Məhkəmə qərarları › İş №1(101)-175/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-175/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-175/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), X36 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru, "xxxx" MMC-nin faktiki rəhbəri işləmiş, məhkumluğu olmayan, Xocavənd rayonunun Kuropatkin kəndində qeydiyyat olmaqla ünvan 1 ünvanında yaşamış, ünvan 2 tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pensitensiar Xidmətinin Bakı İstintaq Тəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 26 yanvar 2017ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X43 üzrə Baş İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 4 Tour» MMC-nin 26 yanvar 2017-ci il tarixdən təsisçisi və direktoru olmaqla, həmçinin 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X43 Baş İdarəsində qeydiyyatda olan, təsisçisi və direktorunun cinayətdən xəbərsiz arvadı X37, hüquqi ünvanı ünvan 5 MMC-nin direktoru səlahiyyətlərini yerinə yetirməklə faktiki olaraq Cəmiyyətin direktoru kimi "xxxx" MMC-nin 26 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən, "xxxx" MMC-nin 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən təsdiq edilmiş Nizamnamələrinin 4.3-cü bəndinə əsasən, Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərini təsdiq etmək, Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması halları və qaydasını müəyyən etmək, Cəmiyyətin illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək, Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul etmək, Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini (rəhbərini) təyin etmək və geri çağırmaq, Cəmiyyətin Müşahidə Şurasını və Təftiş Komissiyasını (müfəttişini) seçmək, Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, habelə rəhbərlik etdiyi hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni həmin Cəmiyyətlərin adından tur paket və biletlərin satışının təşkil edilməsi görüntüsü yaradıb daha çox şəxs cəlb edərək qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Türkiyə Respublikasının müxtəlif şəhərlərinə istirahətə getmək üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə "xxxx" MMC və "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində, habelə Cəmiyyətə və özünə məxsus telefon əlaqə nömrələri vasitəsilə 2019-cu ilin iyul ayından 2022-ci ilin iyul ayınadək olan müddətdə şəxsən və qeyriləri vasitəsilə özünə və Cəmiyyətdə menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz arvadı X25 müraciət edən ayrı-ayrı şəxsləri tur paketlərin adi qaydada və bir sıra hallarda guya daha sərfəli qiymətlərlə, habelə aviabiletlərin də satışını həyata keçirəcəyi adı ilə aldadıb həmin şəxslərə məxsus müxtəlif məbləğlərdə pul vəsaitini qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə şəxsən və sonuncu vasitəsi ilə həmin ofisdə və Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almaqla, habelə özünün və cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan müxtəlif plastik bank kartı hesablarına köçürülməsinə nail olub nağdlaşdırmaqla, inandırmaq üçün həmin şəxslərlə MMC arasında tur paketin alqı-satqısına və ödənilən pul vəsaitinin məbləğinə dair tamah niyyətlə bilə-bilə yalan məlumatları daxil etdiyi, üzərində "xxxx" və ya "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür, eləcə də özünün və Nigar Abbaslının imzası ilə təsdiq etdiyi qabaqcadan hazırlanmış rəsmi sənəd olan MMC-nin adından müqavilə blanklarını təqdim edərək, həmin şəxslərə məxsus pul vəsaitini, o cümlədən, 2019-cu ilin iyun ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Eftalia Ocean” otelində istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib, həmin adla sonuncudan 2019-cu ilin iyun ayında "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində 850 (səkkiz yüz əlli) manat, 25 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 əri X11 ünvan 8 ünvanında yerləşən “Neptun Market”in qarşısında istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini alıb, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3.050 (üç min əlli) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2020-ci ilin noyabr ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Eftalia Ocean” otelində istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncunun həyat yoldaşı X8 2020-ci ilin noyabr ayında "xxxx" MMCnin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində 1.000 (bir min) manat, 25 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən “Neptun Market”in qarşısında istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini alıb, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2021-ci ilin avqust ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X55 5*” otelinə 20 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 11 avqust 2021-ci il tarixdə Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində şəxsən 900 (doqquz yüz) manat pul vəsaitini nağd qaydada almaqla, həmçinin Zərərçəkmiş şəxs3 tərəfindən 11 avqust 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Bravo” supermarketin içərisində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada 1.000 (bir min) manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 117 nömrəli, 11 avqust 2021-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X55 5*” otelinə 20 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.900 manat məbləğdə ödəniş edilməsi və 2.010 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və özünün imzası ilə təsdiq edərək cinayətkar niyyətini davam etdirmək məqsədilə sonuncuya təqdim edib eyni niyyətlə, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, sonuncu tərəfindən 15 avqust 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Bravo” supermarketin içərisində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada 1.000 (bir min) manat və 1.010 (bir min on) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olmaqla Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 3.910 (üç min doqquz yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2021-ci ilin dekabr ayında anası X26 və dayısıqızı X4 istirahət etmələri məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasının Antalya şəhərində “X55 5*” otelinə 23 iyul 2022-ci il tarixdən 3 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncu tərəfindən 30 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllə, N,Nərimanov küçəsində Aptekdə yerləşdirilən “E-Manat” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada köçürülmüş 1.500 (bir min beş yüz) manat pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, həmçinin 13 iyul 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs4 cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini nağd qaydada alıb, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 5.100 (beş min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin fevral ayında səyahət paketi əldə etmək üçün tanışı Zərərçəkmiş şəxs6 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 ailəsilə birlikdə Türkiyə Respublikasının Alanya şəhərində yerləşən «X68 World 5*» otelində 25 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs5 8 fevral 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alaraq həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 315 nömrəli, 08 fevral 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X68 World 5*» otelinə 22 iyul 2022-ci il tarixdən 30 iyul 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.000 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub, həmin sənədi təqdim edərək Zərərçəkmiş şəxs5 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin fevral ayında səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 ailəsilə birlikdə Türkiyə Respublikasının Alanya şəhərində 25 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs6 8 fevral 2022-ci il tarixdə Naxçıvan şəhəri, Heydər Əliyev prosipekti 34C ünvanında yerləşən ərzaq dükanında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik hesab kartına köçürülmüş 3.000 (üç min) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, Zərərçəkmiş şəxs6 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin fevral ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün həyat yoldaşı X12 vasitəsilə cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X45 5*” otelində 23 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncunun həyat yoldaşı Zümrüd Mehdiyevadan 2022-ci ilin fevral ayında "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində şəxsən 1.143 (bir min bir yüz qırx üç) manat pul vəsaitini nağd qaydada alıb, həmçinin 14 iyun 2022-ci il tarixdə Aqil Mehtiyev tərəfindən sonuncunun mobil cihazda tətbiq etdiyi ödəmə proqramı vasitəsilə cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına 2.767 (iki min yeddi yüz altmış yeddi) manat pul vəsaitinin köçürülməsinə nail olaraq həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 812 nömrəli, 14 iyun 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən X22 Respublikasının Antalya şəhərində yerləşən “X45 5*” otelinə 23 iyun 2022ci il tarixdən 30 iyun 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 3.910 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub, həmin sənədi təqdim edərək Nigar Abbaslı tərəfindən pul vəsaitlərini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq öz şəxsi ehtiyaclarına sərf edib, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 3.910 (üç min doqquz yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin mart ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X69 Hotel 5*” otelinə 22 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 10 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 765 (yeddi yüz altmış beş) manat almaqla həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 402 nömrəli, 10 mart 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X69 Hotel 5*” otelinə 22 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 765 manat məbləğdə ödəniş edilməsi və 1.785 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslının imzası ilə təsdiq edilməsinə nail olaraq, həmin sənədi təqdim edib səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 15 iyul 2022-ci il tarixdə ünvan 10 ünvanında istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə 1.785 (bir min yeddi yüz səksən beş) manat məbləğində pul vəsaitini alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 978 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X69 5*” otelinə 22 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.785 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub həmin sənədi təqdim edərək ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 2.550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin mart ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X61 Belek5*» otelinə 15 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 12 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 4.010 (dörd min on) manat almaqla həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 403 nömrəli, 13 mart 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X61 Belek5*» otelinə 15 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.010 manat məbləğdə ödəniş edilməsi və 5000 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslının imzası ilə təsdiq edilməsinə nail olub, həmin sənədi təqdim edib səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 16 may 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 (bir min) manat məbləğində pul vəsaitini almaqla həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 690 nömrəli, 16 may 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X65 5*” otelinə 22 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.000 manat məbləğdə ödəniş edilməsi və 4.000 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslının imzası ilə təsdiq edilməsinə nail olub, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 10 iyun 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 810 nömrəli, 16 iyun 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X65 5*” otelinə 15 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.000 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub, həmin sənədi təqdim edərək ümumilikdə Zərərçəkmiş şəxs9 məxsus 9.010 (doqquz min on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin aprel ayında dostu ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs10 Türkiyə Respublikasının Antalya şəhərində “X33 Spa” otelində 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs10 tərəfindən 17 aprel 2022-ci il tarixdə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik hesab kartına 900 (doqquz yüz) manat pul vəsaitinin köçürülməsinə nail olaraq plastik bank kartına köçürülmüş Zərərçəkmiş şəxs10 məxsus 900 manat pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 427 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs10 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X33 Spa” otelinə 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 900 manat məbləğdə ödəniş edilməsi və 2.100 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslının imzası ilə təsdiq edilməsinə nail olmaqla həmin sənədi təqdim edib səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 25 iyul 2022-ci il tarixdə cəmiyyətin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs10 cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 2.100 (iki min bir yüz) manat məbləğində pul vəsaitini nağd qaydada alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 997 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs10 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X33 5*” otelinə 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.100 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub həmin sənədi təqdim edərək ümumilikdə Zərərçəkmiş şəxs10 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin aprel ayında səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs11 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixə qədər istirahət etmək üçün 2 nəfərlik səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 19 aprel 2022-ci il tarixdə "xxxx" MMCnin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində 850 (səkkiz yüz əlli) manat alaraq həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 421 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs11 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 850 manat məbləğdə ödəniş edilməsi və 2.175 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və imzası ilə təsdiq edib həmin sənədi təqdim edərək səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 28 iyul 2022-ci il tarixdə həmin ünvanda cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 2.125 (iki min bir yüz iyirmi beş) manat pul vəsaitini alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs11 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.125 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub həmin sənədi təqdim edərək ümumilikdə Zərərçəkmiş şəxs11 məxsus 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş X3 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X76 5*” oteldə 30 iyul 2022-ci il tarixdən 8 avqust 2022-ci il tarixə qədər istirahət etmək üçün 2 nəfərlik səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Orxan Abdurəhmənov tərəfindən 17 iyun 2022-ci il tarixdə onlayn qaydada cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına köçürülmüş 1.043 (bir min qırx üç) manat pul vəsaitinin sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissəhissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə öz şəxsi məqsədlərinə uyğun köçürmə etməsinə nail olaraq sərf etməklə, həmçinin 18 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 cinayətdən xəbərsiz tanışı Tərlan Aslanlı vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, X74 Kompleksində 2.000 (iki min) manat məbləğində pul vəsaitini nağd qaydada alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 977 nömrəli, 17 iyul 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs12 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X76 5*” otelinə 30 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.000 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə Cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq olunmasına nail olub həmin sənədi sonuncu vasitəsilə təqdim edərək ümumilikdə X3 məxsus 3.043 (üç min qırx üç) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs13 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X34” otelində 19 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün 2 nəfərlik səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncunun həyat yoldaşı X13 tərəfindən 28 iyun 2022-ci il tarixdə ünvan 11 ünvanında yerləşən “Bazarstore” supermarketində yerləşən “e-manat” ödəmə terminalı vasitəsilə onlayn qaydada cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına köçürülmüş 1.000 (bir min) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən xx.xx.2022-ci il tarixdə hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq öz şəxsi məqsədlərinə sərf etməklə, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 965 nömrəli, 29 iyun 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən X24 Respublikasının Antalya şəhərində yerləşən “X34” otelinə 19 avqust 2022ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.000 manat məbləğdə ödəniş edilməsi və 2.230 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və özünün imzası ilə təsdiq edib həmin sənədi sonuncuya təqdim edərək, Zərərçəkmiş şəxs13 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında dostları ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelində istirahət etmək üçün 5 nəfərlik səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla 5 iyul 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs14 tərəfindən sonuncunun mobil cihaza tətbiq etdiyi proqram vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada köçürülmüş 1.500 (bir min beş yüz) manat pul vəsaitini müxtəlif şəxslərin adına olan hesablara onlayn qaydada köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 980 nömrəli, 05 iyul 2022-ci il tarixli müqavilə-sifarişə guya həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 8 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.500 manat məbləğdə ödəniş edilməsi və 8.488 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edilməsinə nail olub həmin sənədi təqdim edib, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 24 iyul 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən “Elmlər Akademiyası” Metro stansiyasının qarşısında Zərərçəkmiş şəxs14 5.500 (beş min beş yüz) manat alaraq həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 125818 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzində həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərinə tur paketinin satılmasına və sonuncu tərəfindən 5.500 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edilməsinə nail olmaqla, həmin sənədi təqdim edib, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 29 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 dostları X19 və Şahid "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə Zərərçəkmiş şəxs14 məxsus 2.988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində pul vəsaitini alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 125817 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzində həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərinə tur paketinin satılmasına və sonuncu tərəfindən 2.988 manat məbləğdə ödəniş edilməsinə dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edilməsinə nail olmaqla həmin sənədi sonuncuya təqdim edib ümumilikdə Zərərçəkmiş şəxs14 məxsus 9.988 (doqquz min doqquz yüz səksən səkkiz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş X20 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncunun tanışı Zərərçəkmiş şəxs18 tərəfindən 2022-ci ilin iyul ayının əvvəlində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına mobil cihazda tətbiq edilən proqram vasitəsilə onlayn qaydada köçürülmüş 663 (altı yüz altmış üç) manat və 21 iyul 2022-ci il tarixdə İlham Hüseynli tərəfindən köçürülmüş 1.547 (bir min beş yüz qırx yeddi) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən həmin tarixdə hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq sərf etməklə, ümumilikdə X20 məxsus 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs16 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*”otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs16 tərəfindən mobil cihazda tətbiq edilən proqram vasitəsilə 2022-ci ilin iyul ayının əvvəlində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına onlayn qaydada 663 (altı yüz altmış üç) manat köçürülməsinə nail olaraq həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 976 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs16 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.519 manat məbləğdə ödəniş edilməsi və 6.321 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və özünün imzası ilə təsdiq edib həmin sənədi təqdim edərək, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb, 22 iyul 2022-ci il tarixdə Xətai rayonu, X66 küçəsi 5 ünvanında yerləşən “Ailə market” ticarət obyektində olan “E-Manat” ödəmə terminalı vasitəsilə köçürülmüş 1.547 (bir min beş yüz qırx yeddi) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən 22 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs16 məxsus 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs17 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncunun atası X28 tərəfindən mobil cihazda tətbiq edilən proqram vasitəsilə 2022-ci ilin iyul ayının əvvəlində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına onlayn qaydada köçürülmüş 663 (altı yüz altmış üç) manat və 20 iyul 2022-ci il tarixdə eyni qaydada köçürülmüş 1.547 (bir min beş yüz qırx yeddi) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən həmin tarixdə hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs17 məxsus 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs18 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs18 tərəfindən 2022-ci ilin iyul ayının əvvəlində ünvan 12 ünvanında olan Şuşa marketdə yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına onlayn qaydada köçürülmüş 535 (beş yüz otuz beş) manat və 21 iyul 2022-ci il tarixdə həmin yerdə eyni qaydada köçürülmüş 1.675 (bir min altı yüz yetmiş beş) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən 21 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq öz şəxs ehtiyaclarına sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs18 məxsus 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyun ayında səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs19 Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5” otelinə 17 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə qədər istirahət etmək üçün 5 nəfərlik səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs19 tərəfindən 26 iyul 2022-ci il tarixdə Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Bravo Superstore” supermarketdə olan “E-Manat” ödəmə terminalı vasitəsilə onlayn qaydada cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına köçürülmüş 2.000 (iki min) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən 26 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq sərf etməklə, 26 iyul 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən “Zefir Mall” ticarət mərkəzində olan “PaşaPay” ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-də olan 5404******4120 nömrəli plastik hesab kartına köçürülmüş 6.925 (altı min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs19 məxsus 8.925 (səkkiz min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022ci ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs20 Türkiyə Respublikasının Aydın şəhərində yerləşən “X47 5*” otelinə 10 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncu tərəfindən 2 iyul 2022-ci il tarixdə Səbail rayonu, Salyan şosesi 7B ünvanında yerləşən istintaqla müəyyən edilməyən ərzaq dükanında olan “E-Manat” ödəmə terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada köçürülmüş 1.000 (bir min) manat və 3 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs20 mobil cihaza tətbiq etdiyi ödəmə proqramı vasitəsilə köçürülmüş 500 (beş yüz) mana pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs20 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs21 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X58 5*” otelinə 5 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncu tərəfindən 4 iyul 2022-ci il tarixdə Göyçay şəhəri, Natavan küçəsində yerləşən “Yaşıl Market” adlı ərzaq dükanında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına onlayn qaydada köçürülmüş 2.000 (iki min) manat məbləğində pul vəsaitinin Nigar Abbaslı tərəfindən 05 iyul 2022-ci il tarixdə elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun köçürmə etməsinə nail olaraq sərf etməklə, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 397 nömrəli, 12 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs21 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X58 5*” otelinə 05 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.000 manat məbləğdə ödəniş olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edilməsinə nail olmaqla həmin sənədi sonuncuya təqdim edib Zərərçəkmiş şəxs21 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs22 Türkiyə Respublikasının Alanya şəhərində “X77 Hotel 4+*” otelində 30 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla Zərərçəkmiş şəxs22 tərəfindən 12 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində “Sahil” Metro keçidində yerləşən “Expresspay” ödəniş sistemi vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 6202******9651 nömrəli plastik hesab kartına köçürülmüş 1.000 (bir min) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən bankomatlardan nağdlaşdırmaqla və elektron xidmətlərdən istifadə edərək onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf etməklə, həmçinin 24 iyul 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə Zərərçəkmiş şəxs22 məxsus 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini nağd qaydada alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 978 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs22 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X77 Hotel 4+*” otelinə 30 iyul 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 3.300 manat məbləğdə ödəniş olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və özünün imzası ilə təsdiq edib həmin sənədi təqdim edərək ümumilikdə Zərərçəkmiş şəxs22 məxsus 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs23 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X53 5*” otelinə 29 avqust 2022-ci il tarixdən 6 sentyabr 2022ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 5 iyul 2022-ci il tarixdə ""xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 1.700 (bir min yeddi yüz) manat pul vəsaitini nağd qaydada alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 965 nömrəli, 5 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs23 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X53 5*” otelinə 28 avqust 2022-ci il tarixdən 6 sentyabr 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.700 manat məbləğdə ödəniş edilməsi və 3.825 manat borc qalığı olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edib həmin sənədi təqdim edib, səyahətədək borc qalığını ödəməsinin zəruriliyini yalandan bildirərək aldadıb,11 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs23 mobil cihazda tətbiq etdiyi ödəmə proqramı vasitəsilə cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına onlayn qaydada köçürdüyü 1.000 (bir min) manat pul vəsaitinin Nigar Abbaslı tərəfindən həmin tarixdə hissə-hissə olmaqla elektron xidmətlərdən istifadə edərək onlayn qaydada öz şəxsi məqsədlərinə uyğun müxtəlif istiqamətlərə köçürmə etməsinə nail olaraq sərf etməklə, ümumilikdə Zərərçəkmiş şəxs23 məxsus 2.700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında ailəsi ilə birlikdə istirahət etmək məqsədilə səyahət paketi əldə etmək üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs24 Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5*” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketi ilə təmin edəcəyini yalandan bildirib həmin adla sonuncudan 28 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisində cəmiyyətdə menecer işləyən, cinayətdən xəbərsiz Nigar Abbaslı vasitəsilə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini alıb, həqiqi niyyəti barədə aldatmaq və cinayətkar əməllərini pərdələmək məqsədilə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşən ofisindəki xidməti iş otağında üzərində "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs24 Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5*” otelinə 04 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 8.500 manat məbləğdə ödəniş olmasına dair bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etdikdən sonra həmin Cəmiyyətin üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhürü və cəmiyyətdə tur menecer vəzifəsində işləyən cinayətdən xəbərsiz X18 imzası ilə təsdiq edilməsinə nail olmaqla həmin sənədi təqdim edib Zərərçəkmiş şəxs24 məxsus 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini ələ keçirməklə, eyni niyyətlə, 2022-ci ilin iyul ayında qohumlarına aviabilet almaq üçün cinayətdən xəbərsiz X25 müraciət etmiş Zərərçəkmiş şəxs25 Türkiyə Respublikasının İstanbul şəhərinə 2 nəfərlik aviabilet təmin edəcəyini yalandan bildirib həmin adla 31 iyul 2022-ci il tarixdə sonuncudan Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Mega City” yaşayış kompleksində istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə həmin dövrün məzənnəsi ilə 3.400 (üç min dörd yüz) manat təşkil edən 2.000 (iki min) ABŞ dollarını alıb, Zərərçəkmiş şəxs25 məxsus 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə, ümumilikdə, qeyd edilən qaydada 25 şəxsə məxsus cəmi 96.201 (doxsan altı min iki yüz bir) manat məbləğində pul vəsaitini ələ keçirməklə şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədə əməl etməyərək qeyd edilən şəxslərin müvafiq tur paket və biletlərlə təmin edilməsini həyata keçirməyib, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə vahid qəsdlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə kütləvi şəkildə qeyd edilən 25 nəfərin şəxsən və sair yaxınları ilə birgə sərbəst şəkildə hərəkət və istirahət etməklə bağlı hüquqlarına və çoxsaylı şikayətlər edilməsi, pozulmuş hüquqlarının bərpası istiqamətində əlavə tədbirlərin görülməsi ilə əlaqədar qanuni mənafelərinə vahid qəsdlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə rəsmi sənədlərə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən turizm sahəsində fəaliyyət göstərir. 2017-ci il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. "xxxx" MMC-nin təsisçisi və direktoru özüdür. Cəmiyyətin ofisi Yasamal rayonu, Hüseyin Cavid prospekti 80 ünvanında yerləşir. Cəmiyyətin fəaliyyəti müştəriləri istirahət məqsədilə xarici ölkələrə göndərmək və aviabilet satışından ibarətdir. 2020-ci ildə pandemiya başladıqdan sonra ölkə sərhədləri bağlandığı üçün erkən rezervasiya edən şəxslərin ödədikləri pul vəsaitlərini geri qaytarmaq məcburiyyətində qalmışdır. Həmçinin pandemiya ilə əlaqədar məhdudlaşmalar olduğu üçün cəmiyyətin fəaliyyəti tamamilə zəifləmiş, cəmiyyətin xərclərini ödəmək üçün ziyana getmişdir. Daha sonra pandemiya bitmiş və cəmiyyətin fəaliyyəti bərpa olunmuşdur. Fəaliyyətə maddi ziyanla başlamışdır. 2022-ci il tarixdə erkən rezervasiya edərək səyahət etmək məqsədilə ilkin ödəniş edən şəxsləri tur paketlə təmin etmək zəruri olmuşdur. Həmin zaman qiymətdə fərq etdiyi üçün məcbur olub səyahət paketi əldə etmək üçün müraciət edən cəmiyyətin bir neçə müştərisindən səyahət paketi satmaq adı ilə aldığı pul vəsaitlərini digər müştəriləri səyahətə göndərmək üçün sərf etmişdir. Daha sonra həmin müştərilərin səyahət müddəti gəldiyi zaman onların ödədiyi pulu digər müştəriləri səyahətə göndərmək üçün sərf etdiyindən həmin müştəriləri tur paketlə təmin etməyə pul vəsaiti olmamışdır. Bu səbəbdən cəmiyyətin bir neçə müştərisi səyahətə gedə bilmədiyi üçün onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişlər. Yuxarıda göstərdiyi ünvanda həmçinin 2022-ci il tarixdə təsis edilən, direktoru və təsisçisi həyat yoldaşı X37 olan "xxxx" MMC də fəaliyyət göstərmişdir. Həmin cəmiyyəti özü həyat yoldaşının adına təsis etmişdir. "xxxx" MMC-ni həyat yoldaşının adına açsa da, faktiki olaraq cəmiyyətə rəhbərliyi özü etmişdir. Həyat yoldaşı ofisdə tur menecer kimi ona köməklik etmiş və səyahət üçün müraciət edən müştərilərə onun göstərişilə və onun adından "xxxx" MMC və "xxxx" MMCyə məxsus müqavilələr və qəbzlər təqdim etmişdir. X9, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, X29, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs24 "xxxx" MMC-nin müştəriləri olmuş və tur paket əldə etmək üçün müraciət etmişlər. Yuxarıda qeyd etdiyi səbəblərdən, yəni həmin müştərilərdən aldığı pul vəsaitlərini cəmiyyətin digər müştərilərini tur paketlə təmin etdiyi üçün onları tur paketlə təmin edə bilməmişdir. Həmin müştəriləri tur paketlə təmin edəcəyini vəd edərək onlardan "xxxx" MMC-də tur menecer işləyən Nigar Abbaslı vasitəsilə istər nağd qaydada, istərsə də özünün və Nigar Abbaslının adına olan plastik bank kartına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Lakin müştərilərin ödədiyi pullarla cəmiyyətin digər müştərilərini səyahətə göndərdiyi üçün həmin müştərilərə aviabilet və oteldə yer ala bilməmişdir. Nigar Abbaslı "xxxx" MMC-nin direktoru olması və "xxxx" MMC-də tur menecer işləməsinə baxmayaraq qeyd olunan müştərilərin tur paket əldə etmək üçün Nigar Abbaslıya ödədiyi pul vəsaitlərini Nigar ona təqdim etmişdir. Həmçinin Nigarın plastik bank kartına müştərilər tərəfindən köçürülən pul vəsaitlərini onun göstərişi ilə Nigar ya onun adına olan plastik bank kartına, ya da ki digər hesablara köçürmə etmişdir. Cəmiyyətin müştərilərindən tur paket satmaq adı ilə pul vəsaitləri aldıqdan sonra müştəriləri tur paketlə təmin edəcəyinə inandırmaq və ödənişlər olunduğunu təsdiq etmək üçün özü və Nigar Abbaslı vasitəsilə "xxxx" MMC və "xxxx" MMC-nin adları əks olunan möhür həkk olunmuş imzalı müqavilə və ödəniş qəbzləri təqdim etmişdir. O, bu hadisəyə qədər xeyli sayda şəxsi, hətta hazırki cinayət işində zərər çəkmiş şəxs qismində iştirak edən şəxsləri belə istirahət məqsədi xarici ölkələrə göndərmiş, sonuncular da onun xidmətlərindən razılıq etmişdir. Bundan başqa ona qarşı irəli sürülmüş mülki iddiaları da qəbul edir. Sonda ittihamın ağır maddələrlə verildiyini bildirərək, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsində 178.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilməli, həmçinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən həmin maddə üzrə başlanmış cinayət təqibi üzrə icraata xitam verilməli, bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələrinə tövsif edilməlidir, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin noyabr ayında xalası oğlu X30 və ailə üzvlərilə birlikdə 2021-ci ilin yay aylarında istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq 2020-ci ilin noyabr ayında “instagram” sosial şəbəkəsi vasitəsilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Ülvi adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Alanya şəhərində yerləşən oteldə Rəşadın ailəsi və öz ailəsi olmaqla 8 nəfərlik səyahət paketini əldə etmək üçün ümumilikdə 5.235 manata razılaşmışlar. Ülvi onu "xxxx" şirkətinin Yasamal rayonunda yerləşən ofisinə dəvət etmişdir. Onun vaxtı məhdud olduğu üçün həyat yoldaşı X8 xahiş etmiş və Xatirə 2020-ci ilin noyabr ayında həmin ofisə getmişdir. Həmçinin Rəşadın həyat yoldaşı Zərərçəkmiş şəxs1 da tur paket üçün ödənilməli olan ilkin ödənişi ödəmək üçün onun həyat yoldaşı ilə həmin ofisə getmişdir. Ülvi ilə razılaşdığı kimi tur paketin ilkin ödənişi olan ona məxsus 1.000 manat və Rəşada məxsus 850 manat pulu müvafiq olaraq Xatirə və Aytəkin həmin ofisdə Ülviyə təqdim etmişlər. Ülvi Xatirəyə 1.850 manat ödəniş edilməsi ilə bağlı müqavilə vermişdir. Bundan sonra 2021-ci ilin yay aylarında pandemiya ilə əlaqədar sərhədlər bağlandığı üçün səyahət baş tutmamışdır. O, Ülvi ilə əlaqə saxlamış, Ülvi ona pandemiya bitdikdən sonra onları səyahətə göndərəcəyini bildirmişdir. Pandemiya bitdikdən sonra 2022-ci ilin avqust ayında Türkiyə Respublikasına səyahət etmək üçün 2022-ci ilin iyun ayında Ülvi ilə əlaqə saxlamışdır. Ülvi ona qiymətlərin bir qədər qalxdığını, onların seçdiyi səyahət paketinin ümumi qiymətinin 5.350 manat olduğunu və səyahət paketini əldə etmək üçün qalıq qalan pulu ödəməyini bildirmişdir. O, Ülvi ilə razılaşmış və Ülvi 25 iyun 2022-ci il tarixdə şirkətin əməkdaşı Tərlan adında oğlanı onun yaşadığı evin yaxınlığında yerləşən X67 stansiyasının yanına göndərmişdir. O və Rəşad Tərlanla görüşmüş və Ülvi ilə razılaşdığı kimi özünə məxsus 1.500 manat və Rəşad özünə məxsus 2.000 manat pulu Ülviyə çatdırması üçün Tərlana təqdim etmişlər. Tərlan ona həmin gün otelin vaucherlərini təqdim etmişdir. Pulu təqdim etdikdən sonra Ülvi ilə telefon əlaqəsi yaratmış və aviabileti nə vaxt verəcəyini soruşmuşdur. Ülvi ona səyahətə 10 gün qalmış aviabiletləri verəcəyini bildirmişdir. 25 iyul 2022-ci il tarixdə Ülvi ilə əlaqə saxlamış, Ülvi ona səyahətə 2 gün qalana kimi aviabiletləri verəcəyi barədə yalan vədlər verərək aldatmış, səyahətə 2 gün qalmış isə telefonu söndürmüşdür. O, Ülvinin vaucher təqdim etdiyi otellə əlaqə saxlamış və adına yer ayrılıb-ayrılmadığını soruşmuşdur. Oteldən onun adına otaq bron edildiyini, lakin otaqların pulunun ödənmədiyini bildirmişlər. Bundan sonra başa düşmüşdür ki, Ülvi ona məxsus ümumilikdə 2.500 manat, Rəşada məxsus 2.850 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdərək öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Bundan bir qədər sonra Ülvi ilə əlaqə saxlamış və sonuncudan dələduzluq yolu ilə aldığı pul vəsaitini geri tələb etmişdir. Ülvi 2022-ci ilin avqust ayının əvvəli 500 manat ona və 500 manat pul Rəşada qaytarmışdır. Bundan sonra Ülvi onlara dəyən ziyandan heç bir məbləğdə pul ödəməmişdir. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayında ailə üzvləri ilə birlikdə həmin ilin iyul ayında istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı “İnstaqram” sosial şəbəkəsində "xxxx" şirkətinin səhifəsinə rast gəlmiş, səhifədə olan mobil nömrə ilə əlaqə saxladıqda Ülvi adlı şəxs ona sərfəli səyahət paketi satacağını bildirmiş, onu "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisinə dəvət etmişdir. O, 10 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin ofisinə getmişdir. Şirkətin səlahiyyətli əməkdaşı Nigar adlı şəxs ona Türkiyə Respublikasının Alanya şəhərində yerləşən otellərdə səyahət paketi təklif etmişdir. O, Nigarın etdiyi təkliflərdən 22 iyul 2022- 29 iyul 2022-ci il tarixləri əhatə edən Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “X69 Hotel 5*” otelinə səyahət paketini seçmişdir. Nigar ona həmin tur paketin qiymətinin 2.550 manat olduğunu və həmin tur paketi almaq istədiyi təqdirdə əvvəlcədən paketin 30 faiz ilkin ödənişini etməyini xahiş etmişdir. O, Nigarla razılaşaraq xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisində Nigara 765 manat pul vermişdir. Daha sonra Nigar ona 765 manat ilkin ödəniş edilməsi barədə A4 vərəqdə, üzərində "xxxx" şirkətinin möhürü həkk olunan müqavilə vermişdir. Həmçinin Nigar geridə qalan məbləği səyahətə 10 gün qalmış ödəməyi və bundan sonra aviabilet və otelin vauçeri daxil olmaqla səyahət paketini verəcəyini ona bildirmişdir. Səyahət müddətinə bir neçə gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə Nigarla əlaqə saxlamış və geridə qalan ödənişi ödəməyə hazır olduğunu demişdir. Nigar şirkətin işçisini göndərəcəyini və geridə qalan 1.785 manat pulu həmin şəxsə verməsini xahiş etmişdir. 15 iyul 2022-ci il tarixdə ünvan 15 ünvanında yerləşən evində olarkən Nigar ona zəng etmiş və qalan pulu küçədə gözləyən şirkətin işçisinə verməyini bildirmişdir. O, həmin vaxt küçəyə çıxaraq "xxxx" MMC-nin tanımadığı əməkdaşına Nigara çatdırması üçün 1.785 manat pul vermişdir. Həmin şəxs ona A4 vərəqdə, üzərində "xxxx" şirkətinin möhürü həkk olunan müqavilə vermişdir. Səyahət müddətinə 3 gün qalmış Nigarla əlaqə saxlamışdır. Nigar ona Ülvinin nömrəsini verərək aviabiletləri və otelin vauçerini Ülvinin ona təqdim edəcəyini demişdir. O, Ülvi ilə əlaqə saxlamış və aviabiletləri verməsini xahiş etmişdir. Ülvi səyahət müddətindən bir gün keçdikdən sonra, yəni 23 iyul 2022-ci il tarixdə aviabiletləri ona göndərmiş və oteli, həmçinin transferi həll edə bilmədiyini, öz vəsaiti hesabına oteldə istirahət etməyini və geri qayıtdıqdan sonra aviabiletlərin pulunu çıxamaqla geri qalan pulu ona qaytaracağını bildirmişdir. Həmin vaxt Ülvi ilə aviabiletlərin qiymətini 400 ABŞ dolları, yəni 680 manat hesablamışlar. Ülvi ona səyahətdən geri qayıtdığı zaman 680 manat aviabiletləri çıxmaq şərti ilə geridə qalan 1.870 manat pul vəsaitini qaytaracağını demişdir. O, Ülvi ilə razılaşdıqdan sonra Ülvinin ona verdiyi aviabiletlərlə Türkiyə Respublikasının Alanya şəhərinə gedərək orada istirahət etmişdir. Geri qayıtdıqdan sonra Ülvinin ona verməli olduğu 1.870 manat pul vəsaitini istəmişdir. Ülvi ona həmin pul vəsaitini yaxın müddət ərzində ödəyəcəyini bildirməsinə baxmayaraq ödəməmişdir. Ülvi ilə bir neçə dəfə əlaqə saxlamaq istəsə də Ülvi telefonu söndürdüyü üçün əlaqə saxlaya bilməmişdir. Daha sonra eşitmişdir ki, "xxxx" şirkətinin vəzifəli şəxsləri Ülvi və Nigar ondan başqa bir çox şəxsə qarşı dələduzluq edərək onların əmlakını ələ keçirmişlər. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin avqust ayında dostu ilə birgə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq 2022-ci ilin aprel ayında “instagram” sosial şəbəkəsi vasitəsilə "xxxx" şirkətinin səhifəsinə rast gəlmişdir. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Ülvi adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X33 Spa” otelinə 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər 2 nəfərlik tur paketi ümumilikdə 3.000 manata razılaşmışlar. Ülvi ona özünün adına olan "xxxx" ASC-yə məxsus bankomat kartının şəklini göndərmiş və ilkin ödəniş olaraq 900 manat pulu həmin karta göndərməyini ondan xahiş etmişdir. O, 17 aprel 2022-ci il tarixdə yaşadığı binanın aşağısında yerləşən “Milli Ön” aparatı vasitəsilə onlayn qaydada özünə məxsus olan 900 manat pul vəsaitini Ülvinin bank kartına köçürmüşdür. Növbəri gün Ülvi ona 900 manat ödəniş etməyi barədə "xxxx" şirkətinə məxsus müqavilə vermişdir. Ülvi ilə qalıq qalan 2.100 manat pulu səyahətə 10 gün qalmış verəcəyi barədə razılaşmış və həmçinin Ülvi ona 2.100 manat ödəniş etdikdən sonra gedəcəyi otelin vauçerin və aviabileti verəcəyini demişdir. 25 iyul 2022-ci il tarixdə Ülvi ona zəng edərək ödəniş vaxtı çatdığını bildirmişdir. O, "xxxx" şirkətinin Yasamal rayonu ərazisində yerləşən ofisinə getmişdir. Orada onu Nigar adlı xanım qarşılamışdır. Ülvi ilə telefon danışığı zamanı Ülvi ona 2.100 manat pulu həmin ofisdə Nigara verməyini xahiş etmişdir. O, 25 iyul 2022-ci il tarixdə özünə məxsus 2.100 manat pulu həmin ofisdə Nigara təqdim etmişdir. Bundan sonra Nigar ona "xxxx" şirkətinə məxsus 2.100 manat ödəniş etməyi barədə müqavilə vermişdir. Müqaviləni əldə etdikdən sonra Ülvi ilə telefon əlaqəsi yaradaraq Ülvidən otelin vauçeri və aviabileti nə vaxt verəcəyini soruşmuşdur. Ülvi ona 2 gün sonra həmin sənədləri verəcəyini bildirmişdir. 2 gün sonra Ülvi ilə yenidən əlaqə saxlamış və sənədləri verməsini xahiş etmişdir. Ülvi ona sistemdə problem olduğunu və qısa müddət ərzində həll edəcəyini demişdir. Səyahətə 3 gün qalmış Ülvi ilə əlaqə saxlamağa çalışmış, lakin Ülvinin telefonuna zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Ülvi ona məxsus ümumilikdə 3.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayında dostları ilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. “İnstaqram” sosial şəbəkəsindən "xxxx" şirkətinin səhifəsinə rast gəlmiş və səhifədə olan nömrəyə zəng etmişdir. Özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Nigar adlı şəxsə Türkiyə Respublikasının Antalya şəhərinə istirahət məqsədilə səfər etmək istədiyini və 4 nəfər üçün Antalya şəhərində yerləşən “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər tur paket təşkil etməsini bildirmişdir. Nigar adlı şəxs “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər 4 nəfər üçün tur paketin qiymətinin ümumilikdə 5200 ABŞ dolları, yəni 8.840 manat olacağını bildirmişdir. O, bu barədə dostları ilə məsləhətləşdikdən sonra Nigarın təklifi ilə razılaşmışdır. Tur paketi əldə etmək üçün hər biri 2.210 manat ödəməli olmuşdur. Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi bank hesabına ünvan 12 ünvanında olan Şuşa marketdə yerləşən “Milli Ön” aparatından 21 iyul 2022-ci il tarixdə tur paketin ümumi qiymətinin müəyyən faizini, yəni 535 manat köçürmə etmişdir. Bundan sonra Nigarla əlaqə saxlayaraq 535 manat pul vəsaitini ona göndərdiyi hesaba köçürdüyünü bildirmişdir. Nigar ona səyahətə bir həftə qalmış ödənişi tamamlamağını bildirmişdir. O, 21 iyul 2022-ci il tarixdə tur paketin geridə qalan məbləği, yəni 1.675 manat pul vəsaitini ünvan 12 ünvanında olan Şuşa marketdə yerləşən “Milli Ön” aparatından Nigarın hesabına köçürmüşdür. Nigar 25 iyul və daha sonra 28 iyul 2022-ci il tarixdə ona gedəcəyi otelin vaucherini və aviabiletləri göndərəcəyini bildirmişdir. O, həmin vaxtı Nigarla əlaqə saxlamış, lakin Nigar ona biletlərin gecikdiyini və tez bir zamanda həll edəcəyini demişdir. Hər dəfə Nigarla əlaqə saxladığı zaman Nigar ona müxtəlif vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Səyahət vaxtı keçdikdən sonra Nigarın onu aldatdığını bilib hüquq mühafizə orqanlarına əmlakının ələ keçirilməsi barədə şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayında ailəsilə birgə istirahət məqsədilə Türkiyə Respublikasının Marmaris şəhərinə getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq 2022-ci ilin iyul ayında “instagram” sosial şəbəkəsi vasitəsilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Nigar adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5” otelinə 17 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə qədər 5 nəfərlik tur paketi ümumilikdə 8.925 manata razılaşmışdır. Səyahət paketini əldə etmək üçün Nigar özünə məxsus 4169******1479 nömrəli plastik bank kartını “Whatsapp” vasitəsilə ona göndərmiş və rezervasiya etmək üçün həmin hesaba ilkin olaraq 2.000 manat pul köçürməyini və daha sonra səyahətə bir neçə gün qalmış qalan pulu göndərməyini bildirmişdir. O, 26 iyul 2022-ci il tarixdə Xətai rayonu, 8 noyabr küçəsində yerləşən “Bravo Superstore” supermarketdə olan E-Manat ödəmə terminalı vasitəsilə Nigarın ona göndərdiyi hesaba 2.000 manat köçürmə yolu ilə ödəniş etmiş və dərhal sonra Nigarla əlaqə saxlayaraq pulu hesaba köçürdüyünü bildirmişdir. Nigar 2.000 manat pul vəsaitinin hesaba gəldiyini və növbəti ödənişi səyahət müddətinə bir neçə gün qalmış etməyini və ödəniş tam olunduqdan sonra ona otel vaucherini və aviabileti təqdim edəcəyini bildirmişdir. Bir neçə gün sonra Nigar onunla əlaqə saxlayaraq aviabileti və otel vaucherini əldə edib ona təqdim etməsi üçün səyahət paketinin qalan hissəsini tam ödəməyini xahiş etmişdir. O, 1 avqust 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən “Zefir Mall” ticarət mərkəzində olan “PaşaPay” ödəniş terminalı vasitəsilə Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi Ülvi Abbasova məxsus 5404******4120 nömrəli plastik bank kartına 4.137 manat və bir neçə saat sonra 2.788 manat köçürmə yolu ilə ödəniş etmişdir. Daha sonra Nigara zəng edərək səyahət paketinin geri qalan ödənişlərini tam şəkildə ödədiyini bildirmişdir. Nigar ona bir neçə gün ərzində otelin vaucherini və aviabileti təqdim edəcəyini bildirmişdir. Səyahət müddətinə bir həftə qalmış otel vaucherini və aviabileti əldə etmək üçün Nigarla əlaqə saxlamağa çalışsa da buna nail ola bilməmişdir. Nigarın onu aldadaraq əmlakını dələduzluq yolu ilə ələ keçirdiyindən şühbələnmiş və "xxxx" şirkətinin Yasamal rayonunda yerləşən ofisinə getmişdir. Ofisin bağlı olduğunu müəyyən etdikdən sonra Nigarın onu aldatdığını görüb hüquq mühafizə orqanlarına şikayət etmişdir. Bundan sonra pulunun geri qaytarılması üçün Nigarın həyat yoldaşı Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq Ülvi onu müxtəlif vədlərlə aldadaraq səyahət paketi əldə etmək üçün ödədiyi ümumilikdə 8.925 manata pul vəsaitini geri qaytarmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, həmçinin mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs 8.925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəymiş ziyan və 100 (yüz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, tanışı Elmir adlı şəxsdən xaricə getmək üçün münasib qiymətə tanıdığı turizm şirkəti barəsində soruşmuşdur. Elmir ona dəfələrlə səyahət etdiyi "xxxx" şirkətini məsləhət görmüşdür. Bundan sonra o, "xxxx" şirkətinin rəhbəri Təqsirləndirilən şəxs Səfa oğlu ilə əlaqə saxlamış və xx.xx.2022-ci il tarixdə ailəvi şəkildə, Türkiyə Respublikasının Alanya şəhərində istirahət məqsədilə səfərə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs tur paketləri “Whatsapp” vasitəsi ilə ona yollamış və o, həmin tur paketlərdən 3.300 manat məbləğində olan “X77 Hotel”ini seçmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin otelin rezervasiya edilməsi üçün ilkin ödəniş olaraq ondan 1.000 manat məbləğində pul tələb etmiş və özünün plastik bank kartına göndərməsini məsləhət görmüşdür. O, xx.xx.2022-ci il tarixdə X71 Stansiyasının yaxınlığında yerləşən “Expresspay” ödəniş sistemi vasitəsi ilə onlayn qaydada Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus plastik karta 1.000 manat məbləğində pul göndərmişdir. Pulun birinci hissəsini ödədikdən sonra Ülvi ona tam şəkildə ödəniş etdikdən sonra müqaviləni, aviabiletləri və otelin vauçerini verəcəyini bildirmişdir. Həmçinin Ülvi ona xx.xx.2022-ci il tarixədək pulun tam şəkildə ödənilməsini və həmin pul vəsaitini ofisdə işçisinə verməyini xahiş etmişdir. Bundan sonra pulun qalan hissəsi, yəni 2.300 manat məbləğdə pulun ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "xxxx" şirkətinin ofisinə getmişdir. Şirkətdə onu Nigar adlı xanım qarşılamış və o, 2.300 manat pulu Nigara təqdim etmişdir. Nigar ona printerin xarab olduğunu və növbəti gün gəlib qəbzi götürməyi bildirmişdir. Növbəti gün o, "xxxx" şirkətinə getmiş və Nigar ona xx.xx.2022-ci il tarixli 978 nömrəli "xxxx" MMC-yə məxsus A4 vərəq üzərində çap olunmuş və möhürlənmiş, 3.300 manat ödənilməsi barədə ödəniş qəbzini vermişdir. Daha sonra o, Ülvinin biletlər və otel vauçerlərini göndərməsini gözləmişdir. xx.xx.2022-ci il tarixdə onun səyahət vaxtı çatmışdır. Lakin Təqsirləndirilən şəxs ona bilet almamışdır. Təqsirləndirilən şəxs pulunu geri qaytarmağını tələb etsə də, Ülvi ona 1 və ya 2 avqust 2022-ci il tarixdə biletləri alacağını bildirmişdir. Lakin həmin vaxt Ülvi biletləri və otelin vauçerlərini ona təqdim etməmişdir. O, Ülvidən tur paket almaq üçün verdiyi 3.300 manat məbləğdə pulu tələb etməsinə baxmayaraq Ülvi və Nigar onu müxtəlif vədlərlə aldadaraq pulu qaytarmamışlar. Təqsirləndirilən şəxs hazırki vaxta qədər heç bir tur paket almamış və onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, dəfələrlə "xxxx" şirkətində işləyən Nigara zəng vurmuş və pulu geri tələb etmişdir. Nigar isə pulu Təqsirləndirilən şəxs tələb etməyini və bir daha bu nömrəyə zəng vurmamağını ona bildirmişdir. Bundan sonra o, hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayında ailəsilə birgə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq 2022-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Nigar adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5” otelinə 17 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixə qədər 4 nəfərlik tur paketi ümumilikdə 8.500 manata razılaşmışlar. Səyahət paketini əldə etmək üçün Nigar onu "xxxx" şirkətinin Yasamal rayonunda yerləşən ofisinə dəvət etmişdir. O, 28 iyul 2022-ci il tarixdə "xxxx" şirkətinin Yasamal rayonu, “Elmlər Akademiyası” Metro stansiyasının yaxınlığında, Hüseyn Cavid 80 ünvanında yerləşən ofisinə getmiş, orada Nigarla razılaşdığı qaydada tur paket əldə etmək üçün 8.500 manat pulu Nigara təqdim etmişdir. Nigar həmin vaxtı üzərində "xxxx" MMC-nin möhürü əks olunan və tur paket əldə etmək üçün 8.500 manat pul vəsaitini ödədiyini təsdiq edən müqaviləni ona təqdim etmişdir. Həmçinin Nigar ona təxminən 3-4 gün sonra otel vauçerini və aviabiletləri təqdim edəcəyini bildirmişdir. Həmin tarixdə otelin vauçeri və aviabileti əldə etmək üçün Nigarla əlaqə yaratmaq istəsə də buna nail ola bilməmişdir. Nigar onun zənglərinə cavab verməmiş və yazdığı smsləri cavablandırmamışdır. Bundan sonra Nigarın onu aldadaraq ona məxsus olan 8.500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüş və bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, həmçinin mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs 8.500 (səkkiz min beş yüz) manat dəymiş ziyan və 80 (səksən) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin avqust ayında istirahət məqsədilə ailəsilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə getməyi planlaşdırmış, bununla bağlı axtarış etdiyi zaman “İnstaqram” sosial şəbəkəsində "xxxx" MMC-nin səhifəsinə rast gəlmişdir. Səhifədə qeyd olunan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış, zəngə cavab verən Ülvi adlı şəxs onu "xxxx" MMC-nin Yasamal rayonunda yerlşən ofisinə dəvət etmişdir. O, 11 avqust 2021-ci il tarixdə həmin şirkətin ofisinə getmişdir. Onu ofisdə Ülvi adlı şəxs qarşılamışdır. Ülvi ona bir neçə səyahət paketi təklif etmişdir. O, Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X55” otelinə xx.xx.2021-xx.xx.2021 tarixlərə olan 3 nəfərlik səyahət paketi seçmişdir. Ülvi həmin səyahət paketinin qiymətinin 3.910 manat olduğunu bildirmişdir. O, Ülvi ilə razılaşmış və Ülvi ona ilkin ödəniş olaraq 1.900 manat ödəməyini bildirmişdir. Onun üzərində 900 manat nağd pul olduğundan 11 avqust 2021-ci il tarixdə 900 manat pulu "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisində birbaşa olaraq Ülviyyə təqdim etmiş və digər 1000 manat pulu isə bir neçə saat ərzində Ülvinin ona təqdim etdiyi hesab nömrəsinə göndərəcəyini bildirmişdir. 11.08.201-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Bravo” supermarketin içərisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə 1.000 manat pulu Ülvinin ona təqdim etdiyi hesaba ödəmişdir. Növbəti gün Ülvi onunla əlaqə saxlayaraq səyahət müddətinə az vaxt qaldığını və geri qalan ödənişi ödəməyini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Bravo” supermarketin içərisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə Ülvinin ona bildirdiyi hesab nömrəsinə 1.000 manat və 1.010 manat pul köçürmüşdür. Səyahət müddətinə bir neçə gün qalmış Ülvi ilə əlaqə saxlayaraq aviabiletləri və otel vauçerini verməyini bildirmişdir. Ülvi ona otel vauçerini və aviabileti bu gün, sabah verəcəyini vəd edərək onu aldatmış və həmin sənədləri ona təqdim etməmişdir. Səyahət müddəti bitdikdən sonra Ülvi ilə əlaqə yaradaraq səyahət paketi almaq üçün verdiyi 3.910 manat pul vəsaitini geri qaytarmasını xahiş etmişdir. Lakin Ülvi telefonu söndürərək və zəngə cavab verməyərək ona yalan vədlər verib pulu geri qaytarmamışdır. Daha sonra Ülvi 2021-ci ilin avqust ayının sonunda 3.910 manat puldan əvvəlcə 1.000 manat, xx.xx.2021-ci il tarixdə isə 500 manat geri qaytarmışdır. Bundan sonra Ülvi onun zənglərinə cavab verməmiş, o, Ülvinin ona qarşı dələduzluq edərək əmlakını əvəzsiz qaydada ələ keçirdiyini başa düşmüşdür. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, həmçinin mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs 2410 (iki min dörd yüz on) manat dəymiş ziyan və 45 (qırx beş) manat dövlət rüsumu, cəmi 2455 (iki min dörd yüz əlli beş) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 24 iyul 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin əvvəllərində ailəvi şəkildə yay aylarında Türkiyə Respublikasında istirahət etməyi planlaşdırmışdır. Həyat yoldaşı X12 “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmış, şirkətin əməkdaşı Nigar adlı xanımla danışmış və yay aylarında səyahət etmək üçün münasib tur paket istəmişdir. Həyat yoldaşı bu barədə onu məlumatlandırdıqdan sonra o, Nigar adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamış və Nigarla tur paket almaq barədə ümumilikdə 3.910 manata razılığa gəlmişlər. İşdən çıxa bilmədiyi üçün həyat yoldaşına 1.143 manat pul vermişdir ki, "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisinə gedərək tur paketin ilkin ödənişi üçün Nigar adlı şəxsə ödəniş etsin. Həyat yoldaşı 2022-ci ilin fevral ayında "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisinə getmiş və “X45 5*” otelində 23 iyun 2022-30 iyun 2022-ci ilə qədər, 7 gecə 8 gün istirahət etmək, sığorta, aviabilet üçün ilkin ödəniş olaraq 1.143 manat pulu Nigara təqdim etmişdir. Geridə qalan pulun səyahətə 10 gün qalmış ödənilməsi barədə razılığa gəlmişlər. Həyat yoldaşı 1.143 manat ödədikdən sonra Nigar həyat yoldaşına 1.143 manat ödəniş olunmasına dair "xxxx" MMC-nin qəbzini təqdim etmişdir. Səyahət müddətinə 10 gün qalmış Nigar ona "xxxx" ASC-yə məxsus, üzərinə Nigar Abbaslı yazılan plastik kart atmış və 2.767 manat pul vəsaitini həmin karta göndərməsini bildirmişdir. O, özünə məxsus telefon vasitəsilə Nigarın göndərdiyi plastik karta 2.767 manat pul vəsaitini köçürmüşdür. Nigar ona 23 iyun 2022-ci il tarixdə səyahət edəcəyini və yaxın müddət ərzində aviabiletləri və otelin vauçerlərini ona göndərəcəyini bildirmişdir. Səyahətə 2 gün qalmış aviabiletləri və vauçrləri göndərməsi üçün Nigarla əlaqə saxlamışdır. Nigar oteldə problem olduğunu və səyahətin iyun ayının 28-də baş tutacağını bildirmişdir. 27 iyun 2022ci il tarixdə Nigarın ona aviabiletləri və vauçerləri göndərmədiyini görüb əlaqə saxlayaraq pulunu geri istəmişdir. Nigar ona Ülvinin nömrəsini vermiş və o, Ülvi ilə əlaqə saxlayaraq pulunu geri istəmişdir. Ülvi müxtəlif vədlər verərək pulu ona qaytaracağını bildirmişdir. Nəhayət 5 iyul 2022-ci il tarixdə Nigar onun həyat yoldaşına məxsus plastik karta 1.500 manat, 10 gün sonra, yəni təxminən 15 iyul 2022-ci il tarixdə Nigar yenidən həyat yoldaşına məxsus plastik karta 500 manat, bir həftə sonra 780 manat köçürmə etmişdir. Ülvi və Nigar geri qalan 1.130 manat pulu yaxın müddət ərzində verəcəyini bildirsələr də vədlərinə əməl etməmişlər. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 24 iyul 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin aprel ayında həyat yoldaşı ilə birgə yay aylarında istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmış, bununla bağlı olaraq 2022-ci ilin aprel ayında “instagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Ülvi adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixə qədər 2 nəfərlik səyahət paketini ümumilikdə 2.975 manata razılaşmışlar. Ülvi onu "xxxx" şirkətinin Yasamal rayonunda yerləşən ofisinə dəvət etmişdir. O, xx.xx.2022-ci il tarixdə həmin ofisə getmiş, orada onu Ülvi qarşılamış və ilkin ödəniş olaraq Ülviyə 850 manat pul vermişdir. Ülvi ona "xxxx" şirkətinə məxsus 850 manat ödəniş etməyi barədə müqavilə vermişdir. Ülvi ilə qalıq qalan 2.125 manat pulu səyahətə 10 gün qalmış verəcəyi barədə razılaşmış və həmçinin Ülvi ona 2.125 manat ödəniş etdikdən sonra gedəcəyi otelin vaucherini və aviabileti verəcəyini demişdir. 28 iyul 2022-ci il tarixdə Ülvi ona zəng edərək ödəniş vaxtı çatdığını bildirmiş, o, "xxxx" şirkətinin Yasamal rayonu ərazisində yerləşən ofisinə getmişdir. Orada onu Nigar adlı xanım qarşılamış, Ülvi ilə telefon danışığı zamanı Ülvi ona 2.125 manat pulu həmin ofisdə Nigara verməyini bildirdiyi üçün 28 iyul 2022-ci il tarixdə özünə məxsus 2.125 manat pulu həmin ofisdə Nigara təqdim etmişdir. Bundan sonra Nigar ona "xxxx" şirkətinə məxsus 2.125 manat ödəniş etməyi barədə müqavilə vermişdir. Müqaviləni əldə etdikdən sonra Ülvi ilə telefon əlaqəsi yaratmış və otelin vauçerini, aviabileti nə vaxt verəcəyini soruşmuşdur. Ülvi ona 4 gün sonra həmin sənədləri verəcəyini bildirmişdir. 4 gün sonra, yəni 1 avqust 2022-ci il tarixdə Ülvi ilə əlaqə saxlamağa çalışmış, lakin Ülvinin telefonuna zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Ülvi ona məxsus ümumilikdə 2.975 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdərək öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, həmçinin mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs 2975 (iki min doqquz yetmiş beş) manat dəymiş ziyan və 50 (əlli) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyun ayında ailəvi şəkildə Türkiyə Respublikasında istirahət etməyi planlaşdırmış, bununla əlaqədar “İnstagram” sosial şəbəkəsi vasitəsilə "xxxx" şirkətinin səhifəsini tapmış və şirkətin əməkdaşı Nigar adlı xanımla danışaraq yay aylarında səyahət etmək üçün münasib tur paket istəmişdir. Nigar ona “Whatsapp” proqramı vasitəsilə münasib tur paketlərin siyahısını göndərmişdir. O, həmin siyahıdan 3.043 manat dəyərində olan tur paket seçmişdir. Həmin tur paketə 30 iyul 2022-08 avqust 2022-ci il tarixlərində “X76”inə aviabilet daxil olmaqla 9 gecə 10 günlük səyahət paketi daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə ilkin ödəniş olaraq Nigarın adına olan "xxxx" ASC-yə məxsus 4173******1479 nömrəli plastik karta telefon vasitəsilə onlayn şəkildə 1.043 manat göndərmişdir. Daha sonra səyahət müddətinə 12 gün qalmış, yəni 18 iyul 2022-ci il tarixdə geridə qalan ödənişi ödəmək üçün Nigarla əlaqə saxlamışdır. Nigar onun yaşadığı yerin qarşısına "xxxx" şirkətinin nümayəndəsi olan Tərlan Aslanlını göndərmiş və qalıq məbləğ olan 2.000 manatı həmin şəxsə verməyini bildirmişdir. O, 18 iyul 2022-ci il tarixdə 2.000 manat pul vəsaitini yaşadığı Suraxanı rayonunda yerləşən evinin önündə Nigara çatdırması üçün Tərlan Aslanlıya təqdim etmişdir. Həmin şəxs ona 2.000 manat ödəniş edilməsi ilə bağlı "xxxx" şirkətinə məxsus 977 nömrəli müqavilə təqdim etmişdir. Pulu təqdim etdikdən sonra Nigarla əlaqə saxlamış və Nigar ona iki iş günü ərzində səyahət edəcəyi otelin vaucherini və aviabiletləri təqdim edəcəyini bildirmişdir. 2 gün keçdikdən sonra Nigarla əlaqə saxlamış və Nigar sənədlərin hazır olmadığını bildirərək növbəti bir həftə ərzində də ona bu kimi vədlər verərək aldatmışdır. 27 iyul 2022-ci il tarixdə, yəni səyahətə iki gün qalmış Nigar və Ülvi ilə əlaqə saxlayaraq gün sonuna qədər ya aviabilet, otel vaucherinin verilməsini, ya da tur paket üçün ödədiyi 3.043 manatı geri qaytarmalarını bildirmişdir. Nigar və Ülvi onu müxtəlif vədlərlə aldadaraq aviabilet və otel vaucherini verməmiş, həmçinin səyahət üçün ödədiyi pulu geri qaytarmamışlar. Daha sonra o, Nigar və Ülvi ilə əlaqə saxlamaq istəsə də onun zənglərinə cavab verməmişlər. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyun ayında ailə üzvləri ilə birlikdə həmin ilin avqust aylarında istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq həyat yoldaşı X13 yaşadığı evin yaxınlığında olan "xxxx" şirkətinə getmiş və orada şirkətin səlahiyyətli əməkdaşı Nigar adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X34” otelində 19 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə qədər olan dövrdə 2 nəfərlik səyahət paketini əldə etmək üçün ümumilikdə 3.230 manata razılaşmışlar. Nigar ona ilkin ödəniş olaraq 1.000 manat pulun ödənilməsini bildirmişdir. Gülmira bu barədə ona bildirdikən sonra o, özünə məxsus olan 1.000 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə Nigarın ona bildirdiyi 4169******1479 nömrəli hesaba yaşadığı evin yanında, ünvan 11 ünvanında yerləşən “Bazarstore” supermarketində yerləşən “E-manat” vasitəsilə köçürmə etmişdir. Səhəri günü "xxxx" şirkətinə getmiş və Nigar ona 1.000 manat ilkin ödəniş etməyi ilə bağlı müqavilə vermişdir. Həmçinin Nigar ona səyahətə bir həftə qalmış geridə qalan 2.230 manat pul vəsaitini ödəməsini və bundan sonra gedəcəyi otelin vaucherlərini və aviabiletləri təqdim edəcəyini bildirmişdir. Səyahət müddətinə bir həftə qalmış Nigarla əlaqə yaratmağa çalışsa da buna nail ola bilməmişdir. Daha sonra geridə qalan pul vəsaitini ödəyib otel vaucherlərini və aviabiletləri əldə etmək üçün "xxxx" şirkətinin ofisinə getmiş, lakin ofisin bağlı olduğunu görmüşdür. Nigarla və "xxxx" şirkətinin digər vəzifəli şəxsləri ilə əlaqə yaratmaq istəsə də buna nail ola bilməmişdir. Səyahət müddəti bitdikdən sonra ona məlum olmuşdur ki, "xxxx" şirkətinin vəzifəli şəxsləri Ülvi və Nigar ondan başqa bir çox şəxsə qarşı dələduzluq edərək onların əmlakını ələ keçirmişlər. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 24 iyul 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayının əvvəlləri özü və dostları avqust ayında istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışlar. O, “instagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Həmin şirkətə “Whatsapp” vasitəsi ilə mesaj yazmışdır. Adını bilmədiyi şəxsə 5 dost, yəni X21, Şahid, X38, X14 və özünün Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Orange County” otelində istirahət etmək istədiklərini bildirmişdir. Bundan sonra "xxxx" MMC-nin işçisi 5 nəfər üçün həmin otelə tur paketin qiymətinin ümumilikdə 9.988 manat məbləğində olduğunu demişdir. O, bu barədə dostları ilə danışmış və dostları ona ödənişi öz vəsaiti hesabına etməyini və səyahətə bir neçə gün qalmış tur paketin alınması üçün onların əvəzinə verdiyi pul vəsaitlərini ona geri verəcəklərini bildirmişlər. O, dostları ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "xxxx" şirkətinə getmişdir. Ofisin üzərində yalnız “Travel” sözü yazılmışdır. Həmin ofisdə onu Nigar adlı bir şəxs qarşılamış və ilkin olaraq özünə məxsus 1.500 manat pulu telefon vasitəsi ilə onlayn qaydada öz kart hesabından Nigarın həyat yoldaşı Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Ödəniş etdikdən sonra Nigar ona "xxxx" məxsus A4 vərəq üzərində çap olunmuş, möhürlənmiş 1.500 manat məbləğində ödəniş olunmasını təsdiq edən ödəniş qəbzini vermişdir. Təxminən 20 gün keçdikdən sonra Ülvi ona yenidən “Whatsapp” vasitəsi ilə mesaj yazaraq ödənişin qalan hissəsini tələb etmişdir. Həmin vaxtı pulu az olduğu üçün o, Ülviyə qalıq pulu tam yox, bir hissəsini hazırda ödəyə biləcəyini bildirmişdir. Təxminən 2022-ci ilin iyul ayının 24-25-də Elmlər Metro stansiyasının qabağında Ülvi ilə görüşərək ona 5.500 manat pul vermiş, Ülvi 1-2 saat ərzində kuryer vasitəsi ilə ona qəbzi göndərəcəyini bildirmiş, lakin heç bir qəbz göndərməmişdir. Təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng vuraraq pulun qalan hissəsini istəmiş və ödənişi şirkətdə Nigar xanıma verməyini xahiş etmişdir. Onun işləri olduğundan 2.988 manat məbləğdə pul vəsaitini dostu Səmral Mansurov və Şahid vermiş və onlar həmin şirkətə yaxınlaşaraq yerdə qalan 2.988 manat məbləğdə pulu Nigar adlı şəxsə ödəniş etmişlər. Nigar adlı şəxs isə onlara 2.988 manat məbləğdə pulun ödənilməs ilə bağlı "xxxx" məxsus A4 vərəq üzərində çap olunmuş möhürlənmiş ödəniş qəbzlərini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aviabiletlər və otel vauçerlərinin göndərilməsini gözləmiş, lakin Təqsirləndirilən şəxs və Nigar Abbaslı ona heç bir tur paketi almamış və göndərməmişdir. Ülvi və Nigardan pulunu tələb etsə də, həmin şəxslər onun zənglərini açmamışlar. Bundan sonra o, hüquq mühafizə orqanlarına müraciət edərək Təqsirləndirilən şəxs və Nigar Abbaslının ona məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmələri barədə şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 24 iyul 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X15 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin iyul ayında dostları ilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. “İnstaqram” sosial şəbəkəsindən "xxxx" şirkətinin səhifəsinə rast gəlmiş və səhifədə olan nömrəyə zəng etmişdir. Özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Nigar adlı şəxsə Türkiyə Respublikasının Antalya şəhərinə istirahət məqsədilə səfər etmək istədiyini və 4 nəfər üçün Antalya şəhərində yerləşən “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər tur paket təşkil etməsini xahiş etmişdir. Nigar adlı şəxs “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər 4 nəfər üçün tur paketin qiymətinin ümumilikdə 5.200 ABŞ dolları, yəni 8.840 manat olacağını demişdir. O, bu barədə dostları ilə məsləhətləşdikdən sonra Nigarın təklifi ilə razılaşmışdır. Tur paketin ümumi qiyməti olan 8.840 manatdan hər birinin öhtəsinə 2.210 manat pul ödəmək düşmüşdür. Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi bank hesabını əmisi oğlu Zərərçəkmiş şəxs18 göndərmiş və həmin hesaba 663 manat pul göndərməsini xahiş etmişdir. Mirhəsən onun xahişi ilə 663 manat pul vəsaitini köçürmə yolu ilə 2022-ci ilin iyul ayının əvvəli Nigarın hesabına göndərmişdir. Bir neçə gün sonra onun əvəzindən Nigara göndərdiyi 663 manat pul vəsaitini Mirhəsənə qaytarmışdır. Bundan sonra Nigarla əlaqə saxlayaraq 663 manat pul vəsaitini ona göndərdiyi hesaba köçürdüyünü bildirmişdir. Nigar səyahətə bir həftə qalmış ödənişi tamamlamağı ondan xahiş etmişdir. O, 21 iyul 2022-ci il tarixdə tur paketin geridə qalan məbləği, yəni 70 faizini təşkil edən 1.547 manat pul vəsaitini yaşadığı evdə Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi hesaba köçürmüşdür. Nigar 25 iyul və daha sonra 28 iyul 2022-ci il tarixdə ona gedəcəyi otelin vaucherini və aviabiletləri göndərəcəyini bildirmişdir. O, həmin vaxtı Nigarla əlaqə saxlamış, lakin Nigar ona biletlərin gecikdiyini və tez bir zamanda həll edəcəyini bildirmişdir. Lakin o, hər dəfə Nigarla əlaqə saxladığı zaman Nigar ona müxtəlif vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Səyahət vaxtı keçdikdən sonra Nigarın onu aldatdığını bilib hüquq mühafizə orqanlarına əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin 24 iyul 2023-cü il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında dostları ilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışlar. O, “İnstaqram” sosial şəbəkəsindən "xxxx" şirkətinin səhifəsinə rast gəlmiş və səhifədə olan nömrəyə zəng etmişdir. Özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Nigar adlı şəxsə Türkiyə Respublikasının Antalya şəhərinə istirahət məqsədilə səfər etmək istədiyini və 4 nəfər üçün Antalya şəhərində yerləşən “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər tur paket təşkil etməsini xahiş etmişdir. Nigar adlı şəxs “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər 4 nəfər üçün tur paketin qiymətinin ümumilikdə 5.200 ABŞ dolları, yəni 8.840 manat olacağını bildirmişdir. O, bu barədə dostları ilə məsləhətləşmiş və onlar Nigarın təklifi ilə razılaşmışlar. Tur paketin ümumi qiyməti olan 8.840 manatdan hər birinin öhtəsinə 2.210 manat pul ödəmək düşmüşdür. Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi bank hesabına yaşadığı evdə özünə məxsus mobil telefona tətbiq etdiyi proqram vasitəsi ilə atası X16 bank hesabından şəxsi vəsaiti olan 663 manat pul vəsaitini köçürmə yolu ilə göndərmişdir. O, tur paketin qiymətinin 30 faizini təşkil edən 663 manat pul vəsaitini 2022-ci ilin iyul ayının əvvəli Nigarın hesabına göndərmişdir. Bundan sonra Nigarla əlaqə saxlayaraq ona qeyd etdiyi pul vəsaitini Nigarın ona göndərdiyi hesaba köçürdüyünü bildirmişdir. Nigar səyahətə bir həftə qalmış ödənişi tamamlamağı ondan xahiş etmişdir. O, 21 iyul 2022-ci il tarixdə tur paketin geridə qalan məbləği, yəni 70 faizini təşkil edən 1.547 manat pul vəsaitini yaşadığı evdə yuxarıda qeyd etdiyi qaydada Nigarın hesabına köçürmüşdür. Nigar 25 iyul və daha sonra 28 iyul 2022-ci il tarixdə ona gedəcəyi otelin vauçerini və aviabiletləri göndərəcəyini bildirmişdir. O, həmin vaxt Nigarla əlaqə saxlamış, lakin Nigar ona biletlərin gecikdiyini və tez bir zamanda həll edəcəyini bildirmişdir. Lakin o, hər dəfə Nigarla əlaqə saxladığı zaman Nigar ona müxtəlif vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Səyahət vaxtı keçdikdən sonra Nigarın onu aldatdığını görüb hüquq mühafizə orqanlarına əmlakının ələ keçirilməsi barə şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2019-cu ilin yay ayında ailəsilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasının Alanya şəhərinə getməyi planlaşdırmışdır. Bununla bağlı “İnstaqram” sosial şəbəkəsində "xxxx" şirkətinin səhifəsinə rast gəlmişdir. Səyahət paketi əldə etmək üçün "xxxx" şirkətinin səhifəsində olan Yasamal rayonu, “Elmlər Akademiyası” Metrostansiyasının yaxınlığında yerləşən ofisə getmişdir. Həmin ofisdə onu Ülvi adlı şəxs qarşılamışdır. O, Ülviyə Türkiyə Respublikasının Alanya şəhərinə istirahət məqsədilə səyahət etmək istədiyini bildirmişdir. Ülvi onu səyahət paketləri və qiymətlərlə tanış etmişdir. O, həmin səyahət paketlərindən Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Eftalia Ocean” otelində 4 nəfərlik səyahət paketini seçmişdir. Ülvi ona həmin səyahət paketinin qiymətinin 3.050 manat olduğunu bildirmişdir. O, Ülvi ilə razılaşmış və həmin səyahət paketini əldə etmək istədiyini demişdir. Ülvi ilə səyahət paketinin ümumi qiymətinin 30 faizini təşkil edən pul vəsaitini ilkin olaraq ödənilməsi və geridə qalan pulu səyahətə bir neçə gün qalmış verəcəyi barədə razılaşmışdır. O, "xxxx" MMC-nin Yasamal rayonu, “Elmlər Akademiyası” Metrostansiyasının yaxınlığında yerləşən ofisində Ülviyə 850 manat pul vermişdir. Daha sonra pandemiya olduğu üçün uçuşlar ləğv edildiyindən səyahət baş tutmamışdır. O, Ülvi ilə əlaqə saxlamış və səyahət paketi əldə etmək üçün ödəniş etdiyi 850 manat pul vəsaitini geri istəmişdir. Ülvi pandemiya bitdikdən sonra onu səyahətə göndərəcəyinə söz vermişdir. Pandemiya bitdikdən sonra, yəni 2022-ci ilin iyun ayında Türkiyə Respublikasının Alanya şəhərinə səyahət etmək üçün yenidən Ülvi ilə əlaqə saxlamışdır. Ülvi ona geridə qalan 2.200 manat ödənişi etməyini və ödəniş etdikdən sonra onu səyahət paketi ilə təmin edəcəyini bildirmişdir. 25 iyun 2022-ci il tarixdə o, Ülvi ilə əlaqə saxlamış və geridə qalan 2.200 manat ödəniş etmək istədiyini bildirmişdir. Ülvi öz nümayəndəsini onun yanına göndərəcəyini və həmin şəxsin ondan pulu götürəcəyini demişdir. 25 iyun 2022-ci il tarixdə işə getdiyi üçün özünə məxsus 2.200 manat pul vəsaitini Ülviyə çatdırılması üçün həyat yoldaşına təqdim etmişdir. Həyat yoldaşı X30 həmin gün Ülvinin göndərdiyi tanımadığı şəxslə Xətai rayonu, Xudu Məmmədov 32 ünvanında yerləşən “Neptun Market”in qarşısında görüşmüş və 2.200 manatı həmin şəxsə təqdim etmişdir. Həyat yoldaşı Ülvinin göndərdiyi şəxsə pul vəsaitini verdikdən sonra o, Ülvi ilə əlaqə saxlamışdır. Ülvi 2.200 manat pul vəsaitinin ona çatdırıldığını və 17 iyul 2022-ci il tarixdə Türkiyə Respublikasının Alanya şəhərində yerləşən “Eftalia Ocean” otelinə getmək üçün otel vauçerini və aviabiletləri səyahətə bir həftə qalmış təqdim edəcəyini bildirmişdir. Ülvinin dediyi vaxtda otel vaucherini və aviabiletləri əldə etmək üçün Ülvi ilə əlaqə saxlamışdır. Lakin Ülvi bu gün, sabah çatdıracağını bildirərək onu aldatmışdır. Daha sonra Ülvi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Səyahət vaxtı bitdikdən sonra Ülvinin ona yalan vədlər verərək aldatdığını və səyahət paketi almaq üçün Ülviyə verdiyi ümumilikdə 3.050 manat pul vəsaitini təyinatı üzrə deyil, öz şəxsi məqsədləri üçün istfadə etdiyini anlamış və ona qarşı dələduzluq etməsi barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin dekabr ayında qərar almışdır ki, anası X26 və dayısı qızı X10 2022-ci ilin yay aylarında istirahət məqsədilə Türkiyə Respublikasının Antalya şəhərinə göndərsin. Bununla bağlı xatırlamadığı tanışları "xxxx" turizm şirkətini məsləhət görmüşdür. Həmin şirkətə məxsus mobil nömrə ilə əlaqə saxlamış, zəngə cavab verən Ülvi adlı şəxs "xxxx" MMC-nin rəhbəri olduğunu bildirmiş və ona “Whatsapp” vasitəsilə bir neçə səyahət paketi göndərmişdir. O, həmin səyahət paketlərinin içərisindən 23 iyul 2022-03 avqust 2022-ci il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X55 5*” otelində 2 nəfərlik səyahət paketini seçmiş və həmin səyahət paketinin qiymətini Ülvidən soruşmuşdur. Ülvi ona həmin səyahət paketinin qiymətinin 5.100 manat olduğunu bildirmiş və həmin paketi əldə etmək üçün ilkin ödəniş kimi paketin ümumi qiymətinin 30 faizini ödəməsini xahiş etmişdir. O, Ülvi ilə razılaşmış və Ülvi onun mobil telefonuna “Whatsapp” proqramı vasitəsilə özünün adına olan plastik bank kartının şəklini göndərmiş və həmin plastik bank kartına 1.500 manat pul köçürməsini xahiş etmişdir. O, özünə məxsus 1.500 manat pul vəsaitini 30 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllə, N,Nərimanov küçəsində olan Aptekə yerləşdirilən “Milli Ön” ödəmə terminalından Ülvinin ona göndərdiyi plastik bank kartıb hesabına köçürmə etmiş və bu barədə Ülviyə zəng edərək xəbər vermişdir. Ülvi pul vəsaitinin onun hesabına köçürüldüyünü, indidən oteli rezervasiya edəcəyini və səyahətə 10 gün qalmış geridə qalan ödənişi etdikdən sonra ona otel vauçerini və aviabiletləri təqdim edəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayında Ülvi ilə əlaqə saxlamış və geridə qalan ödənişi etmək istədiyini bildirmişdir. Ülvi əlində iş olduğunu bildirərək Nigarın nömrəsini ona vermiş və Nigarla əlaqə saxlamağını xahiş etmişdir. O, Nigarla əlaqə saxlamış və Nigar onu "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyn Cavid 80 ünvanında yerləşən ofisinə dəvət etmişdir. O, 13 iyul 2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyn Cavid 80 ünvanında yerləşən ofisinə getmiş və ofisdə Nigara səyahət paketinin geri qalan 3.600 manat hissəsini əlbəəl vermişdir. Həmin vaxt Nigar ona ödəniş etdiyini təsdiq edən "xxxx" MMC-nin möhürü əks olunmuş 976 saylı müqavilə təqdim etmiş və bir neçə gün ərzində otel vaucherini və aviabiletləri təqdim edəcəyini bildirmişdir. O, 22 iyul 2022-ci il tarixdə Nigarla əlaqə saxlamış və 23 iyulda səyahətin olacağını, aviabiletləri və otelin vauçerini təqdim etməsini xahiş etmişdir. Nigar və Ülvi iyul ayının 23-də aviabilet olmadığını, 24 iyula aviabilet verəcəyini bildirmişdir. Daha sonra o, 23 iyulda aviabileti almaq üçün Ülvi və Nigarla əlaqə saxlamış və həmin şəxslər ona 24 iyulda aviabiletin olmadığını və 26 iyul tarixinə aviabilet əldə edərək ona təqdim edəcəklərini demişlər. Nəhayət 25 iyulda Nigar aviabiletləri “Whatsapp” vasitəsilə ona göndərmişdir. Anası və dayısı qızı 26 iyul 2022-ci il tarixdə təyyarə ilə Türkiyə Respublikasının Antalya şəhərinə getmişlər. Lakin onlar “X55 5*” otelinə çatdıqda adlarına həmin otelə heç bir ödəniş edilmədiyi bildirilmişdir. Bu barədə məlumatı olduqdan sonra Nigar və Ülvi ilə əlaqə saxlamış və onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bundan sonra Ülvi həmin otelə 2 nəfərin 6 gün yarım qalması üçün ödəniş etmiş və 6 gün bitdikdən sonra geridə qalan 3 gecənin də ödənişini edəcəyini bildirmişdir. Anası və dayısı qızı 6 gün həmin oteldə istirahət etdikdən sonra Ülvi ilə növbəti 3 günün ödənişini etməsi barədə dəfələrlə əlaqə saxlamış, lakin Ülvi otelə 3 günün ödənişini etməmişdir. O, məcbur qalıb öz şəxsi vəsaiti hesabına otelin 3 gün və yarım gün ödənişini etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Ülvi onun anası və dayısı qızının geri dönüş aviabiletini almamışdır. Aviabileti alması üçün Ülvi və Nigarla dəfələrlə əlaqə saxlamağa çalışsa da buna nail olmamışdır. Ona görə öz şəxsi vəsaiti hesabına anası və dayısı qızına geri dönüş uçün aviabilet almışdır. Bundan sonra Ülvi və Nigarın ona məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Anası və dayısı qızı “X55 5*” otelinə getdiyi zaman onların adına həmin otelə pul köçürülmədiyini müəyyən etdikdən sonra ona bildirmişlər. O, Ülvi ilə danışmış və Ülvi günü 510 manat olmaqla 6 günün pulunu təşkil edən ümumilikdə 3.060 manat və yarım günün pulu olan 290 manat otelə ödəniş etmişdir. Daha sonra anası və dayısı qızına geri dönüş üçün öz vəsaiti hesabına 1.020 manat pul verərək aviabilet almışdır. Beləliklə səyahət paketi əldə etmək üçün Ülvi və Nigara verdiyi 5.100 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər və o, bu barədə şikayət edəcəyini bildirdikən sonra həmin şəxslər 3.350 manat otelə ödəniş etmişlər. Həmçinin o, 1.020 manat pul verərək aviabilet almışdır. Bununla da ona dəymiş maddi ziyanın məbləği 2.770 manat təşkil etmişdir. Dəfələrlə ona dəymiş 2.770 manat maddi ziyanın ödənilməsi üçün Ülvi və Nigarla əlaqə saxlamış və həmin şəxslər 2.770 manat pul vəsaitini ödəyəcəklərini bildirsələr də, vədlərinə əməl etməmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin əvvəllərində dostu Zərərçəkmiş şəxs6 ilə ailəvi şəkildə yay aylarında Türkiyə Respublikasında istirahət etməyi planlaşdırmışlar. Onun işi çox olduğundan bu işlərlə dostu Murad məşğul olmuşdur. Murad “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmış, şirkətin rəhbəri Təqsirləndirilən şəxs Səfa oğlu ilə əlaqə saxlamış və yay ayları üçün Ülvidən özünün və onun ailəsi üçün tur paket istəmişdir. Zərərçəkmiş şəxs6 Türkiyə Respublikasına şəxsi avtomobili ilə getməyi, o, isə Bakıdan təyyarə ilə İzmir şəhərinə getməyi və bundan sonra Muradın avtomobili ilə Alanya şəhərinə gedəcəklərini planlamışlar. Bu səbəbdən Murad "xxxx" şirkətinə 3.000 manat məbləğində yalniz otel pulunu, o, isə xx.xx.2022-ci il tarixdə 4.000 manat məbləğində həm aviabilet, həm də otelin pulunu ödəmişdir. Murad Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqdan sonra ona Ülvinin mobil nömrəsini verərək onun ofisinə getməsini bildirmiş, o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və Ülvi ona ofisdə Nigar adlı şəxsə ödəniş etməyini demişdir. xx.xx.2022-ci il tarixdə o, "xxxx" MMC-nin Yasamal rayonunda yerləşən ofisinə getmiş və orada Nigar adlı şəxsə 4.000 manat pul ödəmişdir. Nigar ona müqavilə və "xxxx" MMC-yə məxsus A4 vərəq üzərində çap olunmuş, möhürlənmiş 4.000 manat ödəniş olunması barədə ödəniş qəbzini vermişdir. Təxminən 15 gün keçdikdən sonra Nigar ona “Whatsapp” vasitəsi ilə avia biletləri və otel vauçerlərini göndərmişdir. Mart ayının əvvəlləri otel ilə əlaqə saxlamış və otel onların adına rezervasiya olunduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə ailəsilə birlikdə təyyarə ilə İzmir şəhərinə getmişlər. Orada Murad ilə görüşmüş və 3 gün İzmir şəhərində qaldıqdan sonra Alanya şəhərinə yola düşmüşlər. Alanya şəhərində otelə daxil olduqda oteldən onların adına rezervasiya olunmadığını və heç bir ödəniş edilmədiyini bildirmişlər. O, sonradan bimişdir ki, Təqsirləndirilən şəxs və ya Nigar Abbaslı heç bir ödəniş etmədən online şəkildə onların adına oteldə rezervasiya etmişlər. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və Ülvi onu başqa otelə göndərəcəyini bildirmişdir. Səhər saat 12-dən axşam saat 9-dək otelin həyətində gözlədikdən sonra Ülvi onun və dostunun ailəsini bir gecəlik digər oteldə yerləşdirmişdir. Ülvi onları otelə göndərəndə onun kart hesabına 1.035 manat pul göndərmiş və o, həmin 1.035 manat məbləğdə pul vəsaiti ilə bir gecəlik otelə ödəniş etmişdir. Növbəti gün səhər saat 12-də oteli tərk etmişlər. Daha sonra Ülvi ilə yenidən əlaqə saxlamış və Ülvi maddi durumu aşağı olduğunu bildirərək onları heç bir otelə yerləşdirə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra o, yenidən öz hesabına 3.000 manat ödəniş edərək Alanya şəhərində yerləşən digər oteldə qalmışdır. Bakıya gəldikdən sonra Təqsirləndirilən şəxs və Nigar Abbaslıdan pulunu geri istəsə də həmin şəxslər müxtəlif bahənələr gətirərək pulu ödəməkdən imtina etmişlər. O, tur paket almaq üçün Ülvi ilə telefon vasitəsilə danışmış, Ülvi onu Nigara istiqamətləndirmiş və o, 4.000 manat pulu Nigara vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin fevral ayında dostu Zərərçəkmiş şəxs5 ilə ailəvi şəkildə yay aylarında Türkiyə Respublikasında istirahət etməyi planlaşdırmışlar. O, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmış, şirkətin rəhbəri Təqsirləndirilən şəxs Səfa oğlu ilə əlaqə saxlamış və yay ayları üçün Ülvidən özünün və Azərin ailəsi üçün tur paket istəmişdir. O, Türkiyə Respublikasına şəxsi avtomobili ilə getməyi, Azər isə Bakıdan təyyarə ilə İzmir şəhərinə getməyi və bundan sonra özünün avtomobili ilə Alanya şəhərinə gedəcəklərini planlaşdırmışlar. Ülvi ona Türkiyə Respublikasının Alanya şəhərində 25 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixə qədər olan dövrdə istirahət etmək üçün səyahət paketinin qiymətinin 3.000 manat olduğunu bildirmişdir. Həmin məbləğə yalnız oteldə istirahət etmək daxil olmuşdur. Bu səbəbdən o, Ülvi ilə "xxxx" şirkətinə 3.000 manat məbləğində yalnız otel pulunu ödəyəcəyi barədə razılığa gəlmişdir. Ülvi onun mobil telefonuna “Whatsapp” tətbiqi vasitəsilə adına olan "xxxx" ASC-yə məxsus bankomat kartını göndərmiş və həmin hesaba 3.000 manat ödəniş etməsini bildirmişdir. O, 8 fevral 2022-ci il tarixdə Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 34C ünvanında yerləşən ərzaq dükanında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Ülvinin adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik hesab kartına 3.000 manat pul köçürmüşdür. Dərhal sonra Ülvi ilə əlaqə saxlayaraq köçürdüyü pulun karta gəlib-gəlmədiyini soruşmuş, Ülvi 3.000 manat pul vəsaitinin adına olan plastik bank kartına gəldiyini, səyahətə 10 gün qalmış otelin vauçerlərini ona verəcəyini bildirmişdir. Bundan sonra o, ailəsilə birlikdə özünə məxsus avtomobil ilə İzmir şəhərinə getmişdir. Orada Azər ilə görüşmüş və 3 gün İzmir şəhərində qaldıqdan sonra Alanya şəhərinə yola düşmüşlər. Alanya şəhərində otelə daxil olduqda oteldən onların adına rezervasiya olunmadığını və heç bir ödəniş edilmədiyini bildirmişlər. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs heç bir ödəniş etmədən online şəkildə onların adına oteldə rezervasiya etmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və Ülvi onu başqa oteldə göndərəcəyini bildirmişdir. Səhər saat 12-dən axşam saat 9-dək otelin həyətində gözlədikdən sonra Ülvi onun və dostunun ailəsini bir gecəlik digər oteldə yerləşdirmişdir. Ülvi onları otelə göndərəndə Azərin kart hesabına 1.035 manat pul göndərmiş və onlar həmin 1.035 manat məbləğdə pul vəsaiti ilə bir gecəlik otelə ödəniş etmişlər. Növbəti gün səhər saat 12-də oteli tərk etmişlər. Daha sonra Ülvi ilə yenidən əlaqə saxlamış və Ülvi maddi durumu aşağı olduğunu bildirərək onları heç bir otelə yerləşdirə bilməcəyini qeyd etmişdir. Bundan sonra o, yenidən öz hesabına 3.000 manat ödəniş edərək Alanya şəhərində yerləşən digər oteldə qalmışdır. Bakıya gəldikdən sonra Təqsirləndirilən şəxs pulu geri istəsə də, sonuncu müxtəlif bahənələr gətirərək ödəməkdən imtina etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında dostları ilə birlikdə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışlar. “İnstaqram” sosial şəbəkəsindən "xxxx" şirkətinin səhifəsinə rast gəlmiş və səhifədə olan nömrəyə zəng etmişlər. Özünü "xxxx" şirkətinin işçisi kimi təqdim edən Nigar adlı şəxsə Türkiyə Respublikasının Antalya şəhərinə istirahət məqsədilə səfər etmək istədiklərini və 4 nəfər üçün Antalya şəhərində yerləşən “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər tur paket təşkil etməsini bildirmişlər. Nigar adlı şəxs “Orange County” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixə qədər 4 nəfər üçün tur paketin qiymətinin ümumilikdə 5.200 ABŞ dolları, 8.840 manat olacağını bildirmişdir. Onlar Nigarın təklifi ilə razılaşmışdır. Tur paketi əldə etmək üçün hər biri 2.210 manat ödəməli olmuşdur. Nigarın ona “Whatsapp” vasitəsilə göndərdiyi bank hesabına yaşadığı evdə özünə məxsus mobil telefona tətbiq etdiyi proqram vasitəsi ilə özünə məxsus bank hesabından şəxsi vəsaiti olan və tur paketin qiymətinin 30 faizini təşkil edən 663 manat pul vəsaitini 2022-ci ilin iyul ayının əvvəli Nigarın hesabına köçürmə yolu ilə göndərmişdir. Bundan sonra Nigarla əlaqə saxlayaraq 663 manat pul vəsaitini ona göndərdiyi hesaba köçürdüyünü bildirmişdir. Nigar səyahətə bir həftə qalmış ödənişi tamamlamağı xahiş etmişdir. O, 21 iyul 2022-ci il tarixdə tur paketin geridə qalan məbləği, yəni 70 faizini təşkil edən 1.547 manat pul vəsaitini Xətai rayonu, X66 küçəsi 5 ünvanında yerləşən “Ailə market” ticarət obyektində olan “E-Manat” aparatı vasitəsilə onlayn qaydada Nigarın ona göndərdiyi hesaba köçürmüşdür. Nigar 25 iyul və daha sonra 28 iyul 2022-ci il tarixdə gedəcəyi otelin vaucherini və aviabiletləri ona göndərəcəyini bildirmişdir. O, həmin vaxt Nigarla əlaqə saxlamış, lakin Nigar ona biletlərin gecikdiyini və tez bir zamanda həll edəcəyini demişdir. Lakin o, hər dəfə Nigarla əlaqə saxladığı zaman Nigar ona müxtəlif vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Səyahət vaxtı keçdikdən sonra Nigarın onu aldatdığını bilib hüquq mühafizə orqanlarına əmlakının ələ keçirilməsi barədə şikayət etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında ailəsilə birlikdə istirahət etmək məqsədilə Türkiyə Respublikasının Aydın şəhərinə getməyi planlaşdırmışdır. Bununla bağlı “İnstaqram” sosial şəbəkəsində "xxxx" şirkətinin səhifəsinə rast gəlmişdir. Səhifədə olan mobil nömrə ilə əlaqə saxlamış, zəngə cavab verən Nigar adlı şəxs "xxxx" şirkətinin işçisi olduğunu bildirmişdir. O, Nigara istirahət məqsədilə Aydın şəhərinə getmək üçün 3 nəfərlik sərfəli tur paketin olubolmadığını soruşmuşdur. Nigar ona “Whatsapp” proqramı vasitəsilə tur paketləri və onların qiymətlərini göndərmişdir. Nigarın ona göndərdiyi tur paketlərin içərisindən qiyməti 3.604 manat təşkil edən, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Türkiyə Respublikasının Aydın şəhərində yerləşən “X47 5*” otelinə 3 nəfərlik tur paket seçmiş və Nigara həmin tur paketi almaq istədiyini bildirmişdir. Nigar ona “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5404********4120 nömrəli plastik bank kartını göndərmiş və həmin hesaba ilkin rezervassiya üçün köçürmə yolu ilə 1.500 manat ödəniş etməyini xahiş etmişdir. O, 2 iyul 2022-ci il tarixdə Səbail rayonu, Salyan şosesi 7B ünvanında yerləşən, adı yadında qalmayan ərzaq dükanında olan “E-Manat” ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5404********4120 nömrəli plastik bank kartına 1.000 manat ödəniş etmiş və həmin ödənişin qəbzini “Whatsapp” vasitəsilə Nigara göndərmişdir. Həmçinin o, Nigara 500 manatı tur şirkətinin ofisinə gələrək ödəyəcəyini bildirmişdir. Bundan 1 gün sonra, yəni 2 iyul 2022-ci il tarixdə Nigarla əlaqə saxlayaraq ilkin rezervasiya üçün geri qalan 500 manat ödənişi etməkdən ötrü "xxxx" şirkətinin Yasamal rayonunda, “Elmlər Akademiyası” Metrostansiyası yaxınlığında yerləşən ofisinə getmişdir. Orada onu cəmiyyətin direktoru Ülvi və əməkdaşı Nigar qarşılamışlar. Həmin vaxtı üzərində nağd pul olmadığından özünə məxsus mobil telefona tətbiq etdiyi ödəmə proqramı vasitəsilə öz hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5404********4120 nömrəli plastik bank kartına 500 manat pul vəsaitini köçürmə yolu ilə onlayn qaydada ödəniş etmişdir. Daha sonra Nigar və Ülvi səyahətə bir neçə gün qalmış səyahət paketinin geridə qalan 2.104 manat ödənişini etməyini və bundan sonra ona otel vauçeri və aviabiletləri verəcəklərini bildirmişlər. Səyahət müddətinə bir neçə gün qalmış səyahət paketinin geridə qalan 2.104 manat ödənişini etməyi və otel vauçeri və aviabiletləri əldə etməyi üçün dəfələrlə Nigarla və "xxxx" şirkətinin rəhbəri Ülvi ilə əlaqə saxlamağa çalışsa da buna nail olmamışdır. Ülvi və Nigarla əlaqə yaratmaq üçün "xxxx" şirkətinin Yasamal rayonu, “Elmlər Akademiyası” Metrostansiyası yaxınlığında yerləşən ofisinə getmiş və ofisin bağlı olduğunu və ofisin qarşısına bir neçə Zərər çəkmişin toplaşdığını görmüşdür. Bundan sonra Ülvi və Nigarın onu aldatdığını başa düşmüş və Nigar və Ülvinin dələduzluq yolu ilə ona məxsus 1.500 manat pulu ələ keçirmələri barədə DİN 102 xidmətinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 məhkəmə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Səfa oğlu ilə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona vurulmuş ziyanı ödəmədiyini bildirirək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında həyat yoldaşı ilə birlikdə həmin ilin avqust ayında istirahət məqsədilə Türkiyə Respublikasının Antalya şəhərinə getməyi planlaşdırmışdır. Bununla bağlı “İnstaqram” sosial şəbəkəsində "xxxx" şirkətinin səhifəsinə rast gəlmişdir. O, 2021-ci ilin yay ayında həmin şirkətdən tur paket alaraq səyahət etmişdir. Həmçinin 2022-ci il tarixdə səyahət etmək üçün səhifədə olan mobil nömrə ilə əlaqə saxlamışdır. Zənginə cavab verən Nigar adlı şəxs "xxxx" şirkətinin işçisi olduğunu bildirmişdir. O, Nigara istirahət məqsədilə Antalya şəhərinə getmək üçün 2 nəfərlik sərfəli tur paketin olub-olmadığını soruşmuşdur. Nigar ona “Whatsapp” proqramı vasitəsilə tur paketləri və onların qiymətlərini göndərmişdir. Nigarın ona göndərdiyi tur paketlərin içərisindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X58 5*” otelinə 2 nəfərlik tur paket almaq istədiyini bildirmişdir. Nigar ona “Whatsapp” proqramı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169********1479 nömrəli plastik bank kartını göndərmiş və həmin hesaba köçürmə yolu ilə 2.000 manat ödəniş etməyini xahiş etmiş, pulu ödədikdən sonra müqaviləni, otel vauçerini və aviabiletləri göndərəcəyini bildirmişdir. O, 4 iyul 2022-ci il tarixdə Göyçay şəhəri, Natavan küçəsində yerləşən “Yaşıl Market” adlı ərzaq dükanında olan “Milli Ön” ödəmə terminalından X18 adına olan "xxxx" ASC-yə məxsus 4169********1479 nömrəli plastik bank kartına 2.000 manat ödəniş etmiş və həmin ödənişin qəbzini “Whatsapp” vasitəsilə Nigara göndərmişdir. Nigar ona ödəniş olunması ilə bağlı müqavilə verəcəyini və daha sonra otel vauçerini və aviabiletləri təqdim edəcəyini vəd etmişdir. 12 iyul 2022-ci il tarixdə Nigar “Whatsapp” proqramı vasitəsilə onun mobil telefonuna səyahət paketi əldə etmək üçün 2.000 manat ödəniş edilməsini təsdiq edən və üzərində "xxxx" MMC-nin möhürü əks olunmuş müqavilənin şəklin göndərmişdir və bir müddətdən sonra otel vauçeri və aviabiletləri göndərəcəyini bildirmişdir. Bundan sonra otelin vauçeri və aviabiletləri əldə etmək üçün dəfələrlə Nigarla və "xxxx" şirkətinin rəhbəri Ülvi ilə əlaqə saxlamış, həmin şəxslər bu gün, sabah deyərək onu aldatmış və heç bir sənəd göndərməmişlər. Bundan sonra o, Ülvi və Nigarın onu aldatdığını başa düşmüş və 2.000 manat pulunu geri tələb etmişdir. Ülvi və Nigar hər dəfəsində onun verdiyi pula səyahət paketi almadıqlarını və pulu geri qaytaracaqlarını vəd versələr də vədlərinə əməl etməmişlər. Bundan sonra çarəsiz qalıb Nigar və Ülvinin dələduzluq yolu ilə ona məxsus 2.000 manat pulu ələ keçirmələri barədə DİN 102 xidmətinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 məhkəmə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Səfa oğlu ilə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona vurulmuş ziyanı ödəmədiyini bildirirək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs23 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında ailəsi ilə birgə istirahət məqsədilə Türkiyə Respublikasına getməyi planlaşdırmışdır. Bununla bağlı olaraq 2022-ci ilin iyul ayında “instagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" şirkətinin səhifəsini tapmışdır. Səhifədə olan nömrə ilə əlaqə saxlamış, şirkətin səlahiyyətli əməkdaşı Nigar adlı şəxslə danışdıqdan sonra Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X53” otelinə 29 avqust 2022-ci il tarixdən 6 sentyabr 2022-ci il tarixə qədər 4 nəfərlik tur paketi ümumilikdə 5.525 manata razılaşmışdır. O, 5 iyul 2022-ci il tarixdə "xxxx" şirkətinin Yasamal rayonu, Elmlər Metro stansiyasının yaxınlığında yerləşən ofisinə getmişdir. Orada onu Nigar qarşılamışdır. Həmin vaxtı Ülvi də ofisdə oturmuşdur. Nigar ona ilkin ödəniş olaraq 1.700 manat pul ödəməsini bildirmişdir. Həmin vaxtı üzərində nağd pul olmadığından Ülvi ilə birlikdə ofisin yaxınlığında "xxxx" ASC-nin bankomatından pul vəsaitini nağdlaşdıraraq ofisə gəlmiş və 1.700 manat pul vəsaitini Ülvinin iştirakı ilə Nigara təqdim etmişdir. Bundan sonra Nigar ona 1.700 manat ödəniş etməsi barədə "xxxx" şirkətinə məxsus müqavilə vermişdir. Nigarla 1.000 manat pul vəsaitini 11 iyulda və geridə qalıq qalan pul vəsaitini isə səyahətə 10 gün qalmış verəcəyi barədə razılaşmışlar. Tam ödəniş olduqdan sonra Nigar ona otelin vauçeri və aviabileti verməli olmuşdur. 11 iyul 2022-ci il tarixdə Nigar ona "xxxx" ASC-nin plastik kartını göndərmiş və 1.000 manat pulu həmin karta göndərməyini xahiş etmişdir. O, öz vəsaiti olan 1.000 manat pulu Nigarın ona şəklini göndərdiyi plastik karta göndərmişdir. Səyahətə 10 gün qalmış, yəni 18 avqust 2022-ci il tarixdə tur paketin qalıq qalan 2.825 manat ödənişini ödəmək və otel vauçeri, aviabileti əldə etmək üçün Nigarla əlaqə yaratmaq istəsə də buna nail ola bilməmişdir. Nigar onun zənglərinə cavab verməmiş və yazdığı mesajları cavablandırmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş, həmçinin mülki iddia ərizəsini müdafiə edərək, Təqsirləndirilən şəxs 2.700 (iki min yeddi yüz) manat dəymiş ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2022-ci ilin iyul ayında qohumları Mövsüm Babayev və onun həyat yoldaşı Gülzar xanım analiz vermək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmək istədiklərini və aviabilet almaqda onlara köməklik etməsini xahiş etmişlər. O, yadında qalmayan tanışı tərəfindən məsləhət görülən "xxxx" MMC-nin əməkdaşı Nigar xanımla əlaqə saxlamış və Nigara Türkiyə Respublikasının İstanbul şəhərinə təcili 2 nəfər üçün aviabilet lazım olduğunu bildirmişdir. Nigar xanım Türkiyə Respublikasının İstanbul şəhərinə təcili olaraq yalnız biznes klassda yerin olduğunu bildirmiş və aviabiletin iki nəfər üçün qiymətinin 2.000 ABŞ dolları, yəni 3.400 manat olduğunu demişdir. O, bu barədə qohumu Mövsümlə danışmış və Mövsüm həmin aviabiletləri almaq istədiyini bildirmişdir. Mövsümün aviabilet almaq üçün ona verdiyi 2.000 ABŞ dolları təşkil edən 3.400 manat pul vəsaitini 28 iyul 2022-ci il tarixdə Yasamal rayonu, Şəfaət Mehtiyev küçəsində yerləşən Araz marketdə olan “Milli Ön” ödəmə terminalı vasitəsilə Nigarın “Whatsapp” vasitəsilə ona göndərdiyi hesab nömrəsinə köçürmüşdür. Daha sonra Nigarla əlaqə saxlamış və Nigar pulun hesaba köçdüyünü, aviabiletləri alaraq növbəti gün ona təqdim edəcəyini bildirmişdir. Növbəti gün Nigarla əlaqə saxlamış və Nigar ona aviabiletləri səhvən 3 gün sonraya aldığını demişdir. O, Nigara qohumlarının təcili olaraq ən geci sabah İstanbul şəhərinə səfər etməli olduğunu bildirmişdir. Nigar sabahsı günə aviabilet almaq üçün 2.000 ABŞ dolları ödəniş etməsini və aviabilet alaraq Mövsüm və Gülzarı İstanbul şəhərinə yola salacağını, Mövsümün onun vasitəsilə Nigara verdiyi 2.000 ABŞ dollarını isə aviabilet almaq üçün ödəniş etdiyi aviaşirkət geri qaytardıqdan sonra ona geri verəcəyini bildirmişdir. O, qohumlarının yanında pis vəziyyətdə qalmamaq üçün Nigarla razılaşmışdır. 31 iyul 2022-ci il tarixdə Nigar işlədiyi şirkətin nümayəndəsini göndərəcəyini və 2.000 ABŞ dollarını təcili həmin şəxsə verməyini bildirmişdir. Həmin vaxt vacib işi olduğu üçün rəfiqəsi Cəmilə Abbaslıdan xahiş etmişdir ki, Nigarın göndərdiyi şəxsə 2.000 ABŞ dolları pul versin. Cəmilə onun xahişini nəzərə alaraq Nigarın göndərdiyi tanımadığı şəxsə Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Mega City” yaşayış kompleksində 2.000 ABŞ dolları pul vermişdir. Bundan sonra o, Nigarla əlaqə yaratmış və 2.000 ABŞ dollarının ona çatıb-çatmadığını soruşmuşdur. Nigar həmin pul vəsaitinin ona çatdığını və növbəti gün aviabiletləri ona təqdim edəcəyini bildirmişdir. Daha sonra o, işini bitirdikdən sonra Cəmilənin Nigarın göndərdiyi adama verdiyi 2.000 ABŞ dollarını Cəmiləyə geri qaytarmışdır. Növbəti gün Nigar aviabiletləri ona təqdim etmişdir. Mövsümlə Gülzar həmin aviabiletlərlə İstanbul şəhərinə getmişdir. Bir neçə gün sonra Nigarla əlaqə saxlayaraq ona ilkin olaraq ödənilən və dediyinə görə səhvən başqa günə aldığı biletlərin pulu təşkil edən 2.000 ABŞ dollarını nə vaxt geri qaytaracağını soruşmuşdur. Nigar şirkət tərəfindən aviabiletlərin pulu geri ödənilən kimi ona 2.000 ABŞ dollarını geri qaytaracağını demişdir. Nigarın 2.000 ABŞ dollarını geri qaytarmadığını görüb onun əvvəlcə İstanbul şəhərinə Mövsüm və Gülzarın adına aviabilet alıb-almadığı barədə maraqlanmışdır. Lakin Nigara ilkin olaraq aviabilet almaq üçün verdiyi 2.000 ABŞ dollarına aviabilet almadığını və həmin pul vəsaitini öz şəxsi mənafeyinə sərf etdiyini anlamışdır. Bundan sonra dəfələrlə 2.000 ABŞ dollarını geri verməsi üçün Nigarla əlaqə saxlamaq istəsə də buna nail ola bilməmişdir. Bundan sonra Nigarın onu aldadaraq ona məxsus 2.000 ABŞ dolları təşkil edən 3.400 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram vasitəsilə müraciət edərək, səhhətində baş vermiş nasazlıqla bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayında məzuniyyətə çıxmaq və istirahət etmək üçün Türkiyə Respublikasına ailəvi getməyi planlaşdırmışdır. Bununla bağlı “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" MMC səhifəsini tapmışdır. "xxxx" MMC-nin Nigar adlı işçisilə əlaqə saxlamış və sonuncu onu travel şirkətinə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən ofisinə getmişdir. Ofisin içində Nigar adlı xanım onu qarşılamış və Nigar ona xx.xx.2022-ci il tarixdə “X61 Belek” oteldə 3 böyük 2 uşaq olmaqla, ümümilikdə 5 nəfər şəxs üçün 6 gecəlik qonaqlama, aviabilet, sığorta və transfer xidmətləri daxil olmaqla, ümumilikdə 9.010 manat məbləğində tur paket təklif etmişdir. O, həmin təklifə razılaşmış və xx.xx.2022-ci il tarixdə ilkin olaraq Nigarın tələbi ilə 4.010 manat məbləğində pulu "xxxx" MMC-nin ofisində sonuncuya vermişdir. Nigar ona sənədləri tam pulu ödədikdən sonra verəcəyini bildirmişdir. Həmçinin Nigar ona "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli, 403 nömrəli A4 vərəq üzərində çap olunmuş möhürlənmiş odəniş qəbzi vermişdir. Bir ay keçdikdən sonra dəfələrlə tələbindən sonra Nigar ona xx.xx.2022-ci il tarixli 403-nömrəli müqavilə vermişdir. 403-nömrəli müqavilənin üzərində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs adı qeyd olunsa da, həmin müqavilədə bütün imzalar Nigar adlı şəxs tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə o, Nigar ilə yenidən əlaqə saxlamış və yenidən tur ofisinə gedərək 1.000 manat məbləğində ödəniş etmişdir. Nigar yenidən ona xx.xx.2022-ci il tarixli 690 nömrəli möhürlənmiş ödəniş qəbzini vermişdir. Bundan sonra qalıq pulun ödənişi üçün xx.xx.2022ci il tarixdə yenidən ofisə gedərək 4.000 manat məbləğində ödəniş etmiş və ümumilikdə "xxxx" şirkətinə 9.010 manat pul ödəmişdir. Pulu tam şəkildə ödədikdən sonra Nigar ona xx.xx.2022-ci tarixli 810 nömrəli ödəniş qəbzini vermişdir. Həmin ödəniş qəbzində onun heç bir qalığının olmadığı qeyd olunmuşdur. Pulu tam şəkildə ödədikdən sonra Nigar ona xx.xx.2022-ci tarixdə avibiletləri və otelin vauçerlərini verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə dəfələrlə sənədlərin verilməsi ilə bağlı Nigarla əlaqə saxlamış, lakin Nigar zənglərə cavab verməmişdir. Bir müddətdən sonra Nigarla əlaqə saxlamış və Nigarın hərəkətlərindən şikayət edəcəyini demişdir. Nigar ona xx.xx.2022-ci il tarixdə “Whatsapp” vasitəsilə aviabiletləri göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə ona sığorta şədətnamələrini və İspaniyanın “Hotelsbeds” saytı vasitəsi ilə otelin iki ədəd otaq vauçerini ona göndərmişdir. Həmin vauçerlərin üzərində pulun ödənilməsi barədə qeyd olmuşdur. O, dərhal “X61 Belek” otel ilə əlaqə saxlamış və oteldən ona rezervasiya olunduğunu, lakin ödəniş olunmadığını demişlər. O, yenidən Nigar ilə əlaqə saxlamışdır. Nigar ona ödəmədə hazırda problem olduğunu, iki gün ərzində otelin ödənişlərinin olunacağını demişdir. Bir gün keçdikdən sonra o, dəfələrlə Nigar ilə əlaqə saxlamaq istəmiş, lakin Nigar zənglərinə cavab verməmişdir. O, yenidən “Whatsapp” vasitəsi ilə Nigara mesaj yazaraq ondan şikayət edəcəyini bildirmişdir. Bu mesajdan 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs tərəfindən ona zəng gəlmiş və Ülvi özünü "xxxx" şirkətinin rəhbəri kimi təqdim etmişdir. Ülvi işçinin səhvi ilə əlaqədar ödəniş olunmadığını bildirmiş və sabahsı gün ona ödəniş vauçerini ofisdən götürə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə nahar vaxtı ofisə getmiş və Nigar adlı xanım ona həmin otelin “Globus orbita travel” şirkəti tərəfindən sifariş edilmiş vauçerini təqdim etmişdir. Bu vauçeri əldə etdikdən sonra vauçerin üzərində qeyd olunmuş həmin şirkətin nömrəsi ilə əlaqə saxlamış və şirkətin əməkdaşı onlara heç bir ödəniş olunmadığını bildirmişdir. Daha sonra sığorta şəhadətnamələrini yoxladıqda həmin sığorta şəhadətnamələrinin mövcud olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs və Nigar aldı şəxslərdən pulunu geri qaytarmalarını dəfələrlə tələb etdikdən sonra xx.xx.2022-ci il tarixdə Nigar onu ofisə dəvət etmiş və həmin ofisdə ondan aldığı 9.010 manat pul vəsaitindən 2.500 manat pulu geri qaytarmış və geridə qalan pulu qısa müddət ərzində geri verəcəyini bildirmişdir. Daha sonra o, Ülvi və Nigara pulunun geri qaytarılması barədə dəfələrlə müraciət etsə də, həmin şəxslər müxtəlif bahanələr gətirərək tur paket üçün ödəniş etdiyi geridə qalan 6.510 manat pul vəsaitini hazıradək ödəməmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X18 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əvvəllər müxtəlif sahələrdə çalışmış, hazırda 2022-ci ilin fevral ayından "xxxx" MMC-də “Tur manager” vəzifəsində işləyir. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 04 aprel 2022-ci il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. Hər iki cəmiyyətin fəaliyyəti xarici ölkə və ölkə daxilində səyahətlər təşkil etmək və aviabiletlər satmaqdan ibarətdir. "xxxx" MMC və "xxxx" MMC-nin ofisi Yasamal rayonu, Hüseyn Cavid prospekti 80 ünvanında yerləşir. 2022-ci ilin fevral ayından başlayaraq "xxxx" MMC-də işlədiyi müddətdə bir neçə şəxs yay aylarında xarici ölkələrə səyahət etmək üçün ilkin rezervasiya məqsədilə "xxxx" MMC-yə müraciət etmişlər. Həmin şəxslər "xxxx" MMC-nin “İnstaqram” sosial şəbəkəsində yerləşdirilmiş səhifəsilə tanış olmuş və yararlanmaq üçün müraciət etmişlər. Səhifədə Ülvinin, onun və Cəmiyyətlərə məxsus nömrələr qeyd edilmişdir. Ülvi ofisdə çox vaxt olmadığı üçün tur menecer kimi cəmiyyətə müraciət edən müştərilərin zənginə özü cavab vermiş və ofisə gələn müştəriləri çox vaxt özü qarşılamışdır. Daha sonra bu barədə Ülviyə məlumat vermişdir. Tur menecer kimi onun vəzifəsi cəmiyyətə müraciət edən müştəriləri qarşılamaq, zənglərə cavab vermək və həmin şəxsləri sərfəli tur paketləri ilə tanış etməkdən ibarət olmuşdur. "xxxx" MMC-nin direktoru rəsmi qaydada özü olsa da, həmin cəmiyyətin direktor səlahiyyətlərini Təqsirləndirilən şəxs həyata keçirmişdir. O, yalnız ofisdə işçi kimi Təqsirləndirilən şəxs tapşırıqlarını yerinə yetirmişdir. X9, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X29, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs24 "xxxx" MMC-nin müştəriləri olmuş və tur paket əldə etmək üçün müraciət etmişlər. Həmin şəxslər ya birbaşa ofisə gəlmiş, yadaki cəmiyyətlərin telefon nömrələri ilə əlaqə saxlayaraq tur paket əldə etmək istədiklərini bildirmişlər. O, həmin şəxslərə münasib tur paketlər təklif etmiş və ya müştərilər öz istəklərinə uyğun tur paketlər seçərək ilkin rezervasiya üçün tam və ya hissəvi ödənişlər etmişlər. Müştərilər tərəfindən tur paket əldə etmək üçün təqdim edilən pul vəsaitlərini Təqsirləndirilən şəxs təqdim etmiş və ya müştərilər tərəfindən öz adına olan plastik bank kartına köçürülmüş pul vəsaitlərini Təqsirləndirilən şəxs adına olan plastik bank kartına və Ülvinin göstərişi ilə müxtəlif hesablara onlayn qaydada köçürmə etmişdir. Həmçinin müştərilərdən pul vəsaiti aldıqdan sonra Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş və Ülvinin göstərişi ilə müştərilərə tur paketin alınması ilə bağlı müştərilər tərəfindən ödənişin təsdiq edilməsi üçün "xxxx" MMC və "xxxx" MMC-nin adları əks olunan möhür həkk olunmuş imzalı müqavilə və ödəniş qəbzləri təqdim etmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin adları əks olunan möhür həkk olunmuş imzalı müqavilə və ödəniş qəbzləri Təqsirləndirilən şəxs göstərişi ilə müştərilərə təqdim edilmişdir. Müqavilə blanklarına möhürü və imzanı Ülvinin göstərişi ilə özü icra etmişdir. Təqsirləndirilən şəxs çox vaxt ofisdə olmadığı üçün Ülvinin tapşırığı ilə bəzi hallarda müştərilərə verilən müqavilələrə özü möhür vurmuş və imza etmişdir. Lakin Ülvi ofisdə olduğu zaman müqavilələrə və qəbzlərə Ülvi möhür vurmuş və imza etmişdir. Tur paket əldə etmək üçün ona birbaşa və ya bank hesabına onlayn qaydada edilən ödənişlərin hamısını Təqsirləndirilən şəxs vermiş və ya Ülvinin bildirdiyi hesablara onlayn qaydada köçürmüşdür. Ülvi müştərilərin pulunu əldə etdikdən sonra həmin pulları hansı istiqamətdə sərf etməsi barədə hər hansı bir məlumatı yoxdur. Həmin pul vəsaitlərindən ona heç bir məbləğdə pul çatmamışdır. O, yalnız cəmiyyətin işçisi kimi aylıq əmək haqqı almışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsinin sürətindən görünür ki, "xxxx" MMC-nin nizamnaməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən 26 yanvar 2017-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınaraq təsdiq edilmiş, hüquqi ünvanı ünvan 23r. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin nizamnaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən 04 aprel 2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınaraq təsdiq edilmiş, hüquqi ünvanı ünvan 24 İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin dövlət qeydiyyat sənədindən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** nömrəsi ilə 26 yanvar 2017-ci il tarixdə qeydiyyata alınmış, təsisçisi və qanuni təmsilçisi isə Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin dövlət qeydiyyat sənədindən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** nömrəsi ilə 04 aprel 2022-ci il tarixdə qeydiyyata alınmış, təsisçisi və qanuni təmsilçisi isə X27r. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-nin Nİzamnamələrinin 4.3-cü bəndinə əsasən, cəmiyyətin direktoru Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərini təsdiq etmək, Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması halları və qaydasını müəyyən etmək, Cəmiyyətin illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək, Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul etmək, Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzlərini (rəhbərini) təyin etmək və geri çağırmaq, Cəmiyyətin Müşahidə Şurasını və Təftiş Komissiyasını (müfəttişini) seçmək, Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək və sair təşkilati sərəncamverici səlahiyyətlərə malikdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, MMC-nin direktorunu əsas vəzifəsi cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək; Vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək; Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımı qaydada icra olunmasını təmin etmək; Öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək; Öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək və sair səlahiyyətlərə malikdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 117 nömrəli, 11 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 təqdim edilmiş qeyd edilən sənədin məzmununa həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X55 5*” otelinə 20 avqust 2021-ci il tarixdən 25 avqust 2021ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.900 manat məbləğdə ödəniş edilməsi və 2.010 manat borc qalığı olmasına dair məlumatlar daxil edilməklə üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş 315 nömrəli, 08 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 315 nömrəli, 08 fevral 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X68 World 5*» otelinə 22 iyul 2022-ci il tarixdən 30 iyul 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.000 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş 812 nömrəli, 14 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs7 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 812 nömrəli, 14 iyun 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən X22 Respublikasının Antalya şəhərində yerləşən “X45 5*” otelinə 23 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 3.910 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 402 nömrəli, 10 mart 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 402 nömrəli, 10 mart 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X69 Hotel 5*” otelinə 22 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 765 manat məbləğdə ödəniş edilməsi və 1.785 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 978 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 978 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X69 5*” otelinə 22 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.785 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş 403 nömrəli, 13 mart 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs9 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 403 nömrəli, 13 mart 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X61 Belek5*» otelinə 15 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.010 manat məbləğdə ödəniş edilməsi və 5000 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş 690 nömrəli, 16 may 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs9 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 403 nömrəli, 13 mart 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X65 5*” otelinə 22 avqust 2022-ci il tarixdən 28 avqust 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.000 manat məbləğdə ödəniş edilməsi və 4.000 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş 810 nömrəli, 16 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs9 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 810 nömrəli, 16 iyun 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X65 5*” otelinə 15 avqust 2022-ci il tarixdən 21 avqust 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 4.000 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 427 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs10 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 427 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs10 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X33 Spa” otelinə 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 900 manat məbləğdə ödəniş edilməsi və 2.100 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs10 tərəfindən təqdim edilmiş 997 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs10 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 997 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs10 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X33 5*” otelinə 4 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.100 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş 421 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs11 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 421 nömrəli, 19 aprel 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs11 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 850 manat məbləğdə ödəniş edilməsi və 2.175 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs11 tərəfindən təqdim edilmiş 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs11 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs11 Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “X70 5” otelinə 4 avqust 2022-ci il tarixdən 9 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.125 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən X5 tərəfindən təqdim edilmiş 977 nömrəli, 17 iyul 2022ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs12 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 977 nömrəli, 17 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs12 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X76 5*” otelinə 30 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.000 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs13 tərəfindən təqdim edilmiş 965 nömrəli, 29 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Gülmira Çobanovaya "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 965 nömrəli, 29 iyun 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən X24 Respublikasının Antalya şəhərində yerləşən “X34” otelinə 19 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.000 manat məbləğdə ödəniş edilməsi və 2.230 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 976 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs16 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 976 nömrəli, 15 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs16 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 29 iyul 2022-ci il tarixdən 5 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.519 manat məbləğdə ödəniş edilməsi və 6.321 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs21 tərəfindən təqdim edilmiş 397 nömrəli, 12 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs21 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 397 nömrəli, 12 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs21 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X58 5*” otelinə 05 avqust 2022-ci il tarixdən 10 avqust 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 2.000 manat məbləğdə ödəniş olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs22 tərəfindən təqdim edilmiş 978 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs22 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 978 nömrəli, 25 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs22 Türkiyə Respublikasının Alaniya şəhərində yerləşən “X77 Hotel 4+*” otelinə 30 iyul 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 3.300 manat məbləğdə ödəniş olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs23 tərəfindən təqdim edilmiş 965 nömrəli, 5 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs23 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 965 nömrəli, 5 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs23 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X53 5*” otelinə 28 avqust 2022-ci il tarixdən 6 sentyabr 2022ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.700 manat məbləğdə ödəniş edilməsi və 3.825 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs24 tərəfindən təqdim edilmiş 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs24 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 950 nömrəli, 28 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs24 Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “X75 5*” otelinə 04 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 8.500 manat məbləğdə ödəniş olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 980 nömrəli, 05 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs14 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 980 nömrəli, 05 iyul 2022-ci il tarixli müqavilə-sifarişə həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X62 5*” otelinə 8 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək tur paketinin satılmasına və sonuncu tərəfindən 1.500 manat məbləğdə ödəniş edilməsi və 8.488 manat borc qalığı olmasına dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 125818 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs14 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 125818 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzi həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərinə tur paketinin satılmasına və sonuncu tərəfindən 5.500 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs14 tərəfindən təqdim edilmiş 125817 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs14 "xxxx" MMC-nin blankı əks olunmaqla sifariş və ödənişləri təsdiq edən rəsmi sənəd olan 125817 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzi həmin Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs14 Türkiyə Respublikasının Antalya şəhərinə tur paketinin satılmasına və sonuncu tərəfindən 2.988 manat məbləğdə ödəniş edilməsinə dair üzərində "xxxx" Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri əks olunmuş dairəvi möhür və imza ilə təsdiq edilən rəsmi sənəd təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 11 avqust 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 11 avqust 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Bravo” supermarketin içərisindəki “Milli Ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada 1.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 15 avqust 2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, 15 avqust 2021-ci il tarixdə Nərimanov rayonunda “Bravo” supermarketin içərisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada 1.000 manat və 1.010 manat pul vəsaitləri köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs22 tərəfindən təqdim edilmiş 12 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 12 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Bülbül prospekti ilə Z. Əliyeva küçəsinin kəsişməsində olan “Sahil” Metro keçidində yerləşən “EXPRESSPAY” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan plastik bank kartına onlayn qaydada 1.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 13 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 13 iyul 2022-ci il tarixdə ünvan 25 ünvanında yerləşən A1 marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 530 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 20 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 20 iyul 2022-ci il tarixdə mobil cihaza tətbiq edilən proqram vasitəsilə 4169******5431 nömrəli plastik bank kartında olan hesabdan X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 1.547 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 21 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsində, ev 2946-cı məhəllədə yerləşən “Şuşa” marketddə olan “Pashapay” ödəmə terminalı vasitəsilə X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 1.675 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 22 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 22 iyul 2022-ci il tarixdə ünvan 26 ünvanında yerləşən “Ailəvi Supermarket”-də olan “eManat” ödəmə terminalı vasitəsilə X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 1.547 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs13 tərəfindən təqdim edilmiş 28 iyun 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 28 iyun 2022-ci il tarixdə ünvan 27 ünvanında yerləşən “Bazarstore” supermarketdə olan “eManat” ödəmə terminalı vasitəsilə X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 1.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs19 tərəfindən təqdim edilmiş 26 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Bravo Superstore” supermarketdə olan “eManat” ödəmə terminalı vasitəsilə X18 adına olan "xxxx" ASC-yə məxsus 416973******1479 nömrəli plastik bank kartına onlayn qaydada 2.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs19 tərəfindən təqdim edilmiş 26 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 8 ünvanında yerləşən “Zefir Mall” ticarət mərkəzində olan “PashaPayt” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASCyə məxsus 5404******4120 nömrəli plastik bank kartına onlayn qaydada 4.137 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş X18 "xxxx" ASC-də olan hesabdan çıxarışdan görünür ki, Nigar Abbaslının adına olan "xxxx" ASC-yə məxsus 4169******1479 nömrəli plastik hesab kartına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı olan “CBAR.az” saytının valyuta məzənnəsi bölməsindən əldə olunmuş məlumatdan görünür ki, 2019-2022-ci illəri əhatə edən dövrdə 1 ABŞ dollarının manata münasibətdə rəsmi məzənnəsi 1.70 manat olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə sonuncu həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxs və mülki cavabdehi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və mülki cavabdehə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs və mülki cavabdehin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxs və mülki cavabdehə cəza təyin etməməklə ittiham hökmü çıxarır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu epizod üzrə vəzifəli şəxs qismində bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə rəsmi sənədlərə daxil etməklə vəzifə saxtakarlığı əməlini 31 iyul 2022-ci il tarixdə törətmiş, həmin cinayət əməlinin törədildiyi gündən 02 il 01 aydan çox müddət keçmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh özünü təqsirli bilmiş, müdafiə tərəfi cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən həmin maddə üzrə başlanmış cinayət təqibi üzrə icraata xitam verilməlidir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid qəsdlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları rəsmi sənədlərə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Məhkəmə ilk növbədə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tövsifi üzrə vahid qəsdlə törədilən davam edən cinayətləri cinayətlərin təkrar törədilməsindən fərqləndirməyi zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında qeyd olunur ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarında qeyd edilir ki, hazırda qüvvədə olan CM-in 16-cı maddəsində xüsusi təkrarlığın iki müstəqil növündən biri olan CM-in eyni tərkib əlamətlərinə malik olan cinayətlərin təkrar törədilməsi eyni cinayətlər hesab olunur (16.1) (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). CM-in 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdehin dələduzluq əməllərini vahid qəsdlə törətməsi cinayət işinin məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs Ülvi Abbasov zərər çəkmiş şəxslərə qarşı törətdiyi dələduzluq əməllərini vahid qəsdlə həyata keçirməmiş, belə ki, təqsirləndirilən şəxsin niyyəti rəhbərlik etdiyi hüquqi şəxslər adından tur paket və biletlərin satışının təşkil edilməsi görüntüsü yaradıb müxtəlif vaxtlarda ona etibar edən şəxslərin pul vəsaitlərini ələ keçirmək olsa da, sonuncu bu niyyətini hər bir zərər çəkmişə qarşı biri digəri ilə əlaqəli olmayan surətdə həyata keçirmiş, Ülvi Abbasovun ayrı-ayrılıqda törətdiyi dələduzluq əməlləri ümumi məqsədə xidmət etməmiş, hər bir epizod üzrə, hər bir zərər çəkmiş şəxsə münasibətdə yekun məqsədi müstəqil olmuş – hər hansı bir zərər çəkmiş şəxslə ayrı-ayrılıqda aralarında bağlanmış müqavilələrə müvafiq olaraq tur paket və biletlərin satışı üzrə müvafiq pul vəsaitlərinin sahibliyinə keçdiyi və həmin pul vəsaitlərinə dair istədiyi kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı anda artıq öz məqsədinə çatmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ülvi Abbasovun zərər çəkmiş şəxslərə qarşı törətdiyi dələduzluq əməlləri vahid qəsdlə törədilən dələduzluq yolu ilə davam edən talama cinayətləri deyil, təkrar törədilən dələduzluq cinayətləri hesab edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarına əsasən, təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarına əsasən, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. İbtidai istintaqı həyata keçirən orqanın “Sübutların qiymətləndirilməsi barədə” qərarından qeyd edilir: “...cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, müqavilələr, ödəniş qəbzləri, hesabdan çıxarışlar və cinayət işi üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs əvvəlcədən niyyətinin cəmiyyətə müraciət edən şəxsləri tur paketlə təmin edərək öz öhdəliklərini yerinə yetirməkdən ibarət olmadığı tur paket təşkil etmək adı ilə cəmiyyətin müştərilərindən əldə etdiyi pul vəsaitlərini cəmiyyətin və öz şəxsi mənafeyi üçün sərf etdiyi, müştəriləri müxtəlif vədlərə inandıraraq onları tur paketlə təmin etmədiyi və bu istiqamətdə yalan vədlər verməklə niyyətinin tur paket əldə etmək üçün ödəniş etmiş şəxsləri öz məqsədlərindən soyudub əmlaklarını əvəzsiz qaydada ələ keçirərək Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq edilmişdir...” “Sübutların qiymətləndirilməsi barədə” qərarda qeyd edilənlərin əksinə Təqsirləndirilən şəxs əvvəlcədən niyyətinin cəmiyyətə müraciət edən şəxsləri tur paketlə təmin edərək öz öhdəliklərini yerinə yetirməkdən ibarət olmadığı barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs da həmçinin əvvəllər işlərinin qaydasında getdiyini, pandemiyadan sonrakı çətinliklə əlaqədar olaraq maddi sıxıntılar yaşadığını, avans olaraq ödənilmiş məbləğləri qaytarmaq çətinlik çəkdiyini, bu səbəbdən məcbur qalaraq müştərilərdən birinin hesabına digərinin tur paketinin xərclərini qarşıladığını bildirmişdir. Bundan başqa cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər Təqsirləndirilən şəxs tur paketlərinin satışı ilə məşğul olması barədə məlumatları sonuncunun “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi paylaşımları əsasından əldə etdiklərini bildirsələr də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC və "xxxx" MMC-nin adından sosial şəbəkələrdə tur paketlərinin satışı ilə bağlı məlumatlar yerləşdirməsi, sonuncunun həmin şirkətləri məhz dələduzluq əməllərini həyata keçrimək niyyəti ilə yaratmasına dəlalət etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Türkiyə Respublikasının müxtəlif şəhərlərinə istirahətə getmək üçün tur paketləri hazırlamaqla başlamış olduğu fəaliyyəti üzrə öhdəliklərini icra etmişdir, belə ki, bu zərər çəkmiş şəxslərin bir qisminin ifadələri ilə də təsdiq olunur. Lakin daha sonrakı dövrdə ona müraciət etmiş şəxslərin bir qrupunun tur paketi üzrə xərclərini digərlərinin hesabına həyata keçirmiş, sonuncunun əməlləri turizm üzrə fəaliyyətə başladığı vaxtdan etibarən zərər çəkmiş şəxslərə məxsus pul vəsaitlərini ələ keçirməkdən ibarət olan ictimai təhlükəli yekun nəticənin əldə olunmasına yönəlməmiş, Təqsirləndirilən şəxs ona müraciət etmiş və daha əvvəl rezervasiya etmiş müştəriləri daha sonra müraciət etmiş müştərilərdən əldə etdiyi pul vəsaitləri hesabına özünə və rəhbərlik etdiyi hüquqi şəxslərə dəyə biləcək maddi zərəri kompensasiya etməklə sonunculara qarşı aldatma və etibarlardan sui-istifadə etmə yolu ilə dələduzluq əməllərini törətmişdir. Həmçinin ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi barədə” qərarında Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə dələduzluq əməllərini cinayətlərin təkrarçılığı ilə deyil, məhz vahid niyyətdən çıxış edərək törətməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifinə dair əsaslı hallar göstərilməmişdir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törətmiş olduğu dələduzluq əməllərinin ümumi, yekun nəticəyə xidmət etməsini təsdiq edən heç bir sübut müəyyən olunmadı. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərə vurduğu zərərin ümumi məbləğinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunmasının əsası kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə cinayət işinin hallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsisçisi və direktoru qismində, həmçinin "xxxx" MMC-nin direktoru səlahiyyətlərini yerinə yetirməklə ona müraciət etmiş şəxslərə Türkiyə Respublikasının müxtəlif şəhərlərinə istirahətə getmək üçün tur paket hazırlayıb verilməsində köməklik göstərmiş, daha sonra pandemiya səbəbindən xarici ölkələrə səfərlər dayandırıldığı üçün pandemiya başladıqda erkən rezarvasiya edən şəxslərin ödədikləri pul vəsaitlərini geri qaytarmaq məcburiyyətində qaldığından, həmçinin pandemiya ilə əlaqədar məhdudlaşmalar olduğu üçün rəhbərlik etdiyi tur şirkətlərinin fəaliyyəti zəiflədiyindən, 2022-ci tarixdə tur paket əldə etmək məqsədilə erkən rezervasiya etmək üçün ödəniş edən şəxslərdən aldığı pul vəsaitlərini pandemiyadan öncə tur paket əldə etmək məqsədilə ödəniş edən digər müştəriləri səyahətə göndərmək üçün sərf etməklə, fəaliyyətlərinə rəhbərlik etdiyi cəmiyyətlərə və özünə dəymiş maddi ziyanı aradan qaldırmağa çalışaraq dələduzluq əməllərini törətmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin 3-cü və 4-cü yarımbəndləri ağırlaşdırıcı hallarda həmçinin cinayətin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsini, xeyli miqdarda ziyan vurmaqla törədilməsini nəzərdə tutur. İşinin faktiki hallarından müəyyən edilir ki, X49 həqiqətən də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X43 üzrə Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla, həmçinin "xxxx" MMC-nin direktoru səlahiyyətlərini yerinə yetirməklə faktiki olaraq Cəmiyyətin direktoru kimi sözügedən hüquqi şəxslərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən təsdiq edilmiş Nizamnamələrinin 4.3-cü bəndinə əsasən, Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərini təsdiq etmək, Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması halları və qaydasını müəyyən etmək, Cəmiyyətin illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəət və zərəri bölüşdürmək, Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul etmək, Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini (rəhbərini) təyin etmək və geri çağırmaq, Cəmiyyətin Müşahidə Şurasını və Təftiş Komissiyasını (müfəttişini) seçmək, Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, habelə rəhbərlik etdiyi hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni həmin Cəmiyyətlərin adından tur paket və biletlərin satışının təşkil edilməsi görüntüsü yaradıb daha çox şəxs cəlb edərək qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq etmiş, bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin tərkibi yaranmışdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 31-ci bəndinə əsasən, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Bu baxımdan məhkəmə hesab edir ki, X49 törətdiyi dələduzluq əməlləri nəticəsində, ümumilikdə, zərər çəkmiş şəxslərə məxsus 96.201 (doxsan altı min iki yüz bir) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmiş olsa da, sonuncunun əməllərinin vahid qəsdlə əhatə olunması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bunun əksinə onun həmin cinayətləri təkrar törətmiş olması müəyyən edildiyindən və zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın maksimal məbləği xeyli miqdarda ziyanla əhatə olunduğundan, bu baxımdan Ülvi Abbasovun əməli həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə yekun nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Həmçinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Bu baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin tərkibi yarandığından, artıq sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinə tövsifinə zərurət yoxdur, buna görə də Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdehin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxs və mülki cavabdehin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxs və mülki cavabdehə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 37-ci bəndinə əsasən, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxs və mülki cavabdehin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiə hüququnu pozmasın. Odur ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddəsinə tövsif edilməlidir, həmçinin onun Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda Məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X50rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etmədiklərini, sonuncuların ona qarşı şikayətçi olduqlarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını, zərər çəkmişlərə vurduğu 96.201 (doxsan altı min iki yüz bir) manat zərərin 12.845 (on iki min səkkiz yüz qırx beş) manat hissəsini ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X18 birgə nikahlarından 19 dekabr 2017-ci il təvəllüdlü X51 anadan olmuşdur. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxs və mülki cavabdehi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ünvan 2 tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Zərər çəkmiş şəxsə və mülki iddiaçı Zərərçəkmiş şəxs11 2975 (iki min doqquz yetmiş beş) manat dəymiş ziyan və 50 (əlli) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxsə və mülki iddiaçı Zərərçəkmiş şəxs3 2410 (iki min dörd yüz on) manat dəymiş ziyan və 45 (qırx beş) manat dövlət rüsumu, cəmi 2455 (iki min dörd yüz əlli beş) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxsə və mülki iddiaçı Zərərçəkmiş şəxs23 2.700 (iki min yeddi yüz) manat dəymiş ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxsə və mülki iddiaçı Zərərçəkmiş şəxs24 8.500 (səkkiz min beş yüz) manat dəymiş ziyan və 80 (səksən) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxsə və mülki iddiaçı Zərərçəkmiş şəxs19 8.925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəymiş ziyan və 100 (yüz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər. Odur ki, zərər çəkmiş şəxs və mülki iddiaçıların mülki iddiaları bilavasitə Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqəli olduğundan və həmin ittiham öz təsdiqini tapdığından mülki iddialar təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddialar tam təmin edildiyinə görə Zərərçəkmiş şəxs11 tərəfindən məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 50 manat və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 45 manat pul vəsaiti, Zərərçəkmiş şəxs24 tərəfindən məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 80 manat pul vəsaiti və Zərərçəkmiş şəxs19 tərəfindən məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 100 manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, X29, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8 onlara dəymiş maddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 315 nömrəli, 08 fevral 2022-ci il tarixli, 812 nömrəli, 14 iyun 2022-ci il tarixli, 402 nömrəli, 10 mart 2022-ci il tarixli, 978 nömrəli, 15 iyul 2022-ci il tarixli, 403 nömrəli, 13 mart 2022-ci il tarixli, 690 nömrəli, 16 may 2022-ci il tarixli, 810 nömrəli, 16 iyun 2022-ci il tarixli, 427 nömrəli, 19 aprel 2022-ci il tarixli, 997 nömrəli, 25 iyul 2022-ci il tarixli, 421 nömrəli, 19 aprel 2022-ci il tarixli, 950 nömrəli, 28 iyul 2022-ci il tarixli, 977 nömrəli, 17 iyul 2022-ci il tarixli, 965 nömrəli, 29 iyun 2022-ci il tarixli, 976 nömrəli, 15 iyul 2022-ci il tarixli, 397 nömrəli, 12 iyul 2022-ci il tarixli, 978 nömrəli, 25 iyul 2022-ci il tarixli, 965 nömrəli, 5 iyul 2022-ci il tarixli, 950 nömrəli, 28 iyul 2022-ci il tarixli və 980 nömrəli, 05 iyul 2022-ci il tarixli cəmi 19 ədəd müqavilə, 25818 seriyalı, 28 iyul 2022-ci il tarixli və 125817 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzi, 11 avqust 2021-ci il tarixli, 15 avqust 2021-ci il tarixli, 12 iyul 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli, 20 iyul 2022-ci il tarixli, 21 iyul 2022-ci il tarixli, 22 iyul 2022-ci il tarixli, 28 iyun 2022-ci il tarixli, 26 iyul 2022-ci il tarixli, 26 iyul 2022-ci il tarixli ödəniş qəbzləri, hesabdan çıxarışlar Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23-cü bəndinə müvafiq olaraq şəxsin mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan və həmin əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmadığından, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi sonuncuya elan edilmiş ittihamdan xaric edildiyi üçün Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC və faktiki rəhbəri kimi işlədiyi "xxxx" MMC barəsində hər hansı cinayət-hüquqi tədbirin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq həmin maddə üzrə başlanmış cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın əvəzi qismində 2.410 (iki min dörd yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat, cəmi 2.455 (iki min dörd yüz əlli beş) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 vurulmuş maddi ziyanın əvəzi qismində 2.975 (iki min doqquz yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat, cəmi 3.025 (üç min iyirmi beş) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs11 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs23 vurulmuş maddi ziyanın əvəzi qismində 2.700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs23 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs24 vurulmuş maddi ziyanın əvəzi qismində 8.500 (səkkiz min beş yüz) manat dəymiş ziyan və 80 (səksən) manat dövlət rüsumu, ümumilikdə 8.580 (səkkiz min beş yüz səksən) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs24 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs19 vurulmuş maddi ziyanın əvəzi qismində 8.925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəymiş ziyan və 100 (yüz) manat dövlət rüsumu, ümumilikdə 9.025 (doqquz min iyirmi beş) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs19 xeyrinə tutulsun. Zərər çəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, X20, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs8 onlara dəymiş maddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 315 nömrəli, 08 fevral 2022-ci il tarixli, 812 nömrəli, 14 iyun 2022-ci il tarixli, 402 nömrəli, 10 mart 2022-ci il tarixli, 978 nömrəli, 15 iyul 2022-ci il tarixli, 403 nömrəli, 13 mart 2022-ci il tarixli, 690 nömrəli, 16 may 2022-ci il tarixli, 810 nömrəli, 16 iyun 2022-ci il tarixli, 427 nömrəli, 19 aprel 2022-ci il tarixli, 997 nömrəli, 25 iyul 2022-ci il tarixli, 421 nömrəli, 19 aprel 2022-ci il tarixli, 950 nömrəli, 28 iyul 2022-ci il tarixli, 977 nömrəli, 17 iyul 2022-ci il tarixli, 965 nömrəli, 29 iyun 2022-ci il tarixli, 976 nömrəli, 15 iyul 2022-ci il tarixli, 397 nömrəli, 12 iyul 2022-ci il tarixli, 978 nömrəli, 25 iyul 2022-ci il tarixli, 965 nömrəli, 5 iyul 2022-ci il tarixli, 950 nömrəli, 28 iyul 2022-ci il tarixli və 980 nömrəli, 05 iyul 2022-ci il tarixli cəmi 19 ədəd müqavilə, 25818 seriyalı, 28 iyul 2022-ci il tarixli və 125817 seriyalı, 28 iyul 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzi, 11 avqust 2021-ci il tarixli, 15 avqust 2021-ci il tarixli, 12 iyul 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli, 20 iyul 2022-ci il tarixli, 21 iyul 2022-ci il tarixli, 22 iyul 2022ci il tarixli, 28 iyun 2022-ci il tarixli, 26 iyul 2022-ci il tarixli, 26 iyul 2022-ci il tarixli ödəniş qəbzləri, hesabdan çıxarışlar Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs və mülki cavabdehə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar