qrupunun təşkil edilməsi barədə” eyni tarixli protokoldan müəyyən olunur ki, “Tural” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyəsilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanan 11 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 13:05-də ünvan 6 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 11 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 11 mart 2023-cü il tarixdə saat 14:30 dəqiqədə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanan 11 mart 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ona müdafiəçi qismində təyin edilmiş X5 barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş və və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 11 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış video çəkiliş aparılmaqla həyata keçirilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis mayoru Rafiq Babayev şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla onu tanış edərək, üzərində qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Ketel” markalı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonları, əynində olan boz rəngli qısaqol gödəkçənin sağ iç cibindən 01 ədəd qara rəngli pul kisəsini, həmin qısaqol gödəkçənin sol iç cibindən içərisində yazılı kağız olan 01 ədəd qara rəngli kiçik ölçülü dəri materialı, əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ yan cibindən 04 ədəd 1 manatlıq pul əskinazlarını və əynində olan həmin boz rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik maddəni çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli qısaqol gödəkçənin sağ iç cibindən 01 ədəd ağ rəngli qulaqcıq, həmin qısaqol gödəkçənin sol iç cibindən içərisində yazılı kağız olan 01 ədəd qara rəngli kiçik ölçülü dəri material aşkar edilir, həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin üst tərəfindən asılmış avtomobil açarı ilə birlikdə qapı açarlarını təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilmir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofanda olan bükümü telefonla danışa-danışa gedən zaman məktəbin həyətində hündür daşın üzərində gördüyündən götürərək üzərində saxladığını, həmin maddənin narkotik vasitə olub-olmadığını bilmədiyini bildirir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün 160” saylı möhürü ilə möhürlənərək götürülür. Həmçinin 01 ədəd “Ketel” markalı və 01 ədəd “Honor” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan götürülür. 01 ədəd qara rəngli pul kisəsinin içərisindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi götürülür və pul kisəsinin içərisində olan digər sənədlər və plastik kartlar ilə birlikdə həmin pul kisəsi, içərisində yazılı kağız olan 02 ədəd qara rəngli kiçik ölçülü dəri materiallar, 01 ədəd ağ rəngli qulaqcıq, 04 ədəd 1 manatlıq pul əskinazları və avtomobil açarı ilə birlikdə halqaya asılmış qapı açarları Təqsirləndirilən şəxs geri qaytarılır. Protokol iştirakçılara ucadan oxunmuş, protokola dair şikayət, təklif və qeydlər daxil olmamışdır.Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmiş, müdafiəçi X8 tərəfindən isə “tanış oldum” qrafasının qarşısına imza atılmışdır. Məhkəmədə elan edilib araşdırılmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5(008)-217/2023 saylı 13 mart 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəis müavini, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1500 saylı rəyin nəticə hissəsindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 11,718 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3665№-li rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanasından” alınmış məktubun cavabından müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ********* nömrəli cinayət işi üzrə 14 mart 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin, həmçinin narkotik vasitlərin satışı ilə məşğul olub-olmadığını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, cinayət işinə əlavə edilmiş 01 ədəd smartfon tipli “Honor” markalı, 01 ədəd smartfon tipli olmayam “Ketel” markalı mobil telefon aparatlarına baxış keçirilmiş iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 07 iyul 2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***- ***-**-**” saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışqları məlumatlarının qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək bir hal müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Ketel” və 01 ədəd “Honor” markalı mobil telefon ailə üzvlərinə təqdim edilməsi üçün Müdafiəçi qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 07 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən üvvəsində saxlanılmış, 230050382№-li cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə heroinin mənbəyinə dair material ayrlmış və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə göndərilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 11,668 qram hissəsi Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu, digər istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2015, 2019 və 2021-ci il tarixli üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 mart 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 11,668 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, T.V.Həsənova məxsus 01 «Ketel» və 01 ədəd «Honor» markalı mobil telefon aparatlarının ailə üzvlərinə qaytarılması nəzərə alınmalıdir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,668 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxs məxsus 01 «Ketel» və 01 ədəd «Honor» markalı mobil telefon aparatlarının ailə üzvlərinə qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar