Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1754/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat-14:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, ev 10-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi nömrəsiz bağ evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz yolla əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı fərdi evinin otaqlarından birində sellofan torbaların içərisində əkib 04 iyun 2022-ci il tarixə kimi onlara aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq 304 ədəd, külli miqdarda tərkibində natkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, 04 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən fərdi evinə baxış keçirilərkən, külli miqdarda yaş vəziyyətdə ümumi təmiz çəkisi 4765,0 qram olan 304 ədəd, külli miqdarda, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisi aşkar edilərək çıxardılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona verilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir o, narkotik vasitə marixuanadan istifadə edir. Narkotik vasitə marixuananı əvvəllər tanımadığı şəxslərdən almışdır. Təxminən bu ilin aprel ayında yaşadığı fərdi evin yaxınlığından sellofan torbanın içərisindən çətənə bitkisinin toxumlarını tapmışdır. Narkotik vasitə marixuana istifadə etdiyi üçün onları yaşadığı fərdi evinin həyətində saxlamış və çətənə bitkisinin əkilmə vaxtını gözləmişdir. Təqribən may ayında həmin toxumları yaşadığı fərdi evin, üzərində şifer örtük olmayan otağında qara rəngli sellofan torbaların içərisinə torpaq dolduraraq əkmişdir. Daha sonra həmin otağın üzərini polietilen sellofanlarla örtərək onlara mütəmadi olaraq qulluq etmişdir. 04 iyun 2022-ci il tarixində, saat 18:00 radələrində evdə olduğu zaman qapı döyülmüş və onu kimlərinsə çağırdığını eşitmişdir. Səsi eşitdikdən sonra çölə çıxmış və bu zaman gələn şəxslərin polis əməkdaşları olduqlarını görmüşdür. Polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra yaşadığı fərdi evdə narkotik tərkibli çətənə bitkilərin əkib-becərməsi ilə bağlı onlarda məlumat olduğunu bildirərək evə baxış keçiriləcəyini demişlər. Daha sonra polis əməkdaşları ondan evə baxış keçirilməsinə, baxışın videoçəkilişlə həyata keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirdikdən sonra onlar videoçəkilişlə baxış keçirtməyə başlamışlar. Baxış zaman polis əməkdaşları ondan çətənə bitkilərini yaşadığı evdə əkibəkmədiyini soruşmuşlar və əkdiyi halda yerini könüllü şəkildə göstərməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifindən sonra çətənə bitkilərini əkdiyi yeri onlara göstərmişdir. Polis əməkdaşları və onlarla birlikdə gələn aqronom bitkilərə baxış keçirmişlər. Daha sonra onları kökləri ilə birlikdə çıxardaraq toplamışlar. Fərdi evdə əkdiyi çətənə bitkiləri toplandıqdan sonra qablaşdırılmışdır. Evinə keçirilən baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Bölmədə barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və tutulması ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçinin iştirakı olmadan, videoçəkilişlə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdur. Etiraz etmədikdən sonra şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş və üzərindən qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Qeyd edilən hərəkətlərlə bağlı protokollar tərtib edilmiş və o, eyni zamanda digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 05 iyun 2022-ci il tarixdə şübhəli şəxs və 06 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili Şahid2 fadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixində etibarlı mənbədən 15 avqust 1986-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, fərdi qaydada ev təmiri ustası işləyən, Bakı şəhəri, Naradaran qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, ev 10-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, nömrəsiz bağ evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi evin otaqlarının birində narkotik tərkibli çətənə bitkisini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və ondan, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkilləri X5 və Şahid1, sahə inspektoru, polis mayoru Şahid3, təhqiqatçı, polis mayoru X3 və alim-aqronom X1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, nömrəsiz fərdi evin qarşısına getmişlər. Fərdi evin qarşısına çatdıqdan sonra qapını döyərək Təqsirləndirilən şəxs çölə çağırmışlar. Onların səsinə Təqsirləndirilən şəxs fərdi evin qarşısına çıxmış və ona özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona fərdi evinin otaqlarından birində narkotik tərkibli çətənə bitkisini əkib-becərməsi ilə bağlı bölməyə məlumat daxil olduğunu, məlumatın yoxlanılması ilə əlaqədar fərdi evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir problemin olmadığını bildirdikdən sonra ona baxışın videoçəkilişlə həyata keçiriləcəyi izah edilmiş və etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra o, fərdi evə baxış keçirilməsi barədə qərarla tanış edilmiş və narkotik tərkibli çətənə bitkilərini fərdi evin hansı hissəsində əkib-becərdiyini könüllü surətdə göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evinin otaqlarının birində əkib-becərdiyini bildirərək həmin yeri göstərmişdir. Aqronom-mütəxəssisin iştirakı ilə əkilmiş bitkilərə baxış keçirilən zaman qara sellofan torbaların içərisində ümumilikdə 304 ədəd bitki kolları və 70 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirtmiş və ümumilikdə 304 ədəd bitki kollarının narkotik tərkibili çətənə bitkiliəri olduğunu, 70 ədədin isə ştil fazasında olduğunu, bitkilərə yüksək səviyyəli aqrotexniki qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 304 ədəd çətənə bitkiləri və 70 ədəd çətənə bitkisinin ştiİləri kökü ilə birlikdə çıxarılaraq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Nuriyev X2 RPİ-nin 42-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılacağı, şəxsi axtarış və götürməyinin videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra o, şəxsi axtarış və götürmənin aparıldığı qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ekspertizaya göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin toxumlarını haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, iki ay əvvəl yaşadığı fərdi evin yaxınlığından sellofan torbanın içərisindən çətənə bitkisinin toxumlarını tapdığını, narkotik vasitə marixuana istifadə etdiyi üçün onları yaşadığı fərdi evinin həyətində saxladığını və çətənə bitkisinin əkilmə vaxtını gözlədiyini, təqribən bir ay bundan əvvəl həmin toxumları yaşadığı fərdi evin, üzərində şifer örtük olmayan otağında qara rəngli sellofan torbaların içərisinə torpaq dolduraraq əkdiyini, daha sonra həmin otağın üzərini polietilen sellofanlarla örtərək onlara mütəmadi olaraq qulluq etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri satması, eyni zamanda əldə edilməsində vasitəçilik etməsi ilə bağlı onlarda əməliyyat məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin sahə inspektoru, polis mayoru Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş şahid, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 05 iyun 2022-ci il tarixli, 7/578 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş iki ədəd sintetik torbada ümumi sayı 304 (üç yüz dörd) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 4765 qram (4 kq 765 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan torbada 70 (yetmiş) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 2,006 qram olan bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 07 iyun 2022-ci il tarixli, 3060 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs kannabiodfərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxışın aparıldığı video görüntünü özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, yaşadığı evə baxış və götürmə aparılan Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək narkotik tərkibli çətənə bitkilərini fərdi evin hansı hissəsində əkib-becərdiyi könüllü surətdə göstərməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evinin otaqlarının birində əkib-becərdiyini bildirərək həmin yeri göstərdi. Narkotik tərkibli çətənə kollarının əkildiyi fərdi ev həyətyanı sahənin sol tərəfində yerləşir. Bir mərtəbədən ibarətdir və iç-içə olmaqla iki otaqdan, bir mətbəxdən ibarətdir. Fərdi evin pəncərələri taxta materialındandır və pəncərələrin şüşələrinə içəridən parça örtük asılmışdır. Çətənə bitkisinin əkildiyi otağın həyətyanı sahəsinə baxan pəncərəsi olsa da, üzərində olan şifer örtüyün söküldüyü, bitkilərin əkildiyi sahənin üzəri isə polietilen sellofanla örtülmüşdür. Aqronom-mütəxəssisin iştirakı ilə əkilmiş bitkilərə baxış keçirilən zaman qara sellofan torbaların içərisində ümumilikdə 304 ədəd bitki kolları və 70 ədəd çətənə bitkisinin ştilləri aşkar edildi. Aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirtdi və ümumilikdə 304 ədəd bitki kollarının narkotik tərkibli çətənə bitkiləri olduğunu, 70 ədədin isə ştil fazasında olduğunu, bitkilərə yüksək səviyyəli aqrotexniki qulluq edildiyini bildirdi. Bundan sonra aşkar olunmuş 304 ədəd çətənə bitkiləri və 70 ədəd çətənə bitkisinin ştilləri kökü ilə birlikdə çıxarılaraq qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürləndi. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə sinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4764,15 qram, 304 ədəd narkotik tərbiətli çətənə (kannabis) bitkiləri və 70 ədəd bitki nümunəsi məhv edilməlidir. Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxışın, üzərinə isə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4764,15 qram, 304 ədəd narkotik tərbiətli çətənə (kannabis) bitkiləri və 70 ədəd bitki nümunəsi məhv edilsin. Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxışın, üzərinə isə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1754/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1754/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver