Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-175/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ikinci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan marixuana, heroin və psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda 21,477 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 385 qram çəkidə narkotik vasitə heroini və 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 3 evə daşıdıqdan sonra psixotrop maddə metamfetamini üzərində, narkotik vasitə heroini və qurudulmuş marixuananı isə yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən çəhrayı rəngli qutunun içərisində 01 bükümdə 21,477 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman evin 2-ci mərtəbəsində yerləşən yataq otağının girişinin sol tərəfində qoyulmuş dolabın alt hissəsindən bir ədəd qırmızı rəngli selofan torbanın içərisində 01 bükümdə 385 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə 230 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə səhər saatlarında təxminən 11-12 radələrində avtomaşınının mühərrik hissəsində nasazlıq yarandığından, dostu M.Abidovla birlikdə Yasamal rayonu, Mətbuat prospektində yerləşən avtotəmir sexinə getmişlər. Orada olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq kənara çəkmiş və onlarla gedməsini söyləmişlər. O, hansı səbəbdən getməsini soruşduqda həmin şəxslər onun qoluna girərək zorla maşına oturtmuşlar. Maşında onun saxlanılmasının səbəbi kimi, güya onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumat olduğu və etiraf etməyəcəyi təqdirdə oğlu İlqarı və onun dostu Arzumanı da narkotik vasitələrinin istifadəçisi kimi tutulacaqlarını bildirmişlər. Həmçinin həmin zaman onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər-hansl qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Bundan sonra o, həmin əməkdaşlara hər şeyi onların dediyi kimi etiraf edəcəyini bildirərək oğlunu və oğlunun dostunun buraxılmasını istəmişdir. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirərək, üzərinə şəxsi axtarış keçirilmiş və polis əməkdaşlarının tələbinə əsəsən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün İran vətəndaşından aldığını, həmçinin həmin maddələrdən evində də saxladığını bildirmişdir. Bundan sonra ondan yaşadığı ünvan 3 mənzilə baxış keçiriləcəyinə dair razılıq ərizəsi alınmış və həmin mənzilə baxış keçirilmişdir. Orada ona saxladığı narkotik vasitələri təqdim edilməsi bildirilmiş, o da polis əməkdaşları tərəfindən göstərilmiş yerdən, yəni yataq otağının girişinin sol tərəfində yerləşən taxta və metal konstruksiyalı, ev quşları üçün nəzərdə tutulan dolabın alt hissəsində gizlədilən 1 ədəd qırmızı rəngli sellofan torbanı çıxararaq onlara təqdim etmişdir. Sonradan o, həmin maddələrin ona aid olmasını bildirmiş və təqdim edilən sənədləri imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı fiziki olmasa da psixi təzyiq edilmiş və nəticədə həmin narkotik vasitələrin və psixotrop maddənin onun olmasını, hədiyyə kimi evində saxladığını bildirmişdir. Həmçinin, psixi təzyiqlə bağlı heç bir orqana şikayət və vəsatət verməmişdir. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə yanaşı, məhkəməyədək istintaq dövründə dəfələrlə verdiyi etiraf edici ifadələrlə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında, onun və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saat 14:50-də saxlanılaraq BNMİ-nə gətirilmişdir. BNMİ-nin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli uzunqol gödəkçənin sağ yan cibindən çəhrayı rəngli qutudan 01 ədəd bükümdə, ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 31 manat nağd pul, əynində olan gödəkçənin sol yan cibindən “Samsung” və “HTC” markalı 02 ədəd mobil telefonlar, 01 ədəd açar, gödəkçənin sağ yan cibindən siqaret dənələri olan siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan pixotrop maddə metamfetaminə bənzər kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Sadiq” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən şəxsi istifadəsi üçün, bəzi hallarda tanışlarına hədiyyə kimi verdiyi üçün götürdüyünü və Nəsimi rayonu ərazisində yaşadığı evdə narkotik maddə saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Bundan sonra üzərindən aşkar edilən metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 23 qram təşkil etmişdir. Həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, 01 ədəd açar, 31 manat nağd pul və siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 saylı ünvanda polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək ərizə yazmışdır. Bundan sonra yaşadığı evə müdafiəçisinin və evdə yaşayan oğlu İlqar Cəfərovun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya, narkotik vasitələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin 2-ci mərtəbəsində olan yataq otağının girişinin sol tərəfində yerləşən taxta və metal konstruksiyalı, ev quşları üçün nəzərdə tutulan dolabın alt hissəsində gizlətdiyi 01 ədəd bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmiş və aşkar edilmişdir. Sonra qurudulmuş marixuana bənzər və heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə çəkisi 245 qram, heroinə bənzər kütlə isə qablaşdırma ilə birlikdə 404 qram təşkil etmişdir. Həmin maddələr götürülərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir müqavimət göstərilməmiş, bundan əlavə Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı hərəkətlər tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləmiş, hazırda Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-də baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli uzunqol gödəkçənin sağ yan cibindən çəhrayı rəngli qutudan 01 ədəd bükümdə, ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 31 manat nağd pul, əynində olan gödəkçənin sol yan cibindən “Samsung” və “HTC” markalı 02 ədəd mobil telefonlar, 01 ədəd açar, gödəkçənin sağ yan cibindən siqaret dənələri olan siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pixotrop maddə metamfetaminə bənzər kütləni İran İslam Respublikası vətəndaşı olan “Sadiq” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən yerdən şəxsi istifadəsi üçün, bəzi hallarda tanışlarına hədiyyə kimi verdiyi üçün götürdüyünü və Nəsimi rayonu ərazisində yaşadığı evdə narkotik maddə saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 23 qram təşkil etmiş, həmin kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 saylı ünvanda polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək ərizə yazmış, həmin evə müdafiəçisinin və evdə yaşayan oğlu Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya, narkotik vasitələr varsa təqdim etməsi təklif edilmiş, sonuncu evin 2-ci mərtəbəsində olan yataq otağının girişinin sol tərəfində yerləşən taxta və metal konstruksiyalı, ev quşları üçün nəzərdə tutulan dolabın alt hissəsində gizlətdiyi 01 ədəd bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmiş və aşkar edilmiş, sonra qurudulmuş marixuana bənzər və heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə çəkisi 245 qram, heroinə bənzər kütlə isə qablaşdırma ilə birlikdə 404 qram təşkil etmiş, həmin maddələr götürülərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı hərəkətlər tətbiq edilməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə qalır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında İlham onunla birlikdə ona məxsus olan “Mercedes” markalı avtomobilinin avtotəmiri ilə əlaqədar Yasamal rayonu ərazisində yerləşən qəbirstanlığın yanında məscidin arxa tərəfində yerləşən avtotəmir sexinə getməyi xahiş etmiş, o, da buna etiraz etməmişdir. Avtotəmir sexində olan zaman 2 nəfər mülki geyimli şəxslər İlhama yaxınlaşaraq onlarla birlikdə getməli olduğunu bildirdilər. Bir qədər sonra İlhamın oğlu İlqar və İlqarın yanında onlarla bir məhəllədə qalan taksi sürücüsü Arzumanda oraya gəldi. Bir müddət sonra Polis əməkdaşları İlhamın qoluna girərək onu maşına oturdurub oradan uzaqlaşmışlar. Daha sonra olanlardan heç bir məlumatı olmamışdır. Bundan əlavə şahid qismində dindirilmiş M.S.Abidov məhkəmə iclasında ona verilmiş sualla cavab olaraq bildirmişdir ki, o, hadisə gününün tarixini uzun müddət keçdiyindən dəqiq xatırlamır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə qalır. İlhamın oğlu ilə İlqar ilə dostluq münasibəti vardır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, evdə idi. Biraz istirahət edib işə çıxmağa hazırlaşırdım. Həmin vaxt qonşusu İlqar ona taksi lazım olduğunu və Yasamal rayonu, Mətbuat prospektində yerləşən avtotəmir sexinə onu aparacağını bildirdi. İlqarın avtotəmir sexinə getməyinin səbəbi atası İlhamın maşınına ehtiyat hissəsi alıb verməsi idi. Belə ki, İlqar “Mercedes” markalı avtomobilə məxsus karteri onun maşınının yük yerinə qoydu və birlikdə həmin avtotəmir sexinə gəlmişdir. Avtotəmir sexinə çatdıqda orada İlham, tanımadığı ustanı görmüş, həmin vaxt İlqar avtomobildən düşüb avtomobilə məxsus ehtiyat hissəsini atası İlhama verdi. Bir qədər sonra ora 2 nəfər tanımadığı şəxslər gəlmiş və İlhama yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları İlhama onlarla birlikdə gedəcəyini ona bildirdilər. İlhamda etiraz etməmişdir. Polis əməkdaşları orada İlhamın üzərinə baxış keçirtdilər və İlhamıda götürərək avtotəmir sexindən çölə çıxdılar. O da bu vaxt avtomobilinə əyləşib həmin avtotəmir sexindən çıxan zaman “Hacı Cavad” məscidinin girişində polis əməkdaşlarından biri onun avtomobilinə əl ilə işarə edərək saxlamasını tələb etdi. O, avtomobili kənara çəkərək saxlamış, polis əməkdaşı ondan taksinin boş olub-olmadığını soruşdu. O, da hazırda boş olduğunu ona bildirmiş, həmin vaxt İlqarda həmin yerə gəldi və polis əməkdaşları ilə birlikdə İlham, İlqar onun avtomobilinə əyləşdilər. Polis əməkdaşları ona məscidin yanından sağa dönərək hərəkət etməsini bildirdi. O, da məscidin yanından işıqfordan sağa dönərək 200 metr hərəkət etmiş ki, polis əməkdaşı ona qarşıda sağda dayanan markası yadımda qalmayan avtomobilin qarşısında saxlamasını bildirdi. O, avtomobilini saxlamış, polis əməkdaşı ondan gediş haqqının nə qədər tutacağını soruşmuş, o, da cavabında polis əməkdaşına nə verəcəksə götürəcəyimi bildirmişdir. Polis əməkdaşı ona 3 manat ödəniş etdi. İlham, İlqar və polis əməkdaşları avtomobilindən düşərək arxadakı avtomobilə yaxınlaşdılar. Bu vaxt polis əməkdaşlarından biri ona gözləməsini bildirmişdir. Daha sonra həmin polis əməkdaşı onun avtomobilinə əyləşmiş və ona İlhamın barəsində sorğu-sual etməyə başladı. O, da İlhamın onun qonşusu olduğunu bildirmişdir. Həmin polis əməkdaşı onun mobil telefonunu və avtomobilin açarını çıxararaq özü ilə götürdü. Bir qədər sonra mobil telefon ilə danışaraq avtomobilindən yerə düşdü və onun düşməsini tələb etdi. Onu yolun kənarına çəkərək öz avtomobillərinin qarşısına yaxınlaşdırdı. Polis əməkdaşı telefon ilə danışan zaman “Feyzullanın da burada olduğunu” mobil telefonda danışdığı şəxsə deyirdi. O, da polis əməkdaşına öz adını və soyadını bildirmişdir ki, “mən Feyzulla deyiləm”. Bir qədər gözlədikdən sonra daha 2 polis əməkdaşı həmin yerə gəlmiş, onu və İlqarı öz avtomobillərinə əyləşdirdilər, İlhamı isə digər avtomobillərinə əyləşdirdilər. Polis əməkdaşları onun və İlqarın qoluna qandal vurdular. İlhamı əyləşdirdikləri avtomobil hərəkət etməyə başladı, onları isə saxladılar. Onun avtomobilinin isə orada qaldı. Bir qədər keçdikdən sonra onların avtomobildə əyləşdikləri digər polis əməkdaşına zəng gəlmiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin girişinə gətirdilər. Lakin İlqar ilə o, idarənin girişində çöl tərəfdə avtomobildə gözləmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşına zəng gəlmiş və onlara sərbəst olduqlarını bildirmişlər. Daha sonra digər polis əməkdaşı onun avtomobilini gətirərək ona təhvil vermiş və o da işinə davam etməyə başlamışdır. Daha sonra isə olanlardan məlumatı olmamışdır. Həmin vaxt İlhamın üzərində heçnə yox idi, hətta İlham polis əməkdaşları ilə birlikdə getməyə etiraz etməmişdir. Polis əməkdaşları İlham onun avtomobilində olarkən zor tətbiq etməmişlər, onlardan ayrıldıqdan sonra olanlardan məlumatı olmamışdır. İlqar və ona isə heç bir zor tətbiq etməmişlər. Onun yanında İlhama heçnə deməmişlər. O, şahid Mübariz Abidovu avtotəmir sexində görməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 99-103-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 283-285-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 292-293-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 309-310-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/199 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi – 230 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. Marixuananın təmiz çəkisi – 230 qram, tədqiqata istifadə olundu 0,01 qram, qalıq 229,9 qram. Cinayət işinin 51-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1272 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri olan: - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 01 (bir) ədəd çəhrayı rəngli qutudakı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 21,477 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.- üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada olan 01 (bir) ədəd üzəri yapışqan lentlə sarılmış bağlamada təmiz çəkisi 385 qram ola qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Heroinin təmiz çəkisi 385 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 384,950 qram. Metamfetaminin təmiz çəkisi – 21,477 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 21,427 qram. Cinayət işinin 48 və 52-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat və 92 (doxsan iki) manat ümumilikdə 170 (bir yüz yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 227-228-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2718 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 220-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xəstəlik keçirməyib. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları diarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, tez özündən çıxmaq, hirslilik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə törətdiyi əməl dövründə öz hərəkətlərinin mahiyyətini adekvat olaraq qavramaq, dərk etmək, həmçinin etdiyi hərəkətləri idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin 229-244-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza keçiriləndən sonra qalmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalmış 384,950 qram, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalmış 229,9 qram və psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalmış 21,427 qram iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “HTC” markalı 02 ədəd mobil telefonların sonuncunun yaxın qohumlarına qaytarılması nəzərə alınmış və şəxsi axtarışın gedişatını əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 55-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə olunmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci il tarixdə həmin Məcəllənin 50-ci maddəsinə əsasən 07 ay 15 gün vaxtından əvvəl şərti azad edilmiş; 2) Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 55-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə olunmaqla 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 3) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci ildə həmin Məcəllənin 76-cı maddəsinə əsasən 01 il 03 ay vaxtından əvvəl şərti azad olunmuş; 4) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; 5) Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 07 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2014-cü il cəza müddəti başa çatmışdır. Cinayət işinin 31-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 16:30-dan saat 16:39-dək qeydə alınmışdır. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında təhqiqatçı özünü və digər iştirakçıları təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah edir və ona üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim olunmasını təklif edir. Sonuncu əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çəhrayı rəngli qutuda 01 bükümdə ağ rəngli kristallik psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 31 (otuz bir) manat pul, əynində olan həmin gödəkçənin sol yan cibindən “Samsung” və “HTC” markalı mobil telefonlar, 01 (bir) ədəd açar, gödəkçənin sağ yan cibindən isə içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 23 (iyirmi üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni cəzaçəkmə müəssisələrində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxs vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən şəxsi istifadəsi üçün əldə etdiyini və bəzi hallarda özündə olan narkotik maddədən tanışlarına hədiyyə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Həmçinin verilmiş suallara sonuncu cavab olaraq bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış, aşkar edilmiş maddələrin satışı ilə məşğul olmamış, yalnız dostlarına hədiyyə vermişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını da bildirir. Cinayət işinin 37-39-cu vərəqələrində olan evə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı həmin mənzilin 2-ci mərtəbəsində olan yataq otağının girişinin sol tərəfində yerləşən taxta və metal konustruksiyalı, ev quşları üçün nəzərdə tutulan dolabın alt hissəsində gizlətdiyi 01 ədəd qırmızı rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 01 bükümdə açıq rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuş, həmin qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 245 (iki yüz qırx beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 404 (dörd yüz dörd) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxs vasitəsi ilə Yasamal rayonu ərazisində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin 361-365-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı onun bədənində patoloji əlamətlər qeyd olunmamışdır. Cinayət işinin 366-cı vərəqələrində olan Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin MSY-nə daxil olmuş Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-nə daxil olarkən üzərində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli və şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 1431 dəfə, külli miqdarından təxminən 10.1 dəfə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 25.666 dəfə, külli miqdarından təxminən 192.5 dəfə artıq olması sonuncunun narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və narkotik vasitələr və psixotrop maddəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə və evə baxış keçirilməsi (i/v 31-33, 37-39), şübhəli şəxsin izahatından (i/v 43-45), şübhəli şəxsi əlavə dindirmə (i/v 63-67), təqsirləndirilən şəxsin dindirmə (i/v 82-86), təqsirləndirilən şəxsi əlavə dindirmə (i/v 169-172) protokollarından və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (i/v 99-103), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 16:30-dan saat 16:39-dək qeydə alınmışdır. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında təhqiqatçı özünü və digər iştirakçıları təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah edir və ona üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim olunmasını təklif edir. Sonuncu əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çəhrayı rəngli qutuda 01 bükümdə ağ rəngli kristallik psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 31 (otuz bir) manat pul, əynində olan həmin gödəkçənin sol yan cibindən “Samsung” və “HTC” markalı mobil telefonlar, 01 (bir) ədəd açar, gödəkçənin sağ yan cibindən isə içində siqaret dənələri olan siqaret qutusu aşkar olunur. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 23 (iyirmi üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni cəzaçəkmə müəssisələrində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxs vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilən şəxsi istifadəsi üçün əldə etdiyini və bəzi hallarda özündə olan narkotik maddədən tanışlarına hədiyyə kimi etdiyini bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirir ki, İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Həmin maddələrin satışı ilə məşğul olmamış, yalnız dostlarına hədiyyə kimi vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor hərəkətin tətbiq olunmadığını bildirmişdir. (i/v 31-33) Bundan əlavə cinayət işinin 37-39-cu vərəqələrində olan evə baxış və götürmə aparılması haqqında protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evə xx.xx.2022-ci il tarixdə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs həmin mənzilin 2-ci mərtəbəsində olan yataq otağının girişinin sol tərəfində yerləşən taxta və metal konustruksiyalı, ev quşları üçün nəzərdə tutulan dolabın alt hissəsində gizlətdiyi 01 ədəd qırmızı rəngli sellofan torbanı təqdim edir, həmin torbanın içindən 01 bükümdə açıq rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunur, həmin qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisinin 245 (iki yüz qırx beş) qram olduğu müəyyən edilir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 404 (dörd yüz dörd) qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxs vasitəsi ilə Yasamal rayonu ərazisində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir (i/v 37-39). Bundan əlavə məhkəmə qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsədə, narkotik vasitə istifadə etməməsini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2718 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur(i/v 227-228). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı fiziki olmasa da psixi təzyiq edilməsini bildirsə də o, bununla bağlı heç bir orqana şikayət və vəsatət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yenidən eyni tərkibli cinayət əməlini törətməsini, üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin miqdarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 2718 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 384,950 qram narkotik vasitə heroin, 229,9 qram narkotik vasitə qurudulmuş marixuana və 21,427 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “HTC” markalı 02 ədəd mobil telefonların sonuncunun yaxın qohumlarına qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 170 (bir yüz yetmiş) sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Samsung” və “HTC” markalı 02 ədəd mobil telefonların sonuncunun ailəsinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 229,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 384,950 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 21,427 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-175/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-175/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver