Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1748/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X6 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X16 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 6 yanvar 1953-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Azərbaycan Respubliksı Milli Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində işləyir, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 136, mənzil 9 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarında tanışı Şahid1 ilə söhbət edərkən sonuncun qardaşı Zərərçəkmiş şəxs dövlət işinə düzəlmək istəməsini bilib, Zərərçəkmiş şəxs ilə görüşüb onun haqqında məlumat öyrəndikdən sonra əvvəllər xüsusi xidmət orqanlarında işlədiyi dövrlərdən geniş əlaqələrinin olmasını, həmin münasibətlərinin hazırkı dövrədək davam etməsi kimi yalan vədlərin təsiri altında həqiqətə uyğun olmayan məlumatlar verib Zərərçəkmiş şəxs əvvəllər işlədiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə bərpa etdirib şöbə rəisi təyin etdirəcəyinə inandırıb guya rəhbərliklə görüşdükdən sonra işə bərpa edilib şöbə rəisi təyin olunmasının şərtlərini açıqlayacağını bildirib Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanının yaxınlığında işə yenidən bərpası ilə bağlı müəyyən sənədlərin surətini və zəhmət haqqı kimi 1200 manat pul alıb bir neçə gündən sonra Şahid1 ilə görüşərək rəhbərliklə görüşdüyünü, rəhbərliyin göstərişinə əsasən qardaşı Zərərçəkmiş şəxs işə bərpa edilib şöbə rəisi təyin olunması üçün guya şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək məqsədi ilə müvafiq fondlara ianələrin köçürülməsinin vacibliyini, işin məxfi qayda da aparılmasını, ianə ediləcək pulların onun özü tərəfindən şəxsən köçürülməsinin və ianə edilmiş pulların qəbzlərinin sonradan Zərərçəkmiş şəxs şəxsi işinə əlavə ediləcəyini deyərək həmin adla Zərərçəkmiş şəxs qardaşı Şahid1 vasitəsi ilə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanının yaxınlığından 10000 manat, 2020-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu X24 küçəsi ev 136 ünvanının yaxınlığında 6500 manat, 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən “Yasamal Parkı” adlanan ərazidə 5000 manat, 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri Həsən bəy ünvan 4 ünvanında yerləşən “Baku Mall” ticarət mərkəzinin qarşısında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 2021-ci ilin fevral ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında 7300 manat, 2021-ci ilin mart ayının əvvəllərində eyni ünvanda 8000 manat, 2021-ci ilin aprel ayının əvvəllərində Yasamal rayonu X24 küçəsi 136 ünvanının yaxınlığında 6000 manat, 2021-ci ilin avqust ayının 20-də ünvan 7 ünvanında yerləşən “Sumqayıt Paralimpiya İdman Kompleksi”-nin qarşısında Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları və 2022-ci ilin mart ayının ortalarında ünvan 9 ünvanında yerləşən “Adana” restoranında 2000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 83400 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Milli X8 Hüquqları İnstitutunun üzvü, siyasi məsələlər üzrə fəlsəfə doktoru, professordur. X2 və Korrupsiyaya qarşı X3 Mərkəzinin direktoru vəzifəsində işləyir. O, Şahid1 Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən tanımış, çoxsaylı kitabların müəllifi olduğu üçün Şahid1 çap etdiyi kitablarından hədiyyə vermişdir. Şahid1 ona bir neçə dəfə vəzifədən azad edildiyini, insanlar arasında onun haqqında mənfi fikir formalaşdığını bildirmiş, buna görə də ictimaiyyətdə onun haqqında rəy formalaşdırmağını ondan xahiş etmişdir. Ancaq o, Şahid1 haqqında müsbət ictimai rəy yarada bilməmişdir. Həmin ərəfələrdə Şahid1 onun cibinə dəfələrlə pul qoymuşdur. Onun Şahid1 ilə yaxşı münasibəti olmuşdur. Zərərçəkmiş şəxs isə məhkəmənin hazırlıq iclasında görmüş və həmin şəxsdən heç vaxt pul almamışdır. Həmçinin, Şahid1 də heç vaxt pul almamış, özü onun cibinə pul qoymuşdur. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq ona hədəqorxu gəlmişdir. İbtidai istintaq zamanı yazılan ifadənin bir hissəsi onun sözləriylə yazılmışdır. Ona müstəntiq Ceyhun Hüseynov tərəfindən təzyiq olunmuşdur. Şahid1 heç bir məbləğdə pul almamışdır. Ona 3-4 il ərzində Şahid1 bəxşiş şəklində 5000, 500, 1500 və 2200 ABŞ dolları vermiş, həmin pulları isə ona geri qaytarmışdır.Şahid1 bu hadisələrdən əvvəl kitab çap edərkən ona maddi yardım göstərmişdir. Şahid1 “ictimai rəy” dedikdə adının müsbət məqamlarda hallanmasını nəzərdə tutaraq işgüzar nüfuzunun bərpa edilməsini istəmişdir. Şahid1 sanki ona məqsədli şəkildə pul verdiyini düşünüb bu məsələdən uzaqlaşmışdır. Şahid1 məqsədi yenidən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Mətbuat Xidmətində işləmək olmuşdur. 4 il ərzində o, Şahid1 barəsində “ictimai rəy” formalaşdırmağa çalışsa da, mümkün olmamışdır. “Azərbaycanın Neft Strategiyası Xarici Kəşfiyyatın maraq dairəsində” adlı elmi işi, 50-yə yaxın kitabı vardır. Elmi konfranslarda və digər yığıncaqlarda Şahid1 peşəkar və savadlı kadr olduğunu bildirmişdir. Kütləvi informasiya vasitələrində və ya öz qəzetində Şahid1 barədə heç vaxt məqalə paylaşmamışdır. Şahid1 4 il ərzində 10-15 dəfə cibinə pul qoymuşdur. Əvvəllər məhkum olunmuşdur. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq tərəfindən ona psixoloji təzyiq olunmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən müdafiəçisi yanında olmamışdır. İfadəsinin sonunda “oxudum, mənim sözlərimlə yazılıb” məzmunda qeydi polis əməkdaşları təzyiq etdiyindən yazmışdır. Müstəntiq ona göstərərkən müdafiəçisi Müdafiəçi orada olmamışdır. Orxan Mansurov onun əvvəllər kimisə işə düzəltdiyini və ya işə bərpa etdiyini bilmirdi. Polis əməkdaşları təzyiq etdiyindən həmin iltizamı onların dedikləri kimi yazmış və həmin iltizamda olan imza ona məxsusdur. O yalnız bir dəfə Sumqayıtda Orxanla çay içmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər, daha dəqiq desə 2008-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320.2 və 178.3.2-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsi tərəfindən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5.11.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham müdafiəçisinin iştirakı ilə ona elan edilmişdir. Verilmiş ittiham üzrə özünü təqsirli bilir. İttihamda elan edilmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə işə düzəltmək üçün həmin məbləği almaqla bağlı hissəsi ilə razı olmamışdır. Bildirmək istəmiş ki, Zərərçəkmiş şəxs cəmisi bir neçə dəfə görmüş, mobil telefon vasitəsi ilə də bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. Təxminən 2 il bundan əvvəl 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə qardaşı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi rəisinin X32 Üzrə köməkçisi vəzifəsində işləyən, polis polkovniki Şahid1 həmin idarədə yerləşən xidməti iş otağında təsadüfən tanış olmuşdur. Orxan həmin zaman Savalanı ona təqdim edərək qardaşı olduğunu, əvvəllər hüquq mühafizə orqanlarından birindən zabit kimi təqaüdə çıxdığını bildirmişdir. Həmin zaman o, Şahid1 xidməti iş otağına nahar vaxtı çörək yemək üçün getmişdir. Şahid1 uzun illərdir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən tanıyır. Çoxsaylı kitabların müəllifi olduğu üçün həmin zamanlardan Şahid1 ilə münasibəti yaranmış, çap etdiyi kitablardan ona hədiyyə etmişdir. Həmin münasibətləri Orxanın ondan şikayət etdiyi vaxta kimi davam etmiş, həmin zamandan sonra onunla əlaqə saxlamamışdır. Şahid1 Yasamal Rayon Polis İdarəsinə xidməti iş yeri dəyişildikdən sonra mütəmadi olaraq asudə vaxtlarında onun yanına gedib, söhbət edirmiş. 2020-ci ilin sentyabr-oktyabr aylarında Şahid1 ilə görüşlərin birində ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə şəxsi münasibətinin olmasını, yazmış olduğu bir neçə kitabı rəhbərliyin maliyyə dəstəyi ilə çap etdiyini, şəxsi münasibətinə görə rəhbərliyə xahiş edə biləcəyini, sözünün yerə salınmayacağını demişdir. Orxan Mansurazadə X30 Nazirliyinin rəhbərliyi ilə münasibəti olduğunu bildikdən sonra Nazirlikdə tutduğu vəzifədən aşağı vəzifəyə təyin olunduğu üçün onun xahişini etməyini, daha yüksək vəzifəyə təyin olunmaq istədiyini, daşıdığı rütbəyə və xidmət illərinə görə hazırki vəzifəsinin ona layiq olmadığını deyib daha yaxşı vəzifəyə təyin olunmağında rəhbərlikdə xahiş edib-etməyəcəyini soruşmuşdur. O, bildirmişdir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyindən işinin daha yaxşı vəzifəyə təyin olunması ilə bağlı xahişini edər, lakin bu işin alınıb-alınmaması üçün rəhbərliyin qəbuluna gedib danışdıqdan sonra dəqiq cavab deyə bilər. Şahid1 onunla razılaşmışdır, heç bir etiraz etməyərək görüşün nəticəsini gözləyəcəyini demişdir. X30 Nazirliyinin rəhbərliyi ilə münasibəti olsa da, həmin zaman üçün maddi sıxıntıları olduğundan, yəni ailəsində pula ehtiyac olduğundan, həmçinin işi ilə bağlı çətinlikləri olduğundan pula ehtiyacı olmuşdur. Fikirləşmişdir ki, Şahid1 Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə yalandan görüşdüyünü deyib onu daha yaxşı vəzifəyə təyin edilməsi ilə bağlı aldadıb müəyyən məbləğdə pulunu alar, daha sonra işlərini gördükdən sonra zaman-zaman pulunu geri qaytarar. Bunun üçün həmin müddəti uzatmaq üçün, yəni aldığı pulları geri qaytarmaq və işin gedişatından Şahid1 narazı düşməməsi üçün işin həllinin müəyyən zaman daxilində baş tutacağı barədə yalanlar fikirləşib bir neçə gün sonra Şahid1 ilə görüşmüşdür. Ona rəhbərliklə görüşdüyünü, rəhbərlik tərəfindən onun diqqətdə saxlanıldığını, yaxşı vəzifəyə təyin olunması üçün addımlar atılacağını, lakin bu işin tez bir zamanda olmayacağını, yəni Yasamal RPİ-nə yeni təyin olunduğu üçün həmin müddətdən ən azı 2 il keçdikdən sonra bu işlərin görüləcəyini, 2-ci Qarabağ müharibəsi getdiyindən rəhbərlik tərəfindən işinin tez bir zamanda alınması üçün şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək üçün X25 müəyyən məbləğlərdə könüllü ianələrin köçürülməsinin zəruri olmasını, həmin məbləğin ödənilməsinin onun özü tərəfindən deyil, tərəfindən həyata keçirilməsini, yəni köçürülən pulların məxfi qaydada köçürülməsini, heçkəsin yanında bu məsələ ilə bağlı danışmamasını, müəyyən zaman keçdikdən sonra ona köməklik ediləcəyini, yəni daha yaxşı vəzifəyə təyin olunacağını demişdir. Şahid1 özünün uydurduğu, guyaki rəhbərliyin tapşırığını dedikdən sonra o pulun nəyə görə tərəfindən ödənməməsini soruşduqda ona demişir ki, köçürüləcək məbləğlər kifayət qədər çox olacaqdır, dəqiq olaraq hansı məbləğin köçürülməsini bilmir, aldığı maaşa və tutduğu vəzifəyə görə həmin məbləği ödəməyin gələcəkdə mətbuatda işıqlanmasına və sonradan işin alınmamasına səbəb ola bilər, bunun üçündə məsləhət belə olmuşdur ki, həmin məbləğ tərəfindən ödənsin və heç bir problem olmasın, həmçinin ödəniləcək qəbzlər bir başa olaraq Fond tərəfindən Nazirliyə göndəriləcəkdir və həmin qəbzlər şəxsi işinə əlavə ediləcəkdir. Həmçinin əvvəllər mətbuat sahəsində işlədiyindən bütün media orqanları onu tanıdığını, mediaya məlumat sızarsa sonradan müzakirə mövzusu ola biləcəyini bildirmişdir. Orxanı uydurduğu yalanlara inandırdıqdan sonra, yəni etdiyi təklif ağlabatan olduğundan o, X25 müəyyən məbləğdə ianələrin köçürülməsinə razılıq vermişdir. O da xatırlamadığı müxtəlif vaxtlarda Şahid1 ianələrin köçürülməsi üçün külli miqdarda, yəni 70000 manata yaxın pul almışdır. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Maddi imkanı olmadığı üçün Şahid1 aldığı pulu geri qaytara bilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, əvvəlki yazmış olduğu ifadələrində Şahid1 sadəcə olaraq 28000 manat pul aldığını göstərmişdir. Çoxsaylı elmi əsərlərin, monoqrafiya və kitabların müəllifidir. Milli Elmlər Akadeiyasının üzvü olduğundan bir çox elm sahəsinə çalışanlar onu tanıyırılar, müxtəlif dissertasiya işlərinin yazılması ilə bağlı müraciət edirlər. 2018-ci ildə tanış olduğu Yunanıstan Respublikasının vətəndaşı olan bir xanım ona dissertasiya işinin yazılması ilə bağlı müraciət etmişdir. Həmin xanımla onu X11 tanış etmişdir. O, sonradan bilmişdir ki, İslam Məmmədov onun adından istifadə edərək həmin Yunanıstan Respublikasının vətəndaşından 45000 Avro məbləğində guya ki ona verilməsi üçün pul almış və xərcləmişdir. Həmin xarici vətəndaş ona müraciət etdikdən sonra ona pul almadığını, İslam Məmmədovun onun adından istifadə edərək dələduzluqla pulunu ələ keçirildiyini desə də Yunanıstan Respublikasının vətəndaşı onda polisə şikayət etmiş və həmin pulun tərəfindən ödənilməsini tələb etmişdir. Onun bu hadisədən 2020-ci ilin xatırladığı qədəri ilə yay aylarında məlumatı olmuşdur. Həmin dövr üçün əlində pulu olmadığından və Səbail Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəmə istintaqı getdiyindən, həmin xarici ölkə vətəndaşının etdiyi müraciətin sonradan onun əleyhinə çevrilə biləcəyini düşündüyündən, yəni tutulmaqdan qorxduğu üçün, Yunanıstan Respublikası vətəndaşına zaman-zaman pulunu geri qaytaracağını deyib razılıq əldə etmişdir. Pulu olmadığı üçün Şahid1 aldadaraq guyaki X25 köçürülməsi adı ilə külli miqdarda pul almışdır. Yunanıstan Respublikası vətəndaşının pulunun 90 faizi miqdarını Şahid1 aldığı puldan ödəmişdir. Bununla bağlı İslam Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü polis orqanlarına çoxsaylı müraciətləri olmuşdur. İslam Məmmədov həmin pulları ona qaytarmaqla bağlı öhdəlik götürsədə heç bir məbləğdə pul ödəməmişdir. Bildirmək istəmiş ki, Şahid1 əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində rəis müavini vəzifəsində işləmişdir. O, həmin xidmətdən Yasamal RPİ rəisinin ŞHİÜ köməkçisi vəzifəsinə təyin edilmişdir. Şahid1 X30 Nazirliyinin rəhbərliyi ilə münasibətinin olmasından məlumatlı olmuşdur. Onun çoxsaylı polisin fəaliyyətinə köməkliklə bağlı kitabları nəşr olunmuş və həmin kitabların nəşr olunmasında rəhbərliyin köməkliyi olmuşdur. Şahid1 də Daxili İşlər Nazirliyində yüksək vəzifədən daha aşağı vəzifəyə təyin olunduğu üçün onunla görüşlərində xahiş edirmiş ki, cənab Nazirlə görüşən zaman X30 Nazirliyində daha yüksək vəzifəyə təyin edilməsini cənab nazirdən xahiş etsin. O, Orxana işinin daha yaxşı yerə dəyişilməsində köməklik edəcəyini bildirmişdir. Buna görədə Cənab Nazirlə görüşərkən onun barəsində müsbət fikirlər səsələndirəcəyinə söz vermişdir. O, Şahid1 dövlətçiliyə bağlı olması və Cənab Nazirə sədaqətli olmasını göstərmək üçün X25 müəyyən məbləğlərdə şəhid və əlil ailələri üçün ianələrin köçürülməsinin vacibliyini qeyd etmiş, yəni guyaki rəhbərliklə görüşdən sonra onların təklifi əsasında onların sözünü çatdırmışdır. X29 işinin daha yaxşı vəzifəyə dəyişdirilməsinə xahiş edərkən onun adından köçürülmüş ianə qəbzlərini təqdim edəcəyini, həmçinin X18 bir başa Daxili İşlər Nazirliyinə göndəriləcəyini və dövlətə sədaqətli kadr olmasını bildirəcəkmiş. Şahid1 onun fikri ilə razılaşaraq X25 müəyyən məbləğlərdə ianələr köçürülməsi fikrinə razılıq vermişdir. Bunun üçün nə etmək lazım olduğunu soruşduqda ilkin olaraq ona sənədləşmə işlərinin görülməsi üçün ona kiçik məbləğdə zəhmət haqqı üçün pul verməli olduğunu və əlavə olaraqda ona tərcümeyi halını yazaraq təqdim etməsini, həmçinin zəhmət haqqı məbləğinin 1200 manat olmasını bildirmişdir. Orxan 2-3 gün sonra həmin məbləği ona təqdim edəcəyini dediyindən o, onunla sağollaşıb oradan uzaqlaşmışdır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində Orxan ona Yasamal RPİ-də yerləşən xidməti otağında 1200 manat pul və öz tərcümeyi-halını vermişdir. O, həmin pulu ilkin sənədləşmə işlər aparmaq üçün zəhmət haqqı olaraq özünə götürmüşdür. Orxana işin həlli üçün ilkin olaraq hansı məbləğdə X25 ianə köçürəcəyini dəqiqləşdirdikdən sonra məlumat verəcəyini dediyindən o, razılaşmışdır. Ehtiyacı olacaq pulu Orxandan alaraq 2 il ərzində işin həll olunacağını, aldığı pulu şəxsi ehtiyacları üçün xərcləyib, müddətin tamam olmasına da yaxın işin alınmadığını, pul verdiyi şəxsin onu aldatdığını və başqa bəhanələr gətirərək pulun guya ki, iş gördüyü adamdan alaraq yavaş-yavaş onun özünə qaytaracaqmış. Onların görüşündən xatırladığı qədəri ilə 5-10 gün sonra onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmişdir. Orxan Yasamal RPİ-də xidməti iş otağında olduğunu demişdir. Buna görədə o, Şahid1 Yasamal RPİ-də yerləşən xidməti iş otağına getmişdir. Orxana işin həlli üçün guyaki rəhbərliklə danışa bilmədiyini, rəhbərliklə danışdıqdan sonra ona məlumat verəcəyini demişdir. Orxan həmin görüş zamanı da ona yenədə xatırlamadığı məbləğdə pul vəsaiti verərək həmin pulu şəxsi ehtiyacları üçün və onun işinin həlli yolunda çəkdiyi zəhmətə görə xərcləməyini xahiş etmişdir. O, daha sonra Orxanın yanına gələrək rəhbərlik tərəfindən guyaki müəyyən məbləğlərdə X25 ianələr köçürülməli olduğunu, həmin ianələrin şəxsən onun tərəfindən icra edilməli olduğunu bildirmişdir. Orxan işin sonda müsbət həlli olsun, onun tərəfindən ianələrin köçürülməsinin heç bir problemi yoxdur deyərək onun tərəfindən pulların köçürülməsinə razılıq vermişdir. Tarixləri dəqiq xatırlamasa da Orxan ona 2020-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi hissə-hissə ümumilikdə külli miqdarda, yəni 70000 manata yaxın pul vermişdir. Onun pula ehtiyacı olduğu zaman Orxanın yanına getmiş və ona rəhbərlik tərəfindən X25 ianələr edilməli olduğunu deyərək ondan müəyyən məbləğlərdə pul almışdır. Həmin pulların bır qismi ABŞ dolları şəklində, bir qismi isə manat şəklində olmuşdur. Orxan pulların qəbzlərini ondan tələb etdikdə köçürülmüş ianələrin qəbzlərini yeni vəzifəyə təyin edildikdən sonra onun şəxsi işinə əlavə ediləcəyini bildirmişdir. Orxan da onun bu fikirlərinə inanmışdır. Həqiqətən də X25 İanələr edərək vəzifədə irəli çəkilmək istəmişdir. Orxan ona inandığından, Fonda köçürmək üçün verdiyi pulların həqiqətəndə köçürülüb-köçürülməməsi ilə maraqlanmamışdır. O da mütəmadi olaraq onun xidməti iş yerinə getmiş, iş saatlarından sonra onunla görüşmüş, söhbətləşmiş, birlikdə çörək yemişlər. Orxanın ona etibarı olduğundan və inandığından işinin həll olunacağına inanmışdır. Üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra Orxan işinin həll olunmadığını görmüşdür. Buna görədə onların arasında müəyyən anlaşılmazlıqlar yaranmışdır. Orxanla mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq səbrli olmasını, işinin həll olunacağını desə də Orxan ona səbri çatmadığını, ona vermiş olduğu pulları tələb etmişdir. Hətta onların arasında olan pul məsələsinə görə Orxanın qardaşı Savalanda bir neçə dəfə onunla əlaqə saxlamışdır. Orxanın mütəmadi olaraq ona hər gün zəng etdiyini görüb onun verdiyi pullardan bir qismini qaytarmaq qərarına gəlmişdir. Bunun üçün bəzi tanışlarından borca pul istəmişdir. 2022-ci ilin may ayında Əbülfət adlı Cəlilabad rayonundan tanıdığı tanışından borca düşdüyünü buna görədə ona 5000 ABŞ dolları məbləğində pula ehtiyacının olduğunu bildirmişdir. Əbülfət Rusiya Federasiyasının Moskva şəhərində yaşadığından və uzun müddətdir ki, onunla dostluq münasibətləri saxladığından ona köməklik edəcəyini bildirmişdir. O, 5000 ABŞ dolları məbləğində pulu ona gətirmişdir. O, Əbülfətlə birlikdə ona pulu gətirdiyi həmin gün, yəni 2022-ci ilin may ayının 18-19-u tarixlərində Şahid1 Bakı şəhəri Yasamal RPİ-də yerləşən xidməti iş otağına getmişdir. O, orada Əbülfətin iştirakı ilə Orxana 5000 ABŞ dolları məbləğində pul vermişdir. Orxan ondan pulu alaraq geri qalan pulu ona nə vaxt çatdıracağını soruşmuşdur. O, həmin puluda qısa zaman kəsiyində ödəyəcəyini bildirmişdir. Buna görədə yenədə tanışlarından kiçik məbləğlər halında borca pul yığaraq 1500 ABŞ dolları məbləğində pul düzəldib 2022ci ilin iyun ayının 19-da Şahid1 Bakı şəhəri Yasamal RPİ-də yerləşən xidməti iş otağında onun özünə şəxsən vermişdir. Həmin vaxtdan təxminən 15-20 gün sonra o, Şahid1 ilə telefon əlaqəsi saxlayıb onunla Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Adana” restoranında görüşmüş, həmin görüş zamanı Orxana 500 ABŞ dolları məbləğində, həmin vaxtdan təxminən 1 həftə sonra eyni ünvanda Orxana 2200 ABŞ dolları məbləğində pul vermişdir. Hazırda onun hesablamalarına görə Şahid1 40-45 manat məbləğində ödənməli pulu qalmışdır. Üzləşdirmə zamanı Orxan ona heç bir məbləğdə pul ödənmədiyini desədə ona müəyyən məbləğlərdə pul ödəmişdir. Yəni, Şahid1 aldadıb guyaki rəhbərliyin göstərişi olduğunu deyərək X25 köçürülməsi adı ilə almışdır. Təqdim edilmiş audi səs danışıqları ilə bağlı onu demiş ki, həmin danışıqlar onunla Şahid1, həmçinin bir səsdə Şahid1 qardaşı Zərərçəkmiş şəxs arasında olan mobil telefon vasitəsi ilə aparılan danışıqlardır. Onlar onu polisə şikayət edənədək onunla dost olduqlarını düşünürmüş. O, onların arasında olan telefon danışıqlarını qeydə alacaqlarını indiyədək güman etməmişdir. Şahid1 ilə arasında olan danışıq zamanı qeyd etdiyi “hesabdar” onun xəyali Orxana dediyi şəxsdir. Elə bir şəxs olmamışdır. Şahid1 ona verdiyi pulu təkidlə istədiyindən o, guya ki, X20 hesabdarı ilə onu görüşdürəcəyini, onun həmin Fonda köçürməsi üçün ona verdiyi ianələrin həmin hesabdardan geri alacağını demişdir. Danışıqlarda qeyd edilən hesabdar olmamışdır. O, sadəcə olaraq Şahid1 ona vermiş olduğu pulu qaytarmaq üçün vaxt qazanmaqdan ötrü ona yalan demişdir. Həmçinin danışıqlar zamanı onu görüşdürmək istədiyi digər şəxslər guyaki X21 işləyən hesabdar və digər məsul şəxslər olmuşdur. Elə bir şəxslər olmamışdır, onun maddi sıxıntıları olduğu üçün Orxandan vaxt qazanmaq üçün hər dəfəsində onu aldadaraq həmin məsul şəxslərlə onu görüşdürəcəyini demişdir. Orxan hər dəfəsində ona inanmışdır. O, səmimi olaraq istintaqa bildirmiş ki, Şahid1 aldığı 70000 manata yaxın pulla Yunanıstan Respublikası vətəndaşından onun adından pul almış İslam Məmmədovun pullarını qaytarmış, yəni Yunanıstan vətəndaşı həmin 45000 avro pulu ondan tələb etdiyi üçün o, nüfuzunu qorumaq üçün ona həmin pulları qaytarmışdır. İslam Məmmədovla bağlıda hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hətta bununla bağlı mediada da xəbər paylaşılmışdır. Səs fonoqramlarında adı çəkilən “Volodya” adlı şəxs Rusiya Federasiyasının Federal Təhlükəsizlik Akademiyasında mühim vəzifə tutan şəxsdir. Onun rütbəsi generaldır. Həmin şəxs Azərbaycan Respublikası ilə sıx əlaqəlidir, əslən Şamaxı rayonundandır. Onunla dostluq münasibəti vardır. Bunu Şahid1 də demişdir. Onunla söhbət əsnasında Volodyanın Azərbaycan Respublikasında mühim şəxslərlə yaxşı münasibətinin olduğunu, istənilən şəxsə edəcəyi xahişin yerinə yetəcəyini demişdir. Şahid1 buna inanaraq yaxşı vəzifə sahibi olması üçün “Volodya” ilə görüşüb onun xahişini etməsi ondan xahiş etmişdir. O da Orxana yalandan demişdir ki, guyaki Volodya ilə görüşməyi barədə danışığı olmuşdur. Əsl həqiqətdə isə o, heçkəslə görüşməmişdir. Orxan Masnurzadə ilə danışıqlarında adı çəkilən “hesabdar” guyaki X20 hesabdarı, yəni maliyyə sahəsində çalışan əməkdaşıdır. Şahid1 şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək üçün X25 köçürülmək üçün aldığı pulların Fondun “hesabdar”-ında olmasını demişdir. Yəni üzərindən 2 il keçdikdən sonra Şahid1 heç bir iş görülmədiyini, işinin müsbət həlli ilə bağlı addım atılmadığını gördükdə o da X25 köçürülmüş pulları geri almağını tələb etmişdir. O da buna görə Fondun hesabdarı ilə danışdığını, pulun qısa müddətə geri qaytarılacağı barədə Şahid1 yalan vədlər verərək onu yayındırmışdır. Çünki azda olsa pul tapıb Orxanın ona verdiyi pullardan biraz geri qaytarıb vaxt qazanmağa çalışmışdır. “Adana” şəhəri dedikdə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində İran klinikasının yaxınlığında yerləşən “Adana” restoranın nəzərdə tutmuşdur. Şahid1 ilə əsasən həmin restoranda görüşmüşlər. Şahid1 təqdim etdiyi AUD-20220904-WA0029 adlı faylda sonuncu ilə “Ayə mən sənə açıb hər şeyi deyə bilmirəm, ayın 10-u, 10-na qədər, eşidirsən? Kişinin zəhmətinin layihəsidi bu. Da bunuda dedim sənə ama dəxli yoxdu day, day dağıtdın sən” məzmunlu danışıqlarında konkret olaraq heç kəsin adını çəkməmişdir. Şahid1 aldatmaq üçün guya rəhbərliyin may ayının 10-a kimi, yəni X33 Əliyevin anadan olması münasibəti ilə onu mükafatlandıracaqlarını demişdir. Şahid1 pulu geri istədiyindən rəhbərliyin onun bu hərəkətini xoş qarşılamadığını deyib buna görə bütün işlərin alınmadığını qeyd etmişdir. Yəni onunla danışdıqları onun uydurmalarıdır. Çeklər şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək üçün guya tərəfindən X25 ödənilmiş çeklərdir. Əslində o X25 Şahid1 adından ianə etməmiş, sadəcə onu aldadaraq X25 köçürmək adı ilə pul almışdır. Şahid1 təqdim etdiyi AUD-20220904-WA0024 adlı faylda sonuncu ilə “Mən demək danışmışam, görüşmüşəm intəhası mən sənnən birinci gün görüşək, birinci gün saat 2-də ya 3-də, çünki Şuşadan gələcəklər bu axşam yaxşı?” məzmunlu danışıqlarında Şuşa şəhərindən gələcəyini bildirdiyi şəxslər guyaki, Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışan məsul şəxsləri nəzərdə tutmuşdur. Əsl həqiqətdə onunla bu danışığında yaladan vaxt qazanmaq üçün etdiyi danışıqlardır. Oğlu Şahid3 onunla Şahid1 aldığı pulların geri qaytarılması ilə bağlı danışmışdır. O, ilk əvvəl həmin pulları geri qaytaracağını desə də sonradan ona bu məsələyə qarışmaması barədə iradını bildirib uzaq durmasını xahiş etmişdir. **********05 nömrəli abonent xx.xx.2020-ci il tarixdə saat 10:37:36 dəqiqədə "Salam size men dedim xosluqnan hell eleyin eger hell ellemirsizse adamlarim meslehet verdilerki isini polisle hell e/e", xx.xx.2020-ci il tarixdə saat 20:58:30 dəqiqədə "Sabah men 102 verecem seni", xx.xx.2020-ci il tarixdə saat 15:08:16-ci il tarixdə "Şeher ora nesriyyata gelirem seni orda tapmasam ordanda polise gedirem” məzmunlu mesajların kim tərəfindən yazılmasından və mesajın məzmunu barədə heç bir məlumatı olmamışdır. **********56 nömrəli abonent xx.xx.2022-ci il tarixdə saat 15:09:43 dəqiqədə "Allah'dan qorxmursan menden goturduyun borç adıyla 2500 dollar pulu 10 ildir ki qaytarmirsan” məzmunlu mesajlarında həmin şəxs onun qohumu olmuş Yusifdir. Ondan 10 il əvvəl borc almışdır. Maddi imkanı yaxşı olmadığı üçün pulu qaytara bilməmişdir. Sonradan Yusifin borcunu tam olaraq ödəmişdir. **********00 nömrəli abonent xx.xx.2022-ci il tarixdə saat 21:10:06 dəqiqədə “Salam,Rovshen emi,menim valideynlerim menden cavab gozleyir,onlara 1 hefteye duzelecek demishdim 2 hefte keçib”, həmin tarixdə saat 21:10:44 dəqiqədə “Ne deyim onlara,zenglerime de cavab vermirsiniz”, xx.xx.2022-ci il tarixdə saat 17:20:42 dəqiqədə “Salam,Rovshen emi diplom meselesi alinana oxshamir,her gun bir shey..alinmir deyin alinmir,men de ishimi bilim,camaatın yaninda yalanci chixmisham”, həmin tarixdə saat 18:14:20 dəqiqədə “Yelo bank,Anar hesenov sedr, Nigar ibadzade insan resurslari direktoru vakansiya keyfiyyete nezaret”, xx.xx.2022-ci il tarixdə saat 15:09:55 dəqiqədə “Salam Rovshen emi,sizin zenginizi dunenden gozleyirem,bu gun de telefonu goturmursunuz.Celala deyim onun bir tanishi var idi,ona desin . Menim valideynlerim menden cavab gozleyirler,bu 1 ay icinde men qocaldım day.oturdugum yerde oz bashima ish achdim", xx.xx.2022-ci il tarixdə saat 16:42:02 dəqiqədə “Salam,zeng edirem goturmursuz dediniz 14.30da zeng ele bayağdan yigiram”, xx.xx.2022-ci il tarixdə saat 10:07:55 dəqiqədə “Salam.Rovshen emi men chixmisham yoldayam 10.30orda olaram.in she Allah”, xx.xx.2022-ci il tarixdə saat 16:31:19 dəqiqədə “Salam Rovshen emi.Sizinle bu gun danisha bilmirem,ne xeber dunen?dunen gorushe bildiniz?”, xx.xx.2022-ci il tarixdə saat 11:08:51 dəqiqədə “Salam,necesiniz?mamagil menden cavab gozleyir,ne deyim onlara?hansi vaxti deyim?”, xx.xx.2022-ci il tarixdə saat 18:21:34 dəqiqədə “Rovshen emi salam. Mamagil menden chek isteyirler,onlara kocurtmushem demishdim,indi de gorurler gecdir,chek isteyirler”, xx.xx.2022-ci il tarixdə saat 13:01:42 tarixdə “Salam,univer.diplomun elavesin versin,diplomu ne vaxt vererler ferq etmez...esas elaveni versinler o 1 saatliq ishdir”, həmin tarixdə saat 19:15:45 dəqiqədə “Rovshen emi, bu duzelen deyil, hemen shexse deyin odenishi geri qaytarsin. mamamgilin odenishini verim ozumun ne vaxt pulu olar onda diplomu alaram”, xx.xx.2022-ci il tarixdə saat 11:11:49 dəqiqədə “Salam,Rovsen emi 5ci gunden yigiram goturmursuz.danishdiniz?bu gun verirler diploma elaveni?”, xx.xx.2022-ci il tarixdə saat 13:41:20 dəqiqədə “Salam Rovshen emi bu gun sabah diplom alinar alinar,alinmaz deyersiz pulu qaytararlar mamagil 5ci gun gelecek Bakiya pulu qaytarim onlara,menim eseblerim qalmayib day...demishem pul sizdedir alinmasa qaytaracaq,bu 1 hefteni onlari bele saxlamisham”, xx.xx.2022-ci il tarixdə saat 09:14:27dəqiqədə “Salam Rovshen emi tel.nu niye baglamisiz?bes menim diplomum hazir idi?mene bir shey olsa siz günahkar olacagsiz.2 aydir siz meni gozledirsiz”, xx.xx.2022-ci il tarixdə saat 19:17:04 dəqiqədə “Rovshen emi pul ne oldu”, həmin tarixdə saat 23:24:08 dəqiqədə “Ayib olsun,sizden hec gozlemezdim..menim evime her gun soz söhbet salirsiz,ne oldu bes pul oturmushdu???perdeni goturmek istemirdim amma ozunuz mecbur etdiniz”, xx.xx.2022-ci il tarixdə saat 15:06:03 dəqiqədə “Salam Rovshen emi sizden shikayet etmeyimi isteyirsiz?ayib deyil polise sizden shikayet etsem?mamagilden olsa idi choxdan shikayet etmishdim,hec İrada xalaya demezden evvel,Celal qoymadi...”, xx.xx.2022-ci i! tarixdə saat 09:01:01 dəqiqədə “Salam Günortaya kimi pulu verin.kapital bank kredit verir gedin adinizə goturun nece ki menim valideynlerim 1 saatin icinde gedib goturduler...olmasa men bu gun shikayetimi edecem.”, xx.xx.2022- ci il tarixdə saat 23:27:55 dəqiqədə “Sabah siz mene zeng edeceksiz shikayeti geri goturmek uchun,amma menimle danisha bilmeyeceksizlMeni ele salmisiz?” məzmunlu mesajlarda həmin mobil nömrənin sahibinin adı Lalədir. O, Lənkəran şəhərindən uzaq qohumudur. Lalənin diplomu ilə bağlı müəyyən problemlər olduğu üçün ondan köməklik istəmişdir. Bunun üçün Lalə onda 2500 manat pul vermişdir. Sonradan müəyyən problemlərə iş alınmadığından onun pulunuda tam şəkildə geri qaytarmışdır (cild 2, iş vərəqə 81-91). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində İxrac Neft və X26 Təhlükəsizliyi İdarəsinin Sumqayıt X19 komandiri vəzifəsində işləmiş, 2017-ci ildə öz ərizəsiylə təqaüdə çıxmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində qardaşı Orxan zəng edərək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində işə yenidən bərpa edilmək fikrinin olub-olmamasını soruşmuşdur. Əlbətdəki bu fikrə müsbət reaksiya verərək əgər bərpa edilmək imkanı vardırsa, çox yaxşı olacağını bildirmişdir. Orxan bir nəfər tanışının olduğunu və onunla söhbət zamanı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə həmin şəxsin yaxın münasibətlərinin olmasını demişdir. Orxan həmin şəxsin tanınmış alim, çoxsaylı kitabların müəllifi Təqsirləndirilən şəxs olmasını, onu əvvəllər xidmət etdiyi mətbuat sahəsindən tanıdığını, əvvəllər Cəlilabad rayonu İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Prezidenti Yanında Xüsusi İdarənin Şöbə rəisi vəzifələrində, hazırda “Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri vəzifəsində işlədiyini bildirmişdir. O həmin şəxsi tanımasa da onun barəsində internet resurslarında maraqlandıqda həqiqətəndə çoxsaylı kitabların müəllifi olmasını, mütəmadi olaraq televiziya kanallarında çıxış etməsini, Azərbaycan Respublikası Milli X8 Hüquqları İnstitutunda işləməsini, professor olmasını və başqa sferalarında hörmətli şəxs olduğunu görüb, onun həqiqətəndə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə münasibətinin olmasına inanmışdır. Təqsirləndirilən şəxslə görüşmək qərarına gəlmiş, qardaşı Orxan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində işlədiyindən görüş üçün ona həmin idarəyə gəlməyini bildirmiş, o da 2020-ci ilin oktyabr ayının əvvəllərində həmin idarəyə getmişdir. Qardaşı Orxanın xidməti iş otağına qalxdıqda orada qardaşı Orxan Rövşən müəllimi təqdim etmişdir. Görüş zamanı Rövşən müəllim yüksək vəzifəli şəxslərlə mütəmadi olaraq münasibətdə olduğunu, yazmış olduğu çoxsaylı kitabların hüquq mühafizə orqanlarının rəhbərliyinin sifariş əsasında yazdığını, buna görə də həmin rəhbər şəxslərlə mütəmadi olaraq əlaqədə olduğunu, 50-dən çox kitab yazdığını, hətta kitabların maliyyə dəstəyini də həmin rəhbər şəxslərin etdiyini bildirdi. Daha sonra onlara Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə də mütəmadi olaraq əlaqə saxladığını və təhlükəsizlik sahəsində həmin rəhbərlərin mətbuatla bağlı tapşırıqlarını icra etdiyini, keçmişdəki fəaliyyəti müddətində şəxsi tanışlığının indiyədək davam etdiyini, adları çəkilən qurumlarda nüfuzlu və sanballı dostlarının hesabına məni həmin xidmətdə yeni yaranmış şöbələrdən birinə rəhbər vəzifəyə təyinatına köməklik göstərəcəyini, görüşəcəyi şəxslərə barəsində müsbət rəy verəcəyini, nəticəsi barədə ən qısa zamanda məlumat çatdıracağını, qardaşı Orxanı, həmçinin mərhum atasında yaxından tanıdığını və ailəsi ilə münasibəti olduğu üçün onun yenidən xidmətə bərpa olunmağına köməlik göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ilkin olaraq ona zəruri sənədləri yəni şəxsiyyət vəsiqəsini, hərbi bileti, əmək kitabçasını, fotoşəkil və 1 ədəd tərcümeyi-hal yazaraq gətirməyini, ilkin olaraq zəhmət haqqı kimi əlavə olaraqda 1200 manat pul verməyini tələb etmişdir. O da heç bir etiraz etməyib həmin sənədlərin hazırlanmasının müəyyən vaxt alacağını, hazırladıqdan sonra qardaşı Orxanla əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Rövşənin istədiyi sənədlərin hamısını topluyub üzərinə də 1200 manat pul əlavə etməklə qardaşı Orxana zəng etmiş, Orxan Yasamal RPİ-nin yaxınlığına gəlməyini, bu barədə Təqsirləndirilən şəxslə də danışıb onu da dəvət edəcəyini dediyindən o Yasamal RPİ-nin yaxınlığına gəlmişdir. Həmin ünvana çatdıqda X13 Rayon Polis İdarəsinin yaxınlığında söhbət etdiyini görmüşdür. Onlarla salamlaşıb görüşdükdən sonra Təqsirləndirilən şəxs hazırlamağını istədiyi sənədləri və 1200 manat məbləğində pul vəsaitini gətirdiyini bildirib zərfin içərisində həmin sənədlərlə pulu ona təqdim etmişdir. O, həmin sənədləri və pulu götürərək sənədləri Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə təqdim edəcəyini yaxın günlərdə onunla yenidən əlaqə saxlayaraq görüşüb xidmətə bərpanın şərtlərini açıqlayacağını bildirmişdir. O, qardaşı Orxanın polis əməkdaşı olduğundan fikirləşirmiş ki, onu heç kim aldada bilməz, buna görə də danışıqları Orxanın aparmasını xahiş etmişdir. Sənədləri Rövşənə verdikdən təxminən 4-5 gün sonra yəni 2020-ci ilin oktyabr ayının ortalarında qardaşı Orxan ona zəng edərək Rövşənin onunla əlaqə saxladığını, sənədlərini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə təqdim etdiyini buna görədə müəyyən tapşırıqları bildirmək üçün görüşmək istədiyini demişdir. Orxanın ona “whatsapp” tətbiqi ilə zəng edərək Təqsirləndirilən şəxslə birlikdə olduğunu, sonuncunun rəhbərliklə görüşdüyünü, rəhbərlik tərəfindən xidmətə yenidən bərpa olunmağının tək şərtinin Vətən müharibəsinin qalibiyyətlə başa çatmasından və erməni işğalından sonra azad edilmiş torpaqlarda başlanacaq yeni abadlıq, quruculuq işlərinin aparılması, İİ Qarabağ müharibəsinin gedişində şəhid olmuş soydaşlarımızın ailələrinə, sağlamlıqlarını itirmiş qazilərimizə yardım məqsədilə X25 müəyyən miqdarda ianələrin, maddi vəsaitlərin köçürülməsindən ibarət olduğunu bildirmişdir. Həmin ərəfədə 2-ci Qarabağ müharibəsi getdiyindən Rövşənin deməsinə görə guya rəhbərlik tərəfindən etməli olduğu tək şərtin şəhid ailələrinə, qazi və müharibə əlillərinə yardım etmək üçün X25 müəyyən məbləğlərdə könüllü ianələrin köçürülməsi olmuşdur. Rövşən həmin məbləğin onlara hörmət olaraq 100000 manata yaxın olmasını, həmin pulu hissə-hissə olmaqla 2 ilə yaxın müddətdə ödəyəcəklərini, xidmətə qəbul olmaq istəyən başqa şəxslərə həmin məbləğin 2-3 qat çox olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə ilkin olaraq X25 10000 manat pul köçürməlidir. O, xidmətə bərpa olunmaq üçün qoyulmuş şərtlərin ağlabatan olmasını, yəni pulun konkret olaraq hansısa şəxsə yox, xeyriyyə məqsədi ilə köçürülməsinin daha münasib olmasını görüb işin həllinə razılıq vermişdir. Orxan Rövşənin qeyd etdiyi 10000 manat pulu X25 ianə edib pulun köçürülməsi barədə qəbzi ona təqdim edəcəyini bildirmişdir. Orxan onunla telefonda danışa-danışa Rövşən pulu X25 ödəyib qəbzi təqdim edəcəyini dedikdə Rövşən rəhbərlik tərəfindən pulu şəxsən özünün ödəməyini, pulların köçürülməsi məxfi qaydada aparıldığı üçün, yəni işə qəbulla bağlı köçürülmə zamanı başqa rekvizitlər olduğundan pulu birbaşa özü köçürəcəyini, köçürülmüş pulların qəbzlərinin onun şəxsi işinə əlavə ediləcəyini və xidmətə bərpa edildikdən sonra şəxsi işi ilə tanışlıq zamanı həmin qəbzləri orada görə biləcəyini demişdir. Rövşən özünü elə inandırmışdır ki, Rövşənin gündəlik olaraq Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə görüşməsinə inanmışdır. Buna görədə onun fikrinə etiraz etmədən guyaki X25 köçürüləcək pulların onun tərəfindən köçürülməsinə razılıq verib, pulu axşam Sumqayıt şəhərinə gəldikdən sonra Rövşənə çatdırması üçün qardaşı Orxana verəcəyinə razılaşmışdır. Axşam saatlarında Orxan yaşadığı Sumqayıt şəhərinə gəldikdən sonra yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi məhəllə 3/1 ünvanında görüşmüş, Orxana 10000 manat pulu verərək X25 köçürmək üçün Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Orxan pulu götürdükdən sonra demiş ki, Rövşən deyir ki, X25 köçürüləcək pullar barədə heçkimə məlumat verməsin, rəhbərlik tərəfindən onun xidmətə yenidən bərpa olunmağı və həmin xidmətdə rəhbər vəzifəyə təyin edilməyi guyaki köçürülmüş həmin pullara görə mükafat qaydasında olacağından bu barədə danışıqların sonradan başqa formada səsələnməməsi üçün, həmçinin köçürüləcək pullar nə qədər tez və vaxtında olarsa onun xidmətə bərpa edildikdən sonrakı karyera yüksəlişində əhəmiyyətli rol oynayacaqdır. Xidmətə bərpa olunma məxfi qaydada aparıldığı üçün bu barədə kimlərinsə məlumatı olarsa guyaki işi alınmayacaqdır. O da qardaşına bu barədə heçkimə məlumat verməyəcəyini, heç bir narahatçılıq üçün əsas olmamasını Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Orxana pulu verdiyinin sabahkı günü Orxan ona zəng edərək pulu Rövşənə çatdırdığını, sonrakı göstərişlər verilənədək səbrli olmağını bildirmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Orxan zəng edərək Rövşənin zəng etdiyini, fonda köçürmək üçün verdiyi pulları Heydər Fonduna köçürdüyünü, əlavə tapşırıqlar olanadək gözləməli olduqlarını, etdiyi bütün hərəkətlərə diqqət etməyini bildirmişdir. O da Rövşənə inanıb ailə üzvlərinə belə məlumat vermədən gözləməyə başlamışdır. Orxandan mütəmadi olaraq işin gedişatı barədə soruşmuş, Orxan da gündəlik olaraq Rövşənlə danışdığını və görüşdüyünü, səbrli olub gözləməli olduğunu bildirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında qardaşı Orxan ona zəng edərək Təqsirləndirilən şəxslə birlikdə olduğunu rəhbərlik tərəfindən növbəti tapşırıq gəldiyini və X25 yenədə 6500 manat pul vəsaiti ianə etməli olduğunu bildirmişdir. O, Orxana pulu yenədə axşam evə gəldikdən sonra verəcəyini bildirmiş, axşam Orxanla yaşadığı evdə görüşüb və ona Təqsirləndirilən şəxs çatdırması üçün 6500 manat pul vermişdir. Orxan Rövşənin 2-ci Qarabağ Müharibəsinin yeni bitdiyini, hələki rəhbərliyə qısa müddətdə işə bərpa ilə bağlı bir söz deyə bilməyəcəyini, əvvəlcədən dediyi kimi işin yalnız 2 il içərisində həll olunacağını, ola bilsinki həmin müddətin tez ola biləcəyini bildirdiyini demişdir. İşin müsbət həll olunacağına inandığından, həm də Rövşənə verdiyi pulların hansısa şəxsə yox X25 köçürülərək şəhid ailələri, qazi və müharibə əlillərinə köməyi olacağını düşündüyündən Rövşən tərəfindən yenidən pul köçürülməsi bildirildikdə o, heç bir etiraz etməmişdir. Orxan sabahkı gün yenidən onunla telefon əlaqəsi saxlayaraq Rövşənə pulu çatdırdığını bildirmişdir. Daha sonra yenədə Təqsirləndirilən şəxs çatdırılması üçün qardaşı Orxana müxtəlif vaxtlarda, yəni 2020-ci ilin dekabr ayının sonlarında 5000 manat, 2021- ci ilin yanvar ayının sonlarında 10000 ABŞ dolları, 2021-ci ilin fevral ayının sonlarında 7300 manat, 2021-ci ilin mart ayının əvvəllərində 8000 manat, 2021-ci ilin aprel ayının əvvələrində 6000 manat pul vermişdir. O, təqaüdə çıxdıqdan sonra avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs verdiyi pullar o, avtomobillərin satışdan əldə etdiyi, həmçinin 2021-ci ilin fevral ayında Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində yerləşən obyektini sataraq Təqsirləndirilən şəxs çatması üçün qardaşı Orxana vermişdir. Sumqayıt şəhərində yerləşən obyektini dəyərindən çox ucuz qiymətə satmışdır. Həmin obyekt notarial qaydada alqı-satqı olunmuşdur. Alqı-satqı zamanı obyektin dəyərini rüsüm çox ödənilməməsi üçün aşağı, yəni 10000 manat göstərmişdir. Bundan başqa 2021-ci ilin avqust ayının 19-25-i aralığında Rövşən yenədə X25 köçürülməsi üçün pul istədiyindən və həmin pulun ABŞ dolları şəkilində ödənməsini tələb etdiyindən və onun həmin məbləği ödəyəcək pulu olmadığından bu barədə bacısının əri Şahid2 borca pul istəmişdir. Habilə işi barədə heç bir məlumat verməmiş, o, guyaki ucuz maşın düşdüyünü və fürsəti əldən verməmək üçün ona köməklik etməsini xahiş etmiş və həmin puluda qısa müddətə ona çatdıracağını demişdir. Habil heç bir etiraz etməyərək ona borc kimi 12000 ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Habil verdiyi pulları ABŞ dolları məbləğində verdiyi üçün pulu ona geri qaytararkən də ABŞ dolları şəklində geri alacağını bildirmişdir. Orxan Rövşənin pulu təcili köçürməli olduqlarını bildirdiyindən pulun Habildə olduğunu Orxana deyib və həmin pulu Habildən götürə biləcəyini bildirmişdir. Daha sonra Orxan Sumqayıt şəhərinə gələrək Habildən 12000 ABŞ dolları məbləğində pul götürmüşdür. Təqsirləndirilən şəxs işin həllinin maksimum 2 il ərzində həll olunacağını, həmin müddət ərzində onun həmin xidmət tərəfindən yoxlamaları getdiyini, nəticənin tam müsbət həlli olduğu zaman əmrinin veriləcəyini qeyd etsədə üzərindən 1 ilə yaxın müddət yəni 2021-ci ilin sentyabr ayı olmasına baxmayaraq xidmətə bərpa olunmağı ilə bağlı ümumiyyətlə heç bir müsbət addım yox olmamışdır. Yəni onu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətindən heçkim çağırmamış, bu barədə heç bir zəng gəlməmişdir. Bununla bağlı qardaşı Orxana narazıçılığını bildirmişdir. İşin ləng getdiyini və müsbət heç bir addım atılmadığını demişdir. Orxan Rövşənlə mütəmadi olaraq hər gün danışdığını, həmçinin indiyə kimi verilmiş pulların hələki kifayət etdiyini, buna görədə gözləməli olduğunu bildirmişdir. Rövşən Orxana guya elə adamlar varki onların işinin həllinin 2-3 il çəkdiyini və işin həlli üçün 200000-300000 manat pul X25 ianə etdiklərini demişdir. 3-4 ay keçdikdən sonra müsbət irəliləyiş olmadığını görüb Rövşənin bəhanə gətirdiyini ehtimal edib onun barəsində internet resurslarında bir daha geniş axtarış etmiş, həmin axtarış zamanı Rövşənin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320 və 178-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini və azadlıqdan məhrum edilərək cəza çəkmə müəssisəsində cəza çəkdiyini öyənmişdir. Bununla bağlı qardaşı Orxana da məlumat vermişdir. Orxan bununla bağlı Rövşəndən ona verilmiş ittihamın nə olmasını soruşduqda Rövşən internetdə yazılanların əsassız olduğunu, ona verilmiş həmin ittihamlara görə bəraət aldığını bildirmişdir. 2022-ci ilin mart ayında qardaşı Orxan ona zəng edərək Rövşənin zəng etdiyini və əmr hazırlanması üçün yekun işlərlə bağlı 2000 manat pula ehtiyacı olduğunu bildirmişdir. O, Orxana əslində həmin pulu vermək istəmədiyini, həmçinin pulunun olmadığını, 2-3 gün sonra qeyd etdiyi məbləği hazıraya biləcəyini demişdir. Orxana verəcəyi həmin pulun sonuncu pul olmasını, Təqsirləndirilən şəxs başqa pul verməyəcəyini, üzərindən bu qədər müddət keçməsinə baxmayaraq Rövşənə verilmiş pulların həqiqətəndə X25 köçürülməsi ilə bağlı qəbzlərin surətini, surəti olmasa belə fotoşəkillərini çəkib onlara göstərmədiyini, xidmətdən ona işə yenidən bərpa ilə bağlı zəng gəlmədiyini, əgər bu dəfədə alınmazsa Rövşəndən pulunu geri tələb edəcəyini, əgər pulu həqiqətəndə X25 köçürmüşdürsə qəbzlərin surətini verməsini tələb edəcəyini bildirmişdir. 2022-ci ilin mart ayının ortalarında o, yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi məhəllə 3/1 ünvanında qardaşı Orxana 2000 manat pul vermişdir. Pulun verilməsi zamanı Rövşənlə görüşməyi təklif etsə də Orxan onun biraz emosional olmağını nəzərə alaraq işin son mərhələsində heç bir problem yaratmamaq üçün görüşə gəlməyini məsləhət görməmişdir. Daha sonra Orxan Rövşənin yaşadığı Şərifzadə küçəsində 2000 manat pulu Rövşənə vermişdir. Rövşənin qeyd etdiyi tarixə, yəni 2022-ci ilin mart ayında onun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə yenidən bərpa olunmaqla bağlı əmrinin olmadığını görüb həmin ilin aprel ayının əvvəllərində qardaşı Orxanla Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu X24 küçəsində yerləşən evinə getmişlər. Həmin ünvanda Rövşənin özünü tapmasalarda onun oğlu Əlini görmüşlər. Təqsirləndirilən şəxs oğlu Əliyə də bu barədə məlumat verib işimizə köməklik etməsini, əgər pullarını geri qaytarmazsa son çarə olaraq polisə şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs oğlu Əli onlara narahat olmamaqlarını, atasında olan pulların geri qayıtması ilə bağlı köməklik edəcəyini demişdir. Əli ilə görüşündən sonra Rövşənlə yenədə telefon əlaqəsi saxlasalar da onun mobil telefonlarına zəng çatmamışdır. Üzərindən bir neçə gün keçdikdən sonra Rövşən Orxana zəng edərək cəmisi onun adından guya ki, X25 36000 manat və 6000 ABŞ dolları məbləğində pul köçürüldüyünü qardaşı Orxana demişdir. Rövşən Orxana guyaki, Fond tərəfindən geri qaytarılacaq 36000 manat və 6000 ABŞ dolları məbləği hələ ki, geri almalarını, qalan puluda zamanla onlara geri qayıdacağını demişdir. Həmin zamandan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onun guyaki X25 ödədiyi ümumilikdə 46000 manat və 22000 ABŞ dolları məbləğində vəsaiti qaytarmaqdan imtina etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ondan pulunun tam şəkildə alınaraq geri qaytarılmasını və cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 46000 manat və 22000 ABŞ dollar pul vəsaitini işə bərpa olunmağı üçün vermişdir. Təqsirləndirilən şəxs 1200 manat pul vəsaitini əlbəəl vermiş, lakin yerdə qalan pul vəsaitlərin qardaşı Orxan vasitəsilə vermişdir. Təqsirləndirilən şəxs götürdüyü pul vəsaitlərini X25 ianə etdiyini bildirsə də, həmin ianələrin qəbzlərini onlara göstərməmişdir. Təqsirləndirilən şəxs ianə edərkən həmin ianə qəbzlərinin şəklini çəkərsə yüksək vəzifəli şəxslər tərəfindən ona qarşı “inamsızlıq mühitinin” yaranacağını bildirmişdir. Təqsirləndirilən şəxs necə inandığını hal-hazırda başa düşə bilməmişdir. Təqsirləndirilən şəxs yazdığı kitablardan birini oxumuşdur. Təqsirləndirilən şəxs güc strukturlarının rəhbərləri ilə yaxın münasibəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dostu tərəfindən ona 5000 ABŞ dolları geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə X25 ianə etmək adı ilə aldığı vəsaitin qəbzini göstərmədikdən sonra belə ona inandığı üçün yenə eyni məqsədlə ona pul vəsaitini qardaşı Orxan vasitəsilə vermişdir. Təqsirləndirilən şəxs 1200 manat pul vəsaitini Yasamal RPİ-nin yaxınlığında olan “Bravo” marketin qarşısında vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 qardaşı olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin avqust ayının ortalarında Savalan ona zəng edərək görüşmək istədiyini bildirmişdir.O, həmin vaxtı işdə olduğundan ona Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən mağazaya gəlməsini xahiş etmişdir. Savalan köşkə gəldikdən sonra biraz söhbət edib əli yandıda bir maşın satıldığını, hazırda həmin maşını almaq üçün əlində kifayət qədər pulu olmadığını, həmin fürsəti əlindən buraxmaq istəmədiyini, maşını alıb qısa müddətdə satdıqdan sonra yaxşı qazanc əldə edəcəyini, buna görədə ona təcili olaraq 12000 ABŞ dolları məbləğində pul lazım olmasını bildirmişdir. O, ticarətlə məşğul olduğu üçün daimi evdə pul saxlayırdı, yəni daimi olaraq mağazaya (köşkə) müxtəlif çeşidlərdə məhsullar gəlir, məhsul satan şirkətlərin bəziləri məhsullarını nisyə formada satsalar da bəzi şirkətlər satdıqları məhsulların pullarını nağd şəkildə istədiklərindən həmin şirkətlərə pullarını nağd ödəyirdi. Savalana istədiyi məbləğdə pulu olduğunu, həmin pulu nə zaman geri qaytaracağını soruşduqda o, maşını aldıqdan sonra ondan götürəcəyi 12000 ABŞ dolları məbləğində pulu uzağı 1 ay müddətinə, yəni maşını satdıqdan sonra geri qayataracağını demişdir. O da qohum kimi Savalana həmin pulu verməyə razılaşmış, lakin ona demiş ki, mağazaya (köşkə) mal almaq üçün pula ehtiyacı olacaqdır, “çalışıb dediyin vaxtı gecikdirməyəsən ki onun da işləri axsamasın”. Savalan heç bir problem olmayacağını, narahat olmamağını, alacağı pulu vaxtında qaytaracağını demişdir. Savalana əvvəllərdə borca pul vermişdir. Savalan borca verdiyi pulları gecikdirmədən vaxtında ona çatdırmışdır. Buna görədə ona etibar etdiyindən pulu verməyə razılaşıb, pulun hazırda üzərində olmadığını, əgər vacibdirsə indi gedib evdən götürməyini, tələsmirsə axşam saatlarında evə getdikdən sonra gəlib götürməsini bildirmişdir. Savalan almaq istədiyi maşını nə zaman alqı-satqı etməyə getsə, onunla əlaqə saxlayacağını və həmin pulu gəlib ondan götürəcəyini deyərək sağollaşıb getmişdir. Üzərindən bir neçə gün keçməsinə baxmayaraq Savalan ona zəng etməmiş, hətta o, bir dəfəsində Savalana zəng edərək pulun hazır olduğunu, gəlib götürə biləcəyini desə də Savalan hələki problemlər yarandığını, razılaşma əldə edib sonra pulu ondan götürəcəyini bildirmişdir. Savalanla sonuncu telefon danışığının sabahkı günü işdə olarkən digər qaynı Orxan ona zəng edərək Savalana çatası pulu götürmək üçün Sumqayıt şəhərinə gələcəyini bildirmişdir. O adətən yaşadığı evə gedərək nahar etdiyindən Orxana nahar olduğu üçün evə getdiyini, əgər nahar vaxtı gələrsə ona zəng etməsini, pulu evdən götürməsini, əgər alınmasa işdən gəlib götürə biləcəyini demişdir. O evə çatıb yemək yedikdən sonra biraz istirahət etmiş, xatırladığı qədəri ilə saat 16 radələrində Orxan ona zəng edərək Sumqayıt şəhərinə çatdığını, evə gələ bilməyəcəyini, yanında başqa bir şəxsində olduğunu, buna görədə pulu evin yaxınlığında bir yerə çıxarıb ona verməyini dediyindən o etiraz etmədən 12000 ABŞ dolları məbləğində qazetə bükülmüş halda olan pulu sellefon paketə qoyaraq yola çıxmış Yaşadığı evin yaxınlığında yerləşən “Sumqayıt Paralimpiya İdman Kompleksi”nin qarşısında Orxanı gözləmiş ki, o idarə etdiyi avtomobillə yanına yaxınlaşmışdır. Orxan tələsik işi olduğu üçün pulu götürüb gedəcəyini ona dediyindən o sellefon paketə qoyularaq qəzetə bükülmüş halda olan həmin pulu avtomobilin pəncərəsindən Orxana vermiş və həmin bükülüdə 12000 ABŞ dolları məbləğində pul vəsaiti olmasını bildirmişdir. Orxanın avtomobilində ön sərnişin oturacağında ağ saçlı, ağ rəng köynək və qalstuk geyinmiş bir şəxsdə əyləşmişdir. Orxan pulun tam olmasını ona dedikdən sonra hava isti olduğundan, həmçinin işə gecikdiyi üçün sağollaşıb oradan uzaqlaşmışdır. Pulu Orxana verdikdən sonra qaynı Savalana da zəng edərək 12000 ABŞ dolları məbləğində pulu Orxana çatdırdığını demişdir. Üzərindən bir müddət keçdikdən sonra, yəni Savalanın ona söz verdiyi bir ay müddət tamamlandıqdan sonra ondan xəbər gəlmədiyini görüb Savalana zəng edib pula ehtiyac olduğunu, verdiyi pulu nə zaman qaytaracağını soruşduqda Savalan birazda səbrli olmağını qısa müddətdə vermiş olduğu pulu ona geri qaytaracağını demişdir. Savalana qabaqcadan verdiyi pulun mağazada (köşk) olan məhsulların pulu olduğunu dediyindən pulu ona görə istədiyini, yeni məhsul almaq üçün pulunun kifayət etmədiyini demişdir. Bir dəfəsində görüşəndə pulun ondan bir aylıq alındığını, onunda problemləri olduğunu narazı şəkildə Savalana dedikdə Savalan həmin pulu maşın almaq üçün yox, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə xidmətə bərpa olunub yüksək vəzifəyə təyin olunmaqla bağlı ehtiyac yarandığı üçün aldığını, hazırda işin tamamlanma mərhələsində olduğunu, qısa zamandan sonra xidmətə bərpa olunduqdan sonra pulu tam şəkildə geri qaytaracağını demişdir. Orxanla birlikdə Sumqayıt şəhərinə ondan pul götürmək üçün gəlmiş, Orxanın avtomobilin ön sərnişin oturacağında əyləşən şəxsə xidmətə bərpa olunmaq üçün pul vəsaiti verdiklərini və həmin şəxsin onları aldatdığını və bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. Hal-hazırda məhkəmə iclasında təqsirləndirilən şəxs qismində çıxış edən şəxs Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi avtomobildə olan şəxsdir. Müstəntiq ibtidai istintaq zamanı Orxanın avtomobilin ön sərnişin oturacağında əyləşən şəxs olub-olmamasını müəyyən etmək üçün Təqsirləndirilən şəxs ona tanınmaya təqdim etməmişdir. Orxana pul verdikdən sonra avtomobilinin ön sərnişin oturacağında əyləşən şəxsə həmin pulları verib-vermədiyini görməmişdir. Orxanın avtomobilin ön sərnişin oturacağında əyləşən şəxs qara kostyum geyinmişdi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ondan Orxan pulu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə xidmətə bərpa olunmaq üçün aldığını bir neçə müddət sonra demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci il xatırladığı qədəri ilə iyun və iyul ayında yaşadığı Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi 136 mənzil 9 ünvanında olarkən evin qapısı döyülmüş, qapını açdıqda qarşısında əvvəllər tanımadığı 2 nəfər şəxsin dayandığını görərək həmin şəxslərdən nə istədiklərini və kim olmalarını soruşmuş, onlardan biri adının Orxan olmasını bildirmiş, lakin yanında olan digər şəxsin adını deməmişdir. Hal-hazırda da həmin şəxsin üz quruluşunu xatırlamır. O, onlardan nə istədiklərini soruşduqda Orxan polis əməkdaşı olduğunu, atasıyla dost olduğunu, neçə müddətdir ki, atasının telefonlara cavab vermədiyi üçün onu tapa bilmədiklərindən yaşadığı evə gəldiklərini bildirmişdir. Orxan müəllimdən atasını nəyə görə axtarmasını soruşduqda Orxan atasına pul verdiklərini bildirərək atasının həmin pulun bir hissəsini qaytardıqdan sonra yoxa çıxdığını demişdir. Orxan müəllimi dinlədikdən sonra narahat olmamasını, onlara köməklik göstərəcəyini, atası ilə danışdıqdan sonra dəqiq olaraq atasının fikirlərini onlara çatdıracağını demişdir. Axşam saatlarında atası evə gəldikdən sonra Orxan müəllimin onunla telefon əlaqəsi saxlaya bilmədikləri üçün evə gəldiklərini, onların pul tələb etmələrinin səbəbini və məsələnin mahiyyətinin nədən ibarət olmasını soruşmuşdur. Atası demiş ki, bu onun öz işidir, əllərində heç bir dəlil olmadan ona qarşı böhtan atdıqlarını, ona da bu işlərə qarışmamağımı bildirib bu məsələni həll edəcəyini qeyd etmişdir. O atasına evdə yaşlı anası olduğu halda evə tanımadıqları şəxslərin pula görə gəlməsinin qəbul edilə bilən məsələ olmadığını bildirmişdir. Atası yenə də bu məsələnin ona aid olmadığını qeyd etmişdir. Görüş zamanı Şahid1 mobil telefonunu qeyd etdiyindən atası ilə danışdıqdan sonra ona zəng etmiş, atasının ona dediklərini Orxan müəllimə çatdırmışdır. Orxan müəllim yenədə onunla görüşmək istədiyindən onunla bir neçə dəfə Yasamal rayonu ərazisində görüşüb məsələni qaydasına qoymaqla bağlı söhbət etmişlər. Sonuncu Orxanla telefonda danışarkən atası ilə olan məsələni öz aralarında qaydasına qoymağı, əgər həqiqətəndə atasının günahı vardırsa hüquq mühafizə orqanlarına şikayət etmələrini bildirmişdir. Müstəntiq onu polis idarəsinə çağırıb dindirəndə atasının işə düzəltmək adı ilə şəxsləri aldadıb onlardan pul aldığını bildirmiş, bu barədə atasından soruşduqda ona şər atdıqlarını demişdir. İbtidai istintaq zamanı atasının işə düzəltmək adı ilə nə qədər pul aldığını deməmişlər. İbtidai istintaq zamanı anket məlumatlarını müstəntiq dedikdən sonra sadəcə sənədlərə oxumadan imza edərək polis idarəsini tərk etmiş, müstəntiqə ifadə verməmişdir. Orxan müəllimin yanında Zərərçəkmiş şəxs görüb-görmədiyini xatırlamır. Orxan müəllim atasının aldığı pulların qarşılığında 4000-5000 manat qaytardığını, atasının yaxşı tanışları olduğunu, əhatəsinin geniş olduğunu və yalnız işi düşəndə onu axtardığını bildirmişdir. O atasının nə qədər pul aldığını bilmir, lakin müstəntiq demiş ki, 20000 manat verəcəkləri təqdirdə bu məsələni həll edə biləcəyini bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, atası olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası X4, qardaşı X9 ilə birlikdə yaşayır. X1 ailə həyatı qurduğu üçün ayrı yaşayır. Hazırda heç bir yerdə işləmir. Əvvəllər fərdi sahibkar kimi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs atasıdır. Zərərçəkmiş şəxs Ağəddin oğlunun yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, mahiyyəti üzrə bildirir ki, 2022-ci il xatırladığı qədəri ilə iyun-iyul aylarında yaşadığı Bakı şəhəri Yasamal rayonu, X24 küçəsi 136 mənzil 9 ünvanında olarkən qapının döyüldüyünü görmüşdür. Qapını açdıqda qarşısında əvvəllər tanımadığı iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdən nə istədiklərini və kim olmalarını soruşduqda onlardan biri adının Orxan olmasını, digər şəxs isə adının Savalan olmasını bildirmişdir. O, onlardan nə istədiklərini soruşduqda Orxan polis əməkdaşı olmasını, atası ilə dostluq etdiyini, neçə müddətdir ki, atası telefonlara cavab vermədiyi üçün onu tapa bilmədiklərindən yaşadığı evə gəldiklərini bildirmişdir. Orxan müəllimdən atasını nəyə görə axtarmasını soruşduqda Orxan ona demişdir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə xidmətə bərpa etdirib yüksək vəzifəyə təyin etdirəcəyinə inandırıb şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yardım etmək üçün X25 köçürülməsi adı ilə qardaşından 80000 manata yaxın pul almışdır, heç bir iş görmədiyi üçün neçə vaxtdır həmin pulu ödəməklə bağlı söz versədə pulu ödəməmiş, neçə vaxtdır telefonlara cavab vermədiyi, hazırda isə harada olmasından məlumatlarının olmadığını bildirmişlər. Orxan müəllimi və qardaşını dinlədikdən sonra narahat olmamasını, onlara köməklik göstərəcəyini, atası ilə danışdıqdan sonra dəqiq olaraq atasının fikirlərini onlara çatdıracağını demişdir. Axşam saatlarında atası evə gəldikdən sonra Orxan müəllimin qardaşı Savalanla evə gəldiyini, Savalandan işə düzəltmək 80000 manata yaxın pul aldığını, telefon əlaqəsi saxlaya bilmədikləri üçün evə gəldiklərini, məsələnin mahiyyətinin nədən ibarət olmasını soruşmuşdur. Atası ona demişdir ki, bu onun öz işidir, əllərində heç bir dəlil olmadan ona qarşı böhtan atırlar, o bu işlərə qarışmasın, özü bu məsələni həll edəcəkdir. Görüş zamanı Şahid1 mobil telefonunu qeyd etdiyindən atası ilə danışdıqdan sonra ona zəng etmişdir. Atasının ona dediklərini Orxana müəllimə çatdırmışdır. Orxan müəllim yenədə onunla görüşmək istədiyindən onunla bir neçə dəfə Yasamal rayonu ərazisində görüşüb məsələni qaydasına qoymaqla bağlı söhbət etmişdir. Atası ilə də hər dəfəsində bu işlə bağlı söhbət açdıqda o Zərərçəkmiş şəxs əsassız olaraq fikirlər dediyini, heç kəsdən pul almadığını, Savalanın dediklərinin həqiqəti əks etdirmədiyini demişdir. Şahid1 ilə görüşməyinə görə atası ona irad bildirdiyindən Orxanla telefonda danışarkən atası ilə olan məsələni öz aralarında qaydasına qoymağı, əgər həqiqətəndə atasının günahı vardırsa hüquq mühafizə orqanlarına şikayət etmələrini bildirmişdir. Həmin danışıqdan sonra Şahid1 ilə, həmçinin onun qardaşı Zərərçəkmiş şəxs ilə ünsiyyət saxlamamışdır. Şahid1 pulu hansı məqsədlə atasına verməsi barədə onunla danışıqlarında demiş, Orxanla geniş söhbətləri olmuşdur. Atasının həmin pulu alması və hara xərcləməsi barədə ümumiyyətlə məlumatı olmamışdır. O, bir neçə dəfə atası ilə bu mövzu ilə bağlı söhbət etməyə cəhd göstərsə də atası hər dəfə imtina etmişdir. X15 səhətində böyük problemlər olmamışdır. Anasının 68 yaşı olduğundan yaşla əlaqədar olaraq həkimlərə müraciət edilmişdir. Həkimlər tərəfindən anasına kiçik müalicələr yazılmış və həmin müalicələr də çox xərc aparmamışdır. Atası Təqsirləndirilən şəxs həmin pulu hansı məqsədlə almasından məlumatsızdır. Yəni atası həmin pulu alsa belə ona və digər ailə üzvlərinə xərcləməmişdir (cild 1, iş vərəqə 190- 194). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Cinayət işinin materiallarında olan 4 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 173-176). Cinayət işinin materiallarında olan 4 aprel 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Orxan Masnurzadə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 177-180). Cinayət işinin materiallarında olan 25 yanvar 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 65 ədəd səs fonoqramları vardır. DVD diskə baxış zamanı aşağdakılar aşkar edilmişdir: Mətnlərdə: * çoxnöqtələrlə - müəyyən olunmayan söz və ifadələr; * ///işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; * kommentariyalar mötərizədə verilmişdir. Şərti olaraq nömrələnmiş həmin səs fonoqramlarında AUD-20220823-WA0000 adlı faylda 01 dəqiqə 19 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Alo Rövşən: Alo, salam qardaşş Orxan: Əleykümə Rövşən: Mən biraz gec zəng eliyəcəm sənə, yaxşı? Orxan: bax mən yenə deyirəmdə mənə zəng eləmək lazım deyil, mənə denən ki, filan şeyi gətirdim. Otuz altı min deyirdin, doqquz min deyirdin Rövşən:Yaxşı ... Orxan:Nədi? Rövşən:Sənə zəng eliyəcəm mən Orxan:Mənə zəng eləmə e, elə gündə deyirsən sənə zəng eliyəcəm, bu numaraları türklər demişkən qurtarda, mənnən bu keçmirdə qardaşım. Rövşən:... Orxan: Mənnən konkret ol Rövşən: Yaxşı Orxan:Özün demişkən səmimi və konkret ol, olmursan, bilmirəm niyə ama olmursan. Rövşən:Yox elə deyil Orxan: Mənə şans buraxmırsan ha bax mən sənə deyim. Sənə 3 gün vaxt verirəm, birinci gün bu məsələni həll elə elə, eləmədin uje məni bu mövzuda daha zəng eləmə, aydındır? Rövşən:Baş üstə .... AUD-20220823-WA0001 adlı faylda 03 dəqiqə 34 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: demə-demə, Alo Orxan:Salam mölöyküm Rövşən: Salam hörmətli Mansurzadə Orxan: Hörmətli qalibki bəyəm? Rövşən: Hörmətdə qalıb, hörmətlidə qalıb, sən məni, biz görüşəciyik bu gün. Eşidirsən nə deyirəm sənə? Orxan: Mən sənnən görüşmək istəmirəm e, sənnən görüşüb neynirəm ki, mənə lazımdı dünən dediyin... Rövşən: ... Ayə görüşməsən mən sənə vozduxdan göndərəcəm nəyisə? Orxan: Hə? Orxan:iki il sənə az srokdu bəyəm? Hər gündə eyni şeyləri deyirsən. Hansİ biri doğru olurki. Mən sənə dedim sroçnu pul lazımdı sən gah dedin hesabdar belə gəldi, 3 aydı hesabdar söhbətin fırlıyırsan, ay belə gəldi filandı. Hanı bə yaxşıda Rövşən:A kişi, A kişii Orxan:Qulaq asda Rövşən: A kişi sən heç burda işləsən sənin səsin çıxmaz, sən gözlə Orxan:Mənim səsim çıxmaz e, mənim, mən elə yerdə işliyir ki mənim orda səsim çıxır. Mənim səsim çıxmıyan yerdə mən işləmərəm. Aydındı? Rövşən:Elə şey yoxdu Orxan: Ona görə mən reallıq və obyektivliyin tərəfdarı olan adamam. Neçə il aydı sənə deyirəm. Aprelin 5-də bura 5 ay keçib. Noldu ortada? Hər gündə eyni şeyləri deyirsən. Rövşən:Qulaq as, bir may aprel... Orxan: Yalan deyirəm? Rövşən:Sən bilmirəm e sən kim kimi danışırsan, sən özün deyilsən e danışan. AUD-20220823-WA0002 adlı faylda 1 dəqiqə 50 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Alo Rövşən: Aİoo Orxa: Salam mölöyküm Rövşən: Əlöykümə, zəng eliyirdin e ona görə Orxan: Zəng eliyirdim. Mən bu yaxın qohumun ad gününə gedirəm Rövşən: Nolub? Orxan:Bir ad günü var ora gedirəm yəni ki, bu gün... Rövşən:Ə get e işində ol, Sən get, darıxma get, işdəri, mənimdə ayağımı belə, pis çox ağır vəziyyət düşüb e, sən get işində ol, sənin işivi görən mən görürəm ama sən bunu qiymətləndirmirsən heç vaxt Orxan:Qiymətləndirmirsən deyəndə ki bugün görüş olmalıydıda Rövşən:... niə olsun. Mən onun qabağın alıram gözəl bir günə Rövşən: Hə də yaxşıda get işində ol, get işində ol, olanda.. Orxan:Ama mən səni görüşə çağıracam onda uje yüz faiz.... Rövşən:Hə neynək get çağır, get belə şeylərnən az məşğul ol amma yeri Orxan: Yaxşı, yaxşı Rövşən:Oldu AUD-20220823-WA0003 adlı faylda 01 dəqiqə 52 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan:Alo Rövşən:Alo Orxan:Bəli Rövşən:Qaqa biraz iclasım var qurtarsın sənə bir on dəyqiyə zəng eliyəcəm, yəqin ki saat 10-un yarısına zada Rövşən:10-un yarısına? Rövşən:Hə, hə, hə Orxan:Hmm, yenə o kostyumu geyinək hazır vəziyyətdə qalaq yoxsa nətəri? Rövşən: Ala yox maşınnanda... Orxan:Hə? Rövşən: Ala yox sən gəl, nəyinən gəlirsən gəl arabaynan gəl, ama gəl (gülür) Orxan: Hara gəlimdə yəni? ... Rövşən:Bizim birdənə yerimiz var, ora Rövşən:Yaxşıdana yanımda yoldaş ee.. Orxan: Yoxe mən yalan demirəm haa, deyirəm sənə Rövşən:Mən sənə düz deyirəm. Orxan: uje hər şey hazırdı Rövşən:Uje, uje bizim sözdü e, zonanın sözüdü, heç yerdə yoxdu Orxan :Nətəri? Rövşən:Sən gəl, gəl, gəl Orxan:Hədə indi baxda mən, türklər demişkən uyarıyorum səni ki, yəni hesabdarnan Rövşən:Ay sağol, gəl Orxan :yaxşı AUD-20220823-WA0004 adlı faylda 01 dəqiqə 38 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan:Salam mölöyküm Rövşən:Salam, nətərsən? Orxan:Sağol səndə nə var nə yox? Rövşən:Sağol sən zəngimi gözlə də indi mənə deyəcək, görüşdürəcəm Orxan: Bu gün doğurdan var yoxsa yenə elə həmin gümanlardı? Rövşən: Yox ədə day sənə söz dedim. Eşitmişdin indiyə qədər? Bu vaxta qədər demişdim? Orxan: Ə deyirdin də görüşdürəcəm, belə helə bir il bundan qabaq Rövşən:Xeyr elə söz deməmişdim. Deməmişəm elə şey Orxan:Etmə, etmə, ya etmə Rövşən:Vaxtıdı, yaxşıda gözlə, gözlə Orxan:Yaxşıda... Rövşən:Yoldayam e yolda, ona görə istidəndə pişirəm Allaha and olsun Orxan:Hesabdar söhbəti nətəri sıradan çıxdı bu? Dünənə qədər başqa şey deyirdin axı, ay elə ay belə Rövşən: Yo, yo, yo gözlə sənə zəng eliyəcəm, kompleks şəkildə həll eliyəcəksən darıxma Orxan: Ə di olsunda mənim istədiyim nədi balam? Rövşən: Yaxşı, ə di hədə sənin də istədiyin odu. Gözlə mənim zəngimi Orxan: İndi sat təxminən neçəyə belə ağlın kəsir? yəni ki Rövşən:mənim elə ağlım kəsir buduki, hardasa istilər biraz düşsün dörddən sonradı deyəsən, mənə eşitdirdi Orxan: Day gecə saat 12-yə 1-ə qalmasında Rövşən:Ə yox e lap belə ikidə olsa görüşəciyik.. Orxan: Yaxşıda görəkdə bax indi... Rövşən: Mən istərdim lap biraz gec olsun Orxan: Olsun e ama olsun Rövşən: Olsun e əlbətdə mənim deməyim odu Orxan:Bax deyirəm Rövşən:... olacaq Orxan: Bu gündə alınmasa Rövşən: Gözdə, ay qardaş mən möhürü basan deyiləm e gözdə Orxan: Hə də indi görəydə görəy bax indi sözü ..deyirsəndə, mən sənin sözünə inanmalıyam, indi görümdə, bugündə olmasa səni gəlib özüm bilirsən neyniyəcəm özü bil Rövşən:Yenə başladı. Ayə gözdə Orxan: Yaxşı AUD-20220823-WA0005 adlı faylda 03 dəqiqə 14 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan.Salam mölöyküm Rövşən: Əleykümə salam. 9-da gəlirsən görüşə? Orxan: 9-da gəlim e ama bir nəticəsi olacaqsa gəlim? Rövşən: Bir dənə qəşəng nəticə var, hələ o biri nəticəyə qədər, intəhası yarım gün. Volodya görüşəcək sənnən Orxan: Bu gün? Rövşən: Day indi mənə sual vermə də, mən gələcəksən açıqlama verəcəm Orxan: hə indi lap yaxşı o birisi Rövşən: Ədə o birisidə buna bağlıdıda Orxan:Hesabdar məsələsi Rövşən: Salammölöyküm (ətrafda kiminləsə salamlaşır) O da buna bağlıdıda elə o görüşdürür də, o təşkil eliyir, kimdiki, biz kimikki, heçkim Orxan:Yaxşıda yaxşı. Saat indi 9-da gəldim hə indi sənnən görüşürəm yoxsa kiminən görüşəcəm? Orxan: Məni axşam görüşdürə bilirsənsə görüşəkdə, mən indi yorğun-arğın hər gün Sumqayıta gedib-gəlirəm, ora qaçıram, bura qaçıram Rövşən: Sən indi Sumqayıta gedirsən, indi mən sənə deyəcəmdə Orxan: İndi mənim bu məsələlərdən bax o işlərə ehtiyacım var o 36000 məsələsinə ehtiyacım var Rövşən: Hə indi şey... Orxan: 3 aydı deyirsən ortada bir şey yoxdu Rövşən: Qulaq as indi sənin kontrolunda sabah görüşdü. Belə, ama çox marağıda dəyişə bilər, ola bilər, indi hər halda zəngləşəciyikdə Orxan: Qardaş mənim deməyim nədi sabah birigünə real nəsə olsun Rövşən: Olacaq ə... Orxan: Olmayacaqdısa məni salıb ortalığa bunu türklər demişkən fazla oynatmıyın Rövşən:... Qurtada gör kim gəlir e görüşə, uje day yekun gəlir, yekun Orxan: Başa düşdündə mənimdə nəyisə Rövşən: Başqa şey demə, Allaha... çəkdiyivin, çəkdiyin zəhmətlərə Orxan:Hə indi çəkdiyimi çəkmişəm indi Rövşən: Şübhəynən yanaşma Orxan: Sənə demişəmdə mən Rövşən: Hə Orxan: İki ildi gözlüyürəm mən Rövşən: Məndə gözlüyürəm sənin kimi Orxan: İki ildi mən gözlüyürəm sonra Rövşən: Ayə ... şişirtmiyək dayan, Orxan:Hə Rövşən: Getmə irəli Orxan: Yaxşı, yaxşı Rövşən: Telefondu bu yazılır bu Orxan: Yaxşı, yaxşı, Rövşən: axşam /// Orxan: bax indi yenə deyirəm dünənə qədər nə demisən o sənin nətəri deyim Allah qatında yazılır onsuz hər şey telefonda yazılmasada Rövşən:Hə intahası ...dünənə qədər əyər Orxan:Dünənə qədər nə demisən deməmisən onlar hamısı Allah qatında var, yəni ki Rövşən: Oldu Orxan: Mənimdə beynimə yazılıb hamısı Rövşən: Hə opşim axşamda bribalitni zəngləşirik sabahda görüşürük, oldu qardaş get dincəl Orxan:Yaxşı, görəkdə görək Rövşən:Oldu sağol AUD-20220823-WA0006 adlı faylda 01 dəqiqə 23 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Alo Rövşən: Axşamın xeyr dədə yoldayam zəng eliyəcəm yarım saata yoldayam Orxan:Nə qalmısan e bu yollarda e Allah evü tiksin Rövşən:Qalmasam yollarda sən mənə zəng eləmərsən Orxan: Necə? Rövşən:Yollarda qalmasam sən mənə zəng eləmərsən Orxan:Mən səni yığıram, bir saat qabaqda yığmışdım da dedin nə bilim buğun gerişəciyik belə, helə bugündə belə getdi AUD-20220823-WA0006 adlı faylda 02 dəqiqə 18 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən:Aloo Orxan:Bəli Rövşən: Sabah saat 2-də sənin işindəyəm, yanındayam Orxan: Yox sabah 2-də alınmayacaq e, mən Sumqayıtda olacam Rövşən: Neçədə deyirsən Orxan:Yəqin axşama tərəf Rövşən:2-dən sonra gəl, gələn kimi məni çağır Orxan: İndi noldu? İndi alınmadı yenə? Rövşən:Yerində yoxduda məndə gedə bilmirəm, gedə bilmirəm, gərək 3-4 dəfə gedəsən. Opşim gözdüyürəm sabah 2-dən sonra Orxan: A kişi onu tapda indi yada onu tapmağın bir yolun tapda mən indi Rövşən: Adə, ayə sənin işin olmasın o şeylərnən, sənə görə eliyirəm ki alınsın, sən belə elə 2-dən, nə qədər işin var orda? Orxan:Sumqayıtda mən tək olmuyacamda uşağın, uşaqların işləridi... Rövşən:4-ə qədər qurtara biləcəksən? Orxan: Hə? Rövşən: 4-ə qədər Orxan: Sabah ind çalışaramda 4-dən, 5-dən sonra, yəni mənə ağsaqqal nəticə lazımdı Rövşən: Sənə hə nəticə Orxan:Boş yerə görüş xatirinə görüş olmasında Rövşən: Adə yoxə nə görüş xətirinə görüş, sən gələn kimi mənə zəng elə Orxan: Biz görüşürük, çayda içirik, çörəkdə yeyirik yəni bunun o işə dəxli yoxdu Rövşən: Sən şeylə Orxan: Ama Mən uje hər dəfə gedib gəlirəm və özün bilirsən əsəblərim uje tarımdadı Rövşən:Qulaq asda, çatan kimi mənə zəng eliyirsən Orxan: Yoo məndə deyirəmdə nəticəlı bir şey olsun. Yəni mən gəlib ora tezdən ümidinən qaytar dalaki ay bunlar olmadı tapa bilmədim ...cırıldı belə olmasında, özümüzə hörmət eliyək Rövşən: elə onun üçün, yo, yo,yo, sabah saat 2-də demirsən gələn kimi mənə zəng elə Orxan: Hə də hə sən çalış, indi o adam yoxdu get qulağla neynirsən Rövşən:Adə mən., gedəcəm saat 1-dən sonra sənin nəyinə lazımdı Rövşən:Yaxşı oldu, oldu, davay sağol Orxan:Yaxşı AUD-20220823-WA0009 adlı faylda 02 dəqiqə 19 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan: Salam mölöyküm Rövşən: Əleykümə salam Orxan: Nə var nə yox? Rövşən: Sən necəsən, kefin necədi? Orxan: Sağol, guya dünən saat 12-də zəng eliyəciydin Rövşən: Ə gec gəldim dana gec gəldilər, birazda başım ağrıyırdı yorğunuydum ... zad belə çata bilmədim sənə Orxan: Noldu görüşdün Volodyaynan? Rövşən: Hə görüşdüm. Bu gün səni 9-da 10-a işləmiş gözlüyürəmdə Orxan: Aha şeydə o yenə həmişə çay içdiyimiz yerdə? Rövşən: Hə nolar orda olsunda Orxan: Hə də Ədənə, Ədənə şəhərində hə? Rövşən: Hə, hə ( gülür) Orxan: Ə yoxe yox inanki dünəndə sırağagündə Rövşən:Vur 3 manat vur,vır, 3 manat vur, vır, vır Orxan: Ama o 36 məsələsin onları nə vaxt həll eliyirsən e Allah qoysa Rövşən:Ala bir.... yoldayamda gedirəm mən gör necəyəmki hələ gecə getmişəm genə gedirəm, sən işi gördə Orxan: O hesabdarlar indi hardadı yaxşı...? Rövşən: Ayə nəyinə lazımdı hardadı indi mən sənə telefonnan nə deyim Orxan: Ə hədə mənə lazım deyil o hardadı mənə onun nəticəsi lazımdı Rövşən: Nəticəsi bizə lazımdı sənə yox elə mənədə lazımdı Orxan: hə də hə indi nə vaxt görürük Allah qoysa Rövşən: İndi Allah qoysa sən gəl indi bəlkə nəsə bir yaxşı gözəl bir şey dedim sənə gördün nəticəni, opşim nəysə e sən 3 manatı vır gözlüyürlər məni kakraz elə... Orxan:Başa düşdüm axşam elə ki, nəticə o 36 manatlıq məsələ həll olunsun Rövşən:Yaxşı yaxşı, yaxşı, yaxşı AUD-20220823-WA0010 adlı faylda 03 dəqiqə 53 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan: Salam mölöyküm Rövşən: Ayə əleykümə salam çoxdandır səsini eşitmirəm inan Orxan: Çoxdandır səsimi eşitmək üçün bir qardaş dediyin adamın bir həftədi telefonlarına cavab vermirsən, adboy eliyirsən Rövşən:Səndə qardaş dediyin adama bir Orxan: hə Rövşən: Balaca bir mesaj yazaydın ki nolub ölmüsən qalmısan, ə məni 3 Orxan: Mən sənə zəng eliyirəm sən adboy verirsən, nətəri... Rövşən: Ayə yox e sənin bütün işlərin hazırdı e başqa şeydə var amma Orxan: hə Rövşən:.... qulaq as Orxan: Bütün işlərim hansı hazırdı ki, Rövşən:Nə danışmışıq onlarda hamısı Orxan: Hamda bə? Opusqanında yarısı getdi hələ ortada bir şey yoxdu Rövşən: Ayə gəlməlisən e imza atmalısan hələ.... Orxan:Gəlməlisən deyəndə mən burdayamda bir telefon götürürsənki bilək nə var nə yox Rövşən: Burdasan sən? Rövşən: Mən indi bu gün maraqlanacam onlarla danışsınlarki, axtarsınlarki zəng eləsinlər Orxan: Sabah bu məsələləri çoxunu həll elə e qardaşım mən qalmışam boğulaboğula ora gedirəm bura gəlirəm. Ba belə. İki gündə mən burdayam Rövşən: Yaxşı. Sən bu gün görüşə biləcəksən mənlə Orxan: Axşam indi çalışaramda bilmirəm Corata gedəcəm, olmasa səhər ya bu gün. Sən onu sabah həll elə bu gün elə sabah görüşək Rövşən: İşə çıxırsan sən? Orxan: Bu gün olmasa sabah görüşək Rövşən: işə çıxırsan nolar Orxan: İşə çıxmıram e, amma bütün günü telefonla əlaqəliyəmdə Rövşən: Ə zəngləşirik görüşürükdə. Oldu, oldu, Orxan: Sən o məsələni həll elə Rövşən:Ə məsələ həll olub e.... Orxan:Ya bu ya obirisi yəni görəkdə görək Rövşə:Ayə ikisidə, ikisidə həll olub sənnən bir məsləhət eləməliyəmdə qardaş bu elə deyil axı Orxan:Mənim hələki quru sözdən başqa eşitdiyim heçnə yoxdu Rövşən: Biri yaşdı bir quru Orxan: Hədə hə indi olsunda Rövşən: Görüşürük Orxan: Hə yaxşı Rövşən: Səni gözlüyəcəm. Görüşürük Orxan: Görüşürük e amma nəticəli bir görüş olsun. Rövşən:Bəli gözlüyəcəm səni Orxan: Hmm yox bugun yoxda bu gün dedim olsa mən sənə deyəcəm, bu gün yox sabaha Rövşən: Hə yaxşı oldu, yaxşı Orxan:Oldu. Bax xahiş edirəm telefona zəng eliyəndə götür Rövşən:Mənim gözüm üstə, sırğa, ayə sırğa Orxan: Ya adboy verəcəksənsə .... Rövşən:Sənə adboy, sənə adboy yoxdu bunnan sonra... AUD-20220823-WA0012 adlı faylda 01 dəqiqə 00 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında qardaşı Mansurzadə X5 Rövşən Novruz oğlu ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Savalan: Alo Rövşən: Alo Savalan: Salam əlöyküm Rövşən: Əlöykümə Savalan: Ağsaqqal! Savalandı Rövşən: Hə buyur, buyur Savalan qardaş Savalan: Noldu? Bu söhbət deyəsən acı bağırsaq kimi çox uzanır ha? Rövşən: Uzanırda indi dayan məndə gözlüyürəm Savalan:Ayə qardaşım biz heçnə istəmirik, pul vermişik pulu istiyirik, da bunu uzatmıyaqda bını, mən zəng eləmək istiyirəm Orxan deyir biraz səbrli ol, biraz səbrli Rövşən: Yaxşı, yaxşı Savalan: Mənim uje səbrim çatmır Rövşən: Yaxşıda birinci gün zəngləşib görüşərik Allah qoysa Savalan: İndi bax mən sənə birdənə söz deyirəm, Rövşən: Yox demədə Savalan: Mən Orxanı zadı gözlüyən deyiləm, mən uje belə deyəkdə Rövşən: Yaxşı Savalan: Mən uje xodlanmışam, mən qardaş pul vermişəm, 70000 pul vermişəm, mən sənnən başqa cürdə Rövşən: Nə vaxtın indi mənə deyəcək, sən burda olsan elə buyün gedərdin, sabah deyəcəklərdə ama deyəcəklərdə indi görək biraz müharibə zad, nəyisə, o biri məsələdə, yaxşı yəni bu məsələ yekunlaşıb, o biri məsələdə yekun, yekundu orda sənin özün danışmalısan, sənin biraz, gərək görüşək söhbət eliyəkdə, sənin biraz xərcin çıxacaq indi hansı şəkildə mən onu deyə bilmirəm. Eşidirsən sənin çox yüksək? Orxan: .... Rövşən: Qulaq as ədə mən danışım sonra gileyivi bildir nə istiyirsən de Orxan: Hə, o birisindəki altı məsələsin şeylədə Rövşən:.... Qurtardıq o bu saat onları səni gözlüyürlər, sən bu tərəfdən isə sən xərc çəkəcəksən sənin artıq mən bilirəm ki səni hara təyin eliyəcəklərdə fikir var da, təyin eləmək fikir var özdə yüksək səviyyədə, eşidirsən? Orxan: Yo başa düşdüm e indi, bu 3-6, 36 səhifəlik arayış vardı e Rövşən: Özün alacaqsan Orxan: Hə? Rövşən: Özün, özün, özün, öz imzanla, mənə vermiyəcəklər Orxan: Yox başa düşdüm indi yenə şey günlər təyin olunacaq yoxsa dəqiq bir gün deyiləcək yəni? Rövşən: Dəqiq e dəqiqdi, orda şey köçürdəcəksən fonda, şey köçürdəcəksəndə nə qədərsə köçürdəcəksən, nəyisədə onlar... Orxan: Obirisində, obirisində nətəridi vəzyət, o konfet kağızı məsələsində, altı deyirdin e ordan da şey olmadı? Rövşən: Hamısı söhbət zad qurtarıbda dana olan söhbət qurtarıb Orxan: Yox altı indi altı döyül axı Rövşən:altıda dayanıb, dayanıbda dana altıda dayanıb, neyniyim axı dayanıb bunlar işini düzəltsin e 10 da elə 6 qazanacaqsan qulaq as AUD-20220904-WA0024 adlı faylda 01 dəqiqə 17 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Bəli Rövşən: Rəis salam Orxan:Əlöykümə Rövşən: Nətərsən? Orxan:Sağol Rövşən: Mən demək danışmışam, görüşmüşəm intahası mən sənnən birinci gün görüşək, birinci gün saat 2-də ya 3-də, çünki Şuşadan gələcəklər bu axşam yaxşı? Orxan: A kişi o məsələni qurtarda başın burax da mən sənə Rövşən: A kişi o məsələnin sənə dəxli yoxdu Orxan: Ayın 5-dən dedimdə sənə nə məsələdi Rövşən: Hə də yaxşıda birinci gün saat 3-ün yarısı gözlə məni Orxan: Yox e indi gözlüyəcəm e mən dedim ki bizim... Rövşən: Qurtardıda day.... Orxan: Qurtardı deyəndə sənin üçün qurtardı e mənim üçün qurtarmırda Rövşən: Qurtarırda qurtarır sənin üçündə qurtarır Orxan: Biz danışdıq ki ayın 5-də Rövşən: Adə indi olmurda görürsənki... Orxan: 1 həftə ərzində məsələni həll eliyəcəksən ayın 5-di indi ayın neçəsidi 22, 17 gün keçib AUD-20220904-WA0027 adlı faylda 01 dəqiqə 48 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Alo Rövşən: Rəis salam Orxan:Əleykümə Rövşən: Məni iftara çağırdılar mən büyün axşam görüşə bilmiyəcəm ümumiyyətlə birazdan çıxıram biraz kənara sabah özüm görüşərəm sənnən Orxan: Vəliyev bu məsələləri ba yenə deyirəm neynirsən neynirsən özün bilərsən amma mən o məsələlərdə dedim də iş məsələsi alınmadı bizdə Rövşən: Day indi özün bil mən sənə görsən bir cümləyə görə zəng eləmişəm. Orxan: Hə indi Rövşən: Görüşəndə danışacaqsanda hamısın məndə deyəcəm Orxan: Yo indi o adamlar Rövşən: olmadıki zəng eliyirəm sənə birdənə salam uje... Orxan: Yoxda indi salam öz yerində amma indi bizim bu Rövşən: Yaxşıda qurtardı eee Orxan: Həftə ərzində həll eləməliydində sən Rövşən: Hə yaxşıda yaxşı oldu yaxşı Orxan: Yox e indi hə yaxşıynan olmur axı Orxan: Hesabın var gətirdə qoy yaxşı Rövşən: Dayanda indi dayanda Orxan: Vaxtında sənə deyirdim ki Rövşən: İmkan verirsənki Orxan: Yox öz aramızdı bax neçə dəfə and içdin Qurana, Qurana and içirsən Rövşən: Sən pozdun mən pozan döyüləm Orxan: Neçə dəfə dedim ki, gətir qoy, çekləri gətir mənə, gətirdin? Gətirmədin axı Rövşən: Mən yenə üstündəyəm a kişi, ay kişi mən yenə üstündəyəm, sənsən pozan mən yox Orxan: Üstündəsən yaxşıda gətir birinci gün Rövşən: Hələlik, Hələlik Orxan: Birinci gün görüşərik onda Rövşən: Yaxşı get dincəl sağol AUD-20220904-WA0029 adlı faylda 05 dəqiqə 16 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan: Alo Rövşən: Bəli Orxan: Bayağ mən elə o kağız-kuğuzu axtarırdım, yazırdım da mən nə qədər filandı, hesablıyıramki 70000 yaxın pul eliyir Rövşən: A kişi yaxşı sən allah bə mənim üstümə qoyduqlarımı kim hesablıyacaq? Orxan: Üstüvə qoyduqların, mən sənə verdiklərimi deyirəmdə Rövşən: Nə danışırsan e sən? Orxan: hələki 1 il yarım ərzində kredit vermişəm Rövşən:... əl vurma, qulaq as, qulaq as, dedin qurtardı, hələ mən hesaba vurmamışam Orxan: Hesaba vurmamısan deyəndə mən bilirəmdə, hələ mən filankəsin katibəsi..onları demirəm hələ Rövşən:.... ikincidəki, ikincidəki bunlar hamısı düzələn işdi, bu düzəlirdi amma sən vurdun dağıtdın e Orxan: Yox e düzələn işdi düzəlsində Rövşən: Ayə mən sənə açıb hər şeyi deyə bilmirəm, ayın 10-u, 10-na qədər, eşidirsən? Kişinin zəhmətinin layihəsidi bu. Da bunuda dedim sənə ama dəxli yoxdu day, day dağıtdın sən Orxan: Yox e indi əyər sən demişkən doğru vardısa gəlib deyərdin ki, bir adam gəlib deyərdi ki, Orxan müəllim belə deyil helədi Orxan: yox indi mən sənin üçün deyirəmdə qardaşım Rövşən:... Orxan: Səni heç yoxlamamışamda, deyirsən beynəlxalqdan kredit götürürsən oda fişa çıxdı Rövşən: Mən? Orxan: Əlbətdəki Rövşən: Dəqiqdi? Orxan: Dəqiqdi di də hə məm dedilərki belədi Rövşən: Yaxşı sənə mən zəng. Görüşəcəm sənlə, zəng eliyib görüşərikdə Orxan: fsyoda, hələ heçnə eləməmişəm mən e, gərək peşimanam ki, özümü söyürəmki gərək mən əvvəldən eliyərdim Rövşən:... Orxan: Sən indi o Səbail məhkəməsi, ikincini o müddətdə məndən gizlətmiyərdin. Deyərdin ki belədi. Deyirdin ay bəraət almışam belə helə, hanı bə bəraət Rövşən: Orxan: dörd il birdi iki ildə birdi. O müddətdə ki bu söhbətlər başladı, səndə elə o müddətdi. Görünür mənnən alıb elə kimnən əvvəlcə borc almısan ona vermisən, belə çıxırda, faktın özündən belə çıxır Rövşən: O sənin nağılındı a kişi, sən bilmirsən, sən işi oxu sonra danış, nəyisə Orxan: Yox işi oxumuram e takşto iki dənə məhkumluqdu ikisidə dələduzluq və nəbilim vəzifəli şəxsin hüquqlarını mənimsəmə Rövşən: Mən telefonu qoyuram yerə Orxan: İndi bu nətəri olur. Sənədə görə deyirəmdə. Dövlətin verdiyi sənəddi Rövşən: Hansı vəzifəli şəxsin? Orxan: İndi bilmirəmdə onu. Onu get prokurorluğdan soruş. Respublika prokurorluğundan Rövşən: Sən qoy telefonu mən sənə sonra zəng eliyərəm, yanımda yoldaşlar var Orxan: Yəni dedim ki biləsən. Mən ramazan günüdü, ayıdı, mübarək aydı. Mən imam əhli olan adamada özün bilirsən Rövşən: Hər şeyi pozdun. Orxan: Mən heçkimə heçnə yükləmirəm. Hələ deyir hələ mən gördüyümün üçdə birin yazmayıram o Sabirin sözü olmasın Rövşən: Yaz, yaz hamısın yaz Orxan: Mən hələ o şeydi, sən onları nətəri eləmisən, necə eləmisən mən məcburam ki onu altından çıxarım görüm nə var nə yox AUD-20220904-WA0034 adlı faylda 00 dəqiqə 49 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Rövşən: Alo Orxan: Salammölöyküm Rövşən: Sabahın xeyr Orxan: Nə var nə yox? Rövşən: Sağol sən necəsən? Orxan: Sağol. Bugün bir beşdən sonra altının yarısı zad parkda görüşək? Rövşən: Ə küləydi e baxaqda. Küləy yavaş olsa görüşərik niyə görüşmürük Orxan: Elə? Rövşən:Dəhşətdi e adamı qoyurki oturmağa durmağa Orxan: O kiçik bratda sənnən görüşmək istiyir Savalan AUD-20220905-WA0055 adlı faylda 00 dəqiqə 41 saniyədən ibarət olmaqla baxışda iştirak edən Şahid1 deməsinə görə həmin səs yazısında o, Təqsirləndirilən şəxs ilə səsli danışıq aparır. Həmin danışığın mətni aşağıdakı kimi olmuşdur: Orxan: Alo Rövşən: Aloo Orxan:Bəli Rövşən: Dədə sabah saat 4-də gedirsən özün qol çəkib alırsan Orxan: Hardan? Rövşən: Mənsiz, Sənə əlavə zəng eliyəcəklər Orxan:Sabah saat 4-də? Rövşən: Düz 4, 4-ə qalmış zəng eliyərlər ama 4-də gedərsən Orxan: Adə day bugünki kimi eləmədə bunuda day, gözlə-gözlə Rövşən: Hə? Orxan:Bugünki kimi eləmə bunu, yəni günortadan ... Rövşən: Mən eləmirəm e ə, mənniy yoxdu, mən yoxam sən özün Orxan: Ə sənin yaxan, yaxam əlimdədi sənin ora bura qaçma Rövşən: Yox sənə zəng eliyəcəklər gedəcəksən rahat hər şey qəşəy Orxan:Yaxşı Rövşən: Yaxşı dədə, oldu, oldu Orxan:Axşam/// DVD diskdə olan, AU D-20220904-WA0028, AUD-20220904-WA0032, AUD-20220904- WA0036, AU D-20220904-WA0039, AUD-20220905-WA0047, AUD-20220905-WA0049, AUD-20220905-WA0052, AUD-20220905-WA0057, AUD-20220905-WA0061, AUD- 20220905-WA0064, AUD-20220904-WA0030, AUD-20220904-WA0033, AUD-20220904- WA0037, AUD-20220904-WA0040, AUD-20220905-WA0048, AUD-20220905-WA0050, AUD-20220905-WA0054, AUD-20220905-WA0059, AUD-20220905-WA0062, AUD- 20220905-WA0065, AUD-20220904-WA0031, AUD-20220904-WA0035. AUD-20220904- WA0038 AUD-20220905-WA0041 AUD-20220905-WA0049 AUD-20220905-WA0051 AUD-20220905-WA0056 AUD-20220905-WA0060 AU D-20220905-WA0063 AUD- 20220905-WA0067 AUD-20220905-WA0068, AUD-20220905-WA0069 adlı fayllarda Şahid1 bildirməsinə görə Təqsirləndirilən şəxs ilə arasında aparılan danışıqlar qeyd olunmuşdur. Həmin danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə Şahid1 yayındıraraq görüşlərə gəlməkdən imtina etməsi, rəhbər şəxslərlə birlikdə olması, rəhbərlik tərəfindən ona müəyyən tapşırıqların verilməsi, hesabdarlarla görüşüb pulları qaytarması, Zərərçəkmiş şəxs onu zəng vuraraq narahat etməməsini, ona verilmiş pulları qısa müddətdə geri qaytacağına dair dəfələrlə sözlər verməsi öz əksini tapmışdır.DVD diskdə olan, AUD-20220905-WA0053, AUD-20220905-WA0058, AUD-20220905-WA0066, AUD-20220905-WA0078, AUD-20220905-WA0079, AUD- 20220905-WA0080 adlı fayllarda Şahid1 deməsinə görə Təqsirləndirilən şəxs oğlu Şahid3 ilə arasında aparılan danışıqlar qeyd olunmuşdur. Həmin danışıqların məzmunundan görünür ki, Şahid3 atası ilə pulun qaytarılması ilə bağlı danışıqlar aparacağını, atasının etdiyi əmələ görə utandığını, atasından pulun qaytarılması ilə bağlı danışıqlar aparsa da heç bir nəticə olmadığını bildirməsi öz əksini tapmışdır (cild 1, iş vərəqə 138-160). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə haqqında” 8 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim olunan diskdə bir ədəd «zip» proqram təminatlı «2639» adlı qovluq vardır. Qovluğun içərisində «505052500_SMS.txt», «**********00.txt», «abuneciler.xls», «antenna2020.xls», «antenna2021 .xls», «antenna2022.xls», «antenna2023.xls» adlı fayllar mövcud olmuşdur. «505052500_SMS.txt» adlı qovluqda Rövşən Novruzovun istifadəsində olmuş +99450 *** ** ** saylı mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən digər abonentlərə xaric olan sms ismarıcları göstərilmişdir. Rövşən Novruzovun istifadəsində olan mobil telefon nömrəsinə çoxlu sayda müxtəlif abonentlər (şəxslər) tərəfindən ünvanlanan tələblərlə bağlı Rövşən Novruzovun zənglərə cavab verməməsi, ünsiyyətdən yayınması, gizlənməsi, mütəmadi olaraq «Azercell»in internet tariflərinə qoşulması, pul borclu olması səbəbindən müxtəlif şəxslərlə arasında baş verən söz mübahisələri və qarşılaşdığı təhdidlər, Rövşən Novruzovun tərəfindən verilmiş vədlərə əməl olunmamasına görə sonuncunun polis orqanlarına şikayət edəcəkləri barədə müxtəlif abunəçilər tərəfindən göndərilmiş mətnlər aşkar edilmişdir. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilmişdir: xx/xx/2020, 10:17:33, **********05, **********00, göruşecem sizle mutleq her şey yaxşi olacaq 4 gun sebr edin cemi 4 gun alacaqlarimi ala bilmirem meni pis veziyyetde qoydular xx/xx/2020,14:39:16, **********00, **********11, Zengini gozleyirem. Menim İSİMİ NİYE POZDUN; xx/xx/2020, 17:28:50, **********36, **********00, Telefonu götürmürsənsə nömrəni dəyişsən yaxşi olar; xx/xx/2020,15:34:22, **********76, **********00, TELEFONU GOTUR MATİSQALİQ ELEME; xx/xx/2020,10:37:36, **********05, **********00, Salam size men dedim xosluqnan hell eleyin eger hell ellemirsizse adamlarim meslehet verdilerki isini polisle hell ele; xx/xx/2020,20:58:30, **********05, **********00, Sabah men 102 verecem seni; xx/xx/2020, 15:08:16, **********05, **********00, Seher ora nəşriyyata gelirem seni orda tapmasam ordanda polise gedirem; xx/xx/2020, 22:01:44, **********00, **********74, Adam kiwi olar.sen kiwilikden uzaq adamsan.; xx/xx/2020, 13:33:00, **********41, **********00, Bir də zıngimi qaldırmadaz blok edəcəm sizi; xx/xx/2021, 19:16:08, **********19, **********00, Mennen qabax danisirdiz teli niye acmirsiz; xx/xx/2021, 20:41:47, **********55, **********00, Mən nə edim?; xx/xx/2021, 19:55:08, **********55, **********00, Ağsaqqal, mən nə edim?; xx/xx/2021, 21:05:17, **********55, **********00, Ağsaqqal, əhvalukum çetor əst? ; xx/xx/2021, 00:04:51, **********55, **********00, Aqibətin xeyir, dəyərli imsan. Sizdən xəbər ala bilmədim. Hər şey yolundamı?; xx/xx/2021, 15:13:56, **********55, **********00, 050 *** ** ** Şahid3; xx/xx/2021,01:05:35,**********55,**********00, Salam, ağsaqqal. Gecələr yatmaq lazımdır ki, sonra səhərlər ayaq üstə yatmayasan...; xx/xx/2021, 18:34:51, **********60, **********00, **********730239 (Kapital banka məxsus bank kartıdır); xx/xx/2021, 19:49:23, **********00, **********55, Salam İqbal müəllim. Sizi narahat eden Rovsen müəllimdir. Men Rufet muellimle danisdim, hec bir etirazi olmadigini Huseyinin ise qayitmasi barede sizinle elaqe saxlamagimi meslehet gordu. Size zeng eliyirem goturmursuz. Xais edirem zengimi acin.; xx/xx/2021, 15:43:09, **********88, **********00, Bu çox vacibdir. Mənə geri zəng edin. xx/xx/2021, 11:32:25, **********41, **********00, Telefonu qaldır təcili xx/xx/2021, 00:30:41, **********55, **********00, Gecən xeyiri, yokdaş konfliktoloq. Bir nəfər deyirdi ki, mənə axsam mütləq zəng edib xoş xəbər deyəcəkdi. Mən dedim ki, zəng etməyəcəm sən. Dediniz, xeyr, demişəmsə, edəcəm. Bəs nə oldu, ay yoldaş həmsədr? Bəs zəng edirdiniz.. Nə oldu, pişik asqırdı? Nə isə... xx/xx/2022, 15:01:56, **********56, **********00, Salam aleykÄ%m.bezdirdin sen meni xx/xx/2022, 15:09:43, **********56, **********00, Allahdan qorxmursan menden goturduyun borç adıyla 2500 dollar pulu 10 ildir ki qaytarmirsan xx/xx/2022, 11:43:38, **********24, **********00, Rovsen telfonu ac sene sozum var qelecem suze xx/xx/2022, 21:10:06, **********00, **********00, Salam,Rovshen emi, menim valideynlərim menden cavab gozleyir,onlara İhefteye duzelecek demishdim 2 hefte keçib. xx/xx/2022, 21:10:44, **********00, **********00, Ne deyim onlara,zenglerime de cavab vermirsiniz.. xx/xx/2022, 17:20:42, **********00, **********00, Salam,Rovshen emi diplom meselesi alinana oxshamir,her gun bir shey..alinmir deyin alin mir, men de ishimi bilim, camaatin yaninda yalanci chixmisham. xx/xx/2022, 18:14:20, **********00, **********00, Yelo bank,Anar hesenov sedr, Nigar ibadzade insan resurslar! direktoru vakansiya keyfiyyete nezaret. xx/xx/2022, 15:09:55, **********00, **********00, Salam Rovshen emi,sizin zənginizi dunenden gozleyirem,bu gun de telefonu goturmursunuz.Celala deyim onun bir tanishi var idi,ona desin .Menim valideynlərim menden cavab gözləyirlər,bu 1 ay icinde men qocaldim day. oturduğum yerde oz bashima ish achdim. xx/xx/2022, 16:42:02, **********00, **********00, Salam,zeng edirem goturmursuz dediniz 14.30da zeng ele bayağdan yigiram.. xx/xx/2022, 10:07:55, **********00, **********00, Salam.Rovshen emi men chixmisham yoldayam 10.30orda olaram.in she Allah xx/xx/2022, 16:31:19, **********00, **********00, Salam Rovshen emi.Sizinle bu gun danisha bilmirem,ne xeber dunen?dunen gorushe bildiniz? xx/xx/2022, 11:08:51, **********00, **********00,Salam,necesiniz?mamagil menden cavab gozleyir,ne deyim onlara?hansi vaxti deyim? xx/xx/2022, 18:21:34, **********00, **********00, Rovshen emi salam.Mamagil menden chek isteyirler,onlara kocurtmushem demishdim,indi de gorurler gecdir,chek isteyirler. xx/xx/2022, 13:01:42, **********00, **********00, Salam,univer.diplomun elavesin versin,diplomu ne vaxt verederferq etmez...esas elaveni versinler o 1 saatliq ishdir.. xx/xx/2022, 19:15:45, **********00, **********00, Rovshen emi, bu duzelen deyil.hemen shexse deyin odenishi geri qaytarsin.mamamgilin odenishini verim ozumun ne vaxt pulu olar onda diplomu alaram. xx/xx/2022, 11:11:49, **********00, **********00, Salam,Rovsen emi 5ci gunden yigiram goturmursuz.danishdiniz?bu gun verirler diploma elaveni? xx/xx/2022, 13:41:20, **********00, **********00, Salam Rovshen emi bu gun sabah diplom alinar alinar, alin maz deyersiz pulu qaytararlar mamagil 5ci gun gelecek Bakiya pulu qaytarim onlara,menim eseblerim qalmayib day...demishem pul sizdedir alin masa qaytaracaq,bu 1 hefteni onlari bele saxlamisham... xx/xx/2022, 19:01:51, **********92, **********00, Salam Rovşen melim telf niye cavab vermirsiz sizden narahatam xx/xx/2022, 09:14:27, **********00, **********00, Salam Rovshen emi tel.nu niye baglamisiz?bes menim diplomum hazir idi?mene bir shey olsa siz günahkar olacagsiz.2 aydir siz meni gozledirsiz... xx/xx/2022, 15:05:20, **********00, **********00, **********276148 seferova Shole. leo kartdir,unibankin bankomatından otuzdurar. xx/xx/2022, 19:17:04, **********00, **********00, Rovshen emi pul ne oldu xx/xx/2022, 23:24:08, **********00, **********00, Ayib olsun, sizden hec gozlemezdim.. menim evime her gun soz söhbet salirsiz,ne oldu bes pul oturmushdu???perdeni goturmek istemirdim amma ozunuz mecbur etdiniz. xx/xx/2022, 15:06:03, **********00, **********00, Salam Rovshen emi sizden shikayet etmeyimi isteyirsiz?ayib deyil polise sizden shikayet etsem?mamagilden olsa idi choxdan shikayet etmishdim,hec İrada xalaya demezden ewel,Celal qoymadi... xx/xx/2022, 09:01:01, **********00, **********00, Salam Günortaya kimi pulu verin, kapital bank kredit verir gedin adiniza goturun nece ki menim valideynlerim 1 saatin icinde gedib goturduler...olmasa men bu gun shikayetimi edecem.. xx/xx/2022, 23:27:55, **********00, **********00, Sabah siz mene zeng edeceksiz shikayeti geri goturmek uchun,amma menimle danisha bilmeyeceksizlMeni ele salmisiz? xx/xx/2022, 10:14:57, **********00, **********00, Salam Rovshen emi men gedesi olmadim Lenkerana 5de zenginizi gozleyecem,xeber olmasa size gedecem.orda siz gozleyecem.; xx/xx/2022, 17:59:29, **********99, **********00, Salam axşamın xeyir rövşən müəllim pulu vura bilməyəssənsə gəlim evə götürüm pulu dərmanlarım qalıb; xx/xx/2022, 15:00:35, **********99, **********00, Salam rövşən müəllim ayıbdı e 4 gündü ölürəm mən sən məni oyuncağ kimi əlində fırladırsan; «antenna2020.xls», «antenna2021.xls», «antenna2022.xls» və «antenna2023.xls» adlı qovluqlarda isə Təqsirləndirilən şəxs məxsus olan mobil telefon nömrəsinə münasibətdə tədqiq edilən dövrlər ərzində (2020, 2021, 2022 və 2023-cü il) icra edilmiş zənglərə müvafiq ötürücü anten qurğularının qeydə aldığı məlumatlar göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan +**********00 mobil nömrəsi İlə Zərərçəkmiş şəxs Ağəddin oğlunun istifadəsində olan +**********56 mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18:36:51 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 15:33:10 dəqiqədə və xx.xx.2022-ci il tarixdə danışıqlar qeydə alınmışdır. Sonuncu zəng istisna olmaqla digər zənglər Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan +**********55 mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:10:11 dəqiqədə danışıq qeydə alınmışdır. Həmin danışıq Zərərçəkmiş şəxs tərəfindən icra edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +**********00 mobil nömrəsi ilə Şahid1 istifadəsində olan +**********55, +**********55 mobil nömrəsi arasında 2022-ci ilin oktyabr ayından başlamaqla xx.xx.2022ci il tarixədək müxtəlif vaxtlarda çoxsaylı danışıqlar qeydə alınmışdır. Həmin danışıqların bir hissəsi Təqsirləndirilən şəxs, digər hissəsi isə Şahid1 tərəfindən icra edilmişdir. Həmçinin Şahid1 və Təqsirləndirilən şəxs birlikdə müxtəlif vaxtlarda Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, Əbdulvahab Salamzadə küçəsinin antena əhatəsində, 20 avqust 2021-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhərinin antena əhatəsində olması müəyyən edilmişdir. “Abuneciler.xis” adlı qovluqda isə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə zəng edən, qeyd edilən şəxslərdən zəngləri qəbul edən, habelə sms mesajı yazaraq mesaj qəbul edən abonentlər barədə «Azercell Telekom MMC»nin təqdim etdiyi mümkün məlumatlar yerləşmişdir (cild 1, iş vərəqə 186-189). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş, onunla, həmçinin qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında, həmçinin sonuncunun övladı Şahid3 arasında aparılmış danışıqlar olan səs fonoqramlarının əks olunduğu DVD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatların əks olunduğu CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 2,iş vərəqə 1-63). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Cəcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 5.11.2021-ci il tarixli Amnistiya Qərarının 2,5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 66-67 və 78-84). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5.11.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisi Qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüldüyü qeyd olunmuşdur (cild 3). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs həmin cinayət əməli “az ağır” cinayət olduğundan və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5.11.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən cəzasından azad edildiyindən onun məhkumluğu götürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 93- 94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Şahid1 tərəfindən istintaqa təqdim edilmiş, onunla, həmçinin qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında, həmçinin sonuncunun övladı Şahid3 arasında aparılmış danışıqlar olan səs fonoqramlarının əks olunduğu DVD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatların əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 19 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: -Şahid1 tərəfindən istintaqa təqdim edilmiş, onunla, həmçinin qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında, həmçinin sonuncunun övladı Şahid3 arasında aparılmış danışıqlar olan səs fonoqramlarının əks olunduğu DVD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatların əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1748/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1748/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver