Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1748/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:45-də baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan "Fərhad” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli «Huawei» markalı mobil telefonunda “whatsapp busines” ani mesajlaşma proqramı vasitəsi ilə “Fərhad” adlı şəxsin istifadəsində olan +98 914 *** **** nömrə ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlara qoyularaq göndərilmiş fotoşəkillərə uyğun yerlərdən külli miqdarda ümumi təmiz çəkisi 16,768 qram, 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,278 qram, 4,788 qram, 4,702 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan 103 ədəd həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 4,12 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitəni əldə edib üzərində daşımaqla saxlamış və Azərbaycan Respublikası DİN-in X15 Alayının 3-cü patrul bölüyünün əməkdaşları tərəfindən Xətai RPİ-nin inzibati ərazisində xidmət apararkən onun hərəkətləri şübhə doğurduğu üçün 17 yanvar 2024-cü il tarixdə saat 03:45-də Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan yaşıl rəngli idman şalvarın sol yan cibindən külli miqdarda üç ədəd sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkisi 7,278 qram, 4,788 qram, 4,702 qram ümumi təmiz çəkisi 16,768 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, şalvarın sağ yan cibindən Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan ümumi sayı 103 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 4,12 qram (01 ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə ilə bir ədəd «Huawei» markalı 051 ***-**-** nömrəli mobil telefon və şalvarın sol cibindən üzərində metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, saxlanıldığı yerə mal üçün getmiş və malı götürüb deyilən yerə qoymalı olmuşdur. Narkotiki ona Fərhad göndəmişdir. Həmin şəxslə telefon vasitəsilə tanış olmuşlar və tanışlıqları Fərhadın ona zəng etməsi ilə yaranmışdır. Fərhad pul barəsində ona köməklik edəcəyini demişdir. Fərhadın hansı telefon nömrəsi ilə zəng etməsini xatırlamır, onlar “whatsapp” vasitəsilə danışmışlar. İlk dəfə idi ki, onu tutmuşlar və onu gecə saatlarında saxlamışlar. 3.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır, subaydır, işsizdir, əvvəllər məhkum olunmamışdır. Bir neçə aydır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 2023cü ilin dekabr ayında sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı, anket məlumatlarını bilmədiyi “Fərhad” adlı şəxlə tanış olmuş və istifadəsində olan mobil telefonun 051 *** ** ** nömrəsindən sonuncunun istifadəsində olan +98914 *** ** ** mobil telefon nömrəsinə “Whatsapp Business” ani mesajlaşma tətbiqində danışmağa başlamış, bir neçə günə aralarında səmimi münasibət yaranmış, həmin şəxs ona rahatlıqla pul qazana biləcəyini demişdir. Belə ki, “Fərhad” adlı şəxs ona narkotik vasitə və psixotrop maddələri göndərəcəyi ünvandan (konum) “Whatsapp Business” ani mesajlaşma tətbiqində götürə biləcəyini deyib, bunun müqabilində hər dəfə kart hesabına pul göndərəcəyini təklif etmişdir. O, “Fərhad” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 2023-cü ilin dekabr ayının sonlarından etibarən sonuncu bir neçə dəfə “Whatsapp Business” ani mesajlaşma tətbiqində ona fotoşəkil və ünvan (konum) göndərmişdir. Fərhadla danışıb həmin ünvanlara gedərək torpaqda, daşın altında və sair bu kimi yerlərdən narkotik vasitələr və psixotrop maddələri götürüb üzərində saxlayaraq, sonuncunun ona “Whatsapp Business” ani mesajlaşma tətbiqində göndərdiyi yeni ünvanlara gedib həmin narkotik vasitələrlə psixotrop maddələri yerləşdirib, fotoşəkillərini və ya ünvanlarını (konum) həmin tətbiqdə Fərhada göndərmişdir. Bunun müqbilində isə Fərhad ona göndərdiyi müxtəlif bank kartlarına pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində “Fərhad” adlı şəxs “Whatsapp Business” ani mesajlaşma tətbiqində ona fotoşəkil və ünvan göndərmiş, sonuncu ilə zəngləşib narkotik vasitə və psixotrop maddələri izah etdiyi yerdən götürüb bir müddət sonra bildirəcəyi başqa ünvana qoyacağını demişdir. Sonuncunun göndərdiyi Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən xatırlamadığı ünvana gedib orada yol kənarında daşların altına qoyulmuş 11 ədəd üstdə metadon adlı həbləri və 5 bükümdə psixotrop maddə metamfetamini götürərək yaşadığı ünvana qayıtmış, bundan sonra “Whatsapp Business” ani mesajlaşma tətbiqində Fərhadla danışmış və ona həmin maddə ilə həbləri izah verdiyi ünvanlara qoymağını istəmişdir. Daha sonra mobil tətbiq vasitəsilə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi sifariş edərək Bakı şəhəri, Xətai rayonu ərazisinə gəlmiş, “Fərhad” adlı şəxsin bildirdiyi ünvana gedərkən xx.xx.2024-cü il tarixdə saat 03:45də Xətai rayonu, Zığ yolu, Liman küçəsində ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 36-cı PŞ-nə gəlmiş, PŞdə olarkən narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini eyni zamanda üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, iştirakçılar ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli idman şalvarının sol yan cibindən 04 ədəd sellofan və bir ədəd kağız bükümlərdə psixotrop maddələri, elektron tərəzini və sağ yan cibindən 11 ədəd üst metadon həblərini, həmçinin içərisində 051 ***-**-** saylı mobil nömrəm olan “Huavei” markalı mobil telefonumu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin içərisində psixotrop maddələr olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, sellofan bükümlər qablaşdırma ilə birlikdə ümumi 24,57 qramda olmaları müəyyən edilmiş, həmin bükümlər, 11 ədəd listdə metadon həbləri və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və özü daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş, ona qarşı hər hansı fiziki güc tətbiq edilməmiş, “Fərhad” adlı şəxsi ümumiyyətlə görməmiş, sonuncu ilə real həyatda üz-üzə gəlməmiş, “Fərhad” adlı şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu, orada yaşadığını və +98 914 *** ** ** mobil telefon nömrəsi istifadə etdiyini bilir, sonuncunun anket və digər məlumatlarını bilmir, “Fərhad” adlı şəxslə 2023-cü ilin dekabr ayında sosial şəbəkədə tanış olmuş və ondan sonra isə qeyd olunan mobil nömrəsi ilə “Whatsapp Business” ani mesajlaşma tətbiqində danışaraq ünsiyyət saxlamışdır. Sonuncu ilə “Whatsapp Business” ani mesajlaşma tətbiqində danışaraq ona bildirdiyi ünvanlarda tanımadığı, görmədiyi və anket məlumatlarını bilmədiyi şəxs və ya şəxslər tərəfindən qoyulmuş narkotik vasitə və psixotrop maddələri götürərək üzərində saxlamış, daha sonra “Fərhad” adlı şəxsin ona bildirdiyi müxtəlif ünvanlara gedərək həmin narkotik vasitə və psixotrop maddələri yol kənarında, qaranlıq yerlərdə daşın yanında, altında, torpaqda və s. bu kimi gizli yerlərdə yerləşdirib həmin nöqtələri sonuncuya bildirmiş və bunun müqabilində isə “Fərhad” adlı şəxs onun təqdim etdiyi xatırlamadığı müxtəlif bank kartlarına müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn qaydada göndərmişdir (İ cild, səh. 192-196). 4.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə təqsirləndirilən şəxsi Xətai rayonunda Liman yolunda gecə saatlarında saxlamışlar. Gecə saatlarında bir nəfərin əlində işıqla nəsə axtardığını görmüşlər və yaxınlaşdıqda həmin şəxsin bir qadın olduğunu görmüşlər. Özlərini təqdim etmişlər, şəxs suallarına qeyri-səmimi cavab vermiş və üzərində hansısa sənəd olmasını soruşduqda heç bir sənədin olmadığını demişdir. Xanımı 36-cı Polis Bölməsinə dəvət etmişlər və sonra növbəçi hissəyə təhvil vermişlər. Daha sonra bölmədə videoçəkilişlə üzərinə baxış keçirilmiş, üzərindən dərman preparatları və narkotik vasitələrə oxşar maddələr aşkar edilmişdir. Şəxsi saxlayanda üç nəfər olmuşlar və saxlayarkən xanımın üzərinə baxış keçirməmişlər. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa formada zor və təzyiq göstərilməmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, DİN-nin ƏÇPA-nın 3-cü Patrul Bölüyü polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsini daşıyır. 17 yanvar 2024-cü il tarixdə DİN-nin ƏÇPA-nın 3-cü Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid1 və həmin bölüyün polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Xətai RPİ-nin inzibati ərazisində xidmət apararkən saat 03:45-də Bakı şəhəri, Xətai rayonu, Zığ yolu Liman küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsdən şəxsiyyəti barədə məlumat soruşduqda sonuncu, özünü xx.xx.1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə profilaktiki söhbətlər aparan zaman əllərini ciblərinə qoyaraq nəsə gizlətdiyini, danışıqlarında qeyri-səmimilik və üzündə solğunluq aşkar şəkildə göründüyündən sonuncuya narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 36-cı PŞ-nə aparıb polis şöbəsində sonuncunun gətirilməsi barədə raport tərtib edərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Rəşad Babayevə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı Rəşad Babayev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra isə Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli idman şalvarının sol yan cibindən dörd ədəd sellofan bükümlərdə bir ədəd kağız bükümdə içərisində ağ rəngli kristalşəkilli maddələr, üzərində yazısı olmayan Çin istehsalı olan elektron tərəzi, həmin şalvarın sağ yan cibindən isə üzərində “Methadone 40” yazıları olan 11 ədəd listdə dərman həbləri və içərisində 051 ***-**-** saylı mobil nömrə olan qara rəngli “Huawei” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Sonuncudan dörd ədəd sellofan və bir ədəd kağız bükümlərin, 11 ədəd listdə dərman həbləri içərisində nə olması soruşduqda o, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, 11 ədəd listdə dərman həblərinin isə metadon olduğunu və elektron tərəzinin də özünə məxsus olduğunu bildirərək, həmin içərisində metamfetamin olan bükümləri və dərman həblərini Bakı şəhərində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında sosial şəbəkədə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə danışaraq sonuncunun göndərdiyi ünvana (konum) gedib əldə etdiyini və həblərdən bir neçəsini istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə bükümlərin çəkisi qablaşdırma ilə birlikdə 24,57 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (İ cild, səh. 119-121). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gecə növbəsində olan zaman Xətai rayonunda “Nargilə” dairəsi deyilən ərazi tərəfdə Liman yolunda gecə saatlarında bir xanımın işıqla yerdə nəsə axtardığını görmüşlər. Qaranlıq yer olduğundan nə etdiyini soruşmuşlar və onlara həyəcanlı cavab verdiyini görmüşlər. Yaxınlaşıb nə itirdiyini soruşanda cavab verə bilməmişdir. Kimliyini soruşduqda suallara qeyri-səmimi cavab verdiyindən onlar da şübhəli şəxs kimi 36-cı Polis Şöbəsinə dəvət etmişlər. Xanımın saxlanılmasında üç nəfər o, Vüqar və Vasif iştirak etmişlər. Şöbədə üzərinə videoçəkilişlə və vəkilin iştirakı ilə baxış keçirilmiş, üzərindən dərman preparatları, bükümlər və tərəzi aşkar edilmişdir. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa formada zor və təzyiq göstərilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 127-129). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, gecə saat 3-4 radələrində xanıma yaxınlaşmışlar, həmin vaxt xanım nə isə axtarmış və özünü şübhəli aparmışdır. Xanımdan nə problemi və sıxıntısı olmasını soruşmuşlar. Daha sonra xanımı 36-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlayarkən üç nəfər olmuşlar, saxlanıldıqdan sonra o da videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, üzərindən dərmanlar və “kokos” çıxmışdır. Aşkar edilənlərlə bağlı bildirmişdir ki, kimsə oraya qoymuş və götürməyə getmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman hansısa qaçmağa cəhd etməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 123-125). 10.Məhkəmə iclasında ekspert qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, birinci ekspert rəyində bükümlər göstərilmiş, bir ədəd kiçik ölçülü kağız büküm boş olduğundan onu rəydə qeyd etməmişdir. İkinci rəydə həmin kağız büküm barədə qeyd etmiş, digər bükümlər birinci rəydə ətraflı qeyd olunduğundan onlarla bağlı bildirməmişdir. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/295 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,278 qram, 4,788 qram, 4,702 qram ümumi təmiz çəkisi 16,768 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş ümumi sayı 103 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,12 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bükümdə təmiz çəkisi 5,282 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir (İ cild, səh. 34-39). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2236 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdə olan bir ədəd kiçik ölçülü kağız büküm boş olduğundan-içərisində heç bir madda nümunəsi olmadığından digər üç ədəd bükümdə olan metamfetamin ilə müqayisəli tədqiqat aparılmadı (İ cild, səh. 153-155). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 04 mart 2024-cü il tarixli 1436 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 139-140). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 yanvar 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli idman şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi, 4 ədəd açıq rəngli sellofan bükümdə və 1 ədəd ağ kağız bükümdə içərisində ağ rəngli kristal şəkilli maddə çıxarıb təqdim edərək onun “metafetamin” maddəsi olduğunu, sağ yan cibindən isə üzərində “Methadone 40” yazısı olan 11 ədəd tabletka dərmanları və üzərində ***-***-**-** nömrəsi olan “Huawei” markalı mobil telefonu təqdim edərək, həmin narkotik maddələri və dərman həblərini “20 Yanvar” metrosunun yaxınlığında adını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona atdığı konum vasitəsi ilə əldə etdiyini və üzərində gəzdirərək dərmanlardan 1 neçəsini istifadə etdiyini bildirmişdir. Həmin maddələr bükümlə birlikdə üzərində yazısı olmayan elektron tərəzidə ölçülərək çəkisinin qablaşdırma ilə birlikdə 24,57 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və tabletka dərmanlar elektron tərəzi ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxsdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir (İ cild, səh. 27-28). 15.«Mobil telefona baxış keçirilməsi haqqında» 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huawei” markalı mobil telefon aparatına baxış keçirilmişdir. İş masası üzərində yerləşən «Qalereya» bölməsinə baxış keçirilən zaman orada 08 yanvar 2024-cü il tarixdə çəkilmiş, tərəzi üzərində bağlamalar olan, tərəzinin ekran hissəsində bağlamaların 13.00 və 13.01 qram çəkidə olmasını əks etdirən fotoşəkillər, həmin tarixdə çəkilmiş hansısa ünvanın üç hissədən, həmçinin başqa bir ünvanın iki hissədən fotoşəkilləri, bundan başqa iş masası üzərində yerləşən “Gspace” bölməsinə daxil olub “Whatsapp Business” adlı proqrama daxil olunduqda «Ferhat» (+98 914 701 1841) adı ilə qeydiyyata alınmış şəxslə həmin tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair səsli mesajlar, sms mətnləri, ünvanların, üzərində bağlama olan tərəzinin fotoşəkilləri olması aşkarlanmışdır. “Whatsapp Business” bölməsində zənglər hissəsində isə “Ferhat” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı nömrə ilə mütamadi olaraq danışıqlar olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs +98 914 *** **** nömrənin “Fərhad” kimi tanıdığı İran İslam Respublikası vətəndaşına məxsus olmasını, sonuncu ilə sosial şəbəkədə tanış olduğunu, anket məlumatlarını bilmədiyini, “Fərhad”ın bildirdiyi ünvanlarda tanımadığı, görmədiyi və anket məlumatlarını bilmədiyi şəxs və ya şəxslər tərəfindən qoyulmuş narkotik vasitə və psixotrop maddələri götürərək üzərində saxladığını, müxtəlif ünvanlara gedərək həmin narkotik vasitə və psixotrop maddələri yol kənarında, qaranlıq yerlərdə daşın yanında, altında, torpaqda və s. bu kimi gizli yerlərdə yerləşdirib həmin nöqtələri sonuncuya bildirməsini və bunun müqabilində “Fərhad” adlı şəxsin ona müxtəlif məbləğlərdə onlayn qaydada pul vəsaitləri göndərdiyini bildirmişdir (İ cild, səh. 100-103). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 27 fevral 2024-cü il tarixli, 1/955 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (İ cild, səh. 116). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 mart 2024-cü il tarixli, 3464 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 118). 18.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 16,768 qram olan psixotrop maddə olan metamfetamin, 103 ədəd metadon həbləri, 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 16,618 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd büküm 5,232 qram çəkidə ağ rəngli maddə, 97 ədəd metadon həbləri və elektron tərəzi saxlanması üçün Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (İ cild, səh. 164-173). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 16). 20.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 4(011)-47/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 73-78). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X5 İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 87). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 32.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 36.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş “Huawei” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı “Whatsapp Business” ani mesajlaşma tətbiqində narkotik vasitənin və psixotrop maddənin satışı ilə bağlı kifayət qədər aydın yazışmaların və səs yazılarının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 37.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 38.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 48.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 49.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 50.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 51.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 52.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 55.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 97 ədəd narkotik vasitə metadon həblərinin, 16,618 qram çəkidə psixotrop maddə metamfetaminin və bir ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus «Huawei» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 56.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 57.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 58.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 59.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 60.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 61.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 62.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 97 ədəd narkotik vasitə metadon həbləri, 16,618 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Huawei» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev