Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1749/2021 29.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1977-ci il avqustun 02-də Bərdə rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bərdə rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü mal-qara ilə bağlı biznes quran kimi qələmə verib Rusiya Federasiyasından və Gürcüstandan çoxlu sayda iri buynuzlu mal-qaranı gətirərək Azərbaycan Respublikası ərazisində satmaqla mənfəət əldə etmək adı ilə yalan vədlər verdikdə sonuncunu inandırıb etibarını qazanaraq aralarında yaranan inam və etibardan sui-istifadə etməklə birgə iş fəaliyyətini qurmaq adı ilə etibardan sui-istifadə etmə və aldatma yolu Zərərçəkmiş şəxs 2014-cü il iyulun 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, 1 ünvanında 101.000 manat nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2016-cı il iyunun 14-dən Rusiya Federasiyasının Smolensk şəhərində yaşamışdır. 2019-cu ilin sonlarında Bərdə rayonundan tanıdığı Zərərçəkmiş şəxs ondan şikayət etdiyindən polisin onu axtarmasını öyrənmişdir. 2021-ci il fevralın 16da polis əməkdaşları Smolensk şəhərində onu saxlayaraq Azərbaycan Respublikasına ekstradisiya etmişlər. 2008-ci ildən 2016-cı il iyun ayının əvvəllərinədək Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsindəki «Hamam» adlanan yerin yanında icarə əsasında iaşə obyekti işlətmiş, Bərdə rayonundan gətirdiyi mal-qaranı kəsməklə satıb pul qazanmışdır. Rəşadın dedikləri yalandır, belə ki, o, sonuncu ilə 2015-ci ilin axırlarında Tərtər rayonunda təklikdə görüşərək həmin şəxsdən cəmi 8.000 manat pul almış, 3.000 manatı geri versə da yerdə qalan 5.000 manatı qaytara bilməmişdir. Aralarında heç zaman mal-qara satılması ilə əlaqədar şəriklik olmamışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci ildən Bərdə rayonunun İmamqulubəyli kəndindən tanıdığı Təqsirləndirilən şəxs göstərilən ərəfədə qəssablıqla məşğul olmaqla sonuncunun Bakı şəhərində çoxlu sayda ət dükanları olmuşdur. O, özünə məxsus çoxlu sayda mal-qaranı Elgizə satıb 30.000-40.000 manat xeyir götürmüş, Elgizə 2014-cü il iyulun 03-də ünvan 1 ünvanında tanışı Şahid2 iştirakı ilə 101.000 manat məbləğində nağd pul vermiş, bundan sonra Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki «Badu Kubə» restoranının yanında 10.000 auro nağd pulu adını xatırlamadığı işçisi ilə göndərmişdir. Elgiz ona Rusiya Federasiyasından və Gürcüstandan iri buynuzlu mal-qara gətirərək satmaqla mənfəət əldə etmək vədini müxtəlif bəhanələrlə yerinə yetirməmişdir. Hazırda ona dəyən ziyan Elgiz tərəfindən tam şəkildə ödənildiyindən sonuncu ilə barışmışdır, Elgizə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid1 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ifadəsində Zərərçəkmiş şəxs uzun illərdir tanıyaraq sonuncunun kiçik sahibkarlıq fəaliyyətiylə məşğul olduğunu, Təqsirləndirilən şəxs şəxsən tanımasa da 2014-cü ilin axırlarında sonuncunun ümumilikdə 121.000 manat pulunu ələ keçirməsini, xaricdən mal-qara gətirməklə Azərbaycanın ərazisində satıb mənfəət əldə etmək vədi verməsini Rəşaddan öyrəndiyini, sonuncunun Elgizlə telefonda danışarkən həmin şəxsin Rəşaddan pul almasını etiraf etməsini, guya hətta bir qədər mal-qara satmasını söyləməsini eşitdiyini, 2016-cı ildə Elgizin ölkə hüdudlarını tərk etməsinin məlum olmasından sonra Rəşadın onun məsləhəti ilə polisə müraciət etdiyini göstərmişdir (iş vərəqi 221-223). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə vermişdir (iş vərəqi 100-102). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli «Respublika Psixiatriya Xəstəxanası»nın 2017-ci il 02 fevral tarixli 520 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 27). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2017-ci il 05 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır (iş vərəqi 32-33). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 2017-ci il 25 fevral tarixli 016-23085-1217 №-li və 2017-ci il 06 mart tarixli 016- 26334-1217 №-li məktubunlarının kserosurətlərindən, habelə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 2017-ci il 28 fevral tarixli **********59 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməməklə sonuncunun adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkarlanmamışdır (iş vərəqi 42-44). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 17 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə axtarışda olan təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 97-99). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 29 may tarixli 17/38-3554 №-li məktubundan görünür ki, 2021-ci il fevralın 16-da Rusiya Federasiyasının Smolensk şəhərində tutulan Təqsirləndirilən şəxs 2021-ci il mayın 27-də təcridxanaya gətirilmişdir (iş vərəqi 114). İş materiallarında olan Smolensk şəhəri Promışlennıy Rayon Məhkəməsinin 2021-ci il 09 aprel tarixli qərarının tərcüməsindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2021-ci il avqustun 14-dək uzadılmışdır (iş vərəqi 115-118). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 2017-ci il yanvarın 20-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 146). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 2021-ci il 27 may tarixli 020-6369-1221 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası və Rusiya Federasiyasının hüquqmühafizə orqanlarının qarşılıqlı razılığına əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikasına verilən Təqsirləndirilən şəxs 2021-ci il mayın 27də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunun əməkdaşları tərəfindən qəbul edilərək Bakı İstintaq Təcridxanasına təhvil veriləcəyi bildirilmişdir (iş vərəqi 151). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2021-ci il 10 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2021-ci il avqustun 23-dək uzadılmışdır (iş vərəqi 160-163). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 2021-ci il 13 iyul tarixli 1533 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməyib fərdi-psixoloji xüsusiyyətlərinə görə adaptiv və ünsiyyətcil, özünəməxsus mövqeyə və prinsipə malikdir, sonuncu fizioloji affekt vəziyyətində olmamaqla ittiham edildiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 172-174). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2017-ci il 05 fevral tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, 1 ünvanını göstərib 2014-cü il iyulun 23-də Şahid2 şahidliyi ilə 101.000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 185-187). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 sentyabr tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid2 Təqsirləndirilən şəxslə ayrı-ayrılıqda üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu onların dedikləri ilə razılaşmayaraq yalan danışdıqlarını bildirmişdir (iş vərəqi 214-219). İş materiallarında olan 2013-cü il 26 aprel tarixli AZ-İ seriyalı 859116 №-li nikah haqqında, 2013-cü il 03 may tarixli AZ-İİİ seriyalı 091359 №-li və 2018-ci il 07 avqust tarixli AZ-İV seriyalı 144542 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən, 2020ci il 06 avqust tarixli İ-MP seriyalı 835173 №-li doğum haqqında şəhadətnamənin kserosurətinin notariat qaydasında təsdiqlənən surətindən görünür ki, Elgiz Mədət oğlu X1 ilə nikahından 2012-ci il 01 iyul təvəllüdlü X10, 2013-cü il 17 oktyabr təvəllüdlü X9 və 2019-cu il 07 iyun təvəllüdlü X11 adlı övladları vardır (iş vərəqi 240-244). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 29 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2021-ci il 30 sentyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncuya 10.000 avro verilməsi ilə bağlı hissədə cinayət işinə xitam verilmişdir (iş vərəqi 245-249 və 251-252). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmuş 2021-ci il 01 oktyabr və 2021-ci il 15 noyabr tarixli, habelə 2021-ci il 04 noyabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəyən 101.000 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən sonuncu ilə barışmışdır, ona qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci il fevralın 16-dan 2021ci il noyabrın 29-dək həbsdə saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alıb Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili vəkili X5 tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili X2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il fevralın 16-dan 2021-ci il noyabrın 29-dək həbsdə saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 02 (iki) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili X2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1749/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1749/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver