Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1747/2024 19.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Nümayəndə və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 1 oktyabr 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, X17ində qeydiyyatda olmaqla daimi yaşayış ünvanı olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 iyul 2024-cü il tarixdə, saat 17:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində olan Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasının Tokat vilayətindən mobil telefon vasitəsilə əlaqə saxlayıb zəiflik vəziyyətindən sui-istifadə etməklə sonuncunu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 2018-ci ilin dekabr ayının ortalarında Türkiyə Respublikasının Tokat vilayətinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 2018-ci ilin dekabr ayının ortalarından 2019-cu il yanvar ayının sonlarınadək həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir.
2. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Tokat vilayətindən mobil telefon vasitəsilə əlaqə saxlayıb ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə Zərərçəkmiş şəxs1 cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, sonuncu razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 12 dekabr 2020-ci il tarixdə, saat 07:22-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçirməklə Türkiyə Respublikasının Tokat vilayətinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 28 dekabr 2020-ci il tarixdən 7 mart 2021-ci tarixədək həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 28-29; 128-131; 209-211;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 2017-ci ildə maddi vəziyyəti yaxşı olmadığı üçün X11 rayonunda işləmiş, Azərbaycan Respublikasına gəldikdə isə müxtəlif məhsullar alıb satmaqla dolanmışdır. Zərərçəkmiş şəxs2 təxminən 2018-ci ildən tanımış, sonuncunun xalası ilə İstanbul şəhərində qonşu olarkən onu (Zərərçəkmiş şəxs2) görmüşdür. Həmin zaman Tərgülün orada qalma müddəti başa çatdığı üçün müvəqqəti yaşamaq üçün icazə almaq istəmiş, o isə Tərgülə köməklik etmək qərarına gəlmiş, sonuncunun sənədlərini toplayıb müvafiq dövlət qurumuna verərək tələb olunan rüsumu da ödəmişlər. Lakin sənədləri təqdim edərək rüsumu ödəsələr də, Tərgülün müvəqqəti yaşamaq üçün icazə ilə bağlı müraciətinə imtina gəlmişdir. Bundan sonra Tərgül ondan ödədikləri rüsumu tələb etmiş, o da Tərgülə pulu özü üçün deyil, dövlətə köçürdüyünü bildirməklə sonuncuya sənədlərdə problem yarana biləcəyi ehtimalına görə Tokat vilayətinə gedib orada sənədlərini yoxlatdırmasını təklif etmişdir. Lakin Tərgül onunla getməmiş, sonradan isə Tərgüllə birlikdə Naxçıvan Muxtar Respublikasına getmişlər. Tərgül onların evində iki gün qonaq qalmış, hətta birlikdə İran İslam Respublikasına gedib oradan bazarlıq etmişlər. Sonradan bir dəfə də Bakı şəhərindən təyyarə vasitəsilə İstanbul şəhərinə gedərkən yol yoldaşı olmuşlar. Afət Rzayevanı təxminən 3 ildən artıqdır tanıyır. Belə ki, Afətin oğlu onun oğlu ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində tekstil fabrikində işlədiyindən onun evində qalmışdır. Hazırda Afətin oğlu evlənərək orada yaşayır. Təxminən 2018-ci ildə Afət onunla əlaqə saxlayaraq Qaradağ rayonunda kafelərin birində xidmətçi işləyən sonradan adının Ərkinaz olduğunu öyrəndiyi Sevda adlı bir qızı onunla əlaqəndirmək istədiyini bildirmişdir. Afət Ərkinazın maddi imkanı çox zəif olduğu üçün Türkiyədə işləmək istədiyini demiş, o Afətə razılıq vermiş, sonuncu isə ona Cəmilənin anası Sevda adlı qadının mobil telefon nömrəsini vermişdir. O həmin şəxslə danışdıqda Sevda Cəmilənin onun xalası qızı olmasını bildirmişdir. Lakin sonradan onun həmin şəxslərlə əlaqəsi kəsilmiş, təxminən 2020-ci ilin sonlarında Sevda ona zəng vuraraq xalası qızı Cəmilənin onun yanına gəlmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Daha sonra Cəmilə ilə onların özləri əlaqə saxlamağa başlamış, Cəmilə Türkiyəyə gəlmək üçün maddi imkanının olmadığını, bu səbəbdən ona yol pulu göndərməsini xahiş etmişdir. O, Tokat vilayətində yerləşən poçt vasitəsilə Cəmiləyə pul göndərmək istəmiş, lakin bunu edə bilməmiş, bu barədə həmin ərazidə yaşayan əslən azərbaycanlı, ailə həyatı qurmaqla orada yaşayan Məlahət adlı qadınla danışdıqda sonuncu ona bacısı oğlu Elnura bu barədə deyərək sonuncunun ona (Təqsirləndirilən şəxs) köməklik edə biləcəyini bildirmişdir. Daha sonra Elnur həmin pulu Cəmiləyə vermiş, o isə buna görə Məlahətə təxminən 520 manat məbləğində pul vermiş, Cəmilə isə təyyarə vasitəsilə Ankara şəhərinə, oradan tanış taksi vasitəsilə təxminən 7 saatlıq yol ilə Tokat vilayətinə gəlmişdir. O, Cəmiləni qarşılayıb özünün yaşadığı evə aparmış, sonuncu təxminən 10 gün onunla birlikdə qalmışdır. 10 gündən sonra Cəmilə ilə birlikdə oğlunu Azərbaycan Respublikasına yola salmaq üçün İğdır vilayətinə getmiş, oradan oğlunu yola saldıqdan sonra təxminən 3 gün müddətində İğdır vilayətində qalmış və sonradan Tokata geri qayıtmışlar. Tokata qayıtdıqda Cəmilə bir nəfər Türkiyə Respublikası vətəndaşı ilə tanış olduğunu, həmin şəxslə evlənmək istədiyini bildirmişdir. Daha sonra Cəmilə pal-paltarlarını yığıb getmiş, təxminən 2 ay sonra Cəmilənin anası ona zəng vuraraq Cəmiləyə müvəqqəti yaşamaq üçün icazə sənədi düzəltməsini xahiş etmiş, o isə sonuncunun Türkiyəyə gəlməsi üçün verdiyi 520 manat pulu ona ödəmədiyini bildirməklə Cəmiləyə “oturum icazəsi” düzəltməkdən imtina etmişdir. Bundan sonra Cəmilə və anası Sevda ona zəng vuraraq insan alverinə qarşı mübarizə idarəsinə şikayət edərək tutduracaqları ilə hədələmiş, həmin vaxtdan sonra onun Cəmilə və anası Sevda ilə əlaqəsi olmamışdır. O, heç kimi cinsi istismar etməmiş, Cəmilə onun evində 10 gün qalmış və sonra da getmişdir. Sadəcə olaraq Cəmilə üçün yaşayış icazəsi düzəltməkdən imtina etdiyindən sonuncu onun barəsində şikayət etmişdir. Cəmilənin Fikrət adlı Türkiyə Respublikası vətəndaşı ilə münasibəti olmuş, həmin şəxsə Fiko deyə müraciət etmişlər. Tərgülün də Fikrətin qohumu Cavid adlı şəxslə münasibəti olmuşdur. O, heç kimi cinsi istismar etməmiş, Tərgülə sadəcə olaraq “oturma icazəsi” düzəltmək üçün kömək etmək istəmiş, lakin müraciətə imtina cavabı gəlmişdir. Tərgül ilə də normal münasibəti olmuş, sonuncunun barəsində nə üçün şikayət etdiyini anlaya bilməmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs2 Türkiyədə 5 il birgə qonşuluqda yaşadığı sonuncunun xalası vasitəsilə, Zərərçəkmiş şəxs1 isə Afət adlı şəxs vasitəsilə tanımış, Cəmilə və Tərgülü heç vaxt hər hansı işlə məşğul olmağa məcbur etməmişdir. Zərərçəkmiş şəxs2 Türkiyədə olduğu müddət ərzində onun yanında deyil, xalası ilə birgə yaşamışdır. Zərərçəkmiş şəxs1 ona əvvəlcə işləmək istədiyini bildirmiş, lakin sonradan ağrıdığını göstərməklə işləməmiş, bir nəfər şəxslə sevgililik münasibəti qurub ondan (Təqsirləndirilən şəxs) Türkiyədə “oturum” düzəltməsini tələb etmiş, anasının insan alveri idarəsində işlədiyini bildirməklə “oturum”u düzəltməyəcəyi təqdirdə onu insan alveri idarəsinə şikayət edəcəkləri barədə hədələmiş, habelə anası da onu təhqir etmişdir. Bundan sonra insan alveri idarəsində işləyən İbrahim və İnam adlı şəxs ona zəng edib barəsində araşdırma aparıldığını bildirərək həmin idarəyə dəvət etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi əsasən düzgün olsa da, həmin ifadələrində göstərilən bütün xüsusatların hamısı onun sözləri ilə yazılmamışdır. Belə ki, həmin ifadələrdə qeyd edilmiş “Təxminən 2017-ci ildə maddi durumu yaxşı olmadığı üçün X11 rayonunda fahişəliklə məşğul olmağa başlamış...., Cəmilə onun yanına gəldikdə fahişəliklə məşğul olacağını bilməsinə baxmayaraq, onun yanına gəlmiş, lakin ağrılarının olduğunu bildirərək işləməmişdir. Cəmilə onunla danışdıqda o, Cəmiləyə fahişəliklə məşğul olduğunu bildirmiş, sonuncu da Türkiyə Respublikasına gəldikdə fahişəliklə məşğul olacağını bilmiş,....” kimi ifadələri o bildirməmişdir. O, ümumiyyətlə fahişəliklə məşğul olduğunu bildirməmiş, müstəntiq onun demədiyi sözləri də ifadəsinə əlavə etmiş, o isə savadsız olduğundan həmin ifadələrini oxumadan imzalamışdır.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Şəlalə və Arzu Məmmədova ilə birlikdə 12 noyabr 2018-ci il tarixdə Türkiyə Respublikasına gedib orada müxtəlif işlərdə, o cümlədən restoranda xidmətçi kimi işləmişlər. O, ibtidai araşdırma zamanı ilkin ifadəsində Şəlalənin onu və Arzunu cinsi istismar etdiyini bildirsə də əslində belə bir məsələ olmamışdır. Belə ki, o, təxminən 10 gün müddətində Şəlalə ilə birlikdə Tokat vilayətində qalmışdır. Şəlalənin ağır xasiyyəti olduğu üçün sonuncu ilə yola getmək çətin olmuş, o, Şəlalə ilə tez-tez mübahisə etmiş, getdikləri ilk günlərdən Şəlalə ilə yola getməmiş, ifadə verdiyi zamanlar da Şəlalə ilə arasında narazılıqla əlaqədar əsəbləşib sonuncunun barəsində düzgün olmayan ifadə vermişdir. Həqiqətdə isə o, Şəlalə ilə birlikdə təxminən 10 gün qaldıqdan sonra Türkiyə Respublikasının İstanbul şəhərində xalasıgilə getmiş, təxminən 2 gün sonra Arzu da onun yanına gəlmiş, elə həmin müddətdə Arzu onun xalası oğlu Zaurla tanış olaraq evlənmişdir. Təxminən 2018-ci ilin dekabr ayının ortalarında bir nəfər özünü Zəhra kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun istifadəsində olan Türkiyə Respublikası mobil operatoruna məxsus olan mobil telefon nömrəsinə zəng vuraraq onun fotoşəklini gördüyünü və onunla işləmək istədiyini bildirmişdir. O həmin şəxsi tanımadığını və nömrəsini necə əldə etdiyini soruşduqda Leyla ona cavab verməmişdir. O, Leyladan hansı işlə məşğul olacağını soruşduqda, sonuncu onun yanında fahişəliklə məşğul olub yaxşı pul qazana biləcəyini demiş, lakin o, Leylaya etiraz edərək fahişəliklə məşğul olmaq istəmədiyini demişdir. Buna baxmayaraq, Leyla təkidlə ona maddi vəziyyətinin aşağı olması barədə məlumatlı olmasını, buna görə də Azərbaycan Respublikasına qayıda bilmədiyini bildiyini, habelə onu heç nəyə məcbur etməyəcəyini deyərək onu fahişəliklə məşğul olmağa razı salmağa çalışmışdır. O həmin zaman Türkiyə Respublikasının İstanbul şəhərində xalasıgildə yaşamış, həqiqətən də Leylanın dediyi kimi maddi durumu çox pis vəziyyətdə olmuş və geri qayıda bilməmişdir. Leyla ona narahat olmamasını, onu heç nəyə məcbur etməyəcəyini, nə istəsə elə də olacağını bildirmişdir. O da maddi vəziyyəti ilə əlaqədar məcburiyyət qarşısında Leylanın təklifi ilə razılaşmış, sonuncu onun üçün avtobus bileti almışdır. O həmin avtobusla Tokat vilayətinə getmiş, Leyla onu orada qarşılayıb Zile qəsəbəsində yerləşən mənzilə apararaq yerləşdirmişdir. Bundan sonra Leyla onu müştərilərlə görüşdürməyə başlamış, Leyla həmin zamanlar Fikret adlı Türkiyə Respublikası vətəndaşı ilə birlikdə yaşamışdır. O, Şəlalə ilə birlikdə Tokat vilayətinə gəldikdə orada Cavid adlı şəxslə tanış olmuş, sonradan ona Cavidin Fikretin qohumu olması məlum olmuşdur. İlk günlər Leyla onunla normal davranmış, lakin sonradan onunla sərt rəftar etməyə başlamış, bədənində ağrılar olduğunu, cinsi əlaqədə olmaq istəmədiyini bildirdikdə Leyla dediklərini etməli olduğunu və onu buraya gətirmək üçün xərc çəkdiyini bildirmiş, o da Leyladan qorxduğu üçün məcbur olub Leylanın dediklərini etmişdir. Təxminən 45 gün Leyla onu məcburi olaraq müştərilərlə görüşdürdükdən sonra Cavid onun orada məcburi saxlanıldığını görüb onu Leylanın yanından çıxartmış, Leylaya da bir daha onunla işi olmamasını bildirmişdir. Cavid onu hotelə yerləşdirmiş və o, bir müddət orada qalmışdır. Leyla təxminən onu 2018-ci ilin dekabr ayının ortalarından 2019-cu ilin yanvar ayının sonlarına qədər cinsi istismar etmişdir. Lakin Cavid və Fikrətə görə Leyla ilə münasibətləri normal olmuşdur. Təxminən 2019-cu ilin fevral ayının 22-si Azərbaycan Respublikasına qayıtmalı olmuş, bu zaman Leyla da qayıdacağını bildirmiş, Cavid həmin zaman Leylanı onunla işi olmaması barədə tənbeh etmişdir. Bundan sonra o, Leyla ilə birlikdə 24 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasına getmişdir. İki gün Leylagilin evində qonaq qalmış, 26 fevral 2019cu il tarixdə Leyla ilə birlikdə İran İslam Respublikasına gedib oradan bazarlıq etmişlər. Onun Azərbaycan Respublikasına gəlməkdə məqsədi atasının əməliyyat edilməsi olmuşdur. İrandan qayıtdıqdan təxminən 2 gün sonra Bakı şəhərinə gəlmiş, işlərini yekunlaşdırdıqdan sonra 14 mart 2019-cu il tarixə Leyla və o təyyarə bileti almış, Leylanın biletinin pulunu da o vermişdir. Həmin zamanlar Cavid ona maddi köməklik etmiş, hətta atasının əməliyyat xərclərinə də köməklik etmişdir. 14 mart 2019-cu il tarixdə Bakı Beynəlxalq hava limanından təyyarə vasitəsilə Türkiyə Respublikasına getmişlər. O, orada Cavidin yanına getmiş, həmin zamandan sonra isə Leyla ilə əlaqəsi ümumiyyətlə olmamışdır. Belə ki, o, Cavidlə birlikdə Çorum vilayətində yaşamağa başlamış, bir neçə ay orada yaşadıqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs onu 2018-ci ilin dekabr ayının ortalarından 2019-cu ilin yanvar ayının sonlarına qədər cinsi istismar etmişdir. Leylanın cinsi istismar etdiyi qadınlardan Pərvanə və Ayseli tanımış, Aysel bildiyinə görə hazırda orada evlənib yaşayır. Lakin həmin qadınların anket məlumatlarını bilmir. Leyladan başqa onu heç kim cinsi istismar etməmişdir. İfadəsinin sonunda Tərgül Hümbətaliyeva təqsirləndirilən şəxslə barışmadığını bildirərək ona qanunamüvafiq qaydada ağır cəza verilməsini xahiş etdi.
8. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 2020-ci ilin sonlarında Qaradağ rayonunda yerləşən kafelərin birində ofisiant işləyərkən onunla birlikdə işləyən X13 ilə tanış olaraq yaxın münasibəti yaranmış, sonuncu ilə aralarında olan danışıq zamanı Afət onun maddi vəziyyətinin yaxşı olmadığını bilərək ona Türkiyə Respublikasında Leyla adlı tanışının yaxşı gəlirli iş təşkil edə biləcəyini bildirmişdir. Belə ki, X8 geniş əlaqələri olduğunu deyərək, istədiyi təqdirdə onu da Leylanın yanına göndərərək onun üçün orada yaxşı gəlirli iş təşkil etməsini xahiş edə biləcəyini bildirmişdir. Afətlə yaxın münasibəti olduğu üçün ona inanmış, həm də onun (Zərərçəkmiş şəxs1) bir çox maddi sıxıntıları olduğundan Afətin təklifini qəbul etmişdir. Afət ona Leylanın Türkiyə Respublikasına aid olan mobil telefon nömrəsini versə də, o, hazırda Leylanın həmin mobil telefon nömrəsini xatırlamır. O, evə gəldikdən bir neçə gün sonra Leyla ilə mobil telefon əlaqəsi saxlamış, sonuncuya özünü təqdim etdikdən sonra Leyla ona mobil telefon nömrəsini Afətin verdiyini bilmişdir. Danışıq zamanı o, Leyladan Türkiyə Respublikasında işinin nədən ibarət olacağını soruşduqda sonuncu ona Türkiyədə xəstə baxıcılığı işinə düzəldəcəyini, aylıq maaşının isə 1000 manat olacağını qeyd etmişdir. O, Leylaya Türkiyə Respublikasına getməsi üçün yol pulunun olmadığını bildirdikdə Leyla ona Gəncə şəhərində Elnur adlı tanışı olduğunu, sonuncunun onunla əlaqə saxladıqdan sonra Elnurun onun üçün yol bileti alıb onu Türkiyə Respublikasına yola salacağını bildirmişdir. Bir neçə saat sonra Elnur adlı şəxs ona zəng edərək Leylanın tanışı olduğunu bildirmiş, onlar mobil telefonla danışdıqları günün səhərisi o, Gəncə şəhərinə gedib Elnurla görüşmüş, Elnur onu xəstəxanada “Covid 19” testindən keçirərək sağlamlıq sənədini almış, həmçinin Türkiyə Respublikasına getməsi üçün yol biletini də alıb onu Türkiyə Respublikasına getməsi üçün Bakı şəhərinə yola salmışdır. O, 12 dekabr 2020-cı il tarixdə Türkiyə Respublikasına getmiş, onu hava limanında Leyla və sonuncunun birlikdə yaşadığı hazırda adını xatırlamadığı Türkiyə Respublikası vətəndaşı olan şəxs qarşılayaraq Tokat vilayətində yaşadıqları evə aparmışlar. Leyla onu orada qeydiyyata salmaq üçün pasportunu istəmiş, o da pasportunu Leylaya vermişdir. O, Leylanın yanında bir-iki gün qaldıqda sonuncu onu qonşuluqda yaşayan Məlahət adlı qadınla tanış etmiş, o, Leyladan işi barədə soruşduqda sonuncu onun işini həll etməyin mümkün olmayacağını, lakin onun üçün yaxşı fikirləri olmasını bildirmişdir. Leyladan nəyi nəzərdə tutduğunu soruşduqda sonuncu ona Məlahətin tanıdığı imkanlı kişi ilə evlənməyi təklif etmişdir Bundan sonra Leylagil ona həmin şəxsin çox imkanlı olduğunu, onun isə maddi sıxıntıları olmaqla anasının xəstə olduğunu və həmin şəxsin vasitəsilə gələcəkdə Türkiyə Respublikasında qalıb anasını da müalicə elətdirə biləcəyini deyərək onun həmin şəxslə evlənməsi üçün təkid etmişlər. O, Leylagilə aldanıb əsl niyyətlərini bilməyərək, xoş vədlərinə inanıb Leylagilin təklifi ilə razılaşmışdır. Bundan sonra Leyla və Məlahət onu həmin şəxsə vermişlər. O, 10-15 gün türk vətəndaşı olan adını hazırda xatırlamadığı şəxsin yanında qalmış, lakin sonradan Leyla ilə əlaqə saxlayıb onu aparmasını, həmin şəxslə yaşaya bilməyəcəyini bildirmiş, təxminən bir neçə gün sonra Leyla gecə vaxtı gəlib onu həmin evdən götürərək əvvəl yaşadığı mənzilə gətirmiş, o həmin gündən başlayaraq bir neçə gün xəstə yatmış, xəstə yatdığı müddətdə o, Leyladan iynə-dərman almasını xahiş etsə də, Leyla ona məhəl qoymadığından o ağrılar içərisində qalmış, təxminən iki gündən sonra Leyla evə başqa kişilər çağırmağa başlamış, o, səbəbini soruşduğu zaman Leyla ona pul qarşılığında həmin şəxslərlə cinsi əlaqədə olacağını bildirmişdir. Bu zaman o, Leylaya sərt şəkildə etiraz etmiş, lakin sonuncu ona pasportunun onda olmasını, əgər dediyini etməsə, pasportunu cıracağını bildirmişdir. Leyla ona hədə qorxu gələrək polisə yalan məlumat verməklə onun fahişəliklə məşğul olduğunu deyib onu tutduracağını bildirmişdir. O, Tokat vilayətində heç kimi tanımadığı üçün, həmçinin orada tanıdığı yer olmadığına görə məcbur olub Leylanın dedikləri ilə razılaşmışdır. Belə ki, o, Leyladan çox qorxmuş, sonuncunun dediyinə görə orada çoxlu polis tanışları olmuş, dediklərini etmədiyi halda onu tutduracağını bildirmişdir. Leyladan qorxduğu üçün yaşadıqları mənzilə gələn kişilərlə cinsi əlaqədə olmuş, müştərilər ona görə Leylaya müəyyən məbləğdə pul vermişlər. Lakin Leyla ona hər hansı məbləğdə pul verməmiş, bəzən isə Leyla onu hotellərə aparıb orada müştərilərə təqdim etmişdir. Müştərilər onunla hoteldə cinsi əlaqədə olduqdan sonra onu gətirib Leylaya təhvil vermişlər. Həmişə müştərilərdən pulu Leylanın özü götürmüşdür. O demək olar ki, hər dəfə müştəri ilə cinsi əlaqədə olduqdan sonra Leyla ilə dalaşaraq pasportunu qaytarmasını və onu Azərbaycana yola salmasını tələb etmişdir. Lakin Leyla ona məhəl qoymamış və onu hər dəfə hədələyib nalayiq söyüşlərlə söymüşdür. Artıq onun bədənində ağrılar yaranmağa başladığından bu barədə Leylaya məlumat verib müştərilərlə cinsi əlaqədə ola bilməyəcəyini desə də, Leyla ona əsəbləşərək döymüş və evdə olan şüşə qabı onun başına vurmaq istəyərkən qolunu qabağa vermiş, şüşə qab qoluna dəyərək sınmış və qolunda buna görə xəsarət izləri qalmışdır. O, məcbur olub Leylanın müştəriləri ilə pul qarşılığında görüşməyə davam etmişdir. Leyla onu heç vaxt nəzarətsiz qoymamış, onun çölə çıxmaq ixtiyarı da olmamış, Leyla onu təxminən 2020-ci ilin dekabr ayının sonlarından 2021-cı ilin mart ayının əvvəllərinə kimi cinsi istismar etmişdir. O artıq bu əziyyətə dözə bilməyərək təxminən 2021-ci ilin mart ayının ortalarında özünə məxsus olan ümumvətəndaşlıq pasportunu Leylanın gizlətdiyi dolabdan götürərək evdən qaçmış, həmin zaman Leyla evdə olmamış, o, evdən qaçdıqda üzərində hər hansı məbləğdə pul olmamışdır. Leyla onu istismar etdiyi müddətdə ona heç vaxt pul verməmişdir. O, səhər vaxtı qarşısına çıxan ilk avtomobilə yaxınlaşıb ağlayaraq sürücüyə Azərbaycandan gəldiyini, orada heç bir yeri tanımadığını bildirərək ona köməklik etməsini xahiş etmişdir. Tanımadığı həmin sürücünün ona yazığı gəldiyindən onu Konya vilayətinə apara biləcəyini bildirmişdir. Belə ki, həmin şəxs orada Azərbaycan Respublikası vətəndaşı olan bir neçə şəxsi tanıdığını, onu həmin şəxslərin vasitəsilə Azərbaycana yola sala biləcəyini demişdir. O çox sevinmiş və həmin şəxslə birlikdə Konya vilayətinə gəlmişdir. Yolda gələrkən həmin şəxsin mobil telefonu ilə Azərbaycanda yaşayan anasına zəng vurub başına gələnləri danışmış, anası xəstə olduğundan köməklik edə bilməyəcəyini, lakin borc pul tapıb ona göndərəcəyini bildirmiş, o təxminən bir həftəyə yaxın həmin türk vətəndaşının evində qalmış, anası ona pul göndərdikdən sonra isə həmin şəxsin köməkliyi ilə İstanbul şəhərinə gedərək 23 mart 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır.
9. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, o, Azərbaycana gəldikdən sonra psixoloji travma aldığından müalicə almışdır. Belə ki, Leylanın onu cinsi istismar etməsi onda psixoloji xəstəliklər yaratmışdır. O, Azərbaycana gəldikdən bir müddət sonra Leylanın onunla əlaqə saxlaya bilməməsi üçün mobil telefon nömrəsini də dəyişdirmişdir. X6rşı Mübarizə Baş İdarəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Onun pasportu Leylada olduğundan Türkiyədə olarkən sonuncudan asılı vəziyyətdə olmuş, hətta çölə çıxmaq imkanı belə olmamışdır. Demək olar ki, hər gün Leyla onu döymüş, bədənində həmin xəsarətlərin izləri hazırda da qalmışdır. Onu Leyladan başqa heç kim cinsi istismar etməmiş, Afətin hər hansı rolu olmamışdır. Lakin onu Leyla ilə tanış etdikdə onun hansı işlə məşğul olacağını Afətin bilib-bilməməsindən məlumatsızdır. Məlahət onu cinsi istismar etməmişdir. Sadəcə olaraq evlənmək üçün ona bir nəfər tapmışdır. O, Məlahətin tapdığı şəxslə 15 gün qaldıqdan sonra yaşaya bilməyəcəyini gördüyündən Leylaya zəng vurub onu aparmasını xahiş etmişdir. Leyla onu Türkiyə Respublikasının Tokat vilayətində cinsi istismar etmişdir.
10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Məlahət Abdullayeva onun xalasıdır. X5 təxminən 5-6 ildir Türkiyə Respublikasında ailə quraraq orada yaşayır. Bildiyi qədəri ilə Məlahət Tokat vilayətində yaşayır. Təxminən 2020-ci ilin dekabr ayının 8-10-u arası Türkiyə Respublikasında yaşayan X5 “Whatsapp” vasitəsilə istifadəsində olan +90***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə videozəng vuraraq onunla hal-əhval tutmuş, həmin zaman xalasının yanında Leyla adlı qadın da olmuşdur. Xalası Leylanın onun rəfiqəsi olduğunu, yanına bir nəfərin qonaq qismində gələcəyini, həmin şəxsin Yevlax şəhərində yaşadığını bildirərək ona köməklik etmək lazım olduğunu demişdir. Bu zaman o, aviakassadan biletləri maraqlanacağını bildirmiş, daha sonra biletin qiymətinin 396 manat olduğunu öyrənib yenidən xalasına zəng vuraraq xalasına məlumat vermişdir. Bu zaman Leyla adlı qadın onunla danışaraq yanına gələcək olan qonağa köməklik etməsini, habelə həmin şəxsə bilet almaqda və COVİD-19 testindən keçməsində köməklik etməsini ondan xahiş etmişdir. O da Leyla ilə razılaşmış, daha sonra onun mobil telefon nömrəsini həmin qadına vermişdir. Xalası ilə aralarında olan danışığa əsasən xalasının Gəncə şəhərində yaşayan gəlinindən 500 manat pul götürməli olmuş, o, xalasının gəlinindən 500 manat pul götürmüş, daha sonra onunla əlaqə saxlayan adının sonradan Cəmilə olduğunu öyrəndiyi qadının pasportunun şəklini alıb sonuncu üçün 12 dekabr 2020-ci il tarixə Türkiyə Respublikasının Ankara şəhərinə bilet almışdır. Bundan sonra Cəmilə 11 dekabr 2020-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, o, Cəmiləni aparıb Gəncə şəhərində olan klinikalardan birində COVİD-19 testindən keçirtmiş və bunun üçün 90 manat pul ödəmişdir. Danışığa əsasən, Cəmilə testin cavabını Bakı şəhərindən götürməli olmuş, daha sonra Cəmilə üçün aldığı bileti də götürüb Cəmiləni mikroavtobus vasitəsilə Bakı şəhərinə yola salmış, Cəmilə hətta xalasıgilin evinə gedib orada da bir qədər gözləmişdir. Bundan sonra X5 onun adına 350 ABŞ dolları pul göndərmişdir. Həmin pulu Gəncə şəhərində yerləşən “Ekspress” bankdan götürüb xalasının gəlininə vermiş, xalası Məlahətin gəlini Ruhəngiz yoldaşından boşanmışdır. Lakin övladları ilə birlikdə onun xalası Məlahətin evində yaşayır. Leyla adlı qadını X5 vasitəsilə tanımış, bir dəfə xalasının mobil telefonu ilə Leyla adlı qadınla əlaqə saxlamış, başqa əlaqəsi olmamışdır. Bildiyinə görə, xalası Türkiyə Respublikasında işləmir. Cəmilənin nə üçün Türkiyə Respublikasına getməsindən onun məlumatı olmamışdır. Leylanın dediyinə görə, Cəmilə Türkiyə Respublikasına qonaq kimi getmiş, sonuncuya bilet alıb onu koronavirus testindən keçirməkdə və Bakı şəhərinə yola salmaqda onun məqsədi xalasının xahişini yerinə yetirib Cəmiləni Türkiyə Respublikasında getməkdə köməklik etmək olmuş, başqa heç bir marağı olmamışdır. Türkiyə Respublikasına qonaq qismində gələn şəxsin bütün xərclərinin X5 tərəfindən qarşılanmasının səbəbi Leyla adlı qadın pul göndərə bilmədiyi üçün həmin pulu xalasının verməsi olmuşdur. Lakin xalasıgilin nə üçün Cəmilənin bütün xərclərini qarşıladıqlarını o bilməmişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə üzləşdirmə protokollarını, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış protokolu və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında haqqında” qərardan və bu barədə toplanmış materiallardan görünür ki, 22 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin (bundan sonra mətndə-BMCMİ-nin İTİ) baş müstəntiqi, polis kapitanı X10 tərəfindən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Tokat vilayətində cinsi istismar olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə (bundan sonra mətndə-İAQMBİ) müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i. v. 1-30;).
13. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 7 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 43;).
14. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 17 iyun 2021-ci il tarixli, 302 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ said nahiyəsində aşkar edilmiş xətti piqmentasiya sağalmış səthi yaranın izi olub, iti uclu və ya kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, lakin müayinə günündən (7 iyun 2021-ci il) 3-6 ay əvvəl müddətdə yetirilməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs1 sağ said nahiyəsində aşkar edilmiş xətti piqmentasiya yerləşmə nahiyəsinə görə istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi (Cild 1, i.v. 57-60;).
15. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 7 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmişdir (Cild 1, i.v.78- 79;).
16. “Cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında” 7 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.1-ci maddəsi ilə təqsirləndiriləməsinə dair ********* nömrəli cinayət işi onun həmin Məcəllənin 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib sonuncu nömrə altında istintaqı davam etdirilmişdir(Cild 1, i.v.80-81;).
17. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 28 aprel 2020-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 cinsi istismara məruz qoyması faktı əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 1, i.v. 91-92;).
18. 15 avqust 2019-cu il tarixli İAQMBİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Məmmədov tərəfindən tərtib olunmuş “Şifahi ərizə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 həmin idarəyə müraciət edərək Türkiyə Respublikasının Tokat bölgəsinin Zilə rayonuna getdiyini, orada olan zaman Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qaldığını bildirmişdir (Cild 1, i.v. 111;).
19. “Üzləşdirmə” 7 may 2021-ci il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu Zile qəsəbəsində fahişəliklə məşğul olmağa məcbur etdiyini, istəmədiyi müxtəlif kişilərin yanına göndərdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs isə Tərgülün bir neçə dəfə onunla birlikdə müştəri ilə görüşməyə getdiyini, həmin vaxt müştəridən pulu özünün aldığını, ona hər hansı məbləğdə pul vermədiyini, özünün də fahişəliklə məşğul olduğunu, lakin heç kimi məcburi olaraq müştəri ilə görüşdürüb pul qazanmadığını bildirmişdir(Cild 1, i.v. 140-143;).
20. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 7 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 144;).
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 1 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 154;).
22. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” və “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 7 iyul 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməklə barəsində axtarış elan edilmişdir (Cild 1, i.v.159-162;).
23. “Baxış keçirilməsi haqqında” 7 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS məlumat sistemindən götürülmüş MAPSuçot xəritələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 12 dekabr 2020-ci il tarixdə, saat 07:22 dəqiqədə “C02539817” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının Ankara şəhəri istiqamətində tərk etmiş, 23 mart 2021-ci il tarixdə, saat 16:10 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 12 noyabr 2018-ci il tarixdə, saat 17:23 dəqiqədə “C00650279” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 24 fevral 2019-cu il tarixdə, saat 15:21 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 13 noyabr 2018-ci il tarixdə, saat 07:58 dəqiqədə “C00124959” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, 24 fevral 2019-cu il tarixdə, saat 15:19 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, 24 iyul 2019-cu il tarixdə, saat 07:01 dəqiqədə “C02417260” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, 21 aprel 2021-ci il tarixdə saat 17:04 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (Cild 1, i.v. 166;).
24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 4(005)- 1202/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qiyabi olaraq əvvəli tutulduğu andan hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 189-193;).
25. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs yeri müəyyən edilənədək dayandırılmışdır (cild 1, i.v, 194-195;).
26. “Axtarışda olan şəxsin tutulması haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan və həmin tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 10:00-da Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə daxil olarkən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılaraq İAQMBİ-yə gətirilmiş və ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 198- 200;).
27. “Üzləşdirmə” 16 fevral 2024-cü il tarixli protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu Tokat vilayətində fahişəliklə məşğul olmağa məcbur etdiyini, istəmədiyi müxtəlif kişilərin yanına göndərdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs isə Cəmilənin dediklərinin həqiqət olmadığını, sonuncunun cəmi 10 gün onun yanında qaldığını, Cəmilə üçün müvəqqəti yaşamaq üçün icazə düzəldə bilmədiyindən sonuncunun ondan şikayət etdiyini bildirmişdir (Cild 1, i.v. 218-223;).
28. X17 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1 oktyabr 1984-cü ildə Şərur rayonu, Yuxarı Yaycı kəndində anadan olmuş, həmin ildə ailəsi ilə birgə Şərur rayonu, X17inə köçərək həmin kənddə böyümüşdür. 2000-ci illərdə öz bibisi oğlu X7 ilə ailə həyatı qurmaqla iki övladı dünyaya gəlmiş, bir neçə il sonra ərindən boşanmışdır. Təqsirləndirilən şəxs Şərur rayonu, X17ində qeydiyyatdadır, lakin uzun müddətdir həmin kənddə yaşamır, onun harada yaşaması, eləcə də hansı işlə məşğul olması barədə rəsmi məlumat yoxdur (Cild 1, i.v.225-226;).
29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq G.F.Gözəlov tərəfindən 1 aprel 2024-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 2 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 262-273;).
30. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 7 may 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş, həmin məhkəmənin 15 may 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə məhkəməyə verilmişdir(Cild 2, 28-33; Cild 3;).
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən təqdim olunmuş 5 iyul 2024 və 16 iyul 2024-cü il tarixli məktublarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından təcili olaraq ağır vəziyyətdə “Sağ baldırın aşağı 1/3-nin fleqmonası” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Sağ aşağı ətrafın sınığına görə aparılmış osteosintez cərrahi əməliyyatından sonrakı hal, funksiya edən fistula ilə ağırlaşma. Xroniki osteomielit” diaqnozu müəyyən edilmiş, müalicə tədbirləri başlanılmışdır. Müalicə dövründə müsbət dinamika izlənilmiş, metal fiksatorların çıxarılması gips langetlə fiksə edilməsi iki ay dinamik müşahidədən sonra bitişmə olmazsa təkrar osteosintez cərrahi əməliyyatı məsləhətdir. Xəstəyə göstəriləcək tibbi yardımların müalicə müəssisəsində həyata keçirilməsi mümkündür. Lakin xəstə ərizə ilə müalicə edərək həmin prosedurların mülki sektorda öz maddi hesabına aparılmasını xahiş etmişdir. Xəstəyə tibbi tədbirlər davam etdirilir (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
34. CM-in 12.1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
35. CM-in 12.3-cü maddəsinin tələbinə görə həmçinin insan alveri cinayəti törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
39. “Rantsev Kiprə və Rusiyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, qlobal fenomen kimi insan alveri son illərdə əhəmiyyətli şəkildə artmışdır. Avropada onun artması keçmiş Kommunist blokların dağılması ilə vüsətlənmişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan alverinə qarşı Konvensiyanın imzalanması beynəlxalq müstəvidə insan alverinin çox geniş yayılmasının və onunla mübarizə aparılması üçün müvafiq tədbirlərə zərurətin artan tanınmasını göstərir. Məhkəmə hesab edir ki, insan alveri özünün mahiyyəti və istismar məqsədi mülkiyyət hüququna aid olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O, insanları alınan və adətən cinsi industriyada, lakin həm də başqa sahələrdə bir çox vaxtlarda kiçik ödənişlə və ya ödənişsiz məcburi əməyə məruz edilən istifadə predmeti kimi qəbul edir. O, hərəkətləri adətən məhdud olan qurbanın fəaliyyətinə sıx müşahidəni nəzərdə tutur. O, pis vəziyyətdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıqdan və təhdidlərdən istifadəni ehtiva edir. O, İnterayts tərəfindən və İnsan alverinə qarşı Konvensiyaya əlavə olunan izah hesabatında köhnə dünya miqyaslı kölə ticarətinin müasir forması kimi təsvir edilmişdir. İnsan alverinin öz qurbanlarının insan ləyaqətinə və fundamental azadlıqlarına təhdid olması şübhəsizdir və demokratik cəmiyyətlə və Konvensiyanın təsbit etdiyi dəyərlərlə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, milli qanunvericilikdə təsbit olunmuş təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanların hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin etmək üçün adekvat olmalıdır. Müvafiq olaraq, insan alveri ilə məşğul olanların cəzalandırılması üçün cinayət hüquqi tədbirlərə əlavə olaraq, Konvensiyanın 4cü maddəsi üzv Dövlətlərdən tələb edir ki, insan alveri üçün pərdə kimi adətən istifadə olunan biznesləri tənzimləyən adekvat tədbirləri görsünlər. Bundan başqa, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsinə, asanlaşdırılmasına və ya ona qarşı tolerantlığa aid əhəmiyyətli narahatlıqlara münasibət bildirməlidir. Siliadinin işi üzrə qərarında Məhkəmə təsdiq etmişdir ki, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlər üzərində spesifik pozitiv öhdəliyi ehtiva edir ki, köləlik, əsarət və ya məcburi, yaxud icbari əmək vəziyyətində şəxsin saxlanmasına yönəlmiş hər hansı hərəkət üçün səmərəli cəzalandırsın və mühakimə etsin. Bu öhdəliyə riayət etmək üçün üzv Dövlətlərdən tələb olunur ki, insan alverinin qadağan edilməsi və cəzalandırılması üçün qanunverici və inzibati çərçivəni yaratsınlar. Məhkəmə qeyd edir ki, Palermo Protokolu və İnsan alverinə qarşı Konvensiya insan alveri ilə mübarizə üçün onunla məşğul olanların cəzalandırılmasına əlavə olaraq onun qarşısının alınması və qurbanların müdafiəsi tədbirlərini daxil etdirən kompleks yanaşma zərurətinə istinad edir. Bu iki vasitənin müddəalarından aydındır ki, Avropa Şurasının demək olar bütün üzv Dövlətləri daxil olmaqla, Müqavilə Tərəfləri belə mövqeyi formalaşdırmışlar ki, yalnız bütün üç aspektə aid olan tədbirlər məcmusu insan alverinə qarşı mübarizədə səmərəli ola bilər. Müvafiq olaraq, insan alverini cəzalandırmaq və mühakimə etmək öhdəliyi insan alveri ilə mübarizə üçün üzv Dövlətlərin ümumi öhdəliyinin yalnız bir aspektidir. Konvensiyanın 4-cü maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliyin dairəsi daha geniş kontekst daxilində qiymətləndirilməlidir. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də müəyyən hallarda Dövlətdən tələb edə bilər ki, insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsi üçün operativ tədbirlər görsün.
40. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu ildə qəbul edilmiş Konvensiya və həmin Konvensiyaya qoşulmaq barədə 31 may 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” 15 noyabr 2000-ci il tarixli Protokolu (Palermo Protokolu) və həmin protokola qoşulmaq haqqında 13 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununun, “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının müddəalarını da nəzərə alır.
41. CM-in 144-1.1-ci maddəsi insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələrində isə qeyd edilən əməllərin iki və ya daha çox şəxs barəsində törədilməsi, təkrar törədilməsi və insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsinə görə tövsifedici-ağırlaşdırıcı hallarda cinayət məsuliyyətini nəzərdə tutur. Qeyd edilən maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
42. CM-in 144-3.4-cü maddəsi isə insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ildən dörd iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
43. CM-in 144-1-ci maddəsinin qeydinə əsasən həmin maddədə “insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.
44. CM-in 144-1-ci maddəsində insan alverinə verilən anlayış “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində insan alverinə verilən anlayışla eynidir.
45. Azərbaycan Respublikasının da qoşulduğu “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran və digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər.
46. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi CM-in 144-1.1-ci maddəsinin dispoziyasında göstərilən üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. Başqa sözlə CM-in 144- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkibli cinayət olmaqla maddənin dispoziyasında qeyd edilən əməllərin törədildiyi andan başa çatmış hesab edilir. Qeyd edilən əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin fahişəliklə məşğul olub-olmamasının, cinsi istismara, yaxud işgəncəyə və digər qeyri-insani rəftara məruz qalıb-qalmamasının və s. halların təqsirli şəxsin əməlinin CM-in 144-1-ci maddəsi ilə tövsif edilməsinə təsiri yoxdur. Hökmün 44-cü bəndində göstərilən qanunun 1.0.2-ci maddəsinin tələbinə görə CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsi halında insan alveri qurbanının istismar olunmağa dair razılığının olub-olmamasının əməlin insan alveri cinayəti kimi tövsif edilməsinə heç bir təsiri yoxdur. Bu cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilməklə cinayətin məqsədi cinayət tərkibinin zəruri tərkib əlamətidir. Başqa sözlə, insan alveri cinayəti şəxsin istismar edilməsi məqsədi ilə törədilə bilər. Digər hər hansı məqsəd həmin maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinsi istismar şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsini, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsini nəzərdə tutur.
47. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, ümumilikdə 2 (iki) epizod üzrə 2 (iki) nəfər zərərçəkmiş şəxsə münasibətdə həmin şəxsləri aldatma yolu ilə və zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir.
49. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir.
50. Belə ki, cinayətlərin çoxluğu anlayışına aydınlıq gətirən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər, bu cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir və həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Beləliklə, həmin qərara əsasən CM-in 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.
51. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi davam edən cinayətdir. Şəxsin əməlində insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi əlamətinin mövcud olması üçün təqsirkarın CM-in 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsinə qədər iki və ya daha çox şəxs barəsində belə hərəkətləri törətmək niyyəti olmalıdır. Başqa sözlə, insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi təqsirkarın vahid niyyəti ilə əhatə olunmalıdır. Əgər təqsirkar bir şəxs barəsində insan alveri cinayətini törətdikdən sonra başqa şəxs barəsində də həmin cinayəti törədərsə (davam edən cinayətin əlamətləri olduqda), birinci cinayətə görə cinayətin hüquqi nəticələri aradan qalxmamışdırsa, onun əməli CM-in 144-1.2.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi həm eyni vaxtda, həm də müxtəlif vaxtlarda törədilə bilər. Əsas məsələ təqsirkarda insan alveri cinayətinin iki və ya daha çox şəxs barəsində törədilməsi niyyətinin birinci insan alveri cinayətini törətməzdən əvvəl yaranmış olmasıdır.
52. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
53. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
54. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
55. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
56. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
57. Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismar etmədiyini, sonuncuları heç vaxt onların iradəsi ziddinə hər hansı yerə aparmadığını, Zərərçəkmiş şəxs1 üçün müvəqqəti yaşamaq icazəsi ala bilməməsi ilə əlaqədar sonuncunun onu şikayət edərək tutdurmaqla hədələməsini bildirmişdir. Halbuki Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 işin faktiki halları ilə uyğun gələn ifadələri, həmin zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmələr və digər sənədlərlə tam təkzib edilməklə özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onun az ağır və ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması qənaətinə gələrək ifadələrində göstərdiklərinin hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmadığından rədd edir. Əksinə qeyd edilən zərərçəkmiş şəxslərin ifadələri yuxarıda tədqiq edilən Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən keçmək haqqında sənədləri ilə tam üst-üstə düşdüyünə görə məhkəmə həmin zərərçəkmiş şəxslərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də digər sənədləri təqsirləndirilən şəxsin əməllərinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir.
58. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs özünün şəxsi nüfuzundan, maddi imkanından və əlaqələrindən istifadə etməklə maddi ehtiyacı olan Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Tokat şəhərində yüksək qazanclı işə düzəltmək adı ilə aldatmaqla, daha sonra onun pasportunu ələ keçirib hərəkət azadlığını məhdudlaşdıracağını bildirib hədələməklə fahişəliyə cəlb etməklə cinsi istismar məqsədi ilə cəlb etmişdir. Həmçinin maddi ehtiyacı olan digər Zərərçəkmiş şəxs2 zəiflik vəziyyətindən istifadə etməklə onu fahişəlik etməyə razılığını alaraq cinsi istismar məqsədi ilə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz iradə üstünlüyündən, qeyd edilən zərərçəkmiş şəxslər üzərində təsir imkanlarından istifadə edərək həmin şəxslərə hədə-qorxu gəlmiş, etiraz etmələrinin, əks tədbir görmələrinin qarşısını almış, bununla da həmin şəxslərin istismarını özü üçün asanlaşdırmaqla cinayətkar fəaliyyətini davam etdirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən zərərçəkmiş şəxslərin istismar edilməsi yeri kimi Türkiyə Respublikasının Tokat Vilayətini seçmiş, qeyd edilən zərərçəkmiş şəxslərin ifadələri ilə də onun təqsirli bilindiyi cinayət əməllərini törətdiyi dövrdə məhz həmin ərazidə yaşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin vilayətdə kifayət qədər nüfuza və əlaqələrə malik olmuş (polis tanışları), iş üzrə qeyd edilən zərərçəkmiş şəxslərin ifadələrinə əsasən də həmin hal öz təsdiqini tapmışdır. Bu isə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən zərərçəkmiş şəxslərin özünə əlverişli şəraitdə, həmin zərərçəkmiş şəxslərə məlum olmayan yerlərdə istismar etməsini asanlaşdırmışdır.
59. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 144-3.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir.
60. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
61. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
62. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
63. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 39 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, sağ baldır nahiyəsindəki xəstəliklə əlaqədar sağlamlıq vəziyyətində yaranmış halları və məhkəmə icraatındakı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
64. Məhkəmə cinayətin tamah məqsədi ilə törədilməsini CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
65. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
66. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
67. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 144-3.4-cü maddəsinin sanksiyasında isə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
68. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir.
69. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
70. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
71. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
72. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
73. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmış, məhkəmə icraatı zamanı məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
74. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 12 yanvar 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
75. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə xərclərinin, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 12 yanvar 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddianın, maddi sübutun, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.