Məhkəmə qərarları › İş №1(101)-1751/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1751/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1751/2022 11.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2022-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsində olduğu zaman, həmin küçə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini əli ilə saxla işarəsi verib taksi qismində saxladaraq, avtomobilə əyləşdikdən sonra, qabaqcadan yol haqqının qiymətini dəqiqləşdirmədən, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Pitomnik» adlanan parkın yaxınlığına sürdürüb, həmin tarixdə saat 16 radələrində yol haqqını ödəmədən avtomobildən düşərək uzaqlaşmış, avtomobilin sürücüsü Zərərçəkmiş şəxs də avtomobilindən düşərək, ona bu barədə öz iradını bildirdikdə o, heç bir əsaslı səbəb olmadan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əynində olan şalvarının sağ yan cibində gəzdirdiyi tiyəsi zavod üsulu ilə dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağını çıxardıb silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edəcəyi ilə hədələyib qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və sonuncu həmin təhlükəni real qəbul edərək, üzərində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, cinayət barədə məlumat vermək istədikdə, Zərərçəkmiş şəxs əlində mobil telefonu gördüyü anda, onun özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək niyyəti yaranmış və bu səbəbdən də o, həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol qarın və iki dəfə sol bud nahiyələrinə vuraraq, sonuncuya qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığına yüngül xəsarət yetirib, Zərərçəkmiş şəxs əlindən zorla üzərində 3 manat dəyərində «Azercell» CSM 050 *** ** ** nömrəsi olan, həmin nömrədə 8 manat məbləğində vəsait olan 440 manat dəyərində 01 ədəd «Samsung A10S» markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsində olduğu zaman, həmin küçə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə saxla işarəsi verib taksi qismində saxladaraq, avtomobilə əyləşdikdən sonra, qabaqcadan yol haqqının qiymətini dəqiqləşdirmədən, həmin avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Pitomnik» adlanan parkın yaxınlığına sürdürüb, həmin tarixdə, saat 16 radələrində yol haqqını ödəmədən avtomobildən düşərək uzaqlaşdıqda avtomobilin sürücüsü Zərərçəkmiş şəxs də avtomobilindən düşərək ona gediş haqqı ilə bağlı öz iradını bildirdikdə o, əynində olan şalvarının sağ yan cibində gəzdirdiyi tiyəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağını çıxardıb silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edəcəyi ilə hədələdikdə sonuncu həmin təhlükəni real qəbul edərək, üzərində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq cinayət barədə məlumat vermək istədikdə, o, Zərərçəkmiş şəxs əlində mobil telefonu görüb özgənin, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol qarın və iki dəfə sol bud nahiyələrinə vuraraq, sonuncuya qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmişkəsilmiş və bir ədəd səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığına yüngül xəsarət yetirib, Zərərçəkmiş şəxs məxsus 3 manat dəyərində «Azercell» CSM 050 *** ** ** nömrəsi olan, həmin nömrədə 8 manat məbləğində vəsait olan 440 manat dəyərində 01 ədəd «Samsung A10S» markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham, yəni onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 452 (dörd yüz əlli iki) manat məbləğində əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək quldurluq etməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunsa da, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs yuxarıda göstərilən quldurluq cinayətini həm də tamah niyyəti ilə törətmişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün özünə məxsus «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 may 2022-ci il tarixdə, saat 15:30 radələrində həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyov küçəsi ilə hərəkətdə olduğu zaman, bir nəfər əvvəllər tanımadığı şəxs, yəni hazırda baxılan iş üzrə təqsirlənqdirilən şəxs Əbülfəz Şabanov həmin yolda ona əl ilə saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Əbülfəz avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, «İmam Əli» məscidinin yaxınlığına getmək istədiyni ona bildirmişdir. O, Əbülfəzə heç bir qiymət demədən sonuncunu dediyi yerə aparmışdır. Ünvana çatdıqda Əbülfəz ona maşını «İmam Əli» məscidinin arxasına sürməyi sifariş vermişdir. Sifarişi icra etmiş, təxminən saat 16 radələrində həmin yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, «Pitomnik» adlanan parkın qarşısında avtomobilində sərnişin qismində əyləşmiş Əbülfəz Şabanov mobil telefonu ilə danışa-danışa avtomobildən düşərək seyrək yolka ağaclarının arası ilə parkın içərilərinə getməyə başlamışdır. O da maşından düşmüş və «oğlum, hara gedirsən, axı pulu vermədin» deyə ona müraciət etmiş, sonuncu isə «pul gələcək» deyib getməyə davam etmişdir. Artıq təqsirləndirilən şəxs ağacların arasına girmiş, o da onun arxasınca getmişdir. Arada artıq 2-3 metr məsafə olarkən o, Əbülfəzə «pulumu ver, çıxım gedim» dedikdə, sonuncu əl atıb cibindən bıçaq çıxarmışdır. Həmin vaxt o, vəziyyəti görüb özünə məxsus «Samsung A10S» markalı mobil telefonunu çıxarıb DİN-nin 102 xidmətinə zəng etmək istəmiş, lakin çatdıra bilməmişdir. Belə ki, Əbülfəz dönüb onun dalınca düşmüş, onu tutmuş, şəxs bıçaqla ona xəsarət yetirməsin deyə çönüb sonuncunun sifət nahiyəsinə bir dəfə şillə ilə zərbə endirmiş, onlar dartışmış və Əbülfəz yerə yıxılmışdır. Süpürləşdikləri vaxt telefonunun cibindən yerə düşdüyünü hiss etsə də, həyəcandan bunun fərqində olmamışdır. O, maşına tərəf qaçmış və həmin vaxt telefonunun özündə olmadığını görmüşdür. Özünə diqqət etdikdə qarnından qan axdığını görüb köynəyini qaldırmış və qarnının cırıldığını görmüşdür. Gedib telefonunu götürmək istəmiş, telefonunun həmin şəxsin əlində olduğunu, lakin Əbülfəzin onun üstünə gəldiyini, görüb qaçaraq maşınına oturmuş və sürüb məscidin qarşısına getmişdir. Orada məscidin mühafizəçisi olduğunu deyən bir nəfər şəxsə qeyri şəxs tərəfindən bıçaqla vurulduğunu və sonuncu tərəfindən telefonunun aparıldığını bildirib, X4 zəng vurmasını xahiş etmişdir. Adını bilmədiyi həmin şəxs isə onu getməyə qoymamış, sonra özləri onu «Semaşko» xəstəxanasına aparmış və orada onu əməliyyata götürmüşlər. Hadisə vaxtı o, özü heç kimi, o cümlədən Əbülfəzi söyməmiş, ümumiyyətlə söyüş söyməyi heç vaxt sevməmişdir. Hadisə maksimum bir dəqiqə yarım çəkmişdir. Hadisənin baş verdiyi yer camaatın sıx gedib gəldiyi yer olmamış, Əbulfəzlə dava edərkən başqa səs-küy olmamışdır. Təqsirləndirilən şəxsi anasına görə bağışlamış, sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsində ziddiyyətli hissədə göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar avtomaşınına tərəf qaçmağa başlamış, həmin şəxs ondan cavan olduğuna görə ona çatmış və o, ani zamanda həmin şəxsə tərəf çönüb, bıçaqla ona xəsarət yetirməməsi üçün onun sifət nahiyəsinə bir dəfə şillə ilə zərbə endirmiş, lakin həmin şəxs əlində olan bıçaqla bir dəfə onun qarın nahiyəsinə, bir dəfə də sol bud nahiyəsinə zərbələr endirib, onun əlindən özünə məxsus üzərində 4 manat dəyərində 050 *** ** ** nömrəli sim kartı, həmin kartın içərisində 8 manat məbləğində vəsait olan 440 manat dəyərində «Samsung A10S» markalı mobil telefonunu zorla alıb ondan uzaqlaşmağa başlamışdır. O, həmin şəxsdən öz telefonunu tələb etdikdə, ona heç bir söz deməyib yenidən üzərinə gəlməyə başlamış və o, başa düşmüş ki, həmin yerdən qaçmayacağı təqdirdə ona yenidən bıçaqla xəsarət yetirə biləcəyini fikirləşmiş və bu səbəbdən də o, həmin şəxsdən qaçmağa başlamışdır. Həmin şəxs onun qaçmasını görüb, ardınca qaçmamış, həmin şəxsin niyyəti onun mobil telefonunu bu üsulla ələ kçeirmək olmuşdur. Bundan sonra o, avtomobilinə yaxınlaşmış, lakin, özünü yaxşı hiss etmədiyi üçün orada olan bir nəfər şəxsdən TTY-a zəng vurmasını xahiş etmiş, həmin şəxs də TTY-a zəng vurub çağırmış, TTY-ın əməkdaşları gəldikdən sonra onu Bakı şəhərində yerləşən «Semaşko» xəstəxanasına aparmış və orada onu əməliyyata götürmüşlər (iş vərəqə: səh. 25-27). Tədqiq olunan ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, adının Əbulfəz olduğunu sonradan öyrəndiyi həmin şəxs onu vurmazdan öncə telefonunu və ya pulunu tələb etməmişdir. O, Əbulfəzin bıçaq çıxarmasını görmüş, lakin bıçağın ona giribçıxmasını hiss etməmişdir. Həmin vaxt meşədən kənarda gəzişən təqribən 4-5 nəfər olsa da, onların hadisəni görüb-görməmələrini bilməmiş, heç kim onlara yaxın gəlməmişdir. Hadisənin gedişatında süpürləşdikləri vaxt telefon cibindən düşmüş, həyəcanlı olduğundan Əbulfəzin onun telefonunu götürməsini belə görməmişdir. Əulfəz kimisə söyməmiş, nəyisə vurub sındırmamış, nə də telefonu ondan zorla alıb qaçmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əsasən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə bir manatlıq evlərdə qalmışdır. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu «Aytəkin» adlı xanımla görüşmək üçün C.Hacıbəyov küçəsində yerləşən Azərbaycan Universitetinin qarşısında “Toyota Camry” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əl ilə saxla işarəsi vermişdir. Həmin taksi saxladıqdan sonra o, taksiyə əyləşmiş və sürücüyə, yəni baxılan iş üzrə Zərərçəkmiş şəxs Binəqədi rayonu, 6-cı Mikrorayonda yerləşən “İmam Əli” məscidinə sürməsini sifariş vermişdir. “İmam Əli” məscidinin arxa hissəsində olan dayanacaqda avtomobili saxlatdırmış, taksi sürücüsünə 3 manat pul təklif etmiş, sürücü isə yol pulunun 5 manat olduğunu bildirmiş və pulunu tələb etmişdir. O, avtomobildən düşərək, pul vermədən “Pitomnik” adlanan parkın içərisi ilə uzaqlaşmışdır. Elə həmin vaxt taksi sürücüsü arxadan onu səsləmiş və dayanmasını ondan tələb etmişdir. Taksi sürücüsü ona yaxınlaşaraq, nə səbəbdən pulunu vermədiyini ondan soruşmuş və o, sonuncuya üzərində 3 manat məbləğində pul olduğunu bildirmiş və yenə də yoluna davam etmək istəmişdir. Lakin taksi sürücüsü onunla razılaşmamış, ona “oğraş oğlu” deməklə söyüş söymüşdür. O, söyüşə görə geri çevrildikdə taksi sürücüsü onun burun nahiyəsinə yumruqla vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra o, şalvarının cibində gəzdirdiyi açılıb-bağlanan bıçağı çıxarmış və taksi sürücüsü təkrar onun üzərinə gəlmək istədikdə, yıxılmış vəziyyətdə əlində olan bıçaqla ilk əvvəl sürücünün sol bud nahiyəsinə, daha sonra isə qarının sol tərəfinə zərbələr endirmişdir. Tapdıq geri çəkildikdən sonra ayağa qalxaraq həmin yerdən uzaqlaşmışdır. Hadisənin baş verməsinə səbəb taksi sürücüsünün onu söyməsi və onun burun nahiyəsinə yumruq vuraraq yerə yıxması olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, taksi sürücüsü ilə süpürləşdikləri vaxt hər ikisinin telefonu yerə düşmüşdür. O, taksi sürücüsünü bıçaqla vurduğu vaxt həyəcanlı olduğundan yerdən götürdüyü telefonun öz telefonu olmadığını bilməmişdir. Yalnız çıxıb getdikdən sonra telefonun kodunu yığanda telefon açılmadığından həmin telefonun taksi sürücüsünə məxsus olduğunu anlamışdır. Özünə məxsus telefonun isə taksi sürücüsündə qaldığını fikirləşmişdir. Taksi sürücüsünün telefonu 2 gün ərzində onda açıq vəziyyətdə olmuş, nə hadisə vaxtı, nə də hadisədən sonra ondan telefon istəyən olmamışdır. O, tutulacağından qorxaraq taksi sürücüsündən öz telefonunu tələb etməmişdir. Ona görə də telefondakı nömrəni çıxarmış və telefonu satmışdır. Polisə özü təslim olmamış, 6-7 gün sonra tutulmuşdur. Hadisə vaxtı istifadə etdiyi bıçaq dostunun evində olmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsi görmüş, sonuncudan üzr istəmiş və barışmışlar. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirildiyi ifadəsi, təqsirləndirilən şəxs qismində dindirildiyi 17 avqust 2022-ci il tarixli ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində hadisə günü taksi sürücüsünün pulunu vermədikdən sonra sonuncu səbəbi soruşərkən üzərində cəmi 2 manat pul olduğunu, bundan sonra taksi sürücüsüylə süpürləşdikləri zaman sonuncunun telefonu yerə düşdüyündən taksi sürücüsünə məxsus olan “Samsung A10 S” markalı mobil telefonu götürdüyünü və həmin telefonu götürdükdən sonra Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yaxınlığında tanımadığı şəxsə satdığını qeyd etmişdir (iş vərəqə: cild İ, səh. 67-69; 174-176). Təqsirləndirilən şəxs ifadələri arasında müəyyən olunan ziddiyətlərlə bağlı göstərdi ki, ibtidai istintaqdakı ifadələrinin bəziləri düz yazılmamışdır. Prokuror guya onun zərər çəkmişin telefonuna zəng gəldiyini gördüyünü və bundan sonra zərər çəkmişin əlindən telefonu aldığını ona demişdir. O, istintaqdakı ifadələrini oxumadan imzalamış, ümumiyyətlə telefonla bağlı müstəntiqə bir söz deməmişdir. İstintaqdakı ifadəsi düz yazılmış, lakin o, zərər çəkmiş şəxsdən telefon istəməmişdir. Zərər çəkmiş şəxsdən telefon düşdüyünü görməmişdir. Sadəcə gedəndə yerdəki telefonun ondan düşdüyünü güman etmiş, götürüb getmişdir. Həmin vaxt həyəcanlı olduğundan telefonun onun olubolmamasını dəqiqləşdirmək ağlına gəlməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi ittihamedici xüsusatları, həmçinin üzləşmə zamanı Təqsirləndirilən şəxs üzlərinə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 153-155). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «İmam Əli» məscidinin yaxınlığında yerləşən avtomobil dayanacağında avtomobillərin park edilməsinə köməklik göstərməklə ailəsini dolandırmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində həmin yerdə olduğu zaman, yanında «Toyota Camry» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobilin içərisində qabaq sərnişin oturacağında bir nəfər əvvəllər tanımadığı şəxs oturmuşdur. Həmin avtomobilin sürücüsü ondan «Pitomnik» parkı deyilən yerə necə gedə biləcəyini soruşmuş və o, həmin şəxslərə yolu göstərmişdir. Daha sonra avtomobilin ondan təxminən 100 metr məsafədə dayandığını və avtomobildən ilk öncə sərnişinin, sonra isə sürücünün düşərək «Pitomnik» parkı istiqamətində getdiklərini görmüşdür. Bundan təxminən az sonra avtomobilin sürücüsünün avtomobilə həyacanlı şəkildə yaxınlaşdığını görüb, həmin sürücüyə yaxınlaşaraq, nə baş verdiyni soruşmuşdur. Avtomobilin sürücüsü avtomobilində sərnişinin qismində olan şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Daha sonra sürücü ona sol qarın nahiyəsini göstərmiş, həmin nahiyədən qan axdığını görüb, dərhal TTY-a zəng edərək, hadisə yerinə çağırmışdır. Təxminən 10 dəqiqədən sonra həmin yerə TTY-ın əməkdaşları gələrək, «Toyota Camry» markalı avtomobilin sürücüsünü TTY-ın avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Şahid ifadəsinin davamında göstərdi ki, hadisə baş verdiyi ərazi onun işlədiyi yerin 200 metrliyində olmuş, o hər hansı dava-dalaş səsi eşitməmişdir. Zərər çəkmiş şəxsdən qohumlarına məlumat verməsini istədikdə sonuncu telefonunun bıçaqlandığı şəxs tərəfindən aparıldığını bildirmişdir. Yalnız həkimlər gəldikdən sonra ora insanlar toplaşmışdır. Hadisə yerində nə baş verdiyini o, görməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, 14 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə etdiyi tətbiq etdiyi yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 40- 43). Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsin tanınma üçün təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs, ona təqdim olunmuş şəxslərin arasında dayanmış Təqsirləndirilən şəxs göstərərək, həmin şəxsin xx.xx.2022-ci il tarixdə ona qarşı quldurluq cinayətini törədən şəxs olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 44- 46). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bıçağı və 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kartı istintaq orqanlarına təhvil vermişdir (iş vərəqə: cild İ, səh. 37-39). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 iyun 2022-ci il tarixli, 1029 nömrəli rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində qarının sol yarısının ön səthində bir ədəd, qarının xarici, daxili, çəp və köndələn əzələlərini kəsərək peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası vardır. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən onun tibbi yardım üçün X3 gətrildiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər.

3. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır (iş vərəqə: cild İ, səh. 129-131). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının 16 avqust 2022-ci il tarixli, 393-2022/MTKŞ nömrəli rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayaqlığının ön və arxa səthində 02 (iki) ədəd, köynək və maykanın ön səthinin sol yarısının aşağı hissəsində isə, 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər.

2. Ekspertizaya təqdim olunmuş bıçaq deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi işçi vəziyyətində tərpənməz qalmadığı üçün müqayisəli tədqiqat aparmaq və ekseprtizaya təqdim olunmuş geyim əşyalarının üzərində olan zədələrin təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir.

3. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri onun bədənində olan deşilmiş-kəsilmiş yaralar ilə uyğunlaşdırdıqda məlum oldu ki, köynəyin və maykanın ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sol yarısının ön səthində olan bir ədəd; şalvarın sol ayaqlığının ön və arxa səthlərində aşkar edilmiş 02 (iki) ədəd deşilmişkəsilmiş zədələr onun bədəninin sol budun bayır səthinin deşilmiş-kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər.

4. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər barəsində təqdim olunmuş iş materiallarında onların xətti ölçülərindən başqa, digər xüsussiyyətləri barədə (yara uclarının və yara kanalının xüsusiyyətləri) konkret olaraq heç bir məlumat göstərilmədiyi üçün, həmçinin yaralar cərrahi işlədikdən sonra öz ilkin morfoloji xüsusiyyətlərini itirdiklərinə görə, bu xəsarətlərin konkret olaraq ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı.

5. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmışdır, deşici-kəsici xassəyə malikdir, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur.

6. Tədqiqata təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin üzərində aşkar olunmuş qan ləkələri, o cümlədən şalvarın üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş və sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Şalvarın üzərində olan bəzi qan ləkələri qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlmişdir; şalvarın sağ yarısının yuxarı hissəsində olan qan ləkələri isə axıntı xarakterlidir (iş vərəqə: cild İ, səh. 138-149). Məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 may 2022-ci il tarixli, 1285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işi mateeriallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 132-134). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd tiyəsi zavod üsulu ilə dəstəyi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı qatlanan tipli cib bıçağı, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kart iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd ədəd bıçaq, 01 ədəd köynək, 01 ədəd mayka Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd sim-kart isə saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 156-163; 191; 192). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi dəyərləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli basqın edərək quldurluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlinin cinayət-hüquqi tövsifi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırmamış, həmin maddə ilə ona qarşı ittiham irəli sürməkdə səhvə yol vermişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrüğəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar srətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri tövsif olunur. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsi ərəfəsində, həyat və sağlamlıq üsün təhlükəli basıqn anında və cinayət hadisəsi başa çatdıqdan sonra xüliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmamış, cinayət hadisəsinin baş verdiyi ərazi ağaclıq park olmasına baxmayaraq ərazidə zərər çəkmiş və təqsirləndirilən şəxslərdən başqa insanlar olmamış, kənarda olan və ya hadisəni görən şəxslərin dairəsi və onların hadisəyə münasibətləri müəyyənləşdirilməmiş, ictimai və sosial tikililər, faktiki iş rejiminin davam etdiyi hər hansı müəssisələr müəyyən edilməmiş, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən konkret hərəkətlərin nədə ifadə olunması müəyyənləşdirilməmiş və qiymətləndirilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş hadisə ilkin olaraq şəxsi münasibətlər zəminində başlamış və zərər çəkmiş şəxsin həyat və səhhəti üçün təhlükəli zorakılıqla müşaiyət olunan basqınla sonuncunun bədən xəsarəti almasında və əmlakının talanmasında ehtiva olunan quldurluqla tamamlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin ittiham üzrə ona bəraət verilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 8-ci bəndinə görə hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4) əsasları ilə bəraət hökmü çıxarılır. Qeyd olunanlarla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət olmasını aradan qaldıran hallar, onu həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə qərarlarından görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Şabanov X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin təyin olunan cəzanı çəkməkdən yayındığından o, Yasamal rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarına əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, şərti azad edildiyi 03 ay müddətində yeni cinayət törətməmişdir (iş vərəqə: cild İ, səh. 100-102; 105-116; 117-121). Yuxarıdakı abzasda qeyd olunmaqla tədqiq olunan sənədlərdən də görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Şabanov X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan az ağır cinayətin törədilməsində təqsirli bilinməklə məhkum olunmuşdur və onun baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs tərəfindən baxılan iş üzrə cinayət hadisəsini xx.xx.2022-ci il tarixdə törədilməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya – azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün tələb olunan bir illik müddət keçməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu və bu məhkumluğun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun bu məhkumluğu cinayətin residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışladığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgənin əmlakının quldurluq yolu ilə əldə edilməsində ehtiva olunduğundan ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası daxilində, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, cinayətin aləti - soyuq silah hesab edilməyən 01 ədəd bıçaq, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş, zədələnməklə istifadə təyinatını itirmiş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka məhv edilməlidir. - Saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kart zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünün sərəncamına verilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, cinayətin aləti - soyuq silah hesab edilməyən 01 ədəd bıçaq, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş, zədələnməklə istifadə təyinatını itirmiş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka məhv edilsin; - Saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd «Azercell» CSM 050 *** ** ** nömrəli sim-kart zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünün sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar