Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-175/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:50-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X37 və X7, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X38, X25 və Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş və hüquqi varis X17 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta-ixtisas təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə, xx xxxxxx 1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Şahid7 küçəsi ev 16, mənzil 14-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu X8 inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Fərəh Mənsimovanın bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, adından imza etməyi, iddia ərizəsini imzalamağı, ərizə tərtib və təqdim etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda Fərəh Mənsimova tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Fərəh Mənsimovanın ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Fərəh Mənsimovadan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 04.06,2015-ci il tarixdə X9 verilmiş **********21-05101- 093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 3 ünvanında yerləşən, 2016-cı ilin noyabr ayına orta bazar qiyməti ilə dəyəri 78.219 manat 36 qəpik təşkil edən yaşayış sahəsini 09 noyabr 2016-cı il tarixdə ünvan 38ntorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Fərəh Mənsimovaya 78.219 manat 36 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən İbarət olmasından asılı olmayaraq Zərərçəkmiş şəxs bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, İşləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz M ən si m ovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus və xx.xx.2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Zərərçəkmiş şəxs adına qeydə alınmış, 2017-ci ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri 42.000 manat təşkil edən “Toyota Land-Cruiser Prado’’ markalı **- XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə Şahid14 sataraq sonuncunun adına rəsmiləşdirib əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 42.000 manat məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik, 2018-ci ilin mart ayına orta bazar qiyməti ilə dəyəri 309.992 manat 50 qəpik təşkil edən dörd otaqlı 106 nömrəli mənzili "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Şahid15 adına, bundan sonra isə Şahid15 adından müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Şahid3 adına rəsmiləşdirib sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 309.992 manat 50 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən özünün və tanışı Təqsirləndirilən şəxs2 xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsinə, bundan sonra Təqsirləndirilən şəxs2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməyə nail olaraq həmin mənzili Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu İl tarixə orta bazar qiyməti ilə dəyəri 144.311 manat 20 qəpik təşkil edən fərdi bağ evini 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı dövlət Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 144.311 manat 20 qəpik məbləğində, ümumilikdə isə Zərərçəkmiş şəxs 729.018 manat 10 qəpik məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ailə sürücüsü olduğu Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Zərərçəkmiş şəxs bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya Zərərçəkmiş şəxs etibar etdiyi həmin səlahiyyətlərdən özlərinin xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək barədə aralarındakı cinayətkar razılaşmadan irəli gələrək həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edən Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs məxsus, "Kapitol” firmasının ünvan 4 ünvanında İnşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə öz adına satılmasının rəsmiləşdiriiməsinə nail olmuş, bundan sonra Təqsirləndirilən şəxs2 öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməklə həmin mənzili Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, hazırda ittiham olunduğu bütün əməlləri müdiri Zərərçəkmiş şəxs göstərişi ilə etmişdir. Onun yaddaşında problemlər yarandığı üçün, baş verənləri müdafiəçisinə danışmışdır. Əvvəllər onun müdiri Zərərçəkmiş şəxs Eldar Mahmudov ilə iş birliyi olmuş, sonradan problem yarandığı üçün o, evləri müdirinin istəyi ilə etibarnamə əsasında satmağa başlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında vermişdir. Belə ki, müdiri Çingiz Məmmədova məxsus daşınan və daşınmaz əmlakların satışından gələn pulları sonuncuya vermişdir. Həmin əmlakları neçəyə satıldığı və necə satıldığını xatırlamır. Belə ki, ona pul lazım olduğu üçün “Prado” markalı maşını satmış və həmin puldan 10.000 dollar Çingiz müəllimə vermişdir. Azadlıq prospektində yerləşən mənzil Fərəh Mənsimovanın mülkiyyətində olmuş və müdirinin istəyi ilə o həmin mənzildə yaşamağa başlamışdır. Daha sonra Çingiz müəllimin istəyi ilə həmin mənzili o, 79.000 manata Bəhlul adlı şəxsə satmış və həmin puldan müdirinə 69.000 manat pul vermişdir. Evin satılmasından Fərəh Mənsimovanın xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs2 borcu olmuş, ünvan 4 ünvanında olan üç otaqlı mənzili Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirmiş, lakin satılan evdən Təqsirləndirilən şəxs2 pul verməmişdir. Evlərin satılması barədə Zərərçəkmiş şəxs ona şəxsən özü demişdir. “Prado” markalı avtomobildən öncə olan avtomobili o, Zərərçəkmiş şəxs istəyi ilə əmisindən borc alaraq sonuncuya almışdır. Hazırki vaxtadək Çingiz müəllimin ona 328.000 manat borcu olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşımaqla ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 16 avqust 2020-ci il tarixdə şübhəli şəxs və 18 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qimində dindirilərkən ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında həyat yoldaşı X12 ilə birlikdə yaşayır. X31 ilə 2000-cİ ildə rəsmi nikahla ailə həyatı qurmuş, lakin övladı yoxdur. Samirə heç yerdə işləmir, evdar qadındır. Özünün Samirədən övladı olmadığı üçün qeyri-rəsmi ikinci ailəsi də vardır. Faktiki ikinci ailəsi olaraq X10 ilə qeyri-rəsmi ər- arvad münasibətində yaşayır, nikahı yoxdur, lakin Rəbiyyə ilə özünün iki oğlan övladı var. Böyük oğlu Vasif 2013cü il təvəllüdlü, kiçik oğlu Yusif isə 2016-cı il təvəllüdlüdür. Özü rəsmi olaraq heç yerdə işləmir, əvvəllər fərdi sürücülüklə məşğul olmuşdur. 1986-cı ildə Laçın rayonunun Mais kənd orta məktəbinin 8-ci sinfini bitirəndən sonra Bakı şəhəri Dərnəgül qəsəbəsi ərazisində yerləşən 178 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi avtoelektrik ixtisası üzrə başa vurmuş, həmçinin eyni vaxtda Bakı şəhəri Biləcəri qəsəbəsində sürücülük məktəbini də bitirmişdir. 1988-1990-cı illərdə keçmiş Sovet dövlətinin silahlı qüvvələrində Almaniyada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Bakı şəhəri Mehdiabad qəsəbəsində ixtisası üzrə avtoelektrik işləmiş, sonra bir müddət fərdi qaydada sürücülüklə məşğul olmuşdur. Özü Zərərçəkmiş şəxs 1995-ci ildən tanıyır, həmin tarixdən etibarən son vaxtlara kimi, yəni 2020-ci ilin yanvar ayına kimi özü Zərərçəkmiş şəxs şəxsi və ailə sürücüsü işləmişdir, Zərərçəkmiş şəxsla və onun ailə üzvləri ilə həmişə yaxşı münsaibətləri olmuşdur, aralarında heç vaxt, ədavət və düşmənçilik, qərəzli münasibət olmamışdır. Bİr sürücü və müdir kimi həmişə yola getmişlər, hətta deyərdi ki, Zərərçəkmiş şəxs həmişə ona öz ailəsinin bir üzvü kimi doğma münasibət göstərmiş, daima çətinliyi olanda ona maddi və mənəvi dəstək olmuşdur. Zərərçəkmiş şəxs əvvəlki illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur, 2005-cİ ildən isə hazırki vaxta kimi "xxxx" ASC-də işləmiş, həmin bankın sədrinin müşaviridir. Çingizin həyat yoldaşı Leyla Axundzadə 2011-ci ildə xərçəng xəstəliyindən ölmüşdür, Fərəh adlı bir qızı və Adil adlı bir oğlu var. 2015-ci ildə Çingiz bir qədər səhhəti İlə əlaqədar hansısa dövlət orqanlarına gedib gəlməkdə çətinlik çəkmiş, həmçinin qızı Fərəhin də şəxsi işləri çox olduğundan özləri hər dəfə vaxt itirməsinlər deyə həm Çingiz, həm də Fərəh əmlaklarının idarə edilməsi üçün lazımi sənədləşmə işlərini yerinə yetirməyə görə ona mülki etibarnamələr vermişlər, yəni bütün əmlaklarının idarə edilməsini, üzərində sərəncam verilməsini ona etibar etmişlər. Belə ki, Çingiz, eləcə də qızı Fərəh həmişə ona etibar etmişlər, inamları çox olmuşdur. Nəticə etibarilə 01 dekabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ona Bakı şəhəri 13 saylı dövlət Notariat kontorunda, onun qızı Fərəh Mənsimova isə eyni tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda etibarnamələr vermişlər. Həmin dövrdə xatırladığına görə Zərərçəkmiş şəxs Bakı şəhərində həm də torpaq alveri ilə məşğul olmuş, ona görə də bəzən notariat kontorlarında, yaxud digər orqanlarda sənədləşmə zərurəti yarandığı üçün həm özü, həm də qızı Fərəh həmin etibarnamələri ona vermək qərarına gəlmişlər. Özü də torpaq işi ilə bağlı bir neçə dəfə həmin etibarnamələr əsasında hərəkət etmişdir. 2014-cü ildə özü Bakı şəhəri Azadlıq prospektində “Dostluq” kinoteatrının yanındakı çayxanada tanışı Faiq Əhmədov adlı şəxslə çay içib söhbət etmişdir. Faiqin atasının adını bilmir, Faiqi özü təxminən 2003-cü ildən tanıyır, əslən Tovuz rayonundandır, bildiyinə görə X55 kəndindəndir. X56 yaşadığı ünvan 7 ünvanında onunla qonşuluqda yaşayır, “Dostluq” kinoteatrının arxasındakı həyətdir. Söhbət əsnasında Faiq ağlayaraq ona bildirmişdir ki, öz qızının böyrəyi xəstə olduğu üçün müalicəsinə 6000 manat pul lazımdır, heç yerdən borca pul tapa bilmir. Faiq ondan xahiş etmişdir ki, onun üçün 15 gün müddətinə borca 6000 manat tapmaqda ona kömək etsin. Özü də yazığı gəldiyi üçün tanışı Şahid16 adlı faizə pul verən kimi tanıdığı şəxsə zəng etmiş, məsələni ona da bildirmiş və tanışı Faiq üçün 15 gün müddətinə borca 6000 manat pul istəmişdir. Elşadın atasının adını bilmir, səhv etmirsə Bakı şəhərində Ceyhun Hacıbəyli küçəsində hansısa evdə yaşayır, dəqiq ünvanı bilmir. Qısası Elşad ona demişdir ki, əgər 15 günə borc götürülən pul qaytarılacaqsa üstündə heç bir faiz istəmir, lakin bir aydan çox uzansa 6000 manat pulun üstündə hər ay üçün 600 manat faiz qazanc alacaqdır. Özü də razılaşmış, elə həmin gün “Dostluq” kinoteatrının yanında Elşadla görüşüb ondan 6000 manat pufu Faiq üçün öz adı ilə Elşaddan 15 gün müddətinə borc götürmüşdür. Faiq də onun yanımda olmuş, Elşad pulu ona verərək bildirmişdir ki, özü pula görə onu tanıyır. Həmin pulu Elşaddan götürüb onu tanışı Faiqə təqdim edib vermiş, Faiq də söz vermişdir ki, 15 günə həmin borcu qaytaracaqdır. Lakin vaxt vədə tamam olmuş, Faiq borcu qaytarmamış, özü Faiqi tapa bilməmişdir. Sonra həmin günlərdə Elşad bir ayın tamamından sonra ondan pulun faizini istəməyə başlamış, özü isə ilk vaxtlarda 200-300 manat ona versə də sonradan faizləri ödəyə bilməmişdir. Bir neçə ay sonra Elşad faizləri hesablayaraq onun təxminən 15.000 manat borcu olduğunu bildirmişdir. Nəticədə aralarındakı söhbət zamanı özü borcu qaytara bilmədiyini ona deyəndə Elşad ona təklif etmişdir ki, heç olmasa borcunun əvəzinə ona bir daşınmaz əmlak, yəni ev versin, yəni onun, yaxud adamlarından birinin adına ev alqı-satqı etsin, nə vaxt borcunu qaytarsa, onda da evini geri qaytara bilər. Özü də razılaşmış, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs qızı Fərəh Mənsimovanın ona verdiyi etibarnamə əsasında Fərəhin adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili Elşada alqı-satqı edə bilər. Həmin ərəfədə Fərəhin adına olan həmin evdə heç kim yaşamamış, evin mülkiyət hüququna dair Fərəhin adına olan çıxarış sənədi də özündə olmuşdur. Bundan sonra bu barədə Elşada bildirmişdir ki, müdiri Çingizin qızı Fərəhin adına olan həmin evi etibarnaməsi olduğu üçün ona sata bilər. Elşad da razılaşmışdır. Bundan sonra aralarındakı razılaşmaya əsasən özü Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili Bakı şəhəri Qara Qarayev metrostansiyasının yanındakı səhv etmirsə 50 saylı notariat kontorunda Elşadın adamı olan Şahid13 satmış, Zaurla alqı-satqı müqaviləsi bağlamışdır. Özü Zauru həmin vaxta kimi tanımamış, onu Elşad öz yaxın adamı kimi gətirmiş, evi Zaurun adına rəsmiləşdirmişdir. Özü bu barədə nə Çingizə, nə də qızı Fərəhə heç bir məlumat verməmiş, bu faktı onlardan gizli saxlamışdır. Həmin vaxt bilmişdir ki, Zaur özü də faizlə borca pul verən şəxsdir. Həmin gün Elşadla Zaurun yanında özünün çoxdankı tanışı, 1999-cu ildən tanıdığı X45 da gəlmişdir. Özü hələ Elşadı əvvəllər elə İlkinə görə tanımışdır. İlkin ona təklif etmişdir ki, Zaurdan bacardığı qədər çox pul faizlə götürsün, həm də təklif etmişdir ki, ona 15.000 ABŞ dolları pul versin ki, özü Tovuz rayonunda köhnə tanışları İlə kartof ticarətinə başlasın, belə ki Rusiyaya Tovuzdan kartof məhsulu göndərəcək, bu işdə yaxşı qazanc var, üç ay müddətinə özü bu qazancı ona verəcək, yəni şərikli qazanc əldə etməklə həmin evi yenidən Zaurdan geri ala biləcəkdir. Beləliklə, özü həm Elşada olan borcunu ödəmək və İlkinlə ticarət işi görmək üçün Fərəhin evini Zaura notarial qaydada sataraq Zaurdan 30.000 ABŞ dolları aylıq 5 faizlə borc pul götürmüşdür. Zaura həmin pula görə hər ay 1500 ABŞ dolları faiz qazancı verməli olmuşdur. Zaur da ona söz vermişdir ki, nə vaxt həmin borcu tam qaytarsa, evi yenidən onun adına notarial qaydada geri satacaqdır. Həmin dövrdə 1 ABŞ dolları səhv etmirsə 1.65 AZN olmuş, bu pul da 49.500 manat təşkil etmişdir. Elşad Zaurun verdiyi həmin puldan hələ onun borclu olduğu 15.000 manatdan 1500 manat da artıq olmaqla cəmi 16.500 manat hesabı ilə özünə 10.000 ABŞ dolları pul götürmüşdür. Qalan artıq 20.000 ABŞ dolları pul isə 33.000 manat hesabı ilə özünə qalmışdır. İlkin də ona bildirmişdir ki, üç ay müddətinə özü bu qazancı ona verəcək, yəni o kartof ticarətindən şərikli qazanc əldə etməklə Zaura olan borcunu qaytarıb həmin evi yenidən Zaurdan geri ala biləcəkdir. Özü də razılaşmış, özündə olan evin qalan pulundan 15.000 ABŞ dollarını təklikdə elə həmin notariat kontorunun yanında İlkinə vermişdir. Evin pulundan özünə 5.000 ABŞ dolları pul qalmışdır. Pulu İlkinə təklikdə versə də, Elşad bunu bilmişdir. Bir neçə saat sonra Elşad ona zəng edib bildirmişdir ki, Zaura borclu olduğu pulun 1-ci ayının faiz ödənişi olan 1500 ABŞ dollarını ona versin ki, növbəti faiz ödənişini 2-ci ayın sonunda etsin. Belə ki, aralarındakı razılaşmaya görə Zaur ona demişdir ki, hər ayın faiz ödənişini Elşada versin, özü də Elşaddan götürəcəkdir. Ona görə də özü Bakı şəhəri Ceyhun Hacıbəyli küçəsində Elşadla yenidən görüşüb ona 1500 ABŞ dollarını vermişdir. Bu proseslər hamısı 09 noyabr 2016-cı İl tarixdə özü ilə Zaur arasında alqı-satqı olan gün baş vermişdir. X51 isə sonradan onu aldatmış, söz verdiyi 3 ay tamam olmasına baxmayaraq heç bir ticarət işi qurmamış, nə də ona qazanc verməmişdir. Təxminən 5 aydan sonra özü artıq İlkini tapa bilməmiş, onun mobil nömrəsinə zəng çatmamışdır. Bir neçə aydan sonra o bir dəfə ona bir gürcü nömrəsindən zəng edərək Gürcüstanda olduğunu, tezliklə gələcəyini desə də sonradan onu tapa bilməmişdir. Bu tərəfdən isə Zaur və Elşad hər ikisi ona 30.000 ABŞ dolları pula görə aylıq 1500 ABŞ dolları faiz pulu hesablamışlar. Elşad onun Fərəhin evini Çingizdən və Fərəhdən gizli alqı-satqı etdiyini bilmiş, baxmayaraq ki, etibarnamə olmuş, özü bunu onlardan xəbərsiz etmişdir. Faiz borcunu ödəyə bilməyəndə isə Elşad hər dəfə onun üzünə söz vurub demişdir ki, onun müdiri Çingizə evini gizli satdığını deyəcəkdir. Bir neçə ay keçmiş, həmin ərəfələrdə artıq özü borcunu ödəyə bilməyəndə Elşad ona təkid etmiş, onun hesabladığı faiz borcları Zaura satdığı evi onlar satsaydı belə kifayət etməmişdir. Elşad ona cəmi təxminən 80.000 ABŞ dolları pul borcu öhdəliyi qoymuşdur. Özü həmin borcu ödəyə bilməmiş, nəticədə özü Zərərçəkmiş şəxs onda olan etibarnaməsi ilə hərəkət edib onun adına, ünvan 10 ünvanında yerləşən 106 nömrəli 200 kv metr sahəsi olan mənzili 30 mart 2018-ci İl tarixdə həmin binanın aid olduğu "xxxx" firmasına gedib Çingizin adından imtina ərizəsi yazaraq Elşadın adamı olan Şahid15 adına keçirməklə sənədləşməsinə nail olmuşdur. Həmin firmanın rəhbəri Abbas adlı şəxsə yalandan bildirmişdir ki, guya Çingiz müəllim həmin mənzili Şahid15 satmaq qərarına gəlmişdir. Abbas da etiraz etməmiş, həmin mənzilin Çingizin adından Nurlanın adına keçirilməsi barədə müqavilə bağlanmasına razılıq vermişdir. O, əvvəl Şahid15 adlı şəxsi görməmiş, Elşad onun sadəcə şəxsiyyət vəsiqəsini ona vermiş, özü də sənədləşmə üçün Abbas adlı şəxsin işçisi olan adını bilmədiyi, onun ofisində olan qadına vermişdir ki, yeni müqaviləni hazırlasınlar. Sonra müqavilə blankı özünə verilmiş, o da onu Elşada vermiş, Elşad da müqaviləni aparıb Nurlan adlı şəxsə imzaladıb geri gətirmişdir. Elşad ona bildirmişdir ki, narahat olmasın, özü Nurlandan 20.000 manat da pul götürmüş, həmin pulun 17.000 manatını Zaur da ona borc verdiyi pulu kimdən götürmüşsə ona verəcəkdir. Elşad bildirmişdir ki, həmin puldan 17.000 manatı, yəni 10.000 ABŞ dollarını pulun əsil sahibinə ödəyəcək ki, Zaura satdığı evi alqı-satqı etməsinlər. Həmin ərəfədə özü o evi Zaura satmış olsa da, arvadı Rəbiyyə və iki uşağı ilə həmin evə köçüb yaşamışdır. Belə ki, Çingiz hələ onun həmin evdə uşaqları ilə qalmasına icazə vermiş, lakin onun evi çoxdan satmasından xəbəri olmamışdır. Müqavilənin dəyişdirilməsi üçün isə Abbasın firmasına 1500 manat ödənilməli olduğundan Elşaddan özü həmin pulu götürüb müqaviləni yazan xanıma ödəmiş, qalan 1500 manatı isə Elşad və onun yanında gəlmiş dostu Nemət adlı şəxs özlərinə götürmüşlər. Bir iki ay sonra, səhv etmirsə 2018-ci ilin may ayında Elşad ona bildirmişdir ki, Nurlanın adına keçirdikləri həmin mənzili özləri sonradan 165.000 manata hansısa qadına satmışlar. Lakin özü bunu Elşadın deməsindən bilmiş, onların sövdələşməsində iştirak etməmişdir. Bundan sonrakı dövrdə isə yəni 2019-cü ilin yanvar ayında özü tanışı, həmin dövrdə Zərərçəkmiş şəxs işlədiyi "xxxx" ASC-də həmin bankın sədri Çingiz Əsədullayevin sürücüsü olmuş Təqsirləndirilən şəxs2 ilə aralarındakı razılaşmaya əsasən birgə belə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs onda olan həmin etibarnaməsi əsasında onun ünvan 11 ünvanında yerləşən 105 nömrəli 165 kv metr sahəsi olan digər mənzilini birgə satıb pul əldə etsinlər. Həmin dövrdə özünün bir qədər pula ehtiyacı yaranmış və özünə gələcəkdə biznes işi qurmaq istəmişdir. İlhamın da kimlərəsə bildiyinə görə xeyli pul borcu olmuşdur. Özü də İlhamın təklifi ilə razılaşmış, bundan sonra 04 fevral 2019-cu il tarixdə özü və İlham yenə də əvvəlki qaydada “Kapital” firmasının rəhbəri Abbas adlı şəxsin yanına getmişlər. Abbasa yalandan bildirmişdir ki, İlham Zərərçəkmiş şəxs yaxın adamıdır, Çingiz həmin binada olan 105 nömrəli mənzilini İlhamın adına keçirib çıxarış sənədi almaq istəyir. Lakin evin satılacağı ilə bağlı Abbasa heç nə deməmişdir. X74 üzdən tanımış, belə ki, İlhamın müdiri ilə tanışlığı olduğuna görə Abbas onu əvvəl müdirinin yanında üzdən görmüşdür. Abbas da etiraz etməmiş, lakin bildirmişdir ki, müqavilənin dəyişdirilməsi üçün 1500 manatdan başqa özünün müvafiq dövlət orqanından çıxarış sənədini tanışlıqla 4000 manata almaq imkanı vardır. O, etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs adından mənzildən imtina ərizəsi yazaraq həmin mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsinə razılığını bildirmişdir. Sonra 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsi barədə orada müqavilə yazılmışdır. İlham haradansa 5500 manat pul tapıb gətirmiş, həmin pulu özü və İlham birlikdə “Kapital” firmasının rəhbəri Abbasa vermiş, 1500 manat müqavilənin dəyişdirilməsi pulu olmuş, 4000 manata isə Abbas həmin mənzilə görə müvafiq dövlət orqanından Təqsirləndirilən şəxs2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alıb verməli imiş, Abbas bildirmişdir ki, həmin binada qaz olmadığı üçün çıxarış sənədi almaq çətindir, lakin özü 4000 manatı kiməsə tanışlıqla rüşvət verməklə çıxarış sənədi alacaqdır. Abbas həmçinin bildirmişdir ki, həmin binada bir sıra sakinlərə çıxarış sənədini özü pulla tanışlıqla almışdır. Çıxarış sənədi ona görə lazım olmuşdur ki, həmin mənzili özü və İlham sonradan bir qədər baha qiymətə satsınlar. Təxminən 2 aydan sonra Abbas həmin mənzilə görə İlhamın adına çıxarış sənədi alınmasını təmin etmişdir. Bundan sonra aralarındakı razılığa əsasən İlham həmin 105 nömrəli mənzili səhv etmirsə Bakı şəhərində Vergilər Nazirliyinin binasının arxa tərəfində yerləşən hansısa notariat kontorunda adını hazırda xatırlamadığı bir nəfər qadına sonradan deməsinə görə 80.000 ABŞ dollarına satmışdır. İlham sonradan ona bildirmişdir ki, özü müqavilənin dəyişdirilməsi və çıxarış üçün ödədiyi 5500 manatı borc aldığı adama vaxtında qaytarmadığı üçün artıqlaması ilə geri qaytarmalıdır, hansısa maklerə də pul verməlidir, ona görə də evin pulundan 10.000 ABŞ dolları onun xərclərinə ödəniləcək, qalan 70.000 ABŞ dollarını isə özü və İlham hərəsinə 35.000 ABŞ dolları olmaqla öz aralarında bölmüşlər. Sonradan həmin pulu ötən dövrdə öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs 105 nömrəli həmin mənzilini müqavilə İlə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirdikdən bir gün sonra, yəni 05 fevral 2019-cu İl tarixdə özü həmin etibarnamə ilə Zərərçəkmiş şəxs adına olan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən 313 kv metr sahəli bağ evini Bakı şəhəri 13 saylı Notariat kontorunda Şahid13 alqı-satqı ilə satmışdır. Belə ki, özünə həmin vaxt əlavə pul lazım olduğundan həmin bağ evini satmaq istəmiş, lakin sata bilməmişdir. Ona görə də Şahid13 34.000 manat dəyərində 20.000 ABŞ dolları borc pul götürmək qərarına gəlmiş, Zaura bildirmişdir ki, hələlik həmin bağ evini onun adına alqı-satqı edir, həmin pulu borc versin, özü bağ evini sonra baha qiymətə müştəri tapıb sata bilsə onun borcunu da qaytaracaq və üstündə əlavə pul hörməti də edəcəkdir. Zaur da razılaşmış, nəticədə ona 20.000 ABŞ dolları borc vermiş, özü də yenə Zərərçəkmiş şəxs xəbərsiz həmin bağ evini Şahid13 notarial qaydada satmışdır. Sonradan isə Zaurdan götürdüyü həmin borc pulu öz ehtiyaclarına xərcləmiş, bağ evinə müştəri də tapa bilməmiş, hazırda bildiyinə görə Zaur özü də həmin bağ evini satmaq istəsə də sata bilməmişdir. Təxminən səhv etmirsə 2017-ci ildə özünə bir qədər əlavə pul lazım olduğundan Çingizə məxsus “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaqla kimdənsə faizlə də olsa borca pul götürmək istəmişdir. Həmin ərəfələrdə İlkin Səlimovun ona verdiyi xatırlamadığı bir mobil nömrə əsasında belə bir borca pul verən yer tapıb öyrənmiş, Abşeron rayonu ərazisində Abşeron rayon Polis İdarəsinin binası yaxınlığında ofis kimi fəaliyyət göstərən bir ünvana getmiş, orada bu barədə müraciət etmiş, girov əsasında faizlə 2500 ABŞ dolları pul lazım olduğunu bildirmiş, orada başqa bir Nurlan adlı tanımadığı oğlan ona razılıq verib bildirmişdir ki, girov olaraq pulun qarşılığında həmin avtomobil bir nəfər öz tanışları olan qadının adına rəsmiləşdiriləcək, borc tam qaytarılanda isə avtomobili yenidən geri götürəcəkdir. O, razılaşmış, orada yazılı şəkildə ona kredit formasında, hər ayın faiz ödənişi məbləği göstərilməklə ödəmə qrafiki tərtib olunub verilmiş, müddəti 2 illik yazdırmış və 2500 ABŞ dolları pul götürmüşdür. Elə həmin gün də Nurlan adlı həmin oğlanla Baş X79 İdarəsinə gedib etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs məxsus olan həmin “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili Ayşə adlı hansısa tanımadığı qadının adına keçirtmişdir. Onun adına avtomobilin yeni qeydiyyat şəhadətnaməsi hazırlanmışdır. Sonradan isə özü hər ay həmin ofisə gedib 2500 ABŞ dollarına görə orada bəzən Nurlan adlı həmin şəxsə, bəzən də orada işləyən digər tanımadığı şəxsə aylıq pul ödənişləri etmişdir. Təxminən borcun bağlanmasına 200-300 manat qalmış əlavə pul lazım olduğundan, oradan yenə bir illik müddətə 2000 ABŞ dolları borc pul götürmüş, lakin sonradan ödəyib qurtara bilməmiş, nəticə etibarilə “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili də geri götürə bilməmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələr olmuş, həmin nömrələrlə danışıqlar aparmışdır. Fərəh Mənsimovanın adına olmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89a ünvanında yerləşən 29 nömrəli mənzilin real dəyəri özü Şahid13 satdığı dövrdə təxminən 80.000 manat olmuşdur. Zərərçəkmiş şəxs adına olmuş ünvan 11 ünvanında yerləşən 3 otaqlı 105 nömrəli və 4 otaqlı 106 nömrəli mənzillərin qiyməti isə baha olmuşdur, dəqiq bilmir. Sonradan Elşad ona demişdir ki, 106 nömrəli həmin mənzili 165.000 manata satmışlar. İlhamın deməsinə görə isə 105 nömrəli mənzili 80.000 ABŞ dollarına satmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvandakı bağ evinin real qiyməti isə özünün zənnicə təxminən 50.000 manat olardı, çünki torpağının sənədi yox idi, yalnız bağ evinin tikilisinin və altındakı torpağın çıxarış sənədi olmuşdur. “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin real orta qiyməti isə təxminən 35.000 manat olardı, 2010-cu il istehsallı avtomobil olmuşdur. X8 və Zərərçəkmiş şəxs adına olmuş həmin əmlakları onlar tərəfindən verilmiş etibarnamələr üzrə səlahiyyəti olmasına baxmayaraq, özgəninkiləşdirdiyi dövrlərdə bu barədə Fərəh Mənsimovanın, yaxud atası Zərərçəkmiş şəxs xəbəri və məlumatları olmamış, bunları onların xəbəri və məlumatı olmadan etmiş, əmlaklarını onlardan xəbərsiz satmışdır. Buna onu məcbur edən maddi ehtiyaclar olmuşdur. Hazırda törətdiyi cinayətə görə səmimi peşmanlıq çəkir. Bundan başqa, Təqsirləndirilən şəxs1 29 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, ünvan 16 ünvanında yerləşən 105 nömrəli mənzil 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində tanışı Təqsirləndirilən şəxs2 ilə Şahid6 arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Şahid6 satılarkən sonuncu tərəfindən ödənilmiş 250.00 manat məbləğində pulun 180.000 manatı X18 ödənilmişdir. “Nigar Əliyevanın kim olması, qeyd edilən məbləğdə pulun Nigar Əliyevaya nə məqsədlə ödənilməsi barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, həmin Nigar Əliyeva adlı qadını o dövrdə özü ondan faizlə pul götürmək məqsədi ilə tapmışdır. Nigarla əvvəldən heç bir şəxsi tanışlığı olmamışdır. Ondan faizlə özü üçün borc pul götürməyə görə tanışı Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan 105 nömrəli mənzili Nigara Bakı şəhərində xatırlamadığı hansısa notariat orqanında girov kimi sənədləşdirib təqdim etmişlər və faizlə qaytarmaq şərti ilə pul götürmüşlər. Həmin dövrdə mənzil ya müqavilə sənədi ilə, ya da çıxarış sənədi ilə, dəqiq xatırlamır, Təqsirləndirilən şəxs2 adında olmuşdur. Nigardan hansı məbləğdə faizlə pul götürdüyünü də dəqiq xatırlamır. Həmin pulla İlhama hansısa məbləğdə olan öz borcunu qaytarmış, həm də əlavə hörmət etmişdir. Pulun məbləğləri yadında deyil. Sonradan mənzili Təqsirləndirilən şəxs2 adından Ceyhun adlı şəxsə satdıqları zaman özü Nigar adlı həmin qadına olan borcunu tam ödəmişdir. Nigar da notariat orqanına gəlmiş və ondan pulunu götürüb getmişdir. Mənzilin satışından əldə olunan və Nigarın pulu ödəniləndən sonra qalan pul məbləğini isə özü və tanışı İlham öz aralarında bölmüşlər. Qeyd edilən mənzilə görə Təqsirləndirilən şəxs2 adına çıxarış sənədinin alınması üçün konrket olaraq heç bir şəxsə pul verməmişlər, nə də özü "xxxx" firmasının müdiri Abbas adlı şəxsə pul verməmiş, sadəcə Abbasdan xahiş etmişdir ki, çıxarış sənədi verən orqanda şəxsi əlaqələri varsa çıxarış sənədinin tez alınmasına kömək etsin. Abbas da buna söz vermiş, lakin görünür ki Abbas bu barədə heç kimdən xahiş etməmişdir. Çünki xatırladığına görə çıxarış sənədini almaq öz gedişatı ilə təxminən 2 aya yaxın vaxt aparmışdır. Çıxarış sənədinin alınmasına köməklik göstərməsi üçün Abbas adlı şəxsə pul verdiyi barədə əvvəlki ifadəsində göstərdiyi doğru deyil, ola bilsin ki əvvəlki ifadələrində fikirlərini düz ifadə etməmiş, hazırki ifadəsi doğrudur. Bu məqsədlə özü tərəfindən Abbasa pul verilməmişdir. Sadəcə rəsmiləşmə, sənədləşmə işlərində xatırlamadığı müəyyən məbləğdə xərclər çəkmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamla özünü tam təqsirli bilir, törətdiyi cinayətə görə özünü günahkar hesab edir və əməlindən səmimi peşmanlıq çəkir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də işlədiyi dövrdə uzun müddətdir ki, tanıyır, aralarında həmişə normal tanışlıq, yoldaşlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də sədrin müşaviri olan Zərərçəkmiş şəxs həm ailə, həm də iş sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs da özü yaxından tanımış, onunla həmişə bankın rəhbər işçisi kimi çox yaxşı münasibəti olmuş, həmişə hörmətini saxlamışdır, aralarında heç vaxt qərəzli münasibət, ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özünün dayısı olan hansısa şəxsə məxsus bir mənzil sahəsi var, həmin mənzil Bakı şəhərində Xarici Dillər Universitetinin yanında yerləşən binadadır, dayısı tərəfindən özünə baş etibarnamə də verilmiş, dayısı ona bütün əmlakı ilə bağlı baş etibarnamə verdiyi üçün səlahiyyəti çatır ki, həmin evi onun adına, yaxud digər şəxsin adına keçirsin. Şahin həmçinin bildirmişdir ki, həmin mənzili onun adına keçirmək istəyir. O, Şahindən mənzili nə üçün onun adına keçirmək İstədiyini soruşanda, Şahin bildirmişdir ki, özünün adına banklarda həbs qoyulub, öz adına bir əməliyyat həyata keçirə bilmir və təklif etmişdir ki, həmin mənzili onun adına bir aylıq keçirsin, təxminən bir aydan sonra isə adından çıxaracaqdır. Şahinin bu təklifinə etiraz etməmiş, lakin Şahin tərəfindən ona heç nə, heç bir qazanc da vəd olunmamışdır. Şahin dayısının kim olduğunu, adının nə olmasını ona deməmiş, sadəcə demişdir ki, dayısı hazırda ölkədən kənardadır, xaricdə yaşayır. Şahinin istəməsinə görə özü ona öz şəxsiyyət vəsiqəsinin əslini vermişdir. Təxminən 4-5 gün, və ya bir həftədən sonra Şahin ona təklif etmişdir ki, onunla birlikdə həmin mənzilin adına keçirilməsi üçün binanın məxsus olduğu firmaya getsin. Bundan sonra o, Şahinlə Bakı şəhərində köhnə «Qaqarin» körpüsü adlanan yerin yaxınlığında yerləşən bir ofisə getmişdir. Şahin orada bir nəfər tanımadığı qadınla görüşmüş, həmin qadın əlində sənədlər gətirmiş, həmin sənədlər mənzilin digər şəxsin adına, yəni özünün adına keçirilməsi barədə müqavilə sənədləri olmuşdur. Şahinin təklifi ilə özü həmin müqaviləni imzalamış və oradan çıxandan sonra bir-biriləri ilə sağollaşıb ayrılmışlar. Həmin ofisdə qeyd etdiyi qadından başqa heç kim olmamışdır. Həmin qadının adını bilmir. Ofisdən çıxandan sonra Şahin ona bildirmişdir ki, hələlik məsələ qurtardı, bir müddət sonra ona xəbər edəcəkdir ki, mənzilə dair onun adına çıxarış sənədini almağa getsinlər. Bundan bir müddət sonra Şahin ona zəng edib bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə həmin mənzilə dair çıxarış sənədini almaq üçün sənədləri təqdim etməyə getsinlər. Bundan sonra o, Şahinlə Bakı şəhərində Heydər Əliyev prospektinə yaxın yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə getmiş, Şahin orada sənədləri təqdim etmiş, orada müvafiq sənədlərə imza etmiş, sonra oradan çıxıb ayrılmışlar. Təxminən 15-20 gün sonra Şahinin təklifi ilə o, tək Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə gedib həmin mənzilin öz mülkiyyətində olması barədə çıxarış sənədini imza edib almışdır. Şahin ona demişdir ki, çıxarış sənədini alandan sonra oradan uzaqlaşmasın, onu gözləsin. Bir az sonra Şahin həmin əraziyə gəlib onunla görüşmüş, aralarındakı söhbət zamanı o, özü Şahindən bu məsələnin özü üçün bir ziyanı olub- olmayacağını, narahatlıq yaradıb-yaratmayacağını soruşmuş, Şahin isə «narahat olma, bu məsələdə sənə ziyan olası bir iş yoxdur» deyə cavab vermişdir. O, çıxarış sənədində öz adına keçmiş həmin mənzilin heç ünvanına da dəqiq baxmamışdır. Şahin həmin çıxarış sənədini ondan götürüb bildirmişdir ki, təxminən bir aya mənzili onun adından çıxaracaqdır, narahat olmasın, ona xəbər edəcək, addan çıxaranda sənədləşmə üçün gəlsin. Həmin vaxt özü bu işə görə bərk narahat olmuş, Şahin ona «əgər kimsə səndən bu barədə soruşsa, deyərsən ki, Şahinin mənə pul borcu olduğu üçün mənzili mənim adıma keçirib» deyə bildirmişdir. Bundan sonra ara-sıra Şahinlə görüşü olmuş, o, bu barədə soruşanda Şahin bildirmişdir ki, yaxın vaxtlarda mənzili onun adından çıxaracaqdır. Təxminən bir ay yarım, iki aydan sonra Şahin ona zəng edib onu Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yanına, Hüseyn Cavid parkına çağırmış, telefonda bildirmişdir ki, mənzilin onun adından çıxarılması məsələsini həll edir. O, həmin yerə gedib Şahinlə görüşmüş, Şahin ona bildirmişdir ki, həmin mənzili bir nəfər müştəri tapıb satır, notariat kontorunda alqı-satqı olacaqdır. Şahin həmçinin ona «notariatda sən heç nə danışmayarsan, sadəcə mənzil sənin adına olduğu üçün sən iştirak etməlisən, mən müştəriyə bildirmişəm ki, mənzil faktiki olaraq özümündür, iakin öz adımda deyil» deyə bildirmişdir. Notariat kontorunda işləyən əməkdaş bildirmişdir ki, alqı-satqı üçün onun arvadı Sevinc də gəlib razılıq verməlidir və imza etməlidir. O, arvadı Sevincə zəng edib notariat kontoruna gəlməsini və imza etməsini təklif etmiş, lakin Sevinc Bakı Dövlət Universitetində işdə olduğu üçün gələ bilməyəcəyini demişdir. Arvadı Sevinc həmin universitetdə Tarix fakültəsinin müəlliməsidir, dərs vaxtı işdən çıxa bilmədiyi üçün özünün və Şahinin xahişi ilə notariat kontorunun xanım əməkdaşı müvafiq sənədi Sevincə imzalatmaq üçün sənədləri də götürüb onlarla birlikdə Bakı Dövlət Universitetinin binası qarşısına getmiş, orada arvadı Sevinc bir neçə dəqiqəlik işdən ayrılıb gələrək notariat sənədlərinə imza etmiş, etirazı olmadığını bildirmiş və işə geri qayıtmışdır. Bundan sonra özləri Notariat kontoruna geri qayıtmışlar. Həmin notariat kontoru Vergilər nazirliyinin arxa tərəfində Ələsgər Ələkbərov küçəsində yerləşmişdir. Notariata qayıdandan sonra orada onun həmin mənzili Şahinin gətirdiyi müştəri kişiyə satması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müştərinin adını hazırda xatırlamır, kim olduğunu da heç həmin vaxt da bilməmişdir. Həmin mənzilin alqı-satqı müqaviləsinə görə hansı qiymətə satıldığını da bilməmişdir. Müqavilə bağlanandan sonra Şahin ona bildirmişdir ki, heç yerə getməsin, mənzilə görə ödənilən pul kassada onun adınadır, pulu imza edib çıxartmalıdır. Bir neçə dəqiqədən sonra elə həmin notariat kontorunun içində olan bank kassasına özü dəvət olunmuş, orada qəbzə imza edib mənzilin satılmasına görə ödənilmiş xatırlamadığı məbləğdə həmin pul bağlamasını götürmüş, elə həmin yerdə də pulun hamısını bağlama halında birbaşa Şahinin özünə vermişdir. Oraya bir nəfər tanımadığı və adını bilmədiyi makler olan cavan oğlan və Nigar adlı qadın da gəlmişdir. Həmin mənzil hələ mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədini özünün adına alınmazdan əvvəl, yəni müqavilə ilə öz adına keçəndən sonrakı günlərdə Şahin tərəfindən Nigar adlı həmin qadına girov qismində qoyularaq hansısa məbləğdə Nigardan borc pul götürülmüşdür. Şahin ona «sənlik bir iş yoxdu, sən Nigarla borc müqaviləsini bağla, mən ondan borca pul götürürəm» deyə bildirmişdir. Özü Nigar adlı həmin qadını tanımır, həmin qadın Şahinin deməsinə görə faizə borc pul verən qadın olmuş, borc verməzdən əvvəl hansısa daşınmaz əmlakı girov saxlamaq istəmişdir. Ona görə də Şahinin təklifi əsasında hazırda xatırlamadığı Bakı şəhərində yerləşən notariat kontorlarından birində həmin Nigar adlı qadınla borc müqaviləsi bağlamış, Şahin də ondan səhv etmirsə 80.000 və ya 90.000 manat pul götürmüşdür. Bildiyinə görə Şahin Nigara hər ay təxminən 3000-3500 manat faiz pul ödəmiş, hətta bir dəfə Şahinin Nigara faiz ödənişi olan təxminən 3000 və ya 3500 manat pulu özü aparıb Bakı şəhəri Həsən Əliyev küçəsində Nigara vermişdir. Ona görə də qeyd edilən mənzilin notarial alqı-satqısı zamanı o, alıcı tərəfindən mənzilə görə ödənilmiş pul bağlamasını kassadan qəbul edib Şahinə təqdim edəndən sonra Şahin həmin Nigar adlı qadınla bir kənara çəkilib ona əvvəldən olan pul borcunu həmin puldan ödəmiş, lakin Nigara nə qədər pul verdiyini bilmir. Bundan sonra Şahin qalan pul məbləğini də götürüb onunla sağollaşaraq çıxıb getmişdir. Həmin gün axşam saatlarında o, Şahinə zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Zəng etməkdə məqsədi sadəcə nə var-nə yox, işlərinin necə getməsini soruşmaq olmuşdur. Səhərisi gün o, Şahinlə "xxxx" ASC-nin binasında görüşərək hal-əhval tutmuş, Şahin ona bildirmişdir ki, mənzilin satışından əldə olunan pulu artıq dayısına göndərmiş, özünə az məbləğdə qazanc qalmışdır. Şahin həmin vaxt çıxarıb ona cəmi 1000 manat pul verərək bildirmişdir ki, əziyyət çəkmisən, gəlib getmisən. Şahinin özünün həmin dövrdə ona əvvəldən 25.500 manat pul borcu olmuş, əvvəllər ondan guya ticarət işi qurmaq adı ilə, həmçinin öz anasının Türkiyədə müalicəsi üçün pul lazım olduğunu deyərək hissə-hissə borc pul almışdır. Belə ki, aralarındakı razılaşmaya əsasən Şahin özünə pul lazım olduğundan onun «Passat» markalı **-NG-*** qeydiyyat nömrəli avtomobilini satıb 12.000 manat pulu götürdüyü üçün ona 12.000 manat pul borcu yaranmış, sonra əlavə olaraq pul lazım olduğu üçün ondan 5.000 manat, anasının müalicəsi ilə bağlı isə ondan əvvəlcə 6000 manat və sonra 2500 manat borc pul götürmüş, nəticədə ona 25.500 manat pul borcu yaranmışdır. Şahin hələ Nigar adlı qadından mənzili onun əli ilə girov qoyub borc pul götürəndən sonra ona olan borcunun 18,000 manatını qaytarmış, lakin aradan 4-5 gün keçəndən sonra yenə özünə pul lazım olduğunu deyərək həmin 18,000 manat pulu ondan təkrar borc kimi götürüb «narahat olma, mənzil onsuz da sənin adındadır, həmin mənzili satandan sonra sənə olan borcumu ümumi şəkildə qaytaracağam» deyə bildirmişdir. Ona görə də həmin mənzil notariusda alqı-satqı edilib satıldıqdan bir gün sonra, yəni səhərisi gün Şahin mənzilin satışından əldə etdiyi puldan ona 25.000 manat pulu verib borcunu qaytarmış və əlavə olaraq ona rəsmiləşdirmə proseslərində iştirak etdiyi üçün 1000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Şahin özünə təcili pul lazım olduğunu deyərək ondan borc pul almaq üçün onun yaşadığı evə gəlmiş, o, öz anasının yanında 5000 manat borc pul vermişdir. Şahin bildirmişdir ki, yaxın vaxtlarda işlər qaydasına düşəcək və onun borcunu qaytaracaqdır. Aradan bir neçə gün keçəndən sonra isə 2020-ci ilin yanvar ayının ortalarında "xxxx" ASC-nin sədri Çingiz müəllim ona zəng edib onu iş yerinə çağırmışdır. Orada müşavirə otağına daxil olanda görmüşdür ki, Zərərçəkmiş şəxs və adını həmin vaxt orada bildiyi onun qızı Fərəh orada oturublar Zərərçəkmiş şəxs onu sorğusuala tutub Şahinin mənzil satması barədə soruşanda o, olanları ona danışmış və səmimi şəkildə bildirmişdir ki, həmin mənzilin ona, yaxud ailəsinə məxsus olduğunu bilməmiş, Şahin ona hansısa dayısının mənzili olmasını və özünə etibarnamə verilmiş olduğunu demişdir. Zərərçəkmiş şəxs da ona artıq heç nə deməmişdir, Oradakı söhbətdən və Zərərçəkmiş şəxs deməsinə görə bilmişdir ki, həmin mənzil sahəsi Zərərçəkmiş şəxs məxsus olmuşdur və onun tərəfindən əvvəldən Şahinə əmlakı idarə etməsi barədə baş etibarnamə verilmişdir. Həmin günlərdə özü artıq Şahinin harada olduğunu bilməmiş, yəni Şahin telefonunu söndürmüş, qaçıb gizlənmişdir. O, Şahini nə qədər axtarsa da tapa bilməmiş, bundan sonra 2020-ci İlin ortalarına qədər, yəni "xxxx" bağlanan dövrə qədər öz işində sürücü kimi qalıb işini davam etdirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 29 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qimində dindirilərkən məhkəmədə verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələr özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan 02 fevral 2021-ci il taixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, 2019-cü ilin yanvar ayında özü Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında belə razılığa gəlmişlər ki, Zərərçəkmiş şəxs onda olan etibarnamə sənədi üzrə əldə etdiyi səlahiyyət əsasında Çingizdən xəbərsiz onun ünvan 11 ünvanında yerləşən 105 nömrəli 165 kv metr sahəsi olan mənzilini birgə satıb pul əldə etsinlər. Həmin dövrdə özünün pula ehtiyacı yarandığı kimi İlhamın da kimlərəsə bildiyinə görə xeyli pul borcu olmuşdur, Özü İlhama belə bir təklif etmiş, İlham da onunla razılaşmışdır. Bundan sonrakı günlərdə o və İlham "xxxx" firmasının rəhbəri Abbas adlı şəxsin yanına getmişlər. O, əvvəlcə təklikdə Abbasın MTK-da işçisi olan Ramiz adlı komendant şəxsə yalandan bildirmişdir ki, Zərərçəkmiş şəxs mənzilini özünün İlham adlı yaxın adamının adına keçirmək istəyir, ona görə müqaviləni dəyişmək istəyirlər, bunu etmək üçün Çingizin ona verdiyi etibarnaməsi də var. Ramiz adlı həmin kişi onun bu dediyini Abbasa demiş, Abbas da razılıq vermişdir. Bundan sonra o və İlham müqaviləni İlhamın adına keçirmə məsələsini həll etmək üçün Abbasın Bakı şəhərində köhnə Qaqarin körpüsü yanındakı binada olan ofisinə getmişlər. İlham özü də Abbası üzdən tanımış, əvvəllər oraya yanına gəlib getmişdir. Orada əsasən söhbəti Abbasla özü etmiş, İlham da orada olmuş, lakin söhbəti özü aparmış və Abbasa bildirmişdir ki, Çingiz müəllim həmin binada olan 105 nömrəli mənzilini İlhamın adına keçirib çıxarış sənədi almaq istəyir. Lakin evin satılacağı ilə bağlı Abbasa heç nə deməmişlər. Abbas da etiraz etməmiş, müqavilənin ada dəyişdirilməsi üçün 1500 manat lazım olduğunu, özünün müvafiq dövlət orqanından, yəni çıxarış sənədini tanışlıqla 4000 manata almaq imkanı olmasını bildirmişdir. Sonra o, etibarnamə səlahiyyəti üzrə Zərərçəkmiş şəxs adından mənzildən imtina ərizəsi yazaraq həmin mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsinə razılığını vermişdir. Sonra 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsi barədə orada müqavilə yazılmış, İlham sənədləşmə xərclərinin çəkilməsi üçün haradansa 5500 manat pul tapıb gətirmiş, özü İlhamın iştirakı ilə pulu "xxxx" firmasının rəhbəri Abbasa vermişdir. 1500 manat müqavilənin dəyişdirilməsi pulu olmuş, 4000 manata isə Abbas həmin mənzilə görə müvafiq dövlət orqanından Təqsirləndirilən şəxs2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alıb verməyi vəd etmişdir. Çıxarış sənədi onlara ona görə lazım olmuşdur ki, həmin mənzili özü və İiham sonradan bir qədər baha qiymətə sata bilsinlər. Təxminən 2 aydan sonra Abbas öz işçisi olan Ramiz adlı şəxs vasitəsi ilə xəbər göndərmişdir ki, mənzilə görə İlhamın adına çıxarış sənədi artıq hazırdır. Çıxarış almaq üçün tələb olunan sənədləri isə özü əvvəldən Abbasa vermiş, yəni DƏDRX-nə heç getməmişdir. Çıxarışın hazır olması barədə özü İlhama bildirmişdir ki, gedib çıxarış sənədini DƏDRX-dən götürsün, İlham özü də gedib həmin sənədi götürüb gətirərək ona vermişdir. Sonra o, həmin mənzili satmaq üçün hazırda adını xatırlamadığı bir nəfər maklerə demiş, hətta bir çox şəxsə demişdir. Sonda isə makler tərəfindən bir nəfər müştəri tapılıb gətirilmiş, bir nəfər alıcı kişi bir nəfər qadınla gəlmişdir. Özü İlhamı alqı-satqı üçün Bakı şəhərində Vergilər Nazirliyinin binasının arxa tərəfində yerləşən notariat kontoruna çağırmışdır. Orada 105 nömrəli həmin mənzil İlhamın adından adını hazırda xatırlamadığı kişiyə 80.000 ABŞ dolları dəyərində manat pulla satılmışdır. Həmin alqı-satqı prosesində o və İlham iştirak etmişdir. Mənzilin satışı zamanı müştəri tərəfindən ödənilən 80.000 ABŞ dolları dəyərində olan 136.000 manat puldan özü və İlham orada müəyyən məbləğdə vergi və sair xərclər çıxılmaqla təxminən 125.000 manat civarında pul əldə etmiş, bankın kassasından pulu İlham özü qəbul etmiş, əldə etdikləri təxminən 125.000 manat pulu özü və İlham aralarında bölmüşlər. Sonradan həmin pulu öz ehtiyaclarına xərcləmiş, İlhamın hara xərclədiyini isə bilmir. İlham Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş etibarnamə səlahiyyəti üzrə Çingizə məxsus həmin mənzilin satılmasında özü ilə birlikdə iştirak etmiş, mənzilin satışından əldə olunan pulları da özü və İlham öz aralarında bölüb xərcləmişlər. Zərərçəkmiş şəxs və ya onun ailə üzvlərinə məxsus digər əmlakların özgəninkiləşdirilməsi prosesində isə İlhamın iştirakı olmamış, yalnız sözügedən 105 nömrəli mənzilin satışında iştirakı olmuşdur. Təqsirləndirilən şəxs2 alqı-satqısını həyata keçirdikləri həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu əvvəldən bilmiş, özü bu barədə ona demiş, hələ əvvəldən mənzilin müqaviləsini İlhamın adına keçirmə prosesində də sənədlərdə Çingizin adını və soyadını görmüş, bu barədə əvvəldən məlumatı olmuşdur. Həmin mənzilin satışından qazandıqları pulu özü və İlham öz aralarında bölmüşlər. O, İlhamı bu işi görməyə sövq etmiş, ona “narahat olma, bu iş mənlikdi, sənlik bir iş olmayacaq” deyə bildirmişdir. Həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu da İlham mənzilə dair müqavilə onun adına rəsmiləşərkən bilmiş, Zərərçəkmiş şəxs tərəfindən ona etibarnamə verilmiş olduğunu da özü İlhama əvvəldən demişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 özünümüdafiə mövqeyindən çıxış edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona qarşı danışdıqları doğrudur, həqiqətdir. Sadəcə, satdıqları həmin mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu özü bir qədər sonralar bilmiş, lap əvvəldən Şahin mənzilin guya hansısa dayısının evi olduğunu ona demişdir. Həmin mənzilin alqı-satqısı zamanı Şahin dediyi kimi ümumilikdə təxminən 80.000 ABŞ dolları dəyərində pul əldə etmişlər, pul manatla ödənilmiş, lakin Şahin həmin puldan ona sonradan ümumilikdə təxminən 25.000 manat pul vermişdir. Həmin pulu da özü öz borc-xərcinə, ehtiyaclarına xərcləmişdir. Hazırda Şahinlə birlikdə belə bir əməli törətdiyinə görə səmimi peşmanlıq çəkir. Lakin özü "xxxx" firmasının rəhbəri Abbas adlı şəxsi tanımamış, sadəcə adını eşitmiş, Abbas adlı həmin şəxslə mənzilin müqaviləsinin öz adına dyişdirilməsi barədə söhbətləri əsasən Şahin etmişdir. Onu sadəcə sənədləri imzalamaq üçün oraya Şahin aparmışdır. Qeyd edilən mənzilin müqavilə üzrə öz adına keçirilməsi prosesi zamanı müqavilənin dəyişdirilməsi və sonradan öz adına çıxarış sənədi alınması məsələsinin həlli üçün özü 5.500 manat pul borc tapıb gətirərək Şahinə vermiş, bildiyinə görə rəsmiləşmə məsələsinin həlli üçün Şahin həmin pulu Abbas adlı şəxsin firmasına ödəmişdir. Sonradan mənzilə dair çıxarış sənədinin alınması üçün sənədləri Şahin özü götürmüş, daha sonra Şahinin sözü ilə özü tək Daşınmaz Əmlakın Dövlət ReyestriXidmətinə gedib çıxarış sənədini almış və Şahinə vermişdir. Həmin mənzilin satışından ona təxminən 25.000 manat pul çatmış, qalan pulları Şahin özü götrmüş, çünki Şahinin bildiyinə görə çox borcları olmuşdur. Bundan başqa, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 2P, mənzil 86-da ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X26 2011-ci ilin oktyabr ayında xərçəng xəstəliyindən ölmüşdür. Atası Zərərçəkmiş şəxs "xxxx" ASC-də sədrin müşaviri vəzifəsində işləmişdir. X58 hazırda Rusiya Federasiyasında yaşayır və işləyir. O, özü isə hazırda ünvan 18 ünvanda qeydiyyatda olsa da ailəsi ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində, Ramiz Quliyev küçəsi, ev 2P, mənzil 86-da həyat yoldaşı X19 məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs1 uzun illər atasının ailə sürücüsü olmuş, təxminən 25 ildir ki, Şahin onların evində sürücülük etmişdir. Şahini ailənin bir üzvü hesab etmişlər. Həmişə də Şahinə qarşı həm atasının, həm özünün, həm mərhum anasının yaxşı münasibəti olmuşdur. Bütün çətin vəziyyətlərində atası Çingiz öz maddi və mənəvi köməyini Şahinə göstərmişdir. 2015ci ildə atası səhhətində yaranmış problemlərlə bağlı əmlakının idarə edilməsi üçün lazımi sənədləşmə işlərinə görə müvafiq dövlət orqanlarına gedib gəlməkdə çətinlik çəkdiyi üçün Şahinə notarial qaydada mülki etibarnamə vermişdir. Həmçinin özü də işləri çox olduğundan bu məsələləri həll etmək üçün Şahinə notarial qaydada mülki etibarnamə vermişdir. Belə ki, həmişə Şahinə ailəlikcə inam və etibarları olmuşdur. Çox təəssüf ki, sonradan Şahin etibardan sui-istifadə edərək onların, yəni özünün və atasının adına olan əmlakları onlardan xəbərsiz, heç bir məlumat vermədən başqa şəxslərə dəyərindən çox ucuz qiymətlərə sataraq pulunu ələ keçirmişdir. Bu məsələ 07 yanvar 2020-ci il tarixdən onlara məlum olmuşdur. Həmin vaxta kimi nə özünün, nə də atası Çingizin Şahinin bu əməlindən xəbərləri olmamışdır. Belə ki, 2020-ci ilin yanvar ayının 07-də bir nəfər tanımadığı, Fazilə adlı qadın onun atası Çingizə zəng edib özünün nə üçün ünvan 18 ünvanında qeydiyyatdan çıxmadığını bildirmişdir. Belə ki, özü həmin ünvanda pasport qeydiyyatındadır. Atası da bu məsələni araşdıranda məlum olmuşdur ki, həmin qadın onun adına olan qeyd edilən mənzili alqı-satqı yolu ilə Şahid13 adlı şəxsdən almışdır. Sonradan məlum olmuşdur ki, özünün adına olan həmin evi Şahin Zaur adlı şəxsə ondan xəbərsiz satmışdır. Daha sonra özləri araşdıranda məlum etmişlər ki, Şahin həmin etibarnamələr üzrə hərəkət edib onlara bildirmədən atası Çingizə məxsus ünvan 11 ünvanında yerləşən 105 və 106 nömrəli mənzilləri, onun adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili, atası Çingizin adına olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evini və ona məxsus “Toyota Prado" markalı, **-XR- *** dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə dəyərindən xeyli ucuz qiymətə satmışdır, sonradan həmin əmlaklar yenə də qısa müddət ərzində digər üçüncü şəxslərə satılmışdır. Atasının əvvəllər "xxxx" Mənzil Tikinti Kooperativindən onun sədri Şahid2 müqavilə ilə aldığı və təmirini demək olar ki başa çatdırdığı ünvan 11 ünvanında yerləşən biri 165 kvadratmetr sahəli 3 otaqlı, digəri 200 kvadratmetr sahəli 4 otaqlı olan 105 və 106 nömrəli mənzillərini Şahin etibarnamə əsasında həmin MTK-da başqa şəxslərin adlarına rəsmiləşdirmiş, sonradan isə həmin şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədləri əldə etmişlər və sonra mənziləri digərlərinə satmışlar. Həmin mənzilin biri atasının işlədiyi “AG Bank’’ ASC-də sürücü işləyən Təqsirləndirilən şəxs2, digəri isə Pərvin adlı şəxsin adına sənədləşdirildikdən sonra onlar çıxarış sənədi alaraq sonradan mənzilləri satmışlar. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evini də Şahin özünün adamı olan Şahid13 adına notarial qaydada satmışdır. Atası Çingizin deməsinə görə sonradan özü Baş X79 İdarəsindən öyrənmişdir ki, Şahin atası Çingizin adına olmuş “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ildə X20 adına rəsmiləşdirmişdir, sonra isə avtomobil 2019-cu İldə bir nəfər Lənkəran rayon sakininə satılmışdır. 2019-cu ilin dekabr ayına kimi Şahin atası Çingizi həmin avtomobildə gəzdirmişdir. Həmin əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzil öz adına olmuşdur, qalan qeyd etdiyi əmlaklar isə hamısı atası Çingizin adına olmuşdur. Real orta bazar qiymətləri ilə ünvan 11 ünvanında yerləşən 105 və 106 nömrəli mənzillərin ümumi dəyəri 1.000.000 (bir milyon) manat, öz adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilin dəyəri 130.000 (yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağın dəyəri 400.000 (dörd yüz min) manat və “Toyota Prado” markalı, 90- XR-092 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 50.000 (əlli min) manat təşkil etmişdir. Ümumilikdə Şahinin onun atasına və özünə vurduğu maddi ziyanın məbləği 1.580.000 manat təşkil edir ki, bunun da 130.000 manatı özünə aid maddi ziyandır, qalan 1.450.000 manat maddi ziyan isə atasına vurulmuş maddi ziyandır. İş materiallarında olan 16 avqust 2020-ci il taixli Təqsirləndirilən şəxs1 və X17 arasında keçirilmiş və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Fərəh Mənsimova hazırki ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı eynilə demişdir. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı ibtidai istintaqda verdiyi ifadəsində törətdiyi əməlləri bir daha etiraf edib səmimi peşmanlıq çəkdiyini bildirərək, həqiqətən də Zərərçəkmiş şəxs və Fərəh Mənsimovanın ona 2015-ci ildə verdikləri etibarnamələr əsasında onlardan xəbərsiz hərəkət edib onların qeyd edilən əmlaklarını sataraq pullarını ələ keçirdiyini, bunu öz maddi çətinlikləri üzündən etmək məcburiyyətində qaldığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun illər onun ailə sürücüsü olmuşdur, təxminən 25 ildir ki, özünün evində ailə üzvlərinə sürücülük etmiş, Şahini ailəsinin bir üzvü hesab etmişdir. Həmişə də ona qarşı yaxşı münasibəti olmuşdur, bütün çətin vəziyyətlərində öz maddi və mənəvi köməyini ondan əsirgəməmişdir. 2015-ci ildə özü bir qədər səhhəti ilə əlaqədar əmlakının idarə edilməsi üçün lazımi sənədləşmə işlərinə görə müvafiq orqanlara gedib gəlməkdə çətinlik çəkmiş, həmçinin qızı Fərəhin də işləri çox olduğundan Təqsirləndirilən şəxs1 notarial qaydada bir neçə mülki etibarnamələr vermişlər. Şahinə həmişə inamı olmuşdur. 2020-cİ ilin yanvar ayının 07-də bir nəfər tanımadığı və adını hazırda xatırlamadığı qadın haradansa onun mobil nömrəsini taparaq ona zəng edib qızı Fərəh Mənsimovanın nə üçün ünvan 18 ünvanında qeydiyyatdan çıxmadığını bildirmişdir. O, bir qədər təəccüblənmiş və ona nəyə görə belə bir şeyi dediyini soruşmuşdur, Həmin qadın ona bildirmişdir ki, qeyd edilən ünvandakı mənzili alqı-satqı yolu ilə Şahid13 adlı şəxsdən almışdır. O, qadına bildirmişdir ki, həmin mənzil özünə məxsusdur, lakin qızı Fərəhin adınadır, qızı da orada qeydiyyatdadır, nə özü, nə də qızı heç kimə ev satmamışlar. Qadın ona bildirmişdir ki, evi Şahid13 aldığı ərəfədə bir nəfər Şahin adlı şəxs də müvafiq sənədləşmə işləri ilə əlaqədar Zaurla birgə olmuşdur. O, məsələni aydınlaşdırmaq üçün sürücüsü Şahinlə əlaqə saxlamış, bunun nə məsələ olmasını soruşmuş və məsələyə aydınlıq gətirilməsi üçün Şahini çağırmışdır. Şahin də “gələrəm söhbət edərik” deyə bildirmişdir. Bundan sonra Şahin mobil telefonlarını söndürmüş, artıq Şahini tapa bilməmiş, nə də Şahin onunla heç bir əlaqəyə çıxmamışdır. Bundan sonra başa düşmüşdür ki, Şahin onun və Fərəhin ona verdikləri etibarnamələr üzrə hərəkət edərək evi satmışdır. Daha sonra araşdıranda məlum olmuşdur ki, Şahin həmin etibarnamələr üzrə hərəkət edib onun və qızının xəbəri olmadan, onlara bildirmədən onlara məxsus ünvan 11 ünvanında yerləşən 105 və 106 nömrəli, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilləri, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağı və “Toyota Prado” markalı, 90-XR- 092 dövlət qeydiyyat nişanlı avtomobili kənar şəxslərə dəyərindən xeyli ucuz qiymətə satmışdır, sonradan həmin əmlaklar yenə də qısa müddət ərzində digər üçüncü şəxslərə satılmışdır. Ona məlum olmuşdur ki, özünün əvvəllər “Kapitol" Mənzil Tikinti Kooperativindən onun sədri Şahid2 müqavilə ilə aldığı və təmirini demək olar başa çatdırdığı ünvan 11 ünvanında yerləşən biri 165 kvadratmetr sahəli 3 otaqlı, digəri 200 kvadratmetr sahəli 4 otaqlı olan 105 və 106 nömrəli mənzillərini Şahin etibarnamə əsasında həmin MTK-da başqa şəxslərin adlarına rəsmiləşdirmiş, sonradan İsə həmin şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədləri əldə etmişlər və sonra mənziləri digərlərinə satmışlar. O, Abbasın özündən soruşub maraqlananda Abbas ona danışıb bildirmişdir ki, Şahin onun yanına gələrək “Çingiz müəllim xərçəng xəstəsidir, baxanı yoxdur, ona mən baxıram, təcili müalicəsi ilə bağlı pul lazım olduğu üçün həmin mənzilləri satmaq fikrindədir” deyə bildirmiş, ona görə də inanıb sənədləşməni həyata keçirmişdir. Həmin mənzilin biri "xxxx" ASC-də sürücü işləyən Təqsirləndirilən şəxs2, digəri isə Pərvin adlı şəxsin adına sənədləşdirildikdən sonra onlar çıxarış sənədi alaraq sonradan mənzilləri satmışlar. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağını da Şahin özünün adamı olan Şahid13 adına notarial qaydada satmışdır. Şahid13 mobil nömrələri ***-***-**-**, ***-***-**-** mobil nömrələrdir. Təqsirləndirilən şəxs1 ona məlum olan mobil nömrəsi ***-***-**-** mobil nömrəsidir. Öyrəndiyinə görə Şahinin yanında bu işləri yerinə yetirməkdə Sərdar adlı makler də iştirak etmiş, onun mobil nömrəsi ***-***-**-** mobil nömrədir. Özü Baş X79 İdarəsindən öyrənmişdir ki, Şahin onun adına olmuş “Toyota Prado” markalı, 90-XR- 092 dövlət qeydiyyat nişanlı avtomobili hələ 2017-ci ildə X20 adına rəsmiləşdirmiş, sonra isə 2019-cu ildə bir nəfər Lənkəran rayon sakininə satmışdır. Baxmayaraq ki, 2019-cu ilin dekabr ayına kimi Şahin onun özünü həmin avtomobildə gəzdirmiş, ona heç nə bildirməmişdir. 2019-cu ilin dekabr ayında isə Şahin ona demişdir ki, avtomobilin bir qədər təmirə ehtiyacı var, təmir üçün hansısa sexə aparmalıdır. Bundan sonra o, həmin avtomobili bir daha görməmişdir. Həmin əmlaklardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzil qızı Fərəhin adına olmuşdur, qalan qeyd etdiyi əmlaklar isə hamısı öz adına olmuşdur. Real bazar qiymətləri ilə ünvan 11 ünvanında yerləşən 105 və 106 nömrəli mənzillərinin ümumi dəyəri 1.000.000 (bir milyon) manat, qızı Fərəhin adına Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzilin dəyəri 130.000 (yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağın dəyəri 400.000 (dörd yüz min) manat və “Toyota Prado” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 50.000 (əlli min) manat təşkil etmişdir. Şahin isə həmin əmlakları dəyərindən çox ucuz qiymətə sataraq pulunu ələ keçirmişdir. Bu dələduzluq cinayəti nəticəsində özünə xüsusilə külli miqdarda maddi ziyan vurulmuşdur. İş materiallarında olan 16 avqust 2020-ci il taixli Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında keçirilmiş və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Çingz Mənsimov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı törətdiyi əməli bir daha etiraf edib səmimi peşmanlıq çəkdiyini bildirərək, həqiqətən də Zərərçəkmiş şəxs və onun qızı Fərəh Mənsimovanın ona 2015-ci ildə verdikləri etibarnamələr əsasında onlardan xəbərsiz hərəkət edib onların qeyd edilən həmin əmlaklarını sataraq pullarını ələ keçirdiyini, bunu öz maddi çətinlikləri üzündən etmək məcburiyyətində qaldığını göstərmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Tofq oğlu bildirmişdir ki, 2005-ci ildən "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərindən biridir, hazırda həmin MTK-nın sədridir. Zərərçəkmiş şəxs tanıyır, lakin onunla özü arasında elə də yaxın şəxsi münasibət olmamışdır. Bildiyinə görə Zərərçəkmiş şəxs "xxxx" ASC-də işləyir. Çingizlə özünün tanışlığı sədri olduğu MTK tərəfindən ünvan 21 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 4 otaqlı 106 nömrəli və 3 otaqlı 105 nömrəli mənzilləri öz adına satın alması ilə bağlı olmuşdur. Hər iki mənzillərin Zərərçəkmiş şəxs tərəfindən alınması ilə bağlı yaşayış binasının o vaxtlar satıcısı qismində çıxış edən X46 ilə Zərərçəkmiş şəxs arasında 18 mart 2005-ci il tarixdə müqavilələr rəsmiləşdirilmiş, lakin faktiki olaraq həmin yaşayış binası özünə aid olan "xxxx" firması tərəfindən inşa edilmiş və firma faktiki olaraq özünə məxsus olmuşdur, hazırda da firmanın rəhbəri özüdür. Sadəcə rəsmiyyətdə Adil Yusifovun adından sənədləşdirilmişdir. Zərərçəkmiş şəxs ona 4 otaqlı mənzilə görə cəmi 120.000 ABŞ dolları, 3 otaqlı mənzilə görə isə 100.000 ABŞ dolları məbləğində müqavilələr üzrə nəzərdə tutulan pul vəsaitini ödəmişdir. O dövrdə mənzillərin hələ nömrələri qeyd olunmamışdır. 2018-ci ilin mart ayında ünvan 21 ünvanındakı həmin binanın komendantı işləyən Şahid5 ona yaxınlaşaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs deyilənə görə ağır xəstə olduğu üçün həmin binada aldığı mənzillərdən birini təcili satmaq istəyir. Özü də eşitdiyinə görə Zərərçəkmiş şəxs arvadı da bir neçə il qabaq ağır xəstəlikdən öləndən sonra onun özü də nə isə bir xəstəliyə tutulmuşdur. Bildiyinə görə Çingizin bir oğlu və bir qızı da var, həmin mənzilləri də övladları üçün almışdır. Komendant Ramiz ona bildirmişdir ki, Zərərçəkmiş şəxs özü hazırda xarici ölkədə müalicə alır, ona görə mənzilin birini satmaq barədə öz sürücüsü Təqsirləndirilən şəxs1 əvvəldən etibarnamə üzrə səlahiyyət də vermişdir ki, sənədləşmə işini onun adından həyata keçirsin. Özü etiraz etməmiş, bildirmişdir ki, mənzili kimin adına keçirmək lazımdırsa sənədləşdirə bilər. Bundan sonra MTK-da sənədləşmə işlərinə nəzarət edən katibə xanım Nataliyaya tapşırmışdır ki, sənədləri götürüb nəzərdən keçirsin və qanuniliyini yoxlasın. Özü Təqsirləndirilən şəxs1 əvvəldən tanımamış, onunla özünün heç bir şəxsi münasibəti də olmamışdır. Həmin vaxt da Şahin bu barədə əvvəlcə binanın komendantı Ramizə müraciət etmişdir. O, razılıq verəndən sonra Şahin və onun yanında gətirdiyi Şahid15 adlı şəxs onun ofisinin yerləşdiyi Bakı şəhəri, köhnə Qaqarin körpüsü adlanan yerin yanındakı, yəni ünvan 22 ünvanına gəlmiş, özü onlarla görüşmüş, özü də Şahin tərəfindən təqdim edilən sənədləri götürüb baxmışdır. Şahinin əlində Zərərçəkmiş şəxs tərəfindən ona bütün əmlakının idarə olunması və üzərində sərəncam verilməsi səlahiyyəti verilməsinə dair 01 dekabr 2015-ci il tarixli etibarnamə blankı olmuşdur. Şahin ona bildirmişdir ki, Çingiz müəllim mənzilin birini, yəni ünvan 21 ünvanındakı 4 otaqlı 106 nömrəli mənzili Nurlan adlı həmin şəxsə satır, onun adına keçirmək istəyir. Qanuni etibarnaməsi olduğundan etiraz etməmiş, razılıq verərək Zərərçəkmiş şəxs adına olan həmin 106 nömrəli 4 otaqlı mənzilin Şahinin yanında gəlmiş Şahid15 adlı şəxsin adına keçirilməsinə dair 30 mart 2018-ci il tarixdə alqı-satqı müqaviləsini rəsmiləşdirmiş, mənzil Şahid15 adına keçmişdir. Həmin alqı-satqı müqaviləsi "xxxx" firmasının müdiri şəxsində Şahid8 ilə Şahid15 arasında imzalanıb bağlanmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Təxminən bir ay sonra Şahin özü Nurlanın adından ona verilmiş 28 aprel 2018-ci il tarixli, ünvan 21 ünvanındakı həmin mənzilin üzərində sərəncam vermək hüququna dair olan etibarnamə ilə komendant Ramizə yenə müraciət edib həmin mənzilin başqa bir şəxsin adına keçirilməklə satmaq istədiyini bildirmişdir. Komendant Ramiz də ona bu barədə deyəndən sonra o, razılıq vermişdir. Bundan sonra Şahin bir nəfər Şahid3 adlı qadınla və sonuncunun tanımadığı ailə üzvləri ilə onun yanına gələrək həmin mənzilin Səfiyyə xanım tərəfindən alınmaq istədiyini bildirmiş və mənzilin onun adına keçirilməsi üçün müqavilə bağlamağı xahiş etmişdir. O, də yenə Şahinin əlində etibarnamə sənədinin olduğunu nəzərə alıb etiraz etməmiş, rəsmiləşməyə icazə vermiş və eyni qaydada "xxxx" firmasının müdiri şəxsində Şahid8 ilə Şahid3 arasında 01 may 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Beləcə firmada ünvan 21 ünvanındakı 106 nömrəli həmin mənzil Şahid3 adına keçirilmişdir. Həmin rəsmiləşmə üçün Şahid15 arvadı olan X39 da "xxxx" firmasına notarial təsdiqlənmiş razılıq ərizəsini təqdim edərək mənzilin satılmasına və ya digər şəxsin adına keçirilməsinə etirazı olmadığını bildirmişdir. Hazırda da Şahid3 adlı həmin qadın qeyd olunan ünvanda yaşamaqdadır, bildiyinə görə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi də almışdır. 2019-cu ilin yanvar ayında Şahin yenə komendant Ramizə müraciət edib bildirmişdir ki, Zərərçəkmiş şəxs müalicəsi üçün pul lazım olduğundan ünvan 21 ünvanındakı o biri mənzilini, yəni 3 otaqlı 105 nömrəli mənzilini də satmaq istəyir, həmin mənzili də başqa bir şəxsin adına keçirmək fikrindədir. Komendant Ramiz də ona bu barədə deyəndən sonra o, razılıq vermişdir. Şahin özü onun yanına gələrək bu barədə bildirmiş, qeyd etdiyi kimi özü Şahində Zərərçəkmiş şəxs tərəfindən ona bütün əmlakının idarə olunması və üzərində sərəncam verilməsi səlahiyyəti verilməsinə dair 01 dekabr 2015-ci il tarixli etibarnamə sənədinin olduğunu nəzərə alıb etiraz etməmişdir. Şahin bildirmişdir ki, həmin mənzili Təqsirləndirilən şəxs2 adına keçirmək istəyir. Bundan sonra o, həmin mənzilin rəsmiləşməsinə icazə vermişdir. X78 Qasımov adlı həmin şəxslə onun ofisinə gəlmiş və eyni qaydada "xxxx" firmasının müdiri şəxsində Şahid8 ilə Təqsirləndirilən şəxs2 arasında 04 fevral 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Beləcə firmada ünvan 21 ünvanındakı 3 otaqlı 105 nömrəli həmin mənzil Təqsirləndirilən şəxs2 adına keçirilmişdir. Bundan sonrakı günlərdə Şahin bir neçə dəfə ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs2 adına keçirilmiş həmin 105 nömrəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədinin alınmasına ona köməklik göstərsin. O da həmin vaxtlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan tanıdığı bir nəfər şəxsdən bu barədə xahiş etmişdir. Sonradan Şahin və İlham adlı şəxs bildiyinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış sənədini almışlar. Mənzilləri satmaq istəməsi və ya digər şəxslərin adlarına keçirmək İstəməsi ilə bağlı Təqsirləndirilən şəxs1 müraciət edərkən özü bu barədə Zərərçəkmiş şəxs, yaxud onun ailə üzvlərinə heç bir məlumat verməmiş, nə də bu barədə razılığının olub-olmadığını soruşmamışdır. Buna heç ehtiyac da görməmiş, çünki Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən ona bütün əmlakının idarə olunması və üzərində sərəncam verilməsi səlahiyyəti verilməsinə dair 01 dekabr 2015-ci il tarixli notarial qaydada verilmiş etibarnaməsi olmuşdur. Təxminən bir ildən sonra xəbər tutmuşdur ki, Şahin etibarnaməsi olmasına baxmayaraq həmin mənzilləri Zərərçəkmiş şəxs xəbərsiz özgəninkiləşdirmişdir. Şahid15, Şahid3 və Təqsirləndirilən şəxs2 özü əvvəldən tanımamış, həmin şəxslərlə özünün heç bir şəxsi münasibəti olmamışdır. Komendant Ramizin də ona deməsinə görə bilmişdir ki, həmin mənzillərə görə qismən təmir işlərinin aparılması, yaxud müəyyən kommunal xərclərin ödənilməsinə görə həmişə Şahin özü gəlib getmiş, yəni Şahini Çingizin yaxın etibarlı adamı kimi tanımışlar. Qeyd edilən ünvan 21 ünvanında yerləşən 106 nömrəli mənzilin "xxxx" firmasında Şahid15, daha sonra isə Şahid3 adlarına rəsmiləşdirilməsi proseslərinin həyata keçirilməsi üçün özünə nə Təqsirləndirilən şəxs1, nə də Şahid15 tərəfindən heç bir pul məbləği ödənilməmişdir. Eləcə də həmin binada yerləşən 105 nömrəli mənzilin də Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsi prosesinin həyata keçirilməsi üçün, yaxud firma ilə Təqsirləndirilən şəxs2 arasında müqavilə bağlandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Təqsirləndirilən şəxs2 adına həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədinin alınması məqsədi ilə ona nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 tərəfindən heç bir pul məbləği ödənilməmiş, bu məqsədlə özü onlardan heç bir pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2018-ci ilin təxminən aprel ayında Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. Həmin günlərdə həm özü, həm də oğlu Kamran internet üzərindən bəzi daşınmaz əmlak saytlarına baxıb, eləcə də bəzi maklerlə bu barədə danışıb maraqlanmışlar. Həmin günlərdə oğlu Kamran hansısa tanımadığı bir nəfər makler vasitəsi ilə xəbər tutmuşdur ki, ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 4 otaqlı bir mənzil satışa qoyulmuşdur. Ona görə də əvvəlcə oğlu Kamran həmin ünvana gedib mənzilə baxmış, sonra gəlib ona da bildirmişdir. Bundan sonra özü də həmin mənzilə baxmaq qərarına gəlmişdir. Oğlu Kamranla birlikdə özü, həmin makler olan kişi mənzilə baxmağa getmişlər. Orada maklerin yanında olan soyadının Fətəliyev olduğunu sonradan bildiyi Şahin adlı ilk dəfə gördüyü bir nəfər orta yaşlı kişi özünü mənzil sahibinin yaxın adamı kimi ona təqdim etmişdir. Şahin bildirmişdir ki, mənzil bir nəfər iş adamına məxsusdur, özü həmin iş adamının sürücüsüdür, işlərini görən adamdır, mənzil isə MTK-da həmin iş adamının yaxın qohumunun adına qeydə alınmışdır. Məlum olmuşdur ki, həmin mənzil müqavilə ilə Şahid15 adlı şəxsin adınadır. Şahin bildirmişdir ki, Nurlan mənzilin sahibinin qohumudur, alqı-satqıda o iştirak edəcəkdir. O, oğlu ilə birlikdə mənzilə baxıb bəyənmiş, mənzil 106 nömrəli mənzil olmuş, 200 kvadratmetr olmaqla təmirsiz vəziyyətdə olmuş, sadəcə döşəməsinə dik vurulmuş və bəzi divarlarında, tavanın bəzi yerlərində alçıpan vurulmuşdur. İlkin söhbət zamanı Şahin adlı həmin şəxs bildirmişdir ki, mənzilin satış qiyməti 280.000 manatdır. Qiyməti bir qədər baha olduğu üçün özü və oğlu Kamran Şahinə bildirmişlər ki cəmi 264.000 manat pulu var, artıq məbləğə maddi imkanı çatmır. Şahin isə əvvəlcə razılaşmayaraq bildirmişdir ki, 280.000 manatdan aşağı satmaq fikri yoxdur. Bundan sonra özü yenə də ailə üzvləri ilə məsləhətləşmək qərarına gəlmişdir. Təxminən 10 gündən sonra adını xatırlamadığı makler olan şəxs oğlu Kamrana bildirmişdir ki, ev sahibi mənzili 264.000 manata satmağa razıdır. Ona görə də oğlu Kamranla məsləhət edib qərara gəlmişlər həmin mənzili alsınlar. Bundan sonra digər makler olan Nofəl adlı şəxs onları həmin binanı inşa etmiş "xxxx" firmasının rəhbəri olan Abbas adlı şəxsə məxsus Bakı şəhəri, köhnə Qaqarin körpüsü adlanan yerin yanındakı binada yerləşən ofisə aparmışdır. Həmin vaxt oraya oğlu Kamranla, onun qaynatası, yəni qudası Samir Xanlarovla birlikdə getmiş, həmçinin mənzilin adına olduğu şəxs olan Şahid15, eləcə də Şahin adlı həmin kişi, makler kimi Nofəl adlı şəxs, həmçinin firmanın rəhbəri Şahid2 və onun sənəd işinə baxan Natalya adlı qadın da bu prosesdə iştirak etmişlər. Mənzilin adına olduğu Nurlandan mənzili nə üçün satmalı olduğunu soruşmuş, Nurlan ona özünün Türkiyədə ev tikməklə, tikinti işləri aparmaqla məşğul olduğunu, bu mənzili də təmir etdirmək istədiyini, lakin binanın həyətinin olmadığını, həyəti olan bina almaq istədiyini, ona görə satmasını bildirmişdir. Alqı- satqıya getməzdən əvvəl özü və oğlu Kamran Şahinə bildirmişlər ki, mənzil kimin adınadısa həmin şəxsin arvadının da notarial qaydada razılıq ərizəsi olsun, sonra alqı-satqı etsinlər. Ona görə də oraya gələndə Şahid15 adlı şəxs arvadı X21 adından notarial təsdiqlənmiş razılıq ərizəsini də gətirmişdir. Bütün sənədlərə özü, oğlu Kamran, qudası Samir baxmış, sənədlərin qanuni olduğunu, heç bir problem olmadığını görəndən sonra alqı-satqı etmək qərarına gəlmişlər. Həmin vaxt oraya firmanın rəhbəri Abbasın dəvəti ilə "xxxx" firmasının müdiri şəxsində çıxış edən Şahid8 da gəlib çıxmış və orada firmanın rəhbəri Abbasın otağında 01 may 2018-ci il tarixdə "xxxx" firmasının müdiri şəxsində Şahid8 ilə özü arasında alqı-satqı müqaviləsi bağlanmışdır, Müqaviləni həm özü, həm də Rövşən onun yanında imzalamışdır. Beləcə ünvan 21 ünvanındakı həmin 106 nömrəli mənzil onun adına keçirilmişdir. Bundan sonra Abbasın ofisini tərk edib makler Nofəl adlı şəxsin Bakı şəhəri Rəşid Behbudov küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində yerləşən ofisinə getmişlər ki. Makler Nofəlin həmin ofisində özü oğlu Kamranın və qudası Samirin, makler Nofəlin, mənzili əvvəldən göstərmiş Şahin adlı şəxsin iştirakları ilə cəmi 264.000 manat pulu nağd şəkildə sayaraq Şahid15 təqdim etmişlər. Nurlan da pulu sayıb təhvil almış və sağollaşıb getmişdir. Həmin vaxt orada makler Nofəl adlı şəxsə də maklerlik fəaliyyətlərinə görə xidmət haqqını ödəmiş və oradan çıxıb getmişlər. Təxminən 4-5 gündən sonra özü və oğlu Kamran mənzilə dair həmin sənədləri "xxxx" firmasında Natalya adlı qadından təhvil alandan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə gedib mülkiyyət hüququnun qeydə alınması üçün çıxarış sənədi almaq məqsədi ilə həmin sənədləri təqdim etmişdir. Təxminən bir aydan sonra isə öz adına Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A mənzil 106-da olan həmin mənzil sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi hazır olmuş və dövlət orqanından çıxarış sənədini götürmüşdür. Bundan sonrakı dövrdə isə aldığı həmin mənzildə təxminən iki ilə yaxın müddət ərzində təmir işləri aparmış, mənzilin təmirinə təxminən 100.000 manat da pul xərcləmişdir. Təmir başa çatandan sonra isə 2019cu ilin dekabr ayında özü, oğlu Kamran və onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamış, hazırda da həmin mənzildə yaşayır. Zərərçəkmiş şəxs özü tanımır, həmin şəxslə özünün heç bir tanışlığı, münasibəti olmamış, hazırda da yoxdur. Mənzilin Zərərçəkmiş şəxs məxsus olması barədə də Şahin heç bir söz deməmiş, yəni Çingiz adlı şəxsin adını çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, hazırda ünvan 24 ünvanında oğlu Elşən Qasımovla birlikdə öz atası evində yaşayır. Təqsirləndirilən şəxs2 ilə 1989-cu ildən rəsmi nikahla evlidir, bu nikahdan Elşən adlı oğlu var. Özü hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının dosenti vəzifəsində işləyir, tələbələrə tarix fənnini tədris edir. Evsizlik şəraiti ilə əlaqədar özü oğlu Elşənlə Şamaxı şəhərində qeyd etdiyi ünvanda yaşayır, əri İlham isə Bakı şəhəri, Səbail rayonu, Şahid7 küçəsi, ev 16, mənzil 14 ünvanında öz anası ilə birlikdə qalır. 2019-cu ilin əvvəllərində özü həmişəki kimi Bakı Dövlət Universitetində dərsdə olduğu zaman əri İlham ona zəng edib bildirmişdir ki, onun təcili imza etməli olduğu bir sənəd var, imzalamağı lazımdır, Bakı Dövlət Universitetinin qarşısına gəlib, bir neçə dəqiqəlik işdən çıxıb gəlsin və həmin sənədi imzalayıb geri qayıtsın. Həmin ərəfədə dərs vaxtı olduğundan işdən çıxa bilməmiş, ona görə də İlhamın sözünə görə bir neçə dəqiqəlik kafedra otağından çıxıb Bakı Dövlət Universitetinin binasının giriş yeri qarşısına gəlmişdir. Əri İlham oraya bir avtomobillə gəlmiş, onun gəldiyini görərək avtomobilin salonundan düşüb ona tərəf yaxınlaşıb bir sənədi təqdim edib bildirmişdir ki, sənədi imzalasın. Həmin vaxt avtomobilin salonunda İlhamın iş yoldaşı kimi təqdim etdiyi Şahin adlı bir nəfər orta yaşlı kişi də olmuş, salonda arxada əlavə kiminsə olub-olmadığını dəqiq xatırlamır. Tələsik vəziyyətdə İlham ona imza etmək üçün sənədi uzadanda özü həmin sənədin hansı sənəd olmasını, nə üçün imzalamalı olduğunu soruş, İlham ona «sən narahat olma, ya sənlik, ya mənlik bir iş yoxdur, iş yoldaşım Şahinin pul borcu olduğundan dayısının evi satılmalıdır, ona görə mənim adıma keçirib, sən sadəcə imza et ki etiraz eləmirsən» deyə bildirmişdir. Həmin vaxt avtomobildə olan İlhamın iş yoldaşı kimi təqdim etdiyi Şahin adlı şəxs özü də ona «bacı sən narahat olma, sənlik bir iş yoxdur» deyə bildirmiş, o, daha artıq heç bir söz deməyib, həm də işə geri tələsdiyi üçün İlhamın təqdim etdiyi həmin sənədi imzalayıb yenidən universitetin binasına dərsə qayıtmışdır. Bundan sonra həmin sənəd, ev və imza məsələsi ilə əlaqədar İlhamla özü arasında heç bir söhbət olmamışdır. Sadəcə bir bir neçə gün öncə aralarındakı söhbət zamanı əri İlham ona bildirmişdir ki, onun imza etdiyi həmin sənəd ondan ötrü olmuşdur ki, iş yoldaşı Şahinin ona təxminən 20,000-25.000 manat pul borcu olduğu üçün Şahin ona həmin vaxtlarda dayısının mənzili kimi təqdim etdiyi, lakin sonradan bildiyinə görə həqiqətdə "xxxx"-da onun müdiri olan Çingiz adlı şəxsə məxsus olmuş mənzili etibarnaməsi olduğu üçün onun adına keçirmiş, sonradan isə onun adından alqı-satqı təşkil edib satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təxminən 2005-ci ildən hazırki vaxtadək "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasında, qeyri-rəsmi olaraq komendant işləyir, binanın kommunikasiya sisteminə bələddir, sakinlərdən kommunal xərclərin toplanmasında və binaya aid sair təsərrüfat işlərinin yerinə yetirilməsində köməklik göstərir. Hələ 2005-ci ildə həmin bina yeni inşa edilməyə başladığı dövrdə uzaqdan tanıdığı Zərərçəkmiş şəxs həmin binanın 2-ci blokunda 14-cü mərtəbəsində 4 otaqlı və 3 otaqlı olmaqla iki mənzil sahəsi almışdır. Hazırda həmin 4 otaqlı mənzil 106 nömrəli mənzildir və orada Şahid3 adlı qadın, bəzən də onun Kamran adlı oğlu ailə üzvləri ilə yaşayır. 3 otaqlı mənzil isə 105 nömrəli mənzildir və bildiyinə görə hazırda həmin mənzildə Ceyhun adlı şəxs təmir işləri aparır. Özü Zərərçəkmiş şəxs adlı şəxsi sonuncu dəfə demək olar ki, təxminən 10 ildən çox bundan əvvəl binanın həyətinə gələndə görmüş, əvvəldən bilmişdir ki, həmin iki mənzili alan şəxsdir. Sonradan uzun itlər Çingiz heç binanın həyətinə, yaxud mənzillərinə özü heç gəlməmiş, Çingizin bütün işlərini onun ailə sürücüsü olan Təqsirləndirilən şəxs1 adlı şəxs yerinə yetirmişdir. Daim Şahin həmin ünvana gəlmiş, ödənilməli kommunal xərclər olduqda özü Şahinə müraciət etmiş, mənzillərdə müəyyən kiçik təmir işləri üçün ustaları və inşaat materialı gətirmişdir. Həmin mənzillərlə bağlı nə məsələ ortaya çıxsa o, ancaq Şahini tanımış, ona müraciət etmişdir. Şahini Çingizin yaxın adamı kimi həmişə tanımış, Çingizin özü ilə heç vaxt əlaqəsi, danışığı olmamışdır. Şahindən dəfələrlə Çingiz müəllimin ağır xəstə olması, müalicə alması barədə eşitmişdir. 2018-ci ilin mart ayında Şahin həmin ünvanda binanın həyətinə gələrək ona bildirmişdir ki, Çingiz müəllim ağır xəstə olduğu üçün xarici ölkədədir, İzraildə müalicə alır, ona pul lazım olduğundan həmin binada aldığı mənzillərdən birini təcili satmaq istəyir, ona görə mənzili hansısa qohumunun, kiminsə adına keçirmək niyyətindədir. Şahin ona demişdir ki, özü də bu barədə binanın sahibi, yəni "xxxx" firmasının sədri Şahid2 bildirmişdir. O, Şahindən kommunal borcu ödəməyi də xahiş etmiş, o da demişdir ki, narahat olmasın, nə borc varsa ödəyəcəkdir. Bundan sonra özü də Şahinin dediyi şəkildə Abbasa bildirmiş, Abbas da etiraz etməmiş, mənzilə dair müqaviləni kimin adına dəyişdirmək istəyirlərsə rəsmiləşdirəcəyini demişdir. Şahin həm də bildirmişdir ki, Çingizin övladları ilə münasibəti nəisə soyuqlaşmışdır, həm də istəmir ki, mənzil öz adında qalsın, Çingiz ona əvvəldən etibarnamə üzrə səlahiyyət də vermişdir ki, bütün əmlak məsələlərini, sənədləşmə işlərini onun adından həyata keçirsin. Bir neçə gün sonra Şahin yanında bir nəfər Nurlan adlı tanımadığı oğlanla gələrək mənzilə dair müqavilənin onun adına dəyişdiriləcəyini bildirmişdir. Bundan sonra Şahin həmin Nurlan adlı şəxslə Abbasın ofisinin yerləşdiyi köhnə Qaqarin körpüsü adlanan yerin yanındakı, ünvan 22 ünvanına getmişlər, özü də kommunal borcu Şahindən almaq üçün həmin ofisə getmişdir. Orada hazırki 106 nömrəli mənzilin Nurlan adlı şəxsin adına keçirilməsinə dair sənədləşmə işi aparılmışdır. Şahin həmin vaxt ona mənzilə görə yaranmış təxminən 1500 manata yaxın kommunal borcu da ödəmiş, hələ bir qədər kommunal borc da qalmışdır. Abbas ofisdə özünün işçisi olan Natalya adlı qadına tapşırmışdır ki, sənədləşməni tərtib etsin. Orada 106 nömrəli mənzilin Nurlan adlı həmin şəxsin adına keçirilməsi barədə alqı-satqı müqaviləsi hazırlanmış, "xxxx" firmasının müdiri şəxsində Şahid8 də gəlmiş, sonra Rövşənlə Nurlan adlı həmin oğlan arasında müqavilə bağlanmış, sonra özü kommunal ödənişi alaraq oradan çıxıb getmişdir. Təxminən bir ay sonra Şahin yenə onun yanına gəlib bildirmişdir ki, həmin 106 nömrəli mənzili Nurlanın adından çıxarıb başqa bir nəfər alıcının adına keçirmək lazımdır, artıq mənzili başqa bir nəfərə satır, yeni müqavilə bağlanmalıdır. O da əvvəlki qaydada yenə Abbasa bu barədə demiş, Abbas da rəsmiləşmə üçün heç bir etiraz etməmişdir. Səhv etmirsə 2018-ci ilin may ayında Şahin Şahid3 adlı qadınla və həmin qadının oğlu olan Kamranla, bir də hansısa qohumu ilə gəlmiş, onlar yeni müqavilənin bağlanması üçün yenə Abbasın iş ofisinə getmişlər. O da həmin ofisə getmişdir ki, qalıq kommunal borcu da ala bilsin. Həmin ofisə Nurlan adlı şəxs də gəlmişdir. Yenə orada 106 nömrəli mənzilin Səfiyyə adlı qadına satılmasına dair "xxxx" firmasının müdiri Şahid8lə Səfiyyə adlı qadın arasında müqavilə bağlanmışdır. Hazırda xatırlamadığı məbləğdə Şahin tərəfindən ona mənzilin kommunal borcunun bir hissəsi də ödənilmişdir. Mənzilin yeni sahibi Şahid3 adlı qadın olmuşdur. Hazırda da Səfiyyə adlı həmin qadın və oğlu Kamran qeyd olunan mənzildə yaşamaqdadır. Aradan xeyli vaxt keçəndən sonra, 2019-cu ilin yanvar ayında Şahin bir nəfər İlham adlı kişi ilə yenə onun yanına gəlib bildirmişdir ki, Çingiz xəstəliyi ilə bağlı pul lazım olduğundan həmin binadakı 2-ci mənzilini də, yəni 105 nömrəli mənzili satmağı ona tapşırıb, həmin mənzil İlhama satılacaqdır, bunun üçün yenə İlhamın adına yeni müqavilə bağlanmalıdır. O, Şahinin sözünə görə bu barədə Abbasa xəbər etmiş, Abbas da yenə heç bir etiraz etməmişdir. Bundan bir neçə gün sonra 2019-cu ilin fevral ayında Abbasın həmin ofisinə getmişlər. Orada Abbas yenə sənədlərə baxmış, Natalyaya tapşırmışdır ki, yeni müqavilə tərtib edib sənədləri hazırlasın. Şahin də ofisə İlham adlı həmin kişi ilə gəlmişdir. Ofisdə eyni qaydada "xxxx" firmasının müdiri şəxsində Şahid8lə İlham adlı həmin şəxs arasında 105 nömrəli mənzilin alqı-satqısına dair yeni müqavilə rəsmiləşdirilmişdir. O, orada Şahindən mənzilə görə qalmış hansısa məbləğdə kommunal borcunu da almışdır. Bundan sonra Şahini bir daha həmin ünvanda görməmişdir. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, həmin 105 nömrəli mənzilin yeni sahibi, yəni onu almış şəxs Ceyhun adlı şəxsdir, hətta onunla binanın həyətində görüşüb tanış olarkən də Ceyhun bildirmişdir ki, həmin mənzilin yeni sahibidir. Hazırda həmin mənzildə Ceyhun tərəfindən təmir işləri aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 2001-ci ildən Bakı şəhərində "xxxx" Şirkətində müxtəlif vəzifələrdə işləmiş, hazırda həmin şirkətdə Dəniz üzrə əməliyyat qrupunun rəhbəri vəzifəsində çalışır. Evlidir, iki övladı var. 2019-cu ilin iyul ayının əvvəllərində özü üçün ailəsi ilə birlikdə yaşamaq məqsədi ilə Bakı şəhərində yeni mənzil almaq qərarına gəlmişdir. Həmin günlərdə internet üzərindən bəzi daşınmaz əmlak saytlarına baxıb, eləcə də bəzi maklerlə bu barədə danışıb maraqlanmışdır. Elə həmin ərəfədə bir neçə gün ərzində saytdakı elanların birində ünvan 27 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 3 otaqlı təmirsiz olan bir mənzilin 275.000 manata satışa qoyulduğunu görmüş, həmin elanda yerləşdirilmiş Firqət adlı maklerin hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib mənzilə baxmaq istədiyini bildirmişdir. Həmin makler də heç bir etiraz etməmiş, mənzili ona göstərə biləcəyini dedikdən bir-iki gün sonra özü Firqət adlı həmin maklerlə görüşüb mənzilə baxmağa getmişdir. Mənzilə baxıb bəyənmiş, mənzil 105 nömrəli mənzil olmuş, 137 kvadratmetr olmaqla demək olar ki təmirsiz vəziyyətdə olmuş, sadəcə döşəməsinə dik vurulmuş və bəzi divarlarında elektrik xətti çəkilmiş, tavanında da alçıpan vurulmuşdur. İlkin söhbət zamanı özü makler Firqətdən mənzilin kupçasının, yəni çıxarış sənədinin olub-olmadığını soruşanda bildirmişdir ki, çıxarış sənədi vardır, mənzilin satış qiyməti son olaraq 270.000 manatdır. Qiyməti bir qədər baha olduğu üçün özü ona bildirmişdir ki cəmi 250.000 manat pulu var, artıq məbləğə maddi imkanı çatmır. Firqət də yenə qiymət barədə mənzilin sahibi ilə və onunla danışacağını bildirmişdir. Bundan sonrakı bir neçə gün ərzində mənzilin qiyməti barədə özü Firqətlə, sonra isə onun makler iş yoldaşı olan adını hazırda xatırlamadığı şəxslə danışıq aparmış, mənzili 250.000 manata almağa hazır olduğunu, artıq pulu olmadığını bildirmişdir. Makler Firqətlə özünün görüşü yalnız bir dəfə, o da mənzilə ilk dəfə baxmaq üçün gedərkən olmuş, sonrakı proseslərdə adını xatırlamadığı, Firqətin həmin iş yoldaşı olan makler iştirak etmişdir. Bir neçə gün ərzində həmin makler ona zəng edib bildirmişdir ki, özünün təklif etdiyi qiymətlə artıq mənzil sahibi razılaşmışdır, əgər mənzili almaq fikri qüvvədədirsə danışa bilər. Həmin vaxt özü işdən çıxa bilməmiş, Bakı şəhəri Səbail rayonu ərazisində işlədiyi şirkətin yerləşdiyi «Port Baku» binasında olmuşdur. Onun təklifi ilə həmin makler mənzilin sahibi olduğunu dediyi şəxsi də götürüb onun iş yerinin yaxınlığına gəlmişdir. O, həmin maklerlə və onun yanında gəlmiş, adını sonradan bildiyi Şahin adlı, nisbətən qarayanız, hündürboy, saçları ağarmış şəxslə iş yerinin yaxınlığındakı bir kafedə görüşmüş, mənzilin qiyməti barədə söhbət etməyə başlamışlar. Aralarındakı söhbət zamanı Şahin adlı həmin şəxs ona bildirmişdir ki, özü həmin mənzilin sahibinin, yəni mənzilə dair qanuni çıxarış kimin adınadırsa həmin şəxsin yaxın dostudur, şərikidir, hazırda özü gəlmişdir, mənzilin sahibi də bir neçə dəqiqəyə gəlir. Mənzilin qiyməti barədə isə artıq onun təklif etdiyi 250.000 manata razılaşmışlar. Bir neçə dəqiqə gözləsələr də çıxarış sənədinin adına olduğu şəxs, yəni Şahinin dostu gəlib çıxmamış, Şahin ona zəng etdikdə nə isə vacib işi olduğunu, gələ bilmədiyini bildirmişdir. Buna baxmayaraq özləri artıq mənzili alqı-satqı etmək barədə razılaşmış və onlarla sağollaşıb ayrılmışdır. Alqı-satqıdan qabaq mənzili öz ailə üzvlərinə də göstərmək qərarına gəlmiş və xahişi əsasında həmin makler almaq istədiyi mənzili bir daha onun iştirakı ilə ailə üzvlərinə də göstərmiş və mənzili almaq barədə qəti qərara gəlmişdir. Bundan sonra o, həmin maklerlə danışıq aparıb mənzili alqı-satqı etmək üçün gün təyin etmişlər. 03 avqust 2019-cu il tarixdə o, maklerin təklifi ilə alqı-satqı etmək üçün Bakı şəhərində «Spase TV»-nin binasının arxa tərəfinə yaxın yerləşən 53 saylı notariat kontoruna getmiş, həmin makler oraya almaq istədiyi mənzilin sahibi olan, çıxarış sənədinin adına olduğu Təqsirləndirilən şəxs2 ilə gəlmişdir. O, İlhamla orada tanış olmuş, bir-birinə alqı-satqı ilə bağlı xeyir-dua vermiş və orada onunla Təqsirləndirilən şəxs2 arasında ünvan 28 ünvanında yerləşən mənzil sahəsini alması ilə bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. O, mənzilə görə notariusun bankdakı depozit hesabına 250.000 (iki yüz əlli min) manat pul vəsaitini ödəmiş, hər ikisi müqaviləni imzalamışdır. Alqısatqı müqaviləsi bağlanan gün Şahin notariata gəlməmiş, sadəcə makler və Təqsirləndirilən şəxs2 gəlmişdir. Aralarındakı qısa söhbət əsnasında Təqsirləndirilən şəxs2 sadəcə ona mənzilin özününkü olduğunu və satmaq qərarına gəldiyini bildirmiş, özü də artıq ondan heç nə soruşmamışdır. Müqaviləni imzalayandan sonra o, notariatı tərk edib öz işinin dalınca getmişdir. Səhərisi gün elə həmin yerdə, yəni 53 saylı notariat kontorunda görüşmüşlər, çünki notariatdan alqı- satqı üzrə müqavilənin bir nüsxəsini və mənzilə dair öz adına çıxarış sənədi almaq üçün göndəriş sənədini, həmçinin əvvəldən aralarındakı razılaşmaya görə Şahindən mənzilin açarını götürməli olmuşdur. Həmin vaxt oraya əvvəlcə İlhamla makler olan şəxs birgə gəlmiş, bir qədər gözlədikdən sonra Şahin özü də həmin yerə gəlib çıxmış, o, Şahindən həmin mənzilin bir ədəd açarını təhvil almış, bir-birinə xeyir dua vermişlər. Həmin vaxt notariat kontorunda olarkən Şahinin yanında bir nəfər tanımadığı qadın və bir nəfər kişi də gəlmiş, lakin onların kim olduğunu bilməmiş, onları sadəcə Şahinin yanında görmüş, onların nə məqsədlə gəldiklərini bilməmişdir. Həmin vaxt Şahin ondan xahiş edib bildirmişdir ki, mənzildə qalmış soyuducunu götürməyə icazə versin, çünki özü həmin soyuducunu mənzildən götürəcəyinə dair arvadına söz vermişdir. O da Şahinin bu xahişini yerə salmamış və soyuducunun mənzildən götürülməsinə icazə vermiş, sonradan notariatda Şahinin yanında gördüyü həmin qadın və kişi iki nəfər fəhlə tutub gətirərək həmin soyuducunu onun mənzilindən götürüb aparmışlar. 27 avqust 2019-cu il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə gedib mülkiyyət hüququnun qeydə alınması barədə ünvan 29 ünvanındakı həmin mənzil sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən öz adına çıxarış sənədini götürmüşdür. Bundan sonrakı dövrdə isə aldığı həmin mənzildə təxminən bir ildən artıq müddət ərzində təmir işləri aparmış, mənzilin təmirinə təxminən 100.000 manata yaxın pul xərcləmişdir. Zərərçəkmiş şəxs tanımır, belə bir şəxslə özünün heç bir tanışlığı, münasibəti olmamış, hazırda da yoxdur. Zərərçəkmiş şəxs adını ümumiyyətlə nə Şahindən, nə də Firqət adlı maklerdən eşitməmiş, bu barədə onlar ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, fərdi qaydada avtomobillərin ticarəti ilə məşğul olur. 2019-cu ilin sonlarında Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobillərin icarəyə verilməsi ilə məşğul olan şəxs kimi özünü Nurlan adı ilə təqdim edən tanımadığı oğlan ona zəng edərək bildirmişdir ki, “Toyota Land- Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı bir avtomobil var, həmin avtomobili satır, istəyirsə avtomobilin vəziyyətinə gəlib baxsın. Nurlan avtomobili ona 21.500 ABŞ dollarına almağı təklif etmişdir. Nurlanın təklifinə etiraz etməmiş, avtomobilə baxmaq qərarına gəlmişdir. O, Xırdalan şəhərinə Nurlanın işlədiyi həmin ofisə gedib onun tanımadığı işçiləri tərəfindən göstərilən avtomobilə baxmış, Nurlan özü heç oraya gəlməmişdir. Avtomobil ağ mirvari rəngli “Toyota Land-Cruiser Prado" markalı **-XR-*** dövlət qeydiyyat nişanlı, yaxşı vəziyyətdə olan bir avtomobil olmuşdur. Avtomobil xoşuna gəldiyindən qiymət barədə danışıq aparıb almaq qərarına gəlmiş, hər şeydən əvvəl avtomobilin X63 hər hansı cəriməsinin olub-olmaması ilə, sənədləri ilə maraqlanmış, heç bir problem olmamışdır. Səhv etmirsə həmin avtomobil qeydiyyat şəhadətnaməsi üzrə bir nəfər Aişə adlı qadının adına qeydiyyatdan keçmişdir. Heç bir problemi olmadığını görüb özü Nurlanla mobil telefon vasitəsi ilə avtomobilin qiymətində bir qədər aşağı düşməsi məzmununda danışıq aparmış, son qiymət olaraq 20.500 ABŞ dollarına, yəni 34.850 manata razılaşmış, özü həmin pulu ABŞ dolları ilə Nurlanın sözünə əsasən onun ofisində işləyən tanımadığı bir nəfər oğlana ödəmiş, sonra isə avtomobili götürüb ilə həmin vaxt menecer qismində işlədiyi, Bakı şəhəri Babək prospektində yerləşən “Nur Cars” adlı avtomobil satış salonuna aparıb satışa qoymuşdur. Əvvəllər özü həmin avtosalonda avtomobillərin satışını həyata keçirən, həm də salon üçün avtomobil tapıb gətirən şəxs kimi fəaliyyət göstərmişdir. Salonda avtomobili satışa qoyduğundan təxminən 5-6 gün sonra əslən Lənkəran rayonundan olan üç nəfər kişi həmin salona gələrək həmin “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmişlər. Həmin şəxslərdən birinin adı səhv etmirsə Taleh, digərinin adı isə Hüseynəli olmuş, o birinin adını xatırlamır. Onlar üç nəfər gəlsə də avtomobili faktiki olaraq Hüseynəli adlı şəxs üçün almaq istədiklərini bildirmişlər, avtomobili onlara 38.500 manata təklif etmişdir. O, avtomobili alandan sonra onun vəziyyətini daha da yaxşılaşdırmaq üçün təxminən 1000 ABŞ dolları ona xərc də çəkmişdir. Qiymət barədə aşağı-yuxarı söhbət edəndən sonra həmin avtomobili 38.000 manata satmaq barədə həmin şəxslərlə razılaşmış, Taleh özü də avtomobili sürüb yoxlamış və bəyənmişlər. Həmin gün artıq axşam saatları olduğuna görə X79 İdarəsi bağlı olduğundan avtomobili alqı-satqı edə bilməmişlər və bu barədə etibarnamə verilməsi üçün Nurlanla telefonda danışıb ondan xahiş etmişdir ki, avtomobilə müştəri tapıb satır, etibarnamə vermək məsələsini həll etsin. Sonra Nurlanın göndərdiyi tanımadığı bir nəfər oğlan gələrək Bakı şəhəri “Qızıl Tac” şadlıq sarayının yanındakı notariat kontorunda Hüseynəlinin yanında gəlmiş həmin Taleh adlı şəxsin adma etibarnamə rəsmiləşdirmişdir. Özü də Hüseynəli adlı həmin alıcıdan 38.000 manat məbləğində pulunu alıb avtomobili onlara təhvil vermişdir. Etibarnamə Talehin adına ona görə rəsmiləşdirilmişdir ki, Taleh Lənkəran rayonunda həmin avtomobili sonradan Hüseynəlinin adına rahat şəkildə alqı-satqı edib sənədləşdirə bilsin. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanımır, bu kimi şəxslərlə heç vaxt şəxsi tanışlığı, şəxsi münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərindən biri olan Şahid2 onun doğma xalası oğludur. Əvvəllər 2014-cü İldən 2019-cu ilin sentyabr ayına qədər olan dövrdə faktiki olaraq xalası oğlu Şahid2 məxsus olan "xxxx" firmasının direktoru vəzifəsində işləmiş, 2019-cu ilin sentyabr ayında həmin firmada direktor vəzifəsindən azad olunmuşdur. Hazırda bildiyinə görə "xxxx" firmasının direktoru üzdən tanıdığı Fərhad adlı şəxsdir. Qohumu Şahid2 deməsinə görə bilir ki, Zərərçəkmiş şəxs adlı şəxs "xxxx" firması tərəfindən ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 4 otaqlı 106 nömrəli və 3 otaqlı 105 nömrəli mənzilləri hələ 2005-ci ildə öz adına satın almışdır. Lakin özü Zərərçəkmiş şəxs adlı həmin şəxsi tanımır, onunla heç vaxt görüşü və tanışlığı olmamışdır. Xatırladığına görə 2018-ci ildə, dəqiq ayı və tarixi günü yadında deyil, "xxxx" firmasının direktoru olduğu dövrdə firmanın sahibi Şahid2, həmçinin firmada katibə işləyən Natalya xanım ona zəng edib bildirmişdir ki, firmanın ofisinə gəlsin, orada hansısa mənzil üzrə müqavilənin digər şəxsin adına keçirilməsi ilə bağlı sənədə imza etməlidir. O da firmanın ünvan 22 ünvanında yerləşən ofisinə getmiş, oraya ünvan 23 ünvanında yerləşən yaşayış binasındakı 106 nömrəli mənzili almaq üçün bir nəfər Səfiyyə adlı qadın və onun hansısa kişi qohumu da gəlmişdir. Abbasın razılığına əsasən 106 nömrəli mənzilin Səfiyyə adlı həmin qadının adına keçirilməsi ilə bağlı orada yeni müqavilə hazırlanmış, özü də həmin müqaviləyə imza etdikdən sonra ofisi tərk edib getmişdir. Təqsirləndirilən şəxs1 tanımamış, onunla heç bir şəxsi tanışlığı, şəxsi münasibəti, nə də danışığı olmamışdır və yoxdur. Zərərçəkmiş şəxs da heç vaxt tanımamış, onunla heç bir şəxsi münasibəti, danışığı, əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 da tanımır, Təqsirləndirilən şəxs2 adlı şəxslə də heç bir tanışlığı, danışığı və razılaşması olmamışdır. 106 nömrəli mənzilin Şahid3 satılmasına dair sonuncu ilə bağlanmış 01 may 2018-ci il tarixli 02 nömrəli müqavilə blankının ikinci vərəqəsinin aşağı hissəsində «Satıcı», «müdir Şahid8» qrafasında olan imza isə həqiqətən özünə məxsusdur, öz imzasıdır, həmin imzanı özü çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, 2003-cü ildən hazırki vaxtadək "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərindən biri olan Şahid2 faktiki sahibi olduğu "xxxx" firmasında ofis meneceri işləyir, özünün əsas işi firmaya aid olan sənədlərin, arayışların və ya müqavilələrin tərtibatından ibarətdir. Firmanın sahibi Abbas müəllim hər hansı müqavilə, yaxud digər sənədin hazırlanması lazım olduqda bu barədə ona tapşırır, özü də həmin sənədləri hazırlayıb tərtib edir. 2014-2019-cu illərdə bir müddət "xxxx" firmasının direktoru vəzifəsində Şahid8 olmuş, hazrda isə həmin firmanın direktoru X15r. Zərərçəkmiş şəxs adlı şəxs hələ 2005-ci ildə "xxxx" firması tərəfindən ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 4 otaqlı 106 nömrəli və 3 otaqlı 105 nömrəli mənzilləri öz adına satın almışdır. Zərərçəkmiş şəxs elə də xatırlamır, ola bilsin ki o vaxtlarda onun mənzilləri alması ilə bağlı müqavilə və digər sənədləri də özü tərtib etmiş, çünki qeyd etdiyi kimi 2005-ci ildə də özü həmin firmada menecer işləmiş, sənədlərin tərtibatı işlərini özü görmüşdür. 2018-ci ilin səhv etmirsə mart ayında həmin firma tərəfindən ünvan 23 ünvanında inşa edilmiş binanın komendantı işləyən Şahid5 ona bildirmişdir ki, həmin binada 106 nömrəli mənzil onun sahibi tərəfindən satılır, yeni müştərinin adına müqavilə hazırlanmalı və yeni sənədləşmə aparılmalıdır, bu barədə Abbas müəllimin də xəbəri vardır. Həmçinin, bu barədə özünə firmanın sahibi Abbas müəllim də bildirmiş və tapşırmışdır ki, adamlar gələcək, həmin mənzilə dair imzalanmaq üçün yeni müqavilə və lazım olan digər sənədləri tərtib etsin. Həmin mənzil firmada Zərərçəkmiş şəxs adına olan mənzil olmuş, onun adından yaxın adamı kimi sürücüsü Təqsirləndirilən şəxs1 adlı şəxs bir nəfər Şahid15 ilə gəlmişdir. Şahinin özündə həmin mənzilin müqavilə sənədinin əsli, həmçinin Zərərçəkmiş şəxs adından bütün əmlak məsələlərini, sənədləşmə işlərini onun adından həyata keçirmə səlahiyyətinə dair baş etibarnaməsi də olmuşdur. Abbas müəllimin tapşırığına əsasən firmanın ofisinin yerləşdiyi ünvan 22 ünvanında yeni müqavilə sənədlərini hazırlayıb tərtib etmiş, 106 nömrəli mənzilin Nurlan adlı şəxsin adına keçirilməsinə dair rəsmiləşmə orada həyata keçirilmiş, 106 nömrəli mənzilin Nurlan adlı həmin şəxsin adına keçirilməsi barədə müqaviləni hazırlamışdır. Şahid15lə müqavilə "xxxx" firmasının müdiri şəxsində Şahid8 arasında tərtib olunmuş, lakin Şahid8 işi olduğu üçün müqaviləni imzalamağa gələ bilməmişdir. Ona görə də özü Rövşənlə bu barədə danışıb ona bildirmiş, Rövşən ona bildirmişdir ki, heç bir problem yoxdur, müqaviləyə onun adından özü imza etsin. Həmin dövrdə bu kimi sənədləşmə işlərində Şahid8 adından özünün iştirak etməsi və sənədləri imzalaması ilə bağlı direktor Şahid8 tərəfindən ona firmanın etibarnaməsi üzrə səlahiyyət verilmişdir. O da həmin müqavilədə etibarnamə səlahiyyəti üzrə Şahid8 adı və soyadı yazılan qrafa qarşısında imza etmişdir. Təxminən bir ay sonra yenə də firmanın sahibi Abbas müəllimin tapşırığı əsasında həmin 106 nömrəli mənzilin Şahid15 adından çıxarıb başqa bir nəfər alıcının Şahid3 adına keçirilməsi ilə bağlı yeni müqavilə sənədlərini tərtib edib hazırlamışdır. Səhv etmirsə 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 və Şahid15 bir nəfər Şahid3 adlı qadınla və həmin qadının hansısa qohumu ilə özü işləyən ofisə gəlmiş, onlar yeni müqavilənin bağlanması üçün yenə Abbas müəllimlə əvvəldən danışmışlar. O, 106 nömrəli mənzilin Səfiyyə adlı qadına satılmasına dair "xxxx" firmasının müdiri Şahid8lə Səfiyyə adlı həmin qadın arasında yeni müqavilə blankını tərtib etmiş, həmin müqaviləni imzalamaq üçün firmanın direktoru Şahid8 özü də gəlmiş və Səfiyyə ilə birlikdə həmin müqaviləni Şahid8 imzalamışdır. Həmin rəsmiləşmə zamanı Şahində Nurlanın adından ona verilmiş etibarnamə də olmuşdur. Bundan sonrakı dövrdə isə, xatırladığına görə 2019-cu ilin fevral ayında Abbas müəllimin sözünə əsasən Zərərçəkmiş şəxs adına həmin binada olan digər 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 adına keçirilməsi ilə bağlı da müvafiq sənədləri tərtib etmişdir. Həmin vaxt Şahin yenə də Zərərçəkmiş şəxs adından onun bütün əmlakının idarə edilməsi səlahiyyəti olan baş etibarnamə ilə çıxış etmişdir. Yenə də həmin ofisdə Abbas müəllimin icazəsi və tapşırığı ilə yeni müqaviləni tərtib edib sənədləri hazırlamış, eyni qaydada "xxxx" firmasının müdiri şəxsində Şahid8 və alıcı Təqsirləndirilən şəxs2 arasında 105 nömrəli mənzilin alqı- satqısına dair yeni müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilə onun tərəfindən tərtib olunarkən firmanın direktoru Şahid8 öz adı qarşısında imza etmək üçün gələ bilməmiş, ona görə də həmin müqaviləni firmanın sahibi Şahid2 özü imzalamış, həmçinin alıcı tərəfdən də Təqsirləndirilən şəxs2 imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 bildirmişdir ki, Lənkəran rayonu Bürcəli kəndində fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur, 2019-cu ilin noyabr-dekabr aylarında özü üçün “Toyota Land-Cruiser Prado” markalı avtomobil almaq qərarına gəlmiş, ona görə birlikdə avtomobil seçib almaq üçün qohumu, yəni qaynının oğlu Şahid12 ilə həmin günlərdə satışa qoyulmuş avtomobillərə baxıb maraqlanmış, bu səbəbdən Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində Babək prospektində yerləşən bir neçə avtomobil satışı salonlarına baxdıqdan sonra onlardan hazırda adını xatırlamadığı bir avtosalonda “Toyota Land-Cruiser Prado" markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa qoyulduğunu görüb baxmış, özü və qohumu Taleh həmin avtomobilə baxıb bəyənmişlər. Avtosalonda satıcı kimi işləyən Samir adlı oğlanla danışıb həmin avtomobilin qiyməti barədə soruşub maraqlandıqda həmin “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin səhv etmirsə 23.000 ABŞ dollarına, yəni təxminən 39.000 manata satışa qoyulduğunu bildirmişdir. Avtomobil xoşuna gəldiyi üçün qiymətdə razılaşıb onu almaq qərarına gəlmiş, qohumu Taleh də avtomobili sürüb yoxlamış, yaxşı vəziyyətdə olan bir avtomobil olmuşdur. Salonu işlədən Samir adlı oğlan bildirmişdir ki, avtomobilin üzərindəki **-XR-*** dövlət qeydiyyat nişanı satılmır, ona görə də özü həmin avtomobili alıb yaşadığı Lənkəran rayonuna aparmaqla oradan X79 Bölməsindən yeni dövlət qeydiyyat nişanı almalı olmuşdur. Avtomobilin son qiyməti barədə səhv etmirsə 38.000 manata razılaşdıqdan sonra elə həmin gün, 07 dekabr 2019-cu il tarixdə Samir adlı oğlan özünün hansısa tanışını çağırmışdır ki, qohumu Talehin adına etibarnamə versin. Bundan sonra özləri Bakı şəhəri “Qızıl Tac” şadlıq sarayının yanındakı notariat kontoruna getmişlər, oraya Samirin tanıdığı şəxs gələrək həmin avtomobilə dair qohumu Talehin adına etibarnamə sənədini rəsmiləşdirmişdir. Avtomobili faktiki olaraq özünə almış, sadəcə sonradan avtomobili Talehin adından özünün adına keçirmək və yeni qeydiyyat nişanı rahat almaq mümkün olsun deyə Talehin adına etibarnamə rəsmiləşdirmişlər. Avtomobilə görə səhv etmirsə 38.000 manat məbləğində pulu Samirə ödədikdən sonra avtomobili təhvil alıb qohumu Talehlə birlikdə yaşadığı Lənkəran rayonuna aparmışdır. Bir iki gün ərzində isə Lənkəran rayonunda X79 Bölməsində özü həmin avtomobili öz adına qeydiyyata saldırmaqla **-CE-*** yeni dövlət qeydiyyat nişanını almışdır. Hazırda həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə öz adınadır və özü onu yaşadığı Lənkəran rayonu ərazisində idarə edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanımır, bu kimi şəxslərlə heç vaxt şəxsi tanışlığı, şəxsi münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 bildirmişdir ki, yaşadığı Lənkəran rayonu Bürcəli kəndində həyətyanı təsərrüfatla məşğul olur. Şahid11 onun bibisi X6 əridir. 2019-cu ilin noyabr- dekabr aylarında bibisinin əri Hüseynəli özü üçün “Toyota Land-Cruiser Prado" markalı avtomobil almaq fikrinə düşmüş, ondan xahiş etmişdir ki, avtomobil almaqda ona köməklik göstərsin. Bu səbəbdən o və qohumu Hüseynəli həmin günlərdə satışa qoyulmuş avtomobillərə baxıb maraqlanmış, bunun üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində Babək prospektində yerləşən bir neçə avtomobil satışı salonlarına birlikdə baxdıqdan sonra onlardan hazırda adını dəqiq xatırlamadığı bir avtosalonda ‘Toyota Land-Cruiser Prado” markalı 90-XR- 092 dövlət qeydiyyat nişanlı avtomobilin satışa qoyulduğunu görmüşlər. O və qohumu Hüseynəli həmin avtomobilə baxıb onu bəyənmişlər. Avtosalonda satıcı kimi işləyən Samir adlı oğlanla danışıb həmin avtomobilin qiyməti barədə maraqlandıqda Samir “Toyota Land- Cruiser Prado" markalı **-XR-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilin səhv etmirsə 23.000 ABŞ dollarına, yəni təxminən 39.000 manata satışa qoyulduğunu demişdir. Avtomobil Hüseynəlinin xoşuna gəldiyi üçün qiymətdə razılaşıb onu almaq qərarına gəlmişlər, o, avtomobili sürüb yoxlamışdır. Salonu işlədən Samir adlı oğlan bildirmişdir ki, avtomobilin üzərindəki **-XR-*** dövlət qeydiyyat nişanı satılmır, ona görə də Hüseynəli həmin avtomobili alıb yaşadığı Lənkəran rayonuna aparmaqla oradan X79 Bölməsindən yeni dövlət qeydiyyat nişanı almalı və avtomobili öz adına keçirməli olmuşdur. Avtomobilin son qiyməti barədə səhv etmirsə 38.000 manata razılaşdıqdan sonra elə həmin gün 07 dekabr 2019-cu il tarixdə Samir adlı oğlan özünün hansısa tanışını çağırmışdır ki, onun adına etibarnamə verilsin. Bundan sonra Bakı şəhəri “Qızıl Tac” şadlıq sarayının yanındakı notariat kontoruna getmişlər, oraya Samirin tanıdığı şəxs gələrək həmin avtomobilə dair onun adına etibarnamə sənədini rəsmiləşdirmişdir. Avtomobili faktiki olaraq qohumu Hüseynəli özü üçün almış, sadəcə sonradan avtomobili onun adından öz adına keçirmək və yeni qeydiyyat nişanı rahat almaq mümkün olsun deyə Bakıda həmin avtomobilə dair etibarnamə onun adına rəsmiləşdirilmişdir. Avtomobilə görə səhv etmirsə 38.000 manat məbləğində pulu Samirə ödədikdən sonra avtomobili təhvil götürüb yaşadıqları Lənkəran rayonuna aparmışlar. Sonradan o, Lənkəran rayonunda X79 Bölməsində həmin avtomobili qohumu Hüseynəlinin adına qeydiyyata saldırmış və yeni 42- CE-101 dövlət qeydiyyat nişanı alınmışdır, Hazırda ‘Toyota Land-Cruiser Prado” markalı 42- CE-101 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə qohumu Şahid11 adına olmaqla onun tərəfindən idarə edilir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanımır, bu kimi şəxslərlə heç vaxt şəxsi tanışlığı, şəxsi münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində yaşayır, ara-sıra Bakı şəhərinə gəlib gedir. Yaşadığı Düdəngə kəndində fərdi təsərrüfat işləri ilə məşğul olur. 2004-cü ildə X40 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 2005-ci il təvəllüdlü qızı Nurgül, 2008-ci il təvəllüdlü oğlu Nurxan doğulmuşdur. Həyat yoldaşı Könül Şərur rayonu 1 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyir. 2018-ci ilin təxminən fevral-mart aylarında ailəsi ilə birlikdə qalıb yaşamaq üçün Bakı şəhəri Rəşid Behbudov küçəsinin yerləşdiyi ərazidə mənzil sahəsi almaq qərarına gəlmişdir. Həmin ərazidə əvvəllər bir müddət qaldığı üçün mənzili də məhz həmin ərazidən almaq İstəmiş, ona görə satışa qoyulmuş mənzillərlə maraqlanmışdır. Həmin günlərdə uzaq qohumu Emin Babayev ona bildirmişdir ki, Şahid16 adlı tanıdıqları şəxs tərəfindən bir mənzil sahəsi satılır, mənzil ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 4 otaqlı, 200 kvadratmetr sahəli 106 nömrəli mənzildir. Elşadı bir makler kimi uzaqdan tanıyır, lakin onunla elə də yaxın şəxsi münasibəti olmamışdır. Həmin mənzilə baxmaq məqsədi ilə qohumu Emin vasitəsi ilə Elşadla Bakı şəhərində qeyd edilən ünvana yaxın bir ərazidə görüşmüş, Elşad da həmin mənzilin sahibi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1 adlı bir nəfər orta yaşlı kişini çağırmış və mənzil barədə söhbət etməyə başlamışlar. Mənzilin sahibi kimi özünü təqdim edən həmin Şahin adlı şəxsdən qeyd edilən mənzil barədə soruşmuş, Şahin də bildirmişdir ki, mənzil özünündür. Bundan sonra birlikdə həmin mənzilə baxmağa getmişlər. Mənzil həqiqətən də 4 otaqlı, 200 kvadratmetr sahəli mənzil olmuş, lakin təmiri ürəkaçan olmamış, yenidən təmirə ehtiyacı olmuşdur. Elşad və Şahin bildirmişlər ki, mənzil 190.000 manata satışa qoyulub. Elşad həmin vaxt bildirmişdir ki, həmin binada mənzil üçün mülkiyyət hüququna dair çıxarış sənədinin alınması bir qədər çətindir, yəni əlavə prosedurları var, hazırda mənzilin sənədi MTK tərəfindən verilən müqavilə sənədidir. O, mənzilin son qiymətinin hansı dəyərdə olması barədə, həmçinin çıxarış sənədinin alınması zərurəti barədə onlarla söhbət edəndən sonra Elşad bildirmişdir ki, problem yoxdur, bu barədə danışarlar, çıxarış sənədi alınması məsələsini də həll edərlər, lakin bunun xərcini o özü ödəməlidir. O, Elşada bildirmişdir ki, mənzili çıxarış sənədi ilə almaq istəyir, həm də Şahinin ailə üzvünün, yəni həyat yoldaşının razılığı da olmalıdır. Çıxarış sənədinin alınmasına görə verəcəyi məbləğdən əlavə mənzilin son satış qiyməti olaraq 170.000 manata razılaşmışlar. Elşad və Şahin mənzilin onun adına sənədinin hazıranması üçün ondan şəxsiyyət vəsiqəsini alıb götürmüş, özü onlara 23.500 manat beh olaraq qeyri- rəsmi şəkildə pul vermişdir. Təxminən iki-üç gündən sonra Elşad və Şahin həmin mənzilin onun adına keçirilməsinə dair qeyd edilən binanı inşa etmiş MTK tərəfindən verilən müqavilə blankını gətirib ona təqdim etmişlər. O, həmin sənədin çıxarış sənədi olmadığını görüb, sadəcə MTK müqaviləsi ilə onun adına yazılmasından narahat olmuş və mənzili almaqdan imtina edib verdiyi beh pulu qaytarmalarını xahiş etmişdir. Mənzildən imtina etdiyi üçün təxminən bir aydan sonra yenidən müqavilənin özünün adından çıxarılması ilə bağlı sənədləşmə aparılmasına görə Şahinə notarial qaydada etibarnamə verməli olmuş, bundan sonra Elşad onun beh kimi verdiyi 23.500 manat pulunu ona geri qaytarmış, həmçinin mənzilin müqavilə üzrə özünün adından çıxarılmasına görə həyat yoldaşı Könülün də razılığı tələb oldunduğundan Bakı şəhərində yerləşən Asan xidmət mərkəzlərindən birində həyat yoldaşı Könül tərəfindən MTK-nın adına notarial qaydada razılıq ərizəsi verilmiş, həmçinin özü də mənzildən imtina barədə ərizə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid3 tanımır, belə bir şəxslə heç bir danışığı və sövdələşməsi olmamışdır. Həmin mənzilin müqavilə sənədi üzrə öz adından çıxarılıb digər şəxsin adına rəsmiləşdirilməsi prosesində ümumiyyətlə iştirak etməmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 əvvəldən tanımamış, onlarla heç bir şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 isə sadəcə həmin mənzili almaq istəyi ilə bağlı Şahid16 vasitəsi ilə həmin dövrdə tanımışdır. Şahin bildirmişdir ki, mənzilin sahibi özüdür. Təqsirləndirilən şəxs1, eləcə də Şahid16 qeyd edilən mənzili ona satmaqla bağlı görüşüb danışarkən, mənzili göstərərkən həmin mənzilin Zərərçəkmiş şəxs adlı şəxsin adına olması, sonuncuya məxsus olması, yaxud Zərərçəkmiş şəxs xəbərsiz və ya gizli satışa çıxarılması barədə ona heç bir söz deməmiş, bu barədə özünə heç bir məlumat verilməmişdir. Şahid3 ifadəsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli həmin mənzili almaq məqsədi ilə binanı inşa etmiş "xxxx" firmasının ofisində onunla görüşüb həmin mənzil barədə söhbət etdiyi, mənzili nə üçün satmalı olduğunu soruşduğu, özünün isə binanın həyətinin olmamasına görə bəyənməyib mənzili satmaq fikrində olduğu barədə guya ona bildirdiyi barədə göstərdiyi xüsusatlar yalandır, belə bir hadisə olmamışdır, nə də özü Şahid3 tanımır, belə bir qadınla heç vaxt görüşməmiş, nə də həmin mənzil barədə onunla heç bir söhbət aparmamışdır. Özü nə həmin mənzili satmamış, nə də həmin mənzilə görə özünə kimsə tərəfindən 264.000 manat pul verilməmiş, heç kimdən də qeyd edilən məbləğdə pul almamışdır. Nofəl adlı makler olan şəxsi, nə də Şahid3 adlı qadını tanımır, onlarla heç yerdə, heç bir ofisdə heç bir danışığı və sövdələşməsi olmamışdır. Təqsirləndirilən şəxs1lə makler kimi tanıdığı Şahid16 adlı şəxs arasında hər hansı borc pul münasibətinin olub-olmaması barədə də heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 arasında heç bir borc pul münasibəti olmamış, özü heç vaxt Şahinə nə faizlə qazanc qaytarmaq şərti ilə, nə də faiz şərti olmadan borc pul verməmişdir. İş materiallarında olan 07 aprel 2021-ci il taixli Təqsirləndirilən şəxs1 və Şahid15 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid15 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha tam təsdiq etmişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Şahid15 Zərərçəkmiş şəxs adına olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli mənzili ona satmaq istəməsi ilə bağlı aparılan rəsmiləşdirmə dövründə sadəcə müştəri qismində görüb tanımış, Nurlanı həmin mənzili almaq istəyən bir müştəri kimi tanıdığı Elşad tapıb gətirmişdir. Mənzilin Nurlanın adına rəsmiləşdirilməsi prosesinə qədər özünün Nurlanla heç bir tanışlığı, şəxsi münqasibəti olmamışdır. Nurlanın ifadəsində göstərdikləri təmamilə doğrudur, onun dediklərinə qarşı deyəcək heç bir fikri və narazılığı yoxdur. Həqiqətən də Nurlan qeyd edilən mənzili almaq niyyəti ilə müştəri kimi gəlmiş, mənzilə dair öz adına çıxarış sənədi alınmasını istəmiş, yəni MTK müqavilə sənədi ilə mənzili almaq istəmədiyi üçün Nurlana və Elşada söz vermişdir ki, Nurlanın adına çıxarış sənədinin alınması üçün çalışacaqdır, yaxın vaxtlara məsələni həll edəcəkdir. Nurlan həqiqətən də çıxarış sənədinin alınması üçün Elşad vasitəsi ilə ona 23.500 manat beh olaraq pul da vermişdir. Lakin sonradan çıxarış sənədinin alınması məsələsini həll edə bilmədiyindən Nurlan mənzili almaqdan imtina etmiş, oda Nurlandan alınmış həmin 23.500 manat pulu sonradan Elşad vasitəsi ilə Nurlana tam olaraq qaytarmışdır. Qeyd edilən mənzili almaqdan imtina etdikdən sonra Nurlan sadəcə mənzildən imtina ilə bağlı tələb olunan rəsmiləşmədən, yəni sənədləri imzalama prosesindən sonra mənzilin digər şəxsə satılması, mənzili alan digər şəxs tərəfindən mənzilinin dəyərinin ödənilməsi proseslərində ümumiyyətlə iştirak etməmişdir. Mənzili Nurlana satmaqla bağlı görüşüb danışarkən, mənzili ona göstərərkən həmin mənzilin Zərərçəkmiş şəxs adlı şəxsin adına olması, yaxud özünün Zərərçəkmiş şəxs xəbərsiz və ya gizli həmin mənzili satışa çıxartması barədə Nurlana heç bir söz deməmişdir. Nurlanın bundan xəbəri olmamışdır. Sadəcə özünü Nurlana mənzilin qanuni sahibi kimi təqdim edib bildirmişdir ki, öz mənzilidir, pul lazım olduğu üçün təcili satışa çıxartmışdır. Şahid15 Şahid3 tanımır, Nurlanın onunla heç bir sövdələşməsi olmamışdır. Nurlan mənzili almaqdan imtina etdikdən sonra həmin mənzilin sonradan Şahid3 tərəfindən alınması, onun tərəfindən mənzilin pulunun ödənilməsi proseslərində Nurlan ümumiyyətlə iştirak etməmiş, özü həmin proseslərdə iştirak etmişdir. Həmin mənzili Şahid3 Şahid15 adından özü satmış, həmin mənzilə görə də Şahid3 tərəfindən ödənilmiş pul da özünə çatmışdır, həmin pulu özü əldə etmiş, sonra da öz problemlərinin həllinə xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 bildirmişdir ki, fərdi qaydada ticarətlə məşğul olur. Bakı şəhəri Rəsulzadə qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildən artıqdır ki, tanıyır. Şahinlə öz tanışı X47 vasitəsi ilə tanış olmuş, aralarında salam-kalam olmuş, lakin Şahin yaşca ondan böyük olduğu üçün onunla elə də yaxın şəxsi münasibəti olmamışdır. Təxminən 2018-ci ildə, dəqiq ayı və tarixi yadında deyil, Bakı şəhərində aralarındakı söhbət zamanı tanışı İlkin ona bildirmişdir ki, Şahin özünün mənzilini satır, ona müştəri tapsalar ortada makler kimi qazancları olar. O da bu barədə digər tanışı Emin Babayevə bildirmişdir. İlkin Emini tanımamış, yəni Emin onun özünün tanışıdır. İlkin bildirmişdir ki, Şahinin mənzili Bakı şəhəri Rəşid Behbudov küçəsindəki «Akva Park» adlanan yerin yanındakı binadadır, yaxşı yerdir, 200 kvadratmetr sahəsi olan mənzildir. Bundan sonra həmin günlərdə İlkin vasitəsi ilə onunla birlikdə Şahinlə görüşmüş, Şahin həqiqətən təsdiq edib bildirmişdir ki, mənzil özünündür, pul lazım olduğu üçün 200.000 manata satmaq istəyir, sonra birlikdə gedib həmin mənzilə də baxmışlar. Mənzil ünvan 23 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 4 otaqlı, 200 kvadratmetr sahəli bir mənzil olmuş, mənzilin nömrəsi hazırda yadında deyil. Mənzil tam təmirli olmamış, yəni təmiri yarımçıq olmuş, sadəcə divarları ağardılmış, döşəməsinə də dik vurulmuşdur. Bir iki gün ərzində tanışı Emin özünün uzaq qohumu olan Şahid15 adlı şəxsə bu barədə bildirmiş, ona təklif etmişdir ki, belə bir mənzil satılır, istəyirsə gəlib baxsın, xoşuna gəlsə alsın. Şahid15 özü də uzaqdan tanımış, o əslən Naxçıvanlı olmuş, lakin onunla yaxın şəxsi münasibəti olmamışdır. Emin mənzil barədə Nurlana bildirəndən sonra birlikdə Bakı şəhərində mənzilin yerləşdiyi əraziyə yaxın yerlərdə görüşmüşlər, səhv etmirsə İlkin vasitəsi ilə özü Şahinə xəbər göndərmişdir ki, gəlib mənzili Nurlana göstərsin. Bir neçə dəqiqədən sonra Şahin gəlmiş, o, Nurlan və tanışı Emin elə həmin mənzilin yerləşdiyi binanın həyətində Şahinlə görüşmüş, mənzil barədə söhbət etməyə başlamışlar. Şahin Nurlana da bildirmişdir ki, mənzil özünündür. Bundan sonra birlikdə həmin mənzilə baxmağa getmişlər. Şahin mənzilin qiymətini artıq son qiymət olaraq 190.000 manata satışa qoymuşdur. Nurlan mənzilə baxmış, təmiri bir qədər Nurlanın xoşuna gəlməmiş, həmçinin mənzilin sənədi barədə, yəni sənədinin çıxarış sənədi olubolmamasını soruşduqda Şahin bildirmişdir ki, hazırda mənzilin sənədi MTK müqavilə sənədidir, yəni hazırda çıxarış sənədi olmasa da mülkiyyət hüququna dair çıxarış sənədini özü ala bilər, bunun üçün bir qədər vaxt və xərc tələb olunur. Şahin bu barədə əvvəldən aralarındakı söhbət zamanı da bildirmiş, ona görə özü də mənzilin satılmasında makler kimi pul qazancını gözləyərək Nurlana bildirmişdir ki, çıxarış sənədi alınması çətin olsa da Şahin həmin sənədi ala bilər, lakin gərək xərcini sən ödəyəsən. Nurlan da ona və Şahinə bildirmişdir ki, mənzilə görə öz adına çıxarış sənədi alınana qədər əvvəldən sadəcə beh kimi müəyyən məbləği verə bilər. Şahin bildirmişdir ki, çıxarış sənədinin alınması üçün təxminən 20.000-25.000 manat xərc tələb olunur. Mənzilin çıxarış sənədinin alınmasına görə verəcəyi məbləğdən başqa mənzilin son satış qiyməti olaraq Nurlan Şahinlə səhv etmirsə 170.000 manata razılaşmışlar. Şahin bildirmişdir ki, əvvəlcə mənzilin Nurlanın adına keçirilməsi üçün müqavilə sənədi hazırlanmalıdır, sonra çıxarış sənədini alacaqdır. Müqavilənin hazırlanması üçün Nurlan öz şəxsiyyət vəsiqəsini Şahinə vermiş, həmçinin Nurlan mənzilə görə ilkin beh olaraq, həm də çıxarış sənədinin alınması xərci kimi Şahinə səhv etmirsə 23.500 manat pul vermişdir. Bir neçə gündən sonra Şahin həmin mənzilin Nurlanın adına keçirilməsinə dair qeyd edilən binanı inşa etmiş MTK tərəfindən verilən bir müqavilə blankını gətirib özünün iştirakı ilə Nurlana vermiş və çıxarış sənədi almaqda çətinlik çəkdiyini bildirmişdir. Nurlan narazı qalaraq bildirmişdir ki, çıxarış sənədi olmadan mənzili almaq istəmir və mənzili almaqdan imtina edib verdiyi beh pulu geri istəmişdir. Aralarındakı görüşlər zamanı Şahin bir neçə dəfə Nurlana bildirmişdir ki, narahat olmasın, özü yaxın günlərdə mənzilə yeni müştəri tapıb sataraq həmin puldan Nurlanın pulunu qaytaracaqdır. Nurlan da etiraz etməyib gözləməli olmuşdur. Şahin mənzili satmaq üçün tanımadığı başqa başqa makler olan şəxslərə də məlumat vermişdir ki, müştəri tapsınlar. Təxminən bir aya yaxın vaxt keçmiş, sonradan Şahin bildirmişdir ki, özü digər bir makler vasitəsi ilə mənzili almaq istəyən müştəri tapmış, sənədləşmə məsələsini həll edəcəkdir. Bir iki gün sonra Şahin onu Bakı şəhəri Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın binasına yaxın olan dəqiq ünvanı bilmədiyi bir makler ofisinə çağırmış, bildirmişdir ki, mənzili artıq satmışdır, Nurlandan almış olduğu beh pulu ona qaytarmaq istəyir. O, tək həmin ofisə getmiş, orada makler olan tanımadığı bir kişi də olmuşdur. Şahin orada ona Nurlana qaytarılmalı olan həmin 23.500 manat pulu vermiş, o da pulu götürüb Şahinlə sağollaşıb ayrılmışdır. Sonradan həmin 23.500 manat pulu Bakı şəhərində Nərimanov rayonu ərazisində «Abu Petrol» yanacaqdoldurma məntəqəsi yanında Nurlana tam şəkildə qaytarmışdır. Mənzilin sonradan Nurlanın adından çıxarılıb digər müştərinin adına keçirilməsi, yaxud alqı-satqı edilməsi proseslərində onun heç bir iştirakı olmamışdır. Şahid3 tanımır, belə bir şəxslə heç bir danışığı və sövdələşməsi olmamışdır. Həmin mənzilin müqavilə sənədi üzrə Şahid15 sonra digər şəxsin adına rəsmiləşdirilməsi, alqı-satqı edilməsi, yaxud mənzilin dəyərinin ödənilməsi proseslərində ümumiyyətlə iştirak etməmişdir. Sadəcə sonradan Şahinin deməsinə görə həmin mənzil 200.000 manatdan artıq məbləğə kiməsə satılmışdır. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanımır, onlarla heç bir şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd edilən mənzili satmaqla bağlı onunla, yaxud X52, yaxud Emin Babayevlə görüşüb danışarkən, mənzili göstərərkən həmin mənzilin Zərərçəkmiş şəxs adlı şəxsin adına olması, ona məxsus olması, yaxud həmin mənzili Zərərçəkmiş şəxs xəbərsiz və ya gizli satışa çıxarması barədə nə ona, nə də İlkinə və ya Eminə heç bir məlumat verilməmişdir. Şahin demişdir ki, mənzil öz mənzilidir, mənzilin qanuni sahibi özüdür. Onun Təqsirləndirilən şəxs1lə hər hansı borc pul münasibəti olmamışdır. X52 Təqsirləndirilən şəxs1 arasında əvvəllər hər hansı borc pul münasibəti olub-olmaması barədə isə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 kimə pul borcunun olması da ona məlum deyildir. Təqsirləndirilən şəxs1 ifadələrində guya ona yaranmış borc öhdəliyi qarşılığında Zərərçəkmiş şəxs adına olan mənzili guya onun adamı olan Şahid15 adına keçirməklə rəsmiləşdirməsi barədə göstərdikləri təmamilə yalandır. Təqsirləndirilən şəxs1 onun qarşısında heç vaxt borc öhdəliyi olmamış, o, Şahinə borc pul verməmiş, nə də borc tələb etməmişdir. İş materiallarında olan 16 aprel 2021-ci il taixli Təqsirləndirilən şəxs1 və Şahid16 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid16 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 həmin üzləşdirmə zamanı Şahid16la bağlı əvvəlki ifadələrində göstərdiklərini təkzib edərək bildirmişdir ki, Şahid16 ifadəsində göstərdikləri doğrudur. Elşad dediyi kimi həmin mənzilin, yəni Zərərçəkmiş şəxs adına olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli mənzilin özü tərəfindən müştəri kimi gəlmiş Şahid15 təqdim edilməsi prosesində Elşad sadəcə makler kimi ortada iştirak etmiş, bu işlərdə Elşadın, nə də hər hansı başqa şəxsin heç bir günahı olmamışdır. Elşad sadəcə Nurlanı həmin mənzili almaq istəyən bir müştəri kimi tapıb gətirmişdir. Həqiqətən də o, həmin mənzili həm Elşada, həm də Nurlana öz şəxsi mənzili kimi təqdim etmiş, kiminsə mənzili olması, yaxud sahibindən gizli satmaq istəməsi barədə onların heç birinə heç bir söz deməmişdir. Nurlan qeyd edilən mənzili almaq niyyəti ilə müştəri kimi gəlmiş, mənzilə dair öz adına çıxarış sənədi alınmasını istəmiş, yəni MTK müqavilə sənədi ilə mənzili almaq istəmədiyi üçün, o, Nurlana və Elşada söz vermişdir ki, Nurlanın adına çıxarış sənədinin alınması üçün çalışacaq, yaxın vaxtlara həll edəcəkdir. Nurlan da çıxarış sənədinin alınması üçün Elşad vasitəsi ilə ona 23.000 manat beh olaraq pul da vermişdir. Lakin sonradan çıxarış sənədinin alınması məsələsini həll edə bilmədiyindən, Nurlan mənzili almaqdan imtina etmiş, o da Nurlanın həmin 23.500 manat pulunu sonradan Elşad vasitəsi ilə Nurlana göndərmişdir. Elşadla özü arasında heç vaxt borc pul məsələsi olmamış, nə də faizlə qaytarmaq şərti ilə Elşaddan borc pul almamışdır. Elşad Zərərçəkmiş şəxs tanımamış, mənzilin Çingizin olduğunu və Çingizdən xəbərsiz, gizli satılmasını da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 bildirmişdir ki, 2018-ci ilin sonlarında qızı Şahid18 üçün Bakı şəhəri Azadlıq prospekti ərazisində mənzil sahəsi almaq qərarına gəlmiş, ona görə də həmin ərazidə satışa qoyulmuş mənzillərlə maraqlanmışdır. Təxminən bir ay ərzində qeyd edilən ərazidə satışda olan müxtəlif mənzil sahələrinə baxmış, daşınmaz əmlakın alqı-satqı işləri ilə məşğul olan bir sıra maklerlər tərəfindən ona və qızına mənzillər göstərilmişdir. Həmin günlərdə hazırda adını xatırlamadığı maklerlərdən biri vasitəsi ilə satışa çıxarılmış ünvan 32 ünvanında yerləşən 29 nömrəli mənzil sahəsini tapmış, qızı Fazilə ilə həmin mənzilə gedib baxmışlar. Mənzil 48 kvadratmetr sahəli 2 otaqlı mənzil olmuş, təmiri olmamışdır. Makler ona bildirmişdir ki, mənzilin faktiki sahibi Şahin adlı şəxsdir və mənzili 93.000 manata satışa çıxarıbdır. Qiyməti bir qədər baha olduğu üçün mənzilin sahibi Şahin adlı həmin şəxslə özü və qızı Fazilə Bakı şəhərində elə həmin mənzilin yerləşdiyi ünvan yaxınlığında görüşmüşdür Şahin adlı həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edərək bildirmişdir ki, həmin mənzil sahəsi faktiki olaraq özünündür, lakin mənzili öz yeznəsinin, yəni bacısının əri olan Şahid13 adına rəsmiləşdirmişdir, mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi Şahid13 adınadır. O, çıxarış sənədinin qanuni olub- olmamasını yoxlatmaq üçün Şahindən istəyib götürmüş və Bakı şəhəri 51 saylı notariat ofisində notarius Üzeyir adlı şəxsə aparıb göstərmiş, o da yoxladaraq bildirmişdir ki, qanuni çıxarış sənədidir, heç bir problemi yoxdur. Bundan sonra mənzili almaq qərarına gəldiyi üçün Şahinlə mənzilin qiyməti barədə söhbət etmişdir. Bu proseslərdə qızı Fazilə də onunla birlikdə iştirak etmişdir. Şahin həmin mənzilin son satış qiymətini 88.000 manata düşmüş və razılaşmışlar. Şahin onu da bildirmişdir ki, mənzildə öz bacısı qızı olan Fərəh adlı xanım qeydiyyatdadır, alqı- satqı edəndən sonra Fərəh yaxın vaxtlarda mənzildə qeydiyyatdan çıxacaqdır. Bu barədə aralarında razılıq əldə olunandan sonra mənzili notarial qaydada alqı-satqı etmək qərarına gəlmişlər. 10 yanvar 2019-cu il tarixdə birlikdə Bakı şəhəri 51 saylı notariat ofisinə getmişlər, orada onunla Şahinin yeznəsi kimi təqdim etdiyi Şahid13 arasında ünvan 32 ünvanında yerləşən 29 nömrəli mənzili almağına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Əvvəldən aralarındakı razılaşmaya əsasən müqavilə üzrə Şahinə 78.000 manat pul ödəmiş, yəni həmin məbləği notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 10.000 manat pulu isə Şahinin dediyi kimi bacısı qızı mənzildə qeydiyyatdan çıxandan sonra ödəyəcəkdir. Şahid13 özü və qızı Fazilə yalnız notarial alqı-satqı prosesi zamanı görmüş, həmin vaxta qədər Şahid13lə heç bir tanışlığı və mənzillə bağlı danışığı olmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra sağollaşıb ayrılmışlar, bir neçə gün sonra isə özü sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edib həmin mənzilə dair öz adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədini almışdır.O, Şahinə mənzilə görə ödəməli olduğu qalan 10.000 manat pulu da qızı Faziləyə vermişdir ki, Şahinin öz dediyi kimi bacısı qızı olan Fərəh adlı xanım mənzildə qeydiyyatdan çıxandan sonra həmin pulu ona ödəsin. Üstündən bir neçə ay keçəndən sonra qızı Fazilə ona bildirmişdir ki, Şahin özünə təcili pul lazım olduğunu bildirib ona yalvar-yaxar edərək 10.000 manat pulu ondan istəyib götürmüş, Şahin söz vermişdir ki, guya həmin gün Fərəh qeydiyyatdan çıxacaqdır. Mənzili öz adına alsa da faktiki olaraq həmin mənzilə qızı Fazilə özünün iki övladı ilə köçüb yaşamağa başlamışdır, Aradan bir qədər də vaxt keçəndən sonra qızı Fazilə ona bildirmişdir ki, mənzildə qeydiyyatda olduğu üçün X8 idarə etdiyi avtomobilə təyin edilmiş hansısa cərimə cəzası ilə bağlı mənzilə bildiriş sənədi gəlmiş, orada qeyd olunmuş hansısa telefon nömrəsinə özü zəng edərək Fərəhin həyat yoldaşı kimi özünü təqdim edən şəxsə bu barədə bildirmiş və Fərəhin nə üçün mənzildə qeydiyyatdan hələ də çıxmadığını demiş, həmin şəxs də mənzilin Fərəhə məxsus olduğunu demişdir. Bundan sonra həmin günlərdə Zərərçəkmiş şəxs adlı şəxs həm qızı Faziləyə, həm də özünə zəng edib mənzillə bağlı soruşub maraqlanmağa başlamışdır. Onlar bildirmişlər ki, mənzilin yeni sahibidirlər, Təqsirləndirilən şəxs1 tərəfindən mənzil onlara satılmışdır. Zərərçəkmiş şəxs əvvəlcə telefon danışıqlarında buna inanmayıb bildirmişdir ki, belə şey ola bilməz, mənzil qızı Fərəhin qanuni çıxarış sənədi ilə adına olan mənzildir və qızı Fərəh onu heç kimə satmamışdır. Bundan sonra o və qızı Fazilə Zərərçəkmiş şəxsla Bakı şəhəri «Dostluq» kinoteatrının yanında görüşüb danışmış, baş verənləri hazırki ifadəsində göstərdiyi kimi ona danışmışlar. Zərərçəkmiş şəxs isə təəccüblü və həyacanlı şəkildə yenə də inanmaq istəməyərək bildirmişdir ki, həmin mənzil onun qızı Fərəh Mənsimovanın mənzilidir, mənzili heç kimə satmamışlar, Təqsirləndirilən şəxs1 isə sadəcə özünün ailə sürücüsüdür və Təqsirləndirilən şəxs1 tərəfindən həmin mənzilin satılmasından özünün və ailə üzvlərinin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 bildirmişdir ki, övladları X41 və X48 ilə birlikdə yaşayır. X1 ilə 1999-cu ildə rəsmi nikahla ailə həyatı qurmuş, 2017-ci ildə isə məhkəmə qaydasında boşanma yolu ilə ayrılmışdır. Qızı Nigar 2000- ci il, oğlu Nihad isə 2004-cü il təvəllüdlüdür. 2018-ci ilin sonlarında atası Şahid17 ona və övladlarına Bakı şəhəri Azadlıq prospekti ərazisində mənzil sahəsi almaq qərarına gəlmiş, həmin ərazidə satışa qoyulmuş mənzillərlə atası və özü maraqlanmağa başlamış, satışda olan müxtəlif mənzil sahələrinə baxmış, həmçinin daşınmaz əmlakın alqı-satqı işləri ilə məşğul olan bir sıra maklerlər tərəfindən ona və atasına mənzillər göstərilmişdir. Həmin günlərdə hazırda adını xatırlamadığı maklerlərdən biri vasitəsi ilə satışa çıxarılmış ünvan 32 ünvanında yerləşən 29 nömrəli mənzil sahəsini tapmış, atası Bəhlulla həmin mənzilə gedib baxmışlar. Mənzil 48 kvadratmetr sahəli 2 otaqlı mənzil olmaqla təmirsiz olmuşdur. Makler onlara bildirmişdir ki, mənzilin faktiki sahibi Şahin adlı şəxsdir və mənzili 93.000 manata satışa çıxarıbdır. Qiymətdə aşağı-yuxarı söhbət etmək məqsədi ilə atası Bəhlulla mənzilin sahibi Şahin adlı həmin şəxslə görüşmüşdür ki, mənzil barədə söhbət etsinlər. Şahin adlı həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edərək bildirmişdir ki, həmin mənzil sahəsi faktiki olaraq özünündür, lakin mənzili bacısının əri olan Şahid13 adına rəsmiləşdirmişdir, çıxarış sənədi Şahid13 adınadır. Bundan sonra Şahinlə mənzilin qiyməti barədə söhbət etməyə başlamışlar. Qiymət barədə söhbətdən sonra Şahin həmin mənzilin son satış qiymətini 88.000 manata düşmüş və razılaşmışlar. Şahin bildirmişdir ki, mənzildə bacısı qızı Fərəh adlı xanım qeydiyyatdadır, alqı-satqı edəndən sonra Fərəh yaxın vaxtlarda mənzildə qeydiyyatdan çıxacaqdır. Bu barədə razılıq əldə olunandan sonra mənzili notarial qaydada alqı-satqı etmək qərarına gəlmişlər. 10 yanvar 2019-cu il tarixdə birlikdə Bakı şəhəri 51 saylı notariat ofisinə getmişlər, orada atası Bəhlulla Şahinin yeznəsi kimi təqdim etdiyi Şahid13 arasında ünvan 32 ünvanında yerləşən 29 nömrəli mənzili almağa dair alqı-satqı müqaviləsi bağlanmışdır. Əvvəldən aralarındakı razılaşmaya əsasən atası Bəhlul müqavilə üzrə Şahinə 78.000 manat pul ödəmiş, qalan 10.000 manat pulu isə Şahinin dediyi kimi bacısı qızı mənzildə qeydiyyatdan çıxandan sonra ödəyəcəkdi. Şahid13 özü və atası Bəhlul yalnız notarial alqı-satqı prosesi zamanı görmüş, həmin vaxta qədər Şahid13lə heç bir tanışlığı və mənzillə bağlı danışığı olmamışdır. Bir neçə gün sonra isə atası Bəhlul sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edib həmin mənzilə dair öz adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi almışdır. O isə bir ay ərzində övladları ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışdır. X70 mənzilə görə ödəməli olduğu qalan 10.000 manat pulu ona vermişdir ki, Şahinin dediyi kimi bacısı qızı olan Fərəh adlı xanım mənzildə qeydiyyatdan çıxandan sonra həmin pulu Şahinə ödəsin. Üstündən bir neçə ay keçəndən sonra Şahin ona müraciət edərək ona təcili pul lazım olduğunu bildirib yalvaryaxar edərək 10.000 manat pulu ondan istəyib almış, söz vermişdir ki, bacısı qızı Fərəh həmin gün qeydiyyatdan çıxacaqdır, Lakin Fərəh qeydiyyatdan çıxmamışdır. Aradan bir müddət də keçəndən sonra mənzildə qeydiyyatda qaldığı üçün X8 idarə etdiyi avtomobilə təyin edilmiş hansısa cərimə cəzası ilə bağlı mənzilə bildiriş sənədi gəlmiş, orada qeyd olunmuş hazırda xatırlamadığı telefon nömrəsinə özü zəng edərək Fərəhin həyat yoldaşı kimi təqdim edən şəxsə bu barədə bildirmiş və Fərəhin nə üçün mənzildə qeydiyyatdan hələ də çıxmadığını demişdir. Həmin şəxs də mənzilin Fərəhə məxsus olduğunu və heç kimə satılmadığını bildirmişdir. Bundan sonra həmin günlərdə Zərərçəkmiş şəxs adlı şəxs həm ona, həm də atası Bəhlula zəng edib mənzillə bağlı maraqlanmışdır. Onlar ona bildirmişlər ki, mənzilin yeni sahibidirlər, Təqsirləndirilən şəxs1 tərəfindən mənzil onlara satılmışdır. Zərərçəkmiş şəxs əvvəlcə telefon danışıqlarında buna inanmayıb bildirmişdir ki, belə şey ola bilməz, mənzil qızı Fərəhin qanuni çıxarış sənədi ilə adına olan mənzildir və qızı Fərəh onu heç kimə satmamışdır. Bundan sonra atası və Zərərçəkmiş şəxsla Bakı şəhəri «Dostluq» kinoteatrının yanında görüşüb danışmış, baş verənləri hazırki ifadəsində göstərdiyi kimi ona söyləmiş, Zərərçəkmiş şəxs isə təəccüblü şəkildə yenə də inanmaq istəməmiş, bildirmişdir ki, həmin mənzil qızı Fərəh Mənsimovanın mənzilidir, mənzili heç kimə satmamışlar, Təqsirləndirilən şəxs1 isə sadəcə özünün ailə sürücüsüdür və Təqsirləndirilən şəxs1 tərəfindən həmin mənzilin satılmasından özünün və ailə üzvlərinin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 6, nömrəsiz fərdi evdə atası X42, həyat yoldaşı X11 ilə və üç azyaşlı uşaqları ilə birlikdə yaşayır, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə tanışlığı atası Sabir vasitəsilə olmuşdur. Təxminən 2016-cı ildə öz ailəsi ilə birgə yaşamaq üçün Bakı şəhəri köhnə «İnqilab» küçəsi, hazırki Həsən Əliyev küçəsində, yaxud ona yaxın bir ərazidə mənzil almaq qərarına gəlmişdir, Həmin günlərdə atası Sabir ona bildirmişdir ki, tanıdığı Təqsirləndirilən şəxs1 həmin ərazidə öz mənzilini satışa qoyub, mənzili 50.000 ABŞ dollarına satır. Atasının deməsinə görə Şahinin satmaq istədiyi həmin mənzil Bakı şəhəri Azadlıq prospektində 5 mərtəbəli binada yerləşmiş, Həsən Əliyev küçəsinə də yaxın olmuşdur. Atası ona məsləhət görmüşdür ki, Şahinlə görüşüb həmin mənzilə baxsın. Bir iki gün ərzində özü və atası Sabir Şahinlə Bakı şəhəri Nəsimi bazarı yanındakı çayxanada görüşmüşlər. Aralarındakı söhbət zamanı Şahin ona bildirmişdir ki, satmaq istədiyi həmin mənzil özünündür, müdiri həmin mənzili onun uşağına hədiyyə edib, hazırda uşağını İrana aparıb müalicə etdirmək istəyir, ona görə pula ehtiyacı olduğundan mənzili bir qədər ucuz 50.000 ABŞ dollarına təcili satmaq fikrindədir, mənzilin fotoşəkilləri və videogörüntüsü Şahinin özündə olduğu üçün elə həmin yerdə fotoşəkilləri və videogörüntüsünü göstərmiş, baxıb mənzili bəyənmişdir. Ona görə də atası Sabirin iştirakı ilə Şahinlə həmin mənzilin qiyməti barədə söhbət etmiş, Şahinə son qiymət olaraq 45.000 ABŞ dolları pul təklif etmiş, o da razılaşmışdır. Bir neçə gün sonra Şahinlə görüşmüş, Şahin onu və atasını mənzilə baxmağa aparmışdır. Mənzilə baxıb bir daha bəyənmiş və Şahinlə alqı-satqı etmək üçün gün təyin etmişlər. Həmin mənzil ünvan 32-da yerləşən 29 nömrəli mənzil olmuş, 2 otaqdan 3 otağa düzəldilmiş, təmiri də zəif olmuşdur. Bir neçə gün sonra o və atası Şahinlə birlikdə Bakı şəhərində Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın yerləşən notariat kontoruna getmiş, lakin orada hansısa səbəbdən rəsmiləşmə edə bilməmişlər. Ona görə də həmin yerdən çıxıb Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasına yaxın olan 50 nömrəli notariat kontoruna getmişlər, orada Şahinlə onun arasında həmin mənzilə dair alqı- satqı müqaviləsi bağlanmış, səhv etmirsə alqı-satqıya Şahinin həyat yoldaşı olan adını bilmədiyi bir qadın da gəlmişdir. O, həmin mənzilə görə Şahinə 45.000 ABŞ dolları pul ödəyib mənzili müqavilə ilə almışdır. Həmin gün mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün çıxarış sənədi almaq üçün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə də təqdim etmişdir. Təxminən iki həftə sonra Şahin ona zəng edib bildirmişdir ki, onunla görüşmək istəyir, nə isə işi var. O, nə barədə işi olmasını soruşanda Şahin ona demişdir ki, mənzili satanda onun atasına da demişdir ki, pul tapa bilsə ona pulu qaytarıb həmin mənzili yenidən geri alacaqdır. O, Şahinin bu sözü ilə razılaşmamış, çünki mənzili öz ailəsi ilə yaşamaq üçün almış, satmaq məqsədi olmamışdır. O, bu barədə atasından da zəng edib soruşmuş, atası isə xatırlayaraq ona demişdir ki, Şahin ona bu formada yox, başqa formada demişdir ki, əgər gələcəkdə mənzili satsanız, mənim də pulum olsa həmin mənzili yenidən mən özüm alaram. Həmin günlərdə Şahin özü dəfələrlə xahiş etmişdir ki, mənzili ona geri satsın, mənzil onun uşağına hədiyyə olunmuş mənzildir. Hətta Şahinin tanıdığı bir nəfər Sərdar adlı şəxs də ondan bu barədə xahiş etmişdir ki, Şahin əlavə 5000 manat artıq pul da verir və mənzili ona geri satsın. Atası da ona Şahinin xahişinə əsasən bu barədə bildirmişdir. Nəhayət özü razılaşmış, mənzili yenidən Şahinə alqı-satqı etməklə öz pulunu ondan geri götürmək qərarına gəlmişdir. Şahin onun 45.000 ABŞ dolları pulunu ona geri qaytarmış, əlavə heç bir pul ondan almamış, birlikdə Bakı şəhərində Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın yerləşən notariat kontoruna getmişlər. Həmin vaxt Şahin oraya Sərdar adlı həmin dostu ilə, özünün qaynı olan bir nəfər kişi ilə və onun arvadı olan qadınla gəlmiş, lakin onların adlarını bilməmişdir. Sərdar adlı dostu isə heç gəldikləri avtomobildən düşməmişdir. Şahin bildirmişdir ki, mənzili onun qaynı olan həmin kişinin adına alqı-satqı etsin. O, nə üçün mənzili həmin şəxslə alqı-satqı etməsini istədiyini soruşanda Şahin yenə demişdir ki, mənzil onsuz da öz uşağının mənzilidir, sadəcə dayısının adına rəsmiləşdirmək istəyir. Orada mənzili yenidən Şahinin qaynı kimi təqdim etdiyi həmin kişinin adına alqı-satqı etmiş və öz 45.000 ABŞ dolları pulunu götürüb getmişdir. Bundan sonra Şahinlə heç bir əlaqəsi, danışığı və sövdələşməsi olmamışdır. Təxminən 2-3 il keçəndən sonra Bakı şəhərində Həsən Əliyev küçəsində «Kral» şadlıq evinin yanında Şahinlə təsadüfən görüşmüş, özünün taksi sürücülüyü ilə məşğul olmağını bilib Şahin ondan xahiş etmişdir ki, onu taksi maşını ilə sərnişin kimi Bakı şəhəri köhnə Qaqarin körpüsü adlanan yerin yanına aparıb düşürsün. Həmin ünvana Şahini avtomobilində aparanda Şahin ondan ev alıb- almadığını soruşmuş, o isə ev tapa bilmədiyini demişdir. Həmin vaxt Şahin ona demişdir ki, dayısının Nardaranda bağ evi var, dayısı hazırda xarici ölkədə yaşayır, yaxşı maddi imkanı var, həmin bağ evini dayısı təcili satmaq istəyir. Şahin demişdir ki, istəsə danışar, həmin bağ evini ona bir qədər ucuz təşkil edə bilər. Bir-iki gün sonra Şahin ona zəng edib bildirmişdir ki, həmin bağ evini dayısı ucuz satır və təklif etmişdir ki, bağ evini alsın, lap alıb sonra baha da sata bilər. Şahin demişdir ki, bağ evinin torpağının sahəsi sənəddə 22 sotdur, lakin faktiki bir qədər artıqdır, evin özünün də sənədi vardır, qiyməti isə 40.000 ABŞ dollarıdır.O, evdə Şahinin təklifi barədə atasına da demiş, atası da bundan xəbəri olduğunu, Şahinin ona da bu barədə dediyini bildirmişdir. Atası ilə belə qərara gəlmişlər ki, həmin bağ evinə gedib baxsınlar. Şahinlə bir-iki gün ərzində görüşmüşlər, Şahin onu və atasını Nardarandakı həmin bağ evinə baxmağa aparmışdır. Həmin bağ evi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən bağ evi olmuşdur. O, bağ evinə baxıb bəyənmiş, bağ evini almaq qərarına gəlmişdir. Təxminən bir həftə sonra Şahinlə bağ evinə görə qiymətdə 35.000 ABŞ dollarına razılaşmışdır. Bir neçə gündən sonra atası və Şahinlə birlikdə bağ evini alqı-satqı etmək üçün Bakı şəhəri Nəsimi rayonunda Bakıxanov prospektinə yaxın olan notariat kontoruna getmiş və orada Şahinlə onun arasında həmin bağ evinə dair alqısatqı müqaviləsi rəsmiləşdirilmiş, Şahinə 35.000 ABŞ dolları pul ödəyib həmin bağ evini almışdır. Həmin bağ evini alanda bilmişdir ki, Şahin mülki etibarnamə əsasında həmin bağ evini satır. Çünki notariat kontorunun işçisi Şahindən Zərərçəkmiş şəxs adlı şəxsin kim olması barədə soruşanda Şahin demişdir ki, Çingiz onun dayısıdır, dayısı Çingiz tərəfindən ona verilmiş etibarnamə səlahiyyəti üzrə çıxış edir. Əvvəllər Bakı şəhəri Azadlıq prospektindəki həmin mənzili alqı-satqı edəndə Şahində etibarnamə olub-olmadığını bilməmişdir. Bundan sonrakı müddətdə bir neçə dəfə həmin bağ evinə gedib gəlmiş, təxminən dörd aydan sonra orada təmir işi aparmaq fikri ilə növbəti dəfə həmin bağ evinə gedəndə bağ evinin qarovulçusu işləyən, adını hazırda xatırlamadığı, əslən səhv etmirsə Lənkəran rayonundan olan kişi ona bildirmişdir ki, bağ evinin sahibi Çingiz müəllim ona tapşırıb ki, bağ evinə heç kimi buraxmasın, kimlərsə onun bağını ondan xəbərsiz satmışdır. Həmin vaxta kimi həmin qarovulçu şəxs ona bu barədə heç nə deməmiş, bağ evinə aid bütün açarları Şahin ona təhvil vermişdir. Bu dəfə gedəndə isə bağın giriş darvazasının, həmçinin evin bütün zamokları və açarları dəyişdirilmişdir. Alqı-satqıdan sonra əvvəllər özü həmin bağ evinə gedəndə qarovulçuya bağ evini aldığını, sənədinin öz adına olduğunu bildirmiş, o isə heç nə deməmiş, sadəcə həmin vaxt Şahinlə telefon danışığı aparmış, Şahin də ona telefonda nə isə demişdir. Bağ evinə heç kimi buraxmamaq barədə Çingizin tapşırdığı barədə deyəndə isə təəccüblənib həmin qarovulçudan Çingiz müəllimin mobil nömrəsini öyrənib özü Çingizə zəng etmişdir. Çingizə özünü telefonda təqdim etmiş, bağ evini alan şəxs olduğunu ona bildirmiş, Şahindən aldığını və Şahinin dayısının bağı olmasını deyəndə, Çingiz ona bildirmişdir ki, o, Şahinin dayısı deyil, Şahin onun sürücüsü olmuş, Şahində sadəcə onun tərəfindən verilmiş etibarnamə olduğundan Şahin onun bağ evini ondan xəbərsiz satmışdır. Çingiz ondan bağ evini hansı qiymətə aldığını da soruşduqda 35.000 ABŞ dollarına aldığını demişdir. Çingizə onunla görüşüb söhbət etmək istədiyini bildirəndə isə Çingiz ona “səninlə dövlət orqanlarında, məhkəmə və polisdə görüşəcəm” deyə bildirmişdir. Bundan sonra bağ evinin zamoku və açarının dəyişdirilməsi barədə X14 ərizə ilə şikayət də etmiş, araşdırma zamanı oradan ona bildirmişlər ki, bu məsələ məhkəməyə aid məsələdir. Bundan sonra Şahinə zəng etmiş, Şahin isə onun telefon zənginə cavab verməmiş və telefonunu söndürmüşdür. Bir müddət Şahini axtarsa da tapa bilməmişdir. Lakin onun dostu kimi əvvəllər yanında gördüyü Sərdar adlı şəxsi tapmış, baş verənlər barədə ona da danışmış və Şahinin yerini soruşmuşdur. Sərdar isə eşitdiyinə görə Şahinin polis tərəfindən axtarıldığını, yerini dəqiq bilmədiyini söyləmişdir. Bundan sonrakı dövrdə Şahini nə qədər axtarsa da tapa bilməmişdir. Sonradan isə həmin bağ evinin qaytarılması məqsədi ilə Zərərçəkmiş şəxs məhkəmə orqanlarına müraciət etmişdir. Onunla Təqsirləndirilən şəxs1 arasında qeyd edilən mənzil sahəsinin və bağ evinin alqı-satqı dövrünə qədər heç bir borc münasibəti olmamış, nə özü Şahinə, nə də Şahin ona borc pul verməmişdir. Sadəcə Nardarandakı bağ evinin alqı-satqı prosesindən təxminən iki həftə sonra Şahin ondan 3000 manat borc pul verməsini xahiş edərək, demişdir ki, anası öldüyü üçün dəfn mərasimi ilə bağlı bir qədər pula ehtiyacı var və söz vermişdir ki, bir-iki aya qaytaracaqdır. O, etiraz etməyib ona heç bir faiz şərti olmadan 3000 manat borc pul vermişdir. Bir aydan sonra Şahin ona həmin borcun 1500 manatını qaytarmış, qalan 1500 manatı da yaxın vaxtlarda qaytaracağını bildirsə də sonradan qaytarmamışdır. Tanıdığı Şahid16la Təqsirləndirilən şəxs1 arasında isə borc, yaxud pul münasibətləri olub-olmadığı barədə heç bir məlumatı yoxdur. X13 ümumiyyətlə tanımır. Şahid15 adlı şəxsi sadəcə əvvəllər bir neçə dəfə Şahid16 yanında gördüyü üçün tanıyır, Şahid15 bildiyinə görə Şahid16 dostudur və ev alqı-satqısı işləri ilə məşğul olur. Özünün Şahid15lə elə də yaxın şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrində özünün əvvəllər tanışı Şahid16 adlı şəxsdən hər ayı üçün 600 manat faiz qazancı ödəmək şərti ilə 6000 manat borc pul götürdüyü, sonradan borcunu ona qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs qızı Fərəh Mənsimovanın adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 89 a ünvanında yerləşən 29 nömrəli mənzili özündə olan etibarnamə səlahiyyəti üzrə Elşadın adamı olan Şahid13, yəni ona notarial alqı-satqı yolu satdığı, onu həmin vaxta kimi tanımadığı, Elşadın onu yanında yaxın adamı olaraq gətirdiyi, Elşadın ona borclu olduğu pulu nə vaxt geri qaytarsa qeyd olunan mənzili yenidən özünə geri qaytara biləcəyini dediyi barədə göstərdikləri təmamilə yalandır. Onun həmin mənzili və yaxud Nardaranda yerləşən bağ evini Şahindən alqı-satqı yolu ilə almasına Şahid16 heç bir aidiyyəti olmamışdır və Şahid16 tərəfindən Təqsirləndirilən şəxs1 hər hansı borc pulun faiz qazancı şərti ilə verilibverilmədiyini bilmir. İş materiallarında olan 10 mart 2021-ci il taixli Təqsirləndirilən şəxs1 və Şahid13 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid13 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha tam təsdiq etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 əvvəllər Şahid13 ilə bağlı ifadələrində göstərdiklərini təkzib edərək bildirmişdir ki, Şahid13 Zərərçəkmiş şəxs qızı Fərəh Mənsimovanın adına olan ünvan 32-da yerləşən 29 nömrəli mənzili və Zərərçəkmiş şəxs öz adına olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 nömrəli bağ evini alqı-satqı etməsi ilə bağlı tanımışdır. Zaurla bu alqı-satqı proseslərinə qədər özünün elə də tanışlığı olmamış, lakin onun atası Sabir Babayevi uzun müddətdir tanıyır. Həmin mənzili və bağ evini Şahid13 satması ilə bağlı aralarında heç bir narazılıq da olmamışdır. Sadəcə özünün həmin dövrdə maddi çətinlikləri olduğundan həmin mənzili və bağ evini satmaq qərarına gəlmiş, ona görə də həmin əmlakları Şahid13 təqdim edib alqı-satqı yolu ilə satmışdır. Həmin mənzili satmaq istəməsi barədə Sabir Babayevə demiş, nəticədə o da oğlu Şahid13 bildirəndən sonra Zaur həmin mənzili almaq qərarına gəlmişdir, ünvan 32-da yerləşən 29 nömrəli mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evini Şahid13 satarkən həmin mənzilin X9, bağ evinin isə Zərərçəkmiş şəxs məxsus olduğunu, eləcə də həmin əmlakları Fərəh Mənsimovadan və Zərərçəkmiş şəxs xəbərsiz, onların məlumatı olmadan satması barədə Zaura heç nə deməmiş, Zaurun bundan xəbəri olmamışdır, Mənzili satanda Zaura demişdir ki, mənzil öz uşağının mənzilidir, müdiri ona hədiyyə etmişdir. Bağ evini satanda isə bildirmişdir ki, dayısının bağ evidir, sadəcə satmağı ona həvalə etmişdir, etibarnamə ilə satır. onun Zaurla həmin əmlakların alqı-satqı proseslərindən əvvəl heç bir borc söhbəti olmamış, həmin proseslərə qədər Zaurdan nə faizlə, nə də faizsiz borc pul almamışdır. Yalnız sonradan bağ evini Zaura satandan sonra özünə əlavə pul lazım olduğu üçün Zaurdan xahiş edib heç bir faiz şərti olmadan 3000 manat borc pul götürmüş, sonradan yarısını Zaura qaytarsa da hələ də yarı məbləğini Zaura qaytara bilməmişdir. Özünün başqa başqa şəxslərə pul borcu olsa da Zaurun həmin məsələyə heç bir aidiyyəti olmamışdır. Əvvəllər Zaurla bağlı ifadəsində göstərdiklərini təsdiq etmir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 10 ilə yaxın müddətdir ki, fərdi qaydada ev alqısatqısı və kirayəsi işləri ilə məşğul olur, makler kimi xidmət edib özünü və ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayından tanımışdır. Belə ki, Şahin həmin vaxtlarda Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşamış, bildiyinə görə özünün həmin ərazidə yaşayış evi də var. Şahinlə əvvəllər heç bir şəxsi münasibəti, tanışlığı və əlaqəsi olmamışdır. Makler fəaliyyəti ilə məşğul olduğu üçün həmin günlərdə Şahin ona yaxınlaşaraq bildirmişdir ki, özünün mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 40 sot torpaq sahəsində bağ evi var, həmin bağ evinin yalnız 2 sot torpağa çıxarış sənədi, yəni kupçası var, qalan 38 sotun sənədi yoxdur, həmin bağ sahəsinə ümumilikdə sənəd alıb satmaq istəyir. Şahin ona demişdir ki, hansısa vəzifəli şəxsin sürücüsü olduğu üçün sənədləşmə dalınca getməyə bir o qədər də vaxtı yoxdu və ona təklif etmişdir ki, ona etibarnamə versin, həmin bağ sahəsinin sənədləşmə işlərini yerinə yetirsin və müştəri taparaq satsın. Şahin ona vəd edib bildirmişdir ki, həmin bağ sahəsini satsa 10.000 manat ona qazanc verəcəkdir. Şahin əvvəlcə onu özü ilə Nardaran qəsəbəsinə aparıb həmin bağ evini göstərmişdir. Həmin ünvan Nardaran bağları, 899v/19 nömrəli bağ evi olmuşdur. Bağ sahəsinin kənarları mişar daşı ilə hasarlanmış, içərisində təxminən 2 sot torpaqda iki mərtəbəli köhnə ev olmuşdur. Ümumilikdə isə bağ sahəsi 40 sotu əhatə etmişdir. O, bağ sahəsinə baxmış, çalışıb satmağa köməklik edəcəyini demişdir. Sonra sənədləşmə işləri ilə əlaqədar Şahin ona Bakı şəhəri Binəqədi rayonundakı səhv etmirsə 11 saylı Notariat kontorunda İlqar adlı notariusun yanında etibarnamə də rəsmiləşdirib vermişdir. Bundan sonra həmin bağ sahəsinin özəlləşdirilib yeni çıxarış sənədi alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə və bir sıra dövlət orqanlarına gedib maraqlanmış, həqiqətən də ona məlum olmuşdur ki, torpağın 38 sotunun ümumiyyətlə sənədi yoxdur, yalnız 2 sot sahədə olan evə dair çıxarış sənədi var, həmçinin özəlləşdirilməsi bir qədər çətin məsələdir və müəyyən xərclər tələb edir. Həmin günlərdə eyni zamanda özü bir neçə nəfərə də bildirib müştəri tapmağı xahiş etmiş, hərdən bağ sahəsinə müştəri qismində baxmaq istəyən olanda oraya təxminən 3-4 dəfə müştəri də göndərmişdir. Təxminən 10-15 gün ərzində həmin bağ sahəsinə qarovulçuluq edən İlham adlı şəxs onunla həmin bağ sahəsinin yanında görüşəndə ona bildirmişdir ki, həmin bağ sahəsinin həqiqi sahibi Zərərçəkmiş şəxsdur, Çingizin həmin bağı heç satmaq fikri də yoxdur, Şahin isə Çingizin sürücüsüdür. Həmin vaxt o, Şahinin hərəkətindən bir qədər şübhəyə düşmüş, Şahinə zəng edib onunla görüşmüş, bağ sahəsi barədə ondan ətraflı maraqlandıqda Şahin ona bildirmişdir ki, həmin bağ sahəsini Çingizdən əvvəllər 30.000 ABŞ dollarına satın almış, bağ sahəsi hazırda özünündür. Şahin ona demişdir ki, sürücüsü olduğu müdiri Çingizə pul lazım olduğu üçün özü kimdənsə 30.000 ABŞ dolları borca pul götürüb Çingizə vermiş, Çingiz də həmin pulun əvəzində bağ sahəsini ona vermişdir. O, məsələnin bir qədər qaranlıq və mübahisəli olmasını görmüş, həmçinin Şahinin söhbətindən şübhəyə düşərək onun əvvəldən təqdim etdiyi bağ sahəsinə aid sənədin surətini, həmçinin vermiş olduğu etibarnamənin əslini Şahinin özünə geri qaytarmış və “bu məsələ mənlik deyil” deyə bildirmişdir. Bundan bir az sonra onun kimi makler fəaliyyəti ilə məşğul olan Eldəniz adlı oğlan ona zəng edib həmin bağ sahəsi barədə maraqlanmış, Şahinin həmin bağı ona öz əmlakı kimi təqdim etdiyini və sənəd düzəldib satmağı xahiş etdiyini bildirmişdir, Danışıq zamanı məlum olmuşdur ki, Şahin həmin bağa aid sənədi sonradan kiməsə təqdim edib və Eldəniz də həmin sənədi görərək bağla maraqlanmışdır. Həmin vaxt Eldəniz ona demişdir ki, Şahin yalan danışır, həmin bağ sahəsinin Şahinə heç bir aidyyəti yoxdur, bağ sahəsi həqiqətdə Zərərçəkmiş şəxsdur və özü də Çingizi yaxşı tanıyır. Eldəniz ona təklif etmişdir ki, Çingizin yanına gedib məsələ barədə ona bildirsin ki, bu işdə onun bir günahı yoxdur. Eldəniz ona Çingizin mobil nömrəsini vermiş, o, zəng edərək Çingizlə Bakı şəhərində Bakıxanov küçəsində “Dostluq” kinoteatrının yanında görüşmüş və Şahinin ona bildirdikləri barədə ona da danışmışdır. Zərərçəkmiş şəxs isə ona bildirmişdir ki, Şahin onun bir neçə əmlakını, avtomobilini, yeni tikilidə olan mənzilini qanunsuz sataraq mənimsəmişdir. Həmin günlərdə Şahinə bir neçə dəfə zəng etsə də artıq Şahini tapa bilməmiş, bir daha onu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid9 ifadəsində bildirmişdir ki, fərdi qaydada avtomobillərin ticarəti ilə, alqı-satqı və icarəsi ilə məşğul olur, Təqsirləndirilən şəxs1 təxminən 2017-ci ildən tanıyır. Belə ki, 2017-ci ilin ortalarında, dəqiq tarixi yadında deyil, özü Abşeron rayon İcra Hakimiyyətinin binası yaxınlığında yerləşən, o vaxtlar icarəyə götürüb işlətdiyi ofisdə olarkən avtomobil alqı-satqısı ilə məşğul olan hansısa tanıdığı şəxslərdən birinin yönləndirilməsi ilə Təqsirləndirilən şəxs1 onun yanına gələrək ondan kreditə borc pul götürmək istədiyini bildirmişdir. Həmin vaxtlarda özü avtomobil ticarəti ilə məşğul olduğu üçün əlində daima nağd pul vəsaiti olmuş, ona görə də hansısa girov, təminat qarşılığında etibar etdiyi şəxslərə kredit şəklində bir il müddətinə pul da vermiş, borc verdiyi pul məbləğinin üzərinə onun yarı məbləğini də əlavə etməklə sonradan hər ay üzrə ödəniş şəklində geri almışdır. Şahin bu şəkildə o vaxt hansısa onu tanıyan şəxslərdən birinin yönləndirməsi ilə onun yanına gəlmişdir. Aralarındakı qısa söhbət zamanı Şahin ona bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, özünün əlində çoxsaylı traktor texnikaları da var. Şahin bildirmişdir ki, iş fəaliyyəti ilə bağlı təxminən 8.000 ABŞ dolları məbləğində ondan kreditə pul götürmək istəyir, hətta buna görə özünə məxsus olan "Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilini də girov qismində təqdim edə bilər, həmin avtomobil özünündür, avtomobil üzərində sərəncam vermə səlahiyyəti olan baş etibarnamə sənədi də vardır. Söhbət zamanı Şahinə inamı yarandığından və təminat olaraq avtomobil də təqdim etdiyini görüb ona kredit şəklində 8.000 ABŞ dolları pul vermiş, ona izah etmişdir ki, həmin pulun üzərinə özünün qazancı olaraq yarı məbləğini, yəni 4000 ABŞ dolları da əlavə olunmaqla cəmi 12.000 ABŞ dollarını bir il müddətinə aylıq ödəniş şəklində ödəməlidir, bu müddət ərzində də avtomobili onun tanıdığı etibar etdiyi bir nəfərin adına Baş X79 İdarəsində alqı-satqı etməlidir, yəni avtomobili öz adamının adına keçirir, borc bağlanandan sonra avtomobili yenidən geri götürə bilər. Şahin də razılaşmış, özü Şahinə həmin məbləğdə pulu verəndən sonra Şahinlə aralarındakı razılaşmaya əsasən onun sürüb gəldiyi özünə məxsus “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili Baş X79 İdarəsinə gedib orada öz tanıdığı şəxs olan Şahid14 adına qeydiyyatdan keçirmişdir. Bundan sonra elə həmin tarixdə də yenidən səhv etmirsə Abşeron 1 saylı notariat kontoruna getmişlər, orada Şahid14 tərəfindən ona əvvəldən verilmiş baş etibarnamə əsasında Aişənin adından Təqsirləndirilən şəxs1 sadəcə həmin avtomobili idarə etmək üçün etibarnamə rəsmiləşdirmiş, çünki avtomobil Şahinə lazım olmuşdur. Bundan sonra Şahin avtomobili sürüb getmişdir. Bir neçə ay ərzində Şahin ona nağd olaraq hər ay pul borcunu ya manat, ya ABŞ dolları məzənnəsi ilə ödəmiş, heç bir il tamam olmamış Şahin ona olan borcunu tam ödəyib qurtarandan sonra özü yenidən Abşeron 1 saylı notariat kontorunda Şahid14 tərəfindən ona əvvəldən verilmiş etibarnamə əsasında Aişənin adından Təqsirləndirilən şəxs1 baş etibarnamə verib avtomobili rəsmən ona geri qaytarmışdır. Aradan 4-5 ay keçəndən sonra Şahin yenidən onun yanına gələrək bildirmişdir ki, anasının İranda müalicəsi ilə əlaqədar özünə təxminən yenə 10.000 ABŞ dolları kredit olaraq əlavə pul lazımdır. O, etiraz etməmiş, Şahinə inamı yarandığından ona eyni şərtlə yenə 10.000 ABŞ dolları pul təqdim edib vermiş, Şahin bir il müddətinə ona 15.000 ABŞ dollarını hər ay ödəniş etməklə qaytarmalı olmuşdur, Həmin pulu verəndə Şahinə yenə Aişənin adından notarial qaydada “Toyota Land-Cruiser Prado” markalı **-XR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə rəsmiləşdirmiş, avtomobil isə qeydiyyat şəhadətnaməsi üzrə yenə Şahid14 adında qalmışdır. Lakin Şahin təxminən 7-8 ay ərzində aylıq ödənişləri etdikdən sonra qalan pul borcunu qaytara bilməmiş, təxminən 4.400 ABŞ dolları borcu qalmışdır. Nəticə etibarilə Şahin özü ona təklif etmişdir ki, ‘Toyota Land- Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri tapıb onu satsın, borclu olduğu məbləği həmin puldan çıxmaqla qalan pulu onun özünə təqdim etsin. O, razılaşmış, bundan sonra Şahin onun sözü ilə ‘Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili satılması üçün həmin vaxtlarda onunla birgə işləyən Nicat adlı oğlanın yanına aparıb Bakı şəhəri Yeni Günəşli qəsəbəsində Nicata təhvil vermişdir. Bundan sonrakı günlərdə həm özü, həm də tanışı Nicat həmin avtomobili satışa çıxartmış, müştəri axtarmağa başlamışlar. Daha sonra avtomobil alverçiləri vasitəsi ilə bir nəfər avtosalonda işləyən avtomobil ticarəti ilə məşğul olan Samir adlı oğlan müştəri kimi çıxaraq onunla, yaxud səhv etmirsə iş yoldaşı Nicatla danışaraq “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmaq istədiyini bildirmiş və gəlib Xırdalan şəhərində həmin avtomobilə baxıb bəyənmişdir. Özləri qiymət barədə razılaşmış, Samir həmin avtomobili 20.400 ABŞ dollarına, yəni 34.680 manata almaq qərarına gəlmişdir. Samir həmin məbləğdə pulu onun məlumatı olmaqla işlədiyi ofisdə tanışı Nicata ödəyərək avtomobili götürüb getmişdir. Həmin günə Şahinin ona təxminən 4.400 ABŞ dolları pul borcu qaldığından özünə çatmalı olan həmin pulu 20.400 ABŞ dollarının üzərindən çıxıb götürmüş, qalan 16.000 ABŞ dolları pulu isə tanışı Nicata tapşırmışdır ki, Şahinin özünə təqdim etsin. Sonradan onun bildiyinə görə də Nicat həmin 16.000 ABŞ dolları pulu Şahinə təqdim etmişdir. Samirlə isə əvvəldən aralarındakı danışıq belə olmuşdur ki, avtomobili Baş X79 İdarəsində başqa şəxsin adına keçirmək və üzərindəki **-XR-*** dövlət qeydiyyat nişanını dəyişmək əlavə xərc tələb etdiyi üçün həmin xərci özləri deyil, avtomobili gələcəkdə Samirdən hansı müştəri gəlib alarsa o özü çəksin. Şahin özü də ondan xahiş etmişdir ki, avtomobil satılanda üzərindəki **-XR-*** dövlət qeydiyyat nişanı ona məxsus oiduğu üçün geri götürəcəkdir. Belə də olmuşdur. Bir müddətdən sonra, 2019-cu ilin səhv etmirsə dekabr ayında avtosalonda işləyən həmin Samir adlı oğlan müştəri taparaq “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş, ona təklif etmişdir ki, yeni müştəri olan Şahid12 adlı şəxsin adına baş etibarnamə sənədi rəsmiləşdirsin. O, etiraz etməmiş, bundan sonra onun sözü ilə və göndərişi ilə tanışı Ozal adlı oğlan onun əvvəldən verdiyi etibarnamə əsasında Bakı şəhəri “Qızıl Tac1’ şadlıq sarayının yanındakı notariat kontoruna gedərək həmin avtomobilə dair Taleh adlı şəxsin adına baş etibarnamə sənədi rəsmiləşdirmişdir. Zərərçəkmiş şəxs tanımamış, nə də heç bir şəxsi münasibəti olmamışdır. Şahin Fətəiiyevi isə onun yanına gəlib kreditə pul götürməsi ilə əlaqədar həmin günlərdə tanımış, əvvəldən Şahinlə də heç bir şəxsi tanışlığı, şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 ondan kreditə borc pul götürüb həmin avtomobili əvvəlcə təminat olaraq, sonradan isə satılması üçün təqdim edərkən bunu avtomobilin sahibi Zərərçəkmiş şəxs xəbərsiz və ya gizli etməsi barədə ona heç bir məlumat verməmiş, əksinə bildirmişdir ki, özü iş adamıdır, sahibkarlıqla məşğul olur, avtombil də özünə məxsusdur. Həm də Şahinin həmin avtomobil üzərində sərəncam vermə səlahiyyəti olan baş etibarnamə sənədi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid14 ifadəsində bildirmişdir ki, Şahid9 təxminən 3-4 il olar ki tanıyır, onu sadəcə avtomobil ticarəti ilə məşğul olan bir ticarətçi kimi tanımış, aralarında heç bir qohumluq münasibəti yoxdur. O və anası Arzu maddi cəhətdən əlavə qazanc əldə etmək və özlərini dolandırmaq üçün hərdən bir müxtəlif markalı avtomobillərin alqı-satqı işləri ilə də məşğul olurlar, ona görə avtomobil alverçisi kimi tanıdıqları Nurlan adlı həmin şəxsə özü avtomobil alqı-satqı işlərində onu təmsil etməsi üçün, adından notariat kontorlarında mülki işləri həyata keçirmək üçün notarial qaydada etibarnamə də vermişdir. Hərdən Nurlan onun adına hansısa avtomobili rəsmiləşdirib sonra satışını həyata keçirmiş, lakin bu fəaliyyətdə özü bilavasitə iştirak etməmiş, bəzən sonradan Nurlanın deməsinə görə məlumatı olmuşdur ki, hansısa avtomobil onun adına alınıb, yaxud satılmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 heç vaxt tanımamış, hazırda da tanımır, həmin şəxslərlə heç bir şəxsi münasibəti, tanışlığı olmamışdır. “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona tanış deyil, həmin avtomobili görməmiş, həmin avtomobilin Baş X79 İdarəsində özünün adına qeydə alınıb rəsmiləşdirilməsindən xəbəri olmamış, nə də həmin prosesdə özü bilavasitə iştirak etməmişdir. Onun verdiyi mülki səlahiyyət üzrə tanıdığı Şahid9 ticarət fəaliyyəti İlə bağlı bu proseslərdə bilavasitə iştirak etmişdir. Çünki onun tərəfindən Nurlana həmin dövrdə etibarnamə verilmişdir. Həmin avtomobilin sonradan onun adından qeydiyyatdan çıxarılaraq kiməsə satılması, kimin adına qeydiyyata alınması barədə də heç bir məlumatı olmamışdır, hazırda da yoxdur qeyd edilən avtomobillə bağlı aparılmış alqı-satqı və ya rəsmiləşdirmə proseslərində iştirak etməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sürücüsü olmuş və onların münasibəti həmişə yaxşı olmuşdur. Şahin ona Çingiz müəllimin öz adına çox kreditlər götürdüyü üçün yoldaşının adına da kredit götürdüyünü demişdir. Çingiz müəllim xəstə olmuş və İsraildə müalicə almışdır. Zərərçəkmiş şəxs oğlu atasının sözünə baxmadığı üçün Şahin onlardan çox Çingiz müəllimə vaxt ayıraraq qulluğunda durmuş, onu dializə aparmışdır. Hazırda onları evləri yoxdur, anasıgildə yaşayırlar. 2015-ci ildə yoldaşı Şahin heç bir əmlak mülk almamışdır. Şahin adına keçirilən əmlakları satıb həmin pullardan evə gətirməmişdir. Şahinə maaş verilmədiyi üçün Çingiz müəllim sözügedən mənzili Şahinə vermişdir. 2015-ci ildən sonra Şahin ilə Çingiz müəllimin münasibətləri artıq korlanmışdır. Şahin həbs olunduqdan sonra, istintaq dövründə o, istintaqa dəvət olunmamış və dindirilməmişdir. Həmin dövürdə Şahin ona heç bir qiymətli hədiyyə almamışdır. Çingiz müəllim şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmişdir. O, Şahinə kreditə zamin durmamasını demiş, lakin o, Çingiz müəllimin ona ata əvəzi olmasını demişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. İlham və Şahinin münasibətləri həmişə yaxşı olmuşdur. Son bir il ərzində oğlu ondan 3000, 5000 və 200 manat qaytarmaq şərti olmadan pul almışdır. Onun oğlunun ev satması barədə məlumatı olmamışdır. O, son hadisələr nəticəsində Şahinin ev satmasını bilmişdir. Bir il əvvəl onun oğlu İlhamın maddi vəziyyətində heç bir dəyişiklik olmamış. O, Şahinlə İlhamın arasında borcun olub olmamasını bilmir, İlham 20 il həmin yerdə rəsmi sürücü işləmişdir. Oğlu İlham ilə onun müdiri arasındakı münasibət həmişə yaxşı olmuşdur. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X43 ifadəsində bildirmişdir ki, o, hal-hazırda xalasıgildə yaşayır. O, baş verənləri sonradan bilmişdir. O, atası ilə həmişə təmasda olmuş, həmin dövrdə atasının maddi vəziyyətində dəyişiklik olmamışdır. Şahinin atasına pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə X12 müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə dindirildiyini və müdafiə tərəfindən məhkəməyə gətirildiyinii, habelə onun Təqsirləndirilən şəxs1 həyat yoldaşı olduğunu nəzərə alaraq hesab edir ki, Samirə Fətəliyevanın məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs1 müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Ona gorə də məhkəmə Samirə Fətəliyevanın məhkəmədə verdiyi ifadəsini sübut növü kimi qəbul etmir. Bundan başqa, məhkəmə X22 və X43 müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə dindirildiklərini və müdafiə tərəfindən məhkəməyə gətirildiklərini, habelə onların Təqsirləndirilən şəxs2 ailə üzvlərinin olduqlarını nəzərə alaraq hesab edir ki, Validə Şirinova və Elşən Qasımovun məhkəmədə verdiyi ifadələri Təqsirləndirilən şəxs2 müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Ona gorə də məhkəmə Validə Şirinova və Elşən Qasımovun məhkəmədə verdikləri ifadələrini də sübut növü kimi qəbul etmir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət törətməsi və törədilmiş cinayət əməllərində təqsirli olmaları zərərçəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan etibarnamənin surətindən görünür ki, 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda X17 tərəfindən Təqsirləndirilən şəxs1 Fərəh Mənsimovaya məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, adından imza etməyi, iddia ərizəsini imzalamağı, ərizə tərtib və təqdim etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmək səlahiyyətlərinin verilməsinə dair 20 illik müddətə etibarnamə sənədi rəsmiləşdirilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan etibarnamənin surətindən görünür ki, 01 dekabr 2015-cİ il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmək səlahiyyətlərinin verilməsinə dair 20 illik müddətə etibarnamə sənədi rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********51 nömrəli cavab məktubundan görünür ki, Şahid13 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 nömrəli bağ evi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 35 ünvanı Nəsimi rayon İcra Hakimiyyətinin 95 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına, 52 saylı MKİS tərəfindən verilmiş 302 saylı, xx.xx.2015-ci il tarixli Forma 2 arayışına, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2015-ci il tarixli 1327 saylı məktubuna əsasən X8 adına ilkin qeydiyyata alınmışdır. Bundan sonra 50 saylı Notariat orqanında 4ə-804 reyestr nömrəli, xx.xx.2016-cı il tarixdə imzalanmış alqı-satqı müqaviləsi ilə həmin əmlak Şahid13 mülkiyyətinə verilmişdir. 51 saylı Notariat orqanının 4ə-17 reyestr nömrəli 10,01.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil Şahid17 mülkiyyətinə keçmişdir. ünvan 28 ünvanı isə "xxxx" MTK üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 02 nömrəli protokolundan çıxarışına, maliyyə və xx.xx.2019-cu il tarixli, 02 saylı Forma 2 arayışlarına əsasən Təqsirləndirilən şəxs2 adına ilkin qeydiyyata alınmışdır. Lakin 53 saylı Notariat kontorunun 4ə-1094 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil Şahid6 mülkiyyətinə verilmişdir. ünvan 37 ünvanı "xxxx" MTK üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi yığıncağının 01 nömrəli protokolundan çıxarışına, maliyyə və xx.xx.2018-ci il tarixli 01 saylı Forma 2 arayışlarına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81 )- 1886/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən Şahid3 adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997- ci il tarixli 541 nömrəli qərarına əsasən 52 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində yerləşən 899v/19 nömrəli bağ sahəsinin ayrılmasına dair Zərərçəkmiş şəxs adına verilmiş 7 nömrəli order Bakı şəhər Ərazi İdarəsinin arxivində mövcuddur. Həmin orderə əsasən sözügedən bağ sahəsi üzərindəki 899v/19 nömrəli bağ evi xx.xx.1997-ci il tarixdə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Daha sonra 899v/19 nömrəli bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına xx.xx.2018-ci il tarixdə çıxarışla əvəz edilmişdir. Sözügedən bağ evi 13 saylı Notariat orqanının xx.xx.2019-cu il tarixli 4Ə-32 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Şahid13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X79 İdarəsinin xx.xx.2021-ci il tarixli 15487-1221 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs adına qeydə alınmış “Toyota Land- Cruiser Prado” markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq Şahid14 adına qeydiyyata alınmışdır. Bundan sonrakı dövrdə həmin avtomobil xx.xx.2019-cu il tarixdə alqı- satqı müqaviləsi əsasında Şahid11 adına rəsmiləşdirilməklə avtomobilə **-CE-*** dövlət nömrə nişanı alınmışdır. Cinayət işinin materiallarına əlavə edimiş 50 saylı Notariat kontoru tərəfindən təqdim edilmiş sənədlərin surətindən görünür ki, X9 məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********21- 05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 09 noyabr 2016-cı il tarixdə ünvan 38ntorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Təqsirləndirilən şəxs1 tərəfindən Şahid13 satılmışdır. Cinayət işinin materiallarına əlavə edimiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X79 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, Zərərçəkmiş şəxs məxsus, xx.xx.2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Zərərçəkmiş şəxs adına qeydə alınmış “Toyota Land-Cruiser Prado” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 11 iyul 2017-cİ il tarixdə alqı-satqı müqaviləsi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Şahid14 satılaraq sonuncunun adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edimiş müqavilələrdən görünür ki, Zərərçəkmiş şəxs məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik dörd otaqlı 106 nömrəli mənzil "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə müqavilə sənədi üzrə Şahid15 adına, bundan sonra isə müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Şahid3 adına rəsmiləşdirilib satılmışdır. Cinayət işinin materiallarına əlavə edimiş müqavilələrdən görünür ki, Zərərçəkmiş şəxs məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik üç otaqlı 105 nömrəli mənzil "xxxx" firmasında 04 fevral 2018-ci il tarixdə müqavilə sənədi üzrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi ilə 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs2 tərəfindən Şahid6 satılmışdır. Cinayət işinin materiallarına əlavə edimiş 13 saylı Notariat kontoru tərəfindən təqdim edilmiş sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi bağ evi 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı dövlət Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs1 tərəfindən Şahid13 satılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edimiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 aprel 2021 -ci il tarixli 9/1235 nömrəli rəyindən görünür ki, 2010-cu il buraxılışlı, ağ mirvari rəngli, “Toyota Land-Cruİser Prado” markalı, **-XR-*** (hazırki dövlət qeydiyyat nişanı 42- CE-101) dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2017-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 42.000,00 manat, hal-hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 37.500,00 manat müəyyən olunur. Həmin ekspert rəyinin qeyd hissəsinə əsasən, “Toyota Land- Cruiser Prado” markalı avtomobilin mühərrik həcmindən, xüsusiyyətlərindən (komplektasiyasından), texniki vəziyyətindən asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin materiallarına əlavə edimiş məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 113 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 a saylı evin 29 saylı mənzilinin hazırkı Respublika daxili orta bazar qiyməti 97180,00 manat, 2016-cı ilin noyabr ayına olan orta bazar qiyməti isə 78219,36 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 9A saylı evin, ümumi sahəsi 176,9 kvadratmetr olan 106 saylı mənzilinin hazırki Respublika daxili orta bazar qiyməti 413946,0 manat, 2018-cİ ilin mart ayına olan orta bazar qiyməti isə 309992,5 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 9A saylı evin ümumi sahəsi 137.4 kavdrat metr olan 105 saylı mənzilinin hazırki Respublika daxili orta bazar qiyməti 321516,0 manat, 2019-cu ilin fevral ayına olan orta bazar qiyməti isə 232714,4 manat təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 313,72 kvadrat metr olan 899v/19 nömrəli bağ evinin həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu il və hazırki Respublika daxili orta bazar qiyməti 144311,2 manat (313.72x460 manat) təşkil edir. Cinayət işinin materiallarına əlavə edimiş məhkəmə-xətşünaslıq ekspertizasının 13 aprel 2021 -ci İl tarixli 4/255 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 105 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 satılmasına dair sonuncu ilə "xxxx" firmasının müdiri şəxsində Şahid8 arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 03 nömrəli 02 vərəqdən ibarət müqavilənin ikinci vərəqəsinin aşağı hissəsində «Satıcı», «müdir Şahid8» qrafasında olan imza, "xxxx" firmasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 105 nömrəli mənzilin dəyərinin tam ödənilməsi, Təqsirləndirilən şəxs2 "xxxx" firmasına borcunun olmaması barədə 01 vərəqdən ibarət maliyyə arayışında «Direktor «Şahid8» qrafasındakı imza Şahid2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, "xxxx" firmasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 105 nömrəli mənzilin dəyərinin tam ödənilməsi, Təqsirləndirilən şəxs2 "xxxx" firmasına borcunun olmaması barədə 01 vərəqdən ibarət maliyyə arayışındakı yazılar, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli mənzilin Şahid15 satılmasına dair sonuncu ilə "xxxx" firmasının müdiri şəxsində Şahid8 arasında bağlanmış 30 mart 2018-ci il tarixli 01 nömrəli 02 vərəqdən ibarət müqavilənin ikinci vərəqəsinin aşağı hissəsində «Satıcı», «müdir Şahid8» qrafasında olan imza, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli mənzilin dəyərinin payçı Şahid15 tərəfindən tam ödənilməsi, Şahid15 "xxxx" firmasına borcunun olmaması barədə 01 vərəqdən ibarət olmaqla 02 vərəqdə maliyyə arayışlarındakı yazılar və «Direktor Şahid8» qrafalarında olan imzalar Şahid10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 9A ünvanında yerləşən 106 nömrəli mənzilin Şahid3 satılmasına dair sonuncu ilə "xxxx" firmasının müdiri şəxsində Şahid8 arasında bağlanmış 01 may 2018-ci il tarixli 02 nömrəli 02 vərəqdən ibarət müqavilənin ikinci vərəqəsinin aşağı hissəsində «Satıcı», «müdir Şahid8» qrafasında olan imza Şahid8 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edimiş məhkəmə-texniki ekspertizasının 31 mart 2021 -ci il tarixli 5/205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 ilə "Kapitol’’ firması arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 03 nömrəli müqavilədə və Təqsirləndirilən şəxs2 adına maliyyə arayışında, Şahid15 ilə "xxxx" firması arasında bağlanmış 30 mart 2018-ci il tarixli 01 nömrəli müqavilədə və Şahid15 adına 2 ədəd maliyyə arayışlarında, Şahid3 ilə "xxxx" firması arasında bağlanmış 01 may 2018-ci il tarixli 02 nömrəli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 ilə "xxxx" firması arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 03 nömrəli müqavilədə və Təqsirləndirilən şəxs2 adına maliyyə arayışında, Şahid15 ilə "xxxx" firması arasında bağlanmış 30 mart 2018-ci il tarixli 01 nömrəli müqavilədə və Şahid15 adına 2 ədəd maliyyə arayışlarında, Şahid3 ilə "xxxx" firması arasında bağlanmış 01 may 2018-ci il tarixli 02 nömrəli müqavilədə olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində ittiham olunduğu əməllərdən zərərçəkmiş şəxs Çingiz Mənsumovun xəbərinin olması, sonuncuya və qızı Fərəh Mənsumovaya məxsus, lakin etibarnamə əsasında onun satdığı daşınan və daşınmaz əmlakların pullarını Çingz Mənsumova verməsini, bundan başqa, Çingiz Mənsumovun ona borclu olması barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı təsdiq edilmişq sübutlarla, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda Fərəh Mənsimova tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Fərəh Mənsimovanın ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Fərəh Mənsimovadan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 04.06,2015-ci il tarixdə X9 verilmiş **********21-05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 3 ünvanında yerləşən, 2016-cı ilin noyabr ayına orta bazar qiyməti ilə dəyəri 78.219 manat 36 qəpik təşkil edən yaşayış sahəsini 09 noyabr 2016-cı il tarixdə ünvan 38ntorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Fərəh Mənsİmovaya 78.219 manat 36 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bunda başqa, 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz M ən si m ovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus və xx.xx.2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Zərərçəkmiş şəxs adına qeydə alınmış, 2017-ci ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri 42.000 manat təşkil edən “Toyota Land-Cruiser Prado’’ markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə Şahid14 sataraq sonuncunun adına rəsmiləşdirib əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 42.000 manat məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik, 2018-ci ilin mart ayına orta bazar qiyməti ilə dəyəri 309.992 manat 50 qəpik təşkil edən dörd otaqlı 106 nömrəli mənzili "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Şahid15 adına, bundan sonra isə Şahid15 adından müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Şahid3 adına rəsmiləşdirib sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 309.992 manat 50 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən özünün və tanışı Təqsirləndirilən şəxs2 xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsinə, bundan sonra Təqsirləndirilən şəxs2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməyə nail olaraq həmin mənzili Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Zərərçəkmiş şəxs ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu İl tarixə orta bazar qiyməti ilə dəyəri 144.311 manat 20 qəpik təşkil edən fərdi bağ evini 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı dövlət Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid13 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 144.311 manat 20 qəpik məbləğində, ümumilikdə isə Zərərçəkmiş şəxs 729.018 manat 10 qəpik məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində ünvan 39 ünvanında yerləşən 105 nömrəli mənzilin öz adına rəsmiləşdirilməsi prosesi zamanı Təqsirləndirilən şəxs1 ona həmin mənzilin guya öz dayısına məxsus olan mənzil kimi təqdim etdiyini, dayısının kim olduğunu, adını bildirmədiyini, ölkədən xaricdə yaşadığını, mənzilin satışı barədə Təqsirləndirilən şəxs1 tərəfindən özünə heç bir qazanc vəd olunmadığını, heç kimin əmlakını dələduzluqla ələ keçirmək fikrinin olmadığını, Təqsirləndirilən şəxs1 inandığını, Təqsirləndirilən şəxs1 ona əvvəldən 25.500 manat pul borcunun olduğunu, həmin mənzilin satışından əldə olunmuş vəsaitdən ona hər hansı pul məbləğinin verilmədiyi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı təsdiq edilmişq sübutlarla, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya Zərərçəkmiş şəxs etibar etdiyi həmin səlahiyyətlərdən özlərinin xeyrinə suiistifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək barədə aralarındakı cinayətkar razılaşmadan irəli gələrək həmin etibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edən Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs məxsus, "Kapitol” firmasının ünvan 4 ünvanında İnşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə öz adına satılmasının rəsmiləşdiriiməsinə nail olmuş, bundan sonra Təqsirləndirilən şəxs2 öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməklə həmin mənzili Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə ünvan 17t ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Şahid6 sataraq Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət 178.4-cü maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X28 Rayon Təşkilatı tərəfndən verilmiş 20 may 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 1990-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı düşmənə qarşı döyüş əməliyyatlarında xüsusi xidmətləri olmuş və döyüş əməliyyatı zamanı ağır yaralanmışdır. Səbail rayon Veteranlar təşklatının üzvüdür. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və müharibə veteranı olması onun cəzasını yünügülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Məhkəmə baxışı zamanı mülki iddiaçı X17 mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontorunda 09 noyabr 2016-cı il tarixdə mülkiyyətində olan ünvan 35 etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid13 aralarında bağlanmış alqı-satqı müqaviləsi; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X23 məxsus olan ünvan 23 saylı evin 106 saylı mənzilinin Təqsirləndirilən şəxs1 etibarnamə əsasında 30 mart 2018-ci il tarixdə Şahid15 satılmasına dair alqı-satqı müqaviləsi, bundan sonra 01 may 2018-ci il tarixdə sonuncu ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsi; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X23 məxsus olan ünvan 23 saylı evin 105 saylı mənzilinin Təqsirləndirilən şəxs1 etibarnamə əsasında 04 fevral 2019- cu il tarixdə Təqsirləndirilən şəxs2 satılmasına dair alqı-satqı müqaviləsi; Bakı şəhəri 53 saylı DNK-da 03 avqust 2019cu il tarixdə ünvan 23 saylı evin 105 saylı mənzilinə dair İ.X2 aralarında bağlanmış alqısatqı müqaviləsi, Bakı şəhəri 13 saylı DNK-da 05 fevral 2019-cu il tarixdə mərhum atası X16 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən bağ evinin etibarnamə əsasında Təqsirləndirilən şəxs1 və Şahid13 aralarında bağlanmış alqı-satqı müqaviləsi və Abşeron rayonu 1 saylı DNK-da mərhum atası Zərərçəkmiş şəxs məxsus olan «Toyota Land-Kruizer» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşının etibarnamə əsasında Təqsirləndirilən şəxs1lə Şahid14 aralarında 11 iyul 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilmələrini və yuxarıda sadalanan daşınar və daşınmaz əmlakların onun özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı X8 iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndinə əsasən, əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqdiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırılmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırki cinayət işi üzrə irəli sürülmüş ittihama görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X9 məxsus daşınar və daşınmaz əmlakları ayrı-ayrı şəxslərə sataraq əldə etdikləri pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxslərə cəmi 807.237 manat 10 qəpik məbləğində ziyan vuraraq dələduzluq etmişlər. Bununla belə mülki iddiaçı X17 iddia ərizəsində vurulmuş ziyanın ödənilməsi deyil, yuxarıda sadalanan daşınar və daşınmaz əmlaklarla əlaqədar bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların mülki iddiaçıya qaytarılması tələbi irəli sürülmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, X8 mülki iddia tələbləri hazırki cinayət işi üzrə ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçı X9 gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 110,76 ( yüz on manat yetmiş altı qəpik) manat olmaqla cəmi 221,52 ( iki yüz iyirmi bir manat əlli iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 ( on bir ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 ( beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddiaçı X8 mülki iddiası baxılmamış saxlanılsın və ona gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 110,76 (yüz on manat yetmiş altı qəpik) manat olmaqla cəmi 221,52 ( iki yüz iyirmi bir manat, əlli iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-175/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-175/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver