Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1751/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X4 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxxxxxxx 1991-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamış, və daşımış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,217 qram, 0,134 qram, 0,170 qram, 0,140 qram, 0,080 qram, 0,110 qram, 0,165 qram, 0,115 qram, 0,789 qram, 1,242 qram ümumi təmiz çəkisi 3,162 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,192 qram, 1,980 qram ümumi təmiz çəkisi 3,172 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan tərəzi əldə edərək daşımış, 25 iyun 2021-ci il tarixdə tanışı Şahid1 borclu olduğu 10 manat müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,217 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış heroini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində satmış, bu fakt həmin gün Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Suraxanı RPİnin inzibati binasında saat 23:40-23:55müddətində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli dəri materialın içərisində olan 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,170 qram, 0,140 qram, 0,080 qram, 0,110 qram, 0,165 qram, 0,115 qram, 0,789 qram, 1,242 qram ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,192 qram, 1,980 qram ümumi təmiz çəkisi 3,172 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 4 aydır kakos kimi tanıdığı narkotik maddədən istifadə edir. O, narkotik vasitənin 1 qramına 35 manat və “şüşə” kimi tanıdığı narkotik maddəyə isə 50 manat ödəniş edərək Ramin adlı şəxsdən əldə etmişdir. 25 iyun 2021-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları narkotik vasitələrin istifadəsi, daşınma və saxlanılmasında şübhəli şəxs qismində onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-yə getmişdir. Ona Suraxanı RPİnin inzibati binasında xidməti otaqların birində şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, sonra hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına təyin edilmiş vəkilinin iştirakı olmadan da videoçəkilişlə üzərinə baxış keçirilməsinə etirazı olmadığı üçün ərizə yazmışdır. Bundan sonra üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunduqda xidməti otaqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli dəri materialın içərisindən ona 11 (on bir) ədəd büküm və sol yan cibindən isə bir ədəd tərəzini təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulmuş, o isə həmin bükümlərin içərisində şüşə və kakos kimi tanıdı narkotik vasitə olduğunu, narkotik vasitələri Ramin adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilib götürülən narkotik vasitələr və tərəzi qablaşdırılmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bir neçə müddətdir narkotik vasitə olan heroindən istifadə edir. 25 iyun 2021-ci ildə tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanışı Turalla rastlaşmış, Turalın ona 10 manat borcu olmuş və Tural ona olan on manat borcunun əvəzinə bir büküm narkotik vasitə olan heroin vermişdir. O, həmin bir büküm heroini Turaldan almış və sonra özü qəbul etmək üçün «Prima» markalı siqaret qutusunun içərisinə qoyub əynində olan boz rəngli şalvarımın sağ yan cibində saxlamışdır. 25 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özülərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olduğumu deyərək Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Suraxanı RPİ-nə gəldikdən sonra xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələrim izaha olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, vidoeçəkilişlə üzərinə axtarış keçirilinmiş, o, həmni vaxtı əynində olan boz rəngli şalvarının sağ yan cibindən üzərində “Prima” yazısı olan bir ədəd siqaret qutusunu çıxarıb, qutunun içərisində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini və həmin vasitədən istifadə etmək üçün nəzərədə tutulmuş bir ədəd borucuğu təqdim etmişdir. Təhqıqatçı tərəfindən həmin bükümə baxış keçirilərək kağızın içərisində olan kütlənin nə olması barədə soruşulduqda, həmin kütləninin “kakos” kimi tanıdığım narkotik vasitə olan heroin olduğunu, onu tanışı Turaldan 10 manata aldığını, bir ədəd borucuğu isə narkotik vasitədən istifadə etməsi üçün üzərimdə saxladığını bldirmişdir. Təqdim etdiyi narkotik vasitə oldan heroin və bir ədəd borucuq təhqıqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olmuş, protokolu və zərfin üzərini imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Pİ-nin Cinayət Axtarışı Şöbəsinin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İsraf oğlunu əavvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. 25 iyun 2021-ci il tarixdə Şöbəyə «Tural» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlayıb daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə raportla İdarə rəisinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş, «Tural» adlı şəxsin şəxsiyyətinin müəyyən edilib ifşa olunması üçün ondan və Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin kiçik inispektoru X2 ibarət əməliyyat qrupu yaradılmış və Ramin Vəzizadə ilə birlikdə tədbirin icrasına başlamışlır. 25 iyun 2021-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri Suraxanı rayonu Qraraçuxur qəsəbəsində, deyilən forma və əlamətlərinə görə «Tural» adlı şəxsə oxşar bir nəfərin dayandığını görüb ona yaxınlaşaraq özlərini ona təqdim edib həmin şəxsin Tural olduğunu öyrəndikdən sonra ona narkotik vasitə əldə edib saxlamaqda, daşımaqda və satışında şübhəli olduğunu deyib Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. _ Tural onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə gəlmişdir. RPİ-də onun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra ona şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət vsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi barədə bildirilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli dəri materialı çıxarıb həmin materialın içərisində olan 11 (on bir) ədəd bükümləri və şalvarının sol yan cibindən bir ədəd elektoron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi on bir ədəd bükümlərə baxıldıqda bükümlərin doqquz ədədinin içərisində narkotik vasitə olan heroinə oxşar küutlə, iki ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu myəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin «kakos» və «şüşə» kimi tanıdığı narkotik vasitələrd olduğun, «kakos»un bir qramını 35 manata, «şüşə»nin bir qramım isə 50 manata Ramin adlı şəxsdən aldığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdlirilmiş, amma onun təqdim etdiyi on bir ədəd kütlələrdən və bir ədəd elektoron tzərizidən başqa heç bir əşya aşkar edilməişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi on bir ədəd bükümlərdə olan kütlələr və bir ədəd elektoron tərəzi götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürləndikdən sonra bu barədə protokol tərtib olunmuş, onlar protokolun məzmunu ilə tanış olduqdan sonra zərfin üzərini və protokolu imzalan ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2598 saylı 26 iyun 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 09 (doqquz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,134 qr, 0,170 qr., 0,140 qr., 0,080 qr., 0,110 qr., 0,165qr., 0,115 qr., 0,789 qr., 1,242 qr., ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,192 qr., 1,980 qr., ümumi təmiz çəkisi 3,172 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3383 saylı 08 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ...” yazılan 9 ədəd bükümdə ümumi təmiz çəkisi 2,855 qram olan heroin ilə üzərində “vətəndaş Rəşad Ramiz oğlunun” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,167 qram heroin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrik-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 2114 saylı 11 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X6 Şəxsin 16 sentyabr 2021-ci il tarixli 3482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25.06.2021 -ci il tarixli protokoldan görünür ki, 20.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış və Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qara rəngli dəri materialın içərisində olan 11 ədəd büküm narkotik vasitəyə bənzər maddələri və sol yan cibindən 01 ədəd tərəzi çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin 09 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə isə “şüşə” olduğunu, həmin narkotik vasitələri 85 manata Ramin adlı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmiş, aşkar olunmuş 11 ədəd büküm və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin materialların a əlavə edilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə istintaq hərəkəti keçirilən zaman Şahid1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi olmadan öz istifadəsi üçün saxladığı barədə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olduğu, həmçinin onların xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıDİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon məhkəmsinin 22.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2, 66.3 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 03 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə və 200 manat cərimə cəzasına məhkum edilmiş, 22.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 2,765 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi - 3,072 qram təşkil edən psixotrop maddə olan metamfetamin və elektron tərəzi məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk və üzləşmə keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 170,52 (yüz yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 2,765 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi - 3,072 qram təşkil edən psixotrop maddə olan metamfetamin və elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk və üzləşmə keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 170,52 (yüz yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1751/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1751/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver