Məhkəmə qərarları › İş №1(101)-175/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-175/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-175/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X17 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Zəngilan rayonu, Şərifbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ölümlərinə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 14 iki mərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzilin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ №02- 2002) 1.2 və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 1.13, 8.44 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməyərək, mənzilində istifadəsiz qaz xəttinin sökülməsini təmin etmədiyi, eləcə də istifadəsiz qaz xəttinin sonluğuna hər hansı qaz cihazı qoşmayaraq açıq vəziyyətdə saxlaması səbəbindən 10 may 2023-cü il tarixdə, saat 00 radələrində mənzilin mətbəx sahəsində yerləşən, sonluğu açıq vəziyyətdə olan elastik metal qaz borusundan qaz kranının açıq vəziyyətində mətbəx otağının daxilinə təbii qazın sızaraq partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı mənzilin işığı yandırılarkən yaranmış elektrik qığılcımının təsirindən alışaraq partlayış baş vermiş, nəticədə 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ ll-lll-İV-V-Vİ, sol İ- ll-lll qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ağciyərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər alaraq daxili orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu qanitirmə səbəbindən hadisə yerində ölmüş, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol diz oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sol qamış sümüyünün yerini dəyişən qapalı sınığı, başın, üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların lll-İV dərəcəli termiki yanıqlarından ibarət xəsarətlər alaraq 13 may 2023-cü il tarixdə ağır dərəcəli yanıq şokundan və 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların lllll dərəcəli termiki yanıqları xəsarətlərini alaraq 15 may 2023-cü il tarixdə inkişaf etmiş yanıq septikotoksemiyasından müalicə olunduqları xəstəxanada ölmüşlər, yarımçıq inşa edilmiş bina qəzalı vəziyyətə düşərək Zərərçəkmiş şəxs17 tikinti üzrə 16000 manat, əmtəə üzrə 1200 manat, cəmi 17200 manat, Zərərçəkmiş şəxs15 tikinti üzrə 6500 manat, əmtəə üzrə 2670 manat, cəmi 9170 manat, Zərərçəkmiş şəxs16 tikinti üzrə 7200 manat, əmtəə üzrə 500 manat, cəmi 7700 manat, Zərərçəkmiş şəxs9 tikinti üzrə 9000 manat, əmtəə üzrə 1750 manat, cəmi 10750 manat, Zərərçəkmiş şəxs11 tikinti üzrə 8000 manat, əmtəə üzrə isə 3860 manat, cəmi 11860 manat, Zərərçəkmiş şəxs5 tikinti üzrə 6000 manat, Zərərçəkmiş şəxs10 tikinti üzrə 9000 manat, Zərərçəkmiş şəxs12 tikinti üzrə 4800 manat Zərərçəkmiş şəxs8 tikinti üzrə 15000 manat, Zərərçəkmiş şəxs19 tikinti üzrə 14000 manat, Zərərçəkmiş şəxs13 tikinti üzrə 8000 manat, Zərərçəkmiş şəxs18 tikinti üzrə 12000 manat, Zərərçəkmiş şəxs4 tikinti üzrə 10000 manat, Zərərçəkmiş şəxs6 tikinti üzrə 9000 manat, Zərərçəkmiş şəxs7 tikinti üzrə 12000 manat və Zərərçəkmiş şəxs14 tikinti üzrə 10000 manat, ümumilikdə 166480 manat məbləğində maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ölümlərinə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1-ci mərtəbədə yerləşən 2 otaqlı evi qızı üçün almışdır. Özü Şuşadan məcburi köçkündür. Bələdiyyə nümayəndəsinin iştirakı ilə alqı-satqı olmuşdur. O, 14.000 (on dörd min) manat məbləğində pul verərək evi almışdır. Evdə İran qızdırcısı və yemək bişirmək üçün qaz qızdırıcısı olmuşdur. O köçəndə qazı bağlamışdır. İçəridə də qaz qızdırıcısını götürüb, vintili də bağlamışlar. Evdə santexnika işi getməmişdir. Təxminən 02 ay müddət olarmış ki, onlar Zabrata oğlunun yanına köçmüşlər. Onlar həmin evi kirayəyə ailəyə vermək istəmişlər. Evə gəlib baxmışlar. Evdə qaz sızma olmamış, çünki vintil bağlı olmuşdur. Hadisənin dəqiq necə baş verdiyini bilmir. “Qaz sonluğunun” nə demək olduğunu başa düşmür. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o özü qaz sonluğuna tıxac vurmamışdır. O, tıxacın vurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməmişdir. O evi alarkən qaz xətti və sayğac olmuşdur. Müqavilə onunla bağlanmışdır. Müqaviləyə əsasən qaz idarəsinin nümayəndəsi evə gələrək quraşdırma aparmamışdır. Evin açarları qonşuda olmuşdur. Adam evdən köçdükdən sonra qaz xəttinin tıxacı bağlı olmuşdur. Evi fevral ayının 23-ü almışlar. Evdən aprel ayında çıxmışlar. Bu günə qədər zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Evi kirayə verə bilməmişdir. Buna görə də kirayə ilə bağlı hər hansı müqaviləsi yoxdur. Bələdiyyəyə vergi qeydiyyatına alınmaq üçün müraciət etmişdir. Bələdiyyəyə rəsmi müraciət etməmişdir. Evlərində işləyən usta oğlunun dostu olmuşdur. Evlərində işləyən usta oğlunun dostu olmuşdur. Mənzilə baxmağa gələn şəxslərə mənzili göstərmək üçün açarı qonşuya vermişdir. Əvvəl evin açarlarını Şahid2 vermişlər. Son vaxtlar isə açarlar qaz sayğacının üstündə olmuşdur. Qızı evə gələn şəxslərə qazın hardan açılıbbağlandığını göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Nərimanov küçəsində yaşayır. 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 14 2 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan, ümumi sahəsi 36 kvadrat metr sahədən ibarət evi 14000 manata Şahid3 almışdır. Evə giriş qapısından daxil olduqda mətbəx sahəsi yerləşir, mətbəx otağından zal otağına, zal otağından isə yataq otağına daxil olmaq mümkündür. Evin çöl divarında qazla işləyən su qızdırıcısı olmuşdur. Mətbəx sahəsində, girişdən daxil olduqda mətbəx mebeli, mebellə üzbəüz hamam-tualet otağı yerləşmişdir. Zal otağına daxil olduqda sol yaxın küncdə 1 ədəd 1 nəfərlik çarpayı, sağ mərkəz hissədə 1 ədəd divan, sol uzaq küncdə isə yazı masası vardır. Yataq otağına daxil olduqda girişdən sol tərəfdə paltar dolabı, girişlə üzbəüz 2 nəfərlik yataq otağı və sağ hissədə paltar dolabı olmuşdur. Ev elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur. Elektrik enerjisi və təbii qazdan istifadəyə görə abonent özü olmuşdur. Qaz sayğacı evin arxa hissəsində yerləşdirilmişdir. Qaz xətti evə sol otağın divarından içəri daxil edilmiş, döşəmə səviyyəsi ilə uzadılaraq mətbəx otağına keçirilmiş və mətbəx otağında budaqlanma verilərək mətbəx mebelinin alt hissəsinə, digər xətt isə su qızdırıcısına qoşulmuşdur. Mətbəx sahəsində mebelin alt hissəsində olan qaz xəttinin sonluğu boş olmuş, heç bir qaz cihazı və yaxud digər avadanlıq qoşulmamışdır. Evi aldıqdan sonra orada yüngül kosmetik təmir işləri aparılmışdır. Evin açarı qonşuluqda yaşayan Gülnarədə olmuşdur. O, evi kirayəyə vermək istəmiş və qızı Şahid1 tanışı Zərərçəkmiş şəxs3 özünə məxsus evdə kirayədə yaşamaq istəmişdir. Hadisədən bir gün əvvəl, yəni 09 may 2023-cü il tarixdə qızı Ayan günorta saatlarında evi Elnura göstərmişdir. 10 may 2023-cü il tarixdə səhər saatlarında qonşusu Gülnarə qızı Ayana zəng edərək evdə partlayış baş verdiyini, qonşuluqda yaşayan evlərin dağıntının təsirinə məruz qaldığını, Zərərçəkmiş şəxs2 öldüyünü, Zərərçəkmiş şəxs3 və X14 isə xəsarət aldıqlarını bildirmişdir. Partlayış hadisəsinin baş verdiyi ev özünə məxsusdur. Evin mülkiyyət sənədləri yoxdur. Evin mətbəx sahəsində 1 ədəd 2 gözlü qaz plitəsi olmuş, həmin plitəni baş vermiş hadisədən 1 həftə əvvəl gətirmiş, lakin plitəni qaz xəttinə qoşmamışdır. Bundan başqa evdə və mətbəx sahəsində heç bir qaz avadanlığı və cihazı olmamışdır. Mətbəx sahəsində olan qaz xəttinin sonluğu açıq vəziyyətdə olmuş, heç bir cihaz quraşdırılmamışdır. Həmin açıq qalmış xəttin sonluğuna tıxac vurulması üçün “Azəriqaz" İB-yə müraciət etməmiş və xəttin sonluğuna onun və ya digəri tərəfindən tıxac vurulmamışdır. Hadisə ərəfəsində xəttin sonluğu açıq olmuşdur. Bundan əlavə qaz sayğacının üzərində olan kran bağlı vəziyyətdə olmuşdur. Partlayış, özünə məxsus evin daxilində qaz sızmasından baş vermişdir. 9 may 2023-cü il tarixdə saat 17 radələrində qızı Şahid1 evi kirayəyə Zərərçəkmiş şəxs3 verərkən qonşusu Gülnarə evin qaz xəttinin üzərində olan kranı açaraq kranın yerləşdiyi yeri Ayan və Elnura göstərmişdir. Bundan sonra sonluğu açıq olan qaz xəttindən mətbəx sahəsinə qaz sızmışdır. Bundan xəbərsiz Zərərçəkmiş şəxs3 gecə saatlarında yenidən evə girərək işığı yandıranda yaranmış elektrik qığılcımın evə dolmuş təbii qazı alışdırmasından partlayış baş vermişdir. (cild 1, iş vərəqə 43-49, cild 3, iş vərəqə 80-86) Məhkəmə zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadə verərək göstərmişdir ki, onun uşağı faciəvi şəkildə dünyasını dəyişmişdir. Orada başqa işlər də var və Rima xanım özünün hər şeyi açıqlamasını istəyir. Qazı açıq qoyan kim olub və partlayış necə baş verib. Rima xanım açarı kimə verdiyini bildirsin. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X24 bildirdi ki, Rima xanım yas mərasimi ilə bağlı onlara gəlmişdir. Baş sağlığı verərək köməklik edəcəyini bildirmişdir. Oğlu əsgərlikdən gəldikdən sonra fəhləçilik etmiş, eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Rima xanım açarı kirayəçi gələcəyi üçün başqasına vermişdir. Rima xanım onlara 02 çanta ərzaqla gəlmişdir. Bundan başqa yoldaşına 200 (iki yüz) manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda ünvan 4 ünvanında yaşayır. X18 ilə 1998-ci ildə rəsmi nikaha daxil olmuş və 3 övladı, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2, 2002-ci il təvəllüdlü Kənan Rüstəmli və 2005-ci il təvəllüdlü Fidan Rüstəmli vardır. 2012-ci ildə Yasəmənlə boşanmışlar. Həmin vaxtdan Beyləqan şəhərində yaşayır. Yasəmən də uşaqlarla birlikdə ünvan 3 ünvanda yerləşən, 2 mərtəbəli binada yaşamışlar. Hərdən bir Bakı şəhərinə gələrək uşaqlarına baş çəkmişdir. 10 may 2023-cü 8 tarixdə o, Beyləqan şəhərində olarkən keçmiş arvadı Yasəmən ona zəng edərək gecə saatlarında binada qaz sızmasından partlayış baş verdiyini, nəticədə Orxanın öldüyünü bildirmişdir. Dərhal Bakı şəhərinə getmiş və 10 may 2023-cü il tarixdə Orxanı Beyləqan rayonunda dəfn etmişdir. Sonradan bilmişdir ki, binanın 1-ci mərtəbəsində, Təqsirləndirilən şəxs məxsus mənzildə qaz sızması nətfcəsində partlayış baş vermiş, həmin vaxt partlayış baş vermiş mənzildə olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 yanıq xəsarətləri almışlar və bir neçə gün sonra müalicə olunduqları xəstəxanada ölmüşlər. Hadisə zamanı oğlu Zərərçəkmiş şəxs2 partlayış hadisəsinin baş verdiyi mənzil ilə divar qonşusu olan mənzildə olduğu üçün partlayışın təsirindən dağıntı altında qalaraq xəsarət almış və orada da ölmüşdür. Binanın 1-ci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus mənzili qonşusu Zərərçəkmiş şəxs11 təmir etmişdir. İlhamla Orxanın qonşu kimi münasibətləri yaxşı olmuşdur. Demək olar hər gün görüşüb söhbətləşmişlər. Hadisə ərəfəsində Orxan işdən gəlib İlhamı görmək üçün Zərərçəkmiş şəxs4 məxsus mənzilə girmiş və mənzildə olarkən partlayış hadisəsi baş vermişdir. Oğlu Orxan sakit təbiətli olmuş, bütün gününü işdə keçirmişdir. Orxanın hər hansı şəxslərlə dava-dalaş küsülülük və sair qərəzli münasibətləri olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar şikayət və tələbi yoxdur. (cild 2, iş vərəqə 34-44) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadə verərək bildirmişdir ki, gecə saat 1-ə işləmiş evdə olan zaman gurultu səsi eşitmişdir. O yataq otağına getmişdir. Orada işıqlar sönmüşdür. Bundan sonra o, çölə çıxmışdır. Partlayışın nəticəsində qonaq otağında divarın aşağısı qabağa, yuxarısı isə arxaya getmişdir. Bundan başqa divarda çatlar əmələ gəlmişdir. Evində dağıntı olmuşdur. Yağış yağanda çox əziyyət çəkir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs8 bildirdi ki, ibtidai istintaq zamanı dəymiş ziyan 15000 (on beş min) manat məbləğində göstərilmişdir. Lakin o evinin bərpa olunmasının istəyir. Qızı xərçəng xəstəsidir. O, hal-hazırda kirayə qalır. Rima xanımın evində dağıntıdan qabaq olmuş, lakin partlayışdan sonra olmamışdır. Qaz sayğacları ilə bağlı monitorinq aparılmamışdır. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 75 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Həmin mənzili 16000 manata almışdır. Aldığı mənzilə dair sənədlərin surətini ifadəsinə əlavə edir. Mənzili 2 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdıqları zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur (cild 1, iş vərəqə 107-124) Zərərçəkmiş şəxs8 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək bildirmişdir ki, partlayış nəticəsində dağıntılar olmuşdur. O, iki uşaq atasıdır. Hadisədən ziyan görmüşlər. Lakin evə bir az təmir etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirdi ki, partlayış zamanı qohumlarıgildə olmuşdur. Binanın qazdan partladığını eşitmişdir. Onlara 6000 (altı min) manat məbləğində ziyan dəymişdir. Binaya ümumi nə qədər ziyan dəydiyini bilmir. O özü vergi ödəyicisidir. Bələdiyyədə portalda adı var. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2009cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 30 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Mənzilin ona məxsus olmasına dair sənədləri ifadəsinə əlavə edir. Mənzili 1 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzilim su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. Təqribən 3 aydır ki, Qaraçuxur qəsəbəsində kirayədə yaşayır. Sonradan bilmişdir ki, 10 may 2023-cü il tarixdə saat 00:07-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanda yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus mənzildə qaz sızmasından partlayış olmuş, nəticədə binanın çox sayda olan mənzilləri partlayışın təsirinə məruz qalmışdır. Partlayış nəticəsində 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər və orada bir neçə gün sonra ölmüşlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Partlayış hadisəsi nəticəsində ona yalnız tikinti üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 1, iş vərəqə 225-242) Zərərçəkmiş şəxs5 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadə verərək bildirmişdir ki, gecə saatlarında partlayış baş vermişdir. Onlar uşaqla birlikdə olmuşlar. Partlayış nəticəsində divara çırpılmışlar. O, çölə çıxanda camaatın qışqırdığını görmüşdür. Təcili yardım maşını gəlmişdir. Həmin vaxtı bildirmişlər ki, Orxan dünyasını dəyişmişdir. Vəziyyəti ancaq səhər açılanda görə bilmişlər. Onları evə 3-4 gün buraxmamışlar. İşıq və qaz kəsilmişdir. Cinayət işi başlayanda Ramal müəllim və Tural müəllim gəlmişlər. Lakin hər evə girməmişlər. Çünki sənədə baxarkən çoxlu sayda zərərçəkmiş şəxslər olmuşdur. Lakin həmin şəxslərin evinə heç nə olmamışdır. Sənəddə 4800 (dörd min səksiz yüz) manat ziyan yazılmışdır. Ancaq onun evi bərbad vəziyyətdədir. O əlbəəl pul da istəmir. Rimanı yaxşı insan kimi tanıyır. O Təqsirləndirilən şəxs şikayətçi deyil. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs12 bildirdi ki, o və qızı xəsarət almamışdır. Binadan ən axırda o və qucağında qızı çıxmışlar. Ən böyük ziyan Əminə və Hakimin evinə dəymişdir. Astangilin evində də ancaq divar qalmışdır. İlhama isə “Qaçqınkom” kömək etmişdir. O partlayışdan qabaq Rima xanımgildə olmuşdur. Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev Döngə 4 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 23.44 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Həmin mənzili 5000 manata almışdır. Mənzili 1 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdıqları zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Partlayış hadisəsi nəticəsində ona tikinti üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 2, iş vərəqə 198-201) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, evi anası almış, sənədlər isə onun adınadır. Sadəcə o anası qədər çox gedib-gəlməmişdir. Evi almaqda məqsədləri kirayə verərək gəlir əldə etmək istəkləri olmuşdur. Həmin evdə yaşayış olmamış, sadəcə təmir işləri gedirmiş. Anası onkoloji xəstəlik keçirdiyi üçün evdə işlər dayanmışdır. Evin ancaq parket işi qalmışdır. Ona gecə vaxtı zəng etmişlər. O evi görəndə çox pis vəziyyətdə olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirdi ki, onlar evi Rəsmiyyə Ağayevadan almışlar. Rəsmiyyə qardaşının usta olduğunu bildirmişdir. Evi həmin şəxs təmir edirmiş. O, evə gecə saat 01-də gəlmiş və Fuad müəllim durumu izah etmişdir. Evi 2021-ci ildə almışlar. Evdə hər gün təmir işləri getməmişdir. Müəyyən qədər pul toplayırmış və hissə-hissə təmir elətdirirmiş. Partlayışdan 7-10 gün qabaq evə getməmişlər. Mənzilin açarı İlhamda olmuşdur. Evlərində kimlərin olub-olmadığından xəbəri olmamışdır. O iş adamı olduğu üçün evə anası gedib-gəlmişdir. Ona 10000 (on min) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanında yerləşən, 2 mərtəbəli binada 3 mənzili X4 almışdır. Aralarında heç bir müqavilə bağlanmamış, şifahi qaydada razılaşmışlar. Həmin mənzillər tamamilə təmirsiz olmuş və o, müxtəlif tarixlərdə, hissə-hissə həmin mənzilləri təmir etdirmişdir. Mənzillərdə heç kim yaşamamışdır. Mənzillərin hər üçünü qonşuluqda yaşayan Zərərçəkmiş şəxs11 təmir etmişdir. Partlayış hadisəsi baş verən zaman İlham 1-ci mərtəbədə yerləşən mənzili təmir etmişdir. 10 may 2023-cü il tarixdə saat 01 radələrində ona tanımadığı qonşusu zəng edərək özünə məxsus mənzillərin yerləşdiyi binada partlayış olduğunu, binanın bir çox mənzillərinin dağıntının təsirinə məruz qaldığını bildirmişdir. O, dərhal hadisənin baş verdiyi yerə getmiş və çatdıqda mənzillərinin yerləşdiyi binanın dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Mənzillərinə yaxınlaşıb baxa bilməmişdir. Baş vermiş hadisədən 1 gün sonra mənzillərinə baxış keçirərkən hər 3 mənzilin partlayış nəticəsində dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Partlayış hadisəsi nəticəsində ona tikinti üzrə ziyan dəymişdir. Əmtəə üzrə ziyan dəyməmişdir. Həmin mənzilləri təmir üçün Zərərçəkmiş şəxs11 təhvil vermiş və evin açarını da İlhama vermişdir. O, həmin mənzildə sonuncu dəfə 02 may 2023-cü il tarixdə olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs2 meyitinin onun mənzilində aşkar olunması barədə heç bir məlumatı yoxdur. Sonradan bilmişdir ki, Rimaya məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğa açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamış, sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuş, hadisə zamanı isə mənzilə olmuş Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs1 işığı yandırarkən yaranmış qığılcımın alışdırmasından partlayış baş vermişdir. Hadisə nəticəsində mənzillərə dəymiş bərpası üçün ona 10000 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 154-157) Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadə verərək bildirmişdir ki, onun evi 2-ci mərtəbədə yerləşir. Partlayış 1-ci mərtəbədə baş vermişdir. Həmin vaxt evdə uşaqları olmuşdur. Uşaqlarından birinin başına televizor düşərək yaralanmışdır. Övladı 02 gün Əhmədlidə yerləşən xəstəxanada qalmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildirdi ki, ona təxminən 12000 (on iki min) manat məbləğində ziyan dəymişdir. Övladlarının xəsarət alması ilə bağlı istintaq orqanına məlumat vermişdir. Başına televizor düşən oğlunu əsgərliyə çağırmışlar. Həmin vaxt o rayonda olmuşdur. Uşağını bacısıgil xəstəxanaya aparmışdır. O, hadisə yerinə gecə saat 4-ə işləmiş gəlmişdir. Lakin polislər “Burada başqa şeylər var, görüləsi deyil” deyərək içəri daxil olmağa ona icazə verməmişlər. O gizlin girərək evdə qumarxana görmüşdür. Rəhmətlik Orxanın öldüyü evin yanında kartlar və pullar görmüşdür. Lakin pul və kartlar səhəri gün artıq orada olmamışdır. Rima xanım evin açarını kiməsə kirayə məqsədi ilə vermişdir. Lakin həmin evdən başqa məqsədlərlə istifadə edilmişdir. Evdən pozğunluq yuvası kimi istifadə edilirmiş. Rima xanımın açarı kimə verdiyini deyə bilməz. O, məlum hadisə baş verməmişdən qabaq belə halları görsəydi icazə verməzdi. Rima xanımın həmin mənzildə yaşadığını görməmişdir. Həmin evdə yaşayış olmadığını bilirmiş. O, Rima xanımın evində partlayış baş verənə kimi olmamışdır. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2000ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev Döngə 4 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 33.445 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Həmin mənzili 6000 manata almışdır. Mənzili 3 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdıqları zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Sonradan hər ikisi xəstəxanada ölmüşlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Cavab: Partlayış hadisəsi nəticəsində mənə tikinti üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 1, iş vərəqə 173-187) Zərərçəkmiş şəxs7 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs14 ifadə verərək bildirmişdir ki, 09 may 2023-cü ildən 10 may 2023-cü ilə keçən gecə evdə olduğu zaman partlayış olmuşdur. Astangilin evi tamamən yox olmuşdur. Onun evi də pis vəziyyətdədir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs14 bildirdi ki, Rima xanımın evində qaz açıq qaldığı üçün partlayış baş verdiyini eşitmişdir. Hadisə nəticəsində ona 10000 (on min) manat məbləğində ziyan dəymişdir. Rima xanımın evində yaşayış olduğunu görməmişdir. O, Rima xanımı hadisə baş verənə kimi görməmişdir. Rəhmətlik Orxanın öldüyü evdə kart oynanıldığını görürmüş. O, Rima xanımın evinə girməmişdir. Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2002-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 52 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Mənzil 1 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzil su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə olarkən, qonşusu Təqsirləndirilən şəxs məxsus mənzildə qaz sızmasından partlayış olmuş, nəticədə binanın çox sayda olan mənzilləri partlayışın təsirinə məruz qalmışdır. Partlayış nəticəsində 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X25 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Bir neçə gün sonra İlahə və Elnur müalicə olunduqları xəstəxanada ölmüşlər. Qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Sonradan bilmişdir ki, Rimaya məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. Sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuşdur. Hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya İlahə Qarayevə işığı yandırarkən yaranmış qığılcımın qazı alışdırmasından partlayış baş vermişdir. Yaşadığı mənzil 52 kvadrat metr sahədən ibarətdir. Hadisə nəticəsində bütün mənzilim dağıntının təsirinə məruz qalaraq ona 10000 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 105-119) Zərərçəkmiş şəxs14 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs mənzilində partlayış olan vaxt o evdə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirdi ki, hadisənin Rima xanımın evində qazın partlaması nəticəsində baş verdiyini eşitmişdir. Onun evi 50 kv.metrdir. Evinə 9000 (doqquz min) manat məbləğində ziyan dəymişdir. Onun evi partlayış olan evlə yanbayan yerləşir. Rima xanımın evində yaşayış olduğunu görməmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1998ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 45 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Mənzilin ona məxsus olmasına dair heç bir sənəd yoxdur. Mənzili 2 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatıqları zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Hər ikisi müalicə olunduqları xəstəxanada ölmüşlər. sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Partlayış hadisəsi nəticəsində mənə tikinti üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 2, iş vərəqə 218-221) Zərərçəkmiş şəxs6 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadə verərək bildirmişdir ki, hadisə baş verən vaxt o axşam evdə yatmışdır. O əvvəl zəlzələ olduğunu düşünmüşdür. Lakin çölə çıxdıqdan sonra partlayış olduğunu görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs9 bildirdi ki, eşitdiyinə görə, hadisə qaz partlaması nəticəsində baş vermişdir. Evin Rima xanıma məxsus olduğunu bilməmişdir. Evdə heç nəyi qalmamışdır. Ona hadisə nəticəsində 10750 (on min yeddi yüz əlli) manat məbləğində zərər dəymişdir. Onun evində qaz sayğacı quraşdırılmış və o bununla bağlı sənədə imza etmişdir. Rima xanımın evində yaşayış olmamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1998ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 42.64 kvadrat metr sahədən ibarət mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin ona məxsus olmasına dair Sabunçu bələdiyyəsindən sənəd verilmişdir. Mənzili 2 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında evdə yatmışdır. Bütün ailə üzvləri də evdə olmuşdur. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdığı zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində bütün mənzil dağıntının təsirinə məruz qalmışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüş və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Partlayış nəticəsində ona məxsus mənzil içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qalaraq məhv olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər və bir neçə gün sonra müalicə olunduqları xəstəxanada ölmüşlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Partlayış hadisəsi nəticəsində ona tikinti və əmtəə üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 2, iş vərəqə 186-189) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs13 ifadə verərək bildirmişdir ki, onun evi 2-ci mərtəbədə yerləşir. Hadisə gecə saat 1-ə işləmiş baş vermişdir. Ev çox pis partlamış və onlar çölə çıxmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs13 bildirdi ki, hadisənin Rima xanımın evində qazın partlaması nəticəsində baş verdiyini eşitmişdir. Belə ki, qazı kimsə açıq qoymuşdur. Onun evi 40 kv.metrdir. Pəncərələri kiminsə evinə tökülmüşdür. Hadisə nəticəsində onun evinə 8000 (səkkiz min) manat məbləğində ziyan dəymişdir. O, Rima xanıma məxsus evdə olmamışdır. Rima xanımın evində qaz xətlərinin harada yerləşdiyini və hansı istiqamətə getdiklərini görməmişdir. Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 30 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Həmin mənzili 25000 manata almışdır. Aldığı mənzilə dair Sabunçu bələdiyyəsi tərəfindən şəhadətnamə verilmişdir. Mənzili 2 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdıqları zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər və onlar müalicə olunduqları xəstəxanada ölmüşlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıb-azalma və fasilələr olmamışdır. Partlayış hadisəsi nəticəsində ona tikinti üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 2, iş vərəqə 202-205) Zərərçəkmiş şəxs13 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs15 ifadə verərək bildirmişdir ki, hadisə baş verən zaman gecə saat 1-2 arası o yatmışdır. O, səs-küyə ayılmış və hər tərəfin toz-duman içində olduğunu, mətbəxin tamamilə uçduğunu görmüşdür. Çölə çıxmaq üçün qapıya tərəf getmiş, lakin qapı açılmamışdır. Daha sonra FHN gələrək onu xilas etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs15 bildirdi ki, mətbəx aşağı çökmüşdür, mətbəxdə olan bütün əşyalar yararsız vəziyyətə düşmüşdür. O, ikinci mərtəbədə yaşayır. Partlayış qonşuluqda olan evdə baş vermiş, təzyiqdən mətbəx çökmüşdür. Ona dəymiş ziyanın nə qədər olmasını dəqiq bilmir. Rima xanımın həmin mənzildə yaşadığını görməmişdir. Partlayış olan evdə əvvəllər olmamışdır. Hadisənin qaz sızma nəticəsində olduğunu demişlər. Həmin evdə yaşayış olmadığını bilmişdir. Deyilənə görə təxminən 11.000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 1999-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 31.80 kvadrat metr sahədən ibarət mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin ona məxsus olmasına dair ona Sabunçu bələdiyyəsindən sənəd verilmişdir. Mənzili 1 otaq, hamamtualet və mətbəx sahəsindən ibarətdir. Mənzili su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında o evdə tək olmuş və çarpayıda yatmışdır. Bütün ailə üzvləri isə Bakı şəhərində qohumlarının evinə qonaq getmişlər. 10 may 2023-cü il tarixdə saat 00:07-də evdə yatdığı zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində bütün mənzil dağıntının təsirinə məruz qalmışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüş və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Partlayış nəticəsində ona məxsus mənzil içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qalaraq məhv olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X28 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hansı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıbazalma və fasilələr olmamışdır. Partlayış hadisəsi nəticəsində ona tikinti və əmtəə üzrə ziyan dəymişdir. Dəymiş ziyanın məbləği barədə dəqiq məlumatı yoxdur. (cild 2, iş vərəqə 162-165) Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs15 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs17 ifadə verərək bildirmişdir ki, hadisə gecə saatlarında baş vermişdir. O, televizor ustası çağırmışdır. Televizoru düzəltmiş, aparıb elektrik yuvasına qoşanda işıqlar sönmüş və dəhşətli partlayış səsi gəlmişdir. O elə düşünmüşdür ki, televizor partlamışdır. Lakin, telefon işığı ilə baxan zaman görmüşlər ki, televizora heç bir şey olmamışdır. Qapını açıb çölə çıxmaq istəmişlər, lakin qapı açılmamışdır. Belə ki, partlayan evin bütün daş-qayası qapının ağzına tökülübmüş. Daha sonra çöl tərəfdən bacısıgilin həyətindən fırlanıb səs gələn tərəfə getmişdir. Orada toz-duman olmuşdur. İki nəfər partlayış baş verən yerdə uzanmışdır. Onlara kömək edərək çölə çıxarmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs17 bildirdi ki, partlayış baş verən mənzilin sahibini tanımır. İbtidai istintaq zamanı üzləşdirmə olmamışdır. O, Rima xanımı tanımır. Partlayış olan evdə əvvəllər yaşayış olmuşdur. Rima xanım evi alandan sonra həmin evdə yaşayış olduğunu bilmir. Rima xanımın evinə girməmişdir. Dövlət tərəfindən ona 1800-2000 manat kompensasiya ödənilmişdir. Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 1999-cu ildən Fizuli rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 (köhnə Anaşkin 4 küçəsi) ünvanda yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 80 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Mənzilin özünə məxsus olmasına dair heç bir sənəd yoxdur. Mənzili 3 otaq, hamam-tualet və mətbəx sahələrindən ibarət olmaqla su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə olmuşlar. 10 may 2023-cü il tarixdə saat 00 radələrində evdə yatdığı zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində ona məxsus mənzil dağıntının təsirinə məruz qalmışdır. Partlayışdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Partlayış nəticəsində ona 16000 manat tikinti üzrə, 1200 manat əmtəə üzrə, cəmi 17200 manat ziyan dəymişdir. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X25 yanıq xəsarətləri alaraq Bakı şəhər X22 yanıq şöbəsinə yerləşdirilmişlər. Partlayış, Təqsirləndirilən şəxs məxsus mənzilinin daxilində qaz sızmasından baş vermişdir. Belə ki, mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamış və sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuşdur. Hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs1 işığı yandırarkən yaranmış qığılcımın qazı alışdırmasından partlayış baş vermişdir. (cild 2, iş vərəqə 146-149) Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs17 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadə verərək bildirmişdir ki, hadisə baş verən vaxt o evdə olmamışdır. Hadisə baş verəndən sonra evə gəlmiş və dağıntılar olduğunu görmüşdür. O, kiminsə dünyasını dəyişdiyini görməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs10 bildirdi ki, hadisənin Rima xanımın evində qazın partlaması nəticəsində baş verdiyini eşitmişdir. Onun evi 50 kv.metrdir. Evinə 9000 (doqquz min) manat məbləğində ziyan dəymişdir. Rima xanımın evdə yaşadığını görməmişdir. Partlayış olan evdə əvvəllər olmamışdır. Partlayış olandan sonra evə gedib baxmışdır. Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təqribən 2020-ci ildən ünvan 8 ünvanında yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 45 kvadrat metr sahədən ibarət mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzil 2 otaq, hamam-tualet və mətbəx sahələrindən ibarət olmaqla su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00 radələrində evdə olduğu zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil qismən dağıntının təsirinə məruz qalmışdır. Partlayışdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X25 yanıq xəsarətləri alaraq Bakı şəhər X22 yanıq şöbəsinə yerləşdirilmişlər. Daha sonra Elnur və İlahə müalicə olunduqları xəstəxanada ölmüşlər. Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. Sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuş, hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya ilahə Qarayevə işığı yandırarkən yaranmış qığılcımın qazı alışdırmasından partlayış baş vermişdir. Partlayış nəticəsində ona tikinti üzrə 9000 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 178-181) Zərərçəkmiş şəxs10 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs11 ifadə verərək bildirmişdir ki, gecə saat 01-02 radələrində partlayış səsi eşitmişdir. Səsə çıxan zaman səsin Rima xanımın evindən gəldiyinin şahidi olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs11 bildirdi ki, hadisə baş verən günü evdə olmuşdur. Hadisənin baş vermə səbəbinin qaz sızması nəticəsində olduğunu sonradan öyrənmişdir. Ona dəymiş ziyandan 5000 manat ödənilmişdir. Rima xanım həmin mənzildə yaşamamışdır. Rima xanımın mənzilinin açarı sayğacın üzərində olurmuş. Rima xanım evini onun həyat yoldaşına tapşırmışdır. Rima xanım yoldaşına bildirmişdir ki, onun evinə kimsə baxmağa gələrsə, yoldaşı onlar üçün qapını açsın. Rima xanımın mənzilində olmamışdır. Həmin mənzildə qaz xəttinin başlığının açıq və ya qapalı olduğunu bilmir. Rima xanımdan şikayəti yoxdur. Ona dəymiş ziyana görə "Qaçqınkom" tərəfindən 5000 manat ödənilmişdir. Rima xanımla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Füzuli rayonundan məcburi köçkün kimi təqribən 2007-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanında yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 25 kvadrat metrlik mənzildə arvadı X16 və oğlu, 2010cu il təvəllüdlü Kamil Ağayevlə yaşayır. Təbii qaz, elektik enerjisi və sudan istifadəyə görə abonent özüdür. Daimi iş yeri olmadığı üçün bacardığı üçün qohum-qonşunun evində sifarişlə təmir işləri ilə məşğul olmuşdur. Yaşadığı mənzil 1 otaq, mətbəx və hamam-tualet otağından ibarətdir. Təqribən 1 ildir ki, tanışı Zərərçəkmiş şəxs4 məxsus, qonşuluqda yerləşən 3 mənzilin təmiri ilə məşğuldur. Həmin mənzillərin biri 2-ci mərtəbədə, ikincisi isə yanaşı olmaqla 1-ci mərtəbədə yerləşir. Son vaxtlarda günortalar başqa yerdə işlədiyi üçün axşamlar Zərərçəkmiş şəxs4 1-ci mərtəbədə yerləşən mənzilinin birində təmir işləri aparmışdır. Həmin mənzil 2 otaq və mətbəx sahəsində ibarət olmaqla Təqsirləndirilən şəxs məxsus mənzillə divar qonşusu olmuşdur. 09 may 2023-cü il tarixdə 21 radələrindən etibarən qeyd etdiyi mənzildə təmir işləri görmüş və mənzildə tək olmuşdur. Mənzilin yaşayış otağında tavanla bağlı işlər görmüşdür. Saat 00 radələrində siqaret almaq üçün yaxınlıqda yerləşən “Oba” marketə getmişdir. Həmin vaxt “Oba” market bağlı olduğundan bir qədər aralıda olan ərzaq mağazasından özünə siqaret və su alaraq təmir işləri gördüyü mənzilə qayıtmışdır. Mənzilin qapısına çatarkən güclü partlayış baş vermiş, hətta təmir işləri gördüyü mənzilin çöl qapısı zərblə onun bədəninin sol tərəfinə dəymiş, lakin heç bir xəsarət almamışdır. Bundan sonra özünü itirdiyi üçün təmir işləri gördüyü mənzilə daxil olmadan yola tərəf getmişdir. Sonra özünə gəlib yaşadığı mənzilə tərəf gedərkən oğlu Kamil və arvadı Gülnarənin onun tərəfə gəldiklərini görmüşdür. Az müddətdən sonra başa düşmüşdür ki, binada baş vermiş partlayış nəticəsində çoxsaylı mənzillər içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qalmışlar. Dağıntı ən çox Təqsirləndirilən şəxs məxsus mənzilin daxilində olmuşdur. Sonradan bilmişdir ki, partlayışa səbəb Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızması olmuşdur. Partlayış nəticəsində, hadisə zamanı Təqsirləndirilən şəxs mənzilində olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yanıq xəsarətləri alaraq xəstəxanaya aparılmışlar. Zərərçəkmiş şəxs1 13 may 2023cü il tarixdə, Zərərçəkmiş şəxs3 isə 15 may 2023-cü il tarixdə müaficə olunduqları xəstəxanada ölmüşlər. Hadisədən sonra onun təmir işləri apardığı, Zərərçəkmiş şəxs4 məxsus mənzilin otağının döşəməsindən, dağıntıların altından qonşuluqda yaşayan, 1999cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti aşkar edilmişdir. Zərərçəkmiş şəxs2 uzun illərdir ki, tanımışdır. Aralarında heç vaxt qərəzli münasibət və yaxud dava-dalaş olmamışdır. Orxan yeni evlənmiş və taksi sürücüsü kimi bütün günü işləmişdir. Son vaxtlar gecələr Zərərçəkmiş şəxs4 mənzilində təmir işləri apardığı üçün gecə saatlarında çox vaxt həmin mənzildə olmuşdur. Bu barədə Orxanın məlumatı olduğu üçün demək olar ki, hər gün işlədiyi mənzilə gələrək onunla 10-15 dəqiqə söhbətləşdikdən və 1-2 siqaretini çəkdikdən sonra evinə getmişdir. Hadisə ərəfəsində Orxan onun təmir etdiyi mənzildə olduğunu güman edərək həmin mənzilə gəlmiş və həmin vaxt qonşu mənzildə qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət alaraq hadisə yerində ölmüşdür. Partlayış nəticəsində böyük həcmli beton hissə Orxanın üzərinə düşmüşdür. Partlayış qonşuluqda yerləşən, Təqsirləndirilən şəxs məxsus mənzilin daxilində qaz sızmasından baş vermişdir. Belə ki, Rimaya məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu boş olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. 09 may 2023-cü il tarixdə Rimanın qızı Ayan, partlayış baş vermiş mənzilə kirayədə yaşamaq üçün Zərərçəkmiş şəxs3 gətirərkən arvadı Şahid2 qaz xəttinin üzərində olan kranın yerini soruşaraq onu açmağını xahiş etmişdir. Arvadı Gülnarə də kranın yerini göstərərək onu açmışdır. Sonra Gülnarə öz işi ilə məşğul olmuşdur. Ayan da mənzildə Elnurla qalmışdır. Bu barədə arvadı Gülnarə özü ona sonradan demişdir. Çox güman ki, kran açıldıqdan sonra təbii qaz, sonluğu açıq olan xətdən mənzilə dolmuşdur. Hadisə vaxtı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs1 işığı yandırarkən yaranmış elektrik qığılcımının qazı alışdırmasından partlayış baş vermişdir. Baş vermiş partlayış nəticəsində ona tikinti üzrə 8000 manat, əmtəə üzrə 3860 manat, cəmi 11860 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 182-185) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs19 ifadə verərək bildirmişdir ki, gecə saatlarında evdə yatdıqları zaman partlayış nəticəsində pəncərələri evin içinə uçub tökülmüşdür. Hadisə nəticəsində evinə xeyli ziyan dəymişdir. Partlayışdan sonra onlar bir neçə gün evə girə bilməmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs19 bildirdi ki, partlayış baş verən mənzildə olmamışdır. Həmin mənzildə qaz xəttinə əlavə nəsə qoşulmasının şahidi olmamışdır. Dəymiş ziyandan 5.000 manat ödənilməsi onu qane edər. Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 160 ünvanında yerləşən, iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 70 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Həmin mənzili 30000 manata almışdır. Aldığı mənzilə dair heç bir sənəd yoxdur. Mənzil 2 otaq, hamam-tualet və mətbəx sahəsindən ibarət olmaqla su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00 radələrində evdə yatdığı zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Xəsarət alan olmamışdır. Partlayış olduqdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. Sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuşdur. Hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs1 işığı yandırarkən yaranmış qığılcımın qazı alışdırmasından partlayış baş vermişdir. Yaşadığı mənzil 70 kv.metr sahədən ibarətdir. Hadisə nəticəsində bütün mənzili dağıntının təsirinə məruz qalaraq ona 14000 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 214-217) Zərərçəkmiş şəxs19 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs18 ifadə verərək bildirmişdir ki, eşitdiyinə görə partlayış baş verən ev kirayəyə verilmişdir. Evin açarı Şahid2 olmuşdur. Qazın kranını Şahid2 açmışdır. Daha sonra evə baxmağa gələn şəxs sonradan getmiş və gecə saatlarında başqa bir şəxslə evə girən zaman partlayış baş vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs18 bildirdi ki, ibtidai istintaq zamanı dəymiş ziyan 10.000 -12.000 manat məbləğində göstərilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2000-ci ildən Xocavənd rayonundan məcburi köçkün kimi ünvan 8 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan, ümumi sahəsi 60 kvadrat metr sahədən ibarət mənzildə yaşamışdır. Mənzil 2 otaq, hamam-tualet və mətbəx sahələrindən ibarət olmaqla su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. Mənzildə oğlanları Orxan və Kənan, qızı Fidan və gəlini Aksana ilə yaşamışdır. X13 ilə 2012-ci ildə boşandığı üçün sonuncu həmin tarixdən Beyləqan rayonunda yaşayır. Lakin hərdən gəlib uşaqlarına baş çəkmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında evdə olan zaman Kənanla Fidan yatmış, Aksana ilə televizora baxmışlar. Orxan hələ işdən gəlməmişdir. Orxan icarəyə götürdüyü avtomobillə taksi kimi işləmişdir. Orxan səhər evdən çıxmış və gecə saatlarında evə gəlmişdir. 10 may 2023-cü il tarixdə saat 00 radələrində binanın 1-ci mərtəbəsində güclü partlayışın olduğunu hiss etmişlər. Partlayış nəticəsində onun evi içərisindəki əşyalarla birlikdə dağıntının təsirinə məruz qalmışdır. Bütün bina sakinləri həyətə düşmüşlər. Hadisə yerinə FHN-in xilasediciləri və digər əməkdaşları gəlmişdir. Partlayış yanğına çevrilmədiyi üçün binada yalnız dağıntı olmuşdur. Məlum olmuşdur ki, binanın 1-d mərtəbəsində, Təqsirləndirilən şəxs məxsus mənzildə qaz sızması nəticəsində partlayış baş vermiş, həmin vaxt partlayış baş vermiş mənzildə olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 yanıq xəsarətləri almışlar və bir neçə gün sonra müalicə olunduqları xəstəxanada ölmüşlər. Hadisə zamanı oğlu Orxan Rüstəmli partlayış hadisəsinin baş verdiyi mənzillə divar qonşusu olan, mənzildə olduğu üçün partlayışın təsirindən dağıntı altında qalaraq xəsarət almış və orada da ölmüşdür. Partlayış nəticəsində ona əmtəə və tikinti üzrə ziyan dəymişdir. Sonradan bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Lakin partlayışın hansı şəraitdə baş verməsi, təbii qazın mənzilin daxilinə hanşı şəraitdə sızması, həmin vaxt mənzildə kimlərin olması barədə heç bir məlumatı yoxdur. Partlayış baş verən binanın 1-ci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus mənzili qonşusu İlham Ağavev təmir etmişdir. İlhamla Orxanın qonşu kimi münasibətləri yaxşı olmuşdur. Demək olar hər gün görüşüb söhbətləşmişlər. Adətən Orxan işdən saat 00 radələrində qayıtmışdır. Hadisə ərəfəsində Orxan işdən gəlib İlhamı görmək üçün Zərərçəkmiş şəxs4 məxsus mənzilə girmiş və mənzildə olarkən partlayış hadisəsi baş vermişdir. Oğlu Orxan sakit təbiətli olmuş, bütün gününü işdə keçirmişdir. Orxanın hər hansı şəxslərlə dava-dalaş küsülülük və sair qərəzli münasibətləri olmamışdır. Hadisə ərəfəsində və hadisə zamanı binaya təbii qazın verilişində artıbazalma və fasilələr olmamışdır. Rimaya məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. Sonluğu açıq olmuş qaz xəttindən tə oaz mənzilə dolmuşdur. Hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya İlahə Qaraveva işığı yandırarkən yaranmış qığılcımın qazı alışdırmasından partlayış baş vermişdir.Yaşadığı mənzil 60 kvadrat metr sahədən ibarətdir. Hadisə nəticəsində butun mənzili dağıntının təsirinə məruz qalaraq ona 12000 manat ziyan dəymişdir. (cild 2, iş vərəqə 190-193) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs16 telegramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2001-ci ildə Fizuli rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev 160 ünvanında yerləşən, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 36 kvadrat metr sahədən ibarət mənzildə yaşayır. Mənzilin özünə məxsus olmasına dair heç bir sənəd yoxdur. Mənzili 2 otaq, hamam-tualet və mətbəx sahələrindən ibarət olmaqla su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir. 09 may 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ilə birlikdə evdə yatmışlar. 10 may 2023-cü il tarixdə saat 00 radələrində evdə yatdığı zaman ani olaraq güclü partlayış baş vermişdir. Partlayış nəticəsində mənzil dağıntının təsirinə məruz qalmışdır. Partlayışdan sonra çətinliklə mənzildən çıxaraq həyətə düşmüşlər və həmin vaxt binanın çox saylı mənzillərinin dağıntının təsirinə məruz qaldığının şahidi olmuşdur. Sonradan bilmişdir ki, partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yanıq xəsarətləri alaraq Bakı şəhər X22 yanıq şöbəsinə yerləşdirilmişlər. Hadisədən sonra bilmişdir ki, qonşusu Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Rimaya məxsus mənzilin mətbəx otağında olan qaz xəttinin sonluğu açıq olmuş, yəni xəttin sonluğu heç bir cihaza qoşulmamış, eləcə də tıxac vurulmamışdır. Sonluğu açıq olmuş qaz xəttindən təbii qaz mənzilə dolmuş, hadisə zamanı isə mənzilə daxil olmuş Zərərçəkmiş şəxs3 və ya İlahə Qarayevə işığı yandırarkən yaranmış elektrik qığılcımının qazı alışdırmasından partlayış baş vermişdir. Baş vermiş hadisə nəticəsində ona əmtəə üzrə 500 manat, tikinti üzrə 7200 manat, cəmi 7700 manat ziyan dəymişdir. (cild 1, iş vərəqə 61-70, cild 2, iş vərəqə 235-238) Zərərçəkmiş şəxs16 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X19 telegramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 onun oğludur. Elnur 2023-cü ilin may ayına qədər onunla birlikdə Tovuz rayonunun Əyyublu kəndində yaşamışdır. 07 may 2023-cü ildə Elnur işləmək üçün Bakı şəhərinə getmişdir. Sonuncu dəfə Elnurla 09 may 2023-cü il tarixdə saat 21 radələrində telefonla danışarkən oğlu kirayədə yaşamağa ev tapdığını bildirmişdir. 10 may 2023-cü il tarixdə səhər saatlarında ona qohumları Elnurun partlayış nəticəsində xəsarət aldığını, xəstəxanada müalicə olunduğunu bildirmişlər. Dərhal Bakı şəhərinə, Elnurun müalicə olunduğu xəstəxanaya getmişdir. Xəstəxanada olarkən o, Elnurdan nə baş verdiyini soruşduqda Elnur ona ünvan 8 ünvanda, kirayədə yaşayacağı evə 10 may 2023cü il tarixdə saat 00 radələrində daxil olarkən işığı yandırdığı zaman qaz sızmasından partlayış baş verdiyini bildirmişdir. O, Elnurdan qazın hansı şəraitdə mənzilə dolması barədə sual verdikdə oğlu qazın hansı şəraitdə mənzilə dolması barədə məlumatsız olduğunu bildirmişdir. 15 may 2023-cü il tarixdə Elnur müalicə olunduğu xəstəxanada ölmüş və 16 may 2023-cü il tarixdə dəfn edilmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs mənzilinin daxilində qaz sızmasından partlayış baş vermişdir. Oğlu Elnur sakit təbiətli olmuş, onun hər hansı şəxslərlə dava-dalaş, küsülülük və sair qərəzli münasibətləri olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 telegramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini tədiq etdiyini, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Tərtər rayonu, Qaynaq kəndində oğlu X20 ilə birlikdə yaşayır. X5 01 may 2021-ci il tarixdə onkoloji xəstəlikdən ölmüşdür. Zərərçəkmiş şəxs1 onun qızı olmuşdur. İlahə xx xxxx 2000-ci ildə anadan olmuş, 2021-ci ildə X8 ilə rəsmi nikaha daxil olmuş, 2022-ci ildə İlahənin qızı Ülkər Qarazadə doğulmuşdur. İlahə Xəyyamla tez-tez dalaşdığı və dolana bilmədiyi üçün onlar 2022-ci ildə ayrılmışlar. Lakin rəsmi boşanma olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etmişlər. İlahə bir müddət onunla yaşadıqdan sonra 2023-cü ilin fevral ayında işləmək üçün Bakı şəhərinə getmiş və Yasamal rayonunun ərazisində, İnşaatçılar metro stansiyasına yaxın ünvanda kirayədə yaşamağa başlamışdır. Həmin ərazidə yerləşən “Bravo” marketində kassir vəzifəsinə düzəlmişdir. Dediyinə görə 550 manat maaş almışdır. Nəvəsi Ülkər onunla birlikdə Tərtər rayonunda yaşamışdır. İlahə onunla tez-tez telefonla danışmışdır. İlahə işindən və kirayədə yaşadığı mənzildən razı olduğunu bildirmişdir. 09 may 2023-cü il tarixdə saat 22 radələrində İlahə onunla telefon vasitəsi ilə danışarkən hamının hal-əhvalını soruşmuş, özünün yaxşı olduğunu və iş vaxtı bitdiyindən evə getdiyini bildirmişdir. Telefonla danışarkən İlahə ona heç bir çətinliyinin olmadığını bildirmişdir. 10 may 2023-cü il tarixdə saat 02 radələrində xəstəxanadan ona zəng olunaraq İlahənin yanıq xəsarətləri aldığını və Bakı şəhər X22 yanıq şöbəsinə yerləşdirildiyini bildirmişlər. Dərhal Bakı şəhərinə, qızının müalicə olunduğu xəstəxanaya getmiş və onun reanimasiya şöbəsində müalicə olunduğunun şahidi olmuşdur. Xəstəxanada İlahədən nə baş verdiyini, yanıq xəsarətlərinin hansı şəraitdə aldığını soruşduqda qızı ona qısa olaraq qaz sızmasından baş vermiş partlayış nəticəsində xəsarət aldığını bildirmişdir. 13 may 2023-cü il tarixdə İlahə müalicə olunduğu xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tanımamış, həmin şəxslər barədə onun heç bir məlumatı yoxdur. ünvan 3 ünvanı barədə heç bir məlumatı yoxdur. İlahənin telefonda ona deməsinə görə o, Yasamal rayonunda İnşaatçılar metro stasiyasına yaxın ünvanda kirayədə yaşamış və həmin ərazidə olan “Bravo” marketdə işləmişdir. Bundan başqa onun İlahə barədə heç bir məlumatı yoxdur. Qızı İlahənin hər hansı şəxslərlə dava-dalaş, küsülülük və sair qərəzli münasibətləri olmamışdır. İlahənin qızlıq soyadı Bəbirli, ərə getdikdən sonra isə soyadı Qarayevə olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar şikayət və tələbi yoxdur. (cild 2, iş vərəqə 67- 79) Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə istintaqı zamanı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, partlayış baş verən bina Sabunçu rayonunun coğrafi ərazisində yerləşir, lakin həmin bina Sabunçu bələdiyyəsinin balansında deyildir. Əvvəl həmin bina avtobazanın balansında olmuş, lakin sonradan köhnəldiyi üçün balansdan silinmişdir. İ Qarabağ Müharibəsi zamanı məcburi köçkünlər həmin binada məskunlaşmışlar. Binada məskunlaşan qaçqınlar bələdiyyə tərəfindən siyahıya alınmamışdır. Sonradan məlum olmuşdur ki, oraya yerləşmiş məcburi kökünlər sonradan evləri satmış və ya kirayəyə vermişlər və binada müxtəlif insanlar məskunlaşmışdır. Bu proseslərin bələdiyyə ilə heç bir əlaqəsi olmamışdır. Hadisədən partlayışın səhəri günü məlumatı olmuş və sonradan həmin mənzilin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, partlayış Sabunçu qəsəbəsinin inzibati ərazisində baş verdiyi üçün o hadisə baş verən əraziyə getmişdir. Təqsirləndirilən şəxs tərəfindən vergi qeydiyyatına alınmaq üçün bələdiyyəyə müraciət olunmuş, amma Təqsirləndirilən şəxs qeydiyyata almamışlar. Həmin binadan başqa şəxsləri də qeydiyyata almamışlar. Bildiyi qədər hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdir. Partlayış baş vermiş mənzildə əvvəllər olmamışdır. Partlayış baş verən mənzil eşitdiyinə görə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Hadisədən sonra onlar əraziyə getmiş, izahatlar alınmış, icra nümayəndəliyi tərəfindən akt tərtib olunmuş və dəymiş ziyan müəyyən olunmuş, o həmin akta imza atmamışdır. Hadisənin baş verməsinin texniki səbəbini bilmir. Alqı-satqı zamanı bələdiyyəyə müraciət edildiyi üçün, bələdiyyənin nümayəndəsi həmin binaya gəlmişdir. Partlayış baş vermiş binanın yerləşdiyi torpaq dövlətə məxsusdur. Partlayış baş vermiş bina bələdiyyənin inzibati ərazisində yerləşdiyi üçün o da həmin yerdə iştirak etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 2016-cı ilin oktyabr ayından Sabunçu rayonu, Sabunçu bələdiyyəsinin sədr vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə saat 00 radələrində Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, Təqsirləndirilən şəxs məxsus, ümumi sahəsi 36 kvadrat metr sahədən ibarət olan mənzilin daxilində qaz sızmasından partlayış baş vermiş, nəticədə həmin mənzil və qonşuluqda yerləşən çoxsaylı mənzillər partlayışın təsirinə məruz qalmış, 1999-cu təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti dağıntıların altından aşkar edilmiş və hadisə vaxtı mənzildə olan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2000-ci il təvəllüdlü X25 yanıq xəsarətləri alaraq 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. 13 may 2023-cü il tarixdə İlahə Qarayevə, 15 may 2023-cü i tarixdə isə Zərərçəkmiş şəxs3 müalicə olunduqları xəstəxanada ölmüşlər. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsi dövlətə məxsus torpaq sahəsidir. Hazırda binanın balans saxlayıcı təşkilatı yoxdur. Həmin bina 1990-cı ilə qədər yataqxana kimi fəaliyyət göstərmiş, sonradan 1-ci Qarabağ müharibəsi zamanı işğal olunmuş rayonlardan gəlmiş məcburi köçkünlər həmin binada məskunlaşmışlar. Binanın nə vaxt inşa edilməsi və nə vaxt istismara verilməsi barədə Sabunçu bələdiyyəsində məlumat yoxdur. Məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillər müəyyən müddətdən sonra digər şəxslərə satılmışdır. Həmin yeni sakinlər mülkiyyət sənədləri olmadığı üçün Sabunçu bələdiyyəsinə müraciət edərək onların həmin yaşadıqları ünvan üzrə vergi qeydiyyatına alınmaqlarını xahiş etmiş və bununla bağlı rəsmi ərizə ilə müraciət etmişlər. Sabunçu bələdiyyəsi olaraq həmin şəxslərin müraciətləri əsasında vergi qeydiyyatına almışlar. Həmin sənədlər hüquq müəyyənedici sənəd deyildir. Partlayış, Təqsirləndirilən şəxs məxsus mənzilin daxilində qaz sızmasından baş vermişdir. (cild 2, iş vərəqə 56-61) Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, bina üzrə sakinlərin bələdiyyədə vergi qeydiyyatına alındığını xatırlamır. Partlayışdan sonra baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Hadisə nəticəsində 2-3 evə ziyan dəymişdir. O, qiymətləndirmədə iştirak etməmişdir. Mənzilin əvvəlki sahibi Şahid2 bələdiyyədə vergi qeydiyyatına alınmamşdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs bələdiyyəyə vergi qeydiyyatına alınmaq üçün müraciət etmiş və imtina vermişlər. Təqsirləndirilən şəxs qızı ilə birlikdə mənzildə qeydiyyatsız yaşadıqları barədə arayış almaq üçün müraciət etmişlər, lakin o arayış verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Rima Ağalarovu ilk dəfədir iclasda görür. O istismar İdarəsinin ustasıdır, onun vəzifə borcu əhaliyə fasiləsiz qazın verilməsidir. Baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, hadisə baş verən zaman o, evdə olmuşdur. Hadisə barədə ilk dəfə partlayış baş verənin səhəri günü məlumatı olmuşdur. Hadisədən sonra partayış baş verən binanın yerləşdiyi məhəlləyə verilən qaz xəttini o bağlamışdır. Hadisədən sonra hadisə yerinə baxış keçirilməsində iştirak etməmişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Hadisənin baş verdiyi bina onun xidməti ərazisinə daxildir. Hadisənin baş verdiyi binada qaz xətlərinə baxış yalnız sayğaca qədər keçirilmiş və qaz sızması aşkar edilməmişdir. Hadisənin səbəbi olan qaz sızması sayğacdan sonrakı qaz xəttinə aiddir. Qaz xətləri hər gün mütəmadi olaraq növbə üzrə yoxlanılır. Yoxlamanın səbəbləri kitabda qeyd olunur. Mənzilə daxil olaraq qaz xətlərinə baxış keçirilmir. Partlayış baş verən mənzildə əvvəllər olmamışdır. Qaz sayğacının üzərində olan qapağa o nəzarət etmir, həmin qapağın kim tərəfindən açılıb-bağlandığından məlumatı yoxdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2016-ci ildən “Azəriqaz” İB Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu rayonu üzrə Texniki İstismar xidmətinin ustası vəzifəsində işləyir. Vəzifəsi xidmət etdiyi ərazi üzrə rayonun qaz təsərrüfatında istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təmin etməkdən, bu məqsədlə qazın təzyiq rejimlərinə riayət etməklə aşkar olunmuş sayğacadək qaz sızmalarının vaxtında aradan qaldırmaqdan, qaz itkisinin qarşısını almaqdan, qaynaq edilməsi tələb olunmayan qaz sızmalarının aradan qaldırılmasının təmin edilməsindən, qaynaq tələb olunan qaz sızmaları barədə təhlükəsiz tədbirlərini görərək rəsmi məlumat verməkdən, qəza baş verdiyi halda hadisə yerində ilkin təhlükəsizlik qaydalarının yerinə yetirilməsinin təmin edilməsindən, rəhbərliyin verdiyi göstəriş və tapşırıqları vaxtında icra etməkdən və s. ibarətdir. 10 may 2023-cü il tarixdə saat 00 radələrində Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qaz sızmasından baş vermiş partlayış hadisəsi barədə 10 may 2023-cü il tarixdə səhər saatlarında iş yerinə getdiyi zaman məlumatı olmuş, dərhal hadisə yerinə getmiş və çatdıqda həqiqətən də Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə partlayış baş verdiyini və partlayışın təsirindən binada olan digər mənzillərində dağıntının və partlayışın təsirinə məruz qaldığını görmüşdür. Hadisə baş verdikdən sonra binanın ümumi qaz xətləri dayandırılmışdır. Hadisənin baş verdiyi ünvana baxış keçirdikdə partlayış hadisəsinin saycağdan sonra baş verdiyi müəyyən edilmişdir. Yəni baş vermiş partlayış hadisəsi mənzil daxili olmuşdur. Ümumiyyətlə partlayış baş vermiş binaya gedən qaz xətti “Bakıxanov QPS”-dən qidalanan xətdir, qeyd olunan xətt partlayış baş vermiş binaya yaxın tənzimləyici şkafdan binaya paylanmışdır. Ümumiyyətlə QPS-lərdən qaz təminatı orta təzyiqli, tənzimləyici şkaflarda qaz təzyiqi aşağı təzyiqli olaraq tənzimləyici şkaflardan sonra mənzillə və binalara aşağı təzyiqli olaraq ötürülür. Daha sonra hadisə yerində olduqda müəyyən olunmuşdur ki, hadisə nəticəsində 1 nəfər şəxs ölmuş, digər 2 nəfər isə ağır vəziyyətdədir, daha sonra həmin şəxslərin də öldüyünü eşitmişdir. (cild 2, iş vərəqə 128-137) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, hadisə baş verən ərazidə qaz xətlərinə baxır. Hadisə ilə əlaqəsi yoxdur. Eşitdiyinə görə binada partlayış baş vermiş, partlayış onun iş saatı bitəndən sonra baş vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, onun xidməti vəzifəsi qaz xətlərində olan sızmalara baxmaqdır. Hadisə barədə partlayışın səhəri günü məlumatı olmuşdur. Hadisə baş verən zaman o evdə olmuşdur. Hadisə barədə səhəri gün işə gələndə iş yoldaşları xəbər vermişdir. Hadisənin səhəri günü hadisə yerində olmuşdur. Hadisə yerində tərtib olunmuş heç bir akta qol çəkməmişdir. O qazsızmalarla bağlı sayğaca qədər nəzarəti həyata keçirir. Sayğacdan sonrakı hissəyə nəzarət edilməsinə abonent özü məsuliyyət daşıyır. Hal-hazırda mənzil daxili qaz xətlərinə baxışı satış şöbəsi həyata keçirir. Partlayış baş vermiş mənzilin kimə məxsus olmasını bilmir. Qaz xətlərinə qaz sızmaları ya şikayət əsasında, ya da özü baxış keçirərkən aşkar etdikdə müdaxilə edir. Partlayış baş verən mənzildə abonentin kim olması barədə məlumatı yoxdur. Mənzil daxilində qaz xətlərinə baxış keçirmək vəzifəsi onun öhdəliyinə daxil deyil. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2012-ci ildən “Azəriqaz” İB Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu rayonu üzrə Texniki İstismar Xİdmətinin çilingəri vəzifəsində işləyir. Vəzifəsi xidmət göstərdiyi ərazidə qaz xətləri və avadanlıqlarına gəzmə üsulu ilə baxış keçirməkdən, nəzarət etməkdən, şəbəkəyə ötürülən qazın təzyiqinin tənzimlənməsini və rejimlərə nəzarəti təmin etməkdən, xidməti ərazidə qaz kəmərləri və avadanlıqlarında baş verən qaz sızmalarını aradan qaldırmaqdan, rəhbərliyin verdiyi göstəriş və tapşırıqları vaxtında icra etməkdən və.s ibarətdir. 10 may 2023-cü il tarixdə saat 00 radələrində Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qaz sızmasından baş vermiş partlayış hadisəsi barədə o 10 may 2023-cü il tarixdə səhər saatlarında iş yerinə getdiyi zaman məlumatı olmuşdur, partlayış hadisəsi barədə məlumatı olduqdan dərhal sonra hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda həqiqətən də ünvan 13 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə partlayış baş verdiyini və partlayışın təsirindən binada olan digər mənzillərində dağıntının və partlayışın təsirinə məruz qaldığını görmüşdür. Hadisə baş verən zaman binanın ümumi qaz xətləri dayandırılsa da sonradan binaya gedən qaz xətti təhlükəsizlik baxımından qaynaq vasitəsilə “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən kəsilmişdir. Həmçinin həmin binaya və binanın ətrafında fərdi yaşayış evlərinə də gedən qaz xətləri birbaşa qaynaq vasitəsilə fərdi sayğaclara gedən xətləri təhlükəsizlik baxımından kəsilmişdir. Partlayış baş vermiş ünvana baxış keçirdikdə partlayış hadisəsinin saycağdan sonra baş verdiyi müəyyən edilmişdir. Yəni baş vermiş partlayış hadisəsi mənzil daxili olmuşdur. Ümumiyyətlə partlayış baş vermiş binaya gedən qaz xətti “Bakıxanov QPS”-dən qidalanan xətdir, qeyd olunan xətt partlayış baş vermiş binaya yaxın tənzimləyici şkafdan binaya paylanmışdır. Ümumiyyətlə QPS-lərdən qaz təminatı orta təzyiqli, tənzimləyici şkaflarda qaz təzyiqi aşağı təzyiqli olaraq tənzimləyici şkaflardan sonra mənzillə və binalara aşağı təzyiqli olaraq ötürülür. Daha sonra hadisə yerində olduqda müəyyən olunmuşdur ki, hadisə nəticəsində 1 nəfər şəxs olmuş, digər 2 nəfər isə ağır vəziyyətdədir, daha sonra həmin şəxslərin də öldüyünü eşitmişdir. Vəzifəsi xidmət göstərdiyi ərazidə qaz xətləri və avadanlıqlarına gəzmə üsulu ilə baxış keçirməkdən, nəzarət etməkdən, şəbəkəyə ötürülən qazın təzyiqinin tənzimlənməsini və rejimlərə nəzarəti təmin etməkdən, xidməti ərazidə qaz kəmərləri və avadanlıqlarında baş verən qaz sızmalarını aradan qaldırmaqdan, rəhbərliyin verdiyi göstəriş və tapşırıqları vaxtında icra etməkdən və s. ibarətdir. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli yaşayış binasının nə zaman qazlaşdırılması, hansı əsaslarla qazlaşdırılması barədə məlumatı yoxdur. Həmçinin partlayış baş vermiş mənzilin qaz xətlərinin nə zaman qazlaşdırılması, kim tərəfindən qazlaşdırılması barədə məlumatı yoxdur. “Azəriqaz” İB-nin istismar xidməti yalnız sayğacadək xətlərin çəkilməsini təşkil etdiyindən hər hansı qaz sızmalarının olduğu hallarda belə vətəndaşlar tərəfindən “Azəriqaz” İB-nin 104 çağrı mərkəzinə məlumat verilməlidir. Bəzi hallarda binadan və ya küçədən qaz iyi gəldiyi təqdirdə vətəndaşlar istismar xidmətinə müraciət etdikləri halda müraciətə yerindəcə baxılır, hər hansı qaz sızması aşkar olunduqda bu barədə rəhbərliyə məlumat verilir və vətəndaşa 104 çağrı xidmətinə məlumat verməsi bildirilir. Ümumiyyətlə Bakı şəhəri, ünvan 14 2 mərtəbəli yaşayış binasının və binanın 1-ci mərtəbəsində olan partlayış hadisəsinin baş verdiyi mənzil üzrə hadisə ərəfəsində və ya hadisədən əvvəl qaz təminatı ilə bağlı ona məlumat verilməmişdir. Tərəflərindən həmin ünvanda heç bir yazılı təlimatlandırma keçirilməmişdir. Mövcüd vəzifə təlimatına əsasən bu onun vəzifəsi deyildir. Vəzifə təlimatında iş prinsipi sayğacın girişinədək olduğundan tərəflərindən partlayış hadisəsinin baş verdiyi Bakı şəhəri, ünvan 14 ünvanı üzrə mənzildə daxili baxış və müayinə aparılmamışdır. Partlayış hadisəsi mənzil daxili olmuşdur. Lakin, partlayışın hansı şəraitdə, nə cür baş verməsi barədə məlumatı yoxdur. (cild 2, iş vərəqə 138-145) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə baş verən mənzili anası Təqsirləndirilən şəxs onun üçün almışdır. Onlar həmin evə 2023-cü ilin sentyabr ayında köçməyi planlayırmışlar, 3 aylığına evi kirayəyə vermək istəyirmişlər. Bu səbəbdən o, sosial şəbəkələrdə mənzili kirayə verməklə bağlı paylaşımlar etmişdir. Evə bir neçə nəfər evlə bağlı zəng vurmuşdur. Həmçinin onun iş yoldaşı öz tanışının kirayə yaşamaq üçün mənzil axtardığını bildirmiş və onun nömrəsini Zərərçəkmiş şəxs3 vermişdir. Daha sonra Zərərçəkmiş şəxs3 ona zəng vuraraq evə baxmaq istədiyini bildirmiş, o da onunla birlikdə mənzilə gedərək Elnura göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 həyat yoldaşının Tovuzda yaşadığını və mənzili özünün bəyəndiyini, yoldaşı gələndən sonra yoldaşına da göstərmək istədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 ona zəng vuraraq həyat yoldaşı ilə birlikdə evə baxmaq istədiyini bildirmişdir, lakin o, qonaqları olduğunu, bu səbəbdən gələ bilməyəcəyini demişdir. Mənzilin açarı qonşuluqda yaşayan Gülnarə adlı şəxsdə olurmuş, Şahid2 açarın harada olduğunu soruşan zaman, Gülnarə, açarın qaz sayğacının üstündə olduğunu bildirmiş və əgər istəyərlərsə, gələn adamların açarı oradan götürərək evə baxa biləcəklərini demişdir. Zərərçəkmiş şəxs3 onların icazələri olmadan açarı sayğacın üzərindən götürərək evə daxil olmuş və nəticədə də hadisə baş vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, evə daxil olan qaz xətti sayğacdan sonra üç yerə ayrılmışdır: qonaq otağında “Ceyran” adlanan istilik cihazı, hamam otağında su qızdırıcı və mətbəx. Hadisə baş verməzdən əvvəl evin əvvəlki sahibi mətbəxdə olan qaz cihazını özü ilə aparmış, qaz xəttinə isə sonluq taxmamışdır. Qaz cihazının mənzildən çıxarılmasından məlumatı yoxdur. Evin keçmiş sahibi Şahid3 mənzili boşaltması üçün açar olmuş, mənzilə də bu açarla daxil olurmuş. Onlar hələ evi tam təhvil almadıqları üçün, mənzilə yeni qaz cihazı yerləşdirməmişlər. Evi aldıqdan sonra yüngül kosmetik təmir işləri aparılmışdır. Mətbəxdə olan qaz xəttinin sonluğuna tıxac taxılmışdır. Zərərçəkmiş şəxs3 evə baxmağa gələn zaman Şahid2 qazın hardan açılmasını göstərmək üçün qaz kranını açmışdır. Zərərçəkmiş şəxs3 iş yoldaşının tanışı idi. Mənzili 150 manata kirayəyə vermək istəyirmiş. Mənzilin sahəsinin nə qədər olduğunu xatırlamır. Mənzildə 3 dəfə olmuşdur. Mətbəxdə qaz sobasının olub-olmamasına fikir verməmişdir. Qonaq otağında olan qaz xətti tıxacla bağlı olmuş, mətbəxdəki qaz xəttində tıxac olub-olmadığına fikir verməmişdir. Zərərçəkmiş şəxs3 gecə mənzilə daxil olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs3 birinci dəfə evə baxmağa gələn zaman Şahid2 qazın kranını açmışdır. Qaz kranını Şahid2 Zərərçəkmiş şəxs3 göstərmək üçün açırmış, yəqin ki, Günarə Nuriyeva qaz kranını sona kimi bağlamamış, bu səbəbdən də qaz sızması baş vermişdir. Evlərinə qaz sobası almışlar, lakin evdə hələ də kosmetik təmir işləri qaldığı üçün usta işləri bitirib daha sonra qaz sobasını qoşacaqmış. Açıq olan qaz xəttinə tıxac vurulması ilə bağlı qaz idarəsinə rəsmi müraciət etməmişlər. Hadisə baş verdikdən sonra Şahid2 zəng vuraraq məlumat vermişdir. O həmin evdə yaşamamışdır. Evi alan zaman keçmiş ev sahibi televizordan başqa digər əşyaların qalacağını bildirmişdir. Partlayış baş verən mənzildə abonentin kim olması barədə məlumatı yoxdur. Mənzil daxilində qaz xətlərinə baxış keçirmək onun vəzifə öhdəliyinə daxil deyil. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yaşayır. Anası Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə ünvan 15 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində olan, ümumi sahəsi 36 kvadrat metr sahədən ibarət evi 14000 manata Şahid3 almışdır. Ev elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur. Elektrik enerjisi və təbii qazdan istifadəyə görə abonent anası Təqsirləndirilən şəxsdır. Qaz sayğacı evin arxa hissəsində yerləşdirilmişdir. Qaz xətti evə zal otağının divarından içəri daxil edilmiş, döşəmə səviyyəsi ilə uzadılaraq mətbəx otağına keçirilmiş və mətbəx otağında budaqlanma verilərək qaz xətti mətbəx mebelinin alt hissəsinə, digər xətt isə su qızdırıcısına qoşulmuşdur. Mətbəx sahəsində mebelin alt hissəsində olan qaz xəttinin sonluğu boş olmuş, heç bir qaz cihazı və yaxud digər avadanlıq qoşulmamışdır. Evi aldıqdan sonra orada yüngül təmir işləri aparılmışdır. Evin giriş qapısının açarı qonşuluqda yaşayan Gülnarədə olmuşdur. Anası evi kirayəyə vermək istəmiş, ümumi tanışları vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 da ona kirayəyə ev axtardığını bildirmişdir. O, anası Rimaya məxsus evi Elnura kirayəyə vermək istəmişdir. 9 may 2023-cü il tarixdə saat 15 radələrində Elnur ona zəng edərək anası Rimaya məxsus kirayədə yaşayacağı evə baxmaq istədiyini bildirmişdir. Elnura mənzilin açarının elektrik sayğacının üzərində olduğunu və evə gedib baxıb fikrini bildirməyini telefonda demişdir. Təqribən 1 saat sonra Elnur yenidən ona zəng edərək mənzildə olduğunu, bəzi ev əşyalarının olmadığını və orada onu gözlədiyini bildirmişdir. Saat 17 radələrində mənzilə getdikdə Elnura tələsdiyini bildirmiş və qapını bağlayıb açarı sayğaca qoymasını bildirərək mənzildən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Elnur gecə saatlarında mənzilə Zərərçəkmiş şəxs1 ilə gəlmiş və işığı yandırarkən mənzilə dolmuş qaz sızmasından partlayış baş vermişdir. Nəticədə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 hadisə yerində ölmüş, Elnur və İlahə isə xəsarət alaraq bir neçə gün sonra müalicə olunduqları xəstəxanada ölmüşlər. Sonradan bilmişdir ki, anası Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx sahəsində olan qaz xəttinin sonluğu açıq vəziyyətdə olmuş, heç bir cihaz quraşdırılmamışdır. Xəttin sonluğu boş olmuşdur. Partlayış, anası Rimaya məxsus evin daxilində sonluğu açıq olan qaz xəttindən sızan təbii qazın işıq yandırılarkən yaranmış elektrik qığılcımından alışmasından baş vermişdir. (cild 1, iş vərəqə 50-55, cild 2, iş vərəqə 62-66) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, hadisə baş verməmişdən 4 ay əvvəl o evini Təqsirləndirilən şəxs satmış və özü Binəyə köçmüşdür. Hadisə günü köhnə qonşuları ona zəng vuraraq evin partladığını bildirmişlər, lakin o partlayış olan binaya getməmişdir. Hadisədən təxminən 7- 10 gün sonra ona bölmədən zəng gəlmiş və ifadə veməli olduğuu ona bildirmişlər. O, evi satıb çıxan zaman Təqsirləndirilən şəxs qazın vintillərinin yerini göstərərək necə açılıb bağlandığını göstərmişdir. Onun həm evdə, həm də evdən çöldə qaz vintili vardır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, o, evi Təqsirləndirilən şəxs 14.000 manata satmışdır. O yaşayan zaman evdə qaz peçi və ceyran peçi olmuşdur. Evdən köçən zaman həmin əşyaları özü ilə aparmışdır. Ceyran peçi və qaz peçinə gələn xəttin öz vintilləri olmuşdur. O. əşyaları götürən zaman vintilləri bağlamışdır. Əşyaları çıxarandan sonra qaz xətlərinə sonluqlar keçirməmişdir. O qaz xətlərindən istifadə qaydasını Təqsirləndirilən şəxs qızına izah etmişdir. Onun evə kiminsə gəlməsindən xəbəri olmamışdır. Qazı Təqsirləndirilən şəxs adına keçirmişdir. Evin bələdiyyə sənədi olmuşdur. Evi satdıqdan sonra Təqsirləndirilən şəxs özü bələdiyyə işçisi gətirmiş və evi Rimanın adına keçirmişlər. Su, işıq və qazı Təqsirləndirilən şəxs adına keçirmişdir. Evin bələdiyyə sənədi var idi. Evi satdıqdan sonra Təqsirləndirilən şəxs özü bələdiyyə işçisi gətirmişdi və onun evi onun adına keçirdik. Evi bələdiyyə sənədi əsasında satmışdır. Evi Təqsirləndirilən şəxs və qızına təhvil vermişdir. Evdə olan qaz xətlərinin nə vaxt çəkilməsindən məlumatı yoxdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 nömrəli yataqxanada yaşayır. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan, ümumi sahəsi 36 kvadrat metr sahədən ibarət ev ona məxsus olmuşdur. Həmin evi 23 fevral 2023-cü il tarixdə 14000 manata Təqsirləndirilən şəxs satmışdır. Ev elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur. 9 may 2023-cü il tarixdə gecə saatlarında qonşular ona zəng edərək satdığı həmin evdə partlayış hadisəsinin baş verdiyi, nəticədə binanın dağıntının təsirinə məruz qaldığını və Zərərçəkmiş şəxs2 öldüyünü, Zərərçəkmiş şəxs3 və X14 xəsarət aldıqlarını bildirmişlər. Sayğacdan sonra qaz xətti polad boru xətti ilə uzadılaraq evin içinə daxil edilmişdir. Evin içərisində xəttə sarı qaz borusu qoşulmaqla xətt iki istiqamətdə şəxsləndirilmişdir. 1-ci istiqamətdə olan qaz xətti su qızdırıcısına qoşulmuşdur. 2-ci istiqamətdə olan qaz xətti isə mətbəxdə yerləşdirilmiş 2 gözlü qaz plitəsinə qoşulmuşdur. Evdən köçərkən 2 gözlü qaz plitəsini qaz xəttindən ayırmış və plitəni özü ilə aparmışdır. Plitəyə qoşulmuş xətt isə açıq qalmış və sonuna tıxac keçirtməmişdir. Evinə gələn qaz xəttinin üzərində olan bütün işçi kranlar onun tərəfindən bağlanmış və həmin vəziyyətdə yeni evin sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Sonradan qonşulardan eşitmişdir ki, partlayış Təqsirləndirilən şəxs satdığı evin daxilində qaz sızmasından baş vermişdir. Həmin evi təqribən 7-8 il əvvəl almış və evi alarkən qaz xətləri çəkilmiş vəziyyətdə olmuşdur. Qaz xətlərinin kim tərəfindən və nə vaxt çəkilməsi barədə heç bir məlumatı yoxdur. Evdə təqribən 7-8 il ailəsi ilə birlikdə yaşamış və yaşadığı müddətdə evdə qaz xətlərində və qaz avadanlıqlarında heç bir nasazlıq olmamışdır. (cild 2, iş vərəqə 124-127) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hadisə baş verən gün gecə saat 01 radələrində evdə oğlu ilə birlikdə olmuşdur. Partlayış baş verdikdən sonra dərhal çölə qaçmışlar. Onlar sonradan bilmişlər ki, partlayış Təqsirləndirilən şəxs evində baş verib. Təqsirləndirilən şəxs qızı evi aldıqdan sonra ona evi kirayəyə verəcəklərini və evə baxmaq üçün gələn şəxslərə evi göstərməyini ondan xahiş etmişdir. Evin açarlarını qaz sayğacının üstünə qoymuşlar. Sonradan onun həyat yoldaşı Rimagilin evinə getməyindən narahat olduğu üçün Ayan xanıma evlərinə gedə bilməyəcəyini bildirmişdir. Bir müddət sonra Ayan xanımın bir nəfər oğlanla evə baxmaq üçün gəldiyini görmüşdür. Daha sonra Ayan evdə olan qaz peçinin işləmədiyini deyib ondan qaz xəttinin kranını açmağını xahiş etmişdir. Rimagilin evinə gedən qaz xəttinin kranı onların evin qapısının yanında olmuşdur. O, qaz xəttinin kranını açmış və qaz peçinin işləyib-işləmədiyini soruşmuşdur. Ayan qazın gəldiyini bildirmiş və sonra o öz evinə girmişdir. Partlayışdan sonra onun evi yaşanmaz hala düşmüş və ona çox ziyan dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs evi hadisə baş verməzdən təxminən 4 ay əvvəl almışdır. O, həmin evə gedibgəlirmiş. Həmin evdə ceyran peçi və qaz peçi olmuşdur. Evin içində vintilin harada olduğuna fikir verməmişdir. Evin açarını ona verməmişlər, belə ki, açarı qaz sayğacının üstünə qoymuşlar. O hadisə günü evə gələn şəxsin kim olduğunu görməmişdir. Hadisə günü təxminən 19-20 radələrində evə gələn oğlan uca səslə telefonla danışıb, pəncərələri bağlamışdır. Ayan xanım gedəndən sonra həmin oğlan evdə qalmışdır. Oğlanın yanına başqa kiminsə gəlməyinin və ya həmin oğlanın gedib, sonra geri qayıtmasının şahidi olmamışdır. Qaz vintilinin açılmasının şahidi olmamışdır. O evin kirayəyə verilibverilmədiyini bilmir. Oğlanın telefonla danışmasından təxminən 4 saat sonra partlayış baş vermişdir. Onların tərəfdə olan qaz vintilini o açmışdır. O, həmin vintili bağlamamışdır. Sonradan Ayan xanımın vintili bağlayıb-bağlamadığının şahidi olmamışdır. Hadisə baş verməzdən 10 gün əvvəl ustalar işləyirmiş. O, Zərərçəkmiş şəxs11lə ailəlidir. Evin açarları 1-2 günlük onda olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda əri Zərərçəkmiş şəxs11 və 2010-cu il təvəllüdlü oğlu Kamil Ağayevlə birlikdə ünvan 15 ünvanda (köhnə Anaşkin 4) yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayırlar. Həmin bina məcburi köçkünlərə verildiyi üçün 15 ildir ki, qeyd etdiyi binada yaşayırlar. Yaşadığı ev 1 otaq, mətbəx və hamam-tualet sahəsindən ibarətdir. Ev təbii qazla, elektrik və su İlə təchiz edilmişdir. Qaz, su və elektriklə bağlı abonent əri İlhamdır. Qonşuluqda yerləşən evdə Şahid3 ailəsi ilə birlikdə yaşamışdır. Ev Nərminəyə məxsus olmuşdur. Ev mətbəx sahəsindən, zal və yataq otaqlarından ibarət olmuşdur. Ev elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur. Şahid3 həmin evi 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs satmışdır. Rima həmin evdə yaşamamış və evi kirayəyə vermək istəmişdir. Bundan başqa Rima ona evinin açarlarını verərək kirayəyə istəyən şəxslərə evi göstərməyini xahiş etmişdir. Lakin bir müddət sonra o, bununla razılaşmamış və Rimaya məlumat verərək evin açarlarını onun evinin giriş qapısının yaxınlığında quraşdırılmış elektrik sayğacına qoymuşdur. 9 may 2023-cü il tarixdə saat 17 radələrində Rimanın qızı Şahid1 evlərinə Elnur adlı şəxslə gələrək həmin şəxsin kirayəçi olduğunu ona bildirmiş və evi ona göstərməyə başlamışdır. Həmin vaxt o, öz evində olmuş, lakin divarlar nazik olduğu üçün səs eşidilmişdir. Şahid1 onu səsləyərək evin su qızdırıcısının işləmədiyini bildirmişdir. O isə Ayana səslənərək evlərini qazla təchiz edən qaz xəttinin üzərində olan işçi kranın yaşadığı evin girişinə yaxın sahədə yerləşdiyini bildirmiş, sonra isə kranın yerini ona göstərmişdir. Həmin vaxt kran bağlı vəziyyətdə olmuşdur. Sonra Ayan ona kranı açmağını xahiş etmişdir ki, evdə olan su qızdırıcısının işləyib-işləməməsini yoxlasın. Ayanın sözü ilə kranı açmış və bir daha kranın olduğu yeri göstərmişdir. Sonra o, öz işi ilə məşğul olmuş, Ayanın yanında olan kişini tanımadığı üçün onlar tərəfə getməmişdir. 10 may 2023-cü il tarixdə saat 00 radələrində evdə, oğlu Kamillə telefonda kinoya baxarkən ani olaraq güclü partlayış səsini eşitmişlər və evin beton divarları üzərlərinə doğru dağılmışdır. Xoşbəxtlikdən heç biri xəsarət almamışlar. Həmin vaxt əri İlham çöldə olmuş və qonşuluqda yerləşən evin təmiri ilə məşğul olmuşdur. Partlayışdan sonra oğlu Kamillə çölə çıxmışlar və bilmişlər ki, Rimanın evində qaz sızmasından baş vermiş partlayış nəticəsində Rimanın evi, onların, eləcə də yaşadıqları binanın çoxsaylı evləri dağıntının təsirinə məruz qalmışdır. Partlayış nəticəsində qonşusu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 ölmüş və hadisə vaxtı Rimanın evində kirayəçi kimi olmuş Elnur və tanımadığı bir nəfər xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. Hər ikisi müalicə olunduqları xəstəxanada ölmüşlər. Hadisədən sonra məlum olmuşdur ki, qonşusu Təqsirləndirilən şəxs evinin daxilində baş vermiş partlayış qaz sızmasından baş vermişdir. Belə ki, qaz kranı açıldıqdan sonra evin mətbəx sahəsində, sonluğu açıq olan xətdən qaz evə dolmuş və gecə saatlarında bundan xəbərsiz Elnur işığı yandırarkən partlayış baş vermişdir. (cild 1, iş vərəqə 56-60) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) Baxış keçirilməsi haqqında 10 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 15 ünvanında yerləşən evdir. (cild 1 iş vərəqə 5-21) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 61-65) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 71-75) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 93-97) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 107-111) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 125-129) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 141-145) Cinayət işinin tövsif edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsindən həmin Məcəllənin 225.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1. İş vərəqə 157) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 161-165) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 173-177) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 188-192) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 202-206) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 216-220) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 225-229) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 243-247) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 1-5) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin 22 may 2023-cü il tarixli 3-18-2/2-3931/2023 nömrəli məktubuna əlavə edilmiş 12 may 2023-cü İl tarixli akta əsasən, ünvan 16 ünvanda yerləşən, partlayış nəticəsində zərər dəymiş binaya və ona bitişik əlavə tikililərə texniki vizual baxış keçirilərkən müəyyən edilmişdir ki, 90-cı illərdə inşaası yarımçıq qalmış 2 mərtəbəli yaşayış binasına, sonrakı illərdə vətəndaşlar tərəfindən fərdi olaraq birinci və ikinci mərtəbələrində xaotik şəkildə tamamlama, mənzillərə bölünmə və əsasən də birinci mərtəbəsində bir-birinə bitişik artırma mənzillər inşa olunmuşdur. 2 mərtəbəli binanın yükdaşıyan konstruksiyası yığma dəmir - beton və beton elementlərdən istifadə olunmaqla daş konstruksiyalı binadır. Artırılan tikililərin konstruksiyaları əsasən daş konstruksiyalıdır. Əsas bina və artırılan tikililər İnşaat Norma və Qaydalarının tələblərinə əməl olunmadan inşa olunmuşdur. Binanın inşası zamanı istifadə olunan, korroziyaya uğramış və texniki vəziyyəti məlum olmayan metal kran, artırılan tikililərin arasında qalması nəticəsində X2 tələbləri pozulmuşdur. Əsas binanın birinci mərtəbəsində, təxminən orta hissəsinə yaxın sahədə yerləşən mənzildə partlayış baş vermişdir. Partlayış nəticəsində binanın yük daşıyan konstruksiyaları, həmin mənzilin və qonşu mənzilin betondan olan divarları, arakəsmələri uçub dağılmış, döşəmələri yararsız vəziyyətə düşmüş, yığma dəmir – betondan olan piltələr zədələnmişdir, deformasiya etmiş və bəzi hissələri tamamilə dağılmışdır. Baxış keçirilən binanın partlayış baş vermiş mənzil ona bitişik mənzilləri texniki cəhətdən qəzalı, digər qonşu mənzillər istismar üçün yol verilməz vəziyyətdədir. Binanın partlayışdan zərər görməyən hissəsi məhdud işlək vəziyyətdədir. Binanın və ona bitişik tikililərin istismar üçün qəzalı və yolverilməz hissələrində bərpa gücləndirmə işləri aparmaq məqsədə uyğun sayılmır. Binanın mövcud texniki vəziyyəti inşaat norma və qaydalarının tələblərinə cavab vermir. (cild 2, iş vərəqə 22-33) Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 24 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində, X24 partlayış nəticəsində ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 35-40) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 45-49) Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 30 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində, X12 partlayış nəticəsində ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 71-75) Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 25 may 2023-cü il tarixli 131 nömrəli məktubuna əsasən, Bakı şəhəri, ünvan 14, partlayış hadisəsinin baş verdiyi bina 1993-cü ildən məcburi köçkünlər tərəfindən zəbt olunmuş və hal-hazırda sakinlər tərəfindən istifadə olunur. Buna baxmayaraq bina üzrə balans saxlayıcı təşkilat yoxdur. (cild 2, iş vərəqə 80) "xxxx" ASC-nin verdiyi 24 may 2023-cü il tarixli, 13-13/2-1/16-3152/2023 saylı məktubdan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanın xx.xx.2016-cı il tarixdə **********60020 saylı abunə kodu ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınması barədə məlumat vardır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X6 Qaydaları”-nın 5.3.2-ci bəndinə əsasən yaşayış evinə elektrik enerjisi kabellə daxil olduğuna görə məsuliyyət sərhəddi qidalandırıcı kabelin uclarında, uçot cihazının çıxışından sonra təyin edilmiş və uçot cihazından (sayğacdan) sonrakı elektrik təsərrüfatı istehlakçının balansında olduğundan xəttin təhlükəsiz istismarına abonent cavabdehdir. (cild 2, iş vərəqə 81-93) Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 31 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində, X19 partlayış nəticəsində ölmüş Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 95-99) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 may 2023-cü tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 105-109) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fərhaad qızı əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 161) 27 fevral 2023-cü il tarixli AKX- 05233xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən partlayış baş vermiş mənzil üzrə abonent Təqsirləndirilən şəxsdır. (cild 2, iş vərəqə 167-177) Məhkəmə-tibbi ekspertizasının 26 may 2023-cü il tarixli, 131 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Hər iki əng və almacıq, çənə, burun sümüklərinin yerini dəyişən qapalı sınıqları. Sağ ll-lll-İV-V-Vİ, sol lll-lll qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasmın cırılması. Ağciyərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaraları. Sol və sağ tərəfli hemopnevmotoraks (sol və sağ plevra boşluğuna qanın və havanın yığılması). Döş qəfəsinin və qarının yumuşaq toxumalarına, peritona, bağırsaqlarına və böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, boynun, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları; qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşyanın təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 10 may 2023-cü il tarixdə və şəraitdə, yəni mənzildə qaz sızması vaxtı baş vermiş partlayış nəticəsində daş və betonun onun üzərinə tökülməsi zamanı törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb, almış olduğu xəsarətlərlə əlaqədar daxili orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqat! nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar, karboksihemoqlobin aşkar edilməmişdir. (cild 2, iş vərəqə 206-213) Məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində başın. Üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların (ümumi bədən səthinin 75%-ni əhatə edən) İİİ-İV dərəcəli termiki (alov) yanıqları: sol diz oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sol qamış sümüyünün yerini dəyişən qapalı sınığı aşkar edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olmasından az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni qaz sızmasından baş vermiş partlayış nəticəsində törənə bilər. Xəsarətlərdən başın, üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların (ümumi bədən səthinin 75%-ni əhatə edən) İİİ-İV dərəcəli termiki (alov) yanıqları qaz sızmasından baş vermiş partlayış nəticəsində yüksək hərarətin (alovun) yerli termiki təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sol diz oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sol qamış sümüyünün yerini dəyişən qapalı sınığı isə partlayış zamanı bərk-küt əşyanın güclü təsirindən törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa AZ AĞİR zərərvurmanın əlamətlərinə malikdir X14 ölümünə səbəb aldığı yanıq xəsarətləri nəticəsində inkişaf etmiş ağır dərəcəli yanıq şoku olmuşdur. Ölüm 13 may 2023-cü il tarixdə saat 16:57-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Qarayevə İlahə - Yasin qızının adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə hər hansı bir qeydiyyat yoxdur. (cild 2, iş vərəqə 222-227) Məhkəmə-tibbi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitində üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların, (ümumi bədən səthinin 90-95%-ni əhatə edən) ll-lll dərəcəli termiki (alov) yanıqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs3 xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 01:50) az əvvəl yüksək hərarətin (alovun) yerli termiki təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yanğın nəticəsində alovun təsirindən törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs3 Əbüifət oğlunun ölümünə səbəb aldığı yanıq xəsarətləri nəticəsində inkişaf etmiş yanıq septikotoksemiyası olmuşdur. Ölüm 15 may 2023-cü il tarixdə saat 16.40-da X23 baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Zərərçəkmiş şəxs3 Əbüifət oğlunun meyitində yanıq-xəsarətləri fonunda digər xəsarətlər aşkar olunmadı. Zərərçəkmiş şəxs3 Əbüifət oğlunun adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə hər-hansı qeydiyyat yoxdur. (cild 2, iş vərəqə 228-234) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxsləri müəyyən edilmədiyi üçün dayandırılmışdır. (cild 2, iş vərəqə 239-240) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli 9/5351 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlarda göstərilən məhv olmuş əşyaların (istifadədə olmuş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs15 2670 manat, Zərərçəkmiş şəxs17 1200 manat, Zərərçəkmiş şəxs9 1750 manat, Zərərçəkmiş şəxs11 3860 manat, Zərərçəkmiş şəxs16 500 manat əmtəə üzrə ziyan dəymişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. (cild 2, iş vərəqə 242-245) Məhkəmə tikinti-texniki ekspertizasının 19 sentyabr 2023-cü il tarixli 10/5077 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi “Azərdövlətlahiyə” DLİ-i tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli Akta əsasən, tədqiq olunan binanın döşəmə hissəsinin tamamilə dağıldığını, daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, bəzi hissələrdə isə dağıldığını suvaq qatının qopub töküldüyünü, tavan hissəsinin qismən dağıldığını nəzərə alaraq, həmin binanın faktiki vəziyyətdə bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlərinin sökülərək yenidən inşa edilməsinin, həmçinin müvafiq gücləndirmə işlərinin aparılmasının zəruri olduğu müəyyən edilir. Lakin binaya dəymiş ziyanın məbləği həmin bina üzrə müvafiq təşkilatların mütəxəssisləri tərəfindən müayinə tədqiqat işləri aparılaraq, bərpa-yenidənqurma işləri ilə əlaqədar yerinə yetirilməli söküniü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. (cild 3, iş vərəqə 1-4) Sabunçu Bələdiyyəsinin verdiyi 24 noyabr 2023-cü il tarixli, 395 saylı məktubundan görünür ki, 10 may 2023-cü il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Əliyev küçəsi-160 ünvanında yerləşən qaz sızmasından partlayış baş vermiş ev 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. (cild 3, iş vərəqə 6) Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-18-10/2-5376/2023 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində qeydiyyatsız yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 22) Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-18-10/2-5375/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində qeydiyyatsız yaşayır. Oğlu 1990-cı il təvəllüdlü X30, qızı 1992-ci il təvəllüdlü Şahid1 və nəvəsi 2017-ci il təvəllüdlü X31 tərkibdə ailə üzvləri vardır. (cild 3, iş vərəqə 23) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6368 nömrəli məhkəmə yanğın-texniki rəyindən görünür ki, Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, Təqsirləndirilən şəxs məxsus mənzildə partlayışın mənbəyi mənzilin mətbəx otağında olmuşdur. Partlayışa səbəb, mənzilin mətbəx otağında sonluğuna hər hansı qaz cihazı və tıxac bağlanmamış, sonluğu açıq vəziyyətdə olan elastik metal qaz borusundan qaz kranının açıq vəziyyətində mətbəx otağının daxilində təbii qazın sızması, partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alıştırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, 16 may 2002-ci il tarixdə təsdiq edilmiş “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ №02-2002) 1.2, 2.4.20 bəndlərinin, Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.13, 8.44, 9.239 bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavi!ə”nin tələblərinin 2.1.2 bəndinin və ”Qaz təchizatı haqqında” qanunun 6-2 maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx sahəsində istifadəsiz qaz xətti (yəni qaz borusunun sonluğuna hər hansı qaz cihazı qoşulmamış, açıq vəziyyətdə) saxlanıldığına görə, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın {YTQ №02-2002) 1.2 bəndinin, Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.13, 8.44 bəndlərinin tələbləri mənzildə qaz cihazlarının, təhlükəsiz istismar edilməsinə, onların lazımi vəziyyətdə saxlanılmasına cavabdeh olan mənzilin sahibi tərəfindən pozulmuşdur. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx sahəsində sonluğuna hər hansı qaz cihazı qoşulmamış, sonluğu açıq vəziyyətdə istifadəsiz qaz xəttinin olmasına baxmayaraq, qaz xəttinin kranı açılaraq həmin vəziyyətdə saxlanıldığına görə, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ №02-2002) 2.4.20 bəndinin tələbi qaz xəttinin kranını açan şəxs tərəfindən pozulmuşdur. “Qazdan istifadə qaydaları” na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.1.2 bəndinin tələbləri, abonentin qazdan istifadə qaydalarına dair təlimatlandırılmasını həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Partlayış baş vermiş Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs məxsus mənzilə ildə bir dəfə müayinənin keçirilərək mövcud nöqsanların aşkar edilməsi təmin edilmədiyinə görə, “Qaz təchizatı haqqında” qanunun 6- 2 maddəsinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 bəndinin tələbləri “Azəriqaz” İB-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər) (cild 3, iş vərəqə 25-29) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (cild 3, iş vərəqə 30-31) Maddi sübut kimi tanınma haqqında 14 dekabr 2023-cü il tarixli qərardan və həmin tarixli aktdan görünür ki, hadisə yerindən götürülmüş üzərində sarı rəngli metal boru olan istifadəsiz qaz xətti 01 bağlamada maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası FHN-nin X1 Sekttoruna təhvil verilmişdir. (cild 3, iş vərəqə 34) Sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi faktı ilə bağlı cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ibtidai istintaqın davam etdirilməsi üçün ayrıca icraata ayrılmış cinayət işi istintaq aidiyyəti üzrə verilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 225.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 3, iş vərəqə 35-50) Cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi faktı ilə bağlı cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (cild 3, iş vərəqə 52-57) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 3, iş vərəqə 64-65) Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vərəqə 99-101) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş və ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmasına baxmayaraq bu qaydaları pozmuş və ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 14 iki mərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzilin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ №02-2002) 1.2 və “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 1.13, 8.44 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməyərək, mənzilində istifadəsiz qaz xəttinin sökülməsini təmin etmədiyi, eləcə də istifadəsiz qaz xəttinin sonluğuna hər hansı qaz cihazı qoşmayaraq açıq vəziyyətdə saxlaması səbəbindən 10 may 2023-cü il tarixdə, saat 00 radələrində mənzilin mətbəx sahəsində yerləşən, sonluğu açıq vəziyyətdə olan elastik metal qaz borusundan qaz kranının açıq vəziyyətində mətbəx otağının daxilinə təbii qazın sızaraq partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı mənzilin işığı yandırılarkən yaranmış elektrik qığılcımının təsirindən alışaraq partlayış baş vermiş, nəticədə 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ ll-lll-İV-V-Vİ, sol İ-ll-lll qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ağciyərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər alaraq daxili orqanların zədələnməsi nəticəsində baş vermiş çoxlu qanitirmə səbəbindən hadisə yerində ölmüş, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol diz oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sol qamış sümüyünün yerini dəyişən qapalı sınığı, başın, üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların lll-İV dərəcəli termiki yanıqlarından ibarət xəsarətlər alaraq 13 may 2023-cü il tarixdə ağır dərəcəli yanıq şokundan və 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 üzün, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların lllll dərəcəli termiki yanıqları xəsarətlərini alaraq 15 may 2023-cü il tarixdə inkişaf etmiş yanıq septikotoksemiyasından müalicə olunduqları xəstəxanada ölmüşlər, yarımçıq inşa edilmiş bina qəzalı vəziyyətə düşərək Zərərçəkmiş şəxs17 tikinti üzrə 16000 manat, əmtəə üzrə 1200 manat, cəmi 17200 manat, Zərərçəkmiş şəxs15 tikinti üzrə 6500 manat, əmtəə üzrə 2670 manat, cəmi 9170 manat, Zərərçəkmiş şəxs16 tikinti üzrə 7200 manat, əmtəə üzrə 500 manat, cəmi 7700 manat, Zərərçəkmiş şəxs9 tikinti üzrə 9000 manat, əmtəə üzrə 1750 manat, cəmi 10750 manat, Zərərçəkmiş şəxs11 tikinti üzrə 8000 manat, əmtəə üzrə isə 3860 manat, cəmi 11860 manat, Zərərçəkmiş şəxs5 tikinti üzrə 6000 manat, Zərərçəkmiş şəxs10 tikinti üzrə 9000 manat, Zərərçəkmiş şəxs12 tikinti üzrə 4800 manat Zərərçəkmiş şəxs8 tikinti üzrə 15000 manat, Zərərçəkmiş şəxs19 tikinti üzrə 14000 manat, Zərərçəkmiş şəxs13 tikinti üzrə 8000 manat, Zərərçəkmiş şəxs18 tikinti üzrə 12000 manat, Zərərçəkmiş şəxs4 tikinti üzrə 10000 manat, Zərərçəkmiş şəxs6 tikinti üzrə 9000 manat, Zərərçəkmiş şəxs7 tikinti üzrə 12000 manat və Zərərçəkmiş şəxs14 tikinti üzrə 10000 manat, ümumilikdə 166480 manat məbləğində maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ölümlərinə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək evdə qaz sızma olmadığını, vintilin bağlı olduğunu, hadisənin dəqiq necə baş verdiyini bilmədiyini, “Qaz sonluğunun” nə demək olduğunu başa düşmədiyini, ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6368 nömrəli məhkəmə yanğın-texniki rəyə əsasən, Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, Təqsirləndirilən şəxs məxsus mənzildə partlayışın mənbəyi mənzilin mətbəx otağında olmuşdur. Partlayışa səbəb, mənzilin mətbəx otağında sonluğuna hər hansı qaz cihazı və tıxac bağlanmamış, sonluğu açıq vəziyyətdə olan elastik metal qaz borusundan qaz kranının açıq vəziyyətində mətbəx otağının daxilinə təbii qazın sızması, partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, 16 may 2002-ci il tarixdə təsdiq edilmiş “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ №02-2002) 1.2, 2.4.20 bəndlərinin, Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.13, 8.44, 9.239 bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin tələblərinin 2.1.2 bəndinin və ”Qaz təchizatı haqqında” qanunun 6-2 maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs məxsus mənzilin mətbəx sahəsində istifadəsiz qaz xətti (yəni qaz borusunun sonluğuna hər hansı qaz cihazı qoşulmamış, açıq vəziyyətdə) saxlanıldığına görə, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №02-2002) 1.2 bəndinin, Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.13, 8.44 bəndlərinin tələbləri mənzildə qaz cihazlarının təhlükəsiz istismar edilməsinə, onların lazımi vəziyyətdə saxlanılmasına cavabdeh olan mənzilin sahibi tərəfindən pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı, həmçinin, məhkəmə istintaqı zamanı alınmış ifadələrlə, daxil olmuş sənədlərlə və əldə edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 14 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, partlayışın baş verdiyi mənzilin sahibi Təqsirləndirilən şəxsdır. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs məxsus mənzildə baş vermiş partlayışa səbəb mətbəx sahəsində yerləşən, sonluğu açıq vəziyyətdə olan elastik metal qaz borusundan mətbəx otağının daxilinə təbii qazın sızması olmuşdur. Hansı ki, partlayış baş vermiş mənzil üzrə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması vəzifəsi birbaşa mənzil sahibinin üzərinə, yəni Təqsirləndirilən şəxs üzərinə qoyulmuşdur. Başqa sözlə, partlayış baş vermiş mənzil üzrə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs evin sahibi Təqsirləndirilən şəxsdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 225.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 225.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, əvvəllər məhkum olunmamasını və onun yaşını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 225.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 257 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin Təsərrüfat Sektoruna təhvil verilmiş 01 bağlamada üzərində sarı rəngli metal boru olan istifadəsiz qaz xətti hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası FHN Əməliyyat- İstintaq İdarəsinin Təsərrüfat Sektoruna təhvil verilmiş 01 bağlamada üzərində sarı rəngli metal boru olan istifadəsiz qaz xətti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 257 (iki yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər: Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar